Arıqlamağın asan üsulu - Tez-tez ye, çox su iç

Müasir diyetoloqlar arıqlamağın yeni üsulunu təqdim ediblər.  Psixoloq.az xəbər verir ki, bu növ pəhriz zamanı ac qarnına su içmək əsas qaydalardan hesab edilir. Gün ərzində 2 litr maye qəbul edilməlidir. Bu pəhriz zamanı ara qidalar zərərli sayıldığı üçün icazə verilmir. Əvəzində isə meyvə yemək tövsiyə edilir. Gün ərzində tez-tez və az-az yemək əsas şərtdir. Son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır. Bu 1 stəkan kefir və ya qatıq ola bilər. Qatığa 1 çimdik darçın əlavə etmək olar. Darçın ən effektli "piy yandıran" ədviyyat sayılır və bir çox diyetoloqlar darçını öz pəhrizlərinə daxil edirlər.  

Üzgüçülük bir sıra xəstəliklərin qarşısını alır

Üzgüçülük uşaqların inkişafı üçün faydalı idman növlərindən biridir. Əvvəllər səhhətində problem olan uşaqlar əsasən həkim məsləhəti əsasında həmin idman növü ilə məşğul olardılar. Lakin son zamanlar üzgüçülüyə maraq xüsusilə artıb. Psixoloq.az azərtac-a istinadən xəbər verir ki, Qərb ölkələrinin bir çoxunun təhsil sistemində üzgüçülük məcburidir və ayrıca fənn kimi tədris olunur. Üzmək sağlamlıq, düzgün nəfəs almaq, pis vərdişlərdən uzaq olmaqla yanaşı psixoloji cəhətdən mübarizlik əzminin möhkəmlənməsinə də kömək edir. İdmanın bu növü ilə məşğul olmaq sağlamlıqla yanaşı azyaşlılarda xasiyyətin formalaşmasına, o cümlədən məsuliyyət hissinin inkişafına da kömək edir. Bundan əlavə üzgüçülük immun sistemini möhkəmləndirərək orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir, eləcə də qan dövranına, sinir sisteminə və ağciyərlərə müsbət təsir göstərir. Əzələ sistemini inkişaf etdirir, piylənmənin, şəkər xəstəliyinin və skoliozun qarşısını alır. Erkən yaşlarda həmin idman növü ilə məşğul olmaq gələcəkdə yarana biləcək su qorxusunu aradan qaldırır. Bəzi alimlərin fikrincə, uşaq yeriməzdən əvvəl mütləq üzməlidir. Belə ki, üzgüçülüklə məşğul olan uşaqlarda özünəinam və qalibiyyət hissi çox güclü olur. Mütəxəssislərin fikrinə görə, artıq iki aylığından etibarən körpəni suya alışdırmaq lazımdır. Bunun üçün başlanğıc olaraq böyük bir vanna hovuzu əvəz edə bilər. 3-4 yaşlı uşağı artıq suya buraxmaq olar. Onu da demək lazımdır ki, nə ac, nə də tox vəziyyətdə suya girmək olmaz. Yeməkdən 2-3 saat sonra üzmək daha məsləhətdir. Hovuzda suyun temperaturu 37 dərəcə olmalıdır. Həftədə 2-3 dəfə olmaqla 5-6 yaşlarındakı uşaqlara yarım saat, 6 yaşdan yuxarı olanlara isə 45 dəqiqə və ya 1 saat məşq etmək məsləhət görülür. Üzgüçülük müxtəlif xəstəliklərin müalicəsində də tətbiq edilir. Müalicə müddəti xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Onurğa əyriliyi olan uşaqlarda bu müalicə illər boyu davam edir. Onu da qeyd etmək lazımdır ki, açıq yaralar, göz patologiyaları, infeksion və mərkəzi sinir sistemi xəstəlikləri zamanı üzgüçülük əks göstəriş olaraq qəbul olunur.

Gündüzlər yuxulu olmaq bu xəstəliyin simptomudur

Altsheymer xəstəliyinin ilkin simptomlarından orqanizmin normal sutkalıq ritminin pozulmasıdır.Xəstəliyin əsl səbəbi indiyədək məlum olmasa da, “amiloid” fərziyyəsinə görə, xəstəliyin əsasında baş-beyin toxumalarında beta-amiloidin həddən artıq toplanması dayanır. Bu maddənin miqdarı orqanizmin sutkalıq ritminə uyğun olaraq dəyişir – insan yuxuda olarkən azalır, oyaq vəziyyətdə, habelə yuxusuzluq zamanı çoxalır. Altsheymer​ xəstəliyindən əziyyət çəkənlərdə yuxu tsikli pozulmuş olur. Lakin alimlər ilk dəfə olaraq müəyyənləşdiriblər ki, bioloji saat dəyişikliyi xəstəliyin çox erkən mərhələsində - intellekt pozulmasından əvvəl baş verir. Psixoloq.az xəbər verir ki, alimlər orta yaşı 66 olan 189 adamın sutkalıq ritmini müşahidə ediblər. Onların heç birində yaddaş, düşünmə, fikri cəmləməklə bağlı problemlər olmayıb. Pasiyentlərin hamısı ya baş-beyin toxumalarında amiloidin miqdarına, ya onurğa beynində amiloid zülalının miqdarına, ya da hər ikisi ilə bağlı müayinədən keçiblər. Bir-iki həftə ərzində onlar yuxu və oyaq qalmaq vaxtlarının əvəzləndiyini müşahidə edən xüsusi bilərzik taxıblar, hər səhər isə axşamı necə keçirdiklərini gündəlikdə ətraflı yazıblar. Pasiyentlərin 50 nəfərində Altsheymer xəstəliyinin başlanğıcından xəbər verən xüsusiyyətlər müşahidə edilib. Bu adamların hamısında sutkalıq ritmlərin aşkar pozulduğu müşahidə edilib – onlar yuxu çatışmazlığı hiss edib, gecələr yuxudan tez-tez ayılıb, gündüzlər yuxulu olmaqdan əziyyət çəkiblər.(Publika.az)

Baş ağrısını necə azaltmaq olar? - Üsullar

Baş ağrıs bir çoxlarının əziyyət çəkdiyi problemdir. Bəs necə azaltmalı? Psixoloq.az həmin üsulları təqdim edir: Qulaqlarınızı massaj edin Əllərinizlə qulaqlarınızın arxasına 1-2 dəqiqə ərzində yüngül massaj edin. Aromaterapiyadan istifadə edin Nanə, şokolad, portağal, qızılgül və bir çox digər qoxular baş ağrısını azaldır. İlıq duş qəbul edin. Su bədəni rahatlaşdırdığı üçün ağrıların şiddətini azalda bilər. Qeyd edək ki, həkim tövsiyəsi olmadan ağrıkəsici içmək məsləhət görülmür.

Bu xəstəlikdən əziyyət çəkənlər balqabaq yeməlidir

Şübhəsiz ki, balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qıdalı liflər və s. vacib maddələr var. Balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir. Psixoloq.az xəbər verir ki, qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir. - Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır. - Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir. - Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur. - Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir. - Balqabaq orqanizmi çox yaxşı təmizləyir və cavanlaşdırır. - Balqabaq sidikqovucu xüsusiyyətlərə malikdir ki, bu da onu sidik kisəsi, sidik yolları və böyrəklərimiz üçün çox faydalı edir. - Balqabaq hipertoniyadan əziyyət çəkənlərə fayda verir. Bu tərəvəz təzyiqi aşağı salmağa kömək edir. - Artıq çəki və piylənmədən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq azkalorili məhsuldur və həmçinin insanı uzun müddət ərzində tox saxlayır. - Sinklə zəngin olan balqabaq və xüsusilə balqabaq tumları kişi sağlamlığı üçün çox faydalıdır - spermanın tərkibini yaxşılaşdırır, potensiyanı artırır, kişi cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır. - Balqabaq immun sistemini möhkəmləndirir, dəriyə çox müsbət təsir edir, dərini cavanlaşdırır.(Sağlamolun.az)

Yanıqları müalicə edir, sinirlər üçün effektlidir - Xınanın bilmədiyiniz faydaları

Xına ta qədimdən bu günədək qadınların gözəllik seçimlərindən olub. Saçlara paqlaqlıq verərək, köklərini gücləndirib. Psixoloq.az xəbər verir ki, xınanın bilinməyən faydalı xüsusiyyətləri də mövcuddur. Xına saç kəpəyi, saç tökülməsi, göbələk xəstəlikləri, sinir və oynaq ağrılara qarşı istifadə edilir. Xına xüsusilə oynaq və revmatizm qaynaqlı ağrılarda təsirlidir. Bunun üçün xına bir pambıq parçaya çəkilir və ağrıyan yerə kompres şəklində qoyulur. Həmçinin xına yanıqların müalicəsində də istifadə edilir, dərinin bərpasını tezləşdirir. Xınanın sinir ağrıları üçün təsirli ola biləcəyi deyilir. Bel, boyun nahiyəsində sinirlərin sıxılması ilə bağlı olan ağrılardan əziyyət çəkən xəstələrə xına sürtmələri məsləhət görülür.

Ölü hüceyrələri bərpa edir, qırışları aparır - Badam yağını göz ətrafına çəksək...

Badam yağının bir sıra faydaları mövcuddur. Xüsusilə də hamilə qadınlar daha çox bu yağdan istifadə edirlər. Buna səbəb isə yarana biləcək çatların qarşısını alır.  Bəs badam yağını göz ətrafımızda çəksək nə baş verər? Psixoloq.az həmin sözügedən faydaları təqdim edir: -Quru və aşınmış dərini bərpa edir - Göz altındakı qara halqaların yaranmasını önləyir - Dəri hüceyrələrini yeniləyərək, yaşlanmanın qarşısını alır - Dəridəki ölü hüceyrələri aparır və daha parlaq bir dəriyə sahib olmasını təmin edir - Qırışları aparır və incə cizgilərin yaranmasının qarşısını alır - Sədəf xəstəliyini sağaldır - Günəş yanıqlarının aparılmasında təsirlidir - Əl və ayaq kremi olaraq da istifadə edilə bilər - Çatlamış dodaqları sağaldır

Oynaq ağrılarını sağaldır - Fındığı bu cür yedikdə...

Fındıq həm yorğunluğu, həm də cinsi zəifliyi aradan qaldırır. Ancaq  fındığı kəsmik və çörəklə yeyəndə isə oynaq ağrılarını və revmatizmi sağaldır. Psixoloq.az xəbər verir ki, bu, araşdırmalar sonra məlum olub. Fındığın tərkibində çoxlu liflər var. Bu liflər qan şəkərinin nizamlanmasına kömək edir. Bir sözlə fındıq diabet xəstəliyinə tutulma riskini azaldır.

Bu yağ turşusu stress səviyyəsini azaldır, yaddaşı gücləndirir - Araşdırma

Omeqa-3 doymamış yağ turşularından istifadə stress səviyyəsini xeyli azaldır. Psixoloq.az xəbər verir ki, bu barədə Massaçusets-Louell universitetinin alimləri araşdırma aparıblar.Belə ki, bu vitamin uzun müddət güclü sakitləşdirici effektə malikdir. Məlumatda bu turşunun beyin fəaliyyətini yaxşılaşdırmağa imkan verdiyi və illər boyu itirilmiş diqqəti və yaddaşı bərpa etməyə kömək etdiyi bilidirilib. Qeyd edilib ki, omeqa-3-ün ən yaxşı mənbələrindən biri də dəniz məhsulları və günəbaxan tumlarıdır. Bu səbəbdən bu vitamini təbii olaraq vücuda qazandırmaq tövsiyə edilir. Bundan başqa, tədqiqatlar zamanı omeqa-3 turşusunun başqa mühüm xüsusiyyəti də aşkar olunub. Məlum olub ki, bu turşu beyin fəaliyyətini yaxşılaşdırmağa imkan verir və illər boyu itirilmiş diqqəti və yaddaşı bərpa etməyə kömək edir. Qeyd edilir ki, omeqa-3-ün ən yaxşı mənbələrindən biri də dəniz məhsulları və günəbaxan tumlarıdır. Xatırladaq ki, İlinois ştatı Universitetinin alimləri iyulda müəyyən ediblər ki, omeqa-3 yağ turşuları xərçəngin əmələ gəlməsinin, inkişafının və şaxələnməsinin qarşısını alır.

Belə kolbasalardan uzaq durun – Rəsmi xəbərdarlıq

Qida Təhlükəsizliyi Agentliyi kolbasalarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə edilən məhsullar alınmamalıdır: "Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur. Lakin ət və ət məhsullarında bundan istifadə yolverilməzdir".

Dənizdə çimmək hansı xəstəlikləri müalicə edir?

Dənizdə çimmək insan vücudunu rahatlaşdırmaqla yanaşı sağlamlığı üçün də vacibdir. Psixoloq.az xəbər verir ki, Fransalı bioloq Rene Kenton sübut edib ki, dəniz suyu tərkibinə görə qanın plazmasına (qanın ağ hissəsi) bənzəyir. Dərinin məsamələrindən orqanizmə daxil olaraq dəniz suyu hüceyrələrin yenilənməsi proseslərini sürətləndirir, orqanizmi vacib minerallarla (kalium, kalsium, yod, kükürd, brom və s.) zənginləşdirir.   Bəs dəniz suyu hansı xəstəliklərə faydalıdır? - Nəfəsalma sistemi xəstəlikləri (bronxit, haymorit, xroniki rinit). Dəniz suyu iltihabəleyhinə xüsusiyyətlərə malikdir.  - Dəri xəstəlikləri (psoriaz, ekzema, neyrodermit, xroniki dermatoz). Dəniz suyu antiseptik və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, dərini qurudur, səpgilərin azalmasına kömək edir. - Sinir sistemi xəstəlikləri (nevrozlar və s.). - Zob xəstəlikləri (hipotireoz - qalxanvari vəzinin fəaliyyətinin ləngiməsi ilə bağlı olan xəstəlik). Yodla zəngin olan dəniz suyu zobdan əziyyət çəkənlər üçün çox faydalıdır. - Piylənmə. Dəniz suyu mübadilə proseslərini sürətləndirir və arıqlamağa kömk edir. - Ürək-damar sistemi xəstəlikləri. Dəniz suyu qan dövranını yaxşılaşdırır, damar və ürəyi yaxşı məşq etdirir. Həmçinin kaliumla zəngin olduğundan dəniz suyu ürək əzələsini möhkəmləndirir. Bununla yanaşı dəniz suyu immun sistemini möhkəmləndirir.

Qazlı içkilərdən uzaqlaşın - Bu xəstəliyi yaradır

Qazlı içkilər diabet və altsheymer xəstəliyi riskini artırır. Psixoloq.az xəbər verir ki, bu, alimlərin apardığı araşdırmalardan sonra məlum olub. ABŞ-ın Kolumbiya universitetinin alimlərinin tədqiqatı nəticəsində məlum olub ki, “Altsheymer” xəstəliyi ilə şəkərli, xüsusilə də kola kimi qazlı içkilər arasında əlaqə var. Alimlər 7 il ərzində 2.226 yaşlı şəxsin iştirakı ilə çalışma aparıblar. 7 il ərzində bu şəxslərin qəbul etdiyi şəkər əlavə edilmiş qidalar, yüngül içkilər və meyvə suları qeydə alınıb. İştirakçıların 429-u altsheymer xəstəliyinə yoluxub. Tədqiqatın sonunda gündə 30 qram şəkər əlavə edilmiş qida qəbul edənlərlə 6 qram şəkər əlavə edilmiş qida qəbul edənlər arasında xəstəliyə yoluxma riskinin 33% çox olduğu üzə çıxıb.