Keçmişdə yaşanan narahatlığın bu günə təsirləri hansı formada reallaşır? Gündəlik problemlərin keçmişdəki bir travma ilə əlaqəsi varmı? İnsanın bu gün yaşadığı problemlərə səbəb olaraq, yaxın ya da uzaq keçmişdə yaşadığı neqativlikləri göstərməsi, problemin mənbəyinə çatmaq üçün kifayət edər? Belə bir şüura sahib olmaq problemin çıxış yolu kimi ola bilər? Və ya bu vəziyyətdə əksinə fərdin hazırda qarşılaşdığı çətinliklərin mənbəyi keçmiş yaşadığı proseslərdə gizlənmiş ola bilər? Mövzu ilə əlaqədar bu və digər sualların cavablarını vermək, əhatəli klinik dəyərləndirmə tələb etsə də problem yaşayan insanın fərqində olduğu əsl reallıq keçirdiyi acı (ağrı) hissidir. Ən az fərqində olduğu və ya qətiyyən başa düşmədiyi isə bu acını niyə yaşadığı və ya niyə bunu sonlandıra bilməməyidir. Yaşanılan problemin davam etməsinin səbəbi travmatik təsirin davam etməsidir. Başqa sözlə, yaşanılan travmatik hadisə və ya hadisələrin yaratdığı mənfi duyğu beyində ehtiyat halında toplanan yer olan limbik sistemdən kənara çıxmır. Biz hazırki psixoloji problemimizə səbəb olan vəziyyəti ümumilikdə başa düşə bilmərik. Sadəcə yaşadığımız mənfi ruhi vəziyyətin fərqində olarıq. Keçirdiyimiz ruhi vəziyyət bizə hansı formada duyğu yaşatsa da (narahatlıq, qorxu, günahkarlıq, gərginlik, sıxıntı və s.) bu duyğunun gündəlik yaşadığımız hadisələrdə olduğu kimi konkret və bəlli səbəbi yoxdur və ya belə görünsə də yaşadığımız duyğunun şiddəti qeyd olunan səbəblərdən dolayı qarşılaşdırıldıqda şişirdilir. Problemlə əlaqədar "niyə belə hiss edirəm və niyə daimi olaraq bu hiss təkrarlanır?" sualı gündəmə gəlir. "Narahatlıq niyə keçmir?","nə etsəm də sıxıntımı özümdən uzaqlaşdıra bilmirəm","Həyatımda müsbət hadisələr çoxdur, amma mən çox depressiv hiss edirəm","həkimlər heç bir səbəb tapa bilmədi, amma kürəyimdə dəhşətli gərginlik var" kimi ifadələri psixoloji narahatlığı olan insanlarda tez-tez eşidə bilərik. Vəziyyəti belə ifadə edə bilərik; yaşadığımız mənfi duyğu və orqanizmimizin duruma müvafiq dəyişməsi həyat dövrlərində yaşadığımız travmatik hadisələrin nəticəsində yığılmış duyğuların oyanmasıdır. Bu vəziyyəti yığılmış duyğuların xatırlanması şəklində də ifadə edə bilərik. Keçmişdə yaşadığımız mənfi hadisələr sadəcə piktoqrafik və audial olaraq xatırlanmır, duyğular da xatırlanır. Piktoqrafik olaraq beynimizə gəlməyən və ya xatırlamadığımız mənfi bir hadisənin duyğusu xatırlana bilər. Buna görə də "niyə belə pis hiss etdiyimi (sıxıntılı, boş, narahat, depressiv, istəksiz, yorğun, tükənmiş, günahkar və s.) bilmirəm, amma belə hiss edirəm" ifadələri tez-tez eşidilə bilər. Psixoterapiyada müxtəlif formalarda mənfi ruhi vəziyyətləri yaşamağımıza səbəb olan mövzular müəyyən bir sistem daxilində korrektə olunur. Bu iş prosesində şikayət olunan simptomlar addım-addım aradan qalxmağa başlayır. Travmanın təsirləri və travmanın aradan qaldırılması Travma nədir? Fiziki və psixoloji bütünlülüyümüzə təsir göstərən hər bir hadisə travmadır. Həyatımıza, orqanizmin daxili bütünlüyünə, inanc sistemimizə, sevdiklərimizə yönəlik mənfi hallar vardır. Travma, heç gözləmədiyimiz anda və nə etsək də qətiyyən hazır olmayacağımız bir tərzdə, bütünlük və davamlılıq kimi, varlığımızı əmanət etdiyimiz əsas həyat referanslarımıza enən ani bir zərbədir. Bizi keçmişimiz və gələcəyimizdən (təsirindən asılı olaraq) müəyyən bir müddət üçün ayıran zamansızlıq vəziyyətidir. Ayrılma və boşanma, iş itkisi, ailədaxili şiddət, təcavüz, maşın qəzası, ani xəstəlik, fiziki qüsur və ani ölümlər şəxsi travma siyahısına aid edildiyi halda, müharibə, terror, təbii fəlakətlər, böyük miqyaslı ekonomik krizlər sosial travmalar başlığı altında toplanır. Sosial travmanın yaratdığı təsir barəsində, ən çox risk altında olanlar ardıcıl, zərər görənlər, şahid olanlar və təsadüfən xilas olanlardır. Müdaxilə edən mütəxəssislər, polis, əməliyyatçı qruplar, dostlar, ailə yaxınları daha az da olsa yenə də travmanın təsirini yaşayacaq risk qruplarıdır. Keçmişde başqa bir fəlakətin qurbanı olanlar, ailə problemləri olanlar, yaxın keçmişində itki yaşayanlar, sosial əlaqələri qüvvətli olmayanlar, psixosisoal narahatlıqlar yaşayanlar və ya xroniki bir xəstəliyi olanlar, travmanın təsirini ən ağır formada yaşama riski olan qruplardır. Travmadan sonrakı dövrdə yaşanan reaksiyalar Duyğusal reaksiyalar: şok, kədər, narahatlıq, günahkarlıq, sıxıntı, qorxu, neqativizm, donuqluq, həddindən artıq əsəbilik, çarəsizlik, özü kimi hiss etməmək və keçmiş travma, itkilərin yenidən xatırlanması ilə verilən davranış formalarıdır. Uşaqlarda qorxu və narahatlıq daimi olaraq müşahidə olunan reaksiyalardır. Qorxu insan həyatını təhdid edən hər hansı bir təhlükə qarşısında verilən normal reaksiyadır. Uşaqlar ümumilikdə hadisənin yenidən təkrarlanmasından, ölümdən, ailəsindən ayrılmaqdan və ya yalnız qalmaqdan qorxa bilərlər. Real hadisənin stimullaşdırdığı qorxularla yanaşı öz xəyal güclərinin istehsal etdiyi qorxular da yaşaya bilirlər. Koqnitiv reaksiyalar: inanmamaq, düşüncə və diqqət dağınıqlığı, unutqanlıq, bəzən intihar düşüncələri, çarpaz və ya ümumiləşdirməyə bağlı (hər şey və hamı pisdir kimi) düşüncələr tez-tez dəyişən imajlar, hadisəylə bağlı görüntülər və hadisəni yenidən yaşamaq bu cür reaksiyalar arasındadır. Fiziki reaksiyalar: baş və sinə ağrısı, mədə qıcqırmasə və ya bulanması, bradikardiya və taxikardiya, səsə qarşı həssaslıq, iştahın artması və ya əksinə azalması, davamlı yorğunluq, nəfəs darlığı və asan xəstələnmək kimi fiziki reaksiyalar əslində bədənizimizin travma qarşısında bir növ özünü ifadə etmə vəziyyətidir. Bihevioral reaksiyalar: yuxu və yemə pozuntuları, sosial mühitdən uzaqlaşma, özü ilə maraqlanmamaq, daxilə qapanma, alkoqol və maddə istifadəsi, qaçma davranışları, danışmamaq, diqqətsizlik və dağınıqlıq, davamlı eyni şeylə məşğul olmaq, heç bir şey olmamış kimi davranmaq, travma qarşısında göstərilən bəlli davranış formalarıdır. Uşaqlarda ən çox müşahidə edilən problemlər yuxu saatları ilə bağlı olanlardır. Yatmamaq istəyə bilərlə, yuxuya keçiddə problem yaşayarlar, gecələr tez-tez ayıla bilərlə və ya kabuslar görə bilərlər. Belə vaxtlarda uşaqların valideynlərinə yaxın olmağı istəmələri və valideynlərin də uşaqlarını yanlarında istəmələri NORMALDIR. Uşaqlar stress altında daha kiçik yaşlarda etdikləri davranışlara (altını islatma, anasından yapışmaq, barmaq əmmək) geri qayıda bilər. Qısa müddət ərzində belə davranışların müəyyənləşməsi normaldır. Valideynlər bu davranışlar qarşısında həddindən artıq reaksiya göstərdiyi təqdirdə, daha da uzun müddət davam edə bilər. Hər növ sosial travma bizin yaxşı, təhlükəsiz və yaşamağa dəyən bir dünyaya olan inancımızı zədələyir və bizi qarışıq vəziyyətlə qarşı-qarşıya qoyur. "Nə baş verdiyini anlamıram","nə edəcəyimi bilmirəm","hamı hardadı?" kimi reaksiyalar terror, təbii fəlakət kimi sosial travmalarda ortaya çıxan reaksiyalardır. Travmaya birbaşa məruz qalanlar qədər, onlara kömək etmək üçün gedənlər də "kömək edə bilərəm, edəcəyim çox şey var" ilə başlayıb bir müddət sonra özlərini "hər şey çox pisdir, etdiyim heç nəyin mənası yoxdur" deyə hiss edərkən tapa bilərlər. Necə aradan qaldıra bilərik? Davamlılıq və bütünlük duyğunuzu bərpa etmək üçün, Məlumatlanmaq, kiçik amma realladıra biləcəyiniz məsuliyyətlər/rollar əldə etmək, əsla sosial əlaqələrinizi itirməmək, güvəndiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq və bunu qətiyyən unutmamaq: verdiyiniz reaksiyalar normal insanların anormal vəziyyətlər qarşısında verdiyi tipik reaksiyalardır. Siz deyil, başınıza gələn vəziyyət ANORMALdır! Fiziki baxımdan güclü ola bilmək üçün özünüzü qətiyyən unutmayın və yaxşı qidalanın. İStirahət etmək üçün özünüzə vaxt verin. İdmanla məşğul olmaq stressi azaltmağın ən yaxşı yollarından biridir. Alkoqol və maddədən uzaq olun. Duyğusal baxımdan özünü ələ almaq üçün, Duyğusal baxımdan yaxın gələcəkdə sizi nələrin gözlədiyini bilin və məlumatlanın. Yaşınızı yaşamaq üçün özünüzə icazə verin, güclü görünmək üçün cəhd göstərməyin. Sizi anlayan və dəstəkləyən insanlarla əlaqənizi kəsməyin. Ətrafınızdan və ya lazım gələrsə mütəxəssisdən dəstək alın. Narahatlığınızı paylaşın. Düşüncələrinizi toparlamaq üçün, Göstərdiyiniz reaksiyaları normal qəbul edin. Başınıza gələnin sizin nəzarətiniz xaricində olduğunu və nə etsəniz də bu kimi vəziyyətlər qarşısında hazır olmayacağını unutmayın. Ümumiləşdirmə etməkdən qaçın (bu sadəcə sizin və ya yaxınlarınızın başına gəlmədi və gəlməyəcək). Davranışlarınızı nəzərdən keçirin: Həyatınızı nizamlamaq lazımdır. Prioritetlərinizi dəyişə bilərsiniz. Sizin üçün mənasız olan və etmək istəmədiyiniz şeyləri sıradan çıxara bilərsiniz. Sizin üçün əhəmiyyətli olan insanlarla daha çox görüşüb, daha dərin münasibətlər yarada bilərsiniz.Bu günü yaşamağa xüsusilə çalışın. Uşaqlara bu mövzu ilə əlaqədar kömək etmək üçün... Hər şeydən əvvəl, qorxu və narahatlıq daxilindəki uşağı başa düşmək çox əhəmiyyətlidir. Uşaqlar qorxuları mənasız və ya həddindən artıq gördüyü təqdirdə, başa düşülmədiyi hissiylə utanıb, imtina olunmuş və istənilmir kimi hiss edə bilər. Bu da nəticədə qorxularını daha da artırır. Buna görə də uşağınızı dinləyin və danışması üçün onu cəsarətləndirin. Bəzən yetkin şəxslər daha da pis təsirlənir deyə uşaqların danışmasından və ya onların yanında danışmaqdan çəkinə bilərlər. Ailənin digər fərdlərinin danışmalarını dinləmək, duyğu və düşüncələrinin qəbul olduğunu eşitmək belə uşaqları rahatladır. Travmatik hadisələr qarşısında bəzən valideynlər özləri də qorxduqları üçün uşaqlarını rahatladıb sakitləşdirəcək gücü özlərində tapmaya bilərlə. Bu kimi vəziyyətlərdə övladınızdan duyğularınızı gizlətmətə çalışmaq əvəzində anında paylaşmağınız, övladınızın da öz hisslərini rahatlıqla paylaşması üçün fürsət yaradır. Övladınızı rahatladacaq sözləri tapmadıqda "qorxduğunu bilirəm","bu qorxuducu bir duyğudur" kimi cümlələrlə duyğularınızı əks etdirməyiniz daha çox faydalı olacaq. Bu duyğuların "normal" olduğunu eşitmək belə olduqca rahatlıq vericidir. Stressli vaxtlarda ailənin biryerdə qalması son dərəcə vacibdir. Belə vaxtlarda uşaqların tərk edilmə və qoruna bilməmə qorxuları dərhal hərəkətə keçdiyi üçün hadisənin üstünə onların mümkün olduğu qədər yanında olmağınızda fayda var. Sadəcə sözlərlə deyil, etdiklərinizlə də uşağınıza güvən vermək vacibdir. "Hamımız birlikdəyik və bizə heç nə olmadı" mesajı, övladınıza duyğusal güvənlik hissi verəcək. Həmçinin gün ərzində övladınızla daha çox vaxt keçirib, onunla oynasanız, gecə daha təhlükəsiz hiss edəcək. Uşaqların yatma və yuxu problemləriylə bağlı olaraq, bir müddət üçün müəyyən qədər elastik davrana bilər. Məsələn, övladınız danışmaq istəyirsə, normaldan daha rahat davranıb çox uzun müddət sizinlə söhbət etməsinə icazə verə bilərsiniz. Lakin bu davranışlara da məhdudiyyət qoymaq vacibdir. Normal rutində edilən dəyişikliklərin (valideynlərin otağında yatmaq kimi) bir neçə gün ərzində normal vəziyyətə qyıtması lazımdır. Uşaqla birlikdə bu rutinə qayıdış günü (3-4 gündən uzun olmamaq şərtiylə) üçün anlaşılmalı və həmin gün gələndə razılığa sadiq qalınmalıdır. Mümkün olduğu qədər tezliklə gündəlik yaşantıya və evin ümumi nizamına qayıtmaqda fayda var. Xüsusilə, kiçik uşaqlarda (məktəbəqədər) rutinlərini pozmamaq üçün vacibdir. Daha böyük uşaqlardan gündəlik mümkün həyata qayıtmaqda (yemək hazırlamaq, süfrə hazırlamaq kimi) kömək istənilə bilət. Uşaqlar təqdir görməyi çox sevirlər. Əsasən də bu kimi kritik vaxtlarda mənfi, yaşlarına uyğun olmayan davranışlarına fokuslanmaqdansa, müsbət davranışlarını vurğulamaqda fayda var. Məktəbə getməyə çətinlik çəkən uşaqların mütləq şəkildə məktəbə göndərilməsi lazımdır. Bu mövzuda məktəb rəhbərlərinin dəstəyi istənilə bilər. Simptomları nə vaxt ciddiyə almaq lazımdır və professional kömək istəməlisiniz? Real bir təhlükəylə qarşılaşıb və ya fiziki zərər görmüş və ya buna birbaşa şahid olmusunuzsa, bu əsnada həddindən artıq qorxu, çarəsizlik və dəhşət hiss etdinizsə, Hadisəylə bağlı xatirələriniz tez-tez təkrarlanırsa,Tez-tez kabus görürsünüzsə,Bəzən hadisə yenidən olurmuş kimi hiss edir və davranırsınızsa,Hadisəni yaradan hər şeyə qarşı həddindən artıq hıssaslıq və reaksiya göstərirsinizsə,Hər şeyə qarşı marağınızda əhəmiyyətli azalma vardırsa,İnsanlardan uzaqlaşır və yadlaşma hiss edirsinizsə,Bu simptomlar hadisədən 1 ay keçdikdən sonra da davam edirsə,Bu simptomlar şəxsi, sosial və professional həyatınızda pozulmalara səbəb oldusa. Bir çox valideynlər uşaqlarının qorxuları və narahatlıqlarının öhdəsindən gəlmələrinə kömək ola bilər. Lakin kömək edə bilmədikləri vaxt bu onların uğursuzluğu deyil. Övladınızın həddindən artıq narahat olduğunu gördüyünüz təqdirdə vaxtında professional yardım alaraq problemin böyüməsinə mane olduğunuz kimi normala qayıtma müddətini də sürətləndirmiş olursunuz Yuxu problemləri bir neçə gecədən artıq davam edərsə,Sizə həddindən artıq asılı vəziyyətə gələrsə və bu davranışı davam edərsə,Qorxuları azalmaq əvəzinə gedərək artarsa, professional yardım almağınızda fayda var. Nərmin Quliyeva - Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi
Sərin hava var idi. Qonaqlar toplaşmışdı. Yaxın ailə, deyib-gülən üzlər... Hər yaşdan adam var. Ən böyüyü 50-55 yaşlı orta kişi, ən kiçiyi 17 yaş. Birdən kişi uşağa gülümsəyərək dedi: “Yemək bişirməyi, çay süzməyi də öyrən. Ərə gedəndə bilməlisən. Söyməsinlər bizi”... Bir anlıq düşündüm bu qədər bəsitmi hər şey, bir qızın həyatı bir çay dəmləməyə bağlıdırmı? Budur yerə-göyə sığdırmadığımız ağsaqqal tövsiyəsi? Psixoloqlara görə, evlənən cütlüklər bir-birlərinə dost, yoldaş, dərddaş olmalıdır. Seçim zamanı bu xüsusiyyətlər ön planda tutulmalıdır. Bəs bu zehniyyətin açıqlaması nədir? Kimsə demir iş bilməsin, öyrənməsin. Amma hələ evlənmək istəyən şəxs sevgidən, əxlaq, həyat yoldaşından öncə sadəcə bir qadını qulluqçu kimi görmək, arzulamaq doğrudur? Bəs hanı müsbət keyfiyyətlər? Haradadı düzgün insan? Qızın yaxşılığı onun işindənmi bəllidir? Müasir zaman desək də qalmışıq daş dövründə... Yəni “iş bilməsə söyəcəklər” düşüncəsi hansı qəbildən insanın məntiqidir? Niyə evlilik bu qədər ucuz, qadın bu qədər dəyərsizləşib? Belə nəticə çıxara bildim ki, təhsilin, xanımın öz üzərində çalışması, valideynə, dövlətinə layiqli şəxs olması bir ütü bilməməsi ilə silindi. Bir səhv nəinki 3, hətta ömrünü dəyərsizləşdirməyə kifayət etdi. Məncə bu zehniyyətlə psixoloqlar belə bacara bilməz. Şəhanə Quliyeva
Uşaqlıq və yetkinlik dövründə yaşanan psixiatrik və psixoloji problemlərdə lazımlı vəziyyətlərdə uşaq-yeniyetmə psixoloq yardımı çox əhəmiyyətlidir. Yeniyetməni anlamanın, yeniyetmə valideyn əlaqəsinin sağlıklı olması üçün önəmli faktordur. Amma yeniyetməlik dönəmində yaşananlar yeniyetmə üçün nə qədər çətindir. Təəssüf ki, valideyn üçün də çətindir. Ana-ata üçün də artıq bəzi şeylər dəyişdirmişdir. Kiçik uşaqları artıq böyümüş və öz ayaqları üzərində durabilmə, evdən ayrılma öz yuvasını və həyatını qurma yolunda böyük addımlar atmağa başlamışdır. Bundan sonra uşaqlarıyla əlaqələrində köhnə metodlar işə yaramayacaqdır və bir şeylərin dəyişmə zamanı gəlmişdir. Yeniyetmələrin bu formalaşma dönəmini sağlam bir şəkildə qarşılamalı və fərqində olmadan da olsa onların böyüməsi formalaşmasını əngəlləyəcək, onlara bağlı hala gətirəcək ya da uzaqlaşmasına səbəb olacaq davranışlar etməməlidir. Yeniyetmələrlə sağlam əlaqələr qurulmasına diqqət edilməlidir. Ana-ata münasibəti hansı yaşda olursa olsun uşaqlar üçün model təşkil etməlidir. Sevgi və hörmətə bağlı bir münasibət içərisində olan valideynlərin usaqlarında da sağlam münasibətlər qurmağı öyrənəcəklər. Yeniyetməni dinləmirsinizsə və hörmət göstərmirsinizsə, yeniyetmə də sizi dinləməyəcək. Ana-ataların sıxlıqla etdikləri, dinləməkdən və uşağın nə deməyə çalışdığını anlamaqdan çox, öz bildikləri doğruları onlara izah etməyə və istiqamətləndirməyə çalışmalarıdır. Bu şəkildə bir yanaşma yeniyetmədə anlaşılmadığı duyğusunu yaradacaq və qarşısındakı nə qədər doğru söyləsə də söyləsin dinləməməsinə qarşı çıxmasına və ya bundan sonra valideynlə bir şeyini paylaşmamasına səbəb olacaq. Tam tərsinə öncə onu anlamağa çalışmak, elədiyi bir xəta varsa bu nöqtəyə necə gəlindiyinə özünü ifadə etməsini təşkil edəcək bir mühit yaradılmalıdır. Dürüstlük çox əhəmiyyətlidir. Yeniyetmələr səmimiyyət və dürüstlük mövzusunda çox həssasdır. Heç bir yeniyetmə səmimi tapmadığı bir adama özünü çıxarmayacaq. Yeniyetmələr üçün gizlilik çox önəmlidir. Otaqlarının ayrı olması, qapıları döyülmədən içəri girilməməsi çox vacibdir. Bu qaydalar pozulduqda çox aqressiv olurlar. Bütün bunlara hörmət göstərilməsi (qaydalara) yeniyetməylə valideyn münasibətində hörmət və güvəni artırır. İçlərinə qapanmaq əvəzinə daha açıq, daha dürüst olurar. Valideynlərə düşən vəzifə gənckərin bu dövrünün yaşadıqlarının keçici bir dönəm olmasını görmək və soyuqqanlı yanaşmaqdır. Bu dövr keçicidir. Həm yeniyetmələr üçün həm də valideynlər üçün sancılı olması gözlənilən və təbii bir durumdur. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Yeni tədris ili yaxınlaşır. Bu isə yeni hisslər, yeni həyəcan deməkdir. Ümidvarıq ki, bu mövzu valideynlərin diqqətini çəkəcək. Bəyənin, bölüşün və mövzunu ətraflı araşdıraq. Məktəb bir çox uşaqlar üçün stress faktorudur: Tədris yükü;Məktəb proqramının mənimsənilməsində yaranan çətinliklər;Pedaqoqlarla gərgin münasibətlər;Qiymətlər, imtahanlar;Kollektivə uyğunlaşmamaq. Həyəcanlı uşaqlar bir çox hallarda nailiyyətlər əldə edir, müəllimlərin və məktəb rəhbərliyinin xoşuna gəlirlər. Lakin bütün bunların arxasında həyəcana qarşı aparılan gündəlik mübarizə dayanır. Uşaqlar tapşırıqların yoxlanılmasına və yenidən yoxlanılmasına, yoxlama işlərinə hazırlığa çox vaxt itirirlər. İmtahanlar yaxınlaşdıqda həyacanlı uşaqlarda bu cür simptomlar yarana bilər: həyəcanın vegetativ simtomları (tərləmə, taxikardiya və ya taxipnoe, epiqastral diskomfort, başgicəllənməsi, ağızda quruluq). İmtahanqabağı uşaqlar narahatlıq, gərginlik baş ağrıları, titrətmə kimi hisslər yaşayırlar. Gələcək uğursuzluqlardan daimi narahat olur, yaranan həyəcan isə diqqəti toplamağa maneə yaradır, bu isə özünü təhsildə göstərir. Məktəb həyəcanını ayırd etmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır: Məktəbə getməzdən əvvəl vegetativ əlamətlərin yaranmasına;Qiymətlərin aşağı düşməsinə;Təhsilə və əlavə məktəb məşğələlərinə marağın itməsinə;İmtahanlardan qorxuya;Lövhə qarşısında dərs danışmaqdan imtinaya;Dərsdən qaçmalar, aqressiv davranışa. Bəs nə etməli? Həyəcanın somatik səbəblərini istisna etmək üçün pediatra müraciət edin.Bu tədbirləri həyata keçirməyə çalışın: Mühitin dəyişdirin. Əgər məlum olsa ki, uşağa təhdid olunur və ya onlara qarşı ədalətsizlik edilir, o zaman rəhbərliyə şikayər edin və ya başqa məktəb axtarın. Çünki məktəbə qarşı başlayacağınız “müharibə” uşağa daha çox neqativ təsir göstərəcək. Uşağın hobbi və ya digər maraqlarına dəstək olun.Digər dərs məşğələsi formalarından istifadə edin (məsələn, repetitorla hazırlaşma). Əgər simptomatika aradan qalxmazsa, medikamentoz müalicə göstsərişdir.(həkimtap.az)
Louise L. Hay tərəfindən yazılan “Düşüncə gücü ilə müalicə” adlı kitab sahib olduğumuz narahatlıqlara fərqli yöndə baxmamızı bizə öyrədir. Qeyd edilir ki, yaşadığımız əksər bədənsəl problemlər əslində daxildə keçirdiyimiz narahatlıqlar səbəbilə baş verir. Əgər düşüncələrimizi,emosiyalarımızı düzgün idarə edə bilsək, fiziki cəhətdən də gümrah olarıq. Amerikada edilən araşdırmalar sonunda məlum olmuşdu ki,xronik xəstələrin əksəriyyətində ağır psixiloji problemlər var. Məsələn mədə problemləri, ağır stressdən, bel ağrıları həddən çox psixi yüklənmədən və.s yarana bilər. Unutmayaq ki,daxili aləmimizdə yaşadığımız hər 1 sıxıntı fiziki vəziyyətimizə də təsirsiz ötüşmür. İndi isə ən çox qarşılaşdığımız problemlər və onların psixoloji səbəblərinə nəzər salaq: Alergiyalar-İnsanlara qarşı kin,nifrət bəsləmə,öz gücünə inamsız yanaşmaqdan yarana bilər.Əgər biri ilə mübahisəniz varsa və bunu ciddi problem kimi qəbul edib o insana qarşı mənfi emosiyalar bəsləyirsizsə bədəndə reaksiyalar özünü göstərir. Alkoqolizm-özünü qəbullanmama, yararsızlıq ,günahkarlıq kimi duyğuların hökm sürdüyü insanlar daha çox alkoqolizmdən əziyyət çəkirlər. İştahsızlıq- Səbəbləri rədd edilmə, insanlar tərəfindən qəbul edilməmə kimi qorxulardır.Əgər həyata qarşı böyük qorxularınız varsa və həyatınızdan razı deyilsinizsə o zaman bu problemlə qarşılaşmağınız normaldır. Artıq çəki problemi-həyatdan qorxma, başqaları tərəfindən incidilmək və duyğularından qaçmaq istəyənlər bu problemi yaşayırlar. Yüksək Hərarət(Qızdırma)-Əsasən aqressiv,əsəbi insanlarda rast gəlinir. Həyatınızda həmişə qəzəbi hissini ön planda saxlayırsızsa tez-tez xəstələnmə halları yeterincə normaldır. Baş ağrıları,baş gicəllənmələri-özünü günahlandırma,qorxu,qərarsızlıq,dağınıq fikirlər bu problemlərə səbəb olur. Bayılmalar-burada da qorxular mühim rol oynayır.Problemli həyat tərzi keçirən insanlarda daha çox müşahidə edilir.İnsan nələrinsə öhdəsindən gələ bilməyəcəyini çox fikirləşdikdə də bu hal yarana bilər. Unutqanlıq,yaddaş zəifliyi-özünü idarə edə bilməmə qorxusundan yaranır. Boğaz ağrıları,badamcıqların iltihabı-bu problemlər ən çox söyləmək istədiklərini söyləyə bilməyən, başqa sözlə desək “hər şeyi içinə atan” insanlarda daha çox görülməkdədir. Boyun ağrıları-həyata yalnız bir istiqamətqə baxmaq.Yəni həyatın yaxşı və pis tərəflərini eyni anda görmək istəməyən,tərs insanlar bu ağrılardan ən çox əziyyət çəkənlər sırasındadırlar. Bronxit-hüzursuz bir ailə,iş çevrəsində olanlar daha çox əziyyət çəkirlər. Burun axması-əsasən daxili iztirab yaşayan insanlarda bu hal görülür. Bu sanki o insanların fəryadı,kömək diləmək formasıdır. Qulaq ağrısı-qəzəb,başqalarını dinləmək istəməmə.Bəzən mübahisələrin çox olduğu ailələrdə olan uşaqlar da bu problemdən əziyyət çəkirlər. Migrenlər-Mükəmməl olmaq istədiyi üçün özünə qarşı aşırı qəzəb duyan insanlarda daha sıx görünür. Həyatında baş verənləri qəbullanmama,cinsəl qorxular da səbəb ola bilər. Mədə problemləri-yeni bir şeyləri qəbullanmaqda çətinlik çəkən insanlarda rast gəlinir. Davamlı öskürək-bu insanlarda sanki dünyaya qışqırıb “mən də varam”, ”məni də dinləyin” kimi psixoloji problemlər olur. Bel ağrıları-həyatdan maddi, mənəvi dəstək almaq istəyən insanlarda görülür. Beləki belin aşağı tərəfində olan ağrılar pulsuz qalmaqdan qorxmaq, kimlərdənsə maliyyə dəstəyi gözləyərkən,orta hissədə olan ağrılar günahkarlıq hissindən əziyyət çəkərkən, belin üst hissəsindəki ağrılar isə duyğusal köməyə ehtiyac duyulduğu,sevilmədiyini hiss etdiyi zamanlarda yaranır. Diş ağrıları,diş əti problemləri-qərarsızlıq və ya verilən həyati qərarlandan peşmanlıq hissi keçirdərkən daha çox rast gəlinir. Dodaqda olan uçuqlar-Özünü və başqalarını davamlı olaraq tənqid edən,”hamıda hər şey pisdir” fikrinə alışıq olan və ya inciyən, qayğı əksikliyi yaşayan insanlar mütəmadi bu problemlə rastlaşırlar. Nuray Lətifzadə
Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və naraht uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər. Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi, sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır. Təşviş pozuntusu olan uşaqlarda yuxu və diqqət pozuntusu, baş ağrıları, qarın ağrısı kimi müxtəlif fiziki şikayətlər də tez-tez görünür. Təşviş pozuntusu olan uşaqlar həmçinin ailədaxili və ictimai əlaqələrdə, gündəlik həyatda əhəmiyyətli çətinliklər yaşayırlar. Təşviş pozuntuları olan uşaqların demək olar ki, hamısının valideynlərində və ya yaxın qohumlarında bənzər təşviş pozuntuları və şəxsiyyıt xüsusiyyətləri vardır. Valideynlərin təşviş pozuntuları uşaqlara müxtəlif cəhətdən təsir edir. Genetik cəhətdən narahat şəxsiyyət xüsusiyyətləri uşaqlara gen vasitəsilə ötürülməklə, bu cür psixiatrik problemlərə bioloji cəhətdən uyğun olaraq dünyaya gəlməsinə şərait yaradır. Digər tərəfdən narahat valideyn tərəfindən yetişdirilmək uşaqlarda təşviş pozuntularının ortaya çıxmasını asanlaşdırır. Məsələn, uşağının özündən ayrı uzaqlaşmasına və ya ayrı qalmasına icazə verməyən, bu cür vəziyyətlərdə davamlı olaraq həddindən artıq bir qayğı göstərən ananın uşağına verdiyi mesaj, ətraf mühitin etibarsız və təhlükəli olmasıdır. Belə bir uşaqda kökündə ayrılıq qorxusu dayanan təşviş pozuntularının inkişaf riski daha yüksəkdir.(psixotest.az)
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir. Bu təyinata əsaslanaraq ailə psixoterapiyası haqqında 3 aspekti təyin etmək olar: 1.Ailə mühitinin optimallaşdırılması 2.Qrup terapiyasının tətbiqi ilə psixi və davranış pozuntusundan əziyət çəkən pasiyentə psixoloji təsir. 3.Psixi sağlam şəxslərin ailə münasibətlərinin normallaşdırılması Üçüncü aspekt tibbi problem çərçivəsindən kənara çıxır və ailə konsultasiyası kimi dəyərləndirilir. Ailə psixoterapiyasının mərhələləri: Psixodiaqnostika ("ailə diaqnozu"nun qurulması)Ailə uyğunsuzluğunun psixoterapevtik mexanizmlərinin qavranılmasıŞəxslərarası münasibətlərin yenidən qurulmasıAilənin fəaliyyətində yenidən formalaşdırılmış ailədaxili münasibətlərin reallaşdırılması.(pcc.az)
Obsessiv - kompulsiv pozuntu (OKP) daha çox vəsvəsə adı ilə tanınan narahatlığın məntiqsiz olduğu bildindiyi halda istənilmədən təkrar-təkrar ağıla gələn və zehindən uzaqlaşdırıla bilməyən düşüncələr (obsessiyalar) və bu düşüncələri zehindən uzaqlaşdırmaq ya da düşüncələrin verdiyi sıxıntını azaltmaq üçün təkrarlamaq məcburiyyətində hiss edilən hərəkətlərdir(kompulsivlər) . Demək olar ki, bir çox insanda hərdən məntiqsiz olan və onu narahat edən düşüncələr yaranır. Bununla belə obsessiv-kompulsiv pozuntuya səbəb olan həmin şəxsin bu düşüncələrlə əlaqəli rəyidir. OKP-də fərd bunu zehində lazım olan bir düşüncə olaraq görür, bu düşüncənin ortaya çıxmasından özünü məsuliyyətli hiss edir və bu düşüncənin ortaya çıxmasının özü ilə əlaqəli bir mənası olduğunu düşünür. Məsələn namaz qılarkən ağlından bir söyüş keçdikdə “Bunu ağlımdan keçirtdiyimə görə mən imansız biriyəm” deyə düşünür. Burada düşüncə və hərəkət bir-birinə qarışır və aradakı sərhəd yox olur.Bu andan sonra şəxs bu düşüncələrinə qarşı bir tədbir görməyə çalışır. Beləliklə qaçış davranışları(düşünməməyə çalışmaq) ya da təkraredici davranışlar(tövbə etmək) başlayır. Bu vəziyyət isə tam tərsinə həm obsessiyaların çoxalmasına səbəb olur,həm də obsessiyalara dair görülən tədbirlərin sıxlığı və sayı artır. Məsələn çirklənmək və xəstəliyə tutulmağa qarşı obsessiyası olan bir şəxs ilkin vaxtlarda sifon və unitaza toxunduqdan sonra əllərini 2 dəfə yuyarkən, bu say hamamda keçirtdiyi müddətdə get-gedə artır.Bir müddət sonra krana toxunduqdan sonra ən az 3 dəfə əlini yumağa və qapıları yaş dəsmal vasitəsi ilə açmağa başlayar. Obsessiv -kompulsiv pozuntunun psixiatrik dərman müalicəsindən əlavə ən təsirli şəkildə müalicə olunduğu üsul KDT,yəni Konqnitiv Davranışcı Terapiyadır. Bunun səbəbi KDT-nin şəxsə funksional olmayan düşüncə,hiss və davranışları barəsində müəyyən bir fərqindəlik qazandırmaq və təkrarlanan, qaçmağa əsaslanan davranışları istiqamətlənmək əvəzinə obsessiv düşüncənin yaratdığı sıxıntıya dözməyə “öyrəşdirməkdir”dir. Konqnitiv Davranışcı Terapiya da ilk addım psixoloji savaddır, yəni xəstəliyin konqnitiv modelinin problemini pasiyentə öyrətməkdir. “Bu düşüncə sizi narahat edir, çünki onun təhlükəli və zehninizə yer almamalı olan bir düşüncə olduğunu düşünürsüz. Amma əslində isə bu bir obsessiyadır və hər hansı bir mənası yoxdur.”Danışan şəxsin bu düşüncələrlə əlaqəli inancları, fərziyyələri ələ alınaraq fərqli ehtimallar danışılır. Bu düşüncələrin hər insanda müşahidə edildiyi, onları düşünməməyə çalışmaqla əksinə beyinə sıx gəlməsinə səbəb olduğu izah edilir. Düşüncə və davranışların fərqli şeylər olduğunun üstündə dayanılır. Hər hansı bir adama nəsə deyib, sonra “bunu düşünməməyə çalış” desəniz həmin insan bu düşüncəni zehnindən uzaqlaşdırmağa çalışacaq, nəticədə o düşüncənin gəlməsi ehtimalı artacaqdır. Obsessiyaları təcrübə edən şəxs də o düşüncələri zehnindən uzaqlaşdırmağa çalışır,bununla belə düşüncələr təkrar-təkrar ağlına gəlməyə davam edir. KDT-də obsessiv-kompulsiv pozuntusu olan şəxsə düşüncələri sərbəst buraxmasını,gəlməsinin qarşısını almaq üçün heç nə etməməsini deyirik. İlk əvvəl sıxıntının olmasına baxmayaraq ,müəyyən müddət ərzində bu sıxıntıya “öyrəşəcək” və “öyrəşdikcə də sıxıntı azalacaq”dır. Yoxsa qaçma davranışları etdiyi müddətdə sıxıntısı davam edəcək. Daha sonra həmin şəxsdən seanslarda, həm də seans aralıqlarında obsessiyaları və kompulsiyaları müşahidə edərək siyahıya qeyd etməsi istənilir. Bu siyahıdan hər bir hərəkətlə obsessiya və kompulsiyanın yaratdığı sıxıntı müəyyənləşdirilir.Eyni zamanda bu təkrarlayıcı düşüncələrin üstündə işləyərək onların reallıqda ortaya çıxma ehtimalları və alternativ ehtimalları ələ alınır. Danışan şəxs obsessiyalar və kompulsiyalarla əlaqəli funksional dəyərləndirmələr etməyə başladıqda öyrəşdirilmə və reaksiya verməyin qarşısını almağı əks etdirən davranışcı tapşırıqlar planlanır və tətbiq edilir. Öyrəşdirmə pasiyentin qorxuduğu vəziyyət və ya obyektlərə sistematik,nəzarətli şəkildə real həyati situasiyalarda və ya xəyalən məruz qalmasıdır.Reaksiyanın qarşısının alınması isə düşüncəyə məruz qalan zamanı qaçmaq davranışları və ya kompulsiv hərəkətlər edilməsinin qarşısının alınmasıdır. Məsələn evdən çıxmazdan əvvəl elektrik cərəyanını 15 dəfə yoxlayan bir şəxsə ilk əvvəl 15 dəfə əvəzinə 10 dəfə və get-gedə daha az yoxlaması deyilir. Planlanan şəkildə elektrik cərəyanını 10 dəfə yoxlayıb evdən çıxmağı tədricən 5 dəfə yoxlayıb çıxmağı sonra 2 dəfə yoxlayıb çıxmağı və 1 dəfə yoxlayıb çıxmaqla azaltmağına dair addımlar atılır.Burdakı məqsəd şəxsin vərdişinin qarşısı alanda aktivləşən obsessiyalarının yaratdığı sıxıntıya dözməsini təmin etməkdir.Hər atılan addımda sıxıntı səviyyəsi azaldıqca, növbəti addıma keçilir. Müalicə müddətində ilk olaraq daha yüngül fərizyyə və inanclar(məsələn: Bu düşüncələr ağlıma gəldiyi üçün mən çox pis biriyəm), sonra isə daha dərinlərdəki xətalı inanclar(məsələn: Təmiz olmasam bəyənilməyəcəm, mükəmməl olmasam müvəffəqiyyətli ola bilməyəcəm.) və üst konqnitiv (metakonqnitiv) inanclar (məsələn: Vərdiş etdiyim davranışları etməsəm hər şey pisləşəcək, ağlımda duaları təkrarlamasam imanımı və ağlımı itirəcəm) uyğun hala salınmaq üçün psixoterapevtin pasiyentlə birlikdə fəaliyyət göstərməsi lazımdır. Obsessiv -kompulsiv pozuntu təkrarlanan və fərqli obsessiv və kompulsiv əlamətlərlə yenidən ortaya çıxan psixiatrik narahatlıqdır. Bu əlamətlər şəxsin hissi dəyişkənliyi və stresi ilə yenidən aktivləşə bilər. Bu səbəbdən sağalma müddəti və qazanılanların qorunması üçün narahatlığın yenilənməsinin qarşısını alan metodların müalicəyə əlavə edilməsi lazımdır. Bu müddətin psixoterapevt və pasiyentin birlikdə müəyyənləşdirə biləcəkləri fasilələrlə davam edən, terapiya seanslarında planlaşdırılması və seanslar arasında da metodların tətbiq edilməsi vacibdir. Tərcümə etdi: Nərmin Şahmarzadə
İlk təəssürat hər vaxt əhəmiyyətlidir. İş görüşmələrində də... Bəlkə də qapıdan girdiyimiz ilk anda, o bir neçə saniyədə insan qaynaqları mütəxəssisləri bizimlə əlaqədar qərarlarını verir. Jestlər, mimikalar, bədən hərəkəti, əli necə sıxdığınız ilk təəssüratların meydana gəlməsinə köməkçi olur.Bir adamı ilk gördüyünüzdə əldə etdiyiniz anlıq təəssüratın, o adamı qiymətləndirməmizdə daha sonrakı mühakimə təməlini meydana gətirməsinə də «halo təsiri» deyilir. Yəni qarşınızda bu təsirin altında qalan birisi varsa ən başda təsir etdiniz, etdiniz. Yoxsa işiniz çətindir. Bir insanın sahib olduğu müsbət ya da mənfi xüsusiyyətlərinin, onunla əlaqədar ümumi bir mühakimənin meydana gəlməsinə və digər xüsusiyyətlərinin də bu çərçivədə qiymətləndirilməsinə halo təsiri deyilir.Jest, mimika, bədən hərəkəti və ya bədənə əks olunan psixoloji vəziyyətlər insanlarda ilk təəssüratların meydana gəlməsinə köməkçi olur. Başqa sözlə, halo təsiri ilk təəssüratların digərini qəbul etmədə əhəmiyyətli bir istinad nöqtəsi meydana gətirməsi mənasını verir. Əgər birisini ilk dəfə çox məlumatlı bir insan hesab etmiş isək, bu ön mühakiməmiz o adamın digər bütün əlaqələrində də qiymətləndirmədə ölçü olur. Yeni məlumatlar əldə etmədikcə, o insanı həmişə məlumatlı olaraq görməyin davamlı olması ehtimalı yüksək olur.
Ailənin möhkəmliyini sarsıdan digər şərtlərdən biri də cinsi tələbatların ödənilməməsidir . Şəxsiyyətin əsas sahələrinə arzu və istəklərinə, hisslərinə toxunulduğu hallarda ciddi konflikltlər geniş vusət alır. Ödənilməyən cinsi istək və arzuların olması konfliktli situasiyanın stabilliyini pozur və konfliktin baş verməsi imkanlarını artırır. Ümumiyyətlə ailədə cütlüklər arasında yaranan ciddi problematik situasiyaların maraqlı analizi onu göstərir ki, hər iki tərəf fərqli düşüncə tərzinə malik olduğundan fərqli davranış tərzləri də onları həyatiboyu muşayət edir. Bir -birlərindən fərqli münasibətlər gözləyən cütlüklər daxilində nələri isə umar amma onunla üzləşmədikcə peşmanlıq çəkərlər. Güclü cinsin nümayəndəsi intim sferada təmin olunmamasından şıkayətlənməsə də bunu şüuraltı mesajlarla ötürər, ailədə kiçik–kiçik konfliktlər yaradar. Hər nə səbəb olsa da belə onu təmin olunması əsas şərt olmalıdır deyə təkid edər, alınmasa da acığından min cür bəhanələrlə dava dalaş yaradar. Sadəcə bunun səbəbini dərk etməyən qarşı tərəf də bu incəliyi xırdalaya bilməyərək problemin səbəbini başqa yerdə axtarar. Bəzən də bir qisim qadınların cinsi tələbatları ödənilmədikcə şübhə və neqativ düşüncələrin həyacan təbili çalınmağa başlayar. “Görəsən niyə soyuyub məndən ?”, "deyəsən həyatında kimsə var", ”bəlkə zəifliyi var deyə bilmir” və ya “ailəsi ilə birgə dar evdə yaşam tərzi”, “uşaqdan sonra çox dəyişib”və.s kimi duşuncələr . Qadınlar əslində xəfiyyə obrazı kimi tanınırlar. Məhz buna görə də kişilərin heç onun özünə də məlum olmayan tərəflərini qadınlar duymalı və bəzi fəndləri də tətbiq etməyi öyrənməlidirlər. Kişilər qadınların, qadınlar da kişilərin imtiyazını qazanmağı bacarmalıdırlar. Təbii ki, frigid qadınlar istisna olmaqla bir çox qadınların daxilində gizli cərəyan edən yalnız cox vaxt dilə gətirilməyən və ailədə böyük ekstrimal şərait yaradan intim tələbatların ödənilməməsi problemi nevrotik pozuntulara səbəb olduğu halı kişilərə də birmənalı aiddir..Həqiqətən də toxunduğumuz movzuda konfliktlərin episentrini cinsi əlaqənın, intim münasibətlərin layiqli həyata keçməməsi təşkil edirsə bu halda qeyd etmək istərdim ki,kişilər bu situasiyalarda olduqca həssas olmalıdırlar. Qadınlarının istək və tələbatlarını(qarşılıqlı istək çərçivəsində, küsülü anı silmək üçün ilk addımlar ataraq və ya kritik günlər olmadığı zamanlarda ,zor tətbiq deyil də həzin sevgi yağışı ilə öpüşlərə xoş sözlərə qərq etməklə və.s) ödəməlidirlər. Qadınlar da (bir qismi ehtiyac olarsa bu mövzularda psixoloq və ya mütəxəssislərdən lazımı məsləhətləri alaraq), əsl sevimli qadın obrazında olmağı ,incə fəndlərdən istifadə edərək güclü cinsin nümayəndəsini məhz onların istədiyi və sevdiyi tərzdə təmin etməyi bacarmalıdırlar .Əslində ailənin təməli saglam arzu və istəklərin qovşağında qurularsa, bu halda onlar bir birlərini dəyişdirməyə deyil də bu zaman hər iki tərəf özündə cərəyan edən bu halların çözümünü özlərinin düşüncə zənginliyində axtarıb tapmalı, hisslərinə dəyər verərək qarşılıqlı anlaşma qovşağında stabil idarə olunmaqla tamamlanmalıdırlar . Gülər Məmmədova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Qoç – İşgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə, zəhmətinizi layiqli şəkildə mükafatlandırmağa hazırdır. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var.Dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam səhhətiniz pisləşə bilər. Buğa – Çox şey sizin başqalarının işinə vaxtında qarışmağınızdan, birbaşa sizə aidiyyatı olmayan problemlərin həllinə girişməyinizdən asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu gün dostlaşacağınız tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət edəcəklər.Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri məbləğdə pul ala bilərsiniz. Əkizlər – İşgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət edirsiniz.Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür. İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi dəstəkləməyə hazırdırlar. Xərçəng – Sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Düzdür, bəzi Xərçənglər özləri üçün problem yaratmağı bacaracaqlar. Amma eyni zamanda bunları elə özləri və çox uğurla həll edirlər. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan deyil.Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır. Şir – İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür.Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi zəhlənizi tökür. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar. Qız – Şərait elə də yaxşı deyil. Ancaq siz sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu, bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri gerçəkləşdirməyə başlamaq olar.Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən qaçmaq olar. Tərəzi – Müsbət tendensiyaların təsiri güclü olmasa da, siz qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu günün yalnız bir ciddi mənfi cəhəti var – istəklərinizə çatmaq asan deyil. Bu isə sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız və həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da ruhlandırmağa çalışın.Səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız. Əqrəb – Xoş ailə tədbirləri gözlənilir. Uzaq qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Valideyn Əqrəblər bir qədər narahatlıq keçirəcəklər, çünki uşaqlarının bəzi çətinlikləri yaranacaq. Sakit əhvalınızı qoruyub saxlayın, uşaqlarınızla dostca davranın və onlara inanın: bir çox problemlərin öhdəsindən onlar özləri gələ bilərlər.Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun – lazım olmayan sözlərlə başınıza iş aça bilərsiniz. Oxatan – Maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə problem yaranmayacaq. Qiymətli hədiyyə və sürpriz ala bilərsiniz.Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün imkanları dəyərləndirin. Siz şəraiti bir qədər “bəzəməyə” meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola bilər. Oğlaq – Bu günlərdə yaranan anlaşılmazlıq və çətinlikləri aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu mümkün qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha xoş və maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün məsələləri günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval sizi çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.Maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə güclənir. Oğlaqların əksəriyyətinin intuisiyası onları yanıldır və çox zaman layiqsiz adamları seçirlər. Dolça – Tələsmək lazım deyil. Sanki qarşınızda bir neçə qapı var. Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən düzgün seçim etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır. Ətrafınızda baş verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq verin.Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə, etinasızlıqda günahlandıra bilərlər. Balıqlar – Sakit gündür, əvvəllər başladığınız işləri bitirə bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə tələsməyin, çox müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı tələbkarsınız, özünüzdən başqa. Bu da həm münasibətlərdə çətinliklərə, həm də işdə səhvlərə yol açır. İkili standartlardan qaçın.Pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə çalışın. Alkoqoldan uzaq durun. Milli.Az
Psixoloq.az xəbər verir ki, son zamanlarda maraqlı layihələri ,özünə məxsus kreativ ideyaları,bacarığı və istedadı ilə diqqət çəkən Yaşam Kouçu Psixoloq Zümrüd Əsədova Xəzər televiziyasında yayımlanan İmtahan serialında psixoloq obrazını canlandırmışdır.Bu barədə Psixoloq Zümrüd Əsədova özünün facebook hesabında paylaşım etmişdir.Həmin paylaşımı və İmtahan serialından görüntüləri sizlərə təqdim edirik . Hər insanın öz həqiqəti, hər kəsin öz reallığı var.. İnsan yaxşı niyyətlə etdiklərinin necə bir nəticəyə səbəb olacağını öncədən bilmir. Başqasına yaxşı olsun deyə vazgeçdiklərimiz o insanında bizdən vazgeçməyinə səbəb ola bilər...
Sapioseksual elə insandır ki, intellekti ən cazibədar xüsusiyyət hesab edir. Təsəvvür edin, bir insanın intellekti başqa bir insanı cəzb edir və ehtirasa gətirir. Latınca «sapio» — ağıllı dərrakəli olmaq deməkdir. Bu insanlar üçün həzz, ağlın qüdrəti və dərinliyi, həzz almaq, intellektual söhbət və intellektə maddi görünüşdə tamaşa etməkdir. Fərqi yoxdur, hansı cinsdəndir və ya neçə yaşı var, bu hamıya şamildir. Sapioseksuallar üçün məmnuniyyət alma pərəstişi partnyorla fəlsəfi müzakirələr aparmaq, sərt tənqid etmək və dəqiq kinayə etmək və s.dir. Sapioseksualların ünsiyyəti başqaları üçün erudisiya və terminologiya bilgisinin olmamasından anlaşılmaz ola bilər. Ağlın işini müşahidə etmək böyük məmnunluğun apriorisidir. Bunun başqaları üçün belə olmaması da mümkündür.Sapioseksuallıq üçün misal kimi, Şerlok Holmsun İren Adlerə qarşı hisslərini və ya onun Moriarti ilə qarşılaşmasından sonra asılılığını çəkə bilərik. Höte, Hokinq, Volter, Nitşe və s. insanlara heyran olmağı da buna misal çəkmək olar.
Artıq çəki problemi demək olar ki, hər qadını bu və ya digər dərəcədə narahat edir. Dietoloqlar, psixoloqlar, fizioloqlar uzun illərdir ki, bu problemi həll etməyə çalışır. Bunun üçün qadınlara min bir üsul təklif olunur. Lakin hələ də problem öz həllini tapmayıb.Çoxları artıq bilir ki, arıqlamaq üçün satılan bütün vəsaitlər müəyyən müddət təsir göstərir. Əldə edilən nəticəni saxlamaq üçünsə çoxlu qüvvə və enerji xərclənir. Hər zaman kalorini hesablamaq, özünü yeməkdən məhdudlaşdırmaq, idmanla məşğul olmaq, ağır pəhrizlər saxlamaq lazım gəlir. Bütün bunlarsa insan enerjisini yorur...7 il qadın psixologiyasının və qadın-kişi münasibətlərinin öyrənilməsindən sonra mütəxəssislər bu qənaətə gəlib ki, qadın və kişi enerjiləri arasında balansın pozulması çəkinin artmasına səbəb olur. Xüsusən də qadınların çoxu 40 yaşdan sonra artıq çəkidən əziyyət çəkməyə başlayır, süstlük, yorğunluq, depressiya və tənbəllik kimi fəsadlar özünü göstərir. Psixoloqlar bildirib ki, artıq çəki, tənbəllik və depressiya qadın enerjisinə birbaşa təsir göstərir. Depressiyanın əlamətlərindən biri də fəallığın azalmasıdır. Xatırlatmaq lazımdır ki, kişi enerjisi — yan adlanır. Yan enerjisi işığı, günəşi, məntiqi, fəallığı, hərəkəti, sürəti, gücü və istəyi təmsil edir.Qadın enerjisi isə in adlanır. Bu, Ayı, qaranlığı, passivliyi, ürəyi, hissləri, yumşaqlığı, xəyalpərəstliyi və introvertliyi təmsil edir. Passivlik və tənbəllik bir qadın üçün təbiidir. Bəs qadın təbiəti özünə enerji yığmaq üsulunu tapmağa çalışmır?İndi isə torpağın altında dərin kökləri olan ağac təsəvvür edin. Ağacın yaşaması üçün nə lazımdır? Birinci, yaxşı torpaq, su və hava, sonra isə günəş. Toxum öz inkişafına torpaqda başlayır və bu dövrdə onu çox sulamaq olar.Torpaq və su sırf qadın ünsürləridir. Bəs su olmasa, nə baş verər? Əlbəttə ki, toxum göyərməyəcək və ağac quruyacaq.Əgər bitkilər quraqlıq ərazilərdə bitirsə, təkamül prosesində onlar su çatışmazlığına qarşı adaptasiya olurlar. Yarpaqlarında və gövdələrdə su ehtiyatı yığmağa vərdiş edirlər. Belə bitkilərin su ehtiyatı üçün xüsusi tikanları var. Bizim orqanizm də bu prinsip üzrə qurulub.Suyun orqanizmə faydaları haqqında indi çox danışırlar. Gün ərzində 1,5-dən 2 litrə qədər təmiz su içmək lazımdır. Əgər siz bunu heç vaxt etməmisinizsə, onda birinci ay sizi şişkinlik gözləyir. Daim su içmək vərdişi olmayan insanlar bir müddət şişkinlik problemi ilə qarşılaşacaq, çünki orqanizm su çatışmazlığı rejimində olacaq və qəbul etdiyi suyu ehtiyatda saxlamağa başlayacaq.Əgər bədəndə kifayət qədər su varsa, onu saxlamağa ehtiyac da yoxdur. Artıq çəki həyat fəaliyyəti və lazım olan enerjini saxlamaq üçün orqanizmin uyğunlaşmasıdır.Bundan başqa kişi enerjisini yalnız qadın enerjisi bəsləyir. Artıq çəki qadında pis əhvali-ruhiyyə yaradır ki, bu da tez-tez depressiyaya səbəb olur. Artıq çəki hər cür fəallığı avtomatik olaraq məhdudlaşdırır və tənbəlliyə gətirib çıxarır.Kişi fəallığı və gündüzü təmsil edir, amma passiv istirahət etmədən heç bir aktivlik mümkün deyil. Gecə düşmədən gün gəlmir. Nəticə etibarı ilə qadının passiv enerjisi kişinin fəallığı üçün ona enerji ötürür.Qadının ehtiyat enerjisi tükənəndə orqanizmdə heç nə qalmır və toxumalarda yağ toplanır. Köklük isə həmişə tənbəllik və az dəyişkənliklə müşayiət olunur.Boş vaxtı olan kimi qadınların çoxu bütün günü divanda uzanaraq keçirmək istəyir. Çünki qadın enerjisi sakitlik və dinclik deməkdir. Qadın enerjisi tükənmək üzrə olanda orqanizm onu saxlamaq rejimində işləməyə başlayır. Tənbəllik, süstlük, passivlik, depressiya kimi xəstəliklər də qadın enerjisinin sakitliyə ehtiyacı üzündən baş verir. İstirahət edə bilməyən qadına sevinc gətirən şeylər də get-gedə azalır.Artıq çəki, tənbəllik, passivlik və tənhalıqdan xilas olmağın yeganə üsulu qadının öz enerjisini özünə qaytarmaqdır.Bəs qadın enerjisini necə bərpa etmək olar? Artıq çəki, tənbəllik və depressiyadan necə xilas olmalı? 1. Bədəninizə ehtiyacı olduğu dincliyi verin. Bütün yükü öz çiyinlərinizdə çəkməyi dayandırın və özünüzə qulluq edin. Həddən artıq fəallıq bizi rahatlıq və sakitlidən uzaqlaşdırır. Yalnız daxili sakitliyini dinləyən qadın öz ruhu ilə təmasa keçə bilər. Tənhalıq və düşünmək üçün vaxt tapın.2. İstirahət günlərini təmiz havada, təbiət qoynunda keçirməyə çalışın, çayın və dənizin kənarında oturub suyun səsini dinləyin. Çəmənlikdə ayaqyalın gəzməyə çalışın, ya da meşədə alovun yanında oturun. 3. Öz əllərinizə görə biləcəyiniz məşğuliyyət tapın. Bu, rəsm, nə isə toxumaq, muncuq tikmək və ya sevdiyiniz hər hansı yeməyin hazırlanması ola bilər. 4. Yoqa və tənəffüs gimnastikasına başlayın. Çox ağır məşqlərlə yüklənmək lazım deyil. Güc tələb edən məşqlər qadın enerjinin toplanmasına xidmət etmir.5. Mütləq maraqlı qadın ədəbiyyatları oxuyun. Zaman-zaman nağıllar oxumaq çox faydalıdır. 6. Kiminsə qayğısına qalmaq çox xeyirlidir. Bu, uşaqlar, yaşlı insanlar, yaxud da heyvanlar və güllər ola bilər. 7. Qəlbinizə toxunan xoş musiqi tapın və dinləyin. 8. Şəkil qalereyalarına və sərgilərə gedin. Dünyadakı gözəlliklərlə təmasda olun. 9. Qidalanmanıza yenidən nəzər salın. Menyudan qoyun və mal ətini çıxarın. Qadın enerjisini meyvə və tərəvəzlər bəsləyir.Bütün bunları şüurlu səviyyədə edə bilərik. İnsan mürəkkəb varlıqdır. Şüurdan başqa şüursuz təbəqə də mövcuddur. Bunu hesaba almaq lazımdır.Torpaq və Su da qadın üsnürləridir. Torpaq ana ilə münasibətlərin rəmzidir. Ana ilə münasibətlər hər zaman mürəkkəb və ziddiyyətli xarakterə malikdir.Bu münasibətlərdə — məhəbbət də, nifrət də, birlikdə olmaq və getmək istəyi də var. Bu, ziddiyyətli hisslərinin qarışığıdır.Sizin kişi ilə münasibətləriniz ananıza olan münasibətləri əks etdirir. Sadə yamsılama haqqında danışmaq olmaz. Əlaqələr bəzən saf şəklində kopiyalana bilər, lakin bu ssenarilər üzrə baş vermir. Məsələ ondadır ki, həyatınız şüuraltında gizlənib.10. Hər iki valideynlərlə münasibətləri aydınlaşdırmaq lazımdır, xüsusilə ana ilə. Çünki fundamental parametrlər Yerə bağlıdır. Məhz ana öz qadınlıq rolunu qızına ötürür.11. Öz hissləri haqqında açıq danışmaq və göstərmək lazımdır. Təbii və səmimi olmağı öyrənin.12. Bütün diqqətinizi nəticəyə deyil, prosesə yetirin. Həyatda sizə zövq verən işlərlə məşğul olun.Kişilər nəticəyə köklənib və onlar nəticədən fərqli zövq alır. Qadına isə proses təsir edir və o, prosesin özündən ləzzət alır. Odur ki, artıq əldə edilmiş nəticə üzərində çox düşünmək lazım deyil. Qadın üçün nəticə əldə etmək imkanıdırİdman zalı kişilər üçün ilk növbədə onun bədəninin nəticəsidir. Təəssüf ki, bir çox qadınlar da buna yönəlib. Daha dəqiq desək, onlar fiziki hərəkətlərlə özlərini sıxır, bununla da qadın enerjisinə qarşı etiraz doğurur.Qadınlar tez-tez şikayətlənirlər ki, idmanla nə qədər çox məşğul olsalar da, kiçik nəticələr qazanırlar. Çəki tərəzidə azalan istiqamətində irəliləmir. Üstəlik, tənbəllik, süstlük və depressiya əlamətləri başlayır. Məsələ sadəcə pəhrizlərdə və məşqlərdə deyil. Problem dərin psixoloji və enerji proseslərindədir.Yadda saxlayın! Qadın təbiəti üçün proses və prosesdən zövq almaq vacibdir, hətta əgər nəticə sıfır olsa da, bu, onu az narahat edir. Prosesin özü isə ona daha çox sevinc verir. Odur ki, qadınlar üçün çox vacibdir ki, onlara sevinc və məmnunluq hissi gətirən işlərlə məşğul olsunlar. Bunun üçün həyatda sizə zövq verən işlərin siyahısını yazın. Bəli, bəli, elə indi yazmağa başlayın.Depressiya, tənbəllik və artıq çəki qadın enerjisinin çatışmazlığı və bloklanması ilə bağlıdır. Bu xəstəliklərlə hər hansı işlə fəal məşğul olaraq mübarizə aparmağa çalışmayın, əksinə özünüzə dur deməyi və problemlərinizin dərin səbəbləri anlamağa çalışın.Siz problemlərin dərin səbəblərini anlamağa və dayanmağa çalışın. Qadın təcrübəsi bu problemin ən yaxşı həllidir. Təcrübə qadına problemləri yüksək səviyyədə həll etməyə, həm də kosmosla və təbiətlə qarşılıqlı əlaqəni öyrənməyə kömək edir. publika.az
Azərbaycanda 1 iyun 2015-ci il tarixindən 31 avqust 2018-ci il tarixinədək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, talassemiyanın profilaktikası labaratoriyasında ümumi 457 422 nikaha daxil olan şəxs müayinədən keçib, onlardan 16 847 nəfərdə talassemiya daşıyıcılığı, 1575 nəfərdə siflis, 387 nəfərdə HİV1/2 (QİÇS) aşkarlanıb. 2018-ci il 1 yanvar tarixindən 31 avqustadək cəmi müayinə olunanların sayı 93 138, onlardan 2773 nəfərdə talassemiya daşıyıcılığı, 242 nəfərdə siflis, 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb. Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.(ölkə.az)
Allopesiya ( lat. Alopecia-keçəlləşmə deməkdir. ) başın və gövdənin müəyyən sahələrində tüklərin seyrəkləşməsi və ya tamamilə yoxa çıxması ilə nəticələnən patoloji saç tökülməsidir. Tibbin atası Hippokrat uzun illər allopesiya ilə mübarizə aparmış, sonda isə özü tamam keçəl qalmışdı. Məhz onun şərəfinə allopesiyanın ən ağır formasına Hippokrat adı verilmişdir ( allopesiyanın Hippokrat forması ). Hər birindən 20 qr olmaqla kəklikotu, söyüd ağacının qabığı və at pıtrağının qabığı götürülür, xırdalanır və qarışdırılır. 4 xörək qaşığı qarışığın üzərinə 1 litr su əlavə edilir və 15 dəqiqə qaynadılıb süzülür. Alınan maye həftədə 2dəfə başa sürtülür.Hər birindən 1 xörək qaşığı olmaqla kəcəvər kökü və at pıtrağı kökü, 4 xörək qaşığı isə mayasarmaşığı qozası götürülür. Qarışığın üzərinə 1 litr su əlavə olunub qaynadılır. 30 dəqiqədən sonra alınan qarışıqla baş 2 gündən bir yuyulur.Hər birindən 2 xörək qaşığı olmaqla söyüd qabığı və at pıtrağı qabığı götürülür. 1litr isti su əlavə edilərək 8-10 dəqiqə qaynadılır, sonra isə 30 dəqiqə müddətinə dəmə qoyulur. Soyudulduqdan sonra alınmış maye ilə baş 2 gündən bir yuyulur.Az bir miqdar suda xırdalanmış at pıtrağı yarpaqları və qabığı qaynadılır. Sonra isə üzərinə kərə yağı əlavə olunaraq qarışdırılır. Alınmış həlməşik kütlə saçların dibinə sürtülür.Aşağıda qeyd olunan bitkilər xırdalanaraq qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb 1 stəkan suda qaynadılır. Yeməkdən 30 dəqiqə əvvəl hər dəfə 60-100 ml olmaqla gündə 3 dəfə daxilə qəbul edilir. At pıtrağı kökü-15 qr Solmazçiçəyi-10 qr Yatıqqanqal-15 qr Qarğıdalı saçağı-10 qr Aptek çobanyastığı-10 qr Mancuriya araliyası-15 qr Adi dazıotu-15 qr Adi dağtərxunu-10 qr 100 qr qurudulmuş gicitkən yarpaqları xırdalanıb üzərinə 0.5 litr su və 0.5 litr sirkə əlavə olunur, 30 dəqiqə müddətinə qazın üzərində qızdırılır. Süzüldükdən sonra saçlar bu maye ilə sabunsuz yuyulur.Aşağıda qeyd olunan bitkilər 1 litr suda 10 dəqiqə qaynadılır. Maye qaynadıldığı qazanda qalır, isti-isti parçaya bükülür və1 saat saxlanılır. Soyuduqdan sonra süzülür, alınmış maye ilə baş həftədə 3 dəfə yuyulur. Gicitkən yarpağı-30 qram Dəvədabanı yarpağı-30 qram Kəcəvər kökü-20 qram BƏZİ XALQ TƏBABƏTİ ÜSULLARI. 1 litr su 40-50°S-yədək qızdırılır. Üzərinə 2 xörək qaşığı bal əlavə olunub qarışdırılır. Həftədə 2 dəfə saçların dibinə yaxılır.1 xörək qaşığı mayonez və hərəsindən 1 çay qaşığı olmaqla gənəgərçək yağı və bal götürülüb qarışdırılır. Saçların üzərinə və dibinə yaxılıb yaylıqla bağlanır, 30-40 dəqiqə saxlanılır. Bundan sonra saçlar yuyulur.Yarım stəkan palıd qabığı və eyni miqdarda soğan qabığı qarışdırılaraq üzərinə qaynar su əlavə edilib qızdırılır. Otaq temperaturunadək soyudulub saçlar bu maye ilə isladılır və qalın yaylıqla bağlanılır. 2 saatdan sonra açılıb saçlar qurudulur.Tibet həkimləri kəsilmiş baş soğanı başın tüksüz nahiyələrinə sürtməyi tövsiyə edirlər.Bir neçə ədəd qırmızı bibər bankaya yığılıb üzərinə araq tökülür və ağzı bağlı formada 2 həftə saxlanılır. Alınmış mayedən 2 çay qaşığı götürülür və üzərinə 2 çay qaşığı gənəgərçək yağı və eyni miqdarda adi şampun əlavə edilir. Qarışıq saçlara çəkilib 1 saat qaldıqdan sonra yuyulur. Prosedur gündə 1 dəfə və ya 2 gündə 1 dəfə olmaqla 3 ay müddətinə təyin olunur.4 ədəd qırmızı bibərin üzərinə 0.5 litr araq tökülüb 21 gün saxlanılır. Alınmış tinktura ilə başın dərisi silinir. Hər proseduraya 50 ml maye sərf edilir. Fitoterapevt Elnur Rəhimov
Bir qadın əsla unutmaz... Əgər aldadıldığı halda münasibəti davam etdirirsə, bu unutuğu üçün deyil, bağışladığı üçündür, ya da qorxu və narahatlığa görədir. Qorxu və narahatlıqla davam etdirilən münasibət əsla gerçək bir münasibət ola bilməz. Sadəcə rəsmi bir evlilik olaraq davam edər. Əslində təməl sualımız evli qalmaq, ya da boşanmaq deyil, hər iki tərəf üçün də mənalı, sağlam, gözəl bir münasibəti davam etdirməkdir. Günümüzdə bir çox evliklik sadəcə evlilikdir. Nə bir həyat dostu, nə yoldaşdırlar. Daxildən baxdığınızda ya sonlanmış, ya da əslində heç başlamamış münasibətlər, amma davam edən evliliklər görərsiniz. Bu evliliklər qorxu və ya qayğılarla davam etdirilən rəsmi evliliklərdir. Eyni evin içində yeyib-içib, televizor izləyib, aradabir cinsi münasibətdə olan evliliklərdir. Qayğılar və qorxular bütövlükdə bunlardır: uşaqlarla əlaqəli qayğılar, ekonomik qayğılar, yalnızlıq qorxuları, "bundan sonra kimlə evlənərəm" qayğıları, "aman, dul qadın olacağam" qorxuları, "aman, ailələri üzməyək, el-aləm nə deyər" və s. Bir çox qayğı və qorxular insanları sağlıqsız, ya da bitmiş münasibətlərdə saxlayar. Aldadılan qadın ilk mərhələdə emosional bir şok, travma yaşayar. Nə düşünəcəyini, nə edəcəyini bilməz. Bir tərəfi yoldaşına nifrət edərkən digər yarısı ondan ayrıla bilməz. Ziddiyətli, tutarsız və nəzarətsiz davranmağa başlayar. Yoldaşının yaşadıqları ilə əlaqəli hər detalı bilmək, öyrənmək istəyər. Neçə dəfə bir yerdə oldular, necə oldular, harada oldular və b. Nə qədər və necə aldadıldığını bilmək istəyər. Yoldaşının gözündə peşmanlığı görmək istəyər, yoldaşının üzüldüyünü görmək istəyər, canını incitmək istəyər. Çünki öz ruhu çox ağrı çəkir. Axşam boşanmağı düşünər, sabah olunca evliliyini davam etdirməyi qərara alar. Gəl-getlər gedərək artır. Bu travma ilə, bu gerçəklə necə yaşayacağını bilməz. Artıq münasibətin sehri və saflığı pozulmuşdur. Heç bir şey əvvəlki kimi olmaz, amma necə davam edəcəyimizi bilmərik. Son sözüm kişilərədir: önəmli olan yoldaşınızın qorxu və qayğıları ilə ya da məcburiyyətlərilə sizinlə birlikdə olması deyil. Həyatı, həqiqətən, sizinlə paylaşmaq istədiyi üçün sizinlə həyata davam etməsidir. Güvənini bir dəfə itirdinizmi, bir daha yerinə qaytarmaq çox çətindir. Hətta çox vaxt imkansızdır. Bu səbəbdən də yoldaşınızı aldatmayın. Unutmayın, qadınlar əsla unutmaz! Tərcümə: Aidə Mahmudova
Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb. Əsəb və qaraciyər üzrə mütəxəssisin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir: “Əsəb xroniki xəstəliklərin əsas səbəblərindəndir. Qaraciyərə ən azı siqaret və spirtli içki qədər mənfi təsir edir. Əsəb keçirən insanın ürəyi bulanır, mədəsi və başı ağrıyır. Kədər və ağciyərlər Birsel Kavaklının fikrincə, kədər hissi ən çox ağciyərlərə ziyan vurur. Böyük bir itki ilə üzləşənlər sinədə ağrı hiss edirlər. Ona görə də, depressiyada olanlara və özünü çox kədərli, dərdli hiss edənlərə açıq havada yeriməyi məsləhət görürlər. Ağciyərlərə zərər dəyməməsi üçün açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu həm daxili orqanlara, həm də psixologiyanıza yaxşı təsir edəcək”. Həkim qeyd edib ki, dərd və kədər immunitet sisteminə də mənfi təsir edir. Qorxmaq böyrəklərin büzüşməsinə səbəb olaraq onun fəaliyyətini zəiflədir. Həddən artıq düşüncəli olmaq, çox fikirləşmək də dalaq üçün ən böyük təhlükədir.
Mədəaltı vəzinin xərçəngi çox aqressiv bədxassəli şişdir. Bəzən insanlar xəstəliyin əlamətlərinə əhəmiyyət verməyərək adi problem olduğunu zənn edirlər. Nəticədə isə istənilməyən sonluq olur. Psixoloq.az xəbər verir ki, aparılan araşdırmalara görə, bu xəstəlikdən əziyyət çəkən insanların çoxu diaqnoz qoyulandan sonra 1 il ərzində dünyasını dəyişirlər. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant cərrah Bəhruz Səlimov, mədəaltı vəzi xərçənginin yalnız cərrahi yolla sağaldıla biləcəyini bildirib: "Mədəaltı vəzinin baş hissəsinin xərçəngi zamanı radikal əməliyyat qəliz və travmatikdir. Şişin yaranmasına gətirib çıxaran amillərə siqaret çəkmək, çoxlu yağlı qida qəbulu, diabet, xroniki panrkeatit, xolesterin daşları və öd kisəsinin yoxluğu". Səlimov, xəstəliyin klinik simptomlarının ağrı, sarılıq və arıqlama olduğunu qeyd edib. "Xərçəng baş hissədə olduqda xəstələrdə ağrı və artan sarılıq qeydə alınır.Mədəaltı vəzinin cisminin şişlərində günəş kələfinin sıxılmasına görə ağrı və çəki itkisi qeydə alınır.Şüa müalicəsi, kimyəvi dərman müalicəsi və öd çıxarıcı əməliyyatlar xəstələrin ömrünü 4-9 ay uzadır",-deyə cərrah vurğulayıb.P.S Yaranan əlavə suallarla bağlı həkimlə birbaşa əlaqə saxlaya bilərsiniz: 070 5798833Şəhanə Quliyeva
Görkəmli psixoloq, individual psixologiya nəzəriyyəsinin yaradıcısı, tanınmış avstriyalı həkim, psixoterapevt Alfred Adler haqqında əvvəllər ümumi məlumata malik olsam da, onunla yaxından tanışlığım “Aydınlanma səyahəti” (2016) kitabının birinci hissəsini (Oyanış və dəyişməyə doğru) yazarkən başladı. Adler psixologiyanın birinci vəzifəsi kimi sosial faktoru ortaya qoyan ilk psixoloqlardan sayılır. “İndividual psixologiya fərdi, cəmiyyətin daxilində görür və tədqiq edir. Biz insana cəmiyyətdən ayrı halda baxmaq və tədqiq etməkdən imtina edirik”, - Adler bəyan edirdi (1956). Alfred Adler 1870-ci il fevralın 7-də Vyana şəhəri ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Uşaqlığında tez-tez xəstələnərmiş. Bu xəstəliklərə, onların gətirdiyi ruh halına baxmayaraq hələ kiçik yaşlarında “ölümlə mübarizə” üçün həkim peşəsini seçib. Lisey təhsili alarkən uğursuz şagird olub, riyaziyyatda çox bacarıqsızlıq nümayiş etdirib. Müəllimi ailəsinə onu çəkməçi yanına şagird qoyulmasını tövsiyə etmişdi. Adlerin atası bu tövsiyəyə qulaq asmayıb, əksinə oğlunu daha çox məşğul olmağa təşviq etmişdi. Adler özü bu hadisəni danışdığında belə deyib: “Əgər atam müəllimimin tövsiyəsini dinləsəydi, bəlkə də yaxşı çəkməçi olardım”. Həqiqətən, bir müddət sonra “bacarıqsız şagird” sinifin ən yaxşı riyaziyyatçısı oldu. Hələ uşaqlığında rasionalist düşüncəyə sahib idi. Şekspirin əsərlərinə qarşı sonsuz heyranlıq hiss edir, onun insanı tanımasında bənzərsiz olduğuna inanırdı. Liseydən sonra, 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb. XIX əsrin sonunda Adler psixoanaliz elminin banisi Ziqmund Freydlə tanış olur. Freydi düşmənlərinə qarşı açıq müdafiə etsə də, dahiliyinə inandığı Freydlə bəzi nöqtələrdə razılığa gələ bilmir, psixi xəstəliklərinin cinsi travmalardan meydana gəldiyi fikrini qəbul etmirdi. Bu səbəbdən Freydlə Adler arasında mübahisə düşür. 1904-cü ildə Adler Freyddən ayrılmaq istəyir. Lakin Freyd bunun qarşısını alır, bir müddət əməkdaşlıqlarını davam etdirirlər. 1908-ci ildə Salzburqda keçirilən konqresdə Adlerlə Freyd arasında prinsip anlaşılmazlıqları açıq formaya keçir. 1911-ci ildə Nürenberq konqresində Adler “Freydin ruh həyatının cinsi nəzəriyyəsinin tənqidi” adlı tezislə çıxış edir. Freyd bu çıxışa cavab vermir. Adler də Vyana psixoanaliz dərnəyindən tamamilə ayrılır. Freydə görə, insan instinktlərinin, arzularının, istəklərinin, meyillərinin oyuncağıdır. İnsan ona təsir edən instiktiv güclərə yönəlir. Adlerə görəsə insanı dəyərli edən məqsəddir. Bu məqsəd insanın düşüncələri, hisləri, davranışlarına təsir edir. Daha doğrusu, insanın düşüncələri, hisləri, davranışları bu məqsədə görə formalaşır. 1912-ci ildə Alfred Adler “İndividual Psixologiya Dərnəyi”ni qurur, həmin tarixdən etibarən Adler məktəbi inkişaf etməyə başlayır. 1932-ci ildə Nyu-Yorkdakı Lonq İsland Medikal Kolleci Adlerə psixologiya doktoru adını verir. 1937-ci ildəsə, o, mühazirə demək üçün gəldiyi Şotlandiyanın Aberdeen bölgəsində ürək tutmasından vəfat edir. Adler həyatı boyu psixoterapevt və psixoloq kimi aktiv olub, yaşadığı dövr ərzində üç yüzə yaxın kitab, müxtəlif mövzularda məqalələr yazıb. Əsas elmi əsərləri: - “Fərdi psixologiyanın təcrübəsi və nəzəriyyəsi” - “Nevrotik xarakter” - “İnsan bilikləri” - “İnsan təbiətinin anlaşılması” - “Uşaqların təlim-tərbiyəsi” - “Yaşamaq sənəti” - “Həyat tərzi” və s. İndividual psixologiya nəzəriyyəsinin əsas tezisləri: Latınca “individium” – bölünməz mənasını verdiyi üçün Adler də öz nəzəriyyəsini “İndividual psixologiya” adlandırıb. Adlerə görə, həyati fəallığın heç bir formasını şəxsiyyətdən ayırıb nəzərdən keçirmək olmaz. Fərd beyinlə bədənin qarşılıqlı əlaqəsində tam olduğu kimi, psixi həyata münasibətdə də belədir. İndividual psixologiyanın əsas vəzifəsi bu bütövlüyü hər fərddə, təfəkküründə, hislərində, hərəkətlərində, şüur və şüursuzluğunda təsdiq etməkdir. Şəxsiyyətin bütövlüyü strukuturunu Adler həyat tərzi kimi müəyyən edib. İnsan həyatı mükəmməlləşməyə fəal cəhd kimidir. Ancaq həyati əhəmiyyətli məqsədlərə istiqamətlənmiş hərəkət zamanı fərd tam kimi qavranıla bilər. İnsanın daimi mükəmməlləşməyə cəhd etməsini deyən Adler fikirləşirdi ki, insanlar hеç də daxili, xarici səbəblərdən itələnmirlər, əksinə həyati əhəmiyyətli məqsədlərə doğru, irəli hərəkət edirlər. Qarşılarına qoyduğu məqsədlər, eləcə də uğur əldə etmək üçün istifadə etdikləri fərdi üsulllar həyatlarına əhəmiyyət verdiklərini başa düşməyə kömək edir. Şəxsiyyətin formalaşmasında irsiyyətin, ətraf mühitin rolunu qəbul edən Adler insanların yaradıcı qüvvəyə malik odluğunu iddia edir. Bu qüvvə insan təcrübəsinin hər sahəsinə təsir edir: qavrayış, hаfizə, fantaziya, arzular. İnsanın yaradıcı təbiəti, azadlığı barədə məhz bu fikirlər psixoloqlara Adleri müasir humanist nəzəriyyənin yolgöstərəni hesab etməyə imkan verir. “İndividual psixologiya” fərdi cəmiyyətin tərkibində öyrənir. Adler nəzəriyyəsinə görə, insanın bütün davranışının sosial kontekstdən doğur, insan təbiətinin mahiyyətini yalnız sosial münasibətləri başa düşdükdən sonra anlamaq mümkündür. Fərdi subyektivlik: fenomoloji ənənələrə sadiq qalan Adler hesab edirdi ki, insanın davranışı həmişə özü və ətrafdakıları barədə fikirlərindən asılıdır. İnsanlar yaratdıqları dünyada “qavrayış” sxemlərinə uyğun yaşayırlar. İndividual psixologiya nəzəriyyəsinin strukturunu Adler belə göstərib. Saxta finalizm Üstünlük qazanmağa cəhd Dəyərsizlik hiss və onun kompensasiyası İctimai maraq Həyat tərzi (stili) Yaradıcı mən Beləliklə, Adler insanın daha yaxşıya doğru irəliləmək, problemlərini həll etmək, yaradıcı meyillərini reallaşdırmaq, həyata uyğunlaşmaq şansına sahib olduğuna, başqa sözlə, natamamlıq hislərini uğurlu şəkildə aradan qaldırma yolunun insana açıq olduğuna inanır. Bu baxımdan insanın yaradıcı mənliyinə böyük əhəmiyyət verir. Əsas məsələ bu yaradıcı mənliyin inkişafına ən əlverişli şəraiti yaratmaq olmalıdır, bunu hər şeydən əvvəl təhsil təşkilatlarının öhdəsinə düşən vəzifə kimi görür. "İndividual psixologiya" kitabının ana dilimizə tərcümə etməklə hadisələrə bir daha Adlerin gözündən baxmış oldum. İnanıram ki, Azərbaycan oxucusu da bu dəyərli kitabla tanış olduqdan sonra, problemlərini həll etmək, ətrafındakıları daha yaxşı tanımaq və onlarla daha yaxşı ünsiyyət qurmaq, ümumilikdə həyatına daha müsbət istiqamət vermək haqqında düşünmək üçün faydalanacaq. Ön söz: Ceylan Mumoğlu Mənbə: Parafr.az
Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır. Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq. Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi həyat pozulmalarına həmçinin onun inkişaf çatışmazlığı, ağrı, cinsi soyuqluq forması və yaxud təmin edilmə, pozğunluqlar aiddir. Araşdırmalar göstərir ki, xəstəliyin çox az hissəsi ginekoloji səbəblə bağlı olduğu təqdirdə, əksərən əsasında psixoloji amillər dayanır. Toy gecəsi daha çox özünü göstərən bu problemdən sonra artıq xəstələrdə cinsi həyata marağın azalması, qorxu halları artmağa başlayır. Hətta əvvəllər normal cinsi həyatı olan insanlarda belə müyyən psixoloji travmalardan, cərrahi əməliyyatlardan sonra vaginizm əlamətləri yarana bilir. Vaginizmin simptomları hansılardır? Ən geniş yayılmış əlamətləri-taxikardiya, tərləmə, geriyə çəkilmə, cinsi əlaqə zamanı yanma, ağrı və bunun nəticəsində cinsi istəksizlik, cinsəl fobiyadır. Bu cür fobiyalar nəticəsində ailədən uzaqlaşma, özünə qapanma, ailədaxili mübahisələr artır. Vaginizmin müalicəsi varmı? Vaginizm çarəsi olmayan bir problem deyil. Çox əminliklə qeyd etmək istəyirəm ki, sadəcə bir neçə psixoloji seansla siz bu problemdən çox asanlıqla azad ola bilərsiz. Praktik təcrübəmiz göstərir ki, bu halla üzləşən bir neçə passientimiz sadəcə inanib, cəasrət edib bizə müraciət etməklə heç bir dərman vasitələrindən istifadə etmədən xoşbəxt bir şəkildə ailə həyatlarına davam etmişlər. Bu problemin sizin həyatınıza mane olmasına icazə verməyin. Gülər Məmmədova Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi
Qadın qadının həm ən yaxın dostu, həm də rəqibidir. Qadınların bir-birinə qarşı içdən içə kin bəsləməklə səbəbi hələ də müəmmənalıdır. Sosial əlaqələrimizdə qadınlardan çox kişiləri daha etibarlı tapırıq. Dövlət dairəsində, imtahanlarda həmişə "ümid edirəm qarşıma kişi çıxar" deyə dua edirik. Qadınlarla qarşı-qarşıya gəlməyi eynilə bir boks matçı kimi qəbul edirik...Qadınlarla yaxşı dolanmaq lazımdır Qadın təbiəti əslində bir-birinə güvənməyə meyllidir. Çünki qadını həyata gətirən, baxıb böyüdən də bir qadın. Zaman içində nə olursa olur və qadınlar arası rəqabət başlayır. Buna görə həmcinslərimizlə araya məsafə qoymaq məcburiyyətində qalırıq. Halbuki qadınların həm fiziki həm də ruhi sağlamlıq baxımından bir-birlərinə ehtiyacı var. Mütəxəssislərə görə, həmcinsləri tərəfindən qəbul edilib, təsdiqlənən qadınların stresləri azalır. Sağlam və etibarlı ictimai əlaqələr quran qadınların beyin funksiyaları daha inkişaf etmiş olur və yaddaş itkisi azalır.Dostluq, ən yaxşı dərmandır Qadınların bir-birinə qarşı səbəbsiz kompleksləri zamanla təsəllini kişilərdə axtarışa itələyir. Biz qadınlar, sözsüz olaraq öz aramızda bir dil istifadə edirik. Kişilərə bizlər kimi detalçı və planlı hərəkət etmədikləri üçün bizi anlamaları bir az çətin olsa da kişilərlə qadınlardan daha yaxşı razılaşırıq. Qadınlar bir-birləri ilə ya çox yaxşı razılaşır ya da bir-birinə düşmən kəsilir. Bunun bir ortası yoxdur. Qadınların bir-birlərinə verdikləri zərərin ölçüsünü ifadə etmək lazım olsa; eşq ağrısı belə qadınlara daha az ağrı çəkdirir deyə bilərik...
Sistit - sidik kisəsinin iltihabi xəstəliyidir. Tez-tez ağrılı sidik ifrazı, sisik kanalında yandırıcı ağrılar, ağrının qarnın aşağı hissəsinə və aralığa yayılması, sidik kisəsində doluluq hissiyyatı ilə müşayıət olunur. Sidik çox kiçik porsiyalarla xaric olur, ağır hallarda isə damcı-damcı tökülür, bəzən qan qarışıqlı olur. Bədənin hərarəti 37-380C-dək yüksələ bilər. Sistitin yaranmasına səbəb sürəkli soyuqlamalar, sidik-cinsiyyər üzvlərinin infeksiyaları, kimyəvi maddələrlə qıcıqlanma, sidik yollarında aparılan kiçik əməliyyatlar ola bilər. Az hərəkətli həyat tərzi də sistitin əmələ gəlməsinə şərait yaradır. Buna görə də işiniz oturaqdırsa, hər saatdan bir ayağa qalxıb 3-5 dəqiqə ərzində gəzişin. Sistitin müalicəsində həm bitki, meyvə və tərəvəzlərdən, həm də fototerapiya, neft məhsulları ilə müalicə üsullarından istifadə olunur. Fitoterapiya Ayıqulağı yarpaqlarının dəmləməsi 2 xörək qaşığı xırdalanmış yarpağın üzərinə 500 ml qaynar su əlavə edilir, 20 dəq. müddətində vam odda qaynadılır. 1/2 stəkandan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edir. Bu dəmləmə spazmı və ağrını azaldır, mikrob əleyhinə təsir göstərir. Tozağacı yarpağı dəmləməsi 2 xörək qaşığı tozağacı yarpağı xırdalanır, üzərinə 500 ml qaynar su tökülür və ağzı bağlanaraq 2 saat saxlanır. Süzüldükdən sonra gündə 3-4 dəfə, hər dəfə yarım stəkandan yeməkdən əvvəl ilıq şəkildə qəbul edilir. Sidik yollarının zəstəliklərində güclü iltihab əleyhinə təsir göstərir. Çöl paxlagülü kökünün dəmləməsi 1 xörək qaşığı kök xırdalanır üzərinə 250 ml qaynar su tökülür və 1 saat müddətində dəmlənir və gün ərzində az-az içilir. Dəmləmə iltihab və mikrob əleyhinə təsirlərə makidir. Qankəsici olduğundan Qarğıdalı saçağı dəmləməsi 4 xörək qaşığı qarğıdalı saçaqları 500 ml qaynar suda 2 saat müddətində dəmlənir və süzülür. Yarım stəkandan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Bu dəmləmə sidikqovucu və mikrob əleyhinə təsir göstərir. Bitkilərlə müalicə Ayrı-ayrı istifadə olunan bitkilərə nəzərən bitki qarışıqları kompleks təsirinə görə daha faydalıdır. Bitki yığıntılarının dəmləmələri həm spazmolitik və ağrıkəsici, həm də güclü antimikrob, iltihab əleyhinə və sidikqovucu təsirlər göstərir. Hərəsindən 2 xörək qaşığı yağçiçəyi otu, bağayarpağı yarpağı, ayıqulağı yarpağı və tozağacı tumurcuğu, hərəsindən 1 xörək qaşığı zirə meyvəsi və qurd pəncəsi otu xırdalanıb qarışdırılır. Bu qarışıqdan 3 xörək qaşığı götürülür, üzərinə 1 litr soyuq su tökülür. 12 saat saxlandıqdan sonra 10 dəq. qaynadılır və süzülür. 1 stəkandan gündə 3-4 dəfə yeməkdən sonra qəbul edilir. Fitoterapevt Elnur Rəhimov
Azərbaycan ərazisində sentyabrın 12-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində sentyabrın 12-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək. Azərbaycanın rayonlarında sentyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. ETSN xəbərdarlıq edir ki, sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.(ölkə.az)