Planlaşdırılmamış pul xərcləməyin - Günün qoroskopu, 1 sentyabr

Qoç - planlarda ciddi dəyişiklik etmək gərəkdir. Sinirlənməyin, qıcınqlanmayın. Zəruri işləri yerinə yetirin. Günün ikinci yarısına qədər işlərin böyük qisminin öhdəsindən gəlməyə çalışın.Kiçik səhv edən iş yoldaşı və ya yaxınınıza hirslənməyin. Səbrli, soyuqqanlı olun.İstənilən iş bu gün ehtiyatlı və sərvaxt davranışı tələb edir.Çalışdığınız texnikada nasazlıqlar yarana bilər. Maliyyə itkiləri riski var. Alış-veriş üçün əlverişli gün deyil. Buğa - bütün işlər dərhal alınmasa da, geri çəkilməyin, ruhdan düşməyin. Bacarıqlarınızı nümayiş etdirin, qətiyyətli olun və belədə danışıqlarda uğur əldə edə bilərsiniz.Şəxsi məsələləri iş obyekti ilə qarışdırmayın.Zahiri görünüşünüzə xüsusi fikir verin.Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edin.Alış-verişdə bədxərclik etməyin, gərək olduğundan artıq pul xərcləməyin. Bu gün bir qədər qənaətli davranın. Əkizlər - qəfil hadisələr, gözlənilməz olaylara hazır olsanız, məhsuldar çalışa biləcəksiniz.Planlarınızı korrektə edin. Həmkarlar, rəhbərlik və tərəf-müqabillə münasibətlər yaxşılığa doğru dəyişir. Peşəkar mövqeləriniz daha da səbatlı olur.Uzunmüddətli müqavilələr imzalamaq, yeni sifariş götürmək və ya fərqli işə başlamaq olar.Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin sizə təklif etdiyi yardımdan bəhrələnin.Maliyyə məsələlərində sayıq və dəqiq olun. Planlaşdırılmamış xərclər etməyin. Xərçəng - işlə bağlı məsələlərin, o cümlədən çətin problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız çox kəsərli və iti olacaq.Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın, sadəlövh addımlar atmayın.Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu alınacaq.Yeni tanışlarda xoş təəssürat yaradırsınız. Maraqlı təkliflər alacaqsınız. Maliyyə situasiyası stabil deyil. Planlaşdırılmamış məsrəflər ola bilər.Məişət və ofis texnikasının nasazlığı, sıradan çıxması mümkündür. Şir - günün emosinal fonu o qədər də uğurlu deyil və bu səbəbdən də ehtiyatlı olun. Sayıq, sərfat davranın, təmkinli və soyuqqanlı rəftar edin.Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə müəyyən sərinlik yarana bilər. Özünüzdən də narazısınız. Lakin elə hərəkət edin ki, münaqişə və ya anlaşılmazlıq üçün səbəb yaranmasın.Günün ikinci yarısında hadisələrin məcrası dəyişəcək, pozitiv təmayüllərin təsir gücü artacaq. Yaşamınızda nəyisə dəyişməyin vaxtı çatıb.Aktiv işə başlayın. Fantaziyalar və xülyalarınızla vidalaşın, real planlar qurun.Yaşam arealınızı qaydaya salın. Qız - uğurlu, işlər üçün düşərli gündür. Sizi məcradan çıxara biləcək, pərişan edəcək hadisələr yoxdur. Planlara çox kiçik düzəlişlər tələb olunur.Narahat olmayın və yaranmış situasiyadan maksimal xeyir götürməyin yollarını düşünün. İşgüzar danışıqlar uğurlu olacaq. Müzakirələr, sövdələşmə və anlaşmalar da pis nəticələr verməyəcək.Romantik görüş, hisslərin etirafı üçün əlverişli vaxtdır. Emosiyaların və yaşantılarınızla bağlı ciddi düşünə bilərsiniz.Maliyyə fonu yaxşıdır. Gəlir, görülən işə görə ödəniş istisna deyil.Alış-verişdə simiclik etməyin. Alacağınız əşyalar xeyirlidir. Tərəzi - üstün cəhətlərinizi, bilik və bacarıqlarınızı nümayiş etdirin. Birmənalı qarşılanmamaq təhlükəsindən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizə şübhə ilə yanaşmayacaqlar.Alış-veriş üçün əlverişli gündür. Təhsil, tədris, bilgi və informasiyanın əldə olunmasında nailiyyətlər əldə oluna bilər. Ən müxtəlif insanlarla dil tapmağa çalışın. Münaqişələri yatırın, müttəfiq qazanın.Yeni işə, sifarişin yerinə yetirilməsinə, fərqli istiqamətdə çalışmağa başlamaq olar. Əqrəb - kiçik uğurlara rəğmən, gün xoşagələn məcrada deyil. Düşmən və bədxahlarınızı olduqlarından zəif qiymətləndirməyin.Sadəlövh olmayın, yalan təriflərə və yaltaqlara inanmayın. Maliyyə itkiləri ola bilər. İşdə ciddi problemin yaranması istisna deyil.İşə başdansovdu yanaşmayın, qeyri-ciddi insanlarla ümumi iş görməyə çalışmayın. Belə insanlarla ünsiyyət zahirən asan və xoş ola bilər.Lakin ciddi nəticələrə əsla bel bağlamayın. Oxatan - gün uğursuz başlanır, ciddi problemlər yaşanır. Ruhdan düşməyin, irəliyə doğru hərəkətdə fasilə yaratmayın.Özünüzə inamınızı itirməyin. Çətinliklər qarşısında təslim olmayın. İlk dəfədən nə isə alınmasa, yenidən o işi görün, təkrarlayın.Bədxahlarınız düşündüyünüzdən də qüvvətli çıxarsa, onlara doğru irəliləyin. Ənənəvi, adət etdiyiniz metodlarla məqsədə çatacağınızı düşünməyin.Romantik münasibtlərə başlamaq üçün uğurlu gün deyil. İşdə emosiyaları cilovlayın, təmkinli və səbrli davranın.Təsadüfi tanışlıqların heç bir perspektivi yoxdur. Sizi yanlış anlaya bilərlər. Oğlaq - böyük qələbələr əldə etməyin çətinliyini dərk edirsiniz. İntuisiyanız sizi aldatmır.Lakin hər şeyin asan və rahatlıqla alınacağını düşünməyin. Bir qədər çalışmaq, səy göstərmək, qətiyyət nümayiş etdirmək gərəkdir.Bilik və bacarıqlarınızdan tam istifadə edin, məqsədə çatmaq üçün imkanınız çatan bütün vasitələrdən yararlanın.Eyni vaxtda bir neçə istiqamətdə çalışmayın. Bir yönü, bir hədəfi seçin və irəliləyin. Prioritetləri müəyyənləşdirin, seçimə uyğun hərəkət edin. Dolça - uğur üçün mübarizə aparmaq gərəkdir. Rəqib və ya bədxahınız güclüdür. Geri çəkilməyin, ruhdan düşməyin.Qələbə şansları az deyil. Yaxın ətrafınızdakı insanlardan yardım və ya yaxşı məsləhət gözləməyin. Bu günün sınağından təkbaşına, müstəqil şəkildə keçməlisiniz.İşdə münaqişə istisna deyil. Fikrinizi elə sərt deyirsiniz ki, hətta ən mülayim və sakit təbiətli insanların səbr kasası daşır.Yaxınlarınızla mümkün qədər həssas, zərif və səmimi davranın. Şəxsi münasibətlər müstəvisində gərginlik yaratmayın. Balıqlar - çətin gündür. Problemlərdan qaçmağa çalışsanız da, onlar sizi haqlayacaq və həll tələb edəcəklər. Yaxın ətrafınızdakı  insanlardan yardım gözləməyə dəyməz və bunu əla anlayırısınız. Hər kəs yalnız öz maraqlarını təmin etməyə çalışır.Rəhbərliklə xoşagəlməz söhbət olacaq. İşgüzar tərəfdaşların sizə qarşı ciddi iradları ola bilər.Unutmayın ki, qətiyyətli və ciddi işlər görməzdən əvvəl yaranmış situasiyanı dəqiq dəyərləndirmək gərəkdir. Qəfil anlayışlara bel bağlamayın.Necə hərəkət etmək gərəkdiyini yalnız məntiq və sağlam düşüncə deyəcək. Milli.Az

Yemək və çəki ilə bağlı düşüncə xətaları

Düşünmək insanın ən böyük bacarığıdır. Bəzi şəxsi mənafeyə uyğun  şərtlər, təməl inanclar sayəsində həqiqi olmayan və sübut oluna bilməyən bu düşüncələr nəticəsində insanlar həqiqəti fərqli anlayırlar. Əsasən də sıxıntılı zamanlarımızda ağlımıza gələn bu tərz düşüncələr gündəlik həyatımıza o qədər yerləşir ki, bəzən ayırd etmək çətinləşir ancaq, bir çox mənfi duygulara və psixoloji sıxıntılara səbəb ola bildiyi üçün  bu cür düşüncələrin fərqində olmaq çox əhəmiyyətlidir.  Bu yazıda isə məhz yeməklə bağlı xətalı düşüncələrə dair nümunələr oxuyacaqsınız. • Yemək düşməndir. • Yemək kökəldir. • Yemək ən yaxşı istirahət üsuludur. • Yemək üzərində bir idarənin olması lazımdır.   Heç vaxt  kifayət qədər doya bilmərəm . • Yalnız  sağlamlığımıza faydalı yeməkləri yeməliyik. • Əsla az yeməklə doymağı öyrənə bilmiyəcəm  • Heç vaxt yağlı yeməklər yeməməliyəm. • Yemək bütün problemlərimi həll edəcək. • Az kalorili yeməklər yeməyi vərdiş halına gətirməsəm, çox şişmanlayacam .  • Qarşıma  qoyulan yeməyi doymuş olsam belə mütləq bitirməliyəm. • Yemək mənim ən yaxşı yoldaşımdır.  Yeməklər yaxşı (aşağı kalorili və yağsız) və pis (yüksək kalorili və yağlı) olaraq 2 yerə bölünür. Yemək ən yaxşı mükafatdır. •İndi yeməsəm və sürətlə yeməsəm başqaları yeyə bilər və mənə qalmaz. • Yeməklər məni kökəldir. • Nə yediyim haqqında düşünməsəm, zərər görə bilərəm. • Kaş ki ac qalmağa dözə bilsəydim. • Ac qalmaq və həddindən artıq zəif olmaq kök olmaqdan daha yaxşıdır. • Qayğısız və qorxusuz yemək yeməyi xəyal edə bilmirəm. • Sevdiyim bir şeyi yeməyə başlasam özümü durdura bilmərəm. • Yemək yemək  mənəvi əzab çəkməkdən daha yaxşıdır. • Digər insanların yanında yemək yeməyə dözə bilmirəm . • Çox miqdarda yemək pis  davranışdır yemək yemə tərzimdən  utanıram. • Aclıq dəhşətdir. • Ac hiss etməməliyəm ,elə etməliyəm ki acmayım. • Başqalarının nə yeməyimi istəyirsə onu ya da başqalarının yediyini yeməliyəm. • Sosiallaşıramsa, bunun içində yemək yemək də olmalıdır. • Yemək yemə  davranışlarım utandırıcıdır. Buna görə yeyərkən məni heç kim görməməlidir. • Yemək içimdəki boşluğu doldurur. • Yemək həyatda zövq aldığım tək şeydir. • Yaxşı ya da pis hiss etməyim, nə yeyib yemədiyimlə əlaqəlidir. • Yeməyi rədd etmək iradəmin güclü olduğunu  göstərir. Ancaq bu vəziyyətdə  məhrum olmuş və əngəllənmiş hiss edirəm. Çəki ilə əlaqəli xətalı düşüncələr  • Zəif olmaq məcburiyyətindəyəm. • Zəif olmaq; xoşbəxt, müvəffəqiyyətli və mükəmməl bir həyata sahib olmaq deməkdir. • Çəki itirmədiyim zaman  özümü xoşbəxt hiss edə bilmərəm. • Kök olmaq  bədbəxt və zövq alınmayan bir həyat yaşamaq deməkdir. • Hər gün tərəziyə çıxmalıyam. • Əsla özümü çəkməməliyəm. • Zəif olmaq həyatda istədiyim bütün yaxşı şeylərin ilk şərtidir. • Arıqlar köklərə nisbətən  daha çox sevilir. • Maqazin jurnallarının  göstərdiyi çəkiyə sahib olmalıyam. • Arıq insanlar şanslıdır və nə istəsələr yeyə bilərlər. • Artıq çəkili  insanlar yalnız aşağı kalorili və az yağlı qidalar istifadə etməlidir. • Xoşbəxt olmağımın tək yolu incəbel olmaqdan ya da arıq qalmaqdan keçər. • Çox şişmanam. • Gözəl görünmək xoşbəxt hiss etməkdən daha əhəmiyyətlidir. • Özümlə qürur duymağım  ya da utanmağım neçə kilo olmağıma bağlıdır. • Ən böyük müvəffəqiyyətim arıq olmağımdır. •  Bir neçə qram da olsa kilo almaq çox qorxuncdur. • Bir neçə kq çəkim artarsa , daha kökəlməyi durdura bilmərəm.

Günə qəhvə ilə başlayın - Əsəbi sakitləşdirir

Qəhvə həm sağlamlıq cəhətdən, həm də psixoloji cəhətdən insanı rahatladan içki növüdür. Psixoloq.az xəbər verir ki, bu, aparılan yeni araşdırmalardan sonra məlum olub. Belə ki, hər səhər bir qəhvə içmək, daha gümrah olmağa və pozitiv düşünməyə meylli edir. Buna səbəb isə insanın səhərin ilk saatlarında içdiyi içkidən zövq almasıdır. Psixoloqlar, günə enerjili başlamağın səbəblərindən birinin qəhvə ola biləcəyi fikrini təsdiq ediblər. Bununla yanaşı ABŞ-ın Milli Onkologiya İnstitutu və Səhiyyə İnstitutunun alimləri 10 mindən çox insan üzərində 10 il tədqiqat aparıblar. Nəticələr isə bir çox insanı təəccübünə səbəb olub. Tədqiqata görə, içilən qəhvə xərçəng, yaddaş problemi və ürək xəstəlikləri kimi yaşlanma ilə bağlı ortaya çıxan xəstəliklər və erkən ölüm riskini azaldır. Gündə 1 fincan qəhvə içmək erkən ölüm riskini 8% azaldır. Gün ərzində 2-5 fincan qəhvə bu riski 12%, 6 fincan isə 16% azaldır.

Qadınlar kişilərdən nə gözləyir?

Qadınların bir cümlə içində bir neçə fikir çatdıra bilərlər. Kişilər qadınlardan baş açmadığını desələr də əslində diqqət yetirsələr bunu bilmək o qədər də çətin deyil. Bəs qadınlar nə istəyir? Bir az təkid edinƏgər bir qadın sizə “yox” deyirsə, əslində “yox” demir. Amma, “hə” də demir. Belə hallarda etməli olduğunuz onu razı salmağa çalışmaq, cavabının qəti “hə” olmasına nail olmaqdır. Həddi aşmamağa çalışın.  İnancXüsusilə özünə inanmadığı zamanlarda ona inanan bir kişi hər qadının diqqətini çəkir. Yeni bir işə başlayırsa, ona bunu bacaracağını deyin. Bunu sadəcə dildə söyləməyin. Ona həqiqətən inanın və dəstək olun.  HədiyyələrƏgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Sözarası sevdiyini dediyi hər hansı bir şeyi heç gözləmədiyi anda alıb gətirsəniz, daha xoşbəxt olacaq. Bu, sevdiyi bir çiçək, yaxud şokolad, şirniyyat da ola bilər.  Yumor hissi Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Onu güldürmək üçün zarafatlar edin. Təbii ki, həddinizi aşmadan.  DiqqətÇox da şitini çıxarmadan, gündüz yüz dəfə zəng etmədən, ya da gün ərzində tez-tez mesaj yazmadan da diqqətcil ola bilərsiniz. Günün sonunda səmimi şəkildə soruşacağınız “günün necə keçdi?” sualı işinizə yarayacaq.  PozitivlikDuyğusal olaraq özünü yaxşı hiss etməyən bir qadın üçün motivasiyaedici cümlələr çox romantik ola bilər. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın. Gözəl duyğular özü ilə daha da gözəllərini gətirir.  DürüstlükQadınlar bu məsələdə çox həssasdırlar. Bir yerə getmək istəmədiyiniz zaman bəhanə uydurmaq yerinə “ora getmək istəmirəm, çünki bu gün başqa bir şey etmək istəyirəm” deyərək dürüst ola bilərsiniz. Hər zaman sözün düzünü danışın.  HörmətƏgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.

Havada tozun miqdarı nisbətən azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da, yenə də sanitar normadan 2 dəfə yuxarı olduğu qeydə alınıb. Psixoloq.az xəbər verir ki, bu barədə ETSN məlumat yayıb. Qeyd edək ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub. Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. (ölkə.az)

Sentyabrda hava necə olacaq?

Sentyabr ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabr ayının birinci ongünlüyündə hava şəraitinin sabit keçəcəyi, mülayim şimal-şərq küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 16-21, ayın sonunda 10-13, gündüzlər 25-30, bəzi günlərdə 33-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-13mm) gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 10-15, gündüzlər 17-22, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 32-24 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (17-44 mm) olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti (gecələr 14-19, ayın sonunda 5-10, gündüzlər 20-25, bəzi günlərdə 28-31dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksədir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-120 mm) olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, dağlarda 8-13, gündüzlər 23-28, bəzi günlərdə 30-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 50-199 mm) olacağı gözlənilir.(ölkə.az)

Sizdə bu xəstəlik varsa...Hansı həkimlər psixotrop dərmanlar yaza bilər?

Son zamanlar psixotrop dərmanların reseptsiz satılması və bəzi həkimlərin resept yazması ilə bağlı bir sıra xəbərlər paylaşılıb. Bəs bu tip dərmanları hansı sahənin həkimi yaza bilər? Məsələ ilə bağlı Psixoloq.az-a  açıqlama verən psixiatr Orxan Fərəclinin sözlərinə görə, 25 diaqnoz var ki, bu zaman nəinki psixiatrlar, sahə terapevtləri, psixiatrların olmadığı məqamlarda  nevropotoloqlar da antidepressant dərmanları yaza bilərlər: “Bu barədə Nazirlər Kabinetinin də qərarı mövcuddur.  Ancaq xəstədə intihar istəyi varsa, şizofreniya və bu tip xəstəliklər varsa bu həkimlərin belə dərman yazmağa ixtiyarı yoxdur. Yəni bu barədə müəyyən məsuliyyətləri var. Belə xəstəliklər zamanı psixiatr müayinəsi və qərarı şərtdir”. Mütəxəssis, psixotrop dərman növlərinin çox olduğunu, bəzi növlərin isə asıllıq yarada biləcəyini qeyd edib. “Bu tip dərmanları yazmağa bəzi həkimlərə icazə verilsə də yenə də bu məqamda nəzarət olmalıdır. Qeyd edim ki, asıllıq yaradan dərmanlar ancaq qısa müddətli verilməlidir. 8 həftədən çox verildikdə asıllıq yaratmaq ehtimalı böyükdür. Antidepressantların təsiri isə 2 həftədən sonra başladığı üçün çox narahat olan xəstələrə qısa müddətli bu növ dərmanlar verilə bilər”,- O. Fərəcli vurğulayıb. Şəhanə Quliyeva

Arıqlamaq psixoloji sağlamlıqdır - Gündə 1 kq arıqlamağı həkimdən öyrənin

Arıqlamaq, formada qalmaq qadınlar üçün psixoloji sağlamlıqdır. Bu səbəbdən "köksən" düşüncəsi  üçün xanımlar yas belə qura bilərlər. Psixoloq.az xəbər verir ki, fitoterapevt Elnur bəy sağlam arıqlamağın izahını verib. 1-ci gün Nahar yeməyi:1 Portağal Bir qaynadılmış yumurta Qatıq 250-300 qram Axşam yeməyi:iki pomidor bir xiyar kraker çubuq iki ədəd 2-ci günNahar yeməyi:1 Portağal Bir qaynadılmış yumurta Qatıq 250-300 qram Axşam yeməyi:Bişmiş dana 125 qramBir pomidorBir portağal 1 dənə kraker çubuqHər hansı bir şəkər və ya dadlandırıcı olmadan qəhvə və ya çay 3-cü gün1 portağalBir qaynadılmış yumurtaQatıq 250-300 qramKahı və ya xiyar salatı Axşam yeməyi:Bişmiş dana 125 qramBir portağalKraker tek parçaHər hansı bir şəkər və ya dadlandırıcı olmadan çay ve ya qehve 4-cü günNahar yeməyi:Inək pendiri 125 qramBir pomidorKraker Tek parça Axşam yeməyi:Bişmiş dana 125 qramİki pomidorBir almaKraker Tek parça 5-ci günNahar yeməyi:Bişmiş ət və ya balıq200 qramBir pomidorBir kraker Axşam yeməyi:1 su stəkanı qaynadılmış kökBrokoli ve ya noxudBir qaynadılmış yumurtaBir pomidor QEYD: Tez və sürətli arıqlamaq sağlamlığa ziyandır! Müəllif: Fitoterapevt Elnur Rəhimov

Araq içilən ortam uşaqlar üçün təhlükəlidir - VİDEO

Sosial şəbəkədə 7-11 yaş arasında olan bir qrup uşağın spritli içki qəbul etməsi ilə bağlı videogörüntü yayılıb. Psixoloq.az Aznyus.az-a istinadən xəbər verir ki, videogörüntüdə uşaqlar gələcək arzularını dilə gətirir, dostlarının şərəfinə badə qaldırırlar. Kiçik yaşlı uşaqların spirtli içki qəbul etməsini əks etdirən bu video böyük narazılıq yaradıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, sözügedən videogörüntü hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır: "Videodan görünür ki, uşaqlar tamaşa hazırlayıblar. Əllərindəki də içki deyil. Lakin onların kimliyini tapmaq hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir”. Psixoloq.az xəbər verir ki, mütəxəssislər azyaşlı uşaqların indidən bu vərdişi adət etməsi mənfi haldır. Psixoloqlar, bu vəziyyətin həm onlar üçün, həm baxan digər azyaşlılar üçün təhlükəli olduğunu qeyd ediblər. Belə ki, spirtli içki asıllığının bu andan etibarən yaranma ehtimalı yüksəkdir.  Buna səbəb isə uşaqların valideynlərdən bu hərəkəti görməsidir. Həmçinin psixoloqların sözlərinə görə, uşaqların əlindəki spirtli içki olmasa belə bu onlarda həmin ortama hazırlıq yaradır. Atanın isə buna qarşı çıxmaması, uşaqların zehnində onların, bu vəziyyəti normal hal kimi qəbul etməsinə səbəb olur.

Bu günə olan hava proqnozu

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən verilən məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.  Avqustun 31-də Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər saatlarında dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz  31-36, dağlarda gecə 12-17, gündüz  21-26 dərəcə isti təşkil edəcək. 

Bakıda aptekdə reseptsiz psixotrop maddə satılır - ŞOK İDDİA/VİDEO

Bakıda apteklərin birində psixotrop maddələrin reseptsiz satılması barədə sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə və narahatlığa səbəb olub. Vətəndaş çəkdiyi videoda Nobel prospektində yerləşən aptekdə psixotrop maddə sayılan tramadolun yeniyetmələrə reseptsiz satıldığını iddia edir. Əməkdaşlarımız bu gün həmin iddia ilə bağlı sözügedən aptekdə olublar. Qarşılaşdıqları mənzərə isə sizi də təəccübləndirəcək. Vətəndaşlar deyirlər ki, aptekdə adi başağrı dərmanını belə tapmaq mümkün deyil. Lakin nə tapılmasa da, psixatrop maddələr bu aptekdə hər zaman tapılır. Maraqlısı burasındadır ki, çəkiliş apardığımız zaman adi başağrı dərmanının belə satılmadığı aptekin qarşısı bir dəqiqə belə müştərisiz qalmırdı. Qapının bağlı olmasına baxmayaraq, dəqiqələrlə aptekin qabağında gözləyənlər belə var idi.

Siz hansısınız? - Test

Bu testin müəllifi tanınmış psixolog Pip Uilsondu. O bu testi məktəbli uşaqların psixoloji durumunu yoxlamaq üçün yaradıb. Bu ağacda olan bütün insanların fərqli baxışı və istəkləri var. Siz hansısınız? Öz nömrənizi seçin. Əgər siz 1-ci, 3-cü, 6-cı və ya 7-ci pozisiyanı seçməyiniz sizi məqsədyönlü heç bir çətinliklərdən qorxmayan insansınız.Əgər sizim seçimləriniz 2, 11, 12, 18 və ya 19 nömrə idisə siz ünsiyyətçil, dostlarınıza daim kömək etməyə çalışan insansınız.4-cü nömrəni seçənlər sağlam həyat mövqeyinə sahib və uğurları əziyyətsiz çatmaq istəyən insanlardır. 5-ci nömrə siz çox zaman yorğun, zəif və həyat enerjisi az olan insan olursunuz. 9-cu rəqəmi seçmisinizsə əyləncələri sevən, şən insansınız demək. 13 və 21-ci nömrə siz özünüzə qapanıqsınız və insnlarla söhbətlərdən qaçırsınız. 8-ci nömrə nəyisə düşünməyi və öz daxilində yaratdığı dünyaya tez-tez gedən insandır. Əgər siz 10 və ya 15 nömrəni seçmisinizsə sizin həyata adaptasiyanlız normaldı və siz rahat vəziyyətdəsiniz. 14-cü nömrə siz emosianal boşluğa düşürsünüz və çox guman daxili böhranlar keçirirsiniz.20 nömrəni çox vaxtı özü haqqında yüksək fikirdə olan insanlar seçirlər. Siz lidersiniz və iistəyirsiniz ki insanlar səndən başqa heç kimi eşitməsinlər. 16-cı və ya 17-cı şəkli seçən insanların ətrafında yaxşı dostları olur. Demək ki yaxşı mühit bəllidir. Siz daha da diqqətli olacaqsınız.

Pul gələ bilər - Qoroskopunuzu öyrənin, 31 avqust

Qoç - Mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qoçlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir. Buğa - Yaradıcılıq potensialı və özünüzə inam yüksəkdir. Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsur planlar qurmaqdan qorxmayın, başqalarının bacarmadığı işlərə cəsarətlə girişin. Vacib məsələlərin müzakirəsi üçün münasib gündür.Təəssüf ki, gün təhlükələrdən də xali deyil. Bunlardan ən əsası odur ki, başqalarının təsiri altına həmişəkindən daha çox düşə bilərsiniz.  Əkizlər - Ev qayğıları günüdür. O qədər də məhsuldar deyil, bununla belə, xoşdur. Xırda işlərlə məşğul olacaq, onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla, xüsusilə, yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Pul gələ bilər.Bazarlıq etmək, əyləncəyə iri pullar xərcləməyə tələsməyin. İndi bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə əsaslanın. Xərçəng - Asan gün deyil. Özünüzü sərt, demək olar ki, aqressiv aparırsınız. Sizinlə iş görmək çətindir. Bir çox Xərçənglər düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin ki, sonra buna görə peşiman olacaqlar. Bürcün nümayəndələri tez-tez mübarizəyə girişsələr də, ondan qalib kimi çıxıb-çıxmayacaqlarını bilmirlər. Kişi Xərçənglər çətin məsələləri güc yolu ilə həll etməyə meyllidirlər. Amma bu, xeyir gətirməyəcək.Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi sevdiklərinizə sırımağa cəhd etməyin. Müstəqillik hüququ tələb edən uşaqlarla münasibətlərdə gərginlik mümkündür. Xərcləri azaltmaq tövsiyə olunur. Şir - Təəssüf ki, bu gün mənfi tendensiyaların təsiri güclü olacaq. Siz yeni təəssüratlar və müsbət emosiyalar təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz diqqəti göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz.İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı olun. Qız - Çətin və dolaşıq işlərə girişməyə dəyməz. Ən yaxşısı, sadə və aydın işlərlə kifayətlənməkdir. Gücünüzdən yeni sahədə istifadə etmək, riskə getmək üçün münasib gün deyil. Qadınların məsləhətinə qulaq asın. Bu, düzəldilməsi mümkün olmayan səhvlərdən yayınmağa kömək edəcək.Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz adamla ciddi inciklik mümkündür. Romantik görüşlər üçün əlverişli gün deyil. Tərəzi - Sakitliyi qorumaq çətindir. Tərəzilər emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq, sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz.Hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə, istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz. Əqrəb - Çətin, amma məhsuldar gündür. Siz məqsədə çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər getməyəcək. Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa və açıq danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız.Əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın, planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur. Oxatan - Xırda xoşagəlməzliklər, əhəmyyətsiz, amma çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə pis heç nə etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da, nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə edirsiniz.Bir çox Oxatanlar bu gün lazım olduğundan çox xərcləyirlər və bunun mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz. Oğlaq - Günü əlverişli hesab etmək olmaz. Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir ayrılıqlarına sakit yanaşın, diskussiyaları konstruktiv məcrada aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa gəlmək olar. İri xərclər, planlaşdırılmamış böyük baxarlıqlar tövsiyə olunmur.Nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir. Dolça - Bu gün əvvəlki ilə müqayisədə daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi faydalı olacaq. Ən ağıllı Dolçalar başqalarının səhvlərindən öyrənəcəklər.Xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə, ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün hüquqi məsələlərin həlli üçün münasibdir. Balıqlar - Bu gün əlverişsiz tendensiyaların təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş verməsindən asılı olmayaraq, vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Maliyyə məsələləri ehtiyat tələb edir. Hədər xərclərdən və düşünülməmiş bazarlıqlardan çəkinin. Əyləncə və asudə vaxtın təşkilinə çəkilən xərcləri minimuma endirməyə çalışın.Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün münasibdir. Milli.Az

Qadınlara xas psixoloji sindromlar - Daha tez tanıyacaqsınız

Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbəttə ki, romantizm – sevgidir. Lakin bu əsəri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heç də insana asan başa gəlmir, əksinə ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özünə qapanır, depressiyaya uğrayır. Psixologiyada bir neçə sindrom var ki, onları sizin nəzərinizə çatdırmaq istəyirik. Anna Karenina sindromu Klinik portret: “Məni heç kəs sevmir. İsterik davranış – mən dünyanın mərkəziyəm. Hamı məni sevməlidi, ama niyə belə olmur?! Birdən məndən daha yaxşısını tapar. Mən hiss edirəm, o, mənə xəyanət edir”. Əslində belə qadınlar pataloji qısqanclıqdan əziyyət çəkirlər. Özlərini çıxılmaz vəziyyətə salırlar. Çünki, realda onu atmaq istəyən olmayıb. Nəticədə özündə irrasional düşüncə formalaşdırır. Elizabet Bennet sindromu Klinik portret: “Bu sindromdan əziyyət çəkən qadınlar öz intellektini nümayiş eləməyə can atırlar. Hamını ağlına görə qiymətləndirən, dəyər verən bir qadın obrazıdır. Kimsə Elizabet sevmirdirsə, vay onların halına! İntellektual söhbətlər, atmacalar sizi buraxmayacaq. Skarlett Oxara sindromu Klinik portret: Bu qadın üçün həyatda yüngül yol mövcud deyil. Çətinlikləri sevən, problemləri həll edən bir güclü, dəmir ledi. O, problem olmayanda özünü xoşbəxt hiss edə bilməyən bir qadındır. Şəxsi həyatı sakit olsa, o bədbəxt olar. O ehtiras burulğanına düşmək fikirindədir. O kişi ürəklərinin ovçusudur. Onu əldə etmək üçün ona laqeyd olun. Rebekka Şarp sindromu Klinik portret: “Mən kimdən əksiyəm?!” Onun fikrincə, onda bütün qadına lazım olan xüsusiyyətlər vardır. Lakin bəxti gətirməyib ki, kasıb ailədə dünyaya gəlib. Ən böyük arzusu – yüksək vəzifəli insanlar sırasında olmaqdır. Bunun üçün bütün gücünü səfərbər edən Miss Şarpln qarşısında dayanmaq olmaz. Ambisioz olan bu qız, hamını yox etməyə hazırdır. Nastasya Filipovna sindromu Klinik portret: “Kimi bu gün acılayım?! Kimi əsəbləşdirim?! Kim məni özümdən çıxartsın ki, mən ağlayım?!” Onun fikrincə, qadın isterik və nevrotik olmalıdırki, ona fikir versinlər. O ehtiras axtarır, qanı qaynayır, pul xərcləməyi sevir. Fantaziyası möhkəm olan bu qadınlar özlərindən başqa heçkəsi sevmirlər. Bu şəxsiyyət növlərinin formalaşması patoloji şəxsiyyət pozuntusuna gətirə bilər. Klinik simptomatikaya fikir verək: İsterik elementlərin mövcudluğu emosional labillik, davamsızlıq, bədbinlik, konfliklərə meyllilik, aqressivlik, ideallaşma, yüksək qiymətli fikirlərin olması. Belə qadınlara mütləq şəkildə öz həyat tərzlərini dəyişmək, daxili aləmlərini inkişaf etdirmək, dəyərləri yenidən qiymətləndirmə və psixoterapiya lazımdır. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Reyhan Mirzağayeva  Klinik Psixoloq- Aydan Xasməmmədzadə

Xarakterinizin dərinliyini öyrənin - Test

Xarakterinizin güclü tərəflərini müəyyən etməyə və bəlkə də hansı istiqamətdə inkişaf yolunu tutmağa məsləhət görəcəyik. Sizin qarşınızda insanın 8 fərqli fiqurdan çəkilmiş rəsmi var. Fiqurlardan birini seçin və xarakterinizin güclü tərəflərini təyin edin. 1-ci tip: İdarəçiAdətən belə insanlar idarə etmə və təşkilatlandırma işlərinə meyilli olurlar. Cəmiyyət tərəfindən yüksək qiymətləndirilən davranış normalarına önəm verirlər, yüksək nitq inkişafından doğan yaxşı hekayə danışmaq bacarığına sahib olurlar. Sosial sferada Adaptasiya bacarıqları yüksək səviyyədə olur, başqaları üzərindəki hökmü bəlli çərçivədə saxlayırlar. Yadda saxlamaq lazımdır ki, bu bacarıqların özünü göstərməsi psixi inkişaf səviyyəsindən asılıdır. Yüksək səviyyədə inkişaf etmiş psixikaya sahib insanlarda bu fərdi xüsusiyyətlər inkişaf etmiş, realizə olunan və idrak edilən olur. Psix vəziyyət az inkişaf etmiş olduqda peşəkar fəaliyyətdə bu xüsusiyyətlər özünü göstərməyə bilər, situtiv ola, hətta situasiyaya əks ola bilər. Bu qayda bütün psixoloji tiplərə şamildir. 2-ci tip: Məsuliyyətli peşəkar1-ci tipin bir çox xüsusiyyətlərinə sahib olsa da, məsuliyyət yükü yüksək qərarların qəbulunda qətiyyətsizlik göstərir. Belə tip insanlar “işin peşəkar yerinə yetirilməsinə” meyilli olurlar, yüksək peşəkarlıq, yüksək məsuliyyət və tələbkarlıq sərgiləyirlər. Əməyə və dürüstlüyə böyük dəyər verirlər. Adətən belə insanlar sinir sistemindən doğan somatik xəstəliklərdən əziyyət çəkirlər. Bunu səbəbi bir qayda olaraq, yüksək stress olur. 3-cü tip: Narahat-şübhəliBelə insanlar əl qabiliyyətlərindən tutmuş ədəbi “vergi” yə qədər müxtəlif istedadlar toplusuna sahib olurlar. Adətən bu tip fərdlər bir peşədə “ilişib” qala bilmirlər. Onlar öz peşələrini tamamilə əks işlərlə əvəz edə bilirlər. Te-tez hobbiləri ikinci işlərinə çevrilir. Kateqorik olaraq səliqəsizlik və kirdən nifrət edirlər. Bu xüsusiyyətlərinə görə çox vaxt digər insanlarla konflik yaşayırlar. Normadan artıq həssaslığa sahibdirlər, öz-güvən əskikliyi yaşayırlar, Yüngülcə motivasiyaya ehtiyac duyurlar. 4-cü tip: Alim Belə insanlar reallıqdan tez qopa bilirlər, “konseptual şüura” sahib olurlar, bütün baş verənlərə öz nəzəriyyələrini yaratmaq kimi bir xüsusiyyətləri var. Ruhi tarazlığa sahib olub, öz davranışlarını rasional hesablaya bilirlər. Bu kateqoriyaya aid şəxslərə, sintetik sənət sahələrində məşğul olan insanlar arasında daha çox rast gəlinir. Bu sahələrə kinomatoqrafiya, sirk, teatral peşələr, multiplikasiya və s. aiddir. 5-ci tip: İntuitivBu tip insanlar sinir sisteminin yüksək həssaslığına və “bitkinlik” hissinə sahib olurlar, gördükləri işlər arasında manevr qabiliyyəti yüksək olur, adətən “azlığın vəkili” olurlar. Yeniliklər belə insanlarda çox önəmli rol oynayır. Altruistikdirlər, digər insanlara tez-tez qayğı göstərirlər, yaxşı əl-qabiliyyətləri və obrazlı təsəvvürə malikdirlər, bu da onlara texniki sənət sahələrində çalışmaq imkanı verir. Adətən öz əxlaq kodeksləri olur, daxili özünə nəzarətə sahib olurlar, azadlıqları ilə bağlı olan kənardan təsirə qəti neqativ reaksiya göstərirlər. 6-cı tip: Mühəndis, İxtiraçı, Rəssam Bu insanlar mükəmməl təsəvvürə, məkan qavrayışına sahib olurlar. Bir çox hallarda texniki, incəsənət və intellektual yaradıcılıqla məşğul olurlar. Əksər hallarda introvertlik müşahidə olunur. “İntuitiv” tip kimi öz əxlaq normaları olur, qıraqdan heç bir təsirə açıq deyillər. Yalnız özünə nəzarəti məqbul sayırlar. Emosionaldırlar, öz original ideaları onların hərşeyidir. 7-ci tip: EmotivDigər insanlara qarşı yüksək empatiya bacarığına sahib olurlar, qanlı və amansız film səhnələri onlara görə deyil. Acı hadisələr onların tarazlığını tez poza bilir. Digərlərinin acısı və dərdləri onlara pis təsir edir, bütün güclərini ətrafdakıların problemlərini həll etməyə sərf edirlər, sonda isə öz potensiallarını realizə etməyə enerjiləri qalmır. 8-ci tip: DaşqəlbliEmotiv tipin tam əksidir. Adətən digər insanların hiss etdiklərini, əzablarını hiss etmirlər və ya diqqətsizlik göstərirlər və hətta başqalarına təzyiqi artıra bilirlər. Əgər fərd yaxşı peşəkardırsa, o zaman digər insanları onun bildiyi kimi etməyə sövq edə bilir. Bəzən belə insanlar həddindən artıq laqeyd ola bilirlər, bunu səbəbi öz problemlərinə ilişib qalmalarıdır.

Ayın son gününün HAVA PROQNOZU açıqlandı

Ölkə ərazisində avqustun 31-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-34° isti olacağı gözlənilir.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacaq. Şimal-şərq küləyi əsəcək.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 12-17°, gündüz 21-26° isti olacağı bildirilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 29-34° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru ayrı-ayrı yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havayağmursuz keçəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 20-23°, gündüz 29-34° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir. Respublikanın bölgələrdində şərq küləyi əsəsək.(publika.az)

İtdirsəyi zamanı xalq təbabəti

İtdirsəyi – kirpiyin tük follikullarının və ya göz qapağının piy vəzisinin irinli iltihabıdır. Sadə dildə desək, itdirsəyi göz qapağında yerləşən çibandır. İtdirsəyinin yaranma səbəbi follikula və ya vəziyə infeksiyanın düşməsidir. Tamamilə sağlam insanlarda bu proses nadir hallarda baş verir. dirİnfeksiyanın yayılması adətən immunitetin zəifləməsi zamanı baş verir. Bakteriya mənbəyi rolunu iltihablı badamcıqlar, kariyesli dişlər, iltihablı burun selikli iqşası, yəni rinit oynaya bilər. Şəxsi gigiyena qaydalarının pozulması da gözlərə infeksiyanın düşməsinə səbəb ola bilər. Bu daha çox çirkli əllər və ya əl dəsmalı ilə gözləri sildikdə və ya gözlərə torpaq, çirkli mayelər düşdükdə baş verir. Bütün bunlar gözün konyuktiva qişasının da iltihabına – konyuktivitə səbəb ola bilər. İtdirsəyi şəkərli diabetli xəstələrdə də tez-tez rast gəlinir. İtdirsəyinin ilk əlaməti göz qapağının kənarında əmələ gələn ağrılı və qaşınan qızartıdır. Bu mərhələdə onu müalicə etmək üçün gündə bir neçə dəfə spirt və brilliant yaşılı ilə silmək kifayətdir. Əgər itdirsəyinin inkişafının qarşısı vaxtında alınmasa, 2-3 gündən sonra onun ucunda irinlitıxac əmələ gəlir. Tıxacı qpartdıqda həmin nahiyədən irin xaric olur. Diqqət! İrini istənilən halda sıxıb çıxartmaq olmaz. Xüusilə əgər itdirsəyi tam yetişməyib və tıxac şıxmayıbsa. Bu çox ciddi və ağır fəsadlarla nəticələnə bilər. İtdirsəyinin bitkilərlə müalicəsi Gülümbahar dəmləməsi 10-15 ədəd gülümbahar çiçəyinin üzərinə 250 ml qaynar su əlavə olunur, dəsmala bükülür və 1 saat isti yerdə dəmlənir. Alınan dəmləmə ilə gözə islatma edilir. Əzvay (aloye) məhlulu Əzvayın təzə dərilmiş yarpağı qaynadılmış su ilə yuyulur və şirəsi sıxılır. Şirəyə öz həcmindən 10 dəfə çox qaynadılmış su əlavə olunaraq qarışdırılır. Alınan məhlulla itdirsəyini yetişdirmək üçün gözə islatma qoyulur. Sarımsaqla müalicə Bir diş sarımsaq qabıqdan təmizlənir və bir neçə hissəyə bölünür. Hər 4-6 saatdan bir təzə kəsilmiş hissə ilə xəstə göz qapağı silinir. Bu üsul orqanizmə göz qapağının daxilində olan infeksiya ilə mübarizədə kömək edir. Fitoterapevt Elnur Rəhimov

"Üstünlük kompleksi" nə sosial şəbəkələr üzərindən baxış

Artıq çoxumuz virtual aləmdən istifadə etmirik, orda həm məskunlaşmışıq, həm də sözün əsl mənasında yaşayırıq. Bir çoxumuz bunun fərqində olmadan realdan qopmuş kimi yaşayır, həyat elə belədir düşüncəsinə hakim kəsilrik. Sosial şəbəkələrdəki profillərimiz evimiz, səhifələr iş yerimiz, qruplar dostlarla söhbət, müzakirə yerinə və s. çevrilib. Hətta vəziyyət o yerə çatıb ki, sosial sahə üzrə mütəxəsəsislər insan davranışları üzərindəki testləri sosial şəbəkələr üzərindən onların xəbəri olmadan da edirlər. Təsəvvür edin, artıq minlərlə insanı qrup halında hansısa qapalı bir yerə toplamağa gərək yoxdur. Təcrübə və onun nəticələrini öyrənmək üçün sosial şəbəkələr üzərindən milyonlara çatmaq mümkündür. Bu cür yüksək texnologiya imkanlarımız mövcud ikən, mən də boş dayanmadım. Dedim kiçik bir təcrübə edim. Yazının davamında facebook sosial şəbəkəsində müşahidələrimi və nəticələrini qeyd edəcəm. Amma əvvəlcə yazının başlığına bir aydınlıq gətirim. Psixoloji lüğətdə kompleks - insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqqında səhv təsəvvürləri, onların şişirdilməsi kimi təsnif olunur. Kompleks bir növ psixoloji narahatlıqdır."Üstünlük kompleksi" anlayışı yeni psixoloji istiqamət olan fərdi psixlogiyanın yaradıcısı Avstriya alimi Alfred Adler tərəfindən ortaya qoyulub. Üstünlük kompleksi — insanda əsassız olaraq digər insanlardan daha üstün olması (ali irqə, “yaxşı” nəslə, sosial qrupa mənsub olma, özəl xüsusiyyətlərə, mədəniyyətə, qabiliyyətə, biliklərə malik olma) və bunun ona xüsusi imtiyazlar verməsi düşüncəsidir. Bu kompleksin xüsusiyyəti ondan ibarətdir ki, o insanın şüurunda məhz müdafiə mexanizmi (ilk növbədə natamamlıq və düşmənçilik kompleksindən) olaraq yaranır. Digərlərindən üstün olmaq hissi eqosentriklik yaradır və insanın ictimai həyatdan daim uzaqlaşmasına səbəb olur ki, bu da yaranmış depressiv vəziyyəti zaman keçdikcə daha də dərinləşdirir. Bu kompleks bəzən ətrafdakıların həmin insanın müsbət xüsusiyyətlərini daim göz önünə gətirməsi, tərifləməsi nəticəsində də yarana bilər. Həmin üstünlük kompleksinin də kökünə baxsaq, orda da insanın özünə olan inamının aşağı olduğunu asanlıqla görə bilərik. Sadəcə olaraq, həmin insanlar özlərini digərlərinin yanında özünəinamlı göstərirlər. Alfred Adlerə görə üstünlük kompleksi "insan olaraq özünü əskik görmək və buna əsaslanaraq daha yüksək hədəflərə çatmaq" deməkdir. Bu, aradan qaldırılmış, müalicə edilmiş köhnə natamamlıq kompleksinin nəticəsidir. Qeyd edim ki, üstünlük kompleksi hər kəsdə müəyyən qədər vardır, lakin normanı keçdikdə fərdlərin davranışlarında daha aydın nəzərə çarpır. Güclü və üstün ola bilmək çabası elə şiddətli hal alır ki, bu vəziyyətdə artıq həyatın sıradan, adiləşmiş münasibətləri heç bir şəkildə təmin edici, doydurulmuş olmur. Həyatdakı yerlərini sağlamlaşdıra bilməyən üstün komplekslilər inanılmaz çabalar xərcləyərək bunu virtual aləmdə aşmağa çalışırlar. Çünki, virtual aləmdə güc nümayiş etdirmək reala nisbətən daha asan, daha rahat və daha arxayınlıq hissi yaradır. Ruhun acı verən natamamlıq kompleksini tamamilə yox etmək üçün isə virtual aləm demək olar ki, "mükəmməl" məkandır. Virtual aləmdə (facebook sosial şəbəkəsindəki müşahidələrimə əsasən) üstünlük kompleksinə tutulmuş insanları davranışlarına görə 2 tipə ayırdım:1. Passiv üstün komplekslilər2. Aktiv üstün komplekslilər.Passiv tiplər üstünlük kompleksindən daha çox əziyyət çəkənlərdir. Onlar virtual cəmiyyət daxilində fəal iştirak edə bilmirlər. Yaradıcılıq işləri olursa da, onu üzə çıxarmaqdan, müzakirəsindən, tənqidlə qarşılaşacaqlarından çəkinirlər, qorxurlar. Bu tiplər sosial şəbəkələrdə sadəcə mövzulara, fikirlərə aqresiv , yaxud da "terminlərlə boğulmuş" rəylər bildirməklə üstünlüklərini öz aləmlərində isbatlamağa çalışırlar. Adətən rəylərində çox sayda terminlərdən istifadə edirlər ki, "terminologiya mütəxəssisi" təəssüratı yaratsınlar. Ətrafınıza baxsanız belə lovğaları siz də asanlıqla görə biləcəksiniz. Aktiv tip üstün komplekslilər passiv tiplərdən fərqli olaraq virtual meydanda daha da irəliyə gedərək , nəinki müzakirələrdə alovlu rəylərlə çıxış edir, eyni zamanda öz yaradıcılıq işlərini kütlə tərəfindən müzakirə üçün üzə çıxarırlar. Onların üstünlük kompleksi rəqib hesab etdikləri digər yazarların yazılarının "tənqid edilməsi", yaxud hansısa ideologiyaya dair (fikirləri) fasiləsiz olaraq tənqid etmələri zamanı aydın görünür.Nümunə:"Yazar filankəs dünən filan xəbər saytında belə bir yazı paylaşmışdı. Mən də oxudum dayana bilmədim və fikrimi buradan çatdırıram. Qatıq ağ deyil, qaradır deyirəm. Vəssalam!"Belə paylaşımları kənardan müşahidə edərkən, müəllifin tənqid etmə çabasına bürünməklə əslində "üstünlük kompleksinin" nümayiş etdirməsini paylaşımın sonrakı gedişatından görmək mümkündür. Paylaşmaya gələn bəyənmə sayı, rəy sayı müəllifi dəstəkləyən çevrə (çox zaman ya rəhbərlik etdiyi bir qurumun üzvləri olur, yaxud da tələbələri olur, daha çox isə eyni ideologiya tərəfdarları) tərəfindən təmin olunur. Buna bir növ "üstünlük kompleksi" altında gizlənmiş rəqabət, güc yarışması da demək olar. Bir neçə saat sonra (paylaşıma) təkrar nəzər yetirdikdə bəyənmə sayının qənaətbəxş rəqəmə (çevrildiyini görürük və bununla da) paylaşım artıq (facebook) sayt qaydalarına əsasən Ana səhifədə günün sonuna qədər başda (aktiv) görünəcəkdir. Rəylərdə "müzakirə" getmişdir. "Tənqid" olunan tərəf əməlli başlı "tənqid" olunmuşdur. Əgər tənqid (hədəfinə çevrilən) yazar özü də rəylərdə iştirak edirsə, müzakirə genişlənir, bəyənmə və rəy sayı artır. Son görünüşdə həmin profildə "Full bir müzakirə gedib " mənzərəsi ortaya çıxır. Nəticə etibarilə mənə görə aktiv üstün komlekslilər passivlərdən daha faydalıdırlar, çünki müzakirə zamanı üstünlüklərinin nümayişi səyində olsalar da, dolayısı ilə maarifləndirmə işinə də qatılmış olurlar. Müzakirəyə cəlb olunmuş çevrədə fikir mübadiləsi getmiş olur. "Üstünlük kompleksindən" xilas yolu varmı?Bəzi irəli dərəcəli üstün komlekslilər var ki, özlərini Allah, Peyğəmbər, Müqəddəs Varlıq hesab edərək psixoloji xəstəlik tapıblar, onlara artıq adi vətəndaşlar kömək edə bilməzlər, psixoterapevt müalicəsinə ehtiyacları var. Ümumiyyətlə isə, bu kompleksin təmamilə yox olması mümkün deyil. Alfred Adler özünün "İnsan təbiətini tanıma" kitabında üstünlük, eləcə də natamamlıq kompleksi olan insanlara dostca yanaşmağı, onların vəziyyətini nəzərə alaraq insanca davranmağı, heç bir şəkildə olduqları hallarından utandırmamağı təklif edib. Eyni zamanda bu hallarında tədricən qurtulmalarına kömək göstərilməsini vurğulayıb. Amma gəlin baxaq, nə qədər insan bu qədər səbrli davranmağa meyllidir? Elə üstün komplekslilər var ki, öz (vəziyyətləri) ilə ətraflarını manipulyasiya edərək (ətraflarında özqiymətləndirməsi aşağı dərəcədə olanlar da ola bilər) müxtəlif üsullarla özlərini təsdiq etmək üçün can atırlar. Onlara öz daxili dünyalarını, şəxsi inkişaflarını çətin yol olan fiziki, mənəvi, intellektual inkişaf yolu ilə üstün etmək maraqlı deyil, başqalarını kiçiltmək, əskiltmək kimi asan yol seçərək "öztəkmilləşmə" yolunda uğura yetişəcəklərini zənn edirlər. Belələrinə kömək etmək məsələsi arxa plana keçir, özünü qorumaq üçün yollar axtarmağa başlayırsan ki, əsəblərin korlanmasın. Üstünlük kompleksindən xilas olmağın bir sadə yolu əslində budur: Bəşər aləminə bir yenilik, bir töhfə, dünyanı dəyişdirən bir fikir bəxş etmədən özünü "tanınmamış dahi" kimi göstərməkdən əl çəkəcəksən. Həqiqi üstün olanların bunu nümayış etdirməsinə gərək yoxdur, dünya beləsini o gizlənsə də görəcək. Odur ki, bircə qalır davranışlardakı tarazlığı qorumaq, ölçünü qaçırmamaq. Mövlana demişkən: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". 

"İnsanlar tanışlığa görə işə alınır" - Fəlsəfə doktorundan qalmaqallı status/FOTO

Azərbaycanlı uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl, sosial şəbəkədə qalmaqallı fikir bildirib. Psixoloq.az xəbər verir ki, Vasif bəy Azərbaycanda rezidenturanın öldüyünü, müəyyən yerlərə insanların bacarıqlarına görə deyil, tanışlıq əsasında işə alındığından bəhs edib.Həmin fikirləri sizə təqdim edirik:"İnkişaf etmiş cəmiyyətlərdə bu cür imkanların bölgüsü sırasında ədalətsizlik payı çox aşağıdır. Məsələn, Almaniyada asistent kimi işə düzəlmək üçün səndən pul ummurlar və ya sənin daydayına görə haqqı olan rəqibini incitmirlər. Bizim kimi cəmiyyətlər üçün isə Almaniya modeli uyğun deyil.Çünki rüşvətxoruq.Həkim olmaq üçün rezidentura şərtdir. Bu mərhələdən keçmədən ciddi peşəkarlığa yiyələnmək praktik olaraq mümkün deyildir.Azərbaycanda rezidentura sisteminin tətbiqindən sonra bizdə bir az ümid yarandı. Ancaq tezliklə ümidlərimiz puç oldu.Gənclər sistemə inanmırdılar və rezidenturaya çox vaxt hərbi xidmətdən möhlət hüququ almaq üçün müraciət edirdilər.Rezidentlərin əksəriyyəti işə gəlmir. Bunun yerinə xarici ölkələrin imtahanlarına hazırlaşırlar.Biz, öz klinikamızda işə davamiyyəti olan rezidentlərə bacarıq aşılamaq üçün namus sözü vermişik. Çünki xarici ölkələrə gedə bilməyən imkansız uşaqlar qalır burada.İndi, nəyimiz var, nəyi satırıq?Azərbaycanlı təbabət məzunu onsuz da sistemə inanmırdı.Azərbaycanlı həkimlər onsuz da rezidentlərə bir şey öyrətmək istəmirlər. Çünki çox vaxt özləri bir şey bilmirlər, ya da tamahkarlıq edirlər, guya bu günkü uşaq onun çörəyini əlindən alacaq.Nə isə. Ciddi deqradasiya gedir. Ciddi gərginlik toplanır.Bu qərarı verənlər əvvəl-axır bu el misalını xatırlayacaqlar.Qızınmadıq istisinə, kor olduq tüstüsünə".

Niyə təhqir edildiniz? - Səbəblər (psixoloji metodlar)

Mark Avreliy: "Səni təhqir edənin əhvalı qarşısında məğlub olma və səni istiqamətləndirmək istədiyi yola da üz tutma."Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbr etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq? Əlbəttə ki, qanqaraçılıq və təhqir edənin səviyyəsinə endiyimiz üçün yaranan ruh düşkünlüyü.Qayıdaq "niyə təhqir etdi?" sualına... Burda bir neçə variant ola bilər.1. Təhqir edənin özünüqiymətləndirməsi aşağı olduğuna görə sizi alçaldıb özünü yüksəltməyi nəzərdə tutub. Bu yolla təhqir edən özünü təsdiqləmiş olur.2. Sizə bu yolla bir şəkildə zərər vermək istəyir, öz qıcığını təhqirlə ifadə edir.3. Təhqir vasitəsilə sizdən üstün olduğunu isbatlamağa çalışır. Həyatımızda çoxumuz təsadüfi və ya qəsdən edilmiş təhqirlərə məruz qala bilirik. Kimsə təhqir edilməkdən sığortalanmayıb. Bu elə bir hissdir ki, əvvəlcə əsəb və aqressiya, ardından depressiya, unudulmayan, düzəldilməsi illər sürən bir acı verə bilir.Keçən yüzillərdə hesab edilirdi ki, təhqiri qanla yumaq olar, ya özünün, ya da düşməninin qanı ilə. Təhqir olunmuş birisi ilə evdə danışmırdılar, əgər rütbəli idisə, təhqirə qarşı özünü müdafiə etməyib, heç bir tədbir görməyibsə, dərhal istefa verməli idi. Buna misal olaraq, zabit Martınovun rus şairi Mixail Yuryeviç Lermontovu dueldə öldürməsini göstərmək olar. Lermontov zabit Martınovu zarafata salaraq , xüsusən xanımlar arasında ("мартышкa") meymun deyə adlandırırdı. Bu halda Martınovun iki çıxış yolu vardı. Ya rütbəsindən əl çəkib, arxasına baxmadan hər şeydən imtina edib çıxıb getməli, ömür boyu bu alçalmanı qəbul etməli, ya da həyatını riskə ataraq Lermontovu duelə çağırmalı idi. Belə hallar müasir zəmanəmizdə də var. Heç uzağa getməyək, öz ölkəmizdə milli mentalitet dəyərləri çərçivəsində bu cür təhqirlər ucbatından baş verən cinayət hadisələri azdırmı? Neçə- neçə başı alovlanmış gənclərin və ya spirtli içki, narkotik maddələr təsiri altında olan insanların həyatına təhqirə qarşı özünümüdafiə "cavabı" son qoyub. Bəs belə hallarda təhqirə qarşı necə reaksiya verməliyik? Bu cür psixoloji sarsıntılara qarşı nələr edilməsi lazımlıdır? Bu suallar sizi düşündürürsə, məqalənin ardında cavab tapacaqsınız.Təhqir olunmağa qarşı susmaq doğrudurmu? Hətta qanuni olaraq şəxsiyyətin təhqir olunması müdafiə edilirsə, təhqir qarşısında müdriklərin bizə tövsiyyə etdikləri kimi "cavab verməmək", "susub getmək", "düşmənin səviyyəsinə enməmək", "bağışlamaq" bu kimi "düzgün" davranmaq , həqiqətən də düzgündürmü? Bu gün təhqir etdilər, sabah zərbə endirdilər, ta o birisi gün öldürdülər və s. Əlbəttə, müqəddəs hesab etdiyimiz insanlar , müxtəlif müdriklər olub ki, təhqir onlara necə deyərlər "vız gəlib". Amma biri də var , adi insanlar, hansı ki, təhqir onlarda adrenalin effekti yaradaraq, təzyiqin qalxmasına səbəb olur, ürək-damar sisteminə təsir edir və sonra da orqanizmdə digər kimyəvi reaksiyaların getməsinə gətirib çıxarır. Bunu hətta psixofizioloqlar da təsdiq ediblər. Misal olaraq, yəhudi əsilli rus sovet şairi və yazıçısı Boris Leonidoviç Pasternak ("Doktor Jivaqo"nun müəllifi) qəzetlərin onu "хain", "bədхah", "obıvatel", "İuda", "böhtançı", "düşmən əlaltısı" adlandırması səbəbindən əvvəlcə infarkt keçirib, daha sonra ağciyər xərçənginə tutulub. Eləcə də bu kimi xəstəliyə gətirib çıxaran psixoloji zədə alan nə qədər insan var. Məşhur psixoanalitik Ziqmund Freyd həm də çox mədəni davranan bir insan olub. Amma təhqir ondan da yan keçməmişdir. Dediyim kimi təhqirdən heç kim sığortalanmayıb. Bir dəfə qatarda gedərkən, içərinin boğanaq olması səbəbindən pəncərəni açır, buna qarşı qatarda olan antisemist sərnişinlərdən biri onu təhqir edir və hətta hədələyir. Freyd təəccüblənmiş sərnişinlər arasında elə bir qəzəb nümayiş etdirir ki, təhqir edən vaqonu tərk etməli olur, həm də üzr istəyərək. Əlbəttə, mən özüm psixoloqun hərəkətini comərdcə qiymətləndirirəm. Bu hadisədə daha uyğun hərəkətdir. Bundan başqa həkim - psixoloq Freyd gözəl bilirdi ki, reallaşdırılmamış aqressiya depressiyaya çevrilir ki, bu da sonrakı dövrlərdə müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Təhqirə qarşı cavab verilməsi insanın orqanizmi ilə bağlı bir şeydir. Şiddətli biokimyəvi və psixofiziloloji reaksiyalar bizdən az asılı olur. Cinayət hüququnda "affekt" deyilən bir anlayış var ki, ölüm hadisələrində cinayətkarın cəzasının yumşalması üçün istifadə edilir. Bu, şəxsiyyəti dözülməz təhqir edilməsi hallarında həyata keçirilir. Belə çıxır ki, hətta soyuq və sərt olan hüquqşünaslıq elmi də təsdiq edir ki, bəzən insan özünün biokimyəvi reaksiyalarına sahib ola bilmir. Ona görə də dözülməz təhqir anında fəlsəfi kəlamlar və aforizmlər öz aktuallığını itirir. Bununla yanaşı təhqir edən özü də sizin beyninizin nə cür reaksiya verəcəyini bilmədən riskə girmiş olur.Təhqirə məruz qalmısınızsa, ilk növbədə "məni niyə təhqir etdi?" sualına cavab tapıb, ona uyğun cavab modeli hazırlamaq lazımdır. Bu o demək deyil ki, təhqir edənə mütləq sözlə və ya yazılı cavab verilməlidir. Bu, hərəkətlə də ola bilər. Təhqir edənin niyyəti sizdən cavab almaqdır. Unutmayaq ki, təhqirə cavab verməklə özümüzü alçaltmış oluruq, çünki dəyərimizi aşağı salaraq təhqir edənin söylədiklərinə tabe oluruq. Təhqir edən sizdən cavabı almış olursa, qələbə çalmış deməkdir. Bəzən gözlənilmədən elə təhqirlər ala bilirik ki, onlara qarşı pozitiv reaksiya verməkdə gecikirik, emosiyalara qapılaraq təhqir edənin səviyyəsinə enir və cavablarımızı qaytarırıq. Çünki, qəsdən yönləndirilmiş acı sözlər bizi incidir, "ürəyimizi deşib keçir." Belə hallarda "savaş"dan sonra hətta intiqam haqqında da düşünə bilirik. Amma intiqam almağa, hadisələri dava-dalaş, cinayət səviyyəsinə gətirməyə gərək varmı? Bu zaman ən yaxşı çıxış yolu yaranmış situasiyaya kənardan baxa bilməkdir. Lap elə olduğunuz yerdən deyil, fərz edin ki, hadisəyə kosmosdan baxırsız. Bəlkə də sizə verdiyiniz cavab reaksiyaları axmaqcasına və gülməli gələcək. Düşünəcəksiz ki, bu qədər qiymətli həyatı boş şeylərə sərf etməyə dəyərmi? İntiqam haqqında düşünmək isə təmamən lazımsızdır. Belə hisslər insanı daxildən yeyib bitirir. Bu hallardan qaçinmaq üçün ən gözəl hərəkət dayana bilməyi bacarmaqdır. Peyğəmbərlər səbrin ən böyük nümunələri olublar. Müqəddəs kitabımız "Qurani-Kərim" də də bu haqda ayələr var. Pis söz yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 26)."Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir." (İsra surəsi, 53) "Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)Peyğəmbərimiz bu barədə öz ümmətinə hədisdə belə buyurur"Səbrdən daha xeyirli və geniş bir nemət heç kimsəyə verilməmişdir."(Tirmizi, Birr, 76) Keçək müdriklərdən də bir nümunə gətirək:Şagirdlərindən biri Buddadan soruşur:- Əgər biri məni təhqir edib, alçaldarsa ona necə cavab verməliyəm?Budda cavab verir:- Əgər sənin başına ağacdan bir quru budaq düşərsə, buna necə reaksiya verərsən?Şagird deyir:- Nə etməliyəm ki, bu sadə bir təsadüfdür ki, mən quru budaq düşərkən ağacın altında olmuşam.Budda deyir:- Deməli, eyni şeyi etməlisən. Kimsə qəzəbli halı ilə dağınıq hissləri ilə, dəlilik edərək səni təhqir etmiş və ya alçaltmışsa, hesab et üzərinə ağacdan quru budaq düşmüşdür. Bu səni narahat etməsin, öz yolunla getməyə davam elə. "Heç vaxt düşmənlərinizlə­ hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək". Deyl KarnegiTəhqirə qarşı sadaladığım tövsiyyələr müqəddəs kitabımızdan, müdriklərdən gələn fikirlərdir. Bunlara əməl etməkdə təbii ki, fayda var.Son olaraq öz tövsiyyələrimi də bildirim. Tam əminliklə deyirəm, sizi təhqir edənə qarşı ən böyük cavab zərbəsi sizin sağlamlığınız və rifahınızdır! Hələ uşaq yaşdaykən özümüz üçün müdafiə düsturu olaraq, məsələn, "Filankəs baxar güzgüyə, adını qoyar özgəyə" cümləsini yaratmamız əbəs deyilmiş . Unutmayaq ki, qəsdən deyilmiş pis, yaralayıcı sözlər və ya hərəkətlər mütləq bumeranq kimi sahibinə qayıdacaq. Ona görə də sizi təhqir edənə qarşı cavab vermək sizin üçün faydalı olmaya da bilər. Ən yaxşı variant cavabı düşüncələrlə ötürmək və ya bir kağız qələm alıb bu haqda fikirlərinizi və cavablarınızı ora yazmaqdır. Yetər ki, sizi incidən hisslər daxilinizdə qalıb sizə əziyyət verməsin və bədənimizin içdən dağılmasına şərait yaratmasın. Qeyd edək ki, məqalə təhqirə məruz qalmış, narahatlıq keçirən, özünü, beynini yeyib-bitirən insanlara bu əziyyətdən qurtulmaq yolarının öyrədilməsi məqsədilə yazıldı.

Tozlu hava müşahidə edilir - Operativ iş rejiminə keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır. Nazirliyin Mətbuat xidmətindən  bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınıb. Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.(ölkə.az)

Duyğularınız ya məntiqiniz? - Testlə öyrənin

Verəcəyiniz qərarlar, atacağınız addımlar zamanı duyğularınızınmı, yoxsa məntiqinizinmi rol oynadığını bilmək istəyirsinizsə, aşağıdakı sualları cavablandırın. Cavablarınıza uyğun balları toplayın və sonda qərarlarınızı nəyə əsasən verdiyinizi öyrənin.  1. Səhər işə gələrkən yolda qəza olduğunu gördün ... a) Çox kədərlənərəm, ona görə baxmadan keçərəm.(1 bal) b) Dərhal təcili yardıma zəng vurar, qəza haqqında məlumat verərəm . (2 bal) c) Əlimdən gələn ilkin yardımı edərəm. (3 bal) 2. Sevgilin sənə xəyanət etdiyi üçün ayrıldın. Amma o təkrar barışmaq istəyirsə... a) Onu hələ də çox sevirəm. Qəbul edərəm. (1 bal) b) Zamana buraxmaq ən doğrusudur. (2 bal) c) Təkrar xəyanət etməyəcəyini kim bilə bilər? Əsla olmaz. (3 bal) 3. Xoşuna gələn insanla yeni münasibətə başladın, amma dost-tanış ona çox bağlandığını söyləyir. a) Bu eşqdir! Özümü saxlaya bilmirəm. (1 bal) b) Bir az düşünər və hərəkətlərimə diqqət edərəm. (2 bal) c) Haqlı olduqlarını düşünərəm. Həyat yalnız ondan ibarət deyil. (3 bal) 4. Çox sevdiyin dostunla (rəfiqənlə) ziyafət verəcəksiniz. Amma dostun son dəqiqədə bir bəhanə gətirir. a) O mənim ən yaxşı dostumdur, yenə edərik. Qəlbini qırmağa dəyməz. (1 bal) b) Gələn qonaqlara zəng vurar, gələrkən şirniyyat almalarını söyləyərəm. (2 bal) c) Belə bir şey ola bilməz. Daha diqqətli olması lazım idi. (3 bal) 5. Xoşuna gələn insanla eyni layihədə vəzifə aldın... a) Birlikdə keçirdiyimiz bütün zamanı qiymətləndirər, layihəni unudaram. (1 bal) b) Bir az layihə ilə məşğul olduqdan sonra birlikdə vaxt keçirməyi təklif edərəm. (2 bal) c) Layihə mənim üçün çox əhəmiyyətlidir. Onu bitirməliyik. (3 bal) 6. Ən yaxın dostunun köhnə sevgilisinin səndən xoşu gəldiyini öyrəndin ... a) Bu çox gözəl xəbərdir! Mənim də ona qarşı hisslərim var idi. (1 bal) b) Bu hadisə məni narahat edər. Yoldaşlarımdan kömək istəyərəm. (2 bal) c) Dostum(rəfiqəm) mənim üçün daha əhəmiyyətlidir. Xəbərim yox imiş kimi davrana bilmərəm. (3 bal) 7. Çox sevdiyin bir dostunun sevgilisinin ona xəyanət etdiyini öyrəndin ... a) Bu çox pis vəziyyətdir! Dostum üçün kədərlənərəm, amma ona deyə bilmərəm. (1 bal) b) Sevgilisi ilə danışar, vəziyyəti anlamağa çalışaram. (2 bal) c) Nəticə nə olursa olsun bunu dostuma söyləməliyəm. (3 bal )8. Sevgilin mübahisənizdə sənin xarakterində xoşuna gəlməyən davranışları söylədi ... a) Çox inciyərəm . Amma sevirəm, onu itirməmək üçün bildirmərəm. (1 bal) b) Bir müddət ayrı qalsaq, dəyərimi anlayacaq. (2 bal) c) Söylədiklərini ciddi qəbul edərəm. Amma məni incitmək məqsədiylə söylədiyi üçün bir daha danışmaram. (3 bal) Duyğular öndədir (8-13 bal)Sən duyğularına əhəmiyyət verirsən. Hətta bəzən həddindən artıq əhəmiyyət verdiyin belə olur. Bir az məntiqinə üstünlük versən, çevrəndəkilərlə əlaqələrin daha yaxşı ola bilər. Çünki hər cür vəziyyətdə ən çox kədərlənən sən olursan.Məntiq (14-19 bal) Bəzən duyğuların, bəzən də məntiqin sənin üçün ön plandadır, Harada necə davranması lazım olduğunu bilən insanlardansan. Buna görə ətrafındakı insanlar sənə çox inanır. Onlarla yaxşı ünsiyyət qurmağı bacarırsan. Sırf məntiqə əsaslanırsan (20-24 bal)Sənin üçün hər zaman məntiq ön plandadır. Bu qədəri səncə də həddindən artıq deyilmi? İnsanlar sənin haqqında “aysberq” deyirlər. Ətrafa duyğusuz bir insan kimi görünməkdən çəkinməlisiniz. Çünki, sən də elə insan olmadığını çox yaxşı bilirsən.

Günə qoroskopunuzu oxuyaraq başlayın

Qoç - bu gün özünüz də hiss etmədən emosiyalarınızın qurbanına çevrilə bilərsiniz. Əks cinsin mənsubu ağlınızı başınızdan almasın.Hisslər sizin soyuqqanlı davranışınızı pozaraq arzuolunmaz hərəkətlərə vadar edə bilər.Bu gün birgə əmlak, fəaliyyət və düşüncə təkbaşına çalışmaqdan və düşünməkdən daha üstündür.Günün ikinci yarısında hisslər sizi maliyyə itkilərinə və ya izafi xərclərə vadar edə bilər.Zəifləşməyin, emosiyaların zəruri ehtiyacları və görüləsi işlərlə bağlı planları üstələməsinə imkan verməyin.Mümkün təhlükəni real dəyərləndirin.Axşam saatlarında çox yeməyin. Buğa - bu gün bir qədər xaotik təsir bağışlasa da, irəliyə doğru hərəkətdə müvazinəti itirməyin. Çətinliklər yaranacaq, amma düşünün: bu problemlərin mövcudluq səbəbləri arasında sizin konkret hərəkətiniz yoxdur ki?!İşdəsizə, pul təklif oluna bilər. Rəqiblər daha rahat iş və ya böyuk perspektivlər vəd etsələr, inanmayın.Ailədə və ya işdə kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə edərək öz məramlarının gerçəkləşməsinə nail olsun.İmkan düşdükcə imicinizi yaxşılaşdırın.Günün ikinci yarısında yorğunluq hissi yaranacaq. Bir qədər dincəlin. Əkizlər - yaşam və iş taktikatınızın dəyişdirilməsinin vaxtı çatıb. Bədbin fikirləri unudun, nikbin davranın. Yaşananlar, baş verənlərdən faydalanmağa çalışın.Fəqət, çox tələsməyin, həyatınızda köklü dəyişikliklərə can atmayın. İndiki dövr gələcəyə inamın güclənməsi ilə yanaşı, dumanlı illüziyalar, inandırıcı təsir bağışlayan yalanlar və puç xəyallar dönəmidir.Ötənlərdən bəri gələn arzular və istəklər daha təhlükəli ola bilər.Əks cinsin mənsubu bu gün sizi də xüsusilə maraqlanacaq. Xərçəng - bilik və bacarıqlarınız bu gün diqqətdən kənarda qalmayacaq. İşdə rəhbərlik məhz bacarığınıza görə sizə yeni tapşırıq verə bilər.Günün ilk yarısında tanışların və dostların yardımına bel bağlaya bilərsiniz.Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, sərvaxt olun. Bəzi cəhdləriniz uğursuzluqla nəticələnə bilər. Amma buna görə qəmlənməyə dəyməz.Axşam saatlarına yaxın bir işdə uğur əldə edəcəksiniz.Ağır fiziki işlərə bir qədər ara verin, ictimai yerlərdə çox görünməyin. Şir - ailə ilə bağlı məsələlər bu gun ön plana keçəcək. Onların arasında ciddi problemin ola biləcəyi də istisna deyil.Hisslərin qeyri-adekvat izharına yol verməyin. Qısqanclıq və ya psixoloji asılılığın çox pis məziyyət olduğunu unutmayın.Nöqsanlarınızdan bədxahlarınızın dəyərlənə biləcəyini unutmayın.Eqoistlik etməyin, baş verən hadisələri və situasiyanı dəqiq dəyərləndirin.Axşam saatlarında bir qədər istirahət edin. Əylənə də bilərsiniz: niyə də yox, siz buna layiqsiniz. Qız - yaşayış yeri, qohumluq əlaqələri, qeydiyyat, məişətin nizama salınması ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edəcək.Təhsil və biliklə bağlı məsələlərin həllində tənbəllik etməyin.Bu günün payına düşən işlər çox olsa da, ruhdan düşməyin və aramla çalışın.Xəyallar aləmində qalaraq reallıqdan uzaqlaşmayın, gerçəyin acısını fantaziyanın şirin məhsullarından üstün tutun.İş yerində gözlənilməz situasiya yaranarsa, narazılıq etmək əvəzinə problemin həllində iştirak edin. Tərəzi - maddi durumunuz yaxşılaşa bilər. Maliyyə vəziyyətinizin səviyyəsini artırmaq və bəzi problemləri həll etmək üçün şanslı gündür.Sərfəli və cazibədar təklif ala bilərsiniz. Həmin təklifi dəyərləndirin, mənfi və müsbət yönlərini nəzərdən keçirin.Günün ilk yarısında görməli olduğunuz işlərin hamısını başa vurun, axşam saatlarına yarımçıq işlər saxlamayın. Yeni fikirlər və ideyalarınızı reallaşdırmaq üçün yaxşı gündür. Lakin bu ideyaları müzakirə edin, mənfi yönlərinin çətinliklər yaratmasının qarşısını almaq üçün preventiv tədbirlər görün.Yaxşı tanımadığnız və bələd olmadığınız insanlarla ünsiyyət zamanı onlar barədə nə düşündüyünüzü söyləməyin. Bunulda hansısa dəyişiklikliyə nail olmaq şansları çox azdır.Tələbatlarınızı və cari istəklərinizi təmin etmək üçün müəyyən imkanlardan yararlana bilərsiniz.Axşam saatlarını özünüzə həsr edin. Əqrəb - bu gün zahirən üzüyumşaq olun, əsl diplomat təki davranın. İşdə bacarıq və təcrübənizi artırın. Stil, zövq və intusiya sahibi olduğunuzu nümayiş etdirin. Bütün bunlar yaxın perspektivdəki məqsədinizə çatmağa sizə yardım edə bilər.Yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz.Maliyyə məsələləri, şəxsi həyat, ailə qayğıları bu gün xüsusi önəm kəsb edir.Günün ikinci yarısında tənbəllik etməyin, hisslərinizin əsirinə çevrilməyin, bədxərclik etməyin. Oxatan - bu gün bütün istək və arzularınızı reallaşdırmağa çalışacaqsınız. Fiziki qüvvəniz, yaxud da bilikləriniz və intellektual qabiliyyətlərinizi nümayiş etdirmək istəyirsinizsə, bu niyyətinizi təxirə salın.Emosiyalar və hisslərin əsirisinizsə, bunu özünüzə etiraf edin.İş saatlarında diqqətli olun. Ofisdəki fəaliyyətin kənar işlərlə əvəzlənməsinə, söhbət və müzakirələrin konkret əməlləri üstələməsinə imkan verin.Tamah, paxıllıq, intriqanlıq, şorgözlük və ifrat iştah kimi pis xüsusiyyətlərin, həqiqətən də, yaramaz əməllər olduğunu unutmayın.Bütün bunlar psixoloji asılılıq və xroniki xəstəliklərin rəhnidir. Oğlaq - bu gün yaşanacaq hadisələrin zahiri görüntüsünə aldanmayın, yaşananların mahiyyətinə varmağa çalışın.Zahirən buz dağına bənzəyib içəridə yanıb qovrulmayın. Təmkinli, ehtiyatlı, sayıq olun.Təmaslarda və ünsiyyətlərdə düşünüb-daşınmadan qərar qəbul etməyin. Emosiyalarınızı sözlərlə izhar etməyə çalışmayın: nəticə xoşagəlməz ola bilər.Konkret insan barədə əldə etdyiniz məlumatın dəqiq və danılmaz olduğuna əmin deyilsinizsə, nəzərdə tutduğunuz addımı atmaqdan çəkinin.Yox, əgər hər şey aydındırsa, onda özünüzü saxlamayın.Bədxah insan cəzalanmalı, Şər yerini bilməlidir. Dolça - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maliyyə məsələlərinə aydınlıq gətirin, mövcud problemləri dərhal, təxirə salmadan, təcili şəkildə çözün. Yaxın ətrafınızdakı insanlar, dostlar və ya iş yoldaşınız yardım etməyə can atsalar, imtina etməyin.Ailə üzvləri ilə münasibətlərdə gərəksiz sərtliyi və qabalığı unudun. Onların istəklərini və tələblərini nəzərə alın.Problemlərin sürətli həllinin intensivliyinə aldanaraq qanundan kənar yollara əl atmayın. Belə yol nə qədər cazibədar olsa da, cəzası ağırdır.Gün səhhətiniz üçün harmonik deyil.Emosional durumunuzu pozacaq, hisslərinizin rəvanlığını alt-üst edərək diskomfort yarada biləcək hər şeydən uzaq olun. Balıqlar - bu gün istənilən əksliklər və ziddiyyətlər yumşalacaq, qarşıdurmalar xəfif mübahisələrə çevriləcək. Ən uzaq məqsəd və xəyallarınızdakı hədəf real obyekt təsiri bağışlayacaq. Bir çox məsələləri qətiyyət və əzm hesabına həll edin.Romantik xislətiniz mümkün qədər aktiv davranış tələb etsə də, soyuqqanlı olun, fürsətdən dərhal yararlanmağa can atmayın.Çatmaq istədiyiniz məqsəd nə qədər uzaqda olarsa, inadınız bir o qədər artıq olmalıdır.Yaradıcılıqla məşğulsunuzsa, ideyalarınızı həyata keçirin, onları zərif və qəbul olunan formaya salın.Maliyyə yardımı və təşkilati dəstəyin alınması istisna deyil.Günün ikinci yarısında daha fəal olun. İşinizi sizdən savayı kimsə görən deyil.Milli.Az

Övladınız ölümlə bağlı suallar verirsə -Ceylan Mumoğlunun övladına möhtəşəm cavabı

Uşaqlar çox suallar verir. Bəzən elə suallar olur ki,valideynlər bu sualları cavablamaqda çətinlik çəkir.Belə suallardan biridə uşaqların insanın nədən doğulması və ölməsi haqqında sualdır ki,yalnış cavab uşaqlarda ölüm qorxusu , itirmə qorxusu kimi gələcəkdə isə bir çox ugursuzluqlarının altında yatan psixoloji travmaya səbəb ola bilər.   Psixoloq.az xəbər verir ki, Aydınlanma səyahəti kitabının müəllifi və eləcədə bir çox yazıları ilə rəğbət qazanmış yazıçı Ceylan Mumoğlu özünün sosial şəbəkə hesabında oğlu ilə arasında  keçən dialoqla bağlı paylaşım etmişdir.Həmin yazını oxuduqdan sonra bu qənaətə gəldik ki, yazıçı ana övladına ən doğru psixoloji yanaşma göstərib. Bu isə uşaq və ailə mövzusunda, uşaqların suallarına cavab verməkdə  çaş baş qalan valideynlər üçün gözəl bir örnəkdir.Bu səbəblədə həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik. Günlərin bir günü "filosof" oğlum yenə öz düşündürücü sualıyla kəsdirib başımın üstünü, xatırlayıram; əlimdə hansısa romanın maraqlı səhnəsini oxumaqdaydım, elə bil körpəni anasından ayırmaq hissinə bənzər hiss yaşatdı. Amma Allahdan, sualı maraqlıydı, yarıda kəsilməyimə o qədər də üzülmədim. Maraq dolu baxışlarını üzümə zilləyib soruşdu: "Ana, insanlar dünyaya niyə gəlirlər? Yox ey, əgər gəlirlərsə, sonra niyə ölürlər?"Əvvəl ağlıma gəldi ki, dərsliklərdən öyrəndiyimiz bilikləri olduğu şəkildə ona izah edim, bilik transformasiyası edim. Sonra bu istəyimdən vaz keçdim. Dedim, onsuz da müəllimlər bu bilikləri məktəbdə ona öyrədəcəklər də, niyə tələsirəm? Qoy orda da öyrənmək üçün yeni nələrsə qalsın. Başladım, insanın doğulub-ölməsini çaylarla okean nümunəsində özümçün obrazlaşdırmağa. Dedim, oğlum, bax, təsəvvür elə çaylar da bizim kimi insanlardı. Başladıqları yerdən axarkən nə qədər uzun məsafələr qət edib, sonra okeana tökülürlər. Bilirsənmi, onlar okeana tökülmədən əvvəl qorxudan tir-tir əsirlər. Oğlum gözlərini qaldırıb artmış marağıyla soruşur: "A niyə ki? Niyə qorxurlar, kimdən, nədən?"Onlar geri qayıtmamaqdan qorxurlar. "Ana, guya bilmirlər ki, geri qayıda bilməzlər? Bəyəm çaylar geri qayıda bilir ki? Bir yöndə axıb gedirlər". Ay sağ ol da, ardına qulaq as. Çaylar axdıqları yol boyunca nə qədər gözəl mənzərələr görür, macəralar yaşayır, eyni zamanda həyatın onlara hazırladığı çətinlikləri də yaşayırlar. Bəzən hamar çəmənlər, bəzən dolaşıq meşələr, hətta dağların zirvələrindən keçərək axırlar. Bu zaman içlərində olan qorxu hissi elə də çox olmur. Çünki hələ okeana yaxınlaşmayıblar, ona çatıb nəhəng sulara qarışmayıblar. "Ana, böyük sulara qarışanda nə baş verəcək ki?" Hə, bax çayları narahat edən məsələ də elə budur. Onları qorxudan şey naməlumluqdur, təcrübəsizlikdir, bilinməzlikdir. Təkcə bunu bilirlər ki, onlar axırlar və geri qayıtmaları mümkün deyil, əvvəl-axır mütləq okeana töküləcəklər. "Bəs çaylar necə etməlidirlər ki, qorxmasınlar? Onlara kim kömək edəcək?"Çaylar okeana tökülmədən öncə qorxu hissinə qalib gəlməlidirlər. Öyrənməlidirlər ki, okeana tökülmələri onları heç də yox etməyəcək, əksinə okeanla birləşib birlik olacaqlar. Bu bir tərəfdən yoxoluşdursa, digər tərəfdən dirilmədir. "Hmm, ana, başa düşdüm. Deməli, çaylara heç kim kömək etməyəcək, özləri özlərinə kömək etməlidirlər. Qorxmamağı öyrənməlidirlər". Elədir, əziz oğlum, həm qorxmamağı, həm də "dirilməyi" okeana tökülmədən öncə öyrənməlidirlər. Axı Müqəddəs Kitabımız Quranda da deyilir: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" (Bəqərə surəsi, 156). Ceylan Mumoğlu