Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və naraht uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər. Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi, sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır. Təşviş pozuntusu olan uşaqlarda yuxu və diqqət pozuntusu, baş ağrıları, qarın ağrısı kimi müxtəlif fiziki şikayətlər də tez-tez görünür. Təşviş pozuntusu olan uşaqlar həmçinin ailədaxili və ictimai əlaqələrdə, gündəlik həyatda əhəmiyyətli çətinliklər yaşayırlar. Təşviş pozuntuları olan uşaqların demək olar ki, hamısının valideynlərində və ya yaxın qohumlarında bənzər təşviş pozuntuları və şəxsiyyıt xüsusiyyətləri vardır. Valideynlərin təşviş pozuntuları uşaqlara müxtəlif cəhətdən təsir edir. Genetik cəhətdən narahat şəxsiyyət xüsusiyyətləri uşaqlara gen vasitəsilə ötürülməklə, bu cür psixiatrik problemlərə bioloji cəhətdən uyğun olaraq dünyaya gəlməsinə şərait yaradır. Digər tərəfdən narahat valideyn tərəfindən yetişdirilmək uşaqlarda təşviş pozuntularının ortaya çıxmasını asanlaşdırır. Məsələn, uşağının özündən ayrı uzaqlaşmasına və ya ayrı qalmasına icazə verməyən, bu cür vəziyyətlərdə davamlı olaraq həddindən artıq bir qayğı göstərən ananın uşağına verdiyi mesaj, ətraf mühitin etibarsız və təhlükəli olmasıdır. Belə bir uşaqda kökündə ayrılıq qorxusu dayanan təşviş pozuntularının inkişaf riski daha yüksəkdir.(psixotest.az)
Bu sözlər dildə adət halını aldığı üçün bəzən o mənada demək istəmirsiniz, ancaq qarşınızdakı o mənada anlayır. Sevdiyiniz insanları bu sözlər ilə yaralayırsınız və aradakı hörmətə xələl gətirirsiniz. Psixoloq.az bildirir ki, çalışın bu sözlərdən istifadə etməyin ki, evliliyinizə xələl gəlməsin. Boşanmağa gətirib çıxardan 27 söz: 1) Sən həmişə beləsən, hər yerə gecikirsən. 2) Sən nə qədər çox danışırsan? Artıq sənə qulaq asmaq istəmirəm! 3) Sən necə insansan? 4) Ailən gəlməsin! 5) Sən yenə kökəlmisən? Bu qarına bax! 6) Sən daha qocalmısan. 7) Bu nə cür geyimdir? Sənə heç yaraşmır. 8) Bu uşaqdan heçnə olmaz, özünə oxşatmısan. 9) Sən nə qədər yalan danışırsan, eyni yalanları danışmaqdan bezmədin? Daha bəsdir. 10) Ayağının altını görmürsən, yenə nəyi qırdın? 11) Eyni şeyləri nə qədər təkrarlayırsan? Bunu dünən demişdin! 12) Çox tənbəlsən. 13) Gecə gəlmədiyinə görə kimin yanında idin? 14) Sən etibarsız insansan. 15) Yemək bişirməyi hələ də öyrənməmisən, anamın yeməkləri kimisi yoxdur. 16) Məni kimlər istədi, mən səninlə evlənərək ən böyük səhvi etdim. 17) Sus bir dəqiqə, mən danışım. 18) Nə vaxt baxsam, nəsə alırsan, sən pul xərcləməyin yolunu belə bilmirsən! 19) Sən necə pinti insansan, nə vaxt baxsam, hər yer dağınıqdır. 20) Sən sevgidən nə anlayırsan ki?! 21) İnsanda biraz düşüncə yaxşı şeydir. 22) Səninlə keçən illərimə heyif! 23) Çox kobudsan, səndən incəllik gözləmək ən böyük səhvdir. İncəlik hara sən hara! 24) Yenə nəyə gülürsən? Gülünəcək nə var ki, burda? 25) Səninlə evlənərək ən böyük səhvi etmişəm. 26) Nə var, yenə nəyə zəng eləmisən, yenə nə istəyəcəksən? 27) Mən olmasam, sən heç kimsən. (unikal.org)
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir. Bu təyinata əsaslanaraq ailə psixoterapiyası haqqında 3 aspekti təyin etmək olar: 1.Ailə mühitinin optimallaşdırılması 2.Qrup terapiyasının tətbiqi ilə psixi və davranış pozuntusundan əziyət çəkən pasiyentə psixoloji təsir. 3.Psixi sağlam şəxslərin ailə münasibətlərinin normallaşdırılması Üçüncü aspekt tibbi problem çərçivəsindən kənara çıxır və ailə konsultasiyası kimi dəyərləndirilir. Ailə psixoterapiyasının mərhələləri: Psixodiaqnostika ("ailə diaqnozu"nun qurulması)Ailə uyğunsuzluğunun psixoterapevtik mexanizmlərinin qavranılmasıŞəxslərarası münasibətlərin yenidən qurulmasıAilənin fəaliyyətində yenidən formalaşdırılmış ailədaxili münasibətlərin reallaşdırılması.(pcc.az)
Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq. Abşeronun şinal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sentyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. ETSN xəbərdarlıq edir ki, sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.(ölkə.az)
Qoç – Bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə tənzimlənməsindən asılıdır.Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı gündür.Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə qalın. Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun, güzəştə getməyitn.Fiziki işlə məşğul olmaq məsləhətdir.Elektrik avadanlığı ilə ehtiyatlı davranın. Buğa – informasiya ilə iş, kollektiv müzakirələr, problemin araşdırılması, çətin durumlardan çıxış yolunun aranması üçün əlverişli vaxtdır. Yaxın ətrafınızdakı insanların süst davarnışı, sizin üçün mühüm məsələyə marağın azalması qıcıq yarada bilər. Artıq anlayın: başqalarının yardımlarına bel bağlamayın, qarşınızda duran problemi özünüz həll edin.Artan gərginlik və ya hər hansı məsələyə diqqətin artması səbr kasanızın dolmaq həddində olduğunu göstərirsə, sabah nə edəcəyinizi düşünün. Əksər hallarda səhvin səbəbkarı hisslərdir. Əkizlər – ehtiyatsızlıq, tələskənlik və ya sadəlövhlüyün qurbanı olmayın. Sizi indi narahat edən məqamın daha dərin, alt qatlardakı mənası ola bilər. Başqa bir şəxsin sizi inandırmağa çalışdığı məqam, ya da elə o şəxsin özü göründüyü kimi deyil.Ətrafınızdakı insanların və əşyaların bəzilərinin ikili məzmunu, batini və xislətini anlamaq üçün əlverişli vaxtdır. Təbii, hər şey sizə qarşı və ya sizin üçün edilmir. Amma maraqlarınıza ciddi şəkildə toxunan hadisələri əsla buraxmayın. Sualları birbaşa verməyin, dolayı yollarla məqsədinizə çatın. Daha çox qulaq asmağa, müşahidəyə üstünlük verin. Xərçəng – energetik baxımdan zəngin, amma çox qeyri-stabil bir gürdür. Gözlənilməz, mənasız səbəblərdən çəkişmə, toqquşma və münaqişə ola bilər. Dəstək almaq istəyirsiniz, amma inandığınız və bel bağladığınız insan sizi aldadır, ümidlərinizi alt-üst edir. Səfər, aviauçuş, kütləvi yerlərə qatılmaq məsləhət deyil. Nəqliyyatla bağlı qəza vəziyyəti, texnika və ya avadanlığın sıradan çıxması mümkündür. Sayıq olun. Günün ümumi təmayülü neqativdir. Potensial təhlükəli yerlərdən uzaq olmağa çalışın. Bu da mümkün olmayanda qorxaq və ləyaqətsiz insanların sizə nəyisə diqtə etməyinə imkan verməyin. Özlərinə büt yaradıb o bütə sitayiş edənlərin heç olmasa birini normal məcraya qaytarmaq üçün səy göstərin. Axşam saatları emosional olacaq. Şəxsi münasibətlərinizi gərəksiz aşkarlıq və təzyiqlərdən qoruyun. Şir – kollektivdə mühit gərginləşə bilər. Münasibətlərin aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də qadınlarla dartışmayın. Fiziki işlə məşğul olmaq, əşya daşımaq, məşq etmək, piyada gəzmək çox xeyirdir. Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq məhsullarının kefiyyətini yoxlayın.İstirahətin sakit variantını seçin. Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam korlayacaq. Qız – gün ərzində elə bir hadisə baş verəcək ki, hisslərinizə ciddi təsir edəcək. İmpulsiv addımlar atmayın, sərt bəyanatlar verməyin. Yaxınlarınız, xüsusilə də uşaqlar xüsusi diqqət tələb edəcək. Ünsiyyət çətinləşsə də, gərginliyi zəiflətməyə can atın, emosiyalarınızı sakitləşdirin, enerjinizin təhlükəsiz və sakit çıxışına nail olun.Sizinlə manipulyasiya etməyə, aşağı səviyyədə dəyərləndirməyə və ya təzyiq göstərməyə çalışacaqlar. Buna mane olmasanız, müqavimətiniz münaqişəyə səbəb ola bilər. Sakitliyi qoruyun, təxribatlara cavab verməyin.Səhhətinizə laqeyid qalmayın. Adi, rutin gün yaşayın və vərdişlərinizə xilaf çıxmayın. Tərəzi – həmkarlar və tərəfdaşlarla dil tapmaq heç asan olmayacaq. Niyə məhz belə etməyin gərəkdiyi barədə 100 arqument belə gətirsəniz, auditoriyanız sizi dinləməyəcək. Stabil olmayan, münaqişəli bir gündür. İdeallar və ümidləriniz həyatın acı gerçəyi ilə qarşılaşacaq. Qəhrəmanlıqlar, absurd cəsarət yox, konkret həllə ehtiyac var. Güclü maraq duyduğunuz işlə məşğul olun, tapmaq istədiyinizi axtarın. İzafi enerjiniz üçün çıxış kanalı gərəkdir.Fiziki iş, yorulacağınız məşğuliyyətə ehtiyacınız var. Ekstremal yorğunluğa can atmayın. Axşam saatlarında maraqlı filmə baxın, kitab oxuyun. Yaxınlarınızla mübahisə etməyin. Əqrəb – emosiyaların tarıma çəkilməsi, hiss və həyəcanın ən yüksək səviyyədə olması sizi sınağa çəkəcək. Qüvvə və təşəbbüs tələb edən iş tapsanız, yaxşı olar. Mövqeyinizi müdafiə edin, qətiyyətinizi göstərin. Lakin hər şey sizdən asılı deyil və əsla gözləmədiyiniz hadisə yaşana bilər.Özünüzü dəyərləndirməklə bağlı situasiya gərginləşə bilər. Xarici görkəmdən narazılıq yaranarsa, mütləq nəyisə dəyişin. Alış-veriş, başqaları ilə birgə çalışmaq istənilən nəticə verməyəcək.Hansısa məsələ və ya hadisəyə münasibətiniz gün ərzində bir neçə dəfə dəyişə bilər. Ünsiyyətin önəmi artsa da, təmaslardan razı qalmayacaqsınız. Fəal olun, amma emosiyalarınıza nəzarət edin. Oxatan – səhər saatlarından etibarən yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın. Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir.Qətiyyət və əminliyin çətinliyin yaratdığı problemlər ünsiyyət, məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə çözülməlidir. Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə çalışın. Gərginliyin artdığı,səbr kasasının daşmağa hazır olduğu vəziyyətdə soyuqqanlı davranın. Oğlaq – yeni dayaq nöqtəsi, münasibətlər forması, status axtarışındasınızsa, diqqətli olun. Xüsusi məzmun və önəm kəsb edən məqam təsiri bağılşayan nəsnə əslində belə olmaya bilər. Hətta həmin nəsnə tələ, məkrli plan da olar. Bu gün əlahiddə dönəmdir və münasibətləriniz gözlənilməz istiqamətdə inkişaf edə bilər. Hissləriniz və emosiyalarınız sizi tələyə salmasın. Önəmli layihənin inkişafı üçün mühüm addım atmaq şansını qaçırmayın. Alış-veriş, dövlət qurumlarına baş çəkmək və sənədləşdirmə üçün əlverişsiz gündür.Axşam saatlarında gərginlikdən qurtulmaq üçün dincəlin. Dolça – gərgin, nevroz, aqressiv, yovuşmazlıq hisslərinin aktivləşəcəyi gündür. Qəza, travma, sınıq, yanğın ehtimalı artır. Dözülməzlik fonunda münaqişə və mübahisələr yaranacaq. Önəmli, vacib işlə məşğul olmayın. Günü fiziki işə, mövcud problemlərin həllinə, informasiya axtarışına həsr edin. Maraqlı məlumat, təklif və birgə əməkdaşlıqla bağlı ideyalar ola bilər. Onlara nəzər salın, təhlil edin. Amma heç bir razılaşma, yekun anlaşma olmasın. Balıqlar – mühüm situasiyalara nəzarət etməyə imkan verən hərəkətlər edin, işlər görün. Bu, cari iş yox, tərəfdaşlara əlaqələrin bərpası, danışıqlar, telefon zəngləri və ya perspektivlərinizə müəyyənlik gətirəcək məktublar ola bilər. Təşəbbüslərlə tələsməyin. Amma baş verən və maraqlarınıza təsir edən dəyişikliklərə vaxtında reaksiya verin. Əldə edilən pulları ağıl və məntiqlə xərcləyin.Şəxsi münasibətlərdə geriləmə var. Hələlik heç nəyi tələsdirməyin. Hadisələrin axarından tam uzaqlaşmayın. Milli.Az
İdman psixologiyası idman və məşq əsnasında performansa təsir edən zehni faktorları araşdırır və fərdi yaxud da komanda performansını artırmaq üçün əsas vasitə olaraq dəyərləndirilir. İdman psixologiyasında ən çox istifadə edilən texnikalardan biri təmizlənmədir. Bu texnika vasitəsilə yarışlar zamanı oyunçular zehinlərini təmizləyib müsabiqə şərtlərindən yüksək nəticə göstərməyi və əzələ-koordinasiya sisteminin təsir mexanizmi üçün həmin faktorları azaldıb oyuna konsentrə olmağı öyrənirlər.
Obsessiv - kompulsiv pozuntu (OKP) daha çox vəsvəsə adı ilə tanınan narahatlığın məntiqsiz olduğu bildindiyi halda istənilmədən təkrar-təkrar ağıla gələn və zehindən uzaqlaşdırıla bilməyən düşüncələr (obsessiyalar) və bu düşüncələri zehindən uzaqlaşdırmaq ya da düşüncələrin verdiyi sıxıntını azaltmaq üçün təkrarlamaq məcburiyyətində hiss edilən hərəkətlərdir(kompulsivlər) . Demək olar ki, bir çox insanda hərdən məntiqsiz olan və onu narahat edən düşüncələr yaranır. Bununla belə obsessiv-kompulsiv pozuntuya səbəb olan həmin şəxsin bu düşüncələrlə əlaqəli rəyidir. OKP-də fərd bunu zehində lazım olan bir düşüncə olaraq görür, bu düşüncənin ortaya çıxmasından özünü məsuliyyətli hiss edir və bu düşüncənin ortaya çıxmasının özü ilə əlaqəli bir mənası olduğunu düşünür. Məsələn namaz qılarkən ağlından bir söyüş keçdikdə “Bunu ağlımdan keçirtdiyimə görə mən imansız biriyəm” deyə düşünür. Burada düşüncə və hərəkət bir-birinə qarışır və aradakı sərhəd yox olur.Bu andan sonra şəxs bu düşüncələrinə qarşı bir tədbir görməyə çalışır. Beləliklə qaçış davranışları(düşünməməyə çalışmaq) ya da təkraredici davranışlar(tövbə etmək) başlayır. Bu vəziyyət isə tam tərsinə həm obsessiyaların çoxalmasına səbəb olur,həm də obsessiyalara dair görülən tədbirlərin sıxlığı və sayı artır. Məsələn çirklənmək və xəstəliyə tutulmağa qarşı obsessiyası olan bir şəxs ilkin vaxtlarda sifon və unitaza toxunduqdan sonra əllərini 2 dəfə yuyarkən, bu say hamamda keçirtdiyi müddətdə get-gedə artır.Bir müddət sonra krana toxunduqdan sonra ən az 3 dəfə əlini yumağa və qapıları yaş dəsmal vasitəsi ilə açmağa başlayar. Obsessiv -kompulsiv pozuntunun psixiatrik dərman müalicəsindən əlavə ən təsirli şəkildə müalicə olunduğu üsul KDT,yəni Konqnitiv Davranışcı Terapiyadır. Bunun səbəbi KDT-nin şəxsə funksional olmayan düşüncə,hiss və davranışları barəsində müəyyən bir fərqindəlik qazandırmaq və təkrarlanan, qaçmağa əsaslanan davranışları istiqamətlənmək əvəzinə obsessiv düşüncənin yaratdığı sıxıntıya dözməyə “öyrəşdirməkdir”dir. Konqnitiv Davranışcı Terapiya da ilk addım psixoloji savaddır, yəni xəstəliyin konqnitiv modelinin problemini pasiyentə öyrətməkdir. “Bu düşüncə sizi narahat edir, çünki onun təhlükəli və zehninizə yer almamalı olan bir düşüncə olduğunu düşünürsüz. Amma əslində isə bu bir obsessiyadır və hər hansı bir mənası yoxdur.”Danışan şəxsin bu düşüncələrlə əlaqəli inancları, fərziyyələri ələ alınaraq fərqli ehtimallar danışılır. Bu düşüncələrin hər insanda müşahidə edildiyi, onları düşünməməyə çalışmaqla əksinə beyinə sıx gəlməsinə səbəb olduğu izah edilir. Düşüncə və davranışların fərqli şeylər olduğunun üstündə dayanılır. Hər hansı bir adama nəsə deyib, sonra “bunu düşünməməyə çalış” desəniz həmin insan bu düşüncəni zehnindən uzaqlaşdırmağa çalışacaq, nəticədə o düşüncənin gəlməsi ehtimalı artacaqdır. Obsessiyaları təcrübə edən şəxs də o düşüncələri zehnindən uzaqlaşdırmağa çalışır,bununla belə düşüncələr təkrar-təkrar ağlına gəlməyə davam edir. KDT-də obsessiv-kompulsiv pozuntusu olan şəxsə düşüncələri sərbəst buraxmasını,gəlməsinin qarşısını almaq üçün heç nə etməməsini deyirik. İlk əvvəl sıxıntının olmasına baxmayaraq ,müəyyən müddət ərzində bu sıxıntıya “öyrəşəcək” və “öyrəşdikcə də sıxıntı azalacaq”dır. Yoxsa qaçma davranışları etdiyi müddətdə sıxıntısı davam edəcək. Daha sonra həmin şəxsdən seanslarda, həm də seans aralıqlarında obsessiyaları və kompulsiyaları müşahidə edərək siyahıya qeyd etməsi istənilir. Bu siyahıdan hər bir hərəkətlə obsessiya və kompulsiyanın yaratdığı sıxıntı müəyyənləşdirilir.Eyni zamanda bu təkrarlayıcı düşüncələrin üstündə işləyərək onların reallıqda ortaya çıxma ehtimalları və alternativ ehtimalları ələ alınır. Danışan şəxs obsessiyalar və kompulsiyalarla əlaqəli funksional dəyərləndirmələr etməyə başladıqda öyrəşdirilmə və reaksiya verməyin qarşısını almağı əks etdirən davranışcı tapşırıqlar planlanır və tətbiq edilir. Öyrəşdirmə pasiyentin qorxuduğu vəziyyət və ya obyektlərə sistematik,nəzarətli şəkildə real həyati situasiyalarda və ya xəyalən məruz qalmasıdır.Reaksiyanın qarşısının alınması isə düşüncəyə məruz qalan zamanı qaçmaq davranışları və ya kompulsiv hərəkətlər edilməsinin qarşısının alınmasıdır. Məsələn evdən çıxmazdan əvvəl elektrik cərəyanını 15 dəfə yoxlayan bir şəxsə ilk əvvəl 15 dəfə əvəzinə 10 dəfə və get-gedə daha az yoxlaması deyilir. Planlanan şəkildə elektrik cərəyanını 10 dəfə yoxlayıb evdən çıxmağı tədricən 5 dəfə yoxlayıb çıxmağı sonra 2 dəfə yoxlayıb çıxmağı və 1 dəfə yoxlayıb çıxmaqla azaltmağına dair addımlar atılır.Burdakı məqsəd şəxsin vərdişinin qarşısı alanda aktivləşən obsessiyalarının yaratdığı sıxıntıya dözməsini təmin etməkdir.Hər atılan addımda sıxıntı səviyyəsi azaldıqca, növbəti addıma keçilir. Müalicə müddətində ilk olaraq daha yüngül fərizyyə və inanclar(məsələn: Bu düşüncələr ağlıma gəldiyi üçün mən çox pis biriyəm), sonra isə daha dərinlərdəki xətalı inanclar(məsələn: Təmiz olmasam bəyənilməyəcəm, mükəmməl olmasam müvəffəqiyyətli ola bilməyəcəm.) və üst konqnitiv (metakonqnitiv) inanclar (məsələn: Vərdiş etdiyim davranışları etməsəm hər şey pisləşəcək, ağlımda duaları təkrarlamasam imanımı və ağlımı itirəcəm) uyğun hala salınmaq üçün psixoterapevtin pasiyentlə birlikdə fəaliyyət göstərməsi lazımdır. Obsessiv -kompulsiv pozuntu təkrarlanan və fərqli obsessiv və kompulsiv əlamətlərlə yenidən ortaya çıxan psixiatrik narahatlıqdır. Bu əlamətlər şəxsin hissi dəyişkənliyi və stresi ilə yenidən aktivləşə bilər. Bu səbəbdən sağalma müddəti və qazanılanların qorunması üçün narahatlığın yenilənməsinin qarşısını alan metodların müalicəyə əlavə edilməsi lazımdır. Bu müddətin psixoterapevt və pasiyentin birlikdə müəyyənləşdirə biləcəkləri fasilələrlə davam edən, terapiya seanslarında planlaşdırılması və seanslar arasında da metodların tətbiq edilməsi vacibdir. Tərcümə etdi: Nərmin Şahmarzadə
İlk təəssürat hər vaxt əhəmiyyətlidir. İş görüşmələrində də... Bəlkə də qapıdan girdiyimiz ilk anda, o bir neçə saniyədə insan qaynaqları mütəxəssisləri bizimlə əlaqədar qərarlarını verir. Jestlər, mimikalar, bədən hərəkəti, əli necə sıxdığınız ilk təəssüratların meydana gəlməsinə köməkçi olur.Bir adamı ilk gördüyünüzdə əldə etdiyiniz anlıq təəssüratın, o adamı qiymətləndirməmizdə daha sonrakı mühakimə təməlini meydana gətirməsinə də «halo təsiri» deyilir. Yəni qarşınızda bu təsirin altında qalan birisi varsa ən başda təsir etdiniz, etdiniz. Yoxsa işiniz çətindir. Bir insanın sahib olduğu müsbət ya da mənfi xüsusiyyətlərinin, onunla əlaqədar ümumi bir mühakimənin meydana gəlməsinə və digər xüsusiyyətlərinin də bu çərçivədə qiymətləndirilməsinə halo təsiri deyilir.Jest, mimika, bədən hərəkəti və ya bədənə əks olunan psixoloji vəziyyətlər insanlarda ilk təəssüratların meydana gəlməsinə köməkçi olur. Başqa sözlə, halo təsiri ilk təəssüratların digərini qəbul etmədə əhəmiyyətli bir istinad nöqtəsi meydana gətirməsi mənasını verir. Əgər birisini ilk dəfə çox məlumatlı bir insan hesab etmiş isək, bu ön mühakiməmiz o adamın digər bütün əlaqələrində də qiymətləndirmədə ölçü olur. Yeni məlumatlar əldə etmədikcə, o insanı həmişə məlumatlı olaraq görməyin davamlı olması ehtimalı yüksək olur.
Təcavüz, könülsüz bir qurbanı məcburən cinsi münasibətə qatmaqdır. Əksər zaman bu hal cinsi münasibətlə nəticələnsə də, toxunma, ağrı vermək şəkilləri də ola bilər. Burada qarşı tərəfi dəyərsizləşdirmə var. Bu isə qurbanda unudulmayan, mənfi izlər qoya bilər. Qurbanlar isə “Nə üçün mən” sualına cavab axtararlar. Belə insanlarda utanma, əsəbilik, zehni qarışıqlıq duyğuları hakim olar. Bu isə depressiya, stress pozuntusu kimi psixoloji problemlər yarada bilər. Uyğun terapiya və dərmanlarla bu hissləri azaltmaq olar. Aparılan araşdırmalara görə, təcavüzçülərin 99 faizi kişilərdir. Qurbanların 10 faizində təcavüz edən onun yaxın qohumu olur. Belə xəstələr təcili nəzarətə alınmalı və müalicələrə başlanılmalıdır. İlk olaraq antidepresant dərmanları verilməlidir. Tərcümə etdi: Quliyeva Şəhanə
Ailənin möhkəmliyini sarsıdan digər şərtlərdən biri də cinsi tələbatların ödənilməməsidir . Şəxsiyyətin əsas sahələrinə arzu və istəklərinə, hisslərinə toxunulduğu hallarda ciddi konflikltlər geniş vusət alır. Ödənilməyən cinsi istək və arzuların olması konfliktli situasiyanın stabilliyini pozur və konfliktin baş verməsi imkanlarını artırır. Ümumiyyətlə ailədə cütlüklər arasında yaranan ciddi problematik situasiyaların maraqlı analizi onu göstərir ki, hər iki tərəf fərqli düşüncə tərzinə malik olduğundan fərqli davranış tərzləri də onları həyatiboyu muşayət edir. Bir -birlərindən fərqli münasibətlər gözləyən cütlüklər daxilində nələri isə umar amma onunla üzləşmədikcə peşmanlıq çəkərlər. Güclü cinsin nümayəndəsi intim sferada təmin olunmamasından şıkayətlənməsə də bunu şüuraltı mesajlarla ötürər, ailədə kiçik–kiçik konfliktlər yaradar. Hər nə səbəb olsa da belə onu təmin olunması əsas şərt olmalıdır deyə təkid edər, alınmasa da acığından min cür bəhanələrlə dava dalaş yaradar. Sadəcə bunun səbəbini dərk etməyən qarşı tərəf də bu incəliyi xırdalaya bilməyərək problemin səbəbini başqa yerdə axtarar. Bəzən də bir qisim qadınların cinsi tələbatları ödənilmədikcə şübhə və neqativ düşüncələrin həyacan təbili çalınmağa başlayar. “Görəsən niyə soyuyub məndən ?”, "deyəsən həyatında kimsə var", ”bəlkə zəifliyi var deyə bilmir” və ya “ailəsi ilə birgə dar evdə yaşam tərzi”, “uşaqdan sonra çox dəyişib”və.s kimi duşuncələr . Qadınlar əslində xəfiyyə obrazı kimi tanınırlar. Məhz buna görə də kişilərin heç onun özünə də məlum olmayan tərəflərini qadınlar duymalı və bəzi fəndləri də tətbiq etməyi öyrənməlidirlər. Kişilər qadınların, qadınlar da kişilərin imtiyazını qazanmağı bacarmalıdırlar. Təbii ki, frigid qadınlar istisna olmaqla bir çox qadınların daxilində gizli cərəyan edən yalnız cox vaxt dilə gətirilməyən və ailədə böyük ekstrimal şərait yaradan intim tələbatların ödənilməməsi problemi nevrotik pozuntulara səbəb olduğu halı kişilərə də birmənalı aiddir..Həqiqətən də toxunduğumuz movzuda konfliktlərin episentrini cinsi əlaqənın, intim münasibətlərin layiqli həyata keçməməsi təşkil edirsə bu halda qeyd etmək istərdim ki,kişilər bu situasiyalarda olduqca həssas olmalıdırlar. Qadınlarının istək və tələbatlarını(qarşılıqlı istək çərçivəsində, küsülü anı silmək üçün ilk addımlar ataraq və ya kritik günlər olmadığı zamanlarda ,zor tətbiq deyil də həzin sevgi yağışı ilə öpüşlərə xoş sözlərə qərq etməklə və.s) ödəməlidirlər. Qadınlar da (bir qismi ehtiyac olarsa bu mövzularda psixoloq və ya mütəxəssislərdən lazımı məsləhətləri alaraq), əsl sevimli qadın obrazında olmağı ,incə fəndlərdən istifadə edərək güclü cinsin nümayəndəsini məhz onların istədiyi və sevdiyi tərzdə təmin etməyi bacarmalıdırlar .Əslində ailənin təməli saglam arzu və istəklərin qovşağında qurularsa, bu halda onlar bir birlərini dəyişdirməyə deyil də bu zaman hər iki tərəf özündə cərəyan edən bu halların çözümünü özlərinin düşüncə zənginliyində axtarıb tapmalı, hisslərinə dəyər verərək qarşılıqlı anlaşma qovşağında stabil idarə olunmaqla tamamlanmalıdırlar . Gülər Məmmədova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Bəzən insanlar çox vaxt doğru insanla birlikdə olub-olmadığını bilmirlər və ya müəyyən şübhələri olur. Psixoloq.az-ın təqdim etdiyi testlə seçdiyiniz insanla münasibətinizin nə dərəcədə ciddi olduğunu qismən də olsa aydınlaşdıra bilərsiniz. Aranızda mübahisə olan zaman nə edirsiniz? a) Bir-birinizin fikirlərinə hörmət edir və hər şeyi yoluna qoyursunuz. b) Aramızda heç bir problem yoxdur. c) Saatlarla danışsaq da, heç nəyi həll edə bilmirik. d) Sakit danışa bilmirik. Sevgilinizi gün ərzində görməmisinizsə? a) Sevgilim üçün çox darıxıram b) Rahat ola bilmirəm, qəmgin oluram c) Normal qarşılayaram d) Olduqca rahat olaram Sevgilinizlə ictimai yerlərdə söhbət edərkən? a) Məni həmişə dinləyir b) Çox fikir vermir c) Dediklərimi təkrar yenə soruşur d) Mənimlə maraqlanmır və ətrafa baxır Sevgilinizə niyə vurulduğunuzu soruşanda nə cavab verirsiniz? a) Ortaq maraqlarmızın çox olduğunu deyirəm b) Ailə münasibətlərimiz çox yaxşıdır c) Çox düşünür və cavab verə bilmirəm d) BilmirəmHər həftə sonu birlikdə nə edirsiniz? a) Bilrikdə gözəl vaxt keçirərik b) Filmə və ya qonaqlığa gedərik c) Dostlarımızla yaxşı əylənərik d) Heç bir şey edə bilməz və sıxılarıq Nəticələr: A və B variantı çoxluq təşkil edirsə: Siz davamlı olaraq onu fikirləşirsiniz. Lakin sıxılmayın o da sizi fikirləşir. Xırda və əhəmiyyətsiz problemləri həll edə bilirsiniz. İkinizin də dinləmə qabiliyyəti çox yüksəkdir. Sevincinizi və kədərinizi bir-birinizlə paylaşmağı bacarırsınız. Onu dəli kimi sevirsiniz çünki ortaq xüsusiyyətləriniz çoxdur. Bu sizi daha da bağlayır və sevginizi möhkəmləndirir. Çalışın bu münasibətləri qoruyub saxlayın. C və D variantı çoxluq təşkil edirsə: Sizin sevgi münasibətləriniz yaxşı deyil. Xırda problemləri belə həll edə bilmirsiniz. Bu xüsusiyyətləriniz sizin münasibətləri daha da kəskinləşdirir. Ciddi münasibətlərə ümid etmək məsləhət görülmür. Onun sizə olan simpatıyası ötəri bir hissidir.
Azərbaycan ərazisində sentyabrın 14-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteroloji amillərin zəif mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTYS) müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu, hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım edir. Nazirlikdən bildirilib ki, təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır: "Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədi ilə BŞTTTYS rəqəmsal və analoji rentgen, həmçinin ultrasəs apparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs apparatı ilə evdə rentgen müayinəsi aparılır. BŞTTTYS-nin evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur".(publika.az)
Qoç – İşgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə, zəhmətinizi layiqli şəkildə mükafatlandırmağa hazırdır. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var.Dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam səhhətiniz pisləşə bilər. Buğa – Çox şey sizin başqalarının işinə vaxtında qarışmağınızdan, birbaşa sizə aidiyyatı olmayan problemlərin həllinə girişməyinizdən asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu gün dostlaşacağınız tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət edəcəklər.Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri məbləğdə pul ala bilərsiniz. Əkizlər – İşgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət edirsiniz.Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür. İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi dəstəkləməyə hazırdırlar. Xərçəng – Sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Düzdür, bəzi Xərçənglər özləri üçün problem yaratmağı bacaracaqlar. Amma eyni zamanda bunları elə özləri və çox uğurla həll edirlər. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan deyil.Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır. Şir – İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür.Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi zəhlənizi tökür. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar. Qız – Şərait elə də yaxşı deyil. Ancaq siz sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu, bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri gerçəkləşdirməyə başlamaq olar.Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən qaçmaq olar. Tərəzi – Müsbət tendensiyaların təsiri güclü olmasa da, siz qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu günün yalnız bir ciddi mənfi cəhəti var – istəklərinizə çatmaq asan deyil. Bu isə sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız və həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da ruhlandırmağa çalışın.Səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız. Əqrəb – Xoş ailə tədbirləri gözlənilir. Uzaq qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Valideyn Əqrəblər bir qədər narahatlıq keçirəcəklər, çünki uşaqlarının bəzi çətinlikləri yaranacaq. Sakit əhvalınızı qoruyub saxlayın, uşaqlarınızla dostca davranın və onlara inanın: bir çox problemlərin öhdəsindən onlar özləri gələ bilərlər.Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun – lazım olmayan sözlərlə başınıza iş aça bilərsiniz. Oxatan – Maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə problem yaranmayacaq. Qiymətli hədiyyə və sürpriz ala bilərsiniz.Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün imkanları dəyərləndirin. Siz şəraiti bir qədər “bəzəməyə” meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola bilər. Oğlaq – Bu günlərdə yaranan anlaşılmazlıq və çətinlikləri aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu mümkün qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha xoş və maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün məsələləri günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval sizi çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.Maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə güclənir. Oğlaqların əksəriyyətinin intuisiyası onları yanıldır və çox zaman layiqsiz adamları seçirlər. Dolça – Tələsmək lazım deyil. Sanki qarşınızda bir neçə qapı var. Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən düzgün seçim etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır. Ətrafınızda baş verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq verin.Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə, etinasızlıqda günahlandıra bilərlər. Balıqlar – Sakit gündür, əvvəllər başladığınız işləri bitirə bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə tələsməyin, çox müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı tələbkarsınız, özünüzdən başqa. Bu da həm münasibətlərdə çətinliklərə, həm də işdə səhvlərə yol açır. İkili standartlardan qaçın.Pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə çalışın. Alkoqoldan uzaq durun. Milli.Az
Psixoloq.az xəbər verir ki, psixologiya sahəsində peşəkarlıqları və eyni zamanda əsl olması gərəkən Azərbaycanlı ailə modeliylə və eləcədə iradəli Azərbaycan qadınının siması olaraq tanıdığımız peşəkar psixoloq Elnur Rüstəmovun ömür gün yoldaşı, tanınmış psixoloq Narınc Rüstəmova qısa zamanda artıq çəkilərə qalib gəldikdən sonra həyatında dəyişən və dəyişməyənlərlə bağlı özünə məxsus facebook sosial hesabında paylaşım etmişdir .Paylaşım Azərbaycan ailələri üçün örnək və təqdirə layiq marifləndirmə əhəmiyyəti kəsb etdiyindən həmin paylaşımı olduğu kimi diqqətinizə çatdırırıq Arıqlamağımın ən gözəl tərəfləri getdiyim yerlərdə yuxulamamaq, passiv həyatdan qurtulmaq, bir neçə xəstəliklərimə qalib gəlmək və sevimli geyimlərimə qovuşmaqdan başqa bir şey olmadı.Vallahi həyat yoldaşım necə var elədə qaldı. Yeganə dəyişməyən o oldu. Qardirobum dəyişdi, soyuducuda ərzaqlarım dəyişdi, Səhəttim dəyişdi, günlük qrafikim dəyişdi bircə Elnur müəllim dəyişmədi. Həyat yoldaşımın sevgisində bu evlilik boyu nə azalma gördüm nə artma.. Bu vəsiləylə Bizi bir- birimizə bağlayan cismimiz yox qəlbimiz olduğunu bir daha gördüm. Ona arıqlamağımı hədiyyə edərkən özümə hədiyyə etmiş oldum. Bir kişinin qəlbinə yol tapmağın bəzək olmadığının bariz nümunəsiyəm. Kişilər az danışan çox iş görən qadınları sevirlər. Kişilər ana qayğısı qarşısında ümumiyyətlə yox deyə bilmirlər. Qəlblərinə gedən yol isə mədələrindən keçir. Şərt deyil Biz bişirək əsas odur nuşi canlıqla yeməsinə şərait yaradaq. Qarnı tox oldumu baş işləyəcək. Yeməkdən öncə və yemək zamanı söhbətdən, problemlərin müzakirəsindən uzaq durmaq qızıl qaydadır. Bacarmadıqlarını yox bacardıqlarını şişirdin ki, daha çox bacarmağa çalışsın. Xarab olan əşyanı təmirini hətta bir lampanı dəyişməyi bacarmamağını deyil Sizi filmə aparmağını qabardın. Bir sözlə onlara güclü olduqlarını hiss etdirməlisiniz. Lakin mənim yanımda bu çevrə içində güclü olduqlarını unutdurmamalısınız... Sevdiyi bir geyimi geyinibsə "necədi?" sualına "qəşəngsən, yaraşır" deyil "mənə görə yaraşır, mənə görə qəşəngsən" cavabını verməyi unutmayın. Söyləməyi unutmayın ki, o da unutmasın! İşindən evinə, evindən işinə tələssin... Psixoloq.az
Psixoloq.az xəbər verir ki, son zamanlarda maraqlı layihələri ,özünə məxsus kreativ ideyaları,bacarığı və istedadı ilə diqqət çəkən Yaşam Kouçu Psixoloq Zümrüd Əsədova Xəzər televiziyasında yayımlanan İmtahan serialında psixoloq obrazını canlandırmışdır.Bu barədə Psixoloq Zümrüd Əsədova özünün facebook hesabında paylaşım etmişdir.Həmin paylaşımı və İmtahan serialından görüntüləri sizlərə təqdim edirik . Hər insanın öz həqiqəti, hər kəsin öz reallığı var.. İnsan yaxşı niyyətlə etdiklərinin necə bir nəticəyə səbəb olacağını öncədən bilmir. Başqasına yaxşı olsun deyə vazgeçdiklərimiz o insanında bizdən vazgeçməyinə səbəb ola bilər...
1. Özünüzü nə vaxt ən yaxşı hiss edirsiniz? A) Səhərlər B) Günortadan sonra və axşama doğru C) Gecənin irəliləyən saatlarında 2. Necə yeriyirsiniz? A) Sürətli və uzun addımlarla B) Sürətli və qısa addımlarla C) Normaldan yavaş və ətrafa baxa-baxa D) Yavaş və başı aşağı E) Çox yavaş 3. İnsanlarla danışarkən A) Qollarımı sinəmdə qatlamış olaraq dayanıram B) Əllərimi bibi-birinə sıxıram C) Bir və ya hər iki əlimi belimə qoyuram D) Danışdığım insanlara toxunurr və ya arabir onları yüngül itələyirəm E) Qulağımla oynayır, çənəmə toxunur və ya saçımı düzəldirəm 4. İstirahət edərkən necə oturursunuz? A) Dizlərim qatlanmış və qıçlarım bir-birinə bitişik olaraq B) Ayaqlarım çarpazlanmış olaraq C) Qıçlarımı uzadaraq D) Bir qıçımı altıma qatlayaraq 5. Çox xoşunuza gələn bir şey olduğunda nə edirsiniz? A) Ürəkdən qəhqəhə çəkirəm B) Gülürəm,amma çox səsli deyil C) Bir dəfə, yüngül gülərəm D) Səssizcə gülümsəyirəm 6. Bir qonaqlığa getdiyinizdə və ya ibir işə başladığınızda A) Hər kəs sizi hiss edəcək şəkildə gurultulu bir giriş edirsiniz B) Səssiz bir giriş edib ətrafınızda tanıdığınız insanları arayırsınız C) Çox səssizcə girib kimsənin sizi hiss etməməsinə cəhd göstərirsiniz 7. Çox çətin bir işə diqqətinizi vermişkən narahat edilirsiniz.Ne edərsiniz? A) Məmnuniyyətlə qarşılayaram B) Həddən artıq dərəcədə narahat olaram C) Etirazımı hansısa hərəkətlə bildirərəm 8. Ən çox hansı rəngi sevirsiniz? A) Qırmızı və ya portağal rəngi B) Qara C) Sarı və ya mavi D) Yaşıl E) Tünd mavi və ya bənövşəyi F) Ağ G) Qəhvəyi və ya boz 9. Yatmazdan əvvəl bir neçə dəqiqə yataqda A) Kürək üstü uzanar B) Üzü üstə uzanar C) Yüngül qıvrılmış olaraq yan tərəfinizə yatar D) Başınızı bir qolunuzun üzərinə qoyarsınız E) Başınızı yorğanın altına bağlayar 10. Yuxuda adətən A) Yıxılıram B) Dava edər və ya mübahisə edirəm C) Kimisə və ya nəyisə axtarıram D) Uçur və ya üzürəm E) Ümumiyyətlə yuxu görmürəm F) Yuxularınız həmişə xoşdur Ballarınızı toplayın və nəticələrlə tanış olun 60 BAL VƏ YUXARI İnsanlar sizinlə kövrək bir əşya kimi rəftar edirlər. Kənardan qürurlu, eqoist və həddindən artıq özündən razı biri olaraq görünürsünüz. Ətrafdakılar sizə heyranlıq duyub sizin kimi olmaq istəyə bilərlər, amma sizə heç də hərzaman güvənməzlər və sizinlə çox yaxın əlaqədə olmaqdan qaçarlar. 51 - 60 bal:İnsanlar sizi həyəcan verici, havalı, düşüncəsiz, təbii liderlik xüsusiyyətləri olan, hər vaxt doğru olmasa da sürətli qərar verən biri olaraq tanıyarlar. Sİzi cəsur, macərapərəst biri olaraq tgörərlər; hər şeyi bir dəfə sınamaq istəyən, macəra yaşamaq üçün fürsətləri qaçırmayan biri .. Yaydığınız həyəcandan ötəri insanlar sizinlə eyni iş yerində çalışmaqdan zövq alarlar. 41 - 50 bal:İnsanlar sizi təzə, canlı, cazibədar, əyləndirici, praktik və daim maraqlı biri olaraq görərlər; hər vaxt maraq mərkəzində olan, amma çox həddindən artığa qaçmayacaq qədər də balanslı biri .. İnsanlar sizi ayrıca xeyirxah, düşüncəli, anlayışlı və özlərini sevindirən və rahatlaşdıran biri olaraq tanıyarlar. 31 - 40 bal:İnsanlar sizi məntiqli, ehtiyatlı, diqqətli və praktik biri olaraq görərlər. Sizi ağıllı, qabiliyyətli və hünərli amma təvazökar olaraq tanıyarlar. Sizinlə dost olmaq çox zaman tələb etsə də, yoldaşlarınıza qarşı çox sadiqsiniz və onlardan da eyni şeyi gözləyirsiniz.
Sapioseksual elə insandır ki, intellekti ən cazibədar xüsusiyyət hesab edir. Təsəvvür edin, bir insanın intellekti başqa bir insanı cəzb edir və ehtirasa gətirir. Latınca «sapio» — ağıllı dərrakəli olmaq deməkdir. Bu insanlar üçün həzz, ağlın qüdrəti və dərinliyi, həzz almaq, intellektual söhbət və intellektə maddi görünüşdə tamaşa etməkdir. Fərqi yoxdur, hansı cinsdəndir və ya neçə yaşı var, bu hamıya şamildir. Sapioseksuallar üçün məmnuniyyət alma pərəstişi partnyorla fəlsəfi müzakirələr aparmaq, sərt tənqid etmək və dəqiq kinayə etmək və s.dir. Sapioseksualların ünsiyyəti başqaları üçün erudisiya və terminologiya bilgisinin olmamasından anlaşılmaz ola bilər. Ağlın işini müşahidə etmək böyük məmnunluğun apriorisidir. Bunun başqaları üçün belə olmaması da mümkündür.Sapioseksuallıq üçün misal kimi, Şerlok Holmsun İren Adlerə qarşı hisslərini və ya onun Moriarti ilə qarşılaşmasından sonra asılılığını çəkə bilərik. Höte, Hokinq, Volter, Nitşe və s. insanlara heyran olmağı da buna misal çəkmək olar.
Bu ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 722-dən çox ümumi müraciət daxil olub.Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən 43220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7833 olub ki, bu rəqəmdə artım qeydə alınıb. Məlumata görə, pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2100 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101098, hospitalizasiya 8768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2541, hospitalizasiya 2220 olmuşdur. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə edilib. Nazirlikdən bildirilib ki, sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1907, hospitalizasiya1887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16679, hospitalizasiya 11553 olubşdur.Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13665, hospitalizasiya olanların sayı 8871 nəfər. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir. Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılan yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra olunub. Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.(ölkə.az)
Mahnıları ilə qısa zamanda qəlblərə taxt quran məşhur müğənni Elvin Mirzəzadə falçıya getdiyini etiraf edib. Mirzəzadə, bu barədə ilk dəfə Psixoloq.az portalına məlumat verib. O, əslində fala inanmadığını ancaq təsadüfən fala baxdırdığını açıqlayıb: “Heç zaman fala inanmamışam. Bu dinə olan inancımdanmı deyim, ya Allaha olan sevgimdənmi deyim hər zaman bu istiqamətdə fikirlər bildirmişəm. Hardasa əsgərlikdən sonra gəlmişəm. Nə diplomum üzrə iş tapa bilirəm nə də özümü hansı sahələrə vururam heç bir effekt vermir. Səbrim çatmırdı. Artıq depressiv vəziyyətə düşmüşdüm. Evdən pul almağa utanırdım. Sonra padval tipli yerdə işə başladım. Günə 15-20 manata. Məsələ 2015-ci ildə baş vermişdi. Və ora bir qadın gəlir. Artıq hamı gedib. Pavilyon boşdu və kartla fala baxır. Mən də lağ-lağı formada yaxınlaşdım ki mənim də falıma bax”. Mirzəzadə falçının ona müddət qoyduğunu və haqqında dediklərinin hər birinin gerçəkləşdiyini açıqlayıb. “İndi deyəcəm amma reklam kimi anlaşılmasın amma adam ağzını açdı və hər şeyi olduğu kimi dedi. Adam mənə müddət qoydu. Mənə dedi ki, iki il müddətinə elə bir şey edəsən ki bütün Azərbaycan səndən danışacaq. İndi nələrə nail olmuşamsa elə bil qadın siyahı tutub bunları mənə öncədən demişdi”,-deyə müğənni vurğulayıb. Şəhanə Quliyeva
Azərbaycan ərazisində sentyabrın 14-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteroloji amillərin zəif mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Son 10 ildə dünyada xoşbəxtlik indeksi aşağı səviyyəyə düşüb. Psixoloq.az xəbər verir ki, dünyanın ən bədbəxt ölkələri sırasında ilk yeri isə Afrika ölkələri tutur. Sosioloqlar, psixoloqlar, insanların sayı, stress və narahatlıq nüanslarını nəzərə alaraq dünyanın ən bədbəxt ölkələrinin siyahısını hazırlayıb. Siyahıda ilk yeri Mərkəzi Afrika ölkələri tutub. Daxili çəkişmələr səbəbindən burada on minlərlə insan evlərini tərk edib. İkinci yerdə 59% göstərici ilə İraq gəlir. Daha sonrakı yerləri Cənubi Sudan (55%), Misir (47%) və İran (45%) tutur.(qafqazinfo)
"Qadınlar yalansız yaşaya bilməzlər. Bu, onların həyatlarının bir hissəsidir. Onlar hər bir şeydə yalana əl atırlar. Məncə, qadını qadın edən də yalandır. Yalansız, mən qadını təsəvvür etmirəm", - 23 yaşlı responden Kənan Fərəməzov deyir.Əsrlər boyu qadınların yalan danışması iddia olunub. Və hər zaman "qadınlar niyə yalan danışır" sualı gündəmdə olub. Bu sualı respondentlərin qadın nümayəndəsinə yönəldəndə isə cavabı çox təəccüblü oldu."Əslində, biz qadınlar hər zaman kişilərin yalan danışdığını iddia edirik. Lakin özümüz bəlkə də onlardan çox yalana əl atırıq. Məncə, həyatda yalan danışmayan insan yoxdur, hamı yalan danışır. Biz qadınlar isə həddindən artıq qürurlu olduğumuzdan yalan danışırıq. Adətən, digər qadının yanında pis olmayım deyə, yalan danışa bilərəm və yaxud mənə nə isə lazım olanda, həyat yoldaşıma yalan deyə bilərəm. Məncə, bunu bütün qadınlar edirlər", - 32 yaşlı evdar xanım, Mətanət Ələsgərli dedi.Qadınları yalan danışmağa nə vadar edir?Psixoloqların fikrincə, qadınlar daim özlərindən narazı olduqlarından, başqa qadınlarla özlərini müqayisə etdiklərindən yalan danışırlar."Qadınların əksəriyyəti özlərini digər qadınlarla müqayisə edir və özlərini pis hiss etdiklərindən yalana əl atırlar. Ümumiyyətlə, qadınlar yalan danışmağa meyllidirlər. Adətən, qadınlar xəyallarında arzu etdiyi həyatı yaradırlar. Həyatda istədiklərinə nail ola bilmədikdə, onlar görmək istədiklərini yalan olaraq danışırlar. Və bu cür onlar özlərini daha yaxşı hiss edirlər. Adətən, qadınlar çəkiləri haqqında səhv məlumat verirlər. Çünki bu mövzuda onlar çox həssasdırlar. Çəkiləri soruşulduqda, qadınların 68%-i yalan danışır. Hətta sənət üçün soruşulduqda belə, qadınlar çəkilərini səhv deməyə çalışırlar", - psixoloq Dəyanət Rzayev deyir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə qadınların yalan danışması fikri ilə razılaşmadığını bildirdi: "Yalanı hər kəs danışır. Biz deyə bilmərik ki, ən çox qadınlar yalana əl atırlar. Çünki bu fikir düz deyil. Qadınlar yalan danışdığı kimi, bəylərimiz də yalan danışırlar.Bəlkə də qadınların hər zaman yalan danışması fikri haradasa, düzdür. Çünki qadınlar fiziki cəhətdən bəylərimizdən zəifdirlər. Və çox zaman özlərini qorusunlar deyə yalana əl atırlar. Lakin bu da çox normaldır. Ancaq "kişilərdən çox qadınlar yalan danışır" demək düz olmazdı"."Qadınlar qida ilə bağlı 474 dəfə yalan danışırlar"Britaniyadakı Kembric Universitetinin alimləri tərəfindən aparılan tədqiqat zamanı məlum olub ki, qadınlar qidalanmaları və yeməkləri ilə bağlı orta hesabla, 474 dəfə yalan danışırlar.Bununla bağlı ən çox danışdıqları yalan isə "çox az yeyirəm, uşaqların qabağından qalanları yemək məcburiyyətindəyəm", "sadəcə, bir balaca tikə yedim" və s. Özü də belə yalanlar ilk növbədə qadınların özlərini sakitləşdirir.Bir il ərzində qadın neçə yalan danışır?Araşdırmalara görə, hər bir qadın bir il ərzində 500-ə yaxın yalan danışır. Və bu yalanların əksəriyyəti yedikləri qida ilə bağlıdır. Psixoloqlar müəyyən ediblər ki, əgər onlar yedikləri ilə bağlı yalan danışmasalar, iki dəfə daha çox arıqlaya bilərlər.Türkan Nadirqızı
Hər doğulan körpə valideynlər üçün bir sevinc və sevgi qaynağı olmanın yanında bəzi məsuliyyətləri də özü ilə bərabər gətirir. Valideynlər doğulan körpələrinin sağlam və qüsursuz olduğunu görüncə rahatlanır, lakin uşağı necə böyütmək və tərbiyə etmək mövzusunda zərrə qədər narahatçılıq keçirmirlər. Əslində, körpənin ən təhlükəsiz və etibarlı yeri ana bətnidir. Körpə dünyaya göz açdığı gündən etibarən isə artıq onun maddi, mənəvi və ruhi inkişafı üçün diqqətli baxıma və doğru tərbiyə edilməyə ehtiyaci var.Uşaq tərbiyəsində ən mühüm iş, tətbiq ediləcək metod və prinsipi düzgün seçməkdir. Uşaq ata-anasına əmanətdir. Onun təmiz qəlbi hər cür əyrilik və şərdən uzaq, saf və bərraqdır. Uşaq xeyrə alışdırılar, yaxşılıq təlqin edilərsə, xeyirli bir nəslin nümayəndəsi olaraq yetişər. Əksinə, ətraf mühitdən gördüyü mənfi xislətlər və davranışlar onun gələcək inkişafı üçün təhlükə yarada bilər. Bunda əsas faktorun ata-ana və dayələrin üzərinə düşdüyünü vurğulamaq lazımdır. Niyə dayələr? Cünki zəmanəmizin tələblərindən biri də işləyən ata-anaların körpələrinin dünyaya gəlişi ilə bir müddət sonra ya ehtiyac üzündən ya da karyera qurma kimi səbəblərlə övladlarını dayələrə əmanət etmələridir.Təbii ki, dayələr də analar kimi uşaqların maddi baxımını üzərinə alır, yəni yedizdirir, içizdirir və yatızdırırlar. Əsas diqqət yetirilən xüsus onların mənəvi tərbiyəsinə nə dərəcə xidmət edə bilirlər? Çünki körpələrə maddi qayğının yanında mənəviyyatın aşılanması, düzgün xarakterin formalaşması və şəxsiyyətin oturması kimi prinsiplər təlqin edilməli, onun insan kimi yetişdirilməsinə diqqət yetirilməlidir.Təəssüflər olsun ki, bu kimi kriteriyalar hər valideynin fikir vermədiyi, nəzərdən qaçırdığı, xüsuslardır. Dayələr tutulduğu zaman əsas fikir verdikləri nöqtələr uşağı vaxtında yedizdirib yatızdırmaq və gəzdirməkdir. Onların düzgün xarakterlərinin formalaşmasına səbəb olan oyunlar, nağıllar və dastanları hər dayə bilməz. Halbuki uşaqlara maddi qayğının yanında mənəvi ruhun aşılanması və inkişaf etməsi üçün yaxşı xislətlərə və davranışlara sahib olması üçün faydalı, ibrətamiz məsəllər və hekayələr danışmaq uşaqların yaxşı xüsusiyyətlərlə tərbiyə edilməsinə səy göstərmək, onun gələcəkdə ailəsinə və vətəninə yararlı və sağlam bir nəsil kimi yetişməsinə səbəb ola bilər. Dayələr aranarkən diqqət yetiriləcək əsas faktorlardan biri də dayələrin əsəbi, səbirsiz və sinir pozğunluğu yaşayan və ya problemli insanlar olmamalarıdır. Əsəbi bir insan etdiyi bir yanlış hərəkət qarşısında çığırıb-bağırmamalı, etdiyi yanlışı düzəltməyin yollarını səbir və təmkinlə başa salmalıdır. İmam Qəzzali bu xüsusda tərbiyəçilərin məsuliyyətinin nə qədər böyük olduğunu belə vurğulayır: “Təlim və tərbiyə ilə məşğul olan bir insan, bəşərin qəlbləri və ruhları üzərində tasarrufda olan insandır. Yer üzünün ən şərəfli varlığı insan cinsidir; İnsanın ən dəyərli varlığı da onun qəlbidir. Tərbiyəçi isə belə dəyərli olan insan qəlbini mükəmməlləşdirmək, təmizləmək və Allaha yaxınlaşmağa sövq etməklə məşğul olan insandır”.Bu səbəbdən valideynlər övladlarını dayələrə verərkən əxlaqlı insanlar olmalarını əsas faktor olaraq görməli, uşaqlarının yaxşını pisdən ayıracaq xüsusiyyətlərlə yetişməsini əsas səbəb kimi görməlidirlər. Dayələr də onlara əmanət edılən körpələrin həm ruhən və mənən, təmiz xislətli yetişmələrinin şüuru içində olmalarına diqqət yetirməlidirlər. Təlim və tərbiyədə uğur qazanmanın əsas şərti, tərbiyəçilərin sözləri və tövsiyələri ilə yaşayışlarının bir-birinə paralellik ərz etməsidir. Eyni zamanda əmanət etdikləri dayələri seçərkən onlara verilən məvaciblərinin az olmasına deyil, əxlaqi keyfiyyətlərinin üstün olmasına fikir verməlidirlər. Çünki xeyirli övlad xeyirli bir tərbiyənin məhsuludur. Samirə Mahmudova «Bizim ailə» jurnalı