Nazpəri Dostəliyeva alim oldu

Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adını alıb. Psixoloq.az xəbər verir ki, bu barədə sənətçinin özü instaqram səhifəsində məlumat yayıb. Onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. "Mənim uğurlarım sizin sevginizdən yaranır. Sənət, ədəbiyyat, nəfəs də sevgidən doğulur” - deyə Nazpəri paylaşıma rəy bildirib.

MTRŞ-dan radiolarla bağlı xəbərdarlıq - Monitorinq keçiriləcək

Yaxın vaxtlarda radiolarda Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı monitorinqin keçirilməsi nəzərdə tutulur. Psixoloq.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. İndiyə qədər keçirilən monitorinqin nəticələri haqqında danışan N.Məhərrəmli bildirib ki, proseslər müsbətə doğru irəliləyir: “Özəl radio stansiyalarda isə gənc jurnalistlər arasında həddən artıq sərbəstlik, bəzən peşə etikasından kənara çıxmaq halları da var. Bu hal əsasən canlı bağlantılar zamanı hiss edilir və biraz narahatedici amildir”. Şura sədrinin sözlərinə görə, MTRŞ-nın radiolardan gözləntiləri odur ki, təkcə müsiqi ilə öz işlərini bitmiş hesab etməsinlər: “Yəni radio təkcə musiqi kanalı deyil, xəbərlər, maarifləndirici və digər verilişlər də olmalıdır. Biz radiolarla iş apararkən bu məsələni xüsusi qabardırıq ki, onlar maarifləndirici verilişlərə xüsusi diqqət yetirsinlər. Çünki biz onlara ayrıca ixtisaslaşmış musiqi kanalı statusu vermirik”.

II və III ixtisas qrup üzrə imtahan vermək istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi iyulun 26-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Psixoloq.az xəbər verir ki, DİM-dən publika.az-a verilən məlumata görə, qəbul imtahanlarında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmalıdır. Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

Yediyiniz ət təhlükə mənbəyidir - Araşdırma

ABŞ-ın Con Hopkins Universitetinin alimləri bildiriblər ki, ət məhsullarının hazırlanmasında istifadə edilən kimyəvi maddələr maniakal sindromu riskini artırır. Psixoloq.az oxu.az-a istinadənxəbər verir ki, bununla bağlı məqalə “Molecular Psychiatry” jurnalında yayımlanıb.  Mütəxəssislər 2007-2017-ci illərdə yaşı 18-65 olan, sağlam və ya psixi xəstəlikdən əziyyət çəkən 1101 insan üzərində araşdırmalar aparıblar.  Məlum olub ki, maniakal sindromundan əziyyət çəkən insanlar sağlam şəxslərdən fərqli olaraq, 3,5 dəfə çox ət yeməkləri qəbul edir.  Siçovullar üzərində aparılan ekspertimentlər göstərib ki, ətin konservləşdirilməsi zamanı ona qatılan nitrat iki həftə müddətində heyvanlarda hiberaktivlik yaradır.  Maniakal sindromunun əlamətləri hebrtamiya və ruhi həyəcandır. 

Maraqlı tanışlıqlar mümkündür - Günün QOROSKOPU

Qoç – günün ilk yarısında ifrat səmimiyyət zərərinizə ola bilər. Münasibətlərdə birmənalı olmayan ifadələr işlətməyin, diqqətli olun, hiyləgərliyə əl atmayın. Bəzi şanslar və imkanları itirə bilərsiniz. Məsələn, məqsədə çatmaq üçün məkr, intriqa yararlı vasitə deyil. Günün ikinci yarısında mövcud situasiyaya uyğunlaşmağa çalışsanız ciddi uğurlar əldə edə bilərsiniz. Maliyyə məsələlərində məntiqli davranın. Xərcləriniz ifrata varmamalı, normal olmalıdır. Buğa – yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz. Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz. Əkizlər – sirlərinizi bölüşməyə, niyyətinizi yaxın ətrafınızdakı insanlara söyləməyə tələsməyin. Tənqidə adekvat reaksiya verin. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Rəhbərliyi qəzəbləndirəcək addımlar atmayın. Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin. Axşam saatlarında stressdən qurtulun. Xərçəng – günün ilk yarısından etibarən tələsmədən fəaliyyət göstərin. Çox vaxt və böyük enerji tələb edən işlərin bir qismini ertələmək olar. Əsas məsələ mənəvi rahatlıqdır. Yaradıcılıqla məşğul olmaq, yaranan problemləri çözmək olar. Yaxınlarınızın qeydinə qalın. Günün ikinci yarısında dəyər verdiyiniz insanın təkliflərini diqqətlə dinləyin. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın. Maraqlarınızı kimsəyə qurban verməyin. Şir – günün ilk yarısında kənar şəxslərin həyatınıza kobud müdaxiləsinə imkan verməyin. Evdə qalmayın, fəaliyyətinizi genişləndirin. Məişət və təsərrüfat problemlərini sürətlə nizamlayın. Günün ikinci yarısında dostlarla, tərəfdaşlarla, şəriklərlə görşün. Sizi maraqlandıran məsələlərdən biri ilə bağlı onlar yaxşı məsləhət verə bilərlər. İzafi dərəcədə inadkar, aqressiv olmayın. Əks halda ailə üzvlərindən biri ilə münaqişə istisna deyil. Qız – emosiyalar, hisslər, duyğular bu gün düşməninizə çevriləcək. Ən ağır situasiyada, ən çətin vəziyyətdə soyuqqanlı davranın. Sizi narahat edən məsələlərdən birini etibar etdiyiniz insanla nəzərdən keçirmək olar. Yardım təkliflərini rədd etməyin. Dəyər verdiyiniz şəxs sizi dəstəkləyəcək. Günün ikinci yarısında yollarla maksimum dərəcədə ehtiyatlı olun. Nasazlıq, cərimə istisna deyil. Uzaq yola yaxşı hazırlaşmamış çıxmayın. Maddi durumunuza tam nəzarət edin. Axşam saatlarında normal istirahət edin. Tərəzi – fərdi yaşamınızla bahəm, işgüzar fəaliyyətinizdə problemlər yarana bilər. Çətinlikləri dərhal həll etməyə çalışmayın. Səbrli, təmkinli olun. Yeniləşən şəraitdə və dəyişən situasiyaya uyğunlaşın. Ötən zamanların bir daha qayıtmayacağını düşünərək nisgilə qapılmayın. Günün ikinci yarısında maliyyə məsələlərinin çözümündə mümkün qədər diqqətli olun. Aldığınız mal və ya məhsulu diqqətlə nəzərdən keçirin. İşlərdə sürəkli təftiş zamanı deyil. Riskli anlaşmalara, avantüralara qatılmayın. Maliyyə imkanlarınızı olduğundan artıq göstərməyə çalışmayın. Əqrəb – hisslərinizi kontrolda saxlayın. Əməlləriniz əvvəlcədən hazırlanmış plan çərçivəsindən çox kənara çıxmamalıdır. Sayıq olun, qarşınıza çıxan maneələri araşdırmamış onları dəf etməyə can atmayın. İradəli olun, mövqelərinizdən əsla geri çəkilməyin. Günün ikinci yarısında cari məsələlərin həlli ilə məşğul olun. Yaxın ətrafınızdakılarla ünsiyyətdə hisslərin əsiri olmayın. Mübahisələrdə sözlərinizə fikir verin. Aqressiya və ya ifrat sərtlik yolverilməzdir. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Oxatan – təşəbbüslər və yeni layihələr üçün uğurlu zaman deyil. Texnika, avadanlıqla bağlı məsələlərdə maksimum diqqətli davranın. Ehtiyatsızlıq ciddi travmalara səbəb ola bilər. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qayğını, həssaslığı unutmayın. Yardıma ehtiyacı olan qohumunuza kömək edin. Emosiyalara qapılaraq düşünülməmiş addım atmayın. Qəfil hərəkət, nagahani əməl sonradan peşmançılıq hissi yarada bilər. Axşam saatlarında gəzintiyə çıxın. Oğlaq – parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə böyük üstünlük qazandırır. Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz. Dolça – günün ilk yarısından etibarən neqativ hisslər sizi çulğamasın. Mənfi işlər və pis insanlar barədə nə qədər çox düşünsəniz yaşamınıza bir o qədər problemlər əlavə edəcəksiniz. Nikbin olun, məqsədə doğru aparan yoldan sapmayın. Günün ikinci yarısında fiziki və ya mənəvi diskomfort hiss etsəniz, aktivliyi bir qədər azaldın. Mənasız söhbətlərdən, yaramaz insanlardan uzaq durun. Sizə qarşı məkrlə davranan şəxslərin planlarını sürətlə aşkarlamağa çalışın. Axşam saatlarını özünüzə həsr edin. Balıqlar – ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata bilərsiniz. Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin – bu, yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz.

Doğulacaq körpənin görünüşünü dəyişmək mümkün olacaq

Gələcəkdə valideynlər övladlarının xarici görünüşünü özləri seçə biləcəklər. Psixoloq.az oxu.az-a istinadənxəbər verir ki, bu barədə Britaniya alimləri bildiriblər. Tələb olunan boyu, gözlərin və saçların rəngini genlərin redaktə edilməsi sayəsində tənzimləmək mümkün olacaq. Britaniyalı alimlər qeyd ediblər ki, insan rüşeyminin genetikasına istənilən müdaxilə rəsmi dövlət dairələrinin nəzarəti ilə həyata keçirilməlidir. Əvvəllər genlərin redaktə edilməsi mənəvi baxımdan yolverilməz hesab olunurdu və yalnız ağır irsi xəstəliklərin müalicəsi və yaxud xərçəngin profilaktikası zamanı istifadə edilirdi. Amma indi alimlər valideynlərin istəyi ilə körpənin xarici görünüşünü dəyişmək niyyətindədirlər. DNT-si dəyişmiş ilk uşaqlar artıq yaxın zamanlarda dünyaya gələ bilərlər.

Kondisionerlər ölüm səbəbiniz ola bilər

Kondisionerlərdən istifadə edilməsi insanları vaxtından əvvəl ölüm təhlükəsi ilə qarşı-qarşıya qoya bilər. Psixoloq.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Viskonsinsk Universitetinin alimləri bildirib. Məlumata görə, qlobal istiləşmə səbəbi ilə insanlar getdikcə kondisionerlərdən daha çox istifadə etməyə başlayacaqlar. Bunun nəticəsində isə çirklənmiş havanın səviyyəsi yüksələcək və bu da ölüm riskini artıracaq. Soyutma sistemləri energetika sahəsində yüklənməni artıracaq. Bu da öz növbəsində atmosferə daha çox aerozol və qazların buraxılmasına səbəb olacaq. Məlum olduğu kimi, temperaturun 3.5 dərəcə yüksəlməsi halında insanlara 30 faiz daha artıq elektrik enerjisi lazım olacaq. Kompüter modelləşdirməsi göstərir ki, ABŞ-da 2050-ci ildə artıq enerji istifadəsi illik 600 nəfərin ölümünə səbəb olacaq. Bu problemin fəsadlarından qaçmağın yeganə yolu isə bərpa oluna bilən enerji resurslarından istifadə etmək ola bilər. 

Stressin ölçülməsi-Psixoloji test

       Müasir insanlar tez-tez psixoloji gərginlik yaşayırlar. Çünki cəmiyyətdə baş verən sosial-iqtisadi problemlər və həddindən artıq informasiyanın olması əsəb-psixoloji pozulmalar gətirib çıxarır. Bununla da insanda bir çox psixosomatik xəstəliklər yaranır. Daha çox ürək-damar xəstəliklərinə, habelə orqanizmin müqavimət sistemini zəiflədərək digər xəstəliklərə şərait yaradır. Alimlər uzun zamanlar apardıqları araşdırmalar əsasında  həftə ərzində insanlara müxtəlif vaxtlarda təsir edən bəzi risk amillərinin siyahısını tərtib etmişdir. Təlimat: Cədvəl həftə ərzində hər gün axşam doldurulur. Siyahıda uyğun cavabların qarşısına işarə qoyun. Hər cavab bir baldır. Həftə sonu balları toplayın:                                                                                                        Həftənin günləri Risk amilləri                                   Bazar ertəsi   Çərşənbə axşamı  Çərşənbə  Cümə axşamı  Cümə  Şənbə  Bazar 1) Çatışmayan və pis yuxu                      ---                       ---                     ---                ---             ---          ---        --- 2) Yolda,işdə və evdə  pozulan əhval                                        ---                       ---                      ---               ---              ---           ---        --- 3) İşdə pozulmuş əhval                          ---                       ---                      ---               ---              ---           ---        --- 4) Xoşagəlməz iş                                   ---                        ---                      ---               ---              ---          ---         --- 5) Həddən artıq olan səs                       ---                        ---                      ---               ---              ---          ---         --- 6) 3 fincandan artıq tünd kofe qəbulu                                                   ---                        ---                      ---               ---               ---          ---         --- 7) 10-dan artıq siqaret  çəkmək            ---                        ---                      ---               ---               ---          ---          --- 8) Daha çox alkaqol qəbulu                  ---                        ---                       ---               ---              ---           ---           --- 9) Çox az olan fiziki aktivlik                  ---                        ---                       ---               ---              ---            ---          --- 10) Daha çox yemək                            ---                        ---                       ---              ---               ---            ---          --- 11) çox şirniyat qəbulu                         ---                         ---                      ---              ---               ---            ---          --- 12) Şəxsi problemlər                            ---                         ---                     ---               ---               ---           ---          --- 13) İş vaxtından artıq işləmək              ---                         ---                      ---              ---                ---           ---           --- 14)Evdə əhvalın pozulması                 ---                          ---                     ---               ---                ---           ---           --- 15) Öz işinin keyfiyyətinə şübhə          ---                          ---                     ---               ---                ---           ---          --- 16)Baş ağrıları                                     ---                          ---                     ---               ---                ---           ---          --- 17)Ürək zəifliyi                                     ---                          ---                     ---               ---                ---           ---           --- 18) Mədədə ağrılar                              ---                          ---                     ---               ---                ---           ---           --- 1-20 bal.  Vəziyyət normaldır. Hər ehtimala qarşı növbəti həftə bir daha yoxlayın.Bu çox və ya az dərəcədə olan subyektiv qavrayış və özünütənqidin olmaması da ola bilər. 21-40 bal. Hələlik şərait o qədər də həyəcanlandırıcı deyil, ancaq bəzi bəndlərə diqqət etmək lazımdır. Tez bir zamanda onlar artıb ciddi təhlükə yarada bilər. 41-60 bal.  Təhlükə göz qabağındadır. Əgər ən tez vaxtda həyat tərzinizlə bağlı ciddi addımlar atmasanız sizi mürəkkəb və bunlardan da artıq xoşagəlməzliklər gözləyir. 60 baldan yuxarı.  Sağlamlığınız ciddi təhlükədədir. Cədvəldə vacib bəndləri təhlil edin və təcili olaraq öz sağlamlığınıza diqqət yetirin. ÇALIŞIN STRESS VƏ STRESƏ SƏBƏB OLAN SİTUASİYALARDAN UZAQ OLUN. UNUTMAYIN, SAĞLAMLIĞINIZ HƏR ŞEYDƏN VACİBDİR.

Konfliktə meyllisinizmi?-Özünüzü yoxlayın.

1. İctimai nəqliyyatda yüksək səslə mübahisə başlayır. Sizin reaksiyanız? a) baş qoşmuram;  b) haqlı tərəfi müdafiə edərək, qısaca sözümü deyirəm; c)aktiv olaraq qatışıram 2. İclasda çıxış edərək rəhbərliyi tənqid edirsiniz? a) xeyr; b) əgər bunun üçün əsas varsa, onda hə; c) səbəb varsa nəinki rəhbərliyi, hətta onu müdafiə edənləri də tənqid edirəm 3. Dostlarınızla tez-tez mübahisə edirsiniz? a) əgər inciməsələr; b) ancaq prinsipial məsələlərə görə; c) mübahisə mənim təbiətimdir 4. Əgər kimsə növbədə sizi keçsə, sizin reaksiyanız? a) daxilən hirslənirəm ancaq susuram; b) etiraz edirəm; c) irəli keçirəm və sıraya nəzarət edirəm 5. Evdə nahar vaxtı sizə şit yemək gətirirlər, sizin reaksiyanız? a) boş şeyə görə səs-küy qaldırmaram; b) sakitcə duz qabını götürürəm; c) böyük səs-küy qaldıraraq yeməkdən imtina edə bilərəm 6. Nəqliyyatda gedərkən kimsə ayağınızı tapdalasa, sizin reaksiyanız? a) acıqlı halda ayağımı tapdayana baxıram; b) soyuqqanlılıqla fikrimi deyirəm; c) nalayiq sözlər deyirəm 7. Yaxınlarınızdan kimsə sizə xoşunuz gəlməyən nə isə alıb, sizin reaksiyanız? a) susaram; b) dodaqaltı deyinib razılaşıram; c) qalmaqal salıram 8. Lotereyada bəxtiniz gətirməyəndə, münasibətiniz necə olur? a) özümü laqeyd göstərir, ancaq bir daha oynamayacağıma söz verirəm; b) kefimi pozmuram və zarafata salıb əvəzini çıxaracağımı deyirəm; c) uduzanda uzun müddət əhvalım korlanır. Nəticələrin hesablanması: a-4 bal; b-2 bal; c-0 bal: 22-32 bal.  Siz mübahisədən və konfliktdən uzaqsınız, evdə və işdə çətin şəraitdən qaçırsınız. " Platon mənim dostumdur, ancaq həqiqət daha qiymətlidir" şüarı sizlik deyil. Buna görə hərdən sizi cəsarətsizlikdə ittiham edə bilərlər. Əgər nə iləsə razı deyilsizinsə cəsarətli olun. 12-20 bal.  Siz konfiliktə meyillisiniz. Bu ancaq başqa çıxış yolu olmadıqda baş verir. Siz qəti şəkildə öz fikrinizdə qalırsınız, fikirləşmirsiniz ki, xidməti mövqeyinizə və ya dostluq münasibətlərinizə xələl gələ bilər. Belə hallarda haşiyədən çıxmayın və təhqirə keçməyin. Onda sizə hörmət edəcəklər. 10 bala qədər.  Mübahisəsiz və konfiliktsiz yaşaya bilmirsiniz. Əgər ünvanınıza kimsə nəsə desə, az qalır ki, həmin şəxsi "diri-diri" yeyəsiz. Sizin tənqid işin xeyrinə deyil, sadecə tənqid xatirinədir. Evdə və işdə sizin yanınızda olanlar üçün çox çətindir. Kobudluğunuz insanları sizdən uzaqlaşdırır. Bəlkə də buna görə əsl dostunuz yoxdur. Bir sözlə özünüzün davakar xarekterinizi dəyişin.

Duyğularınızmı, məntiqinizmi? Psixoloji Test

Verəcəyiniz qərarlar, atacağınız addımlar zamanı duyğularınızınmı, yoxsa məntiqinizinmi rol oynadığını bilmək istəyirsinizsə, aşağıdakı sualları cavablandırın. Cavablarınıza uyğun balları toplayın və sonda qərarlarınızı nəyə əsasən verdiyinizi öyrənin.  1. Səhər işə gələrkən yolda qəza olduğunu gördün... A) Çox kədərlənərəm, ona görə baxmadan keçərəm. (1 bal) B) Dərhal təcili yardıma zəng vurar, qəza haqqında məlumat verərəm. (2 bal) C) Əlimdən gələn ilkin yardımı edərəm. (3 bal) 2. Sevgilin sənə xəyanət etdiyi üçün ayrıldın. Amma o təkrar barışmaq istəyirsə... A) Onu hələ də çox sevirəm. Qəbul edərəm. (1 bal) B) Zamana buraxmaq ən doğrusudur. (2 bal) C) Təkrar xəyanət etməyəcəyini kim bilə bilər? Əsla olmaz. (3 bal) 3. Xoşuna gələn insanla yeni münasibətə başladın, amma dost-tanış ona çox bağlandığını söyləyir... A) Bu eşqdir! Özümü saxlaya bilmirəm. (1 bal) B) Bir az düşünər və hərəkətlərimə diqqət edərəm. (2 bal) C) Haqlı olduqlarını düşünərəm. Həyat yalnız ondan ibarət deyil. (3 bal) 4. Çox sevdiyin dostunla (rəfiqənlə) ziyafət verəcəksiniz. Amma dostun son dəqiqədə bir bəhanə gətirir... A) O mənim ən yaxşı dostumdur, yenə edərik. Qəlbini qırmağa dəyməz. (1 bal) B) Gələn qonaqlara zəng vurar, gələrkən şirniyyat almalarını söyləyərəm. (2 bal) C) Belə bir şey ola bilməz. Daha diqqətli olması lazım idi. (3 bal) 5. Xoşuna gələn insanla eyni layihədə vəzifə aldın... A) Birlikdə keçirdiyimiz bütün zamanı qiymətləndirər, layihəni unudaram. (1 bal) B) Bir az layihə ilə məşğul olduqdan sonra birlikdə vaxt keçirməyi təklif edərəm. (2 bal) C) Layihə mənim üçün çox əhəmiyyətlidir. Onu bitirməliyik. (3 bal) 6. Ən yaxın dostunun köhnə sevgilisinin səndən xoşu gəldiyini öyrəndin... A) Bu çox gözəl xəbərdir! Mənim də ona qarşı hisslərim var idi. (1 bal) B) Bu hadisə məni narahat edər. Yoldaşlarımdan kömək istəyərəm. (2 bal) C) Dostum(rəfiqəm) mənim üçün daha əhəmiyyətlidir. Xəbərim yox imiş kimi davrana bilmərəm. (3 bal) 7. Çox sevdiyin bir dostunun sevgilisinin ona xəyanət etdiyini öyrəndin... A) Bu çox pis vəziyyətdir! Dostum üçün kədərlənərəm, amma ona deyə bilmərəm. (1 bal) B) Sevgilisi ilə danışar, vəziyyəti anlamağa çalışaram. (2 bal) C) Nəticə nə olursa olsun bunu dostuma söyləməliyəm. (3 bal) 8. Sevgilin mübahisənizdə sənin xarakterində xoşuna gəlməyən davranışları söylədi... A) Çox inciyərəm . Amma sevirəm, onu itirməmək üçün bildirmərəm. (1 bal) B) Bir müddət ayrı qalsaq, dəyərimi anlayacaq. (2 bal) C) Söylədiklərini ciddi qəbul edərəm. Amma məni incitmək məqsədiylə söylədiyi üçün bir daha danışmaram. (3 bal) Duyğular öndədir (8-13 bal) Sən duyğularına əhəmiyyət verirsən. Hətta bəzən həddindən artıq əhəmiyyət verdiyin belə olur. Bir az məntiqinə üstünlük versən, çevrəndəkilərlə əlaqələrin daha yaxşı ola bilər. Çünki hər cür vəziyyətdə ən çox kədərlənən sən olursan. Məntiq (14-19 bal) Bəzən duyğuların, bəzən də məntiqin sənin üçün ön plandadır, Harada necə davranması lazım olduğunu bilən insanlardansan. Buna görə ətrafındakı insanlar sənə çox inanır. Onlarla yaxşı ünsiyyət qurmağı bacarırsan. Sırf məntiqə əsaslanırsan (20-24 bal) Sənin üçün hər zaman məntiq ön plandadır. Bu qədəri səncə də həddindən artıq deyilmi? İnsanlar sənin haqqında “aysberq” deyirlər. Ətrafa duyğusuz bir insan kimi görünməkdən çəkinməlisiniz. Çünki, sən də elə insan olmadığını çox yaxşı bilirsən.

Obssesiv kompulsiv pozuntu

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər. Obssesiv – kompulsiv pozuntu nədir? Köhnə adı ilə sarışan hallar nevrozu adlanan bu xəstəlik əsasən beyinə müxtəlif istənməyən fikirlərin gəlməsi və təkrarlanan hərəkətlərin edilməsi özünün göstərən bir xəstəlikdir. Obssesiya nədir ? Bu beyinə insanın iradəsindən asılı olmayaraq daxil olan, qovula bilməyən, təkrarlanan, şəxsinə özünə məntiqsiz gələn və əksər hallarda onun dünyagörüşünə, əxlaq normalarına zidd olan düşüncələrdir.Bu düşüncələr insanda həyəcan və narahatlıqa səbəb olur. Kompulsiya nədir? Kompulsiyalar obssesiyalar nəticəsində yaranan həyəcan və narahatlığı aradan götürmək üçün ortaya qoyulmuş davranışlardır. Yayılma dərəcəsi nə qədərdir? Hər 100 nəfərdən 3-4 nəfərində görülən bu xəstəlik əvvəllər nadir xəstəlik kimi qələmə verilsə də son tədqiqatlar bunun heç də az olmadığını göstərir. Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir? Bu xəstəliyin əlamətləri müxtəlif fərqliliklər göstərir.Bu fərqliliklər yaşa görə, din baxışlara görə, kultural səviyyəyə görə dəyişir.Məsələn bir toplum üçün obssesiya sayılan düşüncə digər toplumda obssesiya olmaya bilər.Ən tez tez rastlaşdıqımız obssesiya və kompulsiyalar aşağıdakı kimidir. Kirlənmə obssesiyası təmizləmə kompulisyası Şəxs ona müxtəlif mikroblara yoluxduğunu, çirkləndiyini, müxtəlif kimyəvi maddələrin (sabun, yuyucu toz), yağların, bədən mayelərinin (tüpürcək, sidik, nəcis) ona toxunduqunu düşünür.Onlar bu düşüncələrə görə saatlarla əllərini yuyur, hamamadan gec çıxırlar, ətrafı spirt və ya dezinfeksiya edici maddələrlə təmizləyir, paltarlarını tez tez dəyişirlər. Şübhə obssesiyası kontrol kompulsiyası Bu növ obssesiyalar daha tez tez rast gəlinənidir.Bu zaman şəxs qapını, qazı, suyu baglayıb bağlamadıqını düşünür, evden çıxarkən cihazları söndürüb söndürməyini fikirləşir, öz iradəsindən asılı olamayaraq kiməsə zərər verə biləcəyini (məsələn bıçaqla kimisə vuraram, uşaqı pəncərədən ataram, özümü öldürərəm və s) haqqında bezdirici fikirlər olur və bu fikirlərə qarşılıq olaraq insan qapını, qazı dəfələrlə yoxlayır, evdə tək qalmaq istəmir ki birdən kimsəsə nəsə edərəm. Cinsi məzmunlu obssesiyalar Şəxs öz əxlaqına, tərbiyyəsinə həyat baxışlarına zidd olaraq beyinindən yaxınları doğmalarına qarşı cinsi məzmunlu fikirlər gəlir və ya tanımadıqı adamlarla bağlı cinsi məzmunlu xəyallar qurur. Dini məzmunlu obssesiyalar Xüsusən dini ibadətlərlə məşğul olan insanlarda dini görüşlərinin etiqadların əksinə olaraq istəmədən Allahı inkar edən, müqqədəs şəxslərə qarşı söyüş məzmunlu fikirlər gəlir. Simmetrik, toxunma və sayma obssesiyaları Bu vəziyyətdə şəxsdə müxtəlif əşyalaraı, cisimləri bir birinə paralel qoymağa, müəyyən sayda toxunmağa (məsələn 3 dəfə bura toxundumsa 3 dəfə də əlavə toxunmalıyam), binaların evlərin mərtəbəsini saymağa və ya müxtəlif rəqəmləri cüt və ya tək rəqəmə yuvraqlaşdırmağa şalışırlar və bir çox insan düşünür ki, bunu etməsəm hər hansı pis hadisə ola bilər, doğmalarıma başına pis nələrsə gələ bilər. Obssesiv – kompulsiv pozuntu niyə yaranır? Bu xəstəliyin yaranmasında əsas səbəb bioloji olaraq beyində sinirlər arasında impulsların ötürülməsini təmin edən maddələrdən biri serotonin maddəsinin miqadarının azalmasıdır.Uşaqlıq dövrü travmaları ilə bərabər şəxsin özünün fərdi xüsusiyyətlərinin də bu problemin yaranmasında təsiri vardır. Müalicə necə aparılır? Müalicə məsələsində istiqamət mövcüddur.İlk təklif olunan variant dərman terapiyasıdır ki bu zaman antidepressantlardan istifadə olunur son illərin tövsiyyəsinə bu ən az 2 il fasilsəiz şəkildə davam etdirilməlidir.Digər müalicə metodu isə koqnitiv davranış terapiyası adlanan psixoterapiyadır. Pasientlərə məsləhət: Obssesiv – kompulsiv pozuntu müalicəyə müqavimətli formaları olsa da əksər hallarda müalicəyə tabe olur.Təyin olunan dərmanları fasilsəiz bir şəkildə qəbul edin bu sizdə əlavə yan təsirlər yaratmaz əgər belə bir halla rastlaşarasınızsa həkiminzlə əlaqə saxlayın dərmanı özünüz saxlamayın.Müalicə müddətində bəzən əlamətlərin artması olsada bu sizi qətiyyən həvəsdən salmasın.

Panik atak

Panik atak nədir? Panik atak şəxsin gözləmədiyi halda anidən ortaya çıxan, 15-20 dəqiqə müddətində getdikcə artaraq ən yüksək səviyyəyə çatan şiddətli qorxu tutmasıdır. Bu tutmanı keçirən şəxs həmin anda infarkt keçirərək öləcəyinə, dəli olacağına, bayılaraq yıxılacağına və ya özünə nəzarəti itirəcəyinə inanaraq, dəhşətli qorxu hissi keçirir. O, bu qorxunun təsiri altında sürətli şəkildə təcili yardım xidmətinə və ya ən yaxındakı həkimə müraciət edir.Panik atakın əlamətləri hansılardır? Aşağıda sadalanacaq 13 psixoloji və fizioloji əlamətdən ən az 4-nün olması panik atak diaqnozu qoymaq üçün yetərlidir.1. Ürək döyüntülərinin sayının artması2. Tərləmə3. Titrəmə4. Boğulma5. Nəfəsin kəsilməsi6. Sinədə ağrı7. Ürəkbulanma və ya qarında ağrı8. Gözlərin qaralması, başın fırlanması, huşun itməsi9. Ətrafı hiss etməmək (sanki hər şeyi yuxuda görür)10. Özünə nəzarəti itirmək11. Ölüm qorxusunun yaranması12. Bütün duyğuların ölməsi13. Eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə, tərləmə və s.)Panik pozuntu nədir? -Əgər sizdə panik ataklar gözlənilmədən baş verirsə- Əgər hər panik atakdan sonra növbəti bir panik atatın olacaqını həyəcanlı bir şəkildə gözləyirsinizsə- Panik takın olmaması üçün və ya hər hansı bir ola biləcək pis hadisəyə qarşı özününü sığortlayırısınza (evden uzaqa getməmək, yaninda su və ya dərman gəzdirmə, xəstəxanalara yaxın yerlərdə gəzmə və s) kimi əlamətlər üstünlük təşkil edirsə bu panik pozuntu adlanır.Bu əlamətlərin müşahidə olunduğu şəxslərə panik pozuntu diaqnozu qoymazdan əvvəl pasiyent ətraflı müayinə olunmalı, ürək, ağciyər, tiroid, beyin mənşəli problemlərin olub-olmamasını dəqiqləşdirmək lazımdır.Qeyd etmək lazımdır ki, panik atak xəstəliyi zamanı laboratuar və instrumental müayinələr (qan analizləri, KT, MRT və sair) zamanı heç bir patologiya aşkar olunmur. Bir çox xəstə bu müayinələrin nəticəsinə inanmayaraq, başqa həkim və klinikalara müraciət edirlər.İlk panik tutma adətən səbəbsiz baş verir. Bir neçə dəfə təkrarlandıqdan sonra şəxsdə "Birdən yenə olar?", "Görəsən, bir də nə vaxt olacaq?" tipli növbəti panik atakı gözləmə həyəcanı yaranır. Bu düşüncələr artdıqca xəstə "birdən yenə panik atak olar və mənə heç kim kömək etməz" fikri ilə iri ticarət mərkəzlərinə, metroya və digər qapalı yerlərə getməkdən çəkinir. Özünə məxsus güvənli məkanlar seçir və həmin məkandan kənara çıxmır. Bu, panik atakın aqrofobiyalı forması adlanır.Panik pozuntunun yaranma səbəbi nədir?2 əsas səbəb qeyd olunur.İlk səbəb sinirlər arasında ötürülməni təmin maddələrin dəyişməsidir.Digər səbəb isə pasientlrimizin tamam zərərsiz olan adi ürəkdöyünmə, boğulma kimi əlamətləri yanlış olaraq “infarkt, insult, astma” kimi xəstəliklərə bənzətməsinin nəticəsidir.Panik pozuntunun müalicəsi mümkündürmü? İlk öncə xəstədə paralel olaraq hansısa somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün bəzi müayinələr aparılmalıdır. Əksər hallarda xəstələrdə heç bir problem ortaya çıxmır. Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panik ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyası ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir. Panik tutma zamanı qəbul edilən dərmanlar bəzən xəstəyə təsir etməyə bilər.Panik tutma zamanı nə etmək lazımdır?Xəstələr mütləq əvvəlcədən bilməlidirlər ki, bu, adi bir panik tutmadır və bu tutmaya görə onlara heç vaxt heç nə olmayacaq. Həyəcanlanmadan, sakit şəkildə oturub tutmanın keçməsini gözləmək lazımdır. Bu zaman dərindən nəfəs almaq şikayətlərinizi artıra bilər. Bu səbəbdən də bu tip hərəkətlərdən çəkinin. Təcili yardım və ya həkim çağırmağınız, spirtli və kofeinli içkilər qəbul etməyiniz, siqaret çəkməyiniz məsləhət deyil.Pasientlərə məsləhət : Panik pozuntu heç bir halda ölümə, infarkta, dəli olmaya, insult və digər bu kimi xəstəliklərin yaranmasına səbəb olmazYanınızda atereial təzyiq ölçmək üçün cihaz, müxtəlif dərmanlar, vitaminlər və sair gəzdirməyin.Yalnız həkiminizin tövsiyyə etdiyi dərmanları götürə bilərsiniz.Qohumlar üçün məsləhət : Əgər sizin doğmalarınzda panik pozuntu aşkarlanıbsa bunun qətiyyən heç bir həyati fəsadı olmadığını bilin.Müalicə nəticəsində vəziyyəti nə qədər yaxşı olsa da həkimin təyin etdiyi onun icazə olmadan saxlamasına imkan verməyin.

Yayılmış təşviş pozuntusu

Generalizə olunmuş təşviş pozuntusu nədir? (GTP) Bu problemdən əziyyət çəkən şəxslərə daimi olaraq qeyri müəyyən, mövcud vəziyyətə uyğun olmayan həyəcan hissi hakim kəsilir.Həyəcan hissinin şiddəti bəzən o qədər yüksək olur ki, bu insanlar adi gündəlik iş gücləri ilə maraqlana bilmir, ətraf aləmdən uzaqlaşmağa başlayırlar.Bu xəstəlik zamanı həyəcan mövzuzu ailə üzvləri, qohumları, sağlamlıq vəziyyəti, ev, pul kimi məsələlərdir.Yaş irəlilədikcə rastgəlmə tezliyi artan bu xəstəliyə hər 100 nəfərdən 3-4 də bu və ya digər formada həyatının hansısa bir dövründə rast gəlinir. GTP əlamətləri nələrdir? Bu xəstəliyin əsas əlamətləri gün ərzində davam edən qeyri adekvat həyəcan hissidir.Düşüncədə daimi olaraq “anama nəsə olacaq, atama nəsə olacaq, evimiz yanacaq, hamı öləcək, pullarımız əldən çıxacaq” kimi fikirlər olur.Pasientin bu fikirlərin boş mənasız oldqunu bilsə də fikirlər ondan əl çəkmir və bu fikirlər insanda həyəcanın somatik əlamətləri olan ürəkdöyünmə, boğulma, halsızlıq eləc də psixoloji əlamətlərdən bir yerdə əqrar tuta bilməmək, ümumi narahatlıq kimi əlamətlər yaradır. GTP adi həyəcandan fərqi nədir? Adi həyəcan normal səviyyədə bizim gündəlik işlərimizə daha məsuliyyətli, daha dəqiq yanşamamızı təmin edən bir psixi funksiyadır.Bir çoxumuz imtahana görə, gələcəyimizə görə, evimizə, uşaqlarımıza valideynlərimizə görə həyəcan keçirə bilərik lakin bu həyəcan insanın günlük iş fəaliyyətinə, sosial həyatına təsir etməyəcək bir şəkildə olmalıdır. GTP necə müalicə olunur? İlkin olaraq əlamətlərin digər hər hansı bir xəstəliyə baglı olub olmadıqını araşdırmaq lazımdır.Müalicəvi yanaşma digər nevrotik pozuntularda oldugu kimi yeni nəsil antidepressantlar və koqnitiv davranış terapiyası vasitəsilədir.Müalicəyə başlanan şəxslərin böyük əksəriyyəti 2 həftə sonra müalicədən fayda görürlər.Xəstəlik əlamətlərinin tam itməsinə baxmayaraq çüalicə müddəti ən az 1 il müddətində davam etdirmək lazımdır.

Sosial fobia

Sosial fobiya nədir? Şəxsin ictimai yerlərdə, kütlə önünüdə, diqqət mərkəzində və sair kimi buna bənzər məkanlarda olduqda ifrat bir həyəcan hissi yaşaması ilə özünü göstərən bir xəstəlikdir. Sosial fobiyalı insanlar etdiklərin hərərkətlərə görə başqalarının yanında mənfi rəy yaratmaqdan, biabır olmaqdan qorxurlar.Həmin insanların özündə olan üz qızarması, əl əsməsi, səs titrəməsi kimi əlamətlərin hiss etdiyini düşünürlər.Sosial fobiyanın əlamətləri nələrdir? Sosial fobiyadan əziyyət çəkən insanlar qorxduqları situatasiya ilə qarşılaşdıqı zaman onlarda sifətin qızarması, əlin, səsin titrəməsi, ürəkdöyünməsi,nəfəs darlıqı, mədə bağırsaq nahiyəsində qəribə formada şikayətlər baş qaldırır.Bu şikayətləri hər dəfə diqqət mərkəzində olanda yaşayan pasient “mən zəifəm, gücsüzəm, mənim zəif olduqumu hər kəs bilir, heç kimə lazım deyiləm” kimi düşüncələr başlayır.Bütün bunardan sonra insanda qaçınma davranışları yaranır Məsələn lövhə qarşısında dərs danışmaqdan bəhanə edərək uzaqlaşır, çıxışlar etmir, gözün içinə baxa bilməmək, toy ad günü kimi ictimai tədbirlərdən, qarşı cinslə yeni tanışlıqlardan imtina edərək uzaqlaşmağa başlayırlar.Sosial fobiyanın utancaqlıqdan fərqi nədir? Sosial fobiya adi utancaqlıqın ağır və çox inkişaf etmiş formasıdır.Utancaqlıq zamanı insanda sosial həyatında, iş gücündə ciddi dəyişikilik olmur amma bunun əksinə olaraq sosial fobiya insanın sosiallığına ciddi mənada təsir edir.Sosial fobiya hansı yaşlarda ortaya çıxır? Bu xəstəliyin ən çox rast gəlindiyi yaş qrupu 10 -17 yaş arasıdır.Yayılması 5-12 % faiz olmaqla kifayət qədər rast gəlinən xəstəliklər sırasındadır.Sosial fobiyanın hansı formaları var? Bu xəstəlik 2 formada özünü göstərir.Əgər əlamətlər özünüsadəcə kütlə önündə, ictimai yerlərdə biruzə verirsə bu total forma, əgər bəlli yerlərdədirsə (məsələn rəqs edəndə, imza atanda) bu hissəvi social fobiya adlanır.Sosial fobiya diaqnozu necə qoyulur? Diaqnoz qoyulması həkim müayinəsi və köməkçi vasitə olan Liebowits Sosial Fobiya Testi ilə həyata keçirilir.Həmin testin sualları aşağıdakı kimidir- Kütlə içərisində telefonla danışmaq- Kiçik qrup tədbirlərdə iştirak etmək- İnsanların içində yemək yemək- İnsanların içində nəsə içmək- Məsul (vəzifəli) bir şəxslə görüşmək- Auditoriya qarşısında çıxış- Əyləncəli yerlərə getmək- Başqasının baxışları altında iş görmək- Yaxşı tanımadıqı şəxslə telefon danışıqı- Yaxşı tanımadıqı şəxslə üz üzə danışmaq- Yad adamlarla qarşılaşma- Ümumi tualetlərdən istifadə- İnsan çox olan otaqa girmək- Diqqət mərkəzində olmaq- İclasda hazırlıqsız çıxış etmək- Bacarıqlarını yoxlanılması- Yad insana onunla eyni fikirdə olmadıqını demək- Yad insanların gözünün içinə baxmaq- Yeni tanışlıqlara cəhd etmək- Aldıqı malı geri qaytarmaq- Kənar şəxsi qonaq dəvət etmək- İsrar edən satıcıya müqavimət göstərməkYaranma səbəbləri nələrdir? Bioloji olaraq beyində serotonin maddəsinin azalması göstərilsə də bu xəstəliyin psixoloji və sosial səbəbləri daha ön plandadır.Belə ki uşaqlıqda utanc vəziyyətəinə tez tez salınan, sinif yoldaşları və dostaları qarşısında utandırlıan, ailəsin maddi vəziyyətində problem olan və ya valideynlərindən birini itirən şəxslər arasında rast gəlmə ehtimalı daha yüksəkdir.Sosial fobiyanın müalicəsi necə aparılır? Bu xəsətliyin müalicəsində dərman terapiyası olaraq yeni nəsil antidepressantlar istifadə olunsa da pasientlərin böyük əksəriyyətinə ardıcıl təşkil olunmuş koqnitiv davranış terapiyasın aparılması tövsiyyə olunandır.Dərmanlarla müalicə müddəti 6-12 ay, terapiya müddəti isə 10-14 seans təşkil edir.

Bipolyar affektiv pozuntu

Bipolyar affektiv pozuntu nədir ? Köhnə adı ilə “Maniakal – depressiv psixoz” adlanan bu xəstəlik özündə 2 ayrı fazanı birləşdirir.Bu fazalardan birində pasiyəntdə əhval ruhiyyənin kəskin qalxması, enerji yüksəlməsi müşahidə olunsa da digər fazada bunun tam əksinə şəxs dərin bir kefsizlik, tez yorulma, enerjinin azalması müşahidə olunur.Həmin əhvalın yüksəldiyi dövrə “Maniya” dövrü, əksi olan kefsizlik dövrünə isə “depressiya” deyilir.Qeyd etdiyimiz bu iki dövr xəstələrdə müəyyən periodlarda tutma şəklində bir biriniz əvəz edir və tutmalardan sonrakı dövrlərdə pasientlər özlərini tam sağlam hiss edirlər.Bipolyar affektiv pozuntu kimlərdə rast gəlinir? Bu xəstəlik bütün yaş dövrlərində rast gəlinsə də ən çox rast gəlindiyi yaş 20 yaş ətrafıdır.Qadın və kişilərdə rastgəlmə tezliklərinə ciddi bir fərq yoxdur.Maniya dövrü necədir ? Bu dövr adətən qəfildən başlayır 2 həftədən 4 aya qədər davam edə bilər.Əsas əlamətləri əhval ruhiyyənin səbəbsiz kəskin yüksəlməsidir.Xəstələr çox tez tez danışır, beyində fikirlər sürətlə bir birini əvəz edir, gecə az yatmasına baxmayaraq gün boyu özlərini gümrah hiss edirlər, qətiyyən yorulmaq bilməyən bu şəxslər al əlvan geyinməyə, çoxlu pul xərcləməyə, gərəksiz hədiyyələr almağa meyilli olurlar.İdarə etdikləri avtomobili sürətli sürmə, cinsi enerjidə artış, lüzumsuz zarafatlar etmək də manik dövrdə tez tez rast gəlinən davranışlardır.Bəzi kəskin hallarda maniya dövründə xəstədə psixotik əlamətlər (özünüböyütmə sayaqlamaları) rast gəlinə bilər.Zəruri qeyd kimi bildirim ki, bütün bu əlamətlər hər hansı kənar maddənin məsələn narkotik vasitələrindən qəbulundan sonra yaranmamalıdır.Hipomaniya nədir ? Hipomaniya maniakal dövrdə müşahidə olunan halların daha yüngül yaşanmasına deyilir.Depressiya dövrü necədir? Depressiv dövr daha uzun müddət davam edir.6-8 ay bəzən daha uzun müddət davam etdiyi də müşahidə olunur.Bu dövrün əsas əlamətləri halsızılıq, tez yorulma, ağlama, iş görmək istəyinin azalması, şəxsi gigiyenasına nəzarətin azalması, yuxuya ifrat meyillik, daxili sıxıntı, cinsi istəyin azalması, intihar fikirləridir.Xəstəliyin gedişi necədir ? BAP zamanı yuxarıda qeyd etdiyimiz dövrlər biri birini əvəz edir.Məsələn 1 ay davam edən maniakal dövrün ardından xəstədə 9 ay və ya 1 il davam edən depressive epizod görülə bilər.Bəzən qarışıq epizodlar dediyimiz hallar da müşahidə olunur ki, bu zaman pasientin əhvalı günlük olaraq dəyişir.Bir çox pasientimizdə mövsümü olaraq yaz aylarında manic dövrün kəskinləşməsi payız və qış aylarında isə depressiv dövrün yarandığını müşahidə edirik.Bipolyar affektiv pozuntu necə müalicə edilir ? Xəstəliyin müalicəsində istifadə olunan dərman qrupu əhval ruhiyyənin stabilizatorları adlanan bir qrupdur .Ən məşhur nümayəndəsi Litium olsa da bəzən digər bənzər dərmanlardan da istifadə etmək olar.Bu dərmanlar əgər pasiyent depressiv dövrdədirsə əhvalı yuxarı qaldırır, maniakal dövrdədirsə əhvalı aşağı salmağa xidmət edir.Bəzən kəskin dövrlərdə bu dərmanlarla bərabər antipsixotik dərmanlar da istifadə oluna bilər.Qohumlar üçün məsləhətlər Bu xəstəlikdən əziyyət çəkən yaxınınızda əgər tez tez danışmasını, gecələr az yatmasını, enerjisinin hədsiz çox olduğunu müşahidə edirsinizsə bu maniakal və ya hipomaniakal dövrün başlaya biləcəyinə işarədir.Vaxt itirmədən müalicə həkimizlə əlaqə saxlayın.Yanında çox pul saxlamasına, avtomobil idarə etməsinə, alkoqol və digər narkotik tipli maddələrin qəbulu mütləq şəkildə məhdudlaşdırılmalıdır.

Depressiya

Depressiya nədir? İnsan orqanizmində rast gəlinən şəkərli diabet, hipertoniya, qastrit kimi xəstəliklərdən biri də depresiyyadır.Depressiya insanın iradəsindən asılı olmayaraq yaranan, bir çox hallarda şəxsin öz gücü, iradəsi hesabına öhdəsindən gələ bilmədiyi haldır. Depressiya xəstəliyinin əlamətləri nələrdir? Ən əsas əlamət minimum 2 həftə müddətində gün boyu davam kefsizlik, marağın və ya zövq almanın azalması və tez yorulmadır.Bütün bunlardan başqa özünü dəyərsiz hiss etmə, günahkarlıq fikirləri, həyatdan bezginlik, yaşamaq istəyinin enməsi, gələcəyə ümidsizlik, plan qura bilməmək, səbəsiz həyəcan və təşviş əlamətləri olur.Qeyd olunan əlamətlər bəzən o qədər şiddətli olur ki, şəxs bunun heç vaxt sağalmayacağını , ömür boyu onu tərk etməyəcəyini düşünür.Bəzi hallarda bədəndə yayılmış ağrılar, halsızlıq, ürəkdöyünməsi kimi əlamətlər də müşahidə olunur.Daimi ümidsizlik, pis fikirlər, günahkarlıq duyğusu pasientlərimizdə intihar düşüncələrini artırır.İntihar fikirləri və cəhdləri depressiyanın mühüm kriterisidir.Depressiv vəziyyətlərin çoxunda yuxunun artması və ya azalması ilə bərabər, iştahın da artıb azalması qeyd olunur. Depressiya diaqnozu necə qoyulur? Bu diaqnozun qoyulması həkim psixiatrın səlahiyyətində olan məsələdir.Bir şəxsdə deprersiyya diaqnozunun qoyulması üçün yuxarıda saydıqımız əlamətlərinin hamısnın eyni anda mövcud olması şərt deyildir.Bir neçə əlamətin şəxsin gündəlik fəaliyyəti pozacaq dərəcədə çox olması belə kifayətdir ki, depresiyya haqqında düşünülsün.Depressiya diaqnozu təsdiqləyəcək xüsusi labarotor analizlər və tibbi görüntülənmə vasitəsi hələ ki müəyyən edilməyib.Bu məqsədlə biz xüsusi psixoloji testlərdən (Hamilton, Beck, Zanq) istifadə edirik. Depressiya xəstəliyinin səbəbi nədir? Bir çox xəstəliklər kimi depressiya xəstəliyinin səbəbini konkret göstərə bilməyəcəyik.Amma bir çox müasir nəzəriyyələr mövcuddur ki, bunlardan ən önəmlisi beyində bəzi kimyəvi maddələrin miqdarının dəyişməsidir.Serotonin adlanan həmin maddəynin azalması nəticəsində insanda nəinki kefsizlik hətta qorxu həyəcan daimi pis fikirlər də əmələ gələ bilər.Seronin maddəsin azalmasından başqa depressiya xəstəliyinin yaranmasına səbəb müxtəlif psixoloji travmalara, ailə vəziyyətin gərgin olması, maddi vəziyyətin aşağı olması, uzun müddət davam edən xroniki xəstəliklər və sair də səbəb ola bilər. Depressiyanın gedişi necədir? Bütün depressiv xəstələrin təxminən 80-85 % müalicədən fayda görürlər.Müalicə ounmayan hallarda belə 6 -24 ay içərisində düzəlmə müşahidə olunur.50% hallarda xəstəlik 2 ci dəfə qayıda bilər.Əgər 2 ci dəfə qayıdıbsa 75% hallarda 3 cü dəfə qayıda bilər.3 cu dəfə təkrarlandıqı halda depresiyyanın seyri xroniki şəkil almaga başlayır. İntihar hansı hallarda ola bilər ? Depresiyya zamanı intihar etmə riski 20-40 % dir.Yaşlılarda gənclərlə müqayisədə 2 dəfə daha çoxdur.”İntihardan çox danışan adam intihar etməz” düşüncəsi yanlışdır.Bütün intihar xəbərdarlıqları ciddi qəbul olunmalıdır. Depressiyanın müalicəsi necə aparılır? Bu xəstəliyin müalicəsində dərəcəsində asılı olaraq 2 metod var.Dərman və Psixoterapiya. Əgər xəstəlik yüngül dərəcəlidirsə dərmansız sadəcə psixoterapiya ilə kifayətlənmək olar yox əgər xəstəlik orta ağır, ağır dərəcədəirsə bu zaman dərman və psixoterapiya hər ikisi birlikdə tətbiq olunmalıdır.İstifadə olunan dərman qrupu antidepressantlar adlanır.Bunlar beyindeki serotinin hormonunun yüksəlməsinə xidmət edir, pasientlər bunu ən az 6 ay -2 il fasilsəiz qəbul etməlidir.Bu dərmanlar sağlam insanlara təsir etmir və keflilik yaratmır. Fiziki asılılıq riski yoxdur.Psixoterapiyanın isə müxtəlif növləri olmasına baxmayaraq depressiya xəstəliyinin müalicəsində klinik effektivliyi sübut olunan koqnitiv –davranış terapiyası və interpersonal terapiyadır. Qohumlara məsləhət : “Özünə ələ al, iradəni topla düzələcəksən, hər şey özündən asılıdır ” tipli məsləhətlər verməyin.Xəstəlik şəxsin iradəsindən asılı deyildir.Ona dəstək olun, bunun bir xəstəlik olduqunu ona izah edin.Müalicənin 80-85 % hallarda müsbət nəticə verdiyini və ən pis hallarda belə ağırlaşaraq şizofreniya xəstəliyinə keçmədiyini vurğulayın. 

Posttravmatik stress pozuntusu

Psixoloji travma nə deməkdir? İfrat qorxu , çarəsizlik yaradan qəfildən baş verən hadisələrin insanda yaratdığı təsirlərə psixoloji travma deyilir.İnsan həyatında xoşagəlməyən, bizi incidən çox hadisələr olur lakin bunların hamısını psixoloji travma hesab etmək olmaz.Bir hadisənin psixoloji travma adlandıra bilməyimiz üçün o hadisə mütləq qorxulu, dəhşətli olmalıdır və həmin baş verən hadisədə özümüz və ya yaxınlarımızın ölüm təhlükəsi yaşamış olmalıdır. Daha aydın olması üçün izah edim ki, bir doğmamızın anidən avtomobil qəzasında vəfat etməsi , uzun müddət xəstə olduqdan sonra vəfat etməsindən daha travmatik hadisədir. Hansı hadisələr daha çox ruhi travma yaradır? Yol-nəqliyyat qəzaları, yanğın, qasırğa, daşqın, zəlzələ, sel, oğurluq, soyuq və ya odlu silahlardan istifadə edilməsi ilə bağlı real təhlükə, hərbi əməliyyatlar, atəş altında qalma, bombalanma, aktiv hərbi toqquşmalar, qaçqın düşmək və məcburi köçmə halları, seksual xarakterli əməllər , zorlama, yaxud zorlamaya cəhd ciddi travmatik hadisələr hesab olunur.Bu travmalardan sonra insanlarda ən çox rast gəlinən 2 xəstəlik isə depressiya və posttravmatik stress pozuntusudur. Posttravmatik stress pozuntusunun əlamətləri nədir? Təkrar canlandırma : Şəxs başına gələn hadisəni tez-tez özündən asılı olmadan ilk gün yaşadığı kimi təkrar canlandırır.Buna “fləşbək” deyilir.Məsələn müharibə iştirakçısı olan şəxs sanki yenidən ordaymış kimi müharibə səhnələrini beynində canlandırır.Bəzən bunu o qədər real canlandırırlar ki orda yaşadığı həyəcanı, ürəkdöyünməni təkrar hiss edir hətta ordakı insanlarla belə xəyalən danışa bilərlər.Bu hallar yuxugörmə zamanı da baş verə bilər.Çəkinmə : Bəzən bu stressi yaşayan insanlar hadisələrin olduğu yerlərdən qaçır, həmin ərazidən, şəhərdən uzaq durmağa, həmin travmatik mövzu haqqında ümumiyyətlə danışmamağa çalışırlar.Bir çox hallarda hadisənin ən qorxulu yerlərini aylar, illər sonar nə qədər çalışsalar da xatırlaya bilmirlər.Yüksək oyanıqlıq : Belə stressləri keçirən şəxslərdə daim gərginlik üstünlük təşkil edir. Onlar elə bilirlər ki, həmin qorxduqları hadisə hər an təkrar baş verə bilər.Ani qapı açılması, kiminsə onları qəfil çağırması, telefon zəngləri onları diksindirə və şiddətli qorxu keçirməsinə səbəb ola bilər. Posttravmatik stress pozuntusunun müalicəsi necə həyata keçirilir? Bir çox hallarda depressiya ilə birlikdə rast gəlinən bu xəstəlik zamanı antidepressant istifadə edilməsi əla nəticələr verir.Müalicənin effektli olması üçün həkimin təyin etdiyi doza və müddətə əməl etmək lazımdır.Ən az dərman qədər effektli ola biləcək digər metod pasiyenti psixi maarifləndirmək və psixoterapiyadır.

Anoreksiya nervoza

Anoreksiya nervoza nədir? Qidalanma pozuntularından biri olan anoreksiya nervozadan əziyyət çəkən şəxslər kök olmaqdan, artıq çəki yığmaqdan həddən artıq qorxurlar. Əlamətləri nədir? Bu xəstəliyin əsas əlamətləri :- Arıq bədən quruluşlu olmaq arzusu- Kökəlməkdən ifrat qorxu- Arıq olmalarına baxmayaraq kök olduğlarını düşünürlər- Həyatlarının əksər hissəsini müxtəlif diyetalar saxlamaqla keçirirlər- Arıqlamaq üçün fasiləsiz idman etmə, müxtəlif qarın işlədici dərmanlar atmaq- Aybaşı pozuntusu daxil müxtəlif sümük və böyrək xəstəlikləriBütün bunlardan başqa bu şəxslərdə depressiya və həyəcan pozuntusunun da əlamətləri əksər hallarda müşahidə olunur. Kimlərdə daha çox rast gəlinir? Yeniyetmə və gənc qızlarda daha çox rast gəlinən bu xəstəlik bəzən böyük insanlarda da müşahidə olunur.Kişilərdə rastgəlmə ehtimalı aşağıdır.Əksər hallarda 14-18 yaşlarında başlayır. Anoreksiya nevrozanın yaranma səbəbləri nədir? Konkret səbəb bilinmir.Lakin bu xəstəliyə daha çox meyilli olan şəxslər irsiyyətində anoreksiya nevroza olanlarla bərabər aktrisalar, rəqqasələr, müğənnilər, model kimi bədən quruluşuna daimi nəzarət edilməli peşə sahibləridir. Anoreksiya nevroza olan şəxslər hansı davranışları edirlər? Xəstələr yağ və karbohidrat tərkibli qidalardan demək olar ki, istifadə etmirlər.Günlərinin əksər hissəsini yeməklərin tərkibini araşdırmaqla keçirir özlərinə və ailələrinə xüsusi menyular tərtib edirlər.Qəbul etdikləri qidanın kalorisini mütləq hesablayıb sonradan o kalorini əritmək üçün fasiləsiz idman edə bilərlər.Tez tez tərəziyə çıxıb çəkilərini yoxlayan bu şəxslər güzgü qarşısında çox vaxt keçirirlər.Bəziləri arıq olmalarına baxmayaraq bütün bədənin kök olduğunu iddia etsələr də bir qrupu bədənin bəzi yerlərinin məsələn bud, qarın, çanaq hissənin kök olduğunu deyirlər.Lazım olduğundan çox arıq olan bu insanlarda ciddi menustrasiya pozuntusu və cinsi istəkzlilik yaranır. Anoreksiya nervoza necə müalicə edilir? Əgər bu xəstəliyin ən az 2 əlaməti belə sizdə varsa müalicəyə başlamağınız tibbi göstərişdir.Müalicəyə başlamamışdan əvvəl həkiminiz sizdən müxtəlif analizlər istəyə bilər.Boy çəki indeksiniz mütəmadi kontrol olunmalıdır.Anoreksiya nervoza psixoloji problemlə bərabər uzun müddət az qida qəbuluna bağlı orqanizmdə müxtəlif əlavə xəstəliklər də yaradır.Müalicə prossesində bu mütləq nəzərə alınır.Xəstəliyin müalicəsi bir çox hallarda ümumi profilli xəstəxanalarda yataraq həyata keçirilir.İlkin seçim olaraq antidepressant müalicəsi tövsiyyə olunsa da paralel psixoterapiya əvəzedilməzdir. Ölüm ehtimalı varmı? Psixitarik xəstəliklər içində ən çox ölüm ehtimalı olan məhz bu problemdir.Ölüm səbəbi əksər hallarda bədəndə azalmış elektrolitlər, orqanizmin həddən artıq susuzlaşması və ifrat aclıq olur.

Bulemiya nervoza

Bulemiya nervoza nədir? Bulemiya nervoza ifrat yemək yemə krizləri və sonradan bilərəkdən qusdurma ilə özünü göstərən bir qidalanma meyli pozuntusudur.Pasiyentlərimiz anoreksiya nervozada olduğu kimi ideal bədən ölçülərinə sahib olmaq məqsədi ilə müxtəlif üsullara əl atır.Anoreksiya nervozadan əsas fərqi pasiyentin normal və ya artıq çəkidə olması ilə bərabər özlərini qusdurmaq cəhdlərinin olması fərqləndirici diaqnostik kriteridir.Xəstələr ayda 1 neçə dəfədən tutmuş gündəlik sayı 4-5 olan krizlər şəklində ümumi kalorisi 2000-5000 olan qidaları tıxanana qədər yeyirlər.Bir çox hallarda gizli şəkildə yedikləri bu qidaları doyduqlarına görə yox mədədə yaranan doluluq hissinin verdiyi diskomforta və ağrıya görə saxlayırlar. Ən çox kimlərdə rast gəlinir? Anoreksiya nervozadan fərqli olaraq bulemiya nervoza daha çox rast gəlinən bir xəstəlikdir.Gənc və yeniyetmə qadınlarda rast gəlinən bu problemin kişilər arasında rastlanması nadir hallarda olur.Qadınlarda kişilərdən 10 dəfə daha çox rast gəlinir Bulemiya nervozanın yaranma səbəbləri hansılardır? Konkret səbəb aydın olmasa da beyindəki aclıq və toxluqu tənzimləyən mərkəzlərdə bir problemin mümkün ola biləcəyi ilə bağlı mülahizələr vardır. Yaxın qohumlarında bu xəstəliyin var olması şəxsdə yaranma ehtimalını artıran faktordur.Uşaq yaşlarında cinsi istismara məruz qalma və ailə içində aqressiv davranışın tez tez təkrarlanması da risk qrupuna daxildir. Bulemiya nervozanın əsas əlaməti nədir? Bu xəstəlik adətən ən az 1 il diyet saxladıqdan sonra inkişaf edir.Diyet nəticəsində xəstə arıqlaya bilsə belə bu onu qane etmir.Amma bu arıqlıq anoreksiya nervozada olduğu qədər olmur.Yeməyi məhdudlaşdırma tıxanana qədər yemə krizlərinə gətirib çıxarır və nəticədə xəstədə yaranan günhakarlıq duyğusnun təsiri ilə özlərinə qusdurmağa, qarın işlədici və ya sidik qovucu dərmanlar qəbul etməyə başlayırlar.Xəstələr tez tez arıqlayıb kökəlirlər.Əksər hallarda evdə tək yeməyi xoşlayan bu şəxslər adi porsiyalarda doyum hissini yaşaya bilmirlər.Bir çoxunda normal çəki və ya azca piylənmə müşahidə olunsa da onlar ideal çəkinin aşağı sərhədlərində olmağı arzulayırlar.Ünsiyyət qurmaqda çətinliklər çəkən bu şəxslərin sosyal əlaqəli zəif olur.Bir çoxunda özlərini tez tez qusdurmağa bağlı əllərinin üst tərəfində dişləri ilə sürtünmədən yaranan spesifik bir iz olur.Bəzilərində çox qəribə bir şəkildə qarşısı alınmaz qida və zinyət əşyaları oğurlamaq ehtiyacı olur. Bulemiya nervozanın orqanizmə zərərləri nələrdir? Xəsətliyin mövcud olması dişlərdə çürümə, ürək ritmində dəyişiklik, menustrasiya pozulması, tüpürcək vəzində böyümə, ezofagit kimi xəstəliklərin yaranmasına ciddi zəmin yaradır. Bulemiya nervoza necə müalicə edilir? Əgər xəstədə intihar cəhdi və ya narkotik maddə asılılığı yoxdursa rahat bir şəkildə ev şəratində müalicə oluna bilərlər.Bütün psixiatrların ortaq gəldiyi məxrəc bundan ibarətdir ki, müalicə prosesində ən effektiv yanaşma antidepressant mülaicəsi ilə yanaşı aktiv tətbiq olunan koqnitiv –davranış terapiyasıdır.Ən az 6 ay davam edən dərman müalicəsi və ardıcıl 12-16 seans terapiya görüşmələri nəticəsində pasiyentlərdə nəzərə çarpacaq ciddi dəyişiklər əldə etmək mümkündür.

İş yerini itirmək,maddi təminatın aşağı olması ən ciddi stresslər siyahısındadır

“Əsəbiyəm, məni danışdırma, yükləmə...”Tez-tez eşitdiyimiz, istifadə etdiyimiz cümlələrdən biri. Bunun üstünə nəqliyyatda, mağazada, küçədə sayı gün-gündən artan aqressiv insanları da gəlin, mənzərə qara rənglərin fonunda olacaq. Azərbaycan insanı aqressivləşir, özü yükləndikcə başqalarını da yükləyir. Ağlagəlməz intiharlar, ən qəddar qətliamlar... son günlərin gündəmində bunlardan nə qədər desən var. Yaxşı, bəs səbəb nədir? Azərbaycan insanının psixologiyasında nələr baş verir? Niyə yüklənirik, nəyə doluruq? Doğrudanmı bütün bəlaların kökündə maddi problemlər dayanır?- Bir məşhur məsəl var. Deyir, hamı dəliyə həsrət, biz ağıllıya... Azərbaycanda bu sahədə vəziyyət necədir? İnsanımızın psixoloji durumu pisləşməyə doğru gedir, ya yaxşılığa?- Son illərdə nəinki Azərbaycanda, dünya nüfuzunda da insanların psixoloji vəziyyətində bir gərginləşmə tendensiyası var. Klassik səslənsə də, bunun əsas səbəbi sürətlənmiş həyat tərzi, meqapolis mühiti və sosial ünsiyyətin azalmasıdır. - Bu gün Azərbaycanda ən çox rast gəlinən psixi xəstəliklər hansılardır? Daha çox nədən əziyyət çəkir insanlar? - Şəxsi müşahidəmin də, rəsmi statistika da, beynəlxalq hesabatların da göstərdiyi odur ki, son illərdə Azərbaycanda depressiya, həyəcan, təşviş xarakterli pozuntular, yəni nevrozların sayında ciddi mənada bir artma var.Əsəbilik şikayəti ilə müraciət edən insanların böyük əksəriyyətində müayinə sonunda depressiya və ya nevrozun hər hansı bir formasının olduqunu aşkar edirik.Bu problemlerin çoxu stresslərdən, avtoqəzalardan, ailə münaqişələrindən , maddi təminatın aşağı olmasından yaranan psixi pozuntulardır.O ki qaldı ağır ruhi xəstəliklər olan şizofreniya, ağıl zəifliyi və sair kimi xəstəliklərin rast gəlməsində heç bir artma yoxdur. Hətta bəzən zarafatla deyirlər ki, şizofreniya “ədalətli” xəstəlikdir.Varlı, kasıb, qadın, kişi, ali, orta təhsilli fərqi qoymadan illərdir ki, dünyanın hər yerində rast gəlmə tezliyi 1-3 % dir. Bu, nə artır nə də azalır.- Belə rəy var ki, psixoloqa ancaq imkanlı şəxslər müraciət edir. Dərdi olmadığı halda özünə dərd uyduran, problemsizlikdən, boş-bekarçılıqdan depressiyaya düşən varlı xanımlar, onların övladları... Nə dərəcədə doğru qənaətdi? - Bəli, Avropa və ya hər hansı inkişaf etmiş ölkə üçün bu bəlkə də belədir.Çünki ailənin şəxsi psixoloqunun olması prestij, elitaya mənsubluq göstəricisi hesab olunur.Amma bizim ölkə üçün bu, belə deyil. İnsanlar zərurət yaranmadıqca, problemləri pik həddə çatmayınca psixoloq və psixiatra getmək ehtiyacı hiss etmirlər. Getdikdə isə bir görüşdən sonra müsbət nəticə istəyirlər. Mən univertsitetdə dərs zamanı tələbələrə azərbaycan insanının psixoloq və ya psixiatra getmə diaqramını təqdim edirəm. O diaqram təxminən belədir: Falçı – Molla – Terapevt – Nevropatoloq – Psixiatr və ya Psixoloq. İntelektual səviyyədən asılı olaraq müraciət oluna ixtisas sahiblərinin ardıcılıığı dəyişir.“Pasiyentlərimə tövsiyyəm: kriminal xarakterli xəbərlərdən, tibbi verilişlərdən, İŞİD –ın videolarına baxmaqdan, “xoşqədəm, zaur” tipli verilişlərdən uzaq durun”- Son aylar ölkədə baş verən səs-küylü intiharlar, körpülərə çıxmalar, ailəni, nəsli qətliam etmələr diqqət çəkir. Çox vaxt bunu insanların televiziyadan gördükləri şiddətin təsiri altında etdiyini deyənlər tapılır. Amma buna sosial problemlərin daha çox səbəb olması da təkrarlanan fikirlərdəndir. Əslində səbəb nədir?- Hər 2 səbəb olduqca aktualdır. Həm sosial səbəblərin, həm də medianın burda rolu var. Psixologiyada “Verter effekti” anlayışı var. Bu, Hötenin “Gənc Verterin iztirablari” əsərindən götürülüb. Həmin əsərin qısa məzmunu beledir ki, əsərin qəhrəmani Verter sevgilisinin ölümünə dözə bilməyərək o dəfn olunmadan onu o biri dünyada qarşılamaq üçün intihar edir. Əsər çap olunduğu il də intiharların sayı kəskin artır. Bu tendensiya yaxın keçmişimizdə qonşu Türkiyədə Murat Kəkillinin “ Bu akşam ölürüm” mahnisi ətrafinda da oldu. Yəni, sübut olunan budur ki, müzakirə olunan hadisənin cəmiyyətdə rast gəlmə tezliyi artir. Kütləvi qətllər isə zaman-zaman dünyanın bir çox ölkələrində rast gəlinir. Fərdi cinayətlərdə, motivin tamah məqsədi olduğu cinayət hadisələrinin çoxunun kökündə maddi təminatın aşağı olması dayana bilər.- Uşaqların, yetişən nəslin psixologiyasına necə təsir edib bu hal? Hansı travmalarla müşayiət olunur?- Uşaqlara hansı informasiyanın necə təsir etməsini yaş dövrünə görə ayırd etmək lazımdır. Məsələn, 0-3 yaş arası uşaqlar ümumiyyətlə TV-dən uzaq tutulmalıdır. 4-7 yaşda uşaqlar reallıqla TV obrazini ayıra bilmirlər, hər şeyi real qəbul edirlər. 7-12 yaşda isə valideynin nəzarəti ilə olmalıdır. Çünki hər bir informasiya gələcəyə yönəlmiş travmalar verə bilər. Bu tip hallar nəinki uşaqların, hətta böyüklərin də psixi vəziyyətinə təsirsiz ötüşmür. İllərdir bütün pasientlərimə tövsiyyə etdiyimiz bir məsələ var: kriminal xarakterli xəbərlərdən, tibbi verilişlərdən, İŞİD –ın videolarına baxmaqdan, xoşqədəm, zaur tipli verilişlərdən uzaq durun.- Şəxsi müşahidəmi deyim. Son aylar küçələrdə öz-özünə danışaraq gedən insanları daha çox görməyə başlamışam. Bu, psixoloji hal hansı xəstəliyin əlamətidi?- Haqlısınız, son vaxtlar öz- özünə danışanlara mən özüm də tez - tez rast gəlirəm.Öz-özünə danışanların 2 qrupu var. İlk qrupa psixotik xəstlər aiddir. Bu xəstələrin öz dünyaları olur, onlar o dünyalarındakı xəyalı obrazlarla söhbət edə bilərlər və ya qulaqlarına gələn hallüsinator səsə cavab verə bilərlər. Digər qrup isə bunu öz stresslərinin öhdəsindən gəlmək üçün, beyinlərində illərdir yığılan probelmlərini bir növ həll etmək üçün edirlər.Yəni danışaraq öz beyinlərində çək –çevir edirlər. Bir çox hallarda bu insanlar bunu yüksək səslə etdiklərinin fərqində deyillər.Ya öz səslərinə özləri sanki oyanırlar ya da kənardan qəribə baxişları üzərlərində hiss edəndə fərqində olurlar. İlk qrup daha ciddi problemdir və mütləq peşəkar müdaxilə tələb edən vəziyyətdir.- Cəmiyyətdə hələ də psixiatrla psixoloqun fərqini bilməyən kəsim var. Sizin təcrübənizdə belə hallar olurmu? İnsanlar Sizə asanlıqla, komplekssiz müraciət edirlər? - Sevindirici hal bundan ibarətdir ki, psixiatr və psixoloqa müraciətlərin sayında bir artım var. Psixologiya sahəsində vəziyyət daha qənatbəxşdir demək olar ki. Hətta bu sahədə bir bum yaşanır. Yəqin ki, qarşıdakı bir neçə ildə burda ələnmələr olacaq və yalnız keyfiyyətli xidmət verən yerlər qalacaqdır. Qayıdaq bizim yaralı yerimiz olan psixiatr ve psixoloqun fərqinə. Mən hətta buraya psixoterapevt və nevroptaoloqu da əlavə etmək istəyirəm. Demək olar ki, bunu illərlə anlatmamıza baxmayaraq, hələ də fərqi bilməyənlər, psixiatr əvəzinə nevropotoloqa gedənler kifayət qədər çoxdur. Psixiatr kimdir? Azərbaycan qanunvericiliyinə görə, psixiatrlar müvafiq 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək, əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. Tibbdə rezidentura sistemi tətbiq olunmamışdan əvvəl 1 illik internatura keçdikdən sonra ixtisas sahibi olmaq mümkün idi. Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq problemi dərmanlar təyin etməklə həll edirlər.- Psixoloq kimdir?- Psixoloqlar isə psixologiya ixtisası mövcud olan universitetlərdə 4 illik bakalavr baza təhsili almış mütəxəssislərdir. Psixoterapiya ilə məşğul olmaq üçün isə bakalavr təhsilindən sonra 2 illik magistr təhsili alaraq klinik psixoloq ixtisasına yiyələnmələri əsas şərtdir. Psixoloqlar problemlerin səbəbini insanın düşüncəsində olduğuna əsaslanaraq öz müalicələrini danışaraq (söhbət) həyata keçirirlər.- Psixoterapevt kimdir?- Psixoterapiya bir müalicə metodudur. Bu işi həyat keçirən, onunla məşğul olan insanlara psixoterapevt deyilir. Bu işi xüsusi kurslar keçdikdən sonra həm psixiatrın özü, həm də psixoloq həyat keçirə bilər.- Nevropatoloq kimdir?- Xalq arasında nevrologiya adətən nevropatoloq adlandırılan həkimin ixtisaslaşdığı və əsəblərin müalicə olunduğu tibb sahəsi kimi başa düşülür. Lakin nevrologiya sinir, beyin və əzələ sistemi ilə əlaqəli olan daha geniş sahəni, məsələn, baş ağrıları, sinir-əzələ ağrıları, qıcolmalar, beyin insultları, qan dövranı pozuntuları, unutqanlıq, hərəkət xəstəlikləri və s. ehtiva edir.- Dövrümüzün bəlasının nevroz, panik atak olduğu deyilir. Ümumi hesablamalarla götürəndə bu, xəstələrin nə qədər hissəsini əhatə edir? - Artıq müasir kitablarda nevroz terminindən demək olar ki, istifadə olunmur. Köhnə terminologiya ilə götürsək, panik atak nevrozun bir formasidir. Başqa formalar da var.Məsələn, tez –tez ellerini yuyanlar var. Bu, obssesiv- kompulsiv pozuntudur. Daimi bəd xəbər eşitmekden qorxanlar –təşviş pozuntusu, xəstələnmək qorxusu ilə həkimləri, labaratoriyalari gəzənlər isə ipoxindriklərdir və sair. Konkret panik atak isə həqiqətən son vaxtlarda tez tez rast gəlinir. Bu xəstəliyin əsas əlaməti anidən gələn qorxu tutmasıdır ki, bu anda insan 10-15 dəqiqə müddət içində öləcəyini, infarkt keçirəcəyini düşünür.Buna o qədər inanir ki ,təcili yardım çağırır, xəstəxanaya getmək istəyir. - Ailədaxili problemlər, cütlüklər arası anlaşmazlıqlar tez-tezmi ciddi psixoloji problemlər yaradır? - Ailədaxili problemler psixoloq müraciətlərinin əsas səbəbidir. Vaxtında müdaxilə olunmazsa ciddi problemlər yarada bilər. Çox vaxt ailələr “hər ailədə belə şeylər olur” düşüncəsi ilə problemlərinin təbii bir şey olduğunu qəbul edib üzərindən keçirlər. Və beləcə stres keçirə-keçirə illərini başa vururlar. Halbuki vaxtında peşəkar yardım alinsaydı, həyatı daha zövqlü, daha da doyaraq dadını çıxarmaq olardı. Ailə terapistləri bu sahədə düşündüyünüzdən daha çox işlər görə bilirlər. Hətta gələcəkdə Azərbaycanda psixoloji yardım haqqında qanun qəbul olunduqdan sonra boşanma üçün müraciətlərdə ailəyə düşünmək üçün verilən müddətdə mütləq psixoloji yardım alınması da məcburi şəkil alacaqdır. - İnsanlar xəstəliklərini, problemlərini asanlıqla qəbul edirlərmi? Ya da olmayan problemi böyüdüb isterik həddə çatdırırlar? Bizdə bu halların hansı daha geniş yayılıb?- Psixiatriyada xəstənin öz xəstəliyinə tənqidi anlayışı vardır. Yəni, xəstə özünün xəstə olduqunu qəbul edir ya etmir. Xəstənin özünün xəstəliyini qəbul etməsi, tənqidi yanaşa bilməsi sağalmaq göstericisidir. Ümumiyyətlə, bir cəmiyyətin inkişaf göstəricilərindən biri də həmin cəmiyyətin psixi xəstəyə münasibətidir. Ölkədə bu vəziyyət təəssüf ki, ürəkaçan deyil. İnsanlar hələ də damğalanmaqdan qorxurlar. Fikirləşirlər ki, məni psixiatrın qəbulunda kimsə görsə dəli olduğumu düşünər. Bir müşahidəmi deyim sizə: Ölkənin ən böyük psixiatrik xəstəxanası olan Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gedən 172 saylı marşrut avtobusu keçmiş Əzizbəyov metro-stansiyası ətrafından tərpənirdi. Deməli həmin avtobusda gedənlərdən, əgər kiminsə yaxını xəstəxanada yatırdısa, o insan “xəstəxananın yanında saxlayın”, xəstəsi olmayanlar isə “dəlixananın yanında saxlayın” deyirdilər. Zənnimcə, bu qısa müşahidə böyük bir cəmiyyətin psixiatriyaya , psixi xəstələrə olan münasibətinə bütün çılpaqlığı ilə güzgü tutur.- İşini itirmək qorxusu, aşağı qazanc, yaşam qayğısı insanları hansı həddə catdirir? Bu, hansı hallarda və necə xəstəliklərlə sonuclanır?- İş yerini itirmək, maddi təminatın aşaği olması ən ciddi streslər siyahsındadır. Əgər bu iş yeri çətinliklə əldə olunubsa və bu işləyən adam ailənin yeganə gəlir gətirən üzvüdürsə, stress 1-ə 10 qat artır. Çunki şəxs heç bir vəchlə işini itirmək istəməyəcək və bunun naminə hər bir stresə, çətin əmək şəraitinə, kobud müdiriyyətə və ya özündən razı kollektivə dözməli olacaqdır. Aydın məsələdir ki, belə gərgin iş rejimi o insanı yorub əsəblərini sıradan çıxaracaqdır.

Təyyarə qorxusuna necə qalib gəlmək olar ?

Cəmiyyətin təxminən hər 10 nəfərindən birində rast gəlinən uçuş həyəcanının elmi adı “aviofobiyadır”. Bəzi yerlərdə bu problemin adına təyyarə qoruxusu da deyirlər.Bu bir xəstəlikdir və insanın həyat fəaliyyətinə, uğurlarına təsir etməyə başlayırsa peşakar birindən müalicə alınması mütləqdir. Fobiya nədir? Qorxu olduqca normal və insan psixologiyasına yad olmayan bir hissdir.Bir insan özünü təhlükədə hiss etdiyini düşünürsə yaşadığı hiss qorxudur.Qorxu hissinə biz o halda fobiya deyirik ki, şəxs qorxulan şeyin əslində qorxulu olmadığını bilir, bunun məntiqsiz olduğunu düşünür lakin bütün bunlara baxmayaraq hələ də ifrat dərəcədə qorxmağa davam edir və bu qorxu hissi həmin insanın həyatını məhdudlaşdırmağa başlayır.Fobiyası olan insan məhz həmin fobiyası olduğu obyektdən qaçır həyatının başqa məqamlarında kifayət qədər cəsurdur. Yəni bir insanın fobiyasının olması onun qorxaq olması mənasına gəlməməlidir.Uçmaq insan fitrətinə yad bir şey olduğu üçün insan psixologiyası uçuşu təhlükəli məqam olaraq qəbul edir. Əksər hallarda təkrarlanan davamlı uçuşlardan sonra bu hiss əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itib gedir. Uçuş qorxusu hansı şəxslərdə olur? Uçuş qorxusunun ən çox müşahidə edildiyi insanlar paralel olaraq panik pozuntu və ya aqrofobiya xəstəliyindən əziyyət çəkən insanlardır.Belə ki, bu şəxslər uçuş zamanı bir panik atak keçirmə ehtimalına və onlara tibbi yardımın gec çatma ehtimalına görə təyyarə səfərlərindən birmənalı şəkildə ya imtina edirlər və ya hədsiz diskomfort yaşayırlar. Uçuş qorxusunun əlamətləri nələrdir? Bütün fobiyalar kimi bu fobiya zamanı da qorxulan obyektlə qarşılaşan zaman ürək döyüntülərinin sayının artması, nəfəs darlığı, mədə - bağırsaq nahiyəsində narahatçılıq, baş gicəllənməsi tərləmə, ağızda quruluq, ölüm qoruxusu , pis nəsə baş verəcəyi düşüncəsi hakim kəsilir.Bəzi adamlarda bu hisslər hətta təyyarə biletinin alındığı vaxtdan başlayır və uçuş tarixinə qədər gedərək artmağa davam edir. Təyyarə qorxusu yaşayan insana necə kömək etməli ? İlk növbədə siz təyyarədən nədən qorxduğunuzu özünüz üçün ayırd edib bunun risklərini yəni reallaşma ehtimalını müzakirə etməlisiniz.Daha sonra təyyarə və uçuş haqqında sizin qorxularınıza təsir edəcək səviyyədə bəzi texniki biliklərə yiyələnməlisiniz. Məsələn “hava boşluğu, trübulans nədir, təyyarənin motoru dayana bilərmi, yanacaq qurtara bilərmi və sair”.Texniki biliklərdən başqa bəzi statistik məlumatlar da sizin qorxunuza qalib gəlməyinizə xeyli köməklik edəcəkdir.Bu statistik bilgilərdən birincisi isə təyyarənin dünyadakı ən etibar nəqliyyat növü olmasını və qəza etmə sayının olduqca az olduğudur.Bu standart bilgilərdən sonra isə bəzi texnikları da bilməniz önəmlidir.Bunlara aşağıda qeyd etdiklərimiz daxildir - Düzgün tənəffüs texnikası : burunla nəfəsi alıb biraz saxladıqdan sonra ağızla “fit” çalırmış kimi nəfəsi asta - asta vermək lazımdır. Bunu bir müddət etdikdə bədəninizdə müəyyən sakitlik hissi yaranacaq və bu texnika sizə gələcəkdə həyəcanlı vəziyyətlərdə həyəcanınızı dəf etməyə kömək edəcəkdir.- Düçüncədə canlandırma texnikası: Siz “təyyarədə olduğunuzu” təssəvür edib həyəcan səviyyənizi idarə etməyə çalışın.Əgər düşüncədə canlandırma zamanı sizdə həyəcan səviyyəsi düşübsə artıq siz realda qorxuduğunuz obyektlə qarşılaşa bilərsiniz.- Realda qarşılaşma texnikası : Mümkünsə əgər hava limanı ərazisində təyyarələrin enib qalxmasını müşahidə edin, mütəmadi təşkil olunan təyyarə tanışlıqlarından istifadə edinƏgər yuxarıda qeyd etdiyimiz texnikalar sizin təyyarə qorxunuza qalib gəlməyə kömək etmədisə peşakar yardım almağa çalışın.Müəyyən periodlarda aparılan psixoterapiya seansları əmin olun ki, təyyarə səfərlərindən sizə yenidən zövq almanıza kömək edəcəkdir.Bəzi hallarda həkim müayinəsi sonrası sizə məhz uçuş zamanı qorxunuzu götürə biləcək dərman peraparatları da təyin oluna bilər.

Somatizasiya pozuntusu nədir?

Fiziki və labarator müayinələr nəticəsində xəstənin şikayətlərinə səbəb olacaq heç bir dəyişikliyin aşkar olunmadığı lakin şəxsin həyatına ciddi mənada təsir edən əlamətlər toplusudur.Ağrı başda olmaqla halsızlıq, baş gicəllənməsi, boğulma, mədə bağırsaq kimi bir çox orqanlar sistemi ilə əlaqədar olan çox canlı və biraz da ifrata varılmış şəkildə simptomlar özünü göstərir.Xəstələr həkimə şikayətlərini və xəstəliyin başlanma ardıcılıığını əksər hallarda qarışıq bir şəkildə çatdırırlar.Bədəndəki şikayətlərinə görə çoxlu sayda həkimə müraciət etsələr də özlərində depressiya və həyəcan əlamətləri başlamayana qədər psixiatra müraciət etmirlər.Lazımsız tibbi və cərrahi müdaxilələr baxımından risk qrupundadırlar.Əlamətlərə səbəb olacaq heç bir dəyişiklik tapılmadığı və verilən müalicələrlə əksər hallarda yaxşılaşma əldə olunmur deyə həkimlər və yaxınları pasiyentin bu xəstəliyi özündən “uydurduğu” düşünülür .”Hər şey özündən asılıdır, sənin heç nəyin yoxdur” tipində məsləhətlər verməyə başlayırlar.Stessli və gərgin vəziyyətlərdə xəstəlik əlamətlərinin xeyli artması müşahidə olunur. Hansı yaşda və hansı cinsdə daha çox olur? Ümumi yayılması 0.1 - 0.5 aralığındadır.Qadınlarda kişilərdən 5-20 dəfə daha çox rast gəlinir.Psixiatr, ilkin ailə həkimləri və terapevtlərə müraciətlərin 5- 10 % somatizasiya pozuntusunun payına düşür.Gənc, ekonomik səviyyəsi aşağı olanlarda rast gəlinmə ehtimalı daha yüksəkdir. Somatizasiya pozuntusunun əlamatləri nədir? Bu diaqnozun qoyulması üçün xəstəlik əlamətlərinin əksər hallarda 30 yaşından əvvəl başlanması lazımdır.4 müxtəlif xarakterli ağrı (daha çox baş ,kürək, çiyin, bel, qol, qarın nahiyəsində)2 mədə- bağırsaq şikayəti (qəbizlik, qarın açılması, köp, gəyirmə, qida qayıtması və s)1 cinsi simptom (cinsi həvəzslik, tez boşalma,orqazm ola bilməmək, aybaşı pozuntusu)1 “yalançı” nevroloji əlamət (uyuşma, keyləşmə və s)Qeyd etdiyimiz kimi əgər bir şəxsdə 4 ağrı, 2 mədə bağırsaq, 1 cinsi və 1 “yalançı” nevroloji əlamət varsa, bu əlamətlər 30 yaşından əvvəl başlayıbsa və ən önəmli məsələ bütün bu simptomlara səbəb olacaq heç bir dəyişiklik aşkarlanmırsa bu somatizasiya pozuntu ola bilər. Hansı xəstəliklərdən ayırmaq lazımdır? Anemiya, revmatoidli artrit, xroniki infeksiyalar,hipotireoid kimi xəstəliklər zamanı da əlamətlər somatizasiyası pozuntusuna bənzədiyi üçün ətraflı müayinələrlə bu və buna bənzər xəstəliklərin olmadığına əmin olmaq lazımdır. Müalicəsi necə həyata keçirilir? Bu xəstəlik zamanı antidepressant müalicənin effektivliyi o vaxt yüksək olur ki, şəxsdə paralel olaraq təşviş və depressiya əlamətləri olsun.Müalicə prosesinin səmərəliliyi və faydasını artırmaq üçün aşağıda qeyd olunan tövsiyyələrə əməl etmək vacibdir.- Xəstə mütləq onunla yaxşı güvən formalışdıra bilən bir həkim tərəfindən izlənməlidir- Xəstə ilə görüş vaxtlarında diqqətli olmaq lazımdır.İlk vaxtlar həftədə 1 dəfə olan görüşləri sonradan ayda 1 dəfəyə keçirmək olar- Xəstənin sonradan yaranan şikayətlərini qulaq ardına vurmayın.Bütün dediyi şikayətlər somatizasiya pozuntusu ilə əlaqədar olmaya bilər.- Xəstəyə edilən bütün prosedurlar haqqında ətraflı məlumat vermək lazımdır.- Əlavə müayinə və dərmanlardan uzaq durmaq lazımdır.

İtirmək qorxusu münasibətə necə təsir göstərir?

Münasibət anlayışı hər insan üçün fərqli olur. Bir çox insan sığınmaq üçün liman axtarır, bəziləri isə sığınacaq liman olmağı seçirlər. Bəzi münasibətlərdə həm qadın, həm də kişi itirmək qorxusu yaşayır və çox vaxt bu qorxu səbəbi ilə böyük bir sınaqla qarşılaşırlar. İtirmək qorxusuna sahib olan tərəf qeyri-ixtiyari də olsa, hakim və repressiv rəftar göstərdiyi üçün qarşı tərəf bu hissi dəyişiklikləri qəbul etməkdə çətinlik çəkə bilər.   Heç bir şeyə tamamilə sahib ola bilməzsiniz.   Həyatdakı heç bir şey tamamilə sizə aid ola bilməz. Məsələn, ən yaxın dostunuz əbədi olaraq sizin yanınızda qalmaya bilər. Siz dəyişdikcə qərarlarınız və seçimləriniz də dəyişir. Bu gün yanınızda olan insanlar sabah yanınızda olmaya bilər.  İtirmək qorxusuna sahib olan insan münasibətini qorumaq üçün bir çox səhvlər edə bilər. Onu qorumaq məqsədi ilə qarşı tərəfi sıxan, narahat edən rəftar nümayiş etdirmək xoşbəxt bir münasibəti dözülməz bir vəziyyətə gətirə bilər.  Əgər bir insan həyatınızdan gedəcəkdirsə, bunu aradan qaldırmağın heç bir yolu olmadığını bilməlisiniz.    Yalnız yaşadığınız günü düşünərək münasibətinizi davam etdirə bilmirsinizsə, heç olmasa davranışlarınızı idarə edərək münasibətinizin idarəsini qorxu hisslərinizə deyil, ürəyinizə verməyə çalışın.   Keçmişdə yaşadığınız hadisələrin sonrakı münasibətlərinizdə başınıza gəlməyəcəyini bilin. Əgər davamlı olaraq eyni şeyləri yaşayırsınızsa, bəlkə də daxili qorxu hissləriniz səbəbi ilə eyni reaksiyaları verdiyiniz üçün yaşayırsınız. Əgər hər münasibətinizdə eyni problemlərlə qarşılaşırsınızsa, bir mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, problemin səbəbini tapıb, həll edərək münasibətinizdəki itirmək qorxusu dövrünü də bağlamış olacaqsınız.  Bundan başqa, sizin üçün həyatdakı ən vacib insan özünüz olmalısınız. Həyatınızı yaşayın və icazə verin sizi müşayiət etmək istəyənlər yanınızda olsunlar.Daha ətraflı oxu: https://www.leydi.az/munasibetler-16/itirmek-qorxusu-munasibete-nece-tesir-gosterir-1167

Şizofreniya

Şizofreniya ağır və xroniki hal alan psixi xəstəlikdir, endogen mənşəli xroniki ruhi xəstəlik sayılır. Bu xəstəlik zamanı insanın şəxsiyyəti dəyişir, o, başqalarından təcrid olunur, gerçəkliyi hallusinasiyaları ilə qarışdırır. Şizofreniya nəticəsində insan adi həyat tərzindən, yaxınlarından uzaqlaşır, müalicə olunmadıqda xəstəliyin fəsadları ağırlaşır.Ümumi məlumatlarHəkimlər tərəfindən uzun illər araşdırma və müşahidə olunmasına baxmayaraq, şizofreniya bu günə qədər ən sirli xəstəliklərdən biridir. Tez-tez ümumi insanlar haqqında danışan "Split şəxsiyyət", məntiqsiz düşüncə və xəstənin davranışı adi insanların baxışı ilə əlaqədar olaraq ortaya çıxan məcazi bir anlayışdır. Çox vaxt xəstəlik 15 ildən 25 ilədək başlanır və mütərəqqi bir kursa malikdir.Etiologiya (yaranma səbəbləri)Yaranma səbəbi tam öyrənilməyən bir çox xəstəliklərdən biridir. Tam olaraq irsi xəstəlik sayılmır, amma irsi faktorun rolu çox böyükdür. Belə ki, biryumurtalı ekizlərdən birində bu xəstəlik varsa təxminən 80% ehtimalla o birində də xəstəlik baş verir. Müxtəlif yumurtalı əkizlərdə, adi bacı-qardaşda olduğu kimi bu faiz nisbətən aşağıdır. Lakin ümumi populyasiyaya nisbətən xeyli yuxarıdır. Xəstəlik anadangəlmə deyil, müxtəlif yaşlarda başlaya bilər (3 yaşdan başlaya bilər), 45-50 yaşa gədər. Lakin xəstələrin çoxunda xəstəliyin başlanması 18-25 yaş dövrünə təsadüf edir. Beləliklə yaş faktoru da xəstəliyin yaranmasında rol oynayır. Önəmli patogenetik faktorlardan biri də stress sayılır. Müxtəlif stresslərdən sonra şizofreniya xəstəliyinin başlanması çox hallarda müşahidə olunub. Qadınlarda bəzən xəstəlik doğuşdan sonra inkişaf edir. Maraqlıdır ki, xəstəlik nə gədər erkən və spontan yəni provakasion faktor (səbəb) olmadan başlayırsa proqnoz o gədər ağır olur. Beləliklə şizofreniya xəstəliyi endogen, yəni xarici faktorlardan daha az asılı olan, daxildən gələn bir xəstəlik sayılır. Xarici amillər (travma, keçmiş xəstəlikləri, baş xəsarət və s) yalnız bir activator psikopatolojik proses kimi fəaliyyət göstərən, orta əhəmiyyət kəsb edir.Şizofreniyanın simptomları Məhkəmə pseudohallucinations (məsələn, kimsə xəstə fikir qoyur və ya onun düşüncə xəstə robs);- Delirium təsiri (kimsə və ya bir şey onun sağlamlığı üçün təhlükə yaradan fikirlər, hisslər, və ya insan davranışının yönəldilməsi, qeyri-adi şəkildə fəaliyyət göstərən);- Şifahi hallucinasiyalar (xəstə səsləri eşidir);- Davamlı, mürəkkəb delirium (əcnəbilər digər dünya, və s ilə əlaqə)- Flattening, və emosiyaların kasıblaşma qeyri.Simptomları da catatonia (huşunu itirmə, excitation) baş verə bilər, nəzarətsiz axını fikirlər dissosiasiya söz epizod iradəsinin olmaması ilə apatiko-abulicheskimi sindromu birləşməsi edir və zərər laqeydlik istəyir. Yayılma statistikasıStatistikaya baxsaq müxtəlif ədəbiyyatlarda müxtəlif rəqəmlər görə bilərik. Ortalama olaraq populyasiyada bu xəstəliyin 0,5-3% yayılmasını söyləmək olar.KlassifikasiyaŞizofreniyanın bir xəstəlik və ya bir neçə xəstəlik qrupu olduğu bu günə gədər mübahisəlidir. Buna görə də klassifikasiyası da xeyli dolaşıqdır.Dörd forma1. Sadə2. Paranoid3. Katotonik4. HebefrenikÜç gediş variantı1. Fasiləsiz proqredient (fasiləsiz artan)2. Fasiləli proqredient (fasiləli artan)3. Tutma şəkilli (rekurrent)Klinik formalarla gediş variantlarını sintez etsək şizofreniyanın təxmini klassifikasiyasını alarıq. Nəyə görə təxmini? Bu suala ən yaxşı akademik Snejnevskinin sözləri ilə cavab vermək olar, o deyirdi: "Nə qədər şizofreniyalı xəstə varsa o gədər də onun forması var."Klinika (əlamətləri)Şizofreniya xəstəliyinin əlamətləri çoxdur. Bunlardan əsaslarını seçməyə çalışaq. Autism - özünə qapanma - bu xəstələr çox vaxt real həyatdan uzaqlaşıb, xəstə təfəkkür və qavramaları hesabına yaratdıqları bir dünyada yaşayırlar. (məs. özünü Napaleon hesab edən biri Marat və Robespyerlə ucadan mübahisə edir, Jozefinaya sevgi məktubları yazır), eşitmə halyusinasiyaları xəstələrin qulağına müxtəlif insanların səslərı gəlir (qarabasma), bu səslər ona əmrlər verə bilər, xoş sözlər deyə bilər və ya təhgir edə bilər. Sayıqlama ideyaları xəstəlik nəticəsində yaranan, korreksiya olunmayan yanlış fikirlərdir. Xəstədə məzmununa görə təqib, qısqanclıq, özünü böyütmə, təsir, cadu sayıqlamaları ola bilər. Təqib sayıqlaması olan xəstəyə elə gəlir ki, onu təqib edən, ziyan vurmaq hətta öldürmək istəyən bir və ya bir qrup şəxs var. Belə xəstələr bəzən özlərini müdafiə etmək məqsədilə düşmənlərinə qarşı hücuma keçə bilərlər. Sosial təhlükəli hərəkətlər, hətta cinayət törədə bilərlər. Şizofreniyalı xəstələr öz patoloji təfəkkürlərinin məhsulu olan, yalnız onlara aid olan dünyada yaşadıqları üçün, onların hərəkətləri, nitqləri, emosional reaksiyaları ətrafdakılar üçün qəribə, anlaşılmaz, qeyri-adekvat görünür. Şizofreniyalı xəstələr çox vaxt baxımsiz, səliqəsiz görünür, onlarda ətrafa qarşı biganəlik, laqeydlik yaranır. Xəstəlik proqressiv davam edirsə şəxsiyyətin tam parçalanmasına, dərin emosional iradi qüsur vəziyyətinə gətirib çıxardır.MüalicəMüasir psixotrop dərman preparatları şizofreniyanın bir çox əlamətlərini aradan qaldırmağa, xəstəliyin inkişafının qarşısını almağa imkan yaradır. Müalicə nə qədər erkən başlayarsa o gədər uğurlu olur. Psixofarmakoloji müalicə ilə yanaşı xəstələrin sosial reabilitasiyası da çox önəmlidir: xəstənin ailə daxili münasibətlərinin bərpasına, təhsil almaq, işləmək hüquqlarının reallaşmasına yardım etmək, əmək qabiliyyətini itirmiş şəxslərin təqaüdlə və pulsuz müalicə ilə təmin etmək şizofreniyalı xəstələr və onların yaxınları üçün böyük dəstək olur.  ProqnozXəstəliyin proqnozu kliniki formadan və gediş variantından asılıdır. Vaxtında başlanmış və sistematik aparılan müalicə, yeni nəsl keyfiyyətli neyroleptik preparatların tətbiqi şizofreniyanın proqnozunu müsbət tərəfə xeyli dəyişir, xəstələrin həyat keyfiyyətini artırır.Psixiatr Mətanət Kərimovanın sözlərinə görə, şizofreniya zamanı insanın sosial həyatda fəallığı azalır, onun fəaliyyətinin məqsədləri itir, düşünmə qabiliyyəti pozulur. Bu xəstəliyin yaranması isə müxtəlif psixi pozuntuların inkişafı ilə bağlıdır. Şizofreniya zamanı insanda hallusinasiyalar, əhvalın kəskin dəyişməsi, aqressiya və ya durğunluq müşahidə olunur, xəstə baş verənləri dəqiq anlamır. Şizofreniyanın səbəblərinin və inkişafının hələ lazımi qədər öyrənilmədiyini deyən psixiatr bildirir ki, xəstəlik irsi faktorlarla sıx bağlıdır. Xəstəliyin inkişafında xəstənin yaşı və cinsi də çox önəmlidir: «Kişilərdə bu xəstəlik daha tez başlayır və fasiləsiz davam edir. Xəstəliyin fəsadları isə ağır olur. Qadınlarda bu xəstəliyin gedişatı tutmalar kimi özünü bürüzə verir. Tutmalar qadının hamiləlik dövründə və həyatında baş verən digər proseslərlə bağlı ola bilər. Qadınlarda isə bu xəstəliyin fəsadları ağır olmur».Şizofreniyanın ağır formaları isə uşaqlıqdan və yeniyetməlik dövründən başlayır. Bu xəstəlik zamanı insanın şüuru və emosiyaları dəyişikliyə uğrayır. Düşünmə qabiliyyəti pozulan xəstələr tez-tez diqqəti cəmləyə bilmədiklərindən şikayətlənirlər. Çox vaxt belə xəstələr fikirlərini idarə edə bilmir, onlarda ya fikirlər paralel yaranır, ya da hansısa bir fikrin təkrarlanması baş verir. Lakin xəstələr bu simptomlardan əziyyət çəkdikdə belə sözlərdə, cümlələrdə və ya incəsənət əsərlərində olan xüsusi mənanı anlaya bilirlər. Danışanda isə belə xəstələr fikrini dağınıq ifadə edir. Buna görə də onların nitqlərini anlamaq çətin olur. Çox vaxt belə xəstələr danışan zaman fasilələr verir və fikrini tam ifadə edə bilmirlər. Bundan başqa, xəstələrdə iradəsindən asılı olmayaraq, onları rahat qoymayan, təkrarlanan fikirlər yaranır. Bu fikirlər insana əziyyət versə də, onlardan qurtula bilmir. Təkrarlanan fikirlər tarix, adlar, terminlər, rəqəmlər, qorxularla bağlı olur. Xəstələrdə uzun müddət həyatın mənası və ölüm barədə düşündüyü hallar da olur.Şizofreniyadan əziyyət çəkəni dünyada baş verən bir sıra qlobal problemlər də düşündürə bilər. Xəstə onu təqib edən və ona əziyyət verən fikirləri ilə ona rahatlıq gətirən müəyyən hərəkətlərlə mübarizə aparır. Bəzi şizofreniyadan əziyyət çəkən xəstələr daim hansısa infeksiyaya, xəstəliyə tutulmaqdan və ya sadəcə kirdən qorxurlar. Bu zaman xəstə əlini yumaqla müəyyən müddətə rahatlaşır. Rahatlaşmaq üçün belə xəstələr bir neçə dəfə yaxşıca əllərini yuyurlar. Əgər xəstə bunu etməsə, narahatlıq və qorxu hissi onda artmağa başlayır. Həmsöhbətimizin dediyinə görə, xəstələrdə sayıqlama da özünü göstərə bilər. Çox vaxt belə xəstələr düzgün düşünə bilmir, hadisələrin gedişatı və insanlar haqqında yanlış təsəvvürə malik olurlar: «Xəstə bütünlüklə yanlış təsəvvürlərə təslim olur və onun fikirlərini dəyişdirmək mümkün olmur. Sayqılama gerçək fakt və hadisələrin yanlış təhlili nəticəsində baş verir. Eləcə də sayıqlamalar hallusinasiyalara görə də yarana bilər. Xəstələr qəribə şeylər də düşünüb sayıqlaya bilərlər. Məsələn, xəstələr düşünə bilər ki, kimsə onları təqib edir, zəhərləmək istəyir, cadu və sehr ona qarşı tətbiq olunur və s».Xəstələr müxtəlif iyləri, bədənində və başında ağırlıq, yanma kimi prosesləri hiss edirlər. Xəstələr gerçək kimi bədəninin deşilməsini, sivrilməsini, güllələnməsini və s hiss edə bilərlər. Onları uydurma, lakin gerçək kimi qəbul etdikləri insanlar, iylər, dadlar, hadisələr təqib edir. Onlar uydurduqları dünyanı gerçəkliklə qarışdırırlar.«Xəstələrdə emosional pozuntular valideynlərə və ya yaxın insanlara qarşı mərhəmət və bağlılıq hissinin itməsi, təhsilə, işə marağın olmaması, qapalılığın, cəmiyyətdən təcrid olunmağın yaranması ilə başlayır. Bəzən xəstələr yaxınlarına qarşı kobud rəftar edir, qəddar olur, onlara ögey münasibət göstərirlər. Valideyn və yaxınlarını adını və soyadını deməklə çağırırlar», — deyən psixiatrın bildirdiyinə görə, belə insanlarda məsuliyyət və cavabdehlik hissi itir. Xəstələr öz vəzifələrini və öhdəliklərini yerinə yetirmir, özlərinə qulluq etmir, saçlarını daramır və s. Onlar küçələri gəzir və qəribə tərzdə davranırlar. Bu simptomlarla yanaşı xəstəliyin ağırlaşması zamanı xəstədə manyakal (yüksək əhval-ruhiyyə) və depressiv (əhval-ruhiyyənin aşağı düşməsi) müşahidə olunur. Xəstəlik insanda apatiya, biganəlik hissi yaradır. M.Kərimovanın sözlərinə görə, hansısa bir vəziyyətdə uzun müddət sakit qalmaqla yanaşı, bu xəstəliyə aqressiv davranış da xasdır: «Bəzi xəstələrin hərəkətləri pozulur. Misal üçün, xəstə uzun müddət - bir həftə və ya bir neçə ay bir vəziyyətdə uzanıb qala bilir. Bu halda xəstə ətrafdakılara heç bir reaksiya vermir, sualları cavablandırmır, heç bir xahişləri yerinə yetirmir. Bəzi xəstələr isə uzananda belə yastığın üstünə başını qoymur və havada asılı vəziyyətdə başlarını saxlayırlar. Xəstələr uzun müddət qəribə vəziyyətlərdə hərəkətsiz qala bilirlər».Müsahibimizə görə, ümumiyyətlə, şizofreniya zamanı insanlarda müxtəlif qəribə davranışlar müşahidə olunur. Lakin şizofreniya ağırlığından asılı olaraq müalicə olunur. Statistikaya görə, belə xəstələrin təxminən 40 faizi müalicə aldıqdan sonra sağalır və xəstəlikdən əvvəlki adi həyatına qayıdır. Lakin indiyədək bu xəstəliyin səbəbləri tam aydın deyil.