Ayın son gününün HAVA PROQNOZU açıqlandı

Ölkə ərazisində avqustun 31-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-34° isti olacağı gözlənilir.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacaq. Şimal-şərq küləyi əsəcək.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 12-17°, gündüz 21-26° isti olacağı bildirilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 29-34° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru ayrı-ayrı yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havayağmursuz keçəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 20-23°, gündüz 29-34° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir. Respublikanın bölgələrdində şərq küləyi əsəsək.(publika.az)

İtdirsəyi zamanı xalq təbabəti

İtdirsəyi – kirpiyin tük follikullarının və ya göz qapağının piy vəzisinin irinli iltihabıdır. Sadə dildə desək, itdirsəyi göz qapağında yerləşən çibandır. İtdirsəyinin yaranma səbəbi follikula və ya vəziyə infeksiyanın düşməsidir. Tamamilə sağlam insanlarda bu proses nadir hallarda baş verir. dirİnfeksiyanın yayılması adətən immunitetin zəifləməsi zamanı baş verir. Bakteriya mənbəyi rolunu iltihablı badamcıqlar, kariyesli dişlər, iltihablı burun selikli iqşası, yəni rinit oynaya bilər. Şəxsi gigiyena qaydalarının pozulması da gözlərə infeksiyanın düşməsinə səbəb ola bilər. Bu daha çox çirkli əllər və ya əl dəsmalı ilə gözləri sildikdə və ya gözlərə torpaq, çirkli mayelər düşdükdə baş verir. Bütün bunlar gözün konyuktiva qişasının da iltihabına – konyuktivitə səbəb ola bilər. İtdirsəyi şəkərli diabetli xəstələrdə də tez-tez rast gəlinir. İtdirsəyinin ilk əlaməti göz qapağının kənarında əmələ gələn ağrılı və qaşınan qızartıdır. Bu mərhələdə onu müalicə etmək üçün gündə bir neçə dəfə spirt və brilliant yaşılı ilə silmək kifayətdir. Əgər itdirsəyinin inkişafının qarşısı vaxtında alınmasa, 2-3 gündən sonra onun ucunda irinlitıxac əmələ gəlir. Tıxacı qpartdıqda həmin nahiyədən irin xaric olur. Diqqət! İrini istənilən halda sıxıb çıxartmaq olmaz. Xüusilə əgər itdirsəyi tam yetişməyib və tıxac şıxmayıbsa. Bu çox ciddi və ağır fəsadlarla nəticələnə bilər. İtdirsəyinin bitkilərlə müalicəsi Gülümbahar dəmləməsi 10-15 ədəd gülümbahar çiçəyinin üzərinə 250 ml qaynar su əlavə olunur, dəsmala bükülür və 1 saat isti yerdə dəmlənir. Alınan dəmləmə ilə gözə islatma edilir. Əzvay (aloye) məhlulu Əzvayın təzə dərilmiş yarpağı qaynadılmış su ilə yuyulur və şirəsi sıxılır. Şirəyə öz həcmindən 10 dəfə çox qaynadılmış su əlavə olunaraq qarışdırılır. Alınan məhlulla itdirsəyini yetişdirmək üçün gözə islatma qoyulur. Sarımsaqla müalicə Bir diş sarımsaq qabıqdan təmizlənir və bir neçə hissəyə bölünür. Hər 4-6 saatdan bir təzə kəsilmiş hissə ilə xəstə göz qapağı silinir. Bu üsul orqanizmə göz qapağının daxilində olan infeksiya ilə mübarizədə kömək edir. Fitoterapevt Elnur Rəhimov

"Üstünlük kompleksi" nə sosial şəbəkələr üzərindən baxış

Artıq çoxumuz virtual aləmdən istifadə etmirik, orda həm məskunlaşmışıq, həm də sözün əsl mənasında yaşayırıq. Bir çoxumuz bunun fərqində olmadan realdan qopmuş kimi yaşayır, həyat elə belədir düşüncəsinə hakim kəsilrik. Sosial şəbəkələrdəki profillərimiz evimiz, səhifələr iş yerimiz, qruplar dostlarla söhbət, müzakirə yerinə və s. çevrilib. Hətta vəziyyət o yerə çatıb ki, sosial sahə üzrə mütəxəsəsislər insan davranışları üzərindəki testləri sosial şəbəkələr üzərindən onların xəbəri olmadan da edirlər. Təsəvvür edin, artıq minlərlə insanı qrup halında hansısa qapalı bir yerə toplamağa gərək yoxdur. Təcrübə və onun nəticələrini öyrənmək üçün sosial şəbəkələr üzərindən milyonlara çatmaq mümkündür. Bu cür yüksək texnologiya imkanlarımız mövcud ikən, mən də boş dayanmadım. Dedim kiçik bir təcrübə edim. Yazının davamında facebook sosial şəbəkəsində müşahidələrimi və nəticələrini qeyd edəcəm. Amma əvvəlcə yazının başlığına bir aydınlıq gətirim. Psixoloji lüğətdə kompleks - insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqqında səhv təsəvvürləri, onların şişirdilməsi kimi təsnif olunur. Kompleks bir növ psixoloji narahatlıqdır."Üstünlük kompleksi" anlayışı yeni psixoloji istiqamət olan fərdi psixlogiyanın yaradıcısı Avstriya alimi Alfred Adler tərəfindən ortaya qoyulub. Üstünlük kompleksi — insanda əsassız olaraq digər insanlardan daha üstün olması (ali irqə, “yaxşı” nəslə, sosial qrupa mənsub olma, özəl xüsusiyyətlərə, mədəniyyətə, qabiliyyətə, biliklərə malik olma) və bunun ona xüsusi imtiyazlar verməsi düşüncəsidir. Bu kompleksin xüsusiyyəti ondan ibarətdir ki, o insanın şüurunda məhz müdafiə mexanizmi (ilk növbədə natamamlıq və düşmənçilik kompleksindən) olaraq yaranır. Digərlərindən üstün olmaq hissi eqosentriklik yaradır və insanın ictimai həyatdan daim uzaqlaşmasına səbəb olur ki, bu da yaranmış depressiv vəziyyəti zaman keçdikcə daha də dərinləşdirir. Bu kompleks bəzən ətrafdakıların həmin insanın müsbət xüsusiyyətlərini daim göz önünə gətirməsi, tərifləməsi nəticəsində də yarana bilər. Həmin üstünlük kompleksinin də kökünə baxsaq, orda da insanın özünə olan inamının aşağı olduğunu asanlıqla görə bilərik. Sadəcə olaraq, həmin insanlar özlərini digərlərinin yanında özünəinamlı göstərirlər. Alfred Adlerə görə üstünlük kompleksi "insan olaraq özünü əskik görmək və buna əsaslanaraq daha yüksək hədəflərə çatmaq" deməkdir. Bu, aradan qaldırılmış, müalicə edilmiş köhnə natamamlıq kompleksinin nəticəsidir. Qeyd edim ki, üstünlük kompleksi hər kəsdə müəyyən qədər vardır, lakin normanı keçdikdə fərdlərin davranışlarında daha aydın nəzərə çarpır. Güclü və üstün ola bilmək çabası elə şiddətli hal alır ki, bu vəziyyətdə artıq həyatın sıradan, adiləşmiş münasibətləri heç bir şəkildə təmin edici, doydurulmuş olmur. Həyatdakı yerlərini sağlamlaşdıra bilməyən üstün komplekslilər inanılmaz çabalar xərcləyərək bunu virtual aləmdə aşmağa çalışırlar. Çünki, virtual aləmdə güc nümayiş etdirmək reala nisbətən daha asan, daha rahat və daha arxayınlıq hissi yaradır. Ruhun acı verən natamamlıq kompleksini tamamilə yox etmək üçün isə virtual aləm demək olar ki, "mükəmməl" məkandır. Virtual aləmdə (facebook sosial şəbəkəsindəki müşahidələrimə əsasən) üstünlük kompleksinə tutulmuş insanları davranışlarına görə 2 tipə ayırdım:1. Passiv üstün komplekslilər2. Aktiv üstün komplekslilər.Passiv tiplər üstünlük kompleksindən daha çox əziyyət çəkənlərdir. Onlar virtual cəmiyyət daxilində fəal iştirak edə bilmirlər. Yaradıcılıq işləri olursa da, onu üzə çıxarmaqdan, müzakirəsindən, tənqidlə qarşılaşacaqlarından çəkinirlər, qorxurlar. Bu tiplər sosial şəbəkələrdə sadəcə mövzulara, fikirlərə aqresiv , yaxud da "terminlərlə boğulmuş" rəylər bildirməklə üstünlüklərini öz aləmlərində isbatlamağa çalışırlar. Adətən rəylərində çox sayda terminlərdən istifadə edirlər ki, "terminologiya mütəxəssisi" təəssüratı yaratsınlar. Ətrafınıza baxsanız belə lovğaları siz də asanlıqla görə biləcəksiniz. Aktiv tip üstün komplekslilər passiv tiplərdən fərqli olaraq virtual meydanda daha da irəliyə gedərək , nəinki müzakirələrdə alovlu rəylərlə çıxış edir, eyni zamanda öz yaradıcılıq işlərini kütlə tərəfindən müzakirə üçün üzə çıxarırlar. Onların üstünlük kompleksi rəqib hesab etdikləri digər yazarların yazılarının "tənqid edilməsi", yaxud hansısa ideologiyaya dair (fikirləri) fasiləsiz olaraq tənqid etmələri zamanı aydın görünür.Nümunə:"Yazar filankəs dünən filan xəbər saytında belə bir yazı paylaşmışdı. Mən də oxudum dayana bilmədim və fikrimi buradan çatdırıram. Qatıq ağ deyil, qaradır deyirəm. Vəssalam!"Belə paylaşımları kənardan müşahidə edərkən, müəllifin tənqid etmə çabasına bürünməklə əslində "üstünlük kompleksinin" nümayiş etdirməsini paylaşımın sonrakı gedişatından görmək mümkündür. Paylaşmaya gələn bəyənmə sayı, rəy sayı müəllifi dəstəkləyən çevrə (çox zaman ya rəhbərlik etdiyi bir qurumun üzvləri olur, yaxud da tələbələri olur, daha çox isə eyni ideologiya tərəfdarları) tərəfindən təmin olunur. Buna bir növ "üstünlük kompleksi" altında gizlənmiş rəqabət, güc yarışması da demək olar. Bir neçə saat sonra (paylaşıma) təkrar nəzər yetirdikdə bəyənmə sayının qənaətbəxş rəqəmə (çevrildiyini görürük və bununla da) paylaşım artıq (facebook) sayt qaydalarına əsasən Ana səhifədə günün sonuna qədər başda (aktiv) görünəcəkdir. Rəylərdə "müzakirə" getmişdir. "Tənqid" olunan tərəf əməlli başlı "tənqid" olunmuşdur. Əgər tənqid (hədəfinə çevrilən) yazar özü də rəylərdə iştirak edirsə, müzakirə genişlənir, bəyənmə və rəy sayı artır. Son görünüşdə həmin profildə "Full bir müzakirə gedib " mənzərəsi ortaya çıxır. Nəticə etibarilə mənə görə aktiv üstün komlekslilər passivlərdən daha faydalıdırlar, çünki müzakirə zamanı üstünlüklərinin nümayişi səyində olsalar da, dolayısı ilə maarifləndirmə işinə də qatılmış olurlar. Müzakirəyə cəlb olunmuş çevrədə fikir mübadiləsi getmiş olur. "Üstünlük kompleksindən" xilas yolu varmı?Bəzi irəli dərəcəli üstün komlekslilər var ki, özlərini Allah, Peyğəmbər, Müqəddəs Varlıq hesab edərək psixoloji xəstəlik tapıblar, onlara artıq adi vətəndaşlar kömək edə bilməzlər, psixoterapevt müalicəsinə ehtiyacları var. Ümumiyyətlə isə, bu kompleksin təmamilə yox olması mümkün deyil. Alfred Adler özünün "İnsan təbiətini tanıma" kitabında üstünlük, eləcə də natamamlıq kompleksi olan insanlara dostca yanaşmağı, onların vəziyyətini nəzərə alaraq insanca davranmağı, heç bir şəkildə olduqları hallarından utandırmamağı təklif edib. Eyni zamanda bu hallarında tədricən qurtulmalarına kömək göstərilməsini vurğulayıb. Amma gəlin baxaq, nə qədər insan bu qədər səbrli davranmağa meyllidir? Elə üstün komplekslilər var ki, öz (vəziyyətləri) ilə ətraflarını manipulyasiya edərək (ətraflarında özqiymətləndirməsi aşağı dərəcədə olanlar da ola bilər) müxtəlif üsullarla özlərini təsdiq etmək üçün can atırlar. Onlara öz daxili dünyalarını, şəxsi inkişaflarını çətin yol olan fiziki, mənəvi, intellektual inkişaf yolu ilə üstün etmək maraqlı deyil, başqalarını kiçiltmək, əskiltmək kimi asan yol seçərək "öztəkmilləşmə" yolunda uğura yetişəcəklərini zənn edirlər. Belələrinə kömək etmək məsələsi arxa plana keçir, özünü qorumaq üçün yollar axtarmağa başlayırsan ki, əsəblərin korlanmasın. Üstünlük kompleksindən xilas olmağın bir sadə yolu əslində budur: Bəşər aləminə bir yenilik, bir töhfə, dünyanı dəyişdirən bir fikir bəxş etmədən özünü "tanınmamış dahi" kimi göstərməkdən əl çəkəcəksən. Həqiqi üstün olanların bunu nümayış etdirməsinə gərək yoxdur, dünya beləsini o gizlənsə də görəcək. Odur ki, bircə qalır davranışlardakı tarazlığı qorumaq, ölçünü qaçırmamaq. Mövlana demişkən: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". 

"İnsanlar tanışlığa görə işə alınır" - Fəlsəfə doktorundan qalmaqallı status/FOTO

Azərbaycanlı uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl, sosial şəbəkədə qalmaqallı fikir bildirib. Psixoloq.az xəbər verir ki, Vasif bəy Azərbaycanda rezidenturanın öldüyünü, müəyyən yerlərə insanların bacarıqlarına görə deyil, tanışlıq əsasında işə alındığından bəhs edib.Həmin fikirləri sizə təqdim edirik:"İnkişaf etmiş cəmiyyətlərdə bu cür imkanların bölgüsü sırasında ədalətsizlik payı çox aşağıdır. Məsələn, Almaniyada asistent kimi işə düzəlmək üçün səndən pul ummurlar və ya sənin daydayına görə haqqı olan rəqibini incitmirlər. Bizim kimi cəmiyyətlər üçün isə Almaniya modeli uyğun deyil.Çünki rüşvətxoruq.Həkim olmaq üçün rezidentura şərtdir. Bu mərhələdən keçmədən ciddi peşəkarlığa yiyələnmək praktik olaraq mümkün deyildir.Azərbaycanda rezidentura sisteminin tətbiqindən sonra bizdə bir az ümid yarandı. Ancaq tezliklə ümidlərimiz puç oldu.Gənclər sistemə inanmırdılar və rezidenturaya çox vaxt hərbi xidmətdən möhlət hüququ almaq üçün müraciət edirdilər.Rezidentlərin əksəriyyəti işə gəlmir. Bunun yerinə xarici ölkələrin imtahanlarına hazırlaşırlar.Biz, öz klinikamızda işə davamiyyəti olan rezidentlərə bacarıq aşılamaq üçün namus sözü vermişik. Çünki xarici ölkələrə gedə bilməyən imkansız uşaqlar qalır burada.İndi, nəyimiz var, nəyi satırıq?Azərbaycanlı təbabət məzunu onsuz da sistemə inanmırdı.Azərbaycanlı həkimlər onsuz da rezidentlərə bir şey öyrətmək istəmirlər. Çünki çox vaxt özləri bir şey bilmirlər, ya da tamahkarlıq edirlər, guya bu günkü uşaq onun çörəyini əlindən alacaq.Nə isə. Ciddi deqradasiya gedir. Ciddi gərginlik toplanır.Bu qərarı verənlər əvvəl-axır bu el misalını xatırlayacaqlar.Qızınmadıq istisinə, kor olduq tüstüsünə".

Niyə təhqir edildiniz? - Səbəblər (psixoloji metodlar)

Mark Avreliy: "Səni təhqir edənin əhvalı qarşısında məğlub olma və səni istiqamətləndirmək istədiyi yola da üz tutma."Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbr etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq? Əlbəttə ki, qanqaraçılıq və təhqir edənin səviyyəsinə endiyimiz üçün yaranan ruh düşkünlüyü.Qayıdaq "niyə təhqir etdi?" sualına... Burda bir neçə variant ola bilər.1. Təhqir edənin özünüqiymətləndirməsi aşağı olduğuna görə sizi alçaldıb özünü yüksəltməyi nəzərdə tutub. Bu yolla təhqir edən özünü təsdiqləmiş olur.2. Sizə bu yolla bir şəkildə zərər vermək istəyir, öz qıcığını təhqirlə ifadə edir.3. Təhqir vasitəsilə sizdən üstün olduğunu isbatlamağa çalışır. Həyatımızda çoxumuz təsadüfi və ya qəsdən edilmiş təhqirlərə məruz qala bilirik. Kimsə təhqir edilməkdən sığortalanmayıb. Bu elə bir hissdir ki, əvvəlcə əsəb və aqressiya, ardından depressiya, unudulmayan, düzəldilməsi illər sürən bir acı verə bilir.Keçən yüzillərdə hesab edilirdi ki, təhqiri qanla yumaq olar, ya özünün, ya da düşməninin qanı ilə. Təhqir olunmuş birisi ilə evdə danışmırdılar, əgər rütbəli idisə, təhqirə qarşı özünü müdafiə etməyib, heç bir tədbir görməyibsə, dərhal istefa verməli idi. Buna misal olaraq, zabit Martınovun rus şairi Mixail Yuryeviç Lermontovu dueldə öldürməsini göstərmək olar. Lermontov zabit Martınovu zarafata salaraq , xüsusən xanımlar arasında ("мартышкa") meymun deyə adlandırırdı. Bu halda Martınovun iki çıxış yolu vardı. Ya rütbəsindən əl çəkib, arxasına baxmadan hər şeydən imtina edib çıxıb getməli, ömür boyu bu alçalmanı qəbul etməli, ya da həyatını riskə ataraq Lermontovu duelə çağırmalı idi. Belə hallar müasir zəmanəmizdə də var. Heç uzağa getməyək, öz ölkəmizdə milli mentalitet dəyərləri çərçivəsində bu cür təhqirlər ucbatından baş verən cinayət hadisələri azdırmı? Neçə- neçə başı alovlanmış gənclərin və ya spirtli içki, narkotik maddələr təsiri altında olan insanların həyatına təhqirə qarşı özünümüdafiə "cavabı" son qoyub. Bəs belə hallarda təhqirə qarşı necə reaksiya verməliyik? Bu cür psixoloji sarsıntılara qarşı nələr edilməsi lazımlıdır? Bu suallar sizi düşündürürsə, məqalənin ardında cavab tapacaqsınız.Təhqir olunmağa qarşı susmaq doğrudurmu? Hətta qanuni olaraq şəxsiyyətin təhqir olunması müdafiə edilirsə, təhqir qarşısında müdriklərin bizə tövsiyyə etdikləri kimi "cavab verməmək", "susub getmək", "düşmənin səviyyəsinə enməmək", "bağışlamaq" bu kimi "düzgün" davranmaq , həqiqətən də düzgündürmü? Bu gün təhqir etdilər, sabah zərbə endirdilər, ta o birisi gün öldürdülər və s. Əlbəttə, müqəddəs hesab etdiyimiz insanlar , müxtəlif müdriklər olub ki, təhqir onlara necə deyərlər "vız gəlib". Amma biri də var , adi insanlar, hansı ki, təhqir onlarda adrenalin effekti yaradaraq, təzyiqin qalxmasına səbəb olur, ürək-damar sisteminə təsir edir və sonra da orqanizmdə digər kimyəvi reaksiyaların getməsinə gətirib çıxarır. Bunu hətta psixofizioloqlar da təsdiq ediblər. Misal olaraq, yəhudi əsilli rus sovet şairi və yazıçısı Boris Leonidoviç Pasternak ("Doktor Jivaqo"nun müəllifi) qəzetlərin onu "хain", "bədхah", "obıvatel", "İuda", "böhtançı", "düşmən əlaltısı" adlandırması səbəbindən əvvəlcə infarkt keçirib, daha sonra ağciyər xərçənginə tutulub. Eləcə də bu kimi xəstəliyə gətirib çıxaran psixoloji zədə alan nə qədər insan var. Məşhur psixoanalitik Ziqmund Freyd həm də çox mədəni davranan bir insan olub. Amma təhqir ondan da yan keçməmişdir. Dediyim kimi təhqirdən heç kim sığortalanmayıb. Bir dəfə qatarda gedərkən, içərinin boğanaq olması səbəbindən pəncərəni açır, buna qarşı qatarda olan antisemist sərnişinlərdən biri onu təhqir edir və hətta hədələyir. Freyd təəccüblənmiş sərnişinlər arasında elə bir qəzəb nümayiş etdirir ki, təhqir edən vaqonu tərk etməli olur, həm də üzr istəyərək. Əlbəttə, mən özüm psixoloqun hərəkətini comərdcə qiymətləndirirəm. Bu hadisədə daha uyğun hərəkətdir. Bundan başqa həkim - psixoloq Freyd gözəl bilirdi ki, reallaşdırılmamış aqressiya depressiyaya çevrilir ki, bu da sonrakı dövrlərdə müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Təhqirə qarşı cavab verilməsi insanın orqanizmi ilə bağlı bir şeydir. Şiddətli biokimyəvi və psixofiziloloji reaksiyalar bizdən az asılı olur. Cinayət hüququnda "affekt" deyilən bir anlayış var ki, ölüm hadisələrində cinayətkarın cəzasının yumşalması üçün istifadə edilir. Bu, şəxsiyyəti dözülməz təhqir edilməsi hallarında həyata keçirilir. Belə çıxır ki, hətta soyuq və sərt olan hüquqşünaslıq elmi də təsdiq edir ki, bəzən insan özünün biokimyəvi reaksiyalarına sahib ola bilmir. Ona görə də dözülməz təhqir anında fəlsəfi kəlamlar və aforizmlər öz aktuallığını itirir. Bununla yanaşı təhqir edən özü də sizin beyninizin nə cür reaksiya verəcəyini bilmədən riskə girmiş olur.Təhqirə məruz qalmısınızsa, ilk növbədə "məni niyə təhqir etdi?" sualına cavab tapıb, ona uyğun cavab modeli hazırlamaq lazımdır. Bu o demək deyil ki, təhqir edənə mütləq sözlə və ya yazılı cavab verilməlidir. Bu, hərəkətlə də ola bilər. Təhqir edənin niyyəti sizdən cavab almaqdır. Unutmayaq ki, təhqirə cavab verməklə özümüzü alçaltmış oluruq, çünki dəyərimizi aşağı salaraq təhqir edənin söylədiklərinə tabe oluruq. Təhqir edən sizdən cavabı almış olursa, qələbə çalmış deməkdir. Bəzən gözlənilmədən elə təhqirlər ala bilirik ki, onlara qarşı pozitiv reaksiya verməkdə gecikirik, emosiyalara qapılaraq təhqir edənin səviyyəsinə enir və cavablarımızı qaytarırıq. Çünki, qəsdən yönləndirilmiş acı sözlər bizi incidir, "ürəyimizi deşib keçir." Belə hallarda "savaş"dan sonra hətta intiqam haqqında da düşünə bilirik. Amma intiqam almağa, hadisələri dava-dalaş, cinayət səviyyəsinə gətirməyə gərək varmı? Bu zaman ən yaxşı çıxış yolu yaranmış situasiyaya kənardan baxa bilməkdir. Lap elə olduğunuz yerdən deyil, fərz edin ki, hadisəyə kosmosdan baxırsız. Bəlkə də sizə verdiyiniz cavab reaksiyaları axmaqcasına və gülməli gələcək. Düşünəcəksiz ki, bu qədər qiymətli həyatı boş şeylərə sərf etməyə dəyərmi? İntiqam haqqında düşünmək isə təmamən lazımsızdır. Belə hisslər insanı daxildən yeyib bitirir. Bu hallardan qaçinmaq üçün ən gözəl hərəkət dayana bilməyi bacarmaqdır. Peyğəmbərlər səbrin ən böyük nümunələri olublar. Müqəddəs kitabımız "Qurani-Kərim" də də bu haqda ayələr var. Pis söz yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 26)."Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir." (İsra surəsi, 53) "Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)Peyğəmbərimiz bu barədə öz ümmətinə hədisdə belə buyurur"Səbrdən daha xeyirli və geniş bir nemət heç kimsəyə verilməmişdir."(Tirmizi, Birr, 76) Keçək müdriklərdən də bir nümunə gətirək:Şagirdlərindən biri Buddadan soruşur:- Əgər biri məni təhqir edib, alçaldarsa ona necə cavab verməliyəm?Budda cavab verir:- Əgər sənin başına ağacdan bir quru budaq düşərsə, buna necə reaksiya verərsən?Şagird deyir:- Nə etməliyəm ki, bu sadə bir təsadüfdür ki, mən quru budaq düşərkən ağacın altında olmuşam.Budda deyir:- Deməli, eyni şeyi etməlisən. Kimsə qəzəbli halı ilə dağınıq hissləri ilə, dəlilik edərək səni təhqir etmiş və ya alçaltmışsa, hesab et üzərinə ağacdan quru budaq düşmüşdür. Bu səni narahat etməsin, öz yolunla getməyə davam elə. "Heç vaxt düşmənlərinizlə­ hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək". Deyl KarnegiTəhqirə qarşı sadaladığım tövsiyyələr müqəddəs kitabımızdan, müdriklərdən gələn fikirlərdir. Bunlara əməl etməkdə təbii ki, fayda var.Son olaraq öz tövsiyyələrimi də bildirim. Tam əminliklə deyirəm, sizi təhqir edənə qarşı ən böyük cavab zərbəsi sizin sağlamlığınız və rifahınızdır! Hələ uşaq yaşdaykən özümüz üçün müdafiə düsturu olaraq, məsələn, "Filankəs baxar güzgüyə, adını qoyar özgəyə" cümləsini yaratmamız əbəs deyilmiş . Unutmayaq ki, qəsdən deyilmiş pis, yaralayıcı sözlər və ya hərəkətlər mütləq bumeranq kimi sahibinə qayıdacaq. Ona görə də sizi təhqir edənə qarşı cavab vermək sizin üçün faydalı olmaya da bilər. Ən yaxşı variant cavabı düşüncələrlə ötürmək və ya bir kağız qələm alıb bu haqda fikirlərinizi və cavablarınızı ora yazmaqdır. Yetər ki, sizi incidən hisslər daxilinizdə qalıb sizə əziyyət verməsin və bədənimizin içdən dağılmasına şərait yaratmasın. Qeyd edək ki, məqalə təhqirə məruz qalmış, narahatlıq keçirən, özünü, beynini yeyib-bitirən insanlara bu əziyyətdən qurtulmaq yolarının öyrədilməsi məqsədilə yazıldı.

Tozlu hava müşahidə edilir - Operativ iş rejiminə keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır. Nazirliyin Mətbuat xidmətindən  bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınıb. Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.(ölkə.az)

Duyğularınız ya məntiqiniz? - Testlə öyrənin

Verəcəyiniz qərarlar, atacağınız addımlar zamanı duyğularınızınmı, yoxsa məntiqinizinmi rol oynadığını bilmək istəyirsinizsə, aşağıdakı sualları cavablandırın. Cavablarınıza uyğun balları toplayın və sonda qərarlarınızı nəyə əsasən verdiyinizi öyrənin.  1. Səhər işə gələrkən yolda qəza olduğunu gördün ... a) Çox kədərlənərəm, ona görə baxmadan keçərəm.(1 bal) b) Dərhal təcili yardıma zəng vurar, qəza haqqında məlumat verərəm . (2 bal) c) Əlimdən gələn ilkin yardımı edərəm. (3 bal) 2. Sevgilin sənə xəyanət etdiyi üçün ayrıldın. Amma o təkrar barışmaq istəyirsə... a) Onu hələ də çox sevirəm. Qəbul edərəm. (1 bal) b) Zamana buraxmaq ən doğrusudur. (2 bal) c) Təkrar xəyanət etməyəcəyini kim bilə bilər? Əsla olmaz. (3 bal) 3. Xoşuna gələn insanla yeni münasibətə başladın, amma dost-tanış ona çox bağlandığını söyləyir. a) Bu eşqdir! Özümü saxlaya bilmirəm. (1 bal) b) Bir az düşünər və hərəkətlərimə diqqət edərəm. (2 bal) c) Haqlı olduqlarını düşünərəm. Həyat yalnız ondan ibarət deyil. (3 bal) 4. Çox sevdiyin dostunla (rəfiqənlə) ziyafət verəcəksiniz. Amma dostun son dəqiqədə bir bəhanə gətirir. a) O mənim ən yaxşı dostumdur, yenə edərik. Qəlbini qırmağa dəyməz. (1 bal) b) Gələn qonaqlara zəng vurar, gələrkən şirniyyat almalarını söyləyərəm. (2 bal) c) Belə bir şey ola bilməz. Daha diqqətli olması lazım idi. (3 bal) 5. Xoşuna gələn insanla eyni layihədə vəzifə aldın... a) Birlikdə keçirdiyimiz bütün zamanı qiymətləndirər, layihəni unudaram. (1 bal) b) Bir az layihə ilə məşğul olduqdan sonra birlikdə vaxt keçirməyi təklif edərəm. (2 bal) c) Layihə mənim üçün çox əhəmiyyətlidir. Onu bitirməliyik. (3 bal) 6. Ən yaxın dostunun köhnə sevgilisinin səndən xoşu gəldiyini öyrəndin ... a) Bu çox gözəl xəbərdir! Mənim də ona qarşı hisslərim var idi. (1 bal) b) Bu hadisə məni narahat edər. Yoldaşlarımdan kömək istəyərəm. (2 bal) c) Dostum(rəfiqəm) mənim üçün daha əhəmiyyətlidir. Xəbərim yox imiş kimi davrana bilmərəm. (3 bal) 7. Çox sevdiyin bir dostunun sevgilisinin ona xəyanət etdiyini öyrəndin ... a) Bu çox pis vəziyyətdir! Dostum üçün kədərlənərəm, amma ona deyə bilmərəm. (1 bal) b) Sevgilisi ilə danışar, vəziyyəti anlamağa çalışaram. (2 bal) c) Nəticə nə olursa olsun bunu dostuma söyləməliyəm. (3 bal )8. Sevgilin mübahisənizdə sənin xarakterində xoşuna gəlməyən davranışları söylədi ... a) Çox inciyərəm . Amma sevirəm, onu itirməmək üçün bildirmərəm. (1 bal) b) Bir müddət ayrı qalsaq, dəyərimi anlayacaq. (2 bal) c) Söylədiklərini ciddi qəbul edərəm. Amma məni incitmək məqsədiylə söylədiyi üçün bir daha danışmaram. (3 bal) Duyğular öndədir (8-13 bal)Sən duyğularına əhəmiyyət verirsən. Hətta bəzən həddindən artıq əhəmiyyət verdiyin belə olur. Bir az məntiqinə üstünlük versən, çevrəndəkilərlə əlaqələrin daha yaxşı ola bilər. Çünki hər cür vəziyyətdə ən çox kədərlənən sən olursan.Məntiq (14-19 bal) Bəzən duyğuların, bəzən də məntiqin sənin üçün ön plandadır, Harada necə davranması lazım olduğunu bilən insanlardansan. Buna görə ətrafındakı insanlar sənə çox inanır. Onlarla yaxşı ünsiyyət qurmağı bacarırsan. Sırf məntiqə əsaslanırsan (20-24 bal)Sənin üçün hər zaman məntiq ön plandadır. Bu qədəri səncə də həddindən artıq deyilmi? İnsanlar sənin haqqında “aysberq” deyirlər. Ətrafa duyğusuz bir insan kimi görünməkdən çəkinməlisiniz. Çünki, sən də elə insan olmadığını çox yaxşı bilirsən.

Günə qoroskopunuzu oxuyaraq başlayın

Qoç - bu gün özünüz də hiss etmədən emosiyalarınızın qurbanına çevrilə bilərsiniz. Əks cinsin mənsubu ağlınızı başınızdan almasın.Hisslər sizin soyuqqanlı davranışınızı pozaraq arzuolunmaz hərəkətlərə vadar edə bilər.Bu gün birgə əmlak, fəaliyyət və düşüncə təkbaşına çalışmaqdan və düşünməkdən daha üstündür.Günün ikinci yarısında hisslər sizi maliyyə itkilərinə və ya izafi xərclərə vadar edə bilər.Zəifləşməyin, emosiyaların zəruri ehtiyacları və görüləsi işlərlə bağlı planları üstələməsinə imkan verməyin.Mümkün təhlükəni real dəyərləndirin.Axşam saatlarında çox yeməyin. Buğa - bu gün bir qədər xaotik təsir bağışlasa da, irəliyə doğru hərəkətdə müvazinəti itirməyin. Çətinliklər yaranacaq, amma düşünün: bu problemlərin mövcudluq səbəbləri arasında sizin konkret hərəkətiniz yoxdur ki?!İşdəsizə, pul təklif oluna bilər. Rəqiblər daha rahat iş və ya böyuk perspektivlər vəd etsələr, inanmayın.Ailədə və ya işdə kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə edərək öz məramlarının gerçəkləşməsinə nail olsun.İmkan düşdükcə imicinizi yaxşılaşdırın.Günün ikinci yarısında yorğunluq hissi yaranacaq. Bir qədər dincəlin. Əkizlər - yaşam və iş taktikatınızın dəyişdirilməsinin vaxtı çatıb. Bədbin fikirləri unudun, nikbin davranın. Yaşananlar, baş verənlərdən faydalanmağa çalışın.Fəqət, çox tələsməyin, həyatınızda köklü dəyişikliklərə can atmayın. İndiki dövr gələcəyə inamın güclənməsi ilə yanaşı, dumanlı illüziyalar, inandırıcı təsir bağışlayan yalanlar və puç xəyallar dönəmidir.Ötənlərdən bəri gələn arzular və istəklər daha təhlükəli ola bilər.Əks cinsin mənsubu bu gün sizi də xüsusilə maraqlanacaq. Xərçəng - bilik və bacarıqlarınız bu gün diqqətdən kənarda qalmayacaq. İşdə rəhbərlik məhz bacarığınıza görə sizə yeni tapşırıq verə bilər.Günün ilk yarısında tanışların və dostların yardımına bel bağlaya bilərsiniz.Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, sərvaxt olun. Bəzi cəhdləriniz uğursuzluqla nəticələnə bilər. Amma buna görə qəmlənməyə dəyməz.Axşam saatlarına yaxın bir işdə uğur əldə edəcəksiniz.Ağır fiziki işlərə bir qədər ara verin, ictimai yerlərdə çox görünməyin. Şir - ailə ilə bağlı məsələlər bu gun ön plana keçəcək. Onların arasında ciddi problemin ola biləcəyi də istisna deyil.Hisslərin qeyri-adekvat izharına yol verməyin. Qısqanclıq və ya psixoloji asılılığın çox pis məziyyət olduğunu unutmayın.Nöqsanlarınızdan bədxahlarınızın dəyərlənə biləcəyini unutmayın.Eqoistlik etməyin, baş verən hadisələri və situasiyanı dəqiq dəyərləndirin.Axşam saatlarında bir qədər istirahət edin. Əylənə də bilərsiniz: niyə də yox, siz buna layiqsiniz. Qız - yaşayış yeri, qohumluq əlaqələri, qeydiyyat, məişətin nizama salınması ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edəcək.Təhsil və biliklə bağlı məsələlərin həllində tənbəllik etməyin.Bu günün payına düşən işlər çox olsa da, ruhdan düşməyin və aramla çalışın.Xəyallar aləmində qalaraq reallıqdan uzaqlaşmayın, gerçəyin acısını fantaziyanın şirin məhsullarından üstün tutun.İş yerində gözlənilməz situasiya yaranarsa, narazılıq etmək əvəzinə problemin həllində iştirak edin. Tərəzi - maddi durumunuz yaxşılaşa bilər. Maliyyə vəziyyətinizin səviyyəsini artırmaq və bəzi problemləri həll etmək üçün şanslı gündür.Sərfəli və cazibədar təklif ala bilərsiniz. Həmin təklifi dəyərləndirin, mənfi və müsbət yönlərini nəzərdən keçirin.Günün ilk yarısında görməli olduğunuz işlərin hamısını başa vurun, axşam saatlarına yarımçıq işlər saxlamayın. Yeni fikirlər və ideyalarınızı reallaşdırmaq üçün yaxşı gündür. Lakin bu ideyaları müzakirə edin, mənfi yönlərinin çətinliklər yaratmasının qarşısını almaq üçün preventiv tədbirlər görün.Yaxşı tanımadığnız və bələd olmadığınız insanlarla ünsiyyət zamanı onlar barədə nə düşündüyünüzü söyləməyin. Bunulda hansısa dəyişiklikliyə nail olmaq şansları çox azdır.Tələbatlarınızı və cari istəklərinizi təmin etmək üçün müəyyən imkanlardan yararlana bilərsiniz.Axşam saatlarını özünüzə həsr edin. Əqrəb - bu gün zahirən üzüyumşaq olun, əsl diplomat təki davranın. İşdə bacarıq və təcrübənizi artırın. Stil, zövq və intusiya sahibi olduğunuzu nümayiş etdirin. Bütün bunlar yaxın perspektivdəki məqsədinizə çatmağa sizə yardım edə bilər.Yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz.Maliyyə məsələləri, şəxsi həyat, ailə qayğıları bu gün xüsusi önəm kəsb edir.Günün ikinci yarısında tənbəllik etməyin, hisslərinizin əsirinə çevrilməyin, bədxərclik etməyin. Oxatan - bu gün bütün istək və arzularınızı reallaşdırmağa çalışacaqsınız. Fiziki qüvvəniz, yaxud da bilikləriniz və intellektual qabiliyyətlərinizi nümayiş etdirmək istəyirsinizsə, bu niyyətinizi təxirə salın.Emosiyalar və hisslərin əsirisinizsə, bunu özünüzə etiraf edin.İş saatlarında diqqətli olun. Ofisdəki fəaliyyətin kənar işlərlə əvəzlənməsinə, söhbət və müzakirələrin konkret əməlləri üstələməsinə imkan verin.Tamah, paxıllıq, intriqanlıq, şorgözlük və ifrat iştah kimi pis xüsusiyyətlərin, həqiqətən də, yaramaz əməllər olduğunu unutmayın.Bütün bunlar psixoloji asılılıq və xroniki xəstəliklərin rəhnidir. Oğlaq - bu gün yaşanacaq hadisələrin zahiri görüntüsünə aldanmayın, yaşananların mahiyyətinə varmağa çalışın.Zahirən buz dağına bənzəyib içəridə yanıb qovrulmayın. Təmkinli, ehtiyatlı, sayıq olun.Təmaslarda və ünsiyyətlərdə düşünüb-daşınmadan qərar qəbul etməyin. Emosiyalarınızı sözlərlə izhar etməyə çalışmayın: nəticə xoşagəlməz ola bilər.Konkret insan barədə əldə etdyiniz məlumatın dəqiq və danılmaz olduğuna əmin deyilsinizsə, nəzərdə tutduğunuz addımı atmaqdan çəkinin.Yox, əgər hər şey aydındırsa, onda özünüzü saxlamayın.Bədxah insan cəzalanmalı, Şər yerini bilməlidir. Dolça - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maliyyə məsələlərinə aydınlıq gətirin, mövcud problemləri dərhal, təxirə salmadan, təcili şəkildə çözün. Yaxın ətrafınızdakı insanlar, dostlar və ya iş yoldaşınız yardım etməyə can atsalar, imtina etməyin.Ailə üzvləri ilə münasibətlərdə gərəksiz sərtliyi və qabalığı unudun. Onların istəklərini və tələblərini nəzərə alın.Problemlərin sürətli həllinin intensivliyinə aldanaraq qanundan kənar yollara əl atmayın. Belə yol nə qədər cazibədar olsa da, cəzası ağırdır.Gün səhhətiniz üçün harmonik deyil.Emosional durumunuzu pozacaq, hisslərinizin rəvanlığını alt-üst edərək diskomfort yarada biləcək hər şeydən uzaq olun. Balıqlar - bu gün istənilən əksliklər və ziddiyyətlər yumşalacaq, qarşıdurmalar xəfif mübahisələrə çevriləcək. Ən uzaq məqsəd və xəyallarınızdakı hədəf real obyekt təsiri bağışlayacaq. Bir çox məsələləri qətiyyət və əzm hesabına həll edin.Romantik xislətiniz mümkün qədər aktiv davranış tələb etsə də, soyuqqanlı olun, fürsətdən dərhal yararlanmağa can atmayın.Çatmaq istədiyiniz məqsəd nə qədər uzaqda olarsa, inadınız bir o qədər artıq olmalıdır.Yaradıcılıqla məşğulsunuzsa, ideyalarınızı həyata keçirin, onları zərif və qəbul olunan formaya salın.Maliyyə yardımı və təşkilati dəstəyin alınması istisna deyil.Günün ikinci yarısında daha fəal olun. İşinizi sizdən savayı kimsə görən deyil.Milli.Az

Övladınız ölümlə bağlı suallar verirsə -Ceylan Mumoğlunun övladına möhtəşəm cavabı

Uşaqlar çox suallar verir. Bəzən elə suallar olur ki,valideynlər bu sualları cavablamaqda çətinlik çəkir.Belə suallardan biridə uşaqların insanın nədən doğulması və ölməsi haqqında sualdır ki,yalnış cavab uşaqlarda ölüm qorxusu , itirmə qorxusu kimi gələcəkdə isə bir çox ugursuzluqlarının altında yatan psixoloji travmaya səbəb ola bilər.   Psixoloq.az xəbər verir ki, Aydınlanma səyahəti kitabının müəllifi və eləcədə bir çox yazıları ilə rəğbət qazanmış yazıçı Ceylan Mumoğlu özünün sosial şəbəkə hesabında oğlu ilə arasında  keçən dialoqla bağlı paylaşım etmişdir.Həmin yazını oxuduqdan sonra bu qənaətə gəldik ki, yazıçı ana övladına ən doğru psixoloji yanaşma göstərib. Bu isə uşaq və ailə mövzusunda, uşaqların suallarına cavab verməkdə  çaş baş qalan valideynlər üçün gözəl bir örnəkdir.Bu səbəblədə həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik. Günlərin bir günü "filosof" oğlum yenə öz düşündürücü sualıyla kəsdirib başımın üstünü, xatırlayıram; əlimdə hansısa romanın maraqlı səhnəsini oxumaqdaydım, elə bil körpəni anasından ayırmaq hissinə bənzər hiss yaşatdı. Amma Allahdan, sualı maraqlıydı, yarıda kəsilməyimə o qədər də üzülmədim. Maraq dolu baxışlarını üzümə zilləyib soruşdu: "Ana, insanlar dünyaya niyə gəlirlər? Yox ey, əgər gəlirlərsə, sonra niyə ölürlər?"Əvvəl ağlıma gəldi ki, dərsliklərdən öyrəndiyimiz bilikləri olduğu şəkildə ona izah edim, bilik transformasiyası edim. Sonra bu istəyimdən vaz keçdim. Dedim, onsuz da müəllimlər bu bilikləri məktəbdə ona öyrədəcəklər də, niyə tələsirəm? Qoy orda da öyrənmək üçün yeni nələrsə qalsın. Başladım, insanın doğulub-ölməsini çaylarla okean nümunəsində özümçün obrazlaşdırmağa. Dedim, oğlum, bax, təsəvvür elə çaylar da bizim kimi insanlardı. Başladıqları yerdən axarkən nə qədər uzun məsafələr qət edib, sonra okeana tökülürlər. Bilirsənmi, onlar okeana tökülmədən əvvəl qorxudan tir-tir əsirlər. Oğlum gözlərini qaldırıb artmış marağıyla soruşur: "A niyə ki? Niyə qorxurlar, kimdən, nədən?"Onlar geri qayıtmamaqdan qorxurlar. "Ana, guya bilmirlər ki, geri qayıda bilməzlər? Bəyəm çaylar geri qayıda bilir ki? Bir yöndə axıb gedirlər". Ay sağ ol da, ardına qulaq as. Çaylar axdıqları yol boyunca nə qədər gözəl mənzərələr görür, macəralar yaşayır, eyni zamanda həyatın onlara hazırladığı çətinlikləri də yaşayırlar. Bəzən hamar çəmənlər, bəzən dolaşıq meşələr, hətta dağların zirvələrindən keçərək axırlar. Bu zaman içlərində olan qorxu hissi elə də çox olmur. Çünki hələ okeana yaxınlaşmayıblar, ona çatıb nəhəng sulara qarışmayıblar. "Ana, böyük sulara qarışanda nə baş verəcək ki?" Hə, bax çayları narahat edən məsələ də elə budur. Onları qorxudan şey naməlumluqdur, təcrübəsizlikdir, bilinməzlikdir. Təkcə bunu bilirlər ki, onlar axırlar və geri qayıtmaları mümkün deyil, əvvəl-axır mütləq okeana töküləcəklər. "Bəs çaylar necə etməlidirlər ki, qorxmasınlar? Onlara kim kömək edəcək?"Çaylar okeana tökülmədən öncə qorxu hissinə qalib gəlməlidirlər. Öyrənməlidirlər ki, okeana tökülmələri onları heç də yox etməyəcək, əksinə okeanla birləşib birlik olacaqlar. Bu bir tərəfdən yoxoluşdursa, digər tərəfdən dirilmədir. "Hmm, ana, başa düşdüm. Deməli, çaylara heç kim kömək etməyəcək, özləri özlərinə kömək etməlidirlər. Qorxmamağı öyrənməlidirlər". Elədir, əziz oğlum, həm qorxmamağı, həm də "dirilməyi" okeana tökülmədən öncə öyrənməlidirlər. Axı Müqəddəs Kitabımız Quranda da deyilir: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" (Bəqərə surəsi, 156). Ceylan Mumoğlu 

İvan Petroviç Pavlov

Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizyoloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizyoloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Bu səbəblə hər iki elm sahəsinin qurucularından sayılar. Pavlov iti, Ryazan muzeyi. Leninqrad Fizioloji İnstitutunun başında olaraq işlərini davam etdirdi. Şərtli reflekslərin təbiəti və işləyişi mövzusundakı kəşfi, bütün araşdırmaları öyrənmə sahəsinə yönəltdi. Pavlovun itlər üzərində etdiyi klassik şərtlənmə təcrübələri məşhurdur. İtə ilk olara bir neçə dəfə zəng çalınar. Lakin it reaksiya verməz. Sonradan ət verilər, itin tüpürcəkləri axar. Sonra ət ilə birlikdə zəng çalınar. Daha sonra ət verilmədiyi halda zəng çalındığında itin ağızının sununun axdığı görülər. Şərtli ya da şərtləndirilmiş refleks deyilən hadisə də budur. Pavlov, bu davranışın, psixoloji fəaliyyətlə eyni olan yüksək səviyyədə sinir fəaliyyətinin əlamətlərindən biri olduğunu qarşıya qoyar və psixologiya sahəsində etibarlı tək yanaşmanın təcrübi üsul olduğunu vurğular. Pavlov, bu sahədəki işlərinə görə 1904-cü ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını qazandı

Uşaqlarda olan qeyri-iradi hərəkətlər - Tik nədir?

Tik bir ve ya bir neçə əzələ qrupunda yaranan, təkrarlanan özünü istəksiz hərəkətlərlə göstərən pozuntudur. Ən çox rast gəlinənlər göz qırpma, burnunu hərəkət etdirmə, dodaq oynatma, qaşlarını qaldırmaq kimi üz tikləridir. Öskürək şəklində olan tiklər də var. Yuxu zamanı tik itir. Bu hal, yuxusuzluq, yorğunluq vəziyyətində artır. Əgər təkrarlanan hərəkətlər bir aydan tez keçib gedərsə təkrarlanan tik, bir ildən çox davam edərsə xroniki tik adlanır. Tiki olan uşaqların ailələrində də tiklərə rast gəlinir. Əziz valideynlər bu əlamətləri uşaqlarınızda gördüyünüz an psixoloqa müraciət etməyiniz vacibdir. NUPM psixoloqu Çinarə Muradova Psixoloq.az

Sabaha olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində sabah (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 30-31-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  (ölkə.az)

Qida olmayan qəribə maddələri yemək - Pika sindromu nədir?

Pika sindromu cox hallarda uşaqlıq hətta körpəlik yaşlarında başlayıb yetkinlik zamanlarınadək davam edən və daim təkrar edən bir davranış pozğunluğudur. Normal qidalar xaric, müxtəlif maddələrə qarşı əmələ gələn yemə istəyi ilə özünü göstərir. Belə xəstələr zərərli ola biləcəyini bilsələr də özlərini bu maddələri yemə istəyindən uzaqlaşdıra bilmir. Çox vaxt bədəndə əksik olan dəmir, sink, fosfor,kalsium kimi maddələrin əksikliyi, bu davranış pozğunluğu ilə əvəz olunmaqdadır. Bu xəstələr qidadan xaric maddələri yeyib-içməkdən özlərini çəkindirə bilməsələr də iştahlı bir şəkildə yeyirlər və zövq alırlar. Qələm uclarını gəmirən şagirdlərə, torpaq yeyən hamilələrə ya da saclarını udan uşaqlara ölkəmizdə heç də az rast gəlinmir. Sadəcə bunlarla bitmir hətta qum, kirəc, kağız, ip, silgi, sabun, torpaq, boya, neft, kley bu xəstələrdən örnəkdir. Bu sadalanan yeyilməyən, daxilə qəbul edilməyən maddələr o qədər çoxdur ki, saymaqla bitməz. Bu maddələr pika xəstələri üçün ən ləzzətli şirniyyat və ya tortdan daha dadlıdır. Divardan qaşınmış bir ovuc dolusu mel parçası və ya yerdən alınmış bir ovuc dolusu palçıq və yaxud bir tutum saç…  Bizim mədəmizi bulandıran bu qida olmayan maddələr onların ağızlarını sulandırmağa belə yetir. Üstəlik bu vəziyyətdə olanların sayı həm ölkəmizdə, həm də dünyada heç də az deyildir. Pika sindromu daha çox 1-6 yaş qrupu uşaqlarda və hamilələrdə görülür. Yeniyetməlik qrupundakı uşaqlarda bu xəstəlik risk qrupu təşkil edir. Onu da qeyd edim ki, 1 yaşına kimi ağıza aparma instinkti bu xəstəlik qrupu ilə baglı deyildir. Pika sindromu ilə bağlı bir neçə faktı bölüşmək istərdim. Tempestt Henderson adlı Florida vilayətində yaşayan bir qiz həftədə 5 qəlib sabun, paltar yumaqda istifadə olunan maddələri yeyirmiş. Bu qıza verilən suala cavab olaraq bildirib ki, sabunun verdiyi dadı və zövqü heç bir şirniyyatda tapa bilmirəm. Bu fakta Türkiyədən də bir misal göstərmək istərdim: Canan xanım 39 yaşındadır və tam bir sabun xəstəsidir. Çəngəlinə aldığı sabunu  yeyərkən ətrafına da salam verməkdən heç çəkinmir. Pika sindromundakı insanlarla gündəlik həyatda qarşılaşmaq olduqca asandır. Məsələn məktəbimizdə bir uşağın silgi yediyini hec unutmuram. Bu cür faktlar ətrafımızda olduqca çoxdur, sadəcə fikir versəniz rastlaşa bilərsiniz. Pika sindromu necə müəyyən edilir? Uşaqların hərəkətlərini diqqətlə izlədiyinizdə pika sindromunu asanca sezmək mümkündür. Açıq havada torpaq yeyən bir uşağın qapalı məkanda ayaqqabı altını yaladığı, divarı qaşıyaraq altından çıxan torpaq parçalarını yediyini və ya dibçəklərin altın qaldırıb torpağı yediyi görülə bilən hallardır. Hətta bəzi uşaqların qələmlərin arxasını gəmirməsi, kağız yemələri, şunur dişləməsi pika sindromunun göstəricisidir. Pika sindromunun təhlükələri uşaqlarda zəka inkişafı problemlərinə bağlı olaraq pika problemi görülə bilir. Eyni zamanda bədənin müqavimətinin zəifləməsinə yol açmaqdadır və uşaqlarda infeksiyaya bağlı xəstəliklərə tutulma ehtimalını artırır. Müalicəsində psixoloji dəyərləndirilmə, sağlam bəslənmə proqramı öyrədilməli və həkim nəzarətində dəmir müalicəsi aparılmalıdır. Fərqinə varılmadıqda xəstələrdə əksər hallarda alminium zəhərlənməsi, həzm sistemi problemləri, infeksiyalara bağlı olan xəstəliklər, saç yediyi üçün boğazda və mədədə tıxanmalara bağlı təcili cərrahi müdaxilələrə məruz qalma kimi problemlərlə üzləşməkdədirlər. Ağır metal zəhərlənmələri ən cox lazımi inkişaf səviyyəsinə çatmamış uşaqlarda 1-4 yaşlarında xüsusilə təhlükəlidir. Çünki bu yaşlarda uşaqlar təhlükəli olub-olmadığını heç soruşmadan bu maddələri qəbul edə bilirlər. Bundan başqa uşaqlarda zəka inkişafına bağlı olaraq pika sindromu da inkişaf edir. Bədəndə sink, dəmir əksikliyi uşagın inkişafına mənfi təsir göstərir. Çox ciddi şəkildə görülən hallar, adətən ayaqqabı altını yalamaqla başlayırlar. Hətta saydıqlarımın çoxusu belə dözülməz olan maddələrə meyl edirlər. Qısacası bu maddələrin adları belə ağılları başdan alır. Xəstəlik tam bir dövr şəklində davam etdikcə yedikçə daha çox zövq alırlar, zövq aldıqca da daha çox yeyirlər. Digər səbəblər içərisində də sevgidən ac bir mühitdə yetişməsi, inam duyğusunun yetərincə olmaması yer alır. Ailədəki narahatçılıqlar körpələri və uşaqları bu cür davranışlara sövq edə bilir. Lazımi qidalanmamanın sonunda mineral əksikliyi görülür və pikanın ortaya cıxmasına səbəb ola bilir. Qan azlığı belə valideyin diqqətsizliyi nəticəsində yer alan səbəblərdən biridir. Öncə sindromun səbəblərini tapmaq və buna uyğun müalicə üsulu seçmək lazımdır. Analizlər –dəmir, sink, alminium kimi elementlərin yoxlanılması vacibdir. Əgər bədəndə dəmir əksikliyi ciddi dərəcədə azlıq təşkil edirsə buna müvafiq olaraq dərman müalicəsinə başladılmalıdır. Təbii qidalardan isə dəmir əksikliyi təsdiqlənmişsə xəstə mütləq qaraciyər, yumurta, paxlalılar sinfinə aid olan bitkilər və qırmızı ət qabul etməlidir. Dərman müalicəsi şərtdir. Pika sindromunda psixoloji dəstək, bu xəstəliyin təməl səbəbləri arasında psixoloji dəstək də yer almaqdadır. Buna görə də xəstəliyə mütləq bir pedaqoji dəstək də vacibdir. Psixoloji dəstəklə yanaşı pika xəstəliyinin müalicəsində terapiyaya da yer verilməlidir. Psixoloji olaraq aparılan bu terapiyanın sonunda müvəffəqiyyətli bir nəticə əldə etmək olduqca vacibdir. Xüsusilə də oyun terapiyası uşaqlarda xəstəliyi aşmaqda olduqca müvəffəqiyyətli bir üsuldur. Bu işdə məqsəd uşağın yediyi maddələrə alternativ qaydalar yükləməkdir. Məsələn: kagız yeyən bir uşağa rəsm çəkməsinə üstünlük verilməsi və ya palçıq yemədən dayana bilməyən bir uşaga palçıqdan heykəl qurmaq ,bu xəstəliyin müalicəsində olduqca faydalıdır. Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu  Lalə Ələkbərova

Barmaq izləriniz və xarakteriniz - Test edin

Şəhadət barmağınızın izinin formasına baxın və xarakterinizlə tanış olun...  1. Belə inanlar üçün fiziki göstəricilər çox da önəmli olmur. Onların güclü psixi və ruhi potensialları olur. Onlar qeyri-müəyyən xarakterlərə malikdirlər. Onlar başqalarının fikirlərinə bir o qədər də önəm vermirlər. Necə deyərlər özləri nəyin ağ nəyin qara olduğunu yaxşı bilirlər. Hətta bir işdə uğursuzluğa düçar olduqlarında belə ruhdan düşmürlər. Liderliyə meyilli adamlardır və həmişə də qeyri-ünsiyyətcil və inadkar lider olurlar. 2. Normalda çox enerjili olsalar da, ekstrimal vəziyyətlərdə "sönürlər”... Buna səbəb fiziki potensiallarının çox da güclü olmamasıdır. Ən çox onları yoran isə monoton iş həyatı olur.Onlar ictimai münasibətlərdə çox uğurludurlar, ətrafdakı insanlarla çox tez ünsiyyətə girir və ortaq nöqtələr tapa bilirlər. Güzəştə tez gedir, heç bir gəliri olmadan insanlara yardım etməkdə çəkinmirlər. Amma ideyaları uğruna da hər şeydən keçməzlər. Onlar 1-cidən fərqli olaraq daha ideal lider olurlar.3. Yaradıcı insanlardır. Enerjilidirlər, eyni vaxtda bir neçə işdən yapışırlar, lakin çox vaxt onlara olan maraqlarını itirdikləri üçün işlərini də yarımçıq qoyurlar. Nəyi isə etməyə yalnız özləri özlərini məcbur edə bilərlər. Baxmayaraq ki, səbrlidirlər əlverişsiz mühit onları çox əsəbləşdirə bilər. Onlar həmişə özlərindən narazıdırlar və daima şübhələr içindədirlər. Onların səbr kasaları çox tez daşa bilər.

Gəzən cəsəd - Kotard sindromu

Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər. Bəzən xəstəlik o həddə çatır ki, xəstə öldüyünü özünə və ətrafdakılara sübut etmək üçün intihara əl atır. Nevropsixiatrik pozğunluq olan "Gəzən cəsəd sindromu" Amerika Psixiatriya Birliyinin Ruhi Pozğunluqlar siyahısına düşüb.Bu, bir depressiya və intihar meyilləri olan sindromdur. Belə ki, xəstəliyə tutulmuş şəxs bu vəziyyətdə hər şeyini itirmiş olduğundan şikayətlənir. Ehtiraslarını, bədəninin bir qismini və ya hamısını itirdiyini, ümumiyyətlə, öldüyünü və gəzən bir cəsəd olduğunu düşünür. Xəstə üstündə böcək, ya da soxulcan gəzdiyini düşünər, hətta çürüdüyünə və cəsəd kimi iyləndiyinə inanar. Xəstəliyin sonrakı mərhələsində xəstə insanı yuxudan məhrum edən kokain ağrısı yaranır. Xəstə ölü olmaq və ölü olmamaq fikirləri arasında əzab çəkməyə başlayır. Mütəxəssis hesab edir ki, ruhi sarsıntılar, ruhi xəstəliklər keçirən insanların beyni zədələnmiş hesab edilir. Uzun müddət sonra xəstəlik bu və ya başqa formalarda yenidən ortaya çıxa bilir.Xəstələr "beynim çürüdü, bütün daxili orqanlarım çürümüş vəziyyətdədir, əslində mən yaşamıram, bu ailə mənim ailəm deyil" kimi fikirlərlə yaşayırlar. İştahası pozulan xəstə hər şeydən imtina etməyə başlayır. Çəkisi azalır və halsızlaşır". Bu günə kimi xəstəliyin yaranma səbəbləri tibb aləmində aşkar edilməyib. Sonuncu dəfə xəstəlik çox qəribə də olsa, Türkiyədə 7 yaşlı uşaqda müşahidə edilib. Valideynləri uşağın şikayətlərini həkimlə müzakirə etdikdən sonra həkimlər 7 yaşlı qıza Kotard sindromu diaqnozu qoyublar. Belə ki, qız bədəninin çürüdüyünü, bədənində qurdların gəzdiyini, ondan cəsəd qoxusu gəldiyini iddia edir, valideynlərini tanımadığı, əslində yeraltı dünyaya aid oduğunu deyirmiş. Xəstəlik başlayan kimi yeməkdən imtina edən qız 7 gün içində 5 kq itirib.  Mütəxəssislər tərəfindən Nevropsixiatrik pozğunluq olaraq bilinən bu xəstəliyin müalicəsi çətin və çox uzun müddət müşahidə altında tutulması lazım olan bir hadisədir. İnsanlar bu həyatdan qopduğunu, yəni öldüyünü düşünüb ətrafındakı insanları buna inandırmaq üçün səy sərf edərlər. "Gəzən cəsəd sindromu" xəstələrinə dərman və beyinə elektrik şokuyla müalicə tətbiq olunur. Xəstəlik hələ yeni olduğu üçün dəqiqləşmiş bir müalicə üsulu yoxdur.Kotard sindromunun elmdə izahı və yaranma səbəbləri müəyyən edilmədiyi üçün xəstəlik nadir xəstəliklər siyahısına daxil edilib. Dünyada hər 100 min nəfərdən 1-də rast gəlinən xəstəlik tam sağalmadığı və çox zaman vaxtında müəyyən edilib müalicəsinə başlanmadığı üçün intiharla, ölümlə nəticələnir. Xəstələr xəstə olduqlarını qəbul etmədikləri üçün həkimə müraciət etməkdən də imtina edirlər. "Mən ölüyəm, məni niyə basdırmırsınız", "Bədənimi artıq qurdlar yeməyə başlayıb", "Bax, dərim necə çürüyür, qoxuyur" deyən xəstələr Kotard sindromundan əziyyət çəkənlərdir. Bu xəstələr ən çox gecələr əziyyət çəkirlər. Belə ki, gecə qorxuları, titrəmələr, əsəb, çürümə və ölüm hissləri ən çox onları gecələr narahat edir. "Bu xəstələr elə çox zaman gecələr intihar edirlər" Müəllif: Aytəkin Vəliyeva 

Uşağa hansı yaşdan xarici dil öyrədilməlidir? – Psixoloq valideynin yanlışlarından danışdı

Hər valideyn uşağının savadını, gələcəkdə isə təhsilini ən üst səviyyədə görmək istəyir. Bu səbəbdən isə  bəzən uşaqlar eyni anda bir neçə kursa göndərilir və ya ana dilində danışa bilmədən xarici dilə meylləndirilməyə çalışılır. Bəs uşağa xarici dil hansı yaşdan öyrədilməlidir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılın sözlərinə görə, bunun üçün ilk olaraq uşaq ana dilində sərbəst danışa bilməlidir: “Əgər övladınız 2 yaşında sərbəst  hansısa bir dildə öz fikrini ifadə edirsə, 2,5 -3 yaş dövründə digər xarici dili də əlavə etmək mümkündür (hər hansısa şeirlər, yanıltmaclar və ya rəng saymaqla bunu etmək daha gözəl olar)”. Psixoloq, 3-5 yaş dövrünün məktəbəqədər mərhələ olduğunu bildirib. “Rollu oyunlar vasitəsilə uşağı motivasiya edərək xarici dil öyrətmək üçün daha optimal bir zamandır. Bu isə daha gözəl nəticə verə bilər. Ona görə ki, bu yaş dövründə uşağın daxili məni formalaşır və böyüklərin tələblərinə uyğun olmaq istəyi artaraq, motivasiya edilərək nəticə əldə olunur”, -  deyə Nigar xanım qeyd edib. Şəhanə Quliyeva

Sevdiyini öldürmək, yaxınını tanımamaq - Şizofreniyadan betər "Copgras sindromu" nədir?

Bu günə qədər bir çox psixloji narahatlıqlara rast gəlinib. Lakin etiraf edək ki, psixoloji pozuntular adı altında ağlımıza gələn sindromlar - şizofreniya, depressiya və psixoz kimi məhşur xəstəliklərdən önə keçməyib. Lakin adı çəkilən bu sindroma az rast gəlinir. Copgras sindromu elmə 1923-cü ildən Fransız həkim Copgras tərəfindən gətirilib. Copgras mirasını əlindən almaq üçün həyat yoldaşı və qizının yerinə keçmiş şəxslərdən danışan qadının dediklərini qeydə alıb. Bu qadında psixoloji və əqli pozuntunun olmaması daha çox marağa səbəb olub. Sindromun əsası isə bundan ibarətdir: Şəxs ətrafında olan tanıdığı insanların dəyişdiyini, onların real olmadığını, eyni zamanda ona zərər yetirmək üçün yaxınlarının yerinə başqalarının keçdiyini deyir. Bu əlamətlər şizofreniya ilə eyniləşdirilir. Lakin Copgras sindromu adlandırmaq üçün reallığı dəyərləndirmə və analiz etmə bacarığı tamamilə itmiş olur. Bu sindromun müəyyən edilməsindən 93 il keçsə də aparılan araşdırmalar az saydadır. Bu sindrom paralic yaxud beyin qanamasından sonra yarana bilər. Sonda isə şəxsin dəli olmağı ilə nəticələnə bilər. Belə şəxslərin öz yaxınlarına zərər yetirdiyi hətta öldürdüyü məlumdur. Sindromla bağlı real faktları təqdim edirik: Bir qadın gecenin bir aləmi yuxudan oyanıb qulağında qəribə səslər eşidir. Həyat yoldaşının yanına qayıdaraq bu sözləri deyir: "Dünyaya gətirdiyim və süd verdiyim bu uşaq insanlığın düşməni şeytanin özüdür. Ona analıq etdiyim üçün mən də günahkarlardan olacam və Allah məni bağışlamayacaq". Lakin qadın həyat yoldaşının da artıq başqa adam olduğunu düşünür və ağlını itirir. Başqa bir fakt: Bir şəxsin atası öldükdən sonar anası başqa biri ilə ailə həyatı qurur. Bu şəxs ögey atasının robot olduğu qənaətinə gəlir və onun başındakı mikroçipi tapmaq üçün başini kəsir. Başqa birində isə şəxs atasının başqa biri olduğunu iddia edərək onu məhkəməyə verir. Məhşur hindli nevroloq Vilayanur S.Ramchandram belə iddia edir ki, bu sindromun səbəbi insan uzunu tanımağa səbəb olan mərkəzlə tanıdığımız üzlərə duyğularımızla bağlı cavab verməyi təmin edən limbik sistem arasında bağlantının xəsarət alması yaxud düzgün işləməməsidir. Turanə Rzayeva Psixoloq.az

Pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqından azad oluna bilər

"İcbari tibbi sığorta haqqında” qanuna edilməsi gözlənilən dəyişikliklərin bəzi ilkin detalları məlum olub. Psixoloq.az xəbər verir ki, parlamentdən Oxu.Az-a bildirilib ki, payız sessiyasında icbari tibbi sığorta ilə bağlı yeni qanun layihələrinin müzakirələrə çıxarılması, eyni zamanda, mövcud qanunlara yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur. "Artıq cəmiyyət bu məsələnin icrasını, tətbiqini çoxdan gözləyir və arzu edir. Bu, cəmiyyətin sosial sifarişi olaraq qarşıda dayanır. Eyni zamanda, dövlətin özünün bu məsələ ilə bağlı yekdil mövqeyi, iradəsi ortadır. Bu baxımdan, həm parlament, həm icbari sığorta ilə bağlı Dövlət Agentliyi, həm də Nazirlər Kabineti birlikdə bu məsələnin tətbiqinə və icrasına stimul verəcək, prosesi sürətləndirəcək qanunvericilik aktları üzərində işlərini davam etdirir. Bu sənədlər qəbul olunduqdan sonra bütün Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Yaxın illərdə isə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisində həyata keçiriləcək”. İcbari tibbi sığorta haqqına gəlincə, parlamentdən bildirilib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər. "Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad oluna bilərlər. Dövlət bu vəzifəni öz üzərinə götürə bilər. Bu məsələ üzərində dəqiqləşdirmələr aparılır”, - deyə sonda qeyd edilib.

Siqareti niyə tərgidəmmirik? – Psixoloji tərəfləri

Siqaret vərdişi adətən yeniyetmə zamanında başlayır. Buna isə təzyiqlər və sosial dostlar səbəb ola bilər. Bəs hər kəs zərərli olduğunu bilə-bilə nə üçün çəkməyə davam edir? Psixoloq.az xəbər verir ki, siqaret çəkən insanların əksəriyyəti nə üçün buna davam etdirdiyini bilmir.  Psixoloqlar bildirirlər ki, insanlarda nəticə eyni olsa da cavabları fərqli olur. Araşdırmalar göstərir ki, siqaret çəkənlərin bir çox qismi ağıllı və zəkalı insanlardır. Amma buna baxmayaraq nə üçün tərgidə bilməməklərinin səbəblərini ayırd edə bilmirlər. Bunun səbəbi əsas iki faktor ola bilər. Tütün alışqanlığı – tütünün içindəki rəngsiz maddə insanda narkotika kimi asıllıq yarada bilər. Siqaretdən çəkilən hər nəfəs, ciyərlərə müəyyən miqdarda nikotin göndərir. Bir siqaret çəkimində vücuda 20 faiz nikotin  daxil olur. Məhz bu səbəbdən həkimlər siqareti tərgitmək istəyən insanlara ilk olaraq nikotini bədəndən təmizləyən vasitələri tövsiyə edirlər. Bundan əlavə bəzi əhvalla bağlı dəyişikliklər də siqaret vərdişinə səbəb ola bilər. Stress, əsəb insanların siqaret çəkməsi üçün özlərinin inandırdıqları bəhanələrdir. Unutmayın ki siqareti tərgitmək üçün heç zaman gec deyil. Qeyd edək ki, bunun üçün psixoloq dəstəyi də almalısınız. Şəhanə Quliyeva

Bu gün 37 dərəcə isti olacaq

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Yuxudan ayıla bilmirsiniz? - Bu içkilərdən İSTİFADƏ EDİN!

Yuxudan ayılmaqda çətinlik çəkənlər bəzən müxtəlif vasitələrə əl atsalar da, çox vaxt çarəsi olmur. Psixoloq.az publika.az-a istinadən daha bir çıxış yolu təqdim edir. Bu içkilərdən hansınısa qəbul etsəniz, özünüzü bütün gün gümrah və enerjili hiss edəcəksiniz. Limonlu su Günə qəhvə və ya çayla yox, bir stəkan limonlu isti su ilə başlamağınız çox faydalıdır. Bu sadə kokteyl qanı təmizləyir, yüksək qan təzyiqi ilə mübarizə aparır, metabolizmin sürətini artırır (çəki itirmək üçün), mövsümi baş ağrılarından qoruyur, amma ən əsası - bütün gün üçün güc və əla əhval-ruhiyyə verir. Yaşıl meyvə-tərəvəz Təzə xiyar, ispanaq, brokkoli, kivi, kərəviz və s. - zövqünüzə uyğun hər şeyi mix edə bilərsiniz. Yaşıl çay Müstəqil içki kimi qəhvədən daha yaxşıdır. Çayın dadını limon, zəncəfil, nanə kimi əlavə qatqılarla fərqləndirə bilərsiniz. Nar suyu Nar suyunun sağlamlığa faydaları çoxdur. Hətta uşaqlar və hamilə qadınlar üçün də olduqca faydalı içkidir. Nar suyu ürək-damar sistemini gücləndirir. Zəncəfilli çay Zəncəfil faydalı elementləri özündə biləşdirir. Zehni işlə məşğul olan insanlar üçün zəncəfil çayı xüsusilə vacibdir, çünki diqqətin konsentrasiyasını yaxşılaşdırır. Həmçinin mövsümi xəstəliklərin də qarşısını almaqda yardımçıdır. Həyat verən eliksir üçün hər kəsə faydalı olacaq resept: bir çay qaşığı bal və limonlu qaynar suya nanə yarpağı və zəncəfil kökü əlavə edib qarışdırın və için.

Diqqətinizin nə qədər olduğunu testlə yoxlayın

Hər hansı bir əşyaya və ya şəkilə baxarkən məhz diqqətimizi ilk çəkən nədirsə o sizin xarakterinizdən xəbər verə bilər. Bu dəfə də sizin diqqətinizi çəkən ilk işarə və ya şəkilI test edəcəyik. Şəkilə əvvəlcə yuxarıdan aşağıya, daha sonra aşağıdan yuxarıya doğru baxın. Şəkilə baxarkən ilk olaraq nə gördünüz? Cavablara nəzər salın: Ç. Çaplin - siz çox istedadlı insansınız. İstənilən çətin vəziyyətlərdən məharətlə çıxmağı bacarır, doğru yolu seçə bilirsiniz. Çoxları hesab edir ki, sizin həyatınız başdan-başa ssenaridir və siz bu “filmin” baş qəhramanısınız. Ayaqqabı - Sizin xoşagəlimli geyim tərziniz var. Yeni tanış olduğunuz insanlarda ilk olaraq geyimlərinə və geyimlərində uyğunluqlara diqqət edirsiniz. Çəngəl - Sizin qeyri-adi və həssas zövqünüz var. Sizi, əminliklə qurman adlandıra bilərik. Ən əsası odur ki, öz zövqünüzü dəyərsiz "reseptlərlə" korlamayın. Vermişel - Ruhunuz italyan ruhudur. Xırdaçı, həssas və zərifsiniz. Dünyaya günəş eynəkləri altından baxmağa üstünlük verirsiniz.

Gün sakit deyil, əhvalınız dəyişə bilər - Günün qoroskopu, 29 avqust

Qoç - Cari problemləri tərəfdaşlarınızla müzakirə edin. İşdəki ağırlıq və yükü bölüşdürün. Əvvəllər dilə gətirilməyən, sirli saxlanan məsələlər gündəmə gələ bilər.Maddi və fiziki resurslarınızı tükətməyin.Çətin qərarı təxirə salmayın.Əsas işi seçin, ikinci dərəcəli məsələləri təxirə salın.Məntiqli və soyuqqanlı olsanız, daha çox iş görə bilərsiniz.Məhsuldarlığınız çalışdığınız şəraitdən asılıdır. Gərəkli vasitələr və avadanlıq əl altında olmalıdır. Ətrafınızdakı insanlarla yalnız zərurət yarananda təmasda olun. Buğa - Səfər, səyahət və ezamiyyət üçün uğurlu gündür. Yeni işə başlamaq, yaşam arealında yeniliklər etmək olar. Şəxsi məsələlərin həlli, dostlarla görüş, sevdiyiniz insanla görüşü təxirə salmayın.Dükanlara baş çəkin, alış-veriş edin.Gərginlik hiss edirsinizsə, yaşanan problemlərin istisnasız olaraq hamısının sizinlə bağlı olduğunu düşünməyin. Tərəfdaşlarınız və ya iş yoldaşlarınızdan gözləntilərinizə tam uyğun davranmağı tələb etməyin.Problem və səhvlərə qapanmayın. Sədləri aşmaq, maneələri dəf etmək mümkündür.Bir mövzuya diqqətinizi yönəldin.Gəlir və ya mənfəət hiss etdiyiniz yerdə, mövzunun perspektivdə inkişaf edə biləcəyi müstəvidə qətiyyətli olun. Əkizlər - Oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən asılıdır.Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin.Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır.Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa yardım edə bilər.Kommersiya işlərində uğurlu gündür.Axşam saatlarında romantki şəraitdə görüşü reallaşdıra bilərsiniz.Birgə planları müzakirə edin. Xərçəng - Təmaslar, əlaqələr, gələn məlumatların sayı sürətlə artır. Səhər saatlarından etibarən qətiyyətli və inamlı olun.Kiçik problemlərlə qarşılaşanda ruhdan düşməyin, geri çəkilməyin.Əhvalınız yaxşılaşacaq. Amma praktiki olun, hər addımı ölçüb-biçin, diqqətli davranın.Yaşamınızda şüurlu dəyişikliklərə başlaya bilərsiniz. Ehtiyac yaranarsa, sərt davranın. Şəxsi münasibətlərdə həssas olun, maliyyə məsələlərinin çözümündə hesabı unutmayın.Ev işləri ilə məşğul olun.Ailə üzvlərinin maraqlarını yaddan çıxarmayın. Onlar sizdən diqqət və qayğı gözləyirlər. Şir - Aktivliyinizi artırın. Görüş, müzakirələr, yaradıcılıq aktivliyinizin izharı uğurlu olacaq. Ətrafınızdakı insanların maraqlarına zidd olarsa, niyyətinizi açıqlamayın.Yaxın gələcəkdə işlərinizə ciddi təsir edə biləcək yeniliklər ola bilər.Hansısa mövzunu hərəkətə gətirin. Stereotip anlamlardan qurtulun. Şərtlərin təsiri ilə planlarınızı dəyişmək ehtiyacına bir qədər sadə baxın.Axşam saatlarında dəvət aldığınız yerə gedin.Tələsməyin, kəmhövsələ olmayın. Maraqlarınızı bölüşən insanla söhbətləşin. Qız - Yaxın günlərdə dürüst hərəkət etmək üçün prioritetləri yanlış müəyyənləşdirməyin. Gerçəkdən də mühüm məsələləri həll etmək şansı yaranır. İşgüzar fəaliyyətlə bağlı maraqlı imkanlar yaranarsa, istirahəti təxirə salın.Bir çox mövzunu fərqli yollarla enerji ilə zənginləşdirə bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birindən dəstək və ya yardım almaq istəyirsinizsə, məsləhətləri qulaqardına vurmayın. Əks təqdirdə həmin insanın sizə olan marağı itəcək.Maraqlandığınız məsələ işə məşğul olun, həmfikirləri ətrafınıza toplayın, müxtəlif mövzuları müzakirə edin.Sözügedən proses bilavasitə, praktiki xeyir verə bilər. Əks cins mənsubu ilə təmaslar xoş olacaq. Tərəzi - Ayın ən effektiv və məhsuldar günüdür. Sizin üçün təxirəsalınmaz, ciddi məziyyətə malik işlə məşğul olun.Enerji potensialı yüksək olduğundan problemlərin və məsələlərin sürətli həllinə çalışın. Yerdəyişmə, ünsiyyət, əlaqələrin bərpası, yeni tanışlıqlara ehtiyac duyula bilər.Sonradan önəmli rol oynaya biləcək nüanslarla xırdalıqlara fikir verin. Çoxdan tanıdığınız, bələd olduğunuzu düşündüyünüz insanla münasibətlərdə yeni məqam aşkarlanır.Axşam saatlarını evdən kənarda, dostlar və ya sevdiyiniz insanla keçirə bilərsiniz. Əqrəb - Emosiyaların işə və effektiv fəaliyyətə mane olmaması üçün gərəkli balansı məyyənləşdirin. Uzunmüddətli mübahisələrə qatılmayın. Ətrafınızdakı insanlardan biri sizə maraqlı məsləhət verəcək.Bu gün ciddi anlaşma və ya razılaşma əldə etmək çətindir. Müstəqil fəaliyyət daha yaxşı, əhəmiyyətli nəticələr verə bilər.Romantik münasibətlərdə mütləq şəkildə ənənəvi davranış modelinə, rəğbət və diqqət izharının formatına riayət edin.Axşam saatlarında gözəl məkanda dincəlməyə çalışın. Oxatan - Görüş və danışıqlar hansısa məsələnin maliyyə yönlərini ön plana çəkəcək. Həmsöhbətin şirin dilinə, vədlərinə uymayın. Fəaliyyətlə işdəki rol bölgüsünü məntiqi baxımdan araşdırın, problemli məqamları nəzərdən keçirin. Bilik və bacarıqlarınızı nümayiş etdirin.Perspektivlərinizi genişləndirin.Günün ikinci yarısında aktiv olun. Plana riayət edərək mümkün qədər çox iş görməyə çalışın. Sabaha yarımçıq iş saxlamayın.İstirahəti unutmayın, əks təqdirdə ertəsi günə yorğun başlayacaqsınız. Oğlaq - Ailənin maraqlarını hər şeydən üstün tutun. Sevdiyiniz insanların qayğısına qalın. İşlərin düzgün təşkilatı və qayda indi önəmli məsələdir. Hadisələrin məcrasına təsir etmək istəyirsinizsə, düşünülməmiş addımlar atmayın.Tərəfdaşın tempini anlayın. Onun aktivliyi, ambisiyaları və qətiyyəti ümumi işin xeyrinədir. Məqsədə doğru dinamik hərəkət edin.İdeyalarınız imkanlarınızın spektrini genişləndirəcək. Cari məsələlərlə bağlı tələskənliyə yol verməyin.Axşam saatlarında zahiri görünüşünüzə fikir verin. Dolça - Sakit gün olmayacaq. Yeni ideya və təşəbbüsləriniz var. Bir yerdə oturmaq çətindir.Əlaqələr, təmaslar, yerdəyişmələr çoxdur. Ünsiyyət və təmaslarda rəvanlıq olmayacaq. Sözlərinizə fikir verin. Ətrafınızdakı insanların qəlbinə toxunmamaq üçün sayıq davranın.Aktivlik pozitiv səciyyəli olmalıdır.Axşam saatları ünsiyyət, yeni əlaqələr və tanışlıqların yaradılması üçün əlverişlidir. Şəxsi münasibətlər müstəvisində etiraflar, birgə planların müzakirəsi və sirlərin bəzilərinin faş edilməsi üçün əlverişli zamandır.Səfər və ya səyahətə çıxmaq olar. Daxili tarazlığı qorumaq üçün sinirlənməyin.Yaşam arealı və iş yerinizdə qayda yaradın. Balıqlar - Səbirli və uzaqgörən olun. Böyük planlar və gözləntilər problemlərlə qarşılaşa bilər. Soyuqqanlı olun, kiçik və xırda məsələlərə sinirlənməyin.Çətinliklər situativ səciyyəli olduğundan onları asanlıqla dəf edə bilərsiniz.Əks cins mənsubuna qarşı diqqətli olun. Ünsiyyətdə şəxsi məsələləri müzakirə etməkdən yayının.Axşam saatlarında sakit istirahəti seçin. Təbiət qoynunda, dostlarla birlikdə vaxt keçirin.Romantik görüş stressdən qurtulmağa yardım edər. Milli.Az

Yumor hissiniz nə qədərdir? - Yoxla

1.Əgər kimsə meşəyə göbələk yığmağa uşaq arabası ilə gedirsə demək o bunu... 1.Maraq üçün edir.2.ilanlardan qorxduğu üçün edir.3.göbələkləri daha yaxşı görmək üçün edir.2.Çəlləkdə pivə satan kişi başqasına pul verib,limonad almağı xahiş edirsə,demək o... 1.pulunu daha xeyirli xərçləmək istəyir.2.insanları güldürmək istəyir.3.artıq düz yola gəlib.3.İş yoldaşınız işdə yuxuya gedib. Siz: 1.rəhbərliyi onu oyatmaq üçün çağırarsan.2.O durana kimi bir stəkan çay içərsən.3.Qapını bərk çırparsanki o oyansın.4.Avtobusda yaraşıqlı oğlan(qızla)tanış olmusan.O,səninlə görüşməkdən imtina edir. Siz cavabında: 1.Sizinlə görüşməyimə şad oldum.2.yaxşı,eybiyox,başqa vaxt görüşərik.3.niyə?5.Yolda biri yaxsınlaşıb səndən 50 qəpik istəyir. Siz cavabında: 1.özüm mənə pul verən adam axtarıram.2.pulum yoxdur.3.nəyinə lazımdır?6.Yolda gözünə belə bir elan sataşır:"Volqanı nəyə oldu dəyişirəm" . Sizcə bu elanı verən insan: 1.gözləyir ki,görəsən mənim tələmə düşən hansı ağıllı olacaq?2.yəqin bilmir pulları hara xərcləsin.3.deyəsən,onun başı xarab olub.7.Avtobusa qəfildən kimsə ayağının üstünə çıxıb və çəkilmək istəmir. Siz deyirsiniz: 1.üstündə dayandığınız o ayaq var ha, mənimdir.2.bəlkə sizinlə yerlərimizi dəyişək.3.zəhmət deyilsə biraz oyana çəkilərdiniz.8.Detektiv filmin ən maraglı hissəsində ekran qaralır. Siz düşünürsünüz ki... 1.bu ərəfə filmin sonunu düşünə bilmək üçün əla imkandır.2.təbii,haldır,ola bilər.3.telekanalın işçiləri işlərin pis görürlər.9.Telelotoda biletin udub.Lakin onu təqdim edib,uduşu götürmək yaddan çıxıb. Sizin reaksiyanız: 1.şansımı qaçırtdım.2.mənim bəxtim onsuzda yoxdur.3.həyatda hər zaman uğursuzlugnan qarşılaşmışam.10.Qonaqlıqda seni sevmədiyin bir yeməyə qonaq edirlər. Siz: 1.Gülümsənərək, ev yiyəsinin məharətli aşbaz olduğunu bildirərsən.2.məcburən xörəyi yeyərsən.Amma üzünü elə turşudarsan ki, hamı başa düşsün ki, sən bu yeməyi bəyənmirsən.3.Xörəkdən imtina edirsən. Hər birinci cavaba 3xal, ikinci cavaba 2 xal, üçüncü cavaba isə 1 xalNƏTİCƏ:21 xaldan 30 xala kimi: Yumorist insansan hər şeydə bir zarafat axtarırsan. Şən olmağın yaxşıdır,amma bu xasiyyətinlə başqalarının xətrinə dəyə bilərsən.11 xaldan 20 xala kimi: Yumor hissin güclüdür. Lakin belə başqalarını bezdirə bilərsən.Bir az ciddi olsan,insanlar dediyin sözlərə inanarlar. Çünki danışdığın hər mövzunu zarafat bilirlər. Atalar yaxşı deyib:Yalançının evi yandı,heç kim inanmadı.6 xaldan 10 xala kimi: Şənsən. Bu xasiyyətin insanlarada siyarət edir.Dostlarının əhvalını aça bilməyin səni daim diqqət mərkəzində saxlayır.0 xaldan 5 xala kimi: Cansıxıcı xasiyyətin var. Darıxdırıcı insansan. Səni dostlarında əyləndirə bilmir. Bəzən elə olur ki,dostların bu qarabaqlığından bezib,sənin əhatəndən uzaqlaşırlar.Belə davam etmək olmaz. Özünü ələ almağa çalış.