Nyutonun Qiyamət günü üçün Bibliya Proqnozu: 2060

Dünyanın sonu yüzlərlə dəfə proqnozlaşdırıldı ... Və yaşadığımız bu müasir dünyada özümüzü hər il apokalipsisin zirvəsindəki kimi hiss edirik. Dini mütəxəssislər, münəccimlər, yazıçılar və hətta adi insanlar bu barədə proqnozlar verdilər.  Yaxşı, hər kəsin bu barədə bir fikri olduğu halda, zamana müqavimət göstərən böyük ağılların susduğunu düşünürsən? Nyuton bu mövzuda bir çox hesablama aparmışdı. 'Məhşər Döyüşü' və 'Müqəddəs Kitab' mövzularında nəzəriyyələr hazırlayan Nyuton, Müqəddəs Kitabın Tanrının vəhyi olduğuna inanırdı və Allahın insanlar kimi əbədi olmadığına inanırdı. Yalnız Allah zamanın əvvəlini də, sonunu da görə bilər. Buna görə də Nyuton dünyanın sonunun Daniel kitabında təsvir olunduğuna inandığını, ona əsaslanan peyğəmbərlik tarixlərini öyrəndiyini söylədi. Beləliklə, Nyutona görə, Allah xidmətçiləri qarşısında bütün zəruri məlumatları artıq hazırlamışdı. Lazım olan şey bu məlumatları gizləndikləri yerdən çıxarmaq və tənliyi həll etmək idi. Nyutona görə, Müqəddəs Kitab tarixlərinə və 'il üçün gün' metoduna əsasən bu üsullar gələcəyi proqnozlaşdırmağa imkan vermişdi. Məşhur fizikin vacib tapdığı tarixlər: 1260, 1290, 1335, 2300. Bu tarixləri apokalipsisin hesablanması üçün istifadə edən Nyuton aşağıdakı kimi 2060-a çatdı. 800-cü ildə Charlemagne Roma imperatoru olaraq taclandı. Digər tərəfdən Nyuton, kilsənin çürümə müddətini 1260 il hesabladı. Bu iki tarixi əlavə edən Nyuton dünyanın 2060-cı ildə bitəcəyini proqnozlaşdırmışdı.Beləliklə, bu hesablamalar tamamilə dini fərziyyələrə, eləcə də Nyutonun şəxsi düşüncələrinə bağlı idi.Nyutonun fikrincə, bu tarix həm də 'Babilin süqutu' və 'kafir kilsəsinin' sonunu gətirəcəkdir. Lakin Nyutonun apokalipsis hissi, İsanın dünyanın məhv edilməsi ilə deyil, daha 1000 il qayıtması və hökm sürməsi demək idi. Nyutonun sözlərinə görə, 'İsa İsrailə qayıdıb mövcud vəziyyətdə sarsılmaz bir səltənət quracaqdı.' Nyuton bu gün tez-tez rasionallıq və ateizmlə birləşsə də, əslində maraqlı və bəlkə də sadiq bir alim idi. Yeri gəlmişkən, 2060-cı ildə bu yazını kimsə oxuyursa, dünyanın nə halda olduğunu təsəvvür etmək çətindir Nyuton özündən bu qədər arxayın olsa da, məqalələrindən birində "Qiyamət 2060-dan sonra qopa bilər, amma əvvəl pozmaq üçün heç bir səbəb görə bilmirəm" demişdi. Notalarında özünə inamlı ton verdiyinə baxmayaraq; 2020-ci il, səhv hesablandığını düşünməyə səbəb olmurmu deyə düşünməmiş deyilik 

Məqsədlərinizi heç kimə bildirməyin

Psixoloq.az bildirir ki ,əgər insanlara öz məqsədlərinizi bildirsəniz, çox güman ki siz həmin məqsədlərə çatmayacaqsınız. Psixoloqlar belə hesab edir  1. Mütəxəssislər bu vəziyyəti 1930-cu ildən etibarən araşdırır, izləyirlər və hər dəfə onun həqiqiliyinə əmin olurlar.Alimlər bunu belə izah edirlər ki, şəxsi məqsədinizi, planınızı danışaraq, “dilə gətirərək” siz daxili “mən”-in tələbin yalançı şəkildə ödəmiş olursunuz və məqsədinizə çatmaq üçün artıq daha az təşəbbüs göstərirsiniz. 2. Ağıllı, zəkalı, savadlı insanlar özlərini dəyərləndirmir, əksinə avam və cahillər isə özləri haqda yüksək fikrə malikdirlər.İnsan nə qədər çox məlumatlı olarsa, bir o qədər də özünün haqsız olma ehtimalının mümkünlüyünü anlayır. 3. Xarici dildə düşünərkən, sizin qərarlarınız daha rasional olur.Bu onunla izah olunur ki, tərcümə zamanı ayrılıqda hər bir söz nəzərdən keçirilir, “süzülür” və siz hər şeyi daha yaxşı anlayırsınız. Bu isə öz növbəsində qərarların aydınlaşmasına gətirib çıxarır. 4. Musiqi dünya görüşümüzü, dünyaya baxşımızı dəyişə bilər.Adicə eksperiment keçirdin: sevdiyiniz filmin musiqisiz, soundtrack olmayan versiyasına baxın, yaxud digər musiqi sədaları altında izləyin. Müşahidə edəcəksiniz ki, tamamilə başqa hisslər, təəssüratlar keçirirsiniz. Bu aspektlər isə birbaşa olaraq fikir formalaşmasına təsir edir 5. Xoşbəxtliyi pulla almaq fikri.Maliyyə çətinliyi yaşayan insanlar bir qayda olaraq daha çox stress, gərginlik yaşayır, lakin insanların gəlir səviyyəsi kifayət qədər yüksək həddə gəlib çatanda onların xoşbəxtlik səviyyəsi, təsəvvürləri dəyişmir. Bu isə bir daha sübut edir ki, zənginlik xoşbəxtliyə zəmanət vermir. 6. Yeni əldə olunanlar yox, yeni təəssüratlar insanı xoşbəxt edir.Bir çox araşdırmalar göstərir ki, insanı material qazanclar həmişə xoşbəxt etmir. Əslində istirahət, restoran və s. kimi əyləncələrə xərclənən pullara qənaət etmək haqqında məsləhətlər həmişə düzgün olmur, çünk, bunlardan əldə olunan, təəssüratlar, hisslər, formalaşan fikirlər insanın əhvalını yüksəldir, ətrafa müəyyən baxışını yaradır, xoşbəxtlik, tamamlıq hissinə gətirir.Psixoloq.az

Karma nədir

Karma inancı hinduizm, buddizm və caynizm kimi batil Şərq dinlərində çox əhəmiyyətli yer tutur.Sanskrit dilinə aid olan karma sözü “hərəkət” mənasını verir. Hind dinlərində karma anlayışı, “səbəb-nəticə qanunu” kimi tanınır. Karma inancını müdafiə edənlərə görə bir insan əvvəlki həyatında nə edibsə, gələcək həyatında onunqarşılığını alacaq. Yaxşı əməllərinin qarşılığıyaxşı, pis əməllərinin qarşılığı isə pis olacaq. Bu düşüncəyə görə, insanın bugünkü vəziyyəti də əvvəlki həyatının bir nəticəsidir.Karma inancında “əvvəlki həyat” o insanın indiki həyatından əvvəlki həyatı, “gələcək həyat” isə ölümündən sonra başlayacağı iddia edilən həyatıdır.Çünki karmanın əsasında insanın ölümdən sonra dünyaya yenidən başqa bir bədənlə gəlməsi və bu ölüb-dirilmənin müntəzəm olaraq davam etməsi mənasını verən reinkarnasiya inancı var. Buna görə də, karmaya inanan insan öldükdən sonra başlayan yeni həyatındakı müvəffəqiyyətlərinin, ictimai mövqeyinin və ya həyat tərzinin əvvəlki həyatındakı davranışlarına və əxlaqına bağlı olduğuna inanır.Məsələn, bu gün zəngin və ya müvəffəqiyyətli olan bir adamın, əvvəlki həyatında yaxşı bir insan olduğu üçün, bu həyatında zənginliklə mükafatlandırıldığı düşünülür.Eyni şəkildə kasıb, şikəst ya da müvəffəqiyyətsiz olan bir adamın əvvəlki həyatında pisliklər etdiyi və bunun qarşılığını indiki həyatında bu şəkildə aldığı iddia edilir.Hətta bu batil iddiaya görə insan etdiyi pisliyə görə bir sonrakı həyatında bitki və ya heyvan görünüşündə də ola bilər.Reinkarnasiyanın batil bir inanc olduğu, kitabın sonrakı hissələrində ətraflı olaraq araşdırılacaq.İlk baxışda karma inancının insanlara bəzi gözəl əxlaq xüsusiyyətləri qazandıra biləcəyi düşünülə bilər.Çünki, bu inanca görə bir insan yenidən dünyaya gəldikdə ən yaxşı şərtlərdə yaşamaq istəyəcək, bu səbəbdən indiki həyatını, bir sonrakı dünya həyatını qazanmaq üçün ən doğru şəkildə yaşamağa cəhd edəcək.Ancaq, həm karma, həm karmanın təməlini meydana gətirən reinkarnasiya inancı, həm də karma inancına sahib olan hinduizm, buddizm kimi dinlərin özündə birləşdirdiyi bir çox batil inanc insan ağlına, məntiqinə, vicdanına və fitrətinə ziddir.Bu səbəblə də,bəhsi keçən dinlərin özündə birləşdirdiyi qanun və tətbiqlərin insanlara gözəl əxlaq, cəmiyyətlərə da həqiqi mənada hüzur, sülh və xoşbəxtlik gətirməsi mümkün deyil.Bu inancların geniş yayıldığı, hətta dövlət dini olaraq qəbul edildiyi ölkələrdəki həyat şəraiti və ədalətsizliklər bunun ən bariz nümunələrindəndir.Hinduizm və buddizm kimi dinlərə aid inancların insanların diqqətini çəkməsinin ən əhəmiyyətli səbəblərindən biri, dünya səviyyəsində məşhur olan bəzi kino ulduzlarının və sənətçilərin bu inanclara olan marağıdır. Tibetdə buddist geyimlərində şəkillər çəkdirən, yaxud meditasiya ilə rahatlıq tapdıqlarını açıqlayan bəzi məşhurlar insanların diqqətlərini bu azğın inanclara çəkməyə çalışırlar. Bununla yanaşı, cəmiyyətdə yaradılan mistik və sirli ab-hava xüsusilə gənclərin bu dinlərə marağına səbəb olur.Ancaq bu ab-havadan təsirlənərək karmanı həyat fəlsəfəsi halına gətirən insanların böyük əksəriyyəti də əslində bu fəlsəfələriətraflı araşdırmaz, diqqətlə düşünməzlər.Bu kəslər ümumiyyətlə, mənəviyyata meyilli olduqları üçün, bu fəlsəfələrin gözəl əxlaqla əlaqədar hissələri daha çox diqqətlərini çəkər.Bu səbəblə də, bu dinlərdəki bir çox inancın ziddiyyətli, məntiqsiz, insan fitrətinə və vicdanına zidd xüsusiyyətlərini görməz, bəzivaxtlar da görməzlikdən gələrlər.Halbuki, içində yaşadığı çətin və sıxıntılı həyatdan xilas olmağı və bütün insanların xoşbəxtlik, əmin-amanlıq və sülhlə dolu bir həyat içində yaşamağını səmimi olaraq istəyən bir adam doğru yolu tapmaq üçün səy göstərməlidir.Bunun üçün təsirində qaldığı fəlsəfələri diqqətlə araşdırmalı, tapdığı yolun ən doğru, ən ağıllı və vicdana ən uyğun yol olduğuna səmimi qərar verməlidir

Qadınlar kişilərdən ağıllıdır?

Son araşdırmalar göstərir ki, qadınlar İQ testlərdə kişiləri qabaqlayıblar. Psixoloq.az "Daily Mail"a istinadən bildirir ki, qadınlarla kişilər arasında "zəka savaşı"nda zərif cinsin mənsubları bəşər tarixində ilk dəfə olaraq qələbələrini rəsmən təsdiqləyiblər. İQ testlər sahəsində dünyaca məşhur ekspert Ceyms Flinnin müxtəlif ölkələrdə apardığı testlərin nəticələri belədir.Professor Flinin dediyinə görə, kişilərlə müqayisədə qadınlara daha sürətli, genişmiqyaslı və effektiv düşüncə qabiliyyətinə malikdir."Çağdaş dünyanın mürəkkəb tələblərinə qadınlar daha sürətlə uyğunlaşaraq intellektlərini inkişaf etdirirlər. Qadınlar həm işləyir, həm ev işlərini görür, həm də ailəni idarə edirlər. Testlər bariz və açıq şəkildə göstərir ki, qlobal miqyasda qadınların intellekt səviyyəsi kişilərdən üstündür", - Flinn deyib.Onun sözlərinə görə, 1980-ci illə müqayisədə qadınların orta statistik İQ səviyyəsi 30 əmsal artıb.Yeni Zelandiyadakı Otaqo Universitetinin politologiya professoru 16 ölkədə qadın və kişilər arasında apardığı İQ testlərin nəticələri ilə bağlı geniş hesabatı gələn həftə açıqlayacaq.Hələlik yalnız o deyilib ki, İQ testlər zamanı qadınlar 4088139 suala doğru cavab veriblər.Kişilərdə bu göstərici 4077596 olub.

Beynin cinsiyyəti varmı ?

İsrailin Tel Aviv Universitetinin elm adamları qadın və kişi beyinlərinin quruluşunu araşdırıb. Araşdırmaya görə, beyin hər iki cinsiyyətə xas xüsusiyyətlərin mozaikasıdır.Əldə olunan nəticələr ABŞ Milli Elmlər Akademiyasının PNAS adlı nəşriyyatında yayımlanıb. Demək olar ki, bütün beyinlərdə qadın və kişilərə xas xüsusiyyətlərə rast gəlinib. Yəni tam bir kişi beyni və ya tam bir qadın beyni haqqında danışmaq mümkün deyil.İsrailli, isveçrəli və alman araşdırmaçılardan ibarət qrup araşdırmalarında 400 000 adamın maqnetik rezonans görüntüləmə texnikasından istifadə ediblər. Mütəxəssislər görüntülərdə hər beyindəki ağ və boz hüceyrələr arasındakı fərqləri, beynin fərqli hissələri arasındakı əlaqələri araşdırmanı uğurla sonlandıra bilib. Onlar əvvəlcə qadın və kişi beyni arasında üst-üstə düşən xüsusiyyətləri, daha sonra da tamamilə qadınlara xas və tamamilə kişilərə xas xüsusiyyətləri təsbit edib.Araşdırmanın nəticələrinə görə, bəzi beyin xüsusiyyətlərinə daha çox kişilərdə, bəzilərinə isə daha çox qadınlarda rast gəlinir. Lakin bəziləri də var ki, həm qadın, həm də kişi beynində müşahidə edilir. Araşdırılan beyinlərin çoxunda hər iki cinsiyyətə xas xüsusiyyətlərin yer aldığı, sadəcə kişi və ya qadın beyni kimi xarakterizə edilən beyinlərin sayının az olduğu bildirilib.Məsələn, araşdırmada boz hüceyrələr əsas götürülüb. Araşdırılan beyinlərin sadəcə 6%-də təkcə qadın və ya kişi xüsusiyyətləri görülüb.2013-cü ildə aparılan araşdırmada isə fərqli nəticələr əldə olunmuşdu. Pensilvaniya Universitetindən amerikalı elm adamları qadın və kişi beyinlərinin quruluşu arasında ciddi fərqlər olduğunu təsbit etmişdi. Bu araşdırma tipik bir qadın beynində sinir əlaqələrinin daha çox sağ və sol beyinlər arasında, bir tərəfdən digər tərəfə düzüldüyünü, tipik kişi beynindəki sinir əlaqələrinin isə beynin ön və arxa tərəfləri arasında qurulduğunu göstərmişdi.Buna görə də kişilərin hisslərini koordinasiyalı davranışlara daha yaxşı əks etdirə bildiyi, qadınların isə analitikaya əsaslanan məlumatlardan istifadə edərək əlaqə yaratmaqda daha güclü olduğ təsbit edilmişdi.

Ruh enerji mənbəyidir

Ruh enerji mənbəyidir, yüksək olanda sevincimiz iz buraxır qəlbimizdə. Qəzəbliykən də ruh halımız-enerjimiz çoxalır və istəməsək də neqativlik ötürülür. Hər iki halda - yüksək enerjili olan zaman tənzimləməyə ehtiyac duyur insan. Münaqişə içində eqonun yüksək vəziyyəti yaranır, münaqişə bitdikdən sonra bölünmə, fikirlərdə parakəndəlik, günahkarlıq hissi, vicdan da varsa səsini eşidir insan. Beyində minlərlə hüceyrəmizin ölməsinə səbəb əsəbin faydalı olmadığı dəqiqdir. Öz səsini eşidə bilməməsinin nəticəsi olaraq hayqırtısı olan qəzəb zamanın axarında əriyib itsə də bəzən fəsadları qalır. Qəlbən, ruhən, zehnən bütöv olduğunu, əks etdirdiyi dünyanın şüurlu varlığı olaraq ruhunu uca tutan insan hər iki vəziyyətində sevinc və kədərliykən pozitiv və neqativ halının - enerjili ruhunun əsirinə çevrilmirsə, ali insani duyğularını qoruyub saxlamağı bacarırsa nə xoş ona. Məhəbbətimizi-nifrətimizi, səmimiyyətimizi-kinimizi, ümumiyyətlə müsbət və mənfi olan münasibətimizi orta həddə qoruyub saxlamağın faydası da çoxdu. İnsan xarakterindəki simmetriyanın ifadəsidir ifrata varmaq. Ruhun sərt, təlatümlü hərəkətləri, həddini aşmaq insanın müvazinətini pozur. Həddi aşan qəzəb, kin və ya əksinə, mehribanlıq, mülayimlik, özünü fəda etmək, canfəşanlıq nəticədə hər iki müsbət və mənfi hallarda özünü təsdiqləmir, əksinə sonradan kədər, üzüntü verir. Ölçü həddi gözləniləndə isə öz əhəmiyyətini, gözəlliyini qoruyub saxlayır.İnsan gözəl görünməyi bacarırsa həyatını rövnəqləndirir, ən çətin anında belə qəlbi məhəbbətlə, sədaqətlə doludursa həyatından zövq alır, mənəvi gözəlliyini simasında əks etdirməyə nail olur. Bizi sevənlərin, qəbul edənlər və etməyənlərin münasibəti də təxəyyülümüzün məhsulu olmaqla yanaşı özümüzü necə təsdiq və inkar etməyimizlə bilavasitə bağlıdır. Hər bir insan şəxsiyyət kimi formalaşmamışdan əvvəl bir fərddir. Fərd kimi doğuluruq, mənlik şüurunun yaranması ilə şəxsiyyətə çevrilirik. Bu zaman özünəməxsus həyat tərzimiz və öz daxili aləmimizlə formalaşırıq. Gözəllik insana hədsiz sevinc bəxş edir, həyata bağlayır, ürəklərdə təbiətə, insanlara qarşi sevgi oyadır, həyat eşqini alovlandırır, yaşamağa, yaratmağa inam aşılayır, həyatımıza nur çiləyir, rövnəqləndirir. Gözəllik əxlaqi, estetik hisslərin təcəssümüdür. Gözəlliyi, məhəbbəti duyan, qiymət vərən insanın qəlbində ecazkar dəyişikliklər yaranır, nəcib hisslər oyanır. İnsanı ona layiq olan yüksəkliklərə qalxmağa mənən sövq edir. İnsanlar arasında əxlaqi münasibətləri saflaşdırır, mülayimləşdirir, enerji mənbəyinə çevrilir, həyata bağlayır. İnsanlarda gözəl olan həqiqi münasibətləri görmək, duymaq deməli, çox xoşdur. Bunların əksi ilə qarşılaşmaq isə fəlakətdi, gözəl sandığımız duyğuların bir an içində əriyib itməsi, yox olmasıdır. Mənən kiçilən duyğuların bərpası isə çox vaxt aparır.Psixoloq Yeganə İskəndərova

Təklik lənət yoxsa nemətdir?-Psixoloq Günel Aslanova

Özünüzlə tək qalmalısız ki? Bir çox insanın kabusu olan təklik həqiqətdə inkişafın təməl sütunu, bələdçisidir. Onlar bu kabus haqqında “psixi sağlamlığa mənfi təsir edir”, “psixikanı zədələyir” deyə düşünürlər. “Doğrudan belədir?” soruşsanız “Yox! Birmənalı yox!” deyərəm. İki meyarı nəzərə aldığınız müddətdə təklik əvəzolunmaz töhfədir:    1. Ölçü – mühümdür. Bu prinsip əlbəttə ki, hər bir sosial və ya psixoloji fenomenə  olduğu kimi təkliyə də aiddir. Siz elə bir hal tanıyırsız ki, ölçünü gözləmirsiz, nəticə də xoşagələn olur. Mən tanımıram. Təklik də o cümlədən..  2. Seçim – zəruridir. Təklik məcburiyyət, şanssızlıq, çarəsizlik kimi görülməyin fövqündə olub, seçim kimi dəyərləndirilməyə ehtiyaclı məfhumdur. Demək, təklik seçim olduqda gözəldir. Əlbəttə ki, insan sosial varlıq olduğu üçün başqaları ilə ünsiyyətə can atır. Təklik onun üçün bir ehtiyacdır. Çünki qazandığı bilik, təcrübə və şəxsiyyətini ünsiyyətdə təkmilləşdirir. Lakin təkliklə əvəzlənməkdən, növbələşdirilməkdən məhrum ünsiyyətin qorxulu tərəfləri çoxdur. Davamlı olaraq insanlar içində olan insan özünün kim olduğunu, nəyə qabil olduğunu, hətta nələri arzuladığını belə dolaşdırıb-qarışdırır, unudur. Təkliklə növbələşdirilən ünsiyyət isə insana bu çaşqınlıqlardan uzaq olmaq imkanı verir, psixikada balans, nizam, harmoniya yaradır. Təklikdə o, sahib olduğu dəyər, fikir və yanaşmaların özünə yoxsa başqalarına xas olduğunu aşkarlaya bilir. Təklik niyə belə qorxuludur? Əksər mədəniyyətlərdə təkliyə baxış fərqlidir, onu insan üçün qorxulu bir hal kimi təsvir edirlər. Bilirsiz ki, təkamül boyunca tək olan insan təbii fəlakətlərin öhdəsindən gəlməkdə çətinlik çəkir, təbiət hadisələrinə, vəhşi heyvanlara qarşı mübarizə qrup şəklində daha effektli olurdu. Əcdadlarımız üçün təklik ölümlə nəticələnə bilən, məhv olmağa bərabər bir hal idi.  Məhz ondan irəli gəlir ki, təklik müasir insanın alt şüurunda qorxulu bir hal olaraq yerləşib. Tarixən də təklikdən cəza olaraq istifadə etmək, birini cəzalandırmaq üçün təcridə üstünlük vermək psixikamızda onun qorxunc adını daha da möhkəmləndirib. Hətta Virciniya universitetində aparılan araşdırmada qadınların 1/4, kişilərin isə 2/3-ü tək qalmaqdansa elektrik şoku keçirməyə razı olduqlarını bildiriblər. Xilaskarımız olan təkliyə qarşı münasibətə baxın da siz. Hə, bir də əmin olun ki, əgər bir insan tək qalmaqdan qorxduğu, narahat olduğu üçün digərləri ilə zaman keçirirsə bu onun psixikası üçün qorxduğu, özünü qoruduğu təklikdən daha təhlükəlidir. Təklik niyə yaxşıdır? İstər introvert ol, istərsə də ekstrovert, təklik ona vurulan damğalardan asılı olmayaraq hər kəs üçün faydalıdır. Təkliyin topladığım sosial, emosional, əqli, davranış faydalarını təqdim edirəm: 1. Əqli: Özünə tək zaman və məkan vermək düşüncələrə sərbəstlik, azadlıq verir. Kreativlik artır, məhsuldarlıq yüksəlir. Şəxs gələcək planlarını, xəyal və arzularını həyata keçirməyin yollarını aydınlaşdıra bilir; 2. Sosial: Başqalarını məmnun etməkdən uzaqlaşmaq istəyən hər bir insan üçün təkliyə vaxt ayırmaq nemətdir. Bu halda təklik insana kömək edir ki, başqalarının yanaşmaları, münasibətləri, hətta təzyiqləri haqqında narahat olmadan mühitə, insanlara yeni fikir və maraqlar formalaşdırsın. Getdikcə sərhəd və məsafələrə olan baxış formalaşır və münasibətləri yeni müstəvidə nəzərdən keçirmək mümkün olur. Özünü tanımağa başladıqca daxili aləmini paylaşacaq adamların kim olacağına da şüurlu qərar verir. Hətta özünü yaxşı tanıdığı üçün empatiya hissi də yüksəlir. Bu mənada təklik yalnız başqaları ilə münasibətlərini yenidən qurmağa deyil, dünyanı anlamağa, bəşəri dəyərlərə qoşulmağa kömək edir; 3. Emosional: İnsan tək etdiyi fəaliyyətlərdən daha çox zövq ala bilir. Çünki bu halda başqaları tərəfindən müşahidə edilmək və qiymətləndirilmək qorxusu olmur. Hər kəs razılaşar ki, təklikdə mütaliə də, rəqs də, musiqi ifası da daha rahatdır. Ona görə də alınan zövq və həzz daha keyfiyyətli olur; 4. Davranış: Başqalarından kömək gözləməyə gərək olmur, özünütənzimləmə yüksəlir. Özünü görə bildiyi üçün, özünəinamı sağlamlaşır, özü ilə əlaqədar təhlili obyektiv olur. Nəticədə insan səbrli olub həyəcan, gərginlik, streslə özü mübarizə apara bilir. Necə etməli? Yenisinizsə təkliyi plansız, qəfil və çox yaşamağa çalışmayın. İlk əvvəllərdə kiçik addımlarla başlayın. Məsələn, sevdiyiniz məkanda sevdiyiniz fəaliyyətlə qısa müddətə baş-başa qalın. Sizi məhsuldar, psixi sağlam birinə çevirdiyini gördükcə daha da həvəslənəcəksiz. O sizin seçiminiz olacaq. Bir də balansı, ölçünü qorumaq lazımdır demişdim, bu isə hər insandan asılı olaraq fərdi xarakter daşıyır. Hər kəs öz normasını özü onu hiss edərək müəyyən edə bilər. Seçiminiz olan ölçülü təkliyə kiçik addımlarla başlamazdan əvvəl “təklikdə zaman mənim özümə hədiyyəmdir” deyin.

Musiqi janrları və psixi təsirləri

İnsan və ruh aləminə müxtəlif vasitələrlə təsir etmək mümkündür. Həssaslıq səviyyəsindən asılı olaraq sözlə yüksək əhval-ruhiyyə yaratmaq, həvəsləndirmək, həyata maraq oyatmaq, bir – neçə sözlə insanı ruhdan salmaq, həyatdan küsdürmək də olar.Musiqinin də insan orqanizminə möcüzəvi təsiri hər kəsə bəllidir. Musiqi insanda müxtəlif duyğular yarada bilir. Milli musiqi enerji mənbələrinin aktivləşməsinə səbəb olursa, etnik musiqilər rahatlaşmağa, dincəlməyə kömək edir, Klassık musiqinin isə beynin fəaliyyətinin artmasına və informasiyanın tez bir şəkildə qavranılmasına kömək olduğu hesab edilir. Dinlədiyimiz musiqilər düşüncə və təsəvvürümüzə - emosional halımıza təsir gösrtərir. Sinir sisteminə təsir edən musiqi fərqli effektlər yarada bilər. Ürək ritminin bərpa edilməsinə müsbət təsir göstərən sakitləşdirici musiqilər var. Sözlər diqqəti dağıdır, ona görə sözsüz musiqilər dinləmək də faydalıdır.Ruhunuzu oxşayan musiqi dinləyirsinizsə, ürəyinizin qan damarlari 26 dəfə genişlənir. Qəlbi riqqətə gətirən, xoş, anlada bilmədiyim duyğular oyadan, gözəlliyi görməyə və gözəl görməyə vasitəçi olan, duymağa ruhlandiran, təmiz, saf düşüncələri olduğu kimi anlamağa sövq edən, möhtəşəm və üşənməyən saf hisslər yaradandi musiqi. Səhər ruhumuzu –özümüzü hansı musiqiyə "kökləmişiksə" bütün gün ərzində elə "səslənəcəyik"- düşünürəm. Nikbinliyə meyl ruhundayıqsa, mülayim, mehriban oluruq. Bəlkə sevınc payını özümüz yaradaq ruhumuzda. Hər gün səhərimizi musiqi ilə açaq. O zaman anlamaq da çətin olmaz ki, ruhumuz müvəqqəti də olsa, azaddir.Gözəl müsiqi sədaları altında rəqs etmək də əhvalınıza enerji yükləyir. Rəqs edən insanların beyni daha yaxşı işləyir, sağlam olur. Rəqs beyinə müsbət təsir göstərir. rəqslə nevroloji sağlamlıq arasında əlaqə var, əsəbləri sakitləşdirir, ruhu tənzimləyir, bərpa edir... Müsiqi gözəllikdir. Həyatınızın musiqisini dinləyin.Psixoloq,Jurnalist Yeganə İsgəndərov

Zeyqarnik effekti nədir?

Zeyqarnik effekti ilk dəfə Rus psixoloqu Bluma Zeyqarnik tərəfindən kəşf edilib və yarımçıq, tamamlanmamış hadisələrin daha asanlıqla xatırlandığını ifadə edir. Bu effekt bizə tamamlanmamış məhəbbət macəralarımızı unutmamağımızın, yarımçıq qalan işlərimizi tez-tez xatırlamağımızın səbəbini aydın şəkildə izah edir. Eyni zamanda, “Davam edəcək” yazısı ilə ən maraqlı hissəsində dayandırılan seriallar da bu psixoloji təsirin nümunəsidir.Bir dəfə psixoloq, tədqiqatçılar Levin ve Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir.Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır. Zeyqarnik müəyyən edir ki, insan natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8 dəfə daha yaxşı yadda saxlayır.Bu metodikadan mütəmadi olaraq həm də kinematoqraflar və televiziyaçılar istifadə edir: məsələn, tamaşaçını daim intizarda saxlamaq üçün hər bir seriyanı ən maraqlı hissəsində bitirmək, yəni qəhramanların fəaliyyətini yarımçıq saxlamaq kifayətdir.Aybəniz Rəsullu

Antidepressantlar narkotik tərkibli deyil-Neyropsixoloq Günel Əhmədova

Psixoloq.az xəbər verir ki,bir çox insanlar antidepresantları narkotik tərkibli hesab etdiyindən çox hallarda müalicədən imtina edir və ya həkimdən bitkilərlə müalicə tələb edirlər. Bununla bağlı tanınmış Neyropsixoloq Günel Əhmədova özünün sosial hesabında antidepresantların narkotik tərkibli dərmanlar olmaması barədə paylaşım etmişdir.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik.Doktor, o narkotik tərkibli dərmanlardan yazma, təbii şeylərdən yazCavab 1. Doktorun bir möhürü ilə heç bir narkotik tərkibli dərman verilmir.Cavab 2. Ali təhsilli diplomu olan doktor dövlət tərəfindən təsdiqlənmiş protokollarda yer alan və tövsiyə edilən dərmanları yaza bilər. Təbii şeyləri loğmanlar yazır. Ona görə də doktora çek açmamışdan əvvəl düşünmək lazımdır: həkiməmi gedəcəm, loğmanamı? Əgər cavab həkimə gedəcəmdirsə, artıq ilk cümlədəki müraciəti etmək nə qədər məntiqlidi, siz deyinCavab 3. Adətən bu sözləri "əsəb" şikayətləri ilə müraciət edən xəstələr deyir. Çünki ağrı səbəbilə gələn xəstə deyir, nə istəyirsən elə, bircə bu ağrıdan canım qurtarsın. Xroniki sinir ağrıları həqiqətən insanı çox üzür. Allah hamıya kömək olsun.Amma yazımı "əsəb" şikayəti edən pasientlərlə davam etmək istəyirəm. Narkotik tərkibli deyilən dərman olaraq əsasən antidepressantlar və neyroleptiklər nəzərdə tutulur. Biz nevroloqlar antidepressant daha çox yazdığımız üçün, onlara yer ayırmaq istəyirəm.Antidepressantlar - narkotik tərkibli deyil. Sadəcə insan beynində bəzi maddələr var ki, onlar əhvala, gümrahlığa, motivasiyaya və digər insanı həyata bağlayan hiss və emosiyalara təsir edir. İnsanın uzunmüddətli stress, depressiya halında isə bu maddələr azalır. Antidepressantlar beyində bu maddənin miqdarına təsir göstərir və normal səviyyəsini təmin edir. Müasir preparatlar öyrəşmə yaratmır, yan təsirləri yetrincə azdır. Ən vacibi odur ki, özbaşına təyinat olmasın, mütləq həkim nəzarəti altında qəbul edilsin.

Daxili harmoniyanın sirri-Psixoloq Nigar Jəbrayıl

Daxili  harmoniyanın sirri     Bu gün mən sizinlə bizim üçün çox vacib və zəruri olan mövzu - daxili harmoniya haqqında danışmaq istəyirəm. Əslində bu hamıya şamil oluna  bilər. Lakin qadınlar kişilərə nisbətən  buna  daha çox ehtiyac duyur. Axı, qadınlar üçün bu çox vacibdir...........Bəzən gündəlik həyatımızın qayğıları bizi ondan uzaq sala bilər..... Bir qadın üçün daxili harmoniya  nə deməkdir?  Mənim fikrimcə, bir qadının daxili harmoniyası  onun  həyata sevgisidir, özünü necə varsa, qəbul etməsidir, təbiətlə, ətrafdakı məkanla birləşməsidir. Xarici amillərdən və şərtlərdən asılı olmayan bir daxili xoşbəxtlik duyğusudur ... Bu daxili harmoniyanı necə tapmaq, necə qoruyub saxlamaq və ya tamamlamaq mümkündür?           İlk öncə ətrafınıza baxın. Sizi məmnun edən nələr var? Əzizləriniz, valideynləriniz, iş yoldaşlarınız, sevimli peşəniz, maraqlı hobbiniz və s. Bunların hər biri  sizə rahatlıq verirmi? Əgər sadaladıqlarımda nələrsə sizi narahat edirsə-bunun üzərində mütləq işləmək lazımdır.Gəlin özümüzü təhlil etmək bacarığına yiyələnək. Əgər siz tez- tez qıcıqlanırısınızsa, qəzəblənirsiniz  və ya kiməsə həsəd aparırsinizsa bu məsləhətlər sizin üçündür. Daxili harmoniyaya necə nail olmaq olar Bu kifayət qədər sadədir, sadəcə bunu üçün   istək və səbr lazımdır. Təbiətdə daha çox olun - şəhərdən çıxın, parkda gəzin, təmiz havadan zövq alın. Təbiətin səslərinə qulaq asın, bu dünyanın bir hissəsini hiss etməyə, ağaclara, otlara və yerə toxunun. Bu sizi müsbət emosiyalar və daxili dincliklə dolduracaqdır. Evinizi lazımsız zibildən təmizləyin. Həyat üçün həqiqətən ehtiyac duyduğunuz və gündəlik görünüşü ilə sizi sevindirəcək bir şeyləri buraxın. TV, radio və zehninizi lazımsız məlumatlarla yükləməyə biləcək hər şeydən yaxa qurtarmaq tövsiyə olunur. Hər gün televizora baxmaq əvəzinə, yaradıcılıq ilə məşğul olmağınız tövsiyyə olunur. Şübhəsiz ki, uzun müddət hər hansı bir şey haqqında xəyal edirsiniz, lakin özünüzə etiraf etməkdən  çəkinirsiniz. Qorxularınızı kənara qoyun və arzularınıza gecikməyin. Arzularınızı və uşaqlıq xəyallarınızı xatırlayın və onları gerçəkləşdirməyə başlayın. İndi zamanıdır! İnsanlarla səbirli olun. Çox tələbkar olmayın, heç kim bizə borclu deyil. Əslində heç kim bizi sevməyə belə məcbur deyil, lakin buna baxmayaraq bizi sevirlər. Bunu mütləq dəyərləndirin.Əhv etməyi (bağışlamağı) öyrənməyiniz daha gözəl olardı. Əgər başınıza hər hansı xoşa gəlməyən iş gəlibsə-bu məsələdə  müsbət tərəfləri tapın . İndiki zamanda yaşamağa çalışın. İndi və Burada prinsipi ilə yaşayın,  çünki "sabah" nələrsə olmaya da bilər. Bütün həyatın bizə bəxş elədiyi  gözəllikləri hiss edin və hər gündən zövq alın. Hər bir məsələdə müsbət məqamları axtarın və özünüzü qurban hesab etməkdən çəkinin. Pioritetlərinizin  siyahısını  yaradın. Həyatda sizin üçün ən vacib olan nədir: sağlam həyat tərzi, sağlam qida, idman, sevgi, maliyyə sabitliyi, azadlıq, uğur, tanınma... Sizin üçün ən vacib olan 5 dəyərin siyahısını yaradın və əhəmiyyətini artırmaq üçün sıralayın. Hər gün siyahıya baxın, ona uyğun yaşadığınızı yoxlayın, bunları necə həyata keçirə biləcəyinizi düşünün. Prioritetlərinizə əməl edərək özünüzə və ehtiyaclarınıza uyğun yaşadığınızdan əmin ola bilərsiniz. Özünüzü sevin, siz hamının xoşuna gəlmək məcburiyyətində deyilsiniz. Hər gün sizi qane edən və zövq verən  şeyləri etməyə vaxt tapın. Fərqi yoxdur bu bulmaca işləmək, karaokedə  mahnı ifa etmək, sudoku həll etmək də ola bilər.....Yetərki bunu özünüzdə müşahidə edin və hərəkət edin! Optimist olun. Stereotiplər və kimlərinsə xoşa gəlməyən təcrübəsindən ruhunuzdakı harmoniyanı məhv etməyin. Həyatınızı idarə etmək və dinclik hiss etmək üçün həyatda baş verən yaxşı məqamlara  diqqətizi yönəldin. Bu sizin həyatınızdır. Hisslərinizi danışa biləcəyiniz bir mütəxəssislə əlaqə qurmağı düşünün, psixoloq, psixoterapevtə də müraciət etmək olar. Əgər bunu etməkdən çəkinirsinizsə, sizi narahat edənləri yaxın dostunuza danışın, lakin o sizin qəlbinizi qırmasın deyə məsləhətlərində  obyektiv olmaya da bilər. Özünüzdən başqa heç kimdən təşəkkür gözləməyin. Sizə neqativ emosiyalar  yaşadan  insanlarda uzaq durun. Özünüzə  dəyərli bir insan olduğunuzu xatırladın. Özünüzəməxsus şəkildə  cazibədar və gözəl olun. Hər hansı bir  vəziyyətə düşməyinizdən asılı olmayaraq əvvəlcə sakitləşin, sonra məntiqlə düşünüb qərar verin. Həyatızı necə varsa qəbul edin.Hər gün minnətdar olmağı, şükr etməyi ən vacib amillərdən həsab edin. Klinik psixoloq,psixoterapevt  Nigar Cəbrayıl psixoloq.az

İnsanlar günün hansı saatı daha xoşbəxt olur?

İnsanlar günün hansı saatında daha xoşbəxt olur? Aparılan maraqlı bir araşdırma maraqlı bir nəticə üzə çıxardı.  Saat 15:00-16:00 arasında xoşbəxtlik hormonu olan endorfin ən yüksək həddə çatır. Bu, idmanla məşğul olmaq üçün də ən yaxşı saatdır. Çünki bu saatda təyziq və qan dövranı yaxşı işləyir. 05:00 günə hazırlaşmaq saatıdır. Bədəndə kortizon səviyyəsi getdikcə artmağa başlayır. 06:00-07:00 saatlarındakı səhər yeməyindən sonra bədən oyanmağa başlayır. Orqanizm 60 faiz işə hazırdır. Həzm sistemi səhər saatlarında çox yaxşı çalışır. 08:00-09:00-da nəbz və təzyiq artmağa başlayır. Saat 10:00-11:00 arasında insanın dinamikliyi, fəallığı artır. 12:00-da orqanizm istirahətə ehtiyac duyur. Nahar vaxtı - saat 13:00-da insanın iş qabiliyyəti 20 faiz azalır. Saat 17:00-dən sonra adrenalin ən yüksək həddə çatır. Axşam yeməyi üçün ideal vaxt 18:00-dur. Bu saatda mədəaltı vəz, qaraciyər yaxşı işləyir. Saat 19:00-dan sonra isə orqanizm tənbəlləşməyə başlayır. Saat 20:00-dan sonra orqanizm qəbul etdiyi yağları toplamağa başlayır. Artıq 21:00-dan sonra istirahət zamanıdır. Bu saatdan sonra yemək yemək məsləhət deyil. Çünki qəbul edilən qidalar həzm edilmir və səhərə kimi mədədə qalır. Saat 23:00-dan sonra yuxu saatıdır. Professorun sözlərinə görə, gecə saatlarında işləyənlər daha çox xəta edirlər. diqqət son dərəcə azalır. Gecə saatlarında stress hormonu sürətlə artmağa başlayır.