Psixoloji Xəbər

Tez ruhdan düşür, əsəbi olurlar... - Siz hansı temperament tipinə aidsiniz?

Birimiz gülür, birimiz küsürük. Hər bir insanın müxtəlif hadisələrə reaksiyaları da fərqli olur. Bu başlıca olaraq xarakterə uyğun olaraq dəyişir. Psixoloq.az xəbər verir ki, insana məxsus olan temperamentin 4 tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. İnsanları temperamentinə görə fərqləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanın hansı tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün temperamentin özünəməxsus xassələrinə istinad edirlər. Bunlara aktivlik, reaktivlik və emosionallıq aiddir. Bəs siz hansı temperament tipinə aidsiniz? Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verərlər. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanuna əməl edən olurlar. Sürətli hərəkətə, çevik  təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Hissləri asanlıqla bir-birini əvəz edir. Düşdükləri yeni şəraitə asanlıqla alışırlar. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilirlər. Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar.  Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişirlər. Bu tip şəxslər olduqca işgüzar, dözümlü və özlərini ələ ala biləndirlər. Onları asanlıqla özlərindən çıxarmaq çətindir. Yeni adamlara çətin alışırlar. Melanxolik. Bu tip şəxslərdə həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən tez təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndirlər. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam aşağı olur. Kiçik uğursuzluq bu tip şəxslərdə ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər. Təkliyə qapılırlar. Tez ruhdan düşər, bəzən bacardığı işi belə axıra qədər yerinə yetirməzlər. Qeyd: Nəzərə almaq lazımdır ki, temperamentin bir tipinə tamamilə malik olan adam tapmaq çətindir. Hər bir insanda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər. Bununla yanaşı temperamentin bu tiplərindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri mövcuddur. Müəllif: Şəbnəm Cəlil

Qorxu hissi vücudu çürüdür - Bu dərmanlardan istifadə etməyin

Aparılan araşdırmalara görə, qorxu və narahatçılıq bir çox psixoloji problemlərə yol açır.  Bəs insanlara qorxu və narahatçılıq hissinin hansı mənfi təsirləri mövcuddur? Psixoloq.az həmin təsirləri təqdim edir: Ruhi gərginliklər yaradır – Gərginlik içərisində olan insanlar fərqli reaksiyalar verə bilər. Qorxu və narahatlıq nəticəsində insan əzələləri gərginləşir və nəticədə bu ağrılar ortaya çıxa bilər. Kürək, mədə, baş ağrısı, qol-ayaq ağrılarının əsas səbəblərindən biri stress ola bilər. Psixoloji ağrılar isə insanın yaşayış tərzinin keyfiyyətini aşağı salır. Türkiyəli psixiatr Hüsnü Erkmenin sözlərinə görə, psixoloji ağrıların digər ağrılardan fərqsiz olduğunu bildirib. Psixoloji problemlər görəcəyiniz işlərin də keyfiyyətini aşağı salır. Belə bir zamanda psixoloq dəstəyi almaq daha vacibdir. Çünki bəzən insan özü ilə bacarmır. Bu isə  daha böyük problemlərə yol aça bilər. Bəzi insanlar psixoloji problemlər səbəbindən mütəmadi olaraq dərman istifadə edirlər. Mütəxəssis isə, bu növ dərmanların sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edib: “Bəzən gündə 3-5 ədəd, 5-10 ədəd dərman içən var. Ancaq ağrıkəsici dərmanlar vücud üçün düşünüldüyündən daha təhlükəli dərmanlardır. Xüsusilə də böyrəklər üçün zərərlidir. Bu səbəbdən həkim nəzarəti olmadan bu növ həblər qəbul edilməməlidir”. Şəhanə Quliyeva

İnsanlar psixoloqa inanmır - Savadlı kadr azdır, ya...

Son zamanlar psixoloq adı altında qeyri-qanuni fəaliyyət göstərənlər, insanlara pul məqsədi ilə yanaşan dələduzların sayı artıb. Psixoloq.az saytının əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında psixoloqların fəaliyyəti barədə sorğu keçirib. Əldə edilən nəticə isə ürəkaçan olmayıb. Sosial şəbəkə istifadəçiləri, psixloqların savadlarına inanmadıqlarını, pasiyentə can yandırmadıqlarını, peşəkar olmadıqlarını bildiriblər. Bəs psixoloqlar pasiyentlərə nə üçün can yandırmırlar? İnsanların xarici psixoloqlara üz tutmağının səbəbi nədir? Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Çimnaz Verdiyevanın sözlərinə görə, bunun bir neçə səbəbi ola bilər: “Mən deməzdim savadlı psixoloq kadrı azdı. Məncə kifayət qədər var, ancaq can yandıran psixoloqlar azdır. Düşünürəm ki, buna əsas səbəb günümüzdə insanların problemlərinin, çətinliklərinin olmasıdır. Psixoloq da bir insandır, o da sevilmək istəyir, müəyyən problemləri ola bilər. Yaxşı məvacib almırlar. Maaşları yaxşı olsa məncə daha çox can yandırarlar. Düzgün yola istiqamətləndirən, kömək edən, can yandıran psxiloqlarımız var. Buna baxmayaraq tamamilə can yandıranlar azdır təəssüf ki. Əvvəllər psixoloq dedikdə razılaşardım ki azdır. Amma artıq elə deyil.  Dahi psixoloqlarımız olub, indi də var. Əbdül Əzizadə, Əkbər Bayramov,Zəkəriyyə Mehdizadə və s. Hazırda olan dahi psixoloqlardan Bəxtiyar Əliyev, Səməd Seyidov və s.misal çəkə bilərəm.  Bu insanları çox alqışlayıram.Həmçinin belə psixoloqlar sırasına, psixologiya elmlər doktoru Ərəstun Baxşəliyev, Kamilə Əliyevanı da aid edə bilərəm Həm dahilikləri, həm də mərhəmətləri ilə insanlara can yandırırlar. Biz onlarla fəxr edirik. Gənc psixoloqlar da universitet bitirirlər, öz üzərlərində çalışırlar,sertifikatlar əldə edirlər". Şəhanə Quliyeva

Çimərlikdəki qadağalara niyə əməl olunmur? - Psixoloq səbəbini açıqladı

Hər il olduğu kimi bu il də Qaradağ rayonu ərazisindəki Sahil , Səbail rayonunun Şıx və bəzi çimərliklərinin nümunələri ürəkaçan deyil. Su nümunələri üzərində aparılan analizlərdə çox sayda bakteriyalar tapıldığından bu növ çimərliklərə getmək tövsiyə edilməyərək,  bu barədə xəbərdarlıq edilib. Həmçinin çimərlikdə insan sağlamlığı və təhlükəsizliyi üçün bəzi  qadağalar mövcuddur. Psixoloq.az xəbər verir ki, qadağalara baxmayaraq buna nəzarət etməyənlər kifayət saydadır. İnsanlar gigiyenik və ekoloji tələblərə cavab verməyən, insan sağlamlığı üçün təhlükəli olan sahillərə üz tuturlar, bu da müxtəlif xəstəliklərin yaranmasına yol açır. Bəs bunun səbəbi nədir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Zeynəb Eyyubova, insanların yaradılış etibarilə öz ayaqları üzərində dura bildikdən sonra şüuraltı olaraq onlara qoyulan qadağalara meylləndiyini bildirib.Onun sözlərinə görə, psixoloqlar 2-3 yaşlı uşaqlara belə yox deyilməsinin tərəfdarı deyillər. Bunun səbəbi isə bunun travmaya səbəb ola biləcəyidir. Kəskin formada qadağa düzgün addım deyil: “Çimərliklərlə bağlı da bir sıra qadağalar mövcuddur. Qadağa deyildikdə insanda 2 fikir formalaşır. Ya burdakı qadağanın doğru səbəbi var. Və ya əslində yaxşıdır amma bizə qadağan olunub. Bəzən insanlara sual verdikdə ki niyə bu yerdə çimirsən deyirlər ki suyu təmizdi, halbuki  biz oxuyuruq ki ən çirkli hissə məhz buradır. İnsanlar qadağan olunan bütün şeylərə meyllidir”. Psixoloq, bunun qarşısını almaq üçün bir müddət həmin yerlərə qurumlar tərəfindən nəzarətçi şəxslərin qoyulmasının daha düzgün ola biləcəyini vurğulayıb:  “Həmin təhlükəli hesab edilən çimərlikdən istifadə etmək istəyən insanlara  icazə verilməməlidir. Xəbərdarlıq və ya cərimə tətbiq edilə bilər. Sırf qadağa və ya tövsiyə edilməməsi çarə deyil”. Şəhanə Quliyeva

Ömür klinikasında aksiya keçirilir - Bu diaqnostikadan pulsuz keçəcəksiniz/FOTO

Vaginizm problemi bir sıra evli cütlüklərdə rast gəlinir.  Psixoloq.az xəbər verir ki, "Ömür" klinikasında mövcud olan vaginizm xəstəliyinin müalicəsi tamamilə elmi vaginizm müalicə metodlarından ibarətdir. Bu problemin müalicəsi isə klinik psixoloq İlhamə Balakişiyeva tərəfindən aparılır. Qeyd edək ki, vaginizm ginekoloji deyil, psixoloji problemdir. Son zamanlar isə sosial problemə də çevrilib. Əgər düzgün psixoloji müalicə olunmazsa vaginizm müxtəlif prblemlərə səbəb ola bilər: Keysəriyyə kəsiyinin sayının artmasına Boşanma Bəzi hallarda isə intihar Nikahsız evlənmələrdə bu problem daha ağır nəticələrə səbəb olur. Ginekoloji müdaxilə yenidən vaginizmə, ümidsizliyə depressiyaya, qərarsızlığa, aqressiyaya gətirib çıxarır. 95 faiz psixoloji xəstəlik hesab edilən vaginizm, psixoterapiya ilə qısa müddətdə müalicə oluna bilər. Ailə, qadın və cinsi problemdən, xüsusilə vaginizmdən əziyyət çəkənlərə Ömür klinikası əlverişli şərait yaradır. Belə ki, 20.07.18 - 15.08.18 tarixlərində bütün psixoloji diaqnostika ödənişsiz olaraq keçiriləcək. Ünvan: Ömür klinikası (Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) Əlaqə nömrələri: 012 4648608 012 4648609 012 4648610 055 3839943 050 3298692

Bu faktor Altsheymer xəstəliyi riskini artırır

Hava çirkliliyi altsheymer xəstəliyi riskini artıran faktorlar sırasında yer alır. Psixoloq.az xəbər verir ki, bu barədə Montana Universiteteinin elmi araşdırmasında qeyd edilib. Nəzərinizə çatdıraq ki, altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji və psixi bir xəstəlikdir. Araşdırma çərçivəsində Meksikanın paytaxtı Mexikoda 11 aylıqda 40 yaşına qədər 203 nəfərin ekspertizası aparılıb. Aparılan müayinələr nəticəsində onlarda altsheymerə başlamasına və inkişaf etməsinə zəmin yaradan iki qeyri-adi protein müşahidə edilib. Alimlər hava çirkliliyə məruz qalanların beyinlərində hiperfosforile tau və beta amiloid proteini dozasının miqdarının yüksək olduğunu müəyyənləşdiriblər.

İş yerini itirmək,maddi təminatın aşağı olması ən ciddi stresslər siyahısındadır

“Əsəbiyəm, məni danışdırma, yükləmə...”Tez-tez eşitdiyimiz, istifadə etdiyimiz cümlələrdən biri. Bunun üstünə nəqliyyatda, mağazada, küçədə sayı gün-gündən artan aqressiv insanları da gəlin, mənzərə qara rənglərin fonunda olacaq. Azərbaycan insanı aqressivləşir, özü yükləndikcə başqalarını da yükləyir. Ağlagəlməz intiharlar, ən qəddar qətliamlar... son günlərin gündəmində bunlardan nə qədər desən var. Yaxşı, bəs səbəb nədir? Azərbaycan insanının psixologiyasında nələr baş verir? Niyə yüklənirik, nəyə doluruq? Doğrudanmı bütün bəlaların kökündə maddi problemlər dayanır?- Bir məşhur məsəl var. Deyir, hamı dəliyə həsrət, biz ağıllıya... Azərbaycanda bu sahədə vəziyyət necədir? İnsanımızın psixoloji durumu pisləşməyə doğru gedir, ya yaxşılığa?- Son illərdə nəinki Azərbaycanda, dünya nüfuzunda da insanların psixoloji vəziyyətində bir gərginləşmə tendensiyası var. Klassik səslənsə də, bunun əsas səbəbi sürətlənmiş həyat tərzi, meqapolis mühiti və sosial ünsiyyətin azalmasıdır. - Bu gün Azərbaycanda ən çox rast gəlinən psixi xəstəliklər hansılardır? Daha çox nədən əziyyət çəkir insanlar? - Şəxsi müşahidəmin də, rəsmi statistika da, beynəlxalq hesabatların da göstərdiyi odur ki, son illərdə Azərbaycanda depressiya, həyəcan, təşviş xarakterli pozuntular, yəni nevrozların sayında ciddi mənada bir artma var.Əsəbilik şikayəti ilə müraciət edən insanların böyük əksəriyyətində müayinə sonunda depressiya və ya nevrozun hər hansı bir formasının olduqunu aşkar edirik.Bu problemlerin çoxu stresslərdən, avtoqəzalardan, ailə münaqişələrindən , maddi təminatın aşağı olmasından yaranan psixi pozuntulardır.O ki qaldı ağır ruhi xəstəliklər olan şizofreniya, ağıl zəifliyi və sair kimi xəstəliklərin rast gəlməsində heç bir artma yoxdur. Hətta bəzən zarafatla deyirlər ki, şizofreniya “ədalətli” xəstəlikdir.Varlı, kasıb, qadın, kişi, ali, orta təhsilli fərqi qoymadan illərdir ki, dünyanın hər yerində rast gəlmə tezliyi 1-3 % dir. Bu, nə artır nə də azalır.- Belə rəy var ki, psixoloqa ancaq imkanlı şəxslər müraciət edir. Dərdi olmadığı halda özünə dərd uyduran, problemsizlikdən, boş-bekarçılıqdan depressiyaya düşən varlı xanımlar, onların övladları... Nə dərəcədə doğru qənaətdi? - Bəli, Avropa və ya hər hansı inkişaf etmiş ölkə üçün bu bəlkə də belədir.Çünki ailənin şəxsi psixoloqunun olması prestij, elitaya mənsubluq göstəricisi hesab olunur.Amma bizim ölkə üçün bu, belə deyil. İnsanlar zərurət yaranmadıqca, problemləri pik həddə çatmayınca psixoloq və psixiatra getmək ehtiyacı hiss etmirlər. Getdikdə isə bir görüşdən sonra müsbət nəticə istəyirlər. Mən univertsitetdə dərs zamanı tələbələrə azərbaycan insanının psixoloq və ya psixiatra getmə diaqramını təqdim edirəm. O diaqram təxminən belədir: Falçı – Molla – Terapevt – Nevropatoloq – Psixiatr və ya Psixoloq. İntelektual səviyyədən asılı olaraq müraciət oluna ixtisas sahiblərinin ardıcılıığı dəyişir.“Pasiyentlərimə tövsiyyəm: kriminal xarakterli xəbərlərdən, tibbi verilişlərdən, İŞİD –ın videolarına baxmaqdan, “xoşqədəm, zaur” tipli verilişlərdən uzaq durun”- Son aylar ölkədə baş verən səs-küylü intiharlar, körpülərə çıxmalar, ailəni, nəsli qətliam etmələr diqqət çəkir. Çox vaxt bunu insanların televiziyadan gördükləri şiddətin təsiri altında etdiyini deyənlər tapılır. Amma buna sosial problemlərin daha çox səbəb olması da təkrarlanan fikirlərdəndir. Əslində səbəb nədir?- Hər 2 səbəb olduqca aktualdır. Həm sosial səbəblərin, həm də medianın burda rolu var. Psixologiyada “Verter effekti” anlayışı var. Bu, Hötenin “Gənc Verterin iztirablari” əsərindən götürülüb. Həmin əsərin qısa məzmunu beledir ki, əsərin qəhrəmani Verter sevgilisinin ölümünə dözə bilməyərək o dəfn olunmadan onu o biri dünyada qarşılamaq üçün intihar edir. Əsər çap olunduğu il də intiharların sayı kəskin artır. Bu tendensiya yaxın keçmişimizdə qonşu Türkiyədə Murat Kəkillinin “ Bu akşam ölürüm” mahnisi ətrafinda da oldu. Yəni, sübut olunan budur ki, müzakirə olunan hadisənin cəmiyyətdə rast gəlmə tezliyi artir. Kütləvi qətllər isə zaman-zaman dünyanın bir çox ölkələrində rast gəlinir. Fərdi cinayətlərdə, motivin tamah məqsədi olduğu cinayət hadisələrinin çoxunun kökündə maddi təminatın aşağı olması dayana bilər.- Uşaqların, yetişən nəslin psixologiyasına necə təsir edib bu hal? Hansı travmalarla müşayiət olunur?- Uşaqlara hansı informasiyanın necə təsir etməsini yaş dövrünə görə ayırd etmək lazımdır. Məsələn, 0-3 yaş arası uşaqlar ümumiyyətlə TV-dən uzaq tutulmalıdır. 4-7 yaşda uşaqlar reallıqla TV obrazini ayıra bilmirlər, hər şeyi real qəbul edirlər. 7-12 yaşda isə valideynin nəzarəti ilə olmalıdır. Çünki hər bir informasiya gələcəyə yönəlmiş travmalar verə bilər. Bu tip hallar nəinki uşaqların, hətta böyüklərin də psixi vəziyyətinə təsirsiz ötüşmür. İllərdir bütün pasientlərimə tövsiyyə etdiyimiz bir məsələ var: kriminal xarakterli xəbərlərdən, tibbi verilişlərdən, İŞİD –ın videolarına baxmaqdan, xoşqədəm, zaur tipli verilişlərdən uzaq durun.- Şəxsi müşahidəmi deyim. Son aylar küçələrdə öz-özünə danışaraq gedən insanları daha çox görməyə başlamışam. Bu, psixoloji hal hansı xəstəliyin əlamətidi?- Haqlısınız, son vaxtlar öz- özünə danışanlara mən özüm də tez - tez rast gəlirəm.Öz-özünə danışanların 2 qrupu var. İlk qrupa psixotik xəstlər aiddir. Bu xəstələrin öz dünyaları olur, onlar o dünyalarındakı xəyalı obrazlarla söhbət edə bilərlər və ya qulaqlarına gələn hallüsinator səsə cavab verə bilərlər. Digər qrup isə bunu öz stresslərinin öhdəsindən gəlmək üçün, beyinlərində illərdir yığılan probelmlərini bir növ həll etmək üçün edirlər.Yəni danışaraq öz beyinlərində çək –çevir edirlər. Bir çox hallarda bu insanlar bunu yüksək səslə etdiklərinin fərqində deyillər.Ya öz səslərinə özləri sanki oyanırlar ya da kənardan qəribə baxişları üzərlərində hiss edəndə fərqində olurlar. İlk qrup daha ciddi problemdir və mütləq peşəkar müdaxilə tələb edən vəziyyətdir.- Cəmiyyətdə hələ də psixiatrla psixoloqun fərqini bilməyən kəsim var. Sizin təcrübənizdə belə hallar olurmu? İnsanlar Sizə asanlıqla, komplekssiz müraciət edirlər? - Sevindirici hal bundan ibarətdir ki, psixiatr və psixoloqa müraciətlərin sayında bir artım var. Psixologiya sahəsində vəziyyət daha qənatbəxşdir demək olar ki. Hətta bu sahədə bir bum yaşanır. Yəqin ki, qarşıdakı bir neçə ildə burda ələnmələr olacaq və yalnız keyfiyyətli xidmət verən yerlər qalacaqdır. Qayıdaq bizim yaralı yerimiz olan psixiatr ve psixoloqun fərqinə. Mən hətta buraya psixoterapevt və nevroptaoloqu da əlavə etmək istəyirəm. Demək olar ki, bunu illərlə anlatmamıza baxmayaraq, hələ də fərqi bilməyənlər, psixiatr əvəzinə nevropotoloqa gedənler kifayət qədər çoxdur. Psixiatr kimdir? Azərbaycan qanunvericiliyinə görə, psixiatrlar müvafiq 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək, əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. Tibbdə rezidentura sistemi tətbiq olunmamışdan əvvəl 1 illik internatura keçdikdən sonra ixtisas sahibi olmaq mümkün idi. Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq problemi dərmanlar təyin etməklə həll edirlər.- Psixoloq kimdir?- Psixoloqlar isə psixologiya ixtisası mövcud olan universitetlərdə 4 illik bakalavr baza təhsili almış mütəxəssislərdir. Psixoterapiya ilə məşğul olmaq üçün isə bakalavr təhsilindən sonra 2 illik magistr təhsili alaraq klinik psixoloq ixtisasına yiyələnmələri əsas şərtdir. Psixoloqlar problemlerin səbəbini insanın düşüncəsində olduğuna əsaslanaraq öz müalicələrini danışaraq (söhbət) həyata keçirirlər.- Psixoterapevt kimdir?- Psixoterapiya bir müalicə metodudur. Bu işi həyat keçirən, onunla məşğul olan insanlara psixoterapevt deyilir. Bu işi xüsusi kurslar keçdikdən sonra həm psixiatrın özü, həm də psixoloq həyat keçirə bilər.- Nevropatoloq kimdir?- Xalq arasında nevrologiya adətən nevropatoloq adlandırılan həkimin ixtisaslaşdığı və əsəblərin müalicə olunduğu tibb sahəsi kimi başa düşülür. Lakin nevrologiya sinir, beyin və əzələ sistemi ilə əlaqəli olan daha geniş sahəni, məsələn, baş ağrıları, sinir-əzələ ağrıları, qıcolmalar, beyin insultları, qan dövranı pozuntuları, unutqanlıq, hərəkət xəstəlikləri və s. ehtiva edir.- Dövrümüzün bəlasının nevroz, panik atak olduğu deyilir. Ümumi hesablamalarla götürəndə bu, xəstələrin nə qədər hissəsini əhatə edir? - Artıq müasir kitablarda nevroz terminindən demək olar ki, istifadə olunmur. Köhnə terminologiya ilə götürsək, panik atak nevrozun bir formasidir. Başqa formalar da var.Məsələn, tez –tez ellerini yuyanlar var. Bu, obssesiv- kompulsiv pozuntudur. Daimi bəd xəbər eşitmekden qorxanlar –təşviş pozuntusu, xəstələnmək qorxusu ilə həkimləri, labaratoriyalari gəzənlər isə ipoxindriklərdir və sair. Konkret panik atak isə həqiqətən son vaxtlarda tez tez rast gəlinir. Bu xəstəliyin əsas əlaməti anidən gələn qorxu tutmasıdır ki, bu anda insan 10-15 dəqiqə müddət içində öləcəyini, infarkt keçirəcəyini düşünür.Buna o qədər inanir ki ,təcili yardım çağırır, xəstəxanaya getmək istəyir. - Ailədaxili problemlər, cütlüklər arası anlaşmazlıqlar tez-tezmi ciddi psixoloji problemlər yaradır? - Ailədaxili problemler psixoloq müraciətlərinin əsas səbəbidir. Vaxtında müdaxilə olunmazsa ciddi problemlər yarada bilər. Çox vaxt ailələr “hər ailədə belə şeylər olur” düşüncəsi ilə problemlərinin təbii bir şey olduğunu qəbul edib üzərindən keçirlər. Və beləcə stres keçirə-keçirə illərini başa vururlar. Halbuki vaxtında peşəkar yardım alinsaydı, həyatı daha zövqlü, daha da doyaraq dadını çıxarmaq olardı. Ailə terapistləri bu sahədə düşündüyünüzdən daha çox işlər görə bilirlər. Hətta gələcəkdə Azərbaycanda psixoloji yardım haqqında qanun qəbul olunduqdan sonra boşanma üçün müraciətlərdə ailəyə düşünmək üçün verilən müddətdə mütləq psixoloji yardım alınması da məcburi şəkil alacaqdır. - İnsanlar xəstəliklərini, problemlərini asanlıqla qəbul edirlərmi? Ya da olmayan problemi böyüdüb isterik həddə çatdırırlar? Bizdə bu halların hansı daha geniş yayılıb?- Psixiatriyada xəstənin öz xəstəliyinə tənqidi anlayışı vardır. Yəni, xəstə özünün xəstə olduqunu qəbul edir ya etmir. Xəstənin özünün xəstəliyini qəbul etməsi, tənqidi yanaşa bilməsi sağalmaq göstericisidir. Ümumiyyətlə, bir cəmiyyətin inkişaf göstəricilərindən biri də həmin cəmiyyətin psixi xəstəyə münasibətidir. Ölkədə bu vəziyyət təəssüf ki, ürəkaçan deyil. İnsanlar hələ də damğalanmaqdan qorxurlar. Fikirləşirlər ki, məni psixiatrın qəbulunda kimsə görsə dəli olduğumu düşünər. Bir müşahidəmi deyim sizə: Ölkənin ən böyük psixiatrik xəstəxanası olan Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gedən 172 saylı marşrut avtobusu keçmiş Əzizbəyov metro-stansiyası ətrafından tərpənirdi. Deməli həmin avtobusda gedənlərdən, əgər kiminsə yaxını xəstəxanada yatırdısa, o insan “xəstəxananın yanında saxlayın”, xəstəsi olmayanlar isə “dəlixananın yanında saxlayın” deyirdilər. Zənnimcə, bu qısa müşahidə böyük bir cəmiyyətin psixiatriyaya , psixi xəstələrə olan münasibətinə bütün çılpaqlığı ilə güzgü tutur.- İşini itirmək qorxusu, aşağı qazanc, yaşam qayğısı insanları hansı həddə catdirir? Bu, hansı hallarda və necə xəstəliklərlə sonuclanır?- İş yerini itirmək, maddi təminatın aşaği olması ən ciddi streslər siyahsındadır. Əgər bu iş yeri çətinliklə əldə olunubsa və bu işləyən adam ailənin yeganə gəlir gətirən üzvüdürsə, stress 1-ə 10 qat artır. Çunki şəxs heç bir vəchlə işini itirmək istəməyəcək və bunun naminə hər bir stresə, çətin əmək şəraitinə, kobud müdiriyyətə və ya özündən razı kollektivə dözməli olacaqdır. Aydın məsələdir ki, belə gərgin iş rejimi o insanı yorub əsəblərini sıradan çıxaracaqdır.

Təyyarə qorxusuna necə qalib gəlmək olar ?

Cəmiyyətin təxminən hər 10 nəfərindən birində rast gəlinən uçuş həyəcanının elmi adı “aviofobiyadır”. Bəzi yerlərdə bu problemin adına təyyarə qoruxusu da deyirlər.Bu bir xəstəlikdir və insanın həyat fəaliyyətinə, uğurlarına təsir etməyə başlayırsa peşakar birindən müalicə alınması mütləqdir. Fobiya nədir? Qorxu olduqca normal və insan psixologiyasına yad olmayan bir hissdir.Bir insan özünü təhlükədə hiss etdiyini düşünürsə yaşadığı hiss qorxudur.Qorxu hissinə biz o halda fobiya deyirik ki, şəxs qorxulan şeyin əslində qorxulu olmadığını bilir, bunun məntiqsiz olduğunu düşünür lakin bütün bunlara baxmayaraq hələ də ifrat dərəcədə qorxmağa davam edir və bu qorxu hissi həmin insanın həyatını məhdudlaşdırmağa başlayır.Fobiyası olan insan məhz həmin fobiyası olduğu obyektdən qaçır həyatının başqa məqamlarında kifayət qədər cəsurdur. Yəni bir insanın fobiyasının olması onun qorxaq olması mənasına gəlməməlidir.Uçmaq insan fitrətinə yad bir şey olduğu üçün insan psixologiyası uçuşu təhlükəli məqam olaraq qəbul edir. Əksər hallarda təkrarlanan davamlı uçuşlardan sonra bu hiss əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itib gedir. Uçuş qorxusu hansı şəxslərdə olur? Uçuş qorxusunun ən çox müşahidə edildiyi insanlar paralel olaraq panik pozuntu və ya aqrofobiya xəstəliyindən əziyyət çəkən insanlardır.Belə ki, bu şəxslər uçuş zamanı bir panik atak keçirmə ehtimalına və onlara tibbi yardımın gec çatma ehtimalına görə təyyarə səfərlərindən birmənalı şəkildə ya imtina edirlər və ya hədsiz diskomfort yaşayırlar. Uçuş qorxusunun əlamətləri nələrdir? Bütün fobiyalar kimi bu fobiya zamanı da qorxulan obyektlə qarşılaşan zaman ürək döyüntülərinin sayının artması, nəfəs darlığı, mədə - bağırsaq nahiyəsində narahatçılıq, baş gicəllənməsi tərləmə, ağızda quruluq, ölüm qoruxusu , pis nəsə baş verəcəyi düşüncəsi hakim kəsilir.Bəzi adamlarda bu hisslər hətta təyyarə biletinin alındığı vaxtdan başlayır və uçuş tarixinə qədər gedərək artmağa davam edir. Təyyarə qorxusu yaşayan insana necə kömək etməli ? İlk növbədə siz təyyarədən nədən qorxduğunuzu özünüz üçün ayırd edib bunun risklərini yəni reallaşma ehtimalını müzakirə etməlisiniz.Daha sonra təyyarə və uçuş haqqında sizin qorxularınıza təsir edəcək səviyyədə bəzi texniki biliklərə yiyələnməlisiniz. Məsələn “hava boşluğu, trübulans nədir, təyyarənin motoru dayana bilərmi, yanacaq qurtara bilərmi və sair”.Texniki biliklərdən başqa bəzi statistik məlumatlar da sizin qorxunuza qalib gəlməyinizə xeyli köməklik edəcəkdir.Bu statistik bilgilərdən birincisi isə təyyarənin dünyadakı ən etibar nəqliyyat növü olmasını və qəza etmə sayının olduqca az olduğudur.Bu standart bilgilərdən sonra isə bəzi texnikları da bilməniz önəmlidir.Bunlara aşağıda qeyd etdiklərimiz daxildir - Düzgün tənəffüs texnikası : burunla nəfəsi alıb biraz saxladıqdan sonra ağızla “fit” çalırmış kimi nəfəsi asta - asta vermək lazımdır. Bunu bir müddət etdikdə bədəninizdə müəyyən sakitlik hissi yaranacaq və bu texnika sizə gələcəkdə həyəcanlı vəziyyətlərdə həyəcanınızı dəf etməyə kömək edəcəkdir.- Düçüncədə canlandırma texnikası: Siz “təyyarədə olduğunuzu” təssəvür edib həyəcan səviyyənizi idarə etməyə çalışın.Əgər düşüncədə canlandırma zamanı sizdə həyəcan səviyyəsi düşübsə artıq siz realda qorxuduğunuz obyektlə qarşılaşa bilərsiniz.- Realda qarşılaşma texnikası : Mümkünsə əgər hava limanı ərazisində təyyarələrin enib qalxmasını müşahidə edin, mütəmadi təşkil olunan təyyarə tanışlıqlarından istifadə edinƏgər yuxarıda qeyd etdiyimiz texnikalar sizin təyyarə qorxunuza qalib gəlməyə kömək etmədisə peşakar yardım almağa çalışın.Müəyyən periodlarda aparılan psixoterapiya seansları əmin olun ki, təyyarə səfərlərindən sizə yenidən zövq almanıza kömək edəcəkdir.Bəzi hallarda həkim müayinəsi sonrası sizə məhz uçuş zamanı qorxunuzu götürə biləcək dərman peraparatları da təyin oluna bilər.