Baş nazir jurnalistləri təbrik etdi

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov KİV nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. Psixoloq.az xəbər verir ki, o bu barədə Feysbuk hesabında yazıb. “Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələrini – jurnalistlərimizi təbrik edir, onlara bu çətin, şərəfli və müqəddəs fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, KİV nümayəndələri mübarizələrini və qarşılarında duran vəzifəni müstəqilliyimizin, dövlətçiliyimizin və qazandığımız nailiyyətlərin qorunması, daha da inkişafı və möhkəmləndirilməsi naminə bundan sonra da əzmlə davam etdirəcəklər”- deyə o qeyd edib.

“Azərenenerji”dən ötən gecə baş vermiş qəza ilə bağlı açıqlama

İyulun 20-i saat saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib. Psixoloq.az xəbər verir ki, bunu “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib. Y.Babanlının sözlərinə görə, nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. “Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb. Eyni zamanda bildiririk ki, Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir”, –deyə o bildirib. Qeyd etmək lazımdır ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.

Gəzinti baha başa gəldi - 17 nəfər öldü/VİDEO

ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb. Psixoloq.az məlumat verir ki, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.   Qeyd olunur ki, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.  

Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO

Avqustun 1-dən etibarən xarici dövlətlərin baza modeli əsasında istehsal edilmiş və texniki baxışdan keçməyən avtomobillərin sürücülərinin cərimələnməsinə başlanılacaq. Xezerxeber.az-ın məlumatına görə, vaxtın azlığına baxmayaraq Zabratda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzinə müraciət edən sürücülərin sayı çox azdır. Müayinə mərkəzindən '' Xəzər Xəbər'' ə verilən məlumata görə, müddətin bitməsinə 11 gün qalsa da ölkə üzrə müayindən keçməli avtomobillərin cəmi 16 % - i yoxlanışdan keçib. Elə biz də çəkiliş zamanı müayinə mərkəzinə gələn avtomobillərin sayının çox az olduğuna şahid olduq. Müayinə mərkəzindən bildirilir ki, ən çox avtomobillərin işıq cihazlarında nasazlıq aşkarlanır. Ümumiyyətlə, müayinəyə vaxtında müraciət edən sürücünün aşkarlanan nasazlığı təmir etdirib yenidən müraciət etmək imkanı olur. Müayinəni son günə saxladıqda isə sürücülər uzun növbə gözləməli olurlar. Əgər sürücülər bu müddət ərzində yoxlanışdan keçməzsə, 50 manat miqdarında cərimə olunacaq.

Yetkinlik yaşına çatmayanların hüquqları Əli Əhmədova tapşırıldı

Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri təsdiq edilib. Psixoloq.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında" qərarında əksini tapıb. Qeyd edək ki, bundan əvvəl bu komissiyanın sədri baş nazirin sabiq müavini Elçin Əfəndiyev olub.

20 il sonra tayfanın son nümayəndəsi tapıldı - FOTO

Amazon çayının ətrafındakı cəngəlliklərdə yerli tayfanın sağ qalmış son nümayəndəsinin görüntüləri əldə edilib. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, yerli fermerlərin sözünə görə, o, 22 il əvvəl Funay qəbiləsinin mühasirəyə alınaraq, gülləbaran edilən 6 nümayəndəsindən sağ qalanıdır. Funay qəbiləsi 1970-1980-ci illərdə cəngəllikləri ələ keçirən fermerlər və şirkətlərin soyqırımına məruz qalıb. O vaxtdan bəri meşədə tək yaşayır. Yay-oxla ov edir, dibində ucu itilənmiş taxta mıxlar basdırılmış tələ-xəndəklər qazır. Hazırda Braziliya ərazisindəki cəngəlliklərdə sivilizasiyadan təcrid olunmuş 113 qəbilə yaşadığı güman edilir. Hələlik onlardan yalnız 27-nin mövcudluğu təsdiqlənib.

Vücudunuzu qısa zamanda nikotindən azad edin

Siqaret bir çoxları üçün qurtulmağı çətin olan vərdişdir. Pis vərdişdən imtina üçün isə vücudu siqaretin mənfi təsirlərindən təmizləməyə ehtiyac var. Psixoloq.az nikotini  bədəndən xaric etməyə kömək edən qidaların siyahısını təqdim edir: Alma Banan Sarımsaq Pomidor Zəncəfil Gicitkən Yerkökü suyu

Günün ulduz falı: 21 iyul, 2018

Qoç – günün ilk yarısından etibarən dəqiq fəaliyyət planınızını tərtib edin. İş qrafikinizi pozmayın. Vəzifə səlahiyyətlərinin icrasına başdansovdu, laqeyd yanaşmayın. Dərman preparatları qəbul etməlisinizsə, bunu unutmayın.Günün ikinci yarısında yarımçıq işlərin hamısını başa vurun. Tərəfdaş və şəriklər qarşısındakı öhdəliklərlə vədlərinizi unutmayın. Axşam saatları yaxınlarınızdan biri ilə ciddi söhbət üçün əlverişlidir.Stressdən qurtulmağa çalışın. Buğa – problemlərin həllinə yaradıcı yanaşın. İctmai işlərdə fayda var. Uzun müddətdən bəri başa vurmağa çalışdığınız iş bəhrəsini verəcək.Günün ikinci yarısında situasiya kəskin dəyişəcək. Problemlərin sayı arta bilər. Diqqətli və sayıq olun. Zərurət yaranarsa, planlara sürətlə, təcili dəyişikliklər edin.Axşam saatlarında məişət qayğıları və problemlər vaxtınızı alacaq. Yaxınlarınızın əsəbləri ilə oynamayın. Əkizlər – qayğıların və problemlərin sayının sürətlə artacağı gündür. Səhər saatlarından etibarən diqqətli olun. Qüvvə və resurslarınızı boş, mənasız işlərə sərf etməyin. Əvvəlcədən planlaşdırılmış sürətlə, bəlirlənmiş istiqamətdə hərəkət edin.Günün ikinci yarısında iradə və qətiyyət bəhrəsini verəcək. İşdə rəhbərlik təşəbbüslərinizi dəyərləndirəcək. Sevdiyiniz, can atdığınız işlə axşam saatlarında məşğul ola bilərsiniz. Ailə üzvləri ilə birlikdə dincəlin. Xərçəng – həddən artıq çalışaraq özünüzü yormayın. İfrat yorğunluq fəsadlıdır. İşgüzar görüş, danışıqlar, müzakirələr üçün günün ilk yarısı məsləhətli zamandırAlış-verişdə bədxərclik etməyin.Günün ikinci yarısında ailə üzvləri, qohumlarla qayğıkeş, diqqətli olun. Onlardan uzaq durmayın. Axşam saatlarını birlikdə keçirin. Şir – peşəkar fəaliyyətiniz və şəxsi həyatınızla bağlı ən ağır problemləri həll edə bilərsiniz. Yalnız irəliyə baxın, rəqibləri geridə qoyun. Mürəkkəb, xoşagəlməz, amma həllini təcili tələb edən məsələləri dərhal çözün.Günün ikinci yarısında ağır işin öhdəsindən birgə fəaliyyətlə gələ bilərsiniz. Aramla çalışın, qüvvənizə və potensialınıza qənaət edin. Axşam saatlarında stressdən qurtulmağa çalışın.İradəli, qətiyyətli olun. Əsla geri çəkilməyin. Qız – izafi zərurət yaranmasa, planlarınızda köklü dəyişikliklər etməyə can atmayın. İşlərinizi nizamlayın, yaxın ətrafınızdakı insanlarla qarşılıqlı fəaliyyətə can atın.Günün ikinci yarısında vurnuxmalar sizi qarşınıza qoyduğunuz məqsəddən ayırmasın. Yeni ideyaları dərhal həyata keçirməyə çalışmayın. Tələsməyin, atacağınız addımları yaxşı götür-qoy edin.Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.Axşam saatlarında stressdən qurtulmağa çalışın. Tərəzi – günün ilk yarısında peşəkar fəaliyyətinizdə aktiv olun. Qarşınıza qoyduğunuz məqsədə doğru aktiv hərəkət edin. Kiçik problemlərə və maneələrə fikir verməyin. Enerjili davranın, yaxın ətrafınızdakı insanları arxanızca aparın.Günün ikinci yarısında xidməti öhdəliklərin və tapşırıqların öhdəsindən gəlin. Səhhətinizə fikir verin. İdmanla məşğul olun.Axşam saatlarında normal istirahət edin. Əqrəb – təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.Səhhətinizlə bağlı problem riski var.Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin “zəif həlqə”sini nəzarətdə saxlayın.Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın. Oxatan – çoxdan bəri yığılıb qalmış iddialar və tələblər bu gün aşkarlana bilər. Ünsiyyətdə normal inetsivliyi qoruyaraq səmimi və gülərüz qalmaq çətindir.İşinizi yerinə yetirin, tapşırıqları və öhdəlikləri unutmayın. Yeni işə və ya layihəyə başlamayın. Təmkinli, soyuqqanlı davranın.Qəfil xəbər və ya təxribatların yaratdığı emosiyaya uyaraq dərhal reaksiya verərək düşünülməmiş addımlar atmayın.Yeniliklər yeni imkanlar yaradır. Oğlaq – perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin. Cari işlərə yetərincə vaxt ayırın.Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur.Axşam saatlarını özünüzə həsr edin. Dolça – tələskənliyə qapılmayın. Kəmhövsələlik, səbirsizlik ağır fəsadlı yanlışlıqlarla bitə bilər. Seçdiyiniz yoldan sapmayın. Qarşınıza qoyduğunuz məqsədə tez çatmaq istəsəniz də, hadisələri tələsdirməyin. Hər şey öz axarında olmalıdır.Günün ikini yarısında sınaqlardan üzüağ çıxmağa can atın. Tərəfdaş və şəriklərin təkliflərini praqmatikcəsinə dəyərləndirin.Axşam saatlarında gəzintiyə çıxın. Balıqlar – təcrübəli həmkar və tərəfdaşların mövqelərini nəzərə alın. Yaşlı insanların məsləhətlərini qulaqardına vurmayın. Məşğul olduğunuhz məsələ ilə bağlı sizdən daha çox informasiyaya malik şəxsləri səbrlə dinləyin.Günün ikinci yarısında qarşı tərəfin fikri sizin mövqelərinizdən köklü şəkildə fərqlənsə də, səbrli və soyuqqanlı olun. Sayğılı davranın. Maliyyə, hüquqi, əmlak məsələlərinin qaydaya salınması üçün yaxşı zamandır.Yaxınlarınızla danışanda ifrat tənqidə varmayın, kobud sözlər söyləməyin. Milli.Az

Bu ərazilərdə işıqlar söndü

Şəhərin Nizami və Xətai rayonlarının bəzi ərazilərində işıqlar sönüb. Psixoloq.az-ın məlumatına görə, “Azerişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev musavat.com-a bildirib ki, buna səbəb Mərdəkandakı DRES-də baş verən nasazlıqdır. Rəsmilər bildirir ki, ən qısa zamanda problem həllini tapacaq.

Bakıda stadionun adı dəyişdirildi

“Keşlə” klubunun ev oyunlarını keçirdiyi “İnter Arena”nın adı dəyişdirilib.  Psixoloq.az xəbər verir ki, stadion bundan sonra “ASK Arena” adlandırılacaq. Ötən ilin sonlarında ölkə başçısının fərmanı ilə yaradılmış Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib. Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” stadionu adlandırılıb. Stadiona daha sonra “İnter” (hazırkı “Keşlə”) klubunun adına uyğun olaraq “İnter Arena” adı verilib. Lakin “Beynəlxalq Bank” bu kluba sponsorluqdan imtina etdikdən və klubun adı dəyişdirildikdən sonra “İnter Arena” adına ehtiyac qalmayıb.

Yeni ixtira - İnsanı görsətməyən plaş hazırlandı

Kanada alimləri insanı görünməz edən plaş ixtira ediblər. Psixoloq.az xəbər verir ki, Monreal Elmi Araşdırmalar Milli İnstitutunun ekspertləri gözəgörünməz plaşın sirrinin işıqla manipulyasiyalardan ibarət olduğunu aydınlaşdırıblar. Plaş enerjinin xüsusi ötürülməsinin köməyi ilə gözdən şüa və predmetləri gizlədir. Bunun səbəbi odur ki, insanın gözləri elektromaqnit spektrinin bütün tezliklərini görə bilmir.

Nə qədər abituriyent 700 bal topladı?

Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini iyulun 20-də elan etmişdir. İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Psixoloq.az xəbər verir ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün sənəd vermiş 26332 abituriyentdən 873 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya-İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.(modern.az)

Milyard dollarlıq qızılla dolu olan gəmi tapılıb

113 il əvvəl cərəyan edən Rus-Yapon müharibəsi zamanı batan və içində təxminən 130 milyard dollar dəyərində qızıl olduğuna inanılan gəmi Cənubi Koreyalı xilas etmə qrupu tərəfindən tapılıb. Psixoloq.az xəbər verir ki, xilasetmə dəstələri ”Dmitri Donşkoy” adlı rus döyüş gəmisinin dağıntılarının olduğunu açıqlayıblar. İddialara görə gəmi batdığı zaman Sakit okean donanmasına aid bütün qızılların gəmidə olduğu və bu günkü dəyəri 130 milyard dollar səviyyəsində bir dəyərə sahib olduğu düşünülür.  Qeyd edək ki. daha əvvəl də bir çox şirkət gəmini tapmağa təşəbbüs göstərib, ancaq heç biri müvəffəqiyyət qazanmayıb. “Şinil Group” adlı Cənubi Koreyalı şirkət gəmi dağıntılarının Ulleungdo adasından 1.3 kilometr məsafədə və dənizin 434 metr dərinliyində olduğunu açıqlayıb.(Moderator.az)

Ev heyvanları ilə avtobusa giriş qadağan edildi

"BakuBus"ev heyvanlarının və içkili sərnişinlərin avtobusa girişinə qadağa qoyub. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “BakuBus"-ın direktor müavini Azər Qasımov bildirib. O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır: "Bunu biz demirik. Bu qayda Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamədə də əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki, vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslar arası intervala təsir edir".

Avtobuslar niyə gecikir - Səbəb AÇIQLANDI

"BakuBus" istifadəsində olan marşrutlarda avtobusların gecikməsinə səbəb olan amillər media nümayəndələrinin diqqətinə çatdırılıb. Psixoloq.az xəbər verir ki, "BakuBus" MMC-nin direktor müavini Azər Qasımov bildirib ki, şəhər mərkəzində qeyri-qanuni prakovkalar avtobusların hərəkətinə mane olur: "Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Şəhərin bəzi küçələrində pik saatlarda tıxaclar olur. Bu səbəbdən avtobusların hərəkətində gecikmələr baş verir. Bu baxımdan sərnişimlərin də bizi başa düşməsini istərdik". O bildirib ki, tıxaclarla yanaşı, taksi sürücüləri də avtobusların fəaliyyətə mane olur: "Bəzi hallarda isə avtobus dayanacaqları üçün ayrılan yerlərdə taksi sürücülərinin dayanması avtobusların dayanacağa girməyə mane olur. Bu həm sərnişinlərin yol ortasında düşməsinə səbəb olur ki, bu, təhlükəlidir. Həm də a dayanacaqlararası intervallarda gecikmələr yaranır". O, bu problemlərin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə tədbirlər görüləcəyini qeyd edib.

125 sürücü işdən azad edilib

Ötən il ərzində "Baku Bus"-da 124 nəfər sürücü işdən azad edilib. Psixoloq.az xəbər verir ki bunu "Baku Bus"-ın direktor müavini Azər Qasımov deyib. O bildirib ki, bu il 85 sürücü sərnişin şikayətlərinə görə işindən azad edilib: "İl ərzində sürücülər üçün 4-5 dəfə 3 saata yaxın seminarlar təşkil olunur. Onlar nizam-intizam, sərnişinlərə davranış qaydalarına dair maarifləndirilir. Lakin buna əməl etməyən sürücülər olur. Biz xaricdən ən son standartlara uyğun avtobuslar gətirə bilərik, lakin sürücü gətirə bilmərik". O qeyd edib ki, "Baku Bus"avtobusların çox ağır yol nəqliyyat hadisələrində adları hallanmır. Bunun səbəbi nəqliyyat sahəsində güclü ekspertlər vasitəsilə sürücülərə peşəkar təlimlərin keçirilməsidir. Qurum rəsmisi onu da əlavə edib ki, il ərzində 200-300 sürücü sərnişinlərlə kobud rəftar və qaydalara əməl etmədikləri üçün inzibati qaydada cəzalandırılıb.(Publika.az)

Qorxunc virus təkrarlana bilər

Qlobal İİV virusu yenidən alovlana bilər. Psixoloq.az publika.az-a istinadənxəbər verir ki, “Lancet” jurnalında yayımlanan yazıda mütəxəssislər bunun İİV-lə mübarizəyə vəsait ayrılması barədə qərarların təxirə salınması ilə əsaslandırıblar. Bunun da QİÇS xəstəliyi ilə bağlı mübarizə tədbirlərinin effektsiz olduğu bildirilir. Hesabatda İİV-lə təhlükəsinin 2030-cu ildə sona çatması ilə bağlı proqnozun özünü doğrultmayacağı vurğulanır. Məlumata görə, ümumilikdə İİV-ə yoluxanların sayında son illərdə azalma qeydə alınır. Lakin müalicə imkanları, xüsusən inkişaf etməkdə olan ölkələrdə qadınlar və gənclər arasında virusun yayılmasının qarşısını alınmasında çətinliklər yaşanır. Mütəxəssislər buna görə də səhiyyə xidməti göstərən əməkdaşların birliyinin və bu sahəyə daha çox cəlb edilmələrinin vacib olduğunu deyir. Dünyada təxminən 37 milyon İİV daşıyıcısı və ya QİÇS xəstəsi var. Hər il təxminən 1.8 milyon nəfər bu virusa yoluxur.

Yaşlı olduğuna inanmırlar - FOTO

1980-ci illərdə məşhurlaşan model Kristi Brinkli bədən quruluşu ilə hər kəsi təəccübləndirib. Psixoloq.az xəbər verir ki, 64 yaşlı model “Social Life” dərgisinin iyul buraxılışının siması olub.  Kameralar qarşısına keçən Brinkli bir neçə obraz yaradıb.  Model ağ büstqalter, dekolteli geyimlərlə seksual görüntülər sərgiləyib.

Azərbaycanlılar qonşu ölkəyə üz tutur

İyun ayında Türkiyədə ev alan xarici vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq, 2 060 nəfər olub.  Psixoloq.az oxu.az-a istinadən xəbər verir ki, xaricilər daha çox İstanbuldan ev (764 ev) alıblar.  İkinci sırada 525 ev satışı ilə Antalya yer alıb. Türkiyədən ev alanların arasında İraq vətəndaşları çoxluq təşkil ediblər. İraqlılar Türkiyədən 315 ev alıblar. İran vətəndaşları 228 ev, Rusiya vətəndaşları 169, Əfqanıstan vətəndaşları 139 ev, Səudiyyə Ərəbistanı vətəndaşları 110 evin alışını reallaşdırıblar.  Azərbaycan vətəndaşları isə göstərilən müddətdə 82 mənzil satın alıblar. Hansı ki ötən ilin yeddi ayında bu rəqəm 46 mənzil təşkil edib. Ümumilikdə ilin əvvəlindən Azərbaycan vətəndaşları Türkiyədən  414 mənzil alıblar. 

Vatsap, Feysbuk və Teleqram ƏN TƏHLÜKƏLİ əlavələr siyahısında

Mobil cihazların qorunması üzrə qlobal lider olan "Appthority" şirkəti tez-tez "qara siyahı"ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib. "iOS" qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri "WhatsApp", "Facebook Messenger" və "Waze" messencerləri tutub. "Android" əlavələri reytinqində "WhatsApp", "Facebook Messenger" və "Telegram" servisi liderdir. İkinci rübdə "Waze" və "Telegram" reytinqə yeni daxil olub. Əlavələr şirkətlərin "qara siyahı"sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar. İkinci rübdə "qara siyahı"ya daha çox düşən mobil proqramlar reytinqində "Facebook Messenger" və "WhatsApp"ın "Android" və "iOS" versiyaları, eləcə də "Android" üçün "Wickr Me" və "iOS" üçün "Tinder" yer alıb. Hesabata görə, proqramların əksəriyyəti reytinqdə məlumat sızmasına yol verdiyinə görə qərarlaşıb. (azərtac)

Müğənni ölmüş atası ilə selfi etdi - FOTO

Serbiyalı müğənni və model Yelika Lyubiçiç xəstəxanada vəfat etmiş atası ilə selfi edib.  Psixoloq.az oxu.az-a istinadənxəbər verir ki, o, fotonu “Instagram” hesabında “Ata, hüzur içində yat” şərhi ilə paylaşıb.  Müğənninin bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən sərt reaksiya ilə qarşılanıb. Onlar ifaçının “psixi xəstə” olduğunu iddia ediblər.  “Sadəcə xəstə insan bunu edə bilər”, - istifadəçilərdən biri yazıb.

Şimal-qərb küləyi güclənəcək - Hava PROQNOZU

İyulun 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olmağa çağırılır. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Günün ulduz falı: 20 iyul, 2018

Qoç – Günün ilk yarısında işlərinizdə uğur əldə etmək istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi günlər effekt verən metodlar bu gün yararsızdır. Çətinliklər böyük sürətlə peyda olacaq. Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin. Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz. Normal istirahət edin. Buğa – Mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın. Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yetişib. Gərəksiz əlaqələrdən qurtulun. Ötənləri xatırlayıb köks ötürməyin. Əkizlər – Dönüş zamanıdır. Məcazlara aldanmayın, təhkiyələrə uymayın. Önəmli qərarlardan qaçmayın. Məhdudiyyətlərin sayını artırmayın. Yeniliklərə də aludə olmayın. Sınanmış metodlardan, özünü doğrultmuş üsullardan yararlanın. Günün ikinci yarısında zərurət yaranarsa, yeni ideyanı işlək formaya salın. Bəzi işləri dayandırmaq və ya təxirə salmaq olar. Maliyyə məsələləri üçün uğurlu zaman deyil. Axşam saatları alış-veriş üçün əlverişlidir. İntuisiyanızın səsini dinləyin. Xərçəng – Şəxsi münasibətlər üçün ağır zamandır. Mənasız söhbətlərə qatılmayın. Qətiyyət və iradə tələb olunan situasiyalarda tərəfdaşınıza yardım edin. Emosiyalarınız tündləşməsin. İşgüzar məsələlərin həllində emosional olmayın. Kompromislər zamanı deyil. Sürəkli qaydada geri çəkilsəniz, sizi zəif və iradəsiz insan sayacaqlar. Günün ikinci yarısında hərəkət istiqaməti dəyişəcək. Dəyişikliklərə nəzər salın, təmayüllərə fikir verin. Axşam saatlarına yaxın situasiya aydınlaşacaq. Planlarınızın qurulma konstruksiyasını, kiminlə işləyə biləcəyinizi müəyyənləşdirə biləcək suallara cavab alacaqsınız. Qəfil tapıntı olacaq. Dostlarla ünsiyyətdə əhvalınız normallaşacaq. Diqqətli və qayğıkeş olun. Şir – Sözlərinizə diqqət edin, spontan qərarlar verməyin. Günlə bağlı planlarınız kənar təsirlər nəticəsində təxirə düşə bilər. Manevr imkanlarınızdan bəhrələnin. Təmaslarda təşəbbüskar olun, maraqlarınızı tam təmin etməyə çalışın. Yaxşı düşünülmüş və səbatlı özülü olan işlərdə irəliləyə bilərsiniz. Fəaliyyət üçün gərəkli səviyyədə rahat şərait yaradın. Günün ikinci yarısında ilk baxışdan maraqlı təsir bağışlayan təkliflərə aldanmayın. Puç ümidlər sizi yanlış yola yönəltməsin. Yeni eksperimentlər zamanı deyil. Stabilliyinizə real təhdid yaradan vəziyyətlərdə inadkar olun. Əsla geri çəkilməyin. Qız – Önəmli məsələ ilə bağlı qərar verməzdən əvvəl situasiyanı hərtərəfli şəkildə təhlil edin. Yeni ideyalar, mövzular, insanlar istisna deyil. Planlaşdırdığınız istiqamətdə qətiyyətlə hərəkət edin. Problemli sahəni maneələrlə sədlərdən təmizləyin. Günün ikinci yarısında əlavə gəlir mənbəyi istisna deyil. Bir qədər əvvəl əldə edilmiş razılaşmanı rekonstruksiya edin. İşlərdə əsla tələsməyin. Qüvvələr düzümü, planlar və rollar axşam saatlarına yaxın dəyişəcək. Kollektivdəki situasiya sizi qıcıqlandıra bilər. Sərt reaksiya verməzdən əvvəl təfərrüatlardan hali olun. Tərəzi – Süst olmayın, laqeydliyə qapılmayın. Apatiya bu gün sizin düşməninizdir. Başladığınız işləri yarımçıq qoymayın. Yaşananları diqqətlə müşahidə edin. Emosiyalara qapılmayın, güzəştlərə meylli olun. Genişmiqyaslı fəaliyyət anına ciddi hazırlaşın. Günün ikinci yarısında yaxın perspektivə hesablanmış fəaliyyətin variantlarını şərik və tərəfdaşlarla müzakirə edin. Təşəbbüskar olun, lider mövqelərinə yiyələnin. Mövqeləriniz güclü olarsa, rəqibləri geridə qoya bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Əqrəb – Hər şey göründüyü qədər sadə deyil. Buna rəğmən uğur vəd edən zamandır. Gərəkli işləri sürətlə başa vurmaq üçün var qüvvənizlə çalışın. Məsələləri vaxtında həll edin. Maraqlandığınız məsələlərlə bağlı mümkün qədər çox, geniş məlumatlar əldə edə bilsəniz, özünüzü təhlükəsizlikdə hiss edəcəksiniz. Günün ikinci yarısında ideyalarınızı tərəfdaşlarınızla müzakirə edin. Bəzi layihələrə yenidən qayıtmaq olar. Öhdəlikləri və görüləsi işləri paylaşın. Mümkün qədər çox fiziki iş görməyə can atmayın. Ehtiyatlı, sayıq olun. Əmlak, maliyyə, vərəsəlik məsələlərini həll etmək olar. Yardıma ehtiyac duyana kömək edin. Oxatan – Heç nədə ifrata varmayın. Maliyyə məsələlərində qənaətli olun. Emosiyalarınıza nəzarət edin. Mübahisəyə, şayiələrə, münaqişələrə qatılmayın. Yaşamınızda indi müəmmalı, sirli nüanslar artır. Onlardan qurtulmaq asan deyil. Dəyər verdiyiniz insanları aldatmayın. Üzrxahlıq xətadan betər olmamalıdır. Anlaşmaları yerinə yetirin. Günün ikinci yarısında zidd maraqların toqquşması qaçılmazdır. Problemlərin həlli mövcud situasiyanın göstərdiyindən də dərindədir. Effektiv olmayan təmaslardan uzaq durun. Sürətli və dəqiq qərarlar qəbul etməlisiniz. Axşam saatlarında duruma nəzarət edin. Oğlaq – Günün ilk yarısında işlərinizdə aktivləşmə müşahidə olunacaq. Cari mükəlləfiyyətlər və işlər çərçivəsində qalın. Resurs qıtlığı yarana bilər. Maliyyə vəsaitlərinizi bir daha hesablayın. Səhhətinizə fikir verin, əks halda orqanizminizdə homeostaz yaşana bilər. Günün ikinci yarısında qərarlarınız düşünülmüş, məntiqli olmalıdır. Konkret situasiya ilə bağlı, yaxın perspektivi də düşünün. Fiziki işlərdə xeyir var. Əhvalınız dəyişəcək. Təşəbbüskar olun, toplantı və müzakirələrə qatılın. Daxili protestinizə effektiv izhar yolu seçin. Hadisələrin inkişaf məcrasını təxminləməyə çalışın. Dolça – Günün ilk yarısı karyera məsələləri ilə məşğul olmaq üçün əlverişli zamandır. Müəyyən proseslər dəyişir. Yeni ideyalar, təmayüllər və təklifləri nəzərə alın. Yaxın ətrafınızdakı insanların müqavimətini hiss etsəniz, təkid və təzyiq etməyin. Çalışdığınız şəxslərlə işbirliyini möhkəmləndirin. Günün ikinci yarısında kollektivdə aktivlik artacaq. Yerdəyişmələr, xəbərlər az deyil. Maraqlarınızın təminatına çalışın. Xəbərlərin müzakirəsinə və mübahisələrə çox vaxt ayırmayın. Əlverişli situasiyada süst davranmayın. Oyun qaydalarına riayət edin, öhdəlikləri unutmayın. Vədlərinizi gerçəkləşdirin. Balıqlar – Günün ilk yarısında qarşılaşacağınız problemlərin həllində rasional yanaşma ilə bahəm, intuisiya da dadınıza çatacaq. Narahat durum, qarışıq gündür. Stress şəraitində çalışmalı olacaqsınız. Bu, əhvalınızın korlanmasına, səhhətinizdə problemlərin yaranmasına səbəb ola bilər. Günün ikinci yarısı qəflətən yaranan maneəni dəf etmək üçün intellektual imkanlarınızı işə salın. Tapmacanın cavabını tapmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla ünsiyyəti intensivləşdirin. Tənhalıq, tərki-dünyalıq hisslərindən qurtulun.(Milli.az)

Deputat qoca pişiyi pensiyaya çıxaracaq

Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonov hazırda Sankt-Peterburqdakı Ermitaj muzeyində yaşayan məşhur Ahilla adlı qoca pişiyə pensiya ayırmağı təklif edib.  Psixoloq.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda “RİA Novosti” xəbər yayıb. Deputat hesab edir ki,  bu yaşlı pişik illər boyu muzeydəki  layiqli pişik xidmətlərinə görə(gəmiriciləri tutmaq və s.) görə  pensiyaya layiqdir.  “Ermitaj Ahillaya pensiyasının aylıq ödənişini yem və yemək üçün qab şəklində təşkil edə bilər”, - deyə V. Milonov bildirib. Hazırda Ahilla üçün layiqli sahib axtarırlar. İndiyədək 27 adam pişiyi evinə aparmaq üçün müraciət edib.