Övladınıza paylaşmağı bacarmağı öyrətməyiniz olduqca vacibdir. Paylaşmağı bacarmaq - övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz? Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən “biri sənin olsun, biri mənim”, paltar alarkən, “birini sənə alaq, birini qardaşına” və s. kimi ifadələr köməyinizə gələcək. Övladınızla birlikdə alış–verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Qardaşın üçün hansını bəyənirsən?”, Oyuncaq seçərkən “Birini özün üçün, birini qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır. Övladınızla söhbətinizdə “qardaşının dəftəri”, “mənim kitabım” və s. kimi ifadələri işlədərək bu hissin inkişafına müsbətyönümlü təsir edə bilərsiniz. Övladınıza bu baxımdan nümunə olun. Özünüz ətrafınızdakı insanlarla nələrisə paylaşaraq ona ən gözəl nümunə ola bilərsiniz. Əlindəki oyuncağını yoldaşı ilə dəyişdirməsinə kömək edin. Bu fikri izah edin ki, sənin oyuncağınla yoldaşın oynayacaq və sən də onun oyuncağı ilə oynayacaqsan. Bu zaman övladınız əşyasını itirmək hissindən uzaqlaşaraq özünü daha rahat hiss edər. Bir neçə əşyasından hansını paylaşmaq istədiyinə özünün qərar verməsinə icazə verin. Övladınız üçün xüsusi olan əşyasını kiminləsə paylaşmaması zamanı bunu etməsi üçün müxtəlif üsullar axtarmanıza ehtiyac yoxdur. Təkidlə bunu etdirməyə çalışsanız övladınız psixoloji narahatlıq keçirə bilər. Övladınıza paylaşma hissini öyrədərkən onu məcbur etməyin. Əks halda qarşı tərəfə acıqlı ola, aqressiya nümayiş etdirə bilər. Övladınıza paylaşmağı sevdirin.
Müasir dövrümüzdə insanı öyrənən 200-dən çox elm sahələrinin içərisində psixologiya elmi mühüm yer tutur. Psixologiya qədim yunan sözü olub (psyuxe-ruh ruhi aləm loqos-elm bilik öyrənmək) psixika haqqında elm deməkdir. Psixologiya fəaliyyət və ünsiyyətin psixoloji probləmlərini öyrənir. Psixologiya beyində obyektiv aləmin subyektiv sürəti kimi əmələ gələn psixikanın faktları qanunauygunluqları və mexanizimləri haqqında elmdir. Həmçinin psixologiya psixi proseslər, psixi hallar və psixi xassələr haqqında elmdir. Psixi proseslər də 3 yerə bölünür. İdrak prosesləri, iradi proseslər və emmosianal proseslər. İdrak proseslərinə duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür və təxəyyül aiddir. İnsan dünyaya gələrkən nitqi özü ilə hazır şəkildə gətirmir. Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyyə işi düzgün təşkil edildikdə onun nitqinin inkişafı əsasən 4 mərhələni əhatə edir. Birinci mərhələ, nitqin nkişafının hazırlıq mərhələsidir. Bu uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir. İkinci mərhələ şifahi nitqin inkişafı mərhələsidir ki, bud a 1 yaşdan 3 yaşa qədər olan dövrə təsadüf edir. Üçüncü şifahi nitqin zənginləşməsi mərhələsidir. Bu mərhələ 3 yaşdan 7 yaşa qədər olan dövrü əhatə edir. Dördüncü mərhələ nitqin təkmilləşməsi və yazılı nitqin inkişafı mərhələsidir və 7 yaşdan sonar baş verir. Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosianal vəziyyəti, uşaq tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə anlaşılır. 3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyyatı olur. Ona gorə də istər valideyinlər istərsədə tərbiyyəçi müəllimlər uşaqlara geniş izahatlı, düzgün tələffüz qaydalarını elə örətməlidirlər ki, onların nitqi inkişaf edib məktəb təlimi üçün zəruri olan səviyyəyə çatmasına müsbət təsir göstərsin. İnsan təfəkkürünün inkişafında nitqin rolu çox böyükdür. Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində təşəkkül edir və formalaşır. Çox zaman nitq qüsurları uşaqlarda kompleks, özün inamsızlıqda yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar məktəbə və baxçaya getmək istəmirlər. Elə psixika var ki nitqi geri salır. Elə qüsurlu nitq var ki, psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitq yoxdursa uşağın psixoloji aləminə təsir edir. Belə ki, nitq vasitəsi ilə uşaq ünsiyyətə girir, lüğət ehtiyyatı artır, təsəvvürlər formalaşır. Nitqdə ləngimə varsa bu xüsusiyyətlərdə ləngiyir. Amma psixoloji olaraq uşaqda ləngimə varsa onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz. Beləki uşaq deyilən müraciəti anlamırsa onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görədə uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq uşağın psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır. Bəzən isə uşaqlarda psixi inkişaf ləngiməsi kimi mənfi tendensiya müşahidə edilir. Etiraf etmək lazımdır ki, psixi inkişaf ləngiməsi dövrümüzün aktual problemlərindən biridir. Bu problem ilk dəfə XIX əsrdə Lassenq və Lorens tərəfindən aşkarlanıb. Müasir dövrdə psixi inkişaf ləngiməsi daha ətraflı öyrənilməyə başlayıb. Psixi inkişaf ləngiməsi tam və ya qismən ola bilər. Bunu müəyyən etmək üçün psixi inkişaf ləngiməsinin yaranma səbəbini aşkara çıxarmaq lazımdır. Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, bu amillər isə 3 qrupa bölünür. Birincisi, endogen amillər-yəni daxili səbələrdən qaynaqlanan amillər qrupu, ikicisi, ekzogen amillər-yəni xarici səbəblərdən qaynaqlanan amillər qrupu və nəhayət üçüncüsü, irsi amillər. Endogen amillərə - hamiləlik dövründə ananın qida rejiminin pozulması, keçirdiyi infeksiyalar, hamiləliyin ümumi toksikozu, nevropatiya daxildir. Ekzogen amillərə - doğuş zamanı travma, erkən yaş dövründə keçirilən xəstəliklər daxildir. İrsi amillər isə genetik faktorlarla bağlıdır. Mərkəzdən bildirilir ki, bəzən isə hormonal problemlərin də psixi inkişaf ləngiməsinə səbəb olması barədə fikirlər də söylənilir. Lakin bu fikir tam təsdiqini tapmayıb. Psixi inkişaf ləngiməsini səciyyələndirən bəzi xarakter xüsusiyyətlər var. Adətən bu kimi insanlar ətrafındakıların köməyi olmadan bir iş görməkdə çətinlik çəkirlər. Çox vaxt isə məntiqsiz hərəkətlər edirlər. Həmçinin say, zaman və böyüklük ölçülərindən istifadə zamanı çətinliklə üzləışirlər Bir qayda olaraq diqqəti mərkəzləşdirə bilmir, təfəkkür sferasında analiz, sintez, ümumiləşdirmə proseslərində çətinlik çəkirlər. Həmçinin psixi inkişaf ləngiməsindən əziyyət çəkənlərdə iradə və emosional sferada kasadlıq, təsəvvür etmədə çətinlik, tez təsir altına düşmə kimi də mənfi hallar müşahidə edilir. Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, əgər uşaqlarda bu hallar müşahidə edilərsə, o zaman vaxt itirmədən mütəxəssis köməyindən faydalanmaq zəruridir. Çünki vaxtında müdaxilə edilmədikdə daha sonra ağır nəticələrlə üzləşmə riski böyükdür. Kamal
Məktəb müəyyən bir çərçivə, mühitin dəyişilməsi və ən əsas böyük bir stressdir. Bu hal uşağın, baxça həyatından və ya evdə dayə ilə böyüyən mühitdən bir başqa, yad olan sosial aləmə düşməsidir. Bəs bu vəziyyəti uşağa necə sevdirməli? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılın sözlərinə görə, məktəb ləvazimatlarının alınması, geyim seçimini və s.uşağın özü edərsə onun üçün daha maraqlı və əyləncəli olar: “Uşağın zövqünə uyğun olaraq stolüstü, dərs çalışması üçün lampa, qələm qabı, qeyri-adi rəngarəng qələm və ya albomlar alına bilər”. Bəs məktəb həyatına qədəm qoyan uşaqların valideynləri nəyə riayət etməlidir? Psixoloq, uşağın dərs oxuması üçün ona məxsus guşənin ayrılmasının vacibliyini vurğulayıb. “Zamana mütləq diqqət verilməlidir (uşaq nə zaman dincəlir, nə zaman dərs oxuyur). Zamanın idarə olunması əsasdır. Dərs prosesi əyləncəli oyuna çevrilməlidir. Unudulmamalıdır ki, uşaq, dərsləri oyun zamanı daha yaxşı yadda saxlayır və yorulmur. Oyun terapiyası yadda saxlamaq prosesini yüngülləşdirir. Birlikdə kitab oxumaq, oyuncaqlar vasitəsilə dərs prosesini inteqrasiya və sintez etmək övladınızn intellektinə böyük bir müsbət təsir edəcək”,-deyə Nigar xanım qeyd edib. Psixoloq, əsas məsələlərdən birinin uşağın əlindən oyun zamanının alınmamasıdır. Ağır rejimdə oxumaq, onların sinir sisteminə böyük bir yük ola bilər. Nigar xanım həmçinin hər uşağın individual, özünəməxsus qavrama tərzinin olduğunu bildirib: “Uşağın özünəxas IQ seviyyesi,qavrama qabilliyyəti, individual temperament və bacarıqları var. Bunu nəzərə alaraq uşağınıza qarşı diqqətcil olmalısınız”. Şəhanə Quliyeva
Statistikaya görə, büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s. Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər. Daha sonrakı illərdən (5-7 yaş) başlayaraq uşağınızın doğum gününə mütləq pul qutusu (money box) hədiyyə edin. Uşağa yeni əşyanın funksiyaları haqqında danışın. Qarşısına qoyduğu ilk məqsəd üçün pul yığımında uşağa dəstək olun (yaxşı olar ki, baha olmayan əşyalardan başlayasız). Bir müddətdən sonra övladınızla birlikdə nə qədər pulunun olduğunu sayın. “Alacağınız əşya üçün daha nə qədər lazımdır?” sualını cavablandırın. Mütləq pul yığılan zaman həmin əşyanı uşaqla birlikdə almağa gedin. Sonra isə “bu əşyanı sən özün almısan, afərin sənə!”-deyərək tərifləyin. Nəzərə alın ki, pul qutusu olan uşağa pulu yığa bilməsi üçün cib xərcliyi verilməlidir. Verəcəyiniz pulun həcmi aylıq qazancınızdan və ya uşağın yaşından asılı olaraq dəyişə bilər. Cib xərcliyini siz uşağın evdə gördüyü işə görə verə və artıra bilərsiniz. Uşağa “yaxşı oxusan, bu il 4 almasan” kimi şərtlərlə pul verməyin.* Hətta, daha böyük uşaqları “pulum yoxdur, səndə olsaydı mənə bu dəfəlik kömək edərdin” kimi təkliflərlə pul yığımına həvəsləndirin. Sonra təşəkkür edin və pul verdiyi üçün sizi necə çətin vəziyyətdən qurtardığını növbəti 2-3 gün ərzində təkrar edin. Uşağı 11-14 yaşlarında, mücərrəd təfəkkür inkişaf etdikdən sonra, virtual pulla tanış etmək olar: plastik kartla necə ödəmələr edildiyini, pulun bankda necə saxlanıldığını, kreditin nə olduğunu izah edin. Unutmayın ki, uşaqlar maliyyə qaydalarını öyrənən zaman səhvlər buraxa bilər, bu səhvlərə görə uşağı danlamayın və sakit şəkildə vəziyyəti izah edin. Uşağın səhvləri – valideyn məsuliyyətidir. Baxmayaraq ki, uşaqlar məktəbdə maliyyə anlayışı haqqında məlumat alırlar, lakin onlarda düzgün maliyyə vərdişlərinin yaranması valideynlərindən asılıdır. Övladınızda sağlam maliyyə vərdişləri yaratmağa çalışın: — Qazandığından çox xərcləmə; — Öz büdcəni tərtib et və ona riayət et; — Gəlirinin 10%-nə “təhlükəsizlik yastığı” kimi bax və o pulu yığ; — Lazım olmayan əşyalara pul xərcləmə. Bu qaydaları mənimsəyən uşaq pulla daha düzgün rəftar etməyi öyrənəcəkdir.
Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur. Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur. Ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur. Əgər qadın hamilə qalıbsa, ya da ana uşaq dünyaya gətirmək barəsində düşünürsə, daxilən buna hazır olmadıqda psixoloqa müraciət etməli və bu problemi çözməlidirlər. Əks halda bu, sabah ana və uşaq arasında bir anlaşılmazlıq yaşadır. Qadın hamiləlikdən öncə və sonra ana olmaq və uşağın qayğısına qalmaq, uşaq psixologiyası haqqında ədəbiyyat oxumalıdır. Analar üçün xüsusi psixoloji seanslara, seminarlara qatılmalıdır. Ana özünü hamiləlik dövrü üçün hazır hiss etməyəndə uşaq dünyaya gətirmək dönəmi ona çətin, ağır bir mərhələ kimi görünür. Qardaş və bacının həmyaşıd olmağının üstünlükləri çoxdur. Onların ortaq maraqları olur, bir-birini yaxşı başa düşürlər, daha çox birgə vaxt keçirirlər. Aralarında yaş fərqi böyük olan qardaş-bacının da münasibətlərinin müsbət cəhətləri çoxdur. Qardaş-bacı münasibətlərinin düzgün qurulmasında yaş o qədər də rol oynamır, əsas ailənin verdiyi düzgün tərbiyədir. Valideynlər övladlarına bərabər diqqət, qayğı və sevgi verməyi bacarmalıdır. Psixoloq Vəfa Rəşidova
Məktəblərin açılmasına günlər azaldıqca bir çox valideynlər uşaqlarının məktəb fobiyası ilə rastlaşırlar. Ən çox birinci sinifə yeni qədəm qoyacaq 6-7 yaş arası uşaqlarda rast gəlinin bu fobiyanın başlıca səbəblərindən biri uşaqların həmişə valideyn nəzarətində olması və müstəqil olaraq heç nə etməmələridir. O yaşa kimi ana atasından hətta nənə babasından ayrı qalmayan uşaqlar üçün məktəbdə 3-4 saat parta arxasında oturmaq ciddi sürətdə narahatedici və maraqsızdır. Bu hallarda bir müddət sonra uşağınız mədə ağrısı,ürək bulatısı kimi somotik simptoplarla şikayət etməyə başlayacaqdır. Məktəbə getdiyində ağlamaq, əlinizi sıxmaq, hətta müəllimlərin onunla maraqlanmadığını deyib məktəbi sevmədiyini sizin onu araya göndərməməniz üçün israr edəcəkdir. Belə hallarda valideynlər nə etməli? 1. Məktəb qorxusu yaxud valideynsiz qala bilməmək qorxusu varsa uşaqda əvvəlcə uşağa müstəqillik aşılanmalıdır. O yaşına kimi valideyndən ayrı qalmadığı üçün məktəb müəlliməsi və valideyn ortaq çalışmalı, onun özgüvənini yaratmalıdırlar. 2.Uşağınızın məktəbdə ağlaması yaxud sizdən ayrıla bilməməsi ilə onu lağa qoyub gülməyin. 3. Uşağınızın qorxularını başa düşün və onu anladığınızı ona sakit dil ilə başa salmağa çalışın . 4. Uşağınıza təkcə qala bilməsi ilə bağlı cəsarətləndirin, ona inandığınızı söyləyib siz olmasanız belə adi problemərin öhdəsindən gələcəyinə inandırın. Bunu bacardığı zaman mütləq ki qiymətləndirin və ona hədiyyələr alın. 5. Məktəbə gedən nağıl personajları uydurun, yaxud cizgi filimləri izlədin. Ona bol bol məktəbdə xoşbəxt olan uşaqların hekayəsini danışın. Onun da bacaracağına dair özgüvən yaradıb, inandırın. 6. Məktəb alış-verişinə gedin. Orda dəftər və qələmlərin uşağınızın seçməsinə diqqət edin. 7. Ona məktəbin gözəl tərəflərini danışın. (onun anlaya biləcəyi mövzular olması şərtdir) 8. Uşağınıza niyə məktəbə getməli olduğunu başa salın. 9. Uşağınızı səhərlər maraqlı oyadın, öpərək ya da mahnı oxuyaraq oyada bilərsiniz. Səhər yeməyində onunla söhbət edin, uşağınızı bol-bol dinləyin. Məktəbdə olduğu müddətcə onun üçün darıxacağınızı söyləyin. Evə gələndə mütləq məktəbdə olanları sizə danışmasını xahiş edin, əgər özündən balaca bacısı, qardaşı varsa onlara məktəbi başa salmasını istəyin . 10. Qərarlı olun. Onun bəhanələrinə uyub bu gün də dərsə getməsin kimi halları artırmayın. Siz onu nə qədər evdə saxlasanız o qədər məktəbdən uzaq qalacaq. 11. Əgər uşağın yanında ata anasından hansı daha ciddi və sözünü keçirə biləndirsə uşağı məktəbə o aparmalıdır. 12. Mütləq ki, məktəbin qapısında uşağınızı qucaqlayın və onu sevdiyinizi deyin. 13. Heç vaxt uşağınıza şərt qoymayın. Əgər bu gün məktəbə getsən sənə istədiyin oyuncağı alacam ya da istədiyin parka gedəcəyik kimi hallar olmasın. Yalnız doğru olanı etdiyi zaman mükafatlandırın. Əks halda sonra qarşısını ala bilməyəcəksiniz. 14. Ən əsası bu 13 maddədən sonra uşağınız hələ də məktəbə getməməkdə qərarlıdırsa mütləq məktəb psixoloquna müraciət edin.
Hər valideyn uşağının savadını, gələcəkdə isə təhsilini ən üst səviyyədə görmək istəyir. Bu səbəbdən isə bəzən uşaqlar eyni anda bir neçə kursa göndərilir və ya ana dilində danışa bilmədən xarici dilə meylləndirilməyə çalışılır. Bəs uşağa xarici dil hansı yaşdan öyrədilməlidir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılın sözlərinə görə, bunun üçün ilk olaraq uşaq ana dilində sərbəst danışa bilməlidir: “Əgər övladınız 2 yaşında sərbəst hansısa bir dildə öz fikrini ifadə edirsə, 2,5 -3 yaş dövründə digər xarici dili də əlavə etmək mümkündür (hər hansısa şeirlər, yanıltmaclar və ya rəng saymaqla bunu etmək daha gözəl olar)”. Psixoloq, 3-5 yaş dövrünün məktəbəqədər mərhələ olduğunu bildirib. “Rollu oyunlar vasitəsilə uşağı motivasiya edərək xarici dil öyrətmək üçün daha optimal bir zamandır. Bu isə daha gözəl nəticə verə bilər. Ona görə ki, bu yaş dövründə uşağın daxili məni formalaşır və böyüklərin tələblərinə uyğun olmaq istəyi artaraq, motivasiya edilərək nəticə əldə olunur”, - deyə Nigar xanım qeyd edib. Şəhanə Quliyeva
Uşaq üçün ən intensiv inkişaf dövrü onun həyatının ilk üç ilidir ki, bu da beynin inkişafda və kamilləşməkdə olduğu bir dövrdür. Bu bacarıqlar uşaqlar arasındə ünsiyyətin yaranmasına kömək edir. Nitq mexanizmi (çənə, dodaq,dil) və səs inkişaf etdikcə, uşaq daha da formalaşmış sözlər tələffüz etməyə başlayır. Uşağın 1-11 aylıq dövrünü əhatə edən mərhələ iisə “Nitqə hazırlıq mərhələsi” adlanır. 0-3 aylıq - Uşaq anadan olan zaman ağlayır, narahatçılığı olanda, bir yeri ağrıyanda ağlamaqla biruzə verir. Onunla danışanda gülüşlə cavab verir, müxtəlif səslər çıxarır. 4 aylıq - Səsin gəldiyi yerə baxaraq, onunla söhbət edən zaman qığıldayır. 5-6 aylıq - Dərhal səs gələn tərəfə çevrilir, bəzən uzun-uzadı sait səsləri (a,e,o,ü,u,ö,ə,ı,i) çıxarır. Beləliklə, anlama prosesi inkişaf etməyə başlayır. 7-9 aylıq - Çoxsaylı təkrar hecalar deyir, səslərə diqqətlə qulaq asır və ona öyrədilmiş hərəkətləri icra edir. Məsələn: Əl çalır. 10 -11 aylıq - Valideynlərin göstərişi ilə oyuncaqlarla oynayır və ona öyrədilən hərəkətləri yerinə yetirir. Məsələn: Kubiklərlə oynayır, üst-üstə qoyur “Ver” göstərişi ilə tanıdığı əşyanı tapır və verir. Sözləri və sadə göstərişləri başa düşür, təkrar hecalardan yavaş-yavaş sözlərə keçir. 1 yaş - Bu yaş dövründə ünsiyyət qurma, təqlid etmə, ümumiləşdirmə bacarıqları sürətlə inkişaf edir. Kənardan gələn səsin mənbəyini axtarır. Məsələn: maşın səsi, uşaq səsi və s. Artıq təqribi 10-12 söz ifadə edir. 1 yaş 6 aylığında uşaqda 30-40 söz civarında söz bazası yaranmış olur. 2-3 yaşında – Bu yaş dövrü lüğət tərkibinin kəskin artması dövrüdür. Uşaq əşyaları tanıyır, onlar haqqında qısaca 2-3 sözdən ibarət sözlər işlədir. Səsləri daha aydın tələffüz etməyə başlayır. Sadə dialoqlara keçir. Öz cinsini (qız,oğlan) tanıyır və söyləyir.
Yaş dövrləri uşaq psixologiyasının ən mühüm amilərindəndir. Onun düzgün müəyyənləşdirilməsi, dövrə müvafiq şəkildə təlim-tərbiyə işlərinin aparılmasına imkan verir.İnkişaf dayanmadan fasiləsiz davam etdiyindən dövrlər arasında keçidi müəyyənləşdirmək çətindir. Bununla belə, inkişaf fərdi planda diskret gedə bilər, onun cərəyanı, gediş sürəti arta və ya azalaraq keyfiyyət fərqləri yarada bilər. Lakin fərdi xüsusiyyətlərindən asılı olmayaraq uşağın bütün inkişaf mərhələlərini ardıcıl və fasiləsiz keçməli olduğu bir qanunauyğunluq mövcuddur.Fərdi inkişaf prosesi(ontogenez) 2 mərhələdən ibarətdir. İlkin mərhələ dölün ana bətnindəki inkişaf müddətini əhatə edir və prenatal ontogenetik inkişaf adlanır. Digəri isə anadan olandan ömrünün sonuna qədər olan müddətdir ki, ona postnatal ontogenetik inkişaf deyilir.Uşağın anadanolma prosesi dölün ana ilə qan əlaqəsinin kəsilməsi və onun yad mühitə düşməsi ilə müşayiət olunduğundan böhran və güclü stress kimi qiymətləndirilir. Körpənin ilk günlərdə çəkisini itirməsi də bununla bağlı olub orqanizmin yeni şəraitə uyğunlaşması üçün bütün fizioloji mexanizmlərin yenidən qurulması göstərilir.Uşaqda inkişafın ayrı-ayrı mərhələlərindən psixikanın müxtəlif istiqamətlərdə formalaşması üçün daha əlverişli şərait yaranır. Müəyyən psixi fəaliyyət növlərinin güclənməsi üçün optimal vaxt mövcuddur. Belə yaş dövrləri psixi xüsusiyyət və keyfiyyətlərin inkişafı üçün nisbətən əlverişli olarsa, bunları sensetiv dövrlər adlandırmaq olar. Məsələn, nitqin inkişafı üçün 1-5 yaş, riyazi qabiliyyətlərin formalaşması üçün 15-20 yaş sensetiv dövr hesab olunur.Uşaqlar təkcə əldə etdikləri bilik və bacarıqların miqdarına görə deyil, psixi xüsusiyyətlərinə, ətrafdakı gerçəkliklərə münasibətlərinə görə də ayrı-ayrı yaş dövrlərində bir-birindən fərqlənirlər. İnkişafın dövrlər üzrə təsnifində ”aparıcı fəaliyyət” prinsipi diqqəti xüsusi ilə cəlb edir. Hər bir aparıcı fəaliyyət yalnız həmin yaş üçün səciyyəvi olan keyfiyyət və xüsusiyyətlərin meydana gəlməsinə səbəb olur.Psixologiyada subyektin dəyişməsinə istinadən dövrlər aşağıdakı kimi səciyyələndirilir: Yeni doğulan uşaq dövrü (0-1 yaş) Körpəlik d.(1-3 y.) Məktəbəqədər yaş d.(3-6 y.) Kiçik məktəb yaş d.(6-10 y.) Yeniyetməlik yaş d.(10-15 y.) Gənclik d.(15-30 y.)
“Yaş böhranları” psixi funksiyaların davranış modellerinin, köhnə artıq ömrünü yaşamış münasibətlərin dağılması və yenilərinin formalaşmasının sürətlə inkişaf etdiyi bir dövrdür. Sabit dövrdə hiss olunmayan, yavaş-yavaş baş verən dəyişiklik, böhran dövründə uşağın şəxsiyyətində sıçrayışa bənzər dəyişikliklərlə, sınmalarla əvəz olunur. Təkcə ayrı-ayrı hisslər deyil, o bütövlüklə dəyişir.Böhran dövründə uşaqda nə baş verdiyini anlamaq çox vacibdir. Yaxınlarının onu başa düşməsi və dəstəyi böhranların daha sakit keçməsinə kömək edir. 1 yaşın böhranı - bu böhran körpəlikdən erkən uşaqlığa keçid mərhələsidir. Uşaq aktiv olaraq iməkləməyə, yeriməyə, ətraf aləmi öyrənməyə başlayır. Nəzərə alınmalıdır ki, bu dövrdə uşağın hər istəyinin həyata keçməməsi,öz valideynlərindən və digərlərindən tez-tez “olmaz” kəlməsini eşitməsi güclü emosional reaksiyanın, etirazın yaranmasına səbəb ola bilər. Böhran dövrlərində belə neqativ halların qarşısının alınması üçün həmin müddətdə valideynin vəzifəsi uşağa biraz müstəqillik vermək,daha səbrli olmaq,ən əsası isə dözüm nümayiş etdirməkdən ,bugün nəyə isə “olar” deyib,icazə verdiyinə sabah “olmaz” deyib ,qadağa qoymaq kimi halları aradan qaldırmaqdan ibarət olmalıdır. Əsas yenilik uşaq “nitqi”, başqa sözlə, avtonom nitqdir. Həmin nitq öz səslənməsi, mənası ilə böyüklərin nitqindən fərqlənir və çox vaxt uşaqla birlikdə yaşayanlar üçün aydın olur. 3 yaşın böhranı - uşağın həyatının ən çətin və dönüş anı hesab olunur.Bu isə uşağın yaş müstəqilliyi və aktivliyi ilə bağlıdır.Bu dövrdə də hər şey valideynin səbrindən və tez uyğunlaşmasından asılıdır. Əgər uşaqla münasibət qurmaq mümkün olmursa , onun təşəbbüsü böyüklərin rəğbətini qazanmırsa, tələb etdiyi müstəqilliyə nail ola bilmirsə, bu zaman böhran göstərciləri meydana çıxır.Neqativizm - böyüklərin onlardan istədiklərini etmirlər.İnadkarlıq - bu uşaq nəyi isə həddən artıq çox istəyir demək deyil, sadəcə olaraq, o , böyük adamın onun fikri ilə hesablaşmasını istəyir.Höcətlik - bu, erkən uşaqlıqda qurulmuş bütün münasibətlər sisteminə, ailədə qəbul olunmuş tərbiyə normalarına qarşı yönəlib.Uşağın müstəqil davranmağı öyrənməsi, əşyalarla manipulyasiya etməyi bacarması, həmçinin nitqə yiyələnərək aktiv danışmağa başlaması və ona deyilənləri başa düşməsi 3 yaş böhranının nəticəsidir. Bu yaş dövründə böyüklərin dəstəyi çox vacibdir. Uşaqların bu dövrdə tənqidə kəskin reaksiya verdiklərini nəzərə alaraq onları nailiyyətlərinə görə tərifləmək, həmçinin nöqsanlarını çox yumşaq şəkildə nəzərlərinə çatdırmaq lazımdır.
3 yaş uşaqlar üçün kritik bir dövr olduğu üçün davranışlarındakı dəyişikliklər normaldır. Bu dövrdə uşağın özünü təsdiqləmə istəyi artır. Hər mühitdə,hər hadisədə var olduğunu, önəmli olduğunu hissetmək istəyir. Eyni zamanda uşağın dost çevrəsinə olan marağı da artır. 0-6 yaş aralığında uşaqlarda özgüvən duyğusu formalaşır. Əgər uşaq özünü güvənsiz hiss edərsə, lazımı qədər sosiallaşmazsa və ya sevildiyini hiss etməzsə üç yaş sindromuna girər.3 yaş sindromundakı uşaq çox inadçı olabilər. Siz nə desəniz də əksini etmək istəyər. Çünki özünü sizə və cevrəsinə isbat etməyə çalışar. Məs: yeməyi özü yemək istəyər, paltarlarını özü geymək istəyər və.s. Bunların hər biri uşağın sərbəst olmaq istəyindən irəli gəlir. Çünki artıq " MƏN” olma dövründə. Özünün maraqları və zövqləri var. Əgər ona dəyər verilmədiyini hiss edərlərsə, yada istəkləri qarşılanmazsa ağlama krizlərinə girirlər. Buna görə də 3 yaş sindromunda ağlama krizləri tez- tez görülür.3 yaş sindromunu normal keçmək üçün:- Uşağa daha çox sevgi göstərin( qucaqlayın, tez- tez səni sevirəm deyin)- Balaca da olsa ona məsuliyyətlər verin( paltarları ayırmaqda, oyuncaqları toplamaqda kömək etsin)- Ailəlikcə birlikdə yemək yemək, birlikdə gəzintiyə çıxmaq- Sosiallaşması üçün uşaq çox olan mühitlərə aparın.- Göz kontaktı quraraq danışın.- Müsbət davranışları tərifləyin ki, o davranışların davamlı olması üçün motivasiya olsun.- Əşyalarını paylaşmaq istəməzlər. Bunun üçün onu məcbur etməyin- Qatı rejim qoymaq olmaz- " YOX” deməyi də öyrənməlisiz. Lazım gələrsə kəskin şəkildə yox deyin.Amma bu zaman ata və ananın tutumu eyni olmalıdır. Eyni zamanda bir gün yox deyilənə, sabahkı gün hə demək də olmaz.3 yaş sindromu nə zaman bitər?Konkret bir zamanı yoxdur. Çünki hər uşağın bu sindromu keçmə dövrü fərqlidir. Edilməsi gərəkən sadəcə səbrli olmaq və bu dövrü travmasız,normal keçirməkdi
Valideyin və müəllimləri yalandan başqa heçnə çox əsəbləşdirmir. Böyüklər ehtiyyat edirlərki kiçik yaşından yalan danışmağa başlayan uşaqda bu xarakterə çevriləcək və onlar ömür boyu bundan əziyyət çəkəcəklər. Bəs uşaqlar nə üçün yalan danışır? 3-7yaşlı uşaqlar xəyalla gerçəyi bir-birindən ayırmağda çətinlik çəkirlər. Buna görədə öz xəyallarının məhsulunu real kimi göstərə bilərlər.Məsələm: “Mənim böyük filim var.”, “Atam mənim üçün təyyarə alıb” və s. 7yaşdan sonra, xüsusilə 11 yaşdan sonra uşaqların hansı mövzularda yalan danışdığına fikir vermək lazlmdır. Yalan - bəzən müdafiədir.Yaşı nisbətən böyük olan uşaqlar valideyinlərin qəzəb və aqressiyasından xilas olmaq üçün yalana əl atır.Yalanla müdafiə olunmaq təkcə ailədə deyil,eləcədə ondan kənardada özünü göstərir.Uşaq bilir ki,pis davranışına görə ona cəza verəcəklər.Bəs əgər yalan desə necə? Bəlkə o zaman cəzadan qaça bilər.Məktəbəqədər mərhələdə yalan danışmaq azalmalıdır.Yox əgər bu davam edirsə artlq davranış pozuntusudur. Bura alt islatma,dırnaq yemə,özünə qapanma,aqressiyada əlavə olunubsa vəziyyət çox ciddidir deməkki. Zəkası aşağı olan uşaqlar reallıqdan çox-çox fərqlənən yalanlar danışarlar,patalojı yalan danışan uşağın heç bir məqsədi yoxdur,olmayan şeylər haqqında danışıb çevrəni təəccübləndirmək onların çox xoşuna gəlir. Hələki uşaqlar balacadı doyunca yalan danışa bilərikmi onların yanında? Unutmayaq uşaqlar hər şeyi özlərinə çəkir.Əksər uşaqlar oyuncaqlarla deyil böyüklərin əşyaları ilə oynamağa üstünlük verirlər.Məsələn saatımızla oynamaq istəyən uşağın qoluna piramidanın halqasını keçirdib-Bax bu sənin saatındlr-deyirik. Yaxud” gəl yeməyini ye səni parka aparacam” halbuki bunu etmirik.Məgər yalanın təməlini özümüz qoymadıqmı? Ana və atasının yalan danışdığını görən uşaq zamanla bunun normal və qəbul edilən bir hal olduğunu düşünəcək. Belə bir eksperiment aparılmışdır:3yaşlı uşaqlara arxalarında maraqlı bir əşyanın olduğunu ancaq ona baxmamaq tapşırılmışdır.Eksperimentator otaqdan çıxan kimi bütün uşaqlar arxaya çevrilmişdir.Arxaya baxdınmı sualına hamısı -yox-cavabını veriblər.Bu eksperimentdə uşaqlar bizə göstərirlər ki,belə davranış bütün uşaqlar üçün normaldı.Axı onlara maraqlı idi. Bəs uşaqlar nə üçün yalan danışır? -Müəyyən yaşlarda yalan və gerçəyi ayıra bilmədikləri üçün -Diqqət çəkmək üçün -Uğursuzluqlarını gizlətmək üçün -Ətrafdakıların güvənini qazanmaq üçün -Valideyinlərindən,yaxud ətrafda kimdənsə nümunə götürdükləri üçün -Cəzadan xilas olmaq üçün -İntiqam almaq üçün -Kiçik problemlərindən xilas olmaq üçün -Heç kimdən asılı olmadıqlarını göstərmək üçün -Ətrafdakıların diqqətini öz üzərinə çəkmək üçün Gəlin öz uşaqlığımızı xatırlayaq. Axı bizdə yalanlar danışmışıq. Biz güclü, uşaq isə zəifdir,biz bir şeyi istədiyimiz halda uşaq başqasını istəyirsə yalan danışmaqdan başqa yol saxlamırıq onun üçün.Əksər vaxt çox valideyinlər belə düşünür ki,onlar hər şeyi bilir və her şeyin ən yaxşısını seçirlər.Bu an kiçik və olduqca vacib nüansı qaçırdırıq yerinə qərar verdiyimiz bizim uşağımız olsada, o da bir şəxsiyyətdir öz fikirləri və planları ola bilər.Artıq övladınız sərbəst qərar verməyə çalışırsa ona mane olmayın”sən hələ balacasan,sən nə bilirsən ki, mənə yolda göstərirsən” deyib onu alçaltmayın,özgüvənini qırmayınki sonradan harda səhf etdim ki,uşağım mənə yalan danışır deməyəsiniz. Əgər uşagın 7yaşı olmayıbsa o realda olanlarla xəyallarını qarışdıra bilər.Məsələn: uşaq böyük həvəslə uçan fil gördüyünü danışır.Belə fantaziyalarda pis heçnə yoxdur.Fantaziya yalandan onunla fərqlənir ki,uşaq bununla heç nə əldə etmək və sizi qıcıqlandırmaq istəmir.Əgər o fantaziyalarını real baş vermiş hadisəyə bağlayırsa,bizim buna uyğun cavabımız olmalıdır. Məs:Suyu filin dağıtdığını deyirsə-“Mənə elə gəlirki sən suyu dağıtdığın üçün təəssüflənirsən və bunu filin etməsini istərdin.-deyə cavab veririk. Yəni bunu filin əvəzinə səndə edmiş olsaydın biz onsuzda bərabər yığışdıracaqdıq.Belə hallarda qətiyyən uşağa əsəbləşməyin,tərs-tərs baxmayın ən əsası cəza verməyin.O bunu bilərəkdən etməyib,necəki bizdə tez-tez hətta ən vacib görüşlərimizdə belə təsadüfən stəkana toxuna, onu yerə sala və sındıra bilirik. Yalan mövzusunda bir çox psixoloqların araşdırmaları olsada Kaliforniya universitetinin professoru Pol Ekman bu istiqamətdə daha çox öyrənmiş və kitabıda nəşr olunmuşdur.O belə hesab edir ki,yalan-valideyinlərlə uşağın arasında inamsızlığın ilk göstəricisidir.Bu özünün gücünə və bacarığına inamsızlıqdır.Yalan onu deyir ki,ana və ata mənə lazım olan çətin anımda yanımda olmayacaqlar. Uşaqlar heç vaxd boşuna yalan danışmır.İstənilən yalanın səbəbi vardır.Uşaq üçün bu öz həyatında nəyisə dəyişmək vasitəsidir.Ona cəza vermək,qadağalar qoymaq yalanı azaltmayacaq,sadəcə övladınızın yanında olun,onu müşahidə edin və onu öyrənin. Kiçik məktəb yaşı dövründə isə uşaqlar şüurlu şəkildə yalan danışırlar.Pol Ekman bunun səbəblərini belə göstərir: -böyüklərin yanında özünü təsdiq etmək -onların təriflərini eşitmək -etdikləri səhfləri gizlətmək üçün İkinci bəndə xüsusilə diqqət etməliyik.Çox vaxt başımız işə o qədər qarışır ki ,ana yaxud ata olduğumuzu unuduruq.”sabahın xeyir”, “dərslərin necədi”,”səni çox istəyirəm”,”səninlə fəxr edirəm”,”unutma mənə hər şeyi, hə düz eşitdin hər şeyi danışa bilərsən”,”gecən xeyrə” kimi bizim üçün sadə onlar üçün sehrli olan birləşmələri deməyi belə unuduruq. Nisbətən böyük uşaqların yalan danışma səbəbləri bunlardı: -Diqqət cəlb etmək -Dostların əhatəsində müdafiə -Öz sirrini qorumaq -Pis vəziyyətlərdən qaçmaq -Özünütəsdiqetmək -Alçalmaq yaxud utanmaq hissindən azad olmaq -Öz gücünü yoxlamaq -Kollektivdəki problemlər -Valideyinlərlə sərhədlər qoymaq üçün Doqquz yaş və daha böyük uşaqların yalan danışmasını normal qəbul etməməliyik və bunun səbəbləri mütləq araşdırılmalıdır.Yeniyetmələrdə yalanın əsas səbəbi qısqanclıq,rəqabət hissi,geri çevrilmə qorxusu,qəbul edilməmə,daha çox diqqətə ehtiyac hissindən ola bilər. Əgər uşaq yalnız ana və ataya yalan danışırsa bunun səbəbi nə ola bilər? Ana və atanın reaksiyasından qorxa bilər.Bu vəziyyət mütləq ailədə işlənməlidir.Yəni ana və atadan gedən mesajlar,eləcədə valideyin kimi uşağa yanaşma işlənməlidir.Yalan ortaya çıxan kimi vurmaq,cəza vermək,döymək çıxış yolu deyil.Uşaqla söhbət etmək yalanın nə özümüzün,,nədə digər insanlar tərəfindən yaxşı qarşılanmadığını izzah etməliyik.Az nəsihət verib,çox qulaq asmalıyıq. UŞAĞIN ŞƏXSİYYƏTİ DEYİL DAVRANIŞI HƏDƏFƏ ALINMALIDIR. Hiperaktiv uşaqlarda uğursuzluqlarını gizlətmək və güvən hissi yaratmaq üçün yalan danışa bilərlər.Diqqət əksikliyi olan bir uşaq xüsusilə məktəbdə diqqətini uzun müddət cəmləyə bilməz,deyilənləri yadında saxlamaz,ev tapşırıqlarında çox çətinlik çəkər,müəllimləri və dostlarını narahat edən davranışlar nümayiş etdirə bilərlər.Bu zaman uşağı tənbəllik və uğursuzluqla günahlandırmamalıyıq.. Uşaq səhf hərəkət etdikdə hər şeyi olduğu kimi etiraf etdiyi zaman cəzalandırılsa o növbəti dəfə cəzadan xilas olmaq üçün yalana əl atacaq.Əgər dərsindən zəif qiymət aldıqda”yenə qiymətlərin pisdi nə vaxd yaxşı qiymət alacaqsan?”desək növbəti dəfə zəif qiymət alanda bizə deməyəcək ,yaxud bizdən gizlədəcək.Sosial vəziyyəti aşağı olan ailələrdə uşaq digərlərində olan əşyalara qısqanclıqla yanaşıb yalan danışa bilər.Məsələm:Velosipedi olmayan uşaq velosipedi olduğunu lakin sürmək istəmədiyini deyə bilər.Bacı-qardaş qısqanclığı varsa ana-atanı cəzalandırmaq üçün yalan danışa bilərlər.Yalan danışmaq real olmayan duyğu və düşüncələrin varmış kimi izzah edilməsidir.Hər səhfə görə verilən ağır cəzalar daha çox yalana gətirib çıxardır. Uşaqlara izzah edilməli məsələlərdən biridə nə vaxd yalan danışa bilərikdi. 1.Əgər tanımadığı adam evin ətrafında gəzirsə və artlq qapıya əl atıbsa bu zaman atam işdədi 4saatdan sonra gələcək demək təbii ki uyğun deyil.Bu zaman atam mağazaya düşüb indi qayıdacaq demək tam vəziyyətə uyğundur. 2.Əgər ad günündə ikinci adamda eyni hədiyyəni veribsə”a dünən eynən bundan əmim almışdı”demək əvəzinə neçə vaxtdır gözlədiyim hədiyyədir deməkdə olar. Öz övladlarınızla ən yaxşı dost olmağa çalışın.O sizə inanmağa və etibar etməyə başlayanda sizi özünə həmfikir,dayaq görəndə sizə yalan danışmaq üçün çox az səbəbi olacaq.Siz aranızdakı münasibətlərdə yaranan dəyişikliyi hiss edəcəksiniz.Əlbətdə bu anidən olmayacaq,zaman lazımdı amma bir gün mütləq bunu hiss edəcəksiniz.Əvvəllər sizdən gizlətdiyi,danışmağa qorxduğu yaxud utandığı mövzuları birdən-birə sizlə bölüşməsədə zamanla artıq bir çox sirlərini öyrənmiş olacaqsınız.Daim övladlarınızın yanında olun,onlara dəstək olun və bunu mütləq onlara bildirin.(düşüncə.az)