Bu vəziyyətdə 5 dəqiqə qalın - İnanılmaz NƏTİCƏ

Ayaqları divara söykəmək orqanizm üçün çox faydalıdır. Psixoloq.az xəbər verir ki, bu, yeni araşdırmalar zamanı məlum olub. Gün ərzində bədənimiz şaquli vəziyyətdə olur, xüsusilə saatlarla oturaq vəziyyət qalmaq çox zərərlidir. Bu sadə poza sayəsində bədən gümrahlaşır. Üstəlik sadə pozanı həyata keçirmək üçün əlavə səy göstərmək lazım olmayacaq. Bəs bu formada 5 dəqiqə qalmaqla əlavə olaraq nə əldə edirsiniz? Beliniz dümdüz şəkildə yerə uzanıb ayaqları divara söykədikdə yorğunluq aradan qalxır, Bədən canlanır, Bel ağrıları yox olur Başınız daha yaxşı işləməyə başlayır. Bu hərəkət sayəsində orqanizm tonusa gəlir, ayaqlarda yüngüllük hiss olunur. Bədən tez bərpa olunur, dincəlir, Onurğa sütununda gərginlik aradan qalxır. Bu şəkildə durmaq ürəyin fəaliyyətini normaya saldığı üçün ayaqlarda qan dövranı daha yaxşı işləyir və “ayaqlarda ağırlıq” çəkilir.

Yüksək təzyiqi tənzimləyir, böyrəkləri təmizləyir - Qarğıdalının faydaları

Qarğıdalı A. B və E vitamini baxımından zəngin bir bitki mənşəli mənbədir. Yüksək miqdarda lif tərkibinə malik olan qarğıdalı, karotin baxımından da zəngindir. Həmçinin qarğıdalı sağlamlığımız üçün əvəzsiz olan maqnezium, manqan, dəmir və mis mineralları baxımından da yaxşı bir qida mənbəyidir. Qarğıdalının sağlamlığa faydaları nələrdir? Bol miqdarda lif ehtiva edən qarğıdalı həzm sistemi xəstəliklərinin, o cümlədən qəbizlik, babasil, bağırsaq xərçəngi kimi xəstəliklərin  qarşısını alır. Antioksidantlarla zəngin olan qarğıdalı bu sayədə antikanserogen qida mənbəyidir. Qarğıdalı Alzheymer xəstəliyi və ürək xəstəliklərinin riskini azaldır. Yüksək təzyiqi tənzimləməyə yardım edir, anemiya riskini azaldır, xolesterolu və şəkəri aşağı salır. Təzə qarğıdalı böyrəkləri qum və daşlardan təmizləməyə kömək edir. Qarğıdalı ödqovucu xüsusiyyətlərə malikdir və bu səbəbdən onun istehlakı qaraciyər və öd kisəsinə müsbət təsir edir. Tərkibində olan kalsium və fosfor sümük və oynaqların sağlamlığını qoruyur. Qarğıdalı həmçinin mübadilə proseslərini də yaxşılaşdırır, ürək və damarları möhkəmləndirir.

Hər gün iki heyva yeyin

A və B vitaminləri cəhətdən zəngin olan heyva, qış mövsümünün ən sevilən meyvələrindən biridir. Şəkər miqdarı az olan bu meyvə, eyni zamanda insanı rahatladaraq sakitləşdirir. Bəs heyvanın bilinməyən faydaları nədir? Mədə-bağırsaqları gücləndirir. İshalı kəsməkdə təsirlidir. Ancaq çox yeyildiyi zaman qəbizliyə səbəb olur. İshaldan əziyyət çəkənlər heyvanı yeyə bilər. Qaraciyərində problem yaşayan insanlar bu meyvədən rahatlıqla istifadə edə bilər. Qanı təmizləməyə kömək edir. Ürək döyüntüləri zamanı faydalıdır. Öskürəkdən əziyyət çəkənlər heyva dəmləməsini içə bilərlər. Dərini təmizləyərək, dırnaqları gücləndirir. Varikoz damarların qismən də olsa qarşısını almağa kömək edir. İdrar yolu infeksiyaları zamanı effektlidir. Bəs heyva dəmləməsi necə hazırlanır? Bunun üçün heyvanın qabıqları soyulur. Xırda formada doğranılır və üzərinə qaynar su tökülür. Dəmlənmə üçün gözlədilir. Çayın rəngi sarı olan zaman içə bilərsiniz.(hekimtap.az)

Ən təhlükəli döş xərçənginin müalicəsi tapıldı

Leybnits adına Qocalmanın Araşdırılması İnstitutunun alimləri çox təhlükəli süd vəzi xərçəngi hüceyrələrində aktiv olan TRPS1 zülallarını eyniləşdiriblər. Bu birləşmə yeni effektiv dərmanlar üçün potensial hədəfdir. Psixoloq.az xəbər verir ki, bununla bağlı məlumat “MedicalXpress” tərəfindən yayımlanıb.  Döş xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növüdür və il ərzində bu xəstəlikdən 521 min insan dünyasını dəyişir. Bu xəstəliyin üç müxtəlif növü var: ER-müsbət, HER2-müsbət və üçqat mənfi xərçəng. Döş xərçəngi xəstəliklərinin 15 faizini təşkil edən sonuncu növün müalicəsi olduqca çətindir.  Məlumdur ki, “Hippo” siqnal yolu toxumaların regenerasiyasında və xərçəng hüceyrələrinin yaranmasında başlıca rol oynayır. Bu komponentin əsas komponentlərindən biri orqanların ölçüsünə nəzarət edən YAP zülalıdır. Mütəxəssislər hesab edir ki, YAP-ın aktivləşdirilməsi xəstənin sağalmasına kömək edir. Bunun səbəbi bugünədək müəyyən olunmayıb.  Alimlər hesab edirlər ki, TRPS1 zülalı YAP zülalının aktivləşməsinə səbəb olur və “Hippo” siqnal yoluna düşərək xərçəng hüceyrələrinə təsir göstərir.(oxu.az)

Qaraciyəri sıradan çıxaran amillər

Qaraciyərdə sinir ucları yoxdur və bu səbəbdən qaraciyərdə hətta dağılma prosesləri gedəndə insan heç bir ağrı hiss etmir. Məhz bu səbəbdən bir çox hallarda qaraciyər xəstəlikləri gecikmiş mərhələlərdə aşkar olunur. Hələ dahi İbn Sina qaraciyərin bu xüsusiyyətini bilirdi və qaraciyəri ziyanlı təsirlərdən daim qorumağı tövsiyə edirdi. Qaraciyərin özü özünü bərpa etmək qabiliyyəti güclü olsa da bəzi amillər var ki, onlar qaraciyərin sağlamlığına çox ciddi ziyan vurur, qaraciyəri məhv edir. Bu amillər hansılardır? 1. Spirtli içkilər Bəzən eşitmək olur ki, spirtli içkilərin az miqdarda (20-40 qr) qəbulu insan orqanizmi üçün ziyansız sayıla bilər. Bu belə deyil. Qaraciyər üçün spirtli içkinin hətta 1 damcısı belə zəhərdir. Saglamolun.az xəbər verir ki, belə içkilərin tərkibində olan etanol qaraciyərin hüceyrələrinə məhvedici təsir göstərir. 2. Dərmanlar Son zamanlar dərmanların qəbulu nəticəsində qaraciyərin zədələnməsi halları artmaqdadır. İnsanlar müstəqil şəkildə, həkimlə məsləhətləşmədən müxtəlif ağrıkəsici preparatları, vitamin kompleksləri, qida əlavələri, otlar və s. qəbul edir. Lakin hətta belə "ziyansız" vasitələrdən sui-istifadə qaraciyərin zədələnməsinə gətirib çıxarda bilər. 3. Virus hepatitləri Virus hepatitləri qaraciyər xəstəliklərin, o cümlədən qaraciyər sirrozu və xərçənginin əsas səbəbidir. Bu viruslar əsasən qan vasitəsilə (cərrahi əməliyyat, dişlərin müalicəsi, qanköçürmə və s.) bir insandan digərinə keçir. 4. Sağlam olmayan qidalanma Qidalanmada yağlı, qızardılmış, hisə verilmiş qidaların, şəkərin, şirniyyatların, trans-yağların (marqarin və s.) həddindən artıq çox olması qaraciyərin sağlamlığı üçün olduqca ziyanldır.(sağlamolun.az) 5. Uzunmüddətli ağır streslər

Böyrəkləri qum və mikroblardan təmizləyin - Resept

Böyrəkləri, sidik kisəsini və sidik yollarını qum və mikroblardan təmizləmək üçün cəfəri suyundan istifadə edə bilərsiniz. Psixoloq.az xəbər verir ki, bu bitki sidikqovucu və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Xalq təbabətində geniş istifadə edilir. Bununla yanaşı dərini gəncləşdirərək parlaq edir. Bəs cəfəri suyu necə hazırlanır? 1 dəstə cəfəri saplağı ilə birlikdə yuyulur, doğranılır, üzərinə yarım litr qaynar su tökülür, zəif odda 2-3 dəqiqə qaynatdıqdan sonra, 1 saat dəmlənir və süzülür. Hazırlanan bu cəfəri suyu ilıq olaraq, günün hər saatında arzuya görə istehlak edilir. Gecə yatmazdan 1 saat əvvəl içə bilərsiniz.

Bunları suya qatıb içsəniz…

Hər səhər suya bir neçə limon damcısı sıxıb içmək çox faydalıdır. Diyetoloqlar bildirir ki, limonu müxtəlif bitkilərlə əvəz etmək olar. Psixoloq.az Publika.az-a istinadən bu yazıda oxucuları suyu daha dadlı edən üsullarla tanış edib. Burada çətin heç nə yoxdur, suya sadəcə bir inqrediyent əlavə edəcəksiniz. Ödəmə qarşı duz Adət etdiyimiz duz orqanizm üçün zərərli sayılır. Lakin adi duzlardan fərqli olaraq, Himalay duzu orqanizmdə su saxlamır, əksinə onu bədəndən çıxartmağa kömək edir və ödəmin yaranmasına səbəb olmur. Belə su susuzluğu daha tez öldürür, nəinki adi limonlu su. Bundan əlavə, onun tərkibində faydalı minerallar və antibakterial xüsusiyyətlər boğaz ağrılarını aradan qaldırmağa kömək edir. Bir litr suya çay qaşığının dörddə biri qədər duz əlavə edin. Darçın Pəhriz saxlayanların sevimli ədviyyatı şirniyyat istəyinin qarşısını alır. Onu suya əlavə etdikdə ən yaxşı xüsusiyyətləri su ilə qarışır. Metabolizmi yaxşılaşdırır və qanda qlükozanın səviyyəsini azaldır, nəticə etibarilə şirniyyat istəyini yox edir. Axşam yatmazdan əvvəl bir litr suya 4-5 darçın çubuğu əlavə edin. Səhər yüngül tünd ətirli kokteyldən ləzzət alın. Sızanaqlara qarşı xlorofil Maye xlorofil təbii dezodorant təsiri göstərir, həzmi yaxşılaşdırır və orqanizmi təmizləyir. Amma xlorofilli suyun başqa faydalı xüsusiyyətləri də var. O, akne xəstəliyinin törədicisi olan bakteriyaların sayını azaldır, yaraların tez sağalmasına səbəb olur və kollagen istehsalını stimullaşdırır. Bir sözlə, belə yaşıl su təmiz və sağlam dəri üçün ideal kokteyldir. Bunun üçün bir stəkan suya bir çay qaşığı xlorofil əlavə edin. Sarıkök Bu məşhur antioksidant və C vitamini anbarı qırışların yaranmasını qarşısını alır, hətta anti-yaş (yaşlılıq əleyhinə) xassələrini suda da qoruyub saxlayır. Ancaq təbii dərman sayılan bu ədviyyatdan sadəcə profilaktika məqsədilə istifadə olunmur: O dəri rəngini yaxşılaşdırır və yüksək iştahanı normallaşdırır. Hər səhər isti suya yarım çay qaşığı sarıkök əlavə edib için. Müalicə kursunu 2-4 həftə yerinə yetirməyi məsləhət görürlər. İki ay fasilə verdikdən sonra kursa yenidən başlaya bilərsiniz.

Yumurta qabığının bu günə qədər bilmədiyimiz FAYDALARI

Yumurta qabığını zibilə atmaq əvəzinə yemək daha məsləhətlidir. Psixoloq.az xəbər verir ki, bu barədə alimlər yeni araşdırmanın nəticələrini açıqlayarkən bildiriblər. Yumurtanın qabığını 93 dərəcədə 10-15 dəqiqə sobada bişirmək lazımdır ki, tərkibindəki bakteriyalar ölsün. Alimlər qeyd edirlər ki, yumurtanın qabığında kalsiumun miqdarı çoxdur. Yumurta qabığının 95 faizi kalsium karbonatla zəngindir. Sadəcə bir yumurta qabığının tərkibində 2 qram kalsium var. Amma yumurta qabığını qətiyyən çiy formada yemək olmaz.  Əvvəlcə qabıqları qaynadın, sonra isə sobada 93 dərəcədə 10-15 dəqiqə bişirin. Bişmiş qabıqları üyüdün və toz şəklinə salın. Qabığın tərkibindəki kalsium qadınlarda qocalma ilə əlaqədar üzə çıxan osteoporoz ağrılarını və sümük əriməsinin qarşısını alır. Üyüdülmüş yumurta qabığını un ilə karışdırmaq və bu undan müxtəlif məmulatlar hazırlayıb yemək olar. Amma diqətli olmaq lazımdır ki, kalsiumun çox olması da orqanizmə ziyandır. Normal bir insanın gündəlik kalsium ehtiyacı 1 qramdır.(ölkə.az)

Bu dərmanlar hamilə qadınlar üçün zərərlidir - Düşük yaradır

Makrolid, xinolon, tetratsiklin, sulfonamid və metronidazol qeyri-ixtiyari abort, düşük riski yaradaraq, hamiləliyin 20-ci həftəsinə kimi zərərlidir. Psixoloq.az xəbər verir ki, bu barədə Kanada tibbi asosiasiyasının elmi dərgisində çap olunan yeni araşdırma nəticələrində bildrilib. Belə  ki, 8700 nəfər hamiləlikdə düşük keçirmiş qadınların tibbi sığorta məlumatlarında qəbul etdikləri dərmanlar araşdırılıb. Məlum olub ki, 16% qadınlar hamiləliyin birinci trimestrində antibiotik qəbul ediblər. Antibiotiklərdən Azitromisin düşük riskini 65%, klaritromisin isə 2 dəfə artırıb.

Siqaret asıllığını azaldan RESEPT

Siqareti tərgitmək xüsusilə kişilər üçün çətin mərhələdir. Bu pis vərdişdən yaxa qurtarmaq üçün ilk olaraq güclü iradə tələb olunur. Psixoloq.az siqaret asıllığını azaldan və tədricən yox edən resepti təqdim edir: İnqrediyentlər: 1 stəkan limon suyu 200 ml çobanyastığı çayı 1 stəkan qreypfrut şirəsi 30 ml kokos yağı 30 ml jojoba yağı 30 ml zeytun yağı 5 qram təzə kəklikotu Hazırlanması: Təzə kəklikotu istisna olmaqla, bütün inqrediyentləri məcun halını alana qədər qarışdırın. Qarışıq hazır olduqdan sonra təzə kəklikotunu əlavə edib bir daha qarışdırın. Bədəniniz siqaret tələb etdikdə yarım stəkan bu qarışıqdan için, ya da barmağınızla dodaq və bunun arasındakı məsafəyə sürtün. Müalicə kursunu 21 gün ərzində tətbiq edin. Araşdırmalar göstərir ki, qarışığın təsiri 21 gündən sonra hiss olunur. (publika.az)

Yayda “Fast food”lara DİQQƏT - Fəsadları ağır ola bilər/VİDEO

Mütəxəssislər xüsusən yay mövsümündə şaurma, dönər kimi qidaların hazırlanmasında istifadə olunan məhsulların düzgün saxlanılmalı olduğunu deyir. Psixoloq.az ARB TV-yə istinadən xəbər verir ki, bu yeməklərin hazırlanmasına istifadə olunan məhsulların vaxtı keçərsə və ya düzgün saxlanılmazsa fəsadları ağır ola bilər. Şəhər həyatının ayrılmaz hissəsi olan ayaqüstü yeməklər yay aylarında təhlükə mənbəyidir. Tərkibində mayonezin də istifadə olunduğu şaurma, dönər və bu kimi təamlar düzgün hazırlanmadıqda və uzun müddən saxlanıldıqda zəhərlənməyə səbəb ola bilər.  Mehman Məmmədov – Dönərçi: “Soyuducuda saxlamalıyıq, təmizliyinə fikir verməliyik. İstidə çox qalmalı deyil. İşlənəcək qədər soyuducudan götürülməlidir”. Həkimlər deyirlər ki, tərkibi sirkə, yumurta və bitki yağından olan mayonez tez xarab olur. İsti şəraitda isə təhlükə qaçılmazdır. Dönərxanalarda isə mayonez isti dönər qurğusunun yaxınında olur. Amma bu hal müştəriləri heç də narahat eləmir.  Dilarə Nəcəfova – Sakin: “Vallah, mən neçə dəfə yemişəm, məndə heç bir problem yaratmayıb. Ailəmizdə heç kim zəhərlənməyib”. Ərzaqların istifadə müddəti bəzi hallarda saxlanma şəraitindən asılı olaraq dəyişə bilir. Belə ki, 3 ay müddəti olan hər hansı məhsul temperatur uyğun olmadıqca 3 həftə müddətinə də xarab ola bilər. Bəs zəhərlənmə əlamətlərini necə müəyyən etmək olar? Həbibə Mirzəyeva – Pediatr: “Ürək bulanır, göz qaralır, qarında kəskin sancı və tərləmələr. Bunlar hamısı zəhərlənmə əlamətləridir. Hazırki dövrdə qablaşdırılmış məhsullar düzgün, qaydasında saxlanılmadıqda zəhərlənmə verə bilər”. Həkimlər yay aylarında mümkün qədər tərkibi şübhəli olan yeməklərdən uzaq durmağı məsləhət görür. Bunun əvəzinə mövsümü meyvələr və tərəvəz yeməklərinə üstünlük vermək tövsiyə olunur.

Ağciyərləri təbii üsulla təmizləyin - RESEPT

Ağciyər xərçəngi ölümlərə səbəb olan xərçəng xəstəlikləri arasında 1-ci sırada yer alır. Qeyri-sağlam qidalanma, siqaret istifadəsi, stress, infeksiya xəstəlikləri, spirt və qeyri-normal gigiyena xərçəngin əmələ gəlməsinə səbəb olan başlıca amillərdir. Psixoloq.az xəbər verir ki, türkiyəli dietoloq Ayşe Tuğba Şengel ağciyər xərçənginin yaranmasının qarşısını alan resepti açıqlayıb. Mütəxəssis hesab edir ki, bu reseptlə xərçəng xəstəliyindən qorunmaq mümkündür. İnqrediyentlər: Qoz böyüklüyündə zəncəfil Yarım dəstə tərə 1 diş sarımsaq 1 fincanı qaynadılmış keçibuynuzu suyu Hazırlanması: Bütün inqrediyentləri 1 stəkan qaynadılmış keçibuynuzu suyu ilə birlikdə blenderdən keçirib için. Həftədə 1 dəfə hazırlamaq kifayətdir.(publika.az)