Azərbaycana gələn turistlərin ən çox gecələdiyi bölgələr - SİYAHI

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanalarda 1 288,9 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Psixoloq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin 62 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,1 faizi Qusarda, 4,5 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,1 faizi Ağstafada, 9,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 935,2 min təşkil edib ki, bu da ümumi gecələmələrin 72,6 faizini təşkil edir. Gecələmələrin 14,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 14,1 faizi Rusiya Federasiyası, 6,6 faizi İran, 4,5 faizi Türkiyə, 4,3 faizi Səudiyyə Ərəbistanı, 3,4 faizi Böyük Britaniya, hər biri üzrə 3,3 faiz olmaqla Hindistan və ABŞ, 3,2 faizi İsrail, 2,9 faizi Qətər, 2,8 faizi Küveyt, 2,1 faizi İraq, 2,0 faizi Pakistan, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Almaniya, 1,3 faizi Ukrayna, 28,6 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb. Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri 167,0 milyon manat olub ki, onun 66,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20,8 faiz olub. Bu göstərici Naftalanda 58,6 faiz, Ağstafada 48,5 faiz, Bakıda 33,7 faiz, Şirvanda 33,0 faiz, Kürdəmirdə 28,3 faiz, Qəbələdə 27,5 faiz, Zərdabda 25,9 faiz, Qazaxda 23,9 faiz, Mingəçevirdə 22,9 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.(modern.az)

WISC 4 nədir?

Wisc-4 wechsler Zəka Testi 6-16 yaş qrupuna aid olan ən ətraflı və ən güvənli zəka testidir. Bu test fərdi olaraq tətbiq olunur. Dünya üzərində  istifadə edilən keçərliliyi və güvənirliliyi Avropa standartları səviyyəsində gerçəkləşdirilmiş olan ən məşhur tətbiqi zəka testidir. Zəka səviyəsini (İQ) təyin etməmizdə və lazımi istiqamətləri həyata keçirməyimizdə bizə köməkçi olurUşaqlarımız nə üçün Wisc- 4 zəka testindən keçməlidir?Wisc-4 zəka testi uşağın zəka səviyyəsini təyin etmək üçün keçirilir.Bundan əlavə ,bu test aşağıda sadalanan bacarıqların uşağın yaşının alt və ya üst səviyyədə  olmasını müəyyənləşdirdikdən sonra doğru istiqamətləndirə bilmək üçün tətbiq olunur.Test hansı bacarıqları ölçür?Test 4 əsas bölmədən ibarətdir:1. Şifahi qavrama (5 ayrı alttestdən ibarətdir): fikir irəli sürmə, qavrama, anlayışların formalaşdırılması, şifahi məlumat və şifahi  ifadə qabiliyyəti işlədilir. Hər tapşırıq xəbərdaredici səsi anlama, uzunmüddətli yaddaşda şifahi olaraq kodlanmış məlumatı xatırlama, reaksiyaları sözlə ifadə edəbilmək bacarıqlarını tələb edir. Bura öyrənilmiş informasiya və bacarıqları əks etdirən kristal fikir irəli sürmə də aiddir.2. Alqısal fikir irəli sürmə (4 ayrı alttestdən ibarətdir): axıcı və alqısal fikir irəli sürmə və alqısal təşkiletməni ölçür. Hər tapşırıq vizual qavrama və təşkiletmə, vizual olaraq təqdim olunan sözsüz vəsaitdən istifadə edərək fikir irəli sürmə, idarəetmə və rəhbərlikdə istifadə olunan bacarıqları tələb edir.3. Çalışma yaddaşı (3 ayrı alttestdən ibarətdir): qısamüddətli səs yaddaşı, diqqət, konsentrasiya, çalışma yaddaşını ölçür. Hər tapşırıq seçmə və izləmə diqqətini, zehni manipulyasiya bacarıqlarını tələb edir.4. İcraetmə  sürəti (3 ayrı alttestdən ibarətdir): Zehni, hərf-motor tapşırıqlarını icraetmə sürətini ölçür. Hər tapşırıq vizual qavrama və təşkiletmə, vizual incələmə, diqqətin tam idarə edilməsi, cəhdetmənin davam etdirilməsi, sürət kimi çoxlu motor reaksiyaların məhsuldar istehsalını tələb edir.Testin bütün bu 4 istiqaməti ilə bərabər ümumi bir yoxlama da aparılır ki, bunun sayəsində yekun nəticə çıxarılır və uşağın zəka xəritəsi yaradılır.5. İSC-4-ün tətbiqetmə yaş aralığı 6 yaşdan 16 yaş 11 aya qədər uzadılmışdır.Testin keçirilmə müddəti nə qədərdir?Testin keçirilmə müddəti testdən keçən uşağın tapşırıqları yerinə yetirmə sürətindən asılı olaraq 65-115 dəqiqə arasında dəyişirTestə gəlmədən əvvəl nələrə diqqət etmək lazımdır?Uşağı testə dincəlmiş,yuxusunu almış,tox və motivasiyası yüksək vaxtda gətirmək lazımdır.Uşaq rahat geyimdə olmalıır.Həyəcan və gərginliyin yaranmamağı üçün uşağa testə aparıldığı deyilməməli,”test,zəka testi,imtahan”kimi ifadələr istifadə olunmamalıdır.Bundan əlavə,uşağa “diqqətli ol,düzgün elə”kimi təlimatlar verilməməlidir.Testdən öncə psixoloq tərəfindən lazımi açıqlamalar verilir.Testin sonunda hesabat verilirmi?Nə zaman?Testin nəticəsinə əsaslanaraq ən tez 2 gün ən gec 5 gün ərzində mütəxəssis tərəfindən ətraflı hesabat verilir.

Hər kəsə adi gələn, əslində isə böyük olan problem - Depressiya nədir?

Depressiya – halsızlıq, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur.Depressiyada olan insanlar durğun olurlar , alçaq səslə , yavaş və az danışırlar. Kədərli və ağrılıdırlar. Tez-tez ağlayırlar və narahatdırlar. Əvvəllər həvəslə gördükləri işlərə qarşı maraqsız və istəksizdirlər. Düşüncələr nisbətən yavaşlamışdır. Belə olan insanın çarəsiz və ümidsiz olduğuna dair düşüncələri vardır.Depressiyanın risk faktorlari:Bioloji:• irsi meyllilik• bəzi somatik xəstəliklər• alkoqol və narkotiklərin qəbulu• bəzi preparatların qəbuluPsixoloji:• uşaq vaxtı keçirilmiş psixoloji travmalar• ailədaxili və şəxsiyyətlərarası problemlər• həyatda baş verən önəmli dəyişikliklər• yaxın adamın həyatını itirməsi və ya ağır xəstəliyə tutulması ilə bağlı keçirilən hisslər• tənhalıqSosial:• kasıblıq• işsizlik• cinayətkarlıq• sosial müdafiənin olmamasıDepressiyanın əsas əlamətləri:Pasient üçün qeyri-normal hesab edilən səviyyəyədək uzun müddət əhvalın enməsiAdətən pasient üçün xoş olan məşğuliyyətə aydın formada marağın və alınan zövqün azalmasıDemək olar ki, hər gün müşahidə edilən yorulma və güc tükənməsi.Özgüvən hissinin aşağı olmasıSəbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissiTəkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışıDüşünmə və fikir cəmləmə qabiliyyətinin azalmasıİstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluq, süstlük)Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi (artması və ya azalması)

Yollar ödənişli olacaq?

“Hazırda Azərbaycanda ödənişli ola biləcək avtomobil yolları hələ ki, yoxdur”. Psixoloq.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib. Ekspertin sözlərinə görə, ödənişli avtomobil yolları ilə bağlı qanunda qoyulan 2 vacib şərt təmin edilməlidir: “Birincisi, ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır. Ödənişli yolun alternativi olan ödənişsiz yol da texniki göstəricilərinə görə bütün satandart və tələblərə uyğun, təhlükəsiz və rahat hərəkət üçün abadlaşdırılmış olmalıdır. Məsələn, yaxın gələcək üçün hədəflənən Ələt-Astara yolunun yeni salınmış hissəsi yalnız o halda ödənişli ola bilər ki, onun alternativi olan köhnə yol, yəni Biləsuvar və Cəlilabaddan keçən yol tam bərpa olunaraq ideal vəziyyətə gətirilsin. Hazırda həmin köhnə yol çox bərbad vəziyyətdədir. Belə vəziyyət tam aradan qaldırılana qədər yeni yolun ödənişli olması mümkün deyil”. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, Ələt-Astara yolunun və Bakı-Quba yolunun ödənişli sistemin tətbiq edilməsi ilə bağlı qərar var: “Bu qərarın icra edilməsi üçün zaman lazımdır. Ödənişli yollar konsepsiyası müzakirə olunan zaman alternativ yolların olması da müzakirə edilib. Alternativ yolların keyfiyyəti ödənişli yolla eyni səviyyədə olmalıdır. Sadəcə ödənişli yollarda sürət həddi yüksək ola bilər ki sürücülər təyinat yerinə daha tez çatsın. Əsas məsələlərdən biri də odur ki, ödənişli yolların qiyməti orta statistik azərbaycanlı sürücünün imkanları daxilində olmalıdır”.(bizimyol.info)

Bakıda avtobus və metroda gediş haqqı artacaq? – Rəsmi açıqlama

“Müntəzəm marşrut xətləri üzrə avtobuslarının gediş haqqının artırılması məsələsi Bakı Nəqliyyat Agentliyində müzakirə edilmir”. Psixoloq.az xəbər verir ki, bunu bizimyol.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib. O, bildirib ki, gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov isə metroda gedişhaqqı ilə bağlı məsələnin müzakirə mövzusu olmadığını bildirdi. Qeyd edək ki, iyulun 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı 10 faiz artırılacaqdır.

7 zeytun 1 əncir - Bu dərdlərdən xilas olacaqsınız

Mədə-bağırsağından əziyyət çəkənlər zeytun və ənciri bir arada yeməlidirlər. Psixoloq.az xəbər verir ki, bu barədə həkim naturopat Füzuli Hüseynov məlumat verib. Bəs bu şəfalı qidaların başqa hansı faydaları mövcuddur? 7 zeytun 1 əncir yeməyin orqanizmə təsirləri: – Babasildən əziyyət çəkənlər üçün çox faydalıdır; – Ürək əzələsini gücləndirir, damarları elastik edər, xolesterini salar, damarları kirəclənmələrdən qoruyar; – Tərkibindəki minerallar və zəngin kalsium olduğuna görə sümük boşluğu problemləri olanlara faydalıdır; – Dəmir, mis və sink mənbəyidir, qanazlığını götürər, mineralların yaxşı sovrulmasına səbəb olar; – Xroniki bronxit və allergiyadan əziyyət çəkənlər üçün faydalıdır; – Nəfəs çatışmazlığı, infarkt olanlar üçün və ən əsası bol antioksidant mənbəyi olduğundan xərçəng xəstəliyin müalicə və profilaktikasında əvəzolumaz bir nemətdir.

Başqalarından qabağa keçmək istədi, qatar vurdu

Bu gün Bakı metropolitenində qəza baş verib. Psixoloq.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında baş verib: “Neftçilər” metrostansiyasına daxil olan qatarın güzgüsü platformada dayanan gənc oğlanı vurub. Sərnişin, 1996-cı il təvəllüdlü Orxan Qurbanov qatar gələn zaman istəyib ki, digər vətəndaşlardan önə keçsin. Nəticədə o, sərnişinlərin hüdud xəttin keçib. Qatarın güzgüsü onu yıxıb və eynəyi alnını cızıb”. Bəxtiyar Məmmədov qeyd edib ki, o, təcili tibbi yardımın çağırılmasını istəməyib: “Amma əməkdaşlar təcili tibbi yardım briqadası çağırıblar. Yüngül xəsarət alıb”.

Aspiratoru necə təmizləməli - Asan üsul

Aspirator təmizliyi əksər zaman qadınlara çətin gələn işlər sırasında yer alır.  Aspiratorda toplanmış yağ ləkələri isə həm sağlamlıq həm keyfiyyət cəhətdən təhlükəlidir. Psixoloq.az saytı isə bundan asan üsulla xilas olmağın yolunu təqdim edir: Bunun üçün lazım olan qədər suyu qaynadın. İçərisinə 1 stəkan soda əlavə edin. Aspiratorun pərdəsini isə qaynanmış suyun içinə qoyun. Bu vəziyyətdə 3-5 dəqiqə ərzində saxlayın. Sonra isə soyuq suyun altına tutaraq yuyun. Təmizləndiyini görəcəksiniz.

Qatarlarda gediş haqqı artırılır

İyul 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək. Psixoloq.az-ın məlumatına görə, bu barədəoxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Məlumatda qeyd edilib ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları təxminən 10% artırılacaq.

Sabahın hava proqnozu

Azərbaycanda iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində iyulun 25-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, iyulun 25-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İnsanlar psixoloqa inanmır - Savadlı kadr azdır, ya...

Son zamanlar psixoloq adı altında qeyri-qanuni fəaliyyət göstərənlər, insanlara pul məqsədi ilə yanaşan dələduzların sayı artıb. Psixoloq.az saytının əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında psixoloqların fəaliyyəti barədə sorğu keçirib. Əldə edilən nəticə isə ürəkaçan olmayıb. Sosial şəbəkə istifadəçiləri, psixloqların savadlarına inanmadıqlarını, pasiyentə can yandırmadıqlarını, peşəkar olmadıqlarını bildiriblər. Bəs psixoloqlar pasiyentlərə nə üçün can yandırmırlar? İnsanların xarici psixoloqlara üz tutmağının səbəbi nədir? Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Çimnaz Verdiyevanın sözlərinə görə, bunun bir neçə səbəbi ola bilər: “Mən deməzdim savadlı psixoloq kadrı azdı. Məncə kifayət qədər var, ancaq can yandıran psixoloqlar azdır. Düşünürəm ki, buna əsas səbəb günümüzdə insanların problemlərinin, çətinliklərinin olmasıdır. Psixoloq da bir insandır, o da sevilmək istəyir, müəyyən problemləri ola bilər. Yaxşı məvacib almırlar. Maaşları yaxşı olsa məncə daha çox can yandırarlar. Düzgün yola istiqamətləndirən, kömək edən, can yandıran psxiloqlarımız var. Buna baxmayaraq tamamilə can yandıranlar azdır təəssüf ki. Əvvəllər psixoloq dedikdə razılaşardım ki azdır. Amma artıq elə deyil.  Dahi psixoloqlarımız olub, indi də var. Əbdül Əzizadə, Əkbər Bayramov,Zəkəriyyə Mehdizadə və s. Hazırda olan dahi psixoloqlardan Bəxtiyar Əliyev, Səməd Seyidov və s.misal çəkə bilərəm.  Bu insanları çox alqışlayıram.Həmçinin belə psixoloqlar sırasına, psixologiya elmlər doktoru Ərəstun Baxşəliyev, Kamilə Əliyevanı da aid edə bilərəm Həm dahilikləri, həm də mərhəmətləri ilə insanlara can yandırırlar. Biz onlarla fəxr edirik. Gənc psixoloqlar da universitet bitirirlər, öz üzərlərində çalışırlar,sertifikatlar əldə edirlər". Şəhanə Quliyeva

Saçlara ətir vurmaq doğrudur? - Araşdırma

Saçlar keratin pulcuqlarla örtülür və bu pulcuqlar nə qədər çox açıq olarsa, onlar iyi özündə bir o qədər yaxşı saxlayırlar. Yəqin ki, məhz buna görə də biz mexaniki olaraq favori parfumumuzu saçlara sıxmağı sevirik. Lakin ekspertlər əmindir ki, bu, saçlar üçün faydalı deyil. Psixoloq.az publika.az-a istinadən parfumun saçlara verdiyi zərərləri təqdim edir: İndiyədək düşünürsünüz ki, saç üçün tüstülər marketoloqların alıcıları cəlb etmək üçün növbəti uydurmasıdır? Ekspertlər əbəs yerə ətirləri biləyə, dəriyə və boyuna vurmağı məsləhət görmür. Onlar inanır ki, ətir saçları ağırlaşdırır, tərkibindəki spirt isə telləri qurudur. Texnoloq Matrıks Karina Kotova hesab edir ki, əgər saçlara düzgün qulluq etsəniz, onda etanol onlara zərər vurmayacaq. Bunun üçün saçları yuduqdan sonra nəm saçlara krem və ya yağ kimi məhsul çəkmək kifayətdir. Onlar saçları ətraf mühitin istənilən təsirlərindən qoruyan görünməz müdafiə yaradacaq.

Matəm elan olunub - Ölənlərin sayı artır

Yunanıstanda matəm elan olunub. Psixoloq.az xəbər verir ki, baş nazir Aleksis Tsipras bununla bağlı sərəncam imzalayıb. Meşə yanğınları nəticəsində ölənlərin sayı artıq 50 nəfəri keçib.

Aptekə basqın olub

Bakı şəhərində aptekə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Gecəyarısı yemək yeməyin - 2 növ xərçəng yaradır

Bir çox insan məhz gecəyarısı, işləri bitdikdən sonra və ya yuxudan duraraq yemək yeməyə üstünlük verir. Psixoloq.az xəbər verir ki, Barselonada 2000-dən çox insan üzərində aparılan tibbi məlumatların analizlərinin nəticələri heç ürəkaçan deyil. Belə ki, bu vərdiş məhz süd vəzi və prostat xərçənginin inkişafına səbəb ola bilər. Yatmazdan 3 saat əvvəl yemək yemək və səhərə qədər heç nə yeməmək onkoloji prosesləri 20% azaldır. Mütəxəssislər, axşam yeməyini saat 21:00-a kimi bitirməyin vacib olduğunu bildiriblər.

Güclü meşə yanğını baş verdi - 20 nəfər ölüb

Yunanıstanın Afina şəhərinin ətrafındakı meşədə yanğın baş verib. Psixoloq.az xəbər verir ki, yanğınlar 20 nəfərin həyatına son qoyub. 100 nəfərdən çox insan xəsarət alıb. 69 nəfər xəstəxanalara çatdırılıb. Onlardan bir çoxunun vəziyyəti ağırdır. Alovdan qorunmaq üçün qayıqla dənizə açılan turistlərin taleyi naməlumdur. Hazırda sahil mühafizə xidməti turistlərin axtarışı ilə məşğuldur. 

Bu ərazilərdə su olmayacaq

Xətai və Nizami rayonlarında gün ərzində içməli suyun verilişi dayandırılacaq. Psixoloq.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlumata görə, Babək prospektinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral kəmərin şəbəkəyə qoşulması və köhnə magistral xətlərin ləğvi ilə əlaqədr Xətai və Nizami rayonlarının bir hissəsinə (Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-i yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

İki üzlü körpə doğulub - Həyatı təhlükədədir/ FOTO

İki üzlü və bir cüt beyinli körpə doğulub.  Psixoloq.az xəbər verir ki, hadisə İndoneziyada baş verib.  Qilan Endikaadlı uşaq İndoneziyanın Batam şəhərində dünyaya gəlib. Hazırda o, iki aylıqdır. Onun bir bədəni, iki ayağı və iki əli var, ancaq onun əkiz qardaşı ana bətnində inkişaf edə bilməyib və başı deformasiya olub. Bu patologiya 250 min haldan birində baş verir.  Əkiz qardaşın başı körpənin həyatı üçün təhlükə törədir. Yerli həkimlər bu vəziyyətdə ona kömək edə bilməyəcəklərini deyiblər. Hələlik uşaq mütəxəssislərin nəzarəti altında xəstəxanada saxlanılıb.  Qeyd edək ki, Qilanın anası, doğuma qədər körpənin vəziyyətindən xəbərsiz olduğunu bildirib. 

İlk yaşandı - Körpəni atası əmizdirdi/FOTO

ABŞ-da yaşayan Maksamilian və April Neybour adlı cütlük qəribə hadisə ilə rastlaşıb. Psixoloq.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət müalicədən sonra Aprilin övladı dünyaya gəlib. Uşağı doğan ananın halı pisləşdiyi üçün onu reanimasiyaya aparıblar.Yeni doğulan körpəni isə atası yedirtməli olub. Tibb bacısı Maksamiliandan oğlunu əmizdirmək istəyib-istəmədiyini soruşub. Əvvəlcə bunun zarafat olduğunu düşünən ata sonradan məsələnin ciddi olduğunu görüb və razılaşıb.Tibb bacısı ona xüsusi qurğu taxıb və Maksamilian övladını əmizdirib.Dünyada uşağı əmizdirən ilk ata olan Maksamilian xoşbəxt olduğunu bildirib. 

Azərbaycan dilinə 2650 yeni söz daxil edilib

Azərbaycan dilinə yeni daxil olan daha 2 650 söz müəyyən edilib. Psixoloq.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib:  "İkinci yeni sözlər lüğəti artıq hazırdır, lüğət hazırda çap olunma mərhələsindədir. Onun sentyabr-oktyabr aylarında işıq üzü görməsi nəzərdə tutulur". Komissiyanın sədr müavini əlavə edib ki, yeni sözlər lüğətə daxil edilməmişdən əvvəl alimlər tərəfindən geniş müzakirə edilib. O, yeni sözlərin daha sonra hazırlanan orfoqrafiya lüğətinə və Azərbaycan dilinin çoxcildli izahlı lüğətinə daxil ediləcəyini də söyləyib. Onun sözlərinə görə, dilçi alimlər tərəfindən son 3 il ərzində Azərbaycan dilinə 5 150 yeni sözün daxil olduğu müəyyənləşdirilib. S.Sadıqova qeyd edib ki, Azərbaycan dilinin 2015-ci ildə çap olunan ilk yeni sözlər lüğətinə 2 500 söz daxil edilib. Dilimizə daxil olan yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində işlərin hazırda da davam etdiyini deyən S.Sadıqova əlavə edib ki, yeni sözlərin çoxu tibb, informatika, jurnalistika, loqistika, iqtisadiyyat sahəsi üzrədir: "Biz riyaziyyat və fizika sahəsinə aid olan o qədər yeni söz tapa bilmirik. Ancaq logistika, informatika, gömrük sahələrində yeni sözlər daxil olur. Onların arasında alınma sözlər, eyni zamanda Azərbaycan dilinin daxili imkanları hesabına yaranan sözlər də var".

Günün ulduz falı - 24 iyul, 2018

Qoç – çalışarkən yaradıcı nüsnaları unutmayın. Yeni sahələrə və ya istiqamətlərə maraq yaranacaq. Problemlərin həllində trisial olmayın. Düşüncəniz orijinal, qərarlarınız innovativ olsun.Sınanmış, köhnə metodlar günün ikinci yarısında işlək olmaya bilər. Eksperimentlər etməkdən qorxmayın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, qayğıkeş olun. Qarşınızdakı insanı anlamağa çalışın. Buğa – ən başlıca məsələ öz qüvvənizə inanmaq, bədgüman olmamaqdır. Çətin vəziyyətdə, ağır situasiyada ruhdan düşməyin. Qətiyyət və nikbinlik uğurun yarısıdır.Günün ikinci yarısında formalaşan situasiyanı məntiqlə çözməyə çalışın. Çətinlikdən qurtulmaq üçün innovativ qərarlara ehtiyac duyulur. Mühüm məsələləri ailə üzvləri ilə müzakirə etmək olar. Yaxın gələcəklə bağlı planlarınızı yalnız etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz. Əkizlər – yeni perspektivlər yaranır. Kommunikativ olun, problemlərin həllinə yaradıcı yanaşın. Maraqlarınızı bölüşəcək həmfikirlərin sayı arta bilər. Cari işlərdə sizə dəstək ola biləcək insanı arayın.Günün ikinci yarısında köhnə tanışlardan biri ilə qarşılaşa bilərsiniz. Kəsilmiş münasibətlər arasında bərpaya ehtiyac duyulanlar var. Hisslərə qapılmayın, emosional addımlar atmayın.Axşam saatlarında yarımçıq işləri tamamlayın.Stressdən qurtulmağa çalışın. Xərçəng – günün ilk yarısından etibarən situasiyada gərgin məqamların sayı artacaq. Nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Hisslərinizə hakim olun.Günün ikinci yarısında həmkarla və ya şəriklə kəskin mübahisələr etməyin. İmpulsiv davranış durumu ağırlaşdıra bilər. Soyuqqanlı olun. Axşam saatlarında normal istirahət etməyə çalışın.Gəzintiyə çıxa bilərsiniz. Şir – bir müddət əvvəl işlərinizdə başladığınız fasilə artıq başa çatmalıdır. Aktiv olun, irəliyə doğru hərəkət edin. Yaxın ətrafınızdakı insanlarla səmimi davranın.Günün ikinci yarıında sakit olun, amma mövqelərinizdən əsla geri çəkilməyin. Diqqətli çalışın, xırdalıqlara və detallara fikir verin. Liderlik məziyyətlərinizi nümayiş edirin. Gərəkli insanlarla əlaqələr qurun.Təcrübəli insanların biliklərindən yararlanın. İradəli olun, zəifləməyin. Qız – yeni maraqlara aludə olaraq məqsədi unutmayın. İşin zərərinə olacaq addımlar atmayın. Əks halda işdə rəhbərliyin narazılığı, həmkarların qəzəbi ilə qarşılaşa bilərsiniz.Nəzərdə tutulmayan, qəfil gəlir istisna deyil.Günün ikinci yarısında əldə etdiyiniz pulları səpələməyin. Bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları yaxşı işə, faydalı layihəyə yatırmaq olar.Yaxınlarınızla münasibətlərdə soyuqqanlı davranın. Mənşəyi naməlum xəbərlərə inanmayın. Səbrli, sakit olun. Tərəzi – uzunmüddətli planlar qurmayın. İllüziyalara qapılaraq imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Ən yaxın vaxtlara hesablanmış işə başlayın və nəticəyə maksimal dərəcədə sürətlə nail olun.Günün ikinci yarısında sifarişin və ya tapşırığın öhdəsindən gəlmək üçün təcrübənizə güvənin. Məişət qayğıları sizə axşam saatlarında normal istirahət etməyə imkan verməyəcək. İmkan varsa, evdən çıxın, əylənin. Əqrəb – qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli və ötkəm olun. Müvəqqəti çətinliklər sizi ruhdan salmasın. İradəli davranın. Hədəfləri konkretləşdirin, istəklərinizi təftiş edin.Günün ikinci yarısında nə qədər çox işləsəniz, o qədər sürətli irəliləyişə nail olacaqsınız. Yaradıcılıq üçün gərəkli zamandır. Ailə üzvlərinin qayğılarına biganə qalmayın.Axşam saatlarında təkbaşına da istirahət edə bilərisniz. Oxatan – ən mürəkkəb və çətin məsələləri həll edə bilərsiniz. Yeni layihələrə başlamaq, işləri intensivləşdirmək zamanıdır. Biliklərinizi artırın, təcrübənizi daha səbatlı edin.Günün ikinci yarısında ideyalar mübadiləsi yaxşı nəticələr verəcək. Yeni dostluq əlaqələrinin təməlini qoyun. Mövcud təmaslardakı anlaşılmazlıqları aradan qaldırın.Ailə üzvləriniz sizi sevindirəcək. Oğlaq – adi günldərdən fərqli olaraq bu gün ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Mövqeləriniz, fikirləriniz laqeydliklə qarşılanır. Cari işlərin həllində prinsiplərinizə xəyanət etməyin.Günün ikinci yarısında situasiyanı obyektiv dəyərləndirin. Proseslər əvvəlcədən nəzərdə tutduğunuz məcrada getməzsə, təlaşlanmayın. Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur.Axşam saatlarında ağır fiziki işlərlə məşğul olmayın. Dostlar və qohumlarla birlikdə vaxt keçirin. Dolça – günün ilk yarısından təcili həllini tələb edən işlərin sayı artacaq. Zaman keçdikcə situasiyada nizamlanma hiss olunacaq, çətinliklərin sayı azalacaq. Uzun müddətdən bəri gördüyünüz işlə bağlı irəliləyişlər müşahidə olunacaq.Günün ikinci yarısında səfər, ezamiyyət, səyahət istisna deyil. Yaxşı perspektivlər vəd edən tanışlıq olacaq. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı əməkdaşlığı gücləndirin. Səmimi, qayğıkeş olun. Balıqlar – səhər saatlarından etibarən maliyyə məsələlərinin həlli çətinləşə bilər. Maddi problemlərə rəğmən narahat olmayın. Saatlar keçdikcə situasiya sabitləşəcək. Təmkinli və səbrli olun.Günün ikinci yarısında öhdəliklər və vədlərin yerinə yetirilməsi sizdən əvvəlki vaxtlarla müqayisədə daha çox eneji, zaman tələb edəcək. Ruhdan düşməyin. Hər şey yaxşı olacaq.Axşam saatları müsbət emosiyalar vəd edir. Sevdiyiniz insanla aranızdakı fikir ayrılıqları aradan qalxacaq.(milli.az)

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib. DİM-dən publika.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub. II və III ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar iyulun 26-da keçiriləcək qəbul imtahanlarının nəticələri elan edildikdən sonra çap ediləcək. İxtisas seçimi edəcək abituriyentlər müvafiq ixtisas qrupları üzrə 2017-ci ildə mövcud olmuş vəziyyətlə aşağıdakı keçirdlərdən tanış ola bilərlər. İxtisas seçimi etməmişdən əvvəl plan yerləri və statistik göstəriciləri müqayisə etməyi tövsiyə edilir. İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I qrup, 2017) İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (IV qrup, 2017)

Dünyada ilk - Çətənədən pivə düzəltdilər

Kanadanın Ontario şəhərindəki kiçik bir laboratoriyanın mütəxəssisləri dünyada ilk dəfə olaraq çətənə kolundan pivə hazırlayıblar. Psixoloq.az xəbər verir ki, bu pivə, açıq psixotrop effekti verən (yəni nəşələndirən) alkoqolsuz içki sayılır.  Ekspertlər bildiriblər ki, içkinin böyük bir hissəsi, yəni “çətənədən olan pivə”-, çətənə yağı əlavə edilmiş adi pivədir. Pivəni hazırlayanlar isə maraqlı açıqlama ilə çıxış ediblər. Onları tərkibində spirtli içki olmayan pivənin də zərərli olduğundan bəhs ediblər: “ Mariuxana sizin sağlamlığınıza zərər verir, bizim pivə də. Bu gündə beş dəfə içilən və ya yuxudan duran kimi içiləsi olan şey deyil”.

Nabranda itkin düşən 3 yaşlı uşağın SON HALI - FOTO

Xəbər verdiyimiz üzrə iyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.(apa)