İnsanlar hansı yaşda olduqlarından asılı olmayaraq müxtəlif hiss və duyğular keçirirlər. Bu duyğuların bir qisminə sevinmək, gülümsəmək, əylənmək kimi pozitiv, bir qisminə isə aqressiya, nifrət, qorxu kimi neqativ duyğular daxildir. Neqativ hisləri yaşayan aqressiyalı uşaqlar istər ailələrində, istər çevrələrində problem yaradır, vurur, qışqırır, dava edir və qaydaları pozurlar.Belə uşaqlar eyni zamanda böyüklər ilə kobud rəftar edir. Bu hərəkətlərinə görə cəzalandırılsalar belə kobud hərəkətlərinə davam edirlər və hər zaman özlərinə haqq qazandırırlar. Eyni zamanda başqalarının səhvlərini bağışlamır və qarşısındakı insanlara şiddət göstərirlər.Uşaqlarda aqressiya yaranma səbəbləri uşaqlarda aqressiyanın səbəbi genetik xüsusiyyətlər və ya çevrədən öyrənilmiş davranışlar ola bilər. Belə uşaqlar digərləri ilə müqayisədə ətrafdakı hadisələrə qarşı daha həssas olur və daha çox reaksiya göstərirlər.Digər bir nüans isə ondan ibarətdir ki, uşaqlar aqressiyanı çevrədən və ailədən öyrənirlər. Çünki, uşaqların ilk çevrəsi onların ailələridir. Əgər ailədə uşağa şiddət göstərilirsə, hər etdiyi hərəkətə görə cəza verilirsə və ya ata-ana uşağın yanında münaqişə edirsə və bir-birlərinə şiddət göstərirsə bu uşağın davranışlarına təsir edə bilər. Ailələr uşaqlar üçün rol model rolunu oynayır.Valideynlərin ayrılması, yaşayış yerlərinin dəyişdirilməsi, sevdiyi bir insanı itirmək belə uşaqlarda aqressiv hərəketlərə səbəb ola bilər. Əgər uşaq vaxtının çox hissəsini TV və telefonla keçirisə, oradan mənfi xarakterləri özünə nümunə alırsa bu, onların aqressiv davranışlarını artıracaqdır. Uşaqlarda aqressiv davranışları necə korreksiya etmək olar? Əgər uşaq aqressiv davranışları mütəmadi olaraq sərgiləmirsə bu normaldır. Bəzən uşaqlar valideynləri ilə kifayət qədər vaxt keçirmədikləri üçün onları gördükləri zaman səbəbsiz ağlamaq, dişləmək, vurmaq kimi hərəkətlər edə bilərlər. Uşaqlar duyğularını rahat ifadə edə bilmədiyi zamanlarda belə hərəkətlərlə diqqət çəkməyə çalışır. Valideynlər bu hərəkıtlərlə vurmaq, qışqırmaq, cəzalandırmaq kimi reaksiya verməməlidir. Gün ərzində uşaqlar ilə vaxt keçirilməli, müsbət davranışlar göstərdikdə təqdir edilməlidir.• Böyüklər (müəllimlər, valideynler, mütəxəsislər) aqressiv olduğu zamanlarda uşaqlarla ünsiyyətə girməməlidirlər. Belə halda valideyn əvvəlcə özünü sakitləşdirməli, daha sonra uşaqla ünsiyyətə keçməlidir. Əks halda uşaqla valideyn arasında münaqişə yarana bilər ki, bu da gələcəkdə böyük travmalara səbəb olur. Uşaqlar nə qədər aqressiv davranış göstərirsə göstərsin, valideyn özünü sakit tutmağa çalışmalı və duyğularını idarə etməyi bacarmalıdır.Cəmiyyət içində uşaq hər hansı xoşagəlməz davranışlar göstərdiyi halda, ətrafdakılar narahat olmasın deyə uşağı döymək, cəzalandırmaq olmaz. Bunun əvəzinə uşaqla tək qaldıqda məsələni sakit şəkildə izah etmək lazımdır.Uşaqlara hər zaman “səni anlayıram”, “səni başa düşürəm” deyərək həqiqətən onu anladığınızı və yanında olduğunuzu hiss etdirin.Aqressiv hərəkətləri görmzədən gəlmək bu davranışların daha da artmasına səbəb olacaqdır. Bunun yerinə mütəmadi olaraq birlikdə oturub müzakirələr aparmaq lazımdır.Uşaqların ilk cəmiyyət içində olduqları yer evləridir. Hər bir fərdin cəmiyyətdə düzgün formalaşa bilməyi üçün ilk öncə ona evdə şəxsiyyət kimi davranılmalıdır.
Nədir bu təşviş? Həyat hadisələrinin fərdin özü üçün təyin etdiyi standartlarla üst-üstə düşməsi gözləntiləri, bu gözləntilərə uyğun olmayan təcrübələrə qarşı etirazlara səbəb olur. Yalnız gözləntilərin qarşılanacağı düşüncəsi ilə yüklənmə və gözləntilərə uyğun olmayan bir həyatın qəbul edilə bilməyəcəyi düşüncəsi çox məyusedici təcrübələrə gətirib çıxarır. “Bu gün yağış yağmamalıydı”, “Bu, evliliyimizdə olmamalıydı”, “Həyatımız virusla belə dəyişməməli idi” kimi bir mükəmməlliyi əks etdirən ifadələrin arxasında, həyatı qəbul etməkdə çətinliklər gözləntilərlə uyğun gəlmir və hətta mövcud reallığa etiraz etmək meyli üstünlük təşkil edir. Etiraz başa düşülən bir davranış forması olsa da, çətinliyi sağlam bir şəkildə geridə qoymaq üçün kifayət etmir. Daha da əhəmiyyətlisi, mənalı şeylər insan həyatına etiraz etmədən hərəkətsiz olduqda daxil olur. Mükəmməliyyətçi düşüncədən təmizlənmək üçün gözləntilərə uyğun olmayan hadisələrə etiraz etmək əvəzinə, gözləntiləri nəzarətsiz baş verən hadisələrə görə tənzimləyə çalışmaq lazımdır. Bu günün dünyasında qeyri-müəyyənliklərin aradan qaldırılması kimi qeyri-mümkün səylər söhbət mövzusu olmayacaq və qeyri-müəyyənliklə daha çox barış içində yaşamaq insan oğluna hüzuru vəd edən nadir fenomenlərdəndir. Qeyri-müəyyənliyə dözümsüzlük insanın bütün narahatlıq və təşvişinin anasıdır. Gözəl şeylər insanın həyatına sürətli hərəkət edərkən girməz. Sürətlə avtomobil idarə edərkən yol boyu neçə mənzərəyə valeh olmusunuz? Yağışdan qaçaraq orda rəqs edənlər kimi xoşbəxt hiss edən neçə insan tanıyırsınız? İnsan oğlu ona naməlum qalandan qorxar. Düşüncə plüralizmi və ya elastik düşüncəyə sahib olmaq böyük xoşbəxtliklər üçün qapı açmaqdır. Nə qədər sərt olsaq zərbə bizə o qədər güclü təsir edər, nə qədər üsyan etsək o qədər çox yaralanarıq, təsirin əks təsirlə münasibətini xatırlayın və üsyanın gətirdiyi qəzəblə divara möhkəm bir yumruq vurduğunuzu düşünün, divar olduğu kimi yerindədir, siz isə özünüzdən bir hissəni incitdiniz. Bu zərbənin gücü toxumaları zədələyə bilər, bu zərbənin gücündən sümüklərinizdə çat yarana və ya şiddətli ağrı ola bilər. Plandankənar həyat hadisələrinə qarşı üsyan da belədir, hər fırtına bir müddət sonra sakitləşir, hər virus bir gün insan gücü qarşısında məğlub olur, ancaq hadisələrin gedişində qəzəblə əlini zədələyən siz divara təsir edə bilmir, həyat hadisələrinin axışını dəyişdirə bilmir, əksinə bəlkə də o zaman sizdən bir şeir gözləyən çox yaxın bir insana şeir yaza bilməyəcək, yıxılan birinin əlindən tutub qaldıra bilməyəcək qədər çətin bir həyata məhkum olursunuz. Təşviş də digər bütün emosiyalar kimi funksional bir emosiyadır. Gərək duyulduğu halda özünü fiziki və zehni olaraq göstərir, bizi təhlükədən qoruyur, yaxud təhlükə altına düşmək ehtimalımız varsa bizi o istiqamətdən çəkindirir. Təşvişli insanın beyninin istehsal etdiyi düşüncə: Bir mıx nala, Bir nal bir ata, Bir at bir əsgərə, Bir əsgər, bir məktuba, Bir məktub bir savaşa, Bir savaş bir ölkəyə faciədir... Hamısı bir mıxa görə oldu! Normal və anormal təşvişi ayıran özəlliklər Normal təşviş Stressə qarşı verilən keçici coşqun reaksiya Adaptasiya ilə bağlı narahatlıq Mübarizə metodlarının işə düşdüyünün xəbərçisi Anormal təşviş Hər hansı bir stimul yoxkən ortaya çıxır Şəxsin mübarizə aparma metodlarını sıradan çıxarır Keçici yox, özünün intensivliyi ilə diqqəti cəlb edir Müdafiə mexanizmlərinə zərər verəcək qeyri-sağlam mübarizə üsulları inkişaf etdirə və ya ortaya çıxa bilir. Məsələn: Alkoqollu içki qəbulu. Qrinberq və Padeskinin təşvişli həyəcan ölçüsü. Burada maddələr 0-3 arası qiymətləndirilir. Burada qiymətləndirməni aparanda hansı rəqəmin hansı mənanı ifadə etdiyini bilmək vacibdir. Qiymətləndirmə şiddəti ölçmək üçün yox, daha çox özünə yardımı davam etdirdiyiniz müddət ərzində dəyişikliyin fərqinə varmağınıza kömək edir. 0 – heç olmur 1 – bəzən 2 – Tez-tez 3 – Çox vaxt 1.Hüzursuz və narahat hiss edirəm. 2. Nigaranlıq var. 3. Titrəmə və müvazinətsizlik duyuram. 4. Əzələ gərginliyi (sanki sizdən asılı olmadan sıxılıbmış kimi), əzələ ağrıları hiss edirəm. 5. Yerimdə qərar tuta bilmirəm. 6. Asanlıqla və tez yoruluram. 7. Təngənəfəslik olur. 8. Ürək ritmimdə sürətlənmə olur. 9. İsti olub-olmamasından asılı olmayaraq tərləyirəm 10. Ağız/damaq quruluğu olur. 11. Sərsəmləmiş kimi hiss edirəm və ya başım fırlanır. 12. İshal, ürək bulanması və ya mədə narahatlığı var. 13. Tez-tez sidik ifrazı üçün sanitar qovşağı istifadə edirəm. 14. Qəfil istilik gəlir. 15. Boğazda düyünlənmə hiss edirəm, udqunmaqda çətinlik çəkirəm. 16. Özümü indicə partlayacaq bir əl qumbarası kimi hiss edirəm. 17. Tez səksənmə/qorxma 18. Diqqəti cəmləməkdə çətinlik. 19. Yuxuya getmək və ya oyanmaqda çətinlik. 20. Əsəb gərginliyi 21. Təşviş artıracaq məqamlardan, situasiyalardan qaçış. 22. Təhlükə üzərinə fokuslanmış fikirlər /düşüncələr. 23. Özünü mübarizə aparmaq üçün aciz hesab etmək. 24. Çox pis bir şey olacaq düşüncəsi. Nəticə - ümumi balların cəmi qeyd edilir. Balları toplamaq üçün hər maddənin qarşısında tez-tez, bəzən, heç vaxt deyə qeyd etmək yerinə, daha rahat olmağı üçün məsələn birbaşa 2, 3 və ya 0 qeyd edin. Sonra balları toplayıb və əvvəlki həftə ilə müqayisədə qət etdiyiniz məsafənin fərqinə varın. Bəzən dalğalanmaların olması, yəni geriləmə baş verib düşüncəsi yaradan nəticələrin əldə edilməsi sizi ruhdan salmasın. Koqnitiv-bihevioral özü-özünə yardım bələdçisi Özünüzü hər hansı təkrarlanan davranış və ya düşüncələrin mərkəzində tapdıqda, depresiv və ya təşvişli həyəcan içərisində hiss etdiyiniz zaman ilk olaraq ağlınıza gələn düşüncələrin fərqinə varın. Bu düşüncənin sizə nə dediyini duymağa çalışın, o sizə hansı duyğuları yaşadır. Məsələn özünüzü “indicə dəhşətli bir hadisə baş verəcəyi” düşüncəsinin müşayiəti altında necə hiss edirsiniz, hansı emosiyalar sizdə özünü göstərir? Yaxud “Mən heç kimə lazım deyiləm” düşüncəsi sizdə hansı duyğuları yaradır? Bunlar ümumiyyətlə niyə baş verir? ABC modeli ilə buna nəzər yetirək. A – Situasiya B – Düşüncə və Duyğularımız C – Davranışımız A: Axşamdan boyadığınız ayaqqabınızı sabahkı görüş üçün əla bir vəziyyətə gətirmisiniz. Lakin səhər oyanıb görürsünüz ki, yağış yağıb. Hər tərəf palçıqdır B: Düşüncə - mən bilirdim ki, belə də olacaq(avtomatik fikirlər *Koqnitiv təhrif-falçılıq) , heç vaxt bəxtim gətirmir(aralıq inanc/düşüncə), uğursuzam(kök inanc) Duyğu: kədər, özünə yönəlmiş qəzəb, inciklik, ruh düşkünlüyü. C: Davranış – Şəxs özünü evə qapadır və iş üçün müsahibəyə getmir. Başqa bir nümunəyə nəzər yetirək: A: Evdəyəm, pillələri qalxanda ürək döyüntülərimin artdığını hiss etdim, nəbzimi yoxlayıram, sanki döyüntüləri daha da sürətlənib. B1. İnfarkt keçirmək astanasındayam (avtomatik fikir *Koqnitiv təhrif – Emosional fikir irəli sürülür- belə hiss edirəmsə, deməli belədir – Düşünürəm, elə isə qorxmalıyam) B2: Qorxu, təşviş, həyəcan müşahidə olunur C: Təcili yardıma zəng edilir. Müxtəlif fikirlərin, müxtəlif emosiyalar yaratmağını bu iki nümunədə yəgin ki, hiss etdiniz, içində olduğumuz situasiyada, nə düşündüyünüzü anlamaq ilə bərabər o düşüncəni hansı qəlibə yerləşdirib, hansı mübarizə texnikalarını istifadə edəcəyimiz də bir o qədər, bəlkə də daha çox vacibdir. Ona görə də ilkin olaraq koqnitiv təhriflər ilə əvvəlki bölmələrdəkindən fərqli olaraq daha yaxından tanış olmaq lazımdır. Hansı texnikalarla çalışacağıq? Koqnitiv texnikalar Aşkar Etmə Texnikaları 1. Aşağı Ox Texnikası Aşağı Ox texnikası, sizi depressiya və təşvişə sövq edərək mənfi təsir edən inancları müəyyən etməyə kömək edəcək. Mənfi düşüncənizin altına bir aşağı ox çəkin və özünüzdən soruşun: “Gəlin bu düşüncənin həqiqət olduğunu qəbul edək, niyə bu fikir mənə mənfi təsir edir? Bunun mənim üçün nə mənası nədən ibarətdir?” soruşun. Bu vəziyyətdə ağlınıza başqa bir mənfi fikir gələcək. Bunu oxun altına yazın və ikinci fikrin də altına başqa bir ox çəkin. Bunu bir neçə dəfə təkrarlayın. Mənfi düşüncələrinizə baxın və inanclarınızı müəyyənləşdirin. Şəfqətə əsaslanan Texnikalar 2. İkili Standart Texnikası Özünüzü tənqid etmək əvəzinə, əsəbi bir dostunuzla olduğu kimi özünüzlə də şəfqətli bir şəkildə danışın. Özünüzdən soruşun: “Əziz bir dostumun bənzər bir problemi olsaydı, ona qarşı bu qədər sərt davranardımmı? Ona nə deyərdim?” Reallığa əsaslanan texnikalar 3. Dəlillərə Baxış – “Sübut hardadır?” Mənfi düşüncəni həqiqət kimi qəbul etmək əvəzinə özünüzə sual verin: “Düşüncəmi dəstəkləyən hansı dəlillər var? 4. Tədqiqat metodu Mənfi düşüncənizi yoxlamaq üçün bir sorğu keçirin. Məsələn, utancaqlığınızın qəribə göründüyünü hesab edirsinizsə, digər dostlarınızdan utancaqlıq hiss edib -etmədiklərini soruşa bilərsiniz. Bu üsulla, insanların hamısının bəzən nələrəsə görə utandığının fərqinə varacaqsınız. 5. Tədqiqat metodu Mənfi düşüncənizi yoxlamaq üçün bir sorğu keçirin. Məsələn, utancaqlığınızın qəribə göründüyünü hesab edirsinizsə, digər dostlarınızdan utancaqlıq hiss edib -etmədiklərini soruşa bilərsiniz. Bu üsulla, insanların hamısının bəzən nələrəsə görə utandığının fərqinə varacaqsınız. Semantik-məna istiqamətli Texnikalar 6. Semantik Metod Semantik Metod, xüsusən, malı və məli cümlələri və etiketləmələrlə çalışmaqda təsirlidir. Burada istifadə etdiyiniz ifadələri daha az təhqir və daha az emosional olanlarla əvəz edin. Məsələn imtahanda uğursuzluq sonrası özünüzü ümumiyyətlə savadsız olaraq qiymətləndirmə də, uğur qazandıqda dahi adlandırmaq da etiketləmə anlamına gəlir. Mənalara diqqət edib, yaşanan hadisə ilə hadisəni yaşayan özünüzə yaraşdırdığınız ad arasındakı uyğunluq haqqında düşünün, “bu o mənaya gəlirmi? Bunu daha rasional necə ifadə edə bilərəm?” suallarını özünüzdən soruşun, lakin bunu yazılı formada həyata keçirin. Sonra isə daha rasional və məntiqə söykənən adlandırmalar edin, məsələn ayrılıq sonrası özünüzü bədbəxt adlandırmaq yerinə daha gerçəyə uyğun bir ifadə istifadə etmək olar, “İnsanlar görüşür, bir-birinə uyğun dünya görüşü olduğu halda birlikdə qalmağa davam edir, yollar fərqlidirsə ayrılırlar, iki insanın bir mövzuda eyni fikirdə olmamağı heç də bədbəxtlik adlandırıla bilməz. Məntiqə əsaslanan texnikalar 7. Bozun Çalarlarında Düşünmək Problemlərinizi ağ -qara həddə görmək əvəzinə, boz rəngli çalarlarda onları real qiymətləndirin. Məsələn “hal hazırda yaşadığım üzüntünü neçə faiz şiddətlə hiss edirəm? 100%? Bəs indikindən daha kədərli olduğum vaxt olubmu? O zaman neçə faiz şiddətlə hiss edirdim kədəri? 100%?” İki situasiya arasında şiddət fərqini müəyyən edin. Bundan əlavə spesifik, rigid düşüncə şiddətli duyğu yaradır, tək düşüncənin yaratdığı müvafiq duyğunun şiddəti həmişə yüksək olur. Bozun çalarları ilə düşünmək deyəndə əsasən alternativ fikirləri dəyərləndirmək nəzərdə tutulur. Plural düşüncə şəxsə xoşbəxtlik vəd edən tək fenomendir. 8. Nəticə və Proses Performansınızı nəticə deyil, proses baxımından qiymətləndirin. Hazırlığınız və işiniz sizdən asılı olsa da, nəticələr çox vaxt sizin ixtiyarınızda deyil. Bunu Markesin “İzah etdiyin qarşındakının anladığı qədər dəyərlidir.” Aforizmi ilə də ifadə edə bilərik. Motivasiya Yönümlü Texnikaları 9. Fayda-zərər təhlili Mənfi düşüncənin (“Mən faydasız biriyəm”), özünü yoran bir inancın (“həmişə mükəmməl olmağa çalışmalıyam”), duyğunun (qəzəb, günahkarlıq və ya təşviş) və ya vərdişin (spirtli içki aludəçiliyi) bütün üstünlüklərini kəşf edin, bəli yanlış oxumadınız və həm də bu düşüncə və duyğuların, eyni zamanda aludəçiliklərinizin mənfi tərəflərini sadalayın. Münasibətlərinizdəki problemlərdə başqalarını günahlandırmağın üstünlüklərini və mənfi cəhətlərini sadalaya bilərsiniz. Özünüzdən soruşun: “Bu düşüncənin, inancın, duyğunun və ya vərdişin mənim üçün üstünlükləri və mənfi cəhətləri nələrdir? Mənə necə kömək edir, mənə necə zərər verir? ” Ağlınıza gələn bütün üstünlükləri və dezavantajları yazdıqdan sonra hər birinin təsirini 0 ilə 100 arasında qiymətləndirin. Sonra özünüzə sual verin ki, üstünlüklər və ya mənfi cəhətlər masa üzərindədir, bəs bunlardan hansının təsiri daha böyükdür. 10. 5 duyum&Nəfəs kombinasiyası Təşviş, qəzəb kimi duyğuların qapınızı döydüyünü gördükdə sadəcə özünüzə aid bir guşə seçin, mütləq deyil ki, bu yer qırmızı xalça sərilmiş, gözəl mebellərin olduğu bir otaq olsun. Mümkün olduğu qədər ətrafınızda sizi narahat edə biləcək şəxslərdən ən azından indi bunu etməmələri ilə bağlı xahiş edin. Yerinizi aldınızsa başlayaq, Dialektik-Bihevioral terapiya, yəni üçüncü dalğa Koqnitiv-bihevioral terapiyalardan birinə aid olan bu kombinasiya texnika yenə diqqəti yayındırıb, sizi olduğunuz anın daxilində saxlayacaq. A. 5 saniyə ərzində nəfəsi alın, 5 saniyə ərzində nəfəsinizi saxlayıb, 5 saniyə ərzində yəni yavaş-yavaş nəfəsinizi buraxın. B. Diqqəti nəfəsinizə yönəldin, hava axınının ciyərlərinizə dolduğunu və oranı tərk etdiyini təsəvvür edin. C. Bu əsnada əlinizin biri mədənizin üzərində, digəri isə sinənizdə ola bilər. D. Bu məşğələni davam edərkən(yəni təxminən 15 dəqiqə tədbiq etdikdən sonra) diqqətin keçirilməsinə hazır olun. E. Bu dəfə mərhələli şəkildə yavaş-yavaş, aramla, heç 5-5-5 sisteminə də ehtiyac olmadan, amma eyni zamanda sürətlə nəfəs alıb qandakı oksigeni artırmadan, əllərinizi elə bayaqkı formada tutaraq sevdiyiniz 5 görüntünü, mənzərəni xatırlayın, ardından sevdiyiniz 5 səsi xatırlayın, sonra sevdiyiniz 5 qoxunu xatırlayın, həmən ardından sevdiyiniz 5 dadı, ən sonda isə toxunduqda zövq aldığınız 5 əşyanı xatırlayın. Texnikanı yerinə yetirərkən düzgün nəfəs aldığınıza diqqət edin. Rahatlama əldə edənə qədər texnikanı tədbiq edə bilərsiniz. Koqnitiv Ekspozisiya 11. Koqnitiv daşırma Bəzən özünüzü qorxduğunuz şeyə klassik formada məruz buraxa bilmirsiniz. Məsələn, təyyarədə uçmaq qorxunuz varsa, qorxunuzu aradan qaldırmaq üçün təyyarə qəzasına uğramağınıza ehtiyac yoxdur! Ancaq bu qorxu ilə zehninizdə Koqnitiv Ekspozisiya istifadə edərək üzləşə bilərsiniz. Özünüzü bir təyyarədə təsəvvür edin. Mümkün qədər təşvişli həyəcan duyğunuzu artırmağa çalışın və mümkün qədər uzun müddət təşviş ilə “baş-başa” qalın. Narahatlıqla mübarizə aparmayın. Əksinə, narahatlığınızı dözülməz hala gətirməyə çalışın. Ona təslim olun. Nəhayət, təşviş özü-özünü söndürəcək. Klassik Ekspozisiya və ya klassik üzləşmə 12. Proqressiv Ekspozisiya Proqressiv Ekspozisiya istifadə edərkən, qorxduğunuz şeyləri kiçik parçalara ayırın. Məsələn, lift fobiyanız varsa, lifti bir mərtəbəyə qaldırın və liftdən enin. Bunu bitirdikdən sonra liftə iki dəfə qalxın və tədricən liftdə keçirdiyiniz vaxtı artırın. Köpək və ya iynə fobiyası kimi hər hansı bir fobiya növü üçün, eləcə də utancaqlıq və ya obsesif-kompulsif pozğunluq kimi narahatlıq növləri üçün Proqressiv Ekspozisiya istifadə edə bilərsiniz. Bu texnikaların hər birini sıra ilə bir həftədən az olmayaraq tətbiq etməyə çalışın, çəkilən nümunələr əvəzinə öz probleminizi təyin edin. Nəticə əvəzinə İnsan var olduğu müddət ərzində ağrı, narahatlıq, kədər, qorxu kimi duyğular qaçınılmazdır, var olmağın əsas əlaməti yaxşı olanı deyil, pozitiv hiss etdirəni deyil, hər şeyi hiss etməkdir. Çünki narahatlıq, funksionallığın aradan qalxması, təşviş, qəzəb, qorxu mənzərəyə geniş prizmadan baxdıqda əvəzedilməz bir ustaddır, o bizə problemin nədən, hardan, niyə və necə gəldiyini işarə edir, müasir tibbi müdaxilələrdə ağrıya tolerantlıq göstərilir və bir çox hallarda ağrının ağrıkəsicilər vasitəsi ilə aradan qaldırılmasına icazə verilmir, bu üsul təqdir edilmir. Təşvişə də, ruh düşkünlüyünə də belə bir yanaşma əslində bizi problemin səbəbinə aparır, bizə yaşanan hadisələri yenidən qiymətləndirməyi təbliğ edir. Emosiyalar da, yaxşı və pis anlayışının üzərində, bizim övladımız kimidir, ona qulaq asmaqla nəyə ehtiyacınız olduğunu öyrənə bilərsiniz. Azərbaycan insanı hələ lap kiçik zamanlardan ailə tərbiyəsində seçim etməyə məcbur qalır, “əgər şokalad yesən, anan axşam sənin yanında yatmayacaq”, “ya dayını sevdiyini de, ya da əmini” və.s bunu böyüdükdən sonra da bizlər özümüzə qarşı tədbiq edirik, ya narahat, ya da yaxşı olmaq deyə bir seçim yoxdur, qorxa bilərsən, üzülə, kədərlənə, ağlaya bilərsən. Həyatı daha doyumlu yaşamaq üçün qorxudan, təşvişdən, kədərdən qorxmaq əvəzinə onlarla birlikdə yoluna davam et. Əgər itirdikdə ağlayacaq qədər dəyərli olan bir kimsəmiz, ya da itirmə ehtimalı bizi narahat edəcək qədər dəyərli bir kimsəmiz yoxdursa əsl məhrumiyyət onda ortaya çıxır, çünki aid olmaq və sahib olmaq insanın ehtiyacıdır, o mexaniki qurğu deyil, sosial bir varlıqdır. Ədəbiyyat siyahısı 1. Arthur Freeman – Anksiyete bozukluklarının bilişsel davranışçı tedavisi, Psikoterapi enstitüsü, İstanbul 2013] 2. David Burns – Panik atakta, Psikonet yayıncılık, 2019, s. 533 3. Greenberger&Padesky – Evinizdeki terapist, (Editor:Dr. Emel Stroup),Altın kitaplar, 2019 – s. 329 4. Jeffrey Wood – Dialektik-Bihevioral terapiya, Dev belgesel yayınları, 2013, s. 67 5. M. Z. Sungur – Korona günleri: Belirsizlikle barışmak, kaygı ve endişeyi yönetmek, 2020 6. Nəsimi Qiyasov – 3D: Koqnitiv-bihevioral özünə yardım bələdçisi, Bərdə şəhəri, 2021,s.480 Psixoloq Nəsimi Qiyasov Bərdə şəhəri – 2021
Bağlılıq fiquru ilə rol dəyişən uşaqların psixologiyası Bir çox inkişaf nəzəriyyəsinin ortaq cəhəti bundan ibarətdir ki, uşaqlıq dövründəki qazanılan təcrübə bizim sonrakı həyat xəritəmizi formalaşdırır. Doğru və yanlışlar, inam və ya inamsızlıq, özgüvən və ya dəyərsizlik hissinin təməlləri də məhz bu yaş dövründəki öyrənilənlərə əsasən atılmış olur. Yeniyetməlik obrazlı ifadə etsək qafiyə və rədif anlayışı olmayan şəxsin heca vəznində şeir yazdığına dair inadkar iddiasını xatırladan yaş dövrüdür. Bu dövr uşaqlıq müşahidələri və uşaqlıqda öyrənilənlərin tədbiqinə can atan bir insanla üz-üzə qalırıq. Con Boulbinin “Bağlılıq nəzəriyyəsi” uşağa dünyanın güvənli və ya əksinə qorxulu yer olduğunu öyrədir. Ananın övlada toxunuşu, onun ehtiyac və tələbatlarını ödəməyinə yönəlik addımları uşağa güvəndə olduğu mesajını verdiyi halda, uşağın tələbatlarının vaxtı-vaxtında ödənilməməsi uşaqda dünyanı etibarsız, təhlükəli bir məkan kimi qavranılmasına səbəb olur.[3.səh.2] Psixi inkişafın dövrləşməsində Leontiyevin aparıcı fəaliyyət prinsipi Psixi inkişafın dövrləşməsi problemini araşdırmaq üçün yaş psixologiyasına A.N.Leontiyev tərəfindən gətirilən – aparıcı fəaliyyət prinsipinin mahiyyətini açıqlamaq lazımdır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, psixi inkişafın hər bir yaş dövrünə müəyyən fəaliyyət növü xarakterikdir. Məs, məktəbə qədər yaş dövrü üçün – oyun, kiçik məktəblidə - təlim, yeniyetmələrdə - məntiqi idrak və s. Aparıcı fəaliyyət uşaq şəxsiyyətinin bütün əlamətlərinin və idrak imkanlarının konkret yaş dövrü üçün xarakterik inkişafını və formalaşmasını təmin edir. Hər hansı bir yaş dövrü üçün xarakterik olan aparıcı fəaliyyət içərisində növbəti yaş dövrü üçün xarakterik olan aparıcı fəaliyyət növü formalaşır. Leontiyevin fikrincə aparıcı fəaliyyət müəyyən inkişaf dövrlərində psixi prosesi və şəxsiyyətin psixoloji xüsusiyyətinin başlıca dəyişikliklərini şərtləndirir. Aparıcı fəaliyyətinin 3 əsas əlamətini vardır: 1. Aparıcı fəaliyyətin içində başqa aparıcı fəaliyyət növü diferensasiya olunur. 2. Aparıcı fəaliyyətdə psixi proseslər yenidən qurulur, yaxud formalaşır. 3. Hər hansı bir yaş dövründə müşahidə olunan şəxsiyyətin psixi dəyişikliyi məhz aparıcı fəaliyyətdən asılıdır. Leontiyevin bu ideyasında bütün psixi tərəflər qəbul olunur. Müəllif qeyd etmişdir ki, aparıcı fəaliyyət prosesində inkişafın hər mərhələsində uşağın ətraf aləmə yeni münasibətləri əmələ gəlir. Yeni tipli biliklər və onları əldə etmək imkanları əmələ gəlir. Bütün bunlar uşağın inkişaf sferasını və şəxsiyyətin strukturunu dəyişdirir. Həmin yaş dövrü üçün xarakterik olan psixi törəmənin yaranmasına gətirib çıxarır. Leontiyev psixi inkişafı aşağıdakı yaş dövrlərinə ayırırdı: 1. Körpəlik yaşı - aparıcı fəliyyət yaşlılarla bilavasitə emosional ünsiyyətdir 2. Erkən uşaqlıq – aparıcı fəaliyyət əşyavi manipulyativ fəaliyyətidir 3. Məktəbə qədər yaş – aparıcı fəaliyyət oyun fəaliyyətidir 4. Kiçik məktəbli yaşı – aparıcı fəaliyyət təlimdir. 5. Yeniyetməlik yaşı – ictimai faydalı fəaliyyət və həmyaşıdları ilə ünsiyyət. 6. Böyük məktəb yaşı – peşə təlimi fəaliyyəti. [2.səh.22] Sosial rol və rol davranışı Sosial rol sosial statusla bağlıdır. Onların hər ikisi insan davranışının normalarıdır. Sosial status subyektin şəxsiyyətlərarası münasibətlər sistemindəki mövqeyini ifadə edir. Bu mövqedə uşağın hüquq və vəzifələri, imtiyazları ifadə olunur. Onları cəmiyyət, tərbiyə mühiti, mədəniyyət müəyyənləşdirir. Rol davranışını isə sosial normalar, həmçi- nin uşağın fərdi xüsusiyyətləri sintezləşir. Şəxsiyyətin rol nəzəriyyələri fərdin mənsub olduğu qrupa aid olan sosial funksiyalarını və rol davranış n- ümunələrini necə mənimsəməsi xüsusiyyətlərini izah edir. Bu sahədə daha geniş yayılmış nəzəriyyələr C.Midə və R.Lintona məxsusdur. O cümlədən, A.Bandura, C.Rotter Tərəfindən rolların mənimsənilməsi konsepsiyasına həsr edilmiş “öyrənmə nəzəriyyələri” də yaranmışdır. Digər bir istiqamət rolların sosial-mədəni təbiəti haqqındadır (Darendorf, Kelli). Bu kontekstdə rol münaqişələri, rolların inteqrasiya və dezinteqrasiyası, şəxsiyyətin rol quruluşu kimi problemlər də araşdırılıb. Aydın olub ki, sosial rollar bir sıra sosial funksiyaları yerinə yetirməklə məzmununa görə müxtəlifdir: psixoloji və ya şəxsiyyətlərarası (liderlik, üstünlük, qəbul olunmayan, autsayder); sosial (peşə üzrə, demoqrafik); fəal və ya aktual; latent (gizli); konvensional (rəsmi); kortəbii, spontan. Sosial rol – sosial statusdan və mövqedən asılı olaraq sosial mühitdə yerinə yetirilən hərəkətlərlə cəmləşmiş davranış normalarının uyğunluğudur. Sosial rol özünün quruluşuna görə obyektiv və şablon ola bilər. Bu, xarakterin tipindən və mühitin təsirlərindən asılı olaraq yaranan davranış formalarıdır. Sosial rolun qaydaları xaricində qaydasız davranış əmələ gəlir. Buna psixologiyada bir sıra davranış forma- ları aid edilir (deviant, delikvent, aqressiv, dezadaptiv, assosial davranış və d.). Bu davranış formalarının hər biri özündə müxtəlif səbəblərdən və müxtəlif formalarda pozulmuş davranış nümunələrini birləşdirir. Hər bir rоl öz məzmununa malikdir: fəaliyyət şablоnları, bilik, bacarıq və qabiliyyətlər, başqalarının işlərinə reaksiya və s. Şəх- siyyət öz hərəkətlərinin məntiqini sоsial gözləmə və nоrmalar baхımından əlaqələndirə bilər. Şəxsiyyətin xassələri heç də həmişə sosial rolların norma və funk- siyaları ilə səsləşmir. Buna səbəb sosial rol və şəxsiyyətin tə- bii quruluşu arasındakı uyğunsuzluqlardır. Ona görə də Mənbələrdə (C.Mid, Ç.Kuli, Ə.Əlizadə və b.) sosial rolun müəyyən quruluşa malik olduğu bildirilir: İnsan davranışının cəmiyyət tərəfindən yaradılmış modeli; İnsanın özünü necə aparması haqqındakı təsəvvürlər sistemi; İnsanın statusa uyğun olaraq real müşahidə edilən davranışı. Bu komponentlər arasında ziddiyyət olduqda rol münaqişələri baş verir. Rol münaqişələri özləri də iki yerə bölünür: rollararası münaqişə; roldaxili münaqişə. Rоl münaqişələri fəaliyyət subyekti оlan bütün insanlar üçün хasdır. C.Kuli, C.Mid kimi Qərb sоsial psiхоlоgiya- sındakı araşdırmalar maraq dоğurur. Оnların nöqteyi-nə- zərinə görə, insanın özü haqqındakı sоsial müəyyənliyi qrupda başqa insanlarla qarşılıqlı təsir sistemi vasitəsi ilə əldə edilir. Qrupun gücü оnun bütün iştirakçılarının gücünə bərabər deyil. Qrupun müхtəlif üzvləri qarşılıqlı təsirdə rоl adlanan müхtəlif funksiyaları yerinə yetirirlər. Qrupda razılıq оna göstərilmiş rоl daхilində davranış qaydalarını gözləmələrə uyğun yerinə yetirməsi ilə təmin оlunur. Burada da şəхsiy- yətdaхili münaqişələrin mənbəyi gizlənir. Şəхsiyyətin müxtəlif rol mövqeləri ilə ziddiyyətlərin yaranması nəti- cəsində aşağıdakı sahələr üzrə rоl münaqişələrinə gətirib çıхarır: Adəti sosial rolların yerinə yetirilməsində çətinliklər; Bir neçə rоlun eyni vaxtda reallaşdırılmasının mümkün olmaması; Vaxt çatışmazlığı; Sosial rollarla bağlı qiymətləndirmələrin dəyişməsi; Rоllararası əlaqənin itməsi; Öz işini yüksək səviyyədə yerinə yetirmək tələbatının zəifləməsi. Reallıqda hər bir fərd bir deyil, bir neçə rolu yerinə yetirir. Amma, əgər biz uşaqlardan danışırıqsa, onlara, hələlik yalnız bir rolun davranış qaydalarını mənimsəmək lazımdır: “yaxşı uşaq (oğlan və ya qız) rolu”. Bu rolun özünün də sosial mühitə, onun mədəniyyətinə və uşağın fərdi quruluşuna uyğunlaşdırılmış rol davranış komponentləri vardır: Rol davranışı formalaşdıran təbii və sosial amillər Uşağın mənsub olduğu etnik qrupun adət-ənənələri, dəyər və normalar; Uşağın yaşadığı sosial mühitin tələbləri; Ailənin təhsil səviyyəsi və həyat tərzi; Uşağın cinsi və fərdiyyəti. Rol və davranış arasında sıx əlaqə var. Rol davranışı sosial rolun fərd tərəfindən mənimsənilmiş modellər əsasında(keçmiş sosial öyrənmə, sonrakı sosial koqnitivizm əsasında – Rotter və Bandura nəzəriyyəsi), özünün bioloji və psixoloji quruluşuna uyğun şəkildə yerinə yetirilməsidir. Sosial rolun mənimsənilməsi sosiallaşma prosesinin tərkib hissəsidir. Bu məqsədlə cəmiyyətdə standart normalar müəyyənləşdirilmişdir. Bu zaman uşaq sosial standartları mənimsəyir, özünənəzarətə sahib olur. “O, özünün “Mən”ini və həyat fəaliyyətini inteqrasiya edir, öz hərəkətlərinə əxlaqi qiymət verir, hə- yatda öz yerini tapır. Uşaqlar rol davranışdan müxtəlif sosial situasiyalara adaptasiya vasitəsi kimi istifadə edirlər”. Sosial rola sahib olmaq üçün inkişaf edən davranış refleksiya ilə sıx bağlıdır. Refleksiyanın yaranmasında hələ erkən ontogenezdən şərti reflekslərin möhkəmlənməyə başlaması, yeni-yeni şərti reflekslərin yаrаnmаsı mühüm əhəmiyyət kəsb edir. Şərti reflekslərin yaranması ilə bаğlı оlаn əlаqələr müvаfiq qıcıqlаyıcının təsiri ilə qurulur. Təsir itdikdə şərti refleks sönür, lаzım gəldikdə yenidən qurulur. Belə yenidənqurulmа uşaq оrqаnizmindəki özü- nümüdаfiə sisteminin prоqrаmı ilə tənzimlənir. Həmin аrdıcıllıqlа оrqаnizmlə ətrаf аləmin qıcıqlаyıcılаrı аrаsındа reflektоr əlаqələr tənzimlənir. Deməli, refleks – sоsiаl mühitin təsiri ilə uşaq оrqаnizmində оyаnаn meхаnizm olmaqla onun özünüdərketməsində, fəaliyyətini mühitin tələblərinə adekvat tənzimləməsində ilkin faktorlardan biri kimi çıxış edir. Orqanizm və mühit arasındakı əlaqəni nizamlayır Sosial rol fəaliyyət (oyun, əmək, təlim) və ünsiyyətdə (yaşlı və həmyaşıdlarla) reallaşır. Rolun təsvirində hər bir sosial qrupa xas olan xüsusiyyətlər önə çəkilir. Eləcə də, bu xüsusiyyətlərə fərdin özünün xassələri əlavə olunur. Ona görə də uşaq tərəfindən sosial rolun qəbul edilməsi üçün bu rolla bağlı təcrübə və fərdiyyətin özünüinkişaf yolu tutması Çox vacibdir. Yəni, sosial rolları yalnız sağlam psixikaya malik olan uşaqlar lazım olan səviyyədə mənimsəyə bilirlər. Bu baş vermədikdə, sosial rolun hər hansı xassəsinin identifikasiyası mümkün olmadıqda uşaq və mühit arasında münaqişəli vəziyyət yarana bilir. Münaqişənin baş verməməsi üçün uşaq rol davranışa alışdırılmalıdır. Məhz rol davranışla bağlı üzləşdiyi situasiyalarda uşaq rol münaqişələrinə, gərginliklərə və onların həlli yollarına bələd olur, ünsiyyət çətinliklərinə üstün gələrək birgə fəaliyyətdə iştirak edir. Rol davranışın formalaşmasında vərdiş və bacarıqların rolu böyükdür. Uşaq adəti davranışı reallaşdırarkən daha düzgün hərəkət edir. Düzgün davranış vərdişlərinin forma- laşdırılması kifayət qədər çətin olsa da, davranış qaydaları “şüursuz” səviyyədən şüurlu səviyyəyə keçdikdə onu qaydalara uyğunlaşdırmaq da asan olur. Çox zaman, xüsusən başqası tərəfindən müşahidə olmadıqda uşaq nəyi necə etməli olduğunu, özünü necə aparmaq lazım gəldiyini bilir, sadəcə onun icra mexanizmlərini praktik fəaliyyətə köçürməkdə çətinlik çəkir.(6, səh. 95-100) Bağlılıq nəzəriyyəsi Hər birimiz dünyaya bir bağlılıq sistemi ilə gəlirik və bu sistem ətrafdakı digər insanlarla həyat boyu əlaqə qurmağımızı təmin edir. Emosional və ya fiziki bir təhlükə hiss etdikdə narahat olur və ya kədərlənirik, bu zaman bağlılıq sistemlərimiz aktiv olur. Birincili, anadangəlmə strategiyamız təhlükə hiss etdikdə bağlanma fiqurlarımıza yaxınlıq yaratmaqdır. Bu şəkildə özümüzü daha rahat hiss edirik və təhlükəsizlik hissimizi bərpa etmiş oluruq. Dostluq və romantik münasibətlər yetkinlik dövrü bağlılıq fiqurlarımızdır. (7.səh.36) İngilis psixiatr və psixoanalitiki Con Boulbi 26 fevral 1907-ci ildə Londonda anadan olmuşdur. O Bağlılıq nəzəriyyəsinin yaradıcısıdır. İstedadlı uşaqlar üçün məktəbdə təhsil aldıqdan sonra o, 1928-ci ildə Kembric Universitetinə daxil olmuşdur. Boulbi 1938-ci ildə magistr, 1939-cu ildə tibb doktoru dərəcələrini almışdır. Əsərləri sırasında “Bağlılıq”(1946), “Emosional əlaqələrin yaranması və dağılması(1949) və.s kimi əsərlər diqqətimizi çəkir. Con Boulbi 2 sentyabr 1990-cı ildə İngiltərənin Skay şəhərində vəfat etmişdir.[4, səh.154-156] Bağlanma növləri hansılardır? Bağlanma növləri ilk dəfə Mary Ainsworth və dostları tərəfindən istifadə edilən “Yad situasiya” adlı eksperimental metodla müəyyən edilmişdir. Bu üsulla körpə anası ilə birlikdə rahat bir laboratoriya otağına aparıldı, sonra qısa müddətdə anasından ayrıldı və bir özgə ilə tək qaldı və sonra anası ilə yenidən görüşdü. Təcrübə zamanı körpələrin bağlanma davranışları 3 fərqli bağlanma növü müşahidə edilmişdir, mən bu ilin may ayında təqdim etdiyim tədqiqat işimdə 4 bağlılıq forması qeyd etsəm də, biz Ainsworth haqqında danışırıqsa yalnız 3 formanı qeyd etməliyik: Güvənli bağlılıq/inamlı – sağlam bağlanma,uşaq anası qayıtdıqdan sonra yenidən ətraf-mühiti kəşf edir. Təşvişli bağlılıq hansı ki, burada uşaq bir müddət sonra anası yanına qayıdan uşaq sakitləşmir, davamlı olaraq yenidən ayrılacağının qorxusu içərisindədir. Çəkingən bağlılıq və ya laqeyd bağlılıq, burada uşaq qəribə də olsa əslində bağlılıq fiqurunun getməyi və qayıtmağı ilə bağlı çox da əhəmiyyətli dərəcədə fərqli reaksiyalar nümayiş etdirmir. Bağlılıq nəzəriyyəsi iki yöndə iddia ortaya atır: 1. Bağlılıq davranışı həyat boyu təsirli bir özəlliyə sahibdir. 2. Bağlılıq həyat boyu qurulacaq olan başqa münasibətlərin də formalaşma və inkişaf məcrasını təyin edir. Bağlılıq şəxsin həyatının bütün mərhələlərindəki proseslərə bilavasitə təsir edən bir fenomen olmasa belə münasibətlər sferasında daimi təsiri müşahidə olunur. İkinci bağlılıq fiquru: Müəllim Bu gün hər iki valideynin də işlədiyi ailələrin sayı çoxdur və artmaqda davam edir. Bu nüans peşəkar baxıcıya, yəni dayəyə ehtiyacı qabarıq formada göstərir. Bu səbəbdən də son dövrlər uşaqların onlara baxan və onları yetişdirən əlavə şəxsə olan bağlılıqları gündəmə gəlmişdir. Eynilə güvənli bağlılıq qurulan valideynim sosial dəstəyinin önəmi kimi, sağlam bağlılıq qurulan müəllimin də şagirdin gələcək həyat yoluna, uğurlarına təsiri vurğulanır. Bundan əlavə şagird-müəllim bağlılığı sinif daxilindəki sosial psixoloji mühitə, akademik uğur və ya uğursuzluğa da təsir edir. Bir müəllim tələbkar olduğu qədər qayğıkeş də ola bilər, bir müəllim xüsusilə yeniyetməlik yaşında olan şagirdə qarşı dəstəkləyici və cəsarətləndirici mövqedə ola bilər. [1.səh.218-222] Bağlılıq fiquru ilə rol dəyişən uşaqların psixologiyası Bağlılıq davranışının məktəblinin psixopedaqoji və psixososial inkişafına təsiri məktəbəqədər yaşdan böyük məktəbli yaşı dövrünə qədər araşdırılmışdır. Ailə ilə qurulan bağlılığın özünə inamı artırdığına dair nəticələr bir çox araşdırmada özünə yer tapmışdır. Belə ki, ailə ilə qurulan sağlam ünsiyyət, ailə üzvlərinin dəstəkləyici mövqedə olmağı, ən nəhayətdə güvənli bağlılıq şagirdin narahatlıq, təşviş-həyəcan, stress hallarını neytrallaşdırır onun yeni kəşflərə istiqamətlənməsinə yardım edir, bu psixososial dəstək şagirdin özgüvəninin formalaşma və artımına, akademik nəticələrin yüksək olmasına, adekvat özünüqiymətləndirməsinə kömək edir. Araşdırmalar bunu da göstərir ki, dostlar qrupu və romantik münasibətlərin akademik nəticələrə təsiri çox da qabarıq özünü göstərmədiyi halda ailənin sosial dəstəyi burda da özünü göstərir. Digər bir araşdırmadan bu nəticəyə gəlinir ki, ailədə rolu dəyişmiş şagirdin zəkası güvənli bağlılıq formasına aid edilən şagird qrupunun zəkası ilə ölçmələr zamanı bərabər görünür, lakin bu tip-qayğı görən şəxs rolundan çıxıb, qayğı göstərən rolunu öhdəsinə götürmüş şagirdlərin akademik nailiyyətləri və qrup daxilindəki sosial psixoloji vəziyyəti yaşıdlarından mənfi mənada fərqlənir. Bu şagirdlər psixososial inkişaf baxımından risq qrupu hesab edilir. [5.səh 253-254] Ananın peşəkar fəaliyyət ilə məşğul olması və ya “qadın hər yaşda qadındır, onun əsas vəzifəsi evə baxmaqdır” kimi qəlibləşmiş düşüncənin müşayiəti altında böyüyən qadınlarda, atasını vaxtından əvvəl itirən və ya ata və anası boşanmış kişilərdə vaxtından əvvəl gələn məsuliyyətin özü ilə bərabər gətirdiyi narahatlıqlar qaçılmazdır. Buna misal olaraq: Günahkarlıq duyğusunun aparıcı rol oynadığı ruh düşkünlüyü epizodları “Mən ailəmə yetərincə yaxşı qayğı göstərə bilmirəm” ; Şah İsmayıl Xətai nümunəsi ilə böyüyüb özünü yetərsiz, gərəksiz görən uşaqlar “Babalarım mənim vaxtımda müharibədə döyüşüb, mən 30 kq bazarlığı evə tez bir zamanda çatdıra bilmirəm” Zəhərli ana ilə böyüyən uşaq tez-tez özünü valideynlərinə layiq hiss etmir, buna əsas səbəb “Mən bütün günü çalışıram ki, həyat yoldaşıma kömək edim, sən vaxtında yeməyi belə hazırlaya bilmirsən” Ağrı və ona reaksiyanı mənimsəyən uşaq rol modeli olaraq psixoloji və ya fiziki bir problem yaşayan şəxsləri dostluq və romantik münasibətlərdə özünə doğru çəkir, buna səbəb bu rol modellərinin ona tanış olması və bu modellə davranışa bələd olmasıdır, tanımadığı yolu təhlükəli kimi qəbul edən bu şəxslər sonrakı həyatı boyu eyni filmlərin bəxtsiz ssenaristləri olduqlarından xəbərsiz yaşayırlar, dəyişən adlara, üzlərə rəğmən həmişə eyni cür münasibətlərdə özlərini tapır, psixoloji və fiziki güc baxımından tükənirlər. Müəlliminə oxşamağa çalışan uşaqlar isə digər rol dəyişən uşaqlardan daha öncə yetkinliyə çatır sonrakı həyatlarında bir növ müəlliminin 30-45 dəqiqəlik rolunu bütün ömürləri boyu davam etdirirlər, həm dostluq, həm romantik münasibətlərdə bu modellər əslində onlara uyğun olan rolu ifa etmir, daha çox “Müdrik Qoca”(Karl Gustav Yung – 4 Arxetip) arxetipinə uyğun davranış nümayiş etdirirlər. Dolayısı ilə qarşılarındakı şəxslərə bəzən istəmədən belə güc və bilgi nümayiş etdirməyə düşkün şəxs kimi görünə bilirlər. Əsas məsələ bundan ibarətdir ki, sözügedən mövzuda uşaqlığını yaşamayan uşaqların vaxtından əvvəl “böyüməsi” məsuliyyət daşımağı vərdiş halına gətirir, sonrakı həyatları boyu şəxslər sevgili, dost rolundan daha çox müəllim, tərbiyəçi, ana və ya ata olmadıqları münasibətlərdə belə valideyn rolunu oynayırlar, dolayısı ilə münasibətlərin bu modelini mənimsəməyən Azərbaycan insanı bu cür münasibəti özünə yad bildiyi üçün separatizm qaçılmaz olur. İnsan bioloji varlıq kimi sadəcə bir canlıdır, o sosializasiya əsasında şəxsiyyətə çevrilir dolayısı ilə təkcə təhlükəsizlik tələbatı və ya ən baza tələbat olan həyati tələbatların ödənilməsi onun varlığını qane edə bilməz. O yaşadığı müddət ərzində özünü müxtəlif münasibətlərin mərkəzində tapır, bu münasibətlərdə öyrəndiyi onun kök inanclarını – Şemalarını formalaşdırır – Emosional mükəmməliyyətçilik(yaxşı hiss etməliyəm – malı, - məli düşüncə təhrifləri ilə) Sevgi bağlılığı(hər kəs tərəfindən sevilməliyəm – generalizasiya düşüncə təhrifi ilə) , Emosiya fobiyası(bu gün qorxsam bir qorxaq olacam – kadra görə film dəyərləndirməsi ilə) kimi şemalar sonrakı həyat xəritəmizi çəkir və biz düşüncələrimizi həmin inanclara müvafiq “istehsal” edirik. Bu kor çarx bizlərə qəbul etməyi deyil üsyanı öyrədir, beləcə üsyanla keçən bir ömrün daxilində biz nə var olmağın əslində yaxşı olanı deyil, hər şeyi hiss etmək olduğunu anlamır, bütün gözəl səhnələrə gözlərimizi bağlayırıq. Ədəbiyyat siyahısı: 1. Derya Şahin- Okulda Bağlanma: Çocuk-öğretmen bağlılığı, Taksim-Beyoğlu/İstanbul- 2010 2. Musa Qəhrəmanov – İnkişaf və yaş psixologiyası, mühazirə mətnləri səh.22 3. Nəsimi Qiyasov – Bağlılıq nəzəriyyəsinin şagirdlərin psixo-sosial və psixopedaqoji sferasına təsiri, Elmi tədqiqat işi, Şəki-2021 4. Nuralı Çələbiyev-Dünyanın məşhur və Tanınmış psixoloqları, s. 154-156, Bakı-2017 5. Şebnem Türktan, Canan Savran- Çocuklarda ve ergenlerde ebeveyne bağlanma, özgüven ve okul başarısı ilişkisi, Taksim-Beyoğlu/İstanbul- 2010 6. Şəlalə Babayeva, Mətanət Həsənova – Sosial psixologiya, səh. 95-100, Bakı 2019. 7. Təhminə Rəsulzadə-Valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji problemləri, Xəzər Universiteti, Magistr dissertasiyası, 2018 Nəsimi Qiyasov – 19.07.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Müasir təlimin qarşısında duran ən əsas vəzifə - biliklər sistemini öyrənmə prosesində asan yolla mənimsətməkdən və onların idrak imkanlarını inkişaf etdirməkdən ibarətdir. Təlim prosesi idrakın iki pilləsində - məntiqi idrak və hissi idrak vasitəsilə öyrənilir. Təlimdə müvəffəqiyyət qazanmaq bu iki pillənin qarşılıqlı fəaliyyəti nəticəsində qazanılır. Obyektiv aləmdəki cisim və hadisələrin mahiyyəti, onların daxili əlaqəsi, inkişaf qanunauyğunluqları idrakın məntiqi təfəkkür pilləsində dərk edilir, bu da əlbəttə idrakın canlı müşahidə pilləsi ilə, hissi idrakla dialektik sürətdə bağlıdır. Hissi idrak obyektiv aləmdə mövcud olan cisim və hadisələrin ayrı-ayrı zahiri tərəfləri, cəhətləri haqqında məlumat verir. İdrak prosesinin daha yüksək və mürəkkəb pilləsi olan məntiqi idrak, hissi idrakın vermiş olduğu materialları yenidən işləyir, götür-qoy edir, süzgəcdən keçirir və nəticədə obyektiv aləm haqqında daha doğru , düzgün biliklər əldə etməyə imkan verir. Məntiqi idrak prosesinin məzmunu müvafiq formalarda təzahür edir. Məfhum, hökm və əqli nəticə, məntiqi idrak prosesinin formaları hesab edilir. Məfhum, məntiqi idrakın elə bir formasıdır ki, burada əməli fəaliyyətin, təcrübənin verdiyi məlumatı fikrən ümumiləşdirir. Məfhum sözlərlə ifadə olunur. Dilimizdə istifadə etdiyimiz hər hansı söz, başqa xalqlarda, millətlərdə müxtəlif sözlərlə adlandırılır, lakin mahiyyət etibarı ilə həmin söz hər xalqda, millətdə eyni mənanı daşıyır. Xalqlar, millətlər öz düşüncələrinə uyğun mühüm əlamətlərinə görə fərqli adlandırmalarına baxmayaraq, yerinə yetirdiyi funksiya hər kəs üçün eynidir. Məfhumların adı olan sözlər bəşər cəmiyyətinin meydana gəlməsi ilə yaranmış, müəyyən zəruri ehtiyacdan doğmuşdur. Sözlər insanlara obyektiv aləmi və onun qanunauyğunluqlarını dərk etməyə imkan verir. Digər tərəfdən insanlar sözlər vasitəsilə bir-biri ilə ünsiyyətə girir və fikir mübadiləsi aparırlar. İ.P.Pavlova görə söz başqa qıcıqların çata bilməyəcəyi geniş təsir və əhatəyə malikdir. Məntiqi idrak prosesinin ən geniş və ümumi forması hökmdür (mühakimə). Təbiət və cəmiyyətdə mövcud olan hər bir qanun elmdə hökm şəklində ifadə olunur. Təlimdə öyrənilmiş biliklər sistemi öz ifadəsini hökmdə tapır. Yəni toplanmış məlumatların ümumi bir cümlə şəklində söylənilməsi hökmün ifadəsidir. Bundan başqa hökm məntiqi idrakın elə bir formasıdır ki, bunun köməyi ilə nə isə təsdiq olunur, nə isə rədd edilir, bu isə obyektiv gerçəkliyi dərk etmək vasitəsidir. Hökmlər əsasında insan öyrəndiyi materialın mahiyyətini dərindən dərk etməyə yaxınlaşır. Məntiqi idrakın, təffəkür fəaliyyət formalarından biri də əqli nəticədir. Dünyada mövcud olan cisim və hadisələrin, mürəkkəb və rəngarəng xüsusiyyətlərinin yüksək səviyyədə dərk olunmasında əqli nəticənin çox mühüm rolu vardır. Əqli nəticə elə təfəkkür formasıdır ki, burada insan əməli fəaliyyəti prosesində qazanmış olduğu bilik və bacarıqlar sistemindən istifadə edərək, yeni bilik əldə edir. İnsanın məntiqi idrakının yaradıcı xarakteri əqli nəticədə aydın sürətdə özünü göstərir. Məntiqi idrakın başqa formaları kimi, əqli nəticə də obyektiv aləmin, maddi gerçəkliyin şüurumuzda fəal, doğru və düzgün inikasından ibarətdir. Məntiqi idrakın formalarını xüsusi ardıcıllıqla tətbiq etməklə müvəffəqiyyət əldə etmək olar. Fəallıq da idrakın formalaşmasında, inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bundan başqa idrak fəallığının artırılmasında müasir təlimin qarşısında müstəqil düşünə bilən, təşəbbüskar, iş prosesində ortaya çıxan çətinliklərdən qorxmayan, onları təhlil etməyi və aradan qaldırmağı bacaran, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxslər yetişdirmək vəzifəsi durur. Bu mühüm vəzifənin layiqincə yerinə yetirilməsinə nail olmağın yolları çoxdur. Bunlardan biri də təlim metodlarının zamanın tələbinə uyğun təkmilləşdirilməsi xüsusi yer tutur. Məktəblilərin idrak qabiliyyətlərini inkişaf etdirmək, yeniyetmələrin və gənclərin zehni fəallığını təmin etmək baxımından təlimdə problem situasiyanın yaradılmasının, bu situasiyanı təhlil edərək problemin irəli sürülməsinin və onun elmi zəmində həllinin rolu olduqca böyükdür. Məhz problem situasiya yaratmaqla öyrənmək, biliyi daxili ehtiyac və tələbat halına gətirməklə idrak prosesini fəallaşdırmaq olar. Yaranmış mənəvi tələbat insanı həyatı dərk etməyə, təbiəti öz ehtiyaclarına uyğun olaraq dəyişdirməyə, fəallıq göstərməyə təhrik edən başlıca motiv yerində çıxış edir. Fəallıq anlayışı tədqiqatçıların gəldikləri nəticəyə görə, üç səviyyədə təzahür edir ki, bu da özünü təlim prosesində göstərə bilir. Bu səviyyələr reproduktiv-təqlidi səviyyə, axtarış elementlərinə malik olan icraçılıq səviyyəsi və yaradıcı səviyyədən ibarətdir. Reproduktiv-təqlidi səviyyədə təlim zamanı bəşəriyyətin toplamış olduğu təcrübəni öyrənməkdən və nümunə əsasında tətbiq etməkdən ibarətdir. Deməli bu səviyyədə bilik hazır şəkildə təqdim olunur, əsas iş isə ondan ibarət olur ki, həmin biliyi mənimsəmək, yadda saxlamaq lazım gəlir. Bu da təlim prosesi üçün zəruridir, lakin kifayət deyildir. Reproduktiv-təqlidi səviyyədə qısa müddət ərzində çoxlu bilik əldə edilsə də, düşüncə tərzi zəif inkişaf edir. O mənada ki, yaddaşda mexanikilik yaranır, əzbərçilik xarakteri daşıyır, məntiqi idrak isə istifadə olunmur və fəaliyyətsiz qalır. Bundan sonrasında isə fəallığın ikinci səviyyəsi axtarıcılıq elemenlərinə əsaslanan icraçılıq səviyyəsi özünü göstərir. İcraçılıq səviyyəsində qarşıya standart nümunələrlə əlaqələndirilən suallar yox, irəli sürülən problemləri həll etmək məsələsi qoyulur. Onu həll etmək üçün isə müstəqil olaraq yollar axtarılır, həlli üçün ən faydalı üsul üzərində düşünülür, gərgin zehni axtarışa qoşulurlar. Fəallığın bu səviyyəsində təlim prosesində daha çox düşünülür, birinci səviyyədə əldə edilmiş biliklər zəminində yeni biliklər qazanmağa can atılır. Üçüncü yaradıcılıq səviyyəsində isə artıq problem həllini tapır və həmin problemin həlli üzərində yeni problemlər yaradılır, onların həlli yollarına baxılır. Təlim prosesində fəallığın səviyyələri ardıcıl öyrənməklə idrak fəallığı tam öz əksini tapır. İdrak fəallığı nəticəsində məntiqi təfəkkür formalaşıb, inkişaf edir və müvəffəqiyyət qazanmaq üçün zəmin yaradır. Müasir didaktika üçün belə bir cəhət əsas götürülür ki, izahlı-illüstrativ yolla tədris olunan bilik nə qədər yaxşı çatdırılsa da, yaradıcı təfəkkürün və idrak müstəqilliyinin inkişafını təmin edə bilməz. Nəticədə müəyyən qaydalar, qanunlar şüurlu sürətdə mənimsənilmir, dəfələrlə təkrarlar sayəsində mexaniki sürətdə əzbərlənir. Buna görə də hafizə az-çox dərəcədə inkişaf etsə də, lakin ən mühüm idrak prosesi olan təfəkkür lazımınca inkişaf etmir. Məhz bunlar nəzərə alınmaqla, təlim prosesində lazımi elmi biliklər verməklə yanaşı, müşahidəçilik, müstəqil və fəal düşünmək və.s kimi idrak qabiliyyətlərin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Müstəqil öyrənmək üçün hər şeydən əvvəl qarşıya müəyyən məsələlər qoymaqla, həmin məsələlərin həlli yollarını, üsullarını tapmaq bacarığı qarşıya qoyulur. Bu məqsədlə də dərin müşahidəçilik, məsələnin mahiyyətinə nüfuz etmək qabiliyyəti inkişaf etdirilməlidir. Müşahidə şüurlu sürətdə təşkil olunmuş qavrayışdır. Bu da idrak prosesinin təfəkkürün inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Müşahidə zamanı fəallığı təmin etmək də zəruri sayılır. Fəal təlim isə - öyrənilən biliyə, məlumata maraq, hər şeyi öyrənmək həvəsi, təşəbbüskarlıq, biliklərə yiyələnməyə iradi cəhd və təkidlilik yaradır. Təlim fəallığının həyata keçirilməsini təmin edənlər içərisində, tədris prosesində axtarıcılığı təşkil etmək də mühüm yer tutur. Eyni zamanda fəallıq əsasən iki şəkildə özünü göstərir. Bunlardan biri fikri fəallıqdır. Fikri fəallıq prosesində müxtəlif müqayisələrdən, uyğunlaşdırılmalardan, ümumiləşdirilmələrdən geniş istifadə olunur. Digəri isə hərəki fəallıqdır ki, hərəki fəallıq zamanı həmin cisimlərlə, əşyalarla bilavasitə əməli sürətdə təmasda olmağa meyl yaranır. Təlim prosesində müstəqil iş üçün tapşırıq vererkən onun davam edecəyi vaxt dəqiq müəyyənləşdirilməlidir. Ona görə də müəllim tapşırığın həcmini, onun şagirdlərin yaş səviyyələrinə uyğun öyrənilmə müddətini də nəzərə almalıdır. Tədqiqatlar və məktəb təcrübəsi göstərir ki, I sinif şagirdləri üçün müstəqil iş 7-10 dəqiqə ərzində məhsuldar xarakter daşıyır. II-III siniflərdə isə şagirdlərin müstəqil iş zamanı fəallıq müddəti 15-17 dəqiqə olur. Bu baxımdan idraki proseslərin müstəqil iş zamanının fəallıq müddətini müəllimlər nəzərə alaraq tapşırıqlar verməlidirlər. Bu da təlimin keyfiyyətinin yüksəldilməsinə təfəkkürün fəallıq göstəricisinin artırılmasına gətirib çıxaracaqdır. Ömrünün 35 ilini ali sinir fəaliyyətinin fiziologiyasını öyrənməyə sərf edən İ.P.Pavlov baş beyin yarımkürələri fəaliyyətinin obyektiv qanunauyğunluqlarını müəyyənləşdirmiş və ən qədim dövrlərdən bəri dərkedilməz sayılan idrak fəaliyyətini eksperimental metodlarla izah etməyə müvəffəq olmuşdur. O, sübut etmişdir ki, psixika, ruhi fəaliyyət adlanan fəaliyyətin bütün formaları, öz mahiyyətinə görə yalnız reflekslərdən ibarətdir. İ.P.Pavlov elmi-fizioloji cəhətdən sübut edərək göstərmişdir ki, idrak prosesi baş beynin inikas etdirici fəaliyyətin qanunauyğun məhsuludur. Baş beyin orqanizmlə onu əhatə edən xarici mühit arasında rabitə orqanıdır. İdrakın ziddiyyətli xarakter daşımasına dair Pavlov tərəfindən söylənilmiş fikirlər maraqlıdır. O göstərmişdir ki, insan ağlının iki meyli bir-biri ilə yanaşı gedir. Bunlardan biri insanın yeni-yeni həqiqətlər aşkara çıxarmaq meyli, digəri isə idrakın haradasa qurtarması faktıdır. Pavlov göstərir ki, insan abstrakt təfəkkür pilləsində, bir tərəfdən, gerçəklikdən uzaqlaşır, digər tərəfdən də hadisələr arasındakı vasitəli rabitələri, onların mahiyyətini və qanunlarını aşkara çıxarmaq imkanı əldə etməklə gerçəkliyə yaxınlaşır. Pavlovun fikrincə, həqiqi idrak həmişə əməli məqsədlər güdür. Əməli iş prosesində insanın vəzifəsi obyektiv aləmin qanunlarını dərk etməkdən və həmin qanunları öz fəaliyyətinə müvafiq şəkildə yönəltməkdən, tətbiq etməkdən ibarətdir. Bunu da onunla əsaslandırır ki, orqanizm baş beynin inikasetdirici fəaliyyəti vasitəsilə xarici aləmin saysız-hesabsız təsirlərinə cavab verir və daim dəyişməkdə olan xarici mühit şəraitinə uyğunlaşır. Ayxan Hüseynli Naxçıvan Müəllimlər İnstitutunun psixologiya müəllimi,doktorant
Hər bir sindrom və xəstəlikdə Fərdi İnkişaf Planının tərtib olunması əsas şərtlərdən hesab edilir.İnkişafdan geri qalan uşaqlar güclü və zəif tərəflərinə,habelə davranış pozuntularına görə bir-birindən fərqlənir.Məhz bu səbəbdən bütün bacarıqlar qiymətləndirildikdən sonra proqram qurulur.Proqrama sosial, özünəxidmət bacarıqları da daxil edilir .Məqsəd qısa və uzunmüddətli olur.FİP valideynlərin iştirakı ilə tərtib edilir və ailənin digər üzvlərinin də məlumatı olması üçün onlara təqdim edilir .Düzgün qurulan proqram vasitəsilə uşağın fərdi inkişafında müsbət irəliləyişlər əldə edilir .Sonda onu qeyd edim ki,FİP qurulan zaman ilk növbədə yaş xüsusiyyətləri ,diaqnozun dərəcisi də nəzərə alınaraq tərtib olunmalıdır.Hər bir uşağa düzgün yanaşma düzgün inkişaf deməkdir.Psixoloq:Təhminə Islamqızı
Uşaqlarla ünsiyyətdə istifadə olunan bəzi cümlələr var ki, bu cümlələr uşağınıza onu başa düşdüyünüz və dəstəklədiyiniz mesajı verir. Bu cümlələr uşağın narahatlığını azaltmağa, sakitləşməsinə, münaqişələri azaltmağa və özünə inamını artırmağa kömək edir 1. Bunu bacara bilərsən Bu ifadə uşaqları həvəsləndirməyə kömək edir. Uşağın etməkdən qorxduğu hər hansı bir işə cavab qarşılıq olaraq söyləmək olar. Bu ifadə uşağa etdiyi işin məsuliyyətinin yalnız ona aid olduğunu da ona bildirir. 2. Afərin Uşağın etdiyi hər hansı bir uğurlu fəaliyyətin sonunda istifadə edilə bilər. Burada diqqət edilməli məqam, uşağın etdiyi işlə bəraber afərin deyilməlidir. Əks halda uşaq ona niyə afərin dediyinizi anlamaya bilər. Məsələn: "Bu şəkli çox gözəl çəkdin, Afərin" deyilə bilər. 3. Bunu necə etdiyini mənə də izzah edə bilərsən? Uşaqın etdiyi bir işdən sonra onu necə etdiyini sizə izzah edən bir cümlədir. Bu cümlə uşağa özünü ifadə etmək imkanı verir. Bu cümlə hər hansı xoş bir hərəkətdən sonra istifadə olunduqda isə uşaqda uğurlu, bacarıqlı bir fərd olduğu hissini yaradır. 4. Bu mövzuda sən nə düşünürsünüz? Bu cümlə uşağa bir fərd olaraq hörmət etdiyinizi və fikirlərinin sizin üçün vacib olduğunu ona bildirir. 5. Sakitləşənə qədər səni gözləyə bilərəm Uşaq hirsli və ya əsəbi olduqda istifadə olunan bir cümlədir. Bu cümlə uşağa bu an əsəbi ola bilərsən ancaq sakitləşdikdən sonra danışa bilərik, sən mənim üçün dəyərlisən, səni gözləyə bilərəm və mən səninləyəm mesajını verir. 6. Hər ikimiz üçün də yararlı olan bir həll yolu düşün Bu cümlə anormal mübahisələrin həlli üçün əla bir yoldur. Bu ifadəni münasibətlərdə tez-tez problem yaradan uşaqlar üçün istifadə edə bilərsiz. Bu cümlə ikiniz üçün də ortaq həll yolu tapmaqa kömək edəcəkdir.
Psixoloq .az xəbər verir ki,Türkiyədə uzmanllıq dərəcəsi almış Psixoloq Gülnarə Muxtarova özünün sosial hesabında uşaqların latent və genital mərhələdə yaşaya biləcəyi qorxulardan danışaraq valideynlərə maraqlı tövsiyyələr vermişdir.Həmin video görüntünü sizlərə təqdim edirik.
Bildiyimiz kimi ölkəmizdə mövcud olan vəziyyət- valideynlərin gündəlik həyat tərzini gərginləşdirib.Lakin hər bir neqativ və çətin vəziyyətdə bir xeyir var.Biz həyat rutinimizdə,həyat qayğılarımızda övladlarımıza yetərincə zaman ayıra bilməməyimizdən şikayətlənirdik.Məlum vəziyyət isə doğmalarımıza ,uşaqlarımıza- vaxt ayırıb onların maraq dairəsin genişləndirməyə bizlərə şərait yaratdı.Ən tez tez verilən sual-bütün günü uşaqları necə ev şəraitində saxlayaraq?bu mümkündürmi? İlk öncə time managment(vaxtı idarəetməsinə diqqət yetirməliyik)-saat neçədə oyanıb nə etməyimizə.İlk öncə uşaqlarda gigiyenik vərdişləri yarada bilməyən valideynlərə üzümü tutub söyləyirəm ki,indi əsl zamanıdır:səhər diş firçalamağı sevməyən,dərsə tələsməyini vəya gecikməyini bəhanə gətirən uşaqlar-indi bunu valideynləri ilə birlikdə heçbir yerə tələsmədən əyləncəli şəkildə edə bilərlər.Sonra təbii ki dərslərə qatılmağımız mütləqdir(dünya praktikasında distant online dərslər çoxdan tətbiq olunur)lakin doğma Vətənimizdə bu praktika artıq öz bəhrəsin verir.Dərsə öz sinif yoldaşları ilə birlikdə qatılaraq-onlar ilə həm ünsiyyət qurub həmdə bu yeni bir dərs rejiminə də adaptasiya olurlar. Övladlarımızın psixoloji və fizioloji sağlamlığı çox vacibdir-bunun üçün dərslərə ara verən zaman idman hərəkətləri,əzələ relaksasiyası da həmçinin önəmlidir.İdman alətləri,hər hansı idman ləvazimatları bir çox ailələrdə var-onların vasitələri ilə də oturaq həyat tərzimizi(az hərəkətliliyizi-gipodinamiyanı ),aradan qaldıra bilərik.Musiqili idman hərəkətləri əhval ruhiyyəmizi yüksəldərək,movcud xoşbəxtlik hormonlarımızı artıraraq gündəlik həyatımıza rəng qatacaq. Bu karantin vaxtı vaxtımızı səmərəli keçirərək:kitab oxumaq(uşaqlarımız üçün bir çox audiokitablar yaradılıb),virtual akvarium,zoopark,muzeyləridə seyr edə bilərik.Ailəlikcə stolüstü oyunlar(loto,domino,cenqa,monopoliya və s.)strolüstü bir çox müasir oyunlar ilə vaxtımızı keçirə bilərik.Keçmiş illərdə bir sıra yaddaş, diqqət ,məntiq zəifləməsinin qarşısın almaq məqsədi ilə-nənə babalaramız -krossvord,çaynvord,sudoku və s.kimi oyunları oynayaraq asudə vaxtların zənginləşdirirdilər. Uşaqlar ilə menu düşünün-və bunları əyləncəli şəkildə birlikdə edin.Birlikdə xəmir xörəklərdən məsələn:düşbərə,pizza,pirojki kimi yeməkləri hazırlayın. Toxuma,tikmə,kinetik qum,plastilin ilə məşğələlər təşkil edin.Hətta nağıl qəhrəmanları albomda çəkib,rəngləyərək onları qalın bir kartona yapışdırıb-ailəvi nağılterapiyasıda etmək olar. Bir sözlə vəziyyəti düzgün və sizin ailə prinsiplərinizə uyğun dəyərləndirin.Sağlam və nikbin olun. Psixoloq Nigar Cəbrayıl
Körpəmiz bir uşaqdır. Bəlkə də ən çətin analar üçün tualet vərdişlərinin öyrədilməsi prosesidir, amma səbirli analar bunun öhdəsindən gələcəklər. Tualet vərdişlərinin öyrədilməsi uşaqlar üçün həyəcanverici və vacib bir inkişaf addımdır. Bu bəzən çətin dövrdə ailələri müvəffəqiyyətə aparacaq ən vacib davranış həmişə diqqətli və diqqətli bir müşahidəçi olmaqdır! Tualet vərdişlərinin öyrədilməsi üçün ən uyğun dövr 24-36 ay arasındadır. Daha əvvəl başlamaq və həddindən artıq təzyiq göstərməklə uşağı ən qısa müddətdə təmiz saxlamağa çalışmaq həm fizioloji cəhətdən edə bilmədiyi bir şey etməsini istəmək və gələcəkdə bəzi zehni problemlərin yaranmasına səbəb olmaq deməkdir. Eynilə, heç bir təhsil verməməyə çalışmaq, vaxtının gəldiyini özünə bildirmək, uşağın tualet tərbiyəsinin gecikməsinə və zehni problemlərə səbəb olacaqdır. Bu dövrün həm uşaqlar, həm də valideynlər üçün asanlıqla aradan qaldırılmasına imkan verəcək təklifləri sadalaya bilərik. Psixoloq.az olaraq uşaqların bu prosesi emosional və ya fizioloji olaraq heç bir zərər vermədən keçməsinə imkan verən addımları sizə təqdim edirik 1- Ehtiyaclarını biruzə verən işarələrini axtarın 2- Düzgün vaxtı müəyyənləşdirin 3- Tualetlə tanış olmaq 4- Uşağın tualet tezliyini izləyin və tualetə aparın. 5- Təşəkkür ilə mükafatlandır 6- Qərarlı olun 7 - səbirli olun Psixoloq Firdevs KAYA
Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrinbdən biridir. Amma son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir. Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar. Onları yad adamlar aldadaraq aparır, cinsi zorakılığa, şiddətə məruz qoyurlar, yaxud özləri azaraq günlərlə ac-susuz, tənha qalmalı olurlar. Bəs görəsən uşaqlara necə nəzarət etmək lazımdır? Onları kimlərəsə etibar etmək olarmı? Valideynlər bu məsuliyyəti necə yerinə yetirirlər? Ümumiyyətlə, uşağa hansı yaşdan etibarən özünü qoruma vərdişləri aşılanmalıdır? Psixoloq.az xəbər verir ki, bütün bu suallarla bağlı ailem.az-a danışan psixoloq Vəfa Əkbər bildirdi ki, indiki uşaqlar çox aktivdirlər və onları nə iləsə təəccübləndirmək, marağını cəlb etmək çox çətindir. Onlar daim axtarışdadır. Bunu isə valideynlər mütləq bilməlidir: "Valideyn bilməlidir ki, uşağı hara gedə bilər, maraqları necədir, itərsə, harada tapmaq olar. Buna görə də bu barədə uşaq daim maariflənməlidir ki, itəndə nə etmək lazımdır. Onun ciblərinə ananın, yaxud atanın mobil telefon nömrəsini, ev ünvanını yazaraq qoymaq olar ki, kimsə taparsa, tez bir zamanda o öz ailəsinə qovuşsun. 3 yaşdan yuxarı uşaqlara isə kim olduğunu, harada yaşadığını öyrətmək lazımdır. Bəzi valideynlərin diqqətsizliyindən müəyyən hadisələr baş verir. Amma bəzən də valideyn diqqətli olsa belə, uşaq o qədər aktiv, hiperaktiv olur ki, onlara nəzarət etmək xüsusilə çətin olur” Psixoloqun sözlərinə görə, uşağı kiməsə etibar etməzdən əvvəl onu normal formalaşdırmaq lazımdır ki, öz hüquqlarını bilsin: "Uşaq kimdən nə istədiyini, necə istəmək lazım olduğunu bilməlidir ki, haqlarını qoruya bilsin, özünü əzdirməsin, müdafiə etməyi bacarsın. Bunları uşağa öyrətdikdən sonra onları kiməsə etibar etmək olar. Nənəyə, babaya. Bizdə mental dəyərlər var - uşağı hansısa qohuma, qonşuya əmanət edirlər. Uşaq orada zorakılıq, şiddət görə bilər. Hətta uşaq bəzən həmin ailələrdə ailədaxili problemlərin qurbanına çevrilir. O, psixoloji travma alır ki, bu da gələcəkdə ona böyük problemlər yarada bilər. Əgər uşağa özünü müdafiə etməyi, hüquqlarını aşılaya bilmişiksə, onu əmanət edə bilərik. Amma körpə uşaqları mümkün qədər valideynin heç kimə etibar etməməsi məsləhətdir”. Cinsi bilgilər necə və neçə yaşından verilməlidir sualını cavablandıran psixoloq V.Əkbər bildirdi ki, bu cür bilikləri uşaqlara 3 yaşından etibarən vermək lazımdır: "Uşaq 3 yaşından etibarən artıq anlayır ki, qadın-kişi fərqlənir. Adətən bağçalarda müşahidə edilir ki, uşaqlar bir-birinin alt paltarına baxırlar ki, bu oğlan paltarıdır, bu qız. Dediyim kimi, 3 yaşından uşaqlarda eqo formalaşır. Onlara bu bilgiləri aşılamaq lazımdır. Uşağın hansı cinsiyyətə aid olmasını, müəyyən bioloji faktorları başa salmaq lazımdır. Amma uşağın öz dilində, hansısa nağıl, yaxud cizgi filmi dilində olsun ki, başa düşə bilsin. Onun arxasınca etik normativlər gəlir. Misal üçün, nələri etməliyik, yaxud nələri etməməliyik. Bu məqamda isə valideyn özü nümunə rolu oynamalıdır ki, uşaq da ona baxıb bu davranışları qavrasın. Valideyn özü bu qaydalara əməl etmirsə, məsələn, ictimai yerlərdə hansısa lazımsız ifadələr işlədirsə və ya ictimai yerdə heç çəkinmədən paltarını dəyişirsə, uşaq da təbii ki, bunlara əməl etməyəcək”.
Homoseksualizmin kökləri hələ Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olmuşdur. Onun nəzəriyyəsinə görə, homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Ailədə dominant rolunda guclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Belə ki, uşaq ailədə kişi davranışı modelini görmür. Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər. Qadın homoseksualizmi isə təbiətdə baş verməyən haldır və yalnız insan təfəkkürünün məhsuludur. Lesbian (qadın homoseksualizmi) münasibətlərinin əsas səbəbi psixoloji travmadır ki, bu da bir çox hallarda hansısa kişi tərəfindən alınıb. Bu, bir çox qızların xatırlamaq istəmədikləri seksual təhrik ola bilər. Yəni psixi sfera artıq öz işini görərək, baş verənləri şüuraltına ötürüb. Məsələn, mənim təcrübəmdə psixoloji konsultasiya zamanı məlum olub ki, qızın doqquz yaşı olarkən ona qarşı çinsi zorakılıq baş verib. Onun üçun bu, dəhşətli travma olub və nəticədə psixi sfera bu hadisəni tam aradan qaldırıb. Belə faciəvi təcrübə qızın heç bir kişi ilə münasibət qura bilməməsi probleminə gətirib çıxarıb, hətta onun üçün hər hansı kişi həkimin müayinəsi real problemə çevrilib. Ümumiyyətlə, homoseksualizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr mövcuddur, amma mən bu məqaləmdə əsas tərəfləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Müasir pediatrlar son yarım əsrdə aparılan statistik təhlillərə əsaslanaraq bu nəticəyə gəliblər ki, əgər qadın hamiləlik dövründə qızılca və ya suçiçəyi xəstəliyinə yoluxubsa, onda onun hormonlar sistemində ciddi problemi olan uşaq dünyaya gətirməsi riski böyükdür. Belə qadınlar tərəfindən dünyaya gətirilən oğlan uşaqlarında kişi hormonu olan testestoronun səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı olması müşahidə olunur ki, bu da qadın təbiətli kişi modelinin formalaşmasına gətirib çıxarır. Öz cinsinə maraq hələ uşaqlıqda özünü biruzə verə bilər. Öz həmcinslərinə meyllilik erkən uşaqlıqda başlayarsa, seksopatoloqlar bunu erkən və ya "nüvə" homoseksualizmi adlandırır. 7-8-yaşlı oğlanlar öz həmyaşıdları ilə maraqlanırlar və onların cinsi fantaziyalarında yalnız oğlanlar olur. İllər keçdikcə bu maraq daha da güclənir. Bu tip homoseksuallar heç vaxt qadınlarla ailə qurmur, əgər evlənmə halı baş versə belə, çox az zamanda bilərəkdən səhv etdiklərini etiraf edirlər. Homoseksualizmin digər növü isə gec yaranan və ya sonradan yaranan formadır. Belə kişilər əsasən biseksual olurlar. Əksər halda onların diqqətini 25-35 yaşa qədər ancaq qadınlar cəlb edir. Yetkin yaşda cinsi orentasiyanın dəyişməsinin əsas səbəbi ailə daxili problemlərdir və ya hansısa ətraf psixofaktorun təsir nəticəsidir. Homoseksual orentasiyaya həm də erkən yaşda olarkən baş tutmayan nakam sevgi, sevdiyi qadın tərəfindən gülüş mənbəyinə çevrilmə, rədd cavabı alma də gətirib çıxara bilər. Uşağın tərbiyəsi zamanı nəyə diqqət etmək lazımdır? İlk növbədə uşağın unikallığı faktorundan qaçmaq lazımdır. Yəni bir çox analar uşağın bu və ya hansısa istedadını aşkarlayanda onun başqalarından daha fərqli, daha üstün olduğunu düşünüb az qala öz tərifləri ilə onu göylərə qaldırırlar. Və beləliklə, analar ilk növbədə öz uşaqlarının ətraf mühitini dəyişməyə çalışıb, onları əvvəllər ünsiyyət qurduğu dairədən ayırmağa başlayırlar. Çünki onların fikrincə, böyük istedad sahibi olan uşaqları adi insanlarla ünsiyyət qura bilməz. Nəticə etibarı ilə belə uşaqlar böyüdükdə ancaq özlərinə bənzər insanlarla əlaqə qurmaq, ünsiyyətdə olmağa çalışırlar. Başqa sözlə, özlərinə bənzər surətini axtarmaqla məşğul olurlar. Bu da öz növbəsində çox zaman uğursuz nəticələrə gətirib çıxarır. Ona görə də uşağınızın necə istedadlı, necə ağıllı olduğunu ön plana çəkərkən, eyni zamanda hər bir insanın təkrar olunmaz və dəyərli olduğunu ona anlatmağa çalışın. Əsas diqqətinizi ailədə olan sevgiyə verin. Bu, ailənin və uşaqların tərbiyəsinin özülünü təşkil edir. Ailədə ana öz həyat yoldaşını sevməli, ona hörmət etməlidir. Ata da öz növbəsində eyni şeyləri etməyə borcludur ki, uşaq ailədə olan sevgini görub hiss etsin. Beləliklə, övladınızı qız və ya oğlan olmasından, istedadlı və ya istedadsız olmasından asılı olmayaraq sevmək, qorumaq vacibdir. Övladın öz cinsinə görə sevilməməsi və tez-tez bunun büruzə verilməsi uşaqlar üçün böyük travmadır. Bu, əsasən, bir çox hallarda qızlara qarşı tətbiq olunur. Belə hallar öz növbəsində qeyri-ənənəvi seksual hisslərin yaranmasına bilavasitə təsir edir. Onları necə tanımaq olar? Belə bir fikir mövcuddur ki, homoseksuallar qadına bənzər, yumşaq, incə hərəkətləri və səs tembrləri ilə fərqlənir. Bu, əslində yanlış fikirdir. Onların arasında çox güclü, iradəli, kişi təbiətli şəxslər də var ki, onların belə meyllərinin olması şübhə doğurmaz. Lakin əgər onları "normal kişilərlə" müqayisə etsək görərik ki, homoseksuallar daha səliqəli geyimə üstünlük verirlər, öz xarici görünüşlərinə daha diqqətlə yanaşır və çox gözəl zövqə malik olurlar. Homoseksualların əksəriyyəti yaradıcı sahələrə meyl göstərir. Amma bu, o demək deyil ki, iqtisadi, texniki və s. sahələrdə rast gəlmək olmaz, sadəcə, belə peşələrdə işləmək onlara nisbətən çətin olur. Onlara daha yaxın və rahat peşələr rəssamlıq, dizaynerlik, incəsənət aləmidir. Denis Rzayev, həkim-psixiatr lent.az
Hereketli oyuncaqlar uşaqların inkişafında ve hereketlerinin doğru isdiqametlendirilmesine olduqca böyük öneme malikdir.Amma bir şertle ki,bu cür oyuncaqlar uşağa zamanında verilsin.Körpe,imeklesin ve ya yerisin,daha sonra ona hereket eden oyuncaqlar verilsin.Körpeler üçün imeklemeye ve yerimeye başlamaq azadlıqlarına qovuşmanın ilk addımıdır.Hereket qabiliyyeti artdıqca,gördükleri her hereketli obyekti tutmaq ve araşdırmaq üçün heveslidirler.İmeklemeye başlayan uşaq hereket eden oyuncağının arxasınca imekleye-imekleye hereket etmiş olur ve fiziki cehetden daha yaxşı inkişaf edir. Eger körpe hele yerimir ve ya imeklemirse,ona hereket eden oyuncağı vermek düzgün deyil,çünki oyuncağının arxasınca gede bilmeyende körpe sinirlenir,esebi hal alır. NUPM psixoloqu Çinare Muradova.