Vücudda yaranan qırmızı nöqtələr - Hansı xəstəliyin əlamətidir?

Dəridə yaranan qırmızı nöqtələrlə bir çoxları qarşılaşıb. Psixoloq.az xəbər verir ki,dəridə çox yaranan qırmızı ləkələrin isə bir çox səbəbləri ola bilər. Bəs bunlar nədir? - Orqanizmdə C və K vitamini çatışmazlığı kapilyarların partlamasına səbəb olur - Revmatik xəstəliklər - Mədəaltı vəzi xəstəlikləri - Qaraciyər xəstəlikləri - Allergiyalar və s. Müalicə növünü isə dermatoloq, müayinə etdikdən sonra bildirə bilər. Çünki ilkin olaraq yaranma səbəbi aşkar edilməlidir.

Sızanaqlara diş məcunu sürtsəniz...

Diş məcunu ilə sızanaqları qurutmaq son zamanlarda geniş yayılmış üsullardan biridir. Ancaq bu təbii üsulu sınaqdan keçirməzdən əvvəl dəri tipini nəzərə almaq olduqca mühüm əhəmiyyət kəsb edir. Publika.az bu yazıda oxucuları diş məcununun sızanaqlara təsiri ilə tanış edib. Diş məcununun tərkibi dəri üçün həm faydalı, həm də ona zərər verə biləcək kimyəvi maddələrdən ibarətdir. Hidrogen peroksid, qabartma tozu və spirt kimi kimyəvi maddələr dərini dərindən təmizləyərək məsamələri örtür. Bu səbəbdən də diqqətli olmaqda fayda var. Diş məcununun tərkibindəki bu komponentlər dərini qurudur və qırışların yaranmasına gətirib çıxarır. Həmçinin diş məcununun tərkibindəki metanol dərinin iltihablanmasın səbəb ola və sızanaqları daha da ağırlaşdıra bilər. Odur ki, diş məcunu sızanaqları aradan qaldırmaq üçün əlverişli vasitə deyil. İdman edin İdman edən şəxslərin dərisi daha təmiz olur. Qaraciyərdə əmələ gələn piylənmənin ən böyük səbəblərindən biri də hərəkətsiz həyat tərzidir. Qaraciyərdə əmələ gələn piylənmə cildinizdə sızanaq və qara nöqtə əmələ gəlməsinə birbaşa səbəb olur. Sızanaqları diş məcunu ilə qurutmaq əvəzinə hərəkətli və sağlam həyat tərzinə üstünlük verin. Beləliklə həm dəriniz sağlam olacaq, həm də bədəniniz. Sızanaqların qarşısını alan üsullar Yastıq üzlərini davamlı olaraq dəyişdirin. Bu, cildinizdə meydana gələ biləcək hər hansı bir sızanaq probleminin qarşısını alacaq. Yastıqda yığılan toz və çirk dəri məsamələrini dolmasına gətirib çıxarır. Gözəllik yuxusu Gözəllik yuxusu həqiqətdir və birbaşa dəri sağlamlığına təsir edir. Yxuda olarkən bədən toxumaları bərpa olunur və ümumi sağlamlığı yaxşılaşdırır. Yuxu çatışmazlığı dərini solğun göstərir. Orqanizmin özünü təmir edə bilmədiyi zaman kollagen istehsalı ləngiyir, dəri sallanır, ləkələr əmələ gəlir və üzünüz çox yorğun görünür. Odur ki, hər gün 8 saat yatmağa çalışın.(publika.az)

Qəlyan çəkmək ürək xəstəlikəri yaradır - Araşdırma

Qəlyandan istifadə siqarət çəkilməsi qədər insan sağlamlığına zərərlidir. Psixoloq.az xəbər verir ki, bu barədə ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər. Alimlər 48 könüllü üzərində araşdırma apararaq, onlardan 30 dəqiqə müddətində qəlyan çəkilməsini istəyiblər. Mütəxəssislər qəlyandan əvvəl və sonra ürək döyüntüsünü, arterial təzyiqini, qanda nikotinin miqdarını ölçərək, müqayisə ediblər.  Nəticədə alimlər müəyyən ediblər ki, qəlyanın çəkilməsi ürək döyüntülərinin dəqiqədə 16 dəfə azaldılmasına, arterial təzyiqin artmasına səbəb olur. Bu isə insanda ürək-damar xəstəliklərinin yaranması riskini artırır. 

Qarın piylərini bir günə əridən UNİKAL RESEPT

Günümüzdə “Qarın piylərini necə əridim?” sualı həm qadınları, həm də kişiləri narahat edən məsələlərdən biridir. Bu barədə çox araşdırmalar aparılıb və məlum olub ki, ən effektiv vasitə zəncəfil cövhəridir. Psixoloq.az publika.az-a istinadənxəbər verir ki, zəncəfil cövhəri bədəni bir gündə toksinlərdən təmizləyir, metabolizmi sürətləndirirərək artıq piyləri əridir. Lakin dietoloqlar ilk növbədə çoxlu hərəkət etməyi və sağlam qidalanmaya başlamağı məsləhət görür. Onda kokteyl, smuzi və bitki çayları daha tez nəticə verəcək. İnqrediyentlər: 1 xörək qaşığı zəncəfil tozu 1 çay qaşığı darçın 1 ədəd limon 1 çay qaşığı sirkə 500 ml. su Bir ovuc cəfəri Hazırlanması: Hər şeyi blenderə atıb maye halına gətirin. Hər axşam yatmazdan qabaq bu qarışığı için. Cövhərin əsas üstünlükləri bunlardır: Xərçəngin profilaktikası üçün istifadə olunur. Sidik kisəsi və böyrək infeksiyalarını aradan qaldırmaq üçün faydalıdır. Güclü antioksidant effekti ilə tanınır. Resept ağızdan xoşagəlməz qoxunu aradan qaldırılması üçün istifadə olunur. Bu təbii detoks suyu ödəmi yox edir. Cövhər stresslə mübarizə üçün təsirlidir. İltihab önləyici xüsusiyyətlərə malik olan qarışıq qanı təmizləyir.

Ağızda yaranan acılıq dadı - Səbəbləri

Ağızda yaranan acılıq dadı bir çox insanın qarşılaşdığı problemdir. Psixoloq.az xəbər verir ki, bəzən bu, adi soyuqdəymədən qaynaqlansa da , ciddi qalıcı problemlər səbəbiylə də yarana bilər. Bəs ağızda yaranan acılıq dadının səbəbləri nə ola bilər? -Qaraciyərdə pozğunluq -Mədə-bağırsaq problemləri -Öd axarlarının tutulması -Antibiotik qəbulu -Bağırsaqlarda mikrobların çoxalması -Damaq, diş xəstəlikləri Qeyd edək ki, əgər ağızda acılıq yalnız səhərlər olursa və sağ qabırğaaltında ağrı da varsa, o zaman təcili qaraciyər müayinə edilməlidir.

Oxuduqdan sonra mütləq çay içəcəksiniz - Alimlərdən ŞOK ARAŞDIRMA

Yeni elmi tədqiqatlara əsasən, çayın tərkibində olan teanin və kafein maddələri insanların sinir sistmeni oyaq saxlaması ilə bərabər, onların diqqətini də artırır. Tədqiqatçıların iddiasına görə, çay onu içdikdən dərhal sonra zehni qabiliyyətinə təsir göstərmək gücünə malikdir. Psixoloq.az xəbər verir ki, Çinin Pekin Universitetindən olan bir qrup psixoloq aparılan tədqiqatları analiz edərək şərh verib. Onlar orta yaşları 23 olan 50 tələbənin iştirakı ilə maraqlı eksperiment aparıblar. Onlara qavrama və yaradıcılığa dair test sualları verməzdən əvvəl bu tələbələrin bir yarısına çay, digər yarısına isə adi su içirdiblər. Testin birinci mərhələsində tələbələrə kubiklərdən "cəlbedici və yaradıcı" tikili qurmaq tapşırılıb. İkinci mərhələdə isə onlardan fantastik əriştə restoranına ad qoymaq tələb edilib. Nəticələr isə eksperimentdə iştirak etməyən neytral tələbələr tərəfindən qiymətləndirilib. Orta hesabla testdən əvvəl çay içən tələbələrin yaradıclıq gücü reytinq cədbvəli üzrə 6,54 bal, su içənlərin isə 6,03 bal olaraq qeydə alınıb. Restorana ad qoymaq tapşırığına görə isə çay içənlər 4,11, su içənlər isə 3,78 bal toplayıb. Beləliklə nəticə olaraq çayın insan yaradıcılığına müsbət təsir etdiyi üzə çıxıb. Amma alimlər onu da əlavə edib ki, içilən çayın miqdarı az olduğu üçün nəticələrdə cüzi rəqəmlər rol oynayıb. (publika.az)

Dondurulmuş meyvələr faydalıdır? - Araşdırma

Aparılan son araşdırmalar göstərir ki, qısa zaman ərzində dondurulmuş meyvələr  tərkibində olan xeyirli xüsusiyyətlərini, günlərlə mağaza rəflərində qalan meyvələrdən daha çox qoruyub saxlayırlar. Psixoloq.az xəbər verir ki, məlum olub ki, dondurulmuş meyvələrin 70% - nin tərkibində vitamin və antioksidantlar təbii meyvələrdən daha çoxdur. Bu faktın təsdiqlənməsi üçün ingilis alimləri bir çox araşdırmalar aparılıb.  Tədqiqatlar təsdoq edib ki, C vitamini, polifenol, lyutein, mikroelementlər və digər xeyirli maddələr dərhal  dondurulduqda öz xeyirli xüsusiyyətlərini daha uzunmüddətli saxlaya bilirlər. Bununla bərabər bu uzun zaman ərzində bu xeyirli xüsusiyyətlər aktivliyini itirmir.

Arıqlamağın asan üsulu - Tez-tez ye, çox su iç

Müasir diyetoloqlar arıqlamağın yeni üsulunu təqdim ediblər.  Psixoloq.az xəbər verir ki, bu növ pəhriz zamanı ac qarnına su içmək əsas qaydalardan hesab edilir. Gün ərzində 2 litr maye qəbul edilməlidir. Bu pəhriz zamanı ara qidalar zərərli sayıldığı üçün icazə verilmir. Əvəzində isə meyvə yemək tövsiyə edilir. Gün ərzində tez-tez və az-az yemək əsas şərtdir. Son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır. Bu 1 stəkan kefir və ya qatıq ola bilər. Qatığa 1 çimdik darçın əlavə etmək olar. Darçın ən effektli "piy yandıran" ədviyyat sayılır və bir çox diyetoloqlar darçını öz pəhrizlərinə daxil edirlər.  

Üzgüçülük bir sıra xəstəliklərin qarşısını alır

Üzgüçülük uşaqların inkişafı üçün faydalı idman növlərindən biridir. Əvvəllər səhhətində problem olan uşaqlar əsasən həkim məsləhəti əsasında həmin idman növü ilə məşğul olardılar. Lakin son zamanlar üzgüçülüyə maraq xüsusilə artıb. Psixoloq.az azərtac-a istinadən xəbər verir ki, Qərb ölkələrinin bir çoxunun təhsil sistemində üzgüçülük məcburidir və ayrıca fənn kimi tədris olunur. Üzmək sağlamlıq, düzgün nəfəs almaq, pis vərdişlərdən uzaq olmaqla yanaşı psixoloji cəhətdən mübarizlik əzminin möhkəmlənməsinə də kömək edir. İdmanın bu növü ilə məşğul olmaq sağlamlıqla yanaşı azyaşlılarda xasiyyətin formalaşmasına, o cümlədən məsuliyyət hissinin inkişafına da kömək edir. Bundan əlavə üzgüçülük immun sistemini möhkəmləndirərək orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir, eləcə də qan dövranına, sinir sisteminə və ağciyərlərə müsbət təsir göstərir. Əzələ sistemini inkişaf etdirir, piylənmənin, şəkər xəstəliyinin və skoliozun qarşısını alır. Erkən yaşlarda həmin idman növü ilə məşğul olmaq gələcəkdə yarana biləcək su qorxusunu aradan qaldırır. Bəzi alimlərin fikrincə, uşaq yeriməzdən əvvəl mütləq üzməlidir. Belə ki, üzgüçülüklə məşğul olan uşaqlarda özünəinam və qalibiyyət hissi çox güclü olur. Mütəxəssislərin fikrinə görə, artıq iki aylığından etibarən körpəni suya alışdırmaq lazımdır. Bunun üçün başlanğıc olaraq böyük bir vanna hovuzu əvəz edə bilər. 3-4 yaşlı uşağı artıq suya buraxmaq olar. Onu da demək lazımdır ki, nə ac, nə də tox vəziyyətdə suya girmək olmaz. Yeməkdən 2-3 saat sonra üzmək daha məsləhətdir. Hovuzda suyun temperaturu 37 dərəcə olmalıdır. Həftədə 2-3 dəfə olmaqla 5-6 yaşlarındakı uşaqlara yarım saat, 6 yaşdan yuxarı olanlara isə 45 dəqiqə və ya 1 saat məşq etmək məsləhət görülür. Üzgüçülük müxtəlif xəstəliklərin müalicəsində də tətbiq edilir. Müalicə müddəti xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Onurğa əyriliyi olan uşaqlarda bu müalicə illər boyu davam edir. Onu da qeyd etmək lazımdır ki, açıq yaralar, göz patologiyaları, infeksion və mərkəzi sinir sistemi xəstəlikləri zamanı üzgüçülük əks göstəriş olaraq qəbul olunur.

Gündüzlər yuxulu olmaq bu xəstəliyin simptomudur

Altsheymer xəstəliyinin ilkin simptomlarından orqanizmin normal sutkalıq ritminin pozulmasıdır.Xəstəliyin əsl səbəbi indiyədək məlum olmasa da, “amiloid” fərziyyəsinə görə, xəstəliyin əsasında baş-beyin toxumalarında beta-amiloidin həddən artıq toplanması dayanır. Bu maddənin miqdarı orqanizmin sutkalıq ritminə uyğun olaraq dəyişir – insan yuxuda olarkən azalır, oyaq vəziyyətdə, habelə yuxusuzluq zamanı çoxalır. Altsheymer​ xəstəliyindən əziyyət çəkənlərdə yuxu tsikli pozulmuş olur. Lakin alimlər ilk dəfə olaraq müəyyənləşdiriblər ki, bioloji saat dəyişikliyi xəstəliyin çox erkən mərhələsində - intellekt pozulmasından əvvəl baş verir. Psixoloq.az xəbər verir ki, alimlər orta yaşı 66 olan 189 adamın sutkalıq ritmini müşahidə ediblər. Onların heç birində yaddaş, düşünmə, fikri cəmləməklə bağlı problemlər olmayıb. Pasiyentlərin hamısı ya baş-beyin toxumalarında amiloidin miqdarına, ya onurğa beynində amiloid zülalının miqdarına, ya da hər ikisi ilə bağlı müayinədən keçiblər. Bir-iki həftə ərzində onlar yuxu və oyaq qalmaq vaxtlarının əvəzləndiyini müşahidə edən xüsusi bilərzik taxıblar, hər səhər isə axşamı necə keçirdiklərini gündəlikdə ətraflı yazıblar. Pasiyentlərin 50 nəfərində Altsheymer xəstəliyinin başlanğıcından xəbər verən xüsusiyyətlər müşahidə edilib. Bu adamların hamısında sutkalıq ritmlərin aşkar pozulduğu müşahidə edilib – onlar yuxu çatışmazlığı hiss edib, gecələr yuxudan tez-tez ayılıb, gündüzlər yuxulu olmaqdan əziyyət çəkiblər.(Publika.az)

İnsanların qarışdırdığı problem – Diş həssaslığı ya diş iltihabı?

Diş həssaslığı bir çox insanın əziyyət çəkdiyi problemdir. Mütəmadi olaraq istifadə edilən isti-soyuq qidalar, içkilər, dişdə həssaslığın yaranmasına gətirib çıxara bilir. Ancaq bəzən adi sanılan həssaslıq böyük bir problemin başlanğıcı ola bilər. Psixoloq.az xəbər verir ki, stomotoloq Ramil Yusubovun sözlərinə görə, pasiyentlər əksər zaman diş həssaslığı ilə diş iltihabını bir birindən fərqləndirməkdə çətinlik çəkirlər: “Qeyd edim ki, diş həssaslığı zamanı ağrı ancaq şirin, isti -soyuq qidalar qəbul etdiyimiz zaman yaranır.Diş iltihabında isə ağrılar uzunmüddətli və qarşısı alınmaz şəkildə olur”. Müəllif: Şəhanə Quliyeva

Baş ağrısını necə azaltmaq olar? - Üsullar

Baş ağrıs bir çoxlarının əziyyət çəkdiyi problemdir. Bəs necə azaltmalı? Psixoloq.az həmin üsulları təqdim edir: Qulaqlarınızı massaj edin Əllərinizlə qulaqlarınızın arxasına 1-2 dəqiqə ərzində yüngül massaj edin. Aromaterapiyadan istifadə edin Nanə, şokolad, portağal, qızılgül və bir çox digər qoxular baş ağrısını azaldır. İlıq duş qəbul edin. Su bədəni rahatlaşdırdığı üçün ağrıların şiddətini azalda bilər. Qeyd edək ki, həkim tövsiyəsi olmadan ağrıkəsici içmək məsləhət görülmür.