İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam arabir yağış yağacaq, şimşək çaxacaq. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları, əsasən, yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək. Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, sentyabrın 8-9-da hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-30 dərəcə isti təşkil edəcək.
Qoç - İstənilən birgə fəaliyyətdə ehtiyatlılıq lazımdır. Bu gün hətta adətən asanlıqla dil tapdığınız adamlarla da yola getmək çətin olacaq.Yaxınlarınızı sevindirmək üçün bəhanəniz olacaq. Köhnə dostlarınızda xoş xəbərlər mümkündür, sevgiliniz tərəfindən sürprizlər də istisna deyil. Lakin olduqca çox şey gözləməməlisiniz - ətrafdakılara qarşı həddindən artıq tələb ciddi problemlərə səbəb ola bilər. Buğa - Düzgün seçilmiş taktika nəticəsində rəqibləriniz üzərində qələbə qazana bilərsiniz. Lakin müttəfiqlərinizə həddindən artıq inamınız üzündən itkilər də istisna deyil. Onların fəaliyyətlərinə nəzarət etməyə çalışın, dəqiq tapışırıqlar verin: qarşılıqlı anlaşmanın çatışmazlığı ağır nəticələr verə bilər.Şəxsi xarakterli problemlər istisna deyil. Lakin bu çətinliklərin öhdəsindən gəlməkdə sizə valideynləriniz yardım edə bilərlər. Sevdiyiniz şəxsin tənqidi fikirlərinə qullaq asmağa dəyər: onlar tamamilə konstruktivdirlər. Əkizlər - Qeyri-populyar qərarlar qəbul etməli olacaqsınız. Lakin yəqin ki, onları dəstəkləməyə hazır olan adamlar tapılacaq. Adi, yeknəsək işlər çox vaxtınızı alacaq.Günün əhəmiyyətli hissəsi keçmişlə bağlı xatirələr və düşüncələrə həsr olunacaq. Bu gün sizin əhval-ruhiyyənizi konstruktiv adlandırmaq olmaz. Səhvləri təhlil etmək və nəticə çıxarmaq əvəzinə, özünüzü söyür və tənqid edirsiniz. Bu, yaxınlarınızla rahat ünsiyyətə mane olur, ruhi tarazlığı pozur. Xərçəng - Nəzərə çarpan olmasa da, xoş gündür. O, nə iləsə keçmişə qayıdışla yadda qalacaq. Lakin bu, indini unutduracaq qədər güclü olmayacaq. Gün birgə layihələr üçün çox münasibdir - ailəvi, kommersiya və ya yaradıcı layihələr.Axşam saatları elmi ədəbiyyat oxumaq, xarici dil öyrənmək və ya tədqiqat işləri üçün əlverişlidir. Şir - Günün ahəngdar və sakit gedişi əsas məsələni sizin diqqətinizdən qaçıra bilməz: böyük ümidlər bəslədiyiniz başlanğıclar təəssüf ki, uğursuzluğa məhkumdur. Əməkdaşlıq, istənilən birgə fəaliyyət çoxsaylı problemlərlə müşayiət olunacaq. Xoşbəxtlikdən yanınızda sizə köməyə gəlməyə hazır olan adam var.Yaradıcılıq potensialının həyata keçirilməsi, müsiqi, rəsm və ədəbiyyatla məşğul olmaq üçün çox əlverişli gündür. İstedadınız diqqətdən kənarda qalmayacaq, ünvanınıza çoxsaylı xoş sözlər eşidəcəksiniz. Qız - Asan və gözəl gün olduğunu demək olmaz. Lakin hadisələrin inkişaf məcrası sizin üçün münasib görünəcək. Müsbət tendensiyalar tezliklə güclənəcək. Hələlik isə sakitcə işləmək, cari məsələləri həll etmək lazımdır.İstər işgüzar, istərsə də dostluq ünsiyyəti üçün əlverişli gündür. Maraqlı təkliflər mümkündür. Həyatınızı dəyişməkdən qorxmayın - sağlam düşüncə və ulduzlar sizi səhvlərdən qoruyacaq. Tərəzi - Prinsiplərinizə sadiq qalın. Bü, çox vacibdir. Çünki bəzən sizə elə gələ bilər ki, şərait zidd nəsə tələb edir. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Mümkün olan yerdə məsuliyyəti bölüşün.Yaxınlarınızla münasibətlər kifayət qədər gərgin olacaq. Bu günü "itkisiz" keçirmək şansı var. Bunun üçün yalnız ehtiyat və ağıl lazımdır. Əqrəb - Səy göstərməklə uğur əldə etmək olar. Lakin sürprizlər və gözlənilməz dönüşlərə də hazır olmaq lazımdır. Bu gün həyat qəbul edilməsi asan olmayan hədiyyələr gətirəcək. Əgər yenilikdən qorxmursunuzsa, irəliyə vacib addımı ata bilərsiniz. Maliyyə çətinlikləri mümkünür. Cərimələr və başqa xoşagəlməz xərclər istisna deyil.Şəxsi münasibətlərdəki problemlər ciddi yanaşma, başqalarının məsuliyyətini öz üzərinə götürmək bacarığı sayəsində həll oluna bilər. Sonradan peşimanlığını çəkəcəyiniz hərəkətlər istisna deyil. Oxatan - Əgər əvvəlcədən müstəqil şəkildə fəaliyyət göstərməyə qərar versəniz və ətrafdakıların təqdirini, yardımını gözləməsəniz, gün kifayət qədər uğurlu olacaq. Düzdür, "bir nəfər hamıya qarşı" vəziyyətinə qibtə etmək və komfortlu adlandırmaq olmaz. Lakin o, sizə irəliləməyə və öz maraqlarınızı müdafiə etməyə imkan verəcək.Bu gün zərərli vərdişlərdən imtina etmək sağlamlığınız üçün zərərli olan zəifliklərə yol verməmək tövsiyə olunur. Sevdiyiniz adamla fikir ayrılıqları mümkündür. Oğlaq - Naz, flirt və xoş ünsiyyət günüdür. Rəhbərlik xatırladacaq ki, işləmək də pis olmazdı. Amma siz işləmək həvəsində deyilsiniz. Günü danışıqlara, o cümlədən, potensial işəgötürənlə görüşə, gələcəklə bağlı planların müzakirəsinə, yaradıcılıq fəaliyyətinə həsr etmək olar. Bir sözlə, adi darıxdırıcı işlərdən başqa istənilən şeylə məşğul olmaq mümkündür.İndi siz çox zəifsiniz və mənfi təsirə məruz qalmısınız, xoş mühitə ehtiyacınız var. Yanınızda dostcanlı, istənilən an kömək əlini uzatmağa hazır adamlar olmalıdır. Bu mühit sayəsində ovqatınız yüksələcək. Dolça - Diqqəti cari işlərə yönəldin. Bu gün keçmişin və ya uzaq gələcəyin hadisələri yox, məhz onlar diqqətə layiqdir. Müstəqil fəaliyyət üçün çox əlverişli gündür. Nəzərə alsaq ki, indi kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirmək çox çətindir, sadəcə olaraq, əlaqələri azaltmaq daha məqsədəuyğundur.Sizdən planlarınızı dəyişməyi, çeviklik və güzəşt tələb edən çətin vəziyyətlər mümkündür. Balıqlar - Əmr vermək, rəhbərlik etmək istəyi var və bu, alınır. Bədbəxtlikdən, uğur üçün bu kifayət deyil: özünüz də işləməlisiniz. Bu gün bir çox Balıqlar anlayacaqlar ki, yalnız əmək şücaətinə qadir deyillər, həm də bundan zövq alırlar. Bu, son vaxtlar düz yol seçdiyinə şübhə edənlər üçün xüsusilə xoşagələn kəşf olacaq.Şəxsi həyatda hər şey əla gedəcək. Yaxınlarınız sizin diqqətinizdən məmnun qalacaqlar. Milli.Az
Aritmiya – ürək ritminin, yəni ürək yığılmaları tezliyinin, gücünün və ardıcıllığının pozulmasıdır. Məsələ burasındadır ki, ürək, çox güclü əzələli nasosdur. Müəyyən ritmə uyğun yığılan zaman qanı damarlara qovur, nəticədə orqan və toxumalar qida maddələri və oksigenlə təchiz olunur. Aritmiya kifayət qədər cidi xəstəlikdir, çünki mütəxəssis nəzarəti olmayan bir sıra hallarda ölümlə nəticələnə bilir. Bununla yanaşı ritm pozulmaları heç də həmişə patoloji hesab olunmur. Ağır fiziki yüklənmə və stress kimi hallarda ürəkdöyünmənin yaranması orqanizmin normal reaksiyasıdır. Lakin əgər ritm pozulmaları tez-tez, hətta sakitlik zamanı da baş verirsə, onda mütləq kardioloqa müraciət etmək lazımdır. Belə pozulmaların səbəbləri müxtəlifdir. Bunlardan: - Yanaşı ürək-daman sistemi xəstəlikləri (ÜİX, miokardın iltihabı, ürək qüsurları, hipertoniya və s.) - Ürək-damar sisteminin funksional pozulmaları - Sinir sisteminin funksional pozulmaları - elektrolit balansının pozulması - alkoqol, nikotin, narkotiklər, dərman intoksikasiyası - endokrin sistemin xəstəlikləri Ürək ritminin pozulmasına səbəb olan bəzi başqa risk faktorları da var. Bunlara tez-tez soyuqlama, mütəmadi streslər, fiziki yüklənmə və s. aiddir. Hazırda aritmiyanın bir neçə forması ayırd edilir: - taxikardiya (ürək ritminin sürətlənməsi) - bradikardiya (ürək ritminin ləngiməsi) - ekstrasistoliya (ritmdənkənar yığılmaların yaranması) - qulaqcıqların səyirməsi (ürək əzələsinin ayrı-ayrı liflərinin yığılması) Taxikardiya – ürək ritminin hər hansı bir səbəbdən dəqiqədə 80-85 vurğudan çox artmasıdır. Bu zaman ritm düzgün olur, yəni ürək yığılmaları arasındakı intervalların müddəti eyni olur. Əlamətləri – ürəkdöyünmə, zəiflik, başgicəllənmə, hava çatışmazlığı hissi, bayılmadır. Taxikardiya bir sıra səbəblərdən yaranır: - fiziki və emosional yüklənmə, hərarətin yüksəlməsi, alkoqol qəbulu zamanı orqanizmin normal reksiyası - arterial təzyiqin düşməsi (məsələn, qanaxma zamanı) - anemiya - irinli infeksiyalar - bədxassəli şişlər - hipertireoz - bəzi dərmanların qəbulu - ürək əzələsinin və keçirici sistemin patologiyaları və s. Bradikardiya – ürək vurğularının sayı dəqiqədə 60-dan aşağı olmasıdır. Bradikardiyalı xəstələri zəiflik, başgicəllənmə, bayılma, soyuq tərbasma kimi əlamətlər narahat edir. Əsas iki səbəbi ayırd edilir: - sinus düyününün zəifliyi sindromu, yəni sinus düyününün impuls yaratma qabiliyyətinin zəifləməsi - impulsların ötürülməsinin zəifləməsi Bir çox hallarda bradikardiya ürəyin işemik xəstəliyi, hipertenziyalar, miokarditlər, endokrin xəstəliklər, qanda kaliumun səviyyəsinin artması, kəllədaxili təzyiqin artması fonunda yaranır. Qulaqcıqların səyirməsi səyirici aritmiyanın bir forması olub, qulaqcığın ayrı-ayrı liflərinin tığılması ilə xarakterizə olunur. Əgər qulaqcıqların səyirməsi zamanı çoxsaylı ocaqlar yaranırsa, ürək əzələsinin bütövlükdə yığılması pozulur. Nəticədə ürək boşluğunda qan laxtalanır və laxtalardan biri baş beynin arteriyasına düşürsə, beyin qan dövranının pozulması və iflic baş verir. Aritmiyanın bu növü çox vaxt hipertoniya, şəkərli diabet, ürək qüsurları və başqa xəstəliklərin fonunda yaranır. Ekstrasistoliya – növbədənkənar tək və ya cüt ürək yığılmalarının yaranması səbəbindən ürək ritminin pozulmasıdır. Aritmiyanın bu növündə fizioloji impuls mənbəyindən kənarda yeni impuls mənbəyi yaranır və ekstrasistolalar generasiya edir. Əgər 3-4 ekstrasistola bir-birinin ardınca gəlirsə bu, artıq paroksizmal taxikardiya kimi qiymətləndirilir. Aritmiyaların dərman bitkiləri ilə müalicəsi Ürəkdöyünmələr zamanı kasnı kökünün dəmləməsi: 2 çay qaşığı kasnı köklərinin üzərinə 250 ml qaynar su tökülür, ağzı qapaqla bağlanır və 2 saat müddətində dəmlənir. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 3-4 həftədir. Ürəkdöyünmədə üçrəng bənövşə dəmləməsi: 2 xörək qaşığı üçrəng bənövşə yarpaqları 500 ml qaynar suda 4 saat müddətində dəmlənir. Gündə 3-4 dəfə 1/2 stəkandan 3-4 həftə müddətində qəbul edilir. Yemişan ürəkdöyünmədə faydalıdır: 1 xörək qaşığı yemişan yarpaqlarının üzərinə 750 ml qaynar su tökülür, 30 dəqiqə dəmləndikdən sonra süzülür. Gündə 3 dəfə, hər dəfə 1 stəkandan yeməkdən sonra 2-3 həftə müddətində qəbul edilir. Ürəkdöyünmədə dərman bədrəncin dəmləməsi: 1 xörək qaşığı bədrənc (limonlu nanə) yarpaqları xırdalanır, üzərinə 250 ml qaynar su əlavə olunur, 30 dəqiqə müddətində dəmləndikdən sonra süzülür. İlıq şəkildə gündə 3 dəfə 1/2 stəkandan yeməkdən əvvəl qəbul edilir. Qulançar bişirməsi ürəkdöyünmə əleyhinə: Qulançarın xırdalanmış köklərindən 1 xörək qaşığı, otundan isə 1-2 çay qaşığı götürülür. Köklərin üzərinə qaynar su tökülür və ocağa qoyularaq 2 dəqiqə qaynadılır. Bişirməyə quqlançar otu əlavə olunur və 2 saat müddətində dəmlənir. Gündə 3 dəfə 2 xörək qaşığından yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. 4 həftə müddətində qəbul edilir. Ürəkdöyünmə əleyhinə limonlu ballı qarışıq: 0,5 kq limon sürtgəcdən keçirilir, 20 ədəd əriyn toxumları xırdalanır və bu inqridiyentlər balla qarışdırılır. Səhər və axşam yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir. Fitoterapevt Elnur Rəhimov
Ətrafdakıların hərəkət və vərdişlərinə qatlaşmaq asan iş deyil. Lakin unutmayın ki, eyni zamanda sizə də kimsə dözür. Təqdim etdiyimiz sualları tez və çox düşünmədən cavablandırsanız səbrinizin sərhəddini öyrənə bilərsiniz.1. Ağlınıza maraqlı fikir gəldi, lakin əməkdaşlarınız bunu dəstəkləmədilər. Onları ağılsızlıqda təqsirləndirməyə dəyərmi?a) bəli, onlar buna layiqdirlərb) xeyr, ola bilsin, onlar düz deyirlər2. Dostlarınızdan biri istirahət etdiyiniz vaxt voleybol komandası yığmaq fikrinə gəldi. Komandada oynamağa siz bir şərtlə razı olarsınız...a) orada yalnız güclü oyunçular olacaqb) kim istəsə, oynaya bilər3. Əgər iş yoldaşlarınızdan biri hansısa insan haqqında sizə pis məlumat çatdırsa, o insana qarşı münasibətiniz dəyişəcək?a) bəli, özü də mənfi istiqamətdəb) ümumiyyətlə dəyişməyəcək4. Qeyri-adi makiyaj və saç düzümü olan, olduqca cəsarətli geyimlərə üstünlük verən insanlar sizi qıcıqlandırırmı?a) söhbət ictimai yerlərdən gedirsə, bəlib) xeyr, ictimai yerlər məhz insanların fərqini hiss etmək üçündür5. Nəqliyyatda ayağınızı bassalar, özünüzü idarə edə biləcəksiniz?a) məncə, bu gərəksizdirb) əlbəttə ki, dözmək lazımdır6. Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman panikaya qapılırsınızmı?a) bəli, buna ixtiyarım varb) xeyr, bu onsuz da heç nəyi dəyişməyəcək7. Əgər Allahın təkliyinə inanırsınızsa, sizi ateist və digər dinə qulluq edən insanlar qıcıqlandırırmı?a) bəli, onlar mühüm şeyləri başa düşmürlərb) xeyr, bu hər kəsin öz işidir8. İş yoldaşınız sizdən daha üstün vəzifəni tutsa, neyləyəcəksiniz?a) rəhbərliyin qarşısında ona səhvlərini göstərəcəyəmb) öz səviyyəmə endirəcəyəm9. Yaşlı insan öz keçmiş dövrünü tərifləyir. Siz onunla mübahisə edəcəksinizmi?a) bəli, belə məqamlarda susmaq olmazb) xeyr, bu ağılsızlıqdır10. Yeni qonaq gəldikdə hər kəs fikrini ona yönəldir. Sizin reaksiyanız...a) yenidən diqqət mərkəzində olmağa çalışacağamb) fürsətdən istifadə edərək istirahət edəcəyəmYekunƏgər "A" cavabları üstünlük təşkil edirsə:Gərək özünüzə diqqət yetirəsiniz və ideal xüsusiyyətlərinizi yox səviyyəsinə endirən əlamətləri üzə çıxarasınız. Ola bislin ki, o zaman psixoloqun yanına getməyə ehtiyac qalmayacaq.Əgər "B" cavabları üstünlük təşkil edirsə:Həqiqətən, sizin səbr etmək bacarığınız xoşbəxtlik əlamətidir. Lakin siz çox sakit deyilsiniz? Bəlkə bu, ətrafdakılara laqeyd yanaşdığınızdan irəli gəlir? Əgər o baxımdan problem yoxdursa, bu cür davam edi.
Bir insanın üz quruluşuna diqqət yetirərək onun uzunmüddətli, yoxsa tək gecəlik münasibət tərəfdarı olduğunu anlamaq mümkündür. Psixoloq.az xəbər verir ki, İngiltərədə psixoloqlar tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, bundan sonra tərəf müqabilinizin sizin haqqınızada nə dərəcə ciddi fikirləşdiyini öyrənməyiniz üçün onunla uzun müddət bir yerdə olmağınız lazım olmayacaq. Bir insanın çənəsinin, gözlərinin, burnunun quruluşu onun daxili dünyasından, sağlamlıq vəziyyətindən xəbər verdiyi kimi, bu həm də o insanın ətrafdakılara münasibəti, qarşı tərəfdən gözlədikləri haqqında da müəyyən təsəvvür yaradır.İngiltərənin “Evolution and Human Behaviour” jurnalında bu barədə araşdırma yazısı ilə çıxış edən Aberdeen Universitetinin professoru Dr. Ben Jones öz yazısında bildirib ki, qarşı tərəf əslində öz siması ilə bizə hansısa mesajlar ötürmək istəyir. Bunun üçün onunüz cizgilərinə fikir vermək lazımdır.Araşdırmalara görə, qadınlar, sərt cizgiləri, dairəvi çənəsi, büyük burnu, normaldan daha kiçik gözləri olan kişilərin uzunmüddətli, qalın dodaqları, iri gözləri olanların isə tək gecəlik münasibət tərəfdarı olduğunu düşünürlər.Qeyd edək ki, təcrübədə iştirak edən insanların 80%-i onlara təqdim edilən şəkillərə 10 dəqiqə içində düzgün diaqnoz qoymağı bacarıblar.
Statistikaya görə, büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s. Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər. Daha sonrakı illərdən (5-7 yaş) başlayaraq uşağınızın doğum gününə mütləq pul qutusu (money box) hədiyyə edin. Uşağa yeni əşyanın funksiyaları haqqında danışın. Qarşısına qoyduğu ilk məqsəd üçün pul yığımında uşağa dəstək olun (yaxşı olar ki, baha olmayan əşyalardan başlayasız). Bir müddətdən sonra övladınızla birlikdə nə qədər pulunun olduğunu sayın. “Alacağınız əşya üçün daha nə qədər lazımdır?” sualını cavablandırın. Mütləq pul yığılan zaman həmin əşyanı uşaqla birlikdə almağa gedin. Sonra isə “bu əşyanı sən özün almısan, afərin sənə!”-deyərək tərifləyin. Nəzərə alın ki, pul qutusu olan uşağa pulu yığa bilməsi üçün cib xərcliyi verilməlidir. Verəcəyiniz pulun həcmi aylıq qazancınızdan və ya uşağın yaşından asılı olaraq dəyişə bilər. Cib xərcliyini siz uşağın evdə gördüyü işə görə verə və artıra bilərsiniz. Uşağa “yaxşı oxusan, bu il 4 almasan” kimi şərtlərlə pul verməyin.* Hətta, daha böyük uşaqları “pulum yoxdur, səndə olsaydı mənə bu dəfəlik kömək edərdin” kimi təkliflərlə pul yığımına həvəsləndirin. Sonra təşəkkür edin və pul verdiyi üçün sizi necə çətin vəziyyətdən qurtardığını növbəti 2-3 gün ərzində təkrar edin. Uşağı 11-14 yaşlarında, mücərrəd təfəkkür inkişaf etdikdən sonra, virtual pulla tanış etmək olar: plastik kartla necə ödəmələr edildiyini, pulun bankda necə saxlanıldığını, kreditin nə olduğunu izah edin. Unutmayın ki, uşaqlar maliyyə qaydalarını öyrənən zaman səhvlər buraxa bilər, bu səhvlərə görə uşağı danlamayın və sakit şəkildə vəziyyəti izah edin. Uşağın səhvləri – valideyn məsuliyyətidir. Baxmayaraq ki, uşaqlar məktəbdə maliyyə anlayışı haqqında məlumat alırlar, lakin onlarda düzgün maliyyə vərdişlərinin yaranması valideynlərindən asılıdır. Övladınızda sağlam maliyyə vərdişləri yaratmağa çalışın: — Qazandığından çox xərcləmə; — Öz büdcəni tərtib et və ona riayət et; — Gəlirinin 10%-nə “təhlükəsizlik yastığı” kimi bax və o pulu yığ; — Lazım olmayan əşyalara pul xərcləmə. Bu qaydaları mənimsəyən uşaq pulla daha düzgün rəftar etməyi öyrənəcəkdir.
Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur. Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur. Ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur. Əgər qadın hamilə qalıbsa, ya da ana uşaq dünyaya gətirmək barəsində düşünürsə, daxilən buna hazır olmadıqda psixoloqa müraciət etməli və bu problemi çözməlidirlər. Əks halda bu, sabah ana və uşaq arasında bir anlaşılmazlıq yaşadır. Qadın hamiləlikdən öncə və sonra ana olmaq və uşağın qayğısına qalmaq, uşaq psixologiyası haqqında ədəbiyyat oxumalıdır. Analar üçün xüsusi psixoloji seanslara, seminarlara qatılmalıdır. Ana özünü hamiləlik dövrü üçün hazır hiss etməyəndə uşaq dünyaya gətirmək dönəmi ona çətin, ağır bir mərhələ kimi görünür. Qardaş və bacının həmyaşıd olmağının üstünlükləri çoxdur. Onların ortaq maraqları olur, bir-birini yaxşı başa düşürlər, daha çox birgə vaxt keçirirlər. Aralarında yaş fərqi böyük olan qardaş-bacının da münasibətlərinin müsbət cəhətləri çoxdur. Qardaş-bacı münasibətlərinin düzgün qurulmasında yaş o qədər də rol oynamır, əsas ailənin verdiyi düzgün tərbiyədir. Valideynlər övladlarına bərabər diqqət, qayğı və sevgi verməyi bacarmalıdır. Psixoloq Vəfa Rəşidova
Yeniyetmə yaşlarında orqanizmdə baş verən dəyişikliklər, inkişaf gənclərin və onların gələcəyi üçün cavabdehlik daşıyan böyüklərin qarşısına yeni problemlər çıxarır. Cinsi hormonların artıq dərəcədə hasil olunması nəticəsində orqanizmdə baş verən bioloji dəyişikliklər cinslər arasında münasibətlərin dəyişməsinə səbəb olur ki, bu da qarşıya ictimai və əxlaqi məsələlərin həlli kimi ciddi vəzifələr qoyur. Yaşlılar bunu bilməli və heç vaxt yaddan çıxarmamalıdırlar. Onlar gigiyena məsələləri haqqında məsləhətlərlə kifayətənməyib, yeniyetmə gənclərə orqanizmin biofizioloji xüsusiyyətləri, bu dövrdə müqabil cinsə münasibət haqda sadə, onların anlayacağı şəkildə məlumatlar verməlidirlər. Əgər bu yaşda orqanizmdə fizioloji dəyişmə prosesləri, şəxsi gigiyena qaydalarına aid məsələlərdə valideynlər uşaqlar ilə ümumi dil tapırlarsa da, yeniyetmə yaşlarında olan oğlanlarda baş verən bəzi seksual məsələlərdə onlar böyük səhvlərə yol verirlər. Bunlardan ən çox təsadüf olunanı valideynlərin, müəllimlərin təsadüf etdikləri onanizm — masturbasiyadır. Oğlanların bu “eyib işlə” məşğul olduğunu bildikdə xüsusilə analar çox həyəcanlanırlar. Bu vəziyyətdə, adətən, istər fizioloji və istərsə də psixoloji sferada elə bir gərginlik yaranır ki, gəncin şüuru qeyri-ixtiyari olaraq yalnız bir istiqamətdə fəaliyyət göstərir və onu müəyyən yollara bu vəziyyətdən qurtarmağa məcbur edir. Onanizmə də elə bu baxımdan münasibət göstərilməlidir. Birinci masturbasiyalar səbəbi dərk olunmadan, sonralar isə dərk olunmuş səbəblərlə edilir. Cinsi əlaqə istəyi, adətən, gəncin özü üçün uydurduğu xəyali fikirlər, fantaziyalar nəticəsində, məsələn, tanıdığı və ya tanımadığı qadının, qızın obrazını xəyalına gətirdikdə yaranır. Belə fantaziyalar məlum səbəblərə. görə oğlanlarda qızlara nisbətən daha çox inkişaf etmiş olur. Masturbasiya aktının-sayı gənc orqanizmin fərdi xüsusiyyətlərindən və onun azad vaxtlarından necə səmərəli istifadə etməsindən asılıdır. Bəzi gənclərdə psixoloji gərginlik o qədər güclüdür ki, cinsi istək onun başqa hissləri arasında üstünlük təşkil edərək gəncin diqqətini daimi olaraq seksual sahədə cəmləyir. Belələrini masturbasiya aktı müəyyən müddət üçün bu gərginlikdən çıxarır. Bir qayda olaraq normal cinsi əlaqənin başlanması onanizmlə məşğul olmağa son qoyur. Amma bəzi hallarda evləndikdən sonra da müəyyən səbəblərə görə (arvadın xəstəliyi, hamiləlik, aybaşı və s.) onanizmdən istifadə olunur. Bəzi gənclərin həyatında onanizm yeganə əyləncəyə çevrilir və o, vaxtının çoxunu masturbasiyaya həsr edir. Belə vəziyyət əksərən intellekt cəhətdən məhdud, qaraqabaq, utancaq və yaşıdlarından ayrılıb, onlarla yoldaşlıq, dostluq etməyən gənclərdə olur. Belələri təklikdə olmağı, vaxtını boş-boşuna keçirməyi xoşlayırlar. Buna görə valideynlər belə gəncləri müəyyən bir maraqlı fiziki və ya əqli işlə, idmanın bir növü ilə maraqlandırmalı, onu yaxşı, işgüzar həmyaşıdları ilə yoldaşlığa, dostluğa təhrik etməlidirlər. Ümumiyyətlə, qeyd etməliyik ki, fiziki əmək, idman onanizmlə məşğuliyyətin qarşısını tamamilə almasa da, onun sayının hiss olunacaq dərəcədə azalmasına səbəb olar. Yeniyetmənin onanizmlə məşğul olduğunu bildikdə valideynlər heç bir vaxt cəza tədbirlərinə əl atmamalı, bu işlə məşğul olmayacağı haqqında onun söz verməsini tələb etməməlidirlər. Unutmaq olmaz ki, belə yeniyetmələrdə iradə zəif olduğundan onanizm istəyi həmişə onun verdiyi vədə üstün gələcəkdir. Burada yalnız valideynlərin sakit, inandırıcı söhbəti və məsləhətləri, eləcə də oğlanın məsləhətləri anlayıb qəbul etməsi müəyyən rol oynayar. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu
İştah (lat. appetitus – arzu, istək deməkdir) - bu hissiyyat bir fizioloji mexanizm olub qidaya olan tələbatla bağlıdır, orqanizmə qida maddələrinin daxil olmasını tənzimləyir. İştah, həzm mərkəzi, xüsusilə də hipotalamus və baş beyin qabığı ilə bağlıdır. İştahanın oyanması qanda mübadilənin aralıq məhsullarının artması, onların hüceyrələr tərəfindən mənimsənilmə səviyyəsi, toxumaların susuzlaşması, boşalmış mədənin yığılması, bədən temperaturunun azalması, bir çox xarici qıcıqlandırıcıların təsiri, şərti-reflektor fəaliyyətlə (yeməyin görünüşü, qoxusu, daimi qoyulduğu yer və s.) bağlıdır. İştahanın tormozlanması isə yemək aktı zamanı, mədə divarının qida məhsulları ilə dartılması, yeyilmiş məhsulların həzmi, həzm olnumuşların qana sorulması, hormonal fonun dəyişməsi vaxtı baş verir. İştahanın azalması anoreksiya, patoloji artması isə bulimiya adlanır. Çox zaman insanlar iştahanın az olmasından şikayət edirlər. İlk öncə müalicəyə başlamazdan əvvəl iştahanın azalma səbəbləri araşdırılmalıdır, bunun üçün həkimə müraciət edilməlidir. Əsasən iştahanın azalması müəyyən xəstəliklərlə bağlı ola bilir – həzm traktının pozğunluqları, onkoloji xəstəliklər, depressiya və stress halları, müxtəlif psixi pozğunluqlar, virus mənşəli infeksion xəstəliklər, alkoqol və siqaretdən sui-istifadə, antibiotik və təzyiq əleyhinə qəbul edilən dərman preparatları və s. Reseptlər Uzun illər bal iştahaartırıcı vasitə kimi tətbiq edilmişdir. Uşağın iştahasını bərpa etmək üçün ona hər gün 1 çay qaşığı bal vermək kifayətdir. Zamanla veridiyiniz balı artıra bilərsiniz.1 ədəd limon əvvəlcə suda saxlanıb isladılır, bundan sonra blenderdən keçirilib üzərinə bir qədər şəkər tozu əlavə edilir. Gündə 1 dəfə yeməkdən əvvəl 1/2 xörək qaşığı daxilə qəbul edilir.2 xörək qaşığı melissanın üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmə qoyulur, alınmış dəmləmə süzülüb gündə 4 dəfə yeməkdən əvvəl 1/2 stəkan daxilə qəbul edilir.Bir neçə xörək qaşığı göyçiçək çiçəkləri 2 xörək qaşığı qaynar su ilə qarışdırılıb dəmlənilir, bundan sonra alınmış dəmləmə 3 yerə bölünərək gün ərzində yeməkdən əvvəl içilir.1 xörək qaşığı günəbaxan çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib gündə 3 dəfə 1/2 xörək qaşığı içilir.Çəmən yoncasının hamaşçiçəkləri 500 ml araqla birgə 5-6 dəqiqə müddətinə zəif odun üzərində bişirilir. Bundan sonra soyudulub süzülür, alınmış məhluldan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.0,5 kq qoz, 300 qr bal, 4 ədəd limonun şirəsi və 100 ml aloye şirəsi qarışdırılıb yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.Jenşenin kökü və kökümsovundan hazırlanmış cövhərdən 25 damcı 1/3 stəkan suya əlavə edilib gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.Xırdalanmış bağayarpağı yarpağının üzərinə 1 stəkan qaynar su əlavə edilib 20 dəqiqə müddətinə dəmlənilir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl içilir.2 xörək qaşığı yatıqqanqal bitkisinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 35 dəqiqə müddətinə dəmə qoyulur, süzüldükdən sonra gündə 4 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.10 qr acı yovşan bitkisinin üzərinə 200 qr qaynar su əlavə edilib dəmlənilir. Alınmış dəmləmə gündə 3 dəfə yeməkdən əvvəl 15-20 damcı daxilə qəbul edilir.1 xörək qaşığı zəncirotu kökü, hərəsindən 2 xörək qaşığı olmaqla acı yovşan otu və boymadərən bitkiləri qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə tam dolu olmayan 1 stəkan qaynar su əlavə edilir. 20 dəqiqə dəmlədikdən sonra süzülüb hər gün 4 saatdan bir yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.Kəcəvərdən əldə edilmiş cövhər gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4 stəkan daxilə qəbul edilir.Hər gün 4 ədəd kök və 1 dəstə vəzəri şirəçəkəndən keçirilib alınan miqdar qədər su ilə durulaşdırılır. Bu qarışım yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.Gün ərzində ədviyyatlı çay içməyə çalışın, xüsusilə də zəncəfilli və itburnulu çayı iştahanı artırır.Aktiv həyat tərzi keçirməyə çalışın. Pis vərdişləri özünüzdən uzaqlaşdırın.Gün ərzində çalışın ki, çoxlu maye, adi su qəbul edəsiniz.Turş dadlı meyvə və giləmeyvələrə üstünlük verməyə çalışın. Sevdiyiniz hər hansı bir yeməyi az porsiyalarda tez-tez yeyin.Yediyiniz yeməyin xarici görünüşünə önəm verib onu hər dəfə müxtəlif formalarda bəzəyin. P. S.: Burada qeyd edilən bitki dəmləmələrini qəbul etmək olar. Lakin qəbul zamanı əks göstərişlər (mədədə turşu ifrazının yüksək olması, kəskin qastrit, mədə və bağırsaq xoraları və s.) də nəzərə alınmalıdır. Tam ziyansız hər kəsin rahat şəkildə istifadə etdiyi məhsul propolisdir (vərəmum). (propolis.az)
Hər insan üçün öz sənəti çətin gəlir. Çünki hər bir işin öz qayğıları, çətinlikləri olur. Ancaq təbii ki, peşələr, ağır iş rejiminə görə fərqlənirlər. Psixoloq.az xəbər verir ki, "Forbes" jurnalı ən stresli işlərin siyahısını hazırlayıb. Bəs bunlar hansılardır? Onlardan ilk yeri isə yanğınsöndürənlər tutur. Foto müxbir Qaynar xəttə mərkəzində işləyənlər. Xəbər aparıcısı Aktyor Polis Pilot Zabit Əsgər Yanğınsöndürən Qəzet muxbiri.
Azərbaycan ərazisində sentyabrın 7-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 7-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Tam razısınızsa – 4 bal.Qismən razısınızsa – 3 bal.O qədər də razı deyiləm – 2 bal.Qəti razı deyiləm – 1 bal. 1.Məncə,gözəl yumor hissim var. 2.Mənim intuisiyam pis deyil,hər zaman da digərlərinin nə nəzərdə tutduğunu anlayıram. 3.Ümid edirəm ki,gələcəkdə məni çoxlu yaxşı şeylər gözləyir. 4.Məncə insanlara mənimlə ünsiyyət saxlamaq xoşdur. 5.İnsan mənə oxşamasa və baxışları mənim baxışlarımla üst-üstə düşməsə də o insan mənə simpatik ola bilər. 6.Mən uşaqları sevirəm. 7.Mən müxtəlif vəzifələri həll etməyi xoşlayıram. 8.Hansısa işi görəndə,onu yaxşı etmək üsulu tapmağa çalışıram. 9.Məni müxtəlif hadisələrin səbəbi maraqlandırır. 10.İşlə yanaşı mənim bir çox əyləncələrim var. 11.İstənilən dəyişiklikləri yaxşılığa doğru kimi qəbul etməyə çalışıram. 12.İşim digərlərinə xeyir gətirir. 13.Mən hərdən arzu etməyi xoşlayıram. 14.Xoşladığım mahnı əhval-ruhiyyəmi qaldırır.1 5.Mən yeni ideyaları böyük maraqla qarşılayıram. 16.Bir qayda olaraq çətinliklər və maneələrlə rastlaşarkən təslim olmuram. 17.Uğurlu zarafata səmimiyyətlə gülməyə hazıram. 18.Mənim sirlərimi bölüşə biləcəyim,bir nəfər də olsa yaxın insanım var. 19.Mən fiziki fəallıqdan həzz alıram. 20.Yeni insanlarla görüşməyi xoşlayıram. 21.Mən hələ də bacara bilmədiklərimi öyrənmək istərdim. 22.Cazibəli görünməyə çalışıram,deyəsən bu məndə alınır. 23.Məni darıxdıran xoşagəlməz xırda hallara imkan yaratmıram. 24.Mənim yaşadığım zaman xoşuma gəlmir. 25.Elə düşünürəm ki,imkanlarımı göstərə biləcəyim hal olacaq. N Ə T I C Ə L Ə R. 75 baldan yuxarı-Doğum ilindən asılı olmayaraq siz həyat qüvvəsi və özünəinamla dolusuz.Siz ünsiyyətcil,optimist,xeyirxahsınız.Gec qocalacaqsınız. 50-75 bal- Yetkinliyə gedən yolda gəncliyin bəzi dəyərlərini qurban etməli olmusunuz.Qayğılar və stresslər sizin sevinmək qabiliyyətinizi zəiflədib,amma ciddilik və cavabdehliyi öyrətdi.Siz "orta" yaşlısınız.Ancaq sizə bir qədər gümrahlıq və optimizm mane olmaz. 50 baldan yuxarı-Sizin kimi insanlardan adətən belə deyirlər ki,onlar çox görüblər,sınaqdan keçiriblər,hər şeyin dəyərini bilirlər.Ancaq bu an tez baş verməyib ki?O qədər çox şey görmək,bilmək,yaşamaq olar ki.
Qoç - Mars, Saturn və Demos arasındakı münasibətlər şəraitin energetikasını dəyişir. Emosiyalara nəzarət edin, əsas məsələdən diqqəti yayındırmayın. Uğurlu qarşılıqlı münasibətlər və birgə fəaliyyət üçün şərik, iş yoldaşı, tanış və ya dostunuzun emosional durumunu anlamağa çalışın. Seçim problemi sizi düşündürürsə, bu gün həmin tapmacaya cavab tapmağa vaxt sərf etməyin, bu istiqamətdə konkret addım atmayın. Daha neytral işlə məşğul olun. Əmr və göstərişlərin sayını azaldın, maraqlarınızı bölüşən insanlarla münasibətləri səmimiləşdirin. Həyatınızdakı intriqa gərginləşəcək. Buğa - Venera və Saturn arasındakı münasibətlər gərginləşir, dəyərlərin mənzərəsi dəyişir. Maraq və diqqət obyektinin dəyişməsi çox sürətlə baş verə bilər. Hansısa nəsnədən əl çəkərək yeni avantüra, macəraya qatıla bilərsiniz. Gün sizdən aktivlik, çeviklik, qıvraqlıq, hər şeyə ani reaksiya, şərik və tərəfdaş, dost və həmkarla əlbir iş tələb edir. Münaqişə, gərgin diskussiya, mübahisə istisna deyil. Axşam saatları romantik ola bilərsiniz. Yeni ideya və istəklər, şövq və optimizm yarana bilər. Nə qədər ehtiyatlı olsanız da, hansısa romantik səbəbdən hisslər burulğanına qərq olacaqsınız. Həyatın qarşınıza çıxardığı seçimdə "hə" və ya "yox" deməyə çox az vaxt olacaq. Tanıdığınız adamla iş görsəniz, orada risk daha az olacaq. Əks təqdirdə yeni öhdəliklərdən uzaq durun. Əkizlər - Mühüm işləri sabaha qədər təxirə salın. Rəsmi olmayan şəraitdə spontan tədbirlər işgüzar perspektivlərinizi yaxşılaşdıra bilər. Emosiyalar çıxış yolu, tətbiq müstəvisi tələb edir. Hadisələrin aktiv inkişafı, səmimiyyət, açıqlıq, əlaqə və maraqların genişlənməsi mərhələsi başlanır. Mənasız arzulardan əl çəkin, real işlə məşğul olun. Hansısa mühüm münasibətlərdən biri ağrılı olsa da, kəsilməkdədir. Daha çox müəyyənlik istəyirsinizsə, görüş və danışıqları təxirə salmayın. İndi yaranan imkanlar sıçrayış və sürətlənmə imkanları yaratmaqla yanaşı, narazılığa da səbəb ola bilər. Hər şey sizin yeniliklərə nə qədər hazır olmağınızdan asılıdır. Xərçəng - Pluton və Marsın münasibətləri həyatınızda daha ciddi nizam yaradılmasını, müəyyənliyin artırılmasını tələb edir. Ola bilsin ki, ciddi, çətin seçimlə qarşılaşasınız. Saat 13:00-dan sonra mühüm məlumat alacaqsınız. Vaxtdan səmərəli istifadə edin. Tələsmədən, narahatlıq hissi keçirmədən hərəkət edin. Mühüm hadisələrin yaxınlaşmasını hiss edirsinizmi? Sizin üçün aktual olan mövzunun təfərrüatlarının aşkarlanmasına imkan verin, bütün ehtiyatlarınızdan istifadə edib-etmədiyinizi yoxlayın. Şəxsi münasibətlərdə yenidənqurma mümkündür. Sevdiyiniz insanlarla təmaslarda intellektual zəmində mübahisə yaranırsa, bir qədər fasilə edin. Şəraitdə nəyisə dərhal dəyişməyə can atmayın, çünki hesablarınız və gümanlarınız yanlış ola bilər. Sizə mühüm olan ünsürü müəyyənləşdirmək, seçmək üçün ətrafdakı insanların məsləhətlərinə yox, qəlbinizin səsinə qulaq asın. Şir - Günün sizə verdiyi işarələrə və nişanələrə diqqətlə fikir verin. Ay və Fobosun münasibətləri paradoksa, hadisələrin dalana dirənməsinə səbəb ola bilər. Heç bir olayı, işi və ya problemi dərhal, tələsik həll etməyə çalışmayın. Tərəfdaşlıq, şəriklik, birgə fəaliyyət və əməkdaşlıq müstəvisində ayıq davranın. Hansısa variantı aktiv müzakirə etdiyiniz vaxtda başqa bir istiqamətdə önəm səviyyəsi heç az olmayan hadisə formalaşmaqdadır. Qətiyyətli və inadkar olun, mənfəət və gəlir hiss etdiyiniz yerdə mövqelərinizi möhkəmləndirin, maraqlarınızı qoruyun. Şəxsi münasibətlərdə müəyyən süjetin inkişafında maraqlısınızsa, hələlik tələsməyin. Bir qədər kölgəyə çəkilin, tək qalın. Narahat olmayın, az sonra sürətlə irəliləyəcəksiniz. Qız - Yaxın ayla bağlı planlarınızı müəyyənləşdirin, şəraitin amplitudasını dəqiqləşdirin və duruma uyğun hərəkət edin. Soyuqqanlı, hətta ifrat dərəcədə soyuq olun. Hər şeyi hesaba alın, emosiyaları unudaraq yalnız işlə məşğul olun. Yeni nəyinsə yarandığını hiss etdiyiniz situasiyaya həssas olun. Bu günün hadisələri sınaqlardır və onların sayəsində diqqət mərkəzinizdə olan insanlarla nəsnələrin əsl dəyərinə vaqif olacaqsınız. Vücudunuza diqqət ayırın, idmanla məşğul olun. Axşam saatlarında təmiz havada gəzintiyə çıxın. Faydalı məşğuliyyət təcili həllini tələb edən məsələlərin öhdəsindən gəlməyə imkan verəcək. Tərəzi - Ətrafınızdakı insanların təxribatlarına kəskin reaksiya verməyin, sizə əsla xas olmayan hərəkətləri etməyin. Lakin bu günün enerjisi, xüsusilə də Ay və Saturnun münasibətləri sizdən həyatınızda əvvəlki təki qalmamalı nəsnələrlə hadisələrə aktiv müdaxiləni tələb edir. Vildalaşmalı olduğunuz nəsnə və ya adamı intuitiv olaraq müəyyənləşdirin ki, daha vacib işlə məşğul olmağa vaxtınız qalsın. Çətindir, amma vacibdir - bunu etməlisiniz. Bu yaxınlaradək fikirlərinizdə və həyatınızda mühüm yer tutan münasibətdə romantizm çalarları sönükləşə bilər. Qəmlənməyin, yeni istiqamətin seçim anını buraxmayın. Gündəlik məhsuldarlığa yaradıcılıq əmsalını əlavə edin. Axşam saatlarında maraqlı tapıntıya sevinə bilərsiniz. Əqrəb - Birmənalı olmayan situasiyaya düşə bilərsiniz. İmkanlar yetərincə artsa da, məqsədə aparan yolda ciddi maneələr yaranır. İstəyinizə dərhal çatmaq alınmayacaq. Ruhdan düşməyin, nigaran qalmayın. İlk baxışdan böyük çətinlik təsiri bağışlayan problemlər sonradan çox önəmli pozitiv nəticələrə səbəb ola bilər. Müdrik olun, addımlarınızı düşünüb atın. Yaxın ətrafla münasibətlərin ümumi fonu və qarmaqarışıq olması, sevdiyiniz insanla təmaslarda yaranmış anlaşılmazlıqlar sizdə pərişanlıq yaratmasın. Söhbətlərə, sözlərə ifrat dərəcədə həssas olmayın, intriqalara baş qoşmayın. Emosional davranış sizə olan münasibətə pis təsir edə bilər. Axşam saatlarında bir qədər tək qalın, maraqlarınızın təminatı yollarını düşünün. Oxatan - Dəqiqlik, səliqə və sürətli, ani reaksiya tələb edən məsuliyyətli gündür. Cari işlərin çərçivəsində qalın. Qəfil problemlər, pis xəbərlər, səhhətin kəskin pisləşməsi, qohumlardan birinin əhvalının xarab olması istisna deyil. Səfər və ya gəzinti üçün sərfəli, düşərli gün deyil. Daxili gərginlik məişət texnikasının sınması, avadanlığın sıradan çıxması və yaxın ətrafdakı neqativ situasiya ilə müşaiyət olunacaq. İmkanların genişlənməsi hansısa səbəblərdən sizi narazı sala bilər. Ya istədiyiniz işlə məşğul olmayacaqsınız, ya da qarşıda sizi çətinliklərin gözlədiyini anlayacaqsınız. İmkan varsa, mühüm tədbir və görüşləri təxirə salın. Problemlər yalnız bilavasitə sizə təsir edərsə, aktivliyə haqq qazandırmaq olar. Belə deyilsə, aktivliyi sabaha qədər təxirə salın. Oğlaq - Hərəkətlərinizə diqqət edin, soyuqqanlı olun və işlərin tam əksəriyyətini plan üzrə edin. Daxili gərginlik səhhətinizə təsir edə bilər. Emosiyalarınıza nəzarət edin, sakitləşin. Əks təqdirdə orqanizminizdə xroniki proseslər güclənəcək, travmatizm riski arta bilər. İmkan varsa, saat 12-də bir qədər taym-aut götürün və sizdən həddən ziyadə məsuliyyət ilə konkret, ağır zəhmət tələb etməyən işlərlə məşğul olun. İşdə və ya münasibətlərdə önəmli yeniliyə səbəb ola biləcək spontan situasiya yarana bilər. Sözün bütün mənalarında formada olmağa çalışın. Nəyisə mürəkkəbləşdirməyin, çətinləşdirməyin. Hadisələrə doğru reaksiya verin, situasiyaya məcra axınında düzəlişlər edin. Müşahidə edin, informasiya toplayın, nəticə çıxarın. Dolça - Gələcəkdəki hadisələrlə bağlı güclü rezonansa malik problemlərin həllinə başlayın. Ani problemlər və tələsik istəkləri arxa plana atın, işlə məşğul olun. Cari situasiya və ünsiyyət rəvan olmayacaq. Maddi məsələlər və tərəfdaşlarla qarşılıqlı münasibətlər yeni mərhələyə keçə bilər. Qərar və atacağınız addımlarla bağlı tələskənliyə yol verməyin. Kəskin mübahisələr aparmayın, fikrinizi kiməsə təlqin etməyə çalışmayın, yalnız günün işləri ilə məşğul olun. Vəziyyəti sakitləşdirməyə çalışın. Əks təqdirdə, arzu edilənləri olanlar kimi anlayaraq çoxsaylı səhvlər edə bilərsiniz. Alış-verişi günün ilk yarısında edin. Günün ikinci yarısında ekstremallıq etməyin, macəra axtarmayın. Balıqlar - Bu gün təcili şəkildə nə isə etmək istəyi çox pis nəticə verə bilər. Yüz dəfə ölçün, bir dəfə biçin. Hansısa situativ maraqlar və ya xəbərlər hadisələrin məntiqi axarını poza bilər. Hərəkət koordinasiyasında problemlər yaranarsa, qərarlarınıza bir daha nəzər salın. Nə baş verməsindən asılı olmayaraq tələsməyin, ilkin impulsu yaşayın, sonra təmkinli şəkildə hərəkət edin. Ola bilər ki, məsələnin həllində iştirakınıza ehtiyac qalmasın. Sağlam məntiq, təmkin və soyuqqanlı davranış yeniliklərlə dəyişikliklərin məğzini anlamağa imkan verəcək. Sadəcə, qəza durumu yarananda təcili qərarlar qəbul edin. Yerdə qalan bütün işlər gözləyə bilər. Avtomobildən çox istifadə etməyin. Milli.Az
Ehtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olma şəklində bir impuls nəzarət pozğunluğudur. Şəxsin əslində o malı satın ala biləcək kafi maddi təcrübəyə sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Bu davranış birindən intiqam alma məqsədiylə edilməmişdir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir. Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilmişdir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır. Narahatlıq haqqında aparılan tədqiqatların azlığı, bu vəziyyətlərin insanlar tərəfindən gizlədilməsi və bu vəziyyəti reallaşdıran kəslərin sağlamlıq xidmətlərindən çox məhkəmələrə sövq edilmələri səbəbiylə gerçək sıxlığı tam olaraq bilinməsə də min adamdan altısında rast gəlindiyi müəyyən olunmuşdur. Tutulan dükan oğrularının % 5-25`ində müəyyən olunmuşdur. Xəstələrin ümumi xüsusiyyətləri:Qadınlarda kişilərə görə təxminən dörd qat daha sıx görülməkdədir.Gender arasındakı nisbətin bu qədər yüksək olmasının bir səbəbi də, kişilərin belə bir vəziyyətdə əksəriyyətlə xəstəxanalar yerinə həbsxanalara göndərilmələri ola bilər. Qadınlarda ortalama olaraq 30-35 yaşda; kişilərdə 50-55 yaşda daha sıx görülməkdədir. Həm kişi, həm də qadınlarda digər impuls-idarə pozğunluqları narahatlıqla birlikdə özünü büruzə verə bilər. Kişilərdə daha çox piromaniya (impulsiv olaraq atəş yandırıb, yanğın törətmə) və xəstəlik dərəcəsində qumar oynama, təkrar partlayıcı davranış pozğunluğu ilə bir yerdə ikən; qadınlarda trikotilomaniya (impulsiv olaraq saç və bədən tüklərini tutma xəstəliyi) ilə birlikdə görülə bilməkdədir. Narahatlıq sosial-iqtisadi səviyyə ilə birbaşa bağlı olmayıb, bu vəziyyətdəki adamın hətta sosiomədəni səviyyəsi yüksək də ola bilər. Şəxslər bu davranışlarına mane ola bilmək üçün ictimai həyatlarını məhdudlaşdıra və ətraflarından uzaqlaşa, alış-veriş etməməyə çalışa bilərlər. Xəstəliyə səbəb ola biləcək faktorlar:Uşaqlıq dövründə yaşanan mənfi şərtlərin nəticəsində inkişaf edən itkin həyatları əhəmiyyətli faktorlar arasındadır.Kleptomanik davranışlar da bunların təsirini aradan qaldırmağa istiqamətlidir. Şüuraltındakı bu xatirələrin şəxsi məcbur etməsi ilə meydana gəldiyi düşünülməkdədir. Bu insanların uşaqlıqlarındakı ailə həyatlarının olduqca travmatik və problemli olduğu müəyyən olunmuşdur. Bu fərdlərdə narsisistik (özünə olan sevgi, maraq) qırılmaların, özünə inam yaralanmalarının nəticəsi olaraq ortaya çıxdığı da düşünülməkdədir. İnsanın özünə hörmət və dəyərliliyinə istiqamətli hücumlar irəliləyən dövrlərdə adamın yetkin bir mənlik quruluşu inkişaf etdirməsinə mane olar və bu cür davranışlara zəmin hazırlayar. Kleptomaniya hərəkətləri bir itkin həyatını izləyərək də inkişaf edə bilməkdədir.Bu vəziyyətə qadınlarda uşaqların evdən uzaqlaşması; kişilərdə andropoz dövründə rast gəlinə bilər. Qadınlarda gərginliyin artdığı mensturasiya dövrləri və hamiləlik dövrlərində bu cür hərəkətlər artmaqdadır. Bu insanlarda cinsəlliklə əlaqədar problemlərə də rast gəlinir. Müxtəlif psixiatrlara görə uşaqda 3-5 yaş arasında müşahidə edilən və Freyd tərəfindən “fallik dövr” olaraq adlandırılan, uşağın cinsi orqanlara istiqamətli maraq və hərəkətlərində artımın olduğu dövrlərdə qarşılaşılan problemlərlə bağlı olduğu düşünülməkdədir. Müalicəsi:Fərdin keçmişi və bu anı ilə əlaqədar zədələyici hadisələrdən yan keçərək,bunlara istiqamətli uyğun düşüncə sxemləri inkişaf etdirilməsi və ictimai əlaqələrdəki əlverişsiz müdafiə mexanizmlərinin dəyişdirilməsini hədəfləyən müalicələr, impulsiv hərəkətləri və qayğı vəziyyətini azaltmağa istiqamətli dərman müalicələri və lazım olsa hipnoz ilə müvəffəqiyyətli nəticələr alınmaqdadır. Nərmin Quliyeva
Ailə məcburu ilə diləndirilən uşaqların sayı təəssüf ki hər keçən gün daha da artır. Psixoloq.az xəbər verir ki, 12 yaşlı oğlan uşağının hər gün eyni yerdə gec saatlarda salfetka satması Uşaqlar Birliyinin nəzərindən qaçmayıb. Psixoloq.az-a açıqlama verən “Azərbaycan Uşaqlar Birliyi”nin sədr müavini, “Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi”nin koordinatoru Vasif Akifli, həmin azyaşlının sığınacağa yerləşdirildiyini bildirib: “Uşağa yaxınlaşdıqda o bizə hədə-qorxu gəldi. Uşaq dedi ki, mənim arxamda dayananlar var, kimsə nəsə edə bilməz. Küçə uşağıdır, günün müəyyən saatlarında ordan keçən insanlar yəqin ki, onun xətrini çox istəyiblər və deyiblər ki, nəsə olsa, bizə de. Bu səbəbdən də uşaq mənim ona yaxınlaşmağımı özü üçün problem hesab edib və bu cür fikirlər səsləndirib”. Akifli, bu səbəbdən edərkən polis bölməsinə müraciət etdiklərini qeyd edib. “Daxili İşlər Nazirliyinin polis əməkdaşları müraciətimizi dərhal qiymətləndirərək uşağın anası və atalığını bölməyə dəvət etdilər. Polis bölməsində rəsmiləşən sənədlə uşaq bu gün sığınacağa gətirilib. Əlbəttə, bilirdik ki, gecə saatlarında bir uşaq hansısa ərazidə nəsə satır, yaxud da dilənirsə, deməli onun arxasında dayananlar var. Valideyn də bu hadisədən xəbərdar olub”,-deyə Vasif bəy vurğulayıb. O, prosesin davam etdiyi müddətcə medianı bu barədə məlumatlandıracağını da söyləyib: “Məqsədimiz uşağın həmin ərazidən götürülərək təhlükəsizliyinin təmin edilməsi və ailəyə verilməsi idi. Ailənin bu hadisədən xəbəri olduğu üçün ailəyə bərpa mümkün olmadı. Ailə gecə saatlarında uşağın dilənməsindən xəbərdar idi. Ailədə kimsə bu hadisədə günahkardır. Ola bilər ki, ana atalıqdan qorxduğu üçün səsini çıxartmayıb”. Qeyd edək ki, Vasif Akifli uşağın səhhətinin normal olduğunu, ailəsinin isə uşaqdan istifadə etdiyini düşündüyünü bildirib. Şəhanə Quliyeva Psixoloq.az
Sevir ya sevmir? Testlə yoxlayın. Ancaq unutmayın ki yenə də bu testlər hissləri dəqiq öyrənməyə kifayət etmir. Test -1 Onu vərəqə sizin adınızdan nəsə yazmağa məcbur edin. Məsələn, sizin iş yoldaşınız və ya rəfiqəniz üçün təbrik məktubu yazmağını xahiş edin.* Əgər onun yazdığı təbrik məktubuda sözlər bir-birinə yaxındırsa və məktub səliqə ilə yazılıbsa o zaman siz eyni fikirli, eyni düşüncə tərzinı malik adamlarsınız. Sizdən yaxşı dost olar.* Əgər yazılan məktubda sizin adınız xırda və əyri xəttlərlə yazılıbsda o zaman deməli o sizinlə yanlız sekslə məşğul olmaq üçün görüşür.* Məktubda öz adını səliqə ilə sizin adınızı isə pis xətlə yazıbsa deməli o zaman o heç vaxt sizi sevməyib və sevməyəcək.* Əgər yazıda sizin adınızı iri hərflərlə yazıbsa deməli sizi ürəkdən sevir və sizə sadiqdir.Test - 2O öz tanışlarının arasında dayanarkən sizi gördükdə nə edər?* Əgər sizi görməməzdən gələrsə o zaman sizinlə əlaqələrini kəsmək istəyir.* Ayaqlarını oynadarsa, özünü məşğul göstərəsə deməli onun yeganə məqsədi sizinlə yatmaqdır.* Əgər o əllərini sinəsinin üstünə qoyaraq dayanarsa sizinlə görüşmək onun üçün xoşdur.* Əllərini qaldıraraq sizə salam verir və yaxınlaşdıqda qolunuzdan və ya əlinizdən tutarsa deməli sizi ürəkdən sevir.Test - 3Sizinlə bir yerdə şəkil çəkdirməyini xahiş edin və şəkildə necə durduğuna diqqət yetirin.* Şəkil çəkdirdiyiniz zaman əgər çiyninizdən qucaqlayırsa deməli sizi dost kimi sevir.* Çiynizizə yüngül toxunursa o zaman sizə toxunmaqdan qorxur.* Əgər saçlarınıza toxunaraq şəkil çəkdirirsə sizi əldə etmək istəyir.* Əgər sizə toxunmadan şəkil çəkdirisə deməli sizdən uzaq durmaq istəyir.* Əgər şəkil çəkdirərkən əllərini sizin budunuza və ya bel hissənizə toxundurarsa deməli ilk fürsətdə sizi yatağa çəkmək istəyir.
Qarın gərmə əməliyyatı çəki azaltmaq üçün tətbiq edilməyən, əksinə bədəni düzgün formaya salmaq üçün icra olunan əməliyyatdır. Psixoloq.az-a açıqlama verən ümumi, transplant və bariatrik cərrah Bəhruz Səlimovun sözlərinə görə, qarın gərmə proseduru narkozla icra olunan əməliyyatdır: "Xanımda olan problemin miqyasından asılı olaraq təxminən 2-3 saat davam edə bilər. Əməliyyatdan sonra klinikada qalış müddəti təqribən 2-3 gündür. Reabilitasiya müddəti orta hesabla 2 həftədir". Bəhruz bəy, əməliyyatdan sonra qarının ön divarında və toxumalarında ödəmin 2-6 ay ərzində olmasının mümkünlüyünü vurğulayıb. "Bu xanımın çəkisindən və orqanizminin xüsusiyyətindəm asılı olaraq dəyişə bilər",-deyə doktor Səlimov qeyd edib. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz. Tel: 070 -579-88 -33 Şəhanə Quliyeva
Hamımız öz prinsip və ideallarımızla yaşayırıq. Lakin ümumi, dünyəvi qanunlar var ki, biz onları adlaya bilmərik. Bunun üçün bəzən öz istəklərimizi qurban veririk ki, nəticədə yenə də qalib tərəf biz oluruq. Müəyyən şəxsiyyət tipləri var ki, onlar nəinki öz prinsiplərini qurban vermirlər, hətta hamını bu prinsiplə yaşamağa məcbur edirlər. Və əgər bir prinsipi “ideal” formada reallaşmazsa bu insan, həyatını “qaralamaq” nəticəsinə gəlir. Hər bir detala diqqət yetirən bu insanın həyatında eybəcər, əyri və ya səhv bir şey olmamalıdır. Hər bir addım qabaqcadan fikirləşilir və detallara qədər düşünülür. Pedantik və inadkar olan bu insanlar həmişə səhv axtarıb onu düzəltməyə çalışırlar. Bu insanların daim şübhələrlə yaşaması onların həyatı dolğun yaşamasına imkan vermir. Əslində şübhələrinin real olmasını istəyirlər – çünki istəkləri “mənim şübhələrim düz oldu. Mən səhv düşünə bilmərəm” şəklindədir. Bütün bunlar eqonun artmasına gətirib çıxarır. Insanın məhsuldarlığı daim aşağı və nəticədə nailiyyətlərin olmaması daha da ideallığa can atmağa məcbur edir. Dairə qapanır – sıfirdan yaradılan hər bir şey nəticədə yenidən məhv edilir, çünki hər yaradılan getdikcə ideallıqdan daha uzaq qəbul edilir. Xəstəliklərin Beynəlxalq Təsnifatında belə ideallığa can atmaq, şübhələnmək, tərəddüd edən, detallara diqqət yetirən bu şəxsiyyətləri F60.5 aşağıdakı simptomları özündə ehtiva edir: Hədsiz xırdaçılıqTəmkinlilikInadkarlıqEhtiyatlılıqŞübhəli olmaqRigidlikPedantiklik Belə şəxsiyyətlər həyatda nəinki özünün, həmdə ətrafın həyatını keyfiyyətsiz etmək iqtidarındadır. Gözəl bir kəlmə “ideal heç bir şey yoxdur”. Və məhz bu çatışmayan cəhətlər insanı gözəl və seçilən edir. Biz robot deyil, adi insanlarıq. Aydan Xasməmmədzadə. Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu
Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki; —Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik — Müsbət emosiyalara olan tələbatın ödənilməməsi — İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi — Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s. Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır? Ailə həyatının birinci ili — bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu, iki “mən” birləşib bir “biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfini valideynləri gənc ailədə dəstək olmalıdır. Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır. İkinci böhranlı dövr — uşaqların dünyaya gəlməsiylə bağlıdır. Hələ ki tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanları rastlaşır. Gəlin nəzər salaq, bu zaman baş verən konfliktlərin əsasın nə təşkil edir? — Uşaqların tərbiyəsində ərlə-arvadın fikir ayrılığı — Uşağa xidmətləri bağlı qadın yorğunluğu (özünə diqqət göstərməmək və s) — Onların fəaliyyətində şəxsi maraqları ilə bağlı fərqlilik — Kişidə sosial inkişaf gedir, qadında isə tam əksinə. Üçüncü böhranlı dövr — ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar. Dördüncü böhranlı dövr — ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik ailə həyatından sonra baş verməyə başlayır. Bunun baş vermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, arvadın emosional asılılığının artması və s. səbəblərlə bağlı olur. Beləliklə ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın isə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s. Bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir. Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s. Statistik hesablamalara görə ailələrin təxminən 80-85%-də konfliktlər baş verir, qalan 15-20%-də isə narazılıqlar özünü göstərir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Sevda Xəlilova
Pediatr Vaqif Qarayev, övladı birinci sinfə getməyə hazırlaşan valideynlərə xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, pediatr hər bir uşağın qavrama qabiliyyətinin fərqli olduğunu, bu səbəbdən onlara əsəbləşməyin yersiz olduğunu qeyd edib. Mütəxəssisin sosial şəbəkədə paylaşdığı yazısını təqdim edirik: "Hörmətli valideynlər! Birinci sinfə gedən uşaqlarınızdan iki həftə ərzində Eynşteyn düzəltməyə çalışmayın! Hər uşağın diqqət konsentrasiyası, qavrama qabiliyyəti, dərsə(kitab-dəftərə) marağı fərdidi...ona görə qonşu partada oturan uşaqla müqayisə etməyin övladınızı...İmkan verin özündə maraq, həvəs yaransın...ola bilər bu, bir il vaxt aparsın... Evdə aqressiv münasibət görən uşaq məktəbdə də oxşar halla qarşılaşır...6 YAŞLI UŞAQ! Nəticədə psixoloji diskomfort yaşayır...diqqəti daha da yayınır, yaddaşı pozulur, pis yeyir, pis yatir...ya oyanıq olur, ya da özünə qapanır və s. Bütün bunlar uşağın immunitetinə təsir edir....stressə dözmür körpə balalar...payız fəslini də nəzərə alsaq xəstəliklər qaçılmaz olur". Şəhanə Quliyeva
Azərbaycan ərazisində sentyabrın 6-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 6-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 27-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında sentyabrın 6-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. (ölkə.az)
Şiddət psixologiyanın araşdırdığı aktual məsələlərdən biridir. Bu mövzu haqda bir çox fikirlər irəli sürülmüşdür, lakin biz Erich Fromnun bu mövzu haqda araşdırmasını sizə təqdim etmək istəyirik. Erich Fromm sevginin və şiddətin qaynağı adlı kitabında şiddətin qaynaqlandığı səbəblərin bəzi növlərini araşdırmış və qeyd edib. İnsan davranışlarının öyrənilməsində şüuraltının nəzərə alınmasının vacibliyini qeyd edən psixoanaltik, şiddəti öyrənərəkən də şüuraltı məsələsini unutmamışdır.Erich Fromm qeyd edirdi ki, şiddətin ən sadə növü oyun və ya yarışmalarda ortaya çıxan şiddətdir. Bu şiddət növü nifrətdən, yıxıcıılığa meyillilikdən yox hünər və ya cəsarəti nümayiş etdirmə istəyindən yaranır. Bu cür oyunlarda məqsəd öldürmək deyildir, əgər oyun ölümlə nəticələnərsə, bu rəqibin yanlış mövqedə olduğunu göstərər. Şiddətin başqa bir növü də reaktiv şiddətdir. Reaktiv şiddət dedikdə bir insanın özünün və ya başqasının həyatını, azadlığını, namus və malını qorumaq üçün tədbiq etdiyi şiddət başa düşürük. Bu cür şiddətin qaynağı qorxudur və ən çox rast gəlinən şiddət növüdür. Bu şiddətin seçiciliyi ondadır ki, məqsəd ölüm yox həyatdır. Mənəvi yüksəkliyə sahib insanlar öldürmənin, müdafiə xarakterli belə olsa, əxlaqi baxımdan doğru olmadığı fikrini irəli sürürlər, lakin həyatını qorumaq üçün şiddətə əl atanlarla sırf öldürmək məqsədli şiddət göstərməyin eyni olmadığını da qəbul etməlidirlər.Reaktiv şiddətə bənzər, amma daha çox patoloji olan şiddət növü qisasdır. Reaktiv şiddətdə məqsəd gəlməkdə olan zərərin başqa tərəfə yönəldilməsi olduğu halda, qisasalıcı şiddətdə artıq zərər var deyə müdafiə xarakteri daşımır. Qisasalıcı şiddəti ibtidai və mədəni cəmiyyətlərdə olduğu kimi ayrı-ayrı fərdlərdə də görə bilərik. İntiqam hissi bir cəmiyyətin və ya fərdin gücü və yaradıcılıq qabiliyyəti ilə tərs-mütənasibdir. Zərər görən gücsüz insanların baş vura biləcəyi tək bir yol isə qisasdır. Başqa bir bir şiddət növü də inancın məhv edilməsindən yaranan şiddətdir. Bu daha çox uşaqlarda rast gəlinən haldır. Uşaqlar həyatlarına sevgiyə, yaxşılığa, ədalətə inanaraq başlayırlar. Bu inanclar insanların çoxunda elə uşaqkən məhv olur. Uşaq atasının yalan danışmasının şahidi olur, atasının anasından qorxduğunu, onun anasını məmnun etmək üçün övladından üz çevirməyə hazır olduğunu görür. Anası və atası arasında olan cinsi əlaqəyə şahid olmuş uşaq atasını vəhşi heyvan kimi təsəvvür edir. Uşağın valideynlərinin sevgisinə, doğruluğuna və ədalətinə olan inancı bununla da məhv olur. Bəzən dini təlimlərlə yetişdirilən uşaqlarda bu inancların məhv olması birbaşa Tanrıya olan inancın itirilməsinə səbəb olur. Amma burada məhv olan inancın insana və ya Tanrıya olan inanc olması vacib deyil. Məhv olmuş inanc hər zaman həyata, həyatın təhlükəsiz olmasına duyulan inancdır. Aldadılmış və xəyal qırıqlığına uğramış bir şəxs həyata nifrət edə bilər. İnanacağı heç kəs yoxdursa, heç nə mövcud deyilsə, şəxsin yaxşılığa və ədalətə olan inancı axmaqca bir illuziyadırsa, həyatı Tanrı yox Şeytan idarə edirsə, onda həqiqətən həyat nifrət ediləcək bir şeydir; insan artıq xəyal qırıqlığının gətirdiyi əzaba dözə bilmir. Həyata inanan, yaşamağı sevən, amma xəyal qırıqlığına uğrayan bir şəxs beləcə ətarafa nifrət edən birinə çevrilər.Şiddətin başqa bir növü də kompensasiyaedici şiddətdir. İnsan, sadəcə özünün dəyişidirilməyi ilə kifayətlənməz, dünyaya möhürünü vurmaq, onu da dəyişdirməyə çalışar. Bu ilk qayaüstü rəsmlərdə, incəsənətdə, işdə və cinsi münasibətlərdə özünü göstərir. Bir insanın öz qabiliyyətlərini bir yolda istifadə edə bilmə bacarığı güclülükdür. İnsan öz gücünü itirdikdə acı çəkməyə başlayar, gücsüzlüyün yaratdığı bu acı insanın gücsüz olmağı qəbul etməməsindən qaynaqlanır. Kompensasiyaedici şiddət gücsüzlükdən yaranan, gücsüzlüyü kompensasiya edən bir şiddət növüdür. Yaşaya bilməyən insan başqalarının da yaşamasını istəməz.Şiddətin digər bir növü isə qana susamaqdır. Bu xəstə yox, tamamilə sağlam olan bir insanın öldürmək ehtirasıdır. İbtidai insan təkamüldən, tamamilə insan olmaqdan qorxduğundan ondakı bu öldürmə ehtirası yeni bir mərhələyə keçməsinə səbəb olur. Öldürmək ibtidai səviyyədə ən böyük sərxoşluq, ən böyük özünütəsdiq metodudur. Muxtar Haşim
Yaxın keçmişdə tələb olunan ixtisaslar sabah gərəksiz ola bilər. Əgər siz kənarda qalmaq istəmirsizsə, gələcək üçün tələb olunan ixtisaslara yiyələnə bilərsiz. İnteraktiv dizayner - auditoriyanı baş verənləri təkcə passiv şəkildə müşahidə etməyə yox, həm də müxtəlif tədbirlərdə aktiv iştirak etməyə çağıran layihələr yaradan mütəxəssis. Rəqəmsal transformasiya üzrə mütəxəssis - süni intellektdən, virtual reallıqdan, robototexnikadan, internet resurslarından başı çıxmalıdır. Həmin adam informasiya və rəqəmsal texnologiyalarından istifadə edərək, xüsusi rəqəmsal sfera yaratmaq və müştəridə istifadəçi təcrübəsi formalaşdırmaqla şirkətin gəlirini artırmağa çalışmalıdır. Şouranner - bu adam müxtəlif teleseriallar yaratmaq prosesini idarə edir. Onun öhdəiliyinə ssenari yazmaq, prodakşn öncəsi məsələlərin həlli, layihənin təqdimatı və gerçəkləşdirməsinə nəzarət durur. İşıq dizayneri - bir çox sahələrdə tələb olunur. Bu, həm kino, həm müxtəlif televiziya verlişləri, həm də təqdimatların təşkilatçılığıdır. İşıq üzrə mütəxəssis, özü də işıq dizayneri dizayn, elektrotexnika, memarlıq barədə də məlumata malik olmalıdır. Məhz bu zaman o, yaxşı qazana bilər və onun xidmətləri daim tələb olunacaq. Yeni media produseri - Reklam daha ticarəti hərəkətə gətirən yeganə vasitə sayılmır. İndi sosial şəbəkələrdə olan bir sıra faydalı kanallar məşhurluq əldə edir ki, burada müştərilər üçün bir sıra mətn və videolar hazırlanır. Redaktorların işi asan olsa da, keyfiyyətli videokontent hazırlamağı bacaran produser tapmaq olduqca çətindir. Yeni peşəyə malik olmaq üçün marketinqin qaydalarını bilmək lazımdır. Habelə kommunikasiyanın əsas xüsusiyyətlərini və prinsiplərini bilmək, rejissorluq, produserlik bacarığına malik olmaq, ssenari yazmağı bacarmaq da gərəkdir. Əgər siz rəsm çəkməyi bacarırsızsa, öz gücünüzü filmdə, animasiyada, oyunlarda və sair əyləncələrdəki bütün obrazların vizualizasiyasına cavab verən konsept-rəssamlıqda sınaya bilərsiz.
Qarşılıqlı münasibətlərdə ən çətin məsələ insanı tanımaqdır. Bəzən bunun üçün uzun illər tələb olunur. Gündəlik ünsiyyətdə olduğumuz şəxsi daha yaxşı tanımaq üçün onun davranışına, həyat tərzinə, əxlaqına, yaxın ətrafına və sair bu kimi faktorlara diqqət yetirib nəticə çıxarmağa çalışırıq. Bunlarla yanaşı, insanın xarakterini müəyyənləşdirməyin daha rahat bir üsulu da var. Bunun üçün sadəcə tanımaq istədiyiniz adamın hansı meyvəni daha çox xoşladığını bilmək kifayətdir.Almaya üstünlük verənlər zəhmətkeş, əməyi sevən, heç bir çətinlikdən qorxmayan insanlardır. Belə insanlar dara düşən adamlardan köməklərini əsirgəmirlər. Almanı sevənlər özlərinə inamlı, ətrafdakılara etibarlı olurlar. Bu meyvəni xoşlayanlar nikbindirlər, gələcəyə böyük ümidlə baxırlar.Armudu xoşlayanlar münasibətlərə yüksək qiymət verirlər, dostluqda etibarlı olurlar, təkliyi sevmirlər, məclislərdə şən olmaları ilə fərqlənirlər. Bu meyvəyə üstünlük verənlər zövqlü olurlar, alış-veriş zamanı seçimlərinə xüsusi diqqət yetirirlər.Üzümü xoşlayanlar sözünün üstündə durmağı, sirr saxlamağı bacaran insanlardır. Onlar açıq olmağı, özləri haqqında danışmağı çox da xoşlamırlar. Qapalılığı sevən bu insanlar sadə həyat tərzinə üstünlük verirlər və onlara həvalə olunan işə çox ciddi və məsuliyyətlə yanaşırlar.Çiyələyi sevənlər ünsiyyətcil, ən çətin adamlarla belə dil tapmağı bacarırlar. Çiyələk dadından zövq alanlar problemlərini şirin dillə, mülayimliklə həll etməyə üstünlük verirlər. Onları özlərindən çıxarmaq çətin olur, daxilən sakit olmaları baş verən hadisələrə soyuq başla yanaşmağa imkan verir.Qarpızı xoşlayanlar həyatın reallıqları ilə barışmağı bacaran insanlardır. Bu insanlar mübahisələri, şikayətlənməyi, fikirləri ilə kimi isə bezdirməyi, nəyi isə inandırmağı sevmirlər. Qarpıza üstünlük verənlərin öz həyat fəlsəfəsi olur və onlar həyatda istədiklərinə nail olmağı bacarırlar.Banan güclü və mərd insanların sevdiyi meyvədir. Bu meyvəni sevənlər xeyirxah, xoş niyyətli olurlar. Onlar güclü olsalar da sadəlövhlükləri ucbatından ətrafdakılara tez inanırlar. Bu səbəbdən də arzularının həyata keçirilməsində problemlərlə tez-tez üzləşirlər.Şaftalını sevənlər geniş ürəyə malik olurlar. Bu insanlar ilk baxışdan qətiyyətsiz insan təəssüratı yaratsalar da qısa ünsiyyətdən sonra özlərini tanıda bilirlər. Onlar üçün həyatlarında ən önəmli insan azadlığı, fikirlərinin sərbəst ifadə etməsidir. Şaftalı həvəskarları istədiklərinə asanlıqla nail ola bilirlər.Gilas və gilənarı sevənlər uşaqlıq dövrlərini unutmayanlardır. Bu meyvələrə üstünlük verənlər zarafatı, şıltaqlığı sevən insanlardır. Bu seçimdə olanlar həmçinin səmimiyyətləri ilə fərqlənirlər. Onlar öz doğmaları üçün həyatlarındakı hər şeyi qurban verməyə hazırdırlar.Kivi şən insanların meyvəsidir. Onlar heç vaxt deyinmirlər, yerli-yersiz şikayətlənməyi, narazı qalmağı sevmirlər. Həmişə bayram əhvalında olan kivi sevərlər ətrafdakılara xoş ovqat bəxş etməkdən zövq alırlar.Moruq özünə güvənənlərin seçimidir. Onlar gördükləri işi elə-belə həyata keçirmirlər. Moruğu sevənlər onlara olan ehtiyacın ifadə olunmasını sevirlər. Eqoistlikləri ilə seçilən bu insanlar adətən həyatdakı bütün işlərin icrasında mükəmməl olurlar.Limon həvəskarlarının işləri çətinlikdən keçsə də onlar problemlərinin həllində mübariz olmağa qadir olan insanlardır. Limonu sevən insanlarla hətta kəşfiyyata da getmək olar. Turş zövqlü bu insanlara ən çətin məqamlarda belə etibar etmək olar.Ananas gözəllik aşiqlərinin meyvəsidir. Onlar bütün məsələlərdə gözəllik axtaranlardır. Bu meyvənin həvəskarları sevməyi və sevilməyi, ətrafdakı insanları özlərinə cəlb etməyi bacarırlar.