Davranışın zövqə yönəlməsi, ağrıdan qaçmaq - Hedonizm prinsipi nədir?

Bir çox motivasiya fikirlərinin təməlində Hedonizm prinsipi durur. Hedonizm – həzzin mütləq mənada yaxşı olduğunu, insan davranışlarının həzzi təmin edəcək şəkildə planlaşdırılması gərəkdiyini, davamlı olaraq zövqə yönəlik fəaliyyətə istiqamətlənmənin ən uyğun davranış olduğunu əks etdirir. Bu prinsipin izləri qədim yunan filosoflarına qədər gedib çıxır. Hedonizmin təməlində, davranışın zövqə yönələcəyi və ağrıdan qaçacağı anlamı durur. Insanların alternativ seçimlər etdiyi hər vəziyyətdə, hərəkətin yönü zövqü maksimal etməyə və ağrı hissini minimuma endirməyə yönələcəkdir. (Vroom, 1964) Hedonizm anlayışında insanların müəyyən nəticələri artırmağa (mükafatlar, təqdir olunma və s.) bəzi nəticələri isə (cəzalar, bəyənilməmə, qəbul edilməmə və s.) bacardıqları qədər azaltmağa meyilli davranış nümayiş etdirdikləri əks olunub. (Vroom, 1964) Hər hansı bir motivasiya nəzəriyyəsi şəxslərin sərgilədiyi davranışların səbəbləri ilə bu davranışa səbəb olan prosesləri açıqlamağa çalışmaqdadır. Bir çox nəzəriyyə əksərən hər ikisi ilə yanaşı, birinin üzərində daha güclü durmağa meyillidir. Motivasiya teoriyaları təlabat sferası və proses nəzəriyyəsi olmaq üzrə bu iki hissəni araşdırır. Təlabat sferası, insanların ehtiyaclarının yaranması və təbii olaraq da bu ehtiyacları təmin etmək üçün göstərdiyi səyi ifadə edir. Yəni təlabat sferası ehtiyacların təbiətinə və insanların nəyi istədiyinə önəm verməkdədir. Proses teoriyalarına görə təlabatlar şəxsi davranışa sövq edən faktorlardan sadəcə biridir. (digər faktor enerji ilə bağlıdır, hansıki onların üzərində çox da durulmadan var olaraq qəbul edilir.) Bundan başqa ehtiyaclar olduqca fərdiləşmişdir və hər bir şəxs üçün zamanla dəyişir. Proses teoriyaları davranışın daha çox necə başlandığı, idarə olunduğu və davam etdirilməsi ilə əlaqəlidir. Proses teoriyası real motivasiya müddətinə (prosesinə) önəm verməkdədir. Onu da qeyd edək ki, təlabat və proses teoriyaları bir – birindən fərqlənsələr də müəyyən bir yerə çatmaq üçün bir – birini tamamlamaqdadırlar. Ümumiyyətlə demək olar ki, bütün motivasiya nəzəriyyələri insanların davranışlarını zövqlü hesab etdiyi nəticələrə yönəltdiyini və xoş olmayanlardan uzaq tutduğunu əsas götürür. Motivasiyanın təməlində də məhz bu durur: insanları fəaliyyətə təhrik etmək üçün onların sevdiyi, həzz aldığı istiqamətə yönəldirlər. Həzz duyğusunu yaşamaq istəyi və buna uyğun olaraq ağrı duyğusundan qaçmaq insanları motivə edir.

Xərclərin azaldılması üçün 9 qayda

Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir.  Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmadan da mümkün deyil. Sual verəcəksiniz ki, niyə məhz 10 faiz? Çünki sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin məbləğləri  sizin büdcəniz üçün mühümdürlər və belə məbləğlərin planlaşdırılmamış şəkildə xərclənməsi sizin maliyyə tarazlığınıza təsir edə bilər. Bu təcrübədə yoxlanılıb, bu səbəbdən də bu faktı olduğu kimi qəbul edin. Beləliklə, aşağıda yer almış qaydalar, əsasən öncədən planlaşdırmanın əsasında qurulmuşdur. Onları öyrənin və istədiyiniz kimi istifadə edin: 1. Hər ay üzrə xərclərin planını tərtib edin. Bu planda mütləq şəkildə bütün xərclərin məbləğləri olmalıdır. Bəzi məbləğləri əvvəlcədən qeyd etməkdə çətinlik çəkirsinizsə, planda maksimal dərəcədə yaxın olan bir məbləğ göstərin. Bu yanaşma sizə pul vəsaitlərinin hansı məbləğdə və nəyə xərcləyəcəyinizi görmək imkanı yaradacaqdır. Belə etdikdə, sizdə ay ərzində sürpriz kimi, gözlənilməyən xərclər peydə olmayacaq. Bu müəssisənin öz fəaliyyətini necə planlaşdırmasına bənzəyir. Sizdə eynilə belə etməlisiniz. Aşağıda sizin üçün xərclərin planlaşdırılmasının real nümünəsi göstərilib. 2. Bütün alış-veriş edəcəyiniz şeyləri qabaqcadan planlaşdırın. Siz məsələn, gələn ay özünüz üçün paltaryuyan maşın almağı planlaşdırırsınız. Onun qiymətini öyrənirsiniz və fikirinizdə onu gələn maaşadək alıb ala bilməyəcəyinizi hesablamağa çalışırsınız. Ala biləcəksinizsə, bu əladır, ala bilməyəcəyinizsə onun üçün pul toplamaq lazım gələcəkdir. Pulun düzgün şəkildə necə toplanması barədə burada oxuyun. Qəfil edilən alış-verişlərdən çəkinin, çünki ehtimal var ki, öz maddi gücünuzu düzgün hesablaya bilməyəcəksiniz. Müxtəlif alış-verişləri planlaşdırmaqla yanaşı, sizin üçün başqa xərcləri də planlaşdırmaq pis olmazdı, məsələn, ad günlərini, müxtəlif bayramları və s. Belə etdikdə, maliyyə sürprizləri sizdən yan keçəcəkdir. 3. Ərzaqları əvvəlcədən yazılmış siyahı üzrə alın Nə üçün ərzaqlar haqqında ayrıca bir söhbət açmışıq? Çünki qidalanmaya sərf olunan xərclər bizim büdcənin təxminən yarısını təşkil edir. Bu səbəbdən də, əvvəlcədən sizə lazım olacaq ərzaqların siyahısını tutun və yalnız bundan sonra supermarketə yollanın. Bundan əlavə, özünüz üçün bir qayda olaraq, siyahıda olmayan ərzaqları almamağı vərdiş halına gətirin. Hətta onları siyahıya yazmağı unutsanız belə və onlar sizə lazım olsa belə. Heç bir qorxusu yoxdur. Gələn dəfə alarsınız. Bu cür alış-veriş üsulu çox güclü effektə malikdir və sizin həddindən artıq ərzaq almağınızın qarşısını alacaqdır. Belə baxanda, əslində bizə elə də çox şey lazım deyil. Bu üsuldan istifadə etdikdə, siz təəccüblə aşkar edəcəksiniz ki, sizin ərzaqlar ilə bağlı xərcləriniz azalıbdır. 4. Ac olduğunuz vaxtda ərzaq almayın. Bu mümkündür və çox gülməli səslənir, lakin belə bir fakt var ki, siz mağaza və ya supermarketdə olduğunuz zaman və bu vaxtda sizi aclıq hissi bürüyürsə, 90 % hallarda, evə qayıtdıqdan sonra siz evdə çox sayda lazımsız ərzaq və ya həddindən artıq qida aşkar edəcəksiniz. Özünüzü müşahidə edin, istəsəniz, eksperiment də keçirin. Bu hamı ilə olur. Nəticə çox sadədir – əvvəlcədən qidalanın, sonra isə mağazaya yollanın. Belə, siz yalnız doğrudanda lazım olan şeyləri alacaqsınız və özünüzü lazımsız xərclərdən qoruyacaqsınız. 5. Hər hansı qarşılaşacağınız vəziyyətdə sizə lazım olacaq pul vəsaitindən artıq pul götürməyin Bu çox sadə, amma çox effektiv bir qaydadır. Siz sadəcə pul kisənizdə olan məbləğdən artıq xərcləyə bilməyəcəksiniz.Bu qayda xüsusilə müxtəlif emosiya və vəziyyətlərin təsiri altında pul xərcləməyə zəiflik göstərən şəxslərə aiddir. 6. Aydan aya pullarınızı necə xərcləməyinizi izləyin. Bu qayda ondan ibarətdir ki, biz aydan aya öz pullarımızı necə xərcləməyimizi izləməliyik. Bu, belə demək olarsa, statistikadır. Aydan aya xərclərinizin statistikasını aparın. Bu statistikanı siz sizə uyğun istənilən formada apara bilərsiniz.  7. Lazımsın xərclərdən azad olun Öncə müzakirə etdiyimiz qaydada deyildiyi kimi, sizdə, belə desək, bir neçə ay üzrə xərclərin statistikası olmalıdır. Bu cür siz bütün lazımsız xərclərin qarşısını ala biləcəksiniz. Lakin, fakt deyil ki, sizdə belələri tapılacaqdır. Elə bir vəziyyət ola bilər ki, sizin bütün xərcləriniz “lazımlıdır”. Dilxor olmayın. Siz xərclərinizin bəzi bəndlərini azaltmağa cəhd edə bilərsiniz. 8. Borclardan azad olun. Siz maksimal dərəcədə tez bir şəkildə bütün borclarınızdan qurtulmalısınız. Çünki hər hansı bir borc sizin üçün  əlavə xərclərdir. Onlardan tez bir şəkildə canınızı qurtarın. 9. İfratçılığa qapılmayın. Böyük bir həvəslə qənaət etməyə və bütün xərclərinizi minimuma endirmək lazım deyil. Bu düzgün deyil. Necə deyərlər – fanatizmsiz. Necə yaşayırdınızsa elədə yaşayın, sadəcə öz xərclərinizi nəzarət altında saxlayın, onları izləyin və üzərində düzəlişlər edin. Vəssalam. İfratçılığa isə qapılmaq lazım deyil. Çünki sərt qənaətlə qarşılaşaraq, siz yenədə nəzarətdən çıxmış xərclərə yol verəcəksiniz. 

“Qarşılarına çıxan ilk insanı sevirlər” – Psixoloq erkən nikahlardan danışdı

“Evlənirlər və düşünürlər ki daima romantika olacaq. Ancaq real həyat isə elə olmur”. Yetkinlik yaşına çatmayan azyaşlıların evləndirilməsi, ərə verilməsi daim qınaq mövzusu olub. Xüsusilə də Azərbaycanın rayon və kəndlərində bu hal daha geniş vüsət alıb. Belə ki, 14-17 yaşındakı qızların düşüncəsi formalaşmadan, fikri soruşulmadan və ya sadəcə birindən xoşu gəldiyi üçün ərə verilir ki bu da çox zaman erkən boşanma ilə nəticələnir. Mövzu ilə bağlı Psixoloq.az –a açıqlama verən EMDR terapevt, psixoloq Yeganə Özçelebi erkən nikahların müsbət tərəfindən çox mənfi cəhətlərinin olduğunu bildirib: “Müsbət tərəfi  budur ki, gənclərin psixikası daha bərkiməyib. Onlar br-birlərinə daha tez uyğunlaşa bilirlər. Çünki bir-birlərini qəbul etmək daha rahat olur. Yaş artdıqca insan başqa insana adaptasiya dövrü daha çətin keçir. Eyni zamanda da gənclərin psixikası emosional olur. Hanısısa anşılmazlıq olduqda qəlblərini tez qırırlar. Daha yetişkin insanlar isə öncə götür-qoy edir və daha sakit formada müzakirə edirlər”. Psixoloq gənclərdəki məhəbbət hissinin daha güclü olduğunu diqqətə çatdırıb: “Belə ki qarşılarına çıxan ilk insanı sevə bilərlər. Erkən yaşlarda adi xoşlanmaq sevgiyə çevrilə bilər. Sevirlər, evlənirlər və düşünürlər ki daima romantika olacaq. Ancaq real həyat isə elə olmur. Artıq problemlər başlayır, məsuliyyət artır. Bunu artıq azyaşlının valideyni düşünməlidir. Bəzən uşaq daha tez dünyaya gəlir və əslində valideynlər buna hazır olmurlar. İnsanların həyatı isə bu zamandan sonra vəzifələrdən ibarət olur”. Yeganə xanım gənc qız və oğlanların bəzi məqamları dərk etmədən evləndirildiklərini tənqid edib. “Xanım düşünür ki uşaqlığı bitir və çətin həyat sürməyə başlayır. Eyni cürə də oğlan bəzi məqamları başa düşmür. Məsələn, anası ilə qalanda oğlan çirkli corablarını çıxarıb yatağının altına atırdı. Anası isə səssiz formada götürüb  yuyurdu. Xanımı isə artıq deyinməyə başlayır corablarını niyə bura atmısan deyə. Çox zaman oğlan anlamır ki qadını tam olaraq nə istəyir. Psixoloji olaraq gənc olduqları üçün bu həyatı daşımağa hazır olmurlar”. İdeal evlənmək yaşından da bəhs edən psixoloq qızların 22 yaşdan tez ərə verilməsinin əleyhinə olduğunu vurğulayıb. “Xanım üçün ideal evlənmək yaşı 22-28, oğlanlarda isə 27-35 yaş dövrüdür. Çünki bu yaşlarda artıq xəyal qurmurlar, həyatı dərk edirlər. Amma gənclər özləri üçün xəyal qururlar və gerçəklərlə qarşılaşdıqda qırıqlıqlar yaşayırlar”,-deyə Özçelebi açıqlayıb. Şəhanə Quliyeva

Bu günün HAVA PROQNOZU

Azərbaycan ərazisində sentyabrın 4-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində sentyabrın 4-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında sentyabrın 4-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9- 14, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 4-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Əyləncəli PSİXOLOJİ TEST - Sonunda güləcəksiniz

Testin sonunda güləcəksiniz. Yazılanları sırası ilə oxuyub, tətbiq edin. Aşağıdakı yazıları sırası gəlmədən oxumayın. Əgər bir ad yazacaqsınızsa, həmin şəxsi həqiqətən tanıdığınıza əmin olaraq yazın. Oyun 3 dəqiqənizi alacaq. Diqqətli olun və sualları hisslərinizlə cavablamağa çalışın. Bir kağız və qələm götürün. Sıra ilə oxuyaraq yazılan tapşırıqları kağızda qeyd edin.1) Kağıza yuxarıdan aşağıya doğru 1-dən 11-ə qədər rəqəmləri yazın.2) 1 ilə 2-nin qarşısına hər hansı bir rəqəm yazın.3) 3 ilə 7-nin qarşısına fərqli adlar yazın. (Qarşı cinsdən)4) 4, 5 və 6-nın qarşısına ailə üzvlərindən və ya dostlarından olan insanların adlarını yazın.5) 8,9,10 və 11-in qarşısına mahnı adları qeyd edin.AÇIQLAMA:1) Bu testi bir neçə şəxslə paylaşın. Neçə nəfərlə paylaşmalı olduğunuz 2 nömrənin qarşısında yazılıb.2) 3 nömrənin qarşısına yazdığınız insan çox sevdiyiniz bir insandır.3) 7-nin qarşısına yazdığınız insan sevdiyiniz biridir, lakin aranız düzəlmir.4) 5-in qarşısına yazdığınız insanı çox yaxşı tanıyırsınız.5) 4-ün qarşısına yazdığınız insan ayrıla bilmədiyiniz insandır.6) 6 nömrənin qarşısında adı yazılmış şəxs sizə uğur gətirən biridir.7) 8-in qarşısına yazdığınız mahnı 3 nömrədəki insana aiddir.8) 9-un qarşısına yazdığınız mahnı 7 nömrədəki insan üçündür.10) 10 nömrənin qarşısındakı mahnı sizinlə bağlıdır.11) 11 nömrədəki mahnı həyatla bağlı hisslərinizi ifadə edir.

Özünüzü necə motivə edə bilərsiniz? - Üsulları

Motivasiya insanı hərəkətə gətirən daxili emosional haldır. Özümüzü necə motivə edə bilərik? Bunun üçün nəyi etməli və nəyi etməməliyik? 1 – Hər nə olsa da, özünüzdən neqativ emosiyaları rədd edin! Düşünün ki, bütün düşüncələr maddidir və formalaşa bilir. Əgər mütəmadi və davamlı pis şeylər haqqında düşünsəniz, sizin başınıza gələcəkdir. “Uğur son, uğursuzluq ölümcül deyil, davam etmək cəsarəti – bax, bunun anlamı vardır”. (Uinston Çörçil). 2 – Özünüzə söz verin ki, bazar günü olsa belə, siz yuxudan erkən qalxacaqsız. Ən yaxşı motivasiya sübhdən başlayır. Yoxlayın, siz yuxudan tez dursanız, kifayət qədər vaxtınız olacaq. Hətta harasa tələsməsəniz belə, heç bir işiniz olmasa da, tez durun. Bu vaxtı özünüzə, öz inkişafınıza sərf edin, bir neçə səhifə faydalı kitab oxuyun.  3 – Qələbəyə motivasiya - Həmişə qələbəyə hərəkət et. Hər bir insanın müəyyən durumda qələbə çalıb, məğlub olmaq seçimi var. Yuxudan duran kimi, tələsməyin, yerinizdəcə düşünün, “Bu gün mən dünəndən daha yaxşı olacağam. Bu gün əla gün olacaq. Bu gün məni kiçik qələbələr gözləyir”. İnanın ki, gün boyunca pozitiv, enerjili və özünəinamlı olacaqsız. Bu durumunuzda isə heç kəs sizə mane ola bilməyəcək. “Bəxti gətirən adam o kəsdir ki, başqalarının etmək istədiklərini etmişdir”. (Jül Renar) 4 – Pozitivlik və xoş əhval-ruhiyyə motivasiyası - Çalışın ki, istənilən halda yaxşını və pozitiv anları görə biləsiz. Bilin ki, insanlar müsbət, pozitiv, optimis adamlara meyil edirlər. Kimsə deyə bilər ki, bəs əgər bir adamın başına pis hadisə gəlibsə, onda nə etməlidir? Sadəcə bunu anlamaq lazımdır ki, başınıza gələn hər bir şey sizin üçün təcrübədir. Əgər bu cür hadisələr olmasaydı, siz zəif, gücsüz və uğursuz olardız. Bunlar sizi daha güclü və məqsədyönlü edir. 5 – Yardım motivasiyası - Ehtiyacı olan digər insanlara yardım etməkdən imtina etməyin. Xeyirli iş görəndə siz yalnız yaxşı iş görmürsüz, həm də xoş hislər qazanırsız. Başqalarının həyatını yaxşılaşdırdıqda, öz həyatınız da yaxşılaşır. 6 – Motivasiyanız şübhələriniz səbəbindən dağılır. Çox adam həyatda irəliləyiş əldə etsə də, özünəinamsızlıqdan motivasiyasını saxlaya bilmir. Bəzən onlara elə gəlir ki, nəyisə düz etmirlər, yaxud düz yolda deyillər. Bilin ki, inam hər bir insanın ən zəruri göstəricisidir. O olmasa həyatınızda uğur olmaz. Özünəinamı artırmaq üçün yollardan biri verdiyin sözü tutmaqdır. Başqalarına verdiyiniz sözü tutduqda özünüzə vermiş olduğunuz sözü də tutacaqsız və bununla sizə özünəinam yaranacaqdır. 7 – Arzunuza doğru hərəkətdə özünüzə proqres hiss etmək şansı verin. “Alışıb-yanan ürək üçün mümkün olmayan heç bir şey yoxdur”. (Con Heivud) Bilin ki, bizim orqanizm ağıllı bir mexanizmdir ki, bizim enerji və gücümüzü qoruyub saxlayır. Əgər sizin fəaliyyətinizdə proqres yoxdursa, gələcəkdə də olmayacaqsa, bu sizdə zəifləyəcəkdir. Nəticədə motivasiya öləcək və tənbəlliyə gətirib çıxaracaqdır. Yaxşısı budur ki, təbiət qanunları ilə oynamayaq, bu bizə baha başa gələr. Onlarla əməkdaşlıq edək. 8 – Proqresinizi müqayisə edin. Biz həmişə öz motivasiyamıza sübut etməliyik ki, işlərimiz uğurlu gedir. Hər keçən gün bu artmaqdadır. Bilin ki, siz proqresi müqayisə etməlisiniz, prosesi deyil. Məsələn, siz faydalı kitabdan 30 səhifə oxumusunuz. Bu, prosesdir. Ancaq mən o kitabdan 30 sual versəm və siz cavablasanız, mənimsəmiş olduğunuza görə proqres olacaqdır. 9 – Özünüzlə yarışın. Özünüzü başqalarıyla müqayisə etmək sizi demotivə edə bilər. Hətta irəli getsəniz belə, bunu etməyin. Bilin ki, hər kəsin öz həyatı, işi və münasibəti var. Başqasıyla yarışdıqda bu, çox gülünc görünür. Sanki futbolçu velosipedçiylə yarışmaq istəyir. Hər gün bir miqdar çox üstün gəlməli olduğunuz yeganə kəs özünüzsüz. Hər gün cəsarətinizi toplayıb deyin: “Mən bacarıram, öhdəsindən gəlirəm, mən nail olacağam və bu, yalnız mənə lazımdır!” Həyatımız öz əlimizdədir, onun bədbəxt, yaxud xoşbəxt olması da bizdən asılıdır. Fərid Abdullah

Vacib xəbərlər alacaqsınız - Günün ulduz falı: 4 sentyabr, 2018

Qoç – Sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur. Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək. Buğa – Bu gün çox maraqlı olacağını vəd edir. Siz kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun əhval-ruhiyyəyə ildırım sürətilə düşürsünüz. Bir çox Buğalar özlərində gözlənilməz istedad və qabiliyyətlər aşkarlayacaqlar. Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil. Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz. Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala bilərsiniz. Əkizlər – Əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də, dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla. Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların rəğbətini qazanacaqsınız. Xərçəng – Vacib adamlarla görüş üçün münbit gündür. İş adamları sərfəli sövdələşmələrə gedə bilərlər. Bu gün çətinlikləri asanlıqla dəf edəcək, istənilən sınaqdan uğurla çıxacaqsınız. Yeni nəyisə sınamaq və əvvəllər bacarmadığınız şeylər öyrənmək üçün yaxşı gündür. Günün ortasında əbəs xərclər mümkündür. Üstəlik, günün bu vaxtı hər şeyə daha tez inanacaqsınız. Bədxahlarınız bundan istifadə edə bilərlər. Şir – Bu gün daha çox romantik görüşlər üçün münasibdir. Ulduzlar tənha Şirlərə sevgi macəraları vəd edirlər. Artıq sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş nəsə əlavə edə bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər zəngin olsa da, axşam yorğunluq hiss etməyəcəksiniz. Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq. Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir. Qız – Əgər sağlam düşüncə ilə hərəkət etsəniz və enerjinizi dinc məcraya yönəltsəniz, gün çox məhsuldar keçəcək. Ailə üzvləri ilə mübahisələr mümkündür. Nədənsə ətrafdakıları öz ideyalarınıza “yoluxdurmaq” o dəqiqə alınmır. Bəla burasındadır ki, siz çox tez “qaynayır”sınız: soyuqqanlılığı qorumaq daha yaxşı olardı. Ziddiyyət ruhu çox güclüdür. Bu, şəxsi həyatdakı hadisələrə təsir edəcək. Bir çox Qızlar bu gün bilə-bilə ümidsiz münasibətlərə başlamağa meyllidirlər. Tərəzi – Gün uğursuz olacaq. Bunun əsas səbəblərindən biri impulsivliyinizdir. Siz olduqca tez-tez, özü də vaxtsız şəkildə emosiyalarınıza azadlıq verirsiniz, ətrafdakılarla münasibətlər göz görə-görə korlanıb. Bürcün bir sıra nümayəndələri kəskin, ürək sındıran ifadələr işlədir, sonra isə peşiman olurlar. Sizin bu davranışınız ətrafdakıları çıxılmaz vəziyyətə salır. Diqqəti hansısa faydalı işə yönəltmək çox çətindir. Bəzi Tərəzilər düşünülməmiş addımlar atırlar. Məsələn, onlar bir qədər əvvəl üstündə əsdikləri münasibətlərə son qoyurlar. Əqrəb – Kifayət qədər uğursuz gündür. Təəssüf ki, buna görə yalnız özünüzü günahlandıra bilərsiniz. Problem olmayan yerə onu yaradan məhz sizsiniz. Özünüz həyatınızı çətinləşdirir, əməkdaşlıq etməli olduğunuz adamlarla münasibətləri korlayırsınız. Buna görə sizə yalnız bir şeydə haqq qazandırmaq olar: siz öz prinsipləriniz və həyata baxışınıza uyğun hərəkət edirsiniz. Bu günün yaxşı cəhəti yaxınınızla sizi çoxdandır narahat edən məsələ barədə açıq danışmaq imkanıdır. Alacağınız cavablar sizi tamamilə qane edəcək, hətta, sevindirəcək. Oxatan – Əlverişsiz mərhələ davam edir. Mənfi tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qə yüksək olsa, o qədər yaxşıdır. Elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox Oxatanlar üçün dalandan çıxış yolu olacaq. İntuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən nəsə uydurmağa çalışmayın. Oğlaq – Sövdələşmələr və kommersiya fəaliyyəti üçün əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla razılığa gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o cümlədən, başqa yerə köçmək və ya tikinti üçün münasibdir. İnadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola bilərsiniz. Bir çox Oğlaqları bu gün şəxsi xarakterli xoş sürprizlər gözləyir. Bürcün bir sıra nümayəndələri evlənməyə qərar verəcəklər və buna görə peşiman olmayacaqlar. Dolça – Gün çox sakit keçəcək. Gözlənilməzliklər planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək. Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz, dəstək qazanacaq. Bu gün ictimai tədbirlər iştirak etmək, kübar qəbullarda parlamaq olar. Yeni tanışlarınızın rəğbətini qazanmaqda çətinlik çəkməyəcəksiniz. Balıqlar – Uğursuz gündür. Siz öz ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox Balıqlar sonradan peşiman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Kələk gəlməyi və intriqa yaratmağı bacaran adamlara isə sizi idarət etmək çox asandır. Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq durun. Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım olacaq. Milli.Az

Nevroz simptomu necə formalaşır?

Nevrotik qrupuna aid xəstəlikləri yaxın keçmişdə nevroz adlandırırdılar. Bu xəstəlik qrupunun müalicəsinə böyük əmək sərf etmiş alimlərdən biri hamımıza tanış Ziqmund Freydin bəzi əsas fərziyyələrinə (hansılarki mütləq təasdiqini tapıb) diqqət yetirmək istərdim. Beləliklə, nevroz iki ayağa söykənir: uşaqlıq travması + aktual travma, və bu travmanın tədqiqatı Freydi travma nəzəriyyəsinin yaradılmasına gətirir və ya, necə başqa adı – erkən yoldan çıxardılmanın (cəzb etmə, erkən seksual yoldan çıxartma (cəzb etmə)) nəzəriyyəsi. Ona əsasən, uşaqlıqda uşaq seksual xarakterli travmasını alır. Əlbətki, onun uşaq "məni" daha çox zəifdir və travmanı adekvat emal etməyə qadir deyil, sıxışdırıb çıxarma baş verir, affekt şüursuzluqda inkişaf etməyə başlayır və nevroz simptomatikası şəklində çıxış etməyə başlayır. Freydin fikrinə görə, psixoanaliz psixonevrozlarla çox gözəl işləyir. Uşaqlıq travmasını aşkar edən insan özünü dərk edərək nevrotik əlamətlərdən azad edir. İsterik simptom dərin simvolikaya malikdir. Nitqin isterik fonda itirilməsi: “mən kimləsə daha danışmaq istəmirəm” İsterik korluq: “mən bunu görmək istəmirəm”. Freydin birinci dualist modelinin əsasına Şopenqauerin tezisi qoyuldu: “Dünyanı aclıq və sevgi idarə edirlər”. Yəni bu meyllərin iki qrupudur: Mən-dən gələn və libidonun meylləri. "Mən"-in ən tutumlu  meyl ifadəsi – özünü qoruma instinktidir, libidonun meylləri isə seksual meyllərdir. Belədir dualizm! Nevroz simptomu necə formalaşır? Libidoz enerji boşalmaya cəhd edir – subyekt həzzə cəhd edir, amma əgər yol, hansını ki, o seçir, Mənə əks təsirlə qarşılaşırsa – sıxışdırıb çıxarma baş verir. Meyl sıxışdırılıb çıxardılır və başqa çıxış yolu axtarmağa məcbur edilir, dolama yollara əl atılır. Və o onları tapır – nevroz simptomu şəklində. Nevroz simptomu insan Məninə lazımdır – o əvəzetmə kimi axtarılan təmin olunma formasında yaranır. Əslində nevrozlar özü böyük bir müdafiədir. Nədən? İnsanın özündən. O özündən ki, insan onu hələ heç tanımır… Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu və psixoanalitiki Aydan Xasməmmədzadə

Bal ayı xoşbəxt evlilik üçün vacibdir - Səbəbi...

Nikah şəhadətnaməsinə imzanı atıb, çalğılı, əyləncəli toyu geridə qoydunuz. Siz ikiniz artıq yeni həyata başlayırsınız. Hər nə qədər də həyatınızı paylaşacağınız insanı tanısanız da yeni ev, yeni həyat ən çox da xanımlarda stress, depressiv halların yaranmasına səbəb olur. Bu hallardan uzaq olmaq üçün toydan sonra mütləq bal ayı dediyimiz kiçik tətilə çıxmağın faydaları var. Sual verə bilərsiniz ki, niyə bal ayına getməliyik? Nə gərək var əlavə xərcə? Bal ayı yeni evlənənləri yorğunluq və stressdən azad etməklə yanaşı, həm də, onların yeni həyata addım atmaları üçün gözəl başlanğıcdır. Bu ayın digər bir üstünlüyü də yeni evli cütlüklərin rahatlıqla başbaşa qala bilməsidir. Amma təəssüf ki, çox cütlük bal ayına elə də önəm vermir. Müxtəlif səbəblər cütlüklərin bal ayını ciddi qəbul etməmələri üçün əsas ola bilər. Burada əsas amil əgər yeni evlilər işləyirlərsə iş yerlərində onlar üçün yaranan problem ola bilər. Digər amil isə toy və toya qədər olan xərclərin çoxluğudur ki, bu da, onlara bal ayı haqlarından istifadə etməyə imkan vermir. Və nəticədə bal ayı təxirə salınır. Bunu bilin ki, təxirə salınmış bal ayı sonradan əhəmiyyətini itirir. Bal ayının 2 əsas xüsusiyyəti var: yeni evli cütlüyün başbaşa qala biləcəyi zaman kəsiyidir və toydan sonra mütləq tez bir zamanda gedilməlidir. Əgər evləndikdən bir neçə ay sonra bal ayına getsəniz o bal ayı yox, sadəcə tətil olacaq. Evləndikdən sonra bal ayının ciddiyətini anlayın. Toy xərclərinə qənaət edin, nə edirsiniz edin, bir yolla bal ayı üçün kənara az da olsa pul qoyun. Bunun üçün böyük məbləğ lazım deyil. İş çox, büdcə də azdırsa mütləq həftə sonu iki günlüyünə də olsa şəhərdən kənara çıxın və başbaşa qalın. Bu işinizə çox yarayacaq və bal ayı sizi depressiv, stressli vəziyyətdən azad edərək xoşbəxtliyinizə səbəb olacaq.

Fiziki qüsurlu insanların psixologiyası

Fiziki qüsurlu insanların cəmiyyət içərisində həyatlarını istədikləri kimi yaşaya bilməmələri, bu cür insanların cəmiyyətdən uzaqlaşmasına, özlərində var olan qabiliyyətlərə, bacarıqlara adaptasiya ola bilməmələrinə, özgüvənlərinin aşağı düşməsinə səbəb olan ən güclü faktordur. Fiziki qüsurlu insanlara köməklik edə bilmək üçün hər şeydən əvvəl qüsurlu insanların psixologiyasını bilmək lazımdır. Onların hansı hərəkətdən, davranışdan xoşları gəlib-gəlmədiyini bilmədən yəni, onların dünyasını tanımadan fiziki qüsurlu insanlara köməklik etmək çox çətindir. Aşağıdakı sualları araşdıraq. Fiziki qüsurlu insanlar özlərini cəmiyyət içində necə hiss edirlər? Özlərini fərqli bir psixologiya içində, yoxsa normal insan kimi hiss edirlər? Fiziki qüsurlu – bu sözə diqqət yetirdikdə normal bir insanın şəxsi və sosial həyatında özünün görməli işləri, doğuşdan və yaxud sonradan qazanılan fiziki narahatçılıq səbəbindən edə bilməməsidir. İnsanın yaşadığı bu əksiklik fiziki və psixoloji çətinlik yaşamasına səbəb olur. Normal insanların fiziki qüsurlu birinə baxış tərzi əsasən yazığı gəlmək və yaxud onu fərqli qəbul etməkdir.İnsanların fiziki qüsurlu insanlara yazığı gəlməsi yaxşı niyyətli duyğudur. Ancaq yaddan çıxarmamaq lazımdır ki, yazığı gəlmək fiziki qüsurlu insanlara köməkdən çox ziyan verir. Bəs cəmiyyətdəki insanlar qüsurlu insanlarla necə davranmalıdırlar? Onlara qüsurlu kimi mi yoxsa normal insanlara davrandıqları kimi mi davranmalıdırlar? Məsələn: Bəzi insanlar fiziki qüsurlu insan gördükdə baxmadan keçmirlər. Bəzən dönüb təkrar-təkrar baxır və bəzən “Allah uzaq etsin”, “Allah heç kimin başına gətirməsin” kimi cümlələr qururlar. İnsanların fiziki qüsurlu insanlara belə yanaşması onların təkrar-təkrar qüsurları ilə üzləşmələrinə və təkcə qüsurlarını düşünmələrinə səbəb olur və bu vəziyyət fiziki qüsurlu insanların cəmiyyətdən soyumasına, uzaqlaşmasına səbəb olur. Bəs cəmiyyət olaraq qüsurlu insanlarla necə davranmalıyıq? İlk olaraq onların da rahatlıqla istifadə edə biləcəyi yollar, binalar, xəstəxanalar, nəqliyyat vasitələri və s. yaradılmalıdır. Onları olduqları kimi qəbul etmək və bizdən biriymiş kimi davranmaq lazımdır. Gərək duyulmadıqca onlara xüsusi diqqət göstərməmək və normal insanlara davrandığımız kimi davranmalıyıq. Onlara xüsüsi olaraq davranmaq, onlara lazımsız diqqət göstərmək qüsurlu insanlara xeyirdən çox ziyan verir bunu unutmamalıyıq.Elvira KərimovaPsixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Xoşxassəli şişlər xərçəngə çevrilə bilərmi?

İnsan vücudunda şişlərin zamanında aşkar edilməsi müalicəsi baxımından əsas şərtdir.  Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimov xoş və bədxassəli şişlər barədə vacib məqamlardan sosial şəbəkədə bəhs edib. Həmini nüansları təqdim edirik: Xoşxassəli şişlər adətən asta böyüyür və ətrafda olan toxuma və orqanları sanki "aralayır". Bədxassəli şişlər isə sürətlə böyüyür və ətrafdaki orqan və toxumaların içərisinə keçir (infiltrasiya edir). Görünüşünə görə yarma zamanı bədxassəli şiş xərçəngin ayaqlarına bənzəyir. Məhz bu səbəbdən xəstəlik "xərçəng" adı ilə tanınır. Xoşxassəli şişlər insanda ağrıya səbəb ola bilər. Lakin bədxassəli şişlər bəzi xəstələrdə o dərəcədə güclü ağrı verir ki, belə ağrıları yalnız narkotik vasitələrin köməyilə aradan qaldırmaq mükün olur. Hətta cərrah bədxassəli şişi tam xaric etdikdə belə, burada qalmış ayrı-ayrı xərçəng hüceyrələri vaxt keçdikcə yenidən xərçəng şişi əmələ gətirə bilir. Buna xərçəngin "residivləşməsi" (yenidən qayıtması) deyilir. Bütün bədxassəli şişlər residivləşə bilirlər. Bu səbəbdən bəd xassəli şişlərin əməliyyatı xüsusi qaydada aparılır və əməliyyatdan sonra kimyəvi müalicələr təyin edilir. Bu şişin təkrarlamasının qarşısını alır. Xoşxassəli şişlər çox nadir hallarda təkrarlaya bilər. Onu da nəzərinizə çatdırım ki, bəzi xoşxassəli şişlər bəzən bədxassəli şişlərə çevrilə bilir. Məsələn, uzun illər ərzində dəridə olan xoşxassəli şiş (xal, papilloma və s.) tez-tez zədələndikdə (paltarla, ülgüclə və s.) bədxassəli şişə (dəri xərçəngi - "melanoma") çevrilə bilər. Şişlərdən qorunmaq üçün xüsusi Chekh up müayinələr mövcuddur. Bu müayinələr nəticəsində erkən mərhələdə aşkarlanan şişlərin müalicəsi daha effektiv olur.

Stresslə diabet xəstəliyinin əlaqəsi varmı?

Qanda şəkərin miqdarında yaranan disbalans orqanik problemlərə və psixoloji narahatlıqlara səbəb olur. Bir çox hallarda isə bu vəziyyətin əksi ilə qarşılaşırıq. Müəyyən qrup orqanik və psixoloji narahatlıqlar qanda şəkərin miqdarının dəyişməsinə səbəb olur. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bir çox fiziki problemlərin yaranmasına səbəb nevrotik pozuntulardır. Psixiatrik və psixoloji problemlər zamanı yorğunluq, halsızlıq, baş ağrıları, əzələ ağrıları, mədə-bağırsaq problemləri, yuxu və qidalanma problemləri kimi orqanik şikayətlər müşahidə olunur. Psixiatrik simptomlar bilavasitə xəstəliklə əlaqədar bioloji dəyişikliklərə səbəb olur. Serebrovaskulyar (beyin-damar) xəstəliklər, Parkinson, Multiple Skleroz kimi bəzi xəstəliklər depressiya və təşviş əlamətlərinə səbəb olan fizioloji dəyişiklərə gətirib çıxarır. Və ya xroniki xəstəliyin psixoloji stress faktoru olaraq təsir etdiyi psixoloji simptomlara səbəb olduğu düşünülür. Fiziki xəstəliyin ağırlığı, həyati təhlükəsi və funksionallığı psixoloji simptomların yaranmasına təsir göstərir. Şəkərli diabet zamanı xəstəliyin yaranması və ya ağırlıq dərəcəsinin artması, genetik və fiziki faktorlardan başqa psixoloji narahatlıqlardan və həyati proseslərdən də asılıdır. Şəkərli diabetdə xəstəliyə adaptasiya və emosional reaksiyalar Yetkin yaşlı şəkərli diabetli insanların 20%-də psixiatrik narahatlıqların rast gəlindiyinə dair tədqiqatlar vardır. Həmin tədqiqatlara əsasən bu psixiatrik pozuntular bir çox hallarda müəyənləşdirilmir. Şəkərli diabeti olan insanlarda daha çox adaptasiya problemlərinə və emosional reaksiyalara rast gəlinir. Xəstəlik yarandıqdan sonra ortaya çıxan bu problemlər xəstəliyin ağırlıq dərəcəsinə, xəstənin şəxsiyyət tipinə əsasən dəyişir və müvafiq təşviş problemləri ilə birlikdə müşahidə olunur. Bu insanlarda tez-tez müşahidə olunan reaksiyalar: Özgüvənini və azadlığını itirmə qorxusu Özünənəzarəti itirmə qorxusu Orqanlarının zədələnəcəyindən qorxma Ətrafının maraq və dəstəyini itirmə qorxusu Cinsi istəksizliyin yaranma qorxusu Keçmişdə etdiklərinə və ya edə bilmədiklərinə bağlı cəzalanma qorxusu Xroniki xəstəliklə qarşılaşdığı üçün özgüvən probleminin yaranması Xəstəliyə qarşı yas reaksiyası, üsyan etmə, inkar, təşviş, depressiya və aqressiya. Diabet zamanı psixiatrik sindromlar və psixososial problemlər Diabetli pasiyentdə davranış, duyğu, düşüncə və insanlararası münasibətlərdə ortaya çıxan reaksiyalar pasiyent, ailə və müalicə komandası üçün müalicə müddətində çətinliklərə səbəb ola bilər. Psixoloji problemlər diabetin klinik tablosuna, yayılmasına və müalicənin gedişatına təsir göstərir. Depressiya Depressiyanın fiziki xəstəliyin nəticəsində ortaya çıxdığı və xüsusilə də yaşlı insanlarda depressiya riskinin daha çox olduğu müəyyənləşdirilmişdir. Araşdırmalara əsasən depressiyanın hipertoniya, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və diabet kimi xəstəliklər üçün başlanğıc faktor olduğu təsbit olunmuşdur. Diabet zamanı paralel şəkildə müşahidə olunan depressiyada motivasiyanın azalmasına bağlı olaraq pasiyentdə çəki artımının yaranmasının qarşısını almaq üçün istifadə olunan pəhriz və arıqlama texnikaları heç bir nəticə vermir. Depressiyaya bağlı neyrohormonal və ya neyrotransmitter səviyyəsindəki dəyişikliklər diabetin ağırlaşmasına səbəb olur. Diabetli qadınlarda kişilərə nisbətdə depressiyanın yaranma faizi 2 dəfə çoxdur. Əlamətləri: Heç bir şeydən zövq almama, maraqsızlıq və istəksizlik Dəyərsizlik duyğusu, günahkarlıq hissi və cəzalandırılma düşüncəsi Uğursuzluq və çarəsizlik düşüncələri Təkrarlanan ölüm düşüncələri Qərarsızlıq Tez-tez ağlama Təşviş pozuntuları Təşviş, qorxu, narahatlıqla yanaşı fizioloji, koqnitiv və bihevioral əlamətləri özündə birləşdirən psixoloji pozuntudur. Eqonun təhlükədə olduğu hissi ilə ifadə olunan gərginlikdir. Diabetli xəstələrin 40%-də təşviş pozuntularına rast gəlinir. Depressiyada olduğu kimi təşviş pozuntuları da qadınlarda kişilərə nisbətdə daha çox müşahidə olunur. Xəstənin sosial həyatına təsir göstərməklə yanaşı xəstəliyin ağırlıq dərəsinin artmasına və müalicənin mənfi istiqamətdə inkişafına təsir göstərir. Əlamətləri: Hədsiz dərəcədə narahatlıq və təşviş Tez yorulma Diqqətini toplama çətinliyi Əzələ gərginliyi Yuxu pozuntusu Diabetli xəstə və ailəsi Xroniki xəstəlik diaqnozunun qoyulması pasiyentdə olduğu kimi ailəsində də müxtəlif narahatlıqların ortaya çıxmasına səbəb olur. Bu mərhələdə pasiyentlə ailəsi arasında müəyyən problemlər yarana bilər, ailədaxili konfliktlər müşahidə olunar. Ailənin hədsiz dərəcə himayədar olması və ya hədsiz təzyiq göstərməsi xəstəliyin gedişatına və terapiya dövrünə mənfi təsir göstərə bilər. Buna görə də ailə üzvləri xəstəliklə bağlı məlumatlandırılmalı və müalicə müddətində bütün ailə üzvləri iştirak etməlidir. Xəstəliyin terapiyasına bu səbəbdən də tibbi yardımla yanaşı psixoloji yardım da mütləqdir. Psixoloji məsləhət prosesi xəstəliyin gedişatına və terapiya prosesinə müsbət təsir göstərər. Dərman terapiyası və psixoterapiya Diabetli xəstələrdə müşahidə olunan psixoloji problemlər səbəbindən psixoterapevtik yardımın alınması mütləqdir. Bu zaman psixoterapevtik müdaxilələrdən, xüsusilə də, koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloji narahatlığın ağırlıq dərəcəsindən asılı olaraq psixoterapiya ilə yanaşı dərman terapiyası da tətbiq olunur. Həmçinin terapiya müddətində psixoloq, endokrinoloq komanda şəklində birlikdə fəaliyyət göstərməli, intensiv şəkildə xəstəliklə bağlı konsilium aparmalıdır.(pcc.az) Nərmin Quliyeva

Ölümə Yaxın Təcrübə (ÖYT) - Bilinməyən gerçəklik

Mövzu illərdir mənimlə birgə yaşasa da, bu haqda yazmaq istəyim yox idi. Bəlkə də bu, mövzunun yazılma anının özüm üçün də yetişmiş olduğundandı.  Mövzu bildiyimiz mövzulardan olsa da, mənim üçün kifayət qədər yeniliklər gətirdi. Üstəlik, özümlə bağlı maraqlı bir tapıntıya da nail oldum. Belə ki, tez-tez mənə ünvanlanan "siz psixoloqsunuz?" sualı, yaxud "sizinlə danışdıqdan sonra özümüzü çox rahat hiss edirik", "sizinlə sanki uzun illərdir tanışıq" kimi fikirlər özümü də şübhəyə salmışdı: "Doğrudanmı mən beləyəm? Beləyəmsə niyə beləyəm?!" -Bu haqda dərindən düşünməyə başlamışdım. Bir çox suallarım yaranmışdı. "Hər şeydə bir səbəb vardır" prinsipindən yola çıxaraq bir xeyli araşdırmalar aparandan sonra heyrətə gəldim. İnsanın özü barədə tapıntısı, özünün kəşfi onda yüngül bir sevinc şoku da yaşadır, bəli, özünü tanımaqla bağlı cüzi bir məlumatın verdiyi həzz də bir başqadır. Sözü çox uzatmadan qeyd edim ki, bu "kəşf" "ölümə yaxın təcrübə" (Near Death Experience) hadisəmlə bağlıydı. Bir az səbirli olsanız, irəlidə məhz bu bağlılıq haqda bəhs edəcəyəm.Ölümə Yaxın Təcrübəni 9 yaşımda qanazlığı xəstəliyi (anemiya) səbəbindən bir ürəkgetmə, bayılma halı və ardından yaşadığım əsrarəngiz, maddi dünyamızda bənzəri olmayan bir "ruh səyahəti" ilə yaşadım. Klassik ÖYT (Ölümə Yaxın Təcrübə) əlamətlərində olduğu kimi bir sürət qatarındaymışam kimi parlaq bir işığa doğru uçdum. Sonra mükəmməl bir rahatlıq, sakitlik hissi, daha sonra sonsuz, ifadə edilməz sevgi duyğusu, ən sonda geri dönməmək istəyi, inad, hətta olduqca aydın xatırlayıram, üzümə sillə vurub məni ayıltmaq istəyənlərə qarşı daxilən çox əsəbiləşmişdim. Sonra da hamımızın bildiyi klinik ölüm sonrası bədənə geri dönmə, həyata qayıdış və yaşamağa davam. 9 yaşlı uşaq üçün belə bir təcrübə anlaşılmaz idi (həmin illərdə belə hadisələr dərindən araşdırılmağa yeni başlanmışdı). Hələ nələr baş verdiyindən xəbərsiz, məlumatsız olduğum üçün ayılandan sonra böyüklərin dediyi "ölümdən döndün, bala" fikrinə söykənərək, "yəqin belə hallar hər kəsdə olur", deyə hadisəni çox da ciddiyə almamışdım. Buna baxmayaraq, hadisə elə indi də o halı yaşayırammış kimi hər zaman yeni hisslərlə hafizəmdə həkk olunub.ÖYT haqqında uzun-uzadı yazmaq fikrim yoxdur. Onsuz da bu haqda yetərincə araşdırmalar aparılıb, təcrübələr gerçəkləşdirilib, məlumatlar və kitablar yazılıb. Bəziləri ÖYT-ün sirrlərinin hələ də açılmamasını iddia edərkən, bir sıra elm mütəxəssisləri bunun əksini, tibbi açıqlamasını yayınlamışlar. Bir başqa elm adamları isə özləri kliniki ölüm keçirdikdən sonra yaşadıqlarına elmi izah tapa bilməyərək dinə dönmüş, (xristianlıq, islam və s. qəbul etmiş) Yaradanın var olmasına inandıqlarını dilə gətirmiş, üstəlik, bu haqda kitablar da yazmışlar. Həmin araşdırmaları, məlumatları mən də oxumuşam. Əslində bəzi keçirilən təcrübələr hadisəni öz təbii halı ilə, ön hazırlıqsız yaşayan biri üçün gülməli gəlir. Yəni belə bir təcrübəni təbii halında yaşayan biri olaraq mən, məsələn, neyrocərrah doktor Eben Aleksandrı (ÖYT yaşamış), təcrübələr yolu ilə ÖYT hadisəsini izah etməyə çalışmış doktor Karolina Uottdan (ÖYT yaşamamış) daha yaxşı anlayıram. Bəziləri ÖYT hadisəsini astral səyahətlə eyniləşdirirlər və bunu istənilən bir insanın bir sıra texniki metodları öyrənib tətbiq etməklə həyata keçirəcəyinə inanırlar. Fəqət, bu da tam təsdiqini tapmayıb. ÖYT-nin öyrənilməsi tarixiArtıq çoxlarına bəlli olan NDE (Near Death Experience/Ölümə yaxın təcrübə) terminini ilk dəfə amerikalı psixoloq və psixiatrı Raymond Moudi 1975-ci ildə özünün məşhur "Həyatdan sonrakı həyat" kitabı ilə gətirib. 1978-ci ildə Beynəlxalq Ölümə Yaxın Təcrübə Araşdırmaları Assosasiyası (IANDS) yaradılıb. 1998-ci ildə həkim Cefri Lonq Ölümə Yaxın Təcrübə Fondunun (NDERF) əsasını qoyub. ÖYT ilə psixologiya, psixiatriya, tibb, parapsixologiya kimi bir sıra elm sahələri məşğul olub, bu günə qədər milyonlarla insanın yaşadığı parapsixoloji halları araşdırıb nəticələrə gəlməyə çalışıblar.ÖYT anında keçirilən klassik hisslər: 1. Xoşagəlməz səs (uğultu);2. Xoş emosiyalar, hüzur və sakitlik hissetmə;3. Çəkilmə və çıxma tərzində yüksəlmə, özünü yüngül, xəfif hissetmə;4. Əvvəldən ölmüş olan yaxınları ilə görüşmə, xoş melodiya, işıq, rənglər, mifoloji varlıqlar və s;5. Həyatın bir film lenti kimi göz önündən keçməsi, yadlaşma;6. Dar uzun və ya işıqlı tunelə doğru uçuş;7. Fiziki bədənini kənardan müşahidə etmək;8. İşıqlı varlıqlarla danışmaq, qalıb-qalmamaq mövzusunda təkid;9. Geri dönməmək istəyi, fiziki bədəndən imtina;10. Fiziki bədənə döndükdə soyuqluq hissi.Qeyd edim ki, məndə bu halı yaşayarkən sadalanan əlamətlərdən 2, 3, 6 və 9 olmuşdu. ÖYT-nin tibbi açıqlamasıİddiaya görə, "o dünyadan qayıdanlar"-ın danışdıqları sakitlik və dinclik hissləri isə qanda noradrenalin hormonunun düşməsi nəticəsində yaranır. Alimlər bildirirlər ki, həmin hormon, adətən, stress və zədə zamanı ifraz olunur. Beyin ölümü əvvəllər rastlaşmadığı belə kritik şəraitə uyğunlaşmaq cəhdi kimi qəbul edir. Ölmüş qohumlarla görüş də bununla izah oluna bilər. İnsanın onlarla xoş xatirələri bağlıdır, ona görə də məhz bu görüntülər böyük miqdarda noradrenalinin ifrazına səbəb olur.Və yenə də iddiaya görə, uzun tunel və ya işığa doğru uçuş beyində müəyyən şəkillərin yaranması ilə bağlı gözün tor qişasına düşən işığın transformasına görə cavabdeh olan hüceyrələrin tədricən ölməsi ilə əlaqədardır. Belə fikri Edinburq Universitetinin tibb kafedrasından professoru Sem Parnina da dəstəkləyir.Əlbəttə, bu haqda əvvəllər irəli sürülmüş başqa nəzəriyyələri də qeyd etməyə dəyər. Məsələn, Maribor Universitetindən olan alimlərin tədqiqatlarına görə, qanda karbon qazının səviyyəsinin artması belə qəribə qarabasmalara gətirib çıxarır. Onlarla başqa mütəxəssislər də razıdırlar. Onlar bəzi pasiyentlərin beyində yaranan oksigen çatışmazlığına görə qeyri-adi səslər eşitdiklərini də əlavə edirlər. "Yanından sürətlə keçən həyat" isə yaddaş hüceyrələrinin tədricən ölməsinin nəticəsidir. Proses əks tərzdə baş verir, ona görə də əvvəlcə göz önündə daha köhnə həyat lövhələri canlanır. ÖYT-dən sonrakı psixoloji vəziyyət, dəyişikliklərYadınızdadırsa, məqalənin əvvəlində özümlə bağlı "kəşf"-dən yazacağımı qeyd etmişdim. Bəli, ÖYT hadisəsi zamanı insanlarda baş verən ən bariz dəyişiklikləri mən də yaşamışam və yaşamaqda davam edirəm. Bu dəyişikliklərin bir çox ÖYT keçirmiş insanlarda olması barədə Kennet Rinqin araşdırmalarında rast gəldim. Düşünürəm ki, həqiqətən də, tədqiqatçı alim doğru nəticələrə gəlib. Çünki onun yazdıqlarını oxuduqca eyni dəyişikliklərin məndə də baş verməsinin fərqinə vararaq həyəcanlanmışdım. Hansıdır o dəyişikliklər?1. İnsan əvvəlki insan ola bilmir. Dünya xarici bir təcrübə yaşadığı üçün dünyaya da fərqli tərzdə baxmağa başlayır.2. Özündən çox başqalarının rifahı üçün narahat olmağa başlayır (Ən geniş yayılmış).3. Səbr, empatiya, mərhəmət, sevgi hissləri daha yüksək səviyyəyə çatır. Bütün kainata bəslənən sevgi həyati dəyər daşıyır. 4. İnsan problemlərinə qarşı həddən artıq həssas olur və başqalarını çox yaxşı anlayır. Kömək etmək üçün əlindən gələni əsirgəmir.5. Bəzilərində dünya nemətlərinə, maddiyyata qarşı həvəssizlik baş verir. 6. Dini və mənəvi dəyərlərə çox bağlanırlar. Əsasən özünü tanımaq, anlamaq istiqamətində çabalayırlar.7. Uzaqgörənlik, həssaslıq, dərin intuisiya hissləri güclənir. 8. Ümumi götürdükdə, ÖYT keçirmiş insanlarda dərin mənəvi dəyişiklik, güclənmə və sürətli inkişaf baş verir. İddia:Fərdi inkişaf üçün illərini, zamanını xərcləyən, xüsusi təlimlərdə dərslər alan, təcrübəli müəllimlərin köməyi ilə uğura yetişməyə çalışan, təhsillərini pillə-pillə yüksəldən insanlardan fərqli olaraq, ÖYT yaşamış insanlar daha sürətli fərdi inkişafa çatmaq imkanı əldə edirlər. Qeyd:Ölümə Yaxın Təcrübə yaşamış biri kimi Müqəddəs Qurani-Kərim kitabından oxuduğum fikirlər məni hər an düşündürməkdə davam edir."O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız." Yunus surəsi (56) "Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə (bu barədə) yalnız az bir bilik verilmişdir”. İsra surəsi (85)"İnsan yuxudadır, ölərkən oyanacaq." Hz. Məhəmməd (s.a.v.)

Üzüyü hansı barmağınıza taxırsınız? - Xarakteristika

Üzük əksər xanımların ən çox sevdiyi bəzək əşyalarından biridir. Mütəxəssislər isə üzüyü hansı barmağınıza taxmağınızdan asılı olaraq xarakterinizin məlum ola biləcəyini qeyd ediblər. Bəs üzük  sizin xarakterinizi müəyyənləşdirir? - Əgər siz üzüyü baş barmağınıza taxırsınızsa, bu, özünü təsdiqi bildirir.Baş barmaqdakı üzük onun sahibinin özünü təsdiqetmə cəhdini bildirir. Əgər bunu xanımlar edirsə, bu zaman ehtimal ki, onlara kişi xarakterinin bəzi xüsusiyyətləri məxsusdur (məsələn, inad, hirslilik və s.). Çox vaxt qeyri-ənənəvi seksual oriyentasiyası olan qadınlar da üzüyü baş barmağa taxırlar.- Şəhadət barmağındakı üzük hakimiyyət və gücün rəmzidir.Sağ əlin şəhadət barmağındakı üzük öz sahibinin iradəli xarakterini, onun hakimiyyətə cəhdini bildirir, həmçinin onun müsbət keyfiyyəti olan düşüncəsi haqqında xəbər verir. Sol əlin şəhadət barmağındakı üzük isə olduğundan fərqli görünməyə işarə edir. Bu insanlar həyatda göründükləri kimi deyil, bir az fərqli olur, özlərini daha yaxşı tərəfdən göstərməyə cəhd edirlər.- Orta barmaqdakı üzük eqoistlik rəmzidir.Psixoloqlar hesab edirlər ki, bu barmağına üzük taxan insanlar özləri ilə lovğalanmağa meyllidirlər. Üzük nə qədər effektiv olarsa, siz bir o qədər daha dəfedilməz görünəcək və özünüzdən daha əmin olacaqsınız.- Adsız barmaqdakı üzük sevgi və ailə rəmzidir.Bu barmaqdakı üzük hər kəsə bəlli məlumatı bildirir – ailə vəziyyətinə işarə edir. Hələ qədim misirlilərin fikrincə, adsız barmaqdan ürəyə sevgi damarı gedir. Həmçinin bu barmaqdakı üzük romantiklik, xəyalpərəstlik, zərif hisslər, incəsənətə sevgini bildirir. Yeri gəlmişkən, sol əlin adsız barmağına üzüyü dul və ya boşanmış qadınlar taxırlar.Xristian adətlərinə görə isə, sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına - şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da 3 müqəddəs - ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.- Çeçələ barmaqdakı üzük qeyri-adi insanlara işarə edir.Bu barmaqdakı üzük onun sahibəsinin son dərəcə qeyri-adi şəxsiyyət olduğunu bildirir. Bu, inandırmaq bacarığına malik olan mahir və yaradıcı təbiətli insanlardır. Bundan başqa çeçələ barmaqdakı üzük həmçinin hiyləyə və diribaşlığa da işarə edə bilər. Həmçinin hesab edilir ki, çeçələ barmağına üzük taxan insanlar hamı ilə ümumi dil tapa, işgüzar əlaqələr qura bilir.Ayaq barmağına üzük taxan xanımlar isə qeyri-adi, maraqlı olmağa, camaatdan seçilməyə cəhd edir. Həmçinin bu məqam xanımların özündən razı olmasına işarə edir.

“Bütün işlərini çatdıran” qadınlar

Xəstəliklər, depressiyalar və psixoloji problemlərlə əlaqəli fövqəladə halları nəzərə almasaq, ümumilikdə bütün qadınlar bütün işləri eyni cür çatdırır. Çünki, istəsək də, istəməsək də, sutkada cəmi 24 saat var. Bir insan real olaraq müstəqil şəkildə həm uğurlu karyera qura, pul qazana, təsərrüfat apara, uşaqlarını təlim və tərbiyə edə, yaradıcılıqla məşğul ola və həm də ictima layihələrdə iştirak edə bilməz. Əgər bir qadın deyirsə ki: “Mənim 4 uşağım var, mən buyam və bu ictimai layihələrlə məşğulam və uşaqlar bağçadan və məktəbsonrası məşğələlərdən qayıdanda biz çox xoşbəxt oluruq” – belə görünür ki, o qadının uğur qazanmasının sirri dəqiq planlaşdırma yox, uşaq bağçası və məktəbsonrası məşğələlərdir. Bu nə pis, nə də yaxşıdır. Sadəcə olaraq, bu qadın ictimai layihələri özünə prioritet olaraq seçib və uşaqlarım təlim-tərbiyəsini isə uğurlu şəkildə başqalarına həvalə edib.Həyatımın bu mərhələsində mənim prioritetim uşaqlarımdır. Bir çox şeyləri çatdırıram, uşaqlarım bağçaya və ya məktəbə getmir, bu mənim seçimimdir, bu mənim üçün vacibdir, lakin, bununla bərabər evim daim dağınıqdır, heç vaxt tam olaraq özümə vaxt ayıra bilmirəm və karyeram sıfıra bərabərdir. Yəni, aydındır ki, hər şeyi çatdırmaq qeyri-mümkündür. Bəs o zaman hər şeyi vaxtında çatdıran qadınlar barədə əfsanələr necə meydana gəlir? Mənim fikrimcə bu sadəcə qadının və onun ətrafının prioritetlərinin üst-üstə düşməsi səbəbilə baş verir. Əgər ailədə bütün qadınlar nəsillər boyunca ideal evdar qadın olub, müntəzəm şəkildə 3 növ yeməklə bəzənmiş nahar süfrələri açıblarsa, paltar tikib, toxuyub və çarpaz tikmə ilə məşğul olublarsa, sənin soyuducun isə yarım-fabrikatlarla doludursa, bu dəhşətdir! Əgər evdə köməkçi tutsan, hamı elə biləcək ki, sən heç nəyi çatdırmırsan və hətta bu il səni Nobel mükafatına layiq görüblərsə də, sən uğursuz bir qadınsan!Əgər sənin üçün mühüm olan insanlar həyatda əsas şeyin karyera olduğunu düşünürlərsə, sən isə artıq neçə ildir ki, evdə oturmusansa, heç adını da çəkən yoxdursa, o zaman 10 uşağın, malikanən, təsərrüfatın və 2 inəyin də olsa, hamı səni uğursuz hesab edəcək.Qadının və onun ətrafındakıların priotetləri üst-üstə düşdükdə hər şey mükəmməl gedir. Onda cəmiyyət səni ürəkləndirir, hər cür kömək göstərir və sənin özünüdəyər hissini yüksəldir. Ən pis hal isə, qadının prioritetlərinin ətrafdakı heç kim tərəfindən dəstəklənməməsidir. Xoşbəxtlikdən, bizim diyarlarda xüsusilə indi, internet əsrində bu cür ifrat münasibətə çox rast gəlinmir. Orta hesabla, hər bir qadının ətrafında müxtəlif dəyərlər sisteminə malik çox fərqli insanlar var. Odur ki, fikirlər də müxtəlifdir. Mənim qaynanam üçün də uşaqları daim prioritet olublar. O məni Ceyms Bondun qadın forması, hər şeyi bacaran və hər şeyi çatdıran bir qadın kimi tanıyır. Digər tərəfdən, bəzi tanışlarım məni heç nəyi çatdırmayan, ancaq “süd verməyi və burun silməyi” bacaran korazehin bir qadın hesab edir.Və əsas məsələ, hansı növ insanların ətrafımda daha çox olmasıdır. Xoşbəxtlikdən, bu msələdə hər şeyi öz istəyimə uyğun nizamlamaq imkanım var.Bir sözlə, uzun-uzadı yazmağa ehtiyac yoxdur. Demək istədiyim odur ki, uğur məsələsi – əksər hallarda vaxtın düzgün idarə olunması və özünütəşkil yox, daxili prioritetlər, hisslər və cəmiyyətdə münasibət məsələsidir.Yeri gəlmişkən, cəmiyyət qadına nə qədər sərt çərçivələr qoysa, qadın vaxt azlığını bir o qədər bəhanə edəcək. Dırnaqlarımı boyamağa və pekinsayağı ördək bişirməyə vaxtım yoxdur demək, bu sadalananları etməyə ehtiyacın olmadığını kiməsə izah etməkdən daha asandır. Özü də, bu cür bəhanələr, heç nəyi çatdırmayan qadınlar haqqında dolaşan əfsanələri daha da şişirdir.(düşüncə jurnalı) Müəllif: Yelena Zamyatkina

Musiqi terapiyası müalicə üçün istifadə olunan psixoterapevtik üsuldur

Musiqiterapiyası müalicə üçün istifadə olunan psixoterapevtik üsuldur.  Psixoterapevtik üsullara əlavə vasitə kimi və müalicə, reabilitasiya, təhsil, tərbiyə, yaradıcılıq üçün istifadə olunur. Musiqi terapiyası özündə neyrofiziologiyanı, psixologiyanı, refleksologiyanı, musiqi psixologiyasını və musiqişünaslığı birləşdirir. Müasir dövrün tərbiyə və şəxsi inkişaf prosesində istifadə etdiyi universal üsul kimi gəbul olunur. Musiqinin insana psixi və fizioloji təsiri haqqda ilk məlumat verənlərdən biri Pifaqor idi. Sinir sisteminə əsaslı şəkildə təsir edən musiqi fərqli effektlər yarada bilər, bunun üçündə dinlədiyimiz musiqilərə diqqət yetirməliyik. Çünki biz özümüzü idarə edə bilməyimiz üçün, bizi təsir altına salan proseslərin fərqinə varmalıyıq. Məsələn günün necə başlamasının, gün ərzində olacaq əhvala təsiri böyükdür və günüzü neqativ ifadələr olan mahnılardan başlasaz bu artıq sizə pozitivliyə köklənməyə böyük bir maneyədir. Eyni şəkildə yuxuya getmədən öncə dinlədiyiniz musiqi, gecə ərzində beyninizdə təkrar təkrar oxuna bilər, onun üçün səssiz şəraitdə və ya xoş musiqi sədaları altında yuxuya gedin. Sırf yuxu saatı və oyanış saatı üçün hazırladığınız musiqilər ola bilər və bununla əhvalınızı idarə edə bilərsiniz. Sağlamlığımız düşüncələrimizdən başlayır. Dinlədiyimiz musiqilər isə düşüncə və təsvirlərimizə təsir edir buda dolayısı ilə emosional halımıza təsir edir. Gərginlik və depressiv hallarda yaranan enerqetik tıxaclar və bədən spazmları bəlli bir sıxıntılara yol açır. Kədərlənmək olmaz deyə bir qayda yoxdur ancaq bunu səhər oyanarkən və ya yatmadan öncə etsəniz ruh düşkünlüyü sizi daha uzun müddət narahat edə bilər. Ağlamağa ehtiyacınız olduqca ağlayın ama sakitləşmədən yatmayın. Özünüzü Sevin və daxili proseslərinizə hörmələ yanaşaraq, ehtiyaclarınıza qarşı diqqətli olun. Sadəcə ehtiyacları ödədikdə bunu məntiqli şəkildə edinki, özünüzə əlavə zərər yetirməyəsiniz. Həyatınız sizin əl işinizdir.  "Azərbaycan İnciləri" layihəsinin layihə rəhbərinin müavini Psixoloq Reiki Art Terapevt Zümrüd Əsadova

Bu gün 32 dərəcə isti olacaq

Respublika ərazisində sentyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimalı var. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 18-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 22-27° isti təşkil edəcək.(ölkə.az)

Necə birisiniz? - Özünüzü kəşf edin

Özünüzü bir daha kəşf edin.  Psixoloq.az həmin testlərdən birini oxucularına təqdim edir: 1 - Favorit rənginiz hansıdır : Qırmızı - Qara - Mavi - Yaşıl - Sarı2 - Adınızın ilk hərfi?3 - Doğduğunuz ay?4 - Hansını daha çox sevirsiniz? Qara yoxsa Ağ?5 - Sizinlə eyni cinsiyyətdə birinin adı?6 - Favorit rəqəmin?7 - Hansını daha cok sevirsiniz? Kaliforniya - Floruda ?8 - Gölmü sevirsiniz Okeanmı? Cavablar: 1.Əgər seçtiyiniz rəng;Qırmızı : Həyəcan vəziyyətindəsiniz və həyatiniz sevgiylə doludur.Qara : Qapalı və hirsli birisiniz.Yaşıl : Ruhunuz dincdir və rahatsınız.Mavi : Spontane ask opucukleri və qayğıkeş birisiniz.Sarı : Xoşbəxt bir insansınız.. Pis rejimdə olanlara yaxşı tövsiyələr verirsiniz. 2.Əgər baş hərfiniz;A-K Həyatinizdə bolca sevgi və dostluq var.L-R Həyatınızı maksimumda yasamaya çalışırsınız,yaxınlardahəyatınız yenidən canlanacaq.S-Z Basqalarına kömək etməyi sevirsiniz. . Gələcəyiniz gözəlgörünür. 3.Əgər doğulduğunuz ay;Yanvar - Fevral - Mart : İl sizin üçün gözəl keçəcək. Heç gözləmədiyinizbirinə aşıq olacağınızı keşf edəcəksiniz.Aprel - May - İyun : Sonsuza qədər davam edəcək bir sevgiyə sahib olacaqsınızİyul - Avqust - Sentyabr : Çox gözəl bir il yaşayacaqsınz və həyatinizdə köklü dəyişikliklərə səbəb olacaq təcrübələr yasayacaksiniz.Oktyabr - Noyabr - Dekabr : Eşq həyatınız möhtəşəm olacak,ruh ekizinizi tapacaqsınız. 4.Əgər seçdiyinizQara : Həyatiniz bambasqa bir tərəfə doğru hərəkət edəcək. Sizin üçün ənyaxşı sey bu olacaq və bu dəyişimdən xoşbəxt olacaqsınız.Ağ : Sizi tamamlayan və sizin üçün hər şeyi edə biləcək dostlara sahibsiniz,amma bunun fərqinə çatmaya bilərsiniz.5.Bu insan sizin ən yaxşı dostunuz.6.Bu rəqəm həyatınızda sahib olduğunuz ən yaxın dostlarınızın sayını göstərir. 7. Əgər seçdiyiniz;Kaliforniya : Macera sevirsiniz.Floruda : Yan gəl yat bir tipsiniz. 8.Əgər seçdiyiniz;Göl : Siz dostlarına,sevgilisinə tamamilə bağlılıq göstərən birisiniz.Okean : insanları xoşbəxt etməyi sevən birisiniz.

Emosiyalar burulğanına düşməyin - Günün ulduz falı: 3 sentyabr, 2018

Qoç – Uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz insanlarla münasibətlərinizi korlamayın.İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb aramayın. Buğa – Bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin olacaq.Ötən həftədən qalmış işi başa vurun.Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur.Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik etməyin. Əkizlər – Sürətli, qətiyyətli olun. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin. Uzun-uzadı müzakirələr və illüziyalara qapılmaq sizə yalnız zərər verə bilər.Sağlam məntiqi unutmayın.Günün ikinci yarısında təmkinli, səbrli davranın. Hisslər və emosiyalar burulğanına düşməyin.Planları aramla, eyni zamanda iradə ilə reallaşdırın. Dostlar və qohumlarla münasibətdə harmoniyaya riayət edin. Xərçəng – Oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin.Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaqsınız.Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin.Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var. Şir – Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Peşəkar fəaliyyət müstəvisində irəliləyişi prioritet sayın. Karyera çox önəmli məsələdir. İşdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin, laqeyd və soyuqqanlı olmayın.Günün ikinci yarısında peşə məziyyətlərinizi keyfiyyətcə yeni səviyyəyə qaldırın. Bunun üçün daha aktiv olun, səlahiyyətlərinizi genişləndirin. Maaş artımını tələb edə bilərsiniz.Axşam saatlarını aiənizə həsr edin. Sevdiyiniz insanın maraqlarını qulaqardına vurmayın. Qız – Yetərincə məhsuldar və uğurlu gündür. Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Mühüm və məsuliyyəti qərar qəbul etməkdən qorxmayın. Həmin qərar bundan sonrakı yaşamınıza təsir edəcək.Günün ikinci yarısında çətin qərarlar vermək zərurəti ilə üzləşəcəksiniz. Müəyyən qurbanlar olmadan irəliləyiş olmaz. Dəyər verdiyiniz insanlarla daha çox vaxt keçirin.Səmimi, qayğıkeş olun. Tərəzi – Xarizmatik, aktiv və müdrik insanla çalışsanız, məqsədə daha sürətlə çatacaqsınız. Həmkarlar, həmfikirlərlə işləmək məsləhətdir. Radikal layihə və ya ekstravaqant ideyaların reallaşması üçün yaxşı zaman deyil.Günün ikinci yarısında başqalarının uğurlarına paxıllıq etməyin. Əksinə, rəqiblərin nailiyyətlərini öz nöqsanlarınızdan, apatiyanızdan qurtulmaq üçün əlavə stimul qismində qəbul edin.Çətin vəziyyətdə, birmənalı olmayan situasiyada yaxınınız sizə yardım edəcək. Onun məsləhətlərini dinləyin, yardımlarından imtina etməyin. Əqrəb – Günün ilk yarısında karyera ilə bağlı məsələlər ön plana çıxacaq. İşdə rəhbərliklə münaqişə etməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Emosiyalara qapılmayın, düşünülməmiş addımlar atmayın.Günün ikinci yarısında təcrübəli insanla birgə fəaliyyət əlavə impuls rolunu oynaya bilər. Fəaliyyətinizlə bağlı köhnə metodları yeniləyin. İnnovasiyalardan qorxmayın.Bəzi problemlərin həllində nəticələr sizi çəkindirə bilər.Etibar etdiyiniz insanla axşam saatlarında bir sıra məsələləri müzakirə etmək olar. Oxatan – Birmənalı olmayan gündür. Yaxşı xəbərlərlə yanaşı, əsəblərinizi gərə biləcək məlumatlar da ala bilərsiniz. İndinin hadisələri ötənlərdə yaşanmışlarla sıx bağlıdır. Bir qədər əvvəl çəkdiyiniz zəhmət məntiqi nəticəsini verəcək.Unudulmaqda olan münasibətlərdən biri günün ikinci yarısında spontan şəkildə bərpa oluna bilər. Sizi çoxdan bəri narahat edən suallara cavab arayın.Axşam saatlarını ailənizə sərf edin. Bunu dəyərləndirəcəklər. Oğlaq – Karyeranızı düşünürsünüzsə, inkişaf etmək və daha çox qazanmaqla bağlı planlar hazırlayırsınızsa, peşəkar fəaliyyət müstəvisindəki problemləri həll edin. İşdə rəhbərlik təkliflərinizi dinləmək istəməyəcək. Maaş artımının zərurəti barədə ümumiyyətlə, danışmayın.Günün ikinci yarısında aktual problemləri etibar etdiyiniz insanlarla müzakirə edin. Təklif və iradlarınızı aşkar şəkildə bildirin. Yeni işə başlamağa tələsməyin. Məişət problemlərinizi ailə üzvləri ilə həll etməyiniz məsləhətdir.İradlarınızı və tənqidizi səmimi, etik şəkildə bildirin. Dolça – Günün ilk yarısından ən çətin problemləri izafi zəhmət çəkmədən həll edə biləcəksiniz. Aktiv olun, rəqiblərin sizi üstələməsinə, geridə qoymasına imkan verməyin. Məqsədə doğru aparan yolda çeşidli problemlər yarana bilər.Günün ikinci yarısında bütün planları realaşdırmaq mümkün deyil. Yeni, maraqlı irsanlarla tanış olacaqsınız. Onların maraqları, istəkləri və planlarından agah olun. Axşam saatları romantik görüş və ya etiraf üçün əlverişlidir. Balıqlar – Ailə işləri və evlə bağlı qayğıları çözməyə başlayın. Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə alın.Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri nəzərdən keçirin. Yaşam arealınızda nizam və qayda yaradın.Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq mümkündür. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional problemlərinizi həll edin.Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi bacarın.Gəlişigözəl sözlərə və vədlərə inanmayın. Milli.Az

Daxili gərginlik aradan qaldırılır - ART-terapiya nədir?

Art-terapiya psixologiya və yaradıcılığın birləşməsidir. Bu terapiya üsulu emosional intellekti və emosional özünə nəzarəti inkişaf etdirir. "İndi və burda" prinsipinə əsaslanaraq, kreativ təfəkkürü aktivləşdirərərək müxtəlif problemlərin həllinin rahatlıqla tapılmasına kömək edir,  beynin sağ və sol yarımkürələrinin inkişafını balanslaşdırır. Art-terapiya həm böyüklərdə həm də uşaqlarda effektlidir. Art terapiya ilk dəfə Çində istifadə olunaraq  əsəb sarsıntısı keçirmiş insanlara heroqlifləri yazdırıraraq sarsıntını aradan qaldırırmağa yardım ediblər. Art terapiya şəxsin yaradıcılıq vasitəsilə özünü ifadə etməsi, özünü dərk etməsi və özünü  aktuallaşdırılmasına əsaslanan psixoterapiya üsuludur. Bu metod vasitəsilə depressiya, stress, nevroz, qorxu, fobiyalar, yas travması və daxili gərginlik aradan qaldırılır. Art terapiya problemi aradan qaldırmaqla yanaşı insanın düzgün qərar verməsinə, öz təlabtlarını şüur səviyyəsinə qaldırararaq özünü tam və parlaq ifadə etməsi üçün şərait yaradır. Art terapiyanın əsas avantajı şəfa verməsi, xüsusi qabiliyyət tələb etməməsi, şəxsi potensialıın inkişafı, daxili harmoniyanın əmələ gəlməsi və hamı üçün rahat və əlçatan olmasıdır. Art terapiyada spontanlıq vacibdir ki, bu da insana özünü ifadə etməyə, hisslərini dərk etməyə və problemdən azad olmağa imkan verir. “Boyama ideal bir əyləncə üsuludur. Art terapiya zamanı bədəni yormadan beyin işləyir. Gələcək üçün yaranan narahatlıqlar həyacan, təşviş art terapiyaya başlayan kimi dərhal ani olaraq düşüncədən yox olur. Problemlər gölgəyə çevrilərək qaranlıqlaşır. Beyin bütün parlaqlığı ilə işə mərkəzləşir”. Bu sözlər Uinston Çörçillə aiddir. O, bütün həyatı boyu rəsm və boyamadan sevərək istifadə edirdi ki ,bu onun özünəməxsus art-terapiya üsulu idi və bu Çörçillə  dincəlməyə,  enerji yığmağa, yeni fikirlər və çözüm yolları tapmağa kömək edirdi.   Psixoloq: Hüseynəliyeva Vüsalə

Sən qadınsan dinlə -Psixoloq Leyla Qasımovanın Dinlə layihəsi-Video motivasiya

Psixoloq.az xəbər verir ki,gənc psixoloq Leyla Qasımova bir müddət öncə sosial şəbəkələrdə böyük marağa səbəb olan Dinlə layihəsini təqdim etmişdir.Yüksək əhval ruhiyyə ilə hazırlanmış Dinlə layihəsi öyrədici və marifləndirici layihə olmaqla yanaşı psixoterapevtik təsirə malikdir.Həmin video motivasiyalardan birini sizə təqdim edirik.

"Edip kompleksi" nədir?

Psixoanalizin banisi hesab olunan Ziqmunt Freydin irəli sürdüyü fikirlərdən biri də uşağın qarşı cinsdən olan valideyninə cinsi istək duymasıdır. O bunu «Edip kompleksi» adlandırıb. Bu anlayış yunan miflərindən olan, Sofoklın «Edip tragediyası»ndan götürülüb. Mifə görə Debai şəhərinin kralı Laiosun övladı olmurmuş, narahat olan kral dərdini Apollona danışır. Apollon da ona, övladın olarsa, gələcəkdə səni öldürüb, anası ilə evlənəcəyini bildirir. Bunu eşidən Laios fikrindən imtina etməyə başlayır, lakin bir oğlu dünyaya gəlir. Gələcəkdə öldürülməsindən qorxan kral oğlunun öldürülməsini istəyir, ancaq Kraliça Lakosta buna imkan vermir və öldürmək əvəzinə uzaqlarda bir yerdə, tək başına buraxılmasını təklif edir. Onlar uşağı kimsəsiz bir yerdə ayağından ağaca asılmış vəziyyətdə ölümə məhkum halda buraxırlar. Lakin yoldan keçən başqa bir şəhərin çobanları uşağı görüb xilas edirlər və kralın yanına gətirirlər. Bu şəhərin kralının da övladı olmadığından bu uşağı böyütməyə qərar verirlər. Ayağı ağacdan asılı qaldığı üçün şişən uşağa "şiş" mənasını verən Edip adını verirlər. Edip böyüdükdən sonra bunların onun həqiqi valideynləri olmadığını öyrənir və həqiqəti öyrənmək üçün Debai şəhərinə geri dönməyə qərar verir. Həqiqi valideynlərinin kim olduğunu öyrənmək üçün Apollonun yanına gedir. Apollon ona bütün əhvalatı danışır, atasını öldürmək istəməyən Edip uzaq bir şəhərə getmək üçün yola çıxır. Yolda baş verən bir qarşıdurmada bilmədən öz atası Laisosu öldürür. Edip doğulduğu şəhərə yola düşür və soruşduğu suallara cavab verməyənləri öldürən birinə «Sfinksə» rast gəlir. Sfinksin verdiyi suala cavab verən Edip, şəhərin kralı elan olunur. Şəhərin kralı öldüyü üçün onun dul arvadı ilə evlənir və 4 övladları olur. Tanrılar bu hadisəyə münasibətlərini bildirmək üçün şəhərdə quraqlıq, aclıq yaranmasına şərait yaradırlar. Bu fəlakətin səbəbini öyrənmək istəyən Edip bir bilici yanına gedib bütün gerçəyi — atasını öldürdüyünü və anasıyla evləndiyini öyrənir. Bunu bilən kraliça Lokasto özünü öldürür, Edip isə özünü kor edir. Bunu eşidən şəhər camaatı isə Edipi alçaldıb şəhərdən qovurlar. Freyd nevrozların yaranma səbəbini araşdırarkən uşaqlarda baş verən cinsi xarakterli sarsıdıcı hadisələrin önəmli olduğununun fərqinə varmışdı. Kliniki və psixoanaltik tədqiqatlar sayəsində (uşaqlarda bəzi cinsi xəyalları və valideynlərə olan münasibət) normal insanların da buna bənzər hadisələr yaşadığı nəticəsinə gəlmişdir. Yəni hər bir insan uşaqlıqda bu dövrü keçir. Edip kompleksinə daha yaxından nəzər salmaq üçün Freydin inkişaf nəzəriyyəsinə baxarsaq; nəzəriyyənin psixikaya əsaslandığını, psixikanın inkişaf nöqtəsinin də libidonun keçdiyi müxtəlif mərhələlər olduğunu görərik. Bu mərhələlər libido investisiya formaları və obyektləri baxımından fərqlidir. Məsələn, oral dövrdə həssas bölgə ağız, anal dövrdə isə anusdur. Anal dövrdə libido inkişaf etməyə başlayır və bu dövr «fallik» dövr adlanır. Fallik dövrünün əsas xüsusiyyəti libidonun ağırlaşmasıdır. Bu dövrdəki həssas bölgələr cinsiyyət orqanlarıdır. Libidinal arzular qarşı cinsdən olan valideynə yönələrkən Edip kompleksi də formalaşmağa başlayır. Z. Freydə görə uşağın ilk eşqi qarşı cinsdən olan valideyndir. Oğlan uşağının anasına öyünməsi, atasının anasına olan münasibətini qısqanması bu kompleksin ilkin əlamətləri hesab olunur. Bu nəzəriyyə oğlan uşaqlarının şüuraltında yığılan basdırılmış duyğu və düşüncələri açıqlayır.Psixoanalizdə bu kompleks insan psixikasının inkişafında ən kritik dövr hesab edilir. Freydə görə uşağın 3-5 yaş mərhələsi edip mərhələdir. 5 yaşından sonra bu kompleks yox olur, lakin yeniyetməlikdə yenidən ortaya çıxa bilir. Edip kompleksi barədə fikir ayrılıqları var.Psixoanalitiklər Edipə qarşıYunq, Fromm, Horney, Erikson, Sullivan Freydə etiraz etmiş və öz fikirlərini irəli sürmüşdülər. Freydin Edip kompleksi mövzusuna fərqli prizmadan baxan K. Horney qeyd edirdi ki, edip kompleksinin səbəbi bioloji yox sosial foktorlardır. Horneyə görə Edip kompleksi nevrotik sevgi aclığının ifadə formalarından biridir. Nevrotik sevgi və yıxıcılıq ehtiyacı uşaqkən ortaya çıxır. Freydin Edip mərhələsi adlandırdığı bu yaş dövründə valideynlərin birinə sevgi hissləri bəslədiyi halda digərinə nifrət bəsləyir. Lakin bu biolojik səbəblərdən qaynaqlanmır, əksinə qayğını azaltmaq məqsədilə istifadə olunan bir vasitədir. Uşağın bu dönəmdəki hərəkətlərində cinsi istəklər görünsə də axtardığı cinsi doyumluluq yox, güvənlilikdir. Sallivan fərdin inkişafını 7 mərhələyə ayırır. İlkin uşaqlıq adlandırdığı mərhələdə uşaq cinsiyyəti ilə maraqlanmağa başlamasını və həmcins olan valideynini örnək almağa çalışdığını söyləyir. Lakin bunun Edip kompleksindən yox həmcins valideynin uşaqla daha rahat davranmasından, uşaqlar ictimai gender rolları sərgiləyərkən valideynlər tərəfindən mükafatlandırılmasından yaranır. Erikson insan inkişafını 8 psixososial mərhələyə bölmüşdür. Üçüncü mərhələdə uşağın cinsi marağı və supereqosu formalaşmağa başlayır və bu mərhələ «oyun dövrü» adlanır. Eriksona görə bu mərhələdə həm uşağın cinsi marağı, həm də ana və ya atanın yerinə keçmə istəyi qazanılacaq sahibkarlığın əsas mövzusudur. Uşaq bu səbəbdən valideynləri tərəfindən cəzalandırılarsa, uşaqda günahkarlıq hissi yaranacaqdır. Sahibkarlıq və günah üzüntüsünü sağlam şəkildə adlaya bilən fərddə dövrün əsas qüvvəsi olan «məqsəd» formalaşacaqdır. Yəni uşaq özünə hədəflər seçəcək və davranışlarını məqsədə uyğun icra edəcəkdir. Əks halda uşaqda patoloji utancaqlıq yaranacaq. Bu uşağın sahibkarlıq hissini cəza və günahkarlıq qorxusu ilə ləkələməkdir. Kohut Edip kompleksini «Edip mərhələsi» adlandırır. Hər kəsin yaşadığı bu mərhələ hər kəsdə qarşıdurma yaratmaz. O Edip əfsanəsinə alternativ olaraq Odisseya əfsanəsini təqdim edir. Burda çıxardığı nəticə isə ata-oğul arasındakı münasibətin əslində sevgi, qoruma, incitməkdən yayınma olmasıdır. Ona görə Edip istənməyən və ölümə tərk edilmiş bir uşaq olaraq ata-oğul münasibətinin dinamikasını anlada bilməz. Lakan qeyd edirdi ki, uşağın atasına verdiyi anlam və məna ananın ataya bəslədiyi duyğulardan asılıdır. Əgər bu duyğular olmazsa, uşaq obrazlı münasibətdə ilişib qalır və bu gələcəkdə psixozun yaranmasına zəmin yaradır. Atanın adına bəslənən duyğular uşağı Edip üçbucağına salır. Bunun üçün həqiqi ataya ehtiyac yoxdur, atanın adı belə yetərlidir. Frusstrasiyaların səbəbi qadağalar qoyan atadır. Ana-uşaq münasibətinə sonradan daxil olan, uşağın nəzərində bioloji əhəmiyyət daşımamaqla yanaşı, birdən-birə önəm qazanan ata arasında eyniləşmə yaranır. Uşağın Edip kompleksini atlada bilməsi üçün lazım olan ilk şey atasının yerinə keçmək istəməsidir. Bu ata ilə eyniləşməyə zəmin yaradır. Bu kompleksin uğurla adladılmaması nevroza səbəb olur. Elektra kompleksiPsixoanaliz nəzəriyyəsinə əsasən, Elektra kompleksinin məzmunu qız övladının şüuraltı formada atasına olan meylliyi, həmçinin anasına olan düşmən və rəqib münasibətidir. Elektra kompleksi inkişafın fallik mərhələsində yaranır. Kompleksın adı atasını öldürdüyünə görə anasından intiqam almış çar Miken Aqamemnonun qızı Elektranın adından götürülmüşdür. Bu termin ilk dəfə 1913-cü ildə Karl Qustav Yunqun «Psixoanaliz nəzəriyyəsinin şərh edilməsi təcrübəsi» əsərində təklif edilmişdir. Freyd «Elektra kompleksi» terminini «Edip kompleksi» ilə eyniləşdirirdi və təklif edirdi ki, Edip kompleksi hər iki cinsə şamil edilsin. Freyd «Elektra kompleksi»ni faydasız termin adlandırmışdır. Ehtimal edilir ki, bunun səbəbi Freyd və Yunq arasında möcvud olmuş şəxsi ədavətlə bağlıdır. Bir çox psixoanalitiklər bu termini köhnəlmiş hesab edirlər və "Edip kompleksi"nin qadın versiyasından istifadə etməyə üstünlük verirlər. Freydin fikrincə inkişafın ilkin mərhələsində qız övladı hər iki valideyninə eyni dərəcədə bağlı olur. Buna baxmayaraq, qız sonradan penisinin (kişi cinsiyyət orqanı) olmadığını aşkar edir. Bu kəşf qadının seksual inkişafında həlledici rola malikdir. İlkin mərhələdə, "penisə olan nifrət" qızda atasına meyllik yaradır və o, atasından hamilə qalmağı arzulayır. Eyni zamanda qız övladı özünün "natamamlığında" anasını günahkar hesab edir və anasına olan düşmən münasibəti daha da kəskinləşir. Freydin fikrincə, qızlarda axtalanma qorxusu olmadığına görə, ataları ilə cinsi əlaqədə olmaq arzularını həyata keçirə bilmədiklərinə görə daha az əzab çəkirlər və Edip kompleskinin qəti şəkildə aradan qaldırılmasına daha az ehtiyac duyurlar. Nəticədə qızlar qeyri-müəyyən uzun müddətə Edip kompleksində qala bilirlər və qadının Supereqosu inkişafdan geri qalır. Eyni zamanda qadınlara penisə sahib olma istəyi daim təmin edilməmiş olaraq qalır və onları özlərini "natamam" hiss etməyə məhkum edir. Muxtar Haşim

5S Yapon sistemi nədir?

Müasir taym-menecmentdən danışarkən, insanlar adətən qərbdən bizə gələn fərdi-işgüzar təşkilatçılıq metodikasını və sistemini nəzərdə tuturlar. Bu aydın məsələdir, belə ki, şəxsi vaxtın effektli idarə olmasına imkan yaradan nəzəri və praktiki bilik bazası məhz orada yaranmışdır. Yalnız az sayda mütəxəssis bilir ki, şərqdə də kifayət qədər uğurlu taym-menecment texnikası var (bəzi anlamda hətta Qərb qaydasını da keçir). Şərq deyərkən, əlbəttə ki, Yaponiya nəzərdə tutulur. Belə ki, bu ölkə şəxsi biznes-texnologiyalarında öz unikallığı ilə şöhrət tapmışdır. Məhz yaponların sayəsində biz 5S sistemindən xəbərdarıq. 5S sistemi nədir? 5S Yapon sistemi istehsalatda, yaxud ofisdə optimal iş şəraiti yaradan dəqiq strukturlu sistem təqdim edir. İdeal şəraitə yiyələnmək yolu iş yerində intizam yaratmaqdan keçir. Bu isə vaxt və enerjiyə qənaət etmək üçün təmizlik və səliqəliyə riayət etməkdir. Başqa sözlə desək, 5S sistemi bəzən şirkətin istehsalatında, bəzən də çoxlu insanın kollektiv şəkildə iş prosesini təmsil edən başqa sahədə baş verən xaosu nizama salmağa yönləndirilib. 5S sisteminin metodikasını nələr təşkil edir? 5S metodikası iş qurmağın beş əsas prinsipi, yaxud yaponlar demişkən, 5 addımı üzərində qurulub. Onları müxtəsər şəkildə gözdən keçirək. Addım 1 – “Seiri”: Yapon dilində bu söz yerbəyer etmək, yaxud lazım olmayanı aradan qaldırmaq mənasındadır. 5S sisteminin praktik planında bu hissə iş şəraitində ətrafdakı şeylərin iki hissəyə ayrılmasıdır: lazım olanlar və lazım olmayanlar. İnsanlar əşyaları üç nominal kateqoriyaya ayırırlar: Lazım olmayan əşyalar: yəni utilizə olunan şeylər. Potensial lazımi əşyalar: yəni vaxtaşırı istifadə olunanlar. Bunları ayrıca saxlanılan yerdə saxlayırlar. Lazım olan əşyalar: Gündəlik istifadə olunan əşyalar. Yəni onlarsız istehsalat mümkün deyil. Hesab olunur ki, bu addım əməyin təhlükəsizliyini və mədəniyyət mərhələsini artırır. Addım 2 – “Seyton”: Bu ifadəni “səliqəlik, gərəkən nizama riayət etmək” kimi tərcümə etmək olar. Bu addım gündəlik işdə lazım olan əşyaların nizamlanmasına yönəlib. Əşyalar lazım olan zaman asanlıqla əldə edilə bilən yerlərə qoyulur. Daha tez axtarış üçün əşyaları markalaşdırmaq məsləhət görülür. Addım 3 – “Seiso”: Bunu “nizamlama, təmiz şəkildə saxlama” kimi tərcümə etmək olar. Bu addım istehsalatda təmizliyə riayət etməyə yönəlib. İş yerini vizual olaraq bir neçə funksional zonaya ayırmaq lazımdır ki, hədlərində müvafiq şeylər yerləşəcək. Habelə bütün avadanlıqlar təmiz saxlanılmalıdır. Onların dövri yoxlanılması işin səmərəli olmasına mane olan sınıq və nasazlıq kimi şeylərdən qaçmaq imkanı yaradır. Addım 4 – “Seikeçu”: Bunu “standartlaşdırma” kimi tərcümə etmək olar. Bu mərhələdə ilk üç addımın tətbiq edilməsinin nəticələri xüsusi bloknota yazılır (yaxud elektron şəkildə qeyd olunur). Daha effektli qərarlar standartlaşdırılmaya, yaxud iş prosesinin avtomatlaşdırılmasına bərkidilir. Addım 5 – “Siçuke”: Bunu “mükəmməlləşdirmə, intizam yaratmaq” kimi tərcümə etmək olar. Sonuncu addım 5S-in fəlsəfə kimi qavranılmasına yönəlib. Öncəki addımların gedişatında yaranan qənaətcil istehsal sistemi bütün işin səmərəli olmasını əhəmiyyətli şəkildə artırır ki, nəticə etibarilə, taym-menecmentin əsas məqsədi də elə budur. Əgər siz 5S yapon sistemindən istifadə etmişsinizsə, yaxud bu haqda eşitmişsinizsə, nəticələrini bizimlə bölüşə, yaxud bu sistemi öz dostlarınıza danışa bilərsiz. Hazırladı: Fərid Abdullah