Sevdiyiniz şokolada görə xarakterinizi öyrənin

Hər kəs bir növ şokolad növü seçir. Bəzi mütəxəssislərə görə, şokoladın şəkli (kvadrat, yumru, üçbucaq), növü (ağ, südlü, bitter) və qablaşdırmanın atılma tərzindən (qırışdıraraq, ya da qatlayaraq) xarakter təhlili etmək mümkündür. Onları təqdim edirik: Yumru şokolad sevənlər, dost canlısı və insanların daha çox olduğu mühitləri sevən, başqalarını incitməkdən qorxan, hər yerdə sülh şəraitini təmin etməyə çalışan insanlar olduğunu qeyd edirlər. Kvadrat şokolad sevənlər: öz doğruları vardır. Münasibətlərində köhnə fikirli yanaşmalara sahibdirlər. Çox güclü yaddaşları vardır. Üçbucaq şokolad (digər adı tobleron) sevənlər: digər insanların düşüncələrinə məhəl qoymayan və özünə güvənən insanlar. Südlü şokolad sevənlər: saf və keçmişdə yaşayanlar, səssiz, lakin güclü müşahidə qabiliyyətinə malik olanlardır. Ağ şokolad sevənlər: ədalətli, özünü dünyanın mərkəzində düşünən, qərarlarında tez dəyişiklik edən insanlar. Tünd şokolad sevənlər: gələcəyə inamla baxa bilən, sosial və müəyyən işlərdə axtarılan insanlardır.

Adəti qəbizliyin çarələri

Adəti qəbizlik günümüzdə qida və həyat rejimindən asılı olaraq çoxumuzun rastlaşdığı problemdir. Bəzən yanaşı xəstəliklər olmasa da qəbizlik özü elə bir sıra xəstəliklərin mənbəyi sayıla bilir. Qəbizlikdən əziyyət çəkən bir çox insanlar öz xəstəliklərindən uzun müddət şikayət etməyə və özlərini diskomfort hiss etməyə bilərlər. Məhz bunun nəticəsidir ki, onlar adəti qəbizliklə əlaqədar olaraq heç vaxt həkimə müraciət etmək barədə düşünmürlər. Lakin onu da unutmaq olmaz ki, adəti qəbizlik zamanı insanın həyat fəaliyyəti nəticəsində yaranmış lazımsız məhsul və şlaklarla orqanizmin autointoksikasiyası baş verir. Qəbizlik zamanı bağırsaqda gedən çürümə prosesləri nəticəsində hətta orqanizmə çox lazım və vacib olan məhsullar da bağırsağın selikli qişasında aşınmaya səbəb olur. Bunun da nəticəsi olaraq bağırsaq mikroflorasında balans pozulur, disbakterioz inkişaf edir. Hətta gündəlik defekasiya aktının zəifləməsi özünü izahı olmayan baş ağrıları, bozumtul-torpaq rəngli bənizin olması, ürək-damar sistemi ilə əlaqəsi olmayan təngnəfəslik, səbəbsiz yorğunluq, zəiflik, yuxuculluq və sevimli yeməklərə qarşı marağın azalması büruzə verir. Nəcisin qeyri-müntəzəmliyi, konsistensiyasının, rənginin dəyişməsi, iyinin kəskin olması artıq bağırsaq fəaliyyətində ciddi dəyişikliklərdən xəbər verir. Tənbəl mədə-bağırsaq sistemi elə uşaqlıqdan formalaşmağa başlayır. Belə ki, yemək süfrəsi arxasında uzun müddət əyləşən və yeməyə gec başlayan uşağın mədə-bağırsaq sistemi ləng işləməyə alışır. Normada hər qida qəbuluna 15 dəqiqədən çox vaxt ayrılmamalıdır.Adəti qəbizlik zamanı istifadə edilən bəzi xalq təbabəti üsulları. 1-2 ədəd alma sürtgəcdən keçirilir, üzərinə 1/3 stəkan süd və 1/2 çay qaşığı bal əlavə edilib qarışdırılır. Bir neçə ay müddətinə səhərlər yemək lazımdır. Xüsusilə ahıl yaşlı insanlara məsləhətdirEmallı qazana 0.5-0.8 litr turşumuş süd (kefir) tökülüb isti su hamamına qoyulur və kəsmik konsistensiyası alınanadək saxlanılır. Daha sonra isə içərisinə xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər əlavə edilir: 5-10 ədəd soğan və sarımsaq, kələm, gicitkən, cəfəri, kərəviz, bağayarpağı, nanə, çuğundur budaqları, qırmızı turp. Daha 5 dəqiqə saxlanılır və südün zərdab hissəsi süzülür, səhərlər acqarına 1 stəkan içilir. Sadə üsul. Bir litrlik bankaya 0.5 litr turşumuş süd (kefir) əlavə edilir. Daha sonra isə yuxarıda sadalanan xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər bura əlavə edilir. Bankaya qaynar su üzə çıxana qədər əlavə edilir. 5-10 dəqiqədən sonra isə üzə çıxan mayenin üst qatı içilir. Daha sonra yenidən 300 qr qaynar su əlavə edilir və qarışdırılır. Qarışdırıldıqdan sonra süzülür, alınmış süd zərdabı içilir, lakin yerdə qalan süzüntü kütləsi qida qəbulu zamanı yeməkarası yeyilir.Qəbizliyin yarma kəpəyi ilə müalicəsi. I sikl – 10-12 gün. 1 çay qaşığı kəpəyin üzərinə 1/3 stəkan qaynar su əlavə edilir. Soyudulub süzüldükdən sonra yerdə qalan yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə - səhər, günorta və axşam yeməkarası qəbul edilir.II sikl – 2 həftə. 2 xörək qaşığı kəpəyin üzərinə 1/2 stəkan qaynar su əlavə edilib soyuduqdan sonra süzülür. Alınmış yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə - səhər, günorta və axşam yeməkarası qəbul edilir.III sikl – 2 ay. Gündə 2-3 dəfə yemək zamanı 2 çay qaşığı quru kəpək qəbul edilir.Bu üsulların tətbiq edilməsinə olan əks göstəriş: Həzm traktının istənilən şöbəsində olan iltihabi proses. Bu vəziyyətlərdə yaxşı olar ki, kobud üyüdülmüş undan hazırlanan çörək yeyilsin. Müəllif: Fitoterapevt Elnur Rəhimov

Qüds sindromu

Qüds sindromu - qərbdə Yerusəlim adı ilə tanınan bu problem, eyniadlı şəhəri ziyarət edən turistlər arasında yayıldığı üçün məhz belə adlandırılmışdır. Dini psixozla müşahidə olunan sindrom ilk dəfə 1930-cu illərdə yəhudi psixiatr Heinz Herman tərəfindən elmə gətirilib. Sindromun yaranma səbəbi Qüdsü ziyrət edən turistlərin, şəhərin dini aurasından, mistikasından təsirllənməsidir. Qüds hər 3 din üçün müqəddəs yer olduğu üçün elə ən çox bu dinlərin nümayəndələri arasında müşahidə olunur. Əlamətləri bunlardır:- dini məzmunlu sayıqlamalar- ağ paltar geyinmə- saçı, saqqalı, dırnağı tez-tez səliqəyə salma- tez-tez yuyunma- moizələr oxumaEyni zamanda sindromun yaşanma forması 3 cürdür:I. Özünü müqəddəs bir xilasedici, peyğəmbər kimi görmə. Məs: Hz.İsa, Hz.Musa və b. Ən çox Hz.İsa olduğunu, yenidən zühur etdiyini deyənlər qeydə alınıb.II. Ziyarət edərək özlərinin günahlardan arınaraq təmizləndiyini, batininin nurlanaraq aydınlandığını, kamil bir şəxs olduğunu düşünərək insanlara hidayət olunmaqda kömək etmək istəyənlər.III. Hər hansı bir cərəyanın, məzhəbin nümayəndəsi olub, onun inkişafına, yayılmasına, tanınmasına həyatını sərf edəcəyini düşünənlər.Sindrom həm psixoloji travması olanlarda, həm də sağlam insanlar arasında da görülüb. Hər il buranı ziyarət edən turistlərin miimum 50-də bu hal yaşanır. Təsir müddəti şəhəri tərk etdikdən 1 həftə, maksimum 10 gün ərzində davam edir.Təkcə 1980-1993-cü illər ərzində 1200-yə yaxın insanda bu sindromun yaşandığı qeyd olunur.Bu halın bir digər oxşarları bu və ya digər dərəcədə Məkkə, Kərbəla, Nəcəf, Məşhəd, Roma və s. kimi dini mərkəzli şəhərlərdə də yaşanır.

Sabaha olan hava proqnozu açıqlanıb

Avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.  Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək. Sabah Abşeron çimərliklərində şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Ördək balası sindromu

Ördek ve qaz balalarında (Baby duck syndrome) bele bir xüsusiyyet var ki, doğulan kimi hərəkət edən nəyise ve ya kimisə görsələr ( top, it, toyuq, adam və s.) anası hesab edirlər ve dalınca düşürlər. Beləcə də bəzi adamlar var ki, müəyyən bir sahədə, mövzuda ilk nəyə rast düşürlərsə onun ən üstün, ən ideal, ən düzgün olduğunu hesab edirlər. Və yeniliyi qəbul etməkdə çətinlik çəkirlər. Tez-tez mübahisə edirlər və  öz fikirlərini aksioma hesab edərəkdən hərkəsə yeritmək istəyirlər.Bu sindromu (Baby duck syndrome) xəstəlik adlandırmaq düz olmaz. Daha çox qeyri düzgün formalaşan düşüncə tərzidi. Bəs bundan nece can qutarmaq olar? İnsan özünə qarşı biraz kritik yanaşmalıdir, analiz etməlidir, məsələn: niyə mən başqa cür deyil məhz belə düşünürəm? Digər insanların fikirləri ilə maraqlanmalıdır; bu mövzuda məqalələr, kitablar oxumalıdı. Başqa sözlə son qərarı ilk gördüyünlə deyil, bir neçə mənbədən aldığın informasiyaya görə verməlisən

Fantom zəng sindromu

Son dövrlərdə insanların telefon zəngini hallüsinasiya şəklində eşitməsi problemləri onları ciddi şəkildə narahat etdiyindən Avstraliyalı alimlər bu istiqamətdə tədqiqat aparmağı qarşıya məqsəd şəklində qoymuş və bu situasiyanı tədqiq etməyə başlamışlar. Aydın olmuşdur ki, şəxsi əşyalardan, eləcə də telefon və onun zənglərindən asılı olan şəxslər əsasən neyro-psixoloji problemləri olan və dərin nevroz və stress yaşayan insanlarda rast gəlinir. Onlar olduqca həssas bir sinir gərginliyinə sahib olurlar ki, bu da adi həyati proseslərdə ən sadə halda narahatlıqla büruzə edir.Vacib bir zəng gözləyən insanlar onları qəbul etdikdən sonra belə təəssüratlar izsiz ötüşmür. Fantom zəng sindromu istiqamətində tədqiqat aparan Sidney Universitetinin Psixologiya İnstitutunun tələbələri 300 nəfəri dərindən incələmişlər. Məlum olmuşdur ki, onu əmələ gətirən ən birincili səbəb vacib zənglərin gözlənilməsidir. 65% hallarda insanlar narahatlıq doğuran zəngləri gözləyir və hətta onları cavablaya bilməyəcəklərindən dolayı narahatlıq keçirirlər. Bu telefon vasitəsilə baş tutan dialoq bitdikdən sonra belə şəxslər onların yenidən gələcəyi gərginliyi ilə tez-tez və narahatlıq içində telefonları gələ biləcək zənglərdən dolayı yoxlayırlar. Bu vəziyyətdə onlarda adi kiçik bir vibrasiyadan belə aktivləşən sinir ucları beyinə bu reaksiyanı telefon zəngi xarakterində ötürdüyündən məhz verilən cavab da telefona istiqamətlənmiş olur. Təəssüflə bildirilir ki, 40% halda bu izsiz ötüşmür. 87% sorğuda iştirak edənlər isə bu psixoloji anomaliyanın onları həftədə bir neçə dəfə narahat etdiyini bilririrlər. Digər 13% isə “yalançı zənglər” seriyasının gün ərzində bir neçə dəfə təkrarlanmasından şikayətləniblər.Fantom zənglər sindromu sinir gərginliyinin nəticəsidir. O ciddi sinir sistemi pozğunluğu ilə nəticələnə biləcək xəstəliklərin xəbərdarçısıdır. Əgər ilkin əlamətlərin meydana çıxmasından 5-7 gün ərzində aradan izsiz ötüşmürsə mütləq mütəxəssis ilə məsləhətləşməli olduğu bildirilir.

3 yaş sindromu

3 yaş uşaqlar üçün kritik bir dövr olduğu üçün davranışlarındakı dəyişikliklər normaldır. Bu dövrdə uşağın özünü təsdiqləmə istəyi artır. Hər mühitdə,hər hadisədə var olduğunu, önəmli olduğunu hissetmək istəyir. Eyni zamanda uşağın dost çevrəsinə olan marağı da artır. 0-6 yaş aralığında uşaqlarda özgüvən duyğusu formalaşır. Əgər uşaq özünü güvənsiz hiss edərsə, lazımı qədər sosiallaşmazsa və ya sevildiyini hiss etməzsə üç yaş sindromuna girər.3 yaş sindromundakı uşaq çox inadçı olabilər. Siz nə desəniz də əksini etmək istəyər. Çünki özünü sizə və cevrəsinə isbat etməyə çalışar. Məs: yeməyi özü yemək istəyər, paltarlarını özü geymək istəyər və.s. Bunların hər biri uşağın sərbəst olmaq istəyindən irəli gəlir. Çünki artıq " MƏN” olma dövründə. Özünün maraqları və zövqləri var. Əgər ona dəyər verilmədiyini hiss edərlərsə, yada istəkləri qarşılanmazsa ağlama krizlərinə girirlər. Buna görə də 3 yaş sindromunda ağlama krizləri tez- tez görülür.3 yaş sindromunu normal keçmək üçün:- Uşağa daha çox sevgi göstərin( qucaqlayın, tez- tez səni sevirəm deyin)- Balaca da olsa ona məsuliyyətlər verin( paltarları ayırmaqda, oyuncaqları toplamaqda kömək etsin)- Ailəlikcə birlikdə yemək yemək, birlikdə gəzintiyə çıxmaq- Sosiallaşması üçün uşaq çox olan mühitlərə aparın.- Göz kontaktı quraraq danışın.- Müsbət davranışları tərifləyin ki, o davranışların davamlı olması üçün motivasiya olsun.- Əşyalarını paylaşmaq istəməzlər. Bunun üçün onu məcbur etməyin- Qatı rejim qoymaq olmaz- " YOX” deməyi də öyrənməlisiz. Lazım gələrsə kəskin şəkildə yox deyin.Amma bu zaman ata və ananın tutumu eyni olmalıdır. Eyni zamanda bir gün yox deyilənə, sabahkı gün hə demək də olmaz.3 yaş sindromu nə zaman bitər?Konkret bir zamanı yoxdur. Çünki hər uşağın bu sindromu keçmə dövrü fərqlidir. Edilməsi gərəkən sadəcə səbrli olmaq və bu dövrü travmasız,normal keçirməkdi

Siqaret çəkmək orqandakı hüceyrələri zəiflədir – Yırtığın yaranma səbəbləri/VİDEO

Yırtıqlar, cərrahi xəstəliklər arasında özünəməxsus bir yer tutur. Psixoloq.az xəbər verir ki,qarın yırtığı adi halda həyat üçün təhlükə ərz etməsədə, ağırlaşdığı zaman ölüm riskini artıran patologiyalardandır. Bəs yırtıq nədir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant cərrah Bəhruz Səlimov bildirib ki, yırtıq qarın boşluğunda yerləşən orqanların dəri altına çıxmasıdır. Onun sözlərinə görə, rast gəlmə tezliyi ən yüksək olan qasıq yırtığı qadınlarla nisbətən kişilərdə daha çox rast gəlinir:  “Qarın yırtıqlarının əməliyyat qərarını ümumi cərrahlar verir. Həm uşaqlar, həm də böyüklərdə rast gəlinir. İlk rast gəlindiyi zaman  planlanmış əməliyyat məsləhətdir. Əgər hansısa ağırlaşması varsa  və ya yırtıq həddən artıq böyükdürsə, bu zaman təcili əməliyyata göstərişdir. Mütləq əməliyyata əsas göstəriş isə boğulmuş yırtıqlardır”. Doktor Bəhruz bəy hazırda istifadə edilən ən son üsullardan bəhs edib. “Dünyanın da qəbul etdiyi yırtıqların xüsusi materialdan olan torlarla plastikasıdır. Bu zaman yırtıqların meydana gəldiyi yırtıq qapıları adalanan nahiyə bərpa edilərək tor implantlar vasitəsi ilə möhkəmləndirilir. Bu həm açıq, həm də qapalı üsulla edilə bilər” , - deyə B.Səlimov qeyd edib. Jurnalistin “Yırtıq nə üçün əmələ gəlir?” sualını isə həkim bu cür cavablandırıb: “İlk növbədə qarın boşluğundan təzyiqin artması  ilə gedən proseslər səbəb olur. Bunlara qəbizlik, öskürmək, həddin artıq artıq çəki, ağır işlərlə məğul olmaq və s daxildir. Bəzi proseslər qarın divarlarının zəfləməsinə səbəb olur. Buna siqaet çəkməyi misal çəkmək olar. Siqaret çəkmək iki mexanizmlə yırtıq riskini artırır. Siqaret kollagen lifləri parçalayan kollagenaza fermentini aktivləşdirərək bütün bədəndə kollagendən əmələ gələn strukturları zəiflədir ki, bunların arasında qarın boşluğunun divarlarıda daxildir. Digər səbəblərdən biri də siqaretin xronik öskürək verməsidir ki, öskürəyin özü də qarın boşluğunda təzyiqin artmasına səbəb olur və bu da ikinci faktor rolunu oynayır”. Qeyd edək ki, ümumi cərrah yırtığın müalicəsinin sadəcə əməliyyat yolu ilə olduğunu açıqlayıb. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz. Tel: 070 -579-88 -33 Şəhanə Quliyeva

Azərbaycanda psixoloji yardımın meyarları müəyyən olunur - Yeni qanun

Azərbaycanda uzun müddətdir müzakirə edilən "Psixoloji yardım haqqında" qanun layihəsi artıq hazırdır. Psixoloq.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, qanun layihəsi Səhiyyə komitəsi tərəfindən hazırlanıb, müzakirələrdən keçib, müxtəlif əlaqədar nazirliklərdən, dövlət komitələrindən müsbət rəylər alınıb, aidiyyəti üzrə qeyri-hökumət təşkilatları, müxtəlif psixoloji mərkəzlərdə çalışan psixoloqlar qanun layihəsi ilə bağlı dinləmələrdə iştirak ediblər, işçi qrupunun tərkibində olublar. Onun sözlərinə görə, qanun layihəsi hazırdır və yəqin ki, Milli Məclisin payız sessiyası zamanı plenar iclasa çıxarılacaq və qəbul olunacaq. Qanun layihəsinin mahiyyətinə toxunan M.Quliyev qeyd edib ki, Azərbaycanda hələ sovet dövründən psixoloji yardım göstərilir: "Sovet dövründən böyük zavodlarda, fabriklərdə psixoloq ştatları olurdu, o cümlədən ali məktəblərdə, orta təhsil müəssisələrində psixoloji yardım göstərilirdi. Bu gün də istər dövlət, istərsə də özəl müəssisələrdə psixoloq xidmətləri var, kifayət qədər özəl psixoloji kabinetlər, psixoloq yardımı mərkəzləri fəaliyyət göstərir. Ancaq bunların hamısı pərakəndə şəkildə işləyir, psixoloqların peşə tələbləri standartı yoxdur. Bu baxımdan qanun layihəsində kimin psixoloq ola bilməsi, kimin hansı sahədə psixoloji yardım göstərə bilməsi, psixoloji yardımın kriteriyaları və s. məsələlər öz əksini tapıb".

Evlilər niyə cinsi münasibətdən qaçır? – Cinsi istək pozğunluğu nədir?

Cinsi istək pozuntuları iki qrupa ayrılır: Hipoaktiv cinsi istək pozğunluğu – Cinsi münasibət üçün istək və cinsi fantaziyaların yoxluğu və ya azlığı deməkdir. Cinsi istəksizlik – Bu zaman partner ilə cinsi təmasdan qaçınılır və ya münasibətə qarşı diksinti yaranır. Psixoloq.az xəbər verir ki, istək problemi yaşayan xəstələr, cinsi qorxular yaşayaraq cinsi arzularını öldürürlər.  Cinsi istək yoxluğu evli cütlüklərdə sıx rastlanılan problemlər sırasında yer alır. Aparılan araşdırmalara görə isə bu problemdən isə qadınlar, kişilərə nisbətən daha çox təsir altına düşürlər. Şəhanə Quliyeva

Erkən qırışlar ürək xəstəliklərinin əlaməti ola bilər

Alında dərin qırışların erkən yaranması ürək-damar xəstəliklərinin əlaməti ola bilər. Bununla yanaşı ölüm riskinin yüksəldir. Psixoloq.az xəbər verir ki, bu barədə Fransanın Tuluza Universitetinin alimləri müəyyən ediblər. Araşdırmalar zamanı yaşları 32-62 olan 3,2 min sağlam insan iştirak edib. Könüllülər alındakı qırışların sayına uyğun olaraq bölünüblər. Qırışı olmayan şəxslər sıfır bal, çoxlu qırışı olanlar isə üç bal qazanıblar. Araşdırmalar müddətində 233 insan müxtəlif səbəblərdən vəfat ediblər. Onlardan 15,2 faizinin iki və daha çox qırışı, 6,6 faizinin bir qırışı olub.

Abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən Bizimyol.info-ya verilən məlumata görə, abituriyentlər bu gün saat 17:00 dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.

Toz hamilə qadınlar üçün təhlükəlidir - Dölün...

Tozun tərkibində mikroskopik canlılar, yəni toz gənələri yaşayır. Bu gənələr allergiya və hətta astmaya səbəb ola bilər. Psixoloq.az xəbər verir ki, yeni araşdırma tozun hamilə qadınlar üçün ciddi ziyanını aşkar edib. Araşdırmalar zamanı aşkar olunub ki, tozlu yerlərdə yaşamaq hamilə qadına və dölün inkişafına çox mənfi təsir edə bilər. Belə ki, toz uşağın beyinin və qalxanvari vəzinin inkişafına mənfi göstərir.

Geniş yayılmış kişi probleminin 5 dəqiqəlik müalicəsi tapılıb

Bütün dünyada 50 yaşdan sonra milyonlarla kişilər prostat vəzinin xoşxassəli hiperplaziyasından əziyyət çəkir. Bu pozulma zamanı prostat vəzi böyüyür, sidik kanalını sıxmağa başlayır ki, kişi sidik ifrazı zamanı əziyyət çəkir, ağrılar olur, gecə saatlarında tez-tez tualetə getməli olur, sidik kisəsi tam boşalmır və s. Adətən bu problem cərrahi yolu ilə həll olunur. Əməliyyat zamanı prostat vəzinin böyümüş toxumaları kəsilir və nəticədə sidik kanalın sıxılması problemi həll olunur. Təbii ki, istənilən cərrahi əməliyyat kimi bu əməliyyatın da müəyyən ağırlaşmalırı, riskləri və əks-göstərişləri mövcuddur. Psixoloq.az xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniya alimləri prostat vəzini kişiltmək üçün yeni cərrahiyyəsiz üsul təqdim ediblər. Bu üsulun köməyi ilə prostat vəzini 5 dəqiqə ərzində kiçiltmək mümkündür. Yeni üsulun əsasında buxarın təsiri durur. Kişinin sidik kanalına nazik elastik borucuq yeridilir və borucuq vasitəsilə buxar verilir. Buxarın təsirinindən prostatın böyümüş toxumaları ölür və prostat vəzi normal ölçü alır. Alimlər sübut edir ki, bu üsulun riskləri minimaldır və onu yaxın zamanlarda kütləvi şəkildə tətbiq etmək mümkün olacaq.(Saglamolun.az)

İrandan gələn toz fırtınası Azərbaycana təsir edəcək? — AÇIQLAMA

İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilmir. Bu barədə ölkə.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib. “Peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də toz fırtınası ölkəmizə təsir etməyəcək”, - deyə o bildirib. U.Tağıyeva qeyd edib ki, adətən, toz fırtınalarının davamiyyəti dörd gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması, əsasən, sentyabrdan aprelə qədər müşahidə olunur: “Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzənlik ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir”.

Qab yuyan süngərlərə diqqət edin - Xəstəlik yaradırmış

Hər bir xanım ev təmizliyində süngərlərdən istifadə edir. Bəs süngərlərin mikrob yuvası olduğundan xəbəriniz varmı? Psixoloq.az  xəbər verir ki, mütəxəssislərin son araşdırmalarına görə, qab yumaq üçün nəzərdə tutulmuş süngərlərin tərkibində sonsuz sayda mikrob var. Bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur. Süngərin tərkibinə hopan mikroblardan biri moraxella osloensis adlanır. Bu mikrob zəif immunitetli insanları müxtəlif infeksiyalara yoluxdurur. Həmçinin moraxella süngərdən gələn xoşagəlməz qoxunun əsas səbəbkarıdır. Tədqiqatçılar 14 mətbəx süngərindən alınmış mikrobların DNT-sini təsbit edərək, çox vacib faktları aşkara çıxarıblar. Bu səbəbdən mütəxəssislər süngərləri tez-tez dəyişdirməyi tövsiyə edirlər.

Özgüvənini yoxla - Test

Özgüvən insanda olmalı ən əsas xarakteristik xüsusiyyətlərdən biridir.  Bəs özgüvəniniz nə qədərdir? 1. İş, ya da universitet üçün etdiyiniz üç müraciətiniz rədd edilsə, öz qabiliyyətinizdən şübhə edərsinizmi?a) Bəli b) Xeyr2. Böyük kütlələr başınızı qarışdırır, ya da sizi qorxudurmu?a) Bəli b) Xeyr3. Hal-hazırda şkafın köhnə paltarlarla doludur?a) Bəli b) Xeyr4. Özünüzə davamlı aynada baxarsınızmı?a) Bəli b) Xeyr5. Gedərkən, ya da birini gözləyərkən vucudunuzun duruşu dikdir?a) Bəli b) Xeyr6. Çox vaxt insanların sizin haqqınızda dedi-qodu etdiyini düşünürsünüz?a) Bəli b) Xeyr7. Təhlükəsizlik qüvvətlərindən biri sizə yaxınlaşdığında ürəyiniz daha sürətli atmağa başlarmı?a) Bəli b) Xeyr8. Restoran, avtobus ya da prospektdəki tanımadığınız insanlar arasında sizə kiminsə diqqətlə baxdığını, ya da sizə qəhqəhə çəkdiyini hiss edirsinizmi?a) Bəli b) XeyrÖzünə inam ölçmə testi9. Tanımadığınız bir ölkəyə bilet qazansanız, ya da sizə belə bir bilet verilsə, tək getməkdən qorxarsınızmı?a) Bəli b) Xeyr10. Sevdiyiniz adama eşqinizi elan edə biləcəyinizi düşünürsünüz?a) Bəli b) Xeyr11. Çox vaxt pis yuxular görürsünüz?a) Bəli b) Xeyr12. Bir problem olduqda çox vaxt onu öz özünüzə həll edərsinizmi?a) Bəli b) Xeyr13. Təcili vəziyyətlər o "qara gün" üçün yığmış olduğunuz pulunuz varmı?a) Bəli b) Xeyr14. Valideynlərinizin sizi sevdiyini hiss edirsinizmi?a) Bəli b) Xeyr15. Hər gün yeni bir şey öyrənmənizin vacib olduğuna inanırsınızmı?a) Bəli b) Xeyr16. Aldığınız ucuz bir şeyi geri qaytarmaqdansa, zərərə dözərək istifadə etməyi seçərsiniz?a) Bəli b) Xeyr17. Səylərinizin çox vaxt müvəffəqiyyətsizliklə nəticələndiyini hiss edirsinizmi?a) Bəli b) Xeyr18. İnsanlar çox vaxt sizdən öyüd istəyirmi?a) Bəli b) XeyrÖzünə inam ölçmə testiÖzünə inam Ölçmə Test cavablar və ballar.Əgər verdiyiniz cavab aşağıdakı cavablarla eynidirsə hər bir cavab üçün 2 bal verin.1. Xeyr 10. Bəli2. Xeyr 11. Xeyr3. Xeyr 12. Bəli4. Xeyr 13. Bəli5. Bəli 14. Bəli6. Xeyr 15. Bəli7. Xeyr 16. Xeyr8. Xeyr 17. Xeyr9. Xeyr 18. BəliÖzünə inam Ölçmə Test balları.30-36: Bu ballarda özünəinam baximindan probleminiz yoxdur. İnsanlar liderlik və ilham üçün sizə güvənirlər. Ehtimal ki, yenə də, bəzi insanlar sizin özünü bəyənmiş və əzici olduğunuzu düşünür. Doğru söyləmək lazım olsa, eqonuz çoxdur. Siz də şəxsi olaraq sizi öldürməyən şeyin sizi gücləndirəcəyini düşünürsünüz. Ancaq məşhur mütəfəkkir Goethe'nin ifadələriylə "İstənilən hər şeyi etmək üçün insan özünü olduğundan daha yaxşı görməlidir."20- 28: Bu ortalama bir özünə inam baximindan güclü və zəif tərəfləri olan bir insanı işarə edir. Bu test yoluyla qorxularınızı təyin edə bilər, onların etibarlılığını qiymətləndirə bilər və istəsəniz onları düzəldə bilərsiniz. Xeyr cavablarınıza yenidən baxıb üzərində düşünün.6 - 18: Qorxaq və özünə güvənməyən, ətrafındakıların liderlik və rəhbərliyinə ehtiyac duyan birisiniz. Həyatı gözəl yaşamaq üçün bir az dəstəyə ehtiyacınız olduğu şübhəsizdir. Bilməmək sizi bezdirməsin. Öyrənmənin sehirli qapıları hər vaxt sonuna qədər açıqdır.0 - 4: Bu olduqca nadir rast gəlinən bir baldır ancaq bu aralığa düşsəniz, bu, məlumatlı bir adamdan bəlkə bir psixiatr, doktor ya da bir din adamından kömək almalisinız mənasına gəlir. Həyat sizin üçün qorxu və narahatlıq dolu olmalıdır.(feat.az)

Sabahın HAVA PROQNOZU açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

"Bu adı məhsula qoymaq düz deyil" - Gülməli adların insan zehninə təsiri

Məhsullara verilən müxtəlif adlar hər zaman maraq dairəsində olub. Psixoloq.az xəbər verir ki, son zamanlar broyler toyuq məhsuluna “xalaoğlu” adının verilməsi isə sosial şəbəkələrdə kifayət qədər tənqid mövzusu olub. Buna gülməli rəylər yazanlar da çox oldu, tənqid edənlər də... Bəs məhsulla aidiyyatı olmayan adlar insan psixologiyasına nə kimi təsir göstərir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoterapevt Süleyman Məmməd-zadənin sözlərinə görə, məhsula ad vermək marketinq şöbəsinin işidir və oradakı mütəxəssislər də bir növ psixoloq olmalıdırlar: “Bildiyiniz kimi psixologiya şaxəli elmdir. Marketinq cəhətdən elə bir ad seçilməlidir ki, insanların şüuruna hansısa təsir göstərərək məhsula cəlb edə bilsin. Reklamda belə bir addan istifadə etmək mümkündür. Çünki reklam yadda qalandır. Ancaq bu adı məhsulun üzərinə qoymaq doğru deyil. Çünki birbaşa məhsulla arasında heç bir rabitə yoxdur. Bu, dolamağa gətirib çıxaran bir şeydir. Məhsulun üzərindəki bu ada baxarkən düşünmürəm ki insanları cəlb etsin. Daha da müştərini güldürərək özündən uzaqladıracaq. Düzü bunu neçə adam evinə alıb aparmaq istəyər maraqlıdır”. Şəhanə Quliyeva

Bu tərəvəzlə süd vəzi xərçənginə qalib gəlmək olar

Rutgers Universitetindən (Rutgers Universiteti) olan tədqiqatçılar pomidor suyunun tərkibində olan karotenoid piqmentinin süd vəzi xərçənginin yaranmasının qarşısını aldığını bildiriblər. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 55 yaşdan yuxarı olan 70 qadın üzərində araşdırma aparıblar. Qadınların adiponektin hormon səviyyəsi ölçülüb. Seçilən qadınlarda önəm verilən xüsusiyyətlərdən biri normadan artıq çəkisi, digəri isə irsi olaraq süd vəzi xərçənginə yoluxma riskinin yüksək olması idi. Amerikalı alimlər iddia edir ki, pomidor suyu içmək xərçəng yaradan hüceyrələrin inkişafını dayandırır. Pomidorun tərkibində pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan qəbul olunur. Antioksidant xüsusiyyəti olan bu maddə süd vəzi xərçəngi ilə yanaşı, prostat xərçəngi ilə də mübarizədə effektlidir. Bundan başqa, likopenlər bağırsaq florasındakı sağlam bakteriyaların artımına da səbəb olur. Alimlər qadınlara 10 həftə ərzində bir stəkan pomidor suyu içməyi (ketcup, tomat sousu da olar) məsləhət görüb. 10 həftədən sonra analiz nəticələri hər kəsi təəccübləndirib. Belə ki, tədqiqatın sonunda test nəticələri adiponektinin səviyyəsinin 9% artdığını göstərib. Beləliklə, alimlər aşkar ediblər ki, bu piqment hormon səviyyəsini artırır. Tədqiqatçılardan Adana Llanos deyib ki, tərəvəzlər içərisində pomidorların istifadəsi ümumi mənada orqanizmin fəaliyyətinə müsbət təsir edir: "Bu tədqiqatı qarpız, ərik, çəhrayı qreyfrutla da edə bilərdik. Onların da tərkibində pomidor tərkibində olan piqment var. Yalnız likopen maddəsinin əsas mənbəyi pomidordur". Xatırladaq ki, amerikalı tədqiqatçıların optimist ifadələrinə baxmayaraq, ingilis ekspertlər bu araşdırmanın nəticələrinə şübhə ilə yanaşdıqlarını deyiblər.

Ümidsiz və kefsiz olanlar...Bu problemə yoluxmaq ehtimalınız var

Depressiyanın əlaməti ilk olaraq yuxu və yemək pozuntusu ilə özünü biruzə verir. Psixoloq.az xəbər verir ki, şəxs özünü ümüdsüz və kefsiz hiss edir. Yorğunluq hissi hakim olur. İntihar və ölüm düşüncələri daha da çoxalır. Depressiya yas deyil, ancaq yas depressiyaya səbəb ola bilər. Hər 6 nəfərdən biri bu problemdən əziyyət çəkir. Qadınlarda kişilərə nisbətdə daha çox görülür. Bəs depressiyaya səbəb olan faktorlar hansılardır? Genetik səbəblər Vücuddakı bəzi hormonların pozğunluğu Ətraf faktorlar – kasıblıq, şiddət və s. Qeyd edək ki, müalicəsi isə psixoterapiya, elektroterapiya və s üsulu ilə aparılır. Şəhanə Quliyeva

Çoxuşaqlı qadınlarda bu xəstəlik riski 70 faiz yüksəkdir

Qadınların 5 və ya daha çox uşaq sahibi olması onlarda Alsheymer riskini 70 faiz artırır. Alimlər bu qənaətə Koreya Respublikasında və Yunanıstanda 60 yaşından yuxarı 3500-dən çox qadın üzərində apardıqları araşdırmadan sonra gəliblər. Tədqiqatda demensiya xəstəsi olmayan 5 və daha çox övlad dünyaya gətirən qadınların koqnitiv testlərdə 5-dən az uşaq dünyaya gətirənlərə nisbətən daha müvəffəqiyyətsiz olduqları müşahidə edilib. Bundan əlavə, orta yaş həddi 71 olan qadınlar arasında bir və ya iki dəfə yarımçıq hamiləlik yaşayanlarda belə Alsheymer riskinin ümumiyyətlə hamilə olmayanlara nisbətən daha aşağı olduğu müəyyənləşib. Tədqiqatçılar Alsheymer riskinin artmasına səbəb kimi qadın orqanizminin sürətlə yüksəlib anidən düşən estrogen və stress hormonlarının təsirinə məruz qalmasını göstərirlər. Belə ki, bu vəziyyət beyinə mənfi təsir edir. Bununla yanaşı, yarımçıq hamiləliklərlə bağlı nəticələr də tədqiqatçılarda təəccüb doğurub. 2016-cı il Dünya Alsheymer Hesabatına görə, dünyada 47 milyon Demans xəstəsi var (AZƏRTAC).

İş stressindən necə xilas olmalı? - Bunları yeyin

İş stressi demək olar ki, çalışan hər kəsi narahat edən problemdir. Müvəffəqiyyət qazanma hissi və iş şəraiti stressin artmasında önəmli rol oynayan faktorlardandır. Lakin sağlıqlı qidalanma ilə iş stressini azaltmaq mümkündür.  Psixoloq.az ailem.az-a istinadən iş stressini azaldacaq qidaların siyahısını verir. - Balıq stressi azaldan qidalardan birincisidir. - Avokado hormon səviyyəsini tənzimləyir.  - Portağal, qreypfrut kimi sitrus meyvələri stress səviyyəsini aşağı salır. - Çobanyastığı və anason çayları antidepressiya təsiri göstərir. - Tünd şokolad tərkibindəki "feniletilamin" maddəsi sayəsində xoşbəxtlik hissi verir. - Yulaflı və yağ səviyyəsi aşağı qidalar əsəbləri sakit saxlayır. - Qoz, ərik, üzüm qurusu, badam və fındıq kimi çərəzlər sinir sistemini rahatladır.(ailem.az)

Günün qoroskopu: verdiyiniz vədləri, öhdəlikləri unutmayın

Qoç - yaradıcılıq üçün yaxşı zamandır. Refleksiya, hisslərə qapılmaq pis nəticələr verə bilər. Sizə təsir etmək istəyən insanın sözlərinə uymayın, vədlərinə aldanmayın. Ən müxtəlif, hətta gözlənilməz mənbələrdən informasiya əldə edə bilərsiniz. Günün ikinci yarısında ailədəki durum yaxınlarınızın əhvalından, onların emosional durumlarından asılıdır. Sərt sözə aqressiya ilə cavab vermək optimal davranış deyil. Vacib işə yetərincə diqqət ayırmamağınız qıcıqlanmaya səbəb ola bilər. Axşam saatlarını təklikdə keçirməyə çalışın. Buğa - maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin. Köhnə dostlardan birinin məsləhətindən yararlanın. Günün ikinci yarısında durumda dəyişikliklər olacaq. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var. Onu diqqətlə dinləyin, mütləq şəkildə yardım edin. Axşam saatlarında yola çıxmaq, səyahətə yollanmaq məsləhət deyil. Rasionunuza fikir verin. Nikbin olun. Əkizlər - yaxın gələcəklə bağlı strategiyanı hazırlamaq üçün münasib zamandır. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın. İntuisiyanıza güvənə bilərsiniz. Vəziyyəti təhlil edərək problemlərin həll yollarını arayın. Dəqiq plan hazırlayın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dedikləri davranışınıza və əhvalınıza ifrat təsir etməməlidir. İrəliləmək üçün gərəkli metodlardan yararlanın. Əməllərinizlə bağlı gözlənilən reaksiya olmazsa, hisslərə qapılmayın. Axşam saatlarında süst olmayın, bədbinləşməyin. Xərçəng - planlaşdırdığınızdan artıq maliyyə vəsaiti xərcləməkdən çəkinin. Kənar şəxslərin problemlərini həll etməli olacaqsınız. Cərimə və ya cəza istisna deyil. Ehtiyatlı davranın. Sükan arxasında sayıq olun. Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə ənənələri pozmayın. Müstəqilliyə can ataraq azadlıq istəyirsinizsə, başqasının maraqlarını da nəzərə almalısınız. Prinsiplərinizə xəyanət etməyin. Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradlar ağır, sərt olmamalıdır. Şir - yaşanan situasiya planlara ciddi dəyişikliklər tələb edir. Qəfil yaranmış problemləri dərhal həll etməyə çalışın. Çətinliklərin həllini təxirə salmayın, əsla ertələməyin. Dost və ya qohumları yardıma çağıra bilərsiniz. Belədə ən ciddi sədləri dəf edə bilərsiniz. Günün ikinci yarısı kollektiv fəaliyyət üçün əlverişlidir. Birgə layihəyə başlayın. Bir müddət sonra yaşamınıza ciddi təsir edə biləcək insanla qarşılaşa bilərsiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın. Qız - günün ilk yarısından etibarən aktiv çalışsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Problemlərin həllində orijinal metodları seçin. Rutinlikdən uzaqlaşın, başqalarını təkrarlamayın. Karyera inkişafınızın asılı olduğu insan cəhdlərinizi görəcək, zəhmətinizi dəyərləndirəcək. Günün ikinci yarısında birgə layihə və ya müştərək işdə irəliləyişlər istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini anlamağınız şərtdir. Axşam saatlarını ailənizə həsr edin. Tərəzi - maraqlandığınız işə, xoşladığınız məşğuliyyətə vaxt ayırmaq üçün münasib zamandır. Yaşama fəlsəfi yanaşmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərsiniz. Enerji potensialınız yüksəkdir. Adi saydığınız işləri qulaqardına vurmayın. Günün ikinci yarısında önəmli məsələnin həllinə başlayın. Yaxınlarınız sizi anlayacaqlar. Ailə təmaslarının harmonikliyinə can atın. Çoxdan bəri görmədiyiniz qohumlarınızdan biri qonaq gələ bilər. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Əqrəb - baş verən olayları yanlış anlamayın. Hadisələri olduğu kimi qəbul edin. Situasiya yaşamın məcrasını kəskin şəkildə dəyişə bilər. Yeni tanışlıqlara can atmayın. Belə cəhdlərdə pozitiv heç nə yoxdur. Maliyyə məsələləri ilə bağlı problemlər yarana bilər. Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla münasibətlərinizdə sərinliyin formalaşmasına imkan verməyin. Yaxşı tanımadığınız insanla ünsiyyətdə sayıq olun. Maraqlarınızı ani hisslərə qurban verməyin. Hisslərə qapılmayın, emosiyaların qurbanı olmayın. Tərəfdaşla təmasları gərginləşdirməyin. Oxatan - yaxın ətrafınızdakı insanlarla normal əlaqələr qurmağa çalışın. Haqqınızda deyilənlərə diqqətlə qulaq asın. Yeni tanışlıqlar üçün yaxşı zamandır. Dostlarla söhbətlərdə səmimi, tərəfdaşlarla müzakirələrdə sayıq olun. Yeni əlaqələrin yaxşı perspektivləri var. Günün ikinci yarısında sevdiyiniz insanla münasibətləri möhkəmlətməyə çalışın. Əyləncə və ya istirahəti bir qədər təxirə salın. Axşam saatlarında normal istirahət edin. Oğlaq - situasiya planlarınızdan da yaxşı ola bilər. Ən çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Əlverişli şəraitdən yararlanmağı bacarın. Şansı əldən verməyin. İntuisiyanıza güvənə bilərsiniz. Dürüst addımlar atmağa çalışın. Günün ikinci yarısında çözümünü tələb edən məsələləri qulaqardına vurmayın. Zərərli vərdiş və ya adətlərdən birini unutmaq olar. Rasionununuzu daha faydalı etməyə çalışın. Axşam saatlarını açıq havada keçirin. Dolça - günün ilk yarısında mövcud problemlərin həllinə başlayın. Rutin işlər sizi yora bilər. Geri çəkilməyin. Əyləncə və ya istirahəti unudun. Təcili həllini tələb edən məsələlər var. Günün ikinci yarısında yaxınlarınız və qohumlarınız xüsusi diqqət tələb edəcəklər. Onlar sizi uğurları ilə sevindirəcəklər. Axşam saatları problemlər və qayğılar vəd edir. Verdiyiniz vədləri, öhdəlikləri unutmayın. Balıqlar - informasiya axtarışı və yeni məlumatların əldə olunması üçün əlverişli zaman deyil. Dəyərli heç nə tapa bilməyəcəksiniz. Cari işlərlə məşğul olun. Rutinlikdən qaçmayın. Günün ikinci yarısında kiçik təmir, yerdəyişmə zərurəti yaranacaq. Yaşlı qohumlardan birinə baş çəkmək olar. Ailədə sürəkli olaraq mübahisələr yaradan mövzulardan birinə qayıtsanız, güclü emosional diskomfort hiss edəcəksiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın.(Milli.az)