Psixiatr və şəxslərarası münasibətlər sahəsində beynəlxalq ekspert, xoşbəxt yaşamağın sirləri haqda bir neçə bestsellerin müəllifi Doktor Mark Goulston — cütlüklərə ömürlərinin sonunadək sevgini qoruyub saxlamağa imkan yaradan 10 vərdişi hazırlayıb. Bunlar münasibətlərindən razı olan insanların gündəlik davranışlarıdır: 1. Onlar eyni vaxtda yatmağa gedirlər Xoşbəxt cütlüklər yataq otağına müxtəlif vaxtlarda getməkdən özlərin saxlayırlar. Onlar hətta müxtəlif vaxtlarda oyanmalı olsalar da, eyni vaxtda yatırlar. 2. Onlar ortaq maraqları inkişaf etdirirlərİlkin ehtiras itəndə insanlar başa düşürlər ki, birlikdə özlərin yaxşı hiss etmək üçün ortaq maraqlar olmalıdır. Birlikdə keçirilən vaxtı göz ardı etmək lazım deyil. Əgər ortaq maraqlarınız yoxdursa, onlarə tapıb inkişaf etdirmək lazımdır. Məsələn, cümə günləri boulinqə getmək və ya şənbə günü üzgüçülüklə məşğul olmaq və s. 3. Onlar gəzərkən əl-ələ tuturlarÖzümüz özümüzə nə qədər ağıllı, proqressiv və yetkin görünsək də, toxunuşların əhəmiyyəti hələ itməyib. Əgər küçədə ələ-ələ tutaraq gəzməyin nə olduğunu unutmusunuzsa, tezliklə boşanmanın nə olduğunu bilmək ehtimalınız böyükdür. 4. Onlar «güvən və əfv» rejiminə əməl edirlərFikir ayrılığı və dava-dalaş hər kəsin başına gəlir. Xoşbəxt cütlüklər tez bir zamanda incikliyi unuda və barışa bilirlər. Paranoya, deyingənlik, inciklik — tez bir zamanda boşanacaq «luzerlər» üçündür. 5. Onlar öz partnyorlarının harda səhv etdiklərinə deyil, nəyi düzgün etdiklərinə fikir verirlərİşdə, məişətdə istənilən adama baxıb çoxlu səhv tapmaq mümkündür. Amma niyə axı? Psixoloqlara münasibətin qızıl qaydası məlumdur: 1 tənqidə 10 kompliment düşür. 6. Onlar işdən qayıtdıqdan sonra bir-birlərin qucaqlayırlarBizim bədənimiz çox güclü «fiziki yaddaşı» var. Bir-birimizi nə qədər çox qucaqlayırıqsa, bir o qədər də bunu etmək xoş gəlir. Bu, bir növ asılılıq yaradır, amma xeyirli asılılıq. 7. Onlar «səni sevirəm», «günün xoş keçsin» sözlərini hər gün deyirlərBu sözlər səbr qazanmağın bir üsuludur. Sizə gün ərzində tıxaclarda, uzun növbələrdə dayanmaq və digər xoşagəlməz hallarla qarşılaşmaq lazım gələcək. «Səni sevirəm» sözü isə bunun acığını evdəkilərdən çıxarmağa maneə olacaq. 8. Onlar bir-birlərinə «gecən xeyrə qalsın» deyirlərBelə baxanda bu, xırdalıqdır, amma bu xırdalığı yaddan çıxarmaq lazım deyil. Dalaşıb-dalaşmamağınızdan asılı olmayaraq partnyorunuza gecən xeyrə qalsın deyin. Bu, qayğının bir formasıdır. 9. Onlar işdə olarkən gündə bir neçə dəfə zəngləşirlərPartnyorun ofisinə zəng etmək və şlərinin necə getdiyini soruşmaq — hər iki tərəfin də əhval — ruhiyyəsini qaldırmaq üçün yaxşı üsuldur. 10. Onlar bir-birlərinə toxunurlarİctimai yerlərdə bir-birinizin əlinə və digər yerlərinə (burda ayıb heç nə yoxdur) toxunmaqdan çəkinməyin. Bunlar partnyorları bir-birinə daha da yaxınlaşdırır.
Sevgilinizin, nişanlınızın və ya həyat yoldaşınızın anası sizi sevmirsə, nə etməlisiniz?Atalar qızlarının sevgilisinə qarşı sərt mövqe nümayiş etdirdikləri kimi, analar da oğullarının sevgilisi, nişanlısı və həyat yoldaşına qarşı eyni cür davranırlar. Oğulları üçün ən yaxşısını istəyirlər. Bəs bu vəziyyətdə qızlar necə davranmalıdırlar?Bəzi analar açıq fikirli olduğu halda, bəziləri oğlunun sevdiyi xanımda ilk olaraq pis xüsusiyyətləri görür. Əgər sevdiyiniz kişinin anasının sizi sevmədiyini müəyyən etsəniz, bunun fərqinə varmamış kimi davranın. Onun səbəbləri çox ola bilər. Hətta bu səbəblərin sizinlə əlaqəsi olmaya bilər. Sevdiyiniz kişinin anası haqqında xoşagəlməz danışırsınız, mübahisələr edir, hörmətsizlik göstərir, çox süni davranırsınızsa, əlbəttə ki, yaxşı gəlin təəssüratı yaratmayacaqsınız. Bundan başqa, sevgilinizi anası ilə sizin aranızda seçim etməsinə məcbur edirsinizsə, bu da ən əhəmiyyətli səbəblərdən biridir. Üstəlik, nəzərə alın ki, kişilərin əksəriyyəti anasını seçəcək. Sevgiliniz nəyi səhv edir?Sevdiyiniz kişinin anasının hər dediyini təsdiq etməsi ən böyük səhvlərdən biridir. Bəli ananın düşüncələri qiymətlidir. Amma əgər anasının fikrini sizinkindən daha qiymətli hesab edirsə, münasibətlərinizi nəzərdən keçirsəniz, yaxşı olar. Sevdiyiniz kişi ikinizin də fikirinə əhəmiyyət verməlidir. Lazım olduğu zaman sizi qorumalı, aranı düzəltməyə çalışmalıdır.Əgər nə sizdə, nə də sevgilinizdə bir səhv yoxdursa, həll yolları var. Psixoloqlar bunu belə izah edir:1. Sevdiyiniz kişiyə bu vəziyyəti danışın. Beləcə anası ilə sevgilisinin arasında bir problem olduğunu anlayacaq. Əgər əhəmiyyət verirsə, ikiniz arasındakı problemin həll yollarını axtaracaq. Bu müddətdə isə anasına qarşı hörmətsiz davranmamalıdır. 2. Ananızla bu barədə danışın. Bir ananın gözü ilə hadisəyə baxmağınız yaxşı olacaq. 3. Hər zaman nəzakətli olun. Sevgilinizin anası sizə nifrət edirsə, siz də ona nifrət duymayın əsla. Əksinə, bu nifrəti görməzdən gəlib gülümsəyin. Hər nə qədər sizə iynəli cavablar versə də, kübar davranın. Bu, sizi ucaldacaq. 4. Kübar, lakin özünə güvənən, iddialı biri olun. Sevdiyiniz kişi sizi müdafiə edirsə, bunu sizi hörmətli tutaraq etməlidir. Özünüzü əzdirməyin. Anasının düşüncələrinə hörmət edin və öz fikrinizi bildirin. Anasının bundan xoşu gəlməsə də, ən azından güclü xarakterli olduğunuzu görəcək.Əgər bunların heç biri işinizə yaramasa, anası heç bir formada dəyişməyəcək. Sizi sevməsi üçün məcbur etməyin və zamanın öhdəsinə buraxın. milli.az
Mikozlar – dəri və dırnaqların göbələklər tərəfindən zədələnməsi nəzərdə tutulur. Mikozların törədiciləri yalnız insanda parazitlik edən antropofil göbələklər, heyvanlardan insana yoluxan zoofil göbələklər, həmçinin Candida cinsindən olan şərti-patogen maya göbələkləri ola bilər. Göbələklər neytral və ya zəif-qələvi mühitdə inkişaf edir, aşağı temperatirlara qarşı çox davamlı olur. Göbələklər adətən xəstə insandan sağlama kontakt yolu ilə yoluxur. İnfeknsiya mənbəyi rolunu həm zədəli dlrnaqlar, həm də xəstə dəri oynaya bilər. Mikozların yaranmasına şərait yaradan faktorlar: 1. Xarici faktorlara dərinin həmişə nəm olması, çatlar və qaşınma izləri, isti və rütubətli hava şəraiti aiddir. 2. Daxili faktorlar arasında daha çox şəkərli diabet və piylənmə kimi mübadilə pozulmaları, QİÇS, immunosupressiv terapiya, antibiotiklərlə və oral kontraseptivlərlə uzunmüddətli müalicə, klimaks dırnaq mikozlarının inkişafına təkan verir. Göbələk infeksiyası ilə kontakt müxtəlif şəraitlərdə baş verə bilər. Məsələn, su hovuzlarında, ümumi hamamlarda, çimərlikdə, idman zalında, hətta qonqlıqda kiminsə tərliklərin geyindikdə. Buna görə də şəxsi gigiyena qaydalarına həmişə diqqət etmək lazımdır. Lakin göbələklə hər bir kontakt xəstəliyin yaranması ilə nəticələnmir. Yoluxma yolları: - manikür alətləri - araqqabı, corab və s. - şəxsi gigiyena vasitələri - hamam ləvazimatları Mikozların xalq təbabəti üsulları ilə müalicəsi Dəmrovotu ilə vanna Ayaq dərisinin və dırnaqların göbələyi zamanı dəmrovotu ilə vanna etmək məsləhətdir. Bunun üçün 4 xörək qaşığı xırdalanmış otun üzərinə 6 stəkan qaynar su əlavə olunur və 3-5 dəqiqə qaynadılır. Süzüldükdən sonra 30 dəqiqə ərzində ayaqlara vanna edilir. Həmin dəmləmə ilə gündə bir neçə dəfə xəstə dırnaqların üzərinə kompres edilə bilər. Belə vannalar üçün çay sodasından da istifadə etmək olar. Vanna 1 litr suya 1 xörək qaşığı soda hesabı ilə hazırlanır. Spirtli-qliserinli məhlul 2 çay qaşığı spirt, 2 çay qaşığı essensiya və 1 çay qaşığı qliserindən ibarət məhlul hazırlanır. Hər gecə xəstə dırnaqlar bu məhlulla silinir. Prosedur bir ay müddətində təkrarlanır. Əgər məhlul dırnaqətrafı dəriyə düşərsə, dərini yandıra bilər. Bunun qarşısını almaq üçün məhlulu tez silmək və yağlı krem çəkmək lazımdır. Propolis Pambıq tampon propolisin spirtdə 20 faizli məhlulu ilə isladılır və xəstə dırnaqların üzərinə qoyulur. Belə müalicə xəstə dırnaq düşənə qədər davam etdirilir. Propolis məhlulu ev şəraitində də hazırlana bilər. Bunun üçün 10 ml spirtə 10 qr propolis qatılır. Yodla müalicə 20 gün müddətində səhər və axşam xəstə dırnaqlar yod məhlulu ilə silinir. Qonşu sağlam dırnaqlar isə iki gündən bir yodlanır. 5-7 gündən sonra dırnaqların ətrafında yüngül yandırıcı ağrı əmələ gəlir. Bu, müalicənin uğurlu olmasını göstərir. Əgər ağrı çox güclü olarsa, prosedur daha seyrək edilir (2 gündə 3 dəfə). Çaqa kompresi Çaqa göbələyindən nazik təbəqə kəsilir və xəstə dırnağın üzərinə qoyulur, üzəri sellofanla örtülür və binlənir. Gəcə saxlandıqdan sonra kompres açılır və ayaq ilıq su ilə yuyulur. Dırnağın ayrılmış hissələri kəsilir və bütün zədəli səth yodla silinir. Prosedur uzun müddət aparılır. İlk vaxtlarda ağrı ola bilər, lakin müalicə davam etdirilməlidir. Dəniz duzu ilə vanna Bir həftə müddətində hər gün ayaqlara dəniz duzu ilə vanna edilir. Vannanın qəbul müddəti 15 dəqiqədir. Bundan sonra zədəli dırnaqlar dəmrovotunun təzə şirəsi ilə silinir. Quşarmudu ilə müalicə Quşarmudunun (üvəz) təzə yarpaqları əzilir, xəstə dırnaqların üzərinə qoyulur və bintlə bağlanır. Belə prosedur bir neçə ay müddətində hər gün edilir. Çiy yumurta məlhəmi Bir ədəd çiy yumurta, bir çay qaşığı dimetilftalat, bir xörək qaşığı bitki yağı və bir xörək qaşığı sirkə qarışdırılaraq məlhəm hazırlanır və soyuducuda saxlanır. Hər gecə məlhəm xəstə nahiyələrə sürtülür, üzərindən polietilen paket və corab geyilir. Dırnaq mikozlarının ağır formalarında belə kompres 3-4 gün müddətində saxlanmalıdır. Müalicənin gedişində xəstə dırnaqlar düşür, yerinə yeni sağalm dırnaqlar əmələ gəlir. Fitoterapevt Elnur Rəhimov
Qorxu təbii bir hissdir. Hər bir insanda digər hisslər kimi sevgi, sevinc, kin, nifrət ,həyəcan və .s. kimi qorxu da hər kəsdə var. Bu hiss insan həyatının ilk həftələrindən yaranır. Belə ki, ilk dəfə anasını görüb tanıyan körpə anasını görməyəndə və ya tanımadığı biri yaxınlaşanda həyəcan, təşviş keçirir və bununla da qorxu hissi ilə ilk tanışlığı olur və zamanla bu hiss formasını dəyişir. Ətrafını qavrama və analiz funksiyları artdıqca qorxuların forması dəyişir. Məsələn, körpə anasından başqasını görüb ağlayırdısa, qavrama artdıqca həkim insanın onunçün təhlükəli olmadığını anlayır və daha qorxmur, lakin, qorxu hissi başqa obyektlərə və ya hadisələrə yönəlmiş olur. Və beləliklə, bu hiss insanın ilk dünyaya gəldiyi günlərdən ömrünün sonuna qədər davam edən, lakin, formasını dəyişən bir yaşam tərzidir. Qorxu—insan həyatı üçün lazımlı bir duyğudur, çünki insan qorxu sayəsində həyatını davam etdirir. Qorxu olmasa insan ölüm risqi yüksək olan təhlükəli vəziyyətlərdən və davranışlardan qoruna bilməz. Bu hissin pataloji forması fobiya adlanır. “Phobos” –yunanca “dəhşət tanrısı” deməkdir. Normal şərtlərdə qorxu duyulmayacaq vəziyyət və obyektlərə qarşı yaranan mənasız qorxulara fobiya deyilir. Belə olduğu üçün fobiya insan həyatını qorumaq bir yana, dözülməz hala gətirir.Dünyada hər 10 nəfərdən ən azı bir nəfərdə fobiya vardır. Və qadınlarda kişilərdən daha çox rast gəlinir. Fobiyası olan insan qorxularının məntiqə uyğun olmadığının və çox anlamsız olduğunun fərqindədir, amma özünü onun əsarətindən qurtara bilmir. İnsan fobiya yaradan vəziyyət və ya obyektlə qarşılaşdığında panik əlamətləri göstərir, qorxu yardan səbəb aradan qalxanda və ya uzaqlaşanda normla vəziyyətinə qayıdır. Fobiyanın yaranmasında psixoloji və bioloji faktorlar böyük rol oynayır. Çünki, o psixo-fizioloji reaksiyadır. Qorxu hiss etdiyi an ürək döyünmə, dərin nəfəsalma, ağızda quruluq, təzyiqin qalxması, tərləmə, titrəmə, boğulma, əllərin və ayaqların keyləşməsi, əzələlətdə gərginlik və.s. bioloji əlamətlər olur. Qorxu zamanı baş-beyində yerləşən hipotalamus vəzindən impulslar böyrəküstü vəzə ötürülür, böyrəküstü vəxin beyin maddəsindən kortikosteroidlər—adrenalin və kortizol qana ifraz olunur. Adrenalin hormonu qan damarlarının divarındakı α2 reseptorlarına və ürəyin keçirici sistemindəki β1 adrenoreseptorlarına stimuləedici təsir göstərir. Bununla da damar divarları daralır və qan təzyiqinin qalxmasına 2qat təsir edir. Həmçinin qorxu zamanı qan dəridən daxili orqanlara doğru sürətlə axmağa başlayır, bu da əllərin və ayaqların keyləşməsinə, soyumasına, üzdə rəngin ağarmasına səbəb olur. Böyrəküstü vəzdən eyni zamanda adrenalinhormonu da qana ifraz olunur ki, bu da azan sinirinə təsir edir. Azan sinirinə təsirindən ağız suyu vəzlərində blokaedici effekt yaratdığı üçün ağızda quruluğa səbəb olur. Adrenalin eyni zamanda brouz divarindakı β2 adrenoreseptorlarına təsir etdiyinə görə broux divarı genişlənir və nəfəsalma dərinləşir. Qan dövranı sürətləndiyinə və ürək ritmi artdığına görə bədən tempraturu yüksılir və bunu kanplusasiya etmək üçün tər vəzlərində aktivləşmə başlayır, tərləməklə tempratur normada qalır. Qorxu zmanı qanda şəkərin miqdarı artır. Fobiya yaradan səbəb aradan qalxandan sonra bədəndəki bütün dəyişikliklər normla vəziyyətinə qayıdır. Fobiyanın çox növləri vardır: zoofobiya—heyvan qorxusu, kloustrofobiya—qapalı yer qorxusu, akrofobiya—yüksəklik qorxusu, aqorafobiys—açır yer qorxusu, ailurofobiya—pişik qorxusu, kinofobiya—it qorxusu, ojidofobi—ilan qorxusu, herpetofobi—kərtənkələ qorxusu, antofobi—insan qorxusu, niktofobi—gecə qorxusu, kaprofobi—nəcisdən qorxmaq, izolofobi—təklikdən qorxu və.s. Bunlardan ən geniş yayılmış formalrdan biri aqorofabiyadır. Bu açıq hava fobiyası kimi tanınır və son zamanlar çox rast gəlinir. Bu ən çox evdə tək qalmaqdan, liftdə minməkdən, kinoteatr, konsert zalı, konfrans kimi insan çoxolan yerlərdə, təyyarə, avtobus, qatar, gəmi—bu cür nəqliyyat vssitələrinə minməkdə körpü və tunellərdən keçməkdən qorxan insanlar nəzərdə tutulur. Bu cür yerlərdə adammı bir təhlükə gözləyirmiş kimi və təhlükə gəldiyində çarəsiz qalacaq, heç kim ona kömək edə bilməyəcəkmiş kimi qorxulara qapılır, orda çarəsiz qalacağını düşünür. Belə fobiyası olanlar bu cür yerlərdən mümkün qədər uzaq durmağa çalışırlar və ya yanlarında güvəndiyi biri olmadan bu cür yerlərə getməzlər. Evdə tək qala bilmir, küçəyə tək çıxa bilmir, ticarət mərkəzinə tək gedə bilmir, avtobusa tək minə bilmir. İnsan qorxu hiss elədiyi məkanda olduğu zaman onda fobiyanın bir neçə əlaməti müşahidə olunur, tərləmə, titrəmə, həyəcan, urək döyüntüləri və.s. kimi əlamətlər...Tezliklə ordan uzaqlaşmağa çalışır. Aqorafobiya ən çox 20 yaşlarda başlayır və bunlar müalicə haqqında düşünmürlər, yalnız kritik vəziyyətlərdə həkimə müraciət edirlər. Çünki, aqorafobiyanın ilkin mərhələlərində yəni, yüngül formasında insanlar keçirdikləri qorxu hisslərinə baxmayaraq tək qala bilirlər., yəni gundəlik həyat tərzlərinin tələbatlarından geri qalmırlar və sosial münasibətləri bu durumdan çox təsirlənmir. Çünki, bu davranışlarına görə gülünc vəziyyətə düşəcəklərini və qınaq obyektinə çevriləcələrini düşünürlər. Bunlarə düşünərək qorxularını gizlədər, başqalarına hiss elətdirməməyə çalışar.Lakin ağırlaşmlş formada panik atakla özünü göstərir və insanın həyatı bir tələbatlarından təcrid olunmuş formada keçir və getdikcə depressiv fona qapılır. Fobiyanın digər geniş yayılmış növü sosial fobiyadır. Qrup şəklində olan ortamlarda olmaqdan qaynaqlanan məntiqi əsası olmayan qorxular—sosial fobiya adlanır. Çoxlu insan olan bir ortamdan çəkinməklə özünü göstərən bu fobiya insanın sosial yaşamını müxtəlif formalarda məhdudlaşdırır. Sosial fobiyası olan insan toplu insanlar qarşısında danışmaz, kollektiv sohbətlərə qatılmaz və fikrini söyləməkdən çəkinər.Üzərinə diqqət cəlb edəcəyi bütün vəziyyətlərdən qaçar.Çünki, pərt ola biləcəyi vəziyyətin yaranacağından səhvlər edəcəyindən, qızaracağından, utanacağı vəziyyətə düşə biləcəyini düşünür. Bir məclisdə yemək yeməz, çünki yeyərkən üstünə tökəcəyindən ya da yemək azında qalacağından ehtiyat edir. Bir çox insasnda belə bir məcburiyyət yaranarsa, yəni toölu qarşısında çıxışı qaçılmaz olarsailk başlanğıcda sosial fobiya əlamətləri olur. Qızarır, kəkələyir, tərləyir, tez-tez udqunur, ağzı quruyur, ürəyi tez-tez döyünür, deyıcıyi spzləri bir anlıq unudur, sonra isə yavaş-yavaş normallaşır.Sonrakı çıxışlarında daha rahat formada danışır.Amma bu durum fərqli zamanlarda hər dəfə eyni formada özünü göstərir. Sosial fobiyada qorxualr şiddətli və xroniki olur.Və bu qorxular korreksiya olunmazsa zamanla panik atakakeçə bilər. BU növ fobiya əsasən yeniyetməlik yaşlarında başlayır, lakin, 18 yaşdan kiçik insanlarda sosial fobiya diaqnozu qoymaq üçün bu durum davamlı olaraq ən azı 6ay davam etməlidir. Sosial fobiyanın yüngül və ağır forması var. Depresiya, əmək fəaliyyətinin aşağı düşməsi və intihar riskini artırır. Fobiyanın bir başqa geniş yayılmış növlərindən biri spesifik fobiyadır. Normal şəraitdə qorxu ünsürü olmayacaq vəziyyətlərdən və ya əşyalardan artıq dərəcədə qorxma halına deyilir. Ən çox rastlaşdığımız fobiya növüdür. İnsan pişik, siçan, ilan, yüksəklik, çiçək, qaranlıq və.s. kimi hallara qarşı qorxu hissi keçirir. Həmin insan qorxu hiss elədiyi əşya və ya vəziyyətlə üz-üzə gəlmək istəmir. Həmin ortamlardan uzaq olduöu müddətdə normal yaşam tərzi keçirir, qorxu heç cür üzə çıxmır. Zəhərli ilanlardan, dişləyə bilən heyvanlardan və ys yıxılma riski olan yüksəkliklədən bütün insanlar qorxur. Bunlar həqiqi qorxulardır, yeni, bir insan özünü riskə atmamaq üçün bu durumlardan uzaq olur.Məsələn,ilandan qorxan biri ilana çox da yaxın getməz, çünki ilana tərəf yaxınlaşsa ilan onusancma təhlükəsi var. Bu normla reksiyadır və fobiya saylmır. Amma əgər bir insan ilanı çox uzaqda görürsə və ya həmin ilanın ona xətər yetirmə ehtimalı yoxdursa və bu halda insanda artıq dərəcədə qorxu, təlaş göstərirsə fobiyadan söz gedə bilər.Bundan əlavə fobiyası olan insan şəkildə və ya televizorda ilan görərsə ilana qarşı aşırı dərəcədə qorxu hiss edə bilər. Bu növ fobiyası olanın çox zaman yaşamında çətinlik yaranmaz. Lakin əgər o həmin durumla tez-tez qarşılaşarsa, artıq yaşayış tərzinə ciddi problemlər yaradar. Məsələn, itdən qorxan birinin it çox olan yerdə yaşaması artıq onun həyat tərznini çox çətinləşdirər. Bu növ fobiya uşaqyaşlarında başlayır. Terapiyaya ehtiyacı olmadığını düçünərək ömrü boyu bu formada yaşayırlar. Bu npv fobiyada terapiyanın ən yaxşı təsirli forması davranış psixoterapiyasıdır. Ümumiyyətlə, fobiyaların müalicəsi psixoterapiya ilə mümkündür, ağır hallarda dərman dəstəyi də almaq daha effektli nəticə almağa yardım edər. Nərmin Qələndərova Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu
Panik atak nədir? Kriz anında sanki öləcəm, ruhum bədəndən ayrılır, həqiqətən ölürəm? bu kimi suallar onları daima narahat edir. Panik atak gözləmədiyimiz bir anda baş verir və 10-30 dəqiqə davam edir daha sonra isə öz-özünə keçir. Panik atakın göstəriciləri nələrdir ? * Tərləmə * Ürək döyüntüsünün artması, tez-tez vurması * Nəfəs darlığı və boğulma hissi * Baş fırlanması * Üşümə yaxud istilik basması * Titrəmə * Sinədə sıxışma və ağrılar * Ürək bulanma və qarın ağrısı * Uyuşma * Ölüm qorxusu Bu göstəricilərdən ən az 4 və daha çox elamet panik atak anında baş verir ! Ataklar davamlı olmağa başlayır və insan hər dəqiqəsini qorxu içərisində yaşayır. Insanlar yaşayış tərzini dəyişir. Insanların çoxluq təşkil etdiyi məkanlara getmirlər, metro, avtobus, təyyarə, qatar və s. nəqliyyat vasitələrindən istifadə etmirlər. Ataklara yol aça bilən qidaları qəbul etmirlər. Ataklara görə evdən çıxanda dərmanlar götürürlər, əllərində daima su gəzdirirlər, tək qala bilmirlər, çölə tək çıxa bilmirlər, vaxtlarını daha çox xəstəxana yaxud əczaxana yaxınlarında keçirməyə üstünlük verirlər və s. Bir sözlə, həyatını dəyişməyə başlayırlar. Bəs həyat belə davam edərmi ? Təbii ki, yox ! Panik atakın 2 müalicə üsulu var: 1. Dərman terapiyası 2. Psixoterapiya (koqnitiv-bihevioral terapiya) Bu müalicədə psixiatr və psixoloq vəhdət şəklində müalicəni davam etdirir. Aytən Əlizadə Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Övladınıza paylaşmağı bacarmağı öyrətməyiniz olduqca vacibdir. Paylaşmağı bacarmaq - övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz? Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən “biri sənin olsun, biri mənim”, paltar alarkən, “birini sənə alaq, birini qardaşına” və s. kimi ifadələr köməyinizə gələcək. Övladınızla birlikdə alış–verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Qardaşın üçün hansını bəyənirsən?”, Oyuncaq seçərkən “Birini özün üçün, birini qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır. Övladınızla söhbətinizdə “qardaşının dəftəri”, “mənim kitabım” və s. kimi ifadələri işlədərək bu hissin inkişafına müsbətyönümlü təsir edə bilərsiniz. Övladınıza bu baxımdan nümunə olun. Özünüz ətrafınızdakı insanlarla nələrisə paylaşaraq ona ən gözəl nümunə ola bilərsiniz. Əlindəki oyuncağını yoldaşı ilə dəyişdirməsinə kömək edin. Bu fikri izah edin ki, sənin oyuncağınla yoldaşın oynayacaq və sən də onun oyuncağı ilə oynayacaqsan. Bu zaman övladınız əşyasını itirmək hissindən uzaqlaşaraq özünü daha rahat hiss edər. Bir neçə əşyasından hansını paylaşmaq istədiyinə özünün qərar verməsinə icazə verin. Övladınız üçün xüsusi olan əşyasını kiminləsə paylaşmaması zamanı bunu etməsi üçün müxtəlif üsullar axtarmanıza ehtiyac yoxdur. Təkidlə bunu etdirməyə çalışsanız övladınız psixoloji narahatlıq keçirə bilər. Övladınıza paylaşma hissini öyrədərkən onu məcbur etməyin. Əks halda qarşı tərəfə acıqlı ola, aqressiya nümayiş etdirə bilər. Övladınıza paylaşmağı sevdirin.
Panik pozuntusu məşhur anksiyete pozuntusu və fobiyalardən bəhs edib, insanın ən fundamental qorxularından biri olan klostrofobiyadan bəhs etməmək əksiklik olar. Bunu bəzən özbaşına dilə gətirirlər,bəzən də əhəmiyyət vermirlər, hətta normal qarşılayır amma soruşduqda izah edirlər. Ən çox qarşılaşılan vəziyyət, həyatını liftə minə bilməmə, qapısı bağlı otaqda yata bilməmə,dar sahədə durmama kimi bəzi əlamətləri, öz idarəsində basqılayan,bu vəziyyətlərdən qaçınan və əhəmiyyət verməyən şəxsin MR çəkilişi lazım olduğunu öyrənməsi ilə yaşadığı böhrandır. Tibbi bir zərurət vardır, tunel kimi,dar bir maşına girməsi və orada yarım saata yaxın müddət keçirməsi lazım gəlirdi. Amma bu onun üçün tabuta girib məzarın içində gözləməkdən fərqsizdir. MR çəkdirməyə müraciət zamanı %10 ətrafında klostrofobiya müəyyən olunmuşdur.Bu kəslərə ya anesteziya altında yatırdılaraq çəkiliş edilər, ya açıq MR-ə girərlər ya da klostorfobiya üçün müalicə görüb dərman alaraq girə bilərlər. MR ən dəqiq tətikləyən vəziyyətdir amma lift,hamam,kiçik və basıq tavanlı otaqlar, qapının kilidli olduğu bilinən hər hansı bir yer, sıxlıq mühitlər, mağaralar, tunellər,metro və hətta boğazı bir az sıxan bir qalstuk və ya boğazlı paltar belə claustrophobic bir vəziyyət ola bilər. Bəzi klostrofobiklərin bərbər kreslosunda oturarkən belə,qalxa bilməyəcəklərini düşünərək panikaya qapıldıqlarını bilirik. Adam da nəfəs darlığı,hava aclığı,baş gicəllənməsi,bayılacak kimi hiss,ölüm qorxusu,ağlını qaçırma qorxusu kimi bir sıra əlamət yaradar.Bu şiddətə çatdığında, vəziyyət artıq panik ataktır. Onsuz da bir çox hallarda klostrofobiya ilə panik atak pozğunluğu bir aradadır. Sözün kökü, latınca claustrum yəni "bağlı yer" və phobia "qorxu"dan gəlir. Tətikləyən düşüncə adamın o an orada çarəsiz və bağlı olduğu,istəsə də çıxa bilməyəcəyi, kömək ala bilməyəcəyi fikridir. Klassik psixologiyadakı bu öyrənilmiş,şərtlənmə şərhinin yanında,klostorfobiya üçün daha bioloji şərh də vardır,beyində duyğuları idarə edən amygdala adlı sahənin klostrofobik şəxslərdə daha kiçik olduğunu göstərən tədqiqatlar vardır. Bir digər görüş isə bəzi ailələrdə klostrofobik daha tez olduğu,bunun genetik faktorla açıqlana biləcəyidir.Bəlkə də insanın içində yaranmasından bu yana olan ölüm qorxusuna işarə edir. Müasir həyatda əsrlər boyunca, insanın ən dərin,gizli qorxularından biri ölmədən məzara girməkdir. Qəzada öldü sanılmaq və basdırılmaq,oyandığında çarəsiz və hərəkət edə bilməz halda məzarın içində olmaq.Bu qorxu, tarix içində özünə yeni ticarət sektorları yaratmışdır.Daha köhnə dövrlərdə cənazənin biləyinə bir ip bağlayıb,ipin ucunu məzarın xaricindəki bir çana məzmuna,daha yaxın zamanlarda izə kameralarla təchiz tabutlar, insanın bu qorxusunun məhsuludur. Uşaqlıqda başı barmaqlıqlar arasına sıxışan,bir hovuza düşüb boğulma təhlükəsi keçirən,qaranlıq bir otaqda kilidli qalan,ailə tərəfindən kilidli bir avtomobildə buraxılan uşaqlarda, irəlidə klostrofobi inkişaf riski daha çoxdur. Bu da claustrophobic öyrənilən bir tərəfi olduğunu düşündürər. Klostorfobiyanın müalicəsində müxtəlif müalicə üsulları istifadə edilər. Klostrofobik adam,yaşadığı vəziyyətdən deyil,o vəziyyətə aid nəticələrdən qorxur. Qorxulan liftə minmək deyil, orada bağlı qalar və liftdən çıkamazsa huşunu itirmə keçirib kimsədən kömək alamamaqdır.Koqnitiv müalicədə adamda lift və bağlı qorxu ilə əlaqədar məlumatlar yenilənir, yenidən qurulur. Liftin qorxulacaq, zərər verəcək,həyati təhlükə meydana gətirəcək bir alət olmadığı,bağlı qalması vəziyyətində nələr ediləcəyini yenidən öyrədirlər.Məruz buraxma müalicəsindən isə,insan gedərək artan şiddətdə, qorxduğu vəziyyətə məruz buraxılar, alışması hədəflənər.Məsələn,liftə terapevt ilə birlikdə minmə və qapının açıq olaraq gözlənilməsi, biri aşağıda gözləyərkən bir qat çıxma,birinə xəbər verərək beş qat çıxma kimi. Bilinən ən təsirli müalicə üsulu budur,müvəffəqiyyət nisbəti 70%-ə yaxındır. Nərmin Quliyeva
Müasir dövrümüzdə insanı öyrənən 200-dən çox elm sahələrinin içərisində psixologiya elmi mühüm yer tutur. Psixologiya qədim yunan sözü olub (psyuxe-ruh ruhi aləm loqos-elm bilik öyrənmək) psixika haqqında elm deməkdir. Psixologiya fəaliyyət və ünsiyyətin psixoloji probləmlərini öyrənir. Psixologiya beyində obyektiv aləmin subyektiv sürəti kimi əmələ gələn psixikanın faktları qanunauygunluqları və mexanizimləri haqqında elmdir. Həmçinin psixologiya psixi proseslər, psixi hallar və psixi xassələr haqqında elmdir. Psixi proseslər də 3 yerə bölünür. İdrak prosesləri, iradi proseslər və emmosianal proseslər. İdrak proseslərinə duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür və təxəyyül aiddir. İnsan dünyaya gələrkən nitqi özü ilə hazır şəkildə gətirmir. Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyyə işi düzgün təşkil edildikdə onun nitqinin inkişafı əsasən 4 mərhələni əhatə edir. Birinci mərhələ, nitqin nkişafının hazırlıq mərhələsidir. Bu uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir. İkinci mərhələ şifahi nitqin inkişafı mərhələsidir ki, bud a 1 yaşdan 3 yaşa qədər olan dövrə təsadüf edir. Üçüncü şifahi nitqin zənginləşməsi mərhələsidir. Bu mərhələ 3 yaşdan 7 yaşa qədər olan dövrü əhatə edir. Dördüncü mərhələ nitqin təkmilləşməsi və yazılı nitqin inkişafı mərhələsidir və 7 yaşdan sonar baş verir. Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosianal vəziyyəti, uşaq tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə anlaşılır. 3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyyatı olur. Ona gorə də istər valideyinlər istərsədə tərbiyyəçi müəllimlər uşaqlara geniş izahatlı, düzgün tələffüz qaydalarını elə örətməlidirlər ki, onların nitqi inkişaf edib məktəb təlimi üçün zəruri olan səviyyəyə çatmasına müsbət təsir göstərsin. İnsan təfəkkürünün inkişafında nitqin rolu çox böyükdür. Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində təşəkkül edir və formalaşır. Çox zaman nitq qüsurları uşaqlarda kompleks, özün inamsızlıqda yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar məktəbə və baxçaya getmək istəmirlər. Elə psixika var ki nitqi geri salır. Elə qüsurlu nitq var ki, psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitq yoxdursa uşağın psixoloji aləminə təsir edir. Belə ki, nitq vasitəsi ilə uşaq ünsiyyətə girir, lüğət ehtiyyatı artır, təsəvvürlər formalaşır. Nitqdə ləngimə varsa bu xüsusiyyətlərdə ləngiyir. Amma psixoloji olaraq uşaqda ləngimə varsa onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz. Beləki uşaq deyilən müraciəti anlamırsa onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görədə uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq uşağın psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır. Bəzən isə uşaqlarda psixi inkişaf ləngiməsi kimi mənfi tendensiya müşahidə edilir. Etiraf etmək lazımdır ki, psixi inkişaf ləngiməsi dövrümüzün aktual problemlərindən biridir. Bu problem ilk dəfə XIX əsrdə Lassenq və Lorens tərəfindən aşkarlanıb. Müasir dövrdə psixi inkişaf ləngiməsi daha ətraflı öyrənilməyə başlayıb. Psixi inkişaf ləngiməsi tam və ya qismən ola bilər. Bunu müəyyən etmək üçün psixi inkişaf ləngiməsinin yaranma səbəbini aşkara çıxarmaq lazımdır. Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, bu amillər isə 3 qrupa bölünür. Birincisi, endogen amillər-yəni daxili səbələrdən qaynaqlanan amillər qrupu, ikicisi, ekzogen amillər-yəni xarici səbəblərdən qaynaqlanan amillər qrupu və nəhayət üçüncüsü, irsi amillər. Endogen amillərə - hamiləlik dövründə ananın qida rejiminin pozulması, keçirdiyi infeksiyalar, hamiləliyin ümumi toksikozu, nevropatiya daxildir. Ekzogen amillərə - doğuş zamanı travma, erkən yaş dövründə keçirilən xəstəliklər daxildir. İrsi amillər isə genetik faktorlarla bağlıdır. Mərkəzdən bildirilir ki, bəzən isə hormonal problemlərin də psixi inkişaf ləngiməsinə səbəb olması barədə fikirlər də söylənilir. Lakin bu fikir tam təsdiqini tapmayıb. Psixi inkişaf ləngiməsini səciyyələndirən bəzi xarakter xüsusiyyətlər var. Adətən bu kimi insanlar ətrafındakıların köməyi olmadan bir iş görməkdə çətinlik çəkirlər. Çox vaxt isə məntiqsiz hərəkətlər edirlər. Həmçinin say, zaman və böyüklük ölçülərindən istifadə zamanı çətinliklə üzləışirlər Bir qayda olaraq diqqəti mərkəzləşdirə bilmir, təfəkkür sferasında analiz, sintez, ümumiləşdirmə proseslərində çətinlik çəkirlər. Həmçinin psixi inkişaf ləngiməsindən əziyyət çəkənlərdə iradə və emosional sferada kasadlıq, təsəvvür etmədə çətinlik, tez təsir altına düşmə kimi də mənfi hallar müşahidə edilir. Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, əgər uşaqlarda bu hallar müşahidə edilərsə, o zaman vaxt itirmədən mütəxəssis köməyindən faydalanmaq zəruridir. Çünki vaxtında müdaxilə edilmədikdə daha sonra ağır nəticələrlə üzləşmə riski böyükdür. Kamal
Nevroz, psixonevroz, nevrotik pozğunluq tibb elminə istifadə olunan termindir və funksional psixogen pozğunluqlar qrupudur.Adətən Astentik, təkrarlanan və isterik nevrozlar əqli və fiziki iş qabiliyyətlərinin azalmasına səbəb olur. Əsas psixoloji faktor kimi nevrozda konfliktli (daxili və xarici) şəraitdə yaranan psixoloji travmalar yaxud uzunmüddətli emosional, intellektual gərginlikdir.Nevrozun psixoloji simptomları kimi- qətiyyətsizlik, ünsiyyətdə problemlər, emosional narahatlıq (adətən, səbəbsiz yerdə), tez-tez qorxu yaxud həyəcan hisslərinin yaşanması, əhval-ruhiyyənin kəskin dəyişməsi, yüksək səsə, parlaq işığa və temperaturun dəyişməsinə qarşı həssaslıq, yuxunun pozulması daxildir.Fiziki simptomlardan danışsaq isə ilk növbədə - ürək və qarın nahiyəsində ağrılar, yorğunluq və halsızlıq hissləri, baş gicəllənməsi və gözdə qaralma, iştah pozğunluğu və öz sağlamlığının qeydinə həddən artıq diqqətin ayrılması daxildir.Nevroz kənar yardım olmadan müalicə olunması gəldikdə, ilk növbədə bilmək lazımdır ki, nevrozun yaranamsına səbəb olan bütün konflikt və travmalar beyinin bir yerində saxlanılır. Daha doğrusu isə şüuraltında. Unutmaq olmaz ki, şüuraltı insan ağlının dərk etmədiyi hissəsidir.Bu çox önəmlidir.İnsanın doğuluşundan indiki gününə qədər bütün məlumatlar şüuraltında saxlanılır. Bütün fikirlər, hisslər, situasiyalar, öyrəndiyiniz istənilən hərəkət burada cəmləşib.İndi isə şüuraltında toplanan hisslərə nəzər salaq:Uşaq vaxtı alınan psixoloji travmalar (beyində tez-tez blok edilən xatirələr silinir)Neqativ emosiyalar (qəzəb, qorxu, nifrət və s.)Şəxsiyyətin neqativ emosiyaları (qeyri-adekvat olmaq, özünə qurban gözü ilə baxmaq, inciklik və s.)Özünə inamın məhdudlaşdırılması (məndə bu yoxdu, bu mümkün deyil, bu iş alına bilməz və s.)Psixoloji komplekslər (öz fiziki və əqli qabiliyyətlərindəki çatışmazlıqları şişirtmək)Bütün yuxarıda sadalananlar nevrozla birbaşa əlaqədədir və onun əsas səbəbidir. Sosiumun istənilən üzvündə bu özəlliklər var. Sadəcə, hər kəsdə bu müxtəlif saydadır. Ənənəvi müalicə vasitələri nevrozu müalicə edə bilərmi?Adətən nevrozdan xilas olmaq üçün psixoterapevtə müraciət olunur. Lakin burda bir önəmli çatışmazlıq var- vaxt və effektlilik. Psixoterapevt söhbət vasitəsilə pasientdəki ziddiyyətləri ortaya çıxardır və onun özü-özündən baş çıxarmasına yardım edir. Nevroza qarşı digər müalicə vasitələri:Nevroz əleyhinə preparatlar (həblər, homeopatiya/müalicəvi otlar)Prosedurlar (masajlar, nevroza qarşı iynələr)Kurort bölgələrə səyahət (istirahət et və əsəblər bərpa olunacaq)Dərmanlar (preparatlar) nevrozun səbəbini müalicə etməsə də sakitləşmək üçün ondan istifadə etmək məsləhət görülür. Eyni səbəbdən pozitiv düşüncə treninqlərinin də faydası bir o qədər faydası ola bilər. Bütün bunları nəzərə aldıqda nevrozun müalicəsində ən asan yol səbəbin özündən xilas olmaqdır. Bəli, bunun üçün daha ciddi yanaşam tələb olunur, sadəcə aptekə gedib dərman qəbul etmək yox. İlk növbədə insan profilaktik tədbirlər görməlidir.Məsələn, özünüzdə toplanan mənfi enerjini azad edin. Mənfi enerjidən xilas olmaq üçün hərə şəxsi seçimin edir- kimsə divar boyayır, kimsə idmanlar məşğul olur, kimsə də gündəlik qeyd dəftəri tutur.Əgər pis bir hadisə baş veribsə, bundan azad olmaq üçün kiminləsə danışın. Bu psixoanalitik yaxud yaxın rəfiqə də ola bilər. Əsas odur ki, kiminləsə danışın və öz psixikanızı yükləməyin.İş və istirahət zamanı balans yaratmaq lazımdır. Əməksevərlik də nevroza yol aça bilər. Əqli fəaliyyəti bir müddət fiziki aktivliyə çevirmək lazımdır. Sutka ərzində ən azı 30 dəqiqə fiziki hərəkətlərə ayrılmalıdır. Yuxu sutkada 6-8 saat olmalıdr. Əgər yuxu rejimi pozulubsa, yuxunu yaxşılaşdırmaq üçün profilaktik addımlar atmaq: vaxtında yatmaq, yüksək səsli musiqi dinləməmək, yuxu öncəsi çox yeməmək, otağın havasını dəyişmək lazımdır. Gündəlik rasionunuza antistress məhsullardan qatın. Bədəndə serotonini bərpa edən, sakitliyə cavab verən: tərkibində piy olan balıqlar, banan və pomidorlardan istifadə etmək. İstirahət edin. Təbiətdə gəzinti sizin psixiki durumunuz üçün səs-küylü kompaniyalardan daha faydalı olacaq.Psixiatrlardan qorxmayın. Vitaminlər və profilaktik tədbirlər yaxşı olsa da sırf profilaktik xarakter daşıyır. Əgər nevroz artıq varsa, professionallara müraciət etmək lazımdır.Nevrozun müalicəsi kompleks olmalıdır. İlk növbədə: psixiatr, psixoterapevt və nevroloqa müraciət olunmalıdır. Həkimin iştirakı ilk növbədə nevrozun səbəblərini aşkar etmək üçün lazımdır. Bundan bqaş məhz həkim lazımi müalicə təsirlərini (gərgin yaxud sakit əsəb sistemləri üçün)istiqamətləndirə bilər. Müalicə üçün aşağıdakı vasitələrdən istifadə olunur:Psixotrop vasitələr (bunlar əsasən trankvilizatorlar olsa da, əsasən həkim reseptləri ilə satılır) Psixoterapiya kursları, fitoterapiya (psixoloji travmaların müalicəsi) və fizioterapiyadan istifadə olunur. Vüqar İsmayılov
Xroniki yorğunluq sindromunun aşağıdakı əlamətləri var:- xəstəliyin qrip, adenovirus infeksiyası və ya etiologiyası dəqiqləşdirilməmiş kəskin respirator virus xəstəliklərdən dərhal sonra başlanması,- titrətmə, subfebrilitet, kəskin ümumi zəiflik, uzunmüddət qalan və gecə yuxusundan sonra belə keçməyən yorğunluq hissi,- səthi yuxu, yuxuyagetmənin çətinləşməsi, gecə yuxusundan sonra bədənədə yorğunluq hissi, - daimi zəiflik və emosional dəyişkənlik, günün işıqlı vaxtı uzanaraq istirahət etmək arzusu, - aşağı emosional tonus, pis ovqat fonunda vaxtaşırı depressiyalar, astenodepressiv sindrom, - bəzi qrup limfa düyünlərinin, 1-ci növbədə ön və arxa boyun, çənəaltı limfa düyünlərinin böyüməsi və həssaslığının artması,- splenomeqaliya,- diffuz mialgiya və artralgiya,- təkrar kəskin respirator xəstəliklər, anginalar, bronxitlər və.s.- boğazda ağrı və quruluq (qeyri-ekssudativ faringit),- fiziki cəhətdən tez yorulma və yorğunluğun uzun müddət keçməməsi,- yaddaş və intellektin zəifləməsi, diqqətin konsentrasiyasının çətinləşməsi.Xroniki yorğunluq sindromunun diaqnostikası zamanı fiziki müayinələr və anamnezin toplanması diqqətlə aparılmalıdır, əks təqdirdə yorğunluğun hər hansı digər səbəbi (məsələn; endokrin patologiyası, metobolizmin pozulması, nevroloji xəstəlik) nəzərdən qaçırıla bilər.Xroniki yorğunluq sindromunun müalicəsi adətən ailə həkimi , terapevt, allerqoloq, fibromialgiya və artritlər üzrə mütəxəssislər tərəfindən aparılır.Qanın ümumi analizi, böyrəküstü və qalxanabənzər vəzilərin funksiyasının yoxlanılması, döş qəfəsinin, sidiyin və nəcisin (qarın, mədə və bağırsaqlarda ağrı olarsa) analizlərinin olunması vacibdir.Adətən xroniki yorğunluq sindromu zamanı müayinələrin nəticəsi normaya müvafiq olur; xəstəliyin diaqnozunun qoyulması isə daha çox həkimin professionallığından asılı olur. Xəstəliyin təbiəti barədə bir sıra mülahizələr mövcuddur ki, bunların hər birinin əsasları vardır. Xroniki yorğunluq sindromunun zəhərlənmənin bir forması, depressiyaların bir növü, virus xəstəliyi, immun sistemin cavab reaksiyası hesab edənlər var. Qeyd etmək lazımdır ki, düzgün müalicə olunmadıqda xəstəlik inkişaf edərək insanın əmək qabiliyyətini itirməsinə səbəb ola bilər. Əksər hallarda xroniki yorğunluq sindromu illərlə sürərək xəstənin sinir-psixi vəziyyətini pisləşdirir. Xroniki yorğunluq sindromunun müalicəsində ozonoterapiya çox effektli nəticə verir. Vitaminoterapiya və başqa dərmanlarla birgə tətbiq olunarsa xroniki yorğunluğu aradan qaldırmaqla, iş qabiliyyətini bərpa etməklə bərabər, insanda olan digər yanaşı xəstəliklərə də, (hipertoniya, şəkərli diabet, qanazlığı, ürəyin işemik xəstəliyi, revmatizm və s.) müsbət təsir göstərir. Ozonoterapiya çox effektli, heç bir ziyanı olmayan əvəzolunmaz bir müalicədir. Onun faydalarında yararlanın. Bu növ yorğunluğun bir sıra psixoloji səbəblərinin də olması mümkündür. Buna yaşanılan stresli hadisələr, gərgin iş və s səbəb ola bilər. Bu baxımdan psixoloqa müraciət etməyiniz tövsiyə edilir.
Rinit (zökəm) – burun boşluğu selikli qişasının iltihabıdır. Kliniki gedişinə görə rinit 2 yerə bölünür: kəskin və xroniki. Kəskin rinit virus, bakteriya və qismən də göbələk mənşəli infeksiyaların təsirindən yarana bilər. Xroniki rinit isə adətən qeyri-infeksion mənşəli olur. Bunlardan əlavə digər bir forma rinit də mövcuddur ki, bu da vazomotor rinit adlanır. Vazomotor rinit də öz növbəsində neyro-vegetativ və allergik forma rinitlərə bölünür. Ən optimal təsnifat kəskin rinitləri travmatik, toksiki, radiasyon, nevrogen və allergen formalara ayırmaqdır. Xalq təbabəti allergik rinitin müalicəsi üçün bəzi fitoterapiya üsulları təklif edir: 4 xörək qaşığı dazıotu otu, 5 xörək qaşığı qızılçətir otu, 3 xörək qaşığı zəncirotu kökü, 1 xörək qaşığı qarğıdalı saçağı, 2 xörək qaşığı çöl qatırquyruğu otu və 4 xörək qaşığı itburnu meyvəsi. Bunlardan itburnu və zəncirotu kökü ət maşınından keçirilib ümumi yığıntı ilə qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə qaynadılmış su əlavə edilib 12 saat saxlanılır. Daha sonra odun üzərində qaynadılır və 4 saat müddətinə dəmə qoyulur. Süzüldükdən sonra gündə 1/3 stəkan 3 dəfə daxilə qəbul edilir. Qalan məhlul soyuducuda saxlanılır. Müalicə kursu 6 aydır. Müalicə müddətində spirtli məhsullar qəbul etmək olmaz!Dəvədabanı bitkisinin qurudulmuş qönçələri toz halına salınır. 12 qr tozun üzərinə qaynar su əlavə edilib dəmə qoyulur. Gündə 3 dəfə bir neçə gün müddətinə daxilə qəbul edilir. Bitkinin təsir effektini gücləndirmək üçün üzərinə toz halına salınmış ərik tumu da əlavə etmək olar.15 qr şirin biyan kökünün üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.1:1 nisbətində götürülmüş itburnu meyvəsi və zəncirotu kökü xırdalanıb qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə 200 ml qaynar su əlavə edilib dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.20 qr xırdalanmış çöl qatırquyruğu otunun üzərinə 1 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənilir. Gündə 3 dəfə 1/2 stəkan yeməkdən sonra daxilə qəbul edilir.20 qr xırdalanmış dəmrovotunun üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat müddətinə qaynadılır. Gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.10 qr istiotlu nanə yarpağının üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.Bərabər miqdarda üçbölümlü yatıqqanqal otu və üçrəng bənövşə otu qarışdırılıb xammalı adi çay şəklində dəmləyib içirlər.Bostan kərəvizi sıxılıb şirəsi çıxarılır və gündə 3 dəfə 1/2 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.Allergik prosesin daha da kəskinləşdiyi vaxtlarda gündə 4-5 dəfə 2 həb aktivləşdirilmiş kömür qəbul edilir. Reaksiyaların söndüyü ərəfədə dozanı azaldıb gündə 1 həb 3 dəfə qəbul etmək olar. Fitoterapevt Elnur Rəhimov
Məktəb müəyyən bir çərçivə, mühitin dəyişilməsi və ən əsas böyük bir stressdir. Bu hal uşağın, baxça həyatından və ya evdə dayə ilə böyüyən mühitdən bir başqa, yad olan sosial aləmə düşməsidir. Bəs bu vəziyyəti uşağa necə sevdirməli? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılın sözlərinə görə, məktəb ləvazimatlarının alınması, geyim seçimini və s.uşağın özü edərsə onun üçün daha maraqlı və əyləncəli olar: “Uşağın zövqünə uyğun olaraq stolüstü, dərs çalışması üçün lampa, qələm qabı, qeyri-adi rəngarəng qələm və ya albomlar alına bilər”. Bəs məktəb həyatına qədəm qoyan uşaqların valideynləri nəyə riayət etməlidir? Psixoloq, uşağın dərs oxuması üçün ona məxsus guşənin ayrılmasının vacibliyini vurğulayıb. “Zamana mütləq diqqət verilməlidir (uşaq nə zaman dincəlir, nə zaman dərs oxuyur). Zamanın idarə olunması əsasdır. Dərs prosesi əyləncəli oyuna çevrilməlidir. Unudulmamalıdır ki, uşaq, dərsləri oyun zamanı daha yaxşı yadda saxlayır və yorulmur. Oyun terapiyası yadda saxlamaq prosesini yüngülləşdirir. Birlikdə kitab oxumaq, oyuncaqlar vasitəsilə dərs prosesini inteqrasiya və sintez etmək övladınızn intellektinə böyük bir müsbət təsir edəcək”,-deyə Nigar xanım qeyd edib. Psixoloq, əsas məsələlərdən birinin uşağın əlindən oyun zamanının alınmamasıdır. Ağır rejimdə oxumaq, onların sinir sisteminə böyük bir yük ola bilər. Nigar xanım həmçinin hər uşağın individual, özünəməxsus qavrama tərzinin olduğunu bildirib: “Uşağın özünəxas IQ seviyyesi,qavrama qabilliyyəti, individual temperament və bacarıqları var. Bunu nəzərə alaraq uşağınıza qarşı diqqətcil olmalısınız”. Şəhanə Quliyeva
Yanma sindromunu aradan qaldırmaq üçün bir sıra metodlardan istifadə olunur. Psixoloq.az onlardan bəzilərini təqdim edirik: 1: Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir. 2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil. 3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır. 5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq. 6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin.
Bir çox insan işinə həvəslə başlasa da, anidən ruhdan və həvəsdən düşür. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Yanma sindromu, insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur. Yanma sindromu hansı hallarda baş verə bilər: 1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı). 2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər. 4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi. 5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.6: Gələcəyə aid perspektivlərin görünməməsi. 7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.Əsasən üç mərhələdən ibarətdir:1: Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.2: İkinci mərhələdə insanda qıcıqlanma, acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur. 3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir.
Statistikaya görə, büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s. Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər. Daha sonrakı illərdən (5-7 yaş) başlayaraq uşağınızın doğum gününə mütləq pul qutusu (money box) hədiyyə edin. Uşağa yeni əşyanın funksiyaları haqqında danışın. Qarşısına qoyduğu ilk məqsəd üçün pul yığımında uşağa dəstək olun (yaxşı olar ki, baha olmayan əşyalardan başlayasız). Bir müddətdən sonra övladınızla birlikdə nə qədər pulunun olduğunu sayın. “Alacağınız əşya üçün daha nə qədər lazımdır?” sualını cavablandırın. Mütləq pul yığılan zaman həmin əşyanı uşaqla birlikdə almağa gedin. Sonra isə “bu əşyanı sən özün almısan, afərin sənə!”-deyərək tərifləyin. Nəzərə alın ki, pul qutusu olan uşağa pulu yığa bilməsi üçün cib xərcliyi verilməlidir. Verəcəyiniz pulun həcmi aylıq qazancınızdan və ya uşağın yaşından asılı olaraq dəyişə bilər. Cib xərcliyini siz uşağın evdə gördüyü işə görə verə və artıra bilərsiniz. Uşağa “yaxşı oxusan, bu il 4 almasan” kimi şərtlərlə pul verməyin.* Hətta, daha böyük uşaqları “pulum yoxdur, səndə olsaydı mənə bu dəfəlik kömək edərdin” kimi təkliflərlə pul yığımına həvəsləndirin. Sonra təşəkkür edin və pul verdiyi üçün sizi necə çətin vəziyyətdən qurtardığını növbəti 2-3 gün ərzində təkrar edin. Uşağı 11-14 yaşlarında, mücərrəd təfəkkür inkişaf etdikdən sonra, virtual pulla tanış etmək olar: plastik kartla necə ödəmələr edildiyini, pulun bankda necə saxlanıldığını, kreditin nə olduğunu izah edin. Unutmayın ki, uşaqlar maliyyə qaydalarını öyrənən zaman səhvlər buraxa bilər, bu səhvlərə görə uşağı danlamayın və sakit şəkildə vəziyyəti izah edin. Uşağın səhvləri – valideyn məsuliyyətidir. Baxmayaraq ki, uşaqlar məktəbdə maliyyə anlayışı haqqında məlumat alırlar, lakin onlarda düzgün maliyyə vərdişlərinin yaranması valideynlərindən asılıdır. Övladınızda sağlam maliyyə vərdişləri yaratmağa çalışın: — Qazandığından çox xərcləmə; — Öz büdcəni tərtib et və ona riayət et; — Gəlirinin 10%-nə “təhlükəsizlik yastığı” kimi bax və o pulu yığ; — Lazım olmayan əşyalara pul xərcləmə. Bu qaydaları mənimsəyən uşaq pulla daha düzgün rəftar etməyi öyrənəcəkdir.
Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur. Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur. Ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur. Əgər qadın hamilə qalıbsa, ya da ana uşaq dünyaya gətirmək barəsində düşünürsə, daxilən buna hazır olmadıqda psixoloqa müraciət etməli və bu problemi çözməlidirlər. Əks halda bu, sabah ana və uşaq arasında bir anlaşılmazlıq yaşadır. Qadın hamiləlikdən öncə və sonra ana olmaq və uşağın qayğısına qalmaq, uşaq psixologiyası haqqında ədəbiyyat oxumalıdır. Analar üçün xüsusi psixoloji seanslara, seminarlara qatılmalıdır. Ana özünü hamiləlik dövrü üçün hazır hiss etməyəndə uşaq dünyaya gətirmək dönəmi ona çətin, ağır bir mərhələ kimi görünür. Qardaş və bacının həmyaşıd olmağının üstünlükləri çoxdur. Onların ortaq maraqları olur, bir-birini yaxşı başa düşürlər, daha çox birgə vaxt keçirirlər. Aralarında yaş fərqi böyük olan qardaş-bacının da münasibətlərinin müsbət cəhətləri çoxdur. Qardaş-bacı münasibətlərinin düzgün qurulmasında yaş o qədər də rol oynamır, əsas ailənin verdiyi düzgün tərbiyədir. Valideynlər övladlarına bərabər diqqət, qayğı və sevgi verməyi bacarmalıdır. Psixoloq Vəfa Rəşidova
Yeniyetmə yaşlarında orqanizmdə baş verən dəyişikliklər, inkişaf gənclərin və onların gələcəyi üçün cavabdehlik daşıyan böyüklərin qarşısına yeni problemlər çıxarır. Cinsi hormonların artıq dərəcədə hasil olunması nəticəsində orqanizmdə baş verən bioloji dəyişikliklər cinslər arasında münasibətlərin dəyişməsinə səbəb olur ki, bu da qarşıya ictimai və əxlaqi məsələlərin həlli kimi ciddi vəzifələr qoyur. Yaşlılar bunu bilməli və heç vaxt yaddan çıxarmamalıdırlar. Onlar gigiyena məsələləri haqqında məsləhətlərlə kifayətənməyib, yeniyetmə gənclərə orqanizmin biofizioloji xüsusiyyətləri, bu dövrdə müqabil cinsə münasibət haqda sadə, onların anlayacağı şəkildə məlumatlar verməlidirlər. Əgər bu yaşda orqanizmdə fizioloji dəyişmə prosesləri, şəxsi gigiyena qaydalarına aid məsələlərdə valideynlər uşaqlar ilə ümumi dil tapırlarsa da, yeniyetmə yaşlarında olan oğlanlarda baş verən bəzi seksual məsələlərdə onlar böyük səhvlərə yol verirlər. Bunlardan ən çox təsadüf olunanı valideynlərin, müəllimlərin təsadüf etdikləri onanizm — masturbasiyadır. Oğlanların bu “eyib işlə” məşğul olduğunu bildikdə xüsusilə analar çox həyəcanlanırlar. Bu vəziyyətdə, adətən, istər fizioloji və istərsə də psixoloji sferada elə bir gərginlik yaranır ki, gəncin şüuru qeyri-ixtiyari olaraq yalnız bir istiqamətdə fəaliyyət göstərir və onu müəyyən yollara bu vəziyyətdən qurtarmağa məcbur edir. Onanizmə də elə bu baxımdan münasibət göstərilməlidir. Birinci masturbasiyalar səbəbi dərk olunmadan, sonralar isə dərk olunmuş səbəblərlə edilir. Cinsi əlaqə istəyi, adətən, gəncin özü üçün uydurduğu xəyali fikirlər, fantaziyalar nəticəsində, məsələn, tanıdığı və ya tanımadığı qadının, qızın obrazını xəyalına gətirdikdə yaranır. Belə fantaziyalar məlum səbəblərə. görə oğlanlarda qızlara nisbətən daha çox inkişaf etmiş olur. Masturbasiya aktının-sayı gənc orqanizmin fərdi xüsusiyyətlərindən və onun azad vaxtlarından necə səmərəli istifadə etməsindən asılıdır. Bəzi gənclərdə psixoloji gərginlik o qədər güclüdür ki, cinsi istək onun başqa hissləri arasında üstünlük təşkil edərək gəncin diqqətini daimi olaraq seksual sahədə cəmləyir. Belələrini masturbasiya aktı müəyyən müddət üçün bu gərginlikdən çıxarır. Bir qayda olaraq normal cinsi əlaqənin başlanması onanizmlə məşğul olmağa son qoyur. Amma bəzi hallarda evləndikdən sonra da müəyyən səbəblərə görə (arvadın xəstəliyi, hamiləlik, aybaşı və s.) onanizmdən istifadə olunur. Bəzi gənclərin həyatında onanizm yeganə əyləncəyə çevrilir və o, vaxtının çoxunu masturbasiyaya həsr edir. Belə vəziyyət əksərən intellekt cəhətdən məhdud, qaraqabaq, utancaq və yaşıdlarından ayrılıb, onlarla yoldaşlıq, dostluq etməyən gənclərdə olur. Belələri təklikdə olmağı, vaxtını boş-boşuna keçirməyi xoşlayırlar. Buna görə valideynlər belə gəncləri müəyyən bir maraqlı fiziki və ya əqli işlə, idmanın bir növü ilə maraqlandırmalı, onu yaxşı, işgüzar həmyaşıdları ilə yoldaşlığa, dostluğa təhrik etməlidirlər. Ümumiyyətlə, qeyd etməliyik ki, fiziki əmək, idman onanizmlə məşğuliyyətin qarşısını tamamilə almasa da, onun sayının hiss olunacaq dərəcədə azalmasına səbəb olar. Yeniyetmənin onanizmlə məşğul olduğunu bildikdə valideynlər heç bir vaxt cəza tədbirlərinə əl atmamalı, bu işlə məşğul olmayacağı haqqında onun söz verməsini tələb etməməlidirlər. Unutmaq olmaz ki, belə yeniyetmələrdə iradə zəif olduğundan onanizm istəyi həmişə onun verdiyi vədə üstün gələcəkdir. Burada yalnız valideynlərin sakit, inandırıcı söhbəti və məsləhətləri, eləcə də oğlanın məsləhətləri anlayıb qəbul etməsi müəyyən rol oynayar. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu
İştah (lat. appetitus – arzu, istək deməkdir) - bu hissiyyat bir fizioloji mexanizm olub qidaya olan tələbatla bağlıdır, orqanizmə qida maddələrinin daxil olmasını tənzimləyir. İştah, həzm mərkəzi, xüsusilə də hipotalamus və baş beyin qabığı ilə bağlıdır. İştahanın oyanması qanda mübadilənin aralıq məhsullarının artması, onların hüceyrələr tərəfindən mənimsənilmə səviyyəsi, toxumaların susuzlaşması, boşalmış mədənin yığılması, bədən temperaturunun azalması, bir çox xarici qıcıqlandırıcıların təsiri, şərti-reflektor fəaliyyətlə (yeməyin görünüşü, qoxusu, daimi qoyulduğu yer və s.) bağlıdır. İştahanın tormozlanması isə yemək aktı zamanı, mədə divarının qida məhsulları ilə dartılması, yeyilmiş məhsulların həzmi, həzm olnumuşların qana sorulması, hormonal fonun dəyişməsi vaxtı baş verir. İştahanın azalması anoreksiya, patoloji artması isə bulimiya adlanır. Çox zaman insanlar iştahanın az olmasından şikayət edirlər. İlk öncə müalicəyə başlamazdan əvvəl iştahanın azalma səbəbləri araşdırılmalıdır, bunun üçün həkimə müraciət edilməlidir. Əsasən iştahanın azalması müəyyən xəstəliklərlə bağlı ola bilir – həzm traktının pozğunluqları, onkoloji xəstəliklər, depressiya və stress halları, müxtəlif psixi pozğunluqlar, virus mənşəli infeksion xəstəliklər, alkoqol və siqaretdən sui-istifadə, antibiotik və təzyiq əleyhinə qəbul edilən dərman preparatları və s. Reseptlər Uzun illər bal iştahaartırıcı vasitə kimi tətbiq edilmişdir. Uşağın iştahasını bərpa etmək üçün ona hər gün 1 çay qaşığı bal vermək kifayətdir. Zamanla veridiyiniz balı artıra bilərsiniz.1 ədəd limon əvvəlcə suda saxlanıb isladılır, bundan sonra blenderdən keçirilib üzərinə bir qədər şəkər tozu əlavə edilir. Gündə 1 dəfə yeməkdən əvvəl 1/2 xörək qaşığı daxilə qəbul edilir.2 xörək qaşığı melissanın üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmə qoyulur, alınmış dəmləmə süzülüb gündə 4 dəfə yeməkdən əvvəl 1/2 stəkan daxilə qəbul edilir.Bir neçə xörək qaşığı göyçiçək çiçəkləri 2 xörək qaşığı qaynar su ilə qarışdırılıb dəmlənilir, bundan sonra alınmış dəmləmə 3 yerə bölünərək gün ərzində yeməkdən əvvəl içilir.1 xörək qaşığı günəbaxan çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib gündə 3 dəfə 1/2 xörək qaşığı içilir.Çəmən yoncasının hamaşçiçəkləri 500 ml araqla birgə 5-6 dəqiqə müddətinə zəif odun üzərində bişirilir. Bundan sonra soyudulub süzülür, alınmış məhluldan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.0,5 kq qoz, 300 qr bal, 4 ədəd limonun şirəsi və 100 ml aloye şirəsi qarışdırılıb yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.Jenşenin kökü və kökümsovundan hazırlanmış cövhərdən 25 damcı 1/3 stəkan suya əlavə edilib gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.Xırdalanmış bağayarpağı yarpağının üzərinə 1 stəkan qaynar su əlavə edilib 20 dəqiqə müddətinə dəmlənilir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl içilir.2 xörək qaşığı yatıqqanqal bitkisinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 35 dəqiqə müddətinə dəmə qoyulur, süzüldükdən sonra gündə 4 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.10 qr acı yovşan bitkisinin üzərinə 200 qr qaynar su əlavə edilib dəmlənilir. Alınmış dəmləmə gündə 3 dəfə yeməkdən əvvəl 15-20 damcı daxilə qəbul edilir.1 xörək qaşığı zəncirotu kökü, hərəsindən 2 xörək qaşığı olmaqla acı yovşan otu və boymadərən bitkiləri qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə tam dolu olmayan 1 stəkan qaynar su əlavə edilir. 20 dəqiqə dəmlədikdən sonra süzülüb hər gün 4 saatdan bir yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.Kəcəvərdən əldə edilmiş cövhər gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4 stəkan daxilə qəbul edilir.Hər gün 4 ədəd kök və 1 dəstə vəzəri şirəçəkəndən keçirilib alınan miqdar qədər su ilə durulaşdırılır. Bu qarışım yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.Gün ərzində ədviyyatlı çay içməyə çalışın, xüsusilə də zəncəfilli və itburnulu çayı iştahanı artırır.Aktiv həyat tərzi keçirməyə çalışın. Pis vərdişləri özünüzdən uzaqlaşdırın.Gün ərzində çalışın ki, çoxlu maye, adi su qəbul edəsiniz.Turş dadlı meyvə və giləmeyvələrə üstünlük verməyə çalışın. Sevdiyiniz hər hansı bir yeməyi az porsiyalarda tez-tez yeyin.Yediyiniz yeməyin xarici görünüşünə önəm verib onu hər dəfə müxtəlif formalarda bəzəyin. P. S.: Burada qeyd edilən bitki dəmləmələrini qəbul etmək olar. Lakin qəbul zamanı əks göstərişlər (mədədə turşu ifrazının yüksək olması, kəskin qastrit, mədə və bağırsaq xoraları və s.) də nəzərə alınmalıdır. Tam ziyansız hər kəsin rahat şəkildə istifadə etdiyi məhsul propolisdir (vərəmum). (propolis.az)
Ehtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olma şəklində bir impuls nəzarət pozğunluğudur. Şəxsin əslində o malı satın ala biləcək kafi maddi təcrübəyə sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Bu davranış birindən intiqam alma məqsədiylə edilməmişdir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir. Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilmişdir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır. Narahatlıq haqqında aparılan tədqiqatların azlığı, bu vəziyyətlərin insanlar tərəfindən gizlədilməsi və bu vəziyyəti reallaşdıran kəslərin sağlamlıq xidmətlərindən çox məhkəmələrə sövq edilmələri səbəbiylə gerçək sıxlığı tam olaraq bilinməsə də min adamdan altısında rast gəlindiyi müəyyən olunmuşdur. Tutulan dükan oğrularının % 5-25`ində müəyyən olunmuşdur. Xəstələrin ümumi xüsusiyyətləri:Qadınlarda kişilərə görə təxminən dörd qat daha sıx görülməkdədir.Gender arasındakı nisbətin bu qədər yüksək olmasının bir səbəbi də, kişilərin belə bir vəziyyətdə əksəriyyətlə xəstəxanalar yerinə həbsxanalara göndərilmələri ola bilər. Qadınlarda ortalama olaraq 30-35 yaşda; kişilərdə 50-55 yaşda daha sıx görülməkdədir. Həm kişi, həm də qadınlarda digər impuls-idarə pozğunluqları narahatlıqla birlikdə özünü büruzə verə bilər. Kişilərdə daha çox piromaniya (impulsiv olaraq atəş yandırıb, yanğın törətmə) və xəstəlik dərəcəsində qumar oynama, təkrar partlayıcı davranış pozğunluğu ilə bir yerdə ikən; qadınlarda trikotilomaniya (impulsiv olaraq saç və bədən tüklərini tutma xəstəliyi) ilə birlikdə görülə bilməkdədir. Narahatlıq sosial-iqtisadi səviyyə ilə birbaşa bağlı olmayıb, bu vəziyyətdəki adamın hətta sosiomədəni səviyyəsi yüksək də ola bilər. Şəxslər bu davranışlarına mane ola bilmək üçün ictimai həyatlarını məhdudlaşdıra və ətraflarından uzaqlaşa, alış-veriş etməməyə çalışa bilərlər. Xəstəliyə səbəb ola biləcək faktorlar:Uşaqlıq dövründə yaşanan mənfi şərtlərin nəticəsində inkişaf edən itkin həyatları əhəmiyyətli faktorlar arasındadır.Kleptomanik davranışlar da bunların təsirini aradan qaldırmağa istiqamətlidir. Şüuraltındakı bu xatirələrin şəxsi məcbur etməsi ilə meydana gəldiyi düşünülməkdədir. Bu insanların uşaqlıqlarındakı ailə həyatlarının olduqca travmatik və problemli olduğu müəyyən olunmuşdur. Bu fərdlərdə narsisistik (özünə olan sevgi, maraq) qırılmaların, özünə inam yaralanmalarının nəticəsi olaraq ortaya çıxdığı da düşünülməkdədir. İnsanın özünə hörmət və dəyərliliyinə istiqamətli hücumlar irəliləyən dövrlərdə adamın yetkin bir mənlik quruluşu inkişaf etdirməsinə mane olar və bu cür davranışlara zəmin hazırlayar. Kleptomaniya hərəkətləri bir itkin həyatını izləyərək də inkişaf edə bilməkdədir.Bu vəziyyətə qadınlarda uşaqların evdən uzaqlaşması; kişilərdə andropoz dövründə rast gəlinə bilər. Qadınlarda gərginliyin artdığı mensturasiya dövrləri və hamiləlik dövrlərində bu cür hərəkətlər artmaqdadır. Bu insanlarda cinsəlliklə əlaqədar problemlərə də rast gəlinir. Müxtəlif psixiatrlara görə uşaqda 3-5 yaş arasında müşahidə edilən və Freyd tərəfindən “fallik dövr” olaraq adlandırılan, uşağın cinsi orqanlara istiqamətli maraq və hərəkətlərində artımın olduğu dövrlərdə qarşılaşılan problemlərlə bağlı olduğu düşünülməkdədir. Müalicəsi:Fərdin keçmişi və bu anı ilə əlaqədar zədələyici hadisələrdən yan keçərək,bunlara istiqamətli uyğun düşüncə sxemləri inkişaf etdirilməsi və ictimai əlaqələrdəki əlverişsiz müdafiə mexanizmlərinin dəyişdirilməsini hədəfləyən müalicələr, impulsiv hərəkətləri və qayğı vəziyyətini azaltmağa istiqamətli dərman müalicələri və lazım olsa hipnoz ilə müvəffəqiyyətli nəticələr alınmaqdadır. Nərmin Quliyeva
Qarın gərmə əməliyyatı çəki azaltmaq üçün tətbiq edilməyən, əksinə bədəni düzgün formaya salmaq üçün icra olunan əməliyyatdır. Psixoloq.az-a açıqlama verən ümumi, transplant və bariatrik cərrah Bəhruz Səlimovun sözlərinə görə, qarın gərmə proseduru narkozla icra olunan əməliyyatdır: "Xanımda olan problemin miqyasından asılı olaraq təxminən 2-3 saat davam edə bilər. Əməliyyatdan sonra klinikada qalış müddəti təqribən 2-3 gündür. Reabilitasiya müddəti orta hesabla 2 həftədir". Bəhruz bəy, əməliyyatdan sonra qarının ön divarında və toxumalarında ödəmin 2-6 ay ərzində olmasının mümkünlüyünü vurğulayıb. "Bu xanımın çəkisindən və orqanizminin xüsusiyyətindəm asılı olaraq dəyişə bilər",-deyə doktor Səlimov qeyd edib. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz. Tel: 070 -579-88 -33 Şəhanə Quliyeva
Hamımız öz prinsip və ideallarımızla yaşayırıq. Lakin ümumi, dünyəvi qanunlar var ki, biz onları adlaya bilmərik. Bunun üçün bəzən öz istəklərimizi qurban veririk ki, nəticədə yenə də qalib tərəf biz oluruq. Müəyyən şəxsiyyət tipləri var ki, onlar nəinki öz prinsiplərini qurban vermirlər, hətta hamını bu prinsiplə yaşamağa məcbur edirlər. Və əgər bir prinsipi “ideal” formada reallaşmazsa bu insan, həyatını “qaralamaq” nəticəsinə gəlir. Hər bir detala diqqət yetirən bu insanın həyatında eybəcər, əyri və ya səhv bir şey olmamalıdır. Hər bir addım qabaqcadan fikirləşilir və detallara qədər düşünülür. Pedantik və inadkar olan bu insanlar həmişə səhv axtarıb onu düzəltməyə çalışırlar. Bu insanların daim şübhələrlə yaşaması onların həyatı dolğun yaşamasına imkan vermir. Əslində şübhələrinin real olmasını istəyirlər – çünki istəkləri “mənim şübhələrim düz oldu. Mən səhv düşünə bilmərəm” şəklindədir. Bütün bunlar eqonun artmasına gətirib çıxarır. Insanın məhsuldarlığı daim aşağı və nəticədə nailiyyətlərin olmaması daha da ideallığa can atmağa məcbur edir. Dairə qapanır – sıfirdan yaradılan hər bir şey nəticədə yenidən məhv edilir, çünki hər yaradılan getdikcə ideallıqdan daha uzaq qəbul edilir. Xəstəliklərin Beynəlxalq Təsnifatında belə ideallığa can atmaq, şübhələnmək, tərəddüd edən, detallara diqqət yetirən bu şəxsiyyətləri F60.5 aşağıdakı simptomları özündə ehtiva edir: Hədsiz xırdaçılıqTəmkinlilikInadkarlıqEhtiyatlılıqŞübhəli olmaqRigidlikPedantiklik Belə şəxsiyyətlər həyatda nəinki özünün, həmdə ətrafın həyatını keyfiyyətsiz etmək iqtidarındadır. Gözəl bir kəlmə “ideal heç bir şey yoxdur”. Və məhz bu çatışmayan cəhətlər insanı gözəl və seçilən edir. Biz robot deyil, adi insanlarıq. Aydan Xasməmmədzadə. Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu
Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki; —Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik — Müsbət emosiyalara olan tələbatın ödənilməməsi — İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi — Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s. Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır? Ailə həyatının birinci ili — bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu, iki “mən” birləşib bir “biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfini valideynləri gənc ailədə dəstək olmalıdır. Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır. İkinci böhranlı dövr — uşaqların dünyaya gəlməsiylə bağlıdır. Hələ ki tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanları rastlaşır. Gəlin nəzər salaq, bu zaman baş verən konfliktlərin əsasın nə təşkil edir? — Uşaqların tərbiyəsində ərlə-arvadın fikir ayrılığı — Uşağa xidmətləri bağlı qadın yorğunluğu (özünə diqqət göstərməmək və s) — Onların fəaliyyətində şəxsi maraqları ilə bağlı fərqlilik — Kişidə sosial inkişaf gedir, qadında isə tam əksinə. Üçüncü böhranlı dövr — ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar. Dördüncü böhranlı dövr — ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik ailə həyatından sonra baş verməyə başlayır. Bunun baş vermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, arvadın emosional asılılığının artması və s. səbəblərlə bağlı olur. Beləliklə ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın isə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s. Bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir. Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s. Statistik hesablamalara görə ailələrin təxminən 80-85%-də konfliktlər baş verir, qalan 15-20%-də isə narazılıqlar özünü göstərir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Sevda Xəlilova
Pediatr Vaqif Qarayev, övladı birinci sinfə getməyə hazırlaşan valideynlərə xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, pediatr hər bir uşağın qavrama qabiliyyətinin fərqli olduğunu, bu səbəbdən onlara əsəbləşməyin yersiz olduğunu qeyd edib. Mütəxəssisin sosial şəbəkədə paylaşdığı yazısını təqdim edirik: "Hörmətli valideynlər! Birinci sinfə gedən uşaqlarınızdan iki həftə ərzində Eynşteyn düzəltməyə çalışmayın! Hər uşağın diqqət konsentrasiyası, qavrama qabiliyyəti, dərsə(kitab-dəftərə) marağı fərdidi...ona görə qonşu partada oturan uşaqla müqayisə etməyin övladınızı...İmkan verin özündə maraq, həvəs yaransın...ola bilər bu, bir il vaxt aparsın... Evdə aqressiv münasibət görən uşaq məktəbdə də oxşar halla qarşılaşır...6 YAŞLI UŞAQ! Nəticədə psixoloji diskomfort yaşayır...diqqəti daha da yayınır, yaddaşı pozulur, pis yeyir, pis yatir...ya oyanıq olur, ya da özünə qapanır və s. Bütün bunlar uşağın immunitetinə təsir edir....stressə dözmür körpə balalar...payız fəslini də nəzərə alsaq xəstəliklər qaçılmaz olur". Şəhanə Quliyeva
Şiddət psixologiyanın araşdırdığı aktual məsələlərdən biridir. Bu mövzu haqda bir çox fikirlər irəli sürülmüşdür, lakin biz Erich Fromnun bu mövzu haqda araşdırmasını sizə təqdim etmək istəyirik. Erich Fromm sevginin və şiddətin qaynağı adlı kitabında şiddətin qaynaqlandığı səbəblərin bəzi növlərini araşdırmış və qeyd edib. İnsan davranışlarının öyrənilməsində şüuraltının nəzərə alınmasının vacibliyini qeyd edən psixoanaltik, şiddəti öyrənərəkən də şüuraltı məsələsini unutmamışdır.Erich Fromm qeyd edirdi ki, şiddətin ən sadə növü oyun və ya yarışmalarda ortaya çıxan şiddətdir. Bu şiddət növü nifrətdən, yıxıcıılığa meyillilikdən yox hünər və ya cəsarəti nümayiş etdirmə istəyindən yaranır. Bu cür oyunlarda məqsəd öldürmək deyildir, əgər oyun ölümlə nəticələnərsə, bu rəqibin yanlış mövqedə olduğunu göstərər. Şiddətin başqa bir növü də reaktiv şiddətdir. Reaktiv şiddət dedikdə bir insanın özünün və ya başqasının həyatını, azadlığını, namus və malını qorumaq üçün tədbiq etdiyi şiddət başa düşürük. Bu cür şiddətin qaynağı qorxudur və ən çox rast gəlinən şiddət növüdür. Bu şiddətin seçiciliyi ondadır ki, məqsəd ölüm yox həyatdır. Mənəvi yüksəkliyə sahib insanlar öldürmənin, müdafiə xarakterli belə olsa, əxlaqi baxımdan doğru olmadığı fikrini irəli sürürlər, lakin həyatını qorumaq üçün şiddətə əl atanlarla sırf öldürmək məqsədli şiddət göstərməyin eyni olmadığını da qəbul etməlidirlər.Reaktiv şiddətə bənzər, amma daha çox patoloji olan şiddət növü qisasdır. Reaktiv şiddətdə məqsəd gəlməkdə olan zərərin başqa tərəfə yönəldilməsi olduğu halda, qisasalıcı şiddətdə artıq zərər var deyə müdafiə xarakteri daşımır. Qisasalıcı şiddəti ibtidai və mədəni cəmiyyətlərdə olduğu kimi ayrı-ayrı fərdlərdə də görə bilərik. İntiqam hissi bir cəmiyyətin və ya fərdin gücü və yaradıcılıq qabiliyyəti ilə tərs-mütənasibdir. Zərər görən gücsüz insanların baş vura biləcəyi tək bir yol isə qisasdır. Başqa bir bir şiddət növü də inancın məhv edilməsindən yaranan şiddətdir. Bu daha çox uşaqlarda rast gəlinən haldır. Uşaqlar həyatlarına sevgiyə, yaxşılığa, ədalətə inanaraq başlayırlar. Bu inanclar insanların çoxunda elə uşaqkən məhv olur. Uşaq atasının yalan danışmasının şahidi olur, atasının anasından qorxduğunu, onun anasını məmnun etmək üçün övladından üz çevirməyə hazır olduğunu görür. Anası və atası arasında olan cinsi əlaqəyə şahid olmuş uşaq atasını vəhşi heyvan kimi təsəvvür edir. Uşağın valideynlərinin sevgisinə, doğruluğuna və ədalətinə olan inancı bununla da məhv olur. Bəzən dini təlimlərlə yetişdirilən uşaqlarda bu inancların məhv olması birbaşa Tanrıya olan inancın itirilməsinə səbəb olur. Amma burada məhv olan inancın insana və ya Tanrıya olan inanc olması vacib deyil. Məhv olmuş inanc hər zaman həyata, həyatın təhlükəsiz olmasına duyulan inancdır. Aldadılmış və xəyal qırıqlığına uğramış bir şəxs həyata nifrət edə bilər. İnanacağı heç kəs yoxdursa, heç nə mövcud deyilsə, şəxsin yaxşılığa və ədalətə olan inancı axmaqca bir illuziyadırsa, həyatı Tanrı yox Şeytan idarə edirsə, onda həqiqətən həyat nifrət ediləcək bir şeydir; insan artıq xəyal qırıqlığının gətirdiyi əzaba dözə bilmir. Həyata inanan, yaşamağı sevən, amma xəyal qırıqlığına uğrayan bir şəxs beləcə ətarafa nifrət edən birinə çevrilər.Şiddətin başqa bir növü də kompensasiyaedici şiddətdir. İnsan, sadəcə özünün dəyişidirilməyi ilə kifayətlənməz, dünyaya möhürünü vurmaq, onu da dəyişdirməyə çalışar. Bu ilk qayaüstü rəsmlərdə, incəsənətdə, işdə və cinsi münasibətlərdə özünü göstərir. Bir insanın öz qabiliyyətlərini bir yolda istifadə edə bilmə bacarığı güclülükdür. İnsan öz gücünü itirdikdə acı çəkməyə başlayar, gücsüzlüyün yaratdığı bu acı insanın gücsüz olmağı qəbul etməməsindən qaynaqlanır. Kompensasiyaedici şiddət gücsüzlükdən yaranan, gücsüzlüyü kompensasiya edən bir şiddət növüdür. Yaşaya bilməyən insan başqalarının da yaşamasını istəməz.Şiddətin digər bir növü isə qana susamaqdır. Bu xəstə yox, tamamilə sağlam olan bir insanın öldürmək ehtirasıdır. İbtidai insan təkamüldən, tamamilə insan olmaqdan qorxduğundan ondakı bu öldürmə ehtirası yeni bir mərhələyə keçməsinə səbəb olur. Öldürmək ibtidai səviyyədə ən böyük sərxoşluq, ən böyük özünütəsdiq metodudur. Muxtar Haşim