İnsanlar psixoloqa inanmır - Savadlı kadr azdır, ya...

Son zamanlar psixoloq adı altında qeyri-qanuni fəaliyyət göstərənlər, insanlara pul məqsədi ilə yanaşan dələduzların sayı artıb. Psixoloq.az saytının əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında psixoloqların fəaliyyəti barədə sorğu keçirib. Əldə edilən nəticə isə ürəkaçan olmayıb. Sosial şəbəkə istifadəçiləri, psixloqların savadlarına inanmadıqlarını, pasiyentə can yandırmadıqlarını, peşəkar olmadıqlarını bildiriblər. Bəs psixoloqlar pasiyentlərə nə üçün can yandırmırlar? İnsanların xarici psixoloqlara üz tutmağının səbəbi nədir? Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Çimnaz Verdiyevanın sözlərinə görə, bunun bir neçə səbəbi ola bilər: “Mən deməzdim savadlı psixoloq kadrı azdı. Məncə kifayət qədər var, ancaq can yandıran psixoloqlar azdır. Düşünürəm ki, buna əsas səbəb günümüzdə insanların problemlərinin, çətinliklərinin olmasıdır. Psixoloq da bir insandır, o da sevilmək istəyir, müəyyən problemləri ola bilər. Yaxşı məvacib almırlar. Maaşları yaxşı olsa məncə daha çox can yandırarlar. Düzgün yola istiqamətləndirən, kömək edən, can yandıran psxiloqlarımız var. Buna baxmayaraq tamamilə can yandıranlar azdır təəssüf ki. Əvvəllər psixoloq dedikdə razılaşardım ki azdır. Amma artıq elə deyil.  Dahi psixoloqlarımız olub, indi də var. Əbdül Əzizadə, Əkbər Bayramov,Zəkəriyyə Mehdizadə və s. Hazırda olan dahi psixoloqlardan Bəxtiyar Əliyev, Səməd Seyidov və s.misal çəkə bilərəm.  Bu insanları çox alqışlayıram.Həmçinin belə psixoloqlar sırasına, psixologiya elmlər doktoru Ərəstun Baxşəliyev, Kamilə Əliyevanı da aid edə bilərəm Həm dahilikləri, həm də mərhəmətləri ilə insanlara can yandırırlar. Biz onlarla fəxr edirik. Gənc psixoloqlar da universitet bitirirlər, öz üzərlərində çalışırlar,sertifikatlar əldə edirlər". Şəhanə Quliyeva

Saçlara ətir vurmaq doğrudur? - Araşdırma

Saçlar keratin pulcuqlarla örtülür və bu pulcuqlar nə qədər çox açıq olarsa, onlar iyi özündə bir o qədər yaxşı saxlayırlar. Yəqin ki, məhz buna görə də biz mexaniki olaraq favori parfumumuzu saçlara sıxmağı sevirik. Lakin ekspertlər əmindir ki, bu, saçlar üçün faydalı deyil. Psixoloq.az publika.az-a istinadən parfumun saçlara verdiyi zərərləri təqdim edir: İndiyədək düşünürsünüz ki, saç üçün tüstülər marketoloqların alıcıları cəlb etmək üçün növbəti uydurmasıdır? Ekspertlər əbəs yerə ətirləri biləyə, dəriyə və boyuna vurmağı məsləhət görmür. Onlar inanır ki, ətir saçları ağırlaşdırır, tərkibindəki spirt isə telləri qurudur. Texnoloq Matrıks Karina Kotova hesab edir ki, əgər saçlara düzgün qulluq etsəniz, onda etanol onlara zərər vurmayacaq. Bunun üçün saçları yuduqdan sonra nəm saçlara krem və ya yağ kimi məhsul çəkmək kifayətdir. Onlar saçları ətraf mühitin istənilən təsirlərindən qoruyan görünməz müdafiə yaradacaq.

Matəm elan olunub - Ölənlərin sayı artır

Yunanıstanda matəm elan olunub. Psixoloq.az xəbər verir ki, baş nazir Aleksis Tsipras bununla bağlı sərəncam imzalayıb. Meşə yanğınları nəticəsində ölənlərin sayı artıq 50 nəfəri keçib.

Aptekə basqın olub

Bakı şəhərində aptekə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Gecəyarısı yemək yeməyin - 2 növ xərçəng yaradır

Bir çox insan məhz gecəyarısı, işləri bitdikdən sonra və ya yuxudan duraraq yemək yeməyə üstünlük verir. Psixoloq.az xəbər verir ki, Barselonada 2000-dən çox insan üzərində aparılan tibbi məlumatların analizlərinin nəticələri heç ürəkaçan deyil. Belə ki, bu vərdiş məhz süd vəzi və prostat xərçənginin inkişafına səbəb ola bilər. Yatmazdan 3 saat əvvəl yemək yemək və səhərə qədər heç nə yeməmək onkoloji prosesləri 20% azaldır. Mütəxəssislər, axşam yeməyini saat 21:00-a kimi bitirməyin vacib olduğunu bildiriblər.

Güclü meşə yanğını baş verdi - 20 nəfər ölüb

Yunanıstanın Afina şəhərinin ətrafındakı meşədə yanğın baş verib. Psixoloq.az xəbər verir ki, yanğınlar 20 nəfərin həyatına son qoyub. 100 nəfərdən çox insan xəsarət alıb. 69 nəfər xəstəxanalara çatdırılıb. Onlardan bir çoxunun vəziyyəti ağırdır. Alovdan qorunmaq üçün qayıqla dənizə açılan turistlərin taleyi naməlumdur. Hazırda sahil mühafizə xidməti turistlərin axtarışı ilə məşğuldur. 

Bu ərazilərdə su olmayacaq

Xətai və Nizami rayonlarında gün ərzində içməli suyun verilişi dayandırılacaq. Psixoloq.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlumata görə, Babək prospektinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral kəmərin şəbəkəyə qoşulması və köhnə magistral xətlərin ləğvi ilə əlaqədr Xətai və Nizami rayonlarının bir hissəsinə (Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-i yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

İki üzlü körpə doğulub - Həyatı təhlükədədir/ FOTO

İki üzlü və bir cüt beyinli körpə doğulub.  Psixoloq.az xəbər verir ki, hadisə İndoneziyada baş verib.  Qilan Endikaadlı uşaq İndoneziyanın Batam şəhərində dünyaya gəlib. Hazırda o, iki aylıqdır. Onun bir bədəni, iki ayağı və iki əli var, ancaq onun əkiz qardaşı ana bətnində inkişaf edə bilməyib və başı deformasiya olub. Bu patologiya 250 min haldan birində baş verir.  Əkiz qardaşın başı körpənin həyatı üçün təhlükə törədir. Yerli həkimlər bu vəziyyətdə ona kömək edə bilməyəcəklərini deyiblər. Hələlik uşaq mütəxəssislərin nəzarəti altında xəstəxanada saxlanılıb.  Qeyd edək ki, Qilanın anası, doğuma qədər körpənin vəziyyətindən xəbərsiz olduğunu bildirib. 

İlk yaşandı - Körpəni atası əmizdirdi/FOTO

ABŞ-da yaşayan Maksamilian və April Neybour adlı cütlük qəribə hadisə ilə rastlaşıb. Psixoloq.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət müalicədən sonra Aprilin övladı dünyaya gəlib. Uşağı doğan ananın halı pisləşdiyi üçün onu reanimasiyaya aparıblar.Yeni doğulan körpəni isə atası yedirtməli olub. Tibb bacısı Maksamiliandan oğlunu əmizdirmək istəyib-istəmədiyini soruşub. Əvvəlcə bunun zarafat olduğunu düşünən ata sonradan məsələnin ciddi olduğunu görüb və razılaşıb.Tibb bacısı ona xüsusi qurğu taxıb və Maksamilian övladını əmizdirib.Dünyada uşağı əmizdirən ilk ata olan Maksamilian xoşbəxt olduğunu bildirib. 

Azərbaycan dilinə 2650 yeni söz daxil edilib

Azərbaycan dilinə yeni daxil olan daha 2 650 söz müəyyən edilib. Psixoloq.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib:  "İkinci yeni sözlər lüğəti artıq hazırdır, lüğət hazırda çap olunma mərhələsindədir. Onun sentyabr-oktyabr aylarında işıq üzü görməsi nəzərdə tutulur". Komissiyanın sədr müavini əlavə edib ki, yeni sözlər lüğətə daxil edilməmişdən əvvəl alimlər tərəfindən geniş müzakirə edilib. O, yeni sözlərin daha sonra hazırlanan orfoqrafiya lüğətinə və Azərbaycan dilinin çoxcildli izahlı lüğətinə daxil ediləcəyini də söyləyib. Onun sözlərinə görə, dilçi alimlər tərəfindən son 3 il ərzində Azərbaycan dilinə 5 150 yeni sözün daxil olduğu müəyyənləşdirilib. S.Sadıqova qeyd edib ki, Azərbaycan dilinin 2015-ci ildə çap olunan ilk yeni sözlər lüğətinə 2 500 söz daxil edilib. Dilimizə daxil olan yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində işlərin hazırda da davam etdiyini deyən S.Sadıqova əlavə edib ki, yeni sözlərin çoxu tibb, informatika, jurnalistika, loqistika, iqtisadiyyat sahəsi üzrədir: "Biz riyaziyyat və fizika sahəsinə aid olan o qədər yeni söz tapa bilmirik. Ancaq logistika, informatika, gömrük sahələrində yeni sözlər daxil olur. Onların arasında alınma sözlər, eyni zamanda Azərbaycan dilinin daxili imkanları hesabına yaranan sözlər də var".

Günün ulduz falı - 24 iyul, 2018

Qoç – çalışarkən yaradıcı nüsnaları unutmayın. Yeni sahələrə və ya istiqamətlərə maraq yaranacaq. Problemlərin həllində trisial olmayın. Düşüncəniz orijinal, qərarlarınız innovativ olsun.Sınanmış, köhnə metodlar günün ikinci yarısında işlək olmaya bilər. Eksperimentlər etməkdən qorxmayın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, qayğıkeş olun. Qarşınızdakı insanı anlamağa çalışın. Buğa – ən başlıca məsələ öz qüvvənizə inanmaq, bədgüman olmamaqdır. Çətin vəziyyətdə, ağır situasiyada ruhdan düşməyin. Qətiyyət və nikbinlik uğurun yarısıdır.Günün ikinci yarısında formalaşan situasiyanı məntiqlə çözməyə çalışın. Çətinlikdən qurtulmaq üçün innovativ qərarlara ehtiyac duyulur. Mühüm məsələləri ailə üzvləri ilə müzakirə etmək olar. Yaxın gələcəklə bağlı planlarınızı yalnız etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz. Əkizlər – yeni perspektivlər yaranır. Kommunikativ olun, problemlərin həllinə yaradıcı yanaşın. Maraqlarınızı bölüşəcək həmfikirlərin sayı arta bilər. Cari işlərdə sizə dəstək ola biləcək insanı arayın.Günün ikinci yarısında köhnə tanışlardan biri ilə qarşılaşa bilərsiniz. Kəsilmiş münasibətlər arasında bərpaya ehtiyac duyulanlar var. Hisslərə qapılmayın, emosional addımlar atmayın.Axşam saatlarında yarımçıq işləri tamamlayın.Stressdən qurtulmağa çalışın. Xərçəng – günün ilk yarısından etibarən situasiyada gərgin məqamların sayı artacaq. Nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Hisslərinizə hakim olun.Günün ikinci yarısında həmkarla və ya şəriklə kəskin mübahisələr etməyin. İmpulsiv davranış durumu ağırlaşdıra bilər. Soyuqqanlı olun. Axşam saatlarında normal istirahət etməyə çalışın.Gəzintiyə çıxa bilərsiniz. Şir – bir müddət əvvəl işlərinizdə başladığınız fasilə artıq başa çatmalıdır. Aktiv olun, irəliyə doğru hərəkət edin. Yaxın ətrafınızdakı insanlarla səmimi davranın.Günün ikinci yarıında sakit olun, amma mövqelərinizdən əsla geri çəkilməyin. Diqqətli çalışın, xırdalıqlara və detallara fikir verin. Liderlik məziyyətlərinizi nümayiş edirin. Gərəkli insanlarla əlaqələr qurun.Təcrübəli insanların biliklərindən yararlanın. İradəli olun, zəifləməyin. Qız – yeni maraqlara aludə olaraq məqsədi unutmayın. İşin zərərinə olacaq addımlar atmayın. Əks halda işdə rəhbərliyin narazılığı, həmkarların qəzəbi ilə qarşılaşa bilərsiniz.Nəzərdə tutulmayan, qəfil gəlir istisna deyil.Günün ikinci yarısında əldə etdiyiniz pulları səpələməyin. Bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları yaxşı işə, faydalı layihəyə yatırmaq olar.Yaxınlarınızla münasibətlərdə soyuqqanlı davranın. Mənşəyi naməlum xəbərlərə inanmayın. Səbrli, sakit olun. Tərəzi – uzunmüddətli planlar qurmayın. İllüziyalara qapılaraq imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Ən yaxın vaxtlara hesablanmış işə başlayın və nəticəyə maksimal dərəcədə sürətlə nail olun.Günün ikinci yarısında sifarişin və ya tapşırığın öhdəsindən gəlmək üçün təcrübənizə güvənin. Məişət qayğıları sizə axşam saatlarında normal istirahət etməyə imkan verməyəcək. İmkan varsa, evdən çıxın, əylənin. Əqrəb – qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli və ötkəm olun. Müvəqqəti çətinliklər sizi ruhdan salmasın. İradəli davranın. Hədəfləri konkretləşdirin, istəklərinizi təftiş edin.Günün ikinci yarısında nə qədər çox işləsəniz, o qədər sürətli irəliləyişə nail olacaqsınız. Yaradıcılıq üçün gərəkli zamandır. Ailə üzvlərinin qayğılarına biganə qalmayın.Axşam saatlarında təkbaşına da istirahət edə bilərisniz. Oxatan – ən mürəkkəb və çətin məsələləri həll edə bilərsiniz. Yeni layihələrə başlamaq, işləri intensivləşdirmək zamanıdır. Biliklərinizi artırın, təcrübənizi daha səbatlı edin.Günün ikinci yarısında ideyalar mübadiləsi yaxşı nəticələr verəcək. Yeni dostluq əlaqələrinin təməlini qoyun. Mövcud təmaslardakı anlaşılmazlıqları aradan qaldırın.Ailə üzvləriniz sizi sevindirəcək. Oğlaq – adi günldərdən fərqli olaraq bu gün ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Mövqeləriniz, fikirləriniz laqeydliklə qarşılanır. Cari işlərin həllində prinsiplərinizə xəyanət etməyin.Günün ikinci yarısında situasiyanı obyektiv dəyərləndirin. Proseslər əvvəlcədən nəzərdə tutduğunuz məcrada getməzsə, təlaşlanmayın. Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur.Axşam saatlarında ağır fiziki işlərlə məşğul olmayın. Dostlar və qohumlarla birlikdə vaxt keçirin. Dolça – günün ilk yarısından təcili həllini tələb edən işlərin sayı artacaq. Zaman keçdikcə situasiyada nizamlanma hiss olunacaq, çətinliklərin sayı azalacaq. Uzun müddətdən bəri gördüyünüz işlə bağlı irəliləyişlər müşahidə olunacaq.Günün ikinci yarısında səfər, ezamiyyət, səyahət istisna deyil. Yaxşı perspektivlər vəd edən tanışlıq olacaq. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı əməkdaşlığı gücləndirin. Səmimi, qayğıkeş olun. Balıqlar – səhər saatlarından etibarən maliyyə məsələlərinin həlli çətinləşə bilər. Maddi problemlərə rəğmən narahat olmayın. Saatlar keçdikcə situasiya sabitləşəcək. Təmkinli və səbrli olun.Günün ikinci yarısında öhdəliklər və vədlərin yerinə yetirilməsi sizdən əvvəlki vaxtlarla müqayisədə daha çox eneji, zaman tələb edəcək. Ruhdan düşməyin. Hər şey yaxşı olacaq.Axşam saatları müsbət emosiyalar vəd edir. Sevdiyiniz insanla aranızdakı fikir ayrılıqları aradan qalxacaq.(milli.az)

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib. DİM-dən publika.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub. II və III ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar iyulun 26-da keçiriləcək qəbul imtahanlarının nəticələri elan edildikdən sonra çap ediləcək. İxtisas seçimi edəcək abituriyentlər müvafiq ixtisas qrupları üzrə 2017-ci ildə mövcud olmuş vəziyyətlə aşağıdakı keçirdlərdən tanış ola bilərlər. İxtisas seçimi etməmişdən əvvəl plan yerləri və statistik göstəriciləri müqayisə etməyi tövsiyə edilir. İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I qrup, 2017) İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (IV qrup, 2017)

Dünyada ilk - Çətənədən pivə düzəltdilər

Kanadanın Ontario şəhərindəki kiçik bir laboratoriyanın mütəxəssisləri dünyada ilk dəfə olaraq çətənə kolundan pivə hazırlayıblar. Psixoloq.az xəbər verir ki, bu pivə, açıq psixotrop effekti verən (yəni nəşələndirən) alkoqolsuz içki sayılır.  Ekspertlər bildiriblər ki, içkinin böyük bir hissəsi, yəni “çətənədən olan pivə”-, çətənə yağı əlavə edilmiş adi pivədir. Pivəni hazırlayanlar isə maraqlı açıqlama ilə çıxış ediblər. Onları tərkibində spirtli içki olmayan pivənin də zərərli olduğundan bəhs ediblər: “ Mariuxana sizin sağlamlığınıza zərər verir, bizim pivə də. Bu gündə beş dəfə içilən və ya yuxudan duran kimi içiləsi olan şey deyil”.

Nabranda itkin düşən 3 yaşlı uşağın SON HALI - FOTO

Xəbər verdiyimiz üzrə iyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.(apa)

Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir?

Son günlər hava şəraitinin küləkli keçməsinə baxmayaraq, dənizə gedənlərin sayı az deyil.Psixoloq.az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, həftəsonu istirahəti fürsət bilən paytaxt sakinləri çimərliklərə üz tutublar.Pulsuz çimərliklərlə yanaşı, özəl çimərliklərə gedənlər də az deyil. Odur ki, özəl çimərliklərə gedənlərin sayının çox olması buradakı xidmətlərin qiymətini də gündəmə gətirir.İstirahətə gedənlərin bəziləri özləri ilə müxtəlif qidalar aparırlar, amma bəzi şəxslər üz tutduğu məkanda yeməyə üstünlük verirlər.Özəl çimərliklərin bəzilərində dənizə giriş pulsuz olsa da, göstərilən xidmətlərin hamısı ödənişlidir.Belə çimərliklərdə iki nəfərlik istirahət orta hesabla 30-50 manata başa gəlir. Çimərliklərdə ən çox tələb bisetkalaradır. Minimum dörd nəfərlik bisetkanın günlük qiyməti 10 manatdır. Bundan başqa, mürəbbə ilə çay 10 manatdır.Çimərliklərdə tələb olunan yeməklərin başında kabab gəlir. Kababların qiyməti isə 5 manatdan başlayır.Sorğu zamanı məlum oldu ki, istirahətə gələnlər orta hesabla iki nəfər üçün minimum 20 manatdan çox pul xərcləməlidir. Bundan başqa, həftə sonları canlı musiqi təşkil olunan çimərliklər də var.

İtkin düşən 3 yaşlı uşaq tapılıb

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb. Psixoloq.az apa-a istinadən xəbər verir ki,  2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu Nabrandakıı istirahət mərkəzlərindən birinin ərazisindən axan çayın kənarında aşkarlanıb.

Gündəlik yeyirik, ancaq faydasından xəbərsizik - Reyhanın möcüzəvi təsirləri

Gündəlik yediyimiz bitkinin faydalarından xəbərsizik. Ancaq süfrələri bəzəyən reyhanın saymaqla bitmək yararları mövcuddur: Həzmi asanlaşdırır; Mədə və bağırsaqdakı köpün və şişkinliyin azalmasına kömək edir; Mədə bulantısı və bağırsaq parazitlərini azaldır; Sinir sistemini yaxşılaşdırır, depresiyanı azaldır, sakitləşdiri və yuxuverici təsiri var; Miqren və yaddaş problemini azaldır; Dəriyə çox faydalıdır; İmmunitet sistemini gücləndirir; Bronxlara və ağ ciyərə faydalıdır; Tərkibindəki maddələr sayəsində xərçəngə qarşı qoruyur.

Bu tərkibli dərman vasitələrinin idxalı qadağan edildi

Azərbaycan ərazisinə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə etmiş şirkətlərin valsartan tərkibli dərman vasitələrinin idxalı qadağan edilib. Analitik Ekspertiza Mərkəzindən publika.az-a verilən məlumata görə, Avropa Dərman Agentliyi (EMA) Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələrinin qiymətləndirilməsini həyata keçirir. Bu tədbir Avropa Birliyində bir-sıra şirkətlərin valsartan tərkibli dərman vasitələrinin istehsalında valsartan təsiredici maddə substansiyası olaraq istifadə etdikləri Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında N-nitrosodimethylamine (NDMA) maddəsinin tapılması ilə əlaqədardır. Laborator testlərin nəticələrinə əsasən N-nitrosodimethylamine (NDMA) maddəsi kanserogen xüsusiyyətlərə malik ola biləcək bir maddə olaraq qiymətləndirilir. Qiymətləndirmə və araşdırmaların aparıldığı bir mərhələdə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələri Avropa Birliyi ölkələrində, ABŞ və bir çox başqa ölkələrdə geri çağrılıb. Bu barədə EMA, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin dərman vasitələrini tənzimləyən rəsmi qurumları öz rəsmi saytlarında məlumat veriblər. Valsartan arterial hipertenziyalı xəstələrin müalicəsi üçün, həmçinin ürək çatışmazlığı və ya miokard infarktı keçirmiş xəstələrin kombinə olunmuş müalicəsinin tərkibində istifadə edilir. Mərkəzdən bildirilib ki, Azərbaycan ərazisində istifadə olunan valsartan tərkibli dərman vasitələrindən müxtəlif doza və qablaşdırmada olan yalnız üç adda dərman vasitəsinin (VALZ, VALZ H, KoValsar-Denk) istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilib Mərkəzdən qeyd edilib ki, Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri - VALZ, örtüklü tabletlər №28, valsartan 80mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ, örtüklü tabletlər №28, valsartan 160mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ H, örtüklü tabletlər №28, valsartan/hydrochlorothiazide 80mg/12.5mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ H, örtüklü tabletlər №28, valsartan/hydrochlorothiazide 160mg/12.5mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), KoValsar-Denk, örtüklü tabletlər №28 (4x7), valsartan/hydrochlorothiazide 80mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya), KoValsar-Denk, örtüklü tabletlər №28 (4x7), valsartan/hydrochlorothiazide 160mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya), KoValsar-Denk, örtüklü tabletlər №28 (4x7), valsartan/hydrochlorothiazide 320mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya) geri çağrılıb. Azərbaycan ərazisində istifadə olunan digər valsartan tərkibli dərman vasitələrinin istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilməyib. Əldə olan məlumatlara əsasən, bu dərman vasitələrinin istehsalında istifadə olunan substansiyalarda qeyd edilən N-nitrosodimethylamine (NDMA) maddəsi yoxdur. Buna əsasən bu dərman vasitələri geri çağırılmırlar və bundan sonra da istifadə təlimatlarında göstərilən göstərişlərə və tövsiyyələrə uyğun istifadə oluna bilərlər: “Valsartan tərkibli dərman vasitələrinin istehsalında istifadə olunan substansiyada gözlənilməyən maddə tapılmışdır. Azərbaycan Respublikası ərazisində istifadə olunan valsartan tərkibli dərman vasitələrindən müxtəlif doza və qablaşdırmada olan yalnız üç adda dərman vasitəsinin (VALZ, VALZ H, KoValsar-Denk) istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilib. VALZ , VALZ H və KoValsar-Denk dərman vasitələri geri çağırılıb. Müalicə həkiminizin göstərişi olmadan valsartan qəbulunu dayandırmayın”.

Cinsi əlaqə yaşı 14-ə endirildi

Belçika parlamenti cinsi əlaqə yaşını endirib.Cinsi əlaqə yaşı 16-dan 14-ə salınıb. Dəyişikliyin gəncləri incitmədən qanun layihəsini günün tələblərinə uyğunlaşmarmaq məqsədi ilə aparıldığı açıqlanıb.Belçikada 1900-cü illərin əvvəllərində qəbul olunan qanun layişəsində cinsi əlaqə yaşı 16 göstərilmişdi. Amma hazırda bu həddin reallığı əks etdirmədiyi bildirilib. Bu səbəbdən minimum hədd 2 il aşağı endirilib. Amma qanun layihəsinə yaş həddi ilə bağlı bəzi qoruyucu maddələr əlavə olunub.Yeni qanun layihəsinə görə, 14 yaşlı birinin cinsi əlaqəyə girdiyi insan ondan 5 yaşdan artıq böyük olmamalıdır. Bu həddi aşanlar təcavüz ittihamı ilə həbs ediləcək. Məsələn, 14 yaşlı birinin 20 və artıq yaşlı biri ilə münasibətdə olması qadağandır və təcavüz hesab edilir.Qanunda dəyişiklikliklər Flaman cinsi sağlamlıq mərkəzi olan “Sensoa”nun təklifi ilə edilib. “Sensoa”nun rəsmisi Erika Frans Flaman televiziyasına (VRT) açıqlamasında 16 yaş həddinin reallıqları əks etdirmədiyini bildirib:“15 yaşlı bir gənc özündən 5 yaş böyük biri ilə cinsi əlaqəyə girə bilər. Bu bir həqiqətdir”.Qanunda edilən dəyişiklikdən sonra təcavüz və cinsi qaydaların pozulmasına görə verilən cəzalar sərtləşdirilib.qaynarinfo

İstilər qayıdır - Hazır olun

İyul ayının 24-ü gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.Psixoloq.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.Onun sözlərinə görə, sabah əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, iyul ayının 25-i gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Bakıda növbəti iki gün ərzində müşahidə olunacaq hava şəraitinə gəlincə direktor bildirib ki, iyul ayının 24-25-də paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "İyul ayının 24-də arabir güclənən şimal-şərq küləyi ayın 25-də mülayim cənub şərq küləyi ilə əvəz olunacaq".G.Məmmədova qeyd edib ki, havanın temperaturu iyul ayının 25-də bugünlərlə müqayisədə tədricən yüksələcək.

İt pasportları gəmirdi - Bahalı istirahətləri baş tutmadı

35 yaşlı Rassel Mak və 32 yaşlı Ella Arandell İspaniyanın Mayorka kurortuna bir həftəlik istirahət səfərini təxirə salmalı olublar. İngiltərənin Vinçester şəhərində yaşayan ailə pərişandır.Psixoloq.az bildirir ki, səbəb Beyli adlı köpəyin ailədəki uşaqların pasportlarını gəmirməsidir.Üç övlad anası Ella Arrandell dörd gün əvvəl bütün sənədləri yığaraq səfərə hazırlaşmağa başlamışdı. Lakin Beyli pasportların olduğu çantanı tapıb və sənədləri gəmirib.9 yaşıl Erin, 6 yaşlı Tilli və 2 yaşlı Harrinin istirahət arzuları baş tutmayıb.Halbuki ailə Mayorkada bir həftəlik istirahət üçün 2500 funt-sterlinq ödəmişdilər.

Nabranda 3 yaşlı uşaq itkin düşdü - Havaya helikopter qaldırıldı

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub. Psixoloq.az xəbər verir ki, bu barədə publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edək ki, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

6 ayda 300-dən çox insan bu qorxunc XƏSTƏLİYƏ YOLUXDU

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, bu ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər təşkil edib. Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşı, 8-i (2,6%) isə əcnəbilərdir. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hesabatında bildirilib. Hesabatda bildirilir ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 iyul 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7061 nəfər qeydiyyata götürülüb. Onlardan 6833-ü (96,8%) Azərbaycan vətəndaşı, 228-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5137-i (72,7%) kişi, 1924-ü (27,3%) qadındır. İİV-ə yoluxması təsdiq olunmuş 7061 nəfərdən 3103-də (43,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2250 (72,5%) nəfər dispanser qeydiyyatındadır. Iyulun 1-dək olan məlumata görə, ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4568 nəfər təşkil edib, onların da 1853 nəfəri İNİ olub. Cari ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 360 pasiyentdən 48 nəfərində İNİ aşkar edilib.

Kolbasa məmulatlarının istehsalı artıb

2018-ci ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə kolbasa məmulatlarının istehsalı 1,8 faiz, alkoqolsuz içkilərin istehsalı 16,2 faiz, cem və marmelad istehsalı 3,1 faiz, brendi (konyak) istehsalı 4,6 dəfə, üzüm şərabının istehsalı 32,8 faiz artıb. Psixoloq.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, bununla yanaşı, duru bitki yağlarının istehsalı 4,1 faiz, qənd və şəkər tozu istehsalı 62,6 faiz azalıb. Həmçinin tütün məmulatlarının istehsalında 3,4 dəfə, içki istehsalında 5,6 faiz artım, qida məhsullarının istehsalında isə 3,1 faiz azalma müşahidə olunub.