Duz zərərlidir ya faydalı? - Alimlərdən yeni AÇIQLAMA

Kanadanın Makmaster universitetinin alimləri duz üzərində apardıqları təqdiqatın nəticələrini açıqlayıblar. Psixoloq.az xəbər verir ki, nəticələr “The Lancet” jurnalında dərc edilib. Məlum olub ki, gün ərzində 5 qramdan az duz qəbul etmək hipertenziya və onunla bağlı yaranan ürək-damar xəstəlikləri riskini artırmır. Alimlər tədqiqat üçün sidik nümunəsi götürüblər. Bununla da sutkalıq duz istifadəsini qiymətləndiriblər. Eyni zamanda 95 min 767 könüllü şəxsin qan təzyiqi ölçülüb. Təcrübədə iştirak edən insanlar dünyanın 369 yaşayış məntəqəsinin sakinləri olublar və yaşları 30-75 arası dəyişib. Məlum olub ki, gündə 5 qramdan çox duz istifadə edən insanlar qan təzyiqindən əziyyət çəkirlər. Təcrübənin nəticəsinə əsasən, 5 qramdan çox qəbul edilən duzun hər qramı 2.86 millimetr civə sütunu təzyiqi artırır. Eyni zamanda məlum olub ki, həddən artıq az duz qəbul etmək də ürək-damar xəstəlikləri riskini artırır.(ölkə.az)

Magistraturaya ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır. Psixoloq.az xəbər verir ki, bu barədə ölkə.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA magistraturalarının boş qalan yerlərinə qəbul fevralın 25-də və iyunun 3-də keçirilən ikimərhələli qəbul imtahanında toplanılan ballar əsasında müsabiqə yolu ilə aparılır. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün bu gün saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər. Avqustun 13-ü saat 9:25-ə olan məlumata əsasən, 570 bakalavr elektron ixtisaslaşma seçimi ərizəsini təsdiq edib. Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsini təsdiq edir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Ali məktəblərə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-da başlayıb və bu gün saat 23:59-dək davam edəcək. Bu barədə ölkə.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Mərkəzdən bildirilib ki, ixtisas seçimi etmək sadə bir prosesdir və hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur. Qeyd edək ki, müsabiqəyə buraxılan abituriyentlərin sayı I qrup üzrə 16649, II qrup üzrə 11698 , III qrup üzrə 14143, IV qrup üzrə 4079, V qrup üzrə isə 3786 nəfərdir. 13 avqust saat 10:00-a olan məlumata əsasən, ixtisas seçimi edib ərizəsini təsdiq edənlərin sayı I qrup üzrə 14392, II qrup üzrə 10829, III qrup üzrə 12185, IV qrup üzrə 3548, V qrup üzrə isə 3538 nəfərdir. Ümumilikdə, 714 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib. Abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə edirik. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

İstiotdan sağlamlıq və məişət problemlərində istifadə edin...

Qara bibər paltarların rənginin solmasının qarşısını alır.  Psixoloq.az xəbər verir ki,  bir çay qaşığı qara bibər tünd rəngli paltarlarının bozarmasının qarşısını alır. Qara və qırmızı istiotun faydalarını təqdim edir: Həşəratları uzaqlaşdırır. Evinizdə qarışaq və siçanlar hökmranlıq etməyə çalışırsa, onların olduğu bölgələr bibər səpin. Eynilə, bağda əkdiyiniz çiçək və tərəvəzləriniz də bu yolla zərərli canlılardan qoruya bilərsiniz. Buz kimi ayaqlarınızı heç nə isidə bilmirsinizsə, corabınızın içinə bir qədər qırmızı bibər səpin və geyinin. Qara bibər və təmiz yağın qarışığı dərinizi müxtəlif problemlərdən qoruyur və sızanaqların qarşısını alır. Qara bibər və bala bir qədər su əlavə edib için. Qəbzlik və həmzsizlik kimi problemlərdən xilas ola bilərsiniz. Vücudunuz zərərli maddələrdən təmizlənəcək.

“Tonqal” restoranında 13 nəfər zəhərləndi – 3-ü azyaşlıdır

Qida Təhlükəsizliyi Agentliyi avqustun 11-də “Tonqal” restoranında baş vermis zəhərlənmə ilə bağlı açıqlama yayıb. Psixoloq.az xəbər verir ki, agentlikdən virtualaz.org-a bildiriblər ki, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən “Tonqal” restoranında kütləvi zəhərlənmə olub. Qida Təhlükəsizliyi Agentliyində operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılıb. İlkin məlumatlara əsasən, axşam saat 20:00-da “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri müşahidə edilib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib. Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və aidiyyəti üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub. Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub. Araşdırmalar davam etdirilir, nəticəsi ilə bağlı açıqlama veriləcək. Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir.

Səhiyyə naziri baş həkimlərə tapşırıq verdi

Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrinin rəhbərləri və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tapşırıqlar verib. Səhiyyə Nazirliyindən Bizimyol.info-ya verilən məlumata görə, nazirin “Səhiyyə Nazirliyinin müəssisələrinin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzaladığı əmrə əsasən, Nazirliyin müəssisələrinin 2018-2019-cü illərin payız-qış mövsümündə istilik ilə təchiz olunması, elektrik enerjisi ilə dayanıqlı təminatı və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakı Şəhər Baş Səhiyyə idarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırılıb ki, sentyabrın 15-nə kimi payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmaqla cavabdeh şəxslər təyin edilsin. Bununla yanaşı tapşırıqda deyilir ki, qazanxana maşinistləri ilə (ocaqçılarla) əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilsin, yalnız xüsusi kurs keçmiş, işə buraxılış vəsiqəsi olan və hər il əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılan ocaqçılar işə buraxılsın, şöbələrdə, kabinetlərdə, təyinatından asılı olmayaraq bütün iş sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilsin, qeyri-standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektrik qızdırıcılarından istifadə qadağan edilsin, qaz təsərrüfatına cavabdeh şəxsin Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti və Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərın Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” ilə əlaqədar bilikləri yoxlanılsın, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xıdmət mütəmadi olaraq həyata keçirilsin. Qeyd edək ki, nazir iyulun 3-də respublikanın elektrik təminatı sistemində baş vermis açılmalar zamanı bəzi səhiyyə müəssisələrinin elektrik generatorlarında yaranan texniki nasazlıqların gələcəkdə baş verməməsi üçün də “Respublikanın səhiyyə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təminatı barədə” əmr verib. Bu əmrlə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, rəhbərlik etdikləri müəssisədə mövcud olan generatorlar mütəmadi olaraq müvafiq texniki müayinədən keçirilsin, elektrik generatorlarının daima işlək vəziyyətdə saxlanılmasına nəzarət üçün müvafiq məsul şəxs təyin edilsin, nasazlıq aşkar olunduğu hallar dərhal aradan qaldırılsın, elektrik generatorları üçün zəruri olan ehtiyat yanacaq təminatı daim nəzarətdə saxlanılsın.

Sürücülərin nəzərinə — Bu yollarda dəyişikliklər edildi

Pik saatlarında yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə yolda dəyişiklik edilib. Psixoloq.az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsindən gedir. Sözügedən yol artıq bir neçə gündür ki,''Bolluq'' bazarı kimi tanınan ərazinin yanından bir tərəfli olub. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yolun bir tərəfli edilməsində məqsəd günün pik saatlarında sıxlığı aradan qaldırmaqdır. Sürücülər də bu dəyşikliyin müsbət nəticə verəcəyini deyirlər. Amma buna baxmayaraq, hələ də bu nişana fikir verməyib əks yola çıxan sürücülər var. Baxmayaraq ki, dəyşiklik zamanı yolda nişanlama xətləri və lazımi yol nişanları da qoyulub. Onu da qeyd edək ki, ''Dərnəgül'' metrostansiyası və ''Bolluq'' bazarı istiqamətindən gələn sürücülər şəhər mərkəzinə doğru getmək üçün ''Azadlıq'' metrosu yaxınlığında geri dönüş etməklə hərəkətə davam edirlər. Sözügedən dəyşiklik zamanı minik avtomobilləri ilə yanaşı 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının hərəkəti də rahatlaşıb. Burdakı dəyşiklik də sürücülərin ürəyincədir.

Yeni iş həftəsində hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun 13-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, proqnozlara görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. "Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 24-27° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyi arabir güclənəcək, dəniz suyunun temperaturu 23-24° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir", - deyə məlumatda bildirilir.

Ciddi problem yarana bilər - Günün ulduz falı: 13 avqust, 2018

Qoç – Ay və Merkurinin münasibətləri hadisələrin sakit, hətta bir qədər ləng inkişafına zəmin yaradır. İşlərdə gecikmə və təxirəsalmalar ola bilər.Gözlədiyiniz məlumatın gəlişi yubanır.Daxili harmoniyaya nail olaraq, bir qədər nəfəs alın və çoxdan çözüləsi problemin həlli üçün var gücünüzlə çalışın.İşin konkret, praktiki yönlərinə fikir verin. Maddi gəlir vəd edən və ya maliyyə vəziyyətinizin yaxşılaşmasına səbəb olacaq işi görün. Vədlər, yardım, psevdohumanizm vaxtı deyil.Xarici görkəminizin qayğısına qalın. Sizə lazım olduğunu düşündüyünüz, amma pul sərfindən başqa heç nə olmayan əşyanı bankların böyükfaizli kreditilə almayın. Belədə əşya sizə dəyərindən ikiqat baha başa gələcək.Boş vədlərə və şirin dilə aldanmayın.Məntiqli səylər nəticə verəcək. Buğa – Hiperion və Mimasın münasibətləri günün aramla, tələsmədən keçməsini gözləyənləri pərişan edə bilər. Yaxın həftələrin durumu bu gün müəyyənləşir. Tənbəllik etməyin, çalışın, pul qazanın.Ciddi işə hazırlaşın. Evdə qayda yaradın. İş yerində gərəksiz əşyalardan qurtulun.Bu gün alış-veriş üçün sərfəli deyil.Axşam saatlarında yaxşı istirahət üçün vaxt tapın. Sevdiyiniz adamın yanında olun, heç yerə tələsməyin. Axşamın xeyrindənsə səhərin şəri yaxşıdır. Əkizlər – Umbriel və Ledanın münasibətləri enerji ilə diqqətinizi işə cəlb edir. Mühüm məsələnin inkişafında geri qalmamaq üçün bütün bacarıq və imkanları işə salın.Yaxın günlərdə ciddi problem yarana bilər və onun qarşısını indidən almaq gərəkdir. Lazımi məlumatın əldə edilməsi üçün bütün vasitələri işə salın. Tərəfdaş, həmkar və ya iş yoldaşları ilə danışıqlar, məsləhətləşmələr aparıla bilər.Özünüzə vaxt ayırın. Axşam saatlarında sizə xoş insanlarla ünsiyyətdə olun. Xərçəng – Bir qədər asta çalışmaq istəsəniz də, gün sizdən fəallıq və əzm tələb edir. Kallisto və Titanın münasibətləri gəzinti, ezamiyyət, tapşırıqlarla bağlı şəraiti əlverişli edir.Risk etməyin, ekstremal şərtlərin yaranmasına təkan verməyin. İzafi işlərlə özünüzü yormayın.Günün ikinci yarısında nigaranlıq və gərginlik yarana bilər. Dəyər verdiyiniz insanın yanınızda olmasına çalışın. Sizi rahatlandıracaq işlə məşğul olun. Şir – Lisiteya və Enseladın münasibətləri sizdən qətiyyət, əzm istəyir. Məqsədlərinizə çatmaq üçün səyrlərinizi əsirgəməyin.Görüləcək işə başqalarını da cəlb edin, görəvli insanların tənbəllik edərək işdən yayınmalarına imkan verməyin.Əyləncə və istirahət bir qədər gözləyə bilər.Fikrinizdə ideya möhkəm yer tutubsa, onun gerçəkləşməsi üçün şərait yaradın.Ünsiyyət üçün düşərli gündür. Fəqət qarşı tərəfin yaşam maraqları məkanına müdaxilə etməyin. Qız – Oberon və Tefeyanın münasibətləri bu gün rahat dönəm vəd edir. Qüvvənizi bərpa edin, xarici görünüşünüzə fikir verin. Səhhətə diqqət yetirin.Alış-veriş günün ilk yarısında olarsa, məsləhətdir.Təəssüratlar bol olacaq və onlar sizin üçün mühüm mövzunun inkişafında stimul rolunu oynayacaq. Qəfil fikirlər, nişanələr və təkliflərə fikir verin.Aktiv olun, ətalətlə davranmayın. Tərəzi – Saturn və Veneranın münasibətəri bu gün yüksək iş qabiliyyətli olmağa, məsələlərin həllinə konstruktiv yanaşmağa imkan verir.Kiminsə fikrini və mövqeyini kökündən dəyişmək çətin olacaq. Aktual mövzunun həllinə və ya mövqelərin səbatlaşmasına yönəlmiş ideyalar dərhal müsbət dəyərləndiriləcək. Özünüzü əmin hiss etmək üçün ətraf mühitdə daha çox qayda yaradın.Evdəki kiçik təmiri başa vurun, problemləri çözün.Şəxsi münasibətlərdə yalnız konkret jestlər dəyərləndiriləcək. Bu gün daha az xəyal edərək daha çox iş görün. Əqrəb – Saturn və Marsın münasibətləri sakit, ciddi problemlərin yaşanmayacağı gün vəd edir. Bir qədər tənbəllik, ətalət hiss olunsa da, fikrinizi dağıdacaq və əsas işdən yayındıra biləcək məqamlara diqqət verməyin.Evdəki problemi həll edin, çünki ailə üzvləri sizin laqeydliyinizdən şikayətçidir.Böyük həcmdə iş görmək, müəyyən detalları önə çəkmək, planlara yenidən baxmaq olar.Yaxın ətrafınızdakı insanlardan biri pozitiv rol oynayaraq sizə yardım edə bilər.İşdə həmkarlarınıza təzyiq etməyin ki, qeyri-adekvat etirazla qarşılaşmayasınız. Oxatan – Makemake və Yerin münasibətləri maliyyə, maddi məsələlərlə məşğul olaraq həyatdan kam almağa imkan verir. İndi tələsməyə lüzum yoxdur.Rejimə riayət edin, səhhətinizə fikir verin.Fiziki məşğələlər və ya iş məsləhətdir. Görüləsi işlər həddən artıqdırsa, əlavə gəlir imkanına şirnikib daha bir işə başlamayın.Günün ikinci yarısında olayların tempi bir qədər aşağı düşəcək.Axşam saatlarında bir qədər açıq havada gəzişin. Amma özünüzü soyuğa verməyin.Boğazınızı gözləyin, çünki qripə yoluxmaq və ya zökəm riski çox güclüdür. Oğlaq – Serera və Merkurinin münasibətləri gərginliyi, nigaranlıq və narahatlığı müvəqqəti unudaraq bütün diqqəti işə, problemlərin həllinə cəlb etməyə imkan verəcək.Ailə qayğıları və əlaqələr ön plana çıxacaq, işdəki münasibətlərə aydınlıq gətirilməsinə ehtiyac yaranacaq.Praktiki olun, ayaq üstə möhkəm durun.Sizə əziz olan insanları sərt tənqid etməyin, onlardan sirr saxlamayın. Yaxınlarınızı tərifləyin. Rəğbət nümayişi böyük vədlərin verilməsinə çevrilməməlidir. Dolça – Erida və Veneranın münasibətləri gündən faydalanmağa imkan verir. Görüləcək işlərin formasını və həcmini müəyyənləşdirin, plan qurun, yükü həmkar, tərəfdaş və ya şəriklə bölüşün.Sizə önəmli olan insanla əlaqə saxlayın, narahat edən məsələni onunla müzakirə edin.İkinci dərəcəli işi təxirə salaraq konkret məkanda önəmli məsələ ilə məşğul olun.Kompüterinizdəki fayl və qovluqlarda qayda yaradın.Təmas və əlaqələrdə gərginlik yaratmayın. Ehtiyac duyanda təmas qurun.Axşam saatlarınızı sevdiyiniz əyləncə və ya marağa həsr edin. Balıqlar – Ay və Deymosun münasibətləri bu gün hər şeyi ciddi qəbul etməyi istəyir. Günün zahiri amilləri müsbətdir. Ünsiyyət, sizi maraqlandıran məlumatların alınması üçün məhdudiyyətlər yoxdur.Əgər kimsə və ya nəsə varlığını xatırladarsa, bu, təsadüfi olay deyil. Gərəkli zəngləri edin, məktublar yazın, sizdən diqqət nişanəsi gözləyən insanı pərişan etməyin.Vədləri yerinə yetirin.Şəxsi münasibətlərdə inadkar olmayın. Möhkəm fikirləşməyə vadar edən hadisə baş verə bilər.Axşam saatlarını maraqlı bir məkanda keçirmək məsləhətdir.Gec saatlarda görüşdən imtina edərək rahat istirahət üçün şərait yaradın. Milli.Az

Həyat yoldaşınızdan ayrılmamağınız üçün səbəblər-Xanıımlara özəl

İndiki dövrdə boşanmaların artdığını hamımız yaxşı bilirik. Bəs bu boşanmalar niyə durmadan artır? Bəzi insanlar kişili, qadınlı deyirlər ki, münasibətlərimiz soyumuşdu. Artıq əvvəlki həyəcan qalmamışdı. Amma bu bir səbəb deyil. Çünki ailə asan qurula bilər bəlkə, amma asan dağılmır. İndiki cavan nəsil evliliyi uşaq oyuncağına çeviriblər deyən, yaşlı nəslin nümayəndələri də az deyil. Böyük problemlər olduqda boşanmaq olar bəlkə, amma bunu da 100 ölçüb, bir biçməlisiniz. Həyatınızda aşağıda yazdığımız kimi kişi varsa, onu itirməyin. Hətta belə kişi varsa, onun üçün əlinizdən gələni edin ki, həyatınızda qalmağa davam etsin. Çünki indiki dövrdə belə kişi tapmaq çətindir. Buyurun oxuyun. Səbəbsiz yerə sizi qucaqlayırsa, Xəstə olanda sizə baxırsa, Ailəniz onu sevir və hörmət edirsə, Ailəniz və yaxınlarınızla dil tapa bilirsə, Yorğun-arğın işdən gəldikdən sonra yataqda sizi qucaqlamaq üçün oyaq qalırsa, Makiyajsız daha gözəl olduğunuzu deyirsə, Ən sevdiyiniz şeyləri bilirsə və onları sizin üçün edirsə, Dava etdiyiniz zaman həmin gün sizinlə barışırsa, Heç bir ev işi üçün "Bu qadın işidir" demir və sizə kömək edirsə, Sizə qarşı qıcıq yaradan insanlara nifrət edirsə, O biri otaqdan sizə heyranlıqla baxırsa, Gecə bir səs eşitdiyiniz vaxt qorxduğunuzu anlayıb, evə baxırsa, Sizi anası ilə qarşılaşdırmırsa, Yata bilmədiyiniz zaman sizinlə birlikdə oyaq qalırsa (nə qədər yorğun olursa, olsun), Ona aldığınız hədiyyələri istifadə edirsə, Sizə toxunduğu an sizdə şok dalğaları yarada bilirsə, Sizi sevdiyini hər gün qulağınıza fısıldayırsa, Sizə hörmət edib, fikirlərinizə hörmətlə yanaşırsa, Yanında olmağınızın doğru olduğunu hiss edirsə, Yaxşı ata və yaxşı həyat yoldaşı ola bilirsə. Belələrini itirməyin xanımlar. Bu da həyat yoldaşınızdan ayrılmamağınız üçün səbəblər. Əlbəttə, hər bir yazılan hər kişiyə uyğun gəlməyə bilər amma əgər bu yazdıqlarımızın çox hissəsi o insanda varsa, ondan ayrılmayın.

İnsanların seksdən üstün tutduğu 6 şey - Siyahı

Mobil telefon, internet ya da yuxu kimi vərdişlərin seksdən üstün tutulduğunu bilirdinizmi? Sekslə bağlı aparılan bir araşdırmanın nəticələri sizi çox təəccübləndirəcək. İnsanların seksdən daha çox üstünlük verdiyi 6 şey nədir? Yuxu. Yorğun olduğunuz gecələrdə seksimi, yoxsa bir an əvvəl yatmağımı seçərdiniz? Araşdırma zamanı insanların 12 faizinin gecələr seks yerinə, yatmağa üstünlük verdiyi ortaya çıxıb. Ağıllı telefonlar. Ağıllı telefonların həyatımızdan çıxmadığı bir an belə yoxdur. Araşdırmalar zamanı insanların mobil telefonlarına seksdən daha çox bağlı olduqları müəyyən edilib. Tərif. Gözəl bir tərif eşitmək hamının xoşuna gələr. Müasir dövrdə kişilər sevişmək yerinə eqolarını razı salmağa, təriflər eşitməyə daha çox üstünlük verirlər. Bunu araşdırmalar müəyyən edib. Yemək. Araşdırmanın nəticəsinə görə, subay qadınların əksəriyyəti 1 il ərzində sevdikləri yeməkdən uzaq qalmaq əvəzinə, sekslə məşğul olmamağı seçiblər. İnternet. Araşdırma zamanı qadınların 46, kişilərin isə 30 faizinin seksdənsə, internetdə vaxt keçirməyə üstünlük verdiyi ortaya çıxıb. Gənclik. Kosmetik məhsullar markasının apardığı bir araşdırma zamanı seksmi, gənclikmi, sualına cavab verən qadınların əksəriyyəti 1 il boyunca seks yerinə, yavaş-yavaş qocalmağı seçiblər.

Dünya bu qızdan danışır - 8 aylığından...

İngiltərənin ən ağıllı qızı olan 3 yaşlı Ofeliya 171 İQ balı ilə Eynşteyni də kölgədə qoyub. Psixoloq.az xəbər verir ki, ilk dəfə 8 aylıq olanda danışmağa başlayan kiçik qız bir yaşından əvvəl olan xatirələrini də unutmayıb. Qızı ilə qürur duyan anası Natali bildirir ki, Ofeliyaya müntəzəm olaraq kitab oxuyurlar. Ofeliya rəqəmləri, məktubları və kompüteri çox sevir. Ofeliya əlifbanı və rəqəmləri çox sürətlə öyrənib. Anası onu İQ testinə aparıb. Məlum olub ki, Ofeliyanın İQ xalı 171-dir. Eynşteynin isə bu sınaqdan topladığı bal 160-dır. Bu nəticə ilə də 3 yaşlı Ofeliya İQ nəticəsi ilə İngiltərənin ağıllı uşaqları-11 yaşlı Arnav Şarma (162 bal) və 12 yaşlı Rahul Doşinin (162 bal) rekordunu yeniləyib. Ofeliya özü yaşda bir uşaqdan iki dəfə çox intelelktual məlumatlara sahibdir.(ölkə.az)

Azərbaycanda benzinin qiyməti qalxmayacaq – AÇIQLAMA

Bir neçə gündür cəmiyyətdə avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı müzakirələr gedir. İddialara görə, sSentyabr ayından Aİ 92 markalı benzinin qiyməti 90 qəpikdən 1 manata, Aİ 95 markalı benzinin qiyməti isə 1,25 manatdan 1,35 manata qalaxacaq. Maraqlıdır, görəsən bu iddialar təsdiqini tapacaq? Məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, sosial şəbəkələrdə benzinin qiymətinin qalxması ilə bağlı müzakirələr gedir, amma rəsmi olaraq elə bir məlumat yoxdur. “Hazırda Azərbaycanda benzinin qiymətinin qalxmasına elə bir ehtiyac yoxdur. Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait var. 45 milyard dollara yaxın ehtiyatımız var. Ona görə də benzinin qiymətinin artmasına ehtiyac yoxdur”. Deputat bildirib ki, benzinin qiymətinin artması bütün məhsulların qiymətinin artmasına səbəb olur. “Belə hesab edirəm ki, hələlik bu məsələyə toxunmaq olmaz. Əhalinin maaşını, pensiyasını, sosial təminatını nəzərə alaraq hələlik bu məsələni saxlamaq lazımdır. Cəmiyyətdə belə müzakirələr getsə də, rəsmi orqanlardan bu barədə heçnə eşitməmişəm”.

Qarşısındakını anlamır, göz təmasından yayınır - Asperger sindromu nədir?

Asperger sindromu psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf edir. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur. Bu sindrom bir xəstəlik deyil, müalicəsi də mümkün deyil. Mövcud hal ömür boyu davam edər. Sindromun yaranma səbəbi məlum deyil. Beyin inkişafının geriləməsi ilə bağlı olaraq yarana bilər. Bəs Asperger sindromu hansı əlamətlərlə üzə çıxır? Hər orqanizmdə müxtəlif əlamətlərlə üzə çıxa bilər. Əlamətlərdən ən diqqət çəkəni isə insanlarla münasibətdə çəkilən çətinliklərdir. Danışmaqda çətinlik çəkə bilərlər. Qarşısındakı insanın demək istədiyini, zarafatlarını anlamaqda çətinlik yarana bilər. Danışan zaman az miqdarda göz təması edərlər. Bir hərəkəti dəfələrlə təkrarlaya bilərlər. Bəs müalicəsi necə olunur? Bir xəstəlik olmadığından bu halı ortadan qaldıran müalicə üsulu da yoxdur. Müəyyən mütəxəssislərlə çalışmaq, gündəlik işlərə adaptasiyanı asanlaşdıracaq. Qeyd edək ki, müalicə üsulu, danışıq terapiyası ilə də aparılır. Bunlarla yanaşı dərman müalicəsindən də istifadə edilir. Şəhanə Quliyeva Psixoloq.az

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22°, gündüz 25-30° isti, Bakıda gecə 20-22°, gündüz 27-29° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45% olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Avqustun 13-ü gündüzdən 15-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 16-21° isti təşkil edəcək. Avqustun 13-14-də əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Qızmar istilər balıqların kütləvi qırılmasına səbəb olub

Çexiyanın Brjetslav şəhəri ətrafında balıqların kütləvi qırılması qeydə alınıb. Psixoloq.az azertaca istinadən xəbər verir ki, hadisə təqribən 300 hektar ərazini əhatə edən, Moraviyanın ən böyük, ölkənin ən iri süni balıq göllərindən biri olan Nesytda baş verib. Güclü istilər nəticəsində 40 ton balıq tələf olub. Təsərrüfata milyonlarla kron ziyan dəyib.

Qadınlarda hansı keyfiyyətlər kişiləri cəlb edir?

Kişilər bir deyil, atam balası”. Ramiz Rövşənin bu misrasını kim bilmir ki? Amma eyni məntiq qadınlarla bağlı məsələdə də doğrudur. Hərçənd bu, kişiləri az maraqlandırır. Amma mövzumuz bu deyil. Bu dəfə sizə zərif cinsin nümayəndələrinin kişilərdə maraq doğuran bir sıra xüsusiyyətlərindən danışacağıq . Başqa sözlə, bu suala cavab tapmağa çalışacağıq: Kişinin ağlını başından necə almaq olar?.. Əslində, bu çox asandır. Zəriflik, səmimilik, qayğıkeşlik, minnətdarlıq kimi xüsusiyyətlər yetər. Detallara gəlincə, materialın davamını oxuyun. Beləliklə də, kişiləri cəlb edən qadın xasiyyətlərinin siyahısını təqdim edir: Səmimilik Çox zaman kişilərin qarşısına olduğumuz kimi çıxmaqdan ehtiyat edirik. Sanki, qüsurları və çatışmayan xüsusiyyətlərimizi tərəf müqabilimizdən gizlətməyə çalışırıq. Məsələn, qadınlar kişilərin xoşuna gəlmək üçün futbolla maraqlanır, final matçlarını izləyib kişilərlə müzakirə aparırılar. Lakin illər sonra qadın futboldan “iyrənir” və matçları izləmək əvəzinə həmin vaxtı alış-verişə sərf edir. Kişi isə nə baş verdiyini başa düşmür. Bəzənsə, heç dəyişikliyin fərqində də olmur. Elə buna görə də, nəyin xoşunuza gəlib-gəlmədiyini ona əvvəldən deyin. Kişilər bəyənilmək üçün edilən saxta hərəkətləri yox, səmimiliyi sevirlər. Bundan əlavə, səmimi olmaq sizin özünüzə dəyər verməyinizdən xəbər verir.  Zəriflik Qızların qadın nəvazişi kişiləri maqnit kimi cəlb edir. Yəqin, bu ana sevgisinə və ya güclü cinsin nümayəndələrinin özlərində olmayan zərifliyə ehtiyacından irəli gəlir. Hər nədirsə, nəticə dəyişmir: qadın nəvazişi kişiləri dəli edir. Bundan əlavə, zərif qızın yanında kişilər özünü daha güclü hesab edirlər. Minnətdarlıq Kişilərin etdiyi hər bir yaxşılıq və diqqətin əvəzində “çox sağ ol” deməyiniz sizi onların qarşısında daha da qiymətli edir. Buna görə də, sevgiliniz sizə gül dəstəsi verəndə və ya evin zibilini atanda hər dəfə ona minnətdarlıq etməyi unutmayın. Kişilərin dediyinə görə, onlar təşəkkürünü bildirən qadına 100 dəfədən də artıq yaxşılıq etmək istəyirlər. Qayğıkeşlik Kişi işdən yorğun-arğın gəlibsə, onunla münasibətləri aydınlaşdırmağa çalışmayın. Bu halda o, istəməsə belə, kobudluq göstərə bilər. Kişilərin dediyinə görə, qadınlarda anlayışın olmaması ucundan tez-tez boş yerə qalmaqal yaranır. Onların fikrincə, ideal tərəf müqabili hansı məqamda ciddi söhbətlərin, hansı yerdə isə susmağın lazım olduğunu bilməlidir. Əlbəttə, qayğıkeşlik özündə həm də başqa keyfiyyətləri əks etdirir. Məsələn, kişi xəstəlibsə, işə getməzdən əvvəl onun cibinə dərman qoyun. Gülərüzlülük Sözsüz ki, hər zaman gülərüz olmaq mümkün deyil. Lakin kişilərə daim pozitiv və onları hər şeyin yaxşı olacağına əmin edən qadın lazımdır. Ağlayan, daim həyatından şikayət edən, hətta iri gül buketi alarkən yalnız onun qiyməti ilə maraqlanan qadın hər bir kişini qorxudur. Elə çox vaxt da münasibətlər belə şeylərə görə korlanır. Kişi qadınına baxanda ondan ruh yüksəkliyi almaq istəyir. Dinləmə qabiliyyəti Kişilər danışarkən qadının ona maraqla baxmasını istəyir. Onun sözünü kəsən, əsnəyən, söhbəti dəyişən qadın kişilərdə qıcıq yaradır. İnanmaq bacarığı Kişi əgər bir dəfə sizi məyus edibsə, bunu ona hər dəfə xatırlatmaq və ya yaşanmış situasiyanı şişirdib hadisələri gərginləşdirmək lazım deyil. Kişilər etmədiyi şeyə görə özünü təmizə çıxarmağı sevmir. Bundan əlavə, inamsızlıq göstərib hər 15 dəqiqədən bir zəng etməyiniz də onu özündən çıxara bilər.

Bu giləmeyvə cinsi istəyi artırır - Araşdırma

Qarpız qabığının ağ hissəsinin cinsi istəyi artıran xüsusiyyəti var. Psixoloq.az xəbər verir ki, qarpız qabığının ağ hissəsi kişilər üçün reseptlə alınmış dərmanlar qədər faydalıdır. Bu barədə cinsi əlaqə üzrə mütəxəssis məsləhətçiləri bildirib. Belə ki, bu giləmeyvənin ağ hissələrində böyük miqdarda sitrülin maddəsi var. Bu maddə vücuda daxil olduqdan sonra isə cinsi istəyi artıran argenin maddəsinə çevrilir. Argenin damar divarlarında daha çox nitrik-oksidin istehsalını təmin edir.

Müəllim olmaq istəyənlər üçün müsahibə mərhələsinin VAXTI AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib. Təhsil Nazirliyindən publika.az-a verilən məlumata görə, namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib. Avqustun 13-dən etibarən keçiriləcək müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaqdır.

16 ildən sonra məlum oldu - Bu qida ömür uzadır

Müntəzəm olaraq balıq yemək insan ömrünü uzadır. Psixoloq.az xəbər verir ki, bu, Çin alimlərinin 16 ildir davam edən tədqiqatından sonra məlum olub. Alimlər 16 il ərzində 240 min kişi və 180 min qadının qidalanmasına nəzarət edib. Sınaqda iştirak edənlər hər gün bir az balıq əti qəbul edib. Müntəzəm olaraq balıq əti yeyən kişilərdə damar xəstəlikləri 10, qara ciyər xəstəliklərində isə 37% azalma müşahidə edilib. Alimlərin açıqlamasına əsasən, müntəzəm olaraq balıq və Omeqa-3 tərkibli qidaları qəbul etmək xərçəng və tənəffüs yolu xəstəliklərindən yaranan ölüm riskini azaldır.

İşıq pulu artıq yazılır? - “Azərişıq”dan işıq pulu ilə bağlı AÇIQLAMA

Quraşdırılan sayğaclara yalnız fiziki müdaxilə edilə bilər. Psixoloq.az-ın məlumatına görə, bunu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə iyul ayı abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu gün smart və elektron sayağaclar bir sistemlidir: “Onların hər hansı funksiyası varsa, bu, o sayğacın növlərini fərqləndirir və yaddaş blokunda heç bir xüsusi proqram yoxdur ki, o elektrik enerjisi sərfiyyatının göstəricilərinə müdaxilə etsin. Fiziki müdaxilə dedikdə, abonentlərin sayğaca vurduğu ziyan nəzərdə tutulur. Bu cür şikayətlər olduqda, biz həmin sayğacları abonentlərin iştirakı ilə laboratotiyaya gətirib yoxlayırıq. Nəticələr isə ictimaiyyətə açıq şəkildə paylaşılır. Abonentlərə tövsiyə edirik ki, bir saat ərzində istehlak etdikləri enerjini sayğac göstəriciləri ilə yoxlasınlar. Bir saatdan sonra sayğacın göstəricilərinin hansı tempdə dəyişdiyini yoxlasınlar. Bu, elə də çətin deyil”. Araz Məmmədzadə qeyd edir ki, heç bir halda kənar göstəricilər sayğaca daxil edilməyib.

"DOST" nə zaman açılacaq? - Nazir açıqladı

"Bu ilin sonunadək, yəni dekabr ayında ilk DOST mərkəzinin açılması planlaşdırılır". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Aztv-nin "Günün nəbzi" verilişinə müsahibəsində deyib. O bildirib ki, hazırda araşdırmalar aparılır, araşdırmaların bir hissəsi də pilot regionun seçilməsidir: "İlk mərkəzin paytaxt Bakıda olmasını düşünürük. Sentyabr ayında pilot rayonumuz artıq dəqiqləşdiriləcək. İlk DOST mərkəzi açıldıqdan sonra növbəti ildə təbii ki, şəbəkə genişlənəcək. Əsas planımız bütün Azərbaycanı əhatə etməkdir". Nazirin sözlərinə görə, DOST Agentliyi və DOST mərkəzləri ölkədə həyata keçirilən islahatların davamıdır: "Bu islahatların kökündə Azərbaycan vətəndaşlarının məmnunluğu dayanır. Mərkəzlərdə ənənəvi xidmətlərlə yanaşı, vətəndaşlara sosial-psixoloji dəstək də göstəriləcək".S.Babayev qeyd edib ki, DOST mərkəzlərində əhaliyə 126 xidmət növünün göstərilməsi müəyyən edilib: "Mərkəzlərdə səyyar xidmətlər də olacaq. "Gənc dost" proqramı əsasında könüllülər də mərkəzlərdə işə cəlb ediləcək".

“Bakmil”də hərəkət iki günlük bərpa edilib

“Bakmil” stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət şənbə və bazar günləri (11-12 avqust tarixlərində) tətbiq edilməyəcək. Bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. “Sərnişinlərimiz “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq istifadə edə bilərlər”. Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı müvəqqəti olaraq  8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.(oxu.az)

Bu gün Günəş tutulacaq

Bu gün ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək. Bu barədə oxu.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər. Tutulma hadisəsi (qismən tutulma) Bakı vaxtilə saat 12:02-də başlanacaq, saat 13:46-da maksimum səviyyədə olacaq, saat 15:30-da başa çatacaq. Qeyd edək ki, bu ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.