“Qarşılarına çıxan ilk insanı sevirlər” – Psixoloq erkən nikahlardan danışdı

“Evlənirlər və düşünürlər ki daima romantika olacaq. Ancaq real həyat isə elə olmur”. Yetkinlik yaşına çatmayan azyaşlıların evləndirilməsi, ərə verilməsi daim qınaq mövzusu olub. Xüsusilə də Azərbaycanın rayon və kəndlərində bu hal daha geniş vüsət alıb. Belə ki, 14-17 yaşındakı qızların düşüncəsi formalaşmadan, fikri soruşulmadan və ya sadəcə birindən xoşu gəldiyi üçün ərə verilir ki bu da çox zaman erkən boşanma ilə nəticələnir. Mövzu ilə bağlı Psixoloq.az –a açıqlama verən EMDR terapevt, psixoloq Yeganə Özçelebi erkən nikahların müsbət tərəfindən çox mənfi cəhətlərinin olduğunu bildirib: “Müsbət tərəfi  budur ki, gənclərin psixikası daha bərkiməyib. Onlar br-birlərinə daha tez uyğunlaşa bilirlər. Çünki bir-birlərini qəbul etmək daha rahat olur. Yaş artdıqca insan başqa insana adaptasiya dövrü daha çətin keçir. Eyni zamanda da gənclərin psixikası emosional olur. Hanısısa anşılmazlıq olduqda qəlblərini tez qırırlar. Daha yetişkin insanlar isə öncə götür-qoy edir və daha sakit formada müzakirə edirlər”. Psixoloq gənclərdəki məhəbbət hissinin daha güclü olduğunu diqqətə çatdırıb: “Belə ki qarşılarına çıxan ilk insanı sevə bilərlər. Erkən yaşlarda adi xoşlanmaq sevgiyə çevrilə bilər. Sevirlər, evlənirlər və düşünürlər ki daima romantika olacaq. Ancaq real həyat isə elə olmur. Artıq problemlər başlayır, məsuliyyət artır. Bunu artıq azyaşlının valideyni düşünməlidir. Bəzən uşaq daha tez dünyaya gəlir və əslində valideynlər buna hazır olmurlar. İnsanların həyatı isə bu zamandan sonra vəzifələrdən ibarət olur”. Yeganə xanım gənc qız və oğlanların bəzi məqamları dərk etmədən evləndirildiklərini tənqid edib. “Xanım düşünür ki uşaqlığı bitir və çətin həyat sürməyə başlayır. Eyni cürə də oğlan bəzi məqamları başa düşmür. Məsələn, anası ilə qalanda oğlan çirkli corablarını çıxarıb yatağının altına atırdı. Anası isə səssiz formada götürüb  yuyurdu. Xanımı isə artıq deyinməyə başlayır corablarını niyə bura atmısan deyə. Çox zaman oğlan anlamır ki qadını tam olaraq nə istəyir. Psixoloji olaraq gənc olduqları üçün bu həyatı daşımağa hazır olmurlar”. İdeal evlənmək yaşından da bəhs edən psixoloq qızların 22 yaşdan tez ərə verilməsinin əleyhinə olduğunu vurğulayıb. “Xanım üçün ideal evlənmək yaşı 22-28, oğlanlarda isə 27-35 yaş dövrüdür. Çünki bu yaşlarda artıq xəyal qurmurlar, həyatı dərk edirlər. Amma gənclər özləri üçün xəyal qururlar və gerçəklərlə qarşılaşdıqda qırıqlıqlar yaşayırlar”,-deyə Özçelebi açıqlayıb. Şəhanə Quliyeva

Özünüzü necə motivə edə bilərsiniz? - Üsulları

Motivasiya insanı hərəkətə gətirən daxili emosional haldır. Özümüzü necə motivə edə bilərik? Bunun üçün nəyi etməli və nəyi etməməliyik? 1 – Hər nə olsa da, özünüzdən neqativ emosiyaları rədd edin! Düşünün ki, bütün düşüncələr maddidir və formalaşa bilir. Əgər mütəmadi və davamlı pis şeylər haqqında düşünsəniz, sizin başınıza gələcəkdir. “Uğur son, uğursuzluq ölümcül deyil, davam etmək cəsarəti – bax, bunun anlamı vardır”. (Uinston Çörçil). 2 – Özünüzə söz verin ki, bazar günü olsa belə, siz yuxudan erkən qalxacaqsız. Ən yaxşı motivasiya sübhdən başlayır. Yoxlayın, siz yuxudan tez dursanız, kifayət qədər vaxtınız olacaq. Hətta harasa tələsməsəniz belə, heç bir işiniz olmasa da, tez durun. Bu vaxtı özünüzə, öz inkişafınıza sərf edin, bir neçə səhifə faydalı kitab oxuyun.  3 – Qələbəyə motivasiya - Həmişə qələbəyə hərəkət et. Hər bir insanın müəyyən durumda qələbə çalıb, məğlub olmaq seçimi var. Yuxudan duran kimi, tələsməyin, yerinizdəcə düşünün, “Bu gün mən dünəndən daha yaxşı olacağam. Bu gün əla gün olacaq. Bu gün məni kiçik qələbələr gözləyir”. İnanın ki, gün boyunca pozitiv, enerjili və özünəinamlı olacaqsız. Bu durumunuzda isə heç kəs sizə mane ola bilməyəcək. “Bəxti gətirən adam o kəsdir ki, başqalarının etmək istədiklərini etmişdir”. (Jül Renar) 4 – Pozitivlik və xoş əhval-ruhiyyə motivasiyası - Çalışın ki, istənilən halda yaxşını və pozitiv anları görə biləsiz. Bilin ki, insanlar müsbət, pozitiv, optimis adamlara meyil edirlər. Kimsə deyə bilər ki, bəs əgər bir adamın başına pis hadisə gəlibsə, onda nə etməlidir? Sadəcə bunu anlamaq lazımdır ki, başınıza gələn hər bir şey sizin üçün təcrübədir. Əgər bu cür hadisələr olmasaydı, siz zəif, gücsüz və uğursuz olardız. Bunlar sizi daha güclü və məqsədyönlü edir. 5 – Yardım motivasiyası - Ehtiyacı olan digər insanlara yardım etməkdən imtina etməyin. Xeyirli iş görəndə siz yalnız yaxşı iş görmürsüz, həm də xoş hislər qazanırsız. Başqalarının həyatını yaxşılaşdırdıqda, öz həyatınız da yaxşılaşır. 6 – Motivasiyanız şübhələriniz səbəbindən dağılır. Çox adam həyatda irəliləyiş əldə etsə də, özünəinamsızlıqdan motivasiyasını saxlaya bilmir. Bəzən onlara elə gəlir ki, nəyisə düz etmirlər, yaxud düz yolda deyillər. Bilin ki, inam hər bir insanın ən zəruri göstəricisidir. O olmasa həyatınızda uğur olmaz. Özünəinamı artırmaq üçün yollardan biri verdiyin sözü tutmaqdır. Başqalarına verdiyiniz sözü tutduqda özünüzə vermiş olduğunuz sözü də tutacaqsız və bununla sizə özünəinam yaranacaqdır. 7 – Arzunuza doğru hərəkətdə özünüzə proqres hiss etmək şansı verin. “Alışıb-yanan ürək üçün mümkün olmayan heç bir şey yoxdur”. (Con Heivud) Bilin ki, bizim orqanizm ağıllı bir mexanizmdir ki, bizim enerji və gücümüzü qoruyub saxlayır. Əgər sizin fəaliyyətinizdə proqres yoxdursa, gələcəkdə də olmayacaqsa, bu sizdə zəifləyəcəkdir. Nəticədə motivasiya öləcək və tənbəlliyə gətirib çıxaracaqdır. Yaxşısı budur ki, təbiət qanunları ilə oynamayaq, bu bizə baha başa gələr. Onlarla əməkdaşlıq edək. 8 – Proqresinizi müqayisə edin. Biz həmişə öz motivasiyamıza sübut etməliyik ki, işlərimiz uğurlu gedir. Hər keçən gün bu artmaqdadır. Bilin ki, siz proqresi müqayisə etməlisiniz, prosesi deyil. Məsələn, siz faydalı kitabdan 30 səhifə oxumusunuz. Bu, prosesdir. Ancaq mən o kitabdan 30 sual versəm və siz cavablasanız, mənimsəmiş olduğunuza görə proqres olacaqdır. 9 – Özünüzlə yarışın. Özünüzü başqalarıyla müqayisə etmək sizi demotivə edə bilər. Hətta irəli getsəniz belə, bunu etməyin. Bilin ki, hər kəsin öz həyatı, işi və münasibəti var. Başqasıyla yarışdıqda bu, çox gülünc görünür. Sanki futbolçu velosipedçiylə yarışmaq istəyir. Hər gün bir miqdar çox üstün gəlməli olduğunuz yeganə kəs özünüzsüz. Hər gün cəsarətinizi toplayıb deyin: “Mən bacarıram, öhdəsindən gəlirəm, mən nail olacağam və bu, yalnız mənə lazımdır!” Həyatımız öz əlimizdədir, onun bədbəxt, yaxud xoşbəxt olması da bizdən asılıdır. Fərid Abdullah

Nevroz simptomu necə formalaşır?

Nevrotik qrupuna aid xəstəlikləri yaxın keçmişdə nevroz adlandırırdılar. Bu xəstəlik qrupunun müalicəsinə böyük əmək sərf etmiş alimlərdən biri hamımıza tanış Ziqmund Freydin bəzi əsas fərziyyələrinə (hansılarki mütləq təasdiqini tapıb) diqqət yetirmək istərdim. Beləliklə, nevroz iki ayağa söykənir: uşaqlıq travması + aktual travma, və bu travmanın tədqiqatı Freydi travma nəzəriyyəsinin yaradılmasına gətirir və ya, necə başqa adı – erkən yoldan çıxardılmanın (cəzb etmə, erkən seksual yoldan çıxartma (cəzb etmə)) nəzəriyyəsi. Ona əsasən, uşaqlıqda uşaq seksual xarakterli travmasını alır. Əlbətki, onun uşaq "məni" daha çox zəifdir və travmanı adekvat emal etməyə qadir deyil, sıxışdırıb çıxarma baş verir, affekt şüursuzluqda inkişaf etməyə başlayır və nevroz simptomatikası şəklində çıxış etməyə başlayır. Freydin fikrinə görə, psixoanaliz psixonevrozlarla çox gözəl işləyir. Uşaqlıq travmasını aşkar edən insan özünü dərk edərək nevrotik əlamətlərdən azad edir. İsterik simptom dərin simvolikaya malikdir. Nitqin isterik fonda itirilməsi: “mən kimləsə daha danışmaq istəmirəm” İsterik korluq: “mən bunu görmək istəmirəm”. Freydin birinci dualist modelinin əsasına Şopenqauerin tezisi qoyuldu: “Dünyanı aclıq və sevgi idarə edirlər”. Yəni bu meyllərin iki qrupudur: Mən-dən gələn və libidonun meylləri. "Mən"-in ən tutumlu  meyl ifadəsi – özünü qoruma instinktidir, libidonun meylləri isə seksual meyllərdir. Belədir dualizm! Nevroz simptomu necə formalaşır? Libidoz enerji boşalmaya cəhd edir – subyekt həzzə cəhd edir, amma əgər yol, hansını ki, o seçir, Mənə əks təsirlə qarşılaşırsa – sıxışdırıb çıxarma baş verir. Meyl sıxışdırılıb çıxardılır və başqa çıxış yolu axtarmağa məcbur edilir, dolama yollara əl atılır. Və o onları tapır – nevroz simptomu şəklində. Nevroz simptomu insan Məninə lazımdır – o əvəzetmə kimi axtarılan təmin olunma formasında yaranır. Əslində nevrozlar özü böyük bir müdafiədir. Nədən? İnsanın özündən. O özündən ki, insan onu hələ heç tanımır… Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu və psixoanalitiki Aydan Xasməmmədzadə

Bal ayı xoşbəxt evlilik üçün vacibdir - Səbəbi...

Nikah şəhadətnaməsinə imzanı atıb, çalğılı, əyləncəli toyu geridə qoydunuz. Siz ikiniz artıq yeni həyata başlayırsınız. Hər nə qədər də həyatınızı paylaşacağınız insanı tanısanız da yeni ev, yeni həyat ən çox da xanımlarda stress, depressiv halların yaranmasına səbəb olur. Bu hallardan uzaq olmaq üçün toydan sonra mütləq bal ayı dediyimiz kiçik tətilə çıxmağın faydaları var. Sual verə bilərsiniz ki, niyə bal ayına getməliyik? Nə gərək var əlavə xərcə? Bal ayı yeni evlənənləri yorğunluq və stressdən azad etməklə yanaşı, həm də, onların yeni həyata addım atmaları üçün gözəl başlanğıcdır. Bu ayın digər bir üstünlüyü də yeni evli cütlüklərin rahatlıqla başbaşa qala bilməsidir. Amma təəssüf ki, çox cütlük bal ayına elə də önəm vermir. Müxtəlif səbəblər cütlüklərin bal ayını ciddi qəbul etməmələri üçün əsas ola bilər. Burada əsas amil əgər yeni evlilər işləyirlərsə iş yerlərində onlar üçün yaranan problem ola bilər. Digər amil isə toy və toya qədər olan xərclərin çoxluğudur ki, bu da, onlara bal ayı haqlarından istifadə etməyə imkan vermir. Və nəticədə bal ayı təxirə salınır. Bunu bilin ki, təxirə salınmış bal ayı sonradan əhəmiyyətini itirir. Bal ayının 2 əsas xüsusiyyəti var: yeni evli cütlüyün başbaşa qala biləcəyi zaman kəsiyidir və toydan sonra mütləq tez bir zamanda gedilməlidir. Əgər evləndikdən bir neçə ay sonra bal ayına getsəniz o bal ayı yox, sadəcə tətil olacaq. Evləndikdən sonra bal ayının ciddiyətini anlayın. Toy xərclərinə qənaət edin, nə edirsiniz edin, bir yolla bal ayı üçün kənara az da olsa pul qoyun. Bunun üçün böyük məbləğ lazım deyil. İş çox, büdcə də azdırsa mütləq həftə sonu iki günlüyünə də olsa şəhərdən kənara çıxın və başbaşa qalın. Bu işinizə çox yarayacaq və bal ayı sizi depressiv, stressli vəziyyətdən azad edərək xoşbəxtliyinizə səbəb olacaq.

Fiziki qüsurlu insanların psixologiyası

Fiziki qüsurlu insanların cəmiyyət içərisində həyatlarını istədikləri kimi yaşaya bilməmələri, bu cür insanların cəmiyyətdən uzaqlaşmasına, özlərində var olan qabiliyyətlərə, bacarıqlara adaptasiya ola bilməmələrinə, özgüvənlərinin aşağı düşməsinə səbəb olan ən güclü faktordur. Fiziki qüsurlu insanlara köməklik edə bilmək üçün hər şeydən əvvəl qüsurlu insanların psixologiyasını bilmək lazımdır. Onların hansı hərəkətdən, davranışdan xoşları gəlib-gəlmədiyini bilmədən yəni, onların dünyasını tanımadan fiziki qüsurlu insanlara köməklik etmək çox çətindir. Aşağıdakı sualları araşdıraq. Fiziki qüsurlu insanlar özlərini cəmiyyət içində necə hiss edirlər? Özlərini fərqli bir psixologiya içində, yoxsa normal insan kimi hiss edirlər? Fiziki qüsurlu – bu sözə diqqət yetirdikdə normal bir insanın şəxsi və sosial həyatında özünün görməli işləri, doğuşdan və yaxud sonradan qazanılan fiziki narahatçılıq səbəbindən edə bilməməsidir. İnsanın yaşadığı bu əksiklik fiziki və psixoloji çətinlik yaşamasına səbəb olur. Normal insanların fiziki qüsurlu birinə baxış tərzi əsasən yazığı gəlmək və yaxud onu fərqli qəbul etməkdir.İnsanların fiziki qüsurlu insanlara yazığı gəlməsi yaxşı niyyətli duyğudur. Ancaq yaddan çıxarmamaq lazımdır ki, yazığı gəlmək fiziki qüsurlu insanlara köməkdən çox ziyan verir. Bəs cəmiyyətdəki insanlar qüsurlu insanlarla necə davranmalıdırlar? Onlara qüsurlu kimi mi yoxsa normal insanlara davrandıqları kimi mi davranmalıdırlar? Məsələn: Bəzi insanlar fiziki qüsurlu insan gördükdə baxmadan keçmirlər. Bəzən dönüb təkrar-təkrar baxır və bəzən “Allah uzaq etsin”, “Allah heç kimin başına gətirməsin” kimi cümlələr qururlar. İnsanların fiziki qüsurlu insanlara belə yanaşması onların təkrar-təkrar qüsurları ilə üzləşmələrinə və təkcə qüsurlarını düşünmələrinə səbəb olur və bu vəziyyət fiziki qüsurlu insanların cəmiyyətdən soyumasına, uzaqlaşmasına səbəb olur. Bəs cəmiyyət olaraq qüsurlu insanlarla necə davranmalıyıq? İlk olaraq onların da rahatlıqla istifadə edə biləcəyi yollar, binalar, xəstəxanalar, nəqliyyat vasitələri və s. yaradılmalıdır. Onları olduqları kimi qəbul etmək və bizdən biriymiş kimi davranmaq lazımdır. Gərək duyulmadıqca onlara xüsusi diqqət göstərməmək və normal insanlara davrandığımız kimi davranmalıyıq. Onlara xüsüsi olaraq davranmaq, onlara lazımsız diqqət göstərmək qüsurlu insanlara xeyirdən çox ziyan verir bunu unutmamalıyıq.Elvira KərimovaPsixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Ölümə Yaxın Təcrübə (ÖYT) - Bilinməyən gerçəklik

Mövzu illərdir mənimlə birgə yaşasa da, bu haqda yazmaq istəyim yox idi. Bəlkə də bu, mövzunun yazılma anının özüm üçün də yetişmiş olduğundandı.  Mövzu bildiyimiz mövzulardan olsa da, mənim üçün kifayət qədər yeniliklər gətirdi. Üstəlik, özümlə bağlı maraqlı bir tapıntıya da nail oldum. Belə ki, tez-tez mənə ünvanlanan "siz psixoloqsunuz?" sualı, yaxud "sizinlə danışdıqdan sonra özümüzü çox rahat hiss edirik", "sizinlə sanki uzun illərdir tanışıq" kimi fikirlər özümü də şübhəyə salmışdı: "Doğrudanmı mən beləyəm? Beləyəmsə niyə beləyəm?!" -Bu haqda dərindən düşünməyə başlamışdım. Bir çox suallarım yaranmışdı. "Hər şeydə bir səbəb vardır" prinsipindən yola çıxaraq bir xeyli araşdırmalar aparandan sonra heyrətə gəldim. İnsanın özü barədə tapıntısı, özünün kəşfi onda yüngül bir sevinc şoku da yaşadır, bəli, özünü tanımaqla bağlı cüzi bir məlumatın verdiyi həzz də bir başqadır. Sözü çox uzatmadan qeyd edim ki, bu "kəşf" "ölümə yaxın təcrübə" (Near Death Experience) hadisəmlə bağlıydı. Bir az səbirli olsanız, irəlidə məhz bu bağlılıq haqda bəhs edəcəyəm.Ölümə Yaxın Təcrübəni 9 yaşımda qanazlığı xəstəliyi (anemiya) səbəbindən bir ürəkgetmə, bayılma halı və ardından yaşadığım əsrarəngiz, maddi dünyamızda bənzəri olmayan bir "ruh səyahəti" ilə yaşadım. Klassik ÖYT (Ölümə Yaxın Təcrübə) əlamətlərində olduğu kimi bir sürət qatarındaymışam kimi parlaq bir işığa doğru uçdum. Sonra mükəmməl bir rahatlıq, sakitlik hissi, daha sonra sonsuz, ifadə edilməz sevgi duyğusu, ən sonda geri dönməmək istəyi, inad, hətta olduqca aydın xatırlayıram, üzümə sillə vurub məni ayıltmaq istəyənlərə qarşı daxilən çox əsəbiləşmişdim. Sonra da hamımızın bildiyi klinik ölüm sonrası bədənə geri dönmə, həyata qayıdış və yaşamağa davam. 9 yaşlı uşaq üçün belə bir təcrübə anlaşılmaz idi (həmin illərdə belə hadisələr dərindən araşdırılmağa yeni başlanmışdı). Hələ nələr baş verdiyindən xəbərsiz, məlumatsız olduğum üçün ayılandan sonra böyüklərin dediyi "ölümdən döndün, bala" fikrinə söykənərək, "yəqin belə hallar hər kəsdə olur", deyə hadisəni çox da ciddiyə almamışdım. Buna baxmayaraq, hadisə elə indi də o halı yaşayırammış kimi hər zaman yeni hisslərlə hafizəmdə həkk olunub.ÖYT haqqında uzun-uzadı yazmaq fikrim yoxdur. Onsuz da bu haqda yetərincə araşdırmalar aparılıb, təcrübələr gerçəkləşdirilib, məlumatlar və kitablar yazılıb. Bəziləri ÖYT-ün sirrlərinin hələ də açılmamasını iddia edərkən, bir sıra elm mütəxəssisləri bunun əksini, tibbi açıqlamasını yayınlamışlar. Bir başqa elm adamları isə özləri kliniki ölüm keçirdikdən sonra yaşadıqlarına elmi izah tapa bilməyərək dinə dönmüş, (xristianlıq, islam və s. qəbul etmiş) Yaradanın var olmasına inandıqlarını dilə gətirmiş, üstəlik, bu haqda kitablar da yazmışlar. Həmin araşdırmaları, məlumatları mən də oxumuşam. Əslində bəzi keçirilən təcrübələr hadisəni öz təbii halı ilə, ön hazırlıqsız yaşayan biri üçün gülməli gəlir. Yəni belə bir təcrübəni təbii halında yaşayan biri olaraq mən, məsələn, neyrocərrah doktor Eben Aleksandrı (ÖYT yaşamış), təcrübələr yolu ilə ÖYT hadisəsini izah etməyə çalışmış doktor Karolina Uottdan (ÖYT yaşamamış) daha yaxşı anlayıram. Bəziləri ÖYT hadisəsini astral səyahətlə eyniləşdirirlər və bunu istənilən bir insanın bir sıra texniki metodları öyrənib tətbiq etməklə həyata keçirəcəyinə inanırlar. Fəqət, bu da tam təsdiqini tapmayıb. ÖYT-nin öyrənilməsi tarixiArtıq çoxlarına bəlli olan NDE (Near Death Experience/Ölümə yaxın təcrübə) terminini ilk dəfə amerikalı psixoloq və psixiatrı Raymond Moudi 1975-ci ildə özünün məşhur "Həyatdan sonrakı həyat" kitabı ilə gətirib. 1978-ci ildə Beynəlxalq Ölümə Yaxın Təcrübə Araşdırmaları Assosasiyası (IANDS) yaradılıb. 1998-ci ildə həkim Cefri Lonq Ölümə Yaxın Təcrübə Fondunun (NDERF) əsasını qoyub. ÖYT ilə psixologiya, psixiatriya, tibb, parapsixologiya kimi bir sıra elm sahələri məşğul olub, bu günə qədər milyonlarla insanın yaşadığı parapsixoloji halları araşdırıb nəticələrə gəlməyə çalışıblar.ÖYT anında keçirilən klassik hisslər: 1. Xoşagəlməz səs (uğultu);2. Xoş emosiyalar, hüzur və sakitlik hissetmə;3. Çəkilmə və çıxma tərzində yüksəlmə, özünü yüngül, xəfif hissetmə;4. Əvvəldən ölmüş olan yaxınları ilə görüşmə, xoş melodiya, işıq, rənglər, mifoloji varlıqlar və s;5. Həyatın bir film lenti kimi göz önündən keçməsi, yadlaşma;6. Dar uzun və ya işıqlı tunelə doğru uçuş;7. Fiziki bədənini kənardan müşahidə etmək;8. İşıqlı varlıqlarla danışmaq, qalıb-qalmamaq mövzusunda təkid;9. Geri dönməmək istəyi, fiziki bədəndən imtina;10. Fiziki bədənə döndükdə soyuqluq hissi.Qeyd edim ki, məndə bu halı yaşayarkən sadalanan əlamətlərdən 2, 3, 6 və 9 olmuşdu. ÖYT-nin tibbi açıqlamasıİddiaya görə, "o dünyadan qayıdanlar"-ın danışdıqları sakitlik və dinclik hissləri isə qanda noradrenalin hormonunun düşməsi nəticəsində yaranır. Alimlər bildirirlər ki, həmin hormon, adətən, stress və zədə zamanı ifraz olunur. Beyin ölümü əvvəllər rastlaşmadığı belə kritik şəraitə uyğunlaşmaq cəhdi kimi qəbul edir. Ölmüş qohumlarla görüş də bununla izah oluna bilər. İnsanın onlarla xoş xatirələri bağlıdır, ona görə də məhz bu görüntülər böyük miqdarda noradrenalinin ifrazına səbəb olur.Və yenə də iddiaya görə, uzun tunel və ya işığa doğru uçuş beyində müəyyən şəkillərin yaranması ilə bağlı gözün tor qişasına düşən işığın transformasına görə cavabdeh olan hüceyrələrin tədricən ölməsi ilə əlaqədardır. Belə fikri Edinburq Universitetinin tibb kafedrasından professoru Sem Parnina da dəstəkləyir.Əlbəttə, bu haqda əvvəllər irəli sürülmüş başqa nəzəriyyələri də qeyd etməyə dəyər. Məsələn, Maribor Universitetindən olan alimlərin tədqiqatlarına görə, qanda karbon qazının səviyyəsinin artması belə qəribə qarabasmalara gətirib çıxarır. Onlarla başqa mütəxəssislər də razıdırlar. Onlar bəzi pasiyentlərin beyində yaranan oksigen çatışmazlığına görə qeyri-adi səslər eşitdiklərini də əlavə edirlər. "Yanından sürətlə keçən həyat" isə yaddaş hüceyrələrinin tədricən ölməsinin nəticəsidir. Proses əks tərzdə baş verir, ona görə də əvvəlcə göz önündə daha köhnə həyat lövhələri canlanır. ÖYT-dən sonrakı psixoloji vəziyyət, dəyişikliklərYadınızdadırsa, məqalənin əvvəlində özümlə bağlı "kəşf"-dən yazacağımı qeyd etmişdim. Bəli, ÖYT hadisəsi zamanı insanlarda baş verən ən bariz dəyişiklikləri mən də yaşamışam və yaşamaqda davam edirəm. Bu dəyişikliklərin bir çox ÖYT keçirmiş insanlarda olması barədə Kennet Rinqin araşdırmalarında rast gəldim. Düşünürəm ki, həqiqətən də, tədqiqatçı alim doğru nəticələrə gəlib. Çünki onun yazdıqlarını oxuduqca eyni dəyişikliklərin məndə də baş verməsinin fərqinə vararaq həyəcanlanmışdım. Hansıdır o dəyişikliklər?1. İnsan əvvəlki insan ola bilmir. Dünya xarici bir təcrübə yaşadığı üçün dünyaya da fərqli tərzdə baxmağa başlayır.2. Özündən çox başqalarının rifahı üçün narahat olmağa başlayır (Ən geniş yayılmış).3. Səbr, empatiya, mərhəmət, sevgi hissləri daha yüksək səviyyəyə çatır. Bütün kainata bəslənən sevgi həyati dəyər daşıyır. 4. İnsan problemlərinə qarşı həddən artıq həssas olur və başqalarını çox yaxşı anlayır. Kömək etmək üçün əlindən gələni əsirgəmir.5. Bəzilərində dünya nemətlərinə, maddiyyata qarşı həvəssizlik baş verir. 6. Dini və mənəvi dəyərlərə çox bağlanırlar. Əsasən özünü tanımaq, anlamaq istiqamətində çabalayırlar.7. Uzaqgörənlik, həssaslıq, dərin intuisiya hissləri güclənir. 8. Ümumi götürdükdə, ÖYT keçirmiş insanlarda dərin mənəvi dəyişiklik, güclənmə və sürətli inkişaf baş verir. İddia:Fərdi inkişaf üçün illərini, zamanını xərcləyən, xüsusi təlimlərdə dərslər alan, təcrübəli müəllimlərin köməyi ilə uğura yetişməyə çalışan, təhsillərini pillə-pillə yüksəldən insanlardan fərqli olaraq, ÖYT yaşamış insanlar daha sürətli fərdi inkişafa çatmaq imkanı əldə edirlər. Qeyd:Ölümə Yaxın Təcrübə yaşamış biri kimi Müqəddəs Qurani-Kərim kitabından oxuduğum fikirlər məni hər an düşündürməkdə davam edir."O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız." Yunus surəsi (56) "Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə (bu barədə) yalnız az bir bilik verilmişdir”. İsra surəsi (85)"İnsan yuxudadır, ölərkən oyanacaq." Hz. Məhəmməd (s.a.v.)

“Bütün işlərini çatdıran” qadınlar

Xəstəliklər, depressiyalar və psixoloji problemlərlə əlaqəli fövqəladə halları nəzərə almasaq, ümumilikdə bütün qadınlar bütün işləri eyni cür çatdırır. Çünki, istəsək də, istəməsək də, sutkada cəmi 24 saat var. Bir insan real olaraq müstəqil şəkildə həm uğurlu karyera qura, pul qazana, təsərrüfat apara, uşaqlarını təlim və tərbiyə edə, yaradıcılıqla məşğul ola və həm də ictima layihələrdə iştirak edə bilməz. Əgər bir qadın deyirsə ki: “Mənim 4 uşağım var, mən buyam və bu ictimai layihələrlə məşğulam və uşaqlar bağçadan və məktəbsonrası məşğələlərdən qayıdanda biz çox xoşbəxt oluruq” – belə görünür ki, o qadının uğur qazanmasının sirri dəqiq planlaşdırma yox, uşaq bağçası və məktəbsonrası məşğələlərdir. Bu nə pis, nə də yaxşıdır. Sadəcə olaraq, bu qadın ictimai layihələri özünə prioritet olaraq seçib və uşaqlarım təlim-tərbiyəsini isə uğurlu şəkildə başqalarına həvalə edib.Həyatımın bu mərhələsində mənim prioritetim uşaqlarımdır. Bir çox şeyləri çatdırıram, uşaqlarım bağçaya və ya məktəbə getmir, bu mənim seçimimdir, bu mənim üçün vacibdir, lakin, bununla bərabər evim daim dağınıqdır, heç vaxt tam olaraq özümə vaxt ayıra bilmirəm və karyeram sıfıra bərabərdir. Yəni, aydındır ki, hər şeyi çatdırmaq qeyri-mümkündür. Bəs o zaman hər şeyi vaxtında çatdıran qadınlar barədə əfsanələr necə meydana gəlir? Mənim fikrimcə bu sadəcə qadının və onun ətrafının prioritetlərinin üst-üstə düşməsi səbəbilə baş verir. Əgər ailədə bütün qadınlar nəsillər boyunca ideal evdar qadın olub, müntəzəm şəkildə 3 növ yeməklə bəzənmiş nahar süfrələri açıblarsa, paltar tikib, toxuyub və çarpaz tikmə ilə məşğul olublarsa, sənin soyuducun isə yarım-fabrikatlarla doludursa, bu dəhşətdir! Əgər evdə köməkçi tutsan, hamı elə biləcək ki, sən heç nəyi çatdırmırsan və hətta bu il səni Nobel mükafatına layiq görüblərsə də, sən uğursuz bir qadınsan!Əgər sənin üçün mühüm olan insanlar həyatda əsas şeyin karyera olduğunu düşünürlərsə, sən isə artıq neçə ildir ki, evdə oturmusansa, heç adını da çəkən yoxdursa, o zaman 10 uşağın, malikanən, təsərrüfatın və 2 inəyin də olsa, hamı səni uğursuz hesab edəcək.Qadının və onun ətrafındakıların priotetləri üst-üstə düşdükdə hər şey mükəmməl gedir. Onda cəmiyyət səni ürəkləndirir, hər cür kömək göstərir və sənin özünüdəyər hissini yüksəldir. Ən pis hal isə, qadının prioritetlərinin ətrafdakı heç kim tərəfindən dəstəklənməməsidir. Xoşbəxtlikdən, bizim diyarlarda xüsusilə indi, internet əsrində bu cür ifrat münasibətə çox rast gəlinmir. Orta hesabla, hər bir qadının ətrafında müxtəlif dəyərlər sisteminə malik çox fərqli insanlar var. Odur ki, fikirlər də müxtəlifdir. Mənim qaynanam üçün də uşaqları daim prioritet olublar. O məni Ceyms Bondun qadın forması, hər şeyi bacaran və hər şeyi çatdıran bir qadın kimi tanıyır. Digər tərəfdən, bəzi tanışlarım məni heç nəyi çatdırmayan, ancaq “süd verməyi və burun silməyi” bacaran korazehin bir qadın hesab edir.Və əsas məsələ, hansı növ insanların ətrafımda daha çox olmasıdır. Xoşbəxtlikdən, bu msələdə hər şeyi öz istəyimə uyğun nizamlamaq imkanım var.Bir sözlə, uzun-uzadı yazmağa ehtiyac yoxdur. Demək istədiyim odur ki, uğur məsələsi – əksər hallarda vaxtın düzgün idarə olunması və özünütəşkil yox, daxili prioritetlər, hisslər və cəmiyyətdə münasibət məsələsidir.Yeri gəlmişkən, cəmiyyət qadına nə qədər sərt çərçivələr qoysa, qadın vaxt azlığını bir o qədər bəhanə edəcək. Dırnaqlarımı boyamağa və pekinsayağı ördək bişirməyə vaxtım yoxdur demək, bu sadalananları etməyə ehtiyacın olmadığını kiməsə izah etməkdən daha asandır. Özü də, bu cür bəhanələr, heç nəyi çatdırmayan qadınlar haqqında dolaşan əfsanələri daha da şişirdir.(düşüncə jurnalı) Müəllif: Yelena Zamyatkina

Musiqi terapiyası müalicə üçün istifadə olunan psixoterapevtik üsuldur

Musiqiterapiyası müalicə üçün istifadə olunan psixoterapevtik üsuldur.  Psixoterapevtik üsullara əlavə vasitə kimi və müalicə, reabilitasiya, təhsil, tərbiyə, yaradıcılıq üçün istifadə olunur. Musiqi terapiyası özündə neyrofiziologiyanı, psixologiyanı, refleksologiyanı, musiqi psixologiyasını və musiqişünaslığı birləşdirir. Müasir dövrün tərbiyə və şəxsi inkişaf prosesində istifadə etdiyi universal üsul kimi gəbul olunur. Musiqinin insana psixi və fizioloji təsiri haqqda ilk məlumat verənlərdən biri Pifaqor idi. Sinir sisteminə əsaslı şəkildə təsir edən musiqi fərqli effektlər yarada bilər, bunun üçündə dinlədiyimiz musiqilərə diqqət yetirməliyik. Çünki biz özümüzü idarə edə bilməyimiz üçün, bizi təsir altına salan proseslərin fərqinə varmalıyıq. Məsələn günün necə başlamasının, gün ərzində olacaq əhvala təsiri böyükdür və günüzü neqativ ifadələr olan mahnılardan başlasaz bu artıq sizə pozitivliyə köklənməyə böyük bir maneyədir. Eyni şəkildə yuxuya getmədən öncə dinlədiyiniz musiqi, gecə ərzində beyninizdə təkrar təkrar oxuna bilər, onun üçün səssiz şəraitdə və ya xoş musiqi sədaları altında yuxuya gedin. Sırf yuxu saatı və oyanış saatı üçün hazırladığınız musiqilər ola bilər və bununla əhvalınızı idarə edə bilərsiniz. Sağlamlığımız düşüncələrimizdən başlayır. Dinlədiyimiz musiqilər isə düşüncə və təsvirlərimizə təsir edir buda dolayısı ilə emosional halımıza təsir edir. Gərginlik və depressiv hallarda yaranan enerqetik tıxaclar və bədən spazmları bəlli bir sıxıntılara yol açır. Kədərlənmək olmaz deyə bir qayda yoxdur ancaq bunu səhər oyanarkən və ya yatmadan öncə etsəniz ruh düşkünlüyü sizi daha uzun müddət narahat edə bilər. Ağlamağa ehtiyacınız olduqca ağlayın ama sakitləşmədən yatmayın. Özünüzü Sevin və daxili proseslərinizə hörmələ yanaşaraq, ehtiyaclarınıza qarşı diqqətli olun. Sadəcə ehtiyacları ödədikdə bunu məntiqli şəkildə edinki, özünüzə əlavə zərər yetirməyəsiniz. Həyatınız sizin əl işinizdir.  "Azərbaycan İnciləri" layihəsinin layihə rəhbərinin müavini Psixoloq Reiki Art Terapevt Zümrüd Əsadova

Daxili gərginlik aradan qaldırılır - ART-terapiya nədir?

Art-terapiya psixologiya və yaradıcılığın birləşməsidir. Bu terapiya üsulu emosional intellekti və emosional özünə nəzarəti inkişaf etdirir. "İndi və burda" prinsipinə əsaslanaraq, kreativ təfəkkürü aktivləşdirərərək müxtəlif problemlərin həllinin rahatlıqla tapılmasına kömək edir,  beynin sağ və sol yarımkürələrinin inkişafını balanslaşdırır. Art-terapiya həm böyüklərdə həm də uşaqlarda effektlidir. Art terapiya ilk dəfə Çində istifadə olunaraq  əsəb sarsıntısı keçirmiş insanlara heroqlifləri yazdırıraraq sarsıntını aradan qaldırırmağa yardım ediblər. Art terapiya şəxsin yaradıcılıq vasitəsilə özünü ifadə etməsi, özünü dərk etməsi və özünü  aktuallaşdırılmasına əsaslanan psixoterapiya üsuludur. Bu metod vasitəsilə depressiya, stress, nevroz, qorxu, fobiyalar, yas travması və daxili gərginlik aradan qaldırılır. Art terapiya problemi aradan qaldırmaqla yanaşı insanın düzgün qərar verməsinə, öz təlabtlarını şüur səviyyəsinə qaldırararaq özünü tam və parlaq ifadə etməsi üçün şərait yaradır. Art terapiyanın əsas avantajı şəfa verməsi, xüsusi qabiliyyət tələb etməməsi, şəxsi potensialıın inkişafı, daxili harmoniyanın əmələ gəlməsi və hamı üçün rahat və əlçatan olmasıdır. Art terapiyada spontanlıq vacibdir ki, bu da insana özünü ifadə etməyə, hisslərini dərk etməyə və problemdən azad olmağa imkan verir. “Boyama ideal bir əyləncə üsuludur. Art terapiya zamanı bədəni yormadan beyin işləyir. Gələcək üçün yaranan narahatlıqlar həyacan, təşviş art terapiyaya başlayan kimi dərhal ani olaraq düşüncədən yox olur. Problemlər gölgəyə çevrilərək qaranlıqlaşır. Beyin bütün parlaqlığı ilə işə mərkəzləşir”. Bu sözlər Uinston Çörçillə aiddir. O, bütün həyatı boyu rəsm və boyamadan sevərək istifadə edirdi ki ,bu onun özünəməxsus art-terapiya üsulu idi və bu Çörçillə  dincəlməyə,  enerji yığmağa, yeni fikirlər və çözüm yolları tapmağa kömək edirdi.   Psixoloq: Hüseynəliyeva Vüsalə

Sən qadınsan dinlə -Psixoloq Leyla Qasımovanın Dinlə layihəsi-Video motivasiya

Psixoloq.az xəbər verir ki,gənc psixoloq Leyla Qasımova bir müddət öncə sosial şəbəkələrdə böyük marağa səbəb olan Dinlə layihəsini təqdim etmişdir.Yüksək əhval ruhiyyə ilə hazırlanmış Dinlə layihəsi öyrədici və marifləndirici layihə olmaqla yanaşı psixoterapevtik təsirə malikdir.Həmin video motivasiyalardan birini sizə təqdim edirik.

"Edip kompleksi" nədir?

Psixoanalizin banisi hesab olunan Ziqmunt Freydin irəli sürdüyü fikirlərdən biri də uşağın qarşı cinsdən olan valideyninə cinsi istək duymasıdır. O bunu «Edip kompleksi» adlandırıb. Bu anlayış yunan miflərindən olan, Sofoklın «Edip tragediyası»ndan götürülüb. Mifə görə Debai şəhərinin kralı Laiosun övladı olmurmuş, narahat olan kral dərdini Apollona danışır. Apollon da ona, övladın olarsa, gələcəkdə səni öldürüb, anası ilə evlənəcəyini bildirir. Bunu eşidən Laios fikrindən imtina etməyə başlayır, lakin bir oğlu dünyaya gəlir. Gələcəkdə öldürülməsindən qorxan kral oğlunun öldürülməsini istəyir, ancaq Kraliça Lakosta buna imkan vermir və öldürmək əvəzinə uzaqlarda bir yerdə, tək başına buraxılmasını təklif edir. Onlar uşağı kimsəsiz bir yerdə ayağından ağaca asılmış vəziyyətdə ölümə məhkum halda buraxırlar. Lakin yoldan keçən başqa bir şəhərin çobanları uşağı görüb xilas edirlər və kralın yanına gətirirlər. Bu şəhərin kralının da övladı olmadığından bu uşağı böyütməyə qərar verirlər. Ayağı ağacdan asılı qaldığı üçün şişən uşağa "şiş" mənasını verən Edip adını verirlər. Edip böyüdükdən sonra bunların onun həqiqi valideynləri olmadığını öyrənir və həqiqəti öyrənmək üçün Debai şəhərinə geri dönməyə qərar verir. Həqiqi valideynlərinin kim olduğunu öyrənmək üçün Apollonun yanına gedir. Apollon ona bütün əhvalatı danışır, atasını öldürmək istəməyən Edip uzaq bir şəhərə getmək üçün yola çıxır. Yolda baş verən bir qarşıdurmada bilmədən öz atası Laisosu öldürür. Edip doğulduğu şəhərə yola düşür və soruşduğu suallara cavab verməyənləri öldürən birinə «Sfinksə» rast gəlir. Sfinksin verdiyi suala cavab verən Edip, şəhərin kralı elan olunur. Şəhərin kralı öldüyü üçün onun dul arvadı ilə evlənir və 4 övladları olur. Tanrılar bu hadisəyə münasibətlərini bildirmək üçün şəhərdə quraqlıq, aclıq yaranmasına şərait yaradırlar. Bu fəlakətin səbəbini öyrənmək istəyən Edip bir bilici yanına gedib bütün gerçəyi — atasını öldürdüyünü və anasıyla evləndiyini öyrənir. Bunu bilən kraliça Lokasto özünü öldürür, Edip isə özünü kor edir. Bunu eşidən şəhər camaatı isə Edipi alçaldıb şəhərdən qovurlar. Freyd nevrozların yaranma səbəbini araşdırarkən uşaqlarda baş verən cinsi xarakterli sarsıdıcı hadisələrin önəmli olduğununun fərqinə varmışdı. Kliniki və psixoanaltik tədqiqatlar sayəsində (uşaqlarda bəzi cinsi xəyalları və valideynlərə olan münasibət) normal insanların da buna bənzər hadisələr yaşadığı nəticəsinə gəlmişdir. Yəni hər bir insan uşaqlıqda bu dövrü keçir. Edip kompleksinə daha yaxından nəzər salmaq üçün Freydin inkişaf nəzəriyyəsinə baxarsaq; nəzəriyyənin psixikaya əsaslandığını, psixikanın inkişaf nöqtəsinin də libidonun keçdiyi müxtəlif mərhələlər olduğunu görərik. Bu mərhələlər libido investisiya formaları və obyektləri baxımından fərqlidir. Məsələn, oral dövrdə həssas bölgə ağız, anal dövrdə isə anusdur. Anal dövrdə libido inkişaf etməyə başlayır və bu dövr «fallik» dövr adlanır. Fallik dövrünün əsas xüsusiyyəti libidonun ağırlaşmasıdır. Bu dövrdəki həssas bölgələr cinsiyyət orqanlarıdır. Libidinal arzular qarşı cinsdən olan valideynə yönələrkən Edip kompleksi də formalaşmağa başlayır. Z. Freydə görə uşağın ilk eşqi qarşı cinsdən olan valideyndir. Oğlan uşağının anasına öyünməsi, atasının anasına olan münasibətini qısqanması bu kompleksin ilkin əlamətləri hesab olunur. Bu nəzəriyyə oğlan uşaqlarının şüuraltında yığılan basdırılmış duyğu və düşüncələri açıqlayır.Psixoanalizdə bu kompleks insan psixikasının inkişafında ən kritik dövr hesab edilir. Freydə görə uşağın 3-5 yaş mərhələsi edip mərhələdir. 5 yaşından sonra bu kompleks yox olur, lakin yeniyetməlikdə yenidən ortaya çıxa bilir. Edip kompleksi barədə fikir ayrılıqları var.Psixoanalitiklər Edipə qarşıYunq, Fromm, Horney, Erikson, Sullivan Freydə etiraz etmiş və öz fikirlərini irəli sürmüşdülər. Freydin Edip kompleksi mövzusuna fərqli prizmadan baxan K. Horney qeyd edirdi ki, edip kompleksinin səbəbi bioloji yox sosial foktorlardır. Horneyə görə Edip kompleksi nevrotik sevgi aclığının ifadə formalarından biridir. Nevrotik sevgi və yıxıcılıq ehtiyacı uşaqkən ortaya çıxır. Freydin Edip mərhələsi adlandırdığı bu yaş dövründə valideynlərin birinə sevgi hissləri bəslədiyi halda digərinə nifrət bəsləyir. Lakin bu biolojik səbəblərdən qaynaqlanmır, əksinə qayğını azaltmaq məqsədilə istifadə olunan bir vasitədir. Uşağın bu dönəmdəki hərəkətlərində cinsi istəklər görünsə də axtardığı cinsi doyumluluq yox, güvənlilikdir. Sallivan fərdin inkişafını 7 mərhələyə ayırır. İlkin uşaqlıq adlandırdığı mərhələdə uşaq cinsiyyəti ilə maraqlanmağa başlamasını və həmcins olan valideynini örnək almağa çalışdığını söyləyir. Lakin bunun Edip kompleksindən yox həmcins valideynin uşaqla daha rahat davranmasından, uşaqlar ictimai gender rolları sərgiləyərkən valideynlər tərəfindən mükafatlandırılmasından yaranır. Erikson insan inkişafını 8 psixososial mərhələyə bölmüşdür. Üçüncü mərhələdə uşağın cinsi marağı və supereqosu formalaşmağa başlayır və bu mərhələ «oyun dövrü» adlanır. Eriksona görə bu mərhələdə həm uşağın cinsi marağı, həm də ana və ya atanın yerinə keçmə istəyi qazanılacaq sahibkarlığın əsas mövzusudur. Uşaq bu səbəbdən valideynləri tərəfindən cəzalandırılarsa, uşaqda günahkarlıq hissi yaranacaqdır. Sahibkarlıq və günah üzüntüsünü sağlam şəkildə adlaya bilən fərddə dövrün əsas qüvvəsi olan «məqsəd» formalaşacaqdır. Yəni uşaq özünə hədəflər seçəcək və davranışlarını məqsədə uyğun icra edəcəkdir. Əks halda uşaqda patoloji utancaqlıq yaranacaq. Bu uşağın sahibkarlıq hissini cəza və günahkarlıq qorxusu ilə ləkələməkdir. Kohut Edip kompleksini «Edip mərhələsi» adlandırır. Hər kəsin yaşadığı bu mərhələ hər kəsdə qarşıdurma yaratmaz. O Edip əfsanəsinə alternativ olaraq Odisseya əfsanəsini təqdim edir. Burda çıxardığı nəticə isə ata-oğul arasındakı münasibətin əslində sevgi, qoruma, incitməkdən yayınma olmasıdır. Ona görə Edip istənməyən və ölümə tərk edilmiş bir uşaq olaraq ata-oğul münasibətinin dinamikasını anlada bilməz. Lakan qeyd edirdi ki, uşağın atasına verdiyi anlam və məna ananın ataya bəslədiyi duyğulardan asılıdır. Əgər bu duyğular olmazsa, uşaq obrazlı münasibətdə ilişib qalır və bu gələcəkdə psixozun yaranmasına zəmin yaradır. Atanın adına bəslənən duyğular uşağı Edip üçbucağına salır. Bunun üçün həqiqi ataya ehtiyac yoxdur, atanın adı belə yetərlidir. Frusstrasiyaların səbəbi qadağalar qoyan atadır. Ana-uşaq münasibətinə sonradan daxil olan, uşağın nəzərində bioloji əhəmiyyət daşımamaqla yanaşı, birdən-birə önəm qazanan ata arasında eyniləşmə yaranır. Uşağın Edip kompleksini atlada bilməsi üçün lazım olan ilk şey atasının yerinə keçmək istəməsidir. Bu ata ilə eyniləşməyə zəmin yaradır. Bu kompleksin uğurla adladılmaması nevroza səbəb olur. Elektra kompleksiPsixoanaliz nəzəriyyəsinə əsasən, Elektra kompleksinin məzmunu qız övladının şüuraltı formada atasına olan meylliyi, həmçinin anasına olan düşmən və rəqib münasibətidir. Elektra kompleksi inkişafın fallik mərhələsində yaranır. Kompleksın adı atasını öldürdüyünə görə anasından intiqam almış çar Miken Aqamemnonun qızı Elektranın adından götürülmüşdür. Bu termin ilk dəfə 1913-cü ildə Karl Qustav Yunqun «Psixoanaliz nəzəriyyəsinin şərh edilməsi təcrübəsi» əsərində təklif edilmişdir. Freyd «Elektra kompleksi» terminini «Edip kompleksi» ilə eyniləşdirirdi və təklif edirdi ki, Edip kompleksi hər iki cinsə şamil edilsin. Freyd «Elektra kompleksi»ni faydasız termin adlandırmışdır. Ehtimal edilir ki, bunun səbəbi Freyd və Yunq arasında möcvud olmuş şəxsi ədavətlə bağlıdır. Bir çox psixoanalitiklər bu termini köhnəlmiş hesab edirlər və "Edip kompleksi"nin qadın versiyasından istifadə etməyə üstünlük verirlər. Freydin fikrincə inkişafın ilkin mərhələsində qız övladı hər iki valideyninə eyni dərəcədə bağlı olur. Buna baxmayaraq, qız sonradan penisinin (kişi cinsiyyət orqanı) olmadığını aşkar edir. Bu kəşf qadının seksual inkişafında həlledici rola malikdir. İlkin mərhələdə, "penisə olan nifrət" qızda atasına meyllik yaradır və o, atasından hamilə qalmağı arzulayır. Eyni zamanda qız övladı özünün "natamamlığında" anasını günahkar hesab edir və anasına olan düşmən münasibəti daha da kəskinləşir. Freydin fikrincə, qızlarda axtalanma qorxusu olmadığına görə, ataları ilə cinsi əlaqədə olmaq arzularını həyata keçirə bilmədiklərinə görə daha az əzab çəkirlər və Edip kompleskinin qəti şəkildə aradan qaldırılmasına daha az ehtiyac duyurlar. Nəticədə qızlar qeyri-müəyyən uzun müddətə Edip kompleksində qala bilirlər və qadının Supereqosu inkişafdan geri qalır. Eyni zamanda qadınlara penisə sahib olma istəyi daim təmin edilməmiş olaraq qalır və onları özlərini "natamam" hiss etməyə məhkum edir. Muxtar Haşim

5S Yapon sistemi nədir?

Müasir taym-menecmentdən danışarkən, insanlar adətən qərbdən bizə gələn fərdi-işgüzar təşkilatçılıq metodikasını və sistemini nəzərdə tuturlar. Bu aydın məsələdir, belə ki, şəxsi vaxtın effektli idarə olmasına imkan yaradan nəzəri və praktiki bilik bazası məhz orada yaranmışdır. Yalnız az sayda mütəxəssis bilir ki, şərqdə də kifayət qədər uğurlu taym-menecment texnikası var (bəzi anlamda hətta Qərb qaydasını da keçir). Şərq deyərkən, əlbəttə ki, Yaponiya nəzərdə tutulur. Belə ki, bu ölkə şəxsi biznes-texnologiyalarında öz unikallığı ilə şöhrət tapmışdır. Məhz yaponların sayəsində biz 5S sistemindən xəbərdarıq. 5S sistemi nədir? 5S Yapon sistemi istehsalatda, yaxud ofisdə optimal iş şəraiti yaradan dəqiq strukturlu sistem təqdim edir. İdeal şəraitə yiyələnmək yolu iş yerində intizam yaratmaqdan keçir. Bu isə vaxt və enerjiyə qənaət etmək üçün təmizlik və səliqəliyə riayət etməkdir. Başqa sözlə desək, 5S sistemi bəzən şirkətin istehsalatında, bəzən də çoxlu insanın kollektiv şəkildə iş prosesini təmsil edən başqa sahədə baş verən xaosu nizama salmağa yönləndirilib. 5S sisteminin metodikasını nələr təşkil edir? 5S metodikası iş qurmağın beş əsas prinsipi, yaxud yaponlar demişkən, 5 addımı üzərində qurulub. Onları müxtəsər şəkildə gözdən keçirək. Addım 1 – “Seiri”: Yapon dilində bu söz yerbəyer etmək, yaxud lazım olmayanı aradan qaldırmaq mənasındadır. 5S sisteminin praktik planında bu hissə iş şəraitində ətrafdakı şeylərin iki hissəyə ayrılmasıdır: lazım olanlar və lazım olmayanlar. İnsanlar əşyaları üç nominal kateqoriyaya ayırırlar: Lazım olmayan əşyalar: yəni utilizə olunan şeylər. Potensial lazımi əşyalar: yəni vaxtaşırı istifadə olunanlar. Bunları ayrıca saxlanılan yerdə saxlayırlar. Lazım olan əşyalar: Gündəlik istifadə olunan əşyalar. Yəni onlarsız istehsalat mümkün deyil. Hesab olunur ki, bu addım əməyin təhlükəsizliyini və mədəniyyət mərhələsini artırır. Addım 2 – “Seyton”: Bu ifadəni “səliqəlik, gərəkən nizama riayət etmək” kimi tərcümə etmək olar. Bu addım gündəlik işdə lazım olan əşyaların nizamlanmasına yönəlib. Əşyalar lazım olan zaman asanlıqla əldə edilə bilən yerlərə qoyulur. Daha tez axtarış üçün əşyaları markalaşdırmaq məsləhət görülür. Addım 3 – “Seiso”: Bunu “nizamlama, təmiz şəkildə saxlama” kimi tərcümə etmək olar. Bu addım istehsalatda təmizliyə riayət etməyə yönəlib. İş yerini vizual olaraq bir neçə funksional zonaya ayırmaq lazımdır ki, hədlərində müvafiq şeylər yerləşəcək. Habelə bütün avadanlıqlar təmiz saxlanılmalıdır. Onların dövri yoxlanılması işin səmərəli olmasına mane olan sınıq və nasazlıq kimi şeylərdən qaçmaq imkanı yaradır. Addım 4 – “Seikeçu”: Bunu “standartlaşdırma” kimi tərcümə etmək olar. Bu mərhələdə ilk üç addımın tətbiq edilməsinin nəticələri xüsusi bloknota yazılır (yaxud elektron şəkildə qeyd olunur). Daha effektli qərarlar standartlaşdırılmaya, yaxud iş prosesinin avtomatlaşdırılmasına bərkidilir. Addım 5 – “Siçuke”: Bunu “mükəmməlləşdirmə, intizam yaratmaq” kimi tərcümə etmək olar. Sonuncu addım 5S-in fəlsəfə kimi qavranılmasına yönəlib. Öncəki addımların gedişatında yaranan qənaətcil istehsal sistemi bütün işin səmərəli olmasını əhəmiyyətli şəkildə artırır ki, nəticə etibarilə, taym-menecmentin əsas məqsədi də elə budur. Əgər siz 5S yapon sistemindən istifadə etmişsinizsə, yaxud bu haqda eşitmişsinizsə, nəticələrini bizimlə bölüşə, yaxud bu sistemi öz dostlarınıza danışa bilərsiz. Hazırladı: Fərid Abdullah

Qısqanclıq hansı həddə olmalıdır?

Qısqanclıq bir çoxlarının daxilində mövcuddur. Bəziləri qısqanclığın tərəfdarı olsalar da, bir qism isə bunun müasit dövrə zidd olduğunu qeyd edirlər. Bəs qısqanclıq nə həddə olmalıdır? Bəzi tədqiqatların nəticələrinə əsasən qisqanc insanlar 10-15 il daha az yaşayır. Adətən onlar hipertoniya, ürək-damar xəstəliklərindən əziyyət çəkir və təxminən 60-65 yaşında vəfat edirlər. İstisnalar isə azdır. Qısqanclığın həddi müxtəlifdir. Belə ki, sivil ölkələrdə yaşayan insanlarda qısqancların sayı çoxdur. İnkişaf etməmiş ölkələrdə isə seksual inama əhəmiyyət vermirlər.Qadınlar kişilərə nisbətən daha qısqanc olurlar. Kişilərdə bu hiss ağır və qətidir. Lakin onlar iki dəfə artıq xəyanət edirlər. Sosioloqların araşdırmalarına əsasən hər 5-ci ailə qısqanclığa görə dağılır. Qısqanclıqdan boğaza yığılan partnyor (adətən qadın) həlledici dava taparaq ailəni tərk edir, hətta əsl səbəb olan qısqanclıq arxa planda qalır. Qısqanclıq çoxlu sayda zorakılıq, hətta ölüm hadisələri törədir.Son araşdırmalar göstərdi ki, qısqanclığa görə cinayət törədənlərin yalnız 25 %-i alkoqol və ya psixoloji xəstələrdir. Psixoloqların sözlərinə görə, bütün bədbəxtliklərə görə qısqanclığı günahlandırmaq lazım deyil. Məhz o, hisslərə kəskinlik, cazibə bəxş edir, həmçinin sevgini sönməyə qoymur. Əgər belədirsə, qısqanclıqla mübarizə aparmağa dəyərmi? Qısqanclıq uşaqlıqda yaranır. Əsəs səbəbi də uşaqlıq illərində axtarmaq lazımdır. Ailəyə ikinci uşağın gəlməsilə qısqanclıq hisslərinin ilkin əlamətləi hiss olunmağa başlayır. Əgər ilk uşaq valideyn qayğısının olmamasını hiss etsə qısqanclıq daha da güclənir. Daha sonralar isə bu hiss tək seksual partnyora yönəlməyəcək. Əgər valideynlər ayrılsa, körpə qorxacaq ki, anası onu atası kimi tək qoyub gedəcək. Məhz buna görə də uşaqlar əksər hallada analarını başqa kişilərə qısqanır və düşünülər ki, həmin kişi analarını onların əlindən alacaq. Bu cür psixologiyalı uşaqlara ikiqat diqqət və qayğı tələb olunur. Qısqanclığı gücləndirən faktorlar da var. Kişilərdə bu ilk növbədə alkoqolizm, reproduktiv sistemlə bağlı problemlərdir. Qadınlarda isə seksual cəhətdən təmin olunmamaq, övladsızlıq, hamiləlik və ginekoloji problemlərlə əlaqədardır. Patoloji qısqanclar ruhi xəstələr də ola bilər. Belə bir fikir var ki, patoloji qısqanclıq – baş verənlərə və ya təsəvvür olunanlara həddini aşmış reaksiya deyil, emosional ehtirasa çətin adaptasiya ilə bağlıdır. Bəzi nəticələrə əsaən isə 15-20% insanlarda qısqanclığın patoloji forması psixoz simptomları ilə oxşardır. Lakin elə insanlar var ki, onlar qəti şəkildə qısqanmırlar (onlar 3-5%-dir). Bu da digər həddir. Səbəb isə - emosional soyuqluğun həddindən çox olmasıdır. Qeyd edək ki, qısqanclığın çoxu zərər, azı isə münasibət soyuqluğu ilə nəticələnə bilər.

Evliliyə zərbə vuran yanlışlıqlar

Hazırda bütün dünyada, eləcə də Azərbaycanda boşanan ailələrin sayı olduqca artıb. Hətta elə olur ki, evlənən cütlüklər bir neçə aydan, hətta həftədən sonra boşanma ilə bağlı qərar verirlər. Evlilik zamanı cütlüklər arasında yaranan hər hansısa anlaşılmazlıq sonda boşanma kimi böyük problemə gətirib çıxarır. — Həyat yoldaşını mütəmadi olaraq başqaları ilə müqayisə etmək — Daim özünü yox, həyat yoldaşını günahlandırmaq — Başqalarının yanında həyat yoldaşını təhqir etmək — Sevgisini bəlli edə bilməmək — Lazımlı, lazımsız daim danışmaq — Ünsiyyət yetərsizliyi — Daim nəsə gizləyirmiş kimi şübhə oyandırmaq — Həyat yoldaşının anası haqqında pis sözlər danışmaq — Güvən əksikliyi — Keçmişi unuda bilməmək.

Çatışmazlıqların kompleks edilməsi - Dismorfofobiya nədir?

Dismorfofobiya insanın öz bədən quruluşundakı çatışmazlıqları kompleks etməsi və kompleksin onun normal həyatına təsir etməsidir. Dismorfofobiyanın yeniyetməlik dövründə meydana çıxması insanlarda sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanırlar və bu onların psixikalarında çatışmazlıqların meydana gəlməsinə səbəb olur. Bəzən bu fobiyaya orta yaşlı adamlarda da rast gəlmək mümkün olur. Əksər hallarda dismorfofobiya depressiya  və ya intiharlarla yekunlaşır. Statistikanin nəticələri özünə qəsd edənlərin əksəriyyətinin dismorfofobiuyadan əziyyət çəkdiyini təsdiq etmişdir. Dismorfofobiyanın diaqnozunu qoymaq aşağıdakılara əsaslanır: * xəstənin öz bədən quruluşuna və xəstəliklərinə qarşı patoloji kompleksləri olur* bir və ya bir-neçə fiziki problemə qarşı diqqətin çox olur* xəstə öz qüsurunu faciəyə çevirir* xəstənin daima öz qüsurları barədə danışaraq ətrafdakıların diqqətini özünə cəlb etmək istəyir* xəstənin fikrinin yanlız öz çatışmazlığının və ya eybəcərliyinin üstündə olması Dismofofobiyanın əlamətləri müxtəlif cür ola bilir. Onlar aşağıdakılarla əlaqədar olur: * güzgü* şəkillər* uydurma fikirlər* cəmiyytdən uzaqlaşma* pərtlik* diqqətin yanlız ö çayışmazlığına yönəlməsi* öz deffektini düzəltməyə çalışmağa dirənmək Dismorfofobiyadan əziyyət çəkən adamlar şəkillərinə və güzgüyə baxdıqları zaman intihar barədə düşünürlər. Əgər oların qüsurlarını düzətdirməyə pulları çatmırsa o zaman onlarda intihara cəhd halları baş verir. Bu səbəbdən də dismorfofobiyadan əziyyət çəkən xəstələri təcili müalicə etdirmək lazımdır. Xəstəliyin müalicəsi müxtəlif vasitələrlə aparılır. Adətən bu xəstəlikdən əziyyət çəkən adamların qüsurlarını plastik cərrhiyə yolu vasitəsilə müalicə etdikdə onlar başqa yerlərində qüsur axtarmağa başlayırlar. Ona görə də mütəxəssislər dismorfofobiyadan əziyyət çəkən xəstələri psixoloqların müalicə etməsi daha münasib sayılır. Kompleks müalicə isə daha yaxşı effekt verir. Bu zaman xəstə özünün bədənində qüsur olmadığını düşünür və özünü olduğu kimi qəbul edir.(immunitet.az)  

Ailədə harmoniya kimdə gizlidir?

Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranır. Rəfiqələr də bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzakirə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər. Xoşbəxtlik səndə gizlənib. Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl kariyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz.  “Qadınlara seks lazım deyil” fikri düz deyil, onların da kişilər qədər intim ehtiyacları var. Lakin bu hisslər qadınlarda nəvaziş və mehribanlıqla bağlıdır. Kişiləri ittiham etmək, onları heyvani və öz primitiv tələbatlarına görə günahlandırmaq əvəzinə təşəbbüsü öz əlinə almağa çalış. Qarşı tərəfə nə istədiyini və nələrdən xoşun gəldiyini de. Ola bilsin ki, siz bir-birinizi təəccübləndirə bildiniz. Ürəkdən istə statistikaya sığınmaq alınmayacaq! Gender rəqəmlərində boşanmaq və yenidən nikaha daxil olmaq imkanı çoxdan tarazlaşdırılıb. Bəs niyə bəzi qadınlar heç bir dəfə də olsun ailə qura bilmir, digərləri isə bir neçə dəfə ərə gedir? Məsələ psixikadadır. Burada nə zahiri görkəm, nə də xarakter rol oynamır. Hər bir insan xoşbəxt yaşaya bilər, sadəcə bunu ürəkdən istəmək lazımdır. Heç bir norma yoxdur. Əgər sənə tək yaxşıdırsa, qoy belə də olsun. Tənhalıq qorxusu 80 yaşdan sonra yaranmalıdır, ondan tez yox. Çünki təklik yalnız ölüm yatağında diskomfort verir. Sən gənc və güclüsən, təkliyi cəsarətlə təbii hal kimi qiymətləndir. Odur ki, yarın olmadığı üçün özünü kompleksə salmağa son ver! Xoşbəxtlik = sabit psixoloji durum “Harmoniya güzəştə getməkdədir” fikri əfsanədir. Güzəşt nə sənə, nə də sənin tərəf müqabilinə xoşbəxtlik gətirməyəcək. Ailədə rahat, sağlam abu-hava o zaman hökm sürəcək ki, siz ikiniz də münasibətlərinizdən razısınız. Normal münasibətlər yalnız o adamla qura bilər ki, onlar özünü və bir-birini sevirlər. Münasibətləri qurmurlar İşdən gələndə bir az dincəl. Ailə sənin ikinci işin deyil. Ona görə pul ödənilmir. Münasibətlər üzərində işləmək lazım deyil, çünki onlar ya var, ya da yoxdur. Yeganə şərt: Özünü olduğun kimi qəbul et. Eyni zamanda partniyonu dəyişdirməyə çalışma. Yenidən tərbiyə etmək, dəyişmək, düzəltmək lazım deyil. Əgər xoşuna gəlmirsə, başqasını tapmaq lazım gələcək. Ailədə harmoniyanın sirri çox sadədir. O qadında – səndə gizlənib. Sən həm müsbət, həm də mənfi emosiyaları çəkə bilərsən. Ətrafda yalnız yaxşını görməyi öyrənin, belə qərardan sonra həyatının necə dəyişdiyinə özün də təəccüb edəcəksən.

İnsan ətinə qarşı istək, ərinin onu aldatdığını düşünmək - Monomaniya nədir?

Monomaniya insanın yalnız bir düşüncədə olması, ona üstünlük verməsindən yaranan xəstəlikdir. Psixoloq.az xəbər verir ki, xəstəlik müxtəlif növlərə ayrılır: 1. Kapqras sindromu. Bu cür insanlar ətrafındakı insanların həqiqi olmadığına və başqalarının onların yerinə keçdiyinə inanır. 2. Eretomaniya. Bu cür insanlar hər hansı bir kişi və ya qadının ona aşiq olduğunu düşünərlər, bu şəxslərlə tanış olmasa belə. 3. Freqoli sindromu. Aktyor Freqolinin adından götürülüb. Bu cür insanlar ətrafındakı insanların görkəmlərini dəyişdirdiyinə, başqa birinə çevrildiyinə inanarlar. 4. Genital retraksiya sindromu. Xəstə öz penisinin bədəninə doğru çəkildiyindən şübhələnir. 5. Vendiqo sindromu. Xəstənin insan ətinə qarşı həddən artıq istək duymasıdır. 6. Demonomaniya. Xəstə kiminsə cin və ya iblis tərəfindən izlənildiyini düşünür. 7. Otello sindromu. Xəstədə həddən artıq qısqanclıq olur, həyat yoldaşının, həqiqi olmasa belə, onu aldatdığını düşünür və bunu sübut etməyə çalışır. Ədəbiyyatda monomaniya: Edqar Allan Ponun yaradcılığında monomaniyaya tez-tez rast gəlinir. Nümunə olaraq Berenika, Qara pişik, Qırmızı ölümün masqası hekayələrini göstərmək olar. Fyodor Dostoyevskinin «Cinayət və Cəza» romanında da monomaniyanın növlərinə rast gəlinir. Muxtar Haşim

Yemək və çəki ilə bağlı düşüncə xətaları

Düşünmək insanın ən böyük bacarığıdır. Bəzi şəxsi mənafeyə uyğun  şərtlər, təməl inanclar sayəsində həqiqi olmayan və sübut oluna bilməyən bu düşüncələr nəticəsində insanlar həqiqəti fərqli anlayırlar. Əsasən də sıxıntılı zamanlarımızda ağlımıza gələn bu tərz düşüncələr gündəlik həyatımıza o qədər yerləşir ki, bəzən ayırd etmək çətinləşir ancaq, bir çox mənfi duygulara və psixoloji sıxıntılara səbəb ola bildiyi üçün  bu cür düşüncələrin fərqində olmaq çox əhəmiyyətlidir.  Bu yazıda isə məhz yeməklə bağlı xətalı düşüncələrə dair nümunələr oxuyacaqsınız. • Yemək düşməndir. • Yemək kökəldir. • Yemək ən yaxşı istirahət üsuludur. • Yemək üzərində bir idarənin olması lazımdır.   Heç vaxt  kifayət qədər doya bilmərəm . • Yalnız  sağlamlığımıza faydalı yeməkləri yeməliyik. • Əsla az yeməklə doymağı öyrənə bilmiyəcəm  • Heç vaxt yağlı yeməklər yeməməliyəm. • Yemək bütün problemlərimi həll edəcək. • Az kalorili yeməklər yeməyi vərdiş halına gətirməsəm, çox şişmanlayacam .  • Qarşıma  qoyulan yeməyi doymuş olsam belə mütləq bitirməliyəm. • Yemək mənim ən yaxşı yoldaşımdır.  Yeməklər yaxşı (aşağı kalorili və yağsız) və pis (yüksək kalorili və yağlı) olaraq 2 yerə bölünür. Yemək ən yaxşı mükafatdır. •İndi yeməsəm və sürətlə yeməsəm başqaları yeyə bilər və mənə qalmaz. • Yeməklər məni kökəldir. • Nə yediyim haqqında düşünməsəm, zərər görə bilərəm. • Kaş ki ac qalmağa dözə bilsəydim. • Ac qalmaq və həddindən artıq zəif olmaq kök olmaqdan daha yaxşıdır. • Qayğısız və qorxusuz yemək yeməyi xəyal edə bilmirəm. • Sevdiyim bir şeyi yeməyə başlasam özümü durdura bilmərəm. • Yemək yemək  mənəvi əzab çəkməkdən daha yaxşıdır. • Digər insanların yanında yemək yeməyə dözə bilmirəm . • Çox miqdarda yemək pis  davranışdır yemək yemə tərzimdən  utanıram. • Aclıq dəhşətdir. • Ac hiss etməməliyəm ,elə etməliyəm ki acmayım. • Başqalarının nə yeməyimi istəyirsə onu ya da başqalarının yediyini yeməliyəm. • Sosiallaşıramsa, bunun içində yemək yemək də olmalıdır. • Yemək yemə  davranışlarım utandırıcıdır. Buna görə yeyərkən məni heç kim görməməlidir. • Yemək içimdəki boşluğu doldurur. • Yemək həyatda zövq aldığım tək şeydir. • Yaxşı ya da pis hiss etməyim, nə yeyib yemədiyimlə əlaqəlidir. • Yeməyi rədd etmək iradəmin güclü olduğunu  göstərir. Ancaq bu vəziyyətdə  məhrum olmuş və əngəllənmiş hiss edirəm. Çəki ilə əlaqəli xətalı düşüncələr  • Zəif olmaq məcburiyyətindəyəm. • Zəif olmaq; xoşbəxt, müvəffəqiyyətli və mükəmməl bir həyata sahib olmaq deməkdir. • Çəki itirmədiyim zaman  özümü xoşbəxt hiss edə bilmərəm. • Kök olmaq  bədbəxt və zövq alınmayan bir həyat yaşamaq deməkdir. • Hər gün tərəziyə çıxmalıyam. • Əsla özümü çəkməməliyəm. • Zəif olmaq həyatda istədiyim bütün yaxşı şeylərin ilk şərtidir. • Arıqlar köklərə nisbətən  daha çox sevilir. • Maqazin jurnallarının  göstərdiyi çəkiyə sahib olmalıyam. • Arıq insanlar şanslıdır və nə istəsələr yeyə bilərlər. • Artıq çəkili  insanlar yalnız aşağı kalorili və az yağlı qidalar istifadə etməlidir. • Xoşbəxt olmağımın tək yolu incəbel olmaqdan ya da arıq qalmaqdan keçər. • Çox şişmanam. • Gözəl görünmək xoşbəxt hiss etməkdən daha əhəmiyyətlidir. • Özümlə qürur duymağım  ya da utanmağım neçə kilo olmağıma bağlıdır. • Ən böyük müvəffəqiyyətim arıq olmağımdır. •  Bir neçə qram da olsa kilo almaq çox qorxuncdur. • Bir neçə kq çəkim artarsa , daha kökəlməyi durdura bilmərəm.

Qadınlar kişilərdən nə gözləyir?

Qadınların bir cümlə içində bir neçə fikir çatdıra bilərlər. Kişilər qadınlardan baş açmadığını desələr də əslində diqqət yetirsələr bunu bilmək o qədər də çətin deyil. Bəs qadınlar nə istəyir? Bir az təkid edinƏgər bir qadın sizə “yox” deyirsə, əslində “yox” demir. Amma, “hə” də demir. Belə hallarda etməli olduğunuz onu razı salmağa çalışmaq, cavabının qəti “hə” olmasına nail olmaqdır. Həddi aşmamağa çalışın.  İnancXüsusilə özünə inanmadığı zamanlarda ona inanan bir kişi hər qadının diqqətini çəkir. Yeni bir işə başlayırsa, ona bunu bacaracağını deyin. Bunu sadəcə dildə söyləməyin. Ona həqiqətən inanın və dəstək olun.  HədiyyələrƏgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Sözarası sevdiyini dediyi hər hansı bir şeyi heç gözləmədiyi anda alıb gətirsəniz, daha xoşbəxt olacaq. Bu, sevdiyi bir çiçək, yaxud şokolad, şirniyyat da ola bilər.  Yumor hissi Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Onu güldürmək üçün zarafatlar edin. Təbii ki, həddinizi aşmadan.  DiqqətÇox da şitini çıxarmadan, gündüz yüz dəfə zəng etmədən, ya da gün ərzində tez-tez mesaj yazmadan da diqqətcil ola bilərsiniz. Günün sonunda səmimi şəkildə soruşacağınız “günün necə keçdi?” sualı işinizə yarayacaq.  PozitivlikDuyğusal olaraq özünü yaxşı hiss etməyən bir qadın üçün motivasiyaedici cümlələr çox romantik ola bilər. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın. Gözəl duyğular özü ilə daha da gözəllərini gətirir.  DürüstlükQadınlar bu məsələdə çox həssasdırlar. Bir yerə getmək istəmədiyiniz zaman bəhanə uydurmaq yerinə “ora getmək istəmirəm, çünki bu gün başqa bir şey etmək istəyirəm” deyərək dürüst ola bilərsiniz. Hər zaman sözün düzünü danışın.  HörmətƏgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.

Arıqlamaq psixoloji sağlamlıqdır - Gündə 1 kq arıqlamağı həkimdən öyrənin

Arıqlamaq, formada qalmaq qadınlar üçün psixoloji sağlamlıqdır. Bu səbəbdən "köksən" düşüncəsi  üçün xanımlar yas belə qura bilərlər. Psixoloq.az xəbər verir ki, fitoterapevt Elnur bəy sağlam arıqlamağın izahını verib. 1-ci gün Nahar yeməyi:1 Portağal Bir qaynadılmış yumurta Qatıq 250-300 qram Axşam yeməyi:iki pomidor bir xiyar kraker çubuq iki ədəd 2-ci günNahar yeməyi:1 Portağal Bir qaynadılmış yumurta Qatıq 250-300 qram Axşam yeməyi:Bişmiş dana 125 qramBir pomidorBir portağal 1 dənə kraker çubuqHər hansı bir şəkər və ya dadlandırıcı olmadan qəhvə və ya çay 3-cü gün1 portağalBir qaynadılmış yumurtaQatıq 250-300 qramKahı və ya xiyar salatı Axşam yeməyi:Bişmiş dana 125 qramBir portağalKraker tek parçaHər hansı bir şəkər və ya dadlandırıcı olmadan çay ve ya qehve 4-cü günNahar yeməyi:Inək pendiri 125 qramBir pomidorKraker Tek parça Axşam yeməyi:Bişmiş dana 125 qramİki pomidorBir almaKraker Tek parça 5-ci günNahar yeməyi:Bişmiş ət və ya balıq200 qramBir pomidorBir kraker Axşam yeməyi:1 su stəkanı qaynadılmış kökBrokoli ve ya noxudBir qaynadılmış yumurtaBir pomidor QEYD: Tez və sürətli arıqlamaq sağlamlığa ziyandır! Müəllif: Fitoterapevt Elnur Rəhimov

Qadınlara xas psixoloji sindromlar - Daha tez tanıyacaqsınız

Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbəttə ki, romantizm – sevgidir. Lakin bu əsəri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heç də insana asan başa gəlmir, əksinə ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özünə qapanır, depressiyaya uğrayır. Psixologiyada bir neçə sindrom var ki, onları sizin nəzərinizə çatdırmaq istəyirik. Anna Karenina sindromu Klinik portret: “Məni heç kəs sevmir. İsterik davranış – mən dünyanın mərkəziyəm. Hamı məni sevməlidi, ama niyə belə olmur?! Birdən məndən daha yaxşısını tapar. Mən hiss edirəm, o, mənə xəyanət edir”. Əslində belə qadınlar pataloji qısqanclıqdan əziyyət çəkirlər. Özlərini çıxılmaz vəziyyətə salırlar. Çünki, realda onu atmaq istəyən olmayıb. Nəticədə özündə irrasional düşüncə formalaşdırır. Elizabet Bennet sindromu Klinik portret: “Bu sindromdan əziyyət çəkən qadınlar öz intellektini nümayiş eləməyə can atırlar. Hamını ağlına görə qiymətləndirən, dəyər verən bir qadın obrazıdır. Kimsə Elizabet sevmirdirsə, vay onların halına! İntellektual söhbətlər, atmacalar sizi buraxmayacaq. Skarlett Oxara sindromu Klinik portret: Bu qadın üçün həyatda yüngül yol mövcud deyil. Çətinlikləri sevən, problemləri həll edən bir güclü, dəmir ledi. O, problem olmayanda özünü xoşbəxt hiss edə bilməyən bir qadındır. Şəxsi həyatı sakit olsa, o bədbəxt olar. O ehtiras burulğanına düşmək fikirindədir. O kişi ürəklərinin ovçusudur. Onu əldə etmək üçün ona laqeyd olun. Rebekka Şarp sindromu Klinik portret: “Mən kimdən əksiyəm?!” Onun fikrincə, onda bütün qadına lazım olan xüsusiyyətlər vardır. Lakin bəxti gətirməyib ki, kasıb ailədə dünyaya gəlib. Ən böyük arzusu – yüksək vəzifəli insanlar sırasında olmaqdır. Bunun üçün bütün gücünü səfərbər edən Miss Şarpln qarşısında dayanmaq olmaz. Ambisioz olan bu qız, hamını yox etməyə hazırdır. Nastasya Filipovna sindromu Klinik portret: “Kimi bu gün acılayım?! Kimi əsəbləşdirim?! Kim məni özümdən çıxartsın ki, mən ağlayım?!” Onun fikrincə, qadın isterik və nevrotik olmalıdırki, ona fikir versinlər. O ehtiras axtarır, qanı qaynayır, pul xərcləməyi sevir. Fantaziyası möhkəm olan bu qadınlar özlərindən başqa heçkəsi sevmirlər. Bu şəxsiyyət növlərinin formalaşması patoloji şəxsiyyət pozuntusuna gətirə bilər. Klinik simptomatikaya fikir verək: İsterik elementlərin mövcudluğu emosional labillik, davamsızlıq, bədbinlik, konfliklərə meyllilik, aqressivlik, ideallaşma, yüksək qiymətli fikirlərin olması. Belə qadınlara mütləq şəkildə öz həyat tərzlərini dəyişmək, daxili aləmlərini inkişaf etdirmək, dəyərləri yenidən qiymətləndirmə və psixoterapiya lazımdır. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Reyhan Mirzağayeva  Klinik Psixoloq- Aydan Xasməmmədzadə

"Üstünlük kompleksi" nə sosial şəbəkələr üzərindən baxış

Artıq çoxumuz virtual aləmdən istifadə etmirik, orda həm məskunlaşmışıq, həm də sözün əsl mənasında yaşayırıq. Bir çoxumuz bunun fərqində olmadan realdan qopmuş kimi yaşayır, həyat elə belədir düşüncəsinə hakim kəsilrik. Sosial şəbəkələrdəki profillərimiz evimiz, səhifələr iş yerimiz, qruplar dostlarla söhbət, müzakirə yerinə və s. çevrilib. Hətta vəziyyət o yerə çatıb ki, sosial sahə üzrə mütəxəsəsislər insan davranışları üzərindəki testləri sosial şəbəkələr üzərindən onların xəbəri olmadan da edirlər. Təsəvvür edin, artıq minlərlə insanı qrup halında hansısa qapalı bir yerə toplamağa gərək yoxdur. Təcrübə və onun nəticələrini öyrənmək üçün sosial şəbəkələr üzərindən milyonlara çatmaq mümkündür. Bu cür yüksək texnologiya imkanlarımız mövcud ikən, mən də boş dayanmadım. Dedim kiçik bir təcrübə edim. Yazının davamında facebook sosial şəbəkəsində müşahidələrimi və nəticələrini qeyd edəcəm. Amma əvvəlcə yazının başlığına bir aydınlıq gətirim. Psixoloji lüğətdə kompleks - insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqqında səhv təsəvvürləri, onların şişirdilməsi kimi təsnif olunur. Kompleks bir növ psixoloji narahatlıqdır."Üstünlük kompleksi" anlayışı yeni psixoloji istiqamət olan fərdi psixlogiyanın yaradıcısı Avstriya alimi Alfred Adler tərəfindən ortaya qoyulub. Üstünlük kompleksi — insanda əsassız olaraq digər insanlardan daha üstün olması (ali irqə, “yaxşı” nəslə, sosial qrupa mənsub olma, özəl xüsusiyyətlərə, mədəniyyətə, qabiliyyətə, biliklərə malik olma) və bunun ona xüsusi imtiyazlar verməsi düşüncəsidir. Bu kompleksin xüsusiyyəti ondan ibarətdir ki, o insanın şüurunda məhz müdafiə mexanizmi (ilk növbədə natamamlıq və düşmənçilik kompleksindən) olaraq yaranır. Digərlərindən üstün olmaq hissi eqosentriklik yaradır və insanın ictimai həyatdan daim uzaqlaşmasına səbəb olur ki, bu da yaranmış depressiv vəziyyəti zaman keçdikcə daha də dərinləşdirir. Bu kompleks bəzən ətrafdakıların həmin insanın müsbət xüsusiyyətlərini daim göz önünə gətirməsi, tərifləməsi nəticəsində də yarana bilər. Həmin üstünlük kompleksinin də kökünə baxsaq, orda da insanın özünə olan inamının aşağı olduğunu asanlıqla görə bilərik. Sadəcə olaraq, həmin insanlar özlərini digərlərinin yanında özünəinamlı göstərirlər. Alfred Adlerə görə üstünlük kompleksi "insan olaraq özünü əskik görmək və buna əsaslanaraq daha yüksək hədəflərə çatmaq" deməkdir. Bu, aradan qaldırılmış, müalicə edilmiş köhnə natamamlıq kompleksinin nəticəsidir. Qeyd edim ki, üstünlük kompleksi hər kəsdə müəyyən qədər vardır, lakin normanı keçdikdə fərdlərin davranışlarında daha aydın nəzərə çarpır. Güclü və üstün ola bilmək çabası elə şiddətli hal alır ki, bu vəziyyətdə artıq həyatın sıradan, adiləşmiş münasibətləri heç bir şəkildə təmin edici, doydurulmuş olmur. Həyatdakı yerlərini sağlamlaşdıra bilməyən üstün komplekslilər inanılmaz çabalar xərcləyərək bunu virtual aləmdə aşmağa çalışırlar. Çünki, virtual aləmdə güc nümayiş etdirmək reala nisbətən daha asan, daha rahat və daha arxayınlıq hissi yaradır. Ruhun acı verən natamamlıq kompleksini tamamilə yox etmək üçün isə virtual aləm demək olar ki, "mükəmməl" məkandır. Virtual aləmdə (facebook sosial şəbəkəsindəki müşahidələrimə əsasən) üstünlük kompleksinə tutulmuş insanları davranışlarına görə 2 tipə ayırdım:1. Passiv üstün komplekslilər2. Aktiv üstün komplekslilər.Passiv tiplər üstünlük kompleksindən daha çox əziyyət çəkənlərdir. Onlar virtual cəmiyyət daxilində fəal iştirak edə bilmirlər. Yaradıcılıq işləri olursa da, onu üzə çıxarmaqdan, müzakirəsindən, tənqidlə qarşılaşacaqlarından çəkinirlər, qorxurlar. Bu tiplər sosial şəbəkələrdə sadəcə mövzulara, fikirlərə aqresiv , yaxud da "terminlərlə boğulmuş" rəylər bildirməklə üstünlüklərini öz aləmlərində isbatlamağa çalışırlar. Adətən rəylərində çox sayda terminlərdən istifadə edirlər ki, "terminologiya mütəxəssisi" təəssüratı yaratsınlar. Ətrafınıza baxsanız belə lovğaları siz də asanlıqla görə biləcəksiniz. Aktiv tip üstün komplekslilər passiv tiplərdən fərqli olaraq virtual meydanda daha da irəliyə gedərək , nəinki müzakirələrdə alovlu rəylərlə çıxış edir, eyni zamanda öz yaradıcılıq işlərini kütlə tərəfindən müzakirə üçün üzə çıxarırlar. Onların üstünlük kompleksi rəqib hesab etdikləri digər yazarların yazılarının "tənqid edilməsi", yaxud hansısa ideologiyaya dair (fikirləri) fasiləsiz olaraq tənqid etmələri zamanı aydın görünür.Nümunə:"Yazar filankəs dünən filan xəbər saytında belə bir yazı paylaşmışdı. Mən də oxudum dayana bilmədim və fikrimi buradan çatdırıram. Qatıq ağ deyil, qaradır deyirəm. Vəssalam!"Belə paylaşımları kənardan müşahidə edərkən, müəllifin tənqid etmə çabasına bürünməklə əslində "üstünlük kompleksinin" nümayiş etdirməsini paylaşımın sonrakı gedişatından görmək mümkündür. Paylaşmaya gələn bəyənmə sayı, rəy sayı müəllifi dəstəkləyən çevrə (çox zaman ya rəhbərlik etdiyi bir qurumun üzvləri olur, yaxud da tələbələri olur, daha çox isə eyni ideologiya tərəfdarları) tərəfindən təmin olunur. Buna bir növ "üstünlük kompleksi" altında gizlənmiş rəqabət, güc yarışması da demək olar. Bir neçə saat sonra (paylaşıma) təkrar nəzər yetirdikdə bəyənmə sayının qənaətbəxş rəqəmə (çevrildiyini görürük və bununla da) paylaşım artıq (facebook) sayt qaydalarına əsasən Ana səhifədə günün sonuna qədər başda (aktiv) görünəcəkdir. Rəylərdə "müzakirə" getmişdir. "Tənqid" olunan tərəf əməlli başlı "tənqid" olunmuşdur. Əgər tənqid (hədəfinə çevrilən) yazar özü də rəylərdə iştirak edirsə, müzakirə genişlənir, bəyənmə və rəy sayı artır. Son görünüşdə həmin profildə "Full bir müzakirə gedib " mənzərəsi ortaya çıxır. Nəticə etibarilə mənə görə aktiv üstün komlekslilər passivlərdən daha faydalıdırlar, çünki müzakirə zamanı üstünlüklərinin nümayişi səyində olsalar da, dolayısı ilə maarifləndirmə işinə də qatılmış olurlar. Müzakirəyə cəlb olunmuş çevrədə fikir mübadiləsi getmiş olur. "Üstünlük kompleksindən" xilas yolu varmı?Bəzi irəli dərəcəli üstün komlekslilər var ki, özlərini Allah, Peyğəmbər, Müqəddəs Varlıq hesab edərək psixoloji xəstəlik tapıblar, onlara artıq adi vətəndaşlar kömək edə bilməzlər, psixoterapevt müalicəsinə ehtiyacları var. Ümumiyyətlə isə, bu kompleksin təmamilə yox olması mümkün deyil. Alfred Adler özünün "İnsan təbiətini tanıma" kitabında üstünlük, eləcə də natamamlıq kompleksi olan insanlara dostca yanaşmağı, onların vəziyyətini nəzərə alaraq insanca davranmağı, heç bir şəkildə olduqları hallarından utandırmamağı təklif edib. Eyni zamanda bu hallarında tədricən qurtulmalarına kömək göstərilməsini vurğulayıb. Amma gəlin baxaq, nə qədər insan bu qədər səbrli davranmağa meyllidir? Elə üstün komplekslilər var ki, öz (vəziyyətləri) ilə ətraflarını manipulyasiya edərək (ətraflarında özqiymətləndirməsi aşağı dərəcədə olanlar da ola bilər) müxtəlif üsullarla özlərini təsdiq etmək üçün can atırlar. Onlara öz daxili dünyalarını, şəxsi inkişaflarını çətin yol olan fiziki, mənəvi, intellektual inkişaf yolu ilə üstün etmək maraqlı deyil, başqalarını kiçiltmək, əskiltmək kimi asan yol seçərək "öztəkmilləşmə" yolunda uğura yetişəcəklərini zənn edirlər. Belələrinə kömək etmək məsələsi arxa plana keçir, özünü qorumaq üçün yollar axtarmağa başlayırsan ki, əsəblərin korlanmasın. Üstünlük kompleksindən xilas olmağın bir sadə yolu əslində budur: Bəşər aləminə bir yenilik, bir töhfə, dünyanı dəyişdirən bir fikir bəxş etmədən özünü "tanınmamış dahi" kimi göstərməkdən əl çəkəcəksən. Həqiqi üstün olanların bunu nümayış etdirməsinə gərək yoxdur, dünya beləsini o gizlənsə də görəcək. Odur ki, bircə qalır davranışlardakı tarazlığı qorumaq, ölçünü qaçırmamaq. Mövlana demişkən: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". 

Niyə təhqir edildiniz? - Səbəblər (psixoloji metodlar)

Mark Avreliy: "Səni təhqir edənin əhvalı qarşısında məğlub olma və səni istiqamətləndirmək istədiyi yola da üz tutma."Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbr etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq? Əlbəttə ki, qanqaraçılıq və təhqir edənin səviyyəsinə endiyimiz üçün yaranan ruh düşkünlüyü.Qayıdaq "niyə təhqir etdi?" sualına... Burda bir neçə variant ola bilər.1. Təhqir edənin özünüqiymətləndirməsi aşağı olduğuna görə sizi alçaldıb özünü yüksəltməyi nəzərdə tutub. Bu yolla təhqir edən özünü təsdiqləmiş olur.2. Sizə bu yolla bir şəkildə zərər vermək istəyir, öz qıcığını təhqirlə ifadə edir.3. Təhqir vasitəsilə sizdən üstün olduğunu isbatlamağa çalışır. Həyatımızda çoxumuz təsadüfi və ya qəsdən edilmiş təhqirlərə məruz qala bilirik. Kimsə təhqir edilməkdən sığortalanmayıb. Bu elə bir hissdir ki, əvvəlcə əsəb və aqressiya, ardından depressiya, unudulmayan, düzəldilməsi illər sürən bir acı verə bilir.Keçən yüzillərdə hesab edilirdi ki, təhqiri qanla yumaq olar, ya özünün, ya da düşməninin qanı ilə. Təhqir olunmuş birisi ilə evdə danışmırdılar, əgər rütbəli idisə, təhqirə qarşı özünü müdafiə etməyib, heç bir tədbir görməyibsə, dərhal istefa verməli idi. Buna misal olaraq, zabit Martınovun rus şairi Mixail Yuryeviç Lermontovu dueldə öldürməsini göstərmək olar. Lermontov zabit Martınovu zarafata salaraq , xüsusən xanımlar arasında ("мартышкa") meymun deyə adlandırırdı. Bu halda Martınovun iki çıxış yolu vardı. Ya rütbəsindən əl çəkib, arxasına baxmadan hər şeydən imtina edib çıxıb getməli, ömür boyu bu alçalmanı qəbul etməli, ya da həyatını riskə ataraq Lermontovu duelə çağırmalı idi. Belə hallar müasir zəmanəmizdə də var. Heç uzağa getməyək, öz ölkəmizdə milli mentalitet dəyərləri çərçivəsində bu cür təhqirlər ucbatından baş verən cinayət hadisələri azdırmı? Neçə- neçə başı alovlanmış gənclərin və ya spirtli içki, narkotik maddələr təsiri altında olan insanların həyatına təhqirə qarşı özünümüdafiə "cavabı" son qoyub. Bəs belə hallarda təhqirə qarşı necə reaksiya verməliyik? Bu cür psixoloji sarsıntılara qarşı nələr edilməsi lazımlıdır? Bu suallar sizi düşündürürsə, məqalənin ardında cavab tapacaqsınız.Təhqir olunmağa qarşı susmaq doğrudurmu? Hətta qanuni olaraq şəxsiyyətin təhqir olunması müdafiə edilirsə, təhqir qarşısında müdriklərin bizə tövsiyyə etdikləri kimi "cavab verməmək", "susub getmək", "düşmənin səviyyəsinə enməmək", "bağışlamaq" bu kimi "düzgün" davranmaq , həqiqətən də düzgündürmü? Bu gün təhqir etdilər, sabah zərbə endirdilər, ta o birisi gün öldürdülər və s. Əlbəttə, müqəddəs hesab etdiyimiz insanlar , müxtəlif müdriklər olub ki, təhqir onlara necə deyərlər "vız gəlib". Amma biri də var , adi insanlar, hansı ki, təhqir onlarda adrenalin effekti yaradaraq, təzyiqin qalxmasına səbəb olur, ürək-damar sisteminə təsir edir və sonra da orqanizmdə digər kimyəvi reaksiyaların getməsinə gətirib çıxarır. Bunu hətta psixofizioloqlar da təsdiq ediblər. Misal olaraq, yəhudi əsilli rus sovet şairi və yazıçısı Boris Leonidoviç Pasternak ("Doktor Jivaqo"nun müəllifi) qəzetlərin onu "хain", "bədхah", "obıvatel", "İuda", "böhtançı", "düşmən əlaltısı" adlandırması səbəbindən əvvəlcə infarkt keçirib, daha sonra ağciyər xərçənginə tutulub. Eləcə də bu kimi xəstəliyə gətirib çıxaran psixoloji zədə alan nə qədər insan var. Məşhur psixoanalitik Ziqmund Freyd həm də çox mədəni davranan bir insan olub. Amma təhqir ondan da yan keçməmişdir. Dediyim kimi təhqirdən heç kim sığortalanmayıb. Bir dəfə qatarda gedərkən, içərinin boğanaq olması səbəbindən pəncərəni açır, buna qarşı qatarda olan antisemist sərnişinlərdən biri onu təhqir edir və hətta hədələyir. Freyd təəccüblənmiş sərnişinlər arasında elə bir qəzəb nümayiş etdirir ki, təhqir edən vaqonu tərk etməli olur, həm də üzr istəyərək. Əlbəttə, mən özüm psixoloqun hərəkətini comərdcə qiymətləndirirəm. Bu hadisədə daha uyğun hərəkətdir. Bundan başqa həkim - psixoloq Freyd gözəl bilirdi ki, reallaşdırılmamış aqressiya depressiyaya çevrilir ki, bu da sonrakı dövrlərdə müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Təhqirə qarşı cavab verilməsi insanın orqanizmi ilə bağlı bir şeydir. Şiddətli biokimyəvi və psixofiziloloji reaksiyalar bizdən az asılı olur. Cinayət hüququnda "affekt" deyilən bir anlayış var ki, ölüm hadisələrində cinayətkarın cəzasının yumşalması üçün istifadə edilir. Bu, şəxsiyyəti dözülməz təhqir edilməsi hallarında həyata keçirilir. Belə çıxır ki, hətta soyuq və sərt olan hüquqşünaslıq elmi də təsdiq edir ki, bəzən insan özünün biokimyəvi reaksiyalarına sahib ola bilmir. Ona görə də dözülməz təhqir anında fəlsəfi kəlamlar və aforizmlər öz aktuallığını itirir. Bununla yanaşı təhqir edən özü də sizin beyninizin nə cür reaksiya verəcəyini bilmədən riskə girmiş olur.Təhqirə məruz qalmısınızsa, ilk növbədə "məni niyə təhqir etdi?" sualına cavab tapıb, ona uyğun cavab modeli hazırlamaq lazımdır. Bu o demək deyil ki, təhqir edənə mütləq sözlə və ya yazılı cavab verilməlidir. Bu, hərəkətlə də ola bilər. Təhqir edənin niyyəti sizdən cavab almaqdır. Unutmayaq ki, təhqirə cavab verməklə özümüzü alçaltmış oluruq, çünki dəyərimizi aşağı salaraq təhqir edənin söylədiklərinə tabe oluruq. Təhqir edən sizdən cavabı almış olursa, qələbə çalmış deməkdir. Bəzən gözlənilmədən elə təhqirlər ala bilirik ki, onlara qarşı pozitiv reaksiya verməkdə gecikirik, emosiyalara qapılaraq təhqir edənin səviyyəsinə enir və cavablarımızı qaytarırıq. Çünki, qəsdən yönləndirilmiş acı sözlər bizi incidir, "ürəyimizi deşib keçir." Belə hallarda "savaş"dan sonra hətta intiqam haqqında da düşünə bilirik. Amma intiqam almağa, hadisələri dava-dalaş, cinayət səviyyəsinə gətirməyə gərək varmı? Bu zaman ən yaxşı çıxış yolu yaranmış situasiyaya kənardan baxa bilməkdir. Lap elə olduğunuz yerdən deyil, fərz edin ki, hadisəyə kosmosdan baxırsız. Bəlkə də sizə verdiyiniz cavab reaksiyaları axmaqcasına və gülməli gələcək. Düşünəcəksiz ki, bu qədər qiymətli həyatı boş şeylərə sərf etməyə dəyərmi? İntiqam haqqında düşünmək isə təmamən lazımsızdır. Belə hisslər insanı daxildən yeyib bitirir. Bu hallardan qaçinmaq üçün ən gözəl hərəkət dayana bilməyi bacarmaqdır. Peyğəmbərlər səbrin ən böyük nümunələri olublar. Müqəddəs kitabımız "Qurani-Kərim" də də bu haqda ayələr var. Pis söz yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 26)."Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir." (İsra surəsi, 53) "Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)Peyğəmbərimiz bu barədə öz ümmətinə hədisdə belə buyurur"Səbrdən daha xeyirli və geniş bir nemət heç kimsəyə verilməmişdir."(Tirmizi, Birr, 76) Keçək müdriklərdən də bir nümunə gətirək:Şagirdlərindən biri Buddadan soruşur:- Əgər biri məni təhqir edib, alçaldarsa ona necə cavab verməliyəm?Budda cavab verir:- Əgər sənin başına ağacdan bir quru budaq düşərsə, buna necə reaksiya verərsən?Şagird deyir:- Nə etməliyəm ki, bu sadə bir təsadüfdür ki, mən quru budaq düşərkən ağacın altında olmuşam.Budda deyir:- Deməli, eyni şeyi etməlisən. Kimsə qəzəbli halı ilə dağınıq hissləri ilə, dəlilik edərək səni təhqir etmiş və ya alçaltmışsa, hesab et üzərinə ağacdan quru budaq düşmüşdür. Bu səni narahat etməsin, öz yolunla getməyə davam elə. "Heç vaxt düşmənlərinizlə­ hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək". Deyl KarnegiTəhqirə qarşı sadaladığım tövsiyyələr müqəddəs kitabımızdan, müdriklərdən gələn fikirlərdir. Bunlara əməl etməkdə təbii ki, fayda var.Son olaraq öz tövsiyyələrimi də bildirim. Tam əminliklə deyirəm, sizi təhqir edənə qarşı ən böyük cavab zərbəsi sizin sağlamlığınız və rifahınızdır! Hələ uşaq yaşdaykən özümüz üçün müdafiə düsturu olaraq, məsələn, "Filankəs baxar güzgüyə, adını qoyar özgəyə" cümləsini yaratmamız əbəs deyilmiş . Unutmayaq ki, qəsdən deyilmiş pis, yaralayıcı sözlər və ya hərəkətlər mütləq bumeranq kimi sahibinə qayıdacaq. Ona görə də sizi təhqir edənə qarşı cavab vermək sizin üçün faydalı olmaya da bilər. Ən yaxşı variant cavabı düşüncələrlə ötürmək və ya bir kağız qələm alıb bu haqda fikirlərinizi və cavablarınızı ora yazmaqdır. Yetər ki, sizi incidən hisslər daxilinizdə qalıb sizə əziyyət verməsin və bədənimizin içdən dağılmasına şərait yaratmasın. Qeyd edək ki, məqalə təhqirə məruz qalmış, narahatlıq keçirən, özünü, beynini yeyib-bitirən insanlara bu əziyyətdən qurtulmaq yolarının öyrədilməsi məqsədilə yazıldı.