"Öncə bu stisuasiyada olmuşam" - Dejavu xəstəlikdir?

Bəzən həyatımızda, gündəlik yaşantımızda elə vəziyyətlər olur ki, sanki öncədən nə vaxtsa bu stiuasiyanı yaşamışıq. Davranışlarımız bizə tanış gəlir. Belə vəziyyətə dejavu vəziyyəti deyilir. Dejavu - insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır. Dejavu sözünün lüğəti mənası “daha əvvəl görülmüş” deməkdir. Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir. Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Uşaqlar əgər tez-tez eyni halla qarşılaşdığını valideynlərinə bildirərlərsə, valideyn laqeyd qalmamalır və mütəxəssisə müraciət etməlidir. Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaranmasına yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər. Dünyadakı insanların 70 faizdən çoxu dejavuyla qarşılaşdıqlarını bildirirlər. Ruh halı dəyişkən olan insanlarda daha çox rast gəlinir. Ən çox rast gəlinmə sıxlığı 15-25 yaşdır. Bəzən insanlar dejavunun tərsi olan Jamais vu halını yaşadıqlarını söyləyirlər. (Jamais Vu-bir insanın dəfələrlə gördüyü, tanıdığı birini və ya hər hansı məkanı ilk dəfə görməsi halıdır). Aysel Məmmədzadə

Bu xüsusiyyətlər uşaqlarınızda varsa... Şizofreniyanın əlamətləri nədir?

Şizofreniya xəstəliyinin uşaq yaşlarında da rast gəlindiyini heç kəs inkar etmir.Xəstəliyin uşaqlarda yaşla əlaqədar xüsusiyyətlərini düzgün təhlil etmək üçün psixiatriyada qəbul olunmuş yaş dövrlərini nəzərə almaq lazımdır: 1.Uşaqlıq dövrü (9 yaşadək) 2.Yeniyetməönü dövr (10-12 yaş) 3.Yeniyetmə dövrü (13-15 yaş) 4.Gənclik dövrü (16-18 yaş) Əhali arasında xəstəliyin rast gəlinən bütün formalarının təqribən 1/4-i 18 yaşadək,5-7%-i isə uşaqlıq dövründə (10 yaşadək) təsadüf edilir.Qızlara nisbətən oğlanlarda xəstəlik daha tez-tez (60-70%) baş verir. Uşaq yaşlarında rast gəlinən şizofreniyanın ən başlıca xüsusiyyətlərindən biri pozitiv əlamətlərin yaşa uyğun dəyişməsidir.Yəni bir sıra əlamətlərin yaşa uyğun olaraq daha parlaq nəzərə çarpması və bir sıra sindromların əsas etibarilə uşaqlarda təsadüf etməsidir.Məsələn:ümumi inkişafın,o cümlədən,psixi inkişafın ləngiməsi,hərəkətlərdə və nitqdə ifadə olunan stereotipiya,patoloji uydurmalar və s. Uşaq yaşca nə qədər kiçikdirsə,psixopatoloji əlamətlər bir o qədər qabarıq nəzərə çarpır və polimorf olur.Yeniyetmə dövrü üçün xarakterik əlamətlərdən anoreksiyanı,metafizik intoksikasiyanı,ipoxondriya və heboid sindromları qeyd etmək olar.Uşaqlarda şizofreniyanın gedişi (o cümlədən,klinik formaları) böyüklərdən,demək olar ki,fərqlənmir.Kiçik yaşlı uşaqlar arasında fasiləsiz və şubvarı süst gedişli formalar daha çox,fasiləli (rekurrent) gedişli şizofreniya isə az rast gəlinir.Bir sıra hallarda tutmaların klinik təsviri əlamətlərin polimorfluğu hesabına konkret bir gediş tipi çərçivəsində deyil,dəyişkən olur. Ağır gedişi xarakterizə edən başlıca əlamət,sürətlə inkişaf edən şəxsiyyətin dəyişilməsidir ki,bu da autizm,emosional çatışmazlıq,hərəkət və nitq pozuntusu,psixi aktivliyin enməsi ilə meydana çıxır.Süst gedişli şizofreniya uşaqlar arasında geniş yayılmışdır.Böyülərdən fərqli olaraq uşaqlarda bu forma bəzi "əlavə xüsusiyyətlərə" malikdir.Bu formaya məxsus olan klinik əlamətlərlə yanaşı (yaxın adamlara qarşı marağın sönməsi,autizm,psixi aktivliyin zəifləməsi) bir sıra məhsuldar psixopatoloji əlamətlər də qeyd olunur.Məsələn:belə uşaqlar bəzən uydurma suallarla böyüklərə müraciət edir,adi söhbətlərə qeyri-adi maraq göstərirlər.Sarışan hallar,qorxu,şübhə əlamətləri daha tez-tez təsadüf edilir.Bunlarla yanaşı belə uşaqlarda cinsi sferaya məxsus patoloji meyllər aşkar edilir. Süst gedişli fasiləsiz şizofreniyanın uşaqlar arasında geniş yayılmış variantları,əsasən nevrozları və psixopatvari debutla başlayan formalardır.Tutmalarla şiddətlənən şubvarı şizofreniyanın nisbətən az təsadüf etməsinə baxmayaraq,o,zəngin atipik əlamətlərlə (müxtəlif qorxu,patoloji uydurma,nitq pozuntusu və s.) diqqəti cəlb edir.Affektiv,ipoxondrik,senestopatik əlamətlər,hallüsinasiyalar,sayıqlama və katatoniya əalmətləri nisbətən az rast gəlinir. Fasiləli (rekkurent) gedişli şizofreniya uşaqlar arasında az hallarda (5-10%) təsadüf edilir.Bu forma çərçivəsində rast gəlinən psixoz kəskin əlamətlərlə başlayır və şəxsiyyət pozuntuları ilə remissiya verir.Bir çox hallarda tutma hər hansı bir zərərli amillərlə əlaqədar (infeksiya,somatik xəstəliklər,psixi travma və s.) baş verir. Uşaqlar arasında rast gəlinən şizofreniyanın son dövrünün tez və ya gec meydana çıxması,qüsur əlamətlərinin zənginliyi xəstəliyin hansı yaş dövründə başlanmasından və gedişinin şiddətindən asılıdır.Adətən ağır şizofreniya kobud qüsur əlamətləri ilə nəticələnir.Digər gediş formalarında isə xəstəlik nə qədər tez başlayırsa,bir o qədər ağır son dövr əlamətləri ilə nəticələnir.Lakin bəzi hallarda (xüsusən xoşxassəli gediş formalarında) uzunmüddətli qüsursuz remissiya,hətta praktik sağalma da mümkündür. Nərmin Quliyeva

Ehtiyatlı olun - Günün ulduz falı

Qoç - günün ilk yarısında situasiya sizə yaxşı şanslar və irəliləyiş imkanları yaradır. Yeni, faydalı əlaqələr yaratmağa çalışın. Biliklərinizi, informasiyalarınızı artırın. Mədəniyyətsiz, kobud, bisavad insanlardan mümkün qədər uzaq durun. Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyətdə aktiv olun. Romantik hisslərin izharı üçün yaxşı gündür. Təmasları möhkəmləndirin. Mövqelərinizi daha səbatlı edin. Qətiyyət uğurun rəhnidir. Buğa - məhsuldar, effektiv gündür. Peşəkar fəaliyyətinizdə kommunikativ məqamlar çoxdursa, onlara diqqət yetirin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət fayda verməklə yanaşı, əhvalınızı yaxşılaşdıra bilər. Günün ikinci yarısında hobbiniz gəlir gətirəcək. Lakin işinizə, xidmətlərinizə görə tələb etdiyiniz məbləği anormal dərəcədə artırmayın. Əks təqdirdə rəqiblər sizi üstələyəcəklər. Ehtiyatlı olun.  Əkizlər - sadə məsələləri süni şəkildə mürəkkəbləşdirməyin. Mühüm işlərin hamısını eyni vaxtda həll etmək mümkün deyil. Səbrli, təmkinli olun. Cari problemlərin həlli ilə məşğul olun. Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Fürsəti əldən verməyin. Şanslarınızı dəyərləndirin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Xərçəng - pis zaman deyil. Günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın. İşdə aktiv olun, işgüzar insan olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın. Axşam saatlarını açıq havada keçirin. Şir - günün ilk yarısında rutin işləri görərkən bir qədər kreativ davranın. Yaşam və ya fəaliyyət arealında dəyişikliklər etmək olar. Quru rəsmiyyətçilik uğur vəd etmir. Bir qədər asudə dolanmaq, sərbəst olmaq mümkündür. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışlarındakı fərqləri sezin. Yeniliklər müşahidələrinizdən asılıdır. Bədbinliyə qapılmayın. Yaxın tanışlarınız arasında xəbər və ya məlumatı ilə əhvalınızı yaxşılaşdıra biləcək insan var. Axşam saatlarında normal istirahət edin.  Qız - hisslərə qapılmayın, emosional olmayın. Praqmat davranın, ikinci dərəcəli saydığınız məsələləri qulaqardına vurmayın. Hər deyilənə inanmayın. Durumla bağlı təfsilatlı məlumatlar əldə etməmiş qərar verməyin. Günün ikinci yarısında başqalarının işlərini görərək öz maraqlarınızı unutmayın. Axşam saatlarına yaxın əhvalınızda dəyişikliklər ola bilər. Diqqətli davranın, sayıq olun. Tərəzi - sofitlər qarşısında duraraq parlamağa çalışmayın. Təsir imkanlarınızı genişləndirmək üçün əla gündür. Tərəfdaş, şərik və dostların sayını artıra bilərsiniz. Günün ikinci yarısında bilik və bacarıqlarınızı daha əminliklə nümayiş etdirə bilərsiniz. Dəvət aldığınız məkanlara yollanın. Etimad göstərdiyiniz insanla probleminizi müzakirə edə bilərsiniz. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Əqrəb - qarışıq, laübəli, çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Ehtiyatlı olun, rəqiblər fəallaşıblar. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun. Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır. Oxatan - qayda və qanunları pozmayın. Azadlıq hissi ifrata vararaq xaos istəyinə çevrilməməlidir. Bəzi stereotiplərdən qurtulmaqla daha sürətlə irəliləyə bilərsiniz. Ətrafınızdakı durumu obyektiv dəyərləndirin. Günün ikinci yarısında dəyər verdiyiniz insanların istəklərini nəzərə alın. Ünsiyyətinizin daha maraqlı, informativ alınmasına can atın. Axşam saatlarında normal istirahət edin. Oğlaq - sizin üçün yeni sahədə nabələd insan kimi davranmayın. Peşəkar fəaliyyət müstəvisində bilik və bacarıqlarınızı artırmağa çalışın. Əmək prosesini intensivləşdirmək üçün ideyalara ehtiyac var. Məhsuldarlığı artırın. Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Yaxınlarınızdan birinin yardıma, köməyə ehtiyacı var. Qayğıkeş olsanız, münasibətlər inkişaf edəcək. İdmanla məşğul olmaq üçün pis zaman deyil. Axşam saatlarında maraqlandığınız işlə məşğul ola bilərsiniz. Dolça - sərbəstlik və müstəqillik arayın. Avantürizm ruhu sizi mənasız risklərə sövq etməməlidir. Vaxtında dayanmağı, qəbul edilmiş oyun qaydalarını pozmamağa çalışın. Biznes tərəfdaşlığını uğurla inkişaf etdirmək olar. Şəriklər və həmkarlarla münasibətlərdə sayıq davranın. Günün ikinci yarısında maraqlandığınız insanla əlaqələri aktivləşdirin. Axşam saatlarında alış-verişə yollanmaq olar. Planlaşdırılmamış xərclər maddi durumunuzu ağırlaşdırmamalıdır. Məntiqi unutmayın. Balıqlar - günün ilk yarısından etibarən şübhələrə qapılmayın. Qeyri-müəyyənliklər sizi narahat etməsin. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Dəyər verdiyiniz insanlarla münasibətlərdə sirlərin və mübhəmlərin sayını artırmayın. Günün ikinci yarısında rutin işlər, triviallıq sizi usandıra bilər. Münasibətlərə dəyər verin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun. Qarşı tərəfin mövqelərini mütləq şəkildə nəzərə alın. Soyuqqanlı olun, amma laqeyd insan təsiri bağışlamayın.  Milli.Az

Şimşək çaxacaq, yağış yağacaq — Sabahın hava proqnozu

Azərbaycan ərazisində sentyabrın 20-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şərq rayonlarında yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.    

Nitqin gecikməsi, kəkələmə... - Nitq terapiyası nə zaman gərəklidir?

Müəyyən səbəblərdən ötrü insanlarda danışmaq məhdudluğu yaranır. Bu vəziyyət xüsusilə də azyaşlı uşaqlarda baş verir. Həmin problem, insanda sosial, emosional və idrakla bağlı bir çox problemlərə yol açır.  Psixoloq.az xəbər verir ki, nitq terapiyası isə diaqnoz, qiymətləndirmə, müalicə, və reabilitasiya məqsədilə xidmət göstərən sahədir. Şifahi ünsiyyət qurmağın əngəllənməsinə səbəb olan bəzi nitq və danışma pozuntuları inkişafla bağlı müəyyən bir səbəbə bağlı olmadan ortaya çıxa bilər. Bununla yanaşı, eşitmə problemi, Autizmlə əlaqəli pozuntular, koqnitiv pozuntular, Uşaq Serebral Palsi, Daun sendromu və s. nevrotik inkişaf pozuntularına və bir çox xarici amillərə əlaqədar olaraq ortaya çıxa bilər. Nitq və danışma sadəcə uşaqlarda deyil eyni zamanda böyüklərdə də görülür. Nitq terapiyası hansı problemlər zamanı tövsiyə edilir? Nitqin gecikməsiKəkələməAutizmə bağlı nitq problemləriArtikülasiya pozuntularıFonotek pozuntularUdqunma ilə bağlı nitq qüsurlarıAfaziya və sonradan qazanılmış nitq pozuntularıMotor danışma pozuntularıTaxilaliya (Həddindən artıq sürətli danışma)Eşitmə ilə bağlı nitq qüsurlarıDodaq və damaq quruluşuna bağlı nitq qüsurları

Uşağınız məktəbə getmək istəmir?

Hər bir uşaq məktəbə getmək zamanı yetişdiyində müxtəlif reaksiya göstərə bilər. Bəziləri məktəbə getmək istəmədiyini əvvəlcədən göstərsə də, bəziləri sonradan bunu büruzə verir. Hətta bəziləri istəksizliyini "məktəbə getmək istəmirəm” deyə ifadə etmək yerinə "ayaqqabım sıxır”, "qarnım ağrıyır” kimi bəhanalər səsləndirirlər. Mütəxəssislər isə valideynlərin bu kimi vəziyyətlərdə düzgün davranmalı olduqlarına diqqət çəkirlər. Psixoloq.az xəbər verir ki, əsasən 5 və 11-12 yaşlarda olan uşaqlarda rast gəlinən bu hallar düzgün şəkildə həll edilməzsə, uşağın psixologiyasını ciddi zədələyə bilər. Bəs uşaqları məktəbdən soyutmadan problemi həll etmək olarmı? Məktəb bazarlığını birlikdə edin Birlikdə edəcəyiniz məktəb alış-verişi uşaqların motivasiyasının artmasına kömək edir. Öz zövqünə görə alınmış məktəb ləvazimatlarını istifadə etmək həvəsi uşaqda məktəbə getməyə həvəs yaradacaq. Bundan başqa, geyinəcəyi paltarları, götürəcəyi çantanı uşaqla birlikdə hazırlamaq şagirddə məsuliyyət hissi yaradır.  Məktəbə daha rahat adaptasiya ola bilməsi üçün ilk gün yanında olmağa çalışın Tətildən sonra məktəb rejiminə keçmək uşaqları məktəbdən soyudan amillərdəndir. Bunun nə qədər çətin olduğunu başa düşmək lazımdır. İlk gün onun yanında olaraq sinif yoldaşları və müəllimləri ilə tanış olmasına kömək edin. Bununla da uşağınız özünü daha komfortlu hiss edəcək. Lakin məktəbdə bir neçə gündən artıq görünməyiniz uşağın adaptasiya prosesinə zərər göstərəcək. Buna görə də uşağınıza müəllimi ilə daima əlaqədə olduğunuzu və hər hansı problem yarandıqda dərhal məktəbə gedəcəyinizi deyərək onun özünü güvənli hiss etməsini təmin edin.  Narahatlıqlarını, duyğularını ifadə etməsinə icazə verin Uşaqlarınızın yaşadıqlarını, kiçik təcrübələrini danışmaları üçün şərait yaradın. Hətta nələr hiss etdiklərini, qorxularını, narahatlıqlarını dilə gətirmələrinə kömək edin. Qayğı, qorxu kimi kəlmələyi istifadə etmələrindən narahat olmayın. Bunların səbəblərini uşağın qəlbini qırmadan öyrənin. Qorxularının əbəs olduğunu onlara başa salmağa çalışın. Müəllimlərindən kömək istəyin Uşaqlarınızın keçirdikləri qorxu və narahatlıqların səbəbini öyrənmisinizsə, bununla bağlı müəllimlərinə məlumat verin. Adaptasiya müddətində də müəllimlə daima əlaqədə olun. Məktəbdə zövq aldığı nüansları öyrənməyə çalışın Əyləncəli tətil günlərindən sonra tez yatıb, tez durmaq, yeni qidalanma rejimi, üstəlik dərs stressi əvvəllərdə uşağa sıxıcı görünə bilər. Buna görə uşaqdan məktəbdə zövq aldığı dərsləri, nüansları öyrənin. Uşaqdan cavabını ala bilmədiyiniz "dərslər necə” keçdi kimi suallar soruşacağınıza, "idman dərsində nə oynadınız” kimi şeyləri soruşun. Uşaq bu suallara zövqlə cavab verəcək. Bununla uşağın məktəbin əyləncəli tərəflərini görməsinə şərait yaradacaqsınız. Bir problem olduğunun fərqinə varmısınızsa, mütəxəssisdən yardım almaqdan çəkinməyin Uşaqların sadaladığımız bu problemləri əslində bir neçə həftə içərisində həll olmalıdır. Lakin hər hansı dəyişiklik olmursa, uşaq yenə eyni əhval-ruhiyyədədirsə, bəhanələr səsləndirirsə, mütəxəssisə müraciət edin. Xüsusi qeyd: mükəmməl uşaq anlayışı ilə qiymətləri çox yaxşı olan uşaq anlayışını qarışdırmayın. Aşağıda yazılanları mütləq edin! Məktəbdən gələndə uşağınızdan gününün necə keçdiyini soruşun. Bütün suallarına sıxılmadan cavab verin. Bəzi məsələlərdə ondan fikrini soruşun. Uşağınızla iş birliyi edin. Uşağa hansısa iş verib, məsuliyyət yükləməkdən qorxmayın. Uşaqlarınıza güvənin. Sözlə də, hərəkətlə də ona dəyərli olduğunu hiss etdirin.(medicina.az)

Bağırsaq xərçənginin müalicəsi mümkündür? - Həkimdən öyrənin/VİDEO

Bağırsaq xərçəngi digər bədxassəli şişlərdə olduğu kimi hüceyrələrin dayanmadan çoxalması nəticəsində meydana gəlir.  Psixoloq.az xəbər verir ki, bu barədə ümumi və transplant cərrah Bəhruz Səlimov danışıb. Bağırsaq xərçəngi barədə həmin süjeti sizə təqdim edirik: Daha ətraflı məlumat üçün qeyd edilən nömrələr vasitəsilə həkimlə birbaşa əlaqə yarada bilərsiniz.

Uşaqlarda psixomotor inkişaf geriliyi nədir?

Minimal beyin disfunksiyası termini valideynlərə çox tanışdır. Belə uşaqlarda beyin funksional sisteminin  gecikməsi olur, bu da davranış, nitq, diqqət, yaddaş, qavrama, hissetmə və s. psixi fəaliyyət növlərində özünü göstərir. Ümumiyyətlə uşaqlıq- insan həyatının təməlini qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əsaslanır. Uşaq beyni çox həssas və elastik olur, onun qəbul etdiyi informasiya bəzən ömürlük qalır. Qeyd etmək lazımdır ki, əqli və fiziki inkişafda geriliyi olan uşaqlardan bəziləri ola bilsin ki, bütün həyatı bacarıqlarını (oxumaq, yazmaq, ünsiyyət) və s. inkişaf etdirməyə nail olmayacaq. Ola bilər ki, ümumi intellektual inkişaf normal səviyyədə olsa da , onların məktəbdə, təhsillə bağlı sosial adaptasiya ilə bağlı çətinliklər meydana çıxacaq. Belə uşaqları (məktəbdə, evdə, diqqətsizliklə günahlandırmaq əvəzinə onlara kömək etmək və xüsusi yananaşmaq lazımdır. (tərifləmə) Minimal beyin disfunksiyasının əsas səbəb mərkəzi sinir sisteminin prinatal zədələnməsi yarımçıq doğulma, erkən yaşda olan kəllə-beyin travmaları neyro infeksiyalardır. Minimal beyin disfunksiyasını necə təyin etmək olar? 1) Uşaqlarda erkən psixo motor inkişafı yaşa görə geri qalır, gec oturur, gec danışır, gec yeriyir. 2) Uşaq çox hərəkətlidir, hövsələsiz, diqqətsiz, tələskən, impulsiv və ya çox sakitdir, az hərəkətlidir, tez yorulur və s. 3) Belə uşaqlarda  qamət pozgunluğu əyripəncəlik, görmə zəifliyi, bağ ağrıları, kəkələmə, enurez, kiçiki motorikanın geriliyi (düymə bağlamağı, ayaqqabı geyinməkdə, qayçıdan istifadə etməkdə) çətinlik çəkirlər. II Uşağın fiziki və əqli inkişafını düzgün istiqamətləndirməsək: Fizkiki qüsurluq , əqli qüsursuzluğa , Əqli qüsurluq fiziki qüsursuzluğa gətirib çıxarır. Əgər valideynlər uşaqıarın bu əlamətlərin bir neçəsini görürsə mütləq Nevropotoloq, loqoped, pediatr, psixoloq (psixopedaqoq) ortoped və s. mütəxəssislərin  nəzarəti ilə kompleks şəkildə aparılmalıdır. Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır. Televizor, kompüter qarşısında minimum sutkada 30 dəqiqəyə qədər vaxt keçirməlidirlər. Belə uşaqları üzgüçülük, rəqs, gimnastika ilə uşaqla taktil kontakt  (masaj) yazdırmaq lazımdır. Kompleks yanaşmada psixoloji-pedaqoji, psixo-terapevtik  korreksiyadan əlavə medikamentoz müalicədə nootroplar beyin-qan dövranını yaxşılaşdırın, sakitləşdirən vasitələrdən  istifadə olunur. Rəna Kazımova Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

Təbii fəlakətlər zamanı psixoloji yardım

İnsanların psixologiyasında dərin izlərin açılmasına səbəb olan fəlakətlər, bəzilərinin həyatını itirməsnə səbəb olarkən, geridə qalanları da dözülməz ağrılar içində buraxaraq keçmişdə qalır. Keçmişdə qalan fəlakətdir. Fəlakətin buraxdığı psixoloji təsirlər isə insanların mənəvi həyatlarında dərin izlər buraxır. Bildiyimiz kimi təbii fəlakətlərin meydana gəlməsində insan faktoruna nisbətdə təbiət hadisələri böyük rol oynayır. Ancaq bu təbiət hadisələrinə qarşı tədbir görülmədikdə fəlakətdən sonra yaranan nəticələrə görə məsuliyyət məhz insanların üzərinə düşür. Təbii fəlakətlər insan psixologiyasında dərin izlər buraxan travmatik yaşantıdır. Bu hadisələri yaşayanlar, yaşayanların yaxınları və ya bu hadisələri görüb-eşidənlər uzun müddət sağalmayan psixoloji travmalara məruz qalır. Həyatımızda əvvəldən müəyyənləşdirib idarə edə bilmədiyimiz hadisələrin olduğunu anlamaq və qəbul etmək insanlar üçün olduqca çətin olur. Çox zaman da biz bu hadisələri təsirsiz hala gətirə bilmir, təkrar başımıza gəlməsinin qarşısını ala bilmir və çarəsiz qalırıq. Fəlakətlər, yalnız insan həyatına son qoyub zədələr yaradan hadisələr deyil, eyni zamanda psixoloji zərbədir. Amma baş vermiş faciə nəticəsində yaranan psixoloji dəyişikləri qaydaya salmaq, onun maddi və mənəvi ziyanlarının aradan qaldırılmasına nisbətən daha çox vaxt tələb edir. Psixoloji yardım, bir sıra ölkələrdə bədbəxt hadisədən sonra əhaliyə göstərilən yardımın əsas hissəsini təşkil edir. Yəqin ki, biz də bunu hiss etmişik ki, həlak olanların ailələri ilə işləmək üçün psixoloq, psixoterapevtlərə kəskin ehtiyac var. Mütəxəssislərin fikrincə, fəlakətlər zamanı psixoloji travma aldıqdan sonra ilk sutka ərzində göstərilən psixoloji yardım daha təsirli olur. Sonra isə uzunmüddətli müşahidə və psixoterapiya lazımdır. Qəza yerində yaxınlarına göstərilən psixoloji yardım, sözün həqiqi mənasında insanları xilas edə bilər. Faciələr zamanı yalnız zaman ərzində stresin intensivliyi deyil, həm də onun uzun sürməsi də insan psixologiyasına təsir edir (bəzən həftələrlə sürən kədər və ümid). İnsan orqanizminin ehtiyatları məhduddur və qaçılmaz olaraq stresin son stadiyası - üzülmə mərhələsi çatır. Son ümidlər də boşa çıxdıqda, fəlakət qurbanını xilas etmək mümkün olmadıqda, onların yaxınlarını xilas etmək lazımdır. İnsanların çoxu baş vermiş fəlakətin qurbanları haqqında danışdıqda çox vaxt söhbət bilavasitə  zərərçəkənlərdən gedir. Amma təsirin həqiqi həcmi daha dərin, daha genişdir. Baş vermiş fövqəladə hadisə, insanların böyük miqdarda sayına, o cümlədən dolayısıyla zərər çəkən insanlara - xilasedicilər, hadisənin iştirakçıları, peşə borclarına görə xilasetmə işində iştirak edənlərin psixologiyasına neqativ təsir göstərir. Zərbə zərərçəkənin həmkarlarına, tanışlarına dəyir. Baş verən hadisə ilə televiziya verilişləri vasitəsilə tanış olan insanlar bəzən daha güclü həyəcan keçirirlər. Sonradan onlar özlərini pis hiss etdiklərindən, real nasazlığın yaranmasından şikayət edirlər. Hadisələr zamanı kütləvi informasiya vasitələrinin təsirini "dəyənəyin iki ucuna" bənzətmək olar. Bir tərəfdən onlar əhaliyə baş vermiş hadisələr haqqında informasiya çatdırır. İnformasiyaya qarşı təmin olunmamış tələbat özü stress yaradır. Digər tərəfdən isə vəziyyətin ağırlaşmasına səbəb olurlar. Hadisə yerindən verilən reportajlar, bəzi epizod və müsahibələrin təkrarən verilməsi, ziddiyyətli məlumatların verilməsi və bunun böyük auditoriya qarşısında yayımlanması baş vermiş hadisənin mənfi təsirlərini gücləndirir. Psixoloji sonluqların bütün növlərinin ümumi bir adı var "ikincili stress". İnsanların stresə qarşı olan reaksiyaları müxtəlif olur. Bu reaksiyaların xüsusiyyətlərini öyrənməklə siz özünüzdə və yaxınlarınızda hansı mənzərənin yarandığını müşahidə edə bilərsiniz. Psixoloji yardımı daha real və operativ olaraq ailə və dostlar göstərə bilər. Bunda məqsəd - təhlükəsizlik hissiyatı yaratmaq, iztirab çəkən insanda ümid, inam yaratmaqdır. Psixoloji yardımda "Aktiv dinləmə" çox vacib komponentdir. Zərərçəkmiş həmsöhbət yardımçıdan diqqətlilik, hörmətlə münasibət tələb edir. Dünyaya onun gözləri ilə baxmağa çalışmalı, təhlükəsiz və isti şəraitdə danışmalı, baş verənlərə ürəklə yanaşmalıdır. Öz emosiyalarını iztirab çəkənə bildirməməlidir, çünki onun yanğısı, qüssəsi kifayət qədər var. Günahlandırıcı, etiraf edici mövqedə dayanmaq lazım deyil. Psixoloji yardım  bir sıra hallarda bilavasitə zərərçəkənin mənəvi rahatlanmasını təmin edir, uzunmüddətli psixoloji problemlərin yaranma riskini aşağı salır və sonrakı yaşam üçün ümid verir.(fhn.gov.az)

Bu proses ən çox qəza keçirmiş şəxslərin başına gəlir - Özgələşmə nədir?

Özgələşmə, müdafiə mexanizmlərinə aid olan psixi prosesdir. Bu mexanizmin fəaliyyəti nəticəsində insana elə gəlir ki, baş verən hadisələr onunla deyil, digər şəxslə baş verir. Belə "özgələşmə" mövqeyi insanı izafi və dözülməz hisslərdən müdafiə edir. Bu termini ilk dəfə fransız həkim-psixoloq P.Jane təklif edib. O, müşahidə edirdi ki, ideyalar toplusu şəxsiyyətdən kənarda, əlahiddə və sərbəst şəkildə mövcud ola bilərlər. Lakin hipnozun köməyi ilə şüuru özünə qaytarıla bilər. Özgələşmə, geniş yayılmış, lakin əksəriyyət insanlar tərəfindən normal şəraitdə istifadə edilməyən müdafiə mexanizmidir. Bu müdafiə mexanizmini öz üzərində tətbiq edən insanlar bu haqda belə danışırlar: "sanki bu mənimlə yox, başqa bir şəxslə baş verirdi". Bəzi hallarda insan o qədər özgələşir ki, sanki özünü kənardan görür, hətta bədənini tərk etdiyini hiss edir.   Özgələşmə insanları yalnızca çətin və təhlükəli vəziyyətlərdən deyil, həmçinin dözülməz emosional hadisələrdən qoruyur. İzafi emosional insanlar ən adi emosional hadisələr zamanı belə özgələşə bilərlər. Belə insanlar çətinliklə emosional əlaqə qururlar və kənardan baxanda soyuqqanlı və ya soyuq təbiətli təsəvvürü yaradırlar. Hadisələrin "ayıq" qiymətləndirilməsini təmin edən "özgələşmə", həmçinin baş verən hadisənin emosional tərəfinin düzgün dərk edilməsinin qarşısını ala bilər. Xüsusilə ağır psixi sarsıntı və ya qəza keçirmiş şəxslər özgələşməyə meylli olurlar.

Uşağınız məktəbə hazırdırmı? - Test edin

Bir çox analar üçün uşağın məktəbə hazırlıq dövrü ən böyük problemə çevrilir.  Uşağınızın məktəbə hazır olub-olmamasını necə yoxlamaq olar? Bunun üçün sizə bir neçə özünəməxsus maraqlı testlər təqdim edirik.  Bu testlər sizə uşağınızın məktəbə hazırlıq səviyyəsini müəyyən etməyə kömək edər. 1. Uşaga heyvanlar haqqında bir nağıl danışın. Bu nağılda hər bir personaj nəyə görə məktəbdə oxumaq istədiyini bildirir. Məsələn, məktəbli dovşan deyir: ”Mən məktəbə ona görə gedirəm ki, anam məni buna məcbur edir”. Tülkü balası isə cavab verir: ”Mən məktəbə ona görə gedirəm ki, oxumaq, yeni şeylər öyrənmək, tapşırıq yazmaq mənim xoşuma gəlir. Hətta məktəb olmasa idi, mən yenə də oxumağı, yazmağı öyrənərdim”. Üçüncü qəhrəman deyir: ”Mən məktəbə ona görə gedirəm ki, orada çoxlu uşaqlar var, onlarla oynamaq, danışıb-gülmək olar”. İndi bu sualı uşağınıza verin: ”Necə fikirləşirsən, nəyə görə məktəbə getmək lazımdır? Sən nə üçün məktəbə getmək istəyirsən?” Əgər uşaq sizə təxminən nağılımızın birinci və üçüncü qəhrəmanı kimi cavab verərsə, deməli, o hələ məktəbə getməyə, bilik almaq kimi mürəkkəb prosesə hazır deyil. 2. Uşağın məktəbə hazırlıq dərəcəsinin daha bir göstəricisi - nitqin inkişafıdır. Uşaqdan ona oxuduğunuz kiçik (6-7 cümlə) hekayəni sizə danışmağını və ya baxdığı multiplikasiya filminin məzmununu söyləməyini xahiş edin. Əgər uşaq sözləri çətinliklə uzlaşdırırsa, düzgün cümlə qura bilmirsə, süjet xəttini (başlanğıc, orta, son) məntiqi şəkildə qura bilmirsə, demək, nitqin inkişaf etdirilməsi üzərində hələ çalışmaq lazımdır. Bu halda ən effektiv üsul - ucadan kitab oxumaqdır. Gündə yarım saatdan az olmayaraq uşağa nağıl və hekayələr oxuyun. Sonra isə oxuduğunuzdan ona suallar verin. Bu zaman siz onun diqqət və yaddaşını məşq etdirib möhkəmləndirirsiz. 3. Uşaqla “artıq sözü tap” oyunu oynayın. Hər hansı bir sözü seçin. Məsələn, nar sözünü. Sözü bir neçə dəfə təkrar edin, sonra arada onun əvəzinə oxşar söz deyin: Nar, nar, nar, nar, nar, qar, nar. Uşağa tapmaca verin:”Qoyun sözü “q” hərfini itirsə nə olacaq? və ya “qo” hecasını itirsə nəyə çevriləcək”? Əgər uşaq asanlıqla sözü hecalara bölürsə, deməli, fonematik eşitmə hissi inkişaf edib. Bu isə məktəbdə oxumaq üçün vacib şərtdir. Əks halda, uşaq ana dilini (xüsusilə orfoqrafiyanı) öyrənməkdə çətinlik çəkəcək. 4. Uşağın məntiqinin nə dərəcədə inkişaf etməsi də əhəmiyyət kəsb edir. Aşağıdakı cümlələri bitirməyi uşaqdan xahiş edin: “Qışda paltarsız küçəyə çıxsan...”, “Yağış yağıb, ona görə də...”. 5. “Dördüncü artıqdır” oyununda uşağa 4 sözdən ibarət sıralar təklif edin. Hər bir sırada uşaq artıq olan bir sözü tapmalıdır. Məsələn: stol, stul, divan, pəncərə. Söz-məntiq dərrakəsi 6-7 yaşlarında formalaşmağa başlayır. Yuxarıdakı məsələləri həll edərkən uşaq yalnız 1-2 səhvə yol verərsə, deməli, onda bu proses normal gedir. Səhvi daha çox olarsa, uşaqla məşqləri davam etdirmək zəruridir. 6. Kiçik motorika, yəni əllərin kiçik əzələlərini işlətmək uşağın inkişafı üçün çox vacibdir. Plastilindən əşyalar düzəldilməsi, kağızdan cürbəcür aplikasiyaların kəsilməsi kiçik motorikanı yaxşı inkişaf etdirir. Məktəbə hazır olan uşaq çox asanlıqla qayçıyla kağızdan müxtəlif fiqurlar (həndəsi fiqurlar daha yaxşı olar) kəsərək kağıza yapışdırır, dama-dama dəftərdə çəkilən və həndəsi fiqurlardan ibarət olan naxışları təkrar edə bilir, kağızda müxtəlif uzunluqda olan xəttlər və sadə şəkillər çəkir, şəkilləri rəngləyir, plastilindən sadə əşyalar düzəldir. Əgər bu tapşırıqları yerinə yetirmək uşaq üçün çətin olarsa, demək, onun əlinin kiçik əzələlərini müvafiq idman məşğələləri ilə inkişaf etdirmək lazımdır. Nəyə görə bu, vacib hesab olunur? Məsələ ondan ibarətdir ki, insanın baş beynində nitq qabiliyyətinə və əl barmaqlarının hərəkətinə cavabdeh olan mərkəzlər bir-birinə çox yaxın yerləşmişlər. Beləliklə, kiçik motorikanı stimullaşdırarkən, biz həmçinin beyində uşağın nitq qabiliyyətini inkişaf etdirən mərkəzi də aktivləşdiririk. Beləliklə, kiçik bir nəticəni qeyd edək. 5-6 yaşında olan uşaqlar nəyi bacarmalıdırlar? 1. Yaddaş, diqqət, düşüncə: şəkillərdə olan səhvləri və uyğunsuzluqları tapmaq; 6-8 sayda şəkilləri düzgün ardıcıllıqla düzmək; verilmiş şəkildə olan 5-6 əşyanı yadda saxlamaq; əşyaların düzülüşündə olan qanunauyğunluğu aşkar etmək; iki əşya və rəsmlər arasında olan oxşarlıqları və fərqləri tapmaq; verilmış əşyalar arasında artıq hesab ediləni tapmaq və bunu izah etmək; bütün rəngləri düzgün demək və onları ayırd etmək; təbiət hadisələrini ayıra bilmək; ilin fəsillərinin ardıcıllığını və həftənin günlərini, günün hissələrini (səhər, günorta, axşam) düzgün müəyyən etmək; “dünən”, “sırağagün”, “bu gün”, “sabah”, “birisigün” sözlərinin mənasını bilmək; “bizin planet necə adlanır? (yaşadığı şəhərin adını, Vətənimizin paytaxtını) və s. bu kimi sualına cavab vermək və s. 2. Riyaziyyat: 1-dən iyirmiyədək və əksinə və onluqlarla olmaqla 100-dək saymağı bilmək; rəqəmləri tanımaq, onları düzgün ardıcıllıqla düzmək və yazmaq; əşyaların sayını müqayisə etmək, “>”, “<”, “=” işarələrinin mənasını bilmək; əşyaları ölçülərinə (uzunluğu, eni, hündürlüyü, qalınlığı) görə müqayisə etmək; tək və cüt rəqəmləri ayırmağı bilmək; sadə toplama və çıxmaya aid mısal və məsələləri həll etmək; həndəsi fiqurları (dairə, oval, üçbucaq, kvadrat, düzbucaq, romb, trapesiya) tanımaq və adlarını demək. 3. Nitqin (danışıq qabiliyyətinin) inkişafı: ətrafdakı əşyaların adını demək, insanların və heyvanların hərəkətlərini danışmaq; “mebel”, “oyuncaqlar”, “nəqliyyat”, “qida məhsulları”, “meyvələr”, “tərəvəzlər”, “paltar”, “musiqi alətlər” və s. ümumiləşdirici sözlərin mənasını bilmək; əşyaları əlamətlərinə görə (dondurma - soyuq, ağ, şirin) tanımaq, əşyanın əlamətlərini müstəqil şəkildə demək; bir-birinə yaxın və əks olan sözləri (dayaz-dərin) tapmaq; içərisində, üstündə, altında, arxasında, arasında, önündə, yanında və s. bu tip sözlərin mənasını bilmək; müxtəlif peşələrin, bayramların adlarını bilmək; danışmağı bacarmaq (suallara cavab vermək və düzgün sual vermək); bir neçə şeir bilmək, tapmacaları tapmaq; verilmiş şəkilə baxmaqla 6-7 cümlə ilə onun haqqında danışmaq; danışılan əhvalatın sonunu özündən qoşmaq; sözdə olan ilk və son səsləri tapmaq; hərfin səsdən fərqini bilmək; iki və daha artıq hecadan ibarət olan sözləri oxumaq və onların mənasını bilmək; sözləri hecalara bölmək; cümlələri və kiçik mətinləri oxumaq; oxuduğunun mənasını bilmək; hərifləri və hecalarla oxumağı bilmək. Əgər sizin uşaqda yuxarıda adları sayılmış qabiliyyətlər yoxdursa və ya çox az inkişaf edibsə, deməli, o hələ məktəbə hazır deyil. İmkan dairəsində, uşağı inkişaf etdirən və ya hazırlıq qruplarına yazdırın ki, gələn il o özü üçün yeni olan dünyaya sakitlik və sevinc hissi ilə daxil ola bilsin.(saglamolun.az)

"Dərslərin 8-də başlanılmasının əleyhinəyəm" - Psixoloq uşaqların psixoloji hazırlığından danışdı

Mütəxəssislər hesab edir ki, Azərbaycanda valideynlər övladlarını birinci sinfə heç bir psixoloji hazırlıq olmadan aparırlar. Lakin bilmirlər ki, ilk dərs günündən uşaq psixologiyasında qazılan özüllər onun gələcək həyatına bu və ya digər şəkildə təsir edir.  Məktəblərin açılması ilə əlaqədar uşaqların sosial və psixoloji problemlərini, valideyn, məktəb və müəllim münasibətləri barədə  psixoloq Leyla Davud Abdullayevaya danışıb. Psixoloq.az medicina.az-a istinadən həmin müsahibəni təqdim edir: -Leyla xanım, fikrinizcə, hər 6-7 yaşlı uşaq məktəbə getməyə hazırdırmı? Niyə çox uşaqlar məktəbi sevmir? İlk dərs ili uşağı hansı istiqamətə daha çox dəyişir: mənfi, yoxsa müsbət?  -İlk olaraq, 5-6 yaşlı uşaqların məktəbə yazdırılması məsələsinə toxunmaq istərdim. Əvvəllər bilirik ki, uşaq 7 yaşı tamam olanda məktəbə gedirdi. Hətta 7 yaşı oktyabra kimi tamam olmayanı növbəti ilə saxlayırdılar. İndi isə 6 yaşı tamam olmadan uşaqları məktəbə aparmağa tələsirlər.  Valideynlər düşünür ki, uşağım rəqəmləri saya bilir, hərfləri tanıyır, zehni yaxşıdır, nə qədər tez məktəbə getsə, bir o qədər yaxşıdır, hər şeyə tez nail olar. Bu faktların heç biri uşağın məktəbə hazır olmasını göstərmir. Ən böyük yalnışı da elə burda edirlər.  Uşaq fiziologiyası, psixologiyası, inkişafı elədir ki, hətta ayın, günün belə əhəmiyyəti var. Necə ki, uşaq hamiləlik dövründə 9 ay tamam olunca doğulmalıdır, vaxtından əvvəl doğulmuşlara yarımçıq doğulmuş deyilir və bu uşaqlarda tənəffüs, beyin orqanları tam inkişaf etmiş olmur. Eləcə də məktəb yaşı... İdeal variant 7 yaşdır. Heç olmasa 6 yaş tamam olsun, 7 yaşa keçsin. Ola bilər, uşaq bu yükə dözər, ayaqlaşar, amma bu nəyin bahasına baş verir: uşağın psixologiyasının gərginliyinin hesabına, rezervlərini tükətməyin hesabına. Bu ilk başda hiss olunmasa da, sonradan çox böyük mənfi nəticələrlə özünü biruzə verir.   Məktəb uşağın ilk sosial kollektividir. Hər uşaq üçün ora təkcə oxumaq, elm qazanmaq yeri deyil ki. Evdən gələn, ailəsindən başqa bir adam görməyən uşaq üçün bu çox böyük dəyişiklikdir.  Uşaqların zehni, fiziki bədəni üçün 45 dəqiqəlik dərsdə oturmaq belə çox çətindir. Çünki uşaqlarda zaman anlayışı da fərqlidir. Mən səhər 7-də oyanıb, məktəbə hazırlaşmaq, 8-də dərslərin başlanmasının da əleyhinəyəm. Uşaq beyni, orqanizmi üçün bu uyğun vaxt deyil. Yaxşı olar ki, saat 9:30-10 arası başlasın.  Amma nə edək ki, bir çox şeyləri biz dəyişə bilmirik. O zaman valideynlər məktəb başlamasına az vaxt qalmış adaptasiya mərhələsinə keçməli, sanki məktəbə gedirmiş kimi rejim qurmağa başlamalıdırlar. Birdən-birə 10-da yuxuda qalxan uşağı 7-də oyatmaq uşağın beyni üçün zərbədir. Eyni zamanda bunu uşağa danışaraq, başa salaraq etməlidirlər. Maksimum izah, motivasiya olmalıdır.  Bilgili ailələr uşağı psixoloji olaraq məktəbə hazırlayırlar. Burada maraqlı və çətin məqam nədir: bir sinifdə hazırlıqlı uşaqla hazırsızlıqlar gəlib qarışır. Artıq hansı tərəfin üstün gələcəyi sual altındadır. Uşaqlar bir-birinə təsir etməyə başlayır. Burda əsas yük pedaqoqun üzərinə düşür. Mənim fikrimcə ibtidai sinif müəllimləri yüksək psixoloji təlim keçmiş insanlar olmalıdır. Təkcə pedaqogika ilə iş bitmir. Uşaqdır, gec-tez əlifba öyrənəcək, yazacaq da. Əsas sinifdə uşaqların kollektivə düzgün adaptasiyasını təşkil etməkdir. Biz böyüklər belə kollektivə gec öyrəşirik, təsirlənirik, kollektiv yaxşı olmayanda məyus oluruq. Psixoloji niyələr artır. Bu niyələrə cavab tapmayanda bizdə stres, gərginlik yaradır. Uşaqların psixologiyası isə tamam fərqlidir. Uşaq zehnini anlamaq çətindir. "Uşaqla uşaq dilində danışacağam, hər şey düzələcək” fikrini özünüzdən uzaqlaşdırın. -Məktəbə gedən uşaqları əlavə musiqiyə, incəsənətə, kurslara qoymağın faydası varmı? Axı uşaqların çoxu gələcəkdə heç o sənəti seçmir. Bunlar əlavə yorucu yük deyilmi?  -İncəsənət, yaradıcılıq, kurslar hər uşağın potensialına görə təyin edilməlidir. Bəzi valideynlər isə uşaqların bacarıqlarını nəzərə almadan,öz arzu və istəklərinə uyğun kurslara yönəldirlər. Biz bəzi psixoloji problemləri olan uşaqları idmana, pianoya, musiqiyə yönəldirik. Örnək olaraq piano dərsləri uşağın beyninin inkişafı üçün vacibdir. Çünki pianoda uşaq hər iki əlini çalışdırır, bu da beyin yarımkürələrini işlədir. Vacib deyil ki, musiqiçi olsun, konsertlərə çıxsın, gözəl ifalar etsin. Burda məqsəd psixoloji, zehni inkişafı gücləndirməkdir. Eləcə də rəsmə getməyin böyük psixoloji faydası var.  Bəzən də qonşuya, qohuma baxıb, geri qalmamaq, dəbə qoşulmaq arzusu üstün gəlir. Valideyn istəyir deyə uşaq bu kursa, sənətə getməlidir hökmü üstünlük təşkil edir. Burda da valideynlər diqqətli olmalıdır.  Uşağı hara yönəltməkdə çətinlik çəkirlərsə, o zaman psixoloq məsləhəti ilə uyğun kurs seçə bilərlər.  -Məktəb başlayandan uşağın iştahı, yuxusu, dəngəsi pozuldu deyənlər də çoxdur. Buna görə uşağı nevroloqa, həkimə aparır, vitaminlər, hətta yuxu dərmanları verirlər.  -Bəzi həssas uşaqlarda həyatında baş verən məktəb kimi yenilik gərginlik yaradır, evdə davranışında, danışığında, yuxusunda, yeməyində pozuntular başlayır. Bu, valideyni qorxudur. Bunu önəmsəməmək və ya özbaşına aradan qaldırmaq mümkün deyil. O zaman uşağı mütləq peşəkar psixoloqa yönləndirmək lazmdır. Psixoloq çox qısa müddətə, 3-4 seansa uşağı məktəb sindromundan çıxara bilər.  Bəzən valideynin xəbəri olmur, amma uşaqda orqanik nevroloji problem var. Məktəbə gedən kimi bunlar artır. O zaman nevroloq və psixoloq birgə yanaşmalıdır. Bu halda valideyn tək başına bir şey edə bilməyəcək. Uşaqlar məktəbə adaptasiya dövrünü çətin keçirir. Amma elə uşaq var ki, psixologiyası güclüdür, hazırlıqlıdır, asan keçirir. Bu müddəti faciələşdirmək lazım deyil. Bəzən pasiyentlərim olur, 18-20 yaşlı övladları ilə gəlirlər, adi bir münasibəti belə faciəyə çevirirlər ki, mənim uşağım normal deyil. Yeniyetməliyin son dövrü deyilən dövr var, elə gənc var ki, onda 22 yaşa kimi davam edir. Ona görə 22 yaşlı gəncin özünü dəlisov yeniyetmə kimi aparması normaldır.  Bəzən valideynlər özlərini misal gətirir ki, bizim dövrümüzdə belə şeylər yox idi, biz də uşaq olmuşuq, belə olmamışıq.  Axı sizin dövrünüz bu qədər modern deyildi. İnsan üçün çox asanlıqlar və çox zorluqlar var... Bu dövrə adaptasiya olmaq çox çətindir. Biz də yaşlananda uşaqları görüb belə deyəcəyik: bizim vaxtımızda belə deyildi. Modern valideynlər internetdə gecə-gündüz oturur, sonra uşağında təcrübə aparır. İnternet kirli məlumatlarla doludur. Uşaqda xəstəlik tapırlar, özlərindən fobiyalar uydururlar.   Mən validyenlərə deyirəm ki, siz araşdırmağı buraxın, problem varsa, onu mütəxəssisə həvalə edin. Orda bir kirli informasiyanı görəcəksiz, o informasiyanın sizin beyninizə etdiyi təsir, dəyişiklik sonra çətin düzələcək.  Valideynlər  uşaqlar üzərində eksperiment edirlər. Əslində övlada ən böyük zərəri istəmədən elə valideyni vurur.  Etdiyiniz yanlışlar sonra ikiqat zərərlə geri qayıdır. O xətaları biz düzəldənə kimi vaxt gedir. Sıfırdan gəlsələr, heç çətinlik çəkmərik.  Aptekdən özbaşına dərman almaq, özlərinin təyin etdiyi " diaqnoz”lar, filankəsin uşağı bunu içdi yaxşı oldu, bu dərman beyni gücləndirir, ya sakitləşdirir - kimi ağlagəlməz hərəkətlər əks- fəsad olaraq geri dönür. Kimyəvi tərkibli dərmanlarla uşaq psixologiyasını düzəldə bilməzlər. Sənin uşağın ayrıdır, sənin uşağın onun-bunun uşağı deyil. Sən övladına fərqli varlıq kimi baxmalısan. -Bəs dərslərdən mütləq 5 qiymətlə evə gəlmək vacibdirmi? Qiymətə görə uşağı danlamaq olarmı? Olmaz ki, uşaq özünə görə oxusun?-Bu da yaralı mövzudur. İnsanın o qədər özünə xas psixologiyası, idrakı var ki... Bir sinifə 20 uşağı yığıb, hamısından eyni nəticəni gözləmək, eyni tələbi etmək qeyri-peşəkarlıqdır. Bilmirəm, bu tendensiyanı kim icad edib. Çox düşünülməmiş bir ideyadır. Pedaqoqlar bu baxımdan təhlükəli vəziyyət yaradır. Pedaqoq bilməlidir ki, bir uşaq bir fəndən yüksək nəticə göstərib, digərindən zəif qiymət ala bilər. Uşaq robot deyil. Təbii ki, nəzarət olmalıdır. Amma uşağını yaxşı tanıyan valideyn bilməlidir ki, bu uşaqdan nə dərəcədə tələb edə bilər. Sən istə, müəllim tut, öyrət, tələb et, amma bir yerə qədər. Gördünsə olmur, nəticə yoxdur, o zaman ayrı yol tutacaqsan. Valideyn vaxtını, pulunu sərf edir, uşaq gözlədiyi nəticəni verməyəndə uşağı gətirirlər nevroloqa, psixoloqa ki, baxın görün buna nə olub? Valideyn uşaqlar üçün universitetdən o tərəfə özünü təsdiq yolu qoymur. Bunu valideynlər gözəl bilir. Sənin uşağın üçün yüzlərlə təsdiq yolu var, sənət növü var. Valideyn  övladının arxasında durmalı, dəstəkləməlidir ki, o uşaq həyata tutuna bilsin.Uşağa qayğı, sevgi kurslar, müəllimlər, fənlərə pul xərcləməklə göstərilmir. Hansı valideyndən soruşsan, təbii ki, uşağını sevir. Onun üçün ölümə də gedər. Amma təəssüf ki, bu sevgini övladımıza çatdıra bilmirik. Uşaq böyük boşluğa düşür, ona təqdim olunan yolu məcburiyyət kimi görür, nə edirsə məcbur edir. Təki anam-atam razı olsun, təki evdə səs çıxmasın, məndən razı olsunlar. Uşağı sevgi ilə böyüdün, travmalarla yox.  Bizim ən xatalı, bəlalı yerimizdir – sevgisizlik. Övladınız doğulan gündən sizin hədəfiniz nə dərs, nə kurs, nə sənət, nə məktəb olmalıdır. Sənin hədəfin övladına maksimum sevgi çatdırmaq olmalıdır. Valideyn övladını dərindən tanımalıdır. Tanıya bilmirsə, psixoloq köməyilə tanımalıdır. Bu sənin missiyandır. Uşağın fizioloji, psixoloji sağlamlığı üçün hava, su, qida, puldan da önəmli sevgi ilə qidalanmasıdır.Sevgisiz böyüyən, sevgi acı olan uşaq ömür boyu yadlarda, bəzən qorxulu bir adamda, təhlükəli ünvanlarda sevgi axtaracaq, başqalarının təsirinə düşəcək. Bunun üçün bizim toplumumuzun bilgili valideynlərə, uşaq psixalogiyasını dərindən bilən pedaqoqlara ehtiyacımız var.

Psixoloji anlamlara aldanmayın - Proqnoz,19 sentyabr

Qoç - Günün ilk yarısından qətiyyətli və iradəli şəkildə çalışın. Hadisələrin dünənki məcrasının davam etdirilməsi fəaliyyətin ideal variantı ola bilər. Yaradıcılıq planlarını reallaşdıra bilərsiniz. Problemlərin həllinə fərdi yanaşın. Günün ikinci yarısında rutin işlərdən usanmayın. Onları mütləq şəkildə çözmək gərəkdir. Həmişəkindən fərqli olaraq bir qədər risk etmək olar. Yeni, genişmiqyaslı layihəyə başlamayın. Buğa - Yaşam tərzi sizdən aktiv qərarlar və mütəhərrik olmağı tələb edir. Başqalarının laqeydliyindən yararlanmayın, öz stilinizə sadiq qalın. Əhval-ruhiyyənizi ən kiçik, xırda məsələlərə görə korlamayın. Bir qədər əvvəl yaşanmış proseslərin fəsadları hələ tükənməyib. Günün ikinci yarısında izafiliyə varmayın. Duruma müdaxilədə diqqətli olun, konsepsiyasız qərarlar qəbul etməyin. Axşam saatlarında ağır fiziki işdə çalışmayın. Əkizlər - Günün ilk yarısında yaxşı əhvalınız olacaq. Hadisələrə nikbin yanaşın. Ruh düşkünlüyünə qapılmayın. Situasiya pozitivdir. Yeni, maraqlı imkanlar yaranır. Şanslarınızdan yararlanın. Fürsəti fövtə verməyin. Günün ikinci yarısında böyük layihəyə və ya ağır sifarişin icrasına başlamaq məsləhət deyil. Çətinliklər sizi zəiflətməsin. Şəraitə uyğunlaşın. Köhnəlmiş ştamplardan, uğursuz klişelərdən qurtulun. Yanlış psixoloji anlamlara aldanaraq səhv addımlar atmayın. Axşam saatlarında orijinal ideya yarana bilər. Xərçəng - Günün ilk yarısından etibarən tənbəllik etməyin. Analitika, mürəkkəb hesablamalar, sistemləşdirmə, fərdi nəzarət, məsuliyyətli sifarişin yerinə yetirilməsi üçün münasib zaman deyil. Günün ikinci yarısında sizi effektiv fəaliyyətdən yayındıracaq proseslər yaşanacaq. İntizamlı olun, qaydalar çərçivəsindən çıxmayın. Sağlam qida rasionunu seçin. Strateji məsələnin həllində təfərrüatlara fikir verin. Axşam saatlarında bədxərclik etməyin. Səbəbsiz nikbinliyə qapılmayın.  Şir - Günün ilk yarısından etibarən rəqiblərlə müqayisədə üstün mövqelərə malik olacaqsınız. Amma bu, situasiyanı tam nəzarətdə saxlamaq istəklərinizə və cəhdlərinizə mane olmamalıdır. Situasiya ağırlaşır. Günün ikinci yarısında əlverişsiz vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz. Fəaliyyət sahənizdə qrafikin yenilənməsinə zərurət duyulur. Axşam saatlarında yaşamınızda dəyişikliklər başlanacaq. Qız - Yeni oriyentirlər seçin. İşlə bağlı təklif səslənəcək. Yeni və fərqli ideyalar var. Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı əlaqələri bərpa edin. Təmaslardakı donuq situasiyanı aradan qaldırın. Məqsəd və məramlarınızı səhər saatlarından etibarən reallaşdırmağa başlayın. Gərəkli avadanlıq, vasitə və resursları toplayın. Daxili gərginlik olsa da, imkanlar və qüvvələrdə müəyyən tükənmə hiss olunur. Gərgin olmayın. Bu gün izafi əmək üçün deyil. Axşam saatlarında istirahət edin. Tərəzi - Məntiq, tələbat və ya seçdiyiniz plana uyğun davranın. Hisslər, emosiyalar və ya ani impulsun təsiri altına düşməyin. Təkbaşına çalışmayın, tənha qalmayın. İşdə həmkarlarınızla birlikdə olun. Toplantı, müzakirə və ya görüş zamanı işlə bağlı unutduğunuz, yadınızdan çıxmış təfərrüatı xatırlayacaqsınız. İddialarla tələblərin səviyyəsini bir qədər aşağı salın. Mümkün qədər çox iş görməyə səy göstərin. Axşam saatları konkret, maddi məsələlərlə bağlı işlər üçün əlverişlidir. Bacarıq və istedadınızı nümayiş etdirin. Sevdiyiniz işlərlə məşğul olmaq üçün əlverişli zamandır. İstirahət və açıq havada gəzintiyə yetərincə vaxt ayırın. Əqrəb - Ambisiyaların reallaşdırılması üçün müvafiq zamandır. Məqsədə çatmaq üçün effektiv vasitələrdən istifadə edin. Asan yollara üstünlük verin. Hədəfə daha tez çatmaq üçün ən əlverişli metoddan yararlanaraq rəqibləri qabaqlayın. Günün ikinci yarısında planlarınızda dəyişikliklər edin. Təftiş və təhlilə başlaya bilərsiniz. Rasionunuza fikir verin. Səhhətinizin qeydinə qalın. İşgüzar olun, aktiv işləyin. Biliklər azdırsa, əlavə məlumatlar əldə edin. Axşam saatlarında gəzintiyə çıxın. Oxatan - Günün ilk yarısı uğurludur. Enerjili olun, işlərə aktiv başlayın. Cari problemləri hadisələrə təsir imkanlarına malik insanın yardımı ilə həll edin. Bilik və bacarıqlarınızdan yararlanın. Günün ikinci yarısında kollektiv fəaliyyətdə fayda var. Sizi dəstəkləyən, yardımlarını əsirgəməyən insanlara minnətdarlıq etməyi unutmayın. Axşam saatlarında bədxərclik etməyin. Yeni işlər üçün maliyyə ehtiyatınız olmalıdır. Normal istirahət etməyə çalışın. Oğlaq - Günün ilk yarısı ağır fiziki əmək yox, yaradıcılıq üçün daha əlverişlidir. Özünüzə həddən ziyadə güvənsəniz, ciddi səhvlərə yol verə bilərsiniz. Vədlərə, təkliflərə, dilətutmalara aldanaraq yolunuzdan sapmayın. Günün ikinci yarısında maliyyə məsələlərində istənilən düşünülməmiş addım, avantüra təhlükəlidir. Çox zəif, illüzor şanslara uymayın. Bahalı heç nə almayın. Axşam saatlarına yaxın daha səbatlı, məntiqi və praktiki şanslarınız yaranacaq. Hisslərinizin etirafına tələsməyin. Dolça - Praqmat olun. Qeyri-konstruktiv hisslərə qapılmayın. Yaxın ətrafınızdakı insanların maraqlarına zidd addım atmaq niyyətiniz varsa, yaxşıca düşünün. Maddi məsələlər münasibətlərdə sərinləşmə və fikir ayrılıqlarına səbəb ola bilər. Günün ikinci yarısında yaşam arealında islahatlar aparmaq olar. Ödənişlərdə diqqətli olun, hesablamalarda səhvlərə yol verməyin. Kredit götürməyin, borcları vaxtında qaytarın. Maddi məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil. Ehtiyatlı olun, fundamental səhvdən uzaq durun. Balıqlar - Hadisələrin zahiri effektləri bu gün həlledici rol oynayacaq. Proseslərə süni müdaxilə etməyin. Olaylara təkana ehtiyac duyulmursa, hiperaktivlik yalnız zərər verə bilər. Başqalarının oyunlarına qatılmayın, məkrli planın qurbanına çevrilməyin. Günün ikinci yarısında rutin prosedurlar uğurlu olacaq. Problemlərin həllinə kreativ yanaşın. Cari işlərin görülməsində yeniliklər edə bilərsiniz. Axşam saatlarına yaxın əlavə xərclər istisna deyil. Gəzintiyə çıxmağı unutmayın. Milli.Az

Ay tutulmalarının vaxtı açıqlandı

Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb.  Psixoloq.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov "Report"a açıqlamasında bildirib ki, 2019-cu ildə iki Ay tutulması hadisəsi baş verəcək. O deyib ki, ilk tutulma yanvarın 21-də olacaq: “Təbiət hadisəsi Bakı vaxtı ilə saat 07.34-də başlayacaq və 10.51-də sona çatacaq. Ay səthinin tam tutulması isə saat 08.41-də start götürəcək və 09.43-də yekunlaşacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək”. Rəsədxana rəsmisi əlavə edib ki, ilk Ay tutulmasını Azərbaycanda müşahidə etmək mümkün olmayacaq: “Buna səbəb təbiət hadisəsinin səhər saatlarında baş verməsidir. Prosesi Sakit Okean, Amerika, Afrika və Avropanın bir hissəsində izləmək mümkün olacaq”. X.Mikayılov qeyd edib ki, ikinci tutulma hadisəsi isə iyulun 17-də olacaq: “Qismən baş verəcək tutulma saat 00.03-də başlayacaq və saat 02.59-da yekunlaşacaq. Tutulmanın maksimum həddi saat 01.31-də qeydə alınacaq. Bu tutulma da Azərbaycanda müşahidə olunmayacaq. Onu Cənubi Amerikada, Qərbi Avropanın cənub hissəsində, Afrikada, Asiyanın cənubunda, Avstraliyada müşahidə etmək mümkün olacaq. İkinci tutulmaya əsasən cənub tutulması deyilir”.    

"Əksər gənclər ailə qurmağa qorxurlar" - Ailələrdə olan gərginliyin səbəbi

Bu gün gənclər arasında ailə qurmaq ciddi problemə çevrilib. İnsanlarımız 30 yaşa qədər ailə qurmaq istəmirlər. Araşdırmalar nəticəsində insanların 70 faizi buna səbəb kimi maddi imkanlarını əsas gətirirlər.   Sosioloq Əhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında evlilik yaşının artmasının müxtəlif səbəblərinin olduğunu bildirdi: “İndi cəmiyyətdə baş verən faktora yalnız bir tərəfdən baxmaq düzgün deyil. Buna səbəb təbii ki, iqtisadi tərəfdi, insanların bir çoxlarında ailə qurmaq üçün maddi imkanlar və mənzil şəraiti onların ailə qurmasına imkan vermir. Digər tərəfdən, mənəvi amillərdə buna öz təsirini göstərir, yəni 30 il, 50 il bundan qabaq böyüyən gənc bilirdi ki, onun evlilik yaşı çatıbsa, bu bir vəzifədir, evlənmək lazımdır. Burda ictimai qınağı da nəzərə alırdılar. İndi cəmiyyətdə artıq o münasibətlər dəyişib. Ailələrdə o qədər gərginlik var ki, əksər gənclər ailə qurmağa qorxurlar. Çünki bəziləri ilə söhbət etmişəm və deyiblər ki, “Filankəs evləndi və bir neçə ay sonra boşandı. İndi ailə qurmaq çətindi”. İndi evlənmək üçün özünə seçəcəyin adamı tapmaq da çətinləşib. Qabaqlar ümumi bir standart həyat şəraiti var idi, oğlanlar və qızlar elə bir səviyyədə böyüyürdü ki, hər biri ailə məsələlərini çox yaxşı bilirdi. Sovet dövründə evlənmək mənəvi tərəflərə daha çox əsaslanırdı. İndi isə evlilik daha çox mənəvi dəyərlərin təsiri altında yox, nəyinsə hesablanmalarına görə baş verir. Bir müddət sonra mənəvi faktorular işə düşür və həmin ailələrdə gərginlik yaranır. Bizdə ailə haqqında təsəvvürlər aydınlaşdırılmalıdır. Ailə quran gənclərə köməkliklər olmalıdır. Ailə qurmaq məsələsində iqtisadi, mənəvi və dünya görüşü faktorları rol oynayır. Hər bir davranışın arxasında üç mühüm amil dayanır: mühit, informasiya və üstünlük verilən dəyərlər. Amma bəzən elə olur ki, hər bir şəraiti olan gənc ailə qurmağa ehtiyyat edir”.   Xatırladaq ki, Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb. Belə ki, 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23,4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb. 2013-cü ildı kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub. Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə qyed alınıb. Həmin ilin göstəricilərinə görə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, ötən il isə 24,2 olub. Rəqəmlər göstərir ki, kişilərin nikaha daxil olma yaşında daha çox artma qeyd alınır. Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatdan ar-arda üçün ilin şəhər və kənd yerləri üzrə rəsmi qeydə alınan nikahların sayı isə belədir: 2014-cüq ildə nikahların sayı 84 min 912 olubsa, 2015-ci ildə bu rəqəm 68 min 773, 2016-cı ildə isə 667 min 71-ə enib. 

Bacarıqlarını göstərə bilməyən uşaqlar...

Uşaq Psixologiyasının əsası olan İnkişaf terapiyası, uşaqların 18 yaşına qədər inkişaflarını diqqət mərkəzində saxlayır və bu mərhələdə inkişaf problemlərinin terapiyasını və reabilitasiyasını əhatə edir. Uşaqların inkişafı sadəcə fiziki inkişafla məhdud olmayıb, nitqin inkişafı, sosial adaptasiya, motor bacarıqlarının inkişafı, psixoseksual və koqnitiv inkişaf kimi müxtəlif sahələrlə birgə düşünülməlidir. Son dövrlərdə inkişaf pozuntuları adı altında bir çox diaqnoz geniş yayılmağa başlamışdır. Bu pozuntuları yaşayan uşaqlar bacarıqlarını göstərməkdə çətinlik yaşayırlar. Bununla yanaşı, nevroloji və xromosom pozuntuları ilə bağlı xəstələiklər yaşayan uşaqlarda qabiliyyət itkiləri ortaya çıxır. İnkişaf terapiyası, hər iki halda uşaqların qarşılaşdıqları çətinliklərin və ləngimiş bacarıqların mümkün olan səviyyəyə qədər reabilitasiyasını hədəfləyir. İnkişaf terapiyasının tətbiq olunduğu hallar: Nitq pozuntularıKoqnitiv / Zəka problemləriAutizmin spektr pozuntularıGeniş yayılmış inkişaf pozuntularıSensomotor pozuntularDiqqət catışmazlığı və hiperaktivlik pozuntusuDavranış pozuntularıSosial fobiya (Sosial Həyəcan Pozuntusu)Görmə və eşitmə ilə bağlı problemlərMotor pozuntularıAkademik uğursuzluq(meduna)

Sabah yağış yağacaq - Hava Proqnozu

Azərbaycan ərazisində sentyabrın 19-na olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Problemli anınızda köməyinizə çatır - Məşğuliyyət terapiyası nədir?

Ürəyi sıxılan, problemi olan insanlara adətən "özünə xobbi tap, başını qat" sözünü deyirlər. Məhz bu məqamda köməyə məşğulluq terapiyası gəlir. Psixoloq.az xəbər verir ki, məşğuliyyət terapiyası psixoloji problemlərin terapiyası, sosial və gündəlik həyat bacarıqlarının yaxşılaşdırılması məqsədi daşıyan müəyyən fəaliyyətlərin terapevtik istifadəsidir. Məşğuliyyət terapiyasında əsas qayə şəxslərin gündəlik həyat fəaliyyətlərində iştirak etməsini təmin etməkdir. Erqoterapiya olaraq da bilinən məşğuliyyət terapiyası musiqi, rəsm, ebru, rəqs və s. fəaliyyətlərdən ibarətdir. İştirakçıların sayı fərqli olsa da məşğuliyyət terapiyası fərdə fokuslanır və fərdin reabilitasiya müddəti, məmnuniyyəti və gördüyü fayda ön planda tutulur.

Psixoloji problemləri aradan qaldırmaq - Oyun terapiyası nədir?

Uşaqlar böyüklər qədər hisslərini və düşüncələrini göstərməzlər və özlərini rahatlıqla ifadə etməzlər. Alternativ qarşılıqlı əlaqə ehtiyacından əmələ gələn oyun terapiyası sayəsində uşaqlar kəlmələri işlətmək yerinə oyun və oyuncaqlar vasitəsi ilə, özlərini ifadə edə bilməyi, gündəlik həyatlarında başa çıxa bilmədikləri probleməri həll etməyi və neqativ davranışlarını dəyişdirə bilməyi öyrənirlər. Oyun terapiyasının məqsədi uşağın özünü emosional olaraq yaxşı hiss etməsini təmin etməkdir. Uşağın normal inkişafına təsir edən emosional, davranış və psixoloji problemləri aradan qaldırmaq və problemin böyüməsinə əngəl olmaqdır. Oyun terapiyaları müəyyən yaş qrubundakı uşaqlarla, bir və ya birdən çox uşağın iştirakı ilə həyata keçirilir. Bundan əlavə bəzən valideynlərin də terapiyada iştirak etməsi lazım gəlir.

Dodaq boyanıza görə xarakterinizi analiz edin

Hər keçən gün insanların üstündə gördüyümüz rənglər əlbəttə ki onlardan bir parçadır və izlər daşıyar. Məsələn, davamlı tünd rəng geyinən birinin çox da macərapərəst biri olduğunu deyə bilmərik. Paltarların olduğu qədər, dodaq boyalarının rəngi də insan xarakterini əks etdirdiyi bir gerçəkdir. Qırmızı dodaq boyası Heç şübhə etmədən deyə bilərik ki, kişilərin diqqətini çəkməyi sevən və ilgi sevən xanımlar qırmızı pomada rənginə ən çox üstünlük verənlərdir. Olğun qadınlardır, özlərini bəyənərlər, özlərinə güvəni yüksəkdir və zəngin kişiləri sevərlər. Çəhrayı dodaq boyası Ümumilikdə daha çox rahatlığına düşkün qadınlar pomada üçün çəhrayı rəng tərcih edərlər. Gözəl və rahat həyat tərzi onlar üçün ən yaxşısıdır. Məsələn iti dabanlı ayaqqabı yerinə babetlər geyərlər və yanlarında daima çəhrayı dodaq boyası daşıyarlar. Bu qadınlar dostlarına çox sadiqdirlər. Bütün kişilərin yalançı olduğuna inanar və onlara güvənməzlər. Ümumilikdə çəkici kişiləri sevərlər. Narıncı dodaq boyası Əylənməyi sevərlər. Sosial mövzulara maraqları yüksəkdir. Musiqi onlar üçün olmazsa olmazdır. Kompüterlərinin yaddaşının böyük bir qismi film ilə doludur. Ən çox gündəmdə olan kitabları deyil, özlərinə bir şey öyrədəcək kitabları seçərlər. Ağıllı və əyləncəli tiplər onlara görədir. Bənövşəyi dodaq boyası Bu pomada bizə ağ xanımları xatırladır. Onlar çox duyğusaldırlar. Bəzən sərt xarakterlərdə qarşımıza çıxa bilərlər. "Bəlkə" deyil, "bəli" və ya "xeyr"-dir onlar üçün! Ağlı-başı yerində, olğun tipləri sevərlər. Mat dodaq boyası Bu rəngi çox vaxt bəsit xanımlar tərcih edərlər. Gözlərini ön plana çıxarmaq istəyən xanımlar dodaqlarını arxa planda qoymaq üçün bu rəng tonlarını tərcih edə bilərlər. Kəskin baxışlıdırlar və çəkici kişilər onlar üçün idealdır.

“Bu amil oyunun sonuna 20 saniyə qalmış uduzmağımıza səbəb oldu” - Baş məşqçi Vüsal Mustafayev

Dünən futzal üzrə İkinci Liqada mövsümə start verildi. Psixoloq.az xəbər verir ki,“Baku Fire-2” – “Borçalı” FK qarşılaşması dramatikliyi ilə yadda qaldı. Oyunun başa çatmasına 30 saniyə qalmış 3:2 hesabı ilə öndə olan debütant 20 saniyə ərzində 2 top buraxmaqla xalsız qaldı. Oyun ərzində azarkeş dəstəyinə görə xüsusi seçilən komandanın baş məşqçisi Vüsal Mustafayev qarşılaşma başa çatdıqdan sonra  açıqlama verib. Baş məşqçi əvvəlcə futzal çempionatına qatılmaqla bağlı danışıb:  "Futzaldan əvvəl Mini-Futbol Assosiasiyasının təşkil etdiyi yarışda iştirk etdik. Sonra qərara gəldik ki, futzal üzrə ölkə çempionatının İkinci Liqasında gücümüzü sınadıq. Bütün yarışlarda gözlənildiyi kimi, birinci oyunlar hər zaman çətin, gərgin keçir. Bunun bir daha şahidi olduq. Məğlub olsaq da, komandanın oyununu qənaətbəxş hesab etmək olar. Gələcək oyunlarda yüksək nəticələr qazanacağımıza ümid edirik". Vüsal bəy həmçinin “Bakı Fire”nin futzal yarışında iki komanda ilə çıxış etdiyini qeyd edib. "Güclüləri Birinci Liqada, ikinci komandaları isə İkinci Liqada oynayır. Təcrübəli, oturuşmuş heyətə malik olduqlarını bilirdik. Bu amil sona 20 saniyə qalmış qələbəni əldən verməyimizə səbəb oldu",-deyə V.Mustafayev açıqlayıb. Jurnalistin "Planlar necədi? Addım-addım yüksəlmək, yoxsa İkinci Liqada qalıcı olmaq?" sualını isə məşqçi bu cür cavablandırıb: "Təbii ki, hədəflərimiz, məqsədlərimiz var. Pillə-pillə yüksəlməyi fikirləşirik. Bunu gələcək göstərəcək". 

Əsəb və emosiyaların idarəsi... - Psixoterapiya nədir?

Psixoterapiya, psixoloji problemlərin sağaldılması məqsədilə psixiatr, klinik psixoloq kimi psixoloji sağlamlıq mütəxəssisləri tərəfindən tətbiq olunan və qarşılıqlı şifahi ünsiyyətə dayanan prosesisin ümumi adıdır. Psixoterapiya zamanı pasiyent öz emosiya, düşüncə və davranışları haqqında məlumat sahibi olur və onları idarə etməyi öyrənir. Psixoterapiya adından bəlli olduğu kimi terapevtik bir prosesdir və müalicəyə yönəlmişdir. Hər nə qədər bütün psixoloji sağlamlıq ilə əlaqəli problemlərdə işə yarasa da psixoterpiyadan fayda görənlərin hamısı bir psixoloji sağlamlıq diaqnozu daşımır. Bu baxımdan psixoterapiya gündəlik problemləri həll etmə, əsəb və digər emosiyaların idarəsi, sosial və ailə əlaqələri, karyera və məslək problemləri kimi geniş dairədə kömək təklif edir.

Uşağın sosial mühitdə danışmaması - Selektiv mutizm nədir?

Selektiv Mutizm (və yaxud Elektiv Mutizm), yəni “seçici susma”, uşağın tanıdığı mühitdə, məsələn, ev mühitində axıcı və səlis danışmasına baxmayaraq, danışmasının gözləndiyi məktəb o cümlədən başqa sosial mühitlərdə danışmamasıdır. Bu susqunluğun şiddəti yalnız yadlarla danışmamaqdan başlayıb cəmiyyət içində demək olar ki hər yerdə səssiz qalmağa qədər dəyişə bilər. Selektiv mutizm bir çox hallarda uşaqlardakı utancaqlıqla qarışdırılır. Lakin normalda uşaq yad mühitə öyrəşdikdən bir müddət sonra qaçıb yaşıdları ilə oynadığı, boyuklərlə ünsiyyət qurduğu halda elektiv mutizmli uşaqlar səssiz qalmağa davam edirlər. Qız uşaqlarında oğlanlara nisbətən daha çox müşahidə olunur. SELEKTİV MUTİZM ƏSAS ƏLAMƏTLƏRİ: – Uşaq bir mühitdə danışdığı halda digərində davamlı olaraq susur – Uşağın danışmaması onun təhsilini,sosial ünsiyyətini minimuma endirir – Problem ən az bir aydır davam edir (məktəbə başladıqdan sonrakı ilk ay xaric) – Əsasən 1-3 yaş arasında özünü göstərir – Bərabərində hədsiz utancaqlıq, içə qapanma və ata-anaya hədsiz bağlılıq gətirir NƏ ETMƏLİ? Ana-ata və ya müəllim belə bir vəziyyət müşahidə etdikdə uşağı danışmadığı üçün cəzalandırmamalı, danışmağa məcbur etməməli, aldatmamalı və danışması üçün “rüşvət” təklif etməməlidir. Belə halda uşaq üçün güvənli və dəstəkləyici bir mühit yaradıb, mərhələli olaraq uşağın inkişaf sürətinə uyğun hədəflər qoymaq lazımdır. Müalicə üçün bir qrup terapiyası vacib şərtdir. Belə ki, psixoloq, müəllim, pedaqoq və s. birgə işləməlidir.(meduna.az)

Hər il 800.000 insan intihar edir - Səbəbi isə...

Aparılan araşdırmalara görə, hər il dünyada 800 000 –dən çox insan intihar edir. Xüsusilə də 15-19 yaş arası insanlarda ölüm faktı çoxalıb.  İntiharın əsas səbəbi isə psixi pozuntular və zərərli alkoqol istifadəsi göstərilib. Qeyd edək ki, insanların vəziyyətini erkən müəyyən etmə və vəziyyətin aktif olaraq idarəsi insanların lazım olan psixoloji dəstəyi almasında əhəmiyyətli rola malikdir.