Mütəxəssislər hesab edir ki, Azərbaycanda valideynlər övladlarını birinci sinfə heç bir psixoloji hazırlıq olmadan aparırlar. Lakin bilmirlər ki, ilk dərs günündən uşaq psixologiyasında qazılan özüllər onun gələcək həyatına bu və ya digər şəkildə təsir edir. Məktəblərin açılması ilə əlaqədar uşaqların sosial və psixoloji problemlərini, valideyn, məktəb və müəllim münasibətləri barədə psixoloq Leyla Davud Abdullayevaya danışıb. Psixoloq.az medicina.az-a istinadən həmin müsahibəni təqdim edir: -Leyla xanım, fikrinizcə, hər 6-7 yaşlı uşaq məktəbə getməyə hazırdırmı? Niyə çox uşaqlar məktəbi sevmir? İlk dərs ili uşağı hansı istiqamətə daha çox dəyişir: mənfi, yoxsa müsbət? -İlk olaraq, 5-6 yaşlı uşaqların məktəbə yazdırılması məsələsinə toxunmaq istərdim. Əvvəllər bilirik ki, uşaq 7 yaşı tamam olanda məktəbə gedirdi. Hətta 7 yaşı oktyabra kimi tamam olmayanı növbəti ilə saxlayırdılar. İndi isə 6 yaşı tamam olmadan uşaqları məktəbə aparmağa tələsirlər. Valideynlər düşünür ki, uşağım rəqəmləri saya bilir, hərfləri tanıyır, zehni yaxşıdır, nə qədər tez məktəbə getsə, bir o qədər yaxşıdır, hər şeyə tez nail olar. Bu faktların heç biri uşağın məktəbə hazır olmasını göstərmir. Ən böyük yalnışı da elə burda edirlər. Uşaq fiziologiyası, psixologiyası, inkişafı elədir ki, hətta ayın, günün belə əhəmiyyəti var. Necə ki, uşaq hamiləlik dövründə 9 ay tamam olunca doğulmalıdır, vaxtından əvvəl doğulmuşlara yarımçıq doğulmuş deyilir və bu uşaqlarda tənəffüs, beyin orqanları tam inkişaf etmiş olmur. Eləcə də məktəb yaşı... İdeal variant 7 yaşdır. Heç olmasa 6 yaş tamam olsun, 7 yaşa keçsin. Ola bilər, uşaq bu yükə dözər, ayaqlaşar, amma bu nəyin bahasına baş verir: uşağın psixologiyasının gərginliyinin hesabına, rezervlərini tükətməyin hesabına. Bu ilk başda hiss olunmasa da, sonradan çox böyük mənfi nəticələrlə özünü biruzə verir. Məktəb uşağın ilk sosial kollektividir. Hər uşaq üçün ora təkcə oxumaq, elm qazanmaq yeri deyil ki. Evdən gələn, ailəsindən başqa bir adam görməyən uşaq üçün bu çox böyük dəyişiklikdir. Uşaqların zehni, fiziki bədəni üçün 45 dəqiqəlik dərsdə oturmaq belə çox çətindir. Çünki uşaqlarda zaman anlayışı da fərqlidir. Mən səhər 7-də oyanıb, məktəbə hazırlaşmaq, 8-də dərslərin başlanmasının da əleyhinəyəm. Uşaq beyni, orqanizmi üçün bu uyğun vaxt deyil. Yaxşı olar ki, saat 9:30-10 arası başlasın. Amma nə edək ki, bir çox şeyləri biz dəyişə bilmirik. O zaman valideynlər məktəb başlamasına az vaxt qalmış adaptasiya mərhələsinə keçməli, sanki məktəbə gedirmiş kimi rejim qurmağa başlamalıdırlar. Birdən-birə 10-da yuxuda qalxan uşağı 7-də oyatmaq uşağın beyni üçün zərbədir. Eyni zamanda bunu uşağa danışaraq, başa salaraq etməlidirlər. Maksimum izah, motivasiya olmalıdır. Bilgili ailələr uşağı psixoloji olaraq məktəbə hazırlayırlar. Burada maraqlı və çətin məqam nədir: bir sinifdə hazırlıqlı uşaqla hazırsızlıqlar gəlib qarışır. Artıq hansı tərəfin üstün gələcəyi sual altındadır. Uşaqlar bir-birinə təsir etməyə başlayır. Burda əsas yük pedaqoqun üzərinə düşür. Mənim fikrimcə ibtidai sinif müəllimləri yüksək psixoloji təlim keçmiş insanlar olmalıdır. Təkcə pedaqogika ilə iş bitmir. Uşaqdır, gec-tez əlifba öyrənəcək, yazacaq da. Əsas sinifdə uşaqların kollektivə düzgün adaptasiyasını təşkil etməkdir. Biz böyüklər belə kollektivə gec öyrəşirik, təsirlənirik, kollektiv yaxşı olmayanda məyus oluruq. Psixoloji niyələr artır. Bu niyələrə cavab tapmayanda bizdə stres, gərginlik yaradır. Uşaqların psixologiyası isə tamam fərqlidir. Uşaq zehnini anlamaq çətindir. "Uşaqla uşaq dilində danışacağam, hər şey düzələcək” fikrini özünüzdən uzaqlaşdırın. -Məktəbə gedən uşaqları əlavə musiqiyə, incəsənətə, kurslara qoymağın faydası varmı? Axı uşaqların çoxu gələcəkdə heç o sənəti seçmir. Bunlar əlavə yorucu yük deyilmi? -İncəsənət, yaradıcılıq, kurslar hər uşağın potensialına görə təyin edilməlidir. Bəzi valideynlər isə uşaqların bacarıqlarını nəzərə almadan,öz arzu və istəklərinə uyğun kurslara yönəldirlər. Biz bəzi psixoloji problemləri olan uşaqları idmana, pianoya, musiqiyə yönəldirik. Örnək olaraq piano dərsləri uşağın beyninin inkişafı üçün vacibdir. Çünki pianoda uşaq hər iki əlini çalışdırır, bu da beyin yarımkürələrini işlədir. Vacib deyil ki, musiqiçi olsun, konsertlərə çıxsın, gözəl ifalar etsin. Burda məqsəd psixoloji, zehni inkişafı gücləndirməkdir. Eləcə də rəsmə getməyin böyük psixoloji faydası var. Bəzən də qonşuya, qohuma baxıb, geri qalmamaq, dəbə qoşulmaq arzusu üstün gəlir. Valideyn istəyir deyə uşaq bu kursa, sənətə getməlidir hökmü üstünlük təşkil edir. Burda da valideynlər diqqətli olmalıdır. Uşağı hara yönəltməkdə çətinlik çəkirlərsə, o zaman psixoloq məsləhəti ilə uyğun kurs seçə bilərlər. -Məktəb başlayandan uşağın iştahı, yuxusu, dəngəsi pozuldu deyənlər də çoxdur. Buna görə uşağı nevroloqa, həkimə aparır, vitaminlər, hətta yuxu dərmanları verirlər. -Bəzi həssas uşaqlarda həyatında baş verən məktəb kimi yenilik gərginlik yaradır, evdə davranışında, danışığında, yuxusunda, yeməyində pozuntular başlayır. Bu, valideyni qorxudur. Bunu önəmsəməmək və ya özbaşına aradan qaldırmaq mümkün deyil. O zaman uşağı mütləq peşəkar psixoloqa yönləndirmək lazmdır. Psixoloq çox qısa müddətə, 3-4 seansa uşağı məktəb sindromundan çıxara bilər. Bəzən valideynin xəbəri olmur, amma uşaqda orqanik nevroloji problem var. Məktəbə gedən kimi bunlar artır. O zaman nevroloq və psixoloq birgə yanaşmalıdır. Bu halda valideyn tək başına bir şey edə bilməyəcək. Uşaqlar məktəbə adaptasiya dövrünü çətin keçirir. Amma elə uşaq var ki, psixologiyası güclüdür, hazırlıqlıdır, asan keçirir. Bu müddəti faciələşdirmək lazım deyil. Bəzən pasiyentlərim olur, 18-20 yaşlı övladları ilə gəlirlər, adi bir münasibəti belə faciəyə çevirirlər ki, mənim uşağım normal deyil. Yeniyetməliyin son dövrü deyilən dövr var, elə gənc var ki, onda 22 yaşa kimi davam edir. Ona görə 22 yaşlı gəncin özünü dəlisov yeniyetmə kimi aparması normaldır. Bəzən valideynlər özlərini misal gətirir ki, bizim dövrümüzdə belə şeylər yox idi, biz də uşaq olmuşuq, belə olmamışıq. Axı sizin dövrünüz bu qədər modern deyildi. İnsan üçün çox asanlıqlar və çox zorluqlar var... Bu dövrə adaptasiya olmaq çox çətindir. Biz də yaşlananda uşaqları görüb belə deyəcəyik: bizim vaxtımızda belə deyildi. Modern valideynlər internetdə gecə-gündüz oturur, sonra uşağında təcrübə aparır. İnternet kirli məlumatlarla doludur. Uşaqda xəstəlik tapırlar, özlərindən fobiyalar uydururlar. Mən validyenlərə deyirəm ki, siz araşdırmağı buraxın, problem varsa, onu mütəxəssisə həvalə edin. Orda bir kirli informasiyanı görəcəksiz, o informasiyanın sizin beyninizə etdiyi təsir, dəyişiklik sonra çətin düzələcək. Valideynlər uşaqlar üzərində eksperiment edirlər. Əslində övlada ən böyük zərəri istəmədən elə valideyni vurur. Etdiyiniz yanlışlar sonra ikiqat zərərlə geri qayıdır. O xətaları biz düzəldənə kimi vaxt gedir. Sıfırdan gəlsələr, heç çətinlik çəkmərik. Aptekdən özbaşına dərman almaq, özlərinin təyin etdiyi " diaqnoz”lar, filankəsin uşağı bunu içdi yaxşı oldu, bu dərman beyni gücləndirir, ya sakitləşdirir - kimi ağlagəlməz hərəkətlər əks- fəsad olaraq geri dönür. Kimyəvi tərkibli dərmanlarla uşaq psixologiyasını düzəldə bilməzlər. Sənin uşağın ayrıdır, sənin uşağın onun-bunun uşağı deyil. Sən övladına fərqli varlıq kimi baxmalısan. -Bəs dərslərdən mütləq 5 qiymətlə evə gəlmək vacibdirmi? Qiymətə görə uşağı danlamaq olarmı? Olmaz ki, uşaq özünə görə oxusun?-Bu da yaralı mövzudur. İnsanın o qədər özünə xas psixologiyası, idrakı var ki... Bir sinifə 20 uşağı yığıb, hamısından eyni nəticəni gözləmək, eyni tələbi etmək qeyri-peşəkarlıqdır. Bilmirəm, bu tendensiyanı kim icad edib. Çox düşünülməmiş bir ideyadır. Pedaqoqlar bu baxımdan təhlükəli vəziyyət yaradır. Pedaqoq bilməlidir ki, bir uşaq bir fəndən yüksək nəticə göstərib, digərindən zəif qiymət ala bilər. Uşaq robot deyil. Təbii ki, nəzarət olmalıdır. Amma uşağını yaxşı tanıyan valideyn bilməlidir ki, bu uşaqdan nə dərəcədə tələb edə bilər. Sən istə, müəllim tut, öyrət, tələb et, amma bir yerə qədər. Gördünsə olmur, nəticə yoxdur, o zaman ayrı yol tutacaqsan. Valideyn vaxtını, pulunu sərf edir, uşaq gözlədiyi nəticəni verməyəndə uşağı gətirirlər nevroloqa, psixoloqa ki, baxın görün buna nə olub? Valideyn uşaqlar üçün universitetdən o tərəfə özünü təsdiq yolu qoymur. Bunu valideynlər gözəl bilir. Sənin uşağın üçün yüzlərlə təsdiq yolu var, sənət növü var. Valideyn övladının arxasında durmalı, dəstəkləməlidir ki, o uşaq həyata tutuna bilsin.Uşağa qayğı, sevgi kurslar, müəllimlər, fənlərə pul xərcləməklə göstərilmir. Hansı valideyndən soruşsan, təbii ki, uşağını sevir. Onun üçün ölümə də gedər. Amma təəssüf ki, bu sevgini övladımıza çatdıra bilmirik. Uşaq böyük boşluğa düşür, ona təqdim olunan yolu məcburiyyət kimi görür, nə edirsə məcbur edir. Təki anam-atam razı olsun, təki evdə səs çıxmasın, məndən razı olsunlar. Uşağı sevgi ilə böyüdün, travmalarla yox. Bizim ən xatalı, bəlalı yerimizdir – sevgisizlik. Övladınız doğulan gündən sizin hədəfiniz nə dərs, nə kurs, nə sənət, nə məktəb olmalıdır. Sənin hədəfin övladına maksimum sevgi çatdırmaq olmalıdır. Valideyn övladını dərindən tanımalıdır. Tanıya bilmirsə, psixoloq köməyilə tanımalıdır. Bu sənin missiyandır. Uşağın fizioloji, psixoloji sağlamlığı üçün hava, su, qida, puldan da önəmli sevgi ilə qidalanmasıdır.Sevgisiz böyüyən, sevgi acı olan uşaq ömür boyu yadlarda, bəzən qorxulu bir adamda, təhlükəli ünvanlarda sevgi axtaracaq, başqalarının təsirinə düşəcək. Bunun üçün bizim toplumumuzun bilgili valideynlərə, uşaq psixalogiyasını dərindən bilən pedaqoqlara ehtiyacımız var.
Qoç - Günün ilk yarısından qətiyyətli və iradəli şəkildə çalışın. Hadisələrin dünənki məcrasının davam etdirilməsi fəaliyyətin ideal variantı ola bilər. Yaradıcılıq planlarını reallaşdıra bilərsiniz. Problemlərin həllinə fərdi yanaşın. Günün ikinci yarısında rutin işlərdən usanmayın. Onları mütləq şəkildə çözmək gərəkdir. Həmişəkindən fərqli olaraq bir qədər risk etmək olar. Yeni, genişmiqyaslı layihəyə başlamayın. Buğa - Yaşam tərzi sizdən aktiv qərarlar və mütəhərrik olmağı tələb edir. Başqalarının laqeydliyindən yararlanmayın, öz stilinizə sadiq qalın. Əhval-ruhiyyənizi ən kiçik, xırda məsələlərə görə korlamayın. Bir qədər əvvəl yaşanmış proseslərin fəsadları hələ tükənməyib. Günün ikinci yarısında izafiliyə varmayın. Duruma müdaxilədə diqqətli olun, konsepsiyasız qərarlar qəbul etməyin. Axşam saatlarında ağır fiziki işdə çalışmayın. Əkizlər - Günün ilk yarısında yaxşı əhvalınız olacaq. Hadisələrə nikbin yanaşın. Ruh düşkünlüyünə qapılmayın. Situasiya pozitivdir. Yeni, maraqlı imkanlar yaranır. Şanslarınızdan yararlanın. Fürsəti fövtə verməyin. Günün ikinci yarısında böyük layihəyə və ya ağır sifarişin icrasına başlamaq məsləhət deyil. Çətinliklər sizi zəiflətməsin. Şəraitə uyğunlaşın. Köhnəlmiş ştamplardan, uğursuz klişelərdən qurtulun. Yanlış psixoloji anlamlara aldanaraq səhv addımlar atmayın. Axşam saatlarında orijinal ideya yarana bilər. Xərçəng - Günün ilk yarısından etibarən tənbəllik etməyin. Analitika, mürəkkəb hesablamalar, sistemləşdirmə, fərdi nəzarət, məsuliyyətli sifarişin yerinə yetirilməsi üçün münasib zaman deyil. Günün ikinci yarısında sizi effektiv fəaliyyətdən yayındıracaq proseslər yaşanacaq. İntizamlı olun, qaydalar çərçivəsindən çıxmayın. Sağlam qida rasionunu seçin. Strateji məsələnin həllində təfərrüatlara fikir verin. Axşam saatlarında bədxərclik etməyin. Səbəbsiz nikbinliyə qapılmayın. Şir - Günün ilk yarısından etibarən rəqiblərlə müqayisədə üstün mövqelərə malik olacaqsınız. Amma bu, situasiyanı tam nəzarətdə saxlamaq istəklərinizə və cəhdlərinizə mane olmamalıdır. Situasiya ağırlaşır. Günün ikinci yarısında əlverişsiz vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz. Fəaliyyət sahənizdə qrafikin yenilənməsinə zərurət duyulur. Axşam saatlarında yaşamınızda dəyişikliklər başlanacaq. Qız - Yeni oriyentirlər seçin. İşlə bağlı təklif səslənəcək. Yeni və fərqli ideyalar var. Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı əlaqələri bərpa edin. Təmaslardakı donuq situasiyanı aradan qaldırın. Məqsəd və məramlarınızı səhər saatlarından etibarən reallaşdırmağa başlayın. Gərəkli avadanlıq, vasitə və resursları toplayın. Daxili gərginlik olsa da, imkanlar və qüvvələrdə müəyyən tükənmə hiss olunur. Gərgin olmayın. Bu gün izafi əmək üçün deyil. Axşam saatlarında istirahət edin. Tərəzi - Məntiq, tələbat və ya seçdiyiniz plana uyğun davranın. Hisslər, emosiyalar və ya ani impulsun təsiri altına düşməyin. Təkbaşına çalışmayın, tənha qalmayın. İşdə həmkarlarınızla birlikdə olun. Toplantı, müzakirə və ya görüş zamanı işlə bağlı unutduğunuz, yadınızdan çıxmış təfərrüatı xatırlayacaqsınız. İddialarla tələblərin səviyyəsini bir qədər aşağı salın. Mümkün qədər çox iş görməyə səy göstərin. Axşam saatları konkret, maddi məsələlərlə bağlı işlər üçün əlverişlidir. Bacarıq və istedadınızı nümayiş etdirin. Sevdiyiniz işlərlə məşğul olmaq üçün əlverişli zamandır. İstirahət və açıq havada gəzintiyə yetərincə vaxt ayırın. Əqrəb - Ambisiyaların reallaşdırılması üçün müvafiq zamandır. Məqsədə çatmaq üçün effektiv vasitələrdən istifadə edin. Asan yollara üstünlük verin. Hədəfə daha tez çatmaq üçün ən əlverişli metoddan yararlanaraq rəqibləri qabaqlayın. Günün ikinci yarısında planlarınızda dəyişikliklər edin. Təftiş və təhlilə başlaya bilərsiniz. Rasionunuza fikir verin. Səhhətinizin qeydinə qalın. İşgüzar olun, aktiv işləyin. Biliklər azdırsa, əlavə məlumatlar əldə edin. Axşam saatlarında gəzintiyə çıxın. Oxatan - Günün ilk yarısı uğurludur. Enerjili olun, işlərə aktiv başlayın. Cari problemləri hadisələrə təsir imkanlarına malik insanın yardımı ilə həll edin. Bilik və bacarıqlarınızdan yararlanın. Günün ikinci yarısında kollektiv fəaliyyətdə fayda var. Sizi dəstəkləyən, yardımlarını əsirgəməyən insanlara minnətdarlıq etməyi unutmayın. Axşam saatlarında bədxərclik etməyin. Yeni işlər üçün maliyyə ehtiyatınız olmalıdır. Normal istirahət etməyə çalışın. Oğlaq - Günün ilk yarısı ağır fiziki əmək yox, yaradıcılıq üçün daha əlverişlidir. Özünüzə həddən ziyadə güvənsəniz, ciddi səhvlərə yol verə bilərsiniz. Vədlərə, təkliflərə, dilətutmalara aldanaraq yolunuzdan sapmayın. Günün ikinci yarısında maliyyə məsələlərində istənilən düşünülməmiş addım, avantüra təhlükəlidir. Çox zəif, illüzor şanslara uymayın. Bahalı heç nə almayın. Axşam saatlarına yaxın daha səbatlı, məntiqi və praktiki şanslarınız yaranacaq. Hisslərinizin etirafına tələsməyin. Dolça - Praqmat olun. Qeyri-konstruktiv hisslərə qapılmayın. Yaxın ətrafınızdakı insanların maraqlarına zidd addım atmaq niyyətiniz varsa, yaxşıca düşünün. Maddi məsələlər münasibətlərdə sərinləşmə və fikir ayrılıqlarına səbəb ola bilər. Günün ikinci yarısında yaşam arealında islahatlar aparmaq olar. Ödənişlərdə diqqətli olun, hesablamalarda səhvlərə yol verməyin. Kredit götürməyin, borcları vaxtında qaytarın. Maddi məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil. Ehtiyatlı olun, fundamental səhvdən uzaq durun. Balıqlar - Hadisələrin zahiri effektləri bu gün həlledici rol oynayacaq. Proseslərə süni müdaxilə etməyin. Olaylara təkana ehtiyac duyulmursa, hiperaktivlik yalnız zərər verə bilər. Başqalarının oyunlarına qatılmayın, məkrli planın qurbanına çevrilməyin. Günün ikinci yarısında rutin prosedurlar uğurlu olacaq. Problemlərin həllinə kreativ yanaşın. Cari işlərin görülməsində yeniliklər edə bilərsiniz. Axşam saatlarına yaxın əlavə xərclər istisna deyil. Gəzintiyə çıxmağı unutmayın. Milli.Az
Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb. Psixoloq.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov "Report"a açıqlamasında bildirib ki, 2019-cu ildə iki Ay tutulması hadisəsi baş verəcək. O deyib ki, ilk tutulma yanvarın 21-də olacaq: “Təbiət hadisəsi Bakı vaxtı ilə saat 07.34-də başlayacaq və 10.51-də sona çatacaq. Ay səthinin tam tutulması isə saat 08.41-də start götürəcək və 09.43-də yekunlaşacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək”. Rəsədxana rəsmisi əlavə edib ki, ilk Ay tutulmasını Azərbaycanda müşahidə etmək mümkün olmayacaq: “Buna səbəb təbiət hadisəsinin səhər saatlarında baş verməsidir. Prosesi Sakit Okean, Amerika, Afrika və Avropanın bir hissəsində izləmək mümkün olacaq”. X.Mikayılov qeyd edib ki, ikinci tutulma hadisəsi isə iyulun 17-də olacaq: “Qismən baş verəcək tutulma saat 00.03-də başlayacaq və saat 02.59-da yekunlaşacaq. Tutulmanın maksimum həddi saat 01.31-də qeydə alınacaq. Bu tutulma da Azərbaycanda müşahidə olunmayacaq. Onu Cənubi Amerikada, Qərbi Avropanın cənub hissəsində, Afrikada, Asiyanın cənubunda, Avstraliyada müşahidə etmək mümkün olacaq. İkinci tutulmaya əsasən cənub tutulması deyilir”.
Bu gün gənclər arasında ailə qurmaq ciddi problemə çevrilib. İnsanlarımız 30 yaşa qədər ailə qurmaq istəmirlər. Araşdırmalar nəticəsində insanların 70 faizi buna səbəb kimi maddi imkanlarını əsas gətirirlər. Sosioloq Əhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında evlilik yaşının artmasının müxtəlif səbəblərinin olduğunu bildirdi: “İndi cəmiyyətdə baş verən faktora yalnız bir tərəfdən baxmaq düzgün deyil. Buna səbəb təbii ki, iqtisadi tərəfdi, insanların bir çoxlarında ailə qurmaq üçün maddi imkanlar və mənzil şəraiti onların ailə qurmasına imkan vermir. Digər tərəfdən, mənəvi amillərdə buna öz təsirini göstərir, yəni 30 il, 50 il bundan qabaq böyüyən gənc bilirdi ki, onun evlilik yaşı çatıbsa, bu bir vəzifədir, evlənmək lazımdır. Burda ictimai qınağı da nəzərə alırdılar. İndi cəmiyyətdə artıq o münasibətlər dəyişib. Ailələrdə o qədər gərginlik var ki, əksər gənclər ailə qurmağa qorxurlar. Çünki bəziləri ilə söhbət etmişəm və deyiblər ki, “Filankəs evləndi və bir neçə ay sonra boşandı. İndi ailə qurmaq çətindi”. İndi evlənmək üçün özünə seçəcəyin adamı tapmaq da çətinləşib. Qabaqlar ümumi bir standart həyat şəraiti var idi, oğlanlar və qızlar elə bir səviyyədə böyüyürdü ki, hər biri ailə məsələlərini çox yaxşı bilirdi. Sovet dövründə evlənmək mənəvi tərəflərə daha çox əsaslanırdı. İndi isə evlilik daha çox mənəvi dəyərlərin təsiri altında yox, nəyinsə hesablanmalarına görə baş verir. Bir müddət sonra mənəvi faktorular işə düşür və həmin ailələrdə gərginlik yaranır. Bizdə ailə haqqında təsəvvürlər aydınlaşdırılmalıdır. Ailə quran gənclərə köməkliklər olmalıdır. Ailə qurmaq məsələsində iqtisadi, mənəvi və dünya görüşü faktorları rol oynayır. Hər bir davranışın arxasında üç mühüm amil dayanır: mühit, informasiya və üstünlük verilən dəyərlər. Amma bəzən elə olur ki, hər bir şəraiti olan gənc ailə qurmağa ehtiyyat edir”. Xatırladaq ki, Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb. Belə ki, 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23,4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb. 2013-cü ildı kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub. Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə qyed alınıb. Həmin ilin göstəricilərinə görə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, ötən il isə 24,2 olub. Rəqəmlər göstərir ki, kişilərin nikaha daxil olma yaşında daha çox artma qeyd alınır. Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatdan ar-arda üçün ilin şəhər və kənd yerləri üzrə rəsmi qeydə alınan nikahların sayı isə belədir: 2014-cüq ildə nikahların sayı 84 min 912 olubsa, 2015-ci ildə bu rəqəm 68 min 773, 2016-cı ildə isə 667 min 71-ə enib.
Uşaq Psixologiyasının əsası olan İnkişaf terapiyası, uşaqların 18 yaşına qədər inkişaflarını diqqət mərkəzində saxlayır və bu mərhələdə inkişaf problemlərinin terapiyasını və reabilitasiyasını əhatə edir. Uşaqların inkişafı sadəcə fiziki inkişafla məhdud olmayıb, nitqin inkişafı, sosial adaptasiya, motor bacarıqlarının inkişafı, psixoseksual və koqnitiv inkişaf kimi müxtəlif sahələrlə birgə düşünülməlidir. Son dövrlərdə inkişaf pozuntuları adı altında bir çox diaqnoz geniş yayılmağa başlamışdır. Bu pozuntuları yaşayan uşaqlar bacarıqlarını göstərməkdə çətinlik yaşayırlar. Bununla yanaşı, nevroloji və xromosom pozuntuları ilə bağlı xəstələiklər yaşayan uşaqlarda qabiliyyət itkiləri ortaya çıxır. İnkişaf terapiyası, hər iki halda uşaqların qarşılaşdıqları çətinliklərin və ləngimiş bacarıqların mümkün olan səviyyəyə qədər reabilitasiyasını hədəfləyir. İnkişaf terapiyasının tətbiq olunduğu hallar: Nitq pozuntularıKoqnitiv / Zəka problemləriAutizmin spektr pozuntularıGeniş yayılmış inkişaf pozuntularıSensomotor pozuntularDiqqət catışmazlığı və hiperaktivlik pozuntusuDavranış pozuntularıSosial fobiya (Sosial Həyəcan Pozuntusu)Görmə və eşitmə ilə bağlı problemlərMotor pozuntularıAkademik uğursuzluq(meduna)
Azərbaycan ərazisində sentyabrın 19-na olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Ürəyi sıxılan, problemi olan insanlara adətən "özünə xobbi tap, başını qat" sözünü deyirlər. Məhz bu məqamda köməyə məşğulluq terapiyası gəlir. Psixoloq.az xəbər verir ki, məşğuliyyət terapiyası psixoloji problemlərin terapiyası, sosial və gündəlik həyat bacarıqlarının yaxşılaşdırılması məqsədi daşıyan müəyyən fəaliyyətlərin terapevtik istifadəsidir. Məşğuliyyət terapiyasında əsas qayə şəxslərin gündəlik həyat fəaliyyətlərində iştirak etməsini təmin etməkdir. Erqoterapiya olaraq da bilinən məşğuliyyət terapiyası musiqi, rəsm, ebru, rəqs və s. fəaliyyətlərdən ibarətdir. İştirakçıların sayı fərqli olsa da məşğuliyyət terapiyası fərdə fokuslanır və fərdin reabilitasiya müddəti, məmnuniyyəti və gördüyü fayda ön planda tutulur.
Uşaqlar böyüklər qədər hisslərini və düşüncələrini göstərməzlər və özlərini rahatlıqla ifadə etməzlər. Alternativ qarşılıqlı əlaqə ehtiyacından əmələ gələn oyun terapiyası sayəsində uşaqlar kəlmələri işlətmək yerinə oyun və oyuncaqlar vasitəsi ilə, özlərini ifadə edə bilməyi, gündəlik həyatlarında başa çıxa bilmədikləri probleməri həll etməyi və neqativ davranışlarını dəyişdirə bilməyi öyrənirlər. Oyun terapiyasının məqsədi uşağın özünü emosional olaraq yaxşı hiss etməsini təmin etməkdir. Uşağın normal inkişafına təsir edən emosional, davranış və psixoloji problemləri aradan qaldırmaq və problemin böyüməsinə əngəl olmaqdır. Oyun terapiyaları müəyyən yaş qrubundakı uşaqlarla, bir və ya birdən çox uşağın iştirakı ilə həyata keçirilir. Bundan əlavə bəzən valideynlərin də terapiyada iştirak etməsi lazım gəlir.
Hər keçən gün insanların üstündə gördüyümüz rənglər əlbəttə ki onlardan bir parçadır və izlər daşıyar. Məsələn, davamlı tünd rəng geyinən birinin çox da macərapərəst biri olduğunu deyə bilmərik. Paltarların olduğu qədər, dodaq boyalarının rəngi də insan xarakterini əks etdirdiyi bir gerçəkdir. Qırmızı dodaq boyası Heç şübhə etmədən deyə bilərik ki, kişilərin diqqətini çəkməyi sevən və ilgi sevən xanımlar qırmızı pomada rənginə ən çox üstünlük verənlərdir. Olğun qadınlardır, özlərini bəyənərlər, özlərinə güvəni yüksəkdir və zəngin kişiləri sevərlər. Çəhrayı dodaq boyası Ümumilikdə daha çox rahatlığına düşkün qadınlar pomada üçün çəhrayı rəng tərcih edərlər. Gözəl və rahat həyat tərzi onlar üçün ən yaxşısıdır. Məsələn iti dabanlı ayaqqabı yerinə babetlər geyərlər və yanlarında daima çəhrayı dodaq boyası daşıyarlar. Bu qadınlar dostlarına çox sadiqdirlər. Bütün kişilərin yalançı olduğuna inanar və onlara güvənməzlər. Ümumilikdə çəkici kişiləri sevərlər. Narıncı dodaq boyası Əylənməyi sevərlər. Sosial mövzulara maraqları yüksəkdir. Musiqi onlar üçün olmazsa olmazdır. Kompüterlərinin yaddaşının böyük bir qismi film ilə doludur. Ən çox gündəmdə olan kitabları deyil, özlərinə bir şey öyrədəcək kitabları seçərlər. Ağıllı və əyləncəli tiplər onlara görədir. Bənövşəyi dodaq boyası Bu pomada bizə ağ xanımları xatırladır. Onlar çox duyğusaldırlar. Bəzən sərt xarakterlərdə qarşımıza çıxa bilərlər. "Bəlkə" deyil, "bəli" və ya "xeyr"-dir onlar üçün! Ağlı-başı yerində, olğun tipləri sevərlər. Mat dodaq boyası Bu rəngi çox vaxt bəsit xanımlar tərcih edərlər. Gözlərini ön plana çıxarmaq istəyən xanımlar dodaqlarını arxa planda qoymaq üçün bu rəng tonlarını tərcih edə bilərlər. Kəskin baxışlıdırlar və çəkici kişilər onlar üçün idealdır.
Dünən futzal üzrə İkinci Liqada mövsümə start verildi. Psixoloq.az xəbər verir ki,“Baku Fire-2” – “Borçalı” FK qarşılaşması dramatikliyi ilə yadda qaldı. Oyunun başa çatmasına 30 saniyə qalmış 3:2 hesabı ilə öndə olan debütant 20 saniyə ərzində 2 top buraxmaqla xalsız qaldı. Oyun ərzində azarkeş dəstəyinə görə xüsusi seçilən komandanın baş məşqçisi Vüsal Mustafayev qarşılaşma başa çatdıqdan sonra açıqlama verib. Baş məşqçi əvvəlcə futzal çempionatına qatılmaqla bağlı danışıb: "Futzaldan əvvəl Mini-Futbol Assosiasiyasının təşkil etdiyi yarışda iştirk etdik. Sonra qərara gəldik ki, futzal üzrə ölkə çempionatının İkinci Liqasında gücümüzü sınadıq. Bütün yarışlarda gözlənildiyi kimi, birinci oyunlar hər zaman çətin, gərgin keçir. Bunun bir daha şahidi olduq. Məğlub olsaq da, komandanın oyununu qənaətbəxş hesab etmək olar. Gələcək oyunlarda yüksək nəticələr qazanacağımıza ümid edirik". Vüsal bəy həmçinin “Bakı Fire”nin futzal yarışında iki komanda ilə çıxış etdiyini qeyd edib. "Güclüləri Birinci Liqada, ikinci komandaları isə İkinci Liqada oynayır. Təcrübəli, oturuşmuş heyətə malik olduqlarını bilirdik. Bu amil sona 20 saniyə qalmış qələbəni əldən verməyimizə səbəb oldu",-deyə V.Mustafayev açıqlayıb. Jurnalistin "Planlar necədi? Addım-addım yüksəlmək, yoxsa İkinci Liqada qalıcı olmaq?" sualını isə məşqçi bu cür cavablandırıb: "Təbii ki, hədəflərimiz, məqsədlərimiz var. Pillə-pillə yüksəlməyi fikirləşirik. Bunu gələcək göstərəcək".
Psixoterapiya, psixoloji problemlərin sağaldılması məqsədilə psixiatr, klinik psixoloq kimi psixoloji sağlamlıq mütəxəssisləri tərəfindən tətbiq olunan və qarşılıqlı şifahi ünsiyyətə dayanan prosesisin ümumi adıdır. Psixoterapiya zamanı pasiyent öz emosiya, düşüncə və davranışları haqqında məlumat sahibi olur və onları idarə etməyi öyrənir. Psixoterapiya adından bəlli olduğu kimi terapevtik bir prosesdir və müalicəyə yönəlmişdir. Hər nə qədər bütün psixoloji sağlamlıq ilə əlaqəli problemlərdə işə yarasa da psixoterpiyadan fayda görənlərin hamısı bir psixoloji sağlamlıq diaqnozu daşımır. Bu baxımdan psixoterapiya gündəlik problemləri həll etmə, əsəb və digər emosiyaların idarəsi, sosial və ailə əlaqələri, karyera və məslək problemləri kimi geniş dairədə kömək təklif edir.
Selektiv Mutizm (və yaxud Elektiv Mutizm), yəni “seçici susma”, uşağın tanıdığı mühitdə, məsələn, ev mühitində axıcı və səlis danışmasına baxmayaraq, danışmasının gözləndiyi məktəb o cümlədən başqa sosial mühitlərdə danışmamasıdır. Bu susqunluğun şiddəti yalnız yadlarla danışmamaqdan başlayıb cəmiyyət içində demək olar ki hər yerdə səssiz qalmağa qədər dəyişə bilər. Selektiv mutizm bir çox hallarda uşaqlardakı utancaqlıqla qarışdırılır. Lakin normalda uşaq yad mühitə öyrəşdikdən bir müddət sonra qaçıb yaşıdları ilə oynadığı, boyuklərlə ünsiyyət qurduğu halda elektiv mutizmli uşaqlar səssiz qalmağa davam edirlər. Qız uşaqlarında oğlanlara nisbətən daha çox müşahidə olunur. SELEKTİV MUTİZM ƏSAS ƏLAMƏTLƏRİ: – Uşaq bir mühitdə danışdığı halda digərində davamlı olaraq susur – Uşağın danışmaması onun təhsilini,sosial ünsiyyətini minimuma endirir – Problem ən az bir aydır davam edir (məktəbə başladıqdan sonrakı ilk ay xaric) – Əsasən 1-3 yaş arasında özünü göstərir – Bərabərində hədsiz utancaqlıq, içə qapanma və ata-anaya hədsiz bağlılıq gətirir NƏ ETMƏLİ? Ana-ata və ya müəllim belə bir vəziyyət müşahidə etdikdə uşağı danışmadığı üçün cəzalandırmamalı, danışmağa məcbur etməməli, aldatmamalı və danışması üçün “rüşvət” təklif etməməlidir. Belə halda uşaq üçün güvənli və dəstəkləyici bir mühit yaradıb, mərhələli olaraq uşağın inkişaf sürətinə uyğun hədəflər qoymaq lazımdır. Müalicə üçün bir qrup terapiyası vacib şərtdir. Belə ki, psixoloq, müəllim, pedaqoq və s. birgə işləməlidir.(meduna.az)
Aparılan araşdırmalara görə, hər il dünyada 800 000 –dən çox insan intihar edir. Xüsusilə də 15-19 yaş arası insanlarda ölüm faktı çoxalıb. İntiharın əsas səbəbi isə psixi pozuntular və zərərli alkoqol istifadəsi göstərilib. Qeyd edək ki, insanların vəziyyətini erkən müəyyən etmə və vəziyyətin aktif olaraq idarəsi insanların lazım olan psixoloji dəstəyi almasında əhəmiyyətli rola malikdir.
Estoniyada tibb məktəbinin psixoloqları müəyyən ediblər ki, bir çox insan mobil əlavələrin fotofiltrlərindən istifadə etdikdən sonra orada gördükləri şəkillərin əsasında plastik əməliyyat olunmağa qərar verirlər. “The Tech Times” bildirir ki, bu fenomen artıq “Snapchat dysmorphia” adını alıb. Fotofiltrlərin köməyi ilə hər bir insan foto çəkdirmək üçün xarici görkəmini dəyişə bilər. Dərini daha da hamar etmək, üzün rəngini, göz həlqəsinin şəklini dəyişmək mümkündür. Plastik cərrahlar bildirirlər ki, konsultasiya üçün gələn daha çox sayda insan öz fotoşəkillərinin retuşunu göstərir. Pasiyentlər böyük göz, daha dolğun dodaq və incə buruna üstünlük verirlər. Məsələn, üz plastikası və bərpaolunma cərrahiyyəsi üzrə ABŞ Akademiyasının məlumatına görə, plastik cərrahiyyə klinikalarının müştərilərinin təxminən 55 faizi şelfi çəkdiyi zaman daha yaxşı görünmək üçün həkimlərə müraciət edir. Mütəxəssislər qeyd edirlər ki, gənc qızlar öz xarici görkəminə qeyri-adekvat qiymət verir və gerçək həyatda yetərincə gözəl olmadıqlarını düşünürlər. Onların özləri barədə bu qənaəti müstəsna olaraq sosial şəbəkələrdən meydana gəlir və bu düşüncə tərzi özündən məmnun olmaq göstəricisinə mənfi təsir edir. Axı fotofiltrlərin əksəriyyəti son nəticədə real olmayan gözəllik obrazları təqdim edir.(Azərtac)
Türkiyənin və dünyanın ən tanınmış psixiatrlarından biri, Üsküdar Universitetinin rektoru, NP (neyropsixiatriya) İstanbul Xəstəxanalar Qrupunun baş həkimi, professor Nevzat Tarhan psixoloji problemlərə aydınlıq gətirib.- Azərbaycanda psixi sağlamlıq vəziyyəti ilə bağlı mövcud durumu necə qiymətləndirirsiniz?- Müşahidələrimə əsasən, deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin psixoloji sağlamlıq vəziyyəti ilə Türkiyə cəmiyyətinin psixoloji sağlamlıq durumu arasında o qədər də ciddi fərq yoxdur. Soyuq müharibə illərindən sonrakı dövrdə Azərbaycanda mədəni kimliyin təzyiq altına alındığı bir cəmiyyət modeli hakim idi. Lakin müstəqillik əldə edildikdən sonra çox sürətli yeniləşmə dövrü yaşanmaya başladı. Türkiyədə olduğu kimi, Azərbaycanda da qloballaşmanın müsbət və mənfi tərəflərinin olduğunu söyləyə bilərik. Bu prosesin müsbət cəhətləri insanlarda təşəbbüskarlıq ruhunun artması, rəqabət mühitinin formalaşması və bunlara paralel olaraq iqtisadi inkişafın baş verməsidir. Mənfi çalarları kimi isə, ailə münasibətlərinin zəifləməsi faktını göstərə bilərik. Türkiyədə olduğu kimi, qloballaşmanın ailə münasibətlərini zəiflədən mənfi xüsusiyyətləri Azərbaycandan da yan keçməyib.- Psixi xəstəliyə daha çox kişilər, yoxsa qadınlar düçar olurlar?- Psixi pozuntular, ələlxüsus depressiv mənşəli pozuntular qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Bu, 1:2 nisbətindədir. Lakin şizofren mənşəli problemlərin görünmə sıxlığı baxımından cinslər arasında çox böyük fərq yoxdur. Hiperaktiv olaraq adlandırdığımız pozuntular təqribən 1:3 nisbətində kişilərdə daha çox müşahidə olunur. Elmi ədəbiyyatda antisosial şəxsiyyət pozuntusu olaraq adlandırılan problemlər də kişilərdə daha çox özünü büruzə verir. Nitq pozuntusu kişilərdə daha yüksək, qadınlarda isə daha aşağı səviyyədədir. Yəni psixi pozuntunun növündən asılı olaraq, onun qadın və kişilər arasında özünü büruzə vermə sıxlığı fərqlidir.- Azərbaycandan sizin yanınıza xeyli sayda xəstələr gəlir. Onlar daha çox hansı xəstəlikdən şikayət edirlər?- Azərbaycandan olan pasientlərin son dövrlərdə xəstəxanalarımıza edilən müraciətlərinin sayında artım var. Bunların arasında hansısa bir psixi pozuntunun özünü daha çox bürüzə verdiyini söyləmək çətindir. Lakin bununla belə ümumiləşdirmə aparsaq, Azərbaycandan gələn pasientlər arasında manial depressiv psixoz hallarına (nevrozun növü) daha çox rast gəlinir. Bu vəziyyət Türkiyənin Qara dəniz, Ərzurum, Qars, Ərzincan vilayətlərindən olan xəstələrin şikayətləri ilə çox yaxındır.- Yeni yetişən nəsillərin tərbiyəsi müasir dövrdə çox böyük əhəmiyyət kəsb edir. Siz də uşaq tərbiyəsi üzrə çoxsaylı tədqiqatlar aparmısınız. Azərbaycanda bəzi valideynlər hələ də uşaqları döymək kimi tərbiyə üsullarından istifadə edirlər. Bu nə qədər düzgündür?- Biz türklərin zorakılığa haqq qazandıran bəzi səhv düşüncələrimiz var. Əslində isə bir insana edilən ən gözəl nəsihət qar kimidir. Qar yavaş yağdığı zaman yerdə qalar, şiddətli yağarsa, fırtınaya səbəb olur və qar yerdə qalmaz. Gözəl nəsihət insanın ruhunda iz qoyar. Bir insana qarşı zorakılıq tətbiq edərək onu tərbiyə etməyə çalışmaq fırtınalı qar kimidir. Bu, heç bir nəticə verməz. Onun tərbiyəedici gücü demək olar ki, yoxdur. Yalnız qarşımızda özünəinam hissi zəif fərdlər formalaşdırar. Halbuki məqsədimiz sakit, özünəinam hissi olmayan fərdlərdən daha çox, özünəinam hissi yüksək olan insanlar yetişdirmək olmaldır. Bu mənada Hz. Əlinin çox gözəl bir sözü var: "Uşaqlıqda çox sual verən sonrakı yaş dövrlərində çox suala cavab verən olar". Yəni burada sual verən uşağı nəinki alçaltmaq, əksinə onunla daimi ünsiyyətdə olmaq vacibdir. Hətta həmin uşaqlarla onunla eyni boya əyilərək ünsiyyət qurmaq lazımdır. Beləcə uşağa dəyər verdiyimizi göstəririk. Uşaq tərbiyəsində tətbiq etdiyimiz bir prinsipimiz var: "Sev, dəyər ver və bölüş". Uşaqlara dəyər verməyimiz lazımdır. Bu mövzuda yenə Hz. Əlinin bir sözünü misal çəkmək istəyirəm: "Yeddi yaşına qədər övladınızla oynayın, 15 yaşına qədər onunla dost olun, 15 yaşından sonra onunla məsləhətləşin". Bunlar uşaq tərbiyəsində bizim üçün istiqamətverici prinsiplərdir. Göründüyü kimi, burada aqressiyadan, hansısa bir zorakılık elementindən söhbət gedə bilməz. Zorakı üsullarla uşağı tərbiyə etməyə çalışmaq gələcəkdə həmin uşağı özünə düşmən etmək deməkdir. Belə ki, sonrakı yaş dövrlərində bu uşaqların həm valideynlərinə, həm də cəmiyyətin digər üzvlərinə qarşı gizli və yaxud açıq düşmən hissi bəsləyən fərdlərə çevrilmə ehtimalı var. Digər tərəfdən, uşaqlıqda fiziki zorakılığa məruz qalan insanların sonrakı yaş dövrlərində psixi pozuntuların yaranması və özünəinam hissi zəif fərdlərə çevrilməsi riski var.- Artan psixoloji problemlərlə paralel psixoloqlara və psixiatrlara olan ehtiyac da durmadan artır. Türkiyədə bu sahədə professional mütəxəssislərin hazırlanması istiqamətində hansı tədbirlər görülür?- Yeni qurulan universitetimiz psixologiya, psixiatriya, fəlsəfə, kompüter mühəndisliyi, sosial iş, molekulyar biologiya kimi sahələrdə ixtisaslaşmış bir universit kimi qısa zamanda həm tələbələrin, həm də ictimaiyyətin diqqətini özünə cəlb edə bilib. Universitetimiz Türkiyədə ilklərə imza atmağa müvəffəq olub. Beyin batareyası istehsalı üzrə neyrotexnologiya mərkəzimiz var. Yenə Türkiyədə ilk olan ailə mərkəzi açdıq. Burada da ailə konsultasiya mərkəzləri üçün mütəxəssilər yetişəcək, ayrıca universitetimizdə zorakılığı tədqiq edən mərkəz fəaliyyət göstərir. Bu mərkəzdə Türkiyənin aqressiya riski böyük olan yerlərinin xəritələri hazırlanır. Universitetimizin ən böyük üstünlüklərindən biri tələbələrimizin Türkiyənin ən tanınmış və bu sahədə ən qabaqcıl psixiatriya xəstəxanalarından biri olan NP İstanbul xəstəxana Qrupunda təcrübə keçmə imkanına malik olmalarıdır. Universitetimiz xarici ölkələrdən, ələlxüsus türk dövlətlərindən, Azərbaycandan olan tələbələrə öz qapılarını açmağa hazırlaşır. Təsis etdiyimiz xüsusi imkanlarla bu ölkələrdən olan tələbələr həm ingilis, həm də türk dillərində ən son texnologiyalarla təchiz olunmuş universitetimizdə təhsil alma imkanı əldə edəcəklər.(trend.az)
Qoç - Planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Yaxın perspektivdə atacağınız addımları tələsmədən müəyyənləşdirin. Ciddi islahatlara başlamaq fikriniz varsa, situasiyanı qiymətləndirin. Maliyyə imkanlarınızla bağlı izafi nikbinliyə yol verməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin davranışında anlaşılmaz məqamlarla qarşılaşacaqsınız. İnzibati məsələlərdə, yazışmada, nəticələrin müqayisəsində səlis davranın. Axşam saatlarına yaxın səfər və ya işgüzar müzakirə istisna deyil. Buğa - Situasiya təxirəsalınmaz müdaxilə və çevik hərəkətlər tələb edir. Nəyi nə zaman edəcəyinizi bilin. Peşəkar fəaliyyət müstəvisində köklü dəyişikliklər və ya spontan yeniliklərə heç bir ehtiyac yoxdur. İslahatları bir qədər ertələyin. Alış-verişdə bədxərclik etməyin. Günün ikinci yarısında tələskənliyə yol verməyin. İşlərdə qısamüddətli qeyri-müəyyənlik və ya tərəddüd yarana bilər. Aranan çıxış yolunu ilk cəhddən tapmamaq riski var. Bütün variantları təmkinlə qiymətləndirin. Əkizlər - Günün ilk yarısında fikirləriniz dağınıq olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün inamlı, inadlı və qətiyyətli olun. Səfər, səyahət, yazışma üçün əlverişli gündür. Məhkəmə olarsa, mövqelərinizi müdafiə edin. Dövlət qurumlarına baş çəkmək üçün münasib zamandır. Günün ikinci yarısında yaranacaq mübahisəli vəziyyətdə yalnız özünüzə güvənin. Müstəqil, hadisələrə tərəfsiz yanaşan insanın fikirlərindən bəhrələnin. Yeni tərəfdaş, şərik və ya məsləhət verəcək insana ehtiyac duyursunuzsa, tələsməyin. Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. Xərçəng - Cari məsələlərin həlli üçün rasional düşünün. Praqmat olun, dəyərləndirmələrdə obyektiv, hesablamalarda dəqiq olun. Bilik və bacarıqlarınızı artırın. Günün ikinci yarısında müşkül vəziyyətdən çıxış üçün intizam gərəkdir. Emosional qərarlar verməyin, məntiqi unutmayın. Tapşırıqları vaxtında yerinə yetirin. Xidməti mükəlləfiyyətlərə laqeyd yanaşmayın. Axşam saatlarında gəzintiyə çıxın. Şir - Diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin. Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar. Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin. Qız - Tənbəllik etməyin, intizamlı olun. Maraqlandığınız işlə mümkün qədər çox məşğul ola bilərsiniz. Ciddi yanaşma tələb edən məsələlər var. Fəaliyyətinizə maneələr yaradan məqamları sürətlə həll edin, sədləri aradan qaldırın. Günün ikinci yarısı məhsuldar dönəmdir. İmkanlardan tam yararlanın, təsadüflərə bel bağlamayın. Araşdırma və ya tədqiqatlarda uğur əldə edə bilərsiniz. Səhhətinizin qeydinə qalın. Ev işləri ilə məşğul olun. Tərəzi - Yaxın ətrafınızdakı insanlara qarşı ifrat iradlarla çıxış etməyin. Şəriklərin fikrini, tərəfdaşların mövqeyini qulaqardına vurmayın. Problemlərin həllinə yaradıcı yanaşın. Günün ikinci yarısında yaranan çətinliklərin həlli zamanı tələskənliyə yol verməyin. Enerjili olun, aktiv davranın. Kreativliyi unutmayın. Sədlərlə maneələrin dəf olunması yollarını həmkarlarınız və ya şəriklərinizlə müzakirə edin. Axşam saatlarında normal istirahət edin. Əqrəb - Analitik bacarıqlar, sistem yanaşma tələb edən gündür. Uzaqdakı tanışlardan və ya dostlardan birinin yardım istəyi ilə üzləşəcəksiniz. Sizə həvalə edilmiş işi təkbaşına görməyə çalışın. Əlavə problemlərin yaranmaması üçün diqqətli olun. Günün ikinci yarısında əsas işə laqeyd yanaşaraq ikinci dərəcəli tapşırıqların yerinə yetirilməsinə aludə olmayın. Prioritet məqamlardan biri qüsursuz keyfiyyətdir. Peşəkar nüfuzunuzla yanaşı, əldə edə biləcəyiniz gəlirlər də məhz bu nüansdan asılıdıır. Fəaliyyət planı və büdcəni dəqiqləşdirməmiş dəyişikliklərə başlamayın. Oxatan - Sizi aldatmağa çalışacaqlar. Diqqətli olun, hər vədə və deyilən sözə inanmayın. Yaltaq, xəbis insanlardan uzaq durun. İşlərin əsas hissəsini günün ilk yarısında görməli olacaqsınız. Fəaliyyətinizin effektiv olması üçün yarımçıq işləri tamamlayın, öhdəlikləri yaddan çıxarmayın. Günün ikinci yarısında planlaşdırma və hesablamalarda səhvə yol verməyin. Tərəfdaşlarla, şəriklərlə anlamlı davranın. Ambisioz olun, amma eqoist insan təsiri bağışlamayın. Yeni işə başlamaq zamanıdır. Kiməsə işləməkdən usanmadınızmı? Oğlaq - Günün ilk yarısından etibarən passivlikdən uzaq durun. Yeni plan hazırlamaq, yaxın perspektivdə atacağınız addımları bəribaşdan müəyyənləşdirmək olar. Məntiqi düşünün, yaşananları sistemli təhlilə uğradın. Ətrafınızdakı şəxslərin davranışlarındakı fərqləri qulaqardına vurmayın. Günün ikinci yarısında proseslərdən kənar qalmayın. Maliyyə məsələlərində xüsusilə diqqətli olun. Stabil işgüzar əlaqələrə nail olun. Alış-veriş zamanı almaq istədiyiniz əşyanın keyfiyyətinə xüsusi fikir verin. Dolça - Günün ilk yarısında aktiv olun, formada qalın. Fəaliyyətinizlə bağlı müəyyən sistem formalaşdırın və planlara riayət edin. Reqlament olunmuş proseslərin məcrasından kənara çıxmayın. Sistemləşdirilmiş biliklərinizi artırın. Günün ikinci yarısı inzibati funksiyaların yerinə yetirilməsi üçün münasib zamandır. Müstəqil şəkildə çalışın və fərdi əməyə üstünlük verin. Yaxın ətrafınızdakı insanlar qarşısında bəlli məsuliyyət daşıdığınızı unutmayın. Balıqlar - İllüziyalara və fantaziyalara qapılmayın. Dostlarla təmasları aktivləşdirin, işgüzar əlaqələri inkişaf etdirin. Tapşırılmış işlə bağlı təfərrüatları araşdırın. Əlavə məlumatlar əldə etməyə çalışın. Faydalı ünsiyyəti prioritetə döndərməkdən çəkinməyin. Günün ikinci yarısında mənasız və məntiqsiz ünsiyyəti dayandırın. Çalışdığınız kollektivin planlarından xəbərdar olun. İşdəki haqsızlıqdan, qanunsuzluqdan, özbaşınalıqdan bezibsinizsə, başqa iş yeri axtarmağa başlayın. Rüşvət verməyin və rüşvət almayın. Peşəkar fəaliyyət müstəvisində irəliləmək üçün gərəkli vasitələrdən yararlanın. Qanunvericiliklə bağlı biliklərinizi artırın. Milli.Az
Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər. Obssesiv əlamətlərin ən çox rast gəlindiyi xəstəlik köhnə adı ilə sarışan hallar nevrozu, müasir dövrdə isə obssesiv-kompulsiv pozuntu adlandırdığımız xəstəlikdir. Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir? OKP-nin əlamətləri obssesiya və kompulsiya, yəni fikir və davranışlar eləcə də həyəcan, depressiyasıdır.Obssesiyalar beyinə istəmədən daxil olan, təkrarlanan, qovulması çətin düşüncələrdir. Bu düşüncələr şəxsin iradəsindən asılı olmadan beyninə daxil olur və həmin şəxs bunun boş və mənasız olduğunun fərqindədir. Tez-tez rastlaşdığımız obssesiyalar aşağıdakılardır: -Təmizlik - Bu tip insanlar daimi olaraq ətrafda mikrob, kir, qan və s. olduğunu düşünürlər. -Simmetriya - Əşyaların bir-birinə paralel olmasına həddən artıq diqqət yetirirlər.-Dini - Allah, peyğəmbər və digər dini şəxslərlə bağlı təhqir edici fikirlər. -Cinsi - Doğmalarına qarşı cinsi obssesiyalar. -Ehtiyat - Dəfələrlə yoxlamaq, ifrat ehtiyatlı olmaq. Kompulsiyalar isə obssesiyaların yaratdığı həyəcan və narahatçılığı azaltmaq üçün edilən təkrarlanan davranışlardır. Tez-tez rast gəldiyimiz kompulsiyalar bunlardır: -Təmizlik - saatlarla əl yumaq, hamamdan çıxa bilməmək, spirtdən və digər dezinfeksiya edici məhlullardan istifadə. -Təkrar etmə - yaxınlarının başına pis hadisə gəlməsin deyə eyni hərəkəti təkrar etmə. -Sayma - binaların mərtəbələrini, maşınları sayma və ya nömrələrini əzbərləmə, reklamları oxuma. -Yoxlama - dəfələrlə qapını, suyu, qazı bağladığını yoxlama. OKP-nin konkret bir yaranma səbəbi yoxdur. Müasir nəzəriyyələrə görə serotonin ifrazının orqanizmdə pozulması nəticəsində yaranır. Müalicəsi müasir tipli antidepressant dərmanlarla psixoterapiya üsulu ilə aparılır. Psixiatr Orxan Fərəcli
Kişilər xoşlandıqları qadına bunu bildirmək üçün hərəkətləri ilə bəzi ipucları verməyə çalışar. Əgər ağlınızda "Görəsən, məndən xoşu gəlirmi?" kimi sual yaranıbsa, bir neçə hərəkəti ilə sizdən xoşlanıb xoşlanmadığını dəqiqləşdirə biləcəksiniz. Kişi baxışları Dəlisov, "çapkın" kişilər baxışlarını xoşlandığı qadının gözlərinə zilləyər, bir də üstəlik jest və mimikalarla romantik kişi təəssüratı yaratmağa çalışar. Ancaq gerçəkdən xoşlanan kişi utancaq baxışlı, sizə baxmağa utanan kişidir. Baxışlarınızı uzun müddət gözlərinə dikin və yoxlayın. Əgər qarşılıqlı olaraq bir şey danışmadığınız hallarda beş saniyədən daha çox gözlərinizin içinə baxmır, baxışlarını hara çevirəcəyinə tərəddüd edirsə, bilin ki, sizdən xoşu gəlir! Danışarkən tərif söyləyərlər Sizinlə söhbət edərkən, işinizlə, ailənizlə, dostlarınızla, getdiyiniz yerlərlə, sevdiyiniz filmlərlə bağlı suallar soruşursa, sizin haqqınızda bir şeylər öyrənmək istədiyinə işarədir. Xoşlanan kişi qarşısındakı qadını sözləri, anlatdıqları ilə təsirləndirməyə çalışır. Zarafat anlayışı olan kişilər bu məsələdə daha şanslıdırlar. Jest və mimikalar Xoşlanan kişilər sözləri ilə olduğu qədər jest və mimikaları ilə də kübar görünməyə, fiziki olaraq qadına daha yaxın durmağa çalışar. "Təsadüfən" tez-tez xoşlandığı qadının rastına çıxar. Üzündə sizi hər gördüyündə özündən asılı olmayan gülümsəmə olar, danışarkən yanlış etməməyə çalışar. Musiqi alətində çala bilirsə, sizi bir gün onu dinləmək üçün dəvət etməsi də xoşlandığının əlamətlərindən biridir. Ardı-arası kəsilməyən "sms"lər Əgər elə hey dostyana kimi də olsa, ardı-arası kəsilmədən mesaj yazırsa, əmin olun, yaxında sevgisini etiraf edəcək. Bir dəstə çiçək Qadınların çiçəkdən xoşlandığını kişilər yaxşı bilir. Əgər bir kişidən durduğunuz yerdə çiçək gəlibsə, sizdən xoşlandığı dəqiqdir. Milli.Az
Keçmişdə yaşanan narahatlığın bu günə təsirləri hansı formada reallaşır? Gündəlik problemlərin keçmişdəki bir travma ilə əlaqəsi varmı? İnsanın bu gün yaşadığı problemlərə səbəb olaraq, yaxın ya da uzaq keçmişdə yaşadığı neqativlikləri göstərməsi, problemin mənbəyinə çatmaq üçün kifayət edər? Belə bir şüura sahib olmaq problemin çıxış yolu kimi ola bilər? Və ya bu vəziyyətdə əksinə fərdin hazırda qarşılaşdığı çətinliklərin mənbəyi keçmiş yaşadığı proseslərdə gizlənmiş ola bilər? Mövzu ilə əlaqədar bu və digər sualların cavablarını vermək, əhatəli klinik dəyərləndirmə tələb etsə də problem yaşayan insanın fərqində olduğu əsl reallıq keçirdiyi acı (ağrı) hissidir. Ən az fərqində olduğu və ya qətiyyən başa düşmədiyi isə bu acını niyə yaşadığı və ya niyə bunu sonlandıra bilməməyidir. Yaşanılan problemin davam etməsinin səbəbi travmatik təsirin davam etməsidir. Başqa sözlə, yaşanılan travmatik hadisə və ya hadisələrin yaratdığı mənfi duyğu beyində ehtiyat halında toplanan yer olan limbik sistemdən kənara çıxmır. Biz hazırki psixoloji problemimizə səbəb olan vəziyyəti ümumilikdə başa düşə bilmərik. Sadəcə yaşadığımız mənfi ruhi vəziyyətin fərqində olarıq. Keçirdiyimiz ruhi vəziyyət bizə hansı formada duyğu yaşatsa da (narahatlıq, qorxu, günahkarlıq, gərginlik, sıxıntı və s.) bu duyğunun gündəlik yaşadığımız hadisələrdə olduğu kimi konkret və bəlli səbəbi yoxdur və ya belə görünsə də yaşadığımız duyğunun şiddəti qeyd olunan səbəblərdən dolayı qarşılaşdırıldıqda şişirdilir. Problemlə əlaqədar "niyə belə hiss edirəm və niyə daimi olaraq bu hiss təkrarlanır?" sualı gündəmə gəlir. "Narahatlıq niyə keçmir?","nə etsəm də sıxıntımı özümdən uzaqlaşdıra bilmirəm","Həyatımda müsbət hadisələr çoxdur, amma mən çox depressiv hiss edirəm","həkimlər heç bir səbəb tapa bilmədi, amma kürəyimdə dəhşətli gərginlik var" kimi ifadələri psixoloji narahatlığı olan insanlarda tez-tez eşidə bilərik. Vəziyyəti belə ifadə edə bilərik; yaşadığımız mənfi duyğu və orqanizmimizin duruma müvafiq dəyişməsi həyat dövrlərində yaşadığımız travmatik hadisələrin nəticəsində yığılmış duyğuların oyanmasıdır. Bu vəziyyəti yığılmış duyğuların xatırlanması şəklində də ifadə edə bilərik. Keçmişdə yaşadığımız mənfi hadisələr sadəcə piktoqrafik və audial olaraq xatırlanmır, duyğular da xatırlanır. Piktoqrafik olaraq beynimizə gəlməyən və ya xatırlamadığımız mənfi bir hadisənin duyğusu xatırlana bilər. Buna görə də "niyə belə pis hiss etdiyimi (sıxıntılı, boş, narahat, depressiv, istəksiz, yorğun, tükənmiş, günahkar və s.) bilmirəm, amma belə hiss edirəm" ifadələri tez-tez eşidilə bilər. Psixoterapiyada müxtəlif formalarda mənfi ruhi vəziyyətləri yaşamağımıza səbəb olan mövzular müəyyən bir sistem daxilində korrektə olunur. Bu iş prosesində şikayət olunan simptomlar addım-addım aradan qalxmağa başlayır. Travmanın təsirləri və travmanın aradan qaldırılması Travma nədir? Fiziki və psixoloji bütünlülüyümüzə təsir göstərən hər bir hadisə travmadır. Həyatımıza, orqanizmin daxili bütünlüyünə, inanc sistemimizə, sevdiklərimizə yönəlik mənfi hallar vardır. Travma, heç gözləmədiyimiz anda və nə etsək də qətiyyən hazır olmayacağımız bir tərzdə, bütünlük və davamlılıq kimi, varlığımızı əmanət etdiyimiz əsas həyat referanslarımıza enən ani bir zərbədir. Bizi keçmişimiz və gələcəyimizdən (təsirindən asılı olaraq) müəyyən bir müddət üçün ayıran zamansızlıq vəziyyətidir. Ayrılma və boşanma, iş itkisi, ailədaxili şiddət, təcavüz, maşın qəzası, ani xəstəlik, fiziki qüsur və ani ölümlər şəxsi travma siyahısına aid edildiyi halda, müharibə, terror, təbii fəlakətlər, böyük miqyaslı ekonomik krizlər sosial travmalar başlığı altında toplanır. Sosial travmanın yaratdığı təsir barəsində, ən çox risk altında olanlar ardıcıl, zərər görənlər, şahid olanlar və təsadüfən xilas olanlardır. Müdaxilə edən mütəxəssislər, polis, əməliyyatçı qruplar, dostlar, ailə yaxınları daha az da olsa yenə də travmanın təsirini yaşayacaq risk qruplarıdır. Keçmişde başqa bir fəlakətin qurbanı olanlar, ailə problemləri olanlar, yaxın keçmişində itki yaşayanlar, sosial əlaqələri qüvvətli olmayanlar, psixosisoal narahatlıqlar yaşayanlar və ya xroniki bir xəstəliyi olanlar, travmanın təsirini ən ağır formada yaşama riski olan qruplardır. Travmadan sonrakı dövrdə yaşanan reaksiyalar Duyğusal reaksiyalar: şok, kədər, narahatlıq, günahkarlıq, sıxıntı, qorxu, neqativizm, donuqluq, həddindən artıq əsəbilik, çarəsizlik, özü kimi hiss etməmək və keçmiş travma, itkilərin yenidən xatırlanması ilə verilən davranış formalarıdır. Uşaqlarda qorxu və narahatlıq daimi olaraq müşahidə olunan reaksiyalardır. Qorxu insan həyatını təhdid edən hər hansı bir təhlükə qarşısında verilən normal reaksiyadır. Uşaqlar ümumilikdə hadisənin yenidən təkrarlanmasından, ölümdən, ailəsindən ayrılmaqdan və ya yalnız qalmaqdan qorxa bilərlər. Real hadisənin stimullaşdırdığı qorxularla yanaşı öz xəyal güclərinin istehsal etdiyi qorxular da yaşaya bilirlər. Koqnitiv reaksiyalar: inanmamaq, düşüncə və diqqət dağınıqlığı, unutqanlıq, bəzən intihar düşüncələri, çarpaz və ya ümumiləşdirməyə bağlı (hər şey və hamı pisdir kimi) düşüncələr tez-tez dəyişən imajlar, hadisəylə bağlı görüntülər və hadisəni yenidən yaşamaq bu cür reaksiyalar arasındadır. Fiziki reaksiyalar: baş və sinə ağrısı, mədə qıcqırmasə və ya bulanması, bradikardiya və taxikardiya, səsə qarşı həssaslıq, iştahın artması və ya əksinə azalması, davamlı yorğunluq, nəfəs darlığı və asan xəstələnmək kimi fiziki reaksiyalar əslində bədənizimizin travma qarşısında bir növ özünü ifadə etmə vəziyyətidir. Bihevioral reaksiyalar: yuxu və yemə pozuntuları, sosial mühitdən uzaqlaşma, özü ilə maraqlanmamaq, daxilə qapanma, alkoqol və maddə istifadəsi, qaçma davranışları, danışmamaq, diqqətsizlik və dağınıqlıq, davamlı eyni şeylə məşğul olmaq, heç bir şey olmamış kimi davranmaq, travma qarşısında göstərilən bəlli davranış formalarıdır. Uşaqlarda ən çox müşahidə edilən problemlər yuxu saatları ilə bağlı olanlardır. Yatmamaq istəyə bilərlə, yuxuya keçiddə problem yaşayarlar, gecələr tez-tez ayıla bilərlə və ya kabuslar görə bilərlər. Belə vaxtlarda uşaqların valideynlərinə yaxın olmağı istəmələri və valideynlərin də uşaqlarını yanlarında istəmələri NORMALDIR. Uşaqlar stress altında daha kiçik yaşlarda etdikləri davranışlara (altını islatma, anasından yapışmaq, barmaq əmmək) geri qayıda bilər. Qısa müddət ərzində belə davranışların müəyyənləşməsi normaldır. Valideynlər bu davranışlar qarşısında həddindən artıq reaksiya göstərdiyi təqdirdə, daha da uzun müddət davam edə bilər. Hər növ sosial travma bizin yaxşı, təhlükəsiz və yaşamağa dəyən bir dünyaya olan inancımızı zədələyir və bizi qarışıq vəziyyətlə qarşı-qarşıya qoyur. "Nə baş verdiyini anlamıram","nə edəcəyimi bilmirəm","hamı hardadı?" kimi reaksiyalar terror, təbii fəlakət kimi sosial travmalarda ortaya çıxan reaksiyalardır. Travmaya birbaşa məruz qalanlar qədər, onlara kömək etmək üçün gedənlər də "kömək edə bilərəm, edəcəyim çox şey var" ilə başlayıb bir müddət sonra özlərini "hər şey çox pisdir, etdiyim heç nəyin mənası yoxdur" deyə hiss edərkən tapa bilərlər. Necə aradan qaldıra bilərik? Davamlılıq və bütünlük duyğunuzu bərpa etmək üçün, Məlumatlanmaq, kiçik amma realladıra biləcəyiniz məsuliyyətlər/rollar əldə etmək, əsla sosial əlaqələrinizi itirməmək, güvəndiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq və bunu qətiyyən unutmamaq: verdiyiniz reaksiyalar normal insanların anormal vəziyyətlər qarşısında verdiyi tipik reaksiyalardır. Siz deyil, başınıza gələn vəziyyət ANORMALdır! Fiziki baxımdan güclü ola bilmək üçün özünüzü qətiyyən unutmayın və yaxşı qidalanın. İStirahət etmək üçün özünüzə vaxt verin. İdmanla məşğul olmaq stressi azaltmağın ən yaxşı yollarından biridir. Alkoqol və maddədən uzaq olun. Duyğusal baxımdan özünü ələ almaq üçün, Duyğusal baxımdan yaxın gələcəkdə sizi nələrin gözlədiyini bilin və məlumatlanın. Yaşınızı yaşamaq üçün özünüzə icazə verin, güclü görünmək üçün cəhd göstərməyin. Sizi anlayan və dəstəkləyən insanlarla əlaqənizi kəsməyin. Ətrafınızdan və ya lazım gələrsə mütəxəssisdən dəstək alın. Narahatlığınızı paylaşın. Düşüncələrinizi toparlamaq üçün, Göstərdiyiniz reaksiyaları normal qəbul edin. Başınıza gələnin sizin nəzarətiniz xaricində olduğunu və nə etsəniz də bu kimi vəziyyətlər qarşısında hazır olmayacağını unutmayın. Ümumiləşdirmə etməkdən qaçın (bu sadəcə sizin və ya yaxınlarınızın başına gəlmədi və gəlməyəcək). Davranışlarınızı nəzərdən keçirin: Həyatınızı nizamlamaq lazımdır. Prioritetlərinizi dəyişə bilərsiniz. Sizin üçün mənasız olan və etmək istəmədiyiniz şeyləri sıradan çıxara bilərsiniz. Sizin üçün əhəmiyyətli olan insanlarla daha çox görüşüb, daha dərin münasibətlər yarada bilərsiniz.Bu günü yaşamağa xüsusilə çalışın. Uşaqlara bu mövzu ilə əlaqədar kömək etmək üçün... Hər şeydən əvvəl, qorxu və narahatlıq daxilindəki uşağı başa düşmək çox əhəmiyyətlidir. Uşaqlar qorxuları mənasız və ya həddindən artıq gördüyü təqdirdə, başa düşülmədiyi hissiylə utanıb, imtina olunmuş və istənilmir kimi hiss edə bilər. Bu da nəticədə qorxularını daha da artırır. Buna görə də uşağınızı dinləyin və danışması üçün onu cəsarətləndirin. Bəzən yetkin şəxslər daha da pis təsirlənir deyə uşaqların danışmasından və ya onların yanında danışmaqdan çəkinə bilərlər. Ailənin digər fərdlərinin danışmalarını dinləmək, duyğu və düşüncələrinin qəbul olduğunu eşitmək belə uşaqları rahatladır. Travmatik hadisələr qarşısında bəzən valideynlər özləri də qorxduqları üçün uşaqlarını rahatladıb sakitləşdirəcək gücü özlərində tapmaya bilərlə. Bu kimi vəziyyətlərdə övladınızdan duyğularınızı gizlətmətə çalışmaq əvəzində anında paylaşmağınız, övladınızın da öz hisslərini rahatlıqla paylaşması üçün fürsət yaradır. Övladınızı rahatladacaq sözləri tapmadıqda "qorxduğunu bilirəm","bu qorxuducu bir duyğudur" kimi cümlələrlə duyğularınızı əks etdirməyiniz daha çox faydalı olacaq. Bu duyğuların "normal" olduğunu eşitmək belə olduqca rahatlıq vericidir. Stressli vaxtlarda ailənin biryerdə qalması son dərəcə vacibdir. Belə vaxtlarda uşaqların tərk edilmə və qoruna bilməmə qorxuları dərhal hərəkətə keçdiyi üçün hadisənin üstünə onların mümkün olduğu qədər yanında olmağınızda fayda var. Sadəcə sözlərlə deyil, etdiklərinizlə də uşağınıza güvən vermək vacibdir. "Hamımız birlikdəyik və bizə heç nə olmadı" mesajı, övladınıza duyğusal güvənlik hissi verəcək. Həmçinin gün ərzində övladınızla daha çox vaxt keçirib, onunla oynasanız, gecə daha təhlükəsiz hiss edəcək. Uşaqların yatma və yuxu problemləriylə bağlı olaraq, bir müddət üçün müəyyən qədər elastik davrana bilər. Məsələn, övladınız danışmaq istəyirsə, normaldan daha rahat davranıb çox uzun müddət sizinlə söhbət etməsinə icazə verə bilərsiniz. Lakin bu davranışlara da məhdudiyyət qoymaq vacibdir. Normal rutində edilən dəyişikliklərin (valideynlərin otağında yatmaq kimi) bir neçə gün ərzində normal vəziyyətə qyıtması lazımdır. Uşaqla birlikdə bu rutinə qayıdış günü (3-4 gündən uzun olmamaq şərtiylə) üçün anlaşılmalı və həmin gün gələndə razılığa sadiq qalınmalıdır. Mümkün olduğu qədər tezliklə gündəlik yaşantıya və evin ümumi nizamına qayıtmaqda fayda var. Xüsusilə, kiçik uşaqlarda (məktəbəqədər) rutinlərini pozmamaq üçün vacibdir. Daha böyük uşaqlardan gündəlik mümkün həyata qayıtmaqda (yemək hazırlamaq, süfrə hazırlamaq kimi) kömək istənilə bilət. Uşaqlar təqdir görməyi çox sevirlər. Əsasən də bu kimi kritik vaxtlarda mənfi, yaşlarına uyğun olmayan davranışlarına fokuslanmaqdansa, müsbət davranışlarını vurğulamaqda fayda var. Məktəbə getməyə çətinlik çəkən uşaqların mütləq şəkildə məktəbə göndərilməsi lazımdır. Bu mövzuda məktəb rəhbərlərinin dəstəyi istənilə bilər. Simptomları nə vaxt ciddiyə almaq lazımdır və professional kömək istəməlisiniz? Real bir təhlükəylə qarşılaşıb və ya fiziki zərər görmüş və ya buna birbaşa şahid olmusunuzsa, bu əsnada həddindən artıq qorxu, çarəsizlik və dəhşət hiss etdinizsə, Hadisəylə bağlı xatirələriniz tez-tez təkrarlanırsa,Tez-tez kabus görürsünüzsə,Bəzən hadisə yenidən olurmuş kimi hiss edir və davranırsınızsa,Hadisəni yaradan hər şeyə qarşı həddindən artıq hıssaslıq və reaksiya göstərirsinizsə,Hər şeyə qarşı marağınızda əhəmiyyətli azalma vardırsa,İnsanlardan uzaqlaşır və yadlaşma hiss edirsinizsə,Bu simptomlar hadisədən 1 ay keçdikdən sonra da davam edirsə,Bu simptomlar şəxsi, sosial və professional həyatınızda pozulmalara səbəb oldusa. Bir çox valideynlər uşaqlarının qorxuları və narahatlıqlarının öhdəsindən gəlmələrinə kömək ola bilər. Lakin kömək edə bilmədikləri vaxt bu onların uğursuzluğu deyil. Övladınızın həddindən artıq narahat olduğunu gördüyünüz təqdirdə vaxtında professional yardım alaraq problemin böyüməsinə mane olduğunuz kimi normala qayıtma müddətini də sürətləndirmiş olursunuz Yuxu problemləri bir neçə gecədən artıq davam edərsə,Sizə həddindən artıq asılı vəziyyətə gələrsə və bu davranışı davam edərsə,Qorxuları azalmaq əvəzinə gedərək artarsa, professional yardım almağınızda fayda var. Nərmin Quliyeva - Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi
Son 17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması halları 3 dəfəyədək azalıb. 2000-ci ildə Azərbaycanda 2940 uşaq ailədə sayca beşinci və daha sonrakı uşaq kimi doğulub. 2010-cu ildə belə uşaqların sayı 702, 2005-ci ildə 1285, 2010-cu ildə 702, 2011-ci ildə 643 olub. Sonrakı illərdə ailədə beşinci və daha sonrakı uşaq kimi doğulan körpələrin sayının nisbətən artmasına baxmayaraq, bu say yenə də əvvəlki həddə çata bilməyib. Beləliklə, 2015-ci ildə 1108, 2016-cı ildə 1019, 2017-ci ildə 946 uşaq ailənin sayca beşinci və daha sonrakı uşağı kimi dünyaya göz açıb. Son illər ərzində ailədə dördüncü uşağın dünyaya gətirilməsi halları bir qədər çoxalsa da, ümumilikdə son 17 il ərzində dördüncü uşağın doğulması halları da azalıb. 2000-ci ildə 6149 uşaq ailənin dördüncü uşağı kimi dünyaya gətirilib. 2005-ci ildə belə uşaqların sayı 3866, 2010-ci ildə 3018, 2011-ci ildə 3130, 2012-ci ildə 3625, 2013-cü ildə 3827, 2014-cü ildə 4509, 2015-ci ildə 4404, 2016-cı ildə 4346, 2017-ci ildə 4053 olub. Psixoloqlar arasında apardığımız sorğuya əsasən deyə bilərik ki, onlar bunun səbəbini yaşayış çətinliyi ilə əlaqələndirirlər. Belə ki, mütəxəssislərə görə, qayğının çoxluğu, ailədə iki fərdin də işləməsi, sosial çətinlik kimi səbəblər ailənin dünyaya 2 uşaqdan çox övlad gətirmək fikrini məhdudlaşdırır. Əksər valideyn az uşaq dünyaya gətirməklə onlara daha yaxşı həyat nəsib etməyi planlaşdırır. Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsini təklif edib.Onun sözlərinə görə, əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrdə 5 uşaq olurdusa, indi 3 uşaq var. Ona görə də çoxuşaqlı ailə məfhumunda 3 uşağa enmək daha düzgün olar.
Ağrı, beyinə stress haqqında məlumat verən hissdir. Qarın ağrıları isə bir çox insanda müşahidə edilir. Bu növ ağrılar həm qarında yerləşən, həm də digər orqanlardan qaynaqlana bilər. Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimov, qarın ağrıları barədə geniş süjet təqdim edib. Həmin videoya baxaraq qarın ağrılarının baş vermə səbəbləri barədə məlumatlana bilərsiniz. Unutmayaq ki, düzgün diaqnoz uğurlu müalicənin başlanğıcıdır.
Sərin hava var idi. Qonaqlar toplaşmışdı. Yaxın ailə, deyib-gülən üzlər... Hər yaşdan adam var. Ən böyüyü 50-55 yaşlı orta kişi, ən kiçiyi 17 yaş. Birdən kişi uşağa gülümsəyərək dedi: “Yemək bişirməyi, çay süzməyi də öyrən. Ərə gedəndə bilməlisən. Söyməsinlər bizi”... Bir anlıq düşündüm bu qədər bəsitmi hər şey, bir qızın həyatı bir çay dəmləməyə bağlıdırmı? Budur yerə-göyə sığdırmadığımız ağsaqqal tövsiyəsi? Psixoloqlara görə, evlənən cütlüklər bir-birlərinə dost, yoldaş, dərddaş olmalıdır. Seçim zamanı bu xüsusiyyətlər ön planda tutulmalıdır. Bəs bu zehniyyətin açıqlaması nədir? Kimsə demir iş bilməsin, öyrənməsin. Amma hələ evlənmək istəyən şəxs sevgidən, əxlaq, həyat yoldaşından öncə sadəcə bir qadını qulluqçu kimi görmək, arzulamaq doğrudur? Bəs hanı müsbət keyfiyyətlər? Haradadı düzgün insan? Qızın yaxşılığı onun işindənmi bəllidir? Müasir zaman desək də qalmışıq daş dövründə... Yəni “iş bilməsə söyəcəklər” düşüncəsi hansı qəbildən insanın məntiqidir? Niyə evlilik bu qədər ucuz, qadın bu qədər dəyərsizləşib? Belə nəticə çıxara bildim ki, təhsilin, xanımın öz üzərində çalışması, valideynə, dövlətinə layiqli şəxs olması bir ütü bilməməsi ilə silindi. Bir səhv nəinki 3, hətta ömrünü dəyərsizləşdirməyə kifayət etdi. Məncə bu zehniyyətlə psixoloqlar belə bacara bilməz. Şəhanə Quliyeva
Azərbaycanda sentyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 27-31° isti olacaq. Sinoptiklərin xəbərdarlığına görə, sentyabrın 17-si səhərdən 18-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 30-35° isti olacağı proqnozlaşdırılır. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti olacağı bildirilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 26-31° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 24-29° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 27-32° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı ehtimal edilir.
Ayağı ayağın üzərinə qoyub əyləşmək bir çox insanların xüsusilə də qadınların sevdiyi oturuş formasıdır. Psixoloq.az xəbər verir ki, belə oturuş, qadınlarda özgüvəni formalaşdırır. Psixoloqların sözlərinə görə, bu forma qadınların daha eqoist olduğunun və ya özünə inanmın bir göstəricisi ola bilər. Ancaq xüsusilə də yaşlı nəsilin bu formanı düzgün qarşılamayıb, ayıb, hörmətsizlik hesab edə bilmə ehtimalı yüksəkdir. Həkimlər isə bu formanın insan orqanizmi üçün təhlükəli olduğunu bildiriblər. Mütəxəssislərə görə, belə oturuş forması ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərir. Həkimlərin nəzərinə görə, ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür. İnsan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir. Bu səbəbdən həkimlər, bu vəziyyətdə əyləşməyi sevən insanların 10-15 dəqiqədən çox belə əyləşməmələrini tövsiyə edirlər.