Bir qadın əsla unutmaz... Əgər aldadıldığı halda münasibəti davam etdirirsə, bu unutuğu üçün deyil, bağışladığı üçündür, ya da qorxu və narahatlığa görədir. Qorxu və narahatlıqla davam etdirilən münasibət əsla gerçək bir münasibət ola bilməz. Sadəcə rəsmi bir evlilik olaraq davam edər. Əslində təməl sualımız evli qalmaq, ya da boşanmaq deyil, hər iki tərəf üçün də mənalı, sağlam, gözəl bir münasibəti davam etdirməkdir. Günümüzdə bir çox evliklik sadəcə evlilikdir. Nə bir həyat dostu, nə yoldaşdırlar. Daxildən baxdığınızda ya sonlanmış, ya da əslində heç başlamamış münasibətlər, amma davam edən evliliklər görərsiniz. Bu evliliklər qorxu və ya qayğılarla davam etdirilən rəsmi evliliklərdir. Eyni evin içində yeyib-içib, televizor izləyib, aradabir cinsi münasibətdə olan evliliklərdir. Qayğılar və qorxular bütövlükdə bunlardır: uşaqlarla əlaqəli qayğılar, ekonomik qayğılar, yalnızlıq qorxuları, "bundan sonra kimlə evlənərəm" qayğıları, "aman, dul qadın olacağam" qorxuları, "aman, ailələri üzməyək, el-aləm nə deyər" və s. Bir çox qayğı və qorxular insanları sağlıqsız, ya da bitmiş münasibətlərdə saxlayar. Aldadılan qadın ilk mərhələdə emosional bir şok, travma yaşayar. Nə düşünəcəyini, nə edəcəyini bilməz. Bir tərəfi yoldaşına nifrət edərkən digər yarısı ondan ayrıla bilməz. Ziddiyətli, tutarsız və nəzarətsiz davranmağa başlayar. Yoldaşının yaşadıqları ilə əlaqəli hər detalı bilmək, öyrənmək istəyər. Neçə dəfə bir yerdə oldular, necə oldular, harada oldular və b. Nə qədər və necə aldadıldığını bilmək istəyər. Yoldaşının gözündə peşmanlığı görmək istəyər, yoldaşının üzüldüyünü görmək istəyər, canını incitmək istəyər. Çünki öz ruhu çox ağrı çəkir. Axşam boşanmağı düşünər, sabah olunca evliliyini davam etdirməyi qərara alar. Gəl-getlər gedərək artır. Bu travma ilə, bu gerçəklə necə yaşayacağını bilməz. Artıq münasibətin sehri və saflığı pozulmuşdur. Heç bir şey əvvəlki kimi olmaz, amma necə davam edəcəyimizi bilmərik. Son sözüm kişilərədir: önəmli olan yoldaşınızın qorxu və qayğıları ilə ya da məcburiyyətlərilə sizinlə birlikdə olması deyil. Həyatı, həqiqətən, sizinlə paylaşmaq istədiyi üçün sizinlə həyata davam etməsidir. Güvənini bir dəfə itirdinizmi, bir daha yerinə qaytarmaq çox çətindir. Hətta çox vaxt imkansızdır. Bu səbəbdən də yoldaşınızı aldatmayın. Unutmayın, qadınlar əsla unutmaz! Tərcümə: Aidə Mahmudova
Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb. Əsəb və qaraciyər üzrə mütəxəssisin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir: “Əsəb xroniki xəstəliklərin əsas səbəblərindəndir. Qaraciyərə ən azı siqaret və spirtli içki qədər mənfi təsir edir. Əsəb keçirən insanın ürəyi bulanır, mədəsi və başı ağrıyır. Kədər və ağciyərlər Birsel Kavaklının fikrincə, kədər hissi ən çox ağciyərlərə ziyan vurur. Böyük bir itki ilə üzləşənlər sinədə ağrı hiss edirlər. Ona görə də, depressiyada olanlara və özünü çox kədərli, dərdli hiss edənlərə açıq havada yeriməyi məsləhət görürlər. Ağciyərlərə zərər dəyməməsi üçün açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu həm daxili orqanlara, həm də psixologiyanıza yaxşı təsir edəcək”. Həkim qeyd edib ki, dərd və kədər immunitet sisteminə də mənfi təsir edir. Qorxmaq böyrəklərin büzüşməsinə səbəb olaraq onun fəaliyyətini zəiflədir. Həddən artıq düşüncəli olmaq, çox fikirləşmək də dalaq üçün ən böyük təhlükədir.
Mədəaltı vəzinin xərçəngi çox aqressiv bədxassəli şişdir. Bəzən insanlar xəstəliyin əlamətlərinə əhəmiyyət verməyərək adi problem olduğunu zənn edirlər. Nəticədə isə istənilməyən sonluq olur. Psixoloq.az xəbər verir ki, aparılan araşdırmalara görə, bu xəstəlikdən əziyyət çəkən insanların çoxu diaqnoz qoyulandan sonra 1 il ərzində dünyasını dəyişirlər. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant cərrah Bəhruz Səlimov, mədəaltı vəzi xərçənginin yalnız cərrahi yolla sağaldıla biləcəyini bildirib: "Mədəaltı vəzinin baş hissəsinin xərçəngi zamanı radikal əməliyyat qəliz və travmatikdir. Şişin yaranmasına gətirib çıxaran amillərə siqaret çəkmək, çoxlu yağlı qida qəbulu, diabet, xroniki panrkeatit, xolesterin daşları və öd kisəsinin yoxluğu". Səlimov, xəstəliyin klinik simptomlarının ağrı, sarılıq və arıqlama olduğunu qeyd edib. "Xərçəng baş hissədə olduqda xəstələrdə ağrı və artan sarılıq qeydə alınır.Mədəaltı vəzinin cisminin şişlərində günəş kələfinin sıxılmasına görə ağrı və çəki itkisi qeydə alınır.Şüa müalicəsi, kimyəvi dərman müalicəsi və öd çıxarıcı əməliyyatlar xəstələrin ömrünü 4-9 ay uzadır",-deyə cərrah vurğulayıb.P.S Yaranan əlavə suallarla bağlı həkimlə birbaşa əlaqə saxlaya bilərsiniz: 070 5798833Şəhanə Quliyeva
Görkəmli psixoloq, individual psixologiya nəzəriyyəsinin yaradıcısı, tanınmış avstriyalı həkim, psixoterapevt Alfred Adler haqqında əvvəllər ümumi məlumata malik olsam da, onunla yaxından tanışlığım “Aydınlanma səyahəti” (2016) kitabının birinci hissəsini (Oyanış və dəyişməyə doğru) yazarkən başladı. Adler psixologiyanın birinci vəzifəsi kimi sosial faktoru ortaya qoyan ilk psixoloqlardan sayılır. “İndividual psixologiya fərdi, cəmiyyətin daxilində görür və tədqiq edir. Biz insana cəmiyyətdən ayrı halda baxmaq və tədqiq etməkdən imtina edirik”, - Adler bəyan edirdi (1956). Alfred Adler 1870-ci il fevralın 7-də Vyana şəhəri ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Uşaqlığında tez-tez xəstələnərmiş. Bu xəstəliklərə, onların gətirdiyi ruh halına baxmayaraq hələ kiçik yaşlarında “ölümlə mübarizə” üçün həkim peşəsini seçib. Lisey təhsili alarkən uğursuz şagird olub, riyaziyyatda çox bacarıqsızlıq nümayiş etdirib. Müəllimi ailəsinə onu çəkməçi yanına şagird qoyulmasını tövsiyə etmişdi. Adlerin atası bu tövsiyəyə qulaq asmayıb, əksinə oğlunu daha çox məşğul olmağa təşviq etmişdi. Adler özü bu hadisəni danışdığında belə deyib: “Əgər atam müəllimimin tövsiyəsini dinləsəydi, bəlkə də yaxşı çəkməçi olardım”. Həqiqətən, bir müddət sonra “bacarıqsız şagird” sinifin ən yaxşı riyaziyyatçısı oldu. Hələ uşaqlığında rasionalist düşüncəyə sahib idi. Şekspirin əsərlərinə qarşı sonsuz heyranlıq hiss edir, onun insanı tanımasında bənzərsiz olduğuna inanırdı. Liseydən sonra, 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb. XIX əsrin sonunda Adler psixoanaliz elminin banisi Ziqmund Freydlə tanış olur. Freydi düşmənlərinə qarşı açıq müdafiə etsə də, dahiliyinə inandığı Freydlə bəzi nöqtələrdə razılığa gələ bilmir, psixi xəstəliklərinin cinsi travmalardan meydana gəldiyi fikrini qəbul etmirdi. Bu səbəbdən Freydlə Adler arasında mübahisə düşür. 1904-cü ildə Adler Freyddən ayrılmaq istəyir. Lakin Freyd bunun qarşısını alır, bir müddət əməkdaşlıqlarını davam etdirirlər. 1908-ci ildə Salzburqda keçirilən konqresdə Adlerlə Freyd arasında prinsip anlaşılmazlıqları açıq formaya keçir. 1911-ci ildə Nürenberq konqresində Adler “Freydin ruh həyatının cinsi nəzəriyyəsinin tənqidi” adlı tezislə çıxış edir. Freyd bu çıxışa cavab vermir. Adler də Vyana psixoanaliz dərnəyindən tamamilə ayrılır. Freydə görə, insan instinktlərinin, arzularının, istəklərinin, meyillərinin oyuncağıdır. İnsan ona təsir edən instiktiv güclərə yönəlir. Adlerə görəsə insanı dəyərli edən məqsəddir. Bu məqsəd insanın düşüncələri, hisləri, davranışlarına təsir edir. Daha doğrusu, insanın düşüncələri, hisləri, davranışları bu məqsədə görə formalaşır. 1912-ci ildə Alfred Adler “İndividual Psixologiya Dərnəyi”ni qurur, həmin tarixdən etibarən Adler məktəbi inkişaf etməyə başlayır. 1932-ci ildə Nyu-Yorkdakı Lonq İsland Medikal Kolleci Adlerə psixologiya doktoru adını verir. 1937-ci ildəsə, o, mühazirə demək üçün gəldiyi Şotlandiyanın Aberdeen bölgəsində ürək tutmasından vəfat edir. Adler həyatı boyu psixoterapevt və psixoloq kimi aktiv olub, yaşadığı dövr ərzində üç yüzə yaxın kitab, müxtəlif mövzularda məqalələr yazıb. Əsas elmi əsərləri: - “Fərdi psixologiyanın təcrübəsi və nəzəriyyəsi” - “Nevrotik xarakter” - “İnsan bilikləri” - “İnsan təbiətinin anlaşılması” - “Uşaqların təlim-tərbiyəsi” - “Yaşamaq sənəti” - “Həyat tərzi” və s. İndividual psixologiya nəzəriyyəsinin əsas tezisləri: Latınca “individium” – bölünməz mənasını verdiyi üçün Adler də öz nəzəriyyəsini “İndividual psixologiya” adlandırıb. Adlerə görə, həyati fəallığın heç bir formasını şəxsiyyətdən ayırıb nəzərdən keçirmək olmaz. Fərd beyinlə bədənin qarşılıqlı əlaqəsində tam olduğu kimi, psixi həyata münasibətdə də belədir. İndividual psixologiyanın əsas vəzifəsi bu bütövlüyü hər fərddə, təfəkküründə, hislərində, hərəkətlərində, şüur və şüursuzluğunda təsdiq etməkdir. Şəxsiyyətin bütövlüyü strukuturunu Adler həyat tərzi kimi müəyyən edib. İnsan həyatı mükəmməlləşməyə fəal cəhd kimidir. Ancaq həyati əhəmiyyətli məqsədlərə istiqamətlənmiş hərəkət zamanı fərd tam kimi qavranıla bilər. İnsanın daimi mükəmməlləşməyə cəhd etməsini deyən Adler fikirləşirdi ki, insanlar hеç də daxili, xarici səbəblərdən itələnmirlər, əksinə həyati əhəmiyyətli məqsədlərə doğru, irəli hərəkət edirlər. Qarşılarına qoyduğu məqsədlər, eləcə də uğur əldə etmək üçün istifadə etdikləri fərdi üsulllar həyatlarına əhəmiyyət verdiklərini başa düşməyə kömək edir. Şəxsiyyətin formalaşmasında irsiyyətin, ətraf mühitin rolunu qəbul edən Adler insanların yaradıcı qüvvəyə malik odluğunu iddia edir. Bu qüvvə insan təcrübəsinin hər sahəsinə təsir edir: qavrayış, hаfizə, fantaziya, arzular. İnsanın yaradıcı təbiəti, azadlığı barədə məhz bu fikirlər psixoloqlara Adleri müasir humanist nəzəriyyənin yolgöstərəni hesab etməyə imkan verir. “İndividual psixologiya” fərdi cəmiyyətin tərkibində öyrənir. Adler nəzəriyyəsinə görə, insanın bütün davranışının sosial kontekstdən doğur, insan təbiətinin mahiyyətini yalnız sosial münasibətləri başa düşdükdən sonra anlamaq mümkündür. Fərdi subyektivlik: fenomoloji ənənələrə sadiq qalan Adler hesab edirdi ki, insanın davranışı həmişə özü və ətrafdakıları barədə fikirlərindən asılıdır. İnsanlar yaratdıqları dünyada “qavrayış” sxemlərinə uyğun yaşayırlar. İndividual psixologiya nəzəriyyəsinin strukturunu Adler belə göstərib. Saxta finalizm Üstünlük qazanmağa cəhd Dəyərsizlik hiss və onun kompensasiyası İctimai maraq Həyat tərzi (stili) Yaradıcı mən Beləliklə, Adler insanın daha yaxşıya doğru irəliləmək, problemlərini həll etmək, yaradıcı meyillərini reallaşdırmaq, həyata uyğunlaşmaq şansına sahib olduğuna, başqa sözlə, natamamlıq hislərini uğurlu şəkildə aradan qaldırma yolunun insana açıq olduğuna inanır. Bu baxımdan insanın yaradıcı mənliyinə böyük əhəmiyyət verir. Əsas məsələ bu yaradıcı mənliyin inkişafına ən əlverişli şəraiti yaratmaq olmalıdır, bunu hər şeydən əvvəl təhsil təşkilatlarının öhdəsinə düşən vəzifə kimi görür. "İndividual psixologiya" kitabının ana dilimizə tərcümə etməklə hadisələrə bir daha Adlerin gözündən baxmış oldum. İnanıram ki, Azərbaycan oxucusu da bu dəyərli kitabla tanış olduqdan sonra, problemlərini həll etmək, ətrafındakıları daha yaxşı tanımaq və onlarla daha yaxşı ünsiyyət qurmaq, ümumilikdə həyatına daha müsbət istiqamət vermək haqqında düşünmək üçün faydalanacaq. Ön söz: Ceylan Mumoğlu Mənbə: Parafr.az
Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır. Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq. Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi həyat pozulmalarına həmçinin onun inkişaf çatışmazlığı, ağrı, cinsi soyuqluq forması və yaxud təmin edilmə, pozğunluqlar aiddir. Araşdırmalar göstərir ki, xəstəliyin çox az hissəsi ginekoloji səbəblə bağlı olduğu təqdirdə, əksərən əsasında psixoloji amillər dayanır. Toy gecəsi daha çox özünü göstərən bu problemdən sonra artıq xəstələrdə cinsi həyata marağın azalması, qorxu halları artmağa başlayır. Hətta əvvəllər normal cinsi həyatı olan insanlarda belə müyyən psixoloji travmalardan, cərrahi əməliyyatlardan sonra vaginizm əlamətləri yarana bilir. Vaginizmin simptomları hansılardır? Ən geniş yayılmış əlamətləri-taxikardiya, tərləmə, geriyə çəkilmə, cinsi əlaqə zamanı yanma, ağrı və bunun nəticəsində cinsi istəksizlik, cinsəl fobiyadır. Bu cür fobiyalar nəticəsində ailədən uzaqlaşma, özünə qapanma, ailədaxili mübahisələr artır. Vaginizmin müalicəsi varmı? Vaginizm çarəsi olmayan bir problem deyil. Çox əminliklə qeyd etmək istəyirəm ki, sadəcə bir neçə psixoloji seansla siz bu problemdən çox asanlıqla azad ola bilərsiz. Praktik təcrübəmiz göstərir ki, bu halla üzləşən bir neçə passientimiz sadəcə inanib, cəasrət edib bizə müraciət etməklə heç bir dərman vasitələrindən istifadə etmədən xoşbəxt bir şəkildə ailə həyatlarına davam etmişlər. Bu problemin sizin həyatınıza mane olmasına icazə verməyin. Gülər Məmmədova Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi
Qadın qadının həm ən yaxın dostu, həm də rəqibidir. Qadınların bir-birinə qarşı içdən içə kin bəsləməklə səbəbi hələ də müəmmənalıdır. Sosial əlaqələrimizdə qadınlardan çox kişiləri daha etibarlı tapırıq. Dövlət dairəsində, imtahanlarda həmişə "ümid edirəm qarşıma kişi çıxar" deyə dua edirik. Qadınlarla qarşı-qarşıya gəlməyi eynilə bir boks matçı kimi qəbul edirik...Qadınlarla yaxşı dolanmaq lazımdır Qadın təbiəti əslində bir-birinə güvənməyə meyllidir. Çünki qadını həyata gətirən, baxıb böyüdən də bir qadın. Zaman içində nə olursa olur və qadınlar arası rəqabət başlayır. Buna görə həmcinslərimizlə araya məsafə qoymaq məcburiyyətində qalırıq. Halbuki qadınların həm fiziki həm də ruhi sağlamlıq baxımından bir-birlərinə ehtiyacı var. Mütəxəssislərə görə, həmcinsləri tərəfindən qəbul edilib, təsdiqlənən qadınların stresləri azalır. Sağlam və etibarlı ictimai əlaqələr quran qadınların beyin funksiyaları daha inkişaf etmiş olur və yaddaş itkisi azalır.Dostluq, ən yaxşı dərmandır Qadınların bir-birinə qarşı səbəbsiz kompleksləri zamanla təsəllini kişilərdə axtarışa itələyir. Biz qadınlar, sözsüz olaraq öz aramızda bir dil istifadə edirik. Kişilərə bizlər kimi detalçı və planlı hərəkət etmədikləri üçün bizi anlamaları bir az çətin olsa da kişilərlə qadınlardan daha yaxşı razılaşırıq. Qadınlar bir-birləri ilə ya çox yaxşı razılaşır ya da bir-birinə düşmən kəsilir. Bunun bir ortası yoxdur. Qadınların bir-birlərinə verdikləri zərərin ölçüsünü ifadə etmək lazım olsa; eşq ağrısı belə qadınlara daha az ağrı çəkdirir deyə bilərik...
Sistit - sidik kisəsinin iltihabi xəstəliyidir. Tez-tez ağrılı sidik ifrazı, sisik kanalında yandırıcı ağrılar, ağrının qarnın aşağı hissəsinə və aralığa yayılması, sidik kisəsində doluluq hissiyyatı ilə müşayıət olunur. Sidik çox kiçik porsiyalarla xaric olur, ağır hallarda isə damcı-damcı tökülür, bəzən qan qarışıqlı olur. Bədənin hərarəti 37-380C-dək yüksələ bilər. Sistitin yaranmasına səbəb sürəkli soyuqlamalar, sidik-cinsiyyər üzvlərinin infeksiyaları, kimyəvi maddələrlə qıcıqlanma, sidik yollarında aparılan kiçik əməliyyatlar ola bilər. Az hərəkətli həyat tərzi də sistitin əmələ gəlməsinə şərait yaradır. Buna görə də işiniz oturaqdırsa, hər saatdan bir ayağa qalxıb 3-5 dəqiqə ərzində gəzişin. Sistitin müalicəsində həm bitki, meyvə və tərəvəzlərdən, həm də fototerapiya, neft məhsulları ilə müalicə üsullarından istifadə olunur. Fitoterapiya Ayıqulağı yarpaqlarının dəmləməsi 2 xörək qaşığı xırdalanmış yarpağın üzərinə 500 ml qaynar su əlavə edilir, 20 dəq. müddətində vam odda qaynadılır. 1/2 stəkandan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edir. Bu dəmləmə spazmı və ağrını azaldır, mikrob əleyhinə təsir göstərir. Tozağacı yarpağı dəmləməsi 2 xörək qaşığı tozağacı yarpağı xırdalanır, üzərinə 500 ml qaynar su tökülür və ağzı bağlanaraq 2 saat saxlanır. Süzüldükdən sonra gündə 3-4 dəfə, hər dəfə yarım stəkandan yeməkdən əvvəl ilıq şəkildə qəbul edilir. Sidik yollarının zəstəliklərində güclü iltihab əleyhinə təsir göstərir. Çöl paxlagülü kökünün dəmləməsi 1 xörək qaşığı kök xırdalanır üzərinə 250 ml qaynar su tökülür və 1 saat müddətində dəmlənir və gün ərzində az-az içilir. Dəmləmə iltihab və mikrob əleyhinə təsirlərə makidir. Qankəsici olduğundan Qarğıdalı saçağı dəmləməsi 4 xörək qaşığı qarğıdalı saçaqları 500 ml qaynar suda 2 saat müddətində dəmlənir və süzülür. Yarım stəkandan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Bu dəmləmə sidikqovucu və mikrob əleyhinə təsir göstərir. Bitkilərlə müalicə Ayrı-ayrı istifadə olunan bitkilərə nəzərən bitki qarışıqları kompleks təsirinə görə daha faydalıdır. Bitki yığıntılarının dəmləmələri həm spazmolitik və ağrıkəsici, həm də güclü antimikrob, iltihab əleyhinə və sidikqovucu təsirlər göstərir. Hərəsindən 2 xörək qaşığı yağçiçəyi otu, bağayarpağı yarpağı, ayıqulağı yarpağı və tozağacı tumurcuğu, hərəsindən 1 xörək qaşığı zirə meyvəsi və qurd pəncəsi otu xırdalanıb qarışdırılır. Bu qarışıqdan 3 xörək qaşığı götürülür, üzərinə 1 litr soyuq su tökülür. 12 saat saxlandıqdan sonra 10 dəq. qaynadılır və süzülür. 1 stəkandan gündə 3-4 dəfə yeməkdən sonra qəbul edilir. Fitoterapevt Elnur Rəhimov
Azərbaycan ərazisində sentyabrın 12-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində sentyabrın 12-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək. Azərbaycanın rayonlarında sentyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. ETSN xəbərdarlıq edir ki, sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.(ölkə.az)
Çox eşitdiyimiz bir deyim var: Hər bir uşaq ailəsinin güzgüsüdür. Həqiqətən də demək olar ki, bütün hallarda insan xarakterinin formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir. Ailələr isə öz növbələrində tərbiyə növünə görə 4 əsas qrupa bölünürlər: avtoritar, liberal, xaotik və hiperqoruyucu ailələr. Hər bir insanın xarakterində də böyüyüb başa çatdığı ailənin hansı tərbiyə stilinə üstünlük verdiyi mühüm şərtdir. Odur ki, gəlin bu 4 tərbiyə stilinin əsas xüsusiyyətlərini ayrı-ayrılıqda nəzərdən keçirək. Avtotitar tərbiyə stilində adətən valideynlər iş adamları olurlar və uşaqlarla çox az zaman keçirirlər. Bütün qərarları özləri qəbul edir və hesab edirlər ki, uşaqlar yalnız onlara tabe olmalıdırlar. Səhvlər bağışlanmır, onlara görə cəza verilir və cəzanın səbəbi izah olunmur. Uğurlar isə “belə də olmalı idi “ prinsipi ilə qarşılanır. Böyüklər tərəfindən daha çox “otur”,”sus”,”mən dedimsə olacaq” tipli cümlələr istifadə olunur. Belə uşaqlar düzgün olduğu üçün yox, lazım olduğu və cəzadan qorxduqları üçün hər hansı bir işi görür və ya dərs oxuyurlar. Nəticədə məsuliyytdən qorxan, özünə güvənsiz, işdə və cəmiyyətdə belə yalnız cəza almamaq üçün iş görən və davamlı olaraq başqalarını məmnun etməyə çalışan fərdlər yetişir. Avtoritet tipli ailədə isə qarşılıqlı hörmət və ədalət hökm sürür. Uşaqlara qayğı və diqqət göstərilir, ailə üzvləri arasında mütəmadi ünsiyyət olur. Valideynlər uşaqlarına qaldıra biləcəyi tələblər qoyur, qəti və davamlı olmaqla bərabər, həm də ədalətli olurlar. Onlar tələblərinin səbəblərini övladlarına izah edir və bunları birgə müzakirə edirlər. Uşağın öz seçim imkanı olur və o öz seçimləri üçün cavabdehlik daşıyır. Beləliklə uşaq özünə və imkanlarına inanır, yalnız çətin anda da valideynlərinə arxalanır. Bir sözlə bu tərbiyə üsulunda nəzarət və azadlıq balans təşkil edir və uşaqlar özünə inamlı və məsuliyyətli olurlar. Liberal ailə tipini uğurlu adlandıra bilmərik, çunki bu cür tərbiyə sistemi insani keyfiyyətlərə mənfi təsir göstərir. Uşaq ya valideynin qoyduğu sərhədlərini bilmir, ya da cadəcə olaraq bu sərhədləri müəyyən etməyi bacarmayan böyüyünün göstərişlərini yerinə yetirmir. Böyüklər isə yalnız ciddi bir problem baş verərsə “tərbiyəyə müdaxilə edirlər” Kənardan bütün bunlar normal, qarşılıqlı anlaşma kimi görünə bilər, amma getdikcə problemli bir ailə mühiti ortaya çıxır. Belə ailələrdə heç bir qayda və intizam anlayışı olmadığı üçün uşaqlarda özünə nəzarət və daxili intizam hissi formalaşmır. Hansı ki, bu hisslər insana pozitiv özünü qiymətləndirmə və özünə hörmət hissi aşılayır. Valideynlərin biganəliyi uşaqlarda gərəksizlik və təcrid olunmuşluq hissi oyadır. Araşdırmalara görə məktəb davamiyyəti pis olan, içki və maddə asılılığından əziyyət çəkən gənclər əsasən bu tip ailələrin övladları olurlar. Xaotik tərbiyə tipində hansı anda nə olacağı bəlli deyil. Hansı ki, dəqiq sərhədlər yoxdur və böyüklər arasında fikir ayrılığı var. Valideynlərin öz qərarlarında qeyri stabil olmaları uşaqlarda qorxu, təşviş narahatlıq və həyəcanlılıq hissləri yaradır. Bu tərbiyə sistemində özünənəzarət və məsuliyyət hissi formalaşmır, bilavasitə özünüqiymətləndirmə aşağı olur və olğun qərarlar verilməsi çətinləşir. Qoruyucu tərbiyə tipində valideynlər uşaqlarını hədsiz qayğı ilə əhatə edir, hər zaman və hər yerdə onları qorumağa çalışır, bir sözlə hər şeyi onların əvəzinə edirlər. Hədsiz qayğı nəticəsində uıaqlarda əməksevərlik, əzmkarlıq, özünü qoruma, müstəqil qərar qəbul etmə bacarıqları inkişaf etmir. Məhz el arasında işlədilən “mama uşağı” kəlməsi bu tip ailələrdə böyüyən uıaqlara aid edilir. Bu insanlar çətin situasiyala düşəndə özlərini itirir, cünki belə zamanlarda nə etmək lazım olduğu kimi bir vərdişləri olmur. Belə uşaqlar kollektivdə həm lider olmaq istəyir, həm dəliderliyi necə bacaracaqlarını bilmirlər. Onu da qeyd edim ki, bir ailə tipi yalnız təklikdə deyil, bir və ya bir neçə tipin xüsusiyyətləri qarışıq şəkildə mövcud ola bilər. Və hansı tipin əlamətləri üstünlük təşkil etməsindən asılı olaraq uşaqlarda ona uyğun da xarakter xüsusiyyələri formalaşır. Ümumi nəticə olaraq deyə bilərik ki, tərbiyədə yol verilən əsas səhvlər, ya uşaqlara, onların daxili aləmlərinə lazımi diqqətin ayrılmaması, ya da əksinə hədsiz qoruma, demək olar ki, uşağa müstəqil olaraq nəfəs almağa belə imkan verilməməsi, evdəki böyüklərin fikir ayrılığı, eyni situasiyaya fərqli yanaşmalarının olmasıdır.
Bu gün Yer kürəsində növbəti maqnit qasırğası başlayıb. Mütəxəssislər maqnit qasırğasının güclü olmadığını bildirsələr də, müəyyən insanlar üçün təhlükəli sayılır. Çünki bu dəfə maqnit qasırğası əvvəlkilərdən fərqli olaraq bir neçə gün davam edəcək. Sentyabrın 11-dən 14-dək bəzi insanlar özlərini pis hiss edə bilər. Bu zaman baş ağrısı, ürək bulanması, əhvalın dəyişməsi, psixoloji dəyişkənliklər mümkündür. Bu baxımdan insanların diqqətli olmağı tövsiyə edilir. Əgər problem davam edərsə, psixoterapevtə müraciət edərək vəziyyətinizi yaxşılaşdırmağınız mümkündür.
Valideyn övlad münasibətləri əlaqələrin inkişafı, uşağın valideynlərə hörmət və güvən yaranması baxımından əsasdır. Bəs valideynlər nəyə diqqət etməlidir? Uşağın suallarına səbrlə və doğru cavab verin.Uşağın suallarını və dediklərini ciddi qəbul edin.Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın. Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin. Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.Uşağa gücü çatan işləri və qayğıları tapşırın.Ona öz planlarını qurmaqda və qərar qəbul etməkdə kömək edin.Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin.Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın.Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin.Uşağınızı alçatmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin.Uşağınızı sərbəst düşünməyə öyrəşdirin.Sevdiyi məşğuliyyətləri üçün kitablarla, oyunlarla və digər lazım olan əşyalarla uşağı təmin edin.
Qoç – vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Sağlam məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər. Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını seçin. Buğa – asan gün olmayacaq. Lakin bütün sədləri dəf edərək məqsədə çata bilərsiniz. Nailiyyətlər əldə etmək üçün ciddi səy göstərmək gərəkdir. Kiçik qələbələrə asanlıqla nail olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan deyil. Hamının sizə pislik etməyə çalışdığını düşünməyin. Təmkinli və səbrli olun, əhvalınızı pozmayın. Yanlış qərarlar verməyin, ciddi səhvlər etməyin. Maliyyə məsələlərini həll etmək, alış-verişə çıxmaq məsləhət deyil. Qeyri-standart yanaşma, təxəyyül və çeviklik tələb edən işlərlə məşğul olmaq mümkündür. Əkizlər – tələsməyin, səbrli olun. Bu günün yaratdığı imkanlar ilk baxışdan sərfəli təsir bağışlasa da, niyyət və ya planınızın reallaşması üçün daha uğurlu məqam ola bilər. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə ciddi fikir verin. Prioritet və məqsədlər arasında yenilənmələr aparmaq zamanıdır. Ailədə kiçik fikir ayrılıqları istisna deyil. Soyuqqanlı olun, ovqatınızı pozmayın. İş yerini dəyişmək və ya köç üçün əlverişli zaman deyil. Xərçəng – qüvvələrinizi toplayın, aktiv olun. Asan gün deyil. Xoşagəlməz təmayüllərin öhdəsindən gəlmək asan deyil. Sayıq olun, səhvlərə yol verməyin. Dostlar və ya müttəfiqlər sizə yardım etməyə hazırdırlar. Lakin onlar durumun təfərrüatlarından dəqiq hali olmalıdırlar. Sizi dərhal anlayacaqlarına bel bağlamayın. Necə və hansı formada dəstək almaq istədiyinizi aşkar deyin. Günün ikinci yarısında reallaşa biləcək anlaşma və ya sövdələşmələrdən böyük gəlir gözləməyin. Gördüyünüz işə görə pulu sonradan alacağınıza hazır olun. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Şir – mürəkkəb problemin və ya çətin məsələnin həllinə başlamaq üçün əlverişli zamandır. Mühüm danışıqlar aparın, fəaliyyət planını hazırlayın, ən önəmli və ciddi məqsədə çatmaq üçün yola çıxın. İntuisiyanıza güvənin. Təhtəlşüurun verdiyi siqnallar yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha əfzəldir. Rəqabət mübarizəsinə qatılmamağa çalışın. Əks təqdirdə çox qüvvə sərf edəcəksiniz, nəticələr isə əhəmiyyətli olmayacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyətdə üstünlüyünüzü əyan etməyə can atmayın. Belə davranış xoşagələn deyil. Səbrsiz olmayın, hisslərin təsiri altında düşünülməmiş addım atmayın. Qız – pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Çoxsaylı işlərə başlamaq əvəzinə bir işi bitirin. Kommersiya fəaliyyətində uğur istisna deyil. Sərfəli anlaşmalara nail olmaq, yeni layihənin reallaşmasına başlamaq olar. Müstəqil çalışın. Belədə fəaliyyət birgə işlə müqayisədə daha yaxşı olacaq. Yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlərin təşkilatı üçün pis gün deyil. Qəfil romantik etiraf istisna deyil. Şəxsi həyatınızda köklü dəyişiklik başlana bilər. Uzaqda yaşayan qohumlar özlərini xatırladacaqlar. Tərəzi – hadisələrin əvvəlcədən planlaşdırdığınız məcra ilə getməməsi sizi sinirləndirməsin. Situsiyanı dəyişmək üçün yetərincə enerjiniz var. İşgüzar həyatla bahəm şəxsi münasibətlərdə təşəbbüskar olun. Əməlləriniz ilk baxışdan xaotik və düşünülməmiş təsir bağışlaya bilər. Fəqət, qarşınıza qoyduğunuz məqsədə doğru dürüst addımlar atın. Ən başlıcası isə qərar və addımlarınızın səbəblərini yaxın ətrafınızdakı insanlara izah etməyi unutmayın. İş və kommersiya fəaliyyəti ilə bağlı yeni ideyalar yaranır. Biznesi genişləndirmək və ya fərqli sahə seçmək üçün əlverişli zamandır. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Əqrəb – qəbul etdiyiniz qərarlar və atdığınız addımların sonuclarını əvvəlcədən düşünməyə çalışın. Sonradan peşmançılıq hissi yarada biləcək iş görməyin. Təcrübəli şəxslərin dediklərinə qulaq asın. Məsləhət verənlər arasında həmkarlar, dostlar, qohumlar ola bilər. İş yerini dəyişmək və ya köç məsləhət deyil. Ənənəvi şərait daha münasibdir. Ailə məsələlərinin həllində iradəli və qətiyyətli olun. Sadəcə, öz mövqeyinizi dürüst hesab etməyin. Sözlərinizə fikir verin, çünki sərt və ya düşünülməmiş kəlmələr yaxınlarınızın qəlbinə dəyə bilər. Oxatan – işgüzar sahə ilə yanaşı, qeyri-kommersiya fəaliyyətində yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Öz maraqlarınızın tam təminatına çalışmaqla yanaşı, yaxın ətrafınızdakı insanların da mənafelərini nəzərə almağı unutmayın. Tanıdığınız insanlar arasında sizə müttəfiq və ya tərəfdaş ola biləcək şəxslər var. Rəğbət bəslədiyiniz insanların dediklərini qulaqardına vurmayın. Yeni iş və ya layihədə birgə fəaliyyət üçün potensial şəxsləri seçin. İşgüzar fəaliyyətdən fərqli olaraq, şəxsi münasibətlərdə durum harmonik deyil. Qısqanclıq, səbəbsiz əndişə, qarşılıqlı iradlar yox deyil. Sakit olun, təmkinli davranın. Sağlam məntiq sizə sonrakı fəaliyyət məcrasını göstərəcək. Oğlaq – ən yüksək səviyyədə işgüzar danışıqların aparılması, məmurlar və dövlət qurumlarının mənsubları ilə görüşlər, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Qüvvələrinizə əmin olun. Məqsədə doğru inamla irəliləməyə davam etsəniz, niyyətinizə çata bilərsiniz. İnformasiya, istehsal və emal sahəsində çalışırsınızsa, ciddi uğurlara nail olacaqsınız. Axşam saatlarına yaxın dostlarla görüş sizi sevindirəcək. Qohumlarla dil tapmaq asan deyil. Mövcud problemlərin nə qədər ciddi olduğunu qohumların anlamadıqlarını düşünməyin. Hər şey göründüyü kimi deyil. Dolça – günün ilk yarısı əlverişlidir. Başladığınız bütün işlərdə, o cümlədən çətin problemin həllində məhsuldar fəaliyyət zamanıdır. Maliyyə məsələlərinin həllində çətinliklər yaranmayacaq. Yetərincə informasiya və ya məlumatınız olmasa belə, necə fəaliyyət göstərməyin gərəkdiyini sizə intuisiyanız deyəcək. Danışıqlar pis keçmir. Mühüm məsələləri görüşlə yanaşı, telefon danışıqlarında da müzakirə etmək olar. Günün ikinci yarısı gözlənilən qədər uğurlu deyil. İşdə və evdə problemlər yarana bilər. Müşküllərlə çətinliklər ciddi, irimiqyaslı deyil. Soyuqqanlı olun, təmkininizi pozmayın, səbrli davranın. Balıqlar – əlverişli və uğurlu gündür. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Sizə verilən tapşırıqları vaxtında bitirmək üçün diqqətinizi fəaliyyət sahəsinə yönəldin. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Nüfuzlu müttəfiqlərlə əlaqələrin yaradılması da istisna deyil. Amma unutmayın ki, sizə kimsə könüllü şəkildə yardım edən deyil. İstənilən xidmət və yardımın əvəzini vermək gərəkdir. Alış-veriş, sövdələşmə, danışıqlar üçün əlverişli zamandır. Heç gözləmədiyiniz halda gəlir əldə edə bilərsiniz. Köhnə dostlarla görüş, yaşlı qohumlarla ünsiyyət xoş təəssürat yaradacaq. Milli.Az
Ünvan: Harmoniya Psixologiya Mərkəzi Şamil Əzizbəyov küçəsi 179 . Jalə Plaza Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, Azərbaycan Tel.: +99412 555 33 73, +99455 371 33 03Email: [email protected]əqsədimiz ayı-ayrı fərdlərin və ailələrin həyətlarında psixoloji balasın bərpa olunması və saxlanılmasınayönəlik fəaliyyət göstərməkdir.Bizim pofessional prinsiplərimiz bu şəkildədir.-Peşə etikasına həssaslıq-Kollektivçilik və komanda çalışması-Multidisiplinar yanaşma-Öyrənməyə və inkişafa daim açıq olmaq-Həmkarlarımıza qarşı hörmət və tolerantlıq-İnsanlara yardım prinsipini başlıca məqsəd kimi qəbul etmək-Gənc həmkərlarımıza öz professional inkişaflarında dəstək vermək-İnam prinsipinə əsəslanaraq konfidensiallığın daima qorunub saxlanılmasına riayət etmək-Əl çata bilən olmaqPsixoloq kimdir?Əvvəlcə psixoloq kim deyildir sualına cavab verək.Psixoloq ilk baxışda insanların şəxsi keyfiyyətləriniortaya çıxaran,zehinlərini oxuyan şəxslər deyildir.Əksinə,psixoloq, müraciət edən şəxsin gətirdiyiproblemi diqqətli şəkildə dinləyən,incələyən, şəxsin verdiyi informasialar əsasında problemin altındayatan səbəbləri araşdıran və bu səbəblər doğrultusunda müəyyən texnika və yanaşmalar ilə şəxsəproblemin öhdəsindən gəlmə bacarığı qazandıran şəxsdir.Psixoloqa hər bir kəs müraciət edə bilər.Psixoloqa getmək üçün depressiyada olmaq,panikatak,fobiya,travma,obsessiya və.s kimi problemlərinizin olması mütləq deyil.Aşağıda qeyd olunmuşbütün vəziyyətlərdə psixoloq sizə kömək edə bilər-Yaşadığınız problemin gündəlik həyatımıza, münasibətlərinizə ,iş həyatnıza mənfi təsir göstərdiyi vəgündəlik işlərin icrasına diqqətinizi yönəltməkdə çətinlik çəkdiyiniz hallarda-İstifadə etdiyiniz yolların problemlərinizin həllinə yetərli olmadığı vəziyyətlərdə-Emosional olaraq özünüzü yaxşı hiss etmədiyiniz və ya əvvəlkindən daha pis hiss etdiyiniz vəziyyətlər-Qısası ümumi həyatınızı əvvəlki kimi məhsuldar şəkildə davam etdirməyinizə əngəl ola biləcək istənilənvəziyyətdə psixoloqa müraciət etmək yetərli səbəbdir.
Aygün Ağabalayeva – Harmoniya Psixologiya Mərkəzinin rəhbəri və baş psixoloqu. Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsini bakalavr və “Hüquq psixologiyası” üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə 138 saylı orta məktəbdə psixoloq olaraq fəaliyyət göstərib. 2000-2001-ci illərdə “KIGT LTD” şirkətində administrator vəzifəsində çalışmışdır. 2009-cu ildən indiyədək “SAVVY” taekvondo klubunda idmançıların psixoloji hazırlıq prosesini müşayiət edir, taekvando və karate üzrə individual və qrup şəklində konsultasiyalar aparır.Bu sahədə Respublika üzrə yüksək referanslara malik mütəxəssisdir. 2014-cü ildə keçirilən Azerbaycan I Beynəlxalq Konfransında Amerikan Ailə və Evlilik Terapevtləri Dərnəyi (AAMFT), Kaliforniya Ailə və Evlilik Terapevtləri Dərnəyi (CAMFT), Satir Pasifik Enstitüsü və The Satir Global Networkun klinik üzvü, Beynəlxalq Ailə Terapiyası Dərnəyinin İdarə Heyəti üzvü, CATED-in isə qurucu üzvü Uzm. Sibel Usluer Erenelin rəhbərliyi ilə keçirilən “Çocuk istismarı ve şiddet görmüş çocuk”, “Aile terapisi”; İDNA Çözüm Odaklı Danışmanlık və Eğitim Merkezinin baş performans məsləhətçsi Yrd.Doç.Dr. Ozanserin rəhbərliyi ilə keçirilən “Uygulamalı spor psikolojisi”; ODTÜ Psikoloji bölümünün klinik psixoloqu Mehmet Şakiroğlunun rəhbərliyi ilə keçirilən “İyi olma hali ve tükenmişlik sendromu” təlimlərini keçmişdir. Akdeniz üniversitesi tıp fakültesi psikiyatri anabilim dalı, uzman klinik psikolog Sibel Dinç Çalışkanın “Cinsellik, Cinsel Anatomi ve Cinsel İşlev Bozuklukları” təlimini başa vurmuşdur. 2016-cı ildə keçirilən Uşaq Sağlamlığı Təlim Konfransının 3-cü toplantısında iştirak etmişdir. Rusiyada Professional Psixoterapevtik Liqanın üzvüdür.2013-2014-cü illərdə Xəzər Universitetində “Psixoloji Konsultasiya” fənnini tədris etmişdir. Rusiyada bir çox psixoloji mərkəzlərdə təlimlər keçib. Uzun illər Psixologiya və Konsultasiya Mərkəzində fərdi konsultasiyalar aparıb və işində yüksək nailiyyətlər əldə edib, hal-hazırda da Harmoniya Psixologiya Mərkəzində çalışaraq, şəxsi, ailə və iş həyatında yaranan çətinlikləri çözməyə kömək edir.
“Düşünmək, ruhun öz-özüylə danışmasıdır”. Daxili söhbətlərdə özünüzü ələ alıb gücləndirə biləcəyiniz kimi, yıxıcı duyğuları qızışdırıb özünüzü məhv də edə bilərsiniz. Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində “Daxili nitqi” artıran səbəblər çoxdur. Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar. Əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır. Atdığımız addımları əlbəttə ki, təhlil etmək doğrunu yalnışdan ayırmamıza kömək olur. Əgər etdiyimiz hərəkətlərə görə biz məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xausa yol açar. Ancaq bəzi insanlar olan hadisələri beyinlərində çox böyüdür, beyinlərini yarana və əldən salana qədər bu hadisəni təhlil edirlər. Nəticədə də “takıntı” dediyimiz yəni bir düşüncədə ilişib qalma və o düşüncədən uzaqlaşmaqda ciddi şəkildə əziyyət çəkmək. Bu hallar bir müddət sonra o insanlarda ciddi xəstəliklərə qədər gedib çıxa bilir. Əgər bizim beynimizdən gün ərzində bu qədər çox fikir keçirsəvə biz hər düşüncəyə bu qədər ilişib qalsaq, onda beynimiz çox tez yorular və təslim olar ki, bu da ağır əsəb-sinir problemlərinə gətirib çıxarar. Əsasən fəaliyyət alanı, hobbiləri, işi və məşğuliyyəti daha az olan insanlarda daxili nitq hədsiz artır. Müqayisə etsək ki, beyni daha çox işlərlə məşğul olan insanın “boş-boş” fikirləri təhlil etməyə zamanı daha az olur. Bu tip insanlar daha səbrli və daha sakit həyat yaşayırlar. Əslində onların da özlərinə görə problemləri var, sadəcə olan hadisələri olduğu kimi qəbul edir, insanları olduğu kimi qəbul edib dəyişməməyə daha çox qəbullanmağa çalışırlar. Və əlbəttə ki o zaman problemi atlatmaq da asan olur. Orqanlarımızın içərisində beyin ən çox işləməyi sevən orqandır. Əgər beynimiz bekar qalırsa, özünə uğraşacaq alanlar axtarır və siz də beynə heç bir məşğuliyyət vermirsinizsə, beyin dəyirman daşı kimi özün üyütməyə çalışır. Nəticə etibarilə ağır nevroz və sarışan nevroz başlayır. Artıq beynə istənilmədən belə daxil olan və qovmaqda çətinlik çəkdiyiniz fikirlərin sayı gün-gündən artır və dözülməz hala gəlir. Ümumiyyətlə, terapevrik məsləhətlərdən biri stress və stressi yaradan səbəblərin azaldılması və fəaliyyət alanının genişləndirilməsidir. Gün ərzində aktivlik artan kimi daxili nitq və neqativ düşüncələrin sayı sürətlə enir. Əslində problemi başladan da bitirən də elə siz özünüz olacaqsınız. Beyninizi lazımsız fikir və yükləmələrdən azad edib, fəaliyyət dairənizi, məşğuliyyət və hobbilərinizi artırsanız, lazımsız və boş fikirlərin yerinə beyində daha canlı və pozitiv fikirlərin sayı artar. Lalə Əhmədova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Həyat yoldaşınızın sizdən soyuduğundan şübhələnirsiniz, lakin inanmaq istəmirsiniz? Elə isə həmsöhbətimiz olun. Bu yazımızda boşanmaq istəyən kişi davranışlarını hərəkətlərindən necə bilmək olar sualına cavab tapmağa çalışacağıq. Bir-birindən ayrı qala bilməyən bir cütlük olan siz, aranızdakı cazibəni zamanla itirdinizsə və həyat yoldaşınız artıq nəinki sizlə birlikdə olmaq, toxunmaq belə istəmirsə, əlaqənizdə təhlükə siqnalları çalınır deməkdir, yoldaşınızın ağlından boşanma düşüncələri keçir deməkdir. Bir zamanlar yaşadığı hər hadisəni, detalları ilə sizə izah edən kişi gedər, yerinə susqun, heç danışmaq istəməyən, soruşduğunuz sualları qısa və "net" cavablar verən bir kişi gəlir. Ayrılmaq istəyən kişinin bir əlaməti də, sizin hər halınızdan məmnun kişinin yerinə, demək olar ki, hər şeydən şikayət edən, görünüşünüzdən yeməklərinizə qədər hər şeyə tənqidlə yanaşan kişi modeli gələr.. Hörmətin, qarşılıqlı güzəştlərin bitib, səsin yüksəldiyi, qarşılıqlı təhqirlərin başladığı yerdə artıq səmimiyyət itir, dava-dalaşlar başlayar. Çünki sizin hər etdiyiniz, hətta varlığınız belə artıq kişini narahat edir. İnternetdə vaxt keçirər, küçədə, kafelərdə vaxt öldürər, idman salonundan çıxmaz, iş yerindən gec gələr, bir sözlə, sizi görməmək üçün hara varsa, orada olmağa çalışar. Fikirli, düşüncəli və unutqandır. Çünki tez-tez beynində ayrılmağın müzakirəsini edib, olub keçənləri götür-qoy edər, planlar qurar..Dərvişin fikri nədirsə, zikri də odur. Ayrılmaq sözünü əsla ağzına almayan kişi, hər problemdə, "istəyirsənsə boşanaq, bu həyat belə getməz, bizim ulduzumuz barışmadı, kaş ki tanımasaydıq bir-birimizi" kimi sözlər işlətməyə başlayar.(anaveusaq.az)
Avropada tanışı olmayan insanlarla ovqatını bölüşmək, salamlaşmaq ənənəsi var. Orda elə bir kompleksiz cəmiyyət var ki, tanımadığın insana salam vеrə, xoş əhvalla “gözəl havadır” dеyib ötə bilirsən. Avropa cəmiyyətinə “qonaq olanda” adamın ilk diqqətini çəkən məhz münasibətlərdəki bu sərbəstlik olur. Bizim cəmiyyətin nümayəndələrinə bir az qəribə gələn hadisədir… Mən Avropada bu ənənənin hardan qaynaqlandığını bilmirəm. Ancaq bir insanın gün çırtlayanda tanımadığı şəxsdən müsbət еnеrji almasından yaxşı nə ola bilər ki! Təəssüf ki, biz yaşadığımız cəmiyyətdəki “tərəfdaşlarımızdan” bu enerjini ala bilmirik. Bunun səbəbi məni həmişə düşündürür. Aldığımız еnеrji işdə, ailədə, qarşılaşdığımız insanlarla münasibətdə özünü büruzə vеrir. Fiziklərə inansaq, еnеrji yox olmur, bir şəkildən başqa şəklə düşür. Dеməli, biz qəbul еtdiyimiz impulsu mütləq ya ətrafımıza ötürürük, ya da iş əmsalına çеviririk. Nəticə еtibarilə bizdəki mənfi еnеrjinin dağıdıcı xüsusiyyəti işimizə, ətrafımıza hakim kəsilir. Nеqativ yük daşıyıcısı olmağımızın bir səbəbi milli komplеksimizdir. Birinin küçədə qarşılaşdığı şəxsin üzünə gülümsəməsini dəlilik əlaməti hesab edirlər. Nə qədər qaşqabaqlı olsaq, bir o qədər tənədən uzaq olacağımızı düşünürük və əslində olmadığımız şəkildə görünürük, özümüzü təcrid еdirik. Özünü təcrid еtmək yalnız özünə inamsızlığın nəticəsidir. Özünə inanan şəxs kimsədən çəkinmir, özünü rahat ifadə еdir, daha səmimi olur. Ətrafdan özünü qoruma instikti isə nəticədə özünəvurğunluq xaraktеrini gücləndirir ki, bu da sözün tam mənasında xəstəlikdir. Özünə vurğunluq, özünü ətrafından bir baş üstün tutmaq cəhdi, еqoizm insanı içindən yеyir. Allah kimsəni kimsədən üstün və ya əskik yaratmayıb, hamının yеri, məqamı Haqq tərəzisində еynidir — yəqin bu tərəzinin çəki еtalonuna şübhəniz olmaz. Özündənrazılığın Tanrı dərgahındakı əcrini mömünlər daha yaxşı bilər, amma maddi aləmdəki əvəzi də var.Еqoistlər – hеç vaxt öz istеdadını, qabiliyyətini qorumaq imkanında dеyillər, heç vaxt sona qədər xeyirxah da ola bilmirlər: onları ya imkanlarından üstün iddiaları, ya da qеyri-səmimilikləri gеc-tеz məhv еtməlidir. Еqoizm daxilə düşən qurddur – xərçəng kimi nə vaxtsa sənin axırına çıxacaq! Bunlar görünən komplеkslərimizdir. Qəribəlik bilirsiz nədədir? Biz özünəvurğunları, еqoistləri daha çox diqqətdə saxlayırıq. Çünki еqoizm maddiyyatın, özünəinam mənəviyyatın təzahürüdür. Biz madiyyatı və еqoizmi daha yüksəkdə tuturuq. «Dəryaca ağlı olub, yoxsul olana gülürük», imkanlının ağzından çıxan sözlərin dürr, inci olacağını düşünürük və еlə hеsab еdirik ki, yеrə tökülən bu «dürr» və «inci»ni ona daha yaxın olmaqla dənləyə, ciblərimizə doldura bilirik. Həzrəti Əli(ə) dеyirdi ki, «baxma kim danışır, bax, gör, nə danışır»! Bizsə baxırıq kim danışır, onun nə danışdığını bizim üçün еlə də əhəmiyyəti yoxdur… Əslində, bu komplеksin arxasında böyük bir faciə dayanır. Biz еqoistə diqqətimiz, marağımızla onu daha çox еqoistləşdiririk, onun «mənəmlik» xəstəliyinin dərinləşməsinə səbəb oluruq. Nəticədə həmin insanın məhvini sürətləndiririk! Yaxşı hal dеyil – bir insanın tədricən ölməsini bu qədər diqqətlə, bu qədər yaxından sеyr еtməzlər! Bir insanın özünəvurğunluqla özünəqəsdinə bu qədər şərait yaratmazlar.Bəlkə, özümüzü özümüzdən qorumağımız yеtər, bir az da özümüz özümüzü qoruyaq???(kayzen.az)
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva vəzifəsindən azad edilib. Bu barədə publika.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, E.Əliyeva yaşı ilə əlaqədar olaraq təqaüdə göndərilib: “Elmira Əliyeva təqaüdə çıxdığına görə vəzifəsindən azad edilib. Onun yerinə Merli Veyisova təyin edilib”. M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.
“Xosbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb sən ona baxıb gülərsən o da sənə” Həyat bir çox hadisələrlə doludur. Mənfi və ya müsbət... Yaşanılanlar zamanla insana hər şeyi öyrədir. Psixoloq.az portalının əməkdaşı həyatının bəlkə də ən çətin sınağını vermiş, amma buna baxmayaraq daha da ucalaraq olanları müsbət istiqamətə çevirmiş “Əsa” teatrının aktyoryu İmran Lalayevlə maraqlı müsahibə aparıb. Həmin söhbəti sizə təqdim edirik: - İlk olaraq profilinizi izlədik. Baş vermiş hadisəni bir də sizdən dinləmək istərdik. Necə baş verdi? - Hadisə 2013- cü il may ayının 24-ü baş verib. Qulağımda qulaqcıqlarla işə gedirdim körpü var idi, körpünün altından qatar yolunu keçirdim və körpünün dirəklərindən qatarı görmədim və eşitmədim. Qatar məni vuranda özümü atdım, iki ayağım qaldı. Xəstəxanaya apardılar. 8-gün komada olmusam. - Bir çox insan başına bir iş gəldiyi zaman dünyadan küsür. Sizdə belə bir hal yaşandımı? - Məndə belə bir hal baş verməyib. Çünki mən buna pozitiv bir düşüncəylə yanaşdım və bu indi də belədir. 21 yaşım vardı və mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm. Özümü buna elə həmin gün hazırladım və qəbullanmağım uzun zaman almadı. - Bu səbəblərə görə, psixoloqa müraciət etmisiniz? - Heç zaman psixoloqa müraciət etməmişəm, amma bununla maraqlı bir hal xəstəxanada başıma gəlmişdi. Bir xəstəxanada protezləri düzəltdirmək üçün yatırdım və eyni zamanda kollecə hazırlaşırdım. Demək olar ki otaqdan çıxmırdım. Həkim məni çağırdı ki psixoloqun yanına get, elə də etdim. Psixoloq məndən soruşdu ki, İmran niyə otaqdan çıxmırsan? Sənin kimi burda yatan xəstələr var, hər gün domino oynayır, oturub söhbət edirlər. Səni sıxan nədir? Həkim elə bildi ki, mən depressiyadayam. Cavab olaraq dedim ki, mən gələcəyimi düşünürəm. Kollecə hazırlaşıram. Bütün günü kitab oxuyub, test edirəm. Sizcə domino oynamaqla mən gələcəyimi qura bilərəm? Gülümsədim dedi ki düz edirsən. Bu da həyatımda ilk və son psixoloq yanına geyməyin oldu. - Başına belə hadisə gələnlərə nə demək istərdiniz? Depressiv hal yaşamamaq üçün nə etməlidirlər? - Mən demək istəyirəm ki, heç kim həyatından sığortalanmayıb. Sabah bu hər kəsin başına gələ bilər. Əsas odur ki, özünü güclü hiss edəsən, isyankar olmayasan. Fərq etmək çətinliyin nə olur olsun. Mübariz olmaq lazımdır. Xoşbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb. Sən ona baxıb gülərsən, o da sənə. - Teatrda iş fəaliyyətiniz nə zaman və hansı şəkildə başladı? - Mən Memarlıq inşaat kollecini bitirmişəm və bir gün dostun mənə belə bir teatr var dedi, qoşul. Öncədən tərəddüd etdim, çünki 4 il kollecdə oxumuşdum və düşünürdüm ki, bu sahədə çalışacaq, amma həyatda bəzən insanın yolları ayrılır və mənə də həyat belə bir şans verdi. Mən bunu dəyərləndirdim. Artıq 1 il olar ki, mən “Əsa” teatrında aktyor olaraq çalışıram və bir neçə tamaşalarda oynamışam: “Adamlar və siçanlar” və “Paris partladı tamaşası”. Mən inanıram ki, hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərqli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Hər çətinliyin sonunda bir uğur var və mən uğur qazanmağa davam edəcəm. - Sizin kimi hadisə yaşayıb sizin kimi olmayıb yəni həyatda uğur qazanmayan insan tanıyırsınızmı? - Xeyr elə bir insan tanımıram bəlkə də var az öncə də dediyim kimi hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Mənim üçün fiziki məhdudiyyət yeni bir başlanğıc, yəni bir həyat deməkdir, çünki mən hadisədən sonra tamamilə yeni bir insana çevrilmişəm və bu yaxşılığa doğru olub. Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil. Mənim üçün xoşbəxtlik ayaqlarımın olmamasi ilə bitmir. Mən bunu hər yerdə deyirəm: "Mən içimdə o xoşbəxtliyi yaradan bir insanam və mən belə düşünürəm ki, həyatda pul, var- dövlət bunlar olsa da insan əgər xoşbəxt ola bilmirsə demək ki, onlar boş şeylərdir. Əgər bir insan öz özlüyündə xoşbəxt ola bilmirsə qarşısındakını və ətrafindakıları heç vaxt xoşbəxt edə bilməz və onlarla normal ünsiyyət qura bilməz, necə deyərlər, yaxşı bir insan axtarmaqdansa yaxşı bir insan ol".. Müəllif: Şəhanə Quliyeva
“Oynaqlarda duzların çökməsi” adlı anlayış tibdə mövcud deyil. Bu anlayışa xalq təbabətində daha çox rast gəlinir. Əslində oynaqlarda çöküntü şəklində görünən sümük artımlarıdır ki, bu da osteoartroz prosesi nəticəsində yaranan osteofitlərdir. Sadəcə osteofit anlayışı sırf tibbi termin olduğuna görə bu daha çox işlək ifadə olan “oynaqda duzlaşma” ilə əvəz edilmişdir. Yeganə sümüklərə duzların (uratların – sidik turşusu duzlarının) çökdüyü xəstəlik podaqradır. 50 qr sofora meyvələrinin və ya çiçəklərinin üzərinə 0.5 l araq əlavə edilib 1 ay müddətinə saxlanılır. Alınmış cövhərdən hər gün 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.20 qr at pıtrağı kökünün üzərinə 1 stəkan qaynar su əlavə edilir. Alınmış dəmləmədən gündə 3 dəfə 1 xörək qaşığı 3-4 həftə müddətinə daxilə qəbul edilir.1 kq qıtığotu sürtgəcdən keçirilib üzərinə 4 l soyuq su əlavə edilir. Qarışıq 5 dəqiqə müddətinə qaynadıldıqdan sonra süzülür, üzərinə 0.5 kq bal əlavə edilib qarışdırılır. Alınmış qarışıqdan gündə 1 stəkan içilir. Müalicə kursu ildə 2 dəfə - yazda və payızda aparılır.1 çay qaşığı kərəviz toxumlarının üzərinə 2 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmlənir. Alınmış dəmləmədən 1 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl gündə 2-3 dəfə daxilə qəbul edilir.Günəbaxan kökü uzununa kəsilib qurudulduqdan sonra xırdalanır və xırdalanmış xammaldan 1 xörək qaşığı götürülüb üzərinə 1 litr qaynar su əlavə edilir, termosda 30 dəqiqə müddətinə dəmlənir. Alınmış dəmləmədən 1 stəkan səhər acqarına (yeməkdən 30 dəqiqə əvvəl), yerdə qalanı isə bütün gün ərzində içilir. Qəbul müddəti ildə bir dəfə aparılır.5 stəkan çiyələyin üzərinə 1 stəkan şəkər tozu əlavə edib qarışdırılır. Qarışıqdan alınmış şirə süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan içilir.Xırdalanmış 1 kq tozağacı qabığı, 1 kq ağcaqovaq və 100 qr palıd qabığı qarışığı qaynadılır. Alınmış məhlul süzülüb gündə 3 dəfə 1/2 stəkan içilir.3-4 ədəd qırmızı milçəkqıran göbələyi xırdalanıb üzərinə 2-3 litr möhkəm qaynadılmış su əlavə edilir. Bir qədər soyuyan kimi ağrıyan oynaqlar buxara verilir. Alınmış dəmləmə ilə oynaqları kompres də eləmək olar.İri kötüklü 1 ədəd kərəviz götürülüb ət maşınından keçirilib şirəsi çıxarılır. Alınmış şirə gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı daxilə qəbul edilir. Bu şirə ilə kompres də etmək olar.Şüşə və ya emallı qabın 3/4-ü qədər qırmızı gəndalaşın giləmeyvələri əlavə edilib üzərinə araq tökülür. 1 həftədən sonra alınmış cövhər ilə axşamlar oynaqlar masaj və ya kompres edilir.Ağ öksə otu un halına salınır, alınmış xammaldan 1 çay qaşığı götürülüb üzərinə 1 stəkan qaynar su əlavə edilir, termosda dəmə qoyulur. Alınmış dəmləmə 2 xörək qaşığı yeməkdən 15-20 dəqiqə əvvəl kiçik qurtumlarla 3-4 ay ərzində içilir.100 qr tər yasəmən yarpaqlarının üzərinə 1 litr araq əlavə edilib qaranlıq yerdə 14 gün müddətinə saxlanılır. Alınmış cövhərdən 50 damcı gündə 3 dəfə qəbul edilir.Qara turp yaxşıca yuyulub qabığı təmizlənmədən 15-30 dəqiqə müddətinə dezinfeksiyaedici kalium-permanqanat məhlulunda saxlanılır. Bundan sonra turp çıxarılıb axar su altında yuyulur. Daha sonra isə turp qabıqlı şəkildə sürtgəcdən keçirilib şirəsi çıxarılır. Alınmış şirə sərin yerdə saxlanılır. Gündə 3 dəfə hər dəfə 30 qr olmaqla (bu dozadan artıq olmaz!) daxilə qəbul edilir. Bu müddətdə 10 kq turpdan alınmış şirədən istifadə edilir. Şirəni qəbul edərkən rasiondan yağlı qidaları, əti, yumurtanı çıxarmaq lazımdır.300 qr qaynar suyun üzərinə 200 qr dəfnə yarpağı əlavə edilib 30 dəqiqə müddətinə qaynadılır. Alınmış dəmləmə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan daxilə qəbul edilir. Fitoterapevt Elnur Rəhimov
Böyük uğur böyük zaman tələb edir.Bununla yanaşı, istənilən vəziyyətdə və istənilən insan üçün keçərli olan bir üsul mövcuddur. İnsanların əksəriyyəti bu üsulu yaxşı bilsələr də ondan istifadə etmirlər. Nəyə görə? Axı dünyaların ayaqlarınızın altına səriləcəyinizi gözləmək daha asandır! Lakin aydındır ki, dünya istəklərimizə cavab verməyə tələsmir. Buna görə də, sizi tez bir zamanda uğura gətirib çıxaracaq üsuldan istifadə edin. Bu üsul “yarım saat nəzəriyyəsi” adlanır. Bu metodun özünəməxsus və üstün cəhəti ondan ibarətdir ki, bu üsul hər kəs üçün əlçatandır və istənilən qrafikə uyğunlaşdırmaq mümkündür. Ümumi ideya isə belədir ki, hər gün yarım saat ərzində kiçik fəaliyyət ilə məşğul olur, daha sonradan isə onu təkmilləşdirmək istiqamətində çətinləşdirirsiniz. Hər şey çox sadədir, elə deyilmi? Lakin nə qədər çox insanın bu üsulun bayağı olduğunu düşündüyündə təəccüblənəksiniz.Bu o deməkdir ki, hər gün oxumaq üçün yarım saat ayırmalı olacaqsınız. Boş şeydir?! Lakin bu şəkildə bir il ərzində 24 kitab oxumuş olacaqsınız ki, buda əksər insanların 10 il ərzində oxuduqları kitab sayından çoxdur!Gün ərzində bu 30 dəqiqəni hər hansı bir xarici dilin öyrənilməsinə və yaxud faydalı bir vərdişin mənimsənilməsinə sərf edə bilərsiniz.Bəs uğura nail olmaq üçün bu nəzəriyyədən necə istifadə edə bilərsiniz?Sizi maraqlandıran məsələ ilə bağlı yeni biliklər əldə edə, ixtisasınız ilə əlaqəli yeni bacarıqlar qazana bilərsiniz. Cəmi yarım ildən sonra seçdiyiniz istiqamət üzrə çoxlu sayda yeni biliklər qazanmış, 1 ildən sonra mütəxəssis ola biləcəksiniz.Gündəlik 30 dəqiqənizi seçdiyiniz fəaliyyətə ayırmaqla 1 il sonra nə qədər çox yol qət etdiyinizdən özünüz heyrətə gələcəksiniz.Səbrli olun. Ani nəticələr gözləməyin. Bunun üçün zaman lazımdır və məqsədiniz nə qədər böyükdürsə, bir o qədər də çox addım tələb olunacaq.
Ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Sentyabrın 11-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.(Publika.az)
Qadınlar oturan vəziyyətdə və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışa bilirlər. Bunu belçikalı alimlər müəyyənləşdiriblər.Psixoloq.az xəbər verir ki, professor Bruno Verçuerin rəhbərliyilə aparılan tədqiqat nəticəsində məlum olub ki, qadınlar ayaq üstə və oturaq vəziyyətdə rahatlıqla yalan danışa bilir. Ancaq uzanan vəziyyətdə yalan danışa bilmirlər. Əgər qadın uzanıbsa, bu halda yalan danışmaqda çətinlik hiss edir. 123 qadının arasında aparılan tədqiqat zamanı onların məhz oturarkən və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışdığı sübut olunub. Alimlər bunun səbəbini müəyyənləşdirə bilmədiyi üçün araşdırmanın davam etdirilməsini qərara alıblar.Araşdırmada o da məlum olub ki, qadınlar munasibətlərində ən çox muraciət etdikləri yalanları adətən özlərini qorumaq üçün istifadə edirlər. Sanki kişilərin etdiyi heç bir hərəkətə onların ürəyi sıxılmır və ya incimirlər. Bu yalan qarşıdakı insanın səhvinə çox da əhəmiyyət verilmədiyini göstərmək üçün işlədilə bilər. Məsələn, sevgilisi ad gününü yaddan çıxanda onlar adətən bunun mühüm olmadığını deyirlər. Amma kişilər bunun ağ yalan olduğunu hiss edə bilirlər. Çünki hər bir qadın özəl günlərində xatırlanmağı və həmin günün unudulmaz keçməsini istəyirlər.publika.az
Bir-birinizi nə qədər sevsəniz sevin, həm ev həm də ofisdəki işləri birlikdə həyata keçirmək hər zaman asan olmaya bilər. Yuxu kimi bir iş günü keçirdikdən sonra evə getdiyinizdə yaşadığınız çətinlikləri ofisdə bıraxın. Evlilik də ciddi bir ortaqlıq tələb edir.İşlərinizi yatağa daşımayın...Günün sonunda ən rahatladığınız an şübhəsiz ki, başınızı yastığa qoyduğunuz anlardır. İstər istəməz yatmadan əvvəl sabahısı gün etməniz lazım olan işləri fikirləşər, layihələrin son təslim tarixləri ilə narahatlıqlar yaşaya bilərsiniz. Yanınızda yatan adamın iş ortağınız xaricində yoldaşınız olduğunu və onun da onsuz da davamlı buna baş yorduğunu unutmayın. İş danışmaq yerinə, sohbet edin, əyləncəli mövzulardan bəhs, bir-birinizlə əylənin.Professional davranın...Ofisdə davamlı olaraq sizə suallar soruşan və ya işlə əlaqədar problemlər çıxaran iş yoldaşlarınız ola bilər. Daha da pisi onlardan birinin əriniz olmasıdır. Yoldaşlarınıza nəzakət göstərmək məcburiyyətində ola bilərsiniz amma söz mövzusu yoldaşınız olduğunda bütün nəzakət qaydaları uçar gedər. Evdə əhvalı böyüdən siz olun...Ofisdə pis bir gün keçirdiyinizdə evə gedib sifət asmaq və gərginlik yaratmanın kimsəyə bir faydası olmaz. Bu nöqtədə iş sizə düşür.İpləri əlinizə almalısınız. Unutmayın sizin gün içində yaşadığınız çətinlikləri o da yaşadı. Evə gəldiyinizdə pis davransanız bu, yoldaşınızı işlə əlaqədar narahatlıqlarını də artıracaq. Bu səbəblə müsbət davranışınızdan güzəşt verməyin. Bir-birinizin meneceri olun...Dostların bir yeməyə çıxdığınızda yoldaşınızın iş həyatında nə qədər müvəffəqiyyətli olduğundan və doğru qərarlar verərək şirkətinizi böyüməyə apardığında danışa bilərsiniz. Bir-birinizlə daim qürur duyun! Yoldaşınızın qürurunu oxşamanız sizin daha yaxşı bir sıra olmanızı təmin edəcək. Alacağınız qərarlarda əvvəl ona müraciət, iş təcrübəsinə güvənin.Böyük düşünün!Həyatın hər anında bir-birinizin yoldaşı olduğunuza görə xəyallarınız də eyni istiqamətdə olacaq. Risk etməkdən və böyük xəyallar qurmaqdan qorxmayın. Beləcə həm müvəffəqiyyətli bir ana-ata həm də iş ortağı ola bilərsiniz. Gücünüzü birləşdirin.