Qarpızın qiyməti niyə bahalaşdı? - RƏSMİ AÇIQLAMA

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda satılan qarpızın qiymətinin artmasına münasibət bildirib. Psixoloq.az xəbər verir ki, qurumun mövqeyini mətbuat xidmətinin rəhbəri Anar Hüseynov açıqlayıb. Onun sözlərinə görə, son zamanlar sosial mediada qarpızın bahalaşması ciddi müzakirə olunur və nazirliyə bununla bağlı müraciətlər daxil olur: "Nazirlik nəinki qarpızın, ümumiyyətlə heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Bizim missiyamız fermerləri hansı məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, onları aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir. Qarpızın bahalaşmasına gəldikdə isə buna bir neçə səbəb var. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmir. Hamımız bilirik ki, hər il hansısa məhsul əvvəlki illə müqayisədə baha və yaxud ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən təbii ki fermerlər özləridir. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur – daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s.Bu problemlər məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur".

"Göstərilən imza mənim deyil" - Nazpərinin alimliyi saxta çıxdı

Ali Attestasiya Komissiyası xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Psixoloq.az xəbər verir ki, komissiyanın aparat rəhbəri Arif Quliyev  açıqlamasında bunun doğru olmadığını bildirib: "Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”. Aparat rəhbərinin sözlərinə görə, o, hələlik baş verənlərlə bağlı gözləmə mövqeyindədir: "Bu haqda hələ Nazpəri xanımla danışmamışam. Mənə elə gəlir ki, yayılan xəbərlərə, bu məsələyə Nazpəri Dostəliyeva da öz narazılığını bildirər. Heç bilmirəm ki, bu məsələdən onun xəbəri var, ya yox. Heç bilmirəm bu necə baş verib. Bircə onu deyə bilərəm ki, Ali Attestasiya Komissiyası bu cür diplom verməyib. Nazpəri Dostəliyevaya elmi dərəcə verilməsi ilə bağlı komissiyada heç söhbət də olmayıb. Mən bir-iki gün gözləyəcəyəm. Düşünürəm ki, baş verənlərə Nazpəri xanım da etiraz bildirəcək. Çünki baş verənlər onun adına yaraşan hərəkət deyil. Əgər etirazını bildirməsə, mən də başqa cür hərəkət edəcəyəm. Oradakı imza da saxtadır, mənim deyil. Blankın özü də Ali Attestasiya Komissiyasının blankı deyil. Bizim blankımız, üzərindəki yazı dəst-xəttimiz başqa cürdür”. Qeyd edək ki, ötən gün xalq artisti Nazpəri Dostəliyevanın "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alması ilə bağlı məlumatlar yayılıb.

Şəxsiyyətin psixohəndəsi fiqurlar vasitəsilə öyrənilməsi testi

Psixohəndəsə Amerikada idarəetmə sahəsində kadrların sosial-psixoloji hazırlığı üzrə mütəxəssis Syuzen Dellinger tərəfindən işlənilib. Test isə sizi maraqlandıran insanların şəxsiyyətini tez bir zamanda öyrənməyə imkan verir. Nə etmək lazımdır? Təlimat: Verilmiş 5 fiqura baxın. Öz formanızı hiss etməyə çalışın. Sizcə hansı fiqur daha çox sizə oxşayır ? Və ya hansı fiqura baxıb deyə bilərsiz ki, "bax bu mənəm". Əgər seçməkdə çətinlik çəkirsinizsə diqqətinizi birinci cəlb edən fiquru seçin. Seçdiyiniz fiqurları sıra nömrəsi ilə qeyd edin. Belə ki, birinci yerə seçdiyiniz fiqur sizin davranış xüsusiyyətlərinizi və üstünlük təşkil edən xarakter əlamətlərinizi öyrənməyə imkan verir. Axırıncı yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik törədən adamları bildirir. Ola bilər ki, sizin heç bir fiqurdan xoşunuz gəlməsin. Belə olan halda bir neçə fiquru seçə bilərsiz. Lakin yaxşı olar ki, bir fiqura üstünlük verəsiz.     Kvadrat - əgər siz ilk növbədə kvadratı seçmisinizsə deməli siz yorulmaq bilməyən zəhmətkeşsiniz. Kvadratın əlamətləri: təşkilatçılıq, başladığı işi sona çatdırmaq, inadkarlıq, zəhmətkeşlik, çalışqanlıq. Dözümlülük, səbr, sistemlilik adətən kvadratları öz sahəsində yüksək ixtisaslı mütəxəssis olmasına imkan verir. Əgər siz qəti olaraq kvadrat fiqurunu seçmisinizsə onda sizi solyarımkürəli insanlara aid etmək olar. Dördbucaqlı şəklin xüsusiyyətini daşıyan insanlar, hər xırdalığa həddən artıq diqqətli olanlardır. Onlar vərdiş edilmiş həyat tərzini dəyişməyi xoşlamırlar. Həmişə hər yerdə səliqə-səhmanı sevirlər. Planlaşdırılmış həyat onların idealıdır. Kvadratlardan yaxşı administrator, icraçı olur, nadir hallarda sərancamçı, menecer olurlar. Emosional quruluq və soyuqluq kvadratları müxtəlif insanlarla tez bir zamanda ünsiyyət yaratmaqdan məhrum edir. Kvadratın adətləri və maraqları:1. Ciddi gün rejimi2. Planlaşdırma3. Dəqiqlik4. Yazılı nitqə maraq5. Təmizkarlıq, səliqəlilik6. Qənaətcillik7. Nigaha və valideyn vəzifəsinə ciddi münasibət8. Dostların azlığı9. Kolleksiya toplamaqBu fikirdə olan kişilər  geyimdə ciddi stilə üstünlük verirlər. Tünd rəngli kostyum, ağ köynək və gözəçarpmayan qalstuk. Əgər işlədikləri yerdə uniforma geymək tələb olunursa, onlar heç vaxt bu qaydanı pozmurlar. Ayaqqabıları həmişə təmiz olur. Onlar özləri ilə burun dəsmalı və daraq götürməyi unutmurlar. Heç bir zərgərlik və ya bəzək əşyasından istifadə etmirlər. Həmişə özləri ilə hər ehtimala qarşı müəyyən qədər pul götürürlər, ancaq boş yerə xərcləmirlər. Onlar bir qayda olaraq kökəlməyə meylli deyillər.Qadın isə son dəblə geyinməkdən qaçırlar. Daha çox mavi, qəhvəyi, zoğalı, böz və qara rənglərə üstünlük veririlər. Adətən saçları qısa vurulmuş olur, əgər uzun saçları varsa səliqə ilə yığılmış olur.Kvadratlar öz fikirlərini aydın çatdıra bilirlər, halbuki onlardan heç vaxt auditoriyanı özünə cəlb etməyə qadir olan natiq ola bilməz. Analitik nitq və xırdalıqlara meyl onun nitqini ağırlaşdırır. Üçbucaq - bu forma liderlik əlamətidir. Onların başlıca xarakterik xüsusiyyəti əsas məqsəd üzərində diqqəti cəmləməkdir. Üçbucaqlar qarşılarına aydın məqsəd qoyan və ona nail olan enerjili, güclü şəxsiyyətlərdir. Onlar da kvadratlar kimi solyarımkürəli insanlara aiddirlər və situasiyanı tez analiz edə bilirlər. Lakin kvadratlarlardan fərqli olaraq üçbucaqlar diqqəti xırdalıqlara yox, əsas məqsədə yönəldirlər. Onlar özlərinə inanan və hər şeydə haqlı olmaq istəyən adamlardır. Onlar tez-tez risk edirlər. Qərar qəbulunda tərəddüd edənlərə qarşı səbrsiz olurlar. Üçbucaqlar çox çətinliklə öz səhvlərini etiraf edirlər. Demək olar ki, onlar həmişə görmək istədiklərini görürlər, ona görə də öz qərarlarını dəyişməyi xoşlamırlar və əksər hallarda öz bildikləri kimi hərəkət edirlər. Onlar şöhrətpərəstdirlər. Üçbucaqlar yüksək mövqe tutmağa çalışırlar. Hər hansı işə boyun olmazdan əvvəl özlərinə sual verirlər: "Mənim bundan qazancım nə olacaq?" Onların əsas mənfi xüsusiyyəti eqosentrizmdir. Həmişə hər şeydə haqlı olmaq istəyinə görə üçbucaqlar başqaları ilə həmişə rəqabətdə olurlar. Hər bir işdə üçbucaqların üstünlük təşkil edən ustanovkası qələbə çalmaq, müvəffəqiyyət qazanmaqdır. Onlar hər şeyi və hamını öz ətraflarında fırlanmağa məcbur edirlər. Onlarsız həyat öz kəskinliyini itirərdi. Düzbucaqlı - bu fiquru seçən insanlar hazırda keçirdikləri həyat tərzindən narazı olub, daha yaxşı həyat şəraitinin axtarışı ilə məşğuldurlar. Ümumiyyətlə bu fiqur keçid və dəyişiklik simvoludur və bu fiquru seçən adam  demək olar ki, problemləri içərisində başını itirib. Düzbucağın xarakterik əlamətləri: Onlar günbəgün, hətta bir gün içərisində anidən dəyişə bilərlər. Bir qayda olaraq özünüqiymətləndirmə səviyyəsi aşağı olur, lakin hər an yaxşı olmağa çalışır, yeni iş metodları axtarırlar. Düzbucaqlının davranışındakı sürətli, ani və gözlənilməz dəyişikliklər başqa insanları çaşdırır və onlar şüurlu olaraq onlarla əlaqədən yayınırlar. Onlara başqa insanlarla ünsiyyət sadəcə olaraq zəruridir. Digər tərəfdən üçbucaqların müsbət keyfiyyətləri də var. Bu keyfiyyətlər vasitəsilə onlar ətrafdakıları özlərinə cəlb edirlər. Bu hər şeydən əvvəl hər şeylə maraqlanmaq və cəsarətdir. Onlar əvvəllər heç vaxt görmədikləri işi görməyə çalışırlar. Hazırda onlar hər cür yeniliyi asanlıqla mənimsəyirlər. Həddən artıq tez inanan, təsirlənən, sadəlövh olurlar. Lakin bu keçici bir haldır. Dairə - Bu harmoniya simvoludur. Kim ki, tam əminliklə dairə fiqurunu seçir, o, müsbət şəxsiyyətlərarası münasibətlərdə maraqlıdır. Onlar üçün insanlar, onların firavanlığı ən yüksək dəyərdir. Dairə beş forma içərisində ən xeyirxahıdır. Ən yaxşı dinləyici olduqlarına görə, dairələr beş forma içərisində ən yaxşı ünsiyyətə girməyi bacaranlardır. Başqa sözlə yaxşı kommunikatordurlar. Yüksək həssaslığa malikdirlər. Onlarda başqalarının dərdinə şərik olmaq hissi güclüdür.  Başqasının sevinc və kədərini doğmalaşdırırlar. Ona görə də insanlar onlara can atırlar. Dairələr insanları çox gözəl oxuya bilirlər və o dəqiqə yalançını ifşa edirlər. Biznes sahəsində zəif menecer və rəhbərdirlər. Onlar həmişə sülhü qorumağa çalışırlar, ona görə də bəzən qəti mövqe tutmaqdan qaçırlar. Onlar üçün şəxsiyyətlərarası münasibətlərdə konfliktə girməkdən ağır bir şey yoxdur. Əgər insanlar bir-biri ilə yaxşı münasibətlərdədirsə dairələr üçün bu xoşbəxtlikdir. Ona görə də dairələrlə konflikt olanda çox ehtimal ki, dairələr güzəştə gedirlər. Onlar qətiyyətsizdirlər, siyasi oyunlarda zəifdirlər. Dairələr sağyarımkürəli insanlara aiddirlər. Onlar dünyanı bilavasitə emosional dərk edib başa düşən adamlardır. Ziqzaqlar - ziqzaq yaradıcılıq simvoludur. Adətən onlarda estetik hisslər inkişaf etmiş olur. Sağyarımkürəli düşüncə tərzinə malikdirlər, yəni onlara məntiqdən çox intuisiya xasdır. Ziqzaqlar bir-birindən tamamilə fərqli ideyalardan yeni, orijinal bir şey yaratmağı xoşlayırlar. Dairələrdən fərqli olaraq konfliktdə güzəştə getmir, əksinə konflikti kəskinləşdirirlər. Onlar dünyanı daima dəyişən görməyə meyllidirlər. Ziqzaqlar müəyyən qaydaya salınmış şəraitdə məhsuldar işləməyi bacarmırlar. Dəqiq, qəti müəyyən edilmiş vəzifə və iş üsulları onları qıcıqlandırır. Onlar üçün iş yerində müxtəlifliyin olması zəruridir. İş fəaliyyəftində heç kimdən asılı olmağı xoşlamırlar. Onlar gələcəyə yönəlmiş olurlar və daha çox reallıqla deyil, imkanla maraqlanırlar. İdeyalar aləmi onlar üçün realdır. Həyatlarının müəyyən hissəsinin elə ideyalar dünyasında keçirirlər. Ona görə də onlar qeyri real, sadəlövh və qeyri işgüzardırlar. Onlarda yeni fikir əmələ gələndə az qalırlar ki, bütün dünyaya car çəksinlər. Səbrsiz, sözü üzə deyən olurlar. Başladıqları işi sona çatdırmaqda  inadlaşmırlar. Belə ki, yeniliyin itməsi onlarda ideyaya marağın ölməsinə səbəb olur.

Abituriyentlərdə imtahan stressini necə aradan qaldırmalı? - PSİXOLOQ TÖVSİYƏSİ

İyulun 26-da növbəti qəbul imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbərdarlıq edilib. Bəs imtahan öncəsi abituriyentdə yaranan qorxu və həyəcan hissini necə azaltmaq olar? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən mütəxəssis, klinik psixoloq İlhamə Balakişiyevanın sözlərinə görə, imtahan ərəfəsində olan abituriyentlərdə yaranan fobiya əksər zaman valideynlərindən qaynaqlanır. Birinci mesajı valideynlərə ötürmək lazımdır: “Təbii ki hər valideyn övladını ən yüksək zirvədə görmək istəyir. Ancaq düşünməlidirlər ki, elə yataq xəstəsi uşaqlar var ki heç məktəb üzü görməyiblər. Bu səbəbdən istəklərini uşaqlarına ilk olaraq doğru şəkildə qorxutmayaraq çatdırmalıdırlar”. İlhamə xanım, çox sadə düşüncə tərzindən bəhs edərək abituriyentlərə həyəcanlarını atmaqları ilə bağlı tövsiyə verib. “İmtahan verəcək gənclər düşünməlidirlər ki, pul kisələri var (məcazi formada) və  hər gün pul atırlar. Bu pullar onların 11 il ərzində mənimsədiyi biliklərdir. Abituriyentdə bu həyəcan varsa ilk olaraq mahiyətini araşdırmalıdır. Düşünməlidirlər ki, əgər həmin pul kisəsinin açarı və qapağı ondadırsa necə ola bilər ki onu açdıqları zaman içində heç nə olmasın. Bu, mümkünsüzdür. Bunu düşünərək özlərinə şamil edə bilsələr həyəcanları kəskin formada azalar. Öz biliklərinə güvənməlidirlər. Daxili motivasiyanı qaldırmaq lazımdır”,-deyə Balakişiyeva vurğulayıb. Müəllif: Şəhanə Quliyeva

Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

İyulun 20-21-də Bakı və Abşeron yarımadasında  arabir güclənən xəzri küləyi gözlənilir. Psixoloq.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən gözlənilən hava şəraiti meteohəssas insanlar üçün müsbət amildir. .

Sabaha olan hava proqnozu açıqlanıb

İyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb. Psixoloq.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. İyulun 20-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq. Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Dayanacaq yerləri zəbt edilib — AÇIQLAMA

"Piyada təhlükəsizliyi ilə bağlı vəziyyət qənaətbəxş deyil. Dövlət başçısının tapşırığına əsasən hazırda bu sahədə vəziyyətin müsbətə doğru dəyişdirilməsi üçün zəruri tədbirlər görülür". Psixoloq.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. Paytaxt rayonlarının bir-bir təhlil edildiyini qeyd edən V.Kərimli piyada səkilərinin müxtəlif səbəblərdən zəbt edildiyini diqqətə çatdırıb. "Obyektlər tikilib, obyektlərin pilləkənləri çıxarılıb, obyektə dair reklam lövhələri qoyulub. Yaxud bəzən baxırsan, işıqfor dirəyi olan yerə əlavə nişan qoyulub. Bunlar isə bir başa piyadanın hərəkətinə maneə törədir. Eyni vəziyyət dayanacaqlarla bağlıdır. Dayanacaq yerləri zəbt edilib. Piyadalar məcbur olur ki, yolun hərəkət hissəsinə çıxsınlar. Bakı Nəqliyyat Agentliyi bu problemlərin həlli üçün tədbirlərin görülməsinə başlayıb", - deyə V.Kərimli vurğulayıb.(ölkə.az)

Nişanlılar mübahisə etdi - 5 milyonluq toy ləğv edildi

Antalyada keçirilməsi planlaşdırılan hind toyu ləğv edilib. Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, buna səbəb bəylə gəlin arasında baş verən mübahisədir. Toyun büdcəsi 5 milyon dollar idi və məşhur ulduz Britni Spirs də toyda iştirak etməli idi. Məlumata görə, toydan bir neçə gün əvvəl gəlinin bir qohumu dünyasını dəyişib. Yas səbəbindən toyun vaxtı dəyişdirilib. Sonra isə gəlinlə bəy dalaşıb ayrılıblar. Bildirilir ki, 5 milyon dollarlıq toya 1000 nəfər dəvət edilmişdi. Qonaqlar üçün 3 gecə, 4 günlük otel otaqları kirayəyə götürülmüşdü.

Professor, fəlsəfə doktoru olan MÜĞƏNNİLƏR - Azərbaycanda

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adını alıb. Onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. Psixoloq.az unikal.org-a istinadən fəlsəfə doktoru elmi adını alan müğənnilərin siyahısını təqdim edir: Xalq artisti Mələkxanım Əyyubova "2011-ci ildə "Muğam sənətinin inkişafında dövlət qayğısı” adlı mövzunu müdafiə edib. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub. Əməkdar artist Gülyanaq Məmmədova Azərbaycan xalq və bəstəkar mahnılarının problemlərinin həll olunması” adlı mövzunu müdafiə etdikdən sonra fəlsəfə doktoru elmi dərəcəsi adını alıb. Xalq artisti Azər Zeynalov da Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Əməkdar artist Ədalət Şükürov isə 2007-ci ildən iqtisad elmləri namizədidir. Azərbaycan Dillər Universitetinin müəllimi, tanınnış müğənni Elxan Şirinov isə dosentdir. Tanınmış müğənni, əməkdar artist Nüşabə Ələsgərli elmi dərəcə alıb. O, hazırda "Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Müğənni Lalə Məmmədova Filologiya üzrə fəlsəfə doktoru namizədlik dissertasiyasını müdafiə edib. Ötən il fəlsəfə doktoru adına layiq görülüb. Aşıq Samirə Əliyeva 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətindən dərs deyir. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktorudur. Nəhayət xalq artisti Nazpəri Dostəliyeva bir neçə gün bundan əvvəl "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili”ni dissertasiya edərək fəlsəfə doktoru elmi adını alıb.

Maşınınızı təmiz saxlayın - XƏBƏRDARLIQ

DİN Baş DYP İdarəsi sürücülərə müraciət edib. Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, müraciətdə bildirilib ki, son günlər Bakı şəhərində və respublikanın avtomobil yollarında zahiri görünüşü təmiz olmayan, səliqəsiz, dövlət qeydiyyat nişanları görünməyən nəqliyyat vasitələrinin hərəkət etməsi hallarına rast gəlinir:  “Belə avtomobillərin turizm mərkəzinə çevrilmiş paytaxtımızın ümumi estetik görünüşünə xələl gətirməsini, eləcə də qeyd olunan halların qanunvericiliklə inzibati məsuliyyətə səbəb olmasını nəzərə alaraq, Baş DYP İdarəsi nəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, avtomobillərin zahiri görünüşünün, eləcə də hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etsinlər".

Sürücülərin nəzərinə - Bu yolda təmir gedir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 15-45-ci km-lik hissəsində təmir işləri aparılır. Psixoloq.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən publika.az -a verilən məlumata görə, bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri həyata keçirilir. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tələbə adını qazana bilməyənlər üçün şans - Sənədlərin qəbulu...

Cari ilin məzunları  arasında ali məktəb imtahanları zamanı tələbə adını qazana bilməyənlər heç də ümidsiz olmasınlar. Kolleclərə qəbul olub tələbə adını qazanmaq şansını əldə edə bilərlər. Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, kolleclərə sənədlərin qəbulu hələ avqusutun 20-də başa çatır. Elektron ərizə qəbulunun bu mərhələsi aşağıda sadalanan kateqoriyaya aid olan abituriyentlərin qeyd olunan əməliyyatları yerinə yetirməsi üçün nəzərdə tutulub: “Cari il buraxılış imtahanı verib müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul avqustun 20-si axşam saat 20:00-dək aktiv olacaq”. Daha ətraflı aşağıdakı  linkə daxil olmaqla məlumat əldə etmək olar. http://eservices.dim.gov.az/erizebak/erize/?frm=egov  Dövlət İmtahan Mərkəzindən bildirilib ki, əvvəlki illərin məzunları artıq kollecə sənəd verə bilməz: “Çünki əvvəlki illərin məzunları üçün ayrıca imtahan keçirilir. Buna buraxılış imtahanı qaydasında qəbul imtahanı deyirlər. İyulun 10-da əvvəlki illərin məzunları üçün kollecə və V ixtisas qrupuna qəbul imtahanları keçirilib. Əvvəlki illərin məzunları iyulun 10-da imtahan verməli idilər. Cari ilin məzunları isə kollec və V qrup üçün buraxılış imtahanı nəticələrinə görə qeydiyyatdan keçib iştirak edirlər”.

Media nümayəndələri pulsuz göz müayinəsindən keçəcəklər

22 iyul – Mili Mətbuat Günü ilə əlaqədar olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi maraqlı yeniliyə imza atıb. Psixoloq.az xəbər verir ki,  iyulun 20-də  "Sağlam baxış, sağlam cəmiyyət" adı altında açıq qapı günü keçiriləcək. Bu barədə mətbuata sözügedən mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva məlumat verib. Y.Abdıyevanın sözlərinə görə, göstərilən tarixdə media əməkdaşları saat 10.00-dan 15.00-dək göz müayinəsindən keçə bilərlər. Xatırldaq ki, bu, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi ilk aksiya deyil. Adıçəkilən mərkəz bundan öncə də müxtəlif bölgə və sosial təbəqələr arasında pulsuz göz müayinəsi ilə bağlı çoxsaylı layihələr həyata keçirib ki, bu layihələrdən minlərlə vətəndaş faydalanıb.

Qaçqın statusu ilə yaşayanların sayı artıb - Statistika

Bu ilin altı ayında 827 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artım deməkdir. Psixoloq.az oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. O qeyd edib ki, daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 25 faiz artım qeydə alınıb: “1.859 nəfər daimi yaşamaq üçün icazə alıb. Bu ilin iyul ayının 1-nə ölkəmizdə 32.648 nəfər müvəqqəti,11.288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var”. O da məlum olub ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayı 23 faiz artıb. Hazırda onların sayı 75 nəfər təşkil edir.

Məşhur aktyoru döydülər

Səhhətindəki problemlərdən dolayı Bodrumda yaşayan və İstanbuldan uzaqlaşan aktyor Nejat İşlər döyülüb. Psixoloq.az xəbər verir ki, Nejat İşler restoranda dostları ilə söhbət edərkən xanım pərəstişkarı aktyorla foto çəkdirmək istəyib. Təklifi rədd edən Nejat İşler, qadının əri tərəfindən döyülüb. Məşhur oyunçunun dava zamanı dişinin qırıldığı və huşunu itirdiyi deyilir. Dostları aktyoru dərhal xəstəxanaya aparıb. Həkim müdaxiləsindən sonra kino ulduzu evə buraxılıb.

Nazpəri Dostəliyeva alim oldu

Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adını alıb. Psixoloq.az xəbər verir ki, bu barədə sənətçinin özü instaqram səhifəsində məlumat yayıb. Onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. "Mənim uğurlarım sizin sevginizdən yaranır. Sənət, ədəbiyyat, nəfəs də sevgidən doğulur” - deyə Nazpəri paylaşıma rəy bildirib.

MTRŞ-dan radiolarla bağlı xəbərdarlıq - Monitorinq keçiriləcək

Yaxın vaxtlarda radiolarda Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı monitorinqin keçirilməsi nəzərdə tutulur. Psixoloq.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. İndiyə qədər keçirilən monitorinqin nəticələri haqqında danışan N.Məhərrəmli bildirib ki, proseslər müsbətə doğru irəliləyir: “Özəl radio stansiyalarda isə gənc jurnalistlər arasında həddən artıq sərbəstlik, bəzən peşə etikasından kənara çıxmaq halları da var. Bu hal əsasən canlı bağlantılar zamanı hiss edilir və biraz narahatedici amildir”. Şura sədrinin sözlərinə görə, MTRŞ-nın radiolardan gözləntiləri odur ki, təkcə müsiqi ilə öz işlərini bitmiş hesab etməsinlər: “Yəni radio təkcə musiqi kanalı deyil, xəbərlər, maarifləndirici və digər verilişlər də olmalıdır. Biz radiolarla iş apararkən bu məsələni xüsusi qabardırıq ki, onlar maarifləndirici verilişlərə xüsusi diqqət yetirsinlər. Çünki biz onlara ayrıca ixtisaslaşmış musiqi kanalı statusu vermirik”.

II və III ixtisas qrup üzrə imtahan vermək istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi iyulun 26-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Psixoloq.az xəbər verir ki, DİM-dən publika.az-a verilən məlumata görə, qəbul imtahanlarında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmalıdır. Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

Yediyiniz ət təhlükə mənbəyidir - Araşdırma

ABŞ-ın Con Hopkins Universitetinin alimləri bildiriblər ki, ət məhsullarının hazırlanmasında istifadə edilən kimyəvi maddələr maniakal sindromu riskini artırır. Psixoloq.az oxu.az-a istinadənxəbər verir ki, bununla bağlı məqalə “Molecular Psychiatry” jurnalında yayımlanıb.  Mütəxəssislər 2007-2017-ci illərdə yaşı 18-65 olan, sağlam və ya psixi xəstəlikdən əziyyət çəkən 1101 insan üzərində araşdırmalar aparıblar.  Məlum olub ki, maniakal sindromundan əziyyət çəkən insanlar sağlam şəxslərdən fərqli olaraq, 3,5 dəfə çox ət yeməkləri qəbul edir.  Siçovullar üzərində aparılan ekspertimentlər göstərib ki, ətin konservləşdirilməsi zamanı ona qatılan nitrat iki həftə müddətində heyvanlarda hiberaktivlik yaradır.  Maniakal sindromunun əlamətləri hebrtamiya və ruhi həyəcandır. 

Maraqlı tanışlıqlar mümkündür - Günün QOROSKOPU

Qoç – günün ilk yarısında ifrat səmimiyyət zərərinizə ola bilər. Münasibətlərdə birmənalı olmayan ifadələr işlətməyin, diqqətli olun, hiyləgərliyə əl atmayın. Bəzi şanslar və imkanları itirə bilərsiniz. Məsələn, məqsədə çatmaq üçün məkr, intriqa yararlı vasitə deyil. Günün ikinci yarısında mövcud situasiyaya uyğunlaşmağa çalışsanız ciddi uğurlar əldə edə bilərsiniz. Maliyyə məsələlərində məntiqli davranın. Xərcləriniz ifrata varmamalı, normal olmalıdır. Buğa – yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz. Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz. Əkizlər – sirlərinizi bölüşməyə, niyyətinizi yaxın ətrafınızdakı insanlara söyləməyə tələsməyin. Tənqidə adekvat reaksiya verin. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Rəhbərliyi qəzəbləndirəcək addımlar atmayın. Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin. Axşam saatlarında stressdən qurtulun. Xərçəng – günün ilk yarısından etibarən tələsmədən fəaliyyət göstərin. Çox vaxt və böyük enerji tələb edən işlərin bir qismini ertələmək olar. Əsas məsələ mənəvi rahatlıqdır. Yaradıcılıqla məşğul olmaq, yaranan problemləri çözmək olar. Yaxınlarınızın qeydinə qalın. Günün ikinci yarısında dəyər verdiyiniz insanın təkliflərini diqqətlə dinləyin. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın. Maraqlarınızı kimsəyə qurban verməyin. Şir – günün ilk yarısında kənar şəxslərin həyatınıza kobud müdaxiləsinə imkan verməyin. Evdə qalmayın, fəaliyyətinizi genişləndirin. Məişət və təsərrüfat problemlərini sürətlə nizamlayın. Günün ikinci yarısında dostlarla, tərəfdaşlarla, şəriklərlə görşün. Sizi maraqlandıran məsələlərdən biri ilə bağlı onlar yaxşı məsləhət verə bilərlər. İzafi dərəcədə inadkar, aqressiv olmayın. Əks halda ailə üzvlərindən biri ilə münaqişə istisna deyil. Qız – emosiyalar, hisslər, duyğular bu gün düşməninizə çevriləcək. Ən ağır situasiyada, ən çətin vəziyyətdə soyuqqanlı davranın. Sizi narahat edən məsələlərdən birini etibar etdiyiniz insanla nəzərdən keçirmək olar. Yardım təkliflərini rədd etməyin. Dəyər verdiyiniz şəxs sizi dəstəkləyəcək. Günün ikinci yarısında yollarla maksimum dərəcədə ehtiyatlı olun. Nasazlıq, cərimə istisna deyil. Uzaq yola yaxşı hazırlaşmamış çıxmayın. Maddi durumunuza tam nəzarət edin. Axşam saatlarında normal istirahət edin. Tərəzi – fərdi yaşamınızla bahəm, işgüzar fəaliyyətinizdə problemlər yarana bilər. Çətinlikləri dərhal həll etməyə çalışmayın. Səbrli, təmkinli olun. Yeniləşən şəraitdə və dəyişən situasiyaya uyğunlaşın. Ötən zamanların bir daha qayıtmayacağını düşünərək nisgilə qapılmayın. Günün ikinci yarısında maliyyə məsələlərinin çözümündə mümkün qədər diqqətli olun. Aldığınız mal və ya məhsulu diqqətlə nəzərdən keçirin. İşlərdə sürəkli təftiş zamanı deyil. Riskli anlaşmalara, avantüralara qatılmayın. Maliyyə imkanlarınızı olduğundan artıq göstərməyə çalışmayın. Əqrəb – hisslərinizi kontrolda saxlayın. Əməlləriniz əvvəlcədən hazırlanmış plan çərçivəsindən çox kənara çıxmamalıdır. Sayıq olun, qarşınıza çıxan maneələri araşdırmamış onları dəf etməyə can atmayın. İradəli olun, mövqelərinizdən əsla geri çəkilməyin. Günün ikinci yarısında cari məsələlərin həlli ilə məşğul olun. Yaxın ətrafınızdakılarla ünsiyyətdə hisslərin əsiri olmayın. Mübahisələrdə sözlərinizə fikir verin. Aqressiya və ya ifrat sərtlik yolverilməzdir. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Oxatan – təşəbbüslər və yeni layihələr üçün uğurlu zaman deyil. Texnika, avadanlıqla bağlı məsələlərdə maksimum diqqətli davranın. Ehtiyatsızlıq ciddi travmalara səbəb ola bilər. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qayğını, həssaslığı unutmayın. Yardıma ehtiyacı olan qohumunuza kömək edin. Emosiyalara qapılaraq düşünülməmiş addım atmayın. Qəfil hərəkət, nagahani əməl sonradan peşmançılıq hissi yarada bilər. Axşam saatlarında gəzintiyə çıxın. Oğlaq – parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə böyük üstünlük qazandırır. Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz. Dolça – günün ilk yarısından etibarən neqativ hisslər sizi çulğamasın. Mənfi işlər və pis insanlar barədə nə qədər çox düşünsəniz yaşamınıza bir o qədər problemlər əlavə edəcəksiniz. Nikbin olun, məqsədə doğru aparan yoldan sapmayın. Günün ikinci yarısında fiziki və ya mənəvi diskomfort hiss etsəniz, aktivliyi bir qədər azaldın. Mənasız söhbətlərdən, yaramaz insanlardan uzaq durun. Sizə qarşı məkrlə davranan şəxslərin planlarını sürətlə aşkarlamağa çalışın. Axşam saatlarını özünüzə həsr edin. Balıqlar – ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata bilərsiniz. Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin – bu, yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz.

Doğulacaq körpənin görünüşünü dəyişmək mümkün olacaq

Gələcəkdə valideynlər övladlarının xarici görünüşünü özləri seçə biləcəklər. Psixoloq.az oxu.az-a istinadənxəbər verir ki, bu barədə Britaniya alimləri bildiriblər. Tələb olunan boyu, gözlərin və saçların rəngini genlərin redaktə edilməsi sayəsində tənzimləmək mümkün olacaq. Britaniyalı alimlər qeyd ediblər ki, insan rüşeyminin genetikasına istənilən müdaxilə rəsmi dövlət dairələrinin nəzarəti ilə həyata keçirilməlidir. Əvvəllər genlərin redaktə edilməsi mənəvi baxımdan yolverilməz hesab olunurdu və yalnız ağır irsi xəstəliklərin müalicəsi və yaxud xərçəngin profilaktikası zamanı istifadə edilirdi. Amma indi alimlər valideynlərin istəyi ilə körpənin xarici görünüşünü dəyişmək niyyətindədirlər. DNT-si dəyişmiş ilk uşaqlar artıq yaxın zamanlarda dünyaya gələ bilərlər.

Kondisionerlər ölüm səbəbiniz ola bilər

Kondisionerlərdən istifadə edilməsi insanları vaxtından əvvəl ölüm təhlükəsi ilə qarşı-qarşıya qoya bilər. Psixoloq.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Viskonsinsk Universitetinin alimləri bildirib. Məlumata görə, qlobal istiləşmə səbəbi ilə insanlar getdikcə kondisionerlərdən daha çox istifadə etməyə başlayacaqlar. Bunun nəticəsində isə çirklənmiş havanın səviyyəsi yüksələcək və bu da ölüm riskini artıracaq. Soyutma sistemləri energetika sahəsində yüklənməni artıracaq. Bu da öz növbəsində atmosferə daha çox aerozol və qazların buraxılmasına səbəb olacaq. Məlum olduğu kimi, temperaturun 3.5 dərəcə yüksəlməsi halında insanlara 30 faiz daha artıq elektrik enerjisi lazım olacaq. Kompüter modelləşdirməsi göstərir ki, ABŞ-da 2050-ci ildə artıq enerji istifadəsi illik 600 nəfərin ölümünə səbəb olacaq. Bu problemin fəsadlarından qaçmağın yeganə yolu isə bərpa oluna bilən enerji resurslarından istifadə etmək ola bilər. 

Stressin ölçülməsi-Psixoloji test

       Müasir insanlar tez-tez psixoloji gərginlik yaşayırlar. Çünki cəmiyyətdə baş verən sosial-iqtisadi problemlər və həddindən artıq informasiyanın olması əsəb-psixoloji pozulmalar gətirib çıxarır. Bununla da insanda bir çox psixosomatik xəstəliklər yaranır. Daha çox ürək-damar xəstəliklərinə, habelə orqanizmin müqavimət sistemini zəiflədərək digər xəstəliklərə şərait yaradır. Alimlər uzun zamanlar apardıqları araşdırmalar əsasında  həftə ərzində insanlara müxtəlif vaxtlarda təsir edən bəzi risk amillərinin siyahısını tərtib etmişdir. Təlimat: Cədvəl həftə ərzində hər gün axşam doldurulur. Siyahıda uyğun cavabların qarşısına işarə qoyun. Hər cavab bir baldır. Həftə sonu balları toplayın:                                                                                                        Həftənin günləri Risk amilləri                                   Bazar ertəsi   Çərşənbə axşamı  Çərşənbə  Cümə axşamı  Cümə  Şənbə  Bazar 1) Çatışmayan və pis yuxu                      ---                       ---                     ---                ---             ---          ---        --- 2) Yolda,işdə və evdə  pozulan əhval                                        ---                       ---                      ---               ---              ---           ---        --- 3) İşdə pozulmuş əhval                          ---                       ---                      ---               ---              ---           ---        --- 4) Xoşagəlməz iş                                   ---                        ---                      ---               ---              ---          ---         --- 5) Həddən artıq olan səs                       ---                        ---                      ---               ---              ---          ---         --- 6) 3 fincandan artıq tünd kofe qəbulu                                                   ---                        ---                      ---               ---               ---          ---         --- 7) 10-dan artıq siqaret  çəkmək            ---                        ---                      ---               ---               ---          ---          --- 8) Daha çox alkaqol qəbulu                  ---                        ---                       ---               ---              ---           ---           --- 9) Çox az olan fiziki aktivlik                  ---                        ---                       ---               ---              ---            ---          --- 10) Daha çox yemək                            ---                        ---                       ---              ---               ---            ---          --- 11) çox şirniyat qəbulu                         ---                         ---                      ---              ---               ---            ---          --- 12) Şəxsi problemlər                            ---                         ---                     ---               ---               ---           ---          --- 13) İş vaxtından artıq işləmək              ---                         ---                      ---              ---                ---           ---           --- 14)Evdə əhvalın pozulması                 ---                          ---                     ---               ---                ---           ---           --- 15) Öz işinin keyfiyyətinə şübhə          ---                          ---                     ---               ---                ---           ---          --- 16)Baş ağrıları                                     ---                          ---                     ---               ---                ---           ---          --- 17)Ürək zəifliyi                                     ---                          ---                     ---               ---                ---           ---           --- 18) Mədədə ağrılar                              ---                          ---                     ---               ---                ---           ---           --- 1-20 bal.  Vəziyyət normaldır. Hər ehtimala qarşı növbəti həftə bir daha yoxlayın.Bu çox və ya az dərəcədə olan subyektiv qavrayış və özünütənqidin olmaması da ola bilər. 21-40 bal. Hələlik şərait o qədər də həyəcanlandırıcı deyil, ancaq bəzi bəndlərə diqqət etmək lazımdır. Tez bir zamanda onlar artıb ciddi təhlükə yarada bilər. 41-60 bal.  Təhlükə göz qabağındadır. Əgər ən tez vaxtda həyat tərzinizlə bağlı ciddi addımlar atmasanız sizi mürəkkəb və bunlardan da artıq xoşagəlməzliklər gözləyir. 60 baldan yuxarı.  Sağlamlığınız ciddi təhlükədədir. Cədvəldə vacib bəndləri təhlil edin və təcili olaraq öz sağlamlığınıza diqqət yetirin. ÇALIŞIN STRESS VƏ STRESƏ SƏBƏB OLAN SİTUASİYALARDAN UZAQ OLUN. UNUTMAYIN, SAĞLAMLIĞINIZ HƏR ŞEYDƏN VACİBDİR.

Konfliktə meyllisinizmi?-Özünüzü yoxlayın.

1. İctimai nəqliyyatda yüksək səslə mübahisə başlayır. Sizin reaksiyanız? a) baş qoşmuram;  b) haqlı tərəfi müdafiə edərək, qısaca sözümü deyirəm; c)aktiv olaraq qatışıram 2. İclasda çıxış edərək rəhbərliyi tənqid edirsiniz? a) xeyr; b) əgər bunun üçün əsas varsa, onda hə; c) səbəb varsa nəinki rəhbərliyi, hətta onu müdafiə edənləri də tənqid edirəm 3. Dostlarınızla tez-tez mübahisə edirsiniz? a) əgər inciməsələr; b) ancaq prinsipial məsələlərə görə; c) mübahisə mənim təbiətimdir 4. Əgər kimsə növbədə sizi keçsə, sizin reaksiyanız? a) daxilən hirslənirəm ancaq susuram; b) etiraz edirəm; c) irəli keçirəm və sıraya nəzarət edirəm 5. Evdə nahar vaxtı sizə şit yemək gətirirlər, sizin reaksiyanız? a) boş şeyə görə səs-küy qaldırmaram; b) sakitcə duz qabını götürürəm; c) böyük səs-küy qaldıraraq yeməkdən imtina edə bilərəm 6. Nəqliyyatda gedərkən kimsə ayağınızı tapdalasa, sizin reaksiyanız? a) acıqlı halda ayağımı tapdayana baxıram; b) soyuqqanlılıqla fikrimi deyirəm; c) nalayiq sözlər deyirəm 7. Yaxınlarınızdan kimsə sizə xoşunuz gəlməyən nə isə alıb, sizin reaksiyanız? a) susaram; b) dodaqaltı deyinib razılaşıram; c) qalmaqal salıram 8. Lotereyada bəxtiniz gətirməyəndə, münasibətiniz necə olur? a) özümü laqeyd göstərir, ancaq bir daha oynamayacağıma söz verirəm; b) kefimi pozmuram və zarafata salıb əvəzini çıxaracağımı deyirəm; c) uduzanda uzun müddət əhvalım korlanır. Nəticələrin hesablanması: a-4 bal; b-2 bal; c-0 bal: 22-32 bal.  Siz mübahisədən və konfliktdən uzaqsınız, evdə və işdə çətin şəraitdən qaçırsınız. " Platon mənim dostumdur, ancaq həqiqət daha qiymətlidir" şüarı sizlik deyil. Buna görə hərdən sizi cəsarətsizlikdə ittiham edə bilərlər. Əgər nə iləsə razı deyilsizinsə cəsarətli olun. 12-20 bal.  Siz konfiliktə meyillisiniz. Bu ancaq başqa çıxış yolu olmadıqda baş verir. Siz qəti şəkildə öz fikrinizdə qalırsınız, fikirləşmirsiniz ki, xidməti mövqeyinizə və ya dostluq münasibətlərinizə xələl gələ bilər. Belə hallarda haşiyədən çıxmayın və təhqirə keçməyin. Onda sizə hörmət edəcəklər. 10 bala qədər.  Mübahisəsiz və konfiliktsiz yaşaya bilmirsiniz. Əgər ünvanınıza kimsə nəsə desə, az qalır ki, həmin şəxsi "diri-diri" yeyəsiz. Sizin tənqid işin xeyrinə deyil, sadecə tənqid xatirinədir. Evdə və işdə sizin yanınızda olanlar üçün çox çətindir. Kobudluğunuz insanları sizdən uzaqlaşdırır. Bəlkə də buna görə əsl dostunuz yoxdur. Bir sözlə özünüzün davakar xarekterinizi dəyişin.