Çimərlikdəki qadağalara niyə əməl olunmur? - Psixoloq səbəbini açıqladı

Hər il olduğu kimi bu il də Qaradağ rayonu ərazisindəki Sahil , Səbail rayonunun Şıx və bəzi çimərliklərinin nümunələri ürəkaçan deyil. Su nümunələri üzərində aparılan analizlərdə çox sayda bakteriyalar tapıldığından bu növ çimərliklərə getmək tövsiyə edilməyərək,  bu barədə xəbərdarlıq edilib. Həmçinin çimərlikdə insan sağlamlığı və təhlükəsizliyi üçün bəzi  qadağalar mövcuddur. Psixoloq.az xəbər verir ki, qadağalara baxmayaraq buna nəzarət etməyənlər kifayət saydadır. İnsanlar gigiyenik və ekoloji tələblərə cavab verməyən, insan sağlamlığı üçün təhlükəli olan sahillərə üz tuturlar, bu da müxtəlif xəstəliklərin yaranmasına yol açır. Bəs bunun səbəbi nədir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Zeynəb Eyyubova, insanların yaradılış etibarilə öz ayaqları üzərində dura bildikdən sonra şüuraltı olaraq onlara qoyulan qadağalara meylləndiyini bildirib.Onun sözlərinə görə, psixoloqlar 2-3 yaşlı uşaqlara belə yox deyilməsinin tərəfdarı deyillər. Bunun səbəbi isə bunun travmaya səbəb ola biləcəyidir. Kəskin formada qadağa düzgün addım deyil: “Çimərliklərlə bağlı da bir sıra qadağalar mövcuddur. Qadağa deyildikdə insanda 2 fikir formalaşır. Ya burdakı qadağanın doğru səbəbi var. Və ya əslində yaxşıdır amma bizə qadağan olunub. Bəzən insanlara sual verdikdə ki niyə bu yerdə çimirsən deyirlər ki suyu təmizdi, halbuki  biz oxuyuruq ki ən çirkli hissə məhz buradır. İnsanlar qadağan olunan bütün şeylərə meyllidir”. Psixoloq, bunun qarşısını almaq üçün bir müddət həmin yerlərə qurumlar tərəfindən nəzarətçi şəxslərin qoyulmasının daha düzgün ola biləcəyini vurğulayıb:  “Həmin təhlükəli hesab edilən çimərlikdən istifadə etmək istəyən insanlara  icazə verilməməlidir. Xəbərdarlıq və ya cərimə tətbiq edilə bilər. Sırf qadağa və ya tövsiyə edilməməsi çarə deyil”. Şəhanə Quliyeva

Qaraciyərinizi bir ay ərzində belə təmizləyin

Qaraciyər orqanizmin metabolizmasını sürətləndirən,  virusların orqanizmdən ifrazını təmin edən orqandır. Bəs qaraciyəri necə təmizləmək olar? Yeməkdən əvvəl bir diş sarımsaq Boş mədəyə sarımsaq udmaq ən klassik reseptdir. Sarımsaq ağız qoxusuna səbəb olsa da, qara ciyər funksiyasını optimal hala gətirmək, arıqlamaq üçün əla vasitədir. Gündə bir ədəd qreyfurt Qreyfurt sağlam qara ciyər üçün çox vacibdir. Tərkibində C vitamini və antioksidantlar olan qreyfurt qara ciyərin təbii təmizləmə işlərinə kömək edir. Səhər yeməyində bir stəkan təzə sıxılmış qreyfurt suyu içmək də olar.

10 dəqiqə içərisində milyoner oldu - Ancaq...

ABŞ-ın Massaçusets ştatının Boston şəhərinin sakini səhvlik səbəbindən milyon dollar qazanıb və 10 dəqiqədən sonra ondan məhrum olub.  Psixoloq.az xəbər verir ki, bununla bağlı “Boston Globe” nəşri məlumat yayıb.  İyulun 18-də 26 yaşlı Ellen Fleminq “TD Ameritrade” şirkətinin əməkdaşından səsli mesaj əldə edib. Mesajda onun hesabına məbləğin yatırılması ilə bağlı məlumat təqdim edilib. O, hesabına baxdığı zaman burada milyon dollardan çox pul aşkar edib.  Fleminq etiraf edib ki, o, pulları gizli saxlamağa çalışıb. Bu pullarla qadın işdən çıxa, universitetə olan təhsil borclarını ödəyə bilərdi. “Sənə verilən bütün şanslardan istifadə etməlisən. Ancaq bu şans məni federal həbsxanaya apara bilərdi. Buna dəyməzdi”, - o deyib.  Qadın məsələ ilə bağlı anası ilə danışdıqdan sonra həmin şirkətə zəng edib və səhvlik barədə məlumat verib. Şirkətdən bildirilib ki, pullar şirkətin eyni ad və soyad daşıyan Floridadakı əməkdaşına çatmalı imiş.  On dəqiqədən sonra səhvlik düzəldilib və qadın hesabında 63 dollar qalıb. Fleminq bu hadisəni yumor kimi qəbul edib.

Bətnindəki körpəni öldürmək istədi... Özü öldü

Lənkəranda 20 yaşlı 16 həftəlik hamilə qadın vəfat edib. Bunu oxu.az-a açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müaviniƏbülfət Məmmədov deyib. Onun sözlərinə görə, bu gün səhər Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü İbrahimova Günay Ümüd qızı ağır vəziyyətdə xəstəxanaya gətirilib: “Xəstə dərhal reanimasiyaya yerləşdirilib. İlkin məlumata əsasən, o, ya həkimlərin, ya da qonşuların məsləhəti ilə hamiləliyi pozmaq üçün dərman qəbul edib. Qadında qanaxma baş verib. Əvvəl əhəmiyyət verilməyib, vəziyyəti ağırlaşandan sonra xəstəxanaya gətiriblər”. Baş həkimin müavini qeyd edib ki, xəstəni xilas etmək mümkün olmayıb: “Göstərilən bütün reanimasion tədbirlərə baxmayaraq, qadın dünyasını dəyişib”. Faktla bağlı araşdırma aparılır.

Ömür klinikasında aksiya keçirilir - Bu diaqnostikadan pulsuz keçəcəksiniz/FOTO

Vaginizm problemi bir sıra evli cütlüklərdə rast gəlinir.  Psixoloq.az xəbər verir ki, "Ömür" klinikasında mövcud olan vaginizm xəstəliyinin müalicəsi tamamilə elmi vaginizm müalicə metodlarından ibarətdir. Bu problemin müalicəsi isə klinik psixoloq İlhamə Balakişiyeva tərəfindən aparılır. Qeyd edək ki, vaginizm ginekoloji deyil, psixoloji problemdir. Son zamanlar isə sosial problemə də çevrilib. Əgər düzgün psixoloji müalicə olunmazsa vaginizm müxtəlif prblemlərə səbəb ola bilər: Keysəriyyə kəsiyinin sayının artmasına Boşanma Bəzi hallarda isə intihar Nikahsız evlənmələrdə bu problem daha ağır nəticələrə səbəb olur. Ginekoloji müdaxilə yenidən vaginizmə, ümidsizliyə depressiyaya, qərarsızlığa, aqressiyaya gətirib çıxarır. 95 faiz psixoloji xəstəlik hesab edilən vaginizm, psixoterapiya ilə qısa müddətdə müalicə oluna bilər. Ailə, qadın və cinsi problemdən, xüsusilə vaginizmdən əziyyət çəkənlərə Ömür klinikası əlverişli şərait yaradır. Belə ki, 20.07.18 - 15.08.18 tarixlərində bütün psixoloji diaqnostika ödənişsiz olaraq keçiriləcək. Ünvan: Ömür klinikası (Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) Əlaqə nömrələri: 012 4648608 012 4648609 012 4648610 055 3839943 050 3298692

Bu günə olan Hava Proqnozu

Azərbaycanda iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Psixoloq.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 28-32° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 34-39° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 23-28° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 29-34° isti təşkil edəcək.

Ağdamın işğalından 25 il keçir

Bu gün Ağdam rayonunun işğalından 25 il ötür. Psixoloq.az xəbər verir ki, ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır. 23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır.İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənayesi, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir.Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan fiziki şikəstlik qazanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

Astroloji proqnoz - 23 iyul

Qoç - bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq: qəfildən maneələrlə rastlaşırsınız, üstəlik müttəfiqləriniz də özlərini yaxşı aparmırlar. Bir çox başqalarının işlərini görməli, yaxud digər insanların buraxdıqları səhvləri düzəltməli olacaqsınız. Yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər. Əsasən də, yaşlı nəslin nümayəndələri ilə sözləriniz çəp gəlir. Ola bilsin ki, özünüz haqda xoşagəlməyən sözlər eşidəsiniz. Amma bu, elə də pis deyil: adətən sizə yaxşı sözlər söyləyən insanın həqiqətdə haqqınızda nə düşündüyünü öyrənəcəksiniz. Buğa - çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox nüanslardan bəhrələnib karyera pillələri ilə yuxarı qalxa bilərlər. Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz. Əkizlər - əldə edə biləcəyiniz uğurlar yalnız sizdən, işə necə diqqət göstərəcəyinizdən asılıdır. Etibarlı dost və ya nüfuzlu insan sizə kömək edərsə, əla olar. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gərəkli vasitələrdən istifadə edin. Günün ikinci yarısında şəxsi münasibətlərdə gərginlik yarana bilər. Dəyər verdiyiniz insanla təmasları ağırlaşdırmayın. Dediyiniz sözlərin fərqinə varın. Ailənin yaşlı üzvləri ilə qarşılıqlı anlaşmaya ehtiyac duyulur. Qayğıkeş, diqqətli olun. Alicənab insan təsiri bağışlayın. Xərçəng - birgə fəaliyyət üçün əlverişli zamandır. Kollektiv işdə rolları bölüşdürün, kimin hansı işlə məşğul olacağını müəyyənləşdirin. Ən ağır problemi əldir şəkildə çözmək olar. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı mümkün qədər artırmağa can atın. Ayıq olun ki, rəqiblər sizi keçməsin. Dedi-qodulara, qeybətə əsla qatılmayın. Sevdiyiniz insanın qədrini bilin. Dəyərli şəxslərlə əlaqə saxlayın. Şir - uğurlu, düşərli gündür. Hədəfləri yeniləmək, məqsədi dəyişmək olar. Ən yaxşısını əldə etmək sizin hüququnuzdur. Passiv olmayın, kiminsə kölgəsində qalmağı ən təhlükəsiz variant hesab etməyin. İstedadınızdan - əgər varsa - bəhrələnin. Günün ikinci yarısı karyera baxımından yeni imkanlar və münasib perspektivlər vəd edir. Şansı dəyərləndirin, astagəllik etməyin. Yaxın ətrafınızdakı adamlarla səmimi olun. Danışmaqdan daha çox, dinləyin. Eqoist insan təsiri bağışlamayın. Dözümlü olun. Qız - praqmat olun. Hansısa sifarişə və ya işə razılaşmazdan əvvəl konkret mənfəəti, əldə edə biləcəyiniz gəliri düşünün. Dostlar və tanışların maraqlarına zərbə vuracaq addım atmayın. Yanlış qərardan qorunun. Yeni layihəyə başlamaq, əlavə sifariş almaq niyyətiniz varsa, potensialınızı dürüst qiymətləndirin. Günün ikinci yarısında durumu təftiş edəndə təsir rıçaqlarını görməyə çalışın. Dostlarla təmaslarda onların nə istədiklərini öyrənin. Deyilənləri qulaqardına vurmayın. Axşam saatlarında səfərə və ya gəzintiyə yollanmaq olar. Müsbət emosiyalardan bəhrələnin. Tərəzi -yarımçıq qoyduğunuz işləri başa vurun. Problemlərin həlli üçün ekstravaqant yol aramağa lüzum yoxdur. Sınanmış vasitələrdən və indiyədək özünü dəfələrlə doğrultmuş etibarlı metodlardan istifadə edin. Günün ikinci yarısında toplantı, görüş, müzakirələr normal keçəcək. Anlaşma və ya müqavilə imzalamağa tələsməyin. Yeni tanışlıqlar istisna deyil. Axşam saatları o qədər də mürəkkəb olmayacaq romantik macəra və ya qısamüddətli gəzinti üçün yaxşıdır. Stressdən qurtulun. Əqrəb - hisslərin burulğanında batmayın. Soyuqqanlı davranın. Müəyyən risk olarsa, qəti addım atmaqdan çəkinməyin. Mühüm saydığınız işləri görməyə başlamazdan əvvəl situasiyanı araşdırın. Təhlilsiz fəaliyyət avantüradır. Yalnız şans və ya uğur sizə rəqibləri üstələməyə imkan verməyəcək. Günün ikinci yarısında cari məsələlərin həllində alternativ variantlardan yararlanın. Bankdan kredit almaq, borc götürmək üçün münasib zaman deyil. Fəaliyyətin perspektiv istiqamətini bəlirləmək olar. Alış-veriş zamanı nəzərdə tutmadığınız mal, məhsul və ya əşya almayın. Bədxərclik etməyin. Oxatan - sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz. Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar. Oğlaq - günün ilk yarısında yaranacaq problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. İşgüzar əlaqələri möhkəməndirin. Anlaşmalar və sazişlərdə diqqətli olun, sənədləri diqqətlə oxuyun. İntuisiyanızdan faydalanın. Günün ikinci yarısında hadisələrə ciddi təsir imkanlarına malik insanların məsləhətlərindən yararlanın.Cari problemlərin həllində astagəllik etməyin. Məntiqlə davranın, tələsik addımlar atmayın. Düşünülməmiş sözlər sizi pərt edə bilər. Dolça - günün ilk yarısında yalnız özünüzə güvənməyin. Yaxın ətrafınızdakı insanların da dəstəyə ehtiyacı var. Sadiq dostlar, etibar etdiyiniz insanların yardımları ilə daha çox işlər görə bilərsiniz. Məqsədə doğru müstəqil hərəkət üçün resurslarınız kifayət qədər deyil. Günün ikinci yarısında tənha qalmaqdan qorxmayın. Çalışdığınız kollektivdə məhsuldar ab-hava varsa, sakit işləyin. Amma müti olmayın, mədəniyyətsiz insanın iradlarını aqressiya hesab edərək geri çəkilməyin. Korporativ ruh yaxşı nəsnə olsa da, mənəviyyat deyilən anlam var. Balıqlar - qarşınıza qoyduğunuz məqsədə doğru aparan yolu yenidən təftiş edə bilərsiniz. Belədə nəticədə də pis olmayacaq. Bilik, bacarıq və təcrübənizin yetərincə dəyərəndirilməsi üçün yaxın ətrafınızdakı insanlarla konstruktiv əməkdaşlığa ehtiyac duyulur. Günün ikinci yarısında tərəfdaş və ya şərikin köməyi ilə işlərinizdə sürətli irəliləyişə nail ola bilərsiniz. Yeniliklərə hazır olun. Dəyər verdiyiniz insanlar mövqelərinizi bölüşsələr, sizi dəstəkləsələr, əhvalınız, təbii ki, yaxşılaşacaq. Novasiyalardan çəkinməyin. Bacarıqlarınızı maksimum dərəcədə reallaşdırmağa can atın (Milli.Az).

15 dərman içib özünü zəhərlədi

Şəkidə 32 yaşlı qadın dərmandan zəhərlənib. Psixoloq.az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saat 14 radələrində Şəki şəhəri, F.X. Xoyski küçəsi, ev 52 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Səidə Nərbala qızı Məmmədkərimova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. MRX-dan bildirilib ki, müayinə zamanı 32 yaşlı Səidə Məmmədkərimovanın hələ ki məlum olmayan səbəbdən müxtəlif adda 15 ədəd dərman həbi qəbul etdiyi müəyyənləşib. Səidə Məmmədkərimovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Yeraltı təkanlar oldu - Türkiyədə

Türkiyənin cənub-şərqində 4,7 bal gücündə zəlzələ olub. Psixoloq.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata əsasən, zəlzələ ölkənin Burdur vilayətində baş verib. Yeraltı təkanlar yerli vaxtla 05:40-da qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 5 km olub.

Güclü zəlzələ baş verdi

İranın cənub-şərqindəki Kirman əyalətində bu gün maqnitudası 5,8 olan növbəti zəlzələ baş verib.  Psixoloq.az xəbər verir ki, bununla bağlı ISNA agentliyi Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, yerli vaxtla 01:09-da qeydə alınan yeraltı təkanların episentri 10 kilometr dərinlikdə olub.  Ümumilikdə, son sutka ərzində baş verən zəlzələlər nəticəsində 287 nəfər yaralanıb, 43 kənd zərər görüb, 101 bina tamamilə dağılıb.

Çökən yol istifadəyə verilib

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsinin bərpası aparılaraq yekunlaşdırılıb. Psixoloq.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindənoxu.az-a verilən məlumata görə, müvəqqəti alternativ yol artıq sürücülərin istifadəsinə verilib. Müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın iki mərtəbəli zirzəmisinin mərtəbələrarası hissəsi sökülüb. Əks-dolğu işləri aparılıb. Yeni yol yatağı və yol əsası inşa edilərək, asfaltlanma işləri görülüb.

22 iyul - MIlli mətbuat günüdür

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü."Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu.XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı.XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi.Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

İstidən 13 nəfər öldü

Yaponiyanın Kiato şəhərində istidən 13 nəfər həlak olub. Psixoloq.az xəbər verir ki, istilik göstəricisi 38 dərəcədən yuxarı olub. Bununla yanaşı xəstəxanaya müraciət edənlərin say da artıb.

Əbülfəs Qarayev jurnalistləri təbrik etdi

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin media təmsilçilərini təbrik edib. Psixoloq.az xəbər verir ki,təbrikdə qeyd olunur ki, mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. Təbrikdə qeyd edilir ki, 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır: “Bu gün 143 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq”. Nazirin təbrikində daha sonra deyilir: “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır”. Təbrikdə mədəniyyət mövzusunda yazan jurnalistlərin fəaliyyəti, onların bu sahədə görülən işlərin, eləcə də mövcud problemlərin işıqlandırılmasında rolu xüsusi qeyd edilir. Vurğulanır ki, Mədəniyyət Nazirliyi mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, mədəni irsimizin, incəsənətimizin təbliğində, dünyaya tanıdılmasında kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir. Əbülfəs Qarayev sonda bir daha ölkənin bütün media təmsilçilərini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edib, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıb.

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu yekunlaşdı

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Psixoloq.az xəbər verir ki, Transfer.edu.az portalı vasitəsi ilə 1 333 nəfər tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 231 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3 152 nəfər olub. Onlardan 1 378 nəfəri öz sorğusunu təsdiq edib. Nəticələr sentyabr ayında elan olunacaq. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Aktrisanın yeni imici bəyənilmədi

Aktrisa Məryəm Üzərli son filmi üçün saçlarını qara rəngə boyayıb. Psixoloq.az xəbər verir ki, aktrisa yeni imicdə fotosunu sosial şəbəkədə paylaşıb. Amma onun izləyiciləri Məryəmin yeni imicini bəyənməyiblər. İzləyiciləri fotonun altına “Qara sənə yaraşmır, əvvəlki halına qayıt” rəylərini yazıblar.

Günə limonlu su içərək başlayın - Arıqlayın

Sürtgəcdən keçirilmiş limon ilə pəhriz saxlayanlar 1 ayda 20 kilo arıqlaya bilər. Psixoloq.az ölkə.az-a istinadən resepti oxucuları ilə bölüşür. Günə limonlu su içərək başlamaq insana özünü gümrah hiss etməyə, orqanizmi isə toksinlərdən və mikroblardan təmizləməyə kömək edir. Bundan başqa həzm sisteminə də faydalıdır. Limonun tərkibində C vitamini, kalsium, potasium, maqnezium və dəmir var. Eyni zamanda antikosidantlarla da zəngindir. Ac qarına limon suyu içmək orqanizmdə detoks effekti yaradır. Bağırsaqdakı mikrobları məhv edir, orqanizmi qidalandırır və ehtiyac olan enerjini təmin edir. Bundan başqa limonun suyu orqanizmdəki yağ dövrünü sürətləndirir, arıqlamağa şərait yaradır və ziyanlı toksinləri yox edir. Limonu sıxaraq sadəcə suyunu içmək də bir çox xəstəliyə qarşı təsirlidir. Nə lazımdır? 5 ədəd limon; 5 diş sarımsaq; Bir parça zəncəfil; 2 litr su Nə etməli? Suyu qaynadın, üzərinə limon suyu, limon qabığı, sarımsaq və zəncəfil əlavə edin. 10 dəqiqə qaynadın, soyudun və hər səhər acqarına bir stəkan için.

Yağış yağacaq - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 27-32° isti, Bakıda gecə 23-25°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar. Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti təşkil edəcək.

Diş həssaslığının səbəbləri - Bu məcunlar...

Bir çox insan diş həssaslığı səbəbindən soyuq, isti içki və yeməklərə həsrət qalır. Bəs narahatçılığa səbəb olan diş həssaslığının səbəbləri nədir? Psixoloq.az xəbər verir ki, stomotoloq Ramil Yusubov problemin dərinliklərindən bəhs edib. Onun sözlərinə görə, dişlərə mənfi təsir edən maddələrdən hazırlanmış məcunlardan və sərt diş fırçalarından istifadə etmək başlıca səbəblər sırasındadır. “Diş emalının eroziyası, kariesin başlanğıc forması zamanı, diş daşının təmizlənməsindən sonra (diş daşı ilə örtülən emal daha zəif olur və bir neçə gün ərzində daha həssas olur), dişlərin ağardılmasından sonra bir müddət həssaslıq yarana bilər”,-deyə stomotoloq bildirib. Müəllif: Şəhanə Quliyeva

Paltaryuyan maşının içinə aspirin atsanız... - İnanılmaz nəticə

Paltaryuyan maşının içinə bir neçə alüminium folqa topları atmaqla paltarların elektriklənməsinin qarşısını ala bilərsiniz. Psixoloq.az publika.az-a istinadən məlumat verir ki,paltarları ağartmaq və ləkələri çıxartmaq üçün bir neçə maraqlı üsulu təqdim edir. Aspirin həbi Paltaryuyan maşına aspirin qoymaqla paltarları ağarda bilərsiniz. Aspirinin tərkibindəki salisilik turşu ağ parçalardakı sarı ləkələri yox edir. Bunun üçün paltaryuyan maşına sadəcə bir neçə aspirin həbi qoymaq kifayətdir. Paltaryuyan maşının içinə bir neçə alüminium folqa topları atın Paltaryuyan maşına bir neçə alüminium folqa topları qoymaqla paltarların elektriklənməsinin qarşısını almaq mümkündür. Makiyaj ləkələrini çıxarmaq üçün təraş kremi istifadə edin Makiyaj ləkələrinin üstünə təraş kremi sürtüb yumağa atsanız, ləkələr dərhal çıxacaq.

Yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başladı

Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - "Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb. Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsilə həyata keçirilir. Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.

“WhatsApp” məhdudiyyət tətbiq edəcək

"WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edəcək. Psixoloq.az Xezerxeber.az saytına istinadən xəbər verir ki, populyar "WhatsApp" messenceri Hindistanda saxta xəbərlərin yayılması ilə əlaqədar mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq etməyə qərar verib. Bu, bir sıra regionlarda çoxlu sayda ölkə vətəndaşının faciəli şəkildə ölməsinə səbəb olub. Xatırladaq ki, bir neçə il bundan əvvəl messencerə əlavə edilmiş funksiya mesajı eyni anda bir neçə çata göndərməyə imkan verirdi. "Biz bu gün mesajların yönləndirilməsinə tətbiq ediləcək məhdudiyyəti sınaqdan keçirməyə başlayırıq. Yeni qayda "WhatsApp"dan istifadə edən hər bir kəsə şamil olunur. Biz, həmçinin dünyanın digər ölkələri ilə müqayisədə daha çox mesaj, şəkil və videoçarxın göndərildiyi Hindistanda yönləndirmə üçün eyni zamanda istifadə edilən çatların sayını 5-dək məhdudlaşdırmağa cəhd edəcəyik və multimedia mesajlarının yanında ani göndərmə düyməsini siləcəyik", – deyə şirkətdən bildirilib. "Tech Crunch" nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi "WhatsApp" messencerindən faydalanır. Şirkət "Facebook"a məxsusdur.

1,5 milyon xəstənin tibbi kartı ələ keçirilib

Kütləvi kiberhücum nəticəsində hakerlər Sinqapurun ən böyük klinikası "SingHealth”in 1,5 milyon pasiyentinin məlumatlarına müdaxilə ediblər. Yerli KİV artıq bunu ölkə tarixində ən böyük kiberhücum adlandırıb. Psixoloq.az azertaca istinadən bildirir ki, hakerlər "SingHealth” klinikasının təxminən 1,5 milyon pasiyentinin şəxsi profilini və 160 min xəstənin tibbi kartını oğurlayıblar. Maraqlıdır ki, həmçinin Sinqapurun baş naziri Li Syanlun üçün yazılmış resept də ələ keçirilib. Hakimiyyət nümayəndəsi deyib ki, bu, yaxşı planlaşdırılmış kiberhücum olub. "SingHealth” klinikasından bildirilib ki, hakerlər pasiyentlərin ad, elektron poçt, doğum tarixi, qeydiyyat nömrələrini ələ keçirsələr də, onların xəstəlikləri haqda informasiya əlçatmaz olub. Maraqlıdır ki, hakerlər tibbi karta heç bir zərər vurmayıblar.