Qeydiyyat BAŞLADI

Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlər isə avqustun 24-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.(publika.az)

Günün ulduz falı: 24 avqust, 2018

Qoç – imkan və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Situasiya təhlükəli vəziyyət həddinə çatarsa, dayanın, irəli getməyin. Emosional, konkret məqsədi olmayan söhbətlərə həddən ziyadə vaxt ayırmayın. Enerjinizi işə ayırın.Fiziki işdə fayda var. Münasibətlərdə illüziyalara və puç xəyallara qapılmayın. Əks təqdirdə peşmançılıq və təəssüf hissi qaçılmazdır. Narahat olmayın. Darmadağın olmuş illüziyaların yerində yeni maraq formalaşacaq. Buğa – emosional fonu ağır gündür. İndiyədək təxirə salınan məsələyə diqqət yetirməli olacaqsınız. Ağrılı suala cavab vermək, seçim etmək zamanıdır. Bezdirici münasibətlər, asılılıq və ya zərərli vərdişdən qurtulmaq vaxtıdır. Belədə sonrakı fəaliyyət üçün asudə müstəvi hissi yaranacaq. Sizə əziz olan insanlarla təmaslarda həssas olun. Səhhətinizin qayğısına qalın. Travma riski var.Yolda diqqətli olun. Əkizlər – sözlərinizdə ehtiyatlı olun. Böhran formalaşmaqdadır. Situasiyanın sizin üçün arzuolunmaz istiqamətdə inkişafının qarşısını alın. Yoxlanmamış informasiya mənbələrinə etibar etməyin. Öz axarında olan situasiyalarda sakit, təmkinli, amma sayıq davranın. Olayların digər iştirakçılarının hövsələsiz və dözümsüz davranışlarına aldanmayın. İnsanlar və hadisələr tam aşkarlanmayınca addım atmayın. Hər şey əyan olandan sonra nəticələr çıxararaq qərar qəbul etmək olar. Daxili yön dəyişdirmə, prinsip etibarilə yeni mövqeyə keçid və yeni məqsədin seçimi üçün əlverişli gündür. Xərçəng – mübahisələrə qatılmayın. Qarşısı alınmayan emosiyalar sizi münaqişəyə apara bilər. İnformasiya məkanındakı gərginlik və nevroz vəziyyət pis nəticələr verə bilər. Mənfi təsirdən özünüzü qorumasanız, ciddi problemlə üzləşməyiniz istisna deyil.Psixikanızın müdafiə funksiyalarından yararlanın. Əldə etdiyiniz mövqeləri və mühüm əlaqələrdəki müvazinəti qoruyun. Özünüz və sevdiyiniz insanlar üçün daha çox xoş işlər görün. Gün sizi razı salacaq. Şir – hadisələr sürətlə inkişaf edir. Fəqət situasiyada aşkar hiss olunan xaos var. Durumu dəyərləndirin, yeni aşkarlanan olaylara ciddi fikir verərək planlarda fərqli vasitələrə əl atmaq olar. Yaşananları diqqətlə müşahidə edin, ətrafınızdakı insanların dediklərinə qulaq asın.Mövqeləriniz həmişəki kimi güclü deyil. Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş verməyəcək hadisəni reallaşdırmaq üçün səy göstərməyin. İntuitiv olaraq yeni orientirlər seçin. Qız – qorxu, qeyri-müəyyənlik, addım və qərarlarınızda təbəddülat, yaxın ətrafınızdakı insanlardan birindən kəskin narazılıq ola bilər. Kənar şərtlər və olaylar baş verənlərin mənzərəsini dəyişir. Stress istisna deyil. Qarşılaşdığınız problemi və aldığınız xəbərləri təhlil edin. Nevroz situasiyadır, amma iki gün sonra hər şey normallaşacaq. Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyətinizi, atacağınız addımları diqqətlə fikirləşin. Fəaliyyəti dayandırmayın, önəm verdiyiniz münasibətləri kəsməyin. Tərəzi – emosiyalar və hisslər enerjinizin konstruktiv olmayan işlərə sərfinə səbəb ola bilər. İzafi hisslər dramatik mərhələyə keçməsin, kəskin və proqnozlaşdırılmayan münaqişələr yaratmasın. Sizə rəğbəti olan insanın müdrik məsləhətinə qulaq asın. Özünüzü hirsləndirməyin, yaşananları dramatikləşdirməyin. Bilavasitə iştirakınızı tələb edən işlərlə məşğul olun. Axşam saatlarında əyləncə və bu kimi istirahət istəyə bilərsiniz. Evdən çox uzaqlaşmayın. Əqrəb – aktiv olun, təxirəsalınmaz işləri başa çatdırın. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Tam etibar etmədiyiniz insanla səmimi olmayın. Görmək istədiyiniz iş barədə vaxtından əvvəl açıqlamalar verməyin. Prioritet və planlara yenidən baxın. Bu gün nədənsə imtina etməli olacaqsınız. Hansısa ümid puç olacaq. Fəqət paralel olaraq sizi sevindirəcək hadisə yaşanacaq. Fəaliyyətin maliyyə yönlərinə diqqət yetirin.Axşam saatlarında aktiv istirahəti seçin. Oxatan – başladığınız işi və ya reallaşdırmağa çalışdığınız layihəni yarımçıq qoymayın. Maraqlarınızın ümumi olduğu insanlarla vaxt keçirmək faydalıdır. Hadisələri öz axarına buraxmayın. Dəqiq və konkret məramlarınız, fəaliyyət prinsipləriniz olmalıdır. Münaqişələr, emosional diskussiyalar istisna deyil. Şərik və ya tərəfdaşla ümumi tapşırıq, sifariş və ya layihəni təhlil edin. Yaxın ətrafınızdakı insanlardan birinin inciməsi, küsməsi istisna deyil. Səhhətinizə fikir verin.Müəyyən mövzu ilə bağlı baxışlarınızı dəyişə biləcək önəmli söhbət baş tuta bilər. Oğlaq – çətin gündür. Planlar dəyişəcək, planlar və işlərdə qəfil dəyişikliklər olacaq. Yaşananları süni şəkildə mürəkkəbləşdirməyə çalışmayın. Qərarların qəbul olunması zamanı astagəllik etməyin, çevik tərpənin. Yeni ideyalar arasında maraqlı olanı var. Evdə məişət texnikasının işində fasilələr və ya problemlər yarana bilər. Evi nəzarətsiz qoymayın. Xüsusi ehtiyac olmadan heç bir təmir işi aparmayın.Köhnə hisslər, sınıq və yararsız avadanlıq, etibarınızı itirmiş insanla əlaqələrdən qurtulun. Gərginlikdən qurtulmağın yollarını tapın.Axşam saatlarında istirahət edin. Dolça – yaşamın öz qaydalarını diqtə etdiyi sahədə və müstəvidə təzyiqlərə əl atmayın. Əsas planı həyata keçirmək, ideyanı gerçəkləşdirmək üçün bəzi məsələlərdə güzəştə getmək olar. Kənardan alınan rəğbət impulsları əhvalınızı yaxşılaşdıra bilər. Ev işlərinin həcmini azaldın. Görüş və ünsiyyətlərdə aktiv olun. Proses əsnasında planların dəyişməsi istisna deyil. Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız. Cəlb olunduğunuz situasiyaların sərfəli yönlərindən istifadə etməyə çalışın. Bəzi məqamlar sürətlə yenilənməyə başlayıb. Yaradıcılıq, şəxsi münasibətlərdə aktivlik, səhvlərin aradan qaldırılması üçün əlverişli vaxtdır. Balıqlar – yaşamınızda taleyüklü dəyişikliklər başlanır. Görüşlər və vidalaşmalar həyatınızın yenilikliklərini artırır. Sizə yada çevrilən insanla sağollaşmaq vaxtı çatıbsa, onu saxlamayın.Hiss və emosiyalarınıza hakim olun. Pozitiv dəyişikliklər ərəfəsindəsiniz. Planlar qurun, ideyaları nəzərdən keçirin, faydalı əlaqələrin çevrəsini artırın. Bütün bunlar karınıza gələ bilər. Lakin həddən ziyadə səmimi olmayın, etiraflara qapılmayın. Yaxın ətrafınızdakı insanların sizin mövqeyinizi qəbul etməsinə nail olmağı arzulamayın. Şəraitlər sizə xas olmayan addım atmağa vadar edə bilər. Milli.Az

Təbii doğuş ilə qeysər kəsiyinin üstün və mənfi cəhətləri

Uşaqların doğulması həqiqətən, möcüzədir! Hər bir qadın ailə qurduqdan sonra övladını təbii doğuş və ya qeysər əməliyyatı ilə dünyaya gətirməsi haqqında düşünür. Bu iki üsul arasından birini adətən qadın özü yox, ginekoloqlar seçir. Onlar hamilə xanımın və övladının səhhətini nəzərə alaraq ana olmağa hazırlaşanlara bu və ya digər üsulu təklif edirlər. Psixoloq.az publika.az-a istinadən bu yazıda oxucuları təbii doğuş və qeysər kəsiyiinin həm mənfi tərəfləri, həm də üstünlükləri ilə tanış edib. Təbii doğuş Üstünlükləri: Bir çox ana təbii doğuş zamanı özünü daha rahat hiss edir. Təbii doğuşun əsas üstünlüklərindən biri odur ki, ananın sağalma müddəti daha sürətli baş verir, nəinki qeysəriyyə. Təbii doğuş zamanı uşağın nəfəs darlığı problemlərinin yaranması risk azalır, çünki uşağın ağ ciyərlərindəki maye əzələ gərilməsi səbəbindən sıxılır. Uşağın orqanları təhlükəsizlikdə olacaq, həmçinin ananın doğum kanalı vasitəsilə ötürülən sağlam bakteriyaların sayəsində onun immun sistemi əla fəaliyyətdə işləyəcək. Çatışmazlıqlar: Təbii doğuş zamanı ana güclü ağrılar hiss edir. Bu, böyük güc, enerji və vaxt tələb edir. Enerji dedikdə biz onu nəzərdə tuturuq ki, körpəni uşaqlıqdan çıxarmaq üçün əzələləri zəiflətmək lazımdır. Bu isə ana və uşağı böyük riskə atır, çünki bəzi anaların gücü və enerjisi çatışmaya bilər. Qeysər kəsiyi Üstünlükləri: Adətən qeysər kəsiyi o hallarda təyin olunur ki, təbii doğuş zamanı ana və uşaq üçün həyati təhlükə var. Qadına doğuşdan əvvəl bu barədə mütləq xəbərdarlıq edirlər ki, əməliyyata hazır olsun. Həmçinin qeysər kəsiyi təbii üsullarla müqayisədə az ağrılı sayılır. Nöqsanlar: İnfeksiya, ölüm və qan itkisi riski artır. Ananın bərpa dövrü daha uzun çəkir, çünki cərrahiyyədən sonra anaya terapiya lazım olur.

Uşaqlarda allergiya yaradan səbəblər

Dünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən planetimizin əhalisinin təqribən 30 faizi müxtəlif allergik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklərdən bronxial astma, dərman və qida allergiyaları daha geniş yayılıb. Təəssüf ki, həmin xəstəliklərdən əziyyət çəkənlərin çoxu uşaqlardır. Psixoloq.az Azərtac-a istinadən xəbər verir ki, uşaqlar arasında allergik xəstəliklərin ən geniş yayılmış forması qida allergiyasıdır. Mütəxəssislərin dediyinə görə, uşaqların 55 faizindən çoxu həmin allergiyalardan əziyyət çəkir. Qida allergiyaları onların üzləşdiyi xəstəliklər arasında 4-6 faiz təşkil edir. Ana südünün erkən kəsilərək onlara əlavə yeməklərin verilməsi qida allergiyasının ən başlıca səbəbi sayılır. Bu xəstəlik uşaqlarda çox vaxt qusma və qarın ağrısı ilə müşayiət olunur. Buna görə də uşaqlarda allergiyanın ilkin əlaməti hiss olunanda mütləq həkimə müraciət etmək lazımdır. Azərbaycan Tibb Universitetinin qidalanma gigiyenası kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, əgər valideynlərdən birində allergiya varsa, uşaqda 50 faiz, hər ikisində varsa, uşaqda ona meyl iki dəfə artmış olur. Həmin ailədə ana uşağın qidasına daxil etdiyi yeni yeməkləri birdən-birə və çox miqdarda deyil, tədricən və az-az verilməlidir. Allergiyaya erkən aşkar edildikdə onun müalicəsi mümkündür.. Müalicənin gecikdirilməsi isə ciddi fəsadlara və ağırlaşmalara gətirib çıxara bilər.Apteklərdə çoxlu antihistamin dərmanlar satılır. Lakin həkimlə məsləhətləşmədən onlardan istifadə etmək düzgün deyil, çünki yanlış müalicə ciddi fəsadlara səbəb ola bilər. Uşaqlarda allergik xəstəliklərin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, burun və gözdə qaşınma və asqırmanın artmasıdır. Bəzən xəstə uşaq 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Kəskin allergiyalar yaradan səbəblərdən biri də ətrafda olan ağac, bitki və gül kollarıdır. Allerqoloqlar uşaqları çox şirin, duzlu qidalardan uzaq saxlamağı, onlara konservləşdirilmiş qida və şirələr verməməyi məsləhət görürlər. Yumurta, yer fındığı, qoz, qarğıdalı, banan, çiyələk, ət, bəzən isə inək südü allergiyaya ən çox səbəb olan qidalar hesab edilir.

Cinsi münasibəti yaxşı olanlar həyatda da xoşbəxtdirlər - Araşdırma

Kişi və qadın arasında baş qaldıran sevginin kökü yataqdan keçir. Psixoloq.az xəbər verir ki, Amerika seksoloqları cütlüklərin münasibətlərindəki çatışmazlıqları araşdırıblar. Məlum olub ki, illər ötsə də bir-birinə qarşı ehtirasını itirməyən cütlüklərin yataqla bərabər gündəlik həyatda da münasibəti daha möhkəmdir. Yataqda ehtirası qorumaq üçün isə münasibətin digər yönlərində olduğu kimi əmək sərf etmək, dəyişiklikləri sınaqdan keçirmək lazımdır. Mütəxəssislər qeyd edirlər ki, uzunmuüddətli münasibət xoşbəxt ailə demək deyil. Yataqda bir-birinə artıq adi gələn, qane etməyən cütlüklər birgə lap 30 il yaşasalar da xoşbəxt olmayacaq, xəyanətə uğrayacaqlar. Belə ki, seksdə fərqliliyə yol verməyən tərəflərdə cinsi əlaqəyə qarı şüuraltı etinasızlıq yaranır. Bədən daha az dopamin ifraz edir. Bu isə hər iki tərəfin orqanizmi üçün zərərlidir. 40 mindən çox cütlük arasında aparılan araşdırmanın sonunda bəlli olub ki, yataqdaki alovu sönməyə qoymayan ailələr cəmi 5 faizdir.(publika.az)

İnfarkt riskini azaldır, yorğunluğu aradan qaldırır - Narın faydaları

Nar meyvəsinin mövsümü yaxınlaşır.  Psixoloq.az xəbər verir ki, narın insan orqanizmi üçün bir sıra faydaları mövcuddur. Belə ki, nar ürək tutması, ürək infarktı riskini azaldır. Damar tıxanıqlığının qarşısını alır, təzyiqi stabil saxlayır. Xolesterin və qan şəkərini tarazlaşdırır. İmmunitet sistemini gücləndirir. Prostat xərçənginin qarşısını alır. Narın tərkbindəki vitaminlər qripə səbəb olan mikrob və virusları zərərsiz hala gətirir. Enerji verir, yorğunluğu aradan qaldırır. Şirin nar suyu sətəlcəmə və burun poliplərinə qarşı faydalıdır.Nar həmçinin diş əti qanaxmalarına yaxşı təsir edir. Hər cür infeksiyaya qarşı bədənin müqavimətini artırır. Nar dəri xərçənginə də yaxşı təsir edir. Həmçinin dərinin hamar görünməsinə kömək edir.

Bakıda qurbanlar kəsilir, bayram qeyd olunur - VİDEO

Bayram namazından sonra insanlar qurbanlarını kəsməyə başlayıblar. İnsanlar qurbanlıq satışı məntəqələrinə üz tutublar və qurbanlıqlarını alıblar. Bir tərəfdə qurbanlıq heyvanların satışı həyata keçirilir. Digər tərəfdə isə qurbanlar kəsilərək soyulur. Başqa bir tərəfdə isə soyulan heyvanları dərisi avtomobillərə yığılır Bakıda əsl bayram ab-havası yaşanıb. Qurban yarmarkalarında sözün əsl mənasında insan izdihamı yaşanıb. Görüntülər Nərimanov rayonu təbriz küçəsi 1 ünvanında yerləşən qurbanlıq heyvanların kəsimi və satışı məntəqəsindədir. Müsəlmanların müqəddəs bayramlarından olan qurban bayramı ilə əlaqədər insanlar səhərin erkən saatlarından kəsim məntəqələrinə üz tutublar. Qurbanlar alınaraq elə yerindəcə kəsilib Kəsim və satış qaydalarına riayyət etmək ü.ünsə adiyyatı qurumun nümayəndələri nəzarət edir. Kəsim məntəqələrində Qida təhlükəsizliyi agentliyinin baytar həkimləri də xidmət göstərib. Kəsimə gətirilən heyvanların sağlamlığı elə yerindəcə yoxlanılıb. Bundan başqa qurban kəsim məntəqələrində Kənd təsərrüfatı nazirliyinin dəsdəyi ilə gətirilən heyvanların da satışı aparılır. Bu heyvanların qiyməti isə minimum 160 manatdan başlayır.

Qeyri-adi qurbanlıq xonçalar: Qiymətlər 80-150 manat arası dəyişir - VİDEO

Qurban bayramı münasibətilə mağazalarda sırf bu bayrama aid, bir birindən maraqlı xonçalar satılır. Bu xonçalar əsasən nişan mərasimləri üçün alınır. İslami dəyərləri özündə birləşdirən müxtəlifsimvollar və Qurban Bayramınına aid, biri birindən maraqlı aksesuarlar. Şokolad bağlamasının üzərində əl işlərindən hazırlanmış quzu şəkli,Qurban bayramının simvolu olan və bayram ab-havasında bəzədilmiş qoç fiquru, məscidi xatırdalan güzgülər. Bütün bunlar Qurban bayramı münasibəti ilə hazırlanan qurbanlıq xonçalarda öz əksini tapıb. Xüsusi zəhmət tələb edən və əl ilə hazırlanan qurbanlıq xonçalar bir günə ərsəyə gəlir. Nailə İsəgndərova deyir ki, bayram xonçaları xüsusilə nişan mərasimləri üçün alınır. Xonçaların qiyməti isəaksesuar və ölçüsünə görə dəyişir. Xonçaların içinə qurbanlıq qoyunlar üçün əl ilə işlənilmiş xüsusi geyimlər də qoyulur. Nailə İsgəndərova deyir ki,Qurban bayramı ilə əlaqədar qurbanlıq xonçalara endirimlər də olur.

"Qurbanın kəsilməsi uşaqda travmatik iz qoya bilər" - Bəs necə etməli?

Azərbaycanda Qurban bayramı  dövlət səviyyəsində, 27 oktyabr 1992-cil tarixli qanuna əsasən bayram kimi qeyd edilir. Müqəddəs bayram olduğu üçün insanlar daha həssas yanaşırlar. Psixoloq.az xəbər verir ki, artıq əksər evdə qurbanlıqlar alınıb. Bəzi insanlar isə bayramın məğzini uşaqlarına daha yaxşı aşılamaq üçün qurbanı onların gözü qarşısında kəsməyə üstünlük verirlər. Hətta qoyunun qanından uşağın alnına vuranlar da az deyil. Bəs qurbanın azyaşlıların gözü önündə kəsilməsi doğrudurmu? Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılovanın sözlərinə görə, uşaqlarda yaddaşın formalaşma prosesi 2,5-3 yaş ərzində başa çatır və bu zamandan etibarən uşaqlar hər bir şeyi gözəl  yadda saxlayıb həyatı boyu xatırlaya bilirlər: “2,5 yaşa qədər isə hər şey uşağın şüuraltında toplanır. Uşaq psixikası çox incədir. Diqqətli olmaq lazımdır. Bir psixoloq kimi qurban kəsilən zaman 6 yaşa qədər olan uşaqların bunu izləməsinə xoş baxmıram. Bu prosesi göstərməzdən öncə bu barədə maarifləndirmə işləri aparılsa daha xoş olar. Valideynlər Qurban bayramının necə yaranmasından, keçmişindən bəhs etsələr daha məqsədəuyğun olar. Bundan sonra uşaq hadisənin mahiyyətini dərk edəcək və onun üçün daha maraqlı olacaq. Həmçinin azyaşlı bunu stressiz, psixoloji travmasız keçirə biləcək”. Psixoloq vurğulayıb ki, qoyunun kəsilməsi, bu hadisəyə şahid olan və məlumatsız uşaqda travmaya səbəb ola bilər. “Bu hadisə uşaqlarda travmatik iz qoya bilər. Əgər ətin imkansız və ehtiyacı olan ailələrə paylanması izah edilərsə bu proses stressiz keçə bilər”, - deyə Cəbrayılova qeyd edib. Şəhanə Quliyeva

Günün ulduz falı: 22 avqust, 2018

Qoç – əmr vermək, rəhbərlik etmək, kiməsə nəyisə tapşırmaq istəyirsiniz. Lakin uğur üçün bütün bunlar yetərli deyil. İşinizi özünüz görməlisiniz. İşləyin və əməyinizdən həzz almağa başlayacaqsınız.Son vaxtlar doğru istiqamət seçdiyinizlə bağlı müəyyən şübhələr vardı. Bu gün həmin şübhələrə qəti cavab alacaqsınız. Qətiyyətli, zəhmətkeş, məntiqli davransanız, seçdiyiniz yöndə uğur qazana bilərsiniz.İşdəki problemləri evə daşımayın. Ailə üzvlərinizlə amiranə şəkildə danışmayın. Onlarla səmimi, həlim olun. Buğa – narahat olmayın, təşvişə düşməyin. Əsassız və səbəbsiz həyəcan pis olmayan günü korlaya bilər. Mühüm məsələləri özünüz həll etsəniz, ikinci dərəcəli və xırda problemlərin həllini etibar etdiyiniz insana tapşırsanız, işdə uğur əldə edə bilərsiniz. Sənədləşdirmədə problemlər yarana bilər. Bürokratik əngəlləri və məmurların uydurma bəhanələrini qət etmək asan deyil. Axşam saatları xoş sürpriz, maraqlı görüş vəd edir. Qəfil vizit ola bilər. Qonaqlar sizi sevindirəcək.Kulinar eksperimentlər əhvalınızı yaxşılaşdıra bilər. Əkizlər – gün asan və sadə olmasa da, uğurdan xali deyil.Başladığınız işləri yarımçıq qoymayın. Hansısa istiqamətdə məqsədinizə nail ola bilməsəniz, inad etməyin. Yaşamın özü bundan sonra hansı istiqamətdə hərəkət etməyin gərəkdiyini və nə etmək lazım olduğunu bildirəcək. Sizə qalan intuisiyanın dediklərini dinləməkdir. Huşyar olun. Valideynlərlə uşaqlar arasında anlaşılmazlıq olarsa, səbrli davranın, münaqişəyə imkan verməyin. Axşam saatlarında sakit olmağa çalışsanız da, dəvət aldığınız yerə getmək lazımdır. Xərçəng – həddən ziyadə ətalətli və astagəl olmayın. Nə etdiyinizi, nəyə can atdığınızı, hansı planı reallaşdırdığınızı dəqiqləşdirin. Az sonra hadisələrin axarı göstərəcək ki, tələsmək gərək deyilmiş. İşlərə məsuliyyətli və diqqətli yanaşın, tələsən insanların yol verdikləri səhvləri təkrarlamayın. Gəlir, mənfəət istisna deyil.Alış-verişdə simiclik etməyin. Axşam saatları romantik münasibətlər və təmaslar üçün əlverişlidir. Bir qədər tənha qalmaqda da xeyir var. Şir – başqalarının bacarmadıqları işin öhdəsindən gələ bilərsiniz. Amma eyforiyaya qatılmayın, qəhrəmanlıq etmək, “dünyanı qurtaran adam” kimi görünməyə çalşımayın. Başa vuracağınıza ümid etmədiyiniz işlərdə ciddi irəliləyiş ola bilər. Yaxın ətrafınızdakı insanlardan birinin gerçək siması sizə əyan olacaq. Şəxsi münasibətlər müstəvisində düşərli gündür. Təmaslarınızdakı rəvanlığı və harmoniyanı pozan müşkülü bu gün çözə bilərsiniz. İstənilən situasiyada təbii olun, yalan danışmayın. Qız – nə istədiyinizi dəqiq müəyyənləşdirin. Günün hadisələri nə vaxtdan bəri qəlbinizdə gəzdirdiyiniz istəyin gerçəkləşməsinə rəvac verir. Amma istəklər çox olmamalıdır. Səhər saatlarında vəziyyət bir qədər əsəbi və nevrozdur. Yaranan problemlər o qədər ciddi deyil ki, təbdən çıxaraq sinirlənəsiniz, həyəcanlı addımlar atasınız. Nikbin olun. Belədə bir çox sədləri dəf edə bilərsiniz.Bədbin, özünə əmin olmayan insanlar sizdən yardım gözləyirlər. Onları dəstəkləyin, amma müftəxorluq edərək sizdən sui-istifadə etmələrinə imkan verməyin. Nüfuzlu şəxslərlə təmaslarda həssas və diqqətli olun. Maraqlar toqquşması riski var. Tərəzi – gün xoş görüşlər vəd edir. Köhnə dostla səmimi söhbət yaşananlara fərqli aspektdən baxmağa imkan verəcək. Problemlərin həlli üçün düzgün qərar verin, çətin situasiyadan çıxış yolu arayarkən hövsələsiz olmayın. İşlə bağlı məsələlərin çözümündə naqolay təzyiqlərin qarşısını alın.Sərfəli anlaşma və ya gəlirli sifariş istisna deyil. Səyahət və ya səfər məsləhət deyil. Yolda tez yorula bilərsiniz.Axşam saatlarında evdə keçirəcəyiniz vaxtda istirahət edin, əhvalınız və səhhətiniz normal vəziyyətə düşsün. Alış-verişdə iri məbləğdə pul xərcləməyin. Əqrəb – səhər saatlarında günün uğursuz olacağını düşünə bilərsiniz. Amma az sonra situasiya dəyişəcək. Vaxt keçdikcə pozitiv təmayüllərin təsir gücü artır. Günün ilk yarısından müstəqil fəaliyyət və təkbaşına iş üçün istifadə edin. Günün ikinci yarısında isə işgüzar məsələlər, birgə layihələrdə iştirakla bağlı məsləhətləşmələr və müzakirələr olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Yerinə yetirə biləcəyiniz işə başlayın, qüvvənizi qənaətlə sərf edin. Emosional olmayın, hisslərin əsarətinə düşməyin. Əks cins mənsubu ilə ciddi münasibətlərin təməlinin qoyulacağına bel bağlamayın. Oxatan – hər sahədə və hər işdə hamıdan yaxşı olmağa çalışsanız da, bu, mümkün deyil. Əslində belə vəziyyətə ehtiyac da yoxdur. Təbii davranın və bu, günün ən məhsuldar, ən effektiv variantıdır. İndiyədək mübhəm bildiyiniz məsələnin təfərrüatları bilinəcək.Çoxdan bəri görüşmək istədiyiniz, darıxdığınız insanla günün ikinci yarısında görüş istisna deyil.Səfər, yaşam məkanının dəyişdirilməsində fayda var. Belə dəyişikliklər insanı ruhlandırır, işdə və yaradıcılıqda uğurlar qazanmağa imkan verir. Yaxınlarınızla münasibətlər qaydasına düşür, fikir ayrılıqları və incikliklər keçmişdə qalır. Oğlaq – xırda məsələlərə və önəmsiz detallara həddən artıq fikir verməyin. Aktiv olun, qətiyyətli addımlar atın. Son vaxtlar sizi narahat edən məsələləri nüfuzlu insanla müzakirə etmək və problemin həll yollarını tapmaq imkanı yaranıb. Ambisioz, eqoist, xudpəsənd olmayın. Bununla yanaşı, ağıllı, fəndgir və məntiqli davranın, karyera pilləkənində yüksəlməyə çalışın. Şəxsi münasibətlər müstəvisində ciddi dəyişikliklər gözləməyə dəyməz. Təşəbbüslər nəticə verməyəcək. Yaranmış situsiyanı təhlil edin, davranmağın yollarını ayırd edin.Axşam saatlarında istirahət edin. Dolça – improvizə etməkdən çəkinməyin. Bu gün qəflətən atacağınız addımlar və qəbul edəcəyiniz qərarlar uğurlu ola bilər. İşdə həmkarlarla fikir ayrılığı, münaqişə istisna deyil. Mövqeyinizi müdafiə edin. Yanınızdakı insanlardan biri davranışızı bəyənməyə bilər, amma qəti və sərt olun.Nüfuzlu şəxs sizi müdafiə edəcək. Günün ikinci yarısı yaşam tonusunuzun səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Səhhətdə problem istisna deyil.Ağır və yağlı yeməklər yeməyin. Axşam saatlarında açıq havada gəzintiyə vaxt tapın. Balıqlar – qəfil uğurlar günüdür. Bu nailiyyətlər əhəmiyyətli olmasa da, həddən ziyadə xoşdur. Peşəkar və fərdi məziyyətlərinizə şübhələnən insanlar indi bacarıqlarınızı etiraf etmək məcburiyyətində qalıblar. Gözlənilmədən işgüzar təklif ala bilərsiniz. Böyük, ya da gəlirliyi layihədə birgə işə və ya əməkdaşlığa cəlb oluna bilərsiniz.Tanışlıqlar asan baş tutur. Bunun üçün təşəbbüs gərək deyil – ətrafınızdakı insanlara maraqlısınız. Ailə üzvlərindən birinə problemi həll etməkdə yardım göstərin. Milli.Az

24 ildir sosiska qızartması yeyir - Qəribə vərdişli gənc

28 yaşlı sakin 24 ildir yalnız sosiska və kartof qızartması ilə qidalanır. Psixoloq.az  xəbər verir ki,Daniel Pennok adlı ingiltərəli sakin qəribə vərdişi ilə gündəm olub.4 yaşından adı çəkilən qidalardan başqa heç nə yeməyən Daniel indi bu vərdişi tərgitmək üçün kömək istəyir."24 ildir ağzıma sosiska və kartof qızartmasından başqa heç nə dəyməyib. Arada alma və banan yemişəm, amma başqa heç nə yeyə bilmirəm. Yanımda göyərti, meyvə-tərəvəz və ya xörək olarsa, özümü xəstə kimi hiss edirəm", - deyə Pennok bildirib.

Məhərrəm ayı bu tarixdən başlayacaq

"Bu il Azərbaycanda Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra isə Aşura olacaq. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlər planı icra olunacaq". Psixoloq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, plana uyğun olaraq, görüşlər keçiriləcək, müzakirələr aparılacaq: "Məhərrəmlik ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər. Hesab edirəm ki, bu il də bununla əlaqədar heç bir problem olmayacaq. Dini ayinlər məscidlərin imamları tərəfindən icra edilir. Həmin imamların həm namazı idarə etməsi, həm də xütbələr zamanı söylədiyi fikirlər İslami dəyərlərə söykənir. Məhərrəmlik ayındakı mərasimlərdə bəziləri xurafat elementlərini təkrarlamaq istəyir, bunlar isə yolverilməzdir". M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə hər il qanvermə aksiyası keçirilir: "Bu çağırışlar son illərdə Türkiyə və İranda da tətbiq olunur. Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir. Bunlar olacaqsa, onlar dini ayinlərin icrasında yol verilən nöqsan olacaq".

Yatarkən başınızın üstünə limon qoyun

Stress bir çox insanın ümumi problemidir. Yataqda yuxuya gedə bilməməyinizə səbəb olur. Psixoloq.az xəbər verir ki, şkafın üzərinə limon qoysanız, gərginliyinizi alaraq sizə sakitlik bəxş edəcək. Aparılan araşdırmalara görə, limon qoxusu beyin dalğalarını və duyğularını rahatladır.

Bayram günləri "Bakmil" stansiyası necə işləyəcək?

Qurban bayramında (22-23 avqust) və qarşıdakı istirahət günlərində də (25-26 avqust) "Bakmil" stansiyası adi qaydada işləyəcək. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun  verdiyi məlumata görə, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) Qurban bayramında, eləcə dəşənbə və bazar günlərində tətbiq edilməyəcək. Qeyd edilən tarixlərdə sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər. Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.(publika.az)

Boş qalan yerlərə müsabiqə nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən müsabiqənin nəticələri açıqlandı. Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Müsabiqədə iştirak edənlər iş nömrəsini 7727-ə göndərməklə müsabiqənin nəticəsi ilə tanış ola bilərlər. Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.(publika.az)

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir. Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir. İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir. Əziz bacı və qardaşlarım! Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”.

Kolleclərə qəbul olanların qeydiyyatı başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatacaq. Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərXəbər-ə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Bu dövlət idarəsi bayram günü də işləyəcək

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri Qurban bayramı günlərində işləyəcək. Psixoloq.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə ki, avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq idarə və onun şöbələrdə vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi davam edəcək. İş rejimi isə səhər saat 9.00-dan axşam saat 19.00-dək olacaq.

Qonşuları “Toppuş bacını” “öldürdülər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevada yenidən xərçəng aşkarlanıb. Psixoloq.az xəbər verir ki, sənətçi müalicəsinə davam edərək kimyaterapiya alır və şüa qəbul edir. Vəziyyəti isə yaxşıdır. Lakin aktrisanın qonşularından bir nəfər sosial şəbəkədə onun vəfat etdiyini iddia edib. O, “30 dəqiqə əvvəl keçinib. Mühafizədən soruşdum, o da təsdiqlədi”, - deyə yazıb. Ancaq məlum olub ki, Tünzalə Əliyeva hazırda terapiyadan çıxıb və evinə gedir. Bu gün sənətçinin həyat yoldaşı Röyalın doğum günüdür. Qeyd edək ki, sənətçi saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirilib. Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi.(oxu.az)

Küçələri texnika təmizləyəcək: Bəs süpürgəçilər?

Xəbər verildiyi kimi, magistral yolarda, prospektlərdə zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.  Bu, Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şirkətinin istehsalı olan 10-a yaxın texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib. Prosesin avtomatlaşdırılması süpürgəçilərin təhlükəsizliyi baxımından müsbət olsa da, əl əməyinin sıradan çıxması deməkdir. Bu sahədə işləyənlərin taleyinin necə olacağını öyrənmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.  Qurumun tikinti üzrə şöbə müdiri Mehman Abbasov Oxu.Az-ın müvafiq sualına cavabında bildirdi ki, istənilən halda iş prosesində əl əməyi qalacaq: “Texnikalar, əsasən, küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə fəaliyyət göstərəcək. Digər ərazilərdə təmizlik işlərinin aparılmasında insan əməyindən istifadə ediləcək. Əl əməyi istənilən halda lazımdır, texnika hər yerdə cəlb oluna bilmir”.  Qeyd edək ki, “küçə təmizləyən” texnikaların gücü qiymətindən asılı olaraq dəyişir. Nəzərə alsaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Almaniyanın MAN şırkətinin texnikalarını alıb. Bir texnikanın 1000 süpürgəçi əməyini əvəzləməyə qadir olduğu irəli sürülür. 

“İcbari tibbi sığorta haqqında” qanun dəyişdirilir

“İcbari tibbi sığorta haqqında” qanun tamamilə dəyişdiriləcək, yaxud bu yöndə yeni qanun qəbul olunacaq. Bu haqda oxu.az-a parlamentdən bildirilib. Qeyd olunub ki, adıçəkilən qanunun qəbulundan 19 il keçir və ötən illər ərzində icrası, demək olar ki, mümkün olmayıb. “Buna səbəb ölkədə icbari tibbi sığortanın tətbiqinin gecikməsi olub. Artıq son illər bu istiqamətdə bir sıra addımlar atılıb, müvafiq dövlət agentliyi yaradılıb, büdcədən vəsait ayrılıb, bir neçə bölgədə pilot layihələr icra olunmaqdadır. Amma qanunla bağlı yekun qərar Milli Məclisin Səhiyyə komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dinləmələrindən sonra veriləcək. Ya qanuna ciddi dəyişikliklər və əlavələr ediləcək - əvvəl daha çox bu variant üzərində dayanılırdı, amma son zamanlar fikir dəyişikliyi var - ya da  ola bilsin ki, yeni qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması yönündə qərar veriləcək. Bütün hallarda qanunla bağlı ciddi addımların atılması gözlənilir və bu, çox vacibdir. Artıq icbari tibbi sığortaya keçidin zamanıdır”, - deyə parlamentdən bildirilib.

Çimərliyə getmək istəyənlərin nəzərinə

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 22-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında avqustun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək. Xəbərdarlıq edilir ki, avqustun 22-si axşamdan 24-ü axşamadək Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var.

Baş nazir Azərbaycan xalqını təbrik etdi

Baş nazir Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Psixoloq.az xəbər verir ki, baş nazirin sosial şəbəkələr vasitəsilə yaydığı təbrikdə deyilir: “Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun!”.

Astma, öskürək problemi varsa... Bu nemətdən istifadə edin

Öskürəkdən əziyyət çəkənlər zeytun yağı və əncir qurusundan istifadə edə bilərlər. Psixoloq.az xəbər verir ki, zeytun yağı  və əncir qurusu da insan orqanizmi üçün çox faydalıdır. Belə ki, öskürək və astma xəstələri təmiz zeytun yağında 1 gün saxlanılan iki ədəd əncir qurusunu hər səhər yeməkdən əvvəl qəbul etməlidir. Belə bir müalicə kursu ən azı 6 ay davam etməlidir. Fasiləsiz davam edən bu kurs astma və öskürək xəstəliyi olanlar üçün inanılmaz müalicə üsuludur. İki ədəd əncir qurusunu bir qab zeytun yağına atın və bir gün gözləyin, bir gündən sonra çıxarın və qəbul edin, əvəzinə yenə iki əncir qurusu əlavə edin.