Fiziki qüsurlu insanların psixologiyası

Fiziki qüsurlu insanların cəmiyyət içərisində həyatlarını istədikləri kimi yaşaya bilməmələri, bu cür insanların cəmiyyətdən uzaqlaşmasına, özlərində var olan qabiliyyətlərə, bacarıqlara adaptasiya ola bilməmələrinə, özgüvənlərinin aşağı düşməsinə səbəb olan ən güclü faktordur. Fiziki qüsurlu insanlara köməklik edə bilmək üçün hər şeydən əvvəl qüsurlu insanların psixologiyasını bilmək lazımdır. Onların hansı hərəkətdən, davranışdan xoşları gəlib-gəlmədiyini bilmədən yəni, onların dünyasını tanımadan fiziki qüsurlu insanlara köməklik etmək çox çətindir. Aşağıdakı sualları araşdıraq. Fiziki qüsurlu insanlar özlərini cəmiyyət içində necə hiss edirlər? Özlərini fərqli bir psixologiya içində, yoxsa normal insan kimi hiss edirlər? Fiziki qüsurlu – bu sözə diqqət yetirdikdə normal bir insanın şəxsi və sosial həyatında özünün görməli işləri, doğuşdan və yaxud sonradan qazanılan fiziki narahatçılıq səbəbindən edə bilməməsidir. İnsanın yaşadığı bu əksiklik fiziki və psixoloji çətinlik yaşamasına səbəb olur. Normal insanların fiziki qüsurlu birinə baxış tərzi əsasən yazığı gəlmək və yaxud onu fərqli qəbul etməkdir.İnsanların fiziki qüsurlu insanlara yazığı gəlməsi yaxşı niyyətli duyğudur. Ancaq yaddan çıxarmamaq lazımdır ki, yazığı gəlmək fiziki qüsurlu insanlara köməkdən çox ziyan verir. Bəs cəmiyyətdəki insanlar qüsurlu insanlarla necə davranmalıdırlar? Onlara qüsurlu kimi mi yoxsa normal insanlara davrandıqları kimi mi davranmalıdırlar? Məsələn: Bəzi insanlar fiziki qüsurlu insan gördükdə baxmadan keçmirlər. Bəzən dönüb təkrar-təkrar baxır və bəzən “Allah uzaq etsin”, “Allah heç kimin başına gətirməsin” kimi cümlələr qururlar. İnsanların fiziki qüsurlu insanlara belə yanaşması onların təkrar-təkrar qüsurları ilə üzləşmələrinə və təkcə qüsurlarını düşünmələrinə səbəb olur və bu vəziyyət fiziki qüsurlu insanların cəmiyyətdən soyumasına, uzaqlaşmasına səbəb olur. Bəs cəmiyyət olaraq qüsurlu insanlarla necə davranmalıyıq? İlk olaraq onların da rahatlıqla istifadə edə biləcəyi yollar, binalar, xəstəxanalar, nəqliyyat vasitələri və s. yaradılmalıdır. Onları olduqları kimi qəbul etmək və bizdən biriymiş kimi davranmaq lazımdır. Gərək duyulmadıqca onlara xüsusi diqqət göstərməmək və normal insanlara davrandığımız kimi davranmalıyıq. Onlara xüsüsi olaraq davranmaq, onlara lazımsız diqqət göstərmək qüsurlu insanlara xeyirdən çox ziyan verir bunu unutmamalıyıq.Elvira KərimovaPsixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Xoşxassəli şişlər xərçəngə çevrilə bilərmi?

İnsan vücudunda şişlərin zamanında aşkar edilməsi müalicəsi baxımından əsas şərtdir.  Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimov xoş və bədxassəli şişlər barədə vacib məqamlardan sosial şəbəkədə bəhs edib. Həmini nüansları təqdim edirik: Xoşxassəli şişlər adətən asta böyüyür və ətrafda olan toxuma və orqanları sanki "aralayır". Bədxassəli şişlər isə sürətlə böyüyür və ətrafdaki orqan və toxumaların içərisinə keçir (infiltrasiya edir). Görünüşünə görə yarma zamanı bədxassəli şiş xərçəngin ayaqlarına bənzəyir. Məhz bu səbəbdən xəstəlik "xərçəng" adı ilə tanınır. Xoşxassəli şişlər insanda ağrıya səbəb ola bilər. Lakin bədxassəli şişlər bəzi xəstələrdə o dərəcədə güclü ağrı verir ki, belə ağrıları yalnız narkotik vasitələrin köməyilə aradan qaldırmaq mükün olur. Hətta cərrah bədxassəli şişi tam xaric etdikdə belə, burada qalmış ayrı-ayrı xərçəng hüceyrələri vaxt keçdikcə yenidən xərçəng şişi əmələ gətirə bilir. Buna xərçəngin "residivləşməsi" (yenidən qayıtması) deyilir. Bütün bədxassəli şişlər residivləşə bilirlər. Bu səbəbdən bəd xassəli şişlərin əməliyyatı xüsusi qaydada aparılır və əməliyyatdan sonra kimyəvi müalicələr təyin edilir. Bu şişin təkrarlamasının qarşısını alır. Xoşxassəli şişlər çox nadir hallarda təkrarlaya bilər. Onu da nəzərinizə çatdırım ki, bəzi xoşxassəli şişlər bəzən bədxassəli şişlərə çevrilə bilir. Məsələn, uzun illər ərzində dəridə olan xoşxassəli şiş (xal, papilloma və s.) tez-tez zədələndikdə (paltarla, ülgüclə və s.) bədxassəli şişə (dəri xərçəngi - "melanoma") çevrilə bilər. Şişlərdən qorunmaq üçün xüsusi Chekh up müayinələr mövcuddur. Bu müayinələr nəticəsində erkən mərhələdə aşkarlanan şişlərin müalicəsi daha effektiv olur.

Stresslə diabet xəstəliyinin əlaqəsi varmı?

Qanda şəkərin miqdarında yaranan disbalans orqanik problemlərə və psixoloji narahatlıqlara səbəb olur. Bir çox hallarda isə bu vəziyyətin əksi ilə qarşılaşırıq. Müəyyən qrup orqanik və psixoloji narahatlıqlar qanda şəkərin miqdarının dəyişməsinə səbəb olur. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bir çox fiziki problemlərin yaranmasına səbəb nevrotik pozuntulardır. Psixiatrik və psixoloji problemlər zamanı yorğunluq, halsızlıq, baş ağrıları, əzələ ağrıları, mədə-bağırsaq problemləri, yuxu və qidalanma problemləri kimi orqanik şikayətlər müşahidə olunur. Psixiatrik simptomlar bilavasitə xəstəliklə əlaqədar bioloji dəyişikliklərə səbəb olur. Serebrovaskulyar (beyin-damar) xəstəliklər, Parkinson, Multiple Skleroz kimi bəzi xəstəliklər depressiya və təşviş əlamətlərinə səbəb olan fizioloji dəyişiklərə gətirib çıxarır. Və ya xroniki xəstəliyin psixoloji stress faktoru olaraq təsir etdiyi psixoloji simptomlara səbəb olduğu düşünülür. Fiziki xəstəliyin ağırlığı, həyati təhlükəsi və funksionallığı psixoloji simptomların yaranmasına təsir göstərir. Şəkərli diabet zamanı xəstəliyin yaranması və ya ağırlıq dərəcəsinin artması, genetik və fiziki faktorlardan başqa psixoloji narahatlıqlardan və həyati proseslərdən də asılıdır. Şəkərli diabetdə xəstəliyə adaptasiya və emosional reaksiyalar Yetkin yaşlı şəkərli diabetli insanların 20%-də psixiatrik narahatlıqların rast gəlindiyinə dair tədqiqatlar vardır. Həmin tədqiqatlara əsasən bu psixiatrik pozuntular bir çox hallarda müəyənləşdirilmir. Şəkərli diabeti olan insanlarda daha çox adaptasiya problemlərinə və emosional reaksiyalara rast gəlinir. Xəstəlik yarandıqdan sonra ortaya çıxan bu problemlər xəstəliyin ağırlıq dərəcəsinə, xəstənin şəxsiyyət tipinə əsasən dəyişir və müvafiq təşviş problemləri ilə birlikdə müşahidə olunur. Bu insanlarda tez-tez müşahidə olunan reaksiyalar: Özgüvənini və azadlığını itirmə qorxusu Özünənəzarəti itirmə qorxusu Orqanlarının zədələnəcəyindən qorxma Ətrafının maraq və dəstəyini itirmə qorxusu Cinsi istəksizliyin yaranma qorxusu Keçmişdə etdiklərinə və ya edə bilmədiklərinə bağlı cəzalanma qorxusu Xroniki xəstəliklə qarşılaşdığı üçün özgüvən probleminin yaranması Xəstəliyə qarşı yas reaksiyası, üsyan etmə, inkar, təşviş, depressiya və aqressiya. Diabet zamanı psixiatrik sindromlar və psixososial problemlər Diabetli pasiyentdə davranış, duyğu, düşüncə və insanlararası münasibətlərdə ortaya çıxan reaksiyalar pasiyent, ailə və müalicə komandası üçün müalicə müddətində çətinliklərə səbəb ola bilər. Psixoloji problemlər diabetin klinik tablosuna, yayılmasına və müalicənin gedişatına təsir göstərir. Depressiya Depressiyanın fiziki xəstəliyin nəticəsində ortaya çıxdığı və xüsusilə də yaşlı insanlarda depressiya riskinin daha çox olduğu müəyyənləşdirilmişdir. Araşdırmalara əsasən depressiyanın hipertoniya, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və diabet kimi xəstəliklər üçün başlanğıc faktor olduğu təsbit olunmuşdur. Diabet zamanı paralel şəkildə müşahidə olunan depressiyada motivasiyanın azalmasına bağlı olaraq pasiyentdə çəki artımının yaranmasının qarşısını almaq üçün istifadə olunan pəhriz və arıqlama texnikaları heç bir nəticə vermir. Depressiyaya bağlı neyrohormonal və ya neyrotransmitter səviyyəsindəki dəyişikliklər diabetin ağırlaşmasına səbəb olur. Diabetli qadınlarda kişilərə nisbətdə depressiyanın yaranma faizi 2 dəfə çoxdur. Əlamətləri: Heç bir şeydən zövq almama, maraqsızlıq və istəksizlik Dəyərsizlik duyğusu, günahkarlıq hissi və cəzalandırılma düşüncəsi Uğursuzluq və çarəsizlik düşüncələri Təkrarlanan ölüm düşüncələri Qərarsızlıq Tez-tez ağlama Təşviş pozuntuları Təşviş, qorxu, narahatlıqla yanaşı fizioloji, koqnitiv və bihevioral əlamətləri özündə birləşdirən psixoloji pozuntudur. Eqonun təhlükədə olduğu hissi ilə ifadə olunan gərginlikdir. Diabetli xəstələrin 40%-də təşviş pozuntularına rast gəlinir. Depressiyada olduğu kimi təşviş pozuntuları da qadınlarda kişilərə nisbətdə daha çox müşahidə olunur. Xəstənin sosial həyatına təsir göstərməklə yanaşı xəstəliyin ağırlıq dərəsinin artmasına və müalicənin mənfi istiqamətdə inkişafına təsir göstərir. Əlamətləri: Hədsiz dərəcədə narahatlıq və təşviş Tez yorulma Diqqətini toplama çətinliyi Əzələ gərginliyi Yuxu pozuntusu Diabetli xəstə və ailəsi Xroniki xəstəlik diaqnozunun qoyulması pasiyentdə olduğu kimi ailəsində də müxtəlif narahatlıqların ortaya çıxmasına səbəb olur. Bu mərhələdə pasiyentlə ailəsi arasında müəyyən problemlər yarana bilər, ailədaxili konfliktlər müşahidə olunar. Ailənin hədsiz dərəcə himayədar olması və ya hədsiz təzyiq göstərməsi xəstəliyin gedişatına və terapiya dövrünə mənfi təsir göstərə bilər. Buna görə də ailə üzvləri xəstəliklə bağlı məlumatlandırılmalı və müalicə müddətində bütün ailə üzvləri iştirak etməlidir. Xəstəliyin terapiyasına bu səbəbdən də tibbi yardımla yanaşı psixoloji yardım da mütləqdir. Psixoloji məsləhət prosesi xəstəliyin gedişatına və terapiya prosesinə müsbət təsir göstərər. Dərman terapiyası və psixoterapiya Diabetli xəstələrdə müşahidə olunan psixoloji problemlər səbəbindən psixoterapevtik yardımın alınması mütləqdir. Bu zaman psixoterapevtik müdaxilələrdən, xüsusilə də, koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloji narahatlığın ağırlıq dərəcəsindən asılı olaraq psixoterapiya ilə yanaşı dərman terapiyası da tətbiq olunur. Həmçinin terapiya müddətində psixoloq, endokrinoloq komanda şəklində birlikdə fəaliyyət göstərməli, intensiv şəkildə xəstəliklə bağlı konsilium aparmalıdır.(pcc.az) Nərmin Quliyeva

Ölümə Yaxın Təcrübə (ÖYT) - Bilinməyən gerçəklik

Mövzu illərdir mənimlə birgə yaşasa da, bu haqda yazmaq istəyim yox idi. Bəlkə də bu, mövzunun yazılma anının özüm üçün də yetişmiş olduğundandı.  Mövzu bildiyimiz mövzulardan olsa da, mənim üçün kifayət qədər yeniliklər gətirdi. Üstəlik, özümlə bağlı maraqlı bir tapıntıya da nail oldum. Belə ki, tez-tez mənə ünvanlanan "siz psixoloqsunuz?" sualı, yaxud "sizinlə danışdıqdan sonra özümüzü çox rahat hiss edirik", "sizinlə sanki uzun illərdir tanışıq" kimi fikirlər özümü də şübhəyə salmışdı: "Doğrudanmı mən beləyəm? Beləyəmsə niyə beləyəm?!" -Bu haqda dərindən düşünməyə başlamışdım. Bir çox suallarım yaranmışdı. "Hər şeydə bir səbəb vardır" prinsipindən yola çıxaraq bir xeyli araşdırmalar aparandan sonra heyrətə gəldim. İnsanın özü barədə tapıntısı, özünün kəşfi onda yüngül bir sevinc şoku da yaşadır, bəli, özünü tanımaqla bağlı cüzi bir məlumatın verdiyi həzz də bir başqadır. Sözü çox uzatmadan qeyd edim ki, bu "kəşf" "ölümə yaxın təcrübə" (Near Death Experience) hadisəmlə bağlıydı. Bir az səbirli olsanız, irəlidə məhz bu bağlılıq haqda bəhs edəcəyəm.Ölümə Yaxın Təcrübəni 9 yaşımda qanazlığı xəstəliyi (anemiya) səbəbindən bir ürəkgetmə, bayılma halı və ardından yaşadığım əsrarəngiz, maddi dünyamızda bənzəri olmayan bir "ruh səyahəti" ilə yaşadım. Klassik ÖYT (Ölümə Yaxın Təcrübə) əlamətlərində olduğu kimi bir sürət qatarındaymışam kimi parlaq bir işığa doğru uçdum. Sonra mükəmməl bir rahatlıq, sakitlik hissi, daha sonra sonsuz, ifadə edilməz sevgi duyğusu, ən sonda geri dönməmək istəyi, inad, hətta olduqca aydın xatırlayıram, üzümə sillə vurub məni ayıltmaq istəyənlərə qarşı daxilən çox əsəbiləşmişdim. Sonra da hamımızın bildiyi klinik ölüm sonrası bədənə geri dönmə, həyata qayıdış və yaşamağa davam. 9 yaşlı uşaq üçün belə bir təcrübə anlaşılmaz idi (həmin illərdə belə hadisələr dərindən araşdırılmağa yeni başlanmışdı). Hələ nələr baş verdiyindən xəbərsiz, məlumatsız olduğum üçün ayılandan sonra böyüklərin dediyi "ölümdən döndün, bala" fikrinə söykənərək, "yəqin belə hallar hər kəsdə olur", deyə hadisəni çox da ciddiyə almamışdım. Buna baxmayaraq, hadisə elə indi də o halı yaşayırammış kimi hər zaman yeni hisslərlə hafizəmdə həkk olunub.ÖYT haqqında uzun-uzadı yazmaq fikrim yoxdur. Onsuz da bu haqda yetərincə araşdırmalar aparılıb, təcrübələr gerçəkləşdirilib, məlumatlar və kitablar yazılıb. Bəziləri ÖYT-ün sirrlərinin hələ də açılmamasını iddia edərkən, bir sıra elm mütəxəssisləri bunun əksini, tibbi açıqlamasını yayınlamışlar. Bir başqa elm adamları isə özləri kliniki ölüm keçirdikdən sonra yaşadıqlarına elmi izah tapa bilməyərək dinə dönmüş, (xristianlıq, islam və s. qəbul etmiş) Yaradanın var olmasına inandıqlarını dilə gətirmiş, üstəlik, bu haqda kitablar da yazmışlar. Həmin araşdırmaları, məlumatları mən də oxumuşam. Əslində bəzi keçirilən təcrübələr hadisəni öz təbii halı ilə, ön hazırlıqsız yaşayan biri üçün gülməli gəlir. Yəni belə bir təcrübəni təbii halında yaşayan biri olaraq mən, məsələn, neyrocərrah doktor Eben Aleksandrı (ÖYT yaşamış), təcrübələr yolu ilə ÖYT hadisəsini izah etməyə çalışmış doktor Karolina Uottdan (ÖYT yaşamamış) daha yaxşı anlayıram. Bəziləri ÖYT hadisəsini astral səyahətlə eyniləşdirirlər və bunu istənilən bir insanın bir sıra texniki metodları öyrənib tətbiq etməklə həyata keçirəcəyinə inanırlar. Fəqət, bu da tam təsdiqini tapmayıb. ÖYT-nin öyrənilməsi tarixiArtıq çoxlarına bəlli olan NDE (Near Death Experience/Ölümə yaxın təcrübə) terminini ilk dəfə amerikalı psixoloq və psixiatrı Raymond Moudi 1975-ci ildə özünün məşhur "Həyatdan sonrakı həyat" kitabı ilə gətirib. 1978-ci ildə Beynəlxalq Ölümə Yaxın Təcrübə Araşdırmaları Assosasiyası (IANDS) yaradılıb. 1998-ci ildə həkim Cefri Lonq Ölümə Yaxın Təcrübə Fondunun (NDERF) əsasını qoyub. ÖYT ilə psixologiya, psixiatriya, tibb, parapsixologiya kimi bir sıra elm sahələri məşğul olub, bu günə qədər milyonlarla insanın yaşadığı parapsixoloji halları araşdırıb nəticələrə gəlməyə çalışıblar.ÖYT anında keçirilən klassik hisslər: 1. Xoşagəlməz səs (uğultu);2. Xoş emosiyalar, hüzur və sakitlik hissetmə;3. Çəkilmə və çıxma tərzində yüksəlmə, özünü yüngül, xəfif hissetmə;4. Əvvəldən ölmüş olan yaxınları ilə görüşmə, xoş melodiya, işıq, rənglər, mifoloji varlıqlar və s;5. Həyatın bir film lenti kimi göz önündən keçməsi, yadlaşma;6. Dar uzun və ya işıqlı tunelə doğru uçuş;7. Fiziki bədənini kənardan müşahidə etmək;8. İşıqlı varlıqlarla danışmaq, qalıb-qalmamaq mövzusunda təkid;9. Geri dönməmək istəyi, fiziki bədəndən imtina;10. Fiziki bədənə döndükdə soyuqluq hissi.Qeyd edim ki, məndə bu halı yaşayarkən sadalanan əlamətlərdən 2, 3, 6 və 9 olmuşdu. ÖYT-nin tibbi açıqlamasıİddiaya görə, "o dünyadan qayıdanlar"-ın danışdıqları sakitlik və dinclik hissləri isə qanda noradrenalin hormonunun düşməsi nəticəsində yaranır. Alimlər bildirirlər ki, həmin hormon, adətən, stress və zədə zamanı ifraz olunur. Beyin ölümü əvvəllər rastlaşmadığı belə kritik şəraitə uyğunlaşmaq cəhdi kimi qəbul edir. Ölmüş qohumlarla görüş də bununla izah oluna bilər. İnsanın onlarla xoş xatirələri bağlıdır, ona görə də məhz bu görüntülər böyük miqdarda noradrenalinin ifrazına səbəb olur.Və yenə də iddiaya görə, uzun tunel və ya işığa doğru uçuş beyində müəyyən şəkillərin yaranması ilə bağlı gözün tor qişasına düşən işığın transformasına görə cavabdeh olan hüceyrələrin tədricən ölməsi ilə əlaqədardır. Belə fikri Edinburq Universitetinin tibb kafedrasından professoru Sem Parnina da dəstəkləyir.Əlbəttə, bu haqda əvvəllər irəli sürülmüş başqa nəzəriyyələri də qeyd etməyə dəyər. Məsələn, Maribor Universitetindən olan alimlərin tədqiqatlarına görə, qanda karbon qazının səviyyəsinin artması belə qəribə qarabasmalara gətirib çıxarır. Onlarla başqa mütəxəssislər də razıdırlar. Onlar bəzi pasiyentlərin beyində yaranan oksigen çatışmazlığına görə qeyri-adi səslər eşitdiklərini də əlavə edirlər. "Yanından sürətlə keçən həyat" isə yaddaş hüceyrələrinin tədricən ölməsinin nəticəsidir. Proses əks tərzdə baş verir, ona görə də əvvəlcə göz önündə daha köhnə həyat lövhələri canlanır. ÖYT-dən sonrakı psixoloji vəziyyət, dəyişikliklərYadınızdadırsa, məqalənin əvvəlində özümlə bağlı "kəşf"-dən yazacağımı qeyd etmişdim. Bəli, ÖYT hadisəsi zamanı insanlarda baş verən ən bariz dəyişiklikləri mən də yaşamışam və yaşamaqda davam edirəm. Bu dəyişikliklərin bir çox ÖYT keçirmiş insanlarda olması barədə Kennet Rinqin araşdırmalarında rast gəldim. Düşünürəm ki, həqiqətən də, tədqiqatçı alim doğru nəticələrə gəlib. Çünki onun yazdıqlarını oxuduqca eyni dəyişikliklərin məndə də baş verməsinin fərqinə vararaq həyəcanlanmışdım. Hansıdır o dəyişikliklər?1. İnsan əvvəlki insan ola bilmir. Dünya xarici bir təcrübə yaşadığı üçün dünyaya da fərqli tərzdə baxmağa başlayır.2. Özündən çox başqalarının rifahı üçün narahat olmağa başlayır (Ən geniş yayılmış).3. Səbr, empatiya, mərhəmət, sevgi hissləri daha yüksək səviyyəyə çatır. Bütün kainata bəslənən sevgi həyati dəyər daşıyır. 4. İnsan problemlərinə qarşı həddən artıq həssas olur və başqalarını çox yaxşı anlayır. Kömək etmək üçün əlindən gələni əsirgəmir.5. Bəzilərində dünya nemətlərinə, maddiyyata qarşı həvəssizlik baş verir. 6. Dini və mənəvi dəyərlərə çox bağlanırlar. Əsasən özünü tanımaq, anlamaq istiqamətində çabalayırlar.7. Uzaqgörənlik, həssaslıq, dərin intuisiya hissləri güclənir. 8. Ümumi götürdükdə, ÖYT keçirmiş insanlarda dərin mənəvi dəyişiklik, güclənmə və sürətli inkişaf baş verir. İddia:Fərdi inkişaf üçün illərini, zamanını xərcləyən, xüsusi təlimlərdə dərslər alan, təcrübəli müəllimlərin köməyi ilə uğura yetişməyə çalışan, təhsillərini pillə-pillə yüksəldən insanlardan fərqli olaraq, ÖYT yaşamış insanlar daha sürətli fərdi inkişafa çatmaq imkanı əldə edirlər. Qeyd:Ölümə Yaxın Təcrübə yaşamış biri kimi Müqəddəs Qurani-Kərim kitabından oxuduğum fikirlər məni hər an düşündürməkdə davam edir."O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız." Yunus surəsi (56) "Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə (bu barədə) yalnız az bir bilik verilmişdir”. İsra surəsi (85)"İnsan yuxudadır, ölərkən oyanacaq." Hz. Məhəmməd (s.a.v.)

Üzüyü hansı barmağınıza taxırsınız? - Xarakteristika

Üzük əksər xanımların ən çox sevdiyi bəzək əşyalarından biridir. Mütəxəssislər isə üzüyü hansı barmağınıza taxmağınızdan asılı olaraq xarakterinizin məlum ola biləcəyini qeyd ediblər. Bəs üzük  sizin xarakterinizi müəyyənləşdirir? - Əgər siz üzüyü baş barmağınıza taxırsınızsa, bu, özünü təsdiqi bildirir.Baş barmaqdakı üzük onun sahibinin özünü təsdiqetmə cəhdini bildirir. Əgər bunu xanımlar edirsə, bu zaman ehtimal ki, onlara kişi xarakterinin bəzi xüsusiyyətləri məxsusdur (məsələn, inad, hirslilik və s.). Çox vaxt qeyri-ənənəvi seksual oriyentasiyası olan qadınlar da üzüyü baş barmağa taxırlar.- Şəhadət barmağındakı üzük hakimiyyət və gücün rəmzidir.Sağ əlin şəhadət barmağındakı üzük öz sahibinin iradəli xarakterini, onun hakimiyyətə cəhdini bildirir, həmçinin onun müsbət keyfiyyəti olan düşüncəsi haqqında xəbər verir. Sol əlin şəhadət barmağındakı üzük isə olduğundan fərqli görünməyə işarə edir. Bu insanlar həyatda göründükləri kimi deyil, bir az fərqli olur, özlərini daha yaxşı tərəfdən göstərməyə cəhd edirlər.- Orta barmaqdakı üzük eqoistlik rəmzidir.Psixoloqlar hesab edirlər ki, bu barmağına üzük taxan insanlar özləri ilə lovğalanmağa meyllidirlər. Üzük nə qədər effektiv olarsa, siz bir o qədər daha dəfedilməz görünəcək və özünüzdən daha əmin olacaqsınız.- Adsız barmaqdakı üzük sevgi və ailə rəmzidir.Bu barmaqdakı üzük hər kəsə bəlli məlumatı bildirir – ailə vəziyyətinə işarə edir. Hələ qədim misirlilərin fikrincə, adsız barmaqdan ürəyə sevgi damarı gedir. Həmçinin bu barmaqdakı üzük romantiklik, xəyalpərəstlik, zərif hisslər, incəsənətə sevgini bildirir. Yeri gəlmişkən, sol əlin adsız barmağına üzüyü dul və ya boşanmış qadınlar taxırlar.Xristian adətlərinə görə isə, sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına - şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da 3 müqəddəs - ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.- Çeçələ barmaqdakı üzük qeyri-adi insanlara işarə edir.Bu barmaqdakı üzük onun sahibəsinin son dərəcə qeyri-adi şəxsiyyət olduğunu bildirir. Bu, inandırmaq bacarığına malik olan mahir və yaradıcı təbiətli insanlardır. Bundan başqa çeçələ barmaqdakı üzük həmçinin hiyləyə və diribaşlığa da işarə edə bilər. Həmçinin hesab edilir ki, çeçələ barmağına üzük taxan insanlar hamı ilə ümumi dil tapa, işgüzar əlaqələr qura bilir.Ayaq barmağına üzük taxan xanımlar isə qeyri-adi, maraqlı olmağa, camaatdan seçilməyə cəhd edir. Həmçinin bu məqam xanımların özündən razı olmasına işarə edir.

“Bütün işlərini çatdıran” qadınlar

Xəstəliklər, depressiyalar və psixoloji problemlərlə əlaqəli fövqəladə halları nəzərə almasaq, ümumilikdə bütün qadınlar bütün işləri eyni cür çatdırır. Çünki, istəsək də, istəməsək də, sutkada cəmi 24 saat var. Bir insan real olaraq müstəqil şəkildə həm uğurlu karyera qura, pul qazana, təsərrüfat apara, uşaqlarını təlim və tərbiyə edə, yaradıcılıqla məşğul ola və həm də ictima layihələrdə iştirak edə bilməz. Əgər bir qadın deyirsə ki: “Mənim 4 uşağım var, mən buyam və bu ictimai layihələrlə məşğulam və uşaqlar bağçadan və məktəbsonrası məşğələlərdən qayıdanda biz çox xoşbəxt oluruq” – belə görünür ki, o qadının uğur qazanmasının sirri dəqiq planlaşdırma yox, uşaq bağçası və məktəbsonrası məşğələlərdir. Bu nə pis, nə də yaxşıdır. Sadəcə olaraq, bu qadın ictimai layihələri özünə prioritet olaraq seçib və uşaqlarım təlim-tərbiyəsini isə uğurlu şəkildə başqalarına həvalə edib.Həyatımın bu mərhələsində mənim prioritetim uşaqlarımdır. Bir çox şeyləri çatdırıram, uşaqlarım bağçaya və ya məktəbə getmir, bu mənim seçimimdir, bu mənim üçün vacibdir, lakin, bununla bərabər evim daim dağınıqdır, heç vaxt tam olaraq özümə vaxt ayıra bilmirəm və karyeram sıfıra bərabərdir. Yəni, aydındır ki, hər şeyi çatdırmaq qeyri-mümkündür. Bəs o zaman hər şeyi vaxtında çatdıran qadınlar barədə əfsanələr necə meydana gəlir? Mənim fikrimcə bu sadəcə qadının və onun ətrafının prioritetlərinin üst-üstə düşməsi səbəbilə baş verir. Əgər ailədə bütün qadınlar nəsillər boyunca ideal evdar qadın olub, müntəzəm şəkildə 3 növ yeməklə bəzənmiş nahar süfrələri açıblarsa, paltar tikib, toxuyub və çarpaz tikmə ilə məşğul olublarsa, sənin soyuducun isə yarım-fabrikatlarla doludursa, bu dəhşətdir! Əgər evdə köməkçi tutsan, hamı elə biləcək ki, sən heç nəyi çatdırmırsan və hətta bu il səni Nobel mükafatına layiq görüblərsə də, sən uğursuz bir qadınsan!Əgər sənin üçün mühüm olan insanlar həyatda əsas şeyin karyera olduğunu düşünürlərsə, sən isə artıq neçə ildir ki, evdə oturmusansa, heç adını da çəkən yoxdursa, o zaman 10 uşağın, malikanən, təsərrüfatın və 2 inəyin də olsa, hamı səni uğursuz hesab edəcək.Qadının və onun ətrafındakıların priotetləri üst-üstə düşdükdə hər şey mükəmməl gedir. Onda cəmiyyət səni ürəkləndirir, hər cür kömək göstərir və sənin özünüdəyər hissini yüksəldir. Ən pis hal isə, qadının prioritetlərinin ətrafdakı heç kim tərəfindən dəstəklənməməsidir. Xoşbəxtlikdən, bizim diyarlarda xüsusilə indi, internet əsrində bu cür ifrat münasibətə çox rast gəlinmir. Orta hesabla, hər bir qadının ətrafında müxtəlif dəyərlər sisteminə malik çox fərqli insanlar var. Odur ki, fikirlər də müxtəlifdir. Mənim qaynanam üçün də uşaqları daim prioritet olublar. O məni Ceyms Bondun qadın forması, hər şeyi bacaran və hər şeyi çatdıran bir qadın kimi tanıyır. Digər tərəfdən, bəzi tanışlarım məni heç nəyi çatdırmayan, ancaq “süd verməyi və burun silməyi” bacaran korazehin bir qadın hesab edir.Və əsas məsələ, hansı növ insanların ətrafımda daha çox olmasıdır. Xoşbəxtlikdən, bu msələdə hər şeyi öz istəyimə uyğun nizamlamaq imkanım var.Bir sözlə, uzun-uzadı yazmağa ehtiyac yoxdur. Demək istədiyim odur ki, uğur məsələsi – əksər hallarda vaxtın düzgün idarə olunması və özünütəşkil yox, daxili prioritetlər, hisslər və cəmiyyətdə münasibət məsələsidir.Yeri gəlmişkən, cəmiyyət qadına nə qədər sərt çərçivələr qoysa, qadın vaxt azlığını bir o qədər bəhanə edəcək. Dırnaqlarımı boyamağa və pekinsayağı ördək bişirməyə vaxtım yoxdur demək, bu sadalananları etməyə ehtiyacın olmadığını kiməsə izah etməkdən daha asandır. Özü də, bu cür bəhanələr, heç nəyi çatdırmayan qadınlar haqqında dolaşan əfsanələri daha da şişirdir.(düşüncə jurnalı) Müəllif: Yelena Zamyatkina

Musiqi terapiyası müalicə üçün istifadə olunan psixoterapevtik üsuldur

Musiqiterapiyası müalicə üçün istifadə olunan psixoterapevtik üsuldur.  Psixoterapevtik üsullara əlavə vasitə kimi və müalicə, reabilitasiya, təhsil, tərbiyə, yaradıcılıq üçün istifadə olunur. Musiqi terapiyası özündə neyrofiziologiyanı, psixologiyanı, refleksologiyanı, musiqi psixologiyasını və musiqişünaslığı birləşdirir. Müasir dövrün tərbiyə və şəxsi inkişaf prosesində istifadə etdiyi universal üsul kimi gəbul olunur. Musiqinin insana psixi və fizioloji təsiri haqqda ilk məlumat verənlərdən biri Pifaqor idi. Sinir sisteminə əsaslı şəkildə təsir edən musiqi fərqli effektlər yarada bilər, bunun üçündə dinlədiyimiz musiqilərə diqqət yetirməliyik. Çünki biz özümüzü idarə edə bilməyimiz üçün, bizi təsir altına salan proseslərin fərqinə varmalıyıq. Məsələn günün necə başlamasının, gün ərzində olacaq əhvala təsiri böyükdür və günüzü neqativ ifadələr olan mahnılardan başlasaz bu artıq sizə pozitivliyə köklənməyə böyük bir maneyədir. Eyni şəkildə yuxuya getmədən öncə dinlədiyiniz musiqi, gecə ərzində beyninizdə təkrar təkrar oxuna bilər, onun üçün səssiz şəraitdə və ya xoş musiqi sədaları altında yuxuya gedin. Sırf yuxu saatı və oyanış saatı üçün hazırladığınız musiqilər ola bilər və bununla əhvalınızı idarə edə bilərsiniz. Sağlamlığımız düşüncələrimizdən başlayır. Dinlədiyimiz musiqilər isə düşüncə və təsvirlərimizə təsir edir buda dolayısı ilə emosional halımıza təsir edir. Gərginlik və depressiv hallarda yaranan enerqetik tıxaclar və bədən spazmları bəlli bir sıxıntılara yol açır. Kədərlənmək olmaz deyə bir qayda yoxdur ancaq bunu səhər oyanarkən və ya yatmadan öncə etsəniz ruh düşkünlüyü sizi daha uzun müddət narahat edə bilər. Ağlamağa ehtiyacınız olduqca ağlayın ama sakitləşmədən yatmayın. Özünüzü Sevin və daxili proseslərinizə hörmələ yanaşaraq, ehtiyaclarınıza qarşı diqqətli olun. Sadəcə ehtiyacları ödədikdə bunu məntiqli şəkildə edinki, özünüzə əlavə zərər yetirməyəsiniz. Həyatınız sizin əl işinizdir.  "Azərbaycan İnciləri" layihəsinin layihə rəhbərinin müavini Psixoloq Reiki Art Terapevt Zümrüd Əsadova

Bu gün 32 dərəcə isti olacaq

Respublika ərazisində sentyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimalı var. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 18-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 22-27° isti təşkil edəcək.(ölkə.az)

Necə birisiniz? - Özünüzü kəşf edin

Özünüzü bir daha kəşf edin.  Psixoloq.az həmin testlərdən birini oxucularına təqdim edir: 1 - Favorit rənginiz hansıdır : Qırmızı - Qara - Mavi - Yaşıl - Sarı2 - Adınızın ilk hərfi?3 - Doğduğunuz ay?4 - Hansını daha çox sevirsiniz? Qara yoxsa Ağ?5 - Sizinlə eyni cinsiyyətdə birinin adı?6 - Favorit rəqəmin?7 - Hansını daha cok sevirsiniz? Kaliforniya - Floruda ?8 - Gölmü sevirsiniz Okeanmı? Cavablar: 1.Əgər seçtiyiniz rəng;Qırmızı : Həyəcan vəziyyətindəsiniz və həyatiniz sevgiylə doludur.Qara : Qapalı və hirsli birisiniz.Yaşıl : Ruhunuz dincdir və rahatsınız.Mavi : Spontane ask opucukleri və qayğıkeş birisiniz.Sarı : Xoşbəxt bir insansınız.. Pis rejimdə olanlara yaxşı tövsiyələr verirsiniz. 2.Əgər baş hərfiniz;A-K Həyatinizdə bolca sevgi və dostluq var.L-R Həyatınızı maksimumda yasamaya çalışırsınız,yaxınlardahəyatınız yenidən canlanacaq.S-Z Basqalarına kömək etməyi sevirsiniz. . Gələcəyiniz gözəlgörünür. 3.Əgər doğulduğunuz ay;Yanvar - Fevral - Mart : İl sizin üçün gözəl keçəcək. Heç gözləmədiyinizbirinə aşıq olacağınızı keşf edəcəksiniz.Aprel - May - İyun : Sonsuza qədər davam edəcək bir sevgiyə sahib olacaqsınızİyul - Avqust - Sentyabr : Çox gözəl bir il yaşayacaqsınz və həyatinizdə köklü dəyişikliklərə səbəb olacaq təcrübələr yasayacaksiniz.Oktyabr - Noyabr - Dekabr : Eşq həyatınız möhtəşəm olacak,ruh ekizinizi tapacaqsınız. 4.Əgər seçdiyinizQara : Həyatiniz bambasqa bir tərəfə doğru hərəkət edəcək. Sizin üçün ənyaxşı sey bu olacaq və bu dəyişimdən xoşbəxt olacaqsınız.Ağ : Sizi tamamlayan və sizin üçün hər şeyi edə biləcək dostlara sahibsiniz,amma bunun fərqinə çatmaya bilərsiniz.5.Bu insan sizin ən yaxşı dostunuz.6.Bu rəqəm həyatınızda sahib olduğunuz ən yaxın dostlarınızın sayını göstərir. 7. Əgər seçdiyiniz;Kaliforniya : Macera sevirsiniz.Floruda : Yan gəl yat bir tipsiniz. 8.Əgər seçdiyiniz;Göl : Siz dostlarına,sevgilisinə tamamilə bağlılıq göstərən birisiniz.Okean : insanları xoşbəxt etməyi sevən birisiniz.

Emosiyalar burulğanına düşməyin - Günün ulduz falı: 3 sentyabr, 2018

Qoç – Uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz insanlarla münasibətlərinizi korlamayın.İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb aramayın. Buğa – Bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin olacaq.Ötən həftədən qalmış işi başa vurun.Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur.Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik etməyin. Əkizlər – Sürətli, qətiyyətli olun. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin. Uzun-uzadı müzakirələr və illüziyalara qapılmaq sizə yalnız zərər verə bilər.Sağlam məntiqi unutmayın.Günün ikinci yarısında təmkinli, səbrli davranın. Hisslər və emosiyalar burulğanına düşməyin.Planları aramla, eyni zamanda iradə ilə reallaşdırın. Dostlar və qohumlarla münasibətdə harmoniyaya riayət edin. Xərçəng – Oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin.Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaqsınız.Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin.Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var. Şir – Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Peşəkar fəaliyyət müstəvisində irəliləyişi prioritet sayın. Karyera çox önəmli məsələdir. İşdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin, laqeyd və soyuqqanlı olmayın.Günün ikinci yarısında peşə məziyyətlərinizi keyfiyyətcə yeni səviyyəyə qaldırın. Bunun üçün daha aktiv olun, səlahiyyətlərinizi genişləndirin. Maaş artımını tələb edə bilərsiniz.Axşam saatlarını aiənizə həsr edin. Sevdiyiniz insanın maraqlarını qulaqardına vurmayın. Qız – Yetərincə məhsuldar və uğurlu gündür. Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Mühüm və məsuliyyəti qərar qəbul etməkdən qorxmayın. Həmin qərar bundan sonrakı yaşamınıza təsir edəcək.Günün ikinci yarısında çətin qərarlar vermək zərurəti ilə üzləşəcəksiniz. Müəyyən qurbanlar olmadan irəliləyiş olmaz. Dəyər verdiyiniz insanlarla daha çox vaxt keçirin.Səmimi, qayğıkeş olun. Tərəzi – Xarizmatik, aktiv və müdrik insanla çalışsanız, məqsədə daha sürətlə çatacaqsınız. Həmkarlar, həmfikirlərlə işləmək məsləhətdir. Radikal layihə və ya ekstravaqant ideyaların reallaşması üçün yaxşı zaman deyil.Günün ikinci yarısında başqalarının uğurlarına paxıllıq etməyin. Əksinə, rəqiblərin nailiyyətlərini öz nöqsanlarınızdan, apatiyanızdan qurtulmaq üçün əlavə stimul qismində qəbul edin.Çətin vəziyyətdə, birmənalı olmayan situasiyada yaxınınız sizə yardım edəcək. Onun məsləhətlərini dinləyin, yardımlarından imtina etməyin. Əqrəb – Günün ilk yarısında karyera ilə bağlı məsələlər ön plana çıxacaq. İşdə rəhbərliklə münaqişə etməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Emosiyalara qapılmayın, düşünülməmiş addımlar atmayın.Günün ikinci yarısında təcrübəli insanla birgə fəaliyyət əlavə impuls rolunu oynaya bilər. Fəaliyyətinizlə bağlı köhnə metodları yeniləyin. İnnovasiyalardan qorxmayın.Bəzi problemlərin həllində nəticələr sizi çəkindirə bilər.Etibar etdiyiniz insanla axşam saatlarında bir sıra məsələləri müzakirə etmək olar. Oxatan – Birmənalı olmayan gündür. Yaxşı xəbərlərlə yanaşı, əsəblərinizi gərə biləcək məlumatlar da ala bilərsiniz. İndinin hadisələri ötənlərdə yaşanmışlarla sıx bağlıdır. Bir qədər əvvəl çəkdiyiniz zəhmət məntiqi nəticəsini verəcək.Unudulmaqda olan münasibətlərdən biri günün ikinci yarısında spontan şəkildə bərpa oluna bilər. Sizi çoxdan bəri narahat edən suallara cavab arayın.Axşam saatlarını ailənizə sərf edin. Bunu dəyərləndirəcəklər. Oğlaq – Karyeranızı düşünürsünüzsə, inkişaf etmək və daha çox qazanmaqla bağlı planlar hazırlayırsınızsa, peşəkar fəaliyyət müstəvisindəki problemləri həll edin. İşdə rəhbərlik təkliflərinizi dinləmək istəməyəcək. Maaş artımının zərurəti barədə ümumiyyətlə, danışmayın.Günün ikinci yarısında aktual problemləri etibar etdiyiniz insanlarla müzakirə edin. Təklif və iradlarınızı aşkar şəkildə bildirin. Yeni işə başlamağa tələsməyin. Məişət problemlərinizi ailə üzvləri ilə həll etməyiniz məsləhətdir.İradlarınızı və tənqidizi səmimi, etik şəkildə bildirin. Dolça – Günün ilk yarısından ən çətin problemləri izafi zəhmət çəkmədən həll edə biləcəksiniz. Aktiv olun, rəqiblərin sizi üstələməsinə, geridə qoymasına imkan verməyin. Məqsədə doğru aparan yolda çeşidli problemlər yarana bilər.Günün ikinci yarısında bütün planları realaşdırmaq mümkün deyil. Yeni, maraqlı irsanlarla tanış olacaqsınız. Onların maraqları, istəkləri və planlarından agah olun. Axşam saatları romantik görüş və ya etiraf üçün əlverişlidir. Balıqlar – Ailə işləri və evlə bağlı qayğıları çözməyə başlayın. Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə alın.Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri nəzərdən keçirin. Yaşam arealınızda nizam və qayda yaradın.Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq mümkündür. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional problemlərinizi həll edin.Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi bacarın.Gəlişigözəl sözlərə və vədlərə inanmayın. Milli.Az

Daxili gərginlik aradan qaldırılır - ART-terapiya nədir?

Art-terapiya psixologiya və yaradıcılığın birləşməsidir. Bu terapiya üsulu emosional intellekti və emosional özünə nəzarəti inkişaf etdirir. "İndi və burda" prinsipinə əsaslanaraq, kreativ təfəkkürü aktivləşdirərərək müxtəlif problemlərin həllinin rahatlıqla tapılmasına kömək edir,  beynin sağ və sol yarımkürələrinin inkişafını balanslaşdırır. Art-terapiya həm böyüklərdə həm də uşaqlarda effektlidir. Art terapiya ilk dəfə Çində istifadə olunaraq  əsəb sarsıntısı keçirmiş insanlara heroqlifləri yazdırıraraq sarsıntını aradan qaldırırmağa yardım ediblər. Art terapiya şəxsin yaradıcılıq vasitəsilə özünü ifadə etməsi, özünü dərk etməsi və özünü  aktuallaşdırılmasına əsaslanan psixoterapiya üsuludur. Bu metod vasitəsilə depressiya, stress, nevroz, qorxu, fobiyalar, yas travması və daxili gərginlik aradan qaldırılır. Art terapiya problemi aradan qaldırmaqla yanaşı insanın düzgün qərar verməsinə, öz təlabtlarını şüur səviyyəsinə qaldırararaq özünü tam və parlaq ifadə etməsi üçün şərait yaradır. Art terapiyanın əsas avantajı şəfa verməsi, xüsusi qabiliyyət tələb etməməsi, şəxsi potensialıın inkişafı, daxili harmoniyanın əmələ gəlməsi və hamı üçün rahat və əlçatan olmasıdır. Art terapiyada spontanlıq vacibdir ki, bu da insana özünü ifadə etməyə, hisslərini dərk etməyə və problemdən azad olmağa imkan verir. “Boyama ideal bir əyləncə üsuludur. Art terapiya zamanı bədəni yormadan beyin işləyir. Gələcək üçün yaranan narahatlıqlar həyacan, təşviş art terapiyaya başlayan kimi dərhal ani olaraq düşüncədən yox olur. Problemlər gölgəyə çevrilərək qaranlıqlaşır. Beyin bütün parlaqlığı ilə işə mərkəzləşir”. Bu sözlər Uinston Çörçillə aiddir. O, bütün həyatı boyu rəsm və boyamadan sevərək istifadə edirdi ki ,bu onun özünəməxsus art-terapiya üsulu idi və bu Çörçillə  dincəlməyə,  enerji yığmağa, yeni fikirlər və çözüm yolları tapmağa kömək edirdi.   Psixoloq: Hüseynəliyeva Vüsalə

Sən qadınsan dinlə -Psixoloq Leyla Qasımovanın Dinlə layihəsi-Video motivasiya

Psixoloq.az xəbər verir ki,gənc psixoloq Leyla Qasımova bir müddət öncə sosial şəbəkələrdə böyük marağa səbəb olan Dinlə layihəsini təqdim etmişdir.Yüksək əhval ruhiyyə ilə hazırlanmış Dinlə layihəsi öyrədici və marifləndirici layihə olmaqla yanaşı psixoterapevtik təsirə malikdir.Həmin video motivasiyalardan birini sizə təqdim edirik.

"Edip kompleksi" nədir?

Psixoanalizin banisi hesab olunan Ziqmunt Freydin irəli sürdüyü fikirlərdən biri də uşağın qarşı cinsdən olan valideyninə cinsi istək duymasıdır. O bunu «Edip kompleksi» adlandırıb. Bu anlayış yunan miflərindən olan, Sofoklın «Edip tragediyası»ndan götürülüb. Mifə görə Debai şəhərinin kralı Laiosun övladı olmurmuş, narahat olan kral dərdini Apollona danışır. Apollon da ona, övladın olarsa, gələcəkdə səni öldürüb, anası ilə evlənəcəyini bildirir. Bunu eşidən Laios fikrindən imtina etməyə başlayır, lakin bir oğlu dünyaya gəlir. Gələcəkdə öldürülməsindən qorxan kral oğlunun öldürülməsini istəyir, ancaq Kraliça Lakosta buna imkan vermir və öldürmək əvəzinə uzaqlarda bir yerdə, tək başına buraxılmasını təklif edir. Onlar uşağı kimsəsiz bir yerdə ayağından ağaca asılmış vəziyyətdə ölümə məhkum halda buraxırlar. Lakin yoldan keçən başqa bir şəhərin çobanları uşağı görüb xilas edirlər və kralın yanına gətirirlər. Bu şəhərin kralının da övladı olmadığından bu uşağı böyütməyə qərar verirlər. Ayağı ağacdan asılı qaldığı üçün şişən uşağa "şiş" mənasını verən Edip adını verirlər. Edip böyüdükdən sonra bunların onun həqiqi valideynləri olmadığını öyrənir və həqiqəti öyrənmək üçün Debai şəhərinə geri dönməyə qərar verir. Həqiqi valideynlərinin kim olduğunu öyrənmək üçün Apollonun yanına gedir. Apollon ona bütün əhvalatı danışır, atasını öldürmək istəməyən Edip uzaq bir şəhərə getmək üçün yola çıxır. Yolda baş verən bir qarşıdurmada bilmədən öz atası Laisosu öldürür. Edip doğulduğu şəhərə yola düşür və soruşduğu suallara cavab verməyənləri öldürən birinə «Sfinksə» rast gəlir. Sfinksin verdiyi suala cavab verən Edip, şəhərin kralı elan olunur. Şəhərin kralı öldüyü üçün onun dul arvadı ilə evlənir və 4 övladları olur. Tanrılar bu hadisəyə münasibətlərini bildirmək üçün şəhərdə quraqlıq, aclıq yaranmasına şərait yaradırlar. Bu fəlakətin səbəbini öyrənmək istəyən Edip bir bilici yanına gedib bütün gerçəyi — atasını öldürdüyünü və anasıyla evləndiyini öyrənir. Bunu bilən kraliça Lokasto özünü öldürür, Edip isə özünü kor edir. Bunu eşidən şəhər camaatı isə Edipi alçaldıb şəhərdən qovurlar. Freyd nevrozların yaranma səbəbini araşdırarkən uşaqlarda baş verən cinsi xarakterli sarsıdıcı hadisələrin önəmli olduğununun fərqinə varmışdı. Kliniki və psixoanaltik tədqiqatlar sayəsində (uşaqlarda bəzi cinsi xəyalları və valideynlərə olan münasibət) normal insanların da buna bənzər hadisələr yaşadığı nəticəsinə gəlmişdir. Yəni hər bir insan uşaqlıqda bu dövrü keçir. Edip kompleksinə daha yaxından nəzər salmaq üçün Freydin inkişaf nəzəriyyəsinə baxarsaq; nəzəriyyənin psixikaya əsaslandığını, psixikanın inkişaf nöqtəsinin də libidonun keçdiyi müxtəlif mərhələlər olduğunu görərik. Bu mərhələlər libido investisiya formaları və obyektləri baxımından fərqlidir. Məsələn, oral dövrdə həssas bölgə ağız, anal dövrdə isə anusdur. Anal dövrdə libido inkişaf etməyə başlayır və bu dövr «fallik» dövr adlanır. Fallik dövrünün əsas xüsusiyyəti libidonun ağırlaşmasıdır. Bu dövrdəki həssas bölgələr cinsiyyət orqanlarıdır. Libidinal arzular qarşı cinsdən olan valideynə yönələrkən Edip kompleksi də formalaşmağa başlayır. Z. Freydə görə uşağın ilk eşqi qarşı cinsdən olan valideyndir. Oğlan uşağının anasına öyünməsi, atasının anasına olan münasibətini qısqanması bu kompleksin ilkin əlamətləri hesab olunur. Bu nəzəriyyə oğlan uşaqlarının şüuraltında yığılan basdırılmış duyğu və düşüncələri açıqlayır.Psixoanalizdə bu kompleks insan psixikasının inkişafında ən kritik dövr hesab edilir. Freydə görə uşağın 3-5 yaş mərhələsi edip mərhələdir. 5 yaşından sonra bu kompleks yox olur, lakin yeniyetməlikdə yenidən ortaya çıxa bilir. Edip kompleksi barədə fikir ayrılıqları var.Psixoanalitiklər Edipə qarşıYunq, Fromm, Horney, Erikson, Sullivan Freydə etiraz etmiş və öz fikirlərini irəli sürmüşdülər. Freydin Edip kompleksi mövzusuna fərqli prizmadan baxan K. Horney qeyd edirdi ki, edip kompleksinin səbəbi bioloji yox sosial foktorlardır. Horneyə görə Edip kompleksi nevrotik sevgi aclığının ifadə formalarından biridir. Nevrotik sevgi və yıxıcılıq ehtiyacı uşaqkən ortaya çıxır. Freydin Edip mərhələsi adlandırdığı bu yaş dövründə valideynlərin birinə sevgi hissləri bəslədiyi halda digərinə nifrət bəsləyir. Lakin bu biolojik səbəblərdən qaynaqlanmır, əksinə qayğını azaltmaq məqsədilə istifadə olunan bir vasitədir. Uşağın bu dönəmdəki hərəkətlərində cinsi istəklər görünsə də axtardığı cinsi doyumluluq yox, güvənlilikdir. Sallivan fərdin inkişafını 7 mərhələyə ayırır. İlkin uşaqlıq adlandırdığı mərhələdə uşaq cinsiyyəti ilə maraqlanmağa başlamasını və həmcins olan valideynini örnək almağa çalışdığını söyləyir. Lakin bunun Edip kompleksindən yox həmcins valideynin uşaqla daha rahat davranmasından, uşaqlar ictimai gender rolları sərgiləyərkən valideynlər tərəfindən mükafatlandırılmasından yaranır. Erikson insan inkişafını 8 psixososial mərhələyə bölmüşdür. Üçüncü mərhələdə uşağın cinsi marağı və supereqosu formalaşmağa başlayır və bu mərhələ «oyun dövrü» adlanır. Eriksona görə bu mərhələdə həm uşağın cinsi marağı, həm də ana və ya atanın yerinə keçmə istəyi qazanılacaq sahibkarlığın əsas mövzusudur. Uşaq bu səbəbdən valideynləri tərəfindən cəzalandırılarsa, uşaqda günahkarlıq hissi yaranacaqdır. Sahibkarlıq və günah üzüntüsünü sağlam şəkildə adlaya bilən fərddə dövrün əsas qüvvəsi olan «məqsəd» formalaşacaqdır. Yəni uşaq özünə hədəflər seçəcək və davranışlarını məqsədə uyğun icra edəcəkdir. Əks halda uşaqda patoloji utancaqlıq yaranacaq. Bu uşağın sahibkarlıq hissini cəza və günahkarlıq qorxusu ilə ləkələməkdir. Kohut Edip kompleksini «Edip mərhələsi» adlandırır. Hər kəsin yaşadığı bu mərhələ hər kəsdə qarşıdurma yaratmaz. O Edip əfsanəsinə alternativ olaraq Odisseya əfsanəsini təqdim edir. Burda çıxardığı nəticə isə ata-oğul arasındakı münasibətin əslində sevgi, qoruma, incitməkdən yayınma olmasıdır. Ona görə Edip istənməyən və ölümə tərk edilmiş bir uşaq olaraq ata-oğul münasibətinin dinamikasını anlada bilməz. Lakan qeyd edirdi ki, uşağın atasına verdiyi anlam və məna ananın ataya bəslədiyi duyğulardan asılıdır. Əgər bu duyğular olmazsa, uşaq obrazlı münasibətdə ilişib qalır və bu gələcəkdə psixozun yaranmasına zəmin yaradır. Atanın adına bəslənən duyğular uşağı Edip üçbucağına salır. Bunun üçün həqiqi ataya ehtiyac yoxdur, atanın adı belə yetərlidir. Frusstrasiyaların səbəbi qadağalar qoyan atadır. Ana-uşaq münasibətinə sonradan daxil olan, uşağın nəzərində bioloji əhəmiyyət daşımamaqla yanaşı, birdən-birə önəm qazanan ata arasında eyniləşmə yaranır. Uşağın Edip kompleksini atlada bilməsi üçün lazım olan ilk şey atasının yerinə keçmək istəməsidir. Bu ata ilə eyniləşməyə zəmin yaradır. Bu kompleksin uğurla adladılmaması nevroza səbəb olur. Elektra kompleksiPsixoanaliz nəzəriyyəsinə əsasən, Elektra kompleksinin məzmunu qız övladının şüuraltı formada atasına olan meylliyi, həmçinin anasına olan düşmən və rəqib münasibətidir. Elektra kompleksi inkişafın fallik mərhələsində yaranır. Kompleksın adı atasını öldürdüyünə görə anasından intiqam almış çar Miken Aqamemnonun qızı Elektranın adından götürülmüşdür. Bu termin ilk dəfə 1913-cü ildə Karl Qustav Yunqun «Psixoanaliz nəzəriyyəsinin şərh edilməsi təcrübəsi» əsərində təklif edilmişdir. Freyd «Elektra kompleksi» terminini «Edip kompleksi» ilə eyniləşdirirdi və təklif edirdi ki, Edip kompleksi hər iki cinsə şamil edilsin. Freyd «Elektra kompleksi»ni faydasız termin adlandırmışdır. Ehtimal edilir ki, bunun səbəbi Freyd və Yunq arasında möcvud olmuş şəxsi ədavətlə bağlıdır. Bir çox psixoanalitiklər bu termini köhnəlmiş hesab edirlər və "Edip kompleksi"nin qadın versiyasından istifadə etməyə üstünlük verirlər. Freydin fikrincə inkişafın ilkin mərhələsində qız övladı hər iki valideyninə eyni dərəcədə bağlı olur. Buna baxmayaraq, qız sonradan penisinin (kişi cinsiyyət orqanı) olmadığını aşkar edir. Bu kəşf qadının seksual inkişafında həlledici rola malikdir. İlkin mərhələdə, "penisə olan nifrət" qızda atasına meyllik yaradır və o, atasından hamilə qalmağı arzulayır. Eyni zamanda qız övladı özünün "natamamlığında" anasını günahkar hesab edir və anasına olan düşmən münasibəti daha da kəskinləşir. Freydin fikrincə, qızlarda axtalanma qorxusu olmadığına görə, ataları ilə cinsi əlaqədə olmaq arzularını həyata keçirə bilmədiklərinə görə daha az əzab çəkirlər və Edip kompleskinin qəti şəkildə aradan qaldırılmasına daha az ehtiyac duyurlar. Nəticədə qızlar qeyri-müəyyən uzun müddətə Edip kompleksində qala bilirlər və qadının Supereqosu inkişafdan geri qalır. Eyni zamanda qadınlara penisə sahib olma istəyi daim təmin edilməmiş olaraq qalır və onları özlərini "natamam" hiss etməyə məhkum edir. Muxtar Haşim

5S Yapon sistemi nədir?

Müasir taym-menecmentdən danışarkən, insanlar adətən qərbdən bizə gələn fərdi-işgüzar təşkilatçılıq metodikasını və sistemini nəzərdə tuturlar. Bu aydın məsələdir, belə ki, şəxsi vaxtın effektli idarə olmasına imkan yaradan nəzəri və praktiki bilik bazası məhz orada yaranmışdır. Yalnız az sayda mütəxəssis bilir ki, şərqdə də kifayət qədər uğurlu taym-menecment texnikası var (bəzi anlamda hətta Qərb qaydasını da keçir). Şərq deyərkən, əlbəttə ki, Yaponiya nəzərdə tutulur. Belə ki, bu ölkə şəxsi biznes-texnologiyalarında öz unikallığı ilə şöhrət tapmışdır. Məhz yaponların sayəsində biz 5S sistemindən xəbərdarıq. 5S sistemi nədir? 5S Yapon sistemi istehsalatda, yaxud ofisdə optimal iş şəraiti yaradan dəqiq strukturlu sistem təqdim edir. İdeal şəraitə yiyələnmək yolu iş yerində intizam yaratmaqdan keçir. Bu isə vaxt və enerjiyə qənaət etmək üçün təmizlik və səliqəliyə riayət etməkdir. Başqa sözlə desək, 5S sistemi bəzən şirkətin istehsalatında, bəzən də çoxlu insanın kollektiv şəkildə iş prosesini təmsil edən başqa sahədə baş verən xaosu nizama salmağa yönləndirilib. 5S sisteminin metodikasını nələr təşkil edir? 5S metodikası iş qurmağın beş əsas prinsipi, yaxud yaponlar demişkən, 5 addımı üzərində qurulub. Onları müxtəsər şəkildə gözdən keçirək. Addım 1 – “Seiri”: Yapon dilində bu söz yerbəyer etmək, yaxud lazım olmayanı aradan qaldırmaq mənasındadır. 5S sisteminin praktik planında bu hissə iş şəraitində ətrafdakı şeylərin iki hissəyə ayrılmasıdır: lazım olanlar və lazım olmayanlar. İnsanlar əşyaları üç nominal kateqoriyaya ayırırlar: Lazım olmayan əşyalar: yəni utilizə olunan şeylər. Potensial lazımi əşyalar: yəni vaxtaşırı istifadə olunanlar. Bunları ayrıca saxlanılan yerdə saxlayırlar. Lazım olan əşyalar: Gündəlik istifadə olunan əşyalar. Yəni onlarsız istehsalat mümkün deyil. Hesab olunur ki, bu addım əməyin təhlükəsizliyini və mədəniyyət mərhələsini artırır. Addım 2 – “Seyton”: Bu ifadəni “səliqəlik, gərəkən nizama riayət etmək” kimi tərcümə etmək olar. Bu addım gündəlik işdə lazım olan əşyaların nizamlanmasına yönəlib. Əşyalar lazım olan zaman asanlıqla əldə edilə bilən yerlərə qoyulur. Daha tez axtarış üçün əşyaları markalaşdırmaq məsləhət görülür. Addım 3 – “Seiso”: Bunu “nizamlama, təmiz şəkildə saxlama” kimi tərcümə etmək olar. Bu addım istehsalatda təmizliyə riayət etməyə yönəlib. İş yerini vizual olaraq bir neçə funksional zonaya ayırmaq lazımdır ki, hədlərində müvafiq şeylər yerləşəcək. Habelə bütün avadanlıqlar təmiz saxlanılmalıdır. Onların dövri yoxlanılması işin səmərəli olmasına mane olan sınıq və nasazlıq kimi şeylərdən qaçmaq imkanı yaradır. Addım 4 – “Seikeçu”: Bunu “standartlaşdırma” kimi tərcümə etmək olar. Bu mərhələdə ilk üç addımın tətbiq edilməsinin nəticələri xüsusi bloknota yazılır (yaxud elektron şəkildə qeyd olunur). Daha effektli qərarlar standartlaşdırılmaya, yaxud iş prosesinin avtomatlaşdırılmasına bərkidilir. Addım 5 – “Siçuke”: Bunu “mükəmməlləşdirmə, intizam yaratmaq” kimi tərcümə etmək olar. Sonuncu addım 5S-in fəlsəfə kimi qavranılmasına yönəlib. Öncəki addımların gedişatında yaranan qənaətcil istehsal sistemi bütün işin səmərəli olmasını əhəmiyyətli şəkildə artırır ki, nəticə etibarilə, taym-menecmentin əsas məqsədi də elə budur. Əgər siz 5S yapon sistemindən istifadə etmişsinizsə, yaxud bu haqda eşitmişsinizsə, nəticələrini bizimlə bölüşə, yaxud bu sistemi öz dostlarınıza danışa bilərsiz. Hazırladı: Fərid Abdullah

Qısqanclıq hansı həddə olmalıdır?

Qısqanclıq bir çoxlarının daxilində mövcuddur. Bəziləri qısqanclığın tərəfdarı olsalar da, bir qism isə bunun müasit dövrə zidd olduğunu qeyd edirlər. Bəs qısqanclıq nə həddə olmalıdır? Bəzi tədqiqatların nəticələrinə əsasən qisqanc insanlar 10-15 il daha az yaşayır. Adətən onlar hipertoniya, ürək-damar xəstəliklərindən əziyyət çəkir və təxminən 60-65 yaşında vəfat edirlər. İstisnalar isə azdır. Qısqanclığın həddi müxtəlifdir. Belə ki, sivil ölkələrdə yaşayan insanlarda qısqancların sayı çoxdur. İnkişaf etməmiş ölkələrdə isə seksual inama əhəmiyyət vermirlər.Qadınlar kişilərə nisbətən daha qısqanc olurlar. Kişilərdə bu hiss ağır və qətidir. Lakin onlar iki dəfə artıq xəyanət edirlər. Sosioloqların araşdırmalarına əsasən hər 5-ci ailə qısqanclığa görə dağılır. Qısqanclıqdan boğaza yığılan partnyor (adətən qadın) həlledici dava taparaq ailəni tərk edir, hətta əsl səbəb olan qısqanclıq arxa planda qalır. Qısqanclıq çoxlu sayda zorakılıq, hətta ölüm hadisələri törədir.Son araşdırmalar göstərdi ki, qısqanclığa görə cinayət törədənlərin yalnız 25 %-i alkoqol və ya psixoloji xəstələrdir. Psixoloqların sözlərinə görə, bütün bədbəxtliklərə görə qısqanclığı günahlandırmaq lazım deyil. Məhz o, hisslərə kəskinlik, cazibə bəxş edir, həmçinin sevgini sönməyə qoymur. Əgər belədirsə, qısqanclıqla mübarizə aparmağa dəyərmi? Qısqanclıq uşaqlıqda yaranır. Əsəs səbəbi də uşaqlıq illərində axtarmaq lazımdır. Ailəyə ikinci uşağın gəlməsilə qısqanclıq hisslərinin ilkin əlamətləi hiss olunmağa başlayır. Əgər ilk uşaq valideyn qayğısının olmamasını hiss etsə qısqanclıq daha da güclənir. Daha sonralar isə bu hiss tək seksual partnyora yönəlməyəcək. Əgər valideynlər ayrılsa, körpə qorxacaq ki, anası onu atası kimi tək qoyub gedəcək. Məhz buna görə də uşaqlar əksər hallada analarını başqa kişilərə qısqanır və düşünülər ki, həmin kişi analarını onların əlindən alacaq. Bu cür psixologiyalı uşaqlara ikiqat diqqət və qayğı tələb olunur. Qısqanclığı gücləndirən faktorlar da var. Kişilərdə bu ilk növbədə alkoqolizm, reproduktiv sistemlə bağlı problemlərdir. Qadınlarda isə seksual cəhətdən təmin olunmamaq, övladsızlıq, hamiləlik və ginekoloji problemlərlə əlaqədardır. Patoloji qısqanclar ruhi xəstələr də ola bilər. Belə bir fikir var ki, patoloji qısqanclıq – baş verənlərə və ya təsəvvür olunanlara həddini aşmış reaksiya deyil, emosional ehtirasa çətin adaptasiya ilə bağlıdır. Bəzi nəticələrə əsaən isə 15-20% insanlarda qısqanclığın patoloji forması psixoz simptomları ilə oxşardır. Lakin elə insanlar var ki, onlar qəti şəkildə qısqanmırlar (onlar 3-5%-dir). Bu da digər həddir. Səbəb isə - emosional soyuqluğun həddindən çox olmasıdır. Qeyd edək ki, qısqanclığın çoxu zərər, azı isə münasibət soyuqluğu ilə nəticələnə bilər.

Adlarımızın baş hərfi nə deyir?

Adlarımızın baş hərfi bizi əks etdirirmi ? A hərfi: yoldaşınız çox cazibədar olmalı. Çünki bir Eşq düşkünü olaraq buna əhəmiyyət verirsiniz. B hərfi: Romantiklik və romantizm xüsusiyyətiniz. Sevginizi ifadə etmə qabiliyyətiniz qüvvətlidir. C/Ç hərfi: Eqoistsiniz. Eşqi sevmənizə baxmayaraq uzunmüddət eşq olmadan yaşaya bilərsiniz. D hərfi: İstədiyiniz adamı əldə edirsiniz. Sifətləriniz isə, aşiq, sadiq, qısqanc və eqoist. E hərfi: Əsla duyğunuzu tamamilə itirmirsiniz.  Ə hərfi: Cazibədar və asan insansınız. Sevgilinizi hər şeyin üstündə tutursunuz. F hərfi: Sevimlinizi ilahlaşdırmaqdan zövq alırsınız. İsti və romantik bir insansınız. G hərfi: Sizin üçün deyiləcək əsas söz çox incə detallara diqqət edirsiniz.  H hərfi: Sizi hər baxımdan zənginləşdirəcək birini axtarırsınız. Onun üçün hər şeyi edə bilərsiniz. X hərfi: Asanlıqla əldə olunursunuz. Romantikanı çox sevirsiniz, xəyalpərəstsiniz. İ hərfi: Sevilmək icin yaradılmısınız. Amma hər şeyi həmişə ondan gözləyirsiniz. Bu da əlaqələrinizin qısa sürməsinə səbəb olur. J hərfi: Romantik olduğunuz deyilə bilər amma sizi əsl maraqlandıran onu başdan çıxarmaqdır. K hərfi: Utancaq görünsəniz də çox xaricə dönüksünüz. Aldatmaqdan nifrət edərsiniz. L hərfi: Sevilməkdən çox sevməyə əhəmiyyət verirsiniz. Bir az meymun iştahlısınız. M hərfi: Çox romantiksiniz. Birlikdə olduğunuz insanı uşaq kimi qoruyub, gözləyirsiniz. N hərfi: Mükəmməlliyətçi olduğunuz üçün standartlarınıza uyğun birini tapmağınız çox çətin. O/Ö hərfi: Pul və güc sizin icin çox əhəmiyyətlidir. Həmçinin eşqə çox düşkünsünüz. P hərfi: Sizin üçün həyatın mənası ideallıq. Biriylə birlikdə ola bilməyiniz bu səbəblə çətindir. R hərfi: Sizin özünüz kimi intellektual və ağıllı birinə ehtiyacınız var. Eşq, sizin bir çox şeydən əvvəl gəlir. S hərfi: Bir dəfə ürəyinizi qapdırdığınız zaman dünyanın ən sadiq insanı olursunuz. Ş hərfi: Düşünmədən hərəkət edirsiniz. Sevgilinizə böyük hörmət edirsiniz.Hamını özünüz kimi bilirsiniz T hərfi: Eşqbazlıq üçün ideal bir tipsiniz. Aşiq olduğunuzda dərhal qırılırsınız. U/Ü hərfi: Dəyər verəcək birini axtarırsınız. Sevgilinizi hər şeyin üstündə tutursunuz. V hərfi: Azadlıq və həyəcanı çox sevirsiniz. Buna görə bütün əlaqələriniz təhlükəlidir,amma çox xoşbəxtsiniz. Bütün gününüzün əyləncəli etmək istəyirsiniz. Sevsəniz bunlardan heç biri olmayacaq romantika başlayacaq. Y hərfi: Müstəqillik, şüarınızdır. Sevgiyə əhəmiyyət verirsiniz. Amma pul daha əhəmiyyətlidir. Z hərfi: Eşqın acı olduğunu bilirsiniz. Səmimi, həssas, romantik və xəyalpərəstsiniz.

Evliliyə zərbə vuran yanlışlıqlar

Hazırda bütün dünyada, eləcə də Azərbaycanda boşanan ailələrin sayı olduqca artıb. Hətta elə olur ki, evlənən cütlüklər bir neçə aydan, hətta həftədən sonra boşanma ilə bağlı qərar verirlər. Evlilik zamanı cütlüklər arasında yaranan hər hansısa anlaşılmazlıq sonda boşanma kimi böyük problemə gətirib çıxarır. — Həyat yoldaşını mütəmadi olaraq başqaları ilə müqayisə etmək — Daim özünü yox, həyat yoldaşını günahlandırmaq — Başqalarının yanında həyat yoldaşını təhqir etmək — Sevgisini bəlli edə bilməmək — Lazımlı, lazımsız daim danışmaq — Ünsiyyət yetərsizliyi — Daim nəsə gizləyirmiş kimi şübhə oyandırmaq — Həyat yoldaşının anası haqqında pis sözlər danışmaq — Güvən əksikliyi — Keçmişi unuda bilməmək.

Çatışmazlıqların kompleks edilməsi - Dismorfofobiya nədir?

Dismorfofobiya insanın öz bədən quruluşundakı çatışmazlıqları kompleks etməsi və kompleksin onun normal həyatına təsir etməsidir. Dismorfofobiyanın yeniyetməlik dövründə meydana çıxması insanlarda sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanırlar və bu onların psixikalarında çatışmazlıqların meydana gəlməsinə səbəb olur. Bəzən bu fobiyaya orta yaşlı adamlarda da rast gəlmək mümkün olur. Əksər hallarda dismorfofobiya depressiya  və ya intiharlarla yekunlaşır. Statistikanin nəticələri özünə qəsd edənlərin əksəriyyətinin dismorfofobiuyadan əziyyət çəkdiyini təsdiq etmişdir. Dismorfofobiyanın diaqnozunu qoymaq aşağıdakılara əsaslanır: * xəstənin öz bədən quruluşuna və xəstəliklərinə qarşı patoloji kompleksləri olur* bir və ya bir-neçə fiziki problemə qarşı diqqətin çox olur* xəstə öz qüsurunu faciəyə çevirir* xəstənin daima öz qüsurları barədə danışaraq ətrafdakıların diqqətini özünə cəlb etmək istəyir* xəstənin fikrinin yanlız öz çatışmazlığının və ya eybəcərliyinin üstündə olması Dismofofobiyanın əlamətləri müxtəlif cür ola bilir. Onlar aşağıdakılarla əlaqədar olur: * güzgü* şəkillər* uydurma fikirlər* cəmiyytdən uzaqlaşma* pərtlik* diqqətin yanlız ö çayışmazlığına yönəlməsi* öz deffektini düzəltməyə çalışmağa dirənmək Dismorfofobiyadan əziyyət çəkən adamlar şəkillərinə və güzgüyə baxdıqları zaman intihar barədə düşünürlər. Əgər oların qüsurlarını düzətdirməyə pulları çatmırsa o zaman onlarda intihara cəhd halları baş verir. Bu səbəbdən də dismorfofobiyadan əziyyət çəkən xəstələri təcili müalicə etdirmək lazımdır. Xəstəliyin müalicəsi müxtəlif vasitələrlə aparılır. Adətən bu xəstəlikdən əziyyət çəkən adamların qüsurlarını plastik cərrhiyə yolu vasitəsilə müalicə etdikdə onlar başqa yerlərində qüsur axtarmağa başlayırlar. Ona görə də mütəxəssislər dismorfofobiyadan əziyyət çəkən xəstələri psixoloqların müalicə etməsi daha münasib sayılır. Kompleks müalicə isə daha yaxşı effekt verir. Bu zaman xəstə özünün bədənində qüsur olmadığını düşünür və özünü olduğu kimi qəbul edir.(immunitet.az)  

Ailədə harmoniya kimdə gizlidir?

Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranır. Rəfiqələr də bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzakirə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər. Xoşbəxtlik səndə gizlənib. Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl kariyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz.  “Qadınlara seks lazım deyil” fikri düz deyil, onların da kişilər qədər intim ehtiyacları var. Lakin bu hisslər qadınlarda nəvaziş və mehribanlıqla bağlıdır. Kişiləri ittiham etmək, onları heyvani və öz primitiv tələbatlarına görə günahlandırmaq əvəzinə təşəbbüsü öz əlinə almağa çalış. Qarşı tərəfə nə istədiyini və nələrdən xoşun gəldiyini de. Ola bilsin ki, siz bir-birinizi təəccübləndirə bildiniz. Ürəkdən istə statistikaya sığınmaq alınmayacaq! Gender rəqəmlərində boşanmaq və yenidən nikaha daxil olmaq imkanı çoxdan tarazlaşdırılıb. Bəs niyə bəzi qadınlar heç bir dəfə də olsun ailə qura bilmir, digərləri isə bir neçə dəfə ərə gedir? Məsələ psixikadadır. Burada nə zahiri görkəm, nə də xarakter rol oynamır. Hər bir insan xoşbəxt yaşaya bilər, sadəcə bunu ürəkdən istəmək lazımdır. Heç bir norma yoxdur. Əgər sənə tək yaxşıdırsa, qoy belə də olsun. Tənhalıq qorxusu 80 yaşdan sonra yaranmalıdır, ondan tez yox. Çünki təklik yalnız ölüm yatağında diskomfort verir. Sən gənc və güclüsən, təkliyi cəsarətlə təbii hal kimi qiymətləndir. Odur ki, yarın olmadığı üçün özünü kompleksə salmağa son ver! Xoşbəxtlik = sabit psixoloji durum “Harmoniya güzəştə getməkdədir” fikri əfsanədir. Güzəşt nə sənə, nə də sənin tərəf müqabilinə xoşbəxtlik gətirməyəcək. Ailədə rahat, sağlam abu-hava o zaman hökm sürəcək ki, siz ikiniz də münasibətlərinizdən razısınız. Normal münasibətlər yalnız o adamla qura bilər ki, onlar özünü və bir-birini sevirlər. Münasibətləri qurmurlar İşdən gələndə bir az dincəl. Ailə sənin ikinci işin deyil. Ona görə pul ödənilmir. Münasibətlər üzərində işləmək lazım deyil, çünki onlar ya var, ya da yoxdur. Yeganə şərt: Özünü olduğun kimi qəbul et. Eyni zamanda partniyonu dəyişdirməyə çalışma. Yenidən tərbiyə etmək, dəyişmək, düzəltmək lazım deyil. Əgər xoşuna gəlmirsə, başqasını tapmaq lazım gələcək. Ailədə harmoniyanın sirri çox sadədir. O qadında – səndə gizlənib. Sən həm müsbət, həm də mənfi emosiyaları çəkə bilərsən. Ətrafda yalnız yaxşını görməyi öyrənin, belə qərardan sonra həyatının necə dəyişdiyinə özün də təəccüb edəcəksən.

Tibbi-meteoroloji proqnoz açıqlanıb

Bu gün və sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb. Psixoloq.az xəbər verir ki, sentyabrın 1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Sentyabrın ilk günü yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində sentyabrın 1-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.(ölkə.az)

İnsan ətinə qarşı istək, ərinin onu aldatdığını düşünmək - Monomaniya nədir?

Monomaniya insanın yalnız bir düşüncədə olması, ona üstünlük verməsindən yaranan xəstəlikdir. Psixoloq.az xəbər verir ki, xəstəlik müxtəlif növlərə ayrılır: 1. Kapqras sindromu. Bu cür insanlar ətrafındakı insanların həqiqi olmadığına və başqalarının onların yerinə keçdiyinə inanır. 2. Eretomaniya. Bu cür insanlar hər hansı bir kişi və ya qadının ona aşiq olduğunu düşünərlər, bu şəxslərlə tanış olmasa belə. 3. Freqoli sindromu. Aktyor Freqolinin adından götürülüb. Bu cür insanlar ətrafındakı insanların görkəmlərini dəyişdirdiyinə, başqa birinə çevrildiyinə inanarlar. 4. Genital retraksiya sindromu. Xəstə öz penisinin bədəninə doğru çəkildiyindən şübhələnir. 5. Vendiqo sindromu. Xəstənin insan ətinə qarşı həddən artıq istək duymasıdır. 6. Demonomaniya. Xəstə kiminsə cin və ya iblis tərəfindən izlənildiyini düşünür. 7. Otello sindromu. Xəstədə həddən artıq qısqanclıq olur, həyat yoldaşının, həqiqi olmasa belə, onu aldatdığını düşünür və bunu sübut etməyə çalışır. Ədəbiyyatda monomaniya: Edqar Allan Ponun yaradcılığında monomaniyaya tez-tez rast gəlinir. Nümunə olaraq Berenika, Qara pişik, Qırmızı ölümün masqası hekayələrini göstərmək olar. Fyodor Dostoyevskinin «Cinayət və Cəza» romanında da monomaniyanın növlərinə rast gəlinir. Muxtar Haşim

Xarakter analizi testi

1. Ənənəvi sağlam fikirli düşüncəlisiniz. Özünüzdən əvvəl başqalarını düşünərsiniz həmişə. Müasir dünyagörüşü sizə olduqca uzaq. Ananızın sözünə qulaq asar, təcrübənin gücünə inanırsınız. Dinc bir quruluşunuz var. Bir qərar vermədən əvvəl dərininə düşünərsiniz. Bəzən tələsikçi davranarsınız, bir az yavaşlayın. Nəzakətli və həssas quruluşunuz ətrafınız tərəfindən təqdir edilir, sizə xal qazandırır. Sizə tövsiyəmiz, bu yanlarınızı qoruyun. 2. Təbii simpatik, canayaxınsınız. Kimsəyə bənzəmək kimi bir dərdiniz yoxdur. Siz yalnız 'siz'ə bənzəyirsiniz. Hər kəs tərəfindən sevilən bir insansınız. Olduğunuz mühitə sevinc gətirərsiniz, buna görə yoldaş görüşmələr sizsiz olmaz. Dərt ortağım, çətinliyi olan sizə qaçar. Ön mühakimələr qurbanı deyilsiniz, sizin üçün könüllər bir olsun, yetər. Bəzən sizdən heç gözlənilməyən dəliliklər edirsiniz, tarazlığı qoruyun deyərik. 3. Qeyri-adi, xəyalpərəst, təbiətə düşkünsünüz. Həyata bağlısınız, yaşamağı çox sevirsiniz. Xüsusilə təbiətə, heyvanlara və bitkilərə düşkünsünüz. Köhnəyə və ənənələrə bağlısınız. Ədəbiyyata maraqlıdır. Təfərrüatlar sizin üçün əhəmiyyətlidir. Sizə tövsiyəmiz, bir az daha elastik olun. 4. Sərhədlərin xaricində gəzməyi sevirsiniz. Enerjinizə çatmaq çox çətin. Ani çıxışlar edərsiniz. Diliniz də bir az iti, nə vaxt nə deyəcəyinizi kəsdirmək çətindir. Olduğunuz mühitə sevinc qatırsınız. Zarafatlı bir quruluşunuz var. Bütün bunların yanında romantik və həssas bir quruluşunuz var. Orta yolu tapmağa çalışmalısınız. 5. Sosial, şən, yaşamaqdan böyük zövq alırsınız. Yerində dayana bilməyən, bir şəxsiyyətiniz var.  Bir dəstədə dərhal yoldaş əldə edər, ictimai mühitlərdə hərəkətli rəftarlarınızla özünüzü müəyyən edərsiniz. Sizin yanınızda darıxmaq nə mümkün! Sənətə maraqlısınız, xüsusilə vizual sənətlərdə qabiliyyətinizi heç etməyin deyərik.  6. Balanslı, qərarlı, təcrübəlisiniz. Siz bacarmaq üçün yaradılmısınız. Başınıza qoyduğunuzu edərsiniz. Fəlsəfəyə və elmə maraqlıdır. Düşünməyi və çıxarmağı sevirsiniz. Planlı proqramlı çalışar, bu günün işini sabaha buraxmazsınız. Tarazlıq və uyğunlaşma insanısınız. Yalnız ehtiraslı quruluşunuz bəzən sizi yora bilər. Bəzi hallarda həyatı axışına buraxmağı öyrənməlisiniz.