Məmur olmaq istəyənlər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək. DİM-dən ölkə.az-a bildirilib ki, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahana qeydiyyat 27 sentyabr saat 18:00-dək davam edəcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər. Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” və “İmtahana buraxılış vərəqəsi” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bu barədə məlumat vermək lazımdır. Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur: “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik” broşürü; Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları; Test imtahanı proqramları; “Namizədin yaddaş kitabçası” . Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Buraxılış vərəqəsini qeydiyyat səhifəsindən də əldə etmək olar. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır. Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib. O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir: “Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın". M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: "Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır". (trend)

Ayağınızda ağrılar, şişlik, qıcolmalar varsa... – Damar genişlənməsi xəstəliyi nədir?

Damar genişlənməsi müasir zamanda ən çox yayılan problemlər sırasındadır. Buna baxmayaraq əksər insan bu xəstəliyə diqqət yetirmir və nəticədə isə xəstəlik daha da irəliləyir. Buna əsas səbəb isə insanların, daha çox ayaq ağrıları, və dəri səthində damarların ifrat dərəcəsində görünməsindən sonra həkimə üz tutmalarıdır. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ürək-damar cərrahı Elşən Əliyev, hər damar xəstəliyinin ayaqlarda görünmədiyini bildirib. Onun sözlərinə görə, ayaqlarda şişkinliyin olması, baldır nahiyədə qıcolma, ağrıların olması damar genişlənməsi xəstəliyinin əlamətlərindəndir: “Sözsüz ki pasiyentin xəstəliyin başlanğıc mərhələsində müraciət etməsi onu əməliyyatdan azad etmiş ola bilər. Ürəyə qan aparan damarlarda ən çox rast gəlinən xəstəlik varikoz genişlənmədir. Ürəkdən qan gətirən damarlarda ən çox rast gəlinən xəstəlik damar tutulmasıdır”. Əliyev, varikoz müalicəsində istifadə edilən ən son metodlardan birinin endovenoz üsulla radifrekas ablasiya və krioskleroterapiya olduğunu diqətə çatdırıb. “Bu üsulda xəstə anesteziya almır, kəsik olmur. Ən əsas məsələ isə xəstəxanada qalmır. İynə dəliyindən kateter yeridilir, damara düymə basılır və damar yandırılır”, -deyə Əliyev vurğulayıb. Şəhanə Quliyeva

Bayramda su problemi olmayacaq

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçiriləcək. Bu barədə ölkə.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, bayram günlərində qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək. İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Azərbaycanın əməkdar artisti vəfat etdi - Ağır xəstəlikdən əziyyət çəkirdi

Əməkdar artist Rafiq Hüseynov dünyasını dəyişib. Psixoloq.az axşam.az-a istinadən xəbər verir ki, aktyor uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.Mərhumun 3 mərasimi avqustun 21-də Təzə Pir məscidində olacaq.Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib.

Qurbanlıq heyvanların satılacağı yerlər dezinfeksiya edildi

Avqustun 20-də axşam saatlarında Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbiri başa çatdırılıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən unikal.org-a verilən məlumata görə, profilaktik dezinfeksiya tədbiri Qida Təhlükəsizliyi Agentliyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə icra olunub. Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilib. Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə "DUK” maşınları ilə güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.

"Toppuş bacı" xəstəxanadan hər kəsə müraciət etdi - FOTO

Dünən növbəti dəfə xəstəxanaya yerləşdirilən əməkdar artist Tünzalə Əliyeva izləyicilərinə müraciət edib. Psixoloq.az xəbər verir ki, xəstəxanadakı vəziyyətindən foto paylaşan aktrisa onun üçün dua edilməsini istəyib. Tünzalə fotosunun şərh bölməsinə “Verdiyin və vermədiyin hər şeyə görə həmd olsun Rəbbim! Dualarınıza ehtiyacım var...” sözlərini yazıb.

Yer kürəsi üçün YENİ TƏHDİD: təqribən 250 milyon...

Bir damcı okean suyunda Yerdə iqlimin dəyişməsinə təsir göstərən hədsiz sayda mikroorqanizm var. Alimlər belə dəyişikliklərin nəticələrini tədqiq ediblər. Bergen Universitetinin alimləri hələ 1989-cu ildə okean suyunun tərkibindəki mikrooqranizmləri öyrənməyə başlayıblar. Tədqiqatın nəticələri göstərib ki, bir damcı okean suyunda əvvəllər hesab edildiyindən yüz dəfə çox – təqribən 250 milyon virus var. Virusların tərkibi yetərincə müxtəlifdir və çox vaxt təkcə insana deyil, bütövlükdə planetimizə mənfi təsir göstərir. Rusiya Elmlər Akademiyasının mütəxəssisləri müəyyən ediblər ki, bütün dəniz virusları bir zəncirə düzülsə, onun uzunluğu təqribən 60 qalaktika təşkil edər. Dünya okeanındakı virusların sayı kvintilyonlarla ölçülür. 2016-cı ildə birləşmiş alimlər qrupu DNT viruslarının 125 mindən çox sahəsini tapıb və bu da məlum viruslu genlərdən 16 dəfə çoxdur. Tədqiqatlar göstərib ki, virusların hamısı yetərincə primitivdir və xoşagəlməz mühitə uyğunlaşıb. Virusa yoluxma həqiqətən sianobakteriyaların fotosintez qabiliyyətinə təsir göstərir, bakteriofaqların hücumundan sonra bakterial kulturada karbon qazının fiksajı beş dəfə azalır. Rusiyalı alimlər bildiriblər ki, su ekosistemlərinin üzvi maddə və biogen elementlərdən ibarət yeni qlobal dövriyyə sistemi - virioplankton biogeokimyəvi və ekoloji proseslərin çoxuna, o cümlədən qidalanma tsiklinə, tənəffüsə və ekosistemin müxtəlif hissələrində maddələrin paylanmasına təsir göstərir. Karbon və azotun dövriyyəsini qiymətləndirərkən virusların rolu nəzərə alınmalıdır, çünki onlar qlobal biogeosiklləri tənzimləyən qida şəbəkələrinin mühüm hissəsidir. Belə çıxır ki, Dünya okeanı bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub (AZƏRTAC).

Kökəlməyə qoymayan çaylar

Bəzi insanlar çox yesə də kökəlmir. Buna səbəb isə maddələr mübadiləsinin yaxşı çalışmasıdır. Maddələr mübadiləsinin sürətli fəaliyyətində bəzi qidalar kimi çaylar da böyük rol oynayır. Psixoloq.az həmin çayları təqdim edir: Aparılan bir çox araşdırma nəticəsində məlum olub ki, yaşıl çay metabolizmi sürətləndirməklə yanaşı, piyləri də əridir. Yaşıl çay metabolizmi 4 dəfə sürətləndirir. Ağ çay bahalılığı ilə diqqət çəkən ağ çay vücuda qəbul edilən yağların depolanmasının qarşısını alır. Tərkibində olan"epiogallocateschin -3-gallat" sayəsində qidaların daxilində vücuda daxil olan yağları əridir. Zəncəfil çayı damarlardan qanın daha sürətli axmasını təmin edir və bədənin temperaturunu artırır. Bu durumda metabolizm sürətlənir. Bu çay həm də həzm sisteminin sağlam işləməsinə əngəl olan bakteriyaları öldürür.

Süpürgəçiləri əvəz edən texnika Bakıya gətirilib

Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prosesində onların təhlükəsizliyinin təmin olunması üçün alınması nəzərədə tutulmuş xüsusi texnikanın bir qismi artıq paytaxta gətirilib. Bakı şəhər İcra Hakimiyyətindən oxu.az-a verilən məlumata görə, MAN markalı 10 ədəd texnika artıq təsərrüfat birliklərinə təhvil verilib. Yeni, müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam edir.

Günün ulduz falı: 21 avqust, 2018

Qoç – İşlərin yeni ritmi üçün təkanları təmin edən dəyişikliklərə izafi diqqət gərəkdir. Reaksiyanız iti olmalıdır. Əməkdaşlığı dürüst planlaşdırın, görüləsi işi dəqiq paylaşdırın.İşdə dominant mövqe tutmağa çalışmayın. Təvazökar olun, sadəliyə üstünlük verin.Bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz.Situasiyaya təmir rıçaqlarını zəiflətməyin.Şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə şans spontan da yarana bilər. Buğa – İşlər və münasibətlər ciddi yanaşma tələb edir. İdeyanızı təkmilləşdirərək reallıq ehtimalı yüksək səviyyəyə gətirə bilsəniz, uğur qazanacaqsınız. Təfərrüatlara fikir verin.Günün ikinci yarısında əldə edəcəyiniz məlumat faydalı və məzmunlu olacaq.Görüş və danışıqlar üçün sərfəli gündür. Aydınlaşdırmaq və sonra da unutmaq istədiyiniz problemləri müzakirə edin.Yaxın gələcəklə bağlı planları səbatlı hala salın.Alış-veriş üçün uğurlu vaxtdır.Ev işləri ilə məşğul olun, ailə üzvlərinə qayğı göstərin.Axşam saatlarında evdə istirahət edin. Əkizlər – Cari işlərlə məhdudlaşsanız da, mümkün qədər çox iş görməyə çalışın. Səliqəli çalışın, hər işi sona çatdırın.Hərəkət aktivliyində xeyir var. Amma əlavə işlərin sayını artıraraq özünüzü yormayın.Bəzi məqamlar stressə səbəb olsa belə, səylərinizin nəticəsi pozitiv olacaq. Problemlərlə yanaşı, yeni, maraqlı ideyalar və bu ideyaları gerçəkləşdirmək istəyən insanlar yaşam arealınızda peyda olacaqlar.Boş vaxtınız olarsa, dincəlin.Axşam saatlarında aktiv istirahəti seçin. Xərçəng – Ətalətli və tənbəl olmayın. Böyük işə başlamaq üçün yetərincə enerjiniz var. Qəfil xəbər, ideya, diqqətin yeni detallara yönəlməsi və hətta planlarda dəyişikliklər ola bilər.Yaradıcı insanlar, maraqlı ideyanı reallaşdırmaq istəyən şəxslər üçün yaxşı gündür.Təkrarsız fikir, təbiilik, qərarlardakı spontanlıq təəssüratları artıra bilər.Həmfikirlərinizlə birlikdə bir tədbirə qatıla bilərsiniz.Emosiyaların dalğalanması istisna deyil. Hisslərin izharından yararlanmağa çalışın.Günün ikinci yarısında problemin həllini intuitiv olaraq aşkarlayacaqsınız.Problemli sahəni aşkarlasanız, bu barədə tərəfdaşa da məlumat verin. Şir – Maddi perspektivlər yaxşılaşır, imkanlar artır. Diqqətli, səliqəli və qətiyyətli olun. Bir işi yarımçıq qoyaraq başqasına başlamayın. Prioritetləri müəyyənləşdirin.Ehtiyac yaranarsa, həmkar və ya yaxınlarınızdan birini yardıma çağırın. İşləriniz və problemlərinizin bir hissəsini onlara həvalə edə bilmək üçün diplomatik qabiliyyətlərinizi işə salın.Günün ikinci yarısında ən faydalı məqam işlərdə fəndgir davranmaq, sərfəli məqamlardan istifadə etmək və sırf maddi dəyərləri təhlil etməkdir.Münaqişələrə qatılmayın, ailə üzvləri ilə mübahisə etməyin.Dostlar maraqlı ideyalar səsləndirərək sərfəli məsləhətlər verə bilərlər. Qız – Mühüm olay vəd edən gündür. Dəyişikliklər və ya fəaliyyət obyektinin rekonstruksiyasına başlayın. Münasibətlərdəki yeniliklər perspektivlərinizə də müsbət təsir edəcək.Faydalı əməkdaşlıq, əvvəllər həyata keçirilmiş layihələrdən dividendlərin əldə edilməsi istisna deyil.Günün ikinci yarısında səhvlər aşkarlanacaq və siz dürüst addımların məntiqi ardıcıllığını anlayacaqsınız. Məhsuldar tərəfdaşlıq üçün yeni imkanlar yaranır.Çoxdan başladığınız layihəni və ya indi gördüyünüz işi təkmilləşdirin.Dəyişikliklər perspektivdə yüksək nəticələrə səbəb ola bilər. Tərəzi – Yaşam və fəaliyyətlə bağlı mövqelərinizlə dünyagörüşünüzdə dəyişikliklər etmək zamanıdır. Yeni perspektivlər var, hiss edirsiniz?!Hadisələrin axarı təşəbbüs və istəklərinizdən asılı deyil.Əsas odur ki, seçim zərurəti ilə qarşılaşsanız, təlaşa düşməyin və düşünülmüş addım atın.Gözlənilməz görüş, münasibətlərlə işgüzar əlaqələrin bərpası mümkündür.Kənar şərtlər olayların uğurlu inkişafına təkan verə bilər. Bir şərtlə ki, tələsməyəsiniz, həmsöhbətinizə diqqətlə qulaq asasınız.Əlavə işdən boyun qaçırmayın.Poçtu yoxlayın – uzaqdan xəbərlər gələ bilər.Ev işləri və ailə qarşısındakı öhdəliklərin yerinə yetirilməsində diqqətli olun. Əqrəb – Gün dəyişikliklər vəd edir. Yaşam arealınızın keyfiyyətini artırın. Artıq başladığınız işin rekonstruksiyası ilə məşğul olun.Təşəbbüsünüz bir neçə istiqamətə yönəlməlidir. Eyni vaxtda, fərqli layihələrə qatılmaq olar. Dəstək almaq, yeni tərəfdaş qazanmaq şansları var.İlk baxışdan təsadüf təsiri bağışlayan görüş, məktub və danışıqlara fikir verin.Baş çəkməyi arzuladığınız yer varmı?İnformasiya gələn kanalları açıq saxlayın, sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın.Səhhətinizə fikir verin.Pəhrizə başlamaq olar. Oxatan – Yeni işə başlamaq üçün əlverişli zamandır. Qıcıq, səbəbsiz təşviş, işlərin cari vəziyyəti ilə bağlı narazılıq hissləri yarana bilər.Kiçik və önəmsiz detallara izafi fikir verərək diqqətinizi yayındırmayın. Mövqelərinizi daha səbatlı, daha möhkəm edin.Yaxın gələcəkdə özünüzü daha qətiyyətli hiss etməyiniz üçün usanmadan irəliləyin.Tərəfdaşlardan biri mühüm dəyişikliklərə başlayacaq. Əməkdaşlığın genişləndirilməsi üçün konkret addımlar atmaqda fayda var.Fəaliyyətinizi səhih təşkil edin. Toplantılara qatılın, faydalı əlaqələrin sayını artırın.Səhhətinizi qoruyun. İnfeksiya, zökəm istisna deyil. Oğlaq – Yerinə yetirdiyiniz iş nəzərdə tutduğunuzdan artıq vaxt tələb edə bilər. Fəqət sizi maraqlandıracaq yeni nüanslar aşkarlanır.Əlavə işə başlamaq, unudulmuş planları xatırlamaq olar. İstəklərinizdə və tələblərinizdə intuisiyanıza güvənin. Ünsiyyətə ehtiyac yaranarsa, bələd olduğunuz çevrəni seçin.Günün ikinci yarısında dostlarla görüş uzunmüddətli, perspektiv planlardan birinin əsasını qoya bilər. Dəyişikliklərdən xəbər verən məqamlara diqqət yetirin.Alış-veriş etmək olar.Axşam saatlarını xoş məclisdə keçirin. Dolça – İşdə rəhbəriliklə söhbət və problemlərin müzakirəsi üçün əlverişli vaxtdır. Qarşılıqlı maraqlarınızın olduğu insanlarla təmaslarda səmimi olun, sirləri gizləməyə çalışmayın.Gərginlikdən tam qurtulmaq mümkün deyil. Problemli situasiyanın çözülməsi maraqlarınıza cavab verir.Zərərli və təhlükəli təsirlərə, təzyiqlərə müqavimət göstərin.Emosiyaların qərarlarınıza diqtəsinə imkan verməyin.Uzaqgörən və soyuqqanlı olun.Çətin məsələlərin həllində mütərəqqi metodlardan istifadə edin. Səbr və təmkin bugünkü fəaliyyətinizdə əsas amillər olmalıdır. Balıqlar – Yaşam arealınızın genişləndirilməsinə ehtiyac duyulur. Yaranan imkanlardan faydalanın. Səfər və ya ezamiyyət rutin hisslərdən qurtulmağınıza yardım edə bilər.Mühüm əhəmiyyət daşıyan mövzuları inkişaf etdirin. Uzaqdakı tərəfdaş və ya qohumla söhbət zamanı dilə gətirilən önəmli məqam potensialınızın izharına təkan verəcək.Hansısa önəmli tapşırığın və ya sifarişin öhdəsindən gələ bilmirsinizsə, dayağa və yardıma ehtiyacınız var. Yaxşı bacardığınız işi görün.Yaradıcılıq fəaliyyəti üçün obyekt arayın. Hələlik öhdəsindən gələ bilmədiyiniz işə çox fikir verməyin. Milli.Az

6-cı hissiniz güclüdürmü? - Psixoloji test

İçindən gələn səsin nə dərəcədə doğru olduğunu bilmək istəyirsənsə testi yoxla.1. Həyat yoldaşınız axşam evə həmişəkindən gec gəlir. Niyə gecikdiyini soruşduğunda müammalı cavablar verir. Bu zaman içindən gəl səs nə deyir? A. Sənə yalan söylədiyini  B. Onun yorğun və ac olduğunu deyir C. Əslində dostları ilə görüşmək istədiyini, amma görüşə bilmədiyi üçün sənə bir az əsəbi olduğunu deyir 2. Bir neçə gündür həyat yoldaşın/sevgilin səni sevdiyini həmişəkindən çox deyir. Onu bir az da fikirli görürsən. Tez-tez tərlədiyini və telefonunu əlindən yerə qoymadığını görürsən. Bu zaman içindən gələn səs sənə nə deyir?A. İşdə stressli olduğunu, rahatlıqla evdə və səndə tapırB. Bu kiçik problemlərin sevgi həyatının və bir kişi ilə bir qadın arasında sevgi münasibətlərinin ilk mesajları olduğunu deyirC. Çox diqqətli olmağını deyir3. İşdə iş yoldaşına yeni bir layihə haqqında danışırsan. O isə əllərini sıxır, qaşlarını çatır və qəribə reaksiya verir. Bu haqda içindən gələn səs nə deyir? A. Layihən onu çox həyacanlandırır və maraqlandırır B. Dediklərindən çox əsəbləşir C. Fikrini çox bəyənib və tez bir zamanda həyata keçirtmək istəyir 4. Son vaxtlar işdə hərəkətlərində qəribəlik hiss etdiyin iş yoldaşınla danışırsan. Söhbət gərginləşir və birdən uşaqlıqdakı bir hadisə yadına düşür. Əslində o hadisənin indiki söhbətlə əlaqəsi yoxdu. İçindən gələn səs bu barədə nə deyir? A. Bu xatirəni cəld şəkildə beynindən atmalısan B. Bunun mütləq bir anlamı var C. Həmin işçini işdən çıxartmalısan 5. Cümə axşamı. Bütün həftənin verdiyi yorğunluğu atmaq üçün gözəl bir vanna qəbul edirsən. Növbəti həftə səni stressli günlər gözləyir. Bu axşam xüsusilə nə edərdin? A. Bazar ertəsi təqdim edəcəyin sənədi unutmama çalışarsan B. Stressli həftənin sonunda gözəl istirahət düşünərsən C. Bir müddətlik real dünyadan uzaqlaşarsan, öz dünyana qapanarsan 6. Açıq fikirli, xoş niyyətli biri ilə münasibət qurmaq istıyirsən. Bir gün bu xüsusiyyətlərin olduğu kiçik bir şirkətin sahibi ilə tanış olursan və evində kofe içməyə dəvət edir səni. Bu zaman içindən gələn səs sənə deyir? A. Çox yaxşı biri B. Diqqətli olmalıyam, mənə uyğun biridirmi? C. Qarşısında əlim ayağım dolaşdı, nə olursa olsun 7. İşə yeni bir müdir gəlib. Bütün edəcəyin işləri təqdim etmisən, amma ondan bir cavab gəlmir. İçindən gələn səs nə deyir? A. Yəqin çox işi var, başını ağrıtmayım B. Təqdim etdiklərimi diqqətlə oxuyub və lazım olan tədbirləri aldığı üçün cavab verməyə gərəkli bilmədi C. Bir gündə insna bu qədərmi dəyişər, özümü qorumalıyam bu insandan 8. Bir dostuna bir şey danışırsan amma onun hərəkətlərində, psixologiyasında qəribəlik hiss edirsən. İçindən gələn səs nə deyir? A. Danışdığı şey onu iyrəndirdi B. Danışdığın şey ondan yazığı gəlmə hissi yaratdı C. Danışdığın şey onu üzdü Doğru cavablar:  1. A 2. B 3. C 4. B 5. C 6. B 7. C 8. C Düzgün cavablara əsasən testin nəticəsini hesablayırsan.Doğru cavablar 3-dən azdırsa, öncədən hiss etmən 0-dır Hisslərinə heç güvənmirsən. Hisslərinlə deyil, ağlınla hərəkət etməyə çalışırsan. Kiçik bir neqativ cavab alanda tez bir zamanda fikrini dəyişirsən. Məğlub olma! Bir az zaman, bir az da çalışmaqla hisslərinə güvənməyi öyrənəcəksən.4-6 arası doğru cavalar varsaİçindən gələn səs az da olsa qulaq asırsanBaşqalarının hərəkət və niyyətlərini əvvəlcədən hiss edə bilirsən. İçindən gələn səsə qulaq asırsan amma ərtafında nəsə bir hadisə baş verəndə xətlər qarışır. Bir az diqqətli olsan daha yaxşı nəticə alınar.7-8 arası doğru cavalar olandaİçindən gələn səs sənin ən yaxşı dostundurİçindən gələn səsi çox yaxşı dinləyirsən. O qədər yaxşı dinləyirsən ki, hardasa yaxın dostundur kimi gəlir səs. Onun sayəsində ətrafındakı insanlar haqqında doğru qərarlar alıb və doğru hərəkətlər edirsən.

Dəmir Yolları gücləndirilmiş iş rejimində işləyir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanınpublika.az-a verdiyi məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Qurban bayramına görə bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Nazirlikdən Modern.az-a verilən məlumata görə, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. 21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir. Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.  Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək: Bakı şəhəri üzrə Nərimanov rayonu 1.    Əliyar Əliyev küçəsi, 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)2.    Əlyar Əliyev küçəsi, 36a (“Təbriz” KM, Keşlə bazarı)3.    Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı) Suraxanı rayonu 1.    Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı2.    Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, “V” massivi Binəqədi rayonu 1.    Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)2.    Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (“Dördyol” adlanan yer)3.    Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)4.    Cəfər Xəndan küçəsi, 54, “Oazis”  restoranının  yanı (“Ət pavilyonu” adlanan ərazi) Xətai rayonu 1.     Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında) Yasamal rayonu 1.    Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 72.    Xiyabani küçəsi, 10c3.    Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyəti Nizami raronu 1.    Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi2.    Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi Səbail rayonu 1.    20-ci sahə (Badamdar şosesi)2.    Bayıl bazarı, Gülbala Əliyev küçəsi Xəzər rayonu 1.    Qala-Pirallahı yolu, “Lambir“ müəssisənin arxası Qaradağ rayonu 1. Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi) Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)“Qoç-ət” MMC , Lökbatan qəsəbəsi Sabunçu rayonu 1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, “Arzu” şadlıq sarayının yanı 2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, “Sabunçu” mərasim evinin yanı 3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, “Pətək” marketin yanı 4. Zabrat qəsəbəsi,” Azmeat” MMC 5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi 6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, “Araz” marketin yanı 7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6 8. Maştağa qəsəbəsi “Kanal” marketin yanı 9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi 10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107 11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş “Sərhan” marketin yanı Bölgələr Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı Neftçala rayonu 1.      Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi2.      Xili qəsəbəsi3.      Bankə qəsəbəsi4.      Həsənabad qəsəbəsi 1)  Şamaxı rayonu 1.      Şamaxı şəhər stadionun yanı 2)  Göyçay rayonu Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi) 3)  İsmayıllı rayonu 1.    “Yaşıl market” 4)  Lənkəran şəhəri 1.    Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz. 5)    Ağdaş rayonu 1.    Zeynəddin kəndi, mal bazarı 6)    Quba rayonu 1.    Heydər Əliyev prospekti, “Ət bazarı” deyilən ərazidə 7)    Şirvan rayonu 1.      18 №-li məktəbin həyəti2.      16№-li məktəbin həyəti 10)  Şəki şəhəri Şəki şəhərinin “Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı

Məktəbli dəstlərinin satışı ilə bağlı yenilik

Builki tədris mövsümündə məktəbli formalarının qiymətində artım yoxdur, lakin valideynlərin istək və müraciətləri nəzərə alınaraq bəzi dəyişikliklər edilib. Bu barədə virtualaz.org saytına Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib. Onun sözlərinə görə, indiyədək məktəbli formaları yalnız dəst halında satılırdı, bu isə valideynlərin narazılığına səbəb olurdu. Məsələn, valideyn şalvar, yaxud pencək almaq istəyirdi, amma formanı dəst almağa məcbur idi. Bu ildən isə yalnız ehtiyacı olan geyimi ala biləcəklər. Eyni zamanda, bu ildən ibtidai sinif şagirdlərinə jiletlər satılmayacaq. Yuxarı sinif şagirdləri üçün jilet geymək məcburi deyil. E.Əzimov əlavə edib ki, valideynlərin əlavə pul xərcləməməsi üçün məktəbli formalarının modellərində, dizaynında dəyişiklik edilməyib. Hazırda tikiş evinin 10 satış məntəqəsində 4 model olmaqla ibtidai siniflər üzrə 40 manata, yuxarı siniflər üzrə 46 manata məktəbli dəstləri satışdadır. Həmçinin köynək 8 manata, şalvar 42 ölçüyədək 15 manata, 54 ölçüyə kimi 18 manata, pencək 25 manata, ibtidai sinif şagirdləri üçün yubka 15 manata, böyük siniflər üçün aşırma yubka 18 manata satılır. Etibar Əzimov saxta məktəbli formalarının satılması ilə bağlı problemlə üzləşdiklərini deyərək valideynləri ehtiyatlı olmağa çağırıb: “Bakı Tikiş Evinin həm parça, həm də hazır dəstlərlə bağlı sertifikatı var, geyimlərin təhlükəsizlik və keyfiyyətinə görə cavabdehdir. Bəzi işbazlar isə fabrikin forma və dizaynından istifadə edərək Çindən məktəbli dəstləri sifariş verirlər, üzərinə də fabrikin əmtəə nişanını yapışdırırlar”. Keyfiyyətsiz parçadan hazırlananan saxta məktəbli dəstləri bazarda 32-35 manat arası təklif olunur. E.Əzimov söyləyib ki, fabrikdə 800 qadın çalışır, işbazlar həm də bu qadınların əməyinə, dolanışığına mane olurlar. Valideynlər saxta formaların 5-6 manat ucuz olmasına aldanmasınlar.

Yeni Zellandiyanın qadın naziri doğuşa velosipedlə getdi

Yeni Zellandiyanın qadın naziri Juli Genter doğuş edəcəyi xəstəxanaya velosipedlə gedib. Psixoloq.az xəbər verir ki, “Yaşıl” partiyasının üzvü olan nazir ilk övladını dünyaya gətirmək üçün xəstəxanaya velosipedlə gedib və fotonu İnstaqram səhifəsində paylaşıb. Xanım nazir mesajında yazıb: “Mənə uğur diləyin. Partnyorum və mən avtomobildə yer olmadığı üçün velosipedlə getdik. Amma bu mənə xoş təsir bağışladı”. Elektriklə çalışan velosipedi ilə hərəkət etdiyini bildirən Genter “Doğuşu asanlaşdırmaq üçün son həftələr velosipedə minsəydim, daha yaxşı olardı” yazıb.Genter Yeni Zellandiyanın nəqliyyat naziridir. O, velosipedlə hərəkət etməyi dəstəkləyən nazirlərdəndir.

Azərbaycanda həkimlərin sayı azaldı

Bu il Azərbaycanda həkimlərin ümumi sayı azalıb. Psixoloq.az-ın məlumatına görə, 2018-ci ilin ötən dövründə həkimlərin ümumi sayı 31 min 900 nəfər təşkil edib. Bu rəqəm ötən il üçün 32 min 200 nəfər olub. Bu da 2017-ci illə müqayisədə 300 həkimin azalması deməkdir. Bundan başqa, orta tibb işçilərinin sayında da azalma qeydə alınıb. Belə ki, bu il üçün onların sayı 52 min 800 nəfər (keçən il 54 min 500 nəfər) təşkil edib. Xəstəxana müəssisələrinin sayı isə 3 ədəd azalaraq 566 (keçən il 569) olub. Xəstəxana çarpayılarının sayına gəlincə, onların sayı 44 min 100-ə (keçən il 45 min 300) enib.(unikal.org)

Banklar bayramda da işləyəcəklər

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilmiş avqustun 22-23-də əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Psixoloq.az  Palataya istinadən xəbər verir ki, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək. Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər: Əlaqələndirici şəxs: Azər Quluyev E-mail: [email protected] Tel: (+994) 70 908 62 21 (ölkə.az)

"Bu gündə uşaqları tək qoymayın" - Xeyriyyə tədbiri keçiriləcək

Avqust ayının 21-i saat 16:30 Lido restoranında Qadın və uşaq sığınacağının xeyriyyə tədbiri keçiriləcək. Psixoloq.az xəbər verir ki, bu barədə təşkilatın sədri Mehriban Zeynalova məlumat verib. Zeynalova, vətəndaşlardan uşaqları tək qoymamağı rica edib. Qeyd edək ki, bu tədbir üçün toplanan vəsait sığınacaqda qalan sakinlərin ehtiyyaclarına xərclənəcək.

Tələbələr hansı halda təhsil haqqını ödəməkdən imtina edə bilər? – Nazirlikdən AÇIQLAMA

Hər il ali məktəblərə qəbul prosesi başa çatandan sonra, dərhal tələbə adını qazanmış abituriyentlərin hansı halda təhsil haqqını ödəməkdən imtina edilməsi məsələsi gündəmə gəlir. Bu il də istisna deyil. Xüsusilə, bu il bir çox universitetlərdə ödənişin yüksək olması ümumilikdə cəmiyyətdə çoxsaylı sualların yaranmasına gətirib çıxarıb. Hansı hallarda ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr ödənişdən azad olunur? Psixoloq.az xəbər verir ki, Təhsil Nazirliyi məsələnin aktuallığını və ünvanlanan sualların çoxluğunu nəzərə alaraq münasibət bildirib. Nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan aşağıdakı kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir: - dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələr; - dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya onlara bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və ya II qrup əlil olan) 23 yaşınadək tələbələr; 2014/2015-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali təhsil müəssisələrində təhsil alan övladları.(modern.az)

Tarif Şurasından Aİ 92 markalı benzinin qiyməti ilə bağlı — AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb. Psixoloq.az xəbər verir ki, Tarif Şurası yenicag.az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb.” Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

Bədəndəki xalları götürmək olarmı?

Bəzi insanlarda bədəninin müxtəlif nayihələrindəki, xüsusilə də üzdəki xallara görə komplekslər yaransa da, onları götürməyə risk etmirlər, daha böyük problemlərin yaranacağından ehtiyat edirlər. Psixoloq.az xəbər verir ki, dermatoveneroloq Sevinc Kərimova Trend-ə bildirib ki, istənilən "ət xalı” dediyimiz dəri törəmələri xoş xassələli olsalar da, onlar törəmə sayılır və onkoloji xəstəliklər qrupuna daxil edilirlər. S.Kərimovanın sözlərinə görə, "ət xalları”nın kriodestruksiya üsulu ilə dondurularaq, lazerlə və ya cərrahi yolla götürülməsi mümkündür və heç bir əks göstərişi yoxdur. Həkim hesab edir ki, ümumiyyətlə, dəridə olan hər bir törəmə vaxtında - heç bir problem yaratmadığı zaman götürülməlidir: "Təbii ki, bütün dəri törəmələri bədxassəli deyil. Hemangioma da, papilloma da xoşxassəlidir. Müəyyən hallarda bazaliomaların gələcəkdə xərçəngə çevrilməsi riski varsa, onların da "sakit” vaxtı, heç bir problem yaratmadığı zaman götürülməsi məsləhətdir. Çox zaman xəstəyə "ət xalları”nın kriodestruksiya üsulu ilə götürülməsi təklif edildikdə, o, panikaya düşür, qorxur. Amma əgər bu, törəmədirsə, zaman-zaman mexaniki zədə alırsa, onu mütləq götürmək lazımdır. Çünki o, həmin vaxt bədxassəli olmasa belə, şişdir. Xoş və ya bədxassəli olmasından asılı olmayaraq isə onun vaxtında götürülməsi məsləhətdir”. S.Kərimovanın sözlərinə görə, bəzi hallarda pasiyent müraciət edir ki, xal heç bir zədə almasa və qaşınmasa da, öz-özünə qanayır: "Həmin əlamət artıq xərçəngə keçid üçün siqnaldır. Xal travma alaraq qanaya bilər, amma mexaniki zədə almadan qanayırsa, üstünü yara bağlayırsa, bu, artıq o deməkdir ki, orada aktiv hüceyrələr tapılacaq. 99 faiz halda öz-özünə qanayan xallarda xərçəng hüceyrələri tapılır”. S.Kərimova qeyd edib ki, istənilən "ət xalı” dediyimiz dəri törəmələri onkoloji xəstəliklər qrupuna daxil edildiyinə görə onların üzərində lazer epilyasiyasının aparılması məsləhət görülmür. Çünki lazer şüasının təsirindən belə xalların sayı daha da arta bilər. Bu halda onların bədxassəli şişlərə çevirilməsi riski də yaranır: "Müəyyən xallar var ki, "sakit” olsa da, xərçəng adlandırılmasa da, xərçəngönü sayılır. Yəni gələcəkdə onun xərçəngə çevrilməsi riski var. Ona görə də onların üzərinə şüa vurub bu prosesi daha da sürətləndirmək olmaz. Bu səbəbdən xallar olduqda epilyasiyanın edilməsi qəti qadağandır”. S.Kərimova bildirib ki, qırmızı xallar dərini qidalandıran xırda kapilyarların divarından inkişaf edən törəmə olduğu üçün qırmızı rəngdədir: "Bunlar həm də hemangioma xallardır. Onlara da lazer terapiyası olmaz. Çünki bu prosesin təsirindən damarlar daha da genişlənir və bununla prosesi daha da dərinləşdirmişik oluruq”.

Bu toksin autizmli uşaq doğulmasına səbəb olur

Son illər geniş yayılan Autizm sindromunun yaranma səbəbləri geniş tədqiqatlarla araşdırılır. Milyon qadının məlumatları əsasında aparılan yeni araşdırmada  gələcək ananın orqanizmində olan təhlükəli DDT pestisidinin autizmli uşaq doğulması riskini artırdığı sübut olunub. Təcrübənin nəticələri tibbi elmi jurnalda dərc olunub."Bizim elmi iş göstərdi ki, DDT təəssüf ki, keçmiş əsrlərdə qalıb, daşa dönmüş maddə deyil. Onun molekulları hələ də təbiətdə və bədənimizdədir. Hamilə qadının orqanizmində bu pestisidid çoxdursa, dölə keçir və çox zaman autizmə səbəb olur. Dixlordifeniltrixloretan, qısacası DDT yer üzündə insanın ilk tətbiq etdiyi və yaydığı pestisidlərdən biridir. O, Bayer farmakoloji şirkətinin rəhbəri tərəfindən hələ XIX əsrin sonlarında icad olunub və İkinci Dünya müharibəsindən sonra tətbiq olunmağa başlayıb. 1960-cı ildə məlum oldu ki, DDT insan orqanizmində toplanır, xaric olmur, ona görə çox qabaqcıl ölkələrdə qadağan olundu. Tibbi araşdırmalar göstərdi ki, bu pestisid düşük, xərçəng, xroniki xəstəliklər, piylənmə yaradır". Braun və onun kolleqaları təcrübədə 1986-2005-ci illərdə Finlandiya sosial və tibbi xidmətlərin gənc analardan topladığı məlumatları analiz ediblər. Bu müddət ərzində milyondan çox qadın hamilə olmağı planlayıb və onların hamiləlik gedişatı izlənilib. Onlardan mütəmadi qan analizləri götürülüb, dölə təsir edəcək toksinlərin sayı təyin olunub. Sonda məlum olub ki, orqanizmində DDT çox olan qadınların autizmli uşaq dünyaya gətirmək riski 33%-dir.  Xüsusilə Finlandiyanın əqli-zehni geriliyi olan sakinlərində bu risk daha çox idi. Onlardan autist uşaq daha çox doğulmuşdu. Braun hesab edir ki, DDT unikal obrazla dölün beyninə təsir edir, onun ana bətnindən daha tez çıxmasına səbəb olur, uşaqlarda əqli, zehni inkişafa mane olur. Ona görə DDT pestisidinin hələ də insanlıq üçün ciddi təhlükə olaraq qaldığını demək olar. Bu pestisidin planetdə yayılmasının qarşısı alınmasa, getdikcə daha çox autist uşaq doğulacaq. Xatırladaq ki, bu pestisid bitkiçilik və heyvandarlıqda müxtəlif gəmiricilər, gənələr və infeksiyalarla mübarizə üçün istifadə olunur. Ona görə kənd təsərrüfatı məhsullarında, balıq məhsullarında, torpaqda və su hövzələrində yığılır. İnsan orqanizminə də qida, su və hava ilə keçir.(saglamolun.az)

Pozitiv psixoterapiya nədir?

Pozitiv psixoterapiya qısa müddətə hesablanmış psixoterapiya metodu olmaqla Nüsrət Pezeşkian tərəfindən 1968-ci ildə yaradılmışdır. Bu metod istənilən, hətta ən mürəkkəb vəziyyətlərdə pozitiv qərarların qəbul edilməsi üçün insanın daxili resurslarının səfərbər edilməsinə yönəlmişdir. ​Bu metod humanistik, psixodinamik və inteqrativ bir metod olmaqla effektivliyi Almaniyada klinik tədqiqatlarla sübut edilmiş və Almaniyanın ən yüksək Richard-Merten elm mükafatına layiq görülmüşdür. Metodun psixosomatika sahəsində tətbiqi ilə bağlı geniş tədqiqatlar aparılmış və onların nəticələri "Pozitiv psixoterapiya psixosomatikada" adlı kitabda toplanmışdır. ​ Nə üçün məhz pozitiv psixoterapiya?  Metodun adı latınca “positum” (gerçəkdə olan, real, mövcud) sözündən götürülmüşdür. Burada əsas ideya insanın xəstəliyi, simptomlar və ya problemlə deyil, onun aktual qabiliyyətləri ilə işdir. Aktual qabiliyyətlər şəxsiyyətin o cəhətləridir ki, insanın gündəlik həyatında müxtəlif vəziyyətlərdə həmişə özünü göstərir. Pozitiv psixoterapiyanın əsas ideyasından çıxış edərək, demək olar: sağlam o insan deyil ki, problemi yoxdur, o insandır ki, meydana çıxan çətinliklərin öhdəsindən necə gəlməyi bilir, problemli vəziyyətlərin həllində mümkün ən yaxşı həll yolunu tapmağı bacarır.  ​Pozitiv psixoterapiya bir metoddur ki, insanın özü haqqında bilik verir, ona ətraf dünya ilə konfliktə girməyi deyil, gerçəkliyi bütün tərəfləri və rənglər qamması ilə qəbul etməyi öyrədir. Pozitiv psixoterapiyanın əsas müddəaları ​ 1. Metodun ideyasına görə, insan haqqında pozitiv təsəvvür bu fikirdən qaynaqlanır ki, hər bir insan doğuşdan iki əsas (baza) qabiliyyətə malikdir: dərk etmək və sevmək. Anadangəlmə fiziki xüsusiyyətlərdən, ətraf mühitdən (ailə və mədəni mühit), o insanın yaşadığı dövrün spesifik cəhətlərindən asılı olaraq bu iki qabiliyyət – “bilmək” və “sevmək” bir-birindən ayrılır (differensasiya olunur) və formalaşır. Bununla da şəxsiyyətin əsas xasiyyətlərinin təkrarolunmaz kombinasiyası yaranır. Hər iki baza qabiliyyət bir-birilə sıx şəkildə əlaqədardır:bunlardan birinin inkişaf səviyyəsi digərinin inkişafını asanlaşdırır və dəstəkləyir. Pozitiv psixoterapiyada insan haqqında təsəvvür bu postulat üzərində qurulur: insan təbiəti, mahiyyəti etibarilə xeyirdir (pozitivdir) və fitrətən xeyirə can atmağa meyillidir. ​ 2. Pozitiv psixoterapiya metodu belə bir dərin inama əsaslanır ki, hər kəsə xoşbəxt yaşamaq üçün bütün zəruri fərdi qabiliyyətlər verilmişdir. Hər bir insanın öz şəxsi inkişafı, potensialının açılması və fərdi özünüdərki üçün həyatın sonsuz imkanlarına əli çatır. İnsan belə yaradılmışdır ki, insanın ən qiymətli şeyləri onun içində gizlənmişdir və yaxud bu şeylər kiçik toxumlar şəklindədir ki, bütün həyatımız boyu inkişaf edir. İnsan qiymətli cəvahirlə dolu bir mədəndir. Əsas məsələ bu qiymətli xəzinəni tapmaq, onu insanın qəlbinin dərinliyindən çıxarmaq və qabiliyyət və istedad şəklində göstərməkdir ki, bu da son nəticədə insanın missiyasının gerçəkləşməsinə gətirib çıxarır. Şəxsi həyati missiyanın həyata keçməsi məmnuniyyət və xoşbəxtliyin əsasıdır. 3. Bu metodun mübahisəsiz üstünlüyü onun fundamentallığı, universallığı, bunlarla yanaşı, bütün sosial və yaş kateqoriyalarından olan insanların əlinin ona yetməsinin asan olmasıdır. Dilin sadəliyi, sistemli yanaşma, özünə kömək etməyin öyrədilməsi, müxtəlif peşəkar qruplardan olan getdikcə daha çox insanları cəlb edir. Sadəlik və universallıq prinsipi hər kəsə imkan verir ki, Pezeşkianın ideyalarını öz həyatında hətta elementar psixoloji təhsil olmadan belə, gündəlik həyatında tətbiq edə bilsin. 4. Bu psixoterapiya metodunun dəyəri ondadır ki, burada problemə transkultural yanaşma bucağından baxılır. Bu metod üzrə mütəxəssis dünya xalqlarının çox müxtəlif mənəvi və mədəni xüsusiyyətləri barədə xüsusi həssaslığa və qiymətli biliklərə malikdir. İnsanın doğulduğu mühitin spesifikası, mənəvi ortama önyarğı ilə baxılmır, əksinə, hörmətlə yanaşılır. Metodun transkultural yanaşması fikri, insanlığın fərqlərində deyil, oxşarlıqlarında toplamağı təklif edir. Metodun diqqət mərkəzində iki məsələ araşdırılır: • İnsanlarda ümumi olan nədir? • İnsanlar nə ilə fərqlənirlər? 5. Pozitiv psixoterapiyanın fəlsəfəsi insana onun dəyişmə (inkişaf və transformasiya) prosesində kompleks halda baxır: həm bədənin, həm də ruhun inkişafı qəbul edilir, onlar arasındakı sıx əlaqə və qarşılıqlı təsir təhlil edilir. Psixoterapiya zamanı mütəxəssisin diqqət mərkəzində şəxsiyyətin fərdi-bioloji, psixososial və mənəvi cəhətləri dayanır. Bu cür yanaşma daxili bütövlük əldə etməyə kömək edir, insan varlığının bütün cəhətləri nəzərə alınır. 6. Bu metodun prinsiplərinin tətbiqi yalnız psixoterapiya və konsultasiya ilə məhdudlaşmır, o digər tətbiqi sahələrdə də işlədilir. Metodun ideyaları təhsildə, təlimlər aparılmasında, səhiyyə profilaktikasında və biznesin idarə olunmasında səmərəli istifadə edilir. Metod, həmçinin, müasir bazarda kouçinq xidmətləri sferasında da özünü doğrultmuşdur. 7. Çoxlu psixoterapevtik məktəblər diqqəti şəxsiyyətin patoloji pozğunluqlarına, xəstəliklərə çəkirlər. Pozitiv psixoterapiyada isə psixoterapevtlə klientin qarşılıqlı əlaqəsində əsas vurğu insanın daxili imkanlarına vurulur – bu prosesdə daxili resurslar əsas və birinci dərəcəli yaxşılaşma – müalicə amilləridir. Metod şəxsiyyətin problemlərinin səbəbini insanları arasındakı ünsiyyətdə boğulmuş və inkişaf etməmiş aktual qabiliyyətlər sferalarında axtarır. Bu, konfliktlərin, həyatdakı problemlərin mənbəyinə gətirib çıxarır. 8. Metodun əsasında üç mühüm prinsip dayanır: Ümid prinsipi - bu insanın resursları üzərində fokuslanır. O, qabiliyyətləri hiss etməyə, şəxsi həyatda baş verən hər şey üçün məsuliyyəti qəbul etməyə kömək edir.  Balans prinsipi – insanın həyatını və onun inkişafını dörd geniş və mühüm sfera çərçivəsində görür: - Bədən;(fiziki, bioloji funksiya, duyğular) - Nailiyyətlər (rasional) - Kontaktlar(münasibətlər) - Gələcək (fantaziya, məna, ideal) Bu prinsipin mahiyyəti - onlar arasında təbii harmoniyanın, ahəngin bərpa edilməsinə çalışmaqdır. İnsan həyatının bu dörd sferasından birində diqqət və ya inkişaf çatışmazlığı ahəngi, harmoniyanı pozur, müəyyən bir çatışmazlıq yaradır ki, bu da həyatda narazılıq, ümidsizlik, məyusluq və ya xəstəlik kimi üzə çıxır.  Özünə kömək prinsipi - bu prinsip pozitiv psixoterapiya metodu daxilində 5 mərhələli metamodel şəklində təqdim edilir. O, şəxsiyyətin ətraf mühit və daxili dünyası ilə bir ahəngə düşməsi, adaptasiyası və inkişafı məqsədilə bir strategiya kimi istifadə edilir. Bu strategiyanı əvvəlcə psixoterapevt, sonra isə özünə kömək prosesində insanın özü onu tətbiq edir və ətrafındakı insanlara: ailə üzvlərinə, iş yoldaşlarına və dostlarına kömək edir. 9. Metodun mübahisəsiz üstünlüyü onun inkişafa və gələcəyə yönəlik olmasıdır. Bu metod indiki zamanın vəziyyətini qəbul edib gələcəyi formalaşdırmağı öyrədir. Həyatı üçün tam məsuliyyətin dərk və qəbul edilməsi hər kəsə kömək edir ki, öz gerçək vəziyyətini dəyişmək üçün konket addımlar atsın. Bu prinsipin mahiyyətini belə bir müdrik kəlamla ifadə etmək olar: “Əgər sən sabah heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, onda bu gün qərar qəbul edib heç vaxt etmədiyin şeyi etməlisən.” ​ 10. Çox mühüm prinsip şəxsiyyətin unikallığıdır(bənzərsizliyidir). Həyatda standartlar yoxdur. İnsanın xoşbəxtliyinin mənbələrinin müxtəlifliyi və çoxcəhətliliyi məhz bundadır ki, “ola biləcək və ya kaş ki” olanlardan deyil, hal-hazırda “əlində olanı” istifadə etsin və məmnuniyyət hiss etsin. Bu günkü reallıqda insanı xoşbəxt edə biləcək, öz məqsədlərinə doğru irəli konkret atmaqda ona güc verəcək və ondan sevinc duyacaq şeyləri görə bilmək qabiliyyəti hər kəsi özünün “Mən”inin yaradıcısına çevirir və ona həyat müdrikliyi verir. ​ Pozitiv psixoterapiya insanın öz həyatının balanslaşdırılması yollarından biridir, o, insana necə öz həyatının Müəllifi olmağı öyrədir. Pozitiv yanaşma dünyanı və ətraf aləmi insana tam “çəhrayı gözlüklərdən” göstərmir. Pozitiv yanaşma – hazırkı zaman anında əldə olan mövqedir, reallıq və imkandır. Pozitiv, gerçəkçi və konstruktiv olmaqdır, sadəlövh nikbinlik deyil. ​ Pozitiv psixoterapiya bir metod kimi epoxanın gur hadisələr axınında itməmək, özünü tapmaq və belə bir fikrə inanmaqda insana kömək etmək məqsədi daşıyır ki, quş uçmaq üçün yaradıldığı kimi, insan da xoşbəxt olmaq üçün yaradılmışdır. ​