Psixoloji Xəbər

Nevroz simptomu necə formalaşır?

Nevrotik qrupuna aid xəstəlikləri yaxın keçmişdə nevroz adlandırırdılar. Bu xəstəlik qrupunun müalicəsinə böyük əmək sərf etmiş alimlərdən biri hamımıza tanış Ziqmund Freydin bəzi əsas fərziyyələrinə (hansılarki mütləq təasdiqini tapıb) diqqət yetirmək istərdim. Beləliklə, nevroz iki ayağa söykənir: uşaqlıq travması + aktual travma, və bu travmanın tədqiqatı Freydi travma nəzəriyyəsinin yaradılmasına gətirir və ya, necə başqa adı – erkən yoldan çıxardılmanın (cəzb etmə, erkən seksual yoldan çıxartma (cəzb etmə)) nəzəriyyəsi. Ona əsasən, uşaqlıqda uşaq seksual xarakterli travmasını alır. Əlbətki, onun uşaq "məni" daha çox zəifdir və travmanı adekvat emal etməyə qadir deyil, sıxışdırıb çıxarma baş verir, affekt şüursuzluqda inkişaf etməyə başlayır və nevroz simptomatikası şəklində çıxış etməyə başlayır. Freydin fikrinə görə, psixoanaliz psixonevrozlarla çox gözəl işləyir. Uşaqlıq travmasını aşkar edən insan özünü dərk edərək nevrotik əlamətlərdən azad edir. İsterik simptom dərin simvolikaya malikdir. Nitqin isterik fonda itirilməsi: “mən kimləsə daha danışmaq istəmirəm” İsterik korluq: “mən bunu görmək istəmirəm”. Freydin birinci dualist modelinin əsasına Şopenqauerin tezisi qoyuldu: “Dünyanı aclıq və sevgi idarə edirlər”. Yəni bu meyllərin iki qrupudur: Mən-dən gələn və libidonun meylləri. "Mən"-in ən tutumlu  meyl ifadəsi – özünü qoruma instinktidir, libidonun meylləri isə seksual meyllərdir. Belədir dualizm! Nevroz simptomu necə formalaşır? Libidoz enerji boşalmaya cəhd edir – subyekt həzzə cəhd edir, amma əgər yol, hansını ki, o seçir, Mənə əks təsirlə qarşılaşırsa – sıxışdırıb çıxarma baş verir. Meyl sıxışdırılıb çıxardılır və başqa çıxış yolu axtarmağa məcbur edilir, dolama yollara əl atılır. Və o onları tapır – nevroz simptomu şəklində. Nevroz simptomu insan Məninə lazımdır – o əvəzetmə kimi axtarılan təmin olunma formasında yaranır. Əslində nevrozlar özü böyük bir müdafiədir. Nədən? İnsanın özündən. O özündən ki, insan onu hələ heç tanımır… Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu və psixoanalitiki Aydan Xasməmmədzadə

Çatışmazlıqların kompleks edilməsi - Dismorfofobiya nədir?

Dismorfofobiya insanın öz bədən quruluşundakı çatışmazlıqları kompleks etməsi və kompleksin onun normal həyatına təsir etməsidir. Dismorfofobiyanın yeniyetməlik dövründə meydana çıxması insanlarda sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanırlar və bu onların psixikalarında çatışmazlıqların meydana gəlməsinə səbəb olur. Bəzən bu fobiyaya orta yaşlı adamlarda da rast gəlmək mümkün olur. Əksər hallarda dismorfofobiya depressiya  və ya intiharlarla yekunlaşır. Statistikanin nəticələri özünə qəsd edənlərin əksəriyyətinin dismorfofobiuyadan əziyyət çəkdiyini təsdiq etmişdir. Dismorfofobiyanın diaqnozunu qoymaq aşağıdakılara əsaslanır: * xəstənin öz bədən quruluşuna və xəstəliklərinə qarşı patoloji kompleksləri olur* bir və ya bir-neçə fiziki problemə qarşı diqqətin çox olur* xəstə öz qüsurunu faciəyə çevirir* xəstənin daima öz qüsurları barədə danışaraq ətrafdakıların diqqətini özünə cəlb etmək istəyir* xəstənin fikrinin yanlız öz çatışmazlığının və ya eybəcərliyinin üstündə olması Dismofofobiyanın əlamətləri müxtəlif cür ola bilir. Onlar aşağıdakılarla əlaqədar olur: * güzgü* şəkillər* uydurma fikirlər* cəmiyytdən uzaqlaşma* pərtlik* diqqətin yanlız ö çayışmazlığına yönəlməsi* öz deffektini düzəltməyə çalışmağa dirənmək Dismorfofobiyadan əziyyət çəkən adamlar şəkillərinə və güzgüyə baxdıqları zaman intihar barədə düşünürlər. Əgər oların qüsurlarını düzətdirməyə pulları çatmırsa o zaman onlarda intihara cəhd halları baş verir. Bu səbəbdən də dismorfofobiyadan əziyyət çəkən xəstələri təcili müalicə etdirmək lazımdır. Xəstəliyin müalicəsi müxtəlif vasitələrlə aparılır. Adətən bu xəstəlikdən əziyyət çəkən adamların qüsurlarını plastik cərrhiyə yolu vasitəsilə müalicə etdikdə onlar başqa yerlərində qüsur axtarmağa başlayırlar. Ona görə də mütəxəssislər dismorfofobiyadan əziyyət çəkən xəstələri psixoloqların müalicə etməsi daha münasib sayılır. Kompleks müalicə isə daha yaxşı effekt verir. Bu zaman xəstə özünün bədənində qüsur olmadığını düşünür və özünü olduğu kimi qəbul edir.(immunitet.az)  

Qadınlara xas psixoloji sindromlar - Daha tez tanıyacaqsınız

Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbəttə ki, romantizm – sevgidir. Lakin bu əsəri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heç də insana asan başa gəlmir, əksinə ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özünə qapanır, depressiyaya uğrayır. Psixologiyada bir neçə sindrom var ki, onları sizin nəzərinizə çatdırmaq istəyirik. Anna Karenina sindromu Klinik portret: “Məni heç kəs sevmir. İsterik davranış – mən dünyanın mərkəziyəm. Hamı məni sevməlidi, ama niyə belə olmur?! Birdən məndən daha yaxşısını tapar. Mən hiss edirəm, o, mənə xəyanət edir”. Əslində belə qadınlar pataloji qısqanclıqdan əziyyət çəkirlər. Özlərini çıxılmaz vəziyyətə salırlar. Çünki, realda onu atmaq istəyən olmayıb. Nəticədə özündə irrasional düşüncə formalaşdırır. Elizabet Bennet sindromu Klinik portret: “Bu sindromdan əziyyət çəkən qadınlar öz intellektini nümayiş eləməyə can atırlar. Hamını ağlına görə qiymətləndirən, dəyər verən bir qadın obrazıdır. Kimsə Elizabet sevmirdirsə, vay onların halına! İntellektual söhbətlər, atmacalar sizi buraxmayacaq. Skarlett Oxara sindromu Klinik portret: Bu qadın üçün həyatda yüngül yol mövcud deyil. Çətinlikləri sevən, problemləri həll edən bir güclü, dəmir ledi. O, problem olmayanda özünü xoşbəxt hiss edə bilməyən bir qadındır. Şəxsi həyatı sakit olsa, o bədbəxt olar. O ehtiras burulğanına düşmək fikirindədir. O kişi ürəklərinin ovçusudur. Onu əldə etmək üçün ona laqeyd olun. Rebekka Şarp sindromu Klinik portret: “Mən kimdən əksiyəm?!” Onun fikrincə, onda bütün qadına lazım olan xüsusiyyətlər vardır. Lakin bəxti gətirməyib ki, kasıb ailədə dünyaya gəlib. Ən böyük arzusu – yüksək vəzifəli insanlar sırasında olmaqdır. Bunun üçün bütün gücünü səfərbər edən Miss Şarpln qarşısında dayanmaq olmaz. Ambisioz olan bu qız, hamını yox etməyə hazırdır. Nastasya Filipovna sindromu Klinik portret: “Kimi bu gün acılayım?! Kimi əsəbləşdirim?! Kim məni özümdən çıxartsın ki, mən ağlayım?!” Onun fikrincə, qadın isterik və nevrotik olmalıdırki, ona fikir versinlər. O ehtiras axtarır, qanı qaynayır, pul xərcləməyi sevir. Fantaziyası möhkəm olan bu qadınlar özlərindən başqa heçkəsi sevmirlər. Bu şəxsiyyət növlərinin formalaşması patoloji şəxsiyyət pozuntusuna gətirə bilər. Klinik simptomatikaya fikir verək: İsterik elementlərin mövcudluğu emosional labillik, davamsızlıq, bədbinlik, konfliklərə meyllilik, aqressivlik, ideallaşma, yüksək qiymətli fikirlərin olması. Belə qadınlara mütləq şəkildə öz həyat tərzlərini dəyişmək, daxili aləmlərini inkişaf etdirmək, dəyərləri yenidən qiymətləndirmə və psixoterapiya lazımdır. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Reyhan Mirzağayeva  Klinik Psixoloq- Aydan Xasməmmədzadə

Uşaqlarda olan qeyri-iradi hərəkətlər - Tik nədir?

Tik bir ve ya bir neçə əzələ qrupunda yaranan, təkrarlanan özünü istəksiz hərəkətlərlə göstərən pozuntudur. Ən çox rast gəlinənlər göz qırpma, burnunu hərəkət etdirmə, dodaq oynatma, qaşlarını qaldırmaq kimi üz tikləridir. Öskürək şəklində olan tiklər də var. Yuxu zamanı tik itir. Bu hal, yuxusuzluq, yorğunluq vəziyyətində artır. Əgər təkrarlanan hərəkətlər bir aydan tez keçib gedərsə təkrarlanan tik, bir ildən çox davam edərsə xroniki tik adlanır. Tiki olan uşaqların ailələrində də tiklərə rast gəlinir. Əziz valideynlər bu əlamətləri uşaqlarınızda gördüyünüz an psixoloqa müraciət etməyiniz vacibdir. NUPM psixoloqu Çinarə Muradova Psixoloq.az

Siqareti niyə tərgidəmmirik? – Psixoloji tərəfləri

Siqaret vərdişi adətən yeniyetmə zamanında başlayır. Buna isə təzyiqlər və sosial dostlar səbəb ola bilər. Bəs hər kəs zərərli olduğunu bilə-bilə nə üçün çəkməyə davam edir? Psixoloq.az xəbər verir ki, siqaret çəkən insanların əksəriyyəti nə üçün buna davam etdirdiyini bilmir.  Psixoloqlar bildirirlər ki, insanlarda nəticə eyni olsa da cavabları fərqli olur. Araşdırmalar göstərir ki, siqaret çəkənlərin bir çox qismi ağıllı və zəkalı insanlardır. Amma buna baxmayaraq nə üçün tərgidə bilməməklərinin səbəblərini ayırd edə bilmirlər. Bunun səbəbi əsas iki faktor ola bilər. Tütün alışqanlığı – tütünün içindəki rəngsiz maddə insanda narkotika kimi asıllıq yarada bilər. Siqaretdən çəkilən hər nəfəs, ciyərlərə müəyyən miqdarda nikotin göndərir. Bir siqaret çəkimində vücuda 20 faiz nikotin  daxil olur. Məhz bu səbəbdən həkimlər siqareti tərgitmək istəyən insanlara ilk olaraq nikotini bədəndən təmizləyən vasitələri tövsiyə edirlər. Bundan əlavə bəzi əhvalla bağlı dəyişikliklər də siqaret vərdişinə səbəb ola bilər. Stress, əsəb insanların siqaret çəkməsi üçün özlərinin inandırdıqları bəhanələrdir. Unutmayın ki siqareti tərgitmək üçün heç zaman gec deyil. Qeyd edək ki, bunun üçün psixoloq dəstəyi də almalısınız. Şəhanə Quliyeva

Cismləri çox böyük və ya kiçik görmək - "Alisa Möcüzələr Ölkəsində" sindromu nədir?

İşdən evə gedərkən kibrit qutusu boyda avtobusun yaxınlaşdığını görürsünüz. Avtobus yaxınlaşsa da ölçüsü böyümür. Dinozavr böyüklüyündə bir sərçə pəncərənin şüşəsinə çırpılır, ağaclar göy üzünə göydələnlərdən daha yaxındır. Yuxuda deyilsinizsə, bu, "Alisa Möcüzələr Ölkəsində" sindromunun (AİWS) göstəriciləridir. Psixoloq.az xəbər verir ki, "Alisa Möcüzələr Ölkəsində" sindromlu xəstələrdə cisimləri olduğundan böyük və ya kiçik görmək kimi problemlərə rast gəlinir. Problem görmədə deyil, alqılamadadır. Bəs əlamətləri nədir? — Hərəkətlərdə assimetriya — Görmə, məsafə, zaman alqısında pozulmalar — Toxunma hissində pozulmalar (sərt əşyaya toxunub yumşaq kimi hiss etmək) — Səs alqısında pozulmalar (təbiətin səslərini daha güclü eşitmək) — Karlik hallüsinasiyalar Bu kimi əlamətləri bəzən sağlam insan da yuxusuz və yorğun vaxtlarında özündə hiss edə bilər. Bəziləri «Alisa Möcüzələr Ölkəsində» kitabının müəllifi Luis Carrol-un da AİWS-dan əziyyət çəkdiyini iddia edirlər. Dəlil olaraq, əsərdəki «Bir quzğun niyə iş masasına bənzəsin ki?» cümləsini göstərirlər.

Ördək balası sindromu

Ördek ve qaz balalarında (Baby duck syndrome) bele bir xüsusiyyet var ki, doğulan kimi hərəkət edən nəyise ve ya kimisə görsələr ( top, it, toyuq, adam və s.) anası hesab edirlər ve dalınca düşürlər. Beləcə də bəzi adamlar var ki, müəyyən bir sahədə, mövzuda ilk nəyə rast düşürlərsə onun ən üstün, ən ideal, ən düzgün olduğunu hesab edirlər. Və yeniliyi qəbul etməkdə çətinlik çəkirlər. Tez-tez mübahisə edirlər və  öz fikirlərini aksioma hesab edərəkdən hərkəsə yeritmək istəyirlər.Bu sindromu (Baby duck syndrome) xəstəlik adlandırmaq düz olmaz. Daha çox qeyri düzgün formalaşan düşüncə tərzidi. Bəs bundan nece can qutarmaq olar? İnsan özünə qarşı biraz kritik yanaşmalıdir, analiz etməlidir, məsələn: niyə mən başqa cür deyil məhz belə düşünürəm? Digər insanların fikirləri ilə maraqlanmalıdır; bu mövzuda məqalələr, kitablar oxumalıdı. Başqa sözlə son qərarı ilk gördüyünlə deyil, bir neçə mənbədən aldığın informasiyaya görə verməlisən

"Bu adı məhsula qoymaq düz deyil" - Gülməli adların insan zehninə təsiri

Məhsullara verilən müxtəlif adlar hər zaman maraq dairəsində olub. Psixoloq.az xəbər verir ki, son zamanlar broyler toyuq məhsuluna “xalaoğlu” adının verilməsi isə sosial şəbəkələrdə kifayət qədər tənqid mövzusu olub. Buna gülməli rəylər yazanlar da çox oldu, tənqid edənlər də... Bəs məhsulla aidiyyatı olmayan adlar insan psixologiyasına nə kimi təsir göstərir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoterapevt Süleyman Məmməd-zadənin sözlərinə görə, məhsula ad vermək marketinq şöbəsinin işidir və oradakı mütəxəssislər də bir növ psixoloq olmalıdırlar: “Bildiyiniz kimi psixologiya şaxəli elmdir. Marketinq cəhətdən elə bir ad seçilməlidir ki, insanların şüuruna hansısa təsir göstərərək məhsula cəlb edə bilsin. Reklamda belə bir addan istifadə etmək mümkündür. Çünki reklam yadda qalandır. Ancaq bu adı məhsulun üzərinə qoymaq doğru deyil. Çünki birbaşa məhsulla arasında heç bir rabitə yoxdur. Bu, dolamağa gətirib çıxaran bir şeydir. Məhsulun üzərindəki bu ada baxarkən düşünmürəm ki insanları cəlb etsin. Daha da müştərini güldürərək özündən uzaqladıracaq. Düzü bunu neçə adam evinə alıb aparmaq istəyər maraqlıdır”. Şəhanə Quliyeva

Ümidsiz və kefsiz olanlar...Bu problemə yoluxmaq ehtimalınız var

Depressiyanın əlaməti ilk olaraq yuxu və yemək pozuntusu ilə özünü biruzə verir. Psixoloq.az xəbər verir ki, şəxs özünü ümüdsüz və kefsiz hiss edir. Yorğunluq hissi hakim olur. İntihar və ölüm düşüncələri daha da çoxalır. Depressiya yas deyil, ancaq yas depressiyaya səbəb ola bilər. Hər 6 nəfərdən biri bu problemdən əziyyət çəkir. Qadınlarda kişilərə nisbətdə daha çox görülür. Bəs depressiyaya səbəb olan faktorlar hansılardır? Genetik səbəblər Vücuddakı bəzi hormonların pozğunluğu Ətraf faktorlar – kasıblıq, şiddət və s. Qeyd edək ki, müalicəsi isə psixoterapiya, elektroterapiya və s üsulu ilə aparılır. Şəhanə Quliyeva

Stendal sindromu nədir?

Hiperkulturemiya və ya Florens sindromu incəsənətin insan üzərində təsiri nəticəsində, xüsusilə incəsənət əsəri gözəl olduqda və ya çoxsaylı incəsənət əsəri bir məkana toplanmış olduqda insanın ürək döyüntülərinin sürətlənməsi, baş gicəllənməsi, ürəkgetməsi, hətta hallüsinasiyalara səbəb ola bilən psixosomatik xəstəlik vəziyyətidir. Bu termin həmçinin digər şəraitlərdəki gözəllik bolluğunu görməyə olan reaksiyanı əks etdirə bilər. Xəstəlik 19-cu əsrdə yaşamış məşhur fransız yazıçı Stendalın(Henri Mari Beyl) ölümündən sonra belə adlandırılıb. Belə ki, yazar 1817-ci ildə Florensiyaya səyahət edir və fenomenlə qarşılaşır. Bu haqda “Neapol və Florensiya: Milandan Reccoya səyahət” kitabında qeyd edilir. Nikkolo Makiavelli, Mikelancelo Buonarroti və Qalileo Qaliley dəfn olunduğu Santa Kros Kilsəsinə səfər edir və ilk dəfə Cottonun freskalarını görür və emosiyaların əsirinə çevrilir.  O yazırdı:  “Mən Florensiyada olmaq fikrindən tutmuş bu möhtəşəm insanların qəbrini yaxından görməyə qədər olan vaxt ərzində qısa müddətli ekstaz (cuşagəlmə) dövrü yaşadım. Bu möhtəşəm gözəlliyə tamaşa edərkən ülvi hisslər keçirdim. Hər şey canlı-canlı ruhumla danışırdı. Kaş ki unuda bilsəm. Berlində “sinir” adlandırdıqları ürəkdöyünmələr yaşadım. Həyatım tükənirdi. Qorxurdum ki, yıxılacağam”. Florensiya incəsənətini görən bir çox adam bu baş gicəllənmələri və ürək tutmaları yaşayıb, lakin bunun sindrom kimi qəbul olunması 1979-cu ilə təsadüf edir. Bu ildə italyan psixiatrı Graziella Magherin Florensiyada səyahətdə olan yüzdən çox turisti müşahidə etmiş və onların keçirdiyi hissləri təsvir etmişdi.

Qəfildən xarici dildə danışmaq... - Xarici aksent sindromu nədir?

Xarici aksent sindromu xəstədə qəfildən digər bir dil aksentinin yaranmasıdır. Xarici aksent sindromu adətən zərbə nəticəsində, bəzənsə kəllə-beyin travması nəticəsində yarana bilər. Bunlar sindroma tutulanların ən  çox göstərdiyi səbəb olsa da, miqren olan xəstələr də bu sindroma yaxalana bilərlər. Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır. Bunu da qeyd etmək lazımdır ki, xəstə birdən-birə xarici dil bilgilərinə yiyələnmir. Təsdiqlənməmiş məlumata əsasən 2010-cu ildə bir xorvatiyalı komadan çıxandan sonra almanca səlis danışmağa başlayıb, lakin bu bacarığın beyin zədəsi səbəbindən qazanılması öz təsdiqini tapmayıb. Bu sindrom elə təsir bağışlayır ki, sanki sindroma tutulanlar öz dillərində, lakin xarici aksentdə danışırlar. Məsələn, yerli amerikalı ingiliscə elə danışa bilər ki, sanki cənub-şərqi ingiltərəlidi, və Britaniyada yaşayan biri Amerika ingilisi aksenti ilə danışa bilər. Oksford universitetində aparılan tədqiqata əsasən sindroma səbəb beynin müəyyən hissələrinin zədələnməsidir ki, buraya beynin linqvistik funksiyalarını yerinə yetirən hissələrdir. Onların zədələnməsi səhv tələffüzə gətirib çıxarır. İddia edilir ki, İngiltərəli musiqiçi, ifaçı və söz yazarı Corc Miçel 2012-ci ilin iyulunda komadan ayılanda Şimali London aksenti əvəzinə qərb dairəsinin aksentilə danışmağa başlayıb. O 2011-ci ildə pnevmaniya nəticəsində komaya düşmüşdü.

İnternetdə təhlükəli oyun yayılıb - Ölənlər var

Artıq 2 aydır ki, internetdə  Momo adlı suisid təhlükəli onlayn oyunu yayılıb.  Psixoloq.az xəbər verir ki, Mavi Balina kimi təhlükəli olan oyun bu dəfə whatsappda-da qurbanlarını tapır. Belə ki, qorxulu kukla olan oyun whatsapp-ın siyahısında qəfildən peyda olur və yazır. Onu ləğv edib, pozmaq cəhdləri də alınmır.  Momo əvvəl " Salam, necəsən, nə xəbər, neynirsən” kimi suallarla başlayır. Daha sonra haqqınızda hər şeyi bildiyini deyib, şantaja başlayır.Əgər uşaq dialoqu davam etdirsə, onu oyuna dəvət edir. Əksərən gecələr mesajlar göndərən Momo zorakılıq görüntüləri, şəkilləri göndərir və tezliklə səni öldürəcəyini yazır.Bu psixoloji terror o vaxta kimi davam edir ki, uşaq oyuna razı olur. Razılıq verildikdən sonra tapşırıqlar gəlir: gecə evdən çıx, küçəni fırlan gəl, qaranlıq zirzəmiyə düş, boğazına bıçaq daya, qolunu kəs . Qorxub razılaşmayanları yaxınlarının ölümü ilə təhdid edir.Momo ilə nə qədər çox yazışma olsa, bir o qədər çox məlumat telefondan ötürülür və informasiyası çoxalır.Oyunun qurbanları olaraq adətən yeniyetmələr seçilir. Hazırda Amerikada yayılan oyun 12 yaşlı argentinalı qızın ölümünə səbəb olub: o telefonun kamerası qarşısında özünü asıb. Polis onun telefonunda whatsappda Momo ilə yazışmasını aşkarlayıb. Amerikalı psixoloqlar oyunun getdikcə İspaniya, Almaniya, Hindistanda yayıldığını bildirib, tezliklə Rusiya və Asiyaya keçəcəyinin bildirərək, pedaqoq və valideynləri xəbərdar edib.