Həftənin ilk iş gününə olan HAVA PROQNOZU

Azərbaycanda avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 28-33° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 32-37° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 11-16°, gündüz 21-26° isti olacağı proqnozlaşdırılır. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 29-34° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimalı var. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 20-22°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti təşkil edəcək.

Ayaq qoxusunun qarşısını belə alın - Üsullar

Bir çox insan ayaqlarından gələn pis iyə görə narahat olur. Xüsusən də yay aylarında ayağın tərləməsi, keyfiyyətsiz ayaqqabı və corablar səbəbindən ayaqdan gələn pis qoxu daha da artır. Psixoloq.az Ölkə.Az-a istinadən bu problemin həlli yollarını oxucuları ilə bölüşür. Soda Ən yaxşı üsullardan biridir. Bir vanna ilıq suya 2 çay qaşığı soda əlavə edin. Ayaqlarınızı 20 dəqiqə bu suda saxlayın. Bir həftə davam edin. Qoxu azalacaq və zamanla yoxa çıxacaq. Lavanda yağı Gözəl iyi olan bu yağdan 1 xörək qaşığı 1 litr suya əlavə edin. Bir həftə ərzində hər gün ayağınızı bu suya qoyub gözləyin. Gündə iki dəfə etsəniz, daha effektiv nəticə əldə edə bilərsiniz. Qara çay Qara çay ayaq tərləməsinin qarşısını alır, qoxunu azaldır. Qara çayı dəmlədikdən sonra su ilə dolu vannaya boşaldın. 20 dəqiqə ayaqlarınızı bu suda saxlayın. 10 gün təkrarlayın. Sirkə Sirkə ayaqdakı tər hüceyrələrinin işini yavaşladır və qoxunun qarşısını alır. 2 stəkan sirkəni bir litr suya əlavə edin. Ayaqlarınızı 10-15 dəqiqə bu suda saxlayın. Sonra isə ayaqlarını sabunla yuyun. Şalfey Hər dərdin dərmanıdır və ayaq qoxusunun da qarşısını alır. Vannadakı suya bir neçə yarpağını əlavə edin. 10 gün təkrarlayın. Bu üsullardan əlavə müxtəlif üsullardan da istifadə edin. Məsələn, hər gün eyni ayaqqabınıgeyinməyin. Ayaqqabı havalanmalıdır və hər gün eyni ayaqqabı geyinmək qoxunu qaçınılmaz edir. Corabınızın içinə bir az pudra tökün və ayaqlarınızın çox tərləməsinin qarşısını alın. İki gün eyni corabı geyinməyin. Hər gün dəyişdirin. Pambıq corablara üstünlük verin. Ayaqqabını geyinməyəndə içinə bir neçə ədəd mixək atın.(ölkə.az)

Gəzintiyə çıxmaq istəyənlərin nəzərinə - Bu gün 33 dərəcə isti olacaq

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 25-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında avqustun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, avqustun 25-26-da Abşeron yarımadasında iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Günün ulduz falı: 25 avqust, 2018

Qoç – cari işlərdə müsbət irəliləyişlər baş verə bilər. Qəfil və orijinal həllər istisna deyil. Yaşamın vadar etdiyi işlərlə məşğul olun. Kənar siqnallar, təkliflər, xəbərlərə tez reaksiya verin. Problemlər yaranarsa, diqqət və qüvvələrin səfərbər olunması üçün əlverişli zamandır. Günün ikinci yarısında mühüm görüş olacaq. Bununla belə, rutin təmaslarda da yeniliklər, yeni məqsədlərə yönlənmə istisna deyil. Qarşılıqlı münasibətlərə yeni stimullar və ideyalar gətirə biləcək insanları axşam saatlarında evə qonaq dəvət edə bilərsiniz. Buğa – ünsiyyətdən həzz alın, imici dəyişin. Praktiki işlərlə tapşırıqlar və romantik təmayüllər yaşamınıza rəng qatır. Alış-verişdə hədsiz simiclik etməyin. Fəaliyyət sahəniz üçün gərəkli avadanlıq alın. Məlumat axtarışı və təhlili, işə gərəkli materiallar və avadanlıqlar almaq üçün münasib gündür. Deyilənlərə diqqətlə qulaq asın, həmsöhbətinizin davranışını və emosiyalarını müşahidə edin. İşlərin öhdəsindən gəlin, səylə çalışın. Görüşün, bədxahların məkrli niyyətlərinin qarşısını alın. Axşam saatları aktiv istirahəti seçin. Əkizlər – aktiv mövqe tutmağınız gərəkdir. Yeni ideyalara diqqətlə yanaşın. Hadisələrin qəfil istiqamət dönüşü istisna deyil. Sizdən heç nə asılı olmasa da, əlverişli situasiyadan dərhal yararlanın. Bununla belə, ehtiyatlı olun. Şübhə etdiyiniz, amma mühüm məsələnin və ya işin reallaşdırılmasında tələsməyin. İndi başqalarının hiss və emosiyalarına daha çox diqqət yetirməli olacaqsınız. Belə davranış şəxsi planlarınız və niyyətinizə zidd olsa da, məqsədə dərhal çatmağa can atmayın. Səhhətinizə fikir verin. Fiziki işdə xeyir var. Xərçəng – görülən işlərin nəticələrini təhlil etmək və konkret sonuclara nail olmaq zamanıdır. Bir işdə müəyyənlik əldə etməyə çalışın. Eyni zamanda gələcək işlərin əsasını qoyun. Hər şey şəxsi təşəbbüsdən asılı deyil. Əsas məsələ odur ki, seçim vəziyyətinə düşəndə çaş-baş qalmayın və qətiyyətli, fəndgir davranın. Qəfil görüş, münasibətlərin və işgüzar əlaqələrin bərpası mümkündür. Zahiri şərtlər hadisələrin uğurlu inkişafına rəvac verir. Tələsməyin, həmsöhbətinizi diqqətlə dinləyin. Əlavə tapşırıq və ya işdən qaçmayın. Ev və ailə ilə bağlı qayğıların, problemlərin həllində unutqan olmayın. Vədlərinizə əməl edin. Şir – problemlər və qayğıları keçmişdə qoymağa çalışın. Yeni formada düşünün, tamamilə yenidən başlamaq istədiyiniz işləri planlaşdırın. Yazışmalarda aktiv olun, borcları qaytarın. Günün ortalarına yaxın alacağınız yeni məlumat yaşananlara fərqli prizmadan baxmağa vadar edə bilər. Sonuclar yeni planların düzəninə təsir edəcək. Məsləhətlər və məşvərətlərdən uzaq durmayın.Plan və maraqlarınızın uyğun olduğu insanlarla görüşün. Axşam saatlarında ifrat dərəcədə işlərlə məşğul olmayın. Sevdiyiniz, sizə maraqlı gələn işlərlə məşğul olun. Qız – bütün diqqətinizi yarımçıq qalmış işlərin başa çatdırılmasına yönəldin. Tələsməyin, hövsələsizlik etməyin. Cari işləri ən yaxşı halda bitirib effektiv və konkret nəticə almağa çalışın. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın. Perspektivləriniz üçün önəmli sayıla biləcək məlumat alacaqsınız. Dostlar və maraqları bölüşdürdüyünüz tərəfdaşlarla görüşləri planlaşdırmaq olar. Niyyətinizi aktiv şəkildə həyata keçirməzdən əvvəl yekun danışıqlar aparın. Günün ikinci yarısında imici təzələyin. Geyim, ayaqqabı, aksessuar almaq olar. Səhhətiniz üçün faydalı əməllərdən birini edin. Tərəzi – fəal olun, praktik işlərə üstünlük verin. Yaşam arealınızı qaydaya salaraq yaxın gələcəkdəki işlərin təməlini qoyun. Uğurulu alış-veriş etmək olar. Yaşamınızda hansı yeni mövzuların yarandığını araşdırın. Əvvəllər hazır olmadığınız işi sizə yenidən təklif edə bilərlər. Günün ikinci yarısında təşəbbüs qıtlığı olmayacaq. Lakin real uğurlar əldə etmək üçün yetərincə səbrə malik olan insanın yardımına ehtiyacınız var. Təşəbbüs sizdədir, amma dəstək və kömək olmadan yeni işə başlamaq mümkün deyil. Axşam saatları xoş ünsiyyətli məclisdə istirahət etməyə çalışın. Əqrəb – uzaqdan gələcək xəbərlər güclü emosional əks-səda yaradacaq, münasibətlərdəki, xüsusilə də uzunmüddətli əlaqələrdəki rolunuzu bir daha dəyərləndirməyə vadar edəcək. Aktiv olun, hisslərinizi ayırd edin. Bir çox məqamlar və nüanslar aşkarlanır. Uzun müddətdən bəri göz yumduğunuz həqiqəti etiraf etməli, yeni təcrübə qazanmalısınız. Təmaslarla əlaqələrin köhnə formalarından imtina edərək yenilər, daha faydalıları seçin. Nə isə dəyişməlidir. Sizi təmin edən nəsnəni arayın. Gələcəyə ümidlərinizlə bağlı arealda qayda yaradın, gərəkli məlumatı əldə etməyə çalışın. Oxatan – sizi çoxdan bəri narahat edən məsələyə aydınlıq gətirmək və ya hadisələrin bundan sonra da gərəkli istiqamətdə inkişafını təmin etmək üçün əlverişli gündür. Borcları qaytarın. Tərəfdaşlarınızla qarşılıqlı maraqlarınızın olduğu işləri müzakirə edin. Günün ikinci yarısında işlər çoxdur. Planlaşdırılmış işlərin bəzilərini mütləq bitirmək və yaxın ətrafınızdakı insanlara verilmiş vədləri yerinə yetirmək gərəkdir. Aktivliyinizi qarşılıqlı fəaliyyəti nəzərə alaraq tənzimləyin. Tənhalığa can atmayın, görüş və dəvətlərdən boyun qaçırmayın. Romantik görüşlər əhvalınızı yaxşılaşdıracaq. Oğlaq – işləri qaydaya salın, konkret nəticəyə nail olun. Bitirilməsi mümkün işi başa vurun. Əhvalınız rəvan və işgüzardır. Bütün fikri işə yönəldin, çünki fəaliyyətinizdə diqqət və konsentrasiya tələb olunur. Mühüm suallara cavab tapmaq imkanını itirməyin. Son vaxtlar oynamalı olduğunuz rolu və ən başlıcası, bu rolun nəyə gərəkdiyini, səbəbini anlamağa çalışın. Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirin. Ailə üzvlərinə diqqət ayırın. Onların özlərini əmin hiss etmədikləri, dəstək aradıqları məqamda yardıma tələsin. Dolça – gün yeniliklər və dəyişikliklər vəd edir. Yaşam arealının keyfiyyətinin yüksəldilməsi, başladığınız işin intensivləşdirilməsi ilə məşğul olun. Eyni zamanda bir neçə layihə ilə məşğul ola bilərsiniz. Dəstək və yeni tərəfdaşlıq istisna deyil. Görüş, məktub və danışıqlara önəm verin. Baş çəkmək istədiyiniz yerləri təhlil edin. İnformasiya axını kanallarını qapatmayın. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın. Səhhətinizə fikir verin. Pəhrizə və ya trenajor zalında məşqlərə başlamaq olar. Axşam saatlarında normal istirahət edin. Balıqlar – istirahət, sadə və xoşagələn işlər, qonaq qəbulu üçün əlverişli gündür. Zərurət yaranarsa, işgüzar məsələləri də həll etmək olar. Bir çox məsələləri qeyri-formal şəraitdə çözün. İstənilən halda həmsöhbətin əhvalına diqqət yetirin. Görüş və müzakirələrdə təmkinli olun. Pozitiv davranış, məntiqli açıqlamalar söhbəti gərəkli istiqamətə yönəldə bilər. Günün ikinci yarısında zahiri görüntülərin xüsusi əhəmiyyəti var. Çoxdan gözlədiyiniz təəssüratlara axşam saatlarında evdə nail ola bilərsiniz. Yaşamınıza yeni stimullar daxil olur, hansısa mühüm mövzu inkişaf edir. Milli.Az

Daim "Xəstəyəm" düşüncəsi - İpoxondriya xəstəliyi nədir?

Cəmiyyətimizdə bəzi insanlar vücudlarında olan ani dəyişiklikləri xəstəlik olaraq adlandırır və həkimə müraciət edirlər. “Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir.  Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir. Belə ki, bundan əziyyət çəkən insanlar tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər. İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər. Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir.

Uşaqlar nə üçün yalan danışır?

Valideyin və müəllimləri yalandan başqa heçnə çox əsəbləşdirmir. Böyüklər ehtiyyat edirlərki kiçik yaşından yalan danışmağa başlayan uşaqda bu xarakterə çevriləcək və onlar ömür boyu bundan əziyyət çəkəcəklər. Bəs uşaqlar nə üçün yalan danışır? 3-7yaşlı uşaqlar xəyalla gerçəyi bir-birindən ayırmağda çətinlik çəkirlər. Buna görədə öz xəyallarının məhsulunu real kimi göstərə bilərlər.Məsələm: “Mənim böyük filim var.”, “Atam mənim üçün təyyarə alıb” və s. 7yaşdan sonra,  xüsusilə 11 yaşdan sonra uşaqların hansı mövzularda yalan danışdığına fikir vermək lazlmdır. Yalan - bəzən müdafiədir.Yaşı nisbətən böyük olan uşaqlar valideyinlərin qəzəb və aqressiyasından xilas olmaq üçün yalana əl atır.Yalanla müdafiə olunmaq təkcə ailədə deyil,eləcədə ondan kənardada özünü göstərir.Uşaq bilir ki,pis davranışına görə ona cəza verəcəklər.Bəs əgər yalan desə necə? Bəlkə o zaman cəzadan qaça bilər.Məktəbəqədər mərhələdə yalan danışmaq azalmalıdır.Yox əgər bu davam edirsə artlq davranış pozuntusudur. Bura alt islatma,dırnaq yemə,özünə qapanma,aqressiyada əlavə olunubsa vəziyyət çox ciddidir deməkki. Zəkası aşağı olan uşaqlar reallıqdan çox-çox fərqlənən yalanlar danışarlar,patalojı yalan danışan uşağın heç bir məqsədi yoxdur,olmayan şeylər haqqında danışıb çevrəni təəccübləndirmək onların çox xoşuna gəlir. Hələki uşaqlar balacadı doyunca yalan danışa bilərikmi onların yanında? Unutmayaq uşaqlar hər şeyi özlərinə çəkir.Əksər uşaqlar oyuncaqlarla deyil böyüklərin əşyaları ilə oynamağa üstünlük verirlər.Məsələn saatımızla oynamaq istəyən uşağın qoluna piramidanın halqasını keçirdib-Bax bu sənin saatındlr-deyirik. Yaxud” gəl yeməyini ye səni parka aparacam” halbuki bunu etmirik.Məgər yalanın təməlini özümüz qoymadıqmı? Ana və atasının yalan danışdığını görən uşaq zamanla bunun normal və qəbul edilən bir hal olduğunu düşünəcək. Belə bir eksperiment aparılmışdır:3yaşlı uşaqlara arxalarında maraqlı bir əşyanın olduğunu ancaq ona baxmamaq tapşırılmışdır.Eksperimentator otaqdan çıxan kimi bütün uşaqlar arxaya çevrilmişdir.Arxaya baxdınmı sualına hamısı -yox-cavabını veriblər.Bu eksperimentdə uşaqlar bizə göstərirlər ki,belə davranış bütün uşaqlar üçün normaldı.Axı onlara maraqlı idi. Bəs uşaqlar nə üçün yalan danışır? -Müəyyən yaşlarda yalan və gerçəyi ayıra bilmədikləri üçün -Diqqət çəkmək üçün -Uğursuzluqlarını gizlətmək üçün -Ətrafdakıların güvənini qazanmaq üçün -Valideyinlərindən,yaxud ətrafda kimdənsə nümunə götürdükləri üçün -Cəzadan xilas olmaq üçün -İntiqam almaq üçün -Kiçik problemlərindən xilas olmaq üçün -Heç kimdən asılı olmadıqlarını göstərmək üçün -Ətrafdakıların diqqətini öz üzərinə çəkmək üçün Gəlin öz uşaqlığımızı xatırlayaq. Axı bizdə yalanlar danışmışıq. Biz güclü, uşaq isə zəifdir,biz bir şeyi istədiyimiz halda uşaq başqasını istəyirsə yalan danışmaqdan başqa yol saxlamırıq onun üçün.Əksər vaxt çox valideyinlər belə düşünür ki,onlar hər şeyi bilir və her şeyin ən yaxşısını seçirlər.Bu an kiçik və olduqca vacib nüansı qaçırdırıq yerinə qərar verdiyimiz bizim uşağımız olsada, o da bir şəxsiyyətdir öz fikirləri və planları ola bilər.Artıq övladınız sərbəst qərar verməyə çalışırsa ona mane olmayın”sən hələ balacasan,sən nə bilirsən ki, mənə yolda göstərirsən” deyib onu alçaltmayın,özgüvənini qırmayınki sonradan harda səhf etdim ki,uşağım mənə yalan danışır deməyəsiniz. Əgər uşagın 7yaşı olmayıbsa o realda olanlarla xəyallarını qarışdıra bilər.Məsələn: uşaq böyük həvəslə uçan fil gördüyünü danışır.Belə fantaziyalarda pis heçnə yoxdur.Fantaziya yalandan onunla fərqlənir ki,uşaq bununla heç nə əldə etmək və sizi qıcıqlandırmaq istəmir.Əgər o fantaziyalarını real baş vermiş hadisəyə bağlayırsa,bizim buna uyğun cavabımız olmalıdır. Məs:Suyu filin dağıtdığını deyirsə-“Mənə elə gəlirki sən suyu dağıtdığın üçün təəssüflənirsən və bunu filin etməsini istərdin.-deyə cavab veririk. Yəni bunu filin əvəzinə səndə edmiş olsaydın biz onsuzda bərabər yığışdıracaqdıq.Belə hallarda qətiyyən uşağa əsəbləşməyin,tərs-tərs baxmayın ən əsası cəza verməyin.O bunu bilərəkdən etməyib,necəki bizdə tez-tez hətta ən vacib görüşlərimizdə belə təsadüfən stəkana toxuna, onu yerə sala və sındıra bilirik. Yalan mövzusunda bir çox psixoloqların araşdırmaları olsada Kaliforniya universitetinin professoru Pol Ekman bu istiqamətdə daha çox öyrənmiş və kitabıda nəşr olunmuşdur.O belə hesab edir ki,yalan-valideyinlərlə uşağın arasında inamsızlığın ilk göstəricisidir.Bu özünün gücünə və bacarığına inamsızlıqdır.Yalan onu deyir ki,ana və ata mənə lazım olan çətin anımda yanımda olmayacaqlar. Uşaqlar heç vaxd boşuna yalan danışmır.İstənilən yalanın səbəbi vardır.Uşaq üçün bu öz həyatında nəyisə dəyişmək vasitəsidir.Ona cəza vermək,qadağalar qoymaq yalanı azaltmayacaq,sadəcə övladınızın yanında olun,onu müşahidə edin və onu öyrənin. Kiçik məktəb yaşı dövründə isə uşaqlar şüurlu şəkildə yalan danışırlar.Pol Ekman bunun səbəblərini belə göstərir: -böyüklərin yanında özünü təsdiq etmək -onların təriflərini eşitmək -etdikləri səhfləri gizlətmək üçün İkinci bəndə xüsusilə diqqət etməliyik.Çox vaxt başımız işə o qədər qarışır ki ,ana yaxud ata olduğumuzu unuduruq.”sabahın xeyir”, “dərslərin necədi”,”səni çox istəyirəm”,”səninlə fəxr edirəm”,”unutma mənə hər şeyi, hə düz eşitdin hər şeyi danışa bilərsən”,”gecən xeyrə” kimi bizim üçün sadə onlar üçün sehrli olan birləşmələri deməyi belə unuduruq. Nisbətən böyük uşaqların yalan danışma səbəbləri bunlardı: -Diqqət cəlb etmək -Dostların əhatəsində müdafiə -Öz sirrini qorumaq -Pis vəziyyətlərdən qaçmaq -Özünütəsdiqetmək -Alçalmaq yaxud utanmaq hissindən azad olmaq -Öz gücünü yoxlamaq -Kollektivdəki problemlər -Valideyinlərlə sərhədlər qoymaq üçün Doqquz yaş və daha böyük uşaqların yalan danışmasını normal qəbul etməməliyik və bunun səbəbləri mütləq araşdırılmalıdır.Yeniyetmələrdə yalanın əsas səbəbi qısqanclıq,rəqabət hissi,geri çevrilmə qorxusu,qəbul edilməmə,daha çox diqqətə ehtiyac hissindən ola bilər. Əgər uşaq yalnız ana və ataya yalan danışırsa bunun səbəbi nə ola bilər? Ana və atanın reaksiyasından qorxa bilər.Bu vəziyyət mütləq ailədə işlənməlidir.Yəni ana və atadan gedən mesajlar,eləcədə valideyin kimi uşağa yanaşma işlənməlidir.Yalan ortaya çıxan kimi vurmaq,cəza vermək,döymək çıxış yolu deyil.Uşaqla söhbət etmək yalanın nə özümüzün,,nədə digər insanlar tərəfindən yaxşı qarşılanmadığını izzah etməliyik.Az nəsihət verib,çox qulaq asmalıyıq. UŞAĞIN ŞƏXSİYYƏTİ DEYİL DAVRANIŞI HƏDƏFƏ ALINMALIDIR. Hiperaktiv uşaqlarda uğursuzluqlarını gizlətmək və güvən hissi yaratmaq üçün yalan danışa bilərlər.Diqqət əksikliyi olan bir uşaq xüsusilə məktəbdə diqqətini uzun müddət cəmləyə bilməz,deyilənləri yadında saxlamaz,ev tapşırıqlarında çox çətinlik çəkər,müəllimləri və dostlarını narahat edən davranışlar nümayiş etdirə bilərlər.Bu zaman uşağı tənbəllik və uğursuzluqla günahlandırmamalıyıq.. Uşaq səhf hərəkət etdikdə hər şeyi olduğu kimi etiraf etdiyi zaman cəzalandırılsa o növbəti dəfə cəzadan xilas olmaq üçün yalana əl atacaq.Əgər dərsindən zəif qiymət aldıqda”yenə qiymətlərin pisdi nə vaxd yaxşı qiymət alacaqsan?”desək növbəti dəfə zəif qiymət alanda bizə deməyəcək ,yaxud bizdən gizlədəcək.Sosial vəziyyəti aşağı olan ailələrdə uşaq digərlərində olan əşyalara qısqanclıqla yanaşıb yalan danışa bilər.Məsələm:Velosipedi olmayan uşaq velosipedi olduğunu lakin sürmək istəmədiyini deyə bilər.Bacı-qardaş qısqanclığı varsa ana-atanı cəzalandırmaq üçün yalan danışa bilərlər.Yalan danışmaq real olmayan duyğu və düşüncələrin varmış kimi izzah edilməsidir.Hər səhfə görə verilən ağır cəzalar daha çox yalana gətirib çıxardır. Uşaqlara izzah edilməli məsələlərdən biridə nə vaxd yalan danışa bilərikdi. 1.Əgər tanımadığı adam evin ətrafında gəzirsə və artlq qapıya əl atıbsa bu zaman atam işdədi 4saatdan sonra gələcək demək təbii ki uyğun deyil.Bu zaman atam mağazaya düşüb indi qayıdacaq demək tam vəziyyətə uyğundur. 2.Əgər ad günündə ikinci adamda eyni hədiyyəni veribsə”a dünən eynən bundan əmim almışdı”demək əvəzinə neçə vaxtdır gözlədiyim hədiyyədir deməkdə olar. Öz övladlarınızla ən yaxşı dost olmağa çalışın.O sizə inanmağa və etibar etməyə başlayanda sizi özünə həmfikir,dayaq görəndə sizə yalan danışmaq üçün çox az səbəbi olacaq.Siz aranızdakı münasibətlərdə yaranan dəyişikliyi hiss edəcəksiniz.Əlbətdə bu anidən olmayacaq,zaman lazımdı amma bir gün mütləq bunu hiss edəcəksiniz.Əvvəllər sizdən gizlətdiyi,danışmağa qorxduğu yaxud utandığı mövzuları birdən-birə sizlə bölüşməsədə zamanla artıq bir çox sirlərini öyrənmiş olacaqsınız.Daim övladlarınızın yanında olun,onlara dəstək olun və bunu mütləq onlara bildirin.(düşüncə.az)

Rəqs terapiyası nədir? - Faydaları

Rəqs terapiyası–bədən və hərəkətlərin vasitəsi ilə şəxsin öz hisslərini və konfliktlərini yaşamasına, tanımasına və ifadə etməsinə kömək etməsi üçün psixoterapiya metodudur. Rəqs terapiyasının inkişafına mühüm töhvəni Wilhelm Reich`in “мышечный панцирь” nəzəriyyəsi gətirib. O ilk dəfə sübut edib ki, insanın əzələ spazmı, sıxıntısı ( “мышечный панцирь”) uşaqlıqda yaranır, bu da daha çox cəzalandırılmaq qorxusu (misal:valideyn uşağını tərbiyə edərək hər hansısa qadağalar qoyur və bəzən də cəzalar verə bilər, bu zamanda uşağın əzələlərində müəyyən sıxıntılar yarana bilər), qəzəb, narahatlıq  və daim insanın cinsi duyğularının basdırılmaq gərəkliyi ilə əlaqəli olur. Nəticədə komplekslər və sıxıntılar bədəndə yığılır və müxtəlif zehni və somatik xəstəliklərə yol aça bilər. Wilhelm Reich pasiyentlərin spontan bədən  hərəkətləri ilə düzgün tənəffüs zamanı əzələ gərginliyini, sıxıntıları azalda bilər, hansılar ki insanın yaşamasına mane olur.  Rəqs terapiyasının faydaları Rəqs terapiyası bir çox  problemlərlə mübarizə aparmaq üçün istifadə edilə bilər: Emosiyaların əks etdirilməsi, emosional vəziyyətin yaxşılaşması.Fərqindəliyin artması (özünü dərk etmə), özünə inam, müstəqil və sağlam fərdiləşdirmə bacarığı,Düşüncə, duyğu və hərəkət arasındakı  əlaqələrin  qurulması,Adaptiv mexanizmlərin inkişafı və dəyişənlərin öhdəsindən gəlmə qabiliyyəti,Dominant, intensiv düşüncələr  və hisslərlə başa çıxma (öhdəsindən gəlmək) və onları ifadə edə bilmək,Uğursuzluq qorxusu,Şəxslərarası konfliktlər,ünsiyət bacarığının olmaması, kommunikativ bacarığın çatışmaması (ünsiyyət bacarığının əksikliyi),Rəqs terapiyası daha çox  problemləri haqqında  birbaşa danışmağı bacarmayan, danışmaq istəməyən şəxslər üçün məsləhət görülür. Müəllif: Klinik psixoloq Nərmin Sucayeva

Yeniyetmələrin əsas psixoloji problemləri

Yetkinlik,fərdin qarşı cinslə yaxınlaşması və bu yaxınlaşmanın nəticəsi olaraq,fiziki və hissiyyat baxımından doyuma çatması kimi adlandırılmaqdadır.Yetkinlik sadəcə fizioloji inkişafla bağlı deyil,hissi və zehni inkişafla da əlaqədardır.Uşaqlıqda başlayan yetkinlik qavramı,yeniyetməlik dövründə pik nöqtəyə çatır.13-14 yaşlarında başlayır,17-21 yaşlarında bitir. Qızlarda 11-13 yaş Oğlanlarda 13-15 yaş  Yeniyetməlik dövründə böyümə və bədən dəyişikliklərinin davranış və qaydalar üzərindəki təsirləri: -Yalnızlıq istəyi -işləmək istəksizliyi -can sıxıntısı -narahatçılıq -qaydalara qarşı dirəniş -cəmiyyətlə ziddiyyət -cinsiyyətə hədsiz maraq -həssaslığın artması -özgüvənsizliklə və s. ilə özünü göstərir.  Aqressiv davranış yeniyetmələr arasında geniş yayılıb və get gedə artmaqdadır.Belə yeniyetmələr cəmiyyətə olan dəyər və münasibətləri deformasiyaya uğradır.Eqoizm,ətrafdakıların hisslərinə laqeydlik,neqativ davranış belə yeniyetmələrin tipik xüsusiyyətlərindəndir.Bəzi tədqiqatçılar yeniyetmə aqressiyasının səbəblərini yeniyetməlik dövründə yaranan fizioloji dəyişiklikdə görür.Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosional reaksiyalar üstünlük təşkil etməyə başlayır.   Yeniyetmənin aqressiv davranışının səbəblərini araşdırarkən,nəticə aydındır:aqressiv davranışın yaranmasında bioloji,psixoloji və sosioloji amillər mühüm rol oynayır.  Yeniyetmədə aqressiyanın təzahürünə təkcə uşağın inkişafında olan problemlər deyil,həm də situativ amillərdə təsir göstərə bilər.Məsələn:bu başqalarının yeniyetmələrə verdiyi qiymət,qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu ilə bağlı meydana çıxa bilər.  Yeniyetməlik dövründə aqressiya bir çox hallarda ətrafdakıların davranışına cavab reaksiyası və ya “qisas” arzusu ilə bağlı ola bilər.Əgər yeniyetmənin aqressiv hərəkətə cavab  vermək imkanı olmursa,nəticədə yeniyetmədə frustrasiya halı yüksəlir,lakin aqressiv motivin səviyyəsi ləngiyir.  Müasir dövrümüzün dinamikliyi zəminində yeniyetmələrin problemlərinin psixoloji istiqamətdə tədqiq olunmasında yeni cəhətlər özünü büruzə verir.Yeniyetməlik problemlərinə gender aspektindən yanaşmada mühüm əhəmiyyət kəsb edir.  Yeniyetmələrin problemlərinə gender baxımından yanaşma onların şüurunun ,davranışının formalaşmasında böyük əhəmiyyət kəsb edir .Müasir dövrdə yeniyetmələr üçün ümumi cəhət,onların formalaşmasında maksulinizasiyanın ön plana çıxmasından ibarətdir.Bu mövqedən çıxış edərək,kişinin güclü ,müstəqil,aktiv,aqressiv,şəxsi mailiyyətlərə yönəlmiş və s,qadının isə zərif,dözümlü,zəif,asılı,emosional,nəzakətli,ailənin maraqlarına istiqamətlənmiş olmasına xüsusi diqqət yetirilir.  Yeniyetməlik dövrünün özü yüksək risk qrupunu təmsil edir.Bu özünü bir sıra amillərdə göstərir.1-ci psixotermonal proseslərdən başlayaraq , “Mən” konsepsiyasının yenidən qurulması ilə tamamlanan,yeniyetməlik dövrünə keçmənin çətinlikləri,2-ci yeniyetmənin təqdim etdiyi sosial mövqenin qeyri-müəyyənliyi və məhdudluğu,3-cü sosial nəzarətin mexanizmlərinin yeniləşməsi ilə şərtlənmiş ziddiyyət:normalar və böyüklərə itaətkarlıqla əsaslanmış heç bir təsir gücünə malik olmayan uşaq nəzarət formaları,böyük nəzarət vasitələri isə təxmin edilən şüurlu intizam və özünə nəzarət isə ya hələ yoxdur və ya hələ möhkəmlənməyib.  İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur,sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir.İnsanın inkişafında bioloji,sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir.Bu nöqteyi nəzərdən psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir.Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir.Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir.  Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi münasibətlərin sınağa çəkildiyi dövrdür.  Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir.Övlada qayğı ilə birgə valideynlər yeniyetmənin “Mən” konsepsiyasının,hisslərinin,həyat planlarını,təfəkkürün formalaşmasında mühüm rol oynayır.Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa,yeniyetməyə mənəvi,psixoloji cəhətdən yaxın,onun dayağı olan insanların mübahisəsi ,xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni narahat edir.Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin ,həyəcanın,aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır.Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması ,valideynlərin ona münasibəti çox vacibdir.Bəzi hallarda yeniyetmənin aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də səbəb olur.Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə,özünə,yaşıdlarına qarşı neqativ hisslər yaradır.   Aqressivlik problemi ilə rastlaşan bir çox valideynlər yeniyetmələrin problemli olması ilə razılaşmaq istəmir.Bəzi valideynlər tez-tez birə bir sualla müraciət edirlər: “Niyə mənim övladım qəddardır?” ,”Qızımın mənə kobud cavab verməsinə nə səbəb ola bilər?” və s.  Hörmətli valideynlər,əgər sizin ailədə aqressiv yeniyetmə varsa,əvvəlcə öz davranışınıza tənqidi yanaşmağa çalışın.Aqressiv davranış modeli barəsində ilk biliklərini də yeniyetmələr ailədə mənimsəyirlər.(dushunce.az)

Bakıda 33, bölgələrdə 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək. Avqustun 25-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Avqustun 25-26-da Abşeron yarımadasında iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Stendal sindromu nədir?

Hiperkulturemiya və ya Florens sindromu incəsənətin insan üzərində təsiri nəticəsində, xüsusilə incəsənət əsəri gözəl olduqda və ya çoxsaylı incəsənət əsəri bir məkana toplanmış olduqda insanın ürək döyüntülərinin sürətlənməsi, baş gicəllənməsi, ürəkgetməsi, hətta hallüsinasiyalara səbəb ola bilən psixosomatik xəstəlik vəziyyətidir. Bu termin həmçinin digər şəraitlərdəki gözəllik bolluğunu görməyə olan reaksiyanı əks etdirə bilər. Xəstəlik 19-cu əsrdə yaşamış məşhur fransız yazıçı Stendalın(Henri Mari Beyl) ölümündən sonra belə adlandırılıb. Belə ki, yazar 1817-ci ildə Florensiyaya səyahət edir və fenomenlə qarşılaşır. Bu haqda “Neapol və Florensiya: Milandan Reccoya səyahət” kitabında qeyd edilir. Nikkolo Makiavelli, Mikelancelo Buonarroti və Qalileo Qaliley dəfn olunduğu Santa Kros Kilsəsinə səfər edir və ilk dəfə Cottonun freskalarını görür və emosiyaların əsirinə çevrilir.  O yazırdı:  “Mən Florensiyada olmaq fikrindən tutmuş bu möhtəşəm insanların qəbrini yaxından görməyə qədər olan vaxt ərzində qısa müddətli ekstaz (cuşagəlmə) dövrü yaşadım. Bu möhtəşəm gözəlliyə tamaşa edərkən ülvi hisslər keçirdim. Hər şey canlı-canlı ruhumla danışırdı. Kaş ki unuda bilsəm. Berlində “sinir” adlandırdıqları ürəkdöyünmələr yaşadım. Həyatım tükənirdi. Qorxurdum ki, yıxılacağam”. Florensiya incəsənətini görən bir çox adam bu baş gicəllənmələri və ürək tutmaları yaşayıb, lakin bunun sindrom kimi qəbul olunması 1979-cu ilə təsadüf edir. Bu ildə italyan psixiatrı Graziella Magherin Florensiyada səyahətdə olan yüzdən çox turisti müşahidə etmiş və onların keçirdiyi hissləri təsvir etmişdi.

Dinlədiyiniz musiqi xarakterinizdən xəbər verir

İngiltərədə aparılan bir araşdırmaya görə dinlədiyiniz musiqi növü sizin daxili aləminizdən xəbər verir. Xarici mütəxəssislərin apardığı və təqdim etdiyi testi siz də yoxlayın: Klassik xoşlayanlar daha ağıllıdırlar. Caz sevənlər müsbət və məsuliyyətli eyni zamanda, digər musiqi növlərini seçənlərə nisbətən daha yoldaş canlı və romantikdirlər.  Elektronik musiqi sevənlər isə bir az hirsli və tez coşan tiplər olaraq tanınır. Rok musiqi sevənlər üsyankar ruhlular arasından çıxarkən, uzun müddət rok musiqi dinləmək adamı gündəlik həyatda qarşılaşdığı çox kiçik hadisələrə qarşı belə isyankar edir.  Rap musiqi sevənlər müxalif və özünə güvənən insanlar olaraq təyin olunarkən, bu kəslərin eyni zamanda digər musiqi növlərini xoşlayanlara nisbətən daha enerjili olduqları da təsbit edilib.  Pop musiqi sevənlər isə siyahının ən xoşbəxtləridir.  Araşdırmaya görə mahnı siyahısını pop musiqi ilə dolduranlar həm daha müsbət həm də daha xoşbəxt olurmuş. Fiziki cazibədarlığı ən az olanlar klassik musiqi dinləyərkən, ən yüksək olanlar pop musiqi dinləyir. 

Əgər bərbər sizə deyirsə ki ,sənə bu saç düzümü yaraşmır- stilist İlkin Əhmədoğlu

Psixoloq.az xəbər verir ki,tanınmış stilist, bərbər İlkin Əhmədoğlu özünün facebook sosial hesabında saçlara necə kəsim və qulluq edilməsi ilə bağlı marqlı bir yazı paylaşmışdır.Həmin yazını olduğu kimi sizlərə təqdim edirik  1) Əgər bərbər sizə deyirsə ki , sənə bu saç düzümü yaraşmır gəl bunu dəyişib sənin imicini dəyişək , o zaman bu sözə çoxda aldanmayən çünki baxış bucaqları fərqlidir . Onun zövqü sizi qane etməyə bilər və beləliklə ortada sizi qane etməyən saç düzümü ilə qalan siz olacaqsınız . Hal hazırda gənclər arasında Pampadour saç düzümünün Drop Fade , High Fade , Slow Fade birləşmələri kimi saç düzümləri dəbdədir . Bu kənardan asan görünən iş özündə bir neçə keçidləri əks etdirir . Keçid isə bunlardan ibarət ola bilər . Ülgüz + 0 + 0,5 + 1,5 + 2 . Bu saç düzümü üçün saçın üstünün çox olması şərtdir . Başın kənarları üstə doğru keçitdə ( mütləq ) hamarlaşdırılmalıdır , heç bir qəfil keçid olmamalıdır . Başın qabaq hissəsindən , başın arxasına kimi ( saçın bitdiyi yumuru dairəyə qədər olan məsafə ) kəsim çoxdan aza olmalıdı ki ( çolka ) çox görünsün . Bu cür səliqə və dəqiqliklə kəsilən saç həm nəm həm də quru halında rahat daranır və düzümə rahat yatır . 2) Kəsim Saç kəsimi hər zaman müxtəlifliyi ilə seçilib və müştərinin üz quruluşuna görə aparılmalıb . Burada müştərinin çənə sümüyü , başın ümumi forması , alnın hündürlüyü və ya alçaqlığı , qulaqlar və ən nəhayət burun nəzərə alınmalıdır . Məhs bu kimi halları üstün tutan bərbərin saç kəsimi hər zaman mükəmməl alınar və müştərisi razı qalar . 3) Fen . Fenlə saçınızı ev şəraitində qurutduğunuz zaman və yaxud saç düzümü etdiyiniz zaman mütləq Fenin istiliyini orta dərəcə qoymalı başınızdan ən azı 30 - 40 sm uzaqlıqlda saxlamalısınız . Bu halda siz saçınızı yandırmayacaqsınız , yanmış saç sizə lazım deyil təbii ki . Saçınızı ev şəraitində düzüm ( ukladka ) etmək isəyirsinizsə hökmən saçlarınızı yumaq şərtdir , çünki bu halda saçlarınızın yağlılığı olmayacaq və düzümə daha asand yatacaq + bu halda saçınız yanmayacaq . Saçlar yanarsa onlar sarımtıl rəng alacaq bunu nəzərdə saxlayın . Yanmış saç tez qırılır istər ortadan , istər dibdən , istər saç qıranlarla . 3) Saç qıran Bir çox xanımlarımızın əsas saç problemlərindən biri də bildiyiniz kimi saç qırandır . Belə olduğu halda saçınızda saç qıran varsa mütləq ondan can qurtarmağınız vacibdir , çünki o yayılır . Saç qırandan isə müxtəlif üsullarla qurtulmaq olar . Günümüzdə bir çox vasitələr var ki , saç qıranları məhv edir saçınızı hamar və parlaq saxlamaqda sizə yardımçı olur . Bu vasitələr çox zaman salonlarda olur . Həm saç qıran üçün xüsusi maşınka , həm qayçı . Özünüzün bunu etməyi MƏSLƏHƏT GÖRÜLMÜR . Həmçinin saç qırandan saçınızı yandırmaq üsulu ilə də qurtula bilərsiniz bu çox riskli bir prosedur olduğu üçün mütləq salon şəraitində professional ustalar tərəfindən aparılmalıdır . 4) Saça qulluq Dövrümüzdə bir çox şampunlar var ki bunların da bəzən məmbəyi , bəzən də effektliyi bizə şübhəli qalır . Bilirsiz niyə ? Çünki siz şampunu saçınıza uyğun seçmirsiniz ona görə də sizin saçla baölı probleminiz həll olunmur əksinə problüm daha da dərinləşir və nəticədə saç tökülməsinə gətirib çıxardır . Əslində hər bir insan geyimi , yediyi yeməyi , gəzmək istədiyi məkanı , dostlarını seçməklə yanaşı saçına şampunu da düzgün seçməlidir çünki bundan çox şey asılıdır )))) Məsələn : Əgər sizin saçınız yağlanırsa o zaman siz Normal saçlar üçün şampun alacaqsınız ? Xeyir . Sizə yağlanmağa qarşı olan şampun lazımdır . Əgər siz saçınızın tökülməsini hiss edirsinizsə o zaman saç tökülməsinə qarşı şampun alacaqsınız . Bu məsləhətlərə mütləq riyaət etdiyiniz halda saçlarınız problümi azalacadır . 5) Saç tökülməsi Bu hal həm xanımlarımızın həmdə bəylərimizin öndə olan problemlərindən biridir . Həmişə mənə sual olunur ki , mən nə edim ki saçımın tökülməsinin qarşısını alım ? Cavabım bilirsiz nə olur ? Get həkimə ))) Çünki mən bərbərəm mən sizə yalnız kəsimdə yardım edə bilərəm üzünüzə uyğun saçınızı kəsərəm . Bu mənim peşəmdir və peşəmi çox gözəl bildiyim üçün bu sahədə sizə yardıçı ola bilərəm . O ki , qaldı saç tökülməsinə bu hal bir neçə amillərə bağlıdır bunlar : Əsəb , stress , şəkər xəstəliyi , aclıq , vitamin çatışmazlığı kimi səbəblərə aiddir . Ən çox hallarda əsəb və stressdən olur . Saç tökülməsinin əsas problemini araşdırıb onu müalicə edin yəni əsəblərinizi məhs bundan sonra siz saçınızla bağlı heç bir problem yaşamayacasınız . Əgər siz daim stress və əsəb keçirəcəksinizsə nəyinki saçınız hətda əl və ayaq qırnaqlarınız belə həssaslaşacaq o cümlədən dişləriniz də problem yaşayacaq . Sinir bədəndə bir çox xəstəliklərin təməlini təşkil edir . Odur ki ilk növbədə onu müalicə edin  Diqqətinizə görə təşəkkür edirəm Əgər saç və saç düzümü ilə bağlı suallarınız yaranarsa İlkin Əhmədoğluya müraciət edə bilməniz üçün əlaqə telefonu 051 414-43-35

Uşaqlara oxumağı necə öyrətməli?

7 yaşa qədər olan uşağın qazandığı hər bir bilik gələcəkdə 7 qat olaraq geri dönür. Məhz elə buna görə də valideynlərin övladlarına kiçik yaşlarda sərf etdikləri vaxt gələcəkdə daha çox vaxta qənaət etməyə xidmət edəcək. Nəzərə alın ki, kiçik yaşlarda kitab oxumağa alışdırılan uşaqlar gələcəkdə özlərini daha yaxşı idarə edə bilir və təhsildə daha çox uğur qazanırlar. İndi isə bu xeyirli vərdişin qazanılma yollarını nəzərdən keçirək: Uşaqlara kiçik yaşlarından yatmazdan əvvəl kitab oxumaq və bunu davamlı şəkildə etmək laızmdır. Müşahidələr göstərir ki, belə uşaqların qavrama qabiliyyəti artır və onlar təhsildə daha uğurlu olurlar. Uşağa nümunə olmaq vacibdir. Valideynin kitab oxuduğunu görən uşağın da kitab oxumağa həvəsi yaranır. Nəzərə alın ki, uşağı gözəl tərbiyə etməyin əsasında ona gözəl nümunə olmaq dayanır. Kitab mağazasında müəyyən zaman keçirərək uşağın da marağını nəzərə almaqla onun üçün ədəbiyyat seçmək lazımdır. Həftədə 1-2 dəfə ailəvi kitab oxuma saatları təyin etmək də faydalı olar. Hər bir ailə üzvünün oturub kitab oxuması həm ailə üzvləri arasında münasibətin daha mehribanlaşmasına, həm də uşaqlarda kitab oxumağa həvəsin yaranmasına kömək edir. Oxunan kitabları müzakirə etmək də uşaqlar üçün çox maraqlı ola bilər. Bundan başqa oxunan kitablar haqqında fikirləri 1 dəftərə qeyd etmək də yaxşı nəticə verir. Bunlar uşaqda öz fikrini çatdırmaq qabiliyyətini artırır. Uşaqda kitab oxumağa həvəs yaratmaq mümkün olmursa, əlavə vasitələrdən istifadə etmək də olar. Misal üçün, səsli kitablar, maarifləndirici uşaq verilişləri, DVD-lərdən də istifadə etməklə uşaqlarda kitab oxumağa maraq oyatmaq olar. Bəzən uşaqların beyni gün ərzində lazımsız informasiya ilə yükləndiyi üçün də uşaq yorulur və kitab oxumaq istəmir. Bu səbəbdən də uşaqları televizor, kompüter, mobil telefon və bu kimi vasitələrdən mümkün qədər uzaq tutmaq, bununla da beynin lazımsız informasiya ilə yüklənməsinin qarşısını almaq olar. Ən əsası uşağın eşitmə, görmə və dil qüsurunun olmadığından əmin olmaq lazımdır. Diqqət əskikliyi və hiperaktivlik problemi olan uşaqlarda da oxuma sürəti zəif ola bilər. Uşağı təqdir etmək vacibdir. Uşaqları kitab oxuduğu üçün tərifləməklə, hər oxuduğu kitaba görə kiçik hədiyyələr verməklə motivasiyasını artırmaq olar.

Diqqətli olun - Bu hərəkətlər qadınları ələ verir

İnsanların demədiyini əksər zaman bədən dili söyləyir. Psixoloq.az xəbər verir ki, mütəxəssislərə görə, bəyəndiyiniz yaxud sevdiyiniz qadının oturuşundan, duruşundan, hərəkətlərindən, baxışından əsl hislərini anlaya bilərsiniz.  Bəs hansı bədən dili qadını ələ verir? Başını sola əyərək dinləyir Sizi dinləyərkən, gözlərinizin içinə baxarkən, başını azca sola əyməsi, söylədiklərinizə çox bağlı olduğunun işarətidir. Hərəkətlərinizi təkrarlayır Qarşınızdakı ilə “yaxınlaşmaq” istəyənlərdə bəzən “mimetizim”  deyilən bir hadisə görülür. Fərqində olmadan sizin hərəkətlərinizi təkrarlayır. Saçınızı qaşısanız, saçını qaşıyır. Ayağınızı ayağınızın üzərinə atıtsınız, oda eynini edir. Mütəxəssislər buna yamsılama deyirlər. Özünü sizə yaxın hiss etmək istədiyini göstərir.  Qollarını birləşdirir Sizi diqqətlə dinləyən kimi edir, amma qollarını birləşdirir. Bu özünü içinə bağlama hərəkətidir,  rahat olmadığını göstərir. Aranızda bir məsafə yaradır. Eyni şəkildə aranıza çay stəkanı, çörək səbəti kimi əlinə keçəni qoyursa da, eyni hiss edir. Amma aranızdakı əşyaları qaldırıb kənara qoyarsa, doğru yoldasınız. Yalan danışırsa, diqqətinizi dağıtmaq üçün etdiyi bəzi şüursuz hərəkətlər onu ələ verəcəkdir. Danışarkən əli ilə ağzını tutursa, burnu ilə, saçları ilə davamlı oynayırsa.. yəni üzünə və başına əli nə qədər çox aparırsa, yalan demə riski də o qədər çoxdur. Çünki yalançılar əllərini məşğul etmək istəyir. Boynunu qaşıyır Söhbət sırasında, qarşınızdakı əli ilə boynunu, yaxud qolu  ilə oynayırsa, yaşadınız. Bu onun “ sizin onu tumarladığınızı xəyal etdiyini göstərir”. Yəni bu bilinc altından gələn hərkətlər boşuna, yaxud təsadüfi deyil.

Ailədaxili münaqişə nə üçün faciəyə çevrilir... - Nə etməli?

Bir çox hallarda ailədə münaqişəli vəziyyət yaranır, bir-birini sevən iki insan müəyyən bir məqamda əks mövqelərdə olurlar. Bəzən bu məqamlar artmağa başlayır və nəticədə daimi xarakter alır. Bunları nə ilə izah etmək olar? Ailədə ixtilafların olması zəruridirmi?  Birgə ailə həyatı zamanı fərqli ziddiyyətlər və ya problemlər yarana bilər. Bunlar iki fərqli insanların xarakterləri arasında formalaşan uyuşma üçün normal vəziyyətdir. Adətən belə hallar geyim tərzinin seçilməsində, ayrı mənzildə yaşamaq qərarında, uşağın təlim-tərbiyəsi zamanı, xanımın işə düzəlməsi istəyi ilə əlaqədar yaranır və onların həlli müəyyən ixtilaflarla bitir. Bu mənada el-oba içərisində deyirlər ki, söz- söhbətsiz ev olmaz. Məsələnin psixoloji tərəfi ixtilafın mənəvi məzmunundadır. İxtilaf ailədə ünsiyyətin təzadlı tərəfi kimi meydana çıxır. Ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək istəyi, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi qarşı tərəfin müqaviməti ilə qarşılaşdıqda ünsiyyət ixtilaf kimi görünməyə başlayır. Ailənin formalaşdığı ilk mərhələdə açıq və ya gizli ixtilafların müşahidə olunması da məhz bununla bağlıdır. Hər bir gənc aydın başa düşməlidir ki, ailə mədəniyyəti bir-birinə hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hisslərin qarşılıqlı güzəştə getməyindən, ağıllı, təmkinli yaşayışından yaranır. Ailə mədəniyyətində böyük-kiçik məsələsi yoxdur. Ailə daxili münaqişələrdə kiçik sayılan məsələni böyütmək, ciddi münaqişə səviyyəsinə çatdırmaq, ya da əksinə böyük münaqişələri səbir və təmkinlə həll etmək də mümkündür. Buna görə də cavanlar öz ailələrinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Çünki nigahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir. Əslində münaqişə ər-arvad həyatının dramasını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələblərinə əməl etmək lazımdır. Onlardan ən sadələri belədir: — Mübahisəyə başlamamışdan əvvəl ər və ya arvadın nədən narazı olduğunu, nə istədiyini, fikir ayrılığının mahiyyətini və onun aradan qaldırılması yollarını həssaslıqla və ağılla aydınlaşdırmaq. — Mövcud şəraitə, vəziyyətə diqqət etmək. Gördüklərini götür-qoy etmək, həyat yoldaşının əhvalını nəzərə almaq lazımdır. — Uşaqların yanında mübahisə açmamaq, açıq söhbət üçün münasib vaxt tapmaq, həyat yoldaşının etiraz və iradlarına diqqətlə qulaq asmaq, onun bütün “dəlil-sübutlarını” aydınlaşdırmaq, mübahisəli məsələləri ağıllı surətdə həll etmək, həmişə xeyirxah mövqe tutmaq vacibdir. Əks təqdirdə ailədə yaranan belə ixtilaflar boşanma ilə də nəticələnə bilər. Boşanma isə əsl faciədir. Çox maraqlıdır ki, boşanmanı təkcə sosioloqlar, demoqraflar, psixoloqlar, pedaqoqlar, həkimlər deyil, həmçinin boşananların özləri də sonralar bunun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu başa düşürlər. Onlar övladının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz əlləri ilə öz evlərini dağıtdıqlarını, uşaqlarını onun-bunun qapısına saldıqlarını çox vaxt özləri də etiraf edirlər.(gəncailə.az) 

Qəfildən xarici dildə danışmaq... - Xarici aksent sindromu nədir?

Xarici aksent sindromu xəstədə qəfildən digər bir dil aksentinin yaranmasıdır. Xarici aksent sindromu adətən zərbə nəticəsində, bəzənsə kəllə-beyin travması nəticəsində yarana bilər. Bunlar sindroma tutulanların ən  çox göstərdiyi səbəb olsa da, miqren olan xəstələr də bu sindroma yaxalana bilərlər. Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır. Bunu da qeyd etmək lazımdır ki, xəstə birdən-birə xarici dil bilgilərinə yiyələnmir. Təsdiqlənməmiş məlumata əsasən 2010-cu ildə bir xorvatiyalı komadan çıxandan sonra almanca səlis danışmağa başlayıb, lakin bu bacarığın beyin zədəsi səbəbindən qazanılması öz təsdiqini tapmayıb. Bu sindrom elə təsir bağışlayır ki, sanki sindroma tutulanlar öz dillərində, lakin xarici aksentdə danışırlar. Məsələn, yerli amerikalı ingiliscə elə danışa bilər ki, sanki cənub-şərqi ingiltərəlidi, və Britaniyada yaşayan biri Amerika ingilisi aksenti ilə danışa bilər. Oksford universitetində aparılan tədqiqata əsasən sindroma səbəb beynin müəyyən hissələrinin zədələnməsidir ki, buraya beynin linqvistik funksiyalarını yerinə yetirən hissələrdir. Onların zədələnməsi səhv tələffüzə gətirib çıxarır. İddia edilir ki, İngiltərəli musiqiçi, ifaçı və söz yazarı Corc Miçel 2012-ci ilin iyulunda komadan ayılanda Şimali London aksenti əvəzinə qərb dairəsinin aksentilə danışmağa başlayıb. O 2011-ci ildə pnevmaniya nəticəsində komaya düşmüşdü.

Bu qidaları soyuducuya qoymayın - Düz bildiyiniz yanlışlar

Hər bir qadın qidaların pozulmaması üçün onu soyuducuda saxlamağa üstünlük verir. Hər bir insanın psixologiyasında belə bir anlayış mövcuddur ki, soyuducuda saxlanılan qida pozulmaz. Mütəxəssislər isə bunun tam əksini deyir. Onların sözlərinə görə, belə məhsullar bir müddət sonra  soyuducudan qoxu gəlməsinə səbəb olacaq.  Psixoloq.az xəbər verir ki, bunun  səbəbi isə həmin qidaların düzgün saxlanılmaması ola bilər.  Bəs əksinə soyuducuda saxlanılaraq xarab olan qidaların da olmasından xəbərdarsınız? Onların bir neçəsini təqdim edirik: Sarımsaq - Bəziləri soyuducuda saxlamağa üstünlük verir. Qeyd edək ki, bu zaman aroması itir. Həmçinin özünəməxsus qoxusu yayılaraq itir. Quru və qaranlıq yerdə saxlanılmalıdır. Pomidor - Soyuducuda qalarsa qısa zaman ərzində yumşalacaq. Qarpız - Əgər tərkibindəki antioksidanların itməsini istəmirsinizsə kəsilməmiş qarpızları soyuducuya qoymayın. Almalar - Soyuducuda qalan zaman təzəliyini itirir. Şəhanə Quliyeva

Bakı şəhər İcra Hakimiyyətinin bu şöbəsi ləğv olundu

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidməti ləğv olunub. Psixoloq.az-ın reporta istinadən xəbərinə görə, bununla ələqadar olaraq departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov işdən çıxarılıb. Ə.Bağırov bildirib ki, hazırda işsizdir və hələlik heç bir vəzifəyə təyin edilməyib.  

DİM boş yerlərə qəbulun statistik göstəricilərini açıqladı

Dövlət İmtahan Mərkəzi boş qalan plan yerləri üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması və s. haqqında bəzi statistik göstəriciləri açıqlayıb.Mərkəzdən "Ölkə.Az"a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələrinə əsasən, I ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayanların hamısı ali məktəblərə qəbul olublar.  İlk yerləşdirmədən sonra isə bu göstərici 540 bal idi. Əlavə yerləşdirmədən sonra bu ixtisas qrupu üzrə 410-419 bal intervalında olan yalnız 1 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. 300 və daha yuxarı bal toplayan abituriyentlərdən 2-si tələbə adını qazana bilməyib. Ümumiyyətlə isə 200 və daha artıq bal toplayaraq müsabiqədə iştirak etmək hüququ olanlardan (13169 nəfər) cəmi 8 abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Qeyd edək ki, ilk yerləşdirmədən sonra belə abituriyentlərin sayı 93 idi. II ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 490 və daha yuxarı bal toplayanların, əlavə yerləşdirmədən sonra isə 420 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 400 bal və daha yuxarı toplayanlardan 2 abituriyent tələbə adını qazana bilməyib. Bu ixtisas qrupu üzrə 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 13 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 106 nəfər idi. III ixtisas qrupu üzrə 550 və daha yuxarı bal toplayanların hamısı tələbə adını qazanıb. Bu ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 500 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmayanların sayı 21 nəfər idisə, ikinci yerləşdirmədən sonra bu göstərici 6 nəfərə bərabərdir. 200 və daha yuxarı bal toplayaraq uğur əldə edə bilməyənlərin sayı 410 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 796 nəfər idi. IV ixtisas qrupu üzrə yalnız 610 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 600-609 bal intervalında olan abituriyentlərdən 5 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib. İlkin yerləşdirmədən sonra isə belə abituiyentlərin sayı 6 nəfər idi. 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı isə 253 nəfərdir. I mərhələdə bu göstərici 386 nəfər idi. Ümumiyyətlə, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə boş qalan plan yerlərinə qəbul olmaq üçün aparılan əlavə yerləşdirmədən sonra 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 684 nəfər olub. 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı isə 38201 nəfər idi. Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı aparılır. İlk mərhələdən qəbul olanlar avqustun 28-dək (şənbə və bazar günləri daxil olmaqla) , boş qalan plan yerlərinə qəbul olanlar isə sentybarın 3 dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Çox fərqli xarakterdə olanlar evlənə bilər? - Araşdırma

Münasibətin ilk mərhələlərində partnerinizin fərqlilikləri həyəcanlı gəlsə də zaman keçdikcə bu fərqliliklər münasibətə zərər verəcək hala gələ bilər. Psixoloq.az xəbər verir ki, buna baxmayaraq iki fərqli insanın mənfi xüsusiyyətlərini azaldıb münasibəti xoşbəxt etməyin yolları vardır. Bəs həmin yollar nədir? Zidd qütblər bir-birini çəkir. Fərqliliklərin sizi ayırmasına icazə verməyin. Partnerinizi olduğu kimi qəbul edin. Sevgilinizin xarakterini dəyişdirəməyəcəyiniz gerçəyini qəbul etməlisiniz.  Onu olduğu kimi sevin. Hörməti unutmayın – Bir-birinizin yaşayış tərzinə hörmət göstərin. Hər şeydən əvvəl sevgilinizin qərarlarına hörmət edin. Qayğı göstərin – Qarşınızdakı insanı daha yaxşı tanımaq üçün ona qayğı göstərin, sevin. Bu sizin üçün fürsətdi. Ortaq nöqtələrinizi tapın – Paylaşdığınız məqamları xatırlatmaq əsas məsələdir. Öncə sahib olduğunuz ortaq duyğulara diqqətinizi verin. İlk olaraq ortaq nöqtələrinizin siyahısını hazırlayın. Bu sizin üçün kifayət qədər motivasiya olacaq. Günahlandırmaqdan qaçının – Dərhal müdafiə mexanizmlərini işə salmayın. Sizi narahat edən məsələləri uyğun dillə yoldaşınıza anladın. Əsəbi zamanı mübahisədən qaçının. Əsəbləriniz sakitləşdikdən sonra mövzuya yenidən qayıda bilərsiniz. Şəhanə Quliyeva

Tələbələrin köçürülməsinin nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ

Transfer.edu.az portalı vasitəsilə həyata keçirilən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu 20 iyulda başa çatıb. Psixoloq.az xəbər verir ki, AzEdu.az-ın Təhsil Nazirliyinə istinadən məlumatına əsasən, tələbələrin köçürülməsinin nəticələri sentyabr ayında elan olunacaq. Xatırladaq ki, köçürülməsi təsdiqlənən tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir.     Tələbənin əvvəl təhsil aldığı ali (orta ixtisas) məktəbin rektoru (direktoru)  şəxsi  işin  göndərilməsi barədə tələbnamə alındıqdan sonra "başqa ali (orta ixtisas) məktəbə köçürüldüyü üçün xaric olunur" - məzmunda əmr verir və üç gün müddətində tələbənin şəxsi işi və akademik arayış (göndərilən işlərin siyahısının surəti arxivdə saxlanılmaqla) tələbəni qəbul etmiş ali (orta ixtisas) məktəbin ünvanına göndərilir.     Müstəsna hallarda şəxsi işin ali məktəb tərəfindən göndərilməsi üzürlü səbəbdən mümkün olmadıqda müvafiq qeydiyyat aparılmaqla tələbənin özünə verilə bilər.    Qeyd edək ki, tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasını və ya təhsil formasını dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası (həqiqi hərbi xidmətdən tərxis edilmişlər və akademik məzuniyyətdə olanlar istisna olmaqla) qış və yay tətilləri dövründə aparılır.   Bütün hallarda tələbələrin köçürülməsi (təhsil formasını və ixtisasını, təhsil aldığı məktəbi, şəhəri və ya ölkəni dəyişməsi) yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilə bilər. Birinci kursda və sonuncu semestrdə heç bir köçürülməyə icazə verilmir. 

Kolleclərə qəbul olunmuş abituriyentlərə XƏBƏRDARLIQ

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır Bu barədə Dövlət İmtahan Mərkəzindən Moderator.az-a məlumat verilib. Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar günün sonunadək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Bu gün hava yağmursuz olacaq

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 28-33° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. Cənub çimərliklərində: Türkan, Hövsan, Sahil və Şıxda mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 31-36° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 19-24° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 29-34° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti təşkil edəcək. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 31-36° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 29-34° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti təşkil edəcək.(ölkə.az)

Övladları dərs mövsümünə hazırlaşanlar... - Uşaqların gözlərini belə qoruyun

Artıq yeni məktəb mövsümünə az qalıb.  Yay ərzində istirahət edən uşaqların üzərində birdən-birə dərs yükü məsuliyyəti olacaq. Bu, xüsusilə də gözlərinə mənfi təsir göstərə bilər. Bəs gözləri necə qorumalı? Psixoloq.az bunun üçün uyğun yolları təqdim edir: - Uşağın gün rejimi düzgün qaydada qurulmalıdır. Xüsusən bu , dərs etmə perioduna aid edilir. - Dərsdən sonra 1-2 saat ərzində istirahət etməsini təmin edin. - Dərs etdiyi hər yarım saatdan bir, 10 dəqiqə istirahət etməsi məsləhət görülür.Yaşı artdıqda bu fasilə hər 1 saat ərzində ola bilər. - Dərs çalışdığı otağın işıqlı olmasına diqqət edin. Bu, gözləri qoruyan əsas amildir. - Axşamları oxumasına çox icazə verməyin. - Yuxu əsas amillərdəndir. Yorğunluq, yuxusuzluq gözlərə də mənfi təsir göstərir. - Uşaqlar  kompyuter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq şəkildə fasilə etməlidirlər.