Bunları suya qatıb içsəniz…

Hər səhər suya bir neçə limon damcısı sıxıb içmək çox faydalıdır. Diyetoloqlar bildirir ki, limonu müxtəlif bitkilərlə əvəz etmək olar. Psixoloq.az Publika.az-a istinadən bu yazıda oxucuları suyu daha dadlı edən üsullarla tanış edib. Burada çətin heç nə yoxdur, suya sadəcə bir inqrediyent əlavə edəcəksiniz. Ödəmə qarşı duz Adət etdiyimiz duz orqanizm üçün zərərli sayılır. Lakin adi duzlardan fərqli olaraq, Himalay duzu orqanizmdə su saxlamır, əksinə onu bədəndən çıxartmağa kömək edir və ödəmin yaranmasına səbəb olmur. Belə su susuzluğu daha tez öldürür, nəinki adi limonlu su. Bundan əlavə, onun tərkibində faydalı minerallar və antibakterial xüsusiyyətlər boğaz ağrılarını aradan qaldırmağa kömək edir. Bir litr suya çay qaşığının dörddə biri qədər duz əlavə edin. Darçın Pəhriz saxlayanların sevimli ədviyyatı şirniyyat istəyinin qarşısını alır. Onu suya əlavə etdikdə ən yaxşı xüsusiyyətləri su ilə qarışır. Metabolizmi yaxşılaşdırır və qanda qlükozanın səviyyəsini azaldır, nəticə etibarilə şirniyyat istəyini yox edir. Axşam yatmazdan əvvəl bir litr suya 4-5 darçın çubuğu əlavə edin. Səhər yüngül tünd ətirli kokteyldən ləzzət alın. Sızanaqlara qarşı xlorofil Maye xlorofil təbii dezodorant təsiri göstərir, həzmi yaxşılaşdırır və orqanizmi təmizləyir. Amma xlorofilli suyun başqa faydalı xüsusiyyətləri də var. O, akne xəstəliyinin törədicisi olan bakteriyaların sayını azaldır, yaraların tez sağalmasına səbəb olur və kollagen istehsalını stimullaşdırır. Bir sözlə, belə yaşıl su təmiz və sağlam dəri üçün ideal kokteyldir. Bunun üçün bir stəkan suya bir çay qaşığı xlorofil əlavə edin. Sarıkök Bu məşhur antioksidant və C vitamini anbarı qırışların yaranmasını qarşısını alır, hətta anti-yaş (yaşlılıq əleyhinə) xassələrini suda da qoruyub saxlayır. Ancaq təbii dərman sayılan bu ədviyyatdan sadəcə profilaktika məqsədilə istifadə olunmur: O dəri rəngini yaxşılaşdırır və yüksək iştahanı normallaşdırır. Hər səhər isti suya yarım çay qaşığı sarıkök əlavə edib için. Müalicə kursunu 2-4 həftə yerinə yetirməyi məsləhət görürlər. İki ay fasilə verdikdən sonra kursa yenidən başlaya bilərsiniz.

"Axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandırmır" - Xalq artisti Anar Nağılbaz barədə İLK DƏFƏ

Anar repi ilk dəfə Azərbaycanda səndən eşitdik. Sonra rep və estrada musiqisini birlikdə yenə sən bəstələdin. Çoxları onunla duet oxuma desə də, mən çox bəyəndim və səninlə birlikdə bir neçə musiqi ifa etdim”. Psixoloq.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova mərhum reper Anar Nağılbaz haqqında sosial şəbəkədə yazıb. Anar Nağılbazla “Mən səni sevirəm” və “Gecələr” kimi bir vaxtlar olduqca hit olan mahnılar oxuyan sənətçi reperin çox istedadlı insan olduğunu deyib: “Sən istedadlı insan idin. Başına gələnlər mənə maraqlı deyil. Çünki axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandıra bilməz. Heyif ki, fitnə-fəsad sənin taleyini və müqəddəratını həll etdi. İnanıram ki, başqasının bədbəxtliyi üçün çalışanlar mütləq ilahi ədalətə tuş gələcəklər”.(publika.az)

Yeniyetməlikdə törədilən cinayətlər... - Valideynlərə XƏBƏRDARLIQ

Ölkəmizdə cinayətlərin demək olar ki, yarısı 25 yaş və bu yaşdan aşağı olan uşaqlar və gənclər tərəfindən törədilir. Aparılan araşdırmalara görə, yuxarı yaşlarda cinayət törədənlərin 100-də 90 faizinin  uşaqlıq və gənclik yaşlarında cinayət işlədiklərinə rastlanılıb. Uşaq və gənclərdə cinayət səbəblərini tapmaq və bunların qarşısını almaq, bir tərəfdən cəmiyyətdə işlənən cinayətlərin də azalmasına kömək edəcəkdir. Uşaq və gənclərin cinayət sayılan davranışları ailəyə, çevrəyə və məktəbə qarşı günah işləməklə başlayır, sonluğu isə qanunların cinayət hesab etdiyi davranış və hərəkətlərə doğru əyilməklə bitir. Baş verənləri bu şəkildə sıralaya bilərik: Ev, məktəb və iş yerinə yalan danışmaq, Gecə gec vaxtlara qədər evə gəlməmək, Evdən və məktəbdən qaçmaq, Məktəb və iş tənbəlliyi, Oğurluq, içki qəbulu ilə əlaqəli cinayətlər, tapança daşımaq, yaralama, öldürmə. Uşaq və gəncləri cinayətə yönəldən ailələrin ortaq xüsusiyyətləri isə bunlardır: Yerində olmayan ana-ata nəzarəti, Ailənin uşağa həddindən çox təzyiq etməsi, Valideynin uşağa həddən artıq sevgisi və ya sevgisizliyi, Evlilikdənkənar yaşanan əlaqə və bunun nəticəsində doğulan uşaq, valideynlərdən hər hansısa birinin olmaması, Ayrılmış ailə üzvləri, Atanın içki qəbul etməsi, işi ilə əlaqədar uzunmüddət evdən ayrı yaşaması, İşsizlik və ekonomik gücsüzlük, Tez-tez əhatəsini dəyişdirmə. Cinayət işləyən uşaq və gənclərin ailələrində çox görülən bu xüsusiyyətlər kəndləşmə, sənayeləşmə, ekonomik krizlər və.s böyük çalxantılar olduğu zaman daha çox müşahidə edilir və cinayət törətmə riskini artırır.  Cinayət törətməyə meyl göstərən gənclərin ortaq xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin tanınması cinayət işləməzdən öncə onlara kömək etmə fürsəti verir. Hər cür davranışa qarşı çıxarlar. Fiziki gücünə heyran olub, bütün problemlərinin fiziki güclə həll edilə biləcəyinə inanırlar. Maddiyyata tərəf istiqamətlənərlər. Həqiqətlər qarşısında tez və asan aqressiya göstərərək, kriz keçirərlər, ölçüsüz və lazımsız reaksiya vərərlər. Tək başlarına güvənli və güclü olmadıqları üçün həmişə kiçik qruplar yaradar və onlarla birgə yaşar, birgə cinayət törədərlər. Içki və narkotik maddədən istifadə edərlər. Xüsusilə böyük şəhərlərdə, küçə və məhəllələrdə böyüyən bu tip gənclər pis dost tövsiyələri ilə cinayətə yönəlirlər. Ailəyə qarşı kin, nifrət, qısqanclıq, zorlama duyğuları doğar və böyüyər. Cinayət törətmiş gəncləri daha yaxşı dəyərləndirmək üçün onların bəzi demoqrafik xüsusiyyətlərini nəzərə çatdırırıq: Yaş: 15-24  yaş qrupları arasında olan gənclərin cinayət işləmə riski çoxdur. Ən çox cinayət işləyənlər bu yaş qrupa daxildir. Yaş artdıqca cinayət törətmə riski aşağı düşməkdədir, adam öldürənlərin yarıdan çoxu 15-24 yaş arasında, orta məktəbi bitirmiş gənc oğlanlardır. Yer: Cinayət işləyən uşaq və gənclərin 90% şəhərdə, 10% isə bölgələrdə yaşayan, döymə, zorlama, oğurluq, yaralama kimi cinayətlər daha çox şəhərdə yaşayan uşaq və gənclər tərəfindən törədilir. Cinayət hadisəsi edənlərin 43% ataları, 62% isə anaları təhsilli deyil. Peşəsi: Xüsusilə böyük şəhərlərdə sərbəst işlə məşğul olanlar, davamlı işi olmayanlar, işsizlər arasında oğurluq, saxta sənəd, narkotik maddə qaçaqçılığı cinayətlərini törədənlərə tez-tez rast gəlinir.  Cinayətkarların təxminən beşdə biri ekonomik sıxıntı və yoxsulluq səbəbi ile cinayət törətdiklərini söyləyiblər. Psixoloq Lalə Quliyeva Psixoloq.az

Bakıda işsizlərin sayı açıqlandı

2018-ci ilin iyun ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilən vətəndaşların sayı 19 min 274 nəfər təşkil edib.  Psixoloq.az xəbər verir ki, işsizliyə görə müavinət alanların sayı 1208 nəfər, işsizlik üzrə müavinətin hesablanmış orta aylıq məbləği 334,07 manat olub.  Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 7374 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat iyun ayının axırına şəhər üzrə cəmi 2344 nəfərdir, onlardan 2060 nəfəri fəhlələrdir.   İşləyənlərin sayına gəldikdə isə, hesabat dövründə Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 min 115 nəfər artaraq, 709 min 689 nəfər olub.(oxu.az)

Yumurta qabığının bu günə qədər bilmədiyimiz FAYDALARI

Yumurta qabığını zibilə atmaq əvəzinə yemək daha məsləhətlidir. Psixoloq.az xəbər verir ki, bu barədə alimlər yeni araşdırmanın nəticələrini açıqlayarkən bildiriblər. Yumurtanın qabığını 93 dərəcədə 10-15 dəqiqə sobada bişirmək lazımdır ki, tərkibindəki bakteriyalar ölsün. Alimlər qeyd edirlər ki, yumurtanın qabığında kalsiumun miqdarı çoxdur. Yumurta qabığının 95 faizi kalsium karbonatla zəngindir. Sadəcə bir yumurta qabığının tərkibində 2 qram kalsium var. Amma yumurta qabığını qətiyyən çiy formada yemək olmaz.  Əvvəlcə qabıqları qaynadın, sonra isə sobada 93 dərəcədə 10-15 dəqiqə bişirin. Bişmiş qabıqları üyüdün və toz şəklinə salın. Qabığın tərkibindəki kalsium qadınlarda qocalma ilə əlaqədar üzə çıxan osteoporoz ağrılarını və sümük əriməsinin qarşısını alır. Üyüdülmüş yumurta qabığını un ilə karışdırmaq və bu undan müxtəlif məmulatlar hazırlayıb yemək olar. Amma diqətli olmaq lazımdır ki, kalsiumun çox olması da orqanizmə ziyandır. Normal bir insanın gündəlik kalsium ehtiyacı 1 qramdır.(ölkə.az)

Küçə itləri çoxalıb — ŞİKAYƏT

Bakı şəhərinin Binəqədi rayonu ərazisində sahibsiz itlərin sayı çoxalıb. Sakinlər ölkə.az-a bildirib ki, rayon ərazisinə daxil olan keçmiş Azərbaycan Beynəlxalq Universiteti (ABU), "Dərnəgül" metro stansiyası və Abay Kunanbayev küçəsinin yaxınlığında küçə itləri insanlara hücum edir və onları qorxudur. Bundan başqa rayonun 9-cu mikrorayon ərazisində də küçə itlərinin sayı çoxdur. Zeytunluq bağı  deyilən ərazidə isə küçə itlərinin sayı daha çoxdur. Burada sürülərlə küçə itləri gəzir. Bina sakinləri bildirirlər ki, gecələr sürü ilə gəzən itlərin hürüşməsi, insanlara hücum halları artıb.Sakinlər deyir ki, Binəqədi rayonunda it dişləmə faktları çoxalıb: "Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsindən xahiş edirik ki, sahibsiz itləri bizim ərazimizdən toplasınlar. Məhəllələrdə itlərə görə rahat hərəkət edə bilmirik. Həyətdə oturmaq olmur. Axşam qorxa-qorxa gəzirik. Bizi ən çox narahat edən məsələ uşaqların təhlükəsizliyidir". Küçə itlərindən şikayət edən sakinlər Bakı Şəhər İcra Hakimiyyətini sahibsiz heyvanlara qarşı mübarizədə fəal olmağa çağırıb.

Professor: "Az qala gen xəritəsinə qədər bilən həkimlər olur"

Azərbaycanda ailə həkimi institutunun yaradılması ilə bağlı məsələ son günlər yenidən aktuallaşıb. Mütəxəssislər hesab edir ki, ailə həkimi institutunun formalaşması xəstəliklərin vaxtında aşkar edilməsinə və daha çevik müalicəsinə imkan verə bilər. Psixoloq.az xəbər verir ki, moderator.az-a açıqlama verən professor Adil Qeybulla ailə həkimi institutunun sahə həkimi sistemindən daha mütərəqqi bir sistem olduğuna diqqət çəkdi: “Ailə həkimi institutu Qərb təbabətində təbabətin bir hissəsidir. Qabaqlar bizdə sahə həkimləri var idi. Evə ilk çağırışa gələn həkim də sahə həkimi olurdu. Həmin sahə həkimləri də xəstələri lazımı yerə yönləndirirdi. Xəstə lazım olanda evdə, lazım olanda isə stasional müalicə alırdı. Sahə həkimlərinin kifayət qədər səlahiyyəti var idi. Onlar poliklinikalarda otururdu. Ailə həkimi institutu isə daha rassional bir institudur. Bu qəbildən olan həkimlər konkret bir neçə ailəni nəzərdə saxlayır. Onlar həmin ailələrin bütün xəstəliklərini, az qala gen xəritəsinə qədər bilən həkimlər olur. Bu həkimlər üçün xəstəni yönləndirmək daha asan olur.  Ailə həkimi institutu özünü doğruldan rassional bir institutdur. Təbabətin ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu institut sovet təbabətində olan sahə həkimi institutundan daha effektlidir”.

Burun dik, dodaq aşağıdırsa... - Cornelia De Lange Sindromu nədir?

Əksər zaman bu sindromun adına tez-tez rast gəlinsə də, əksəriyyət sadəcə “adını”oxuyub keçir. Düzünü desək bu mövzuda Azərbaycan dilində çox məhdud şəkildə müəyyən informasiyalar tapa bilərik. Cornelia  De Lange Sindromu ilk dəfə 1916-cı ildə Wilfred Robert Brockmann tərəfindən elmə gətirilib. Daha sonra 1933-cü ildə hollandiyalı uşaq həkimi Cornelia Catherina de Lange, Brockmann-de Lange adı ilə bilinən eyni zamanda Amsterdam Dwarfism və ya Bushy Sindromu kimi tanınan bu pozğunluğu daha dərindən öyrənməyə başlayır. Hazırda bu sindrom qısa olaraq CdLS adlandırılır. Əsasən doğuşdan əvvəl aşkarlanır. Lakin doğuşdan əvvəl aşkara çıxmadığı vaxtlar da ola bilər. Genetik pozğunluq olaraq bilinməkdədir.  Hər 10.000 - 30.000 arası doğuşda rast gəlinə bilər. Mütəxəssislər bu sindromun yaranmasına səbəb olaraq genetik mutasiyaları göstərirlər. Xüsusilə NIPBL, SMC1A, HDAC8, RAD21 və SMC3 genlərində mutasiya baş verir. Mutasiya prenatal (doğuş öncəsi) dövrdə dölün inkişafının yönləndirilməsində mühüm rol oynayan protein qrupu olan “Kohezyon Kompleksi”nə mənfi təsir edər. SMC1A, RAD21 ve SMC3 genlərindəki mutasiyanın səbəb olduğu əlamətlər NIPBL-in yaratdığı simptomlardan daha yüngül hesab olunur. HDAC8 mutasiyaları isə anterior fontanelin vaxtından gec qapanmasına,diş problemlərinə və NIPBL-də olduğu kimi intelektual sahədə anomaliyalara gətirib çıxara bilər. Oğlanlarda və qızlarda təxminən eyni dərəcədə özünü göstərir. Cornelia De Lange sindromu olan ananın digər hamiləlikdə yenidən bu anomaliyaya rast gəlməsi riski 2-5% arasındadır. Yaranmasında daha çox genetik faktorlara əsaslanılsa da tam olaraq yaranma səbəbi elmə məlum deyil. Xarakterik xüsusiyyətləri böyümə geriliyi, mental  reterdasiya, tipik üz görünüşü, orta xətdə birləşən qalın qaşlar (synophris), dar, incə aşağı doğru sallanan dodaqlardır. Digər sindromlardan fərqləndirən əsas xüsusiyyəti üz görünüşüdür. Xüsusilə dodaqlardakı özünə məxsusluğa bütün fərdlərdə rast gəlinir. Eyni zamanda həddindən artıq dərəcədə gur kirpiklərə malik olurlar. Dişləri bir-birindan aralı seyrək şəkildə olur. Damaqları  birmənalı olaraq yarıqşəkillidir. Burunları həddən artıq dik olur. Əsas problemlərdən biri də bədəndə olan hədsiz tüklənmədir (hirsutizm). Mikrosefaliya, eşitmə-görmə problemləri, qısa boyluluq, ürək-damar, həzm sistemin olan narahatçılıqlara da rast gəlmək mümkündür. Nadir hallarda myopi, nistagmus, astiqmatizma, mikrokornea, optik atropi kimi göz problemləri, qusma, həzm və qidalanma pozulmaları, əmmə gücsüzlüyü, hipoplastik süd vəzi, konjinental ürək qüsuru və təkrarlanan ağciyər və bağırsaq infeksiyalarına da rast gəlinir. Autizmdə olduğu kimi bir sıra davranış problemləri vardır. Hansı ki bu problemlər ünsiyyətdə və sosial münasibətlərdə çətinliklər yaradır. Davranış problemlərinin əsas səbəbi zaman keçdikcə öz qüsurlarını anlaması olur. Xəstə digər insanlardan fərqli olan fiziki görünüşündən utanmağa başlayır. Bəzən bu cür xəstələr sadəcə olaraq özlərini cəmiyyətdən izolasiya edərək yaşamağı seçirlər. Bəzilərində isə davranış problemləri daha ağır formada özünü göstərə bilər. Çox vaxt intihara meyilli olurlar. Və bu cür susidial davranışlar ardıcıl olaraq təkrarlanır. Hər 2 davranış forması nevroloji olaraq əlaqələndirilir. Hiperaktivlik və diqqət əskikliyinə də rast gəlinir. Bu hallarda uşaq psixoloqu və ya psixoterapevtin müdaxiləsi olduqca önəmlidir. Yaşlı insanlarda mental retardasiyaya daha çox rast gəlinir. Boğuq və gücsüz ağlama xarakterikdir. Bu hallarda “Denver” və “WISC-R” testi edilməlidir və mental retardasiyanın dərəcəsi müəyyən olunmalıdır. İntelektual inkişafdan geriləmə və eşitmə problemləri olduğu kimi bir çox xəstələrdə ağır nitq qüsurlarına da rast gəlmək mümkündür. İQ səviyyələri adətən 50 altında olur. Sindrom zamanı aşağıdakı dəstək texnikalarından istifadə olunması məsləhət bilinir: -fizioterapiya -duyu bütünleme terapiyası -xüsusi təhsil Az rast gəlinən xəstəlik olduğu üçün hamiləlik dövründə aşkarlandığı zaman ailələrin genetik cəhətdən maarifləndirilməsi vacib sayılır. Psixoloq.az

Bu dərmanlar hamilə qadınlar üçün zərərlidir - Düşük yaradır

Makrolid, xinolon, tetratsiklin, sulfonamid və metronidazol qeyri-ixtiyari abort, düşük riski yaradaraq, hamiləliyin 20-ci həftəsinə kimi zərərlidir. Psixoloq.az xəbər verir ki, bu barədə Kanada tibbi asosiasiyasının elmi dərgisində çap olunan yeni araşdırma nəticələrində bildrilib. Belə  ki, 8700 nəfər hamiləlikdə düşük keçirmiş qadınların tibbi sığorta məlumatlarında qəbul etdikləri dərmanlar araşdırılıb. Məlum olub ki, 16% qadınlar hamiləliyin birinci trimestrində antibiotik qəbul ediblər. Antibiotiklərdən Azitromisin düşük riskini 65%, klaritromisin isə 2 dəfə artırıb.

Bakıda ən aşağı və yüksək maaş verilən sahələr bəlli oldu

2018-ci ilin yanvar-may aylarında Bakı şəhərində əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 2,1 faiz artaraq, 790,6 manat olub. Psixoloq.az xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb. Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.(oxu.az)

Sabaha olan Hava Proqnozu

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 7-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-35, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, avqustun 7-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.(oxu.az)

Psixoloqun sözü tələbələri əsəbləşdirdi – Kim haqlıdır?

Ötən günlərdə psixoloqla apardığımız müsahibə qalmaqala səbəb olub. Psixoloq.az xəbər verir ki, müsahibə zamanı psixoloq İlkin Kazımlının psixologiya sahəsindəki boşluqlar barədə danışarkən dediyi sözlər, bu ixtisas üzrə təhsil alan tələbələrin narazılığına səbəb olub. Bakı Qızlar universitetinin tələbəsi Şəbnəm Cəlilova, psixoloqun, müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirənləri psixoloq saymamağı fikrinə tənqidlə yanaşıb: “Mütəxəssisin dediyindən bu anlaşılır ki, sanki biz bu ixtisası boş yerə oxuyuruq. Biz də təhsildə sosial psixologiya xidmət ixtisası üzrə oxuyuruq.Yəni məktəb psixoloqu. Müasir zamanda bu fənni həqiqətən heç ediblər. Bu sahənin maaşı da azdır. Psixoloq deyir ki, bu ixtisası bitirənlər özlərini psixoloq hesab edirlər. Anlamıram nə hesab etməliyik ? Biz demirik ki tibbi psixologiya oxumuşuq. Efirə çox sayda uşaq psixoloqları çıxırlar. Onlar bizim sahə üzrə bitiriblər də. Fərqimiz odur ki, onlar ixtisas seçimi üzrə xəstəxanada işləyə bilər. Ancaq biz işləyə bilmərik düzdür amma belə söyləməyi də yanlışdır. İxtisasımız budur”. Gənc psixoloq namizədi mütəxəssisin bu sözlərlə tələbələri həvəsdən saldığını da qeyd edib. “Xüsusilə də birinci kurslar bu sözlərdən sonra peşələrinə qarşı daha həvəssiz yanaşa bilərlər. Onlar tibb sahəsi üzrə bitiriblər biz də 3-cü qrup üzrə bu ixtisasa daxil olmuşuq. Mən həvəsdən düşmürəm çünki sənətimi dərk edirəm. Amma ixtisas seçimi edənlərə birbaşa mənfi təsirdir”,-deyə Şəbnəm Cəlilova vurğulayıb. Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən  EMDR terapevt, psixoloq Yeganə Özçelebinin sözlərinə görə, təhsildə psixoloji xidmət ixtisasını bitirən psixoloqar, baxça, məktəb, universitetdəki insanlarla işləyirlər: “Həmçinin belə psixoloqlar valideynlərlə, yaşlı insanlarla da işləyə bilirlər. Bu səbəbdən, onlara psixoloq kimi baxmamaq çox yanlışdır. Biri var sertifikat alanlar... Biri də var dövlət imtahanı verərək dövlət diplomu alaraq bu sahə üzrə yiyələnənlər. Bəziləri var ki sadəcə hansısa kursdan sertifikat alırlar. Burada onlara şübhə ilə yanaşma ola bilər. Çünki bu kursda nə dərəcədə bu sahəyə ciddi yanaşılıb, nə öyrədilib bilinmir. Ancaq universitet bitirən tələbələrə dövlət  bu ixtiyarı verir. Bu sahəni bitirən gənc psixoloqlar klinikalarda da psixoloq kimi işləyə bilərlər. Dərman yazmaq hüquqları olmasa da psixoloq kimi təbii ki işləyə bilərlər. Savad dərəcəsini də pasiyent dəyərləndirir”. Mütəxəssis bu sahədə boşluğun olduğunu da qeyd edib. “Heç bir universitetdə psixologiya üzrə praktikaları düzgün, normal şəkildə keçmirlər. Bu gizli bir şey deyil. Psixoterapevt olmaq üçün xaricdə və ya burda kurslarda iştirak etmək vacibdir. Həqiqətən burada bu sahə üzrə boşluq var”,-deyə Özçelebi vurğulayıb. Psixoloq, gənc psixoloqların univeristeti bitirdikdən sonra müəyyən təhsil mərkəzlərində işə başlamalarını tövdiyə edib: “Bununla praktikanı daha yaxşı keçərək biliklərə yiyələnə bilərlər. Çünki belə mərkəzlər çox sayda uşaqlarla işləmək imkanı verir. Azərbaycanda təəssüf ki terapiyanı öyrətmirlər. Bu da qarışıqlığa səbəb olur. Kurslar bu cəhətdən çox mühümdür”. Qeyd edək ki, jurnalistin “İndiki psixoloqlardakı əsas problem nədir?” sualına psixoloq İlkin Kazımlı  “İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s.”,deyə cavablandırmışdı. Şəhanə Quliyeva

Psixologiyanın inkişafında rolu olan Alfred Adler kimdir?

Alfred Adler Doğum tarixi- 7 fevral 1870 Doğum yeri- Avstriya İmperiyası, Vyana, Rudolfşeym Vəfatı-28 may 1937 Vəfat yeri-Aberdin, Şotlandiya Elm sahəsi-Nevrologiya, Psixoterapiya, Psixoanaliz Elmi dərəcəsi-Psixoterapevt Təhsili-Oftolmoloq, psixoterapiya və nevrologiya Alfred Adler 1870-ci ildə fevralın 7-də Vyanada şəhər ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dünyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Adler uşaqlıqdan tez-tez xəstələnirdi, ona görə də tərəddüdsüz həkim peşəsini seçib. 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən isə elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra o, psixiatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb. 1902-ci ildə Adler yeni psixologiya istiqamətinin yaradıcısı Ziqmund Freydin ətrafında birləşərək dərnək yaradan 4 nəfərdən biri olub. 1935-ci ildə Adler ABŞ-a gəlir və həkim-psixiatr vəzifəsində çalışıb. 1937-ci ildə Adlerin ölümündən sonra fərdi psixologiyaya maraq azalır və yalnız 50-ci illərdən yenidən diqqəti çəkir. Humanist psixologiyasının yaradılmasında Adlerin ideyalarının böyük təsiri olub. Adler nəzəriyyəsinin strukturu Şəxsiyyət psixologiyası nəzəriyyəsinin strukturunu Adler belə göstərib: • Saxta finalizm • Üstünlük qazanmağa cəhd • Dəyərsizlik hiss və onun kompensasiyası • İctimai maraq • Həyat tərzi • Yaradıcı mən 

Arı sancması hansı halda ölümə səbəb ola bilər?

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib. Qəsəbənin korpus 8 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Nizami Mirzəyevi arı sancıb. Həmin şəxsin ailə üzvləri dərhal təcili yardım çağırıblar. Nizami Mirzəyevi xəstəxanaya çatdırmaq istəsələr də, 57 yaşlı kişi yolda keçinib.  Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. İnsan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi? Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, toksikoloq Azər Maqsudov belə hadisələrə nadir hallarda rast gəlindiyini bildirir. Həkimin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının neştərindəki zəhər deyil: "Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Belə halda da çox vaxt ölüm baş vermir. Ola bilər ki, arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olar, orada dil və ya digər yumşaq toxumaları sanca və şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur. Bizim şöbəyə arı sancması ilə bağlı müarciətlər edirlər. Lakin, heç bir halda ölüm halı olmayıb". A.Maqsudov bildirib ki, arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir: "Arının neştərində zəhər həddindən artıq azdır. Bu zəhərin həm təsiri azdır, həm də miqdarı. Zəhərin kimyəvi tətkibi də biokimyəvi maddələrlə zəngin deyil. Bu prosesdə əsasən orqanizmin həssaslığı rol oynayır. İnsanın orqanizmi həssas olur, arı sancmasından şok yaşayır və bu da onun ölümünə səbəb ola bilər". Şöbə müdiri bildirib ki, iyun-iyul aylarında toksikologiya şöbəsinə arı sancması ilə bağlı 4 nəfər müraciət edib: "Onlardan 3-ü iyun, 1 nəfər isə iyul ayında müraciət edib. Həmin şəxslərə lazımi tibbi xidmət göstərilərək evə buraxılıb. Əsasən arı insanları isti aylarda sancır".(xezerxeber)

Oyuncaq silahlarla bağlı ÇAĞIRIŞ

İsveçdə 20 yaşlı cavan insanın faciəli ölümündən sonra Uşaq oyuncaqlarının satıcılarının Assosiasiyası öz üzvlərini mağazaların rəflərini oyuncaq silahlardan təmizləməyə çağırıb. Psixoloq.az publika.az-a  istinadən xəbər verir ki, bu haqda assosiasiyanın açıqlamasında deyilir. “Biz assosiasiyanın bütün üzvlərini əsl silahla qarışdırıla biləcək oyuncaq silahlar satmamağa çağırırıq. Bu, bizim inadlı tövsiyəmizdir, hər üzv qərarı müstəqil qəbul bilər”, - müraciətdə bildirilir. Xatırladaq ki, avqustun 2-də İsveçin paytaxtı Stokholmda əlində oyuncaq silahla evdən qaçan 20 yaşlı Erik Torel polis tərəfindən öldürülüb. Gənc daun sindromlu idi. Gəncin atası Riçard Torel oğlunun gecə yarısı evdən qaçdığını və bu səbəbdən polisdən yardım istədiyini söyləyib. Ancaq Torel polisin oğlunun əlindəki oyuncaq silaha görə 3 dəfə atəş açdığını və onu öldürdüyünü qeyd edib. Prokuror Martin Tiden gənci vuran polis barəsində cinayət işinin açıldığını, ancaq sözügedən polisin də uşaqdan şikayətçi olduğunu bildirib.

EFA komandası Azərbaycan çempionatının qalibi oldu - FOTO+VİDEO

Yeniyetmələr arasında keçirilən çimərlik futbolu üzrə ilk Azərbaycan çempionatı başa çatıb. Psixoloq.az xəbər verir ki, Bakı Su İdman Sarayında keçirilən son turda "Yasamal" komandasına 5:3 hesabı ilə qalib gələn EFA birləşməsi Azərbaycan çempionu adına layiq görülüb. Teymur Eyvazov və Kamran Bayramovun yetirmələri, turnir ərzində savadlı və əzmkar oyunları ilə rəqiblərindən üstün olduqlarını nümayiş etdiriblər. EFA komandasının oyunçusu Nihat Əhmədzadə isə ilk ölkə çempionatının ən yaxşı oyunçusu seçilib. Ümid edirik ki, gənc futbolçularımızın kariyerasındakı ilk çempionluq onlara uğur gətirər və müvəffəqiyyətləri davamlı olar. Bu münasibətlə biz də təbriklərə qoşulur, "European Football Academy" futbol klubunun bütün heyətini və EFA azarkeşlərini qələbə münasibəti ilə təbrik edirik.

Məşhur aktyorun vəziyyəti ağırdır - Təcili xəstəxanaya çatdırılıb

Tanınmış məşhur türk aktyoru Cüneyt Arkının səhhəti ağırlaşıb. Psixoloq.az xəbər verir ki,  bağ evində dincələn əfsanəvi kino ulduzu tənəffüs problemi yaşayıb. 81 yaşlı aktyoru yaxınları dərhal təcili tibbi yardım maşınıyla özəl xəstəxanaya aparıb. İlk müayinələrdən sonra C.Arkın reanimasiyaya yerləşdirilib.

Kolleclərə daxil olmaq istəyənlər üçün son gün

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Bu gün axşam saat 23:59-dək abituriyentlər ixtisas seçimi edə bilər. Bu saata olan məlumata görə Azərbaycan bölməsi – 11444, rus bölməsi – 227 olmaqla ümumilikdə 11671 abituriyent ixtisas seçimi edib. Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.(publika.az)

Siqaret asıllığını azaldan RESEPT

Siqareti tərgitmək xüsusilə kişilər üçün çətin mərhələdir. Bu pis vərdişdən yaxa qurtarmaq üçün ilk olaraq güclü iradə tələb olunur. Psixoloq.az siqaret asıllığını azaldan və tədricən yox edən resepti təqdim edir: İnqrediyentlər: 1 stəkan limon suyu 200 ml çobanyastığı çayı 1 stəkan qreypfrut şirəsi 30 ml kokos yağı 30 ml jojoba yağı 30 ml zeytun yağı 5 qram təzə kəklikotu Hazırlanması: Təzə kəklikotu istisna olmaqla, bütün inqrediyentləri məcun halını alana qədər qarışdırın. Qarışıq hazır olduqdan sonra təzə kəklikotunu əlavə edib bir daha qarışdırın. Bədəniniz siqaret tələb etdikdə yarım stəkan bu qarışıqdan için, ya da barmağınızla dodaq və bunun arasındakı məsafəyə sürtün. Müalicə kursunu 21 gün ərzində tətbiq edin. Araşdırmalar göstərir ki, qarışığın təsiri 21 gündən sonra hiss olunur. (publika.az)

Əl ilə yoxladıqda... - Kolbasa alarkən bunlara diqqət edin

Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən oxu.az-a verilən məlumata görə, istehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması, yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış), kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır. Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellofandan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır. Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır. Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır. Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur. Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 – qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda insanlarda məhsula qarşı asılılıq yaradır. E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir. Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq.

Su olmayacaq - Xəbərdarlıq

Bu gün Yasamal rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər yaranacaq. Psixoloq.az xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avqustun 6-da yenidənqurma işləri ilə əlaqədar Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bir çoxlarının nitqində rast gəlinən problem - Kəkələmə nədir?

Kəkələmək, insanın damaq səsləri ilə başlayan sözləri və hecaları təkrarlanmasına, uzatmasına və ya kəsilməsinə verilən təsvirdir. Əsasən evin kiçik uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş arasında yaranır. Ortalama yaşı isə 5 yaşdır. Ən çox isə oğlan uşaqlarında rast gəlinir. Kəkələmənin tam yaranma səbəbi məlum deyil. Bəzi araşdırmalar genin və ya stressin buna yol açdığını bildirib. Kəkələmə nitq aparatı əzələsinin qıc olmasıdır. Kəkələyən insanlar, daim açıq havada gəzməli və çoxlu vanna qəbul etməlidirlər. Kəkələyən uşaqlarla iş uzunmüddətli olur. Kəkələmənin növləri: 1. Klonik 2. Tonik 3. Qarışıq Kəkələmənin ən yüngül forması klonikdir. Məsələn, uşaq kitab sözünü demək istəyir. Bu zaman həmin sözü belə tələffüz edir: ki...ki...kitab. Kəkələmənin ağır forması isə tonikdir. Tonik kəkələməni aradan qaldırmaq üçün mütləq klonik kəkələmənin tədricən azaldılmasına çalışılmalıdır. Bu zaman yüngülləşmə əmələ gələ bilər. Qarışıq kəkələmə ən ağır forma sayılır. Burada 2 eyni tonik-klonik, həm də klonik-tonik növlərinin qarışığı ola bilər. Kəkələməni xüsusiyyətlərinə görə belə qruplaşdırmaq olar: Damaq, nəfəs, qırtlaq, düşüncə kəkələməsi. Məsələn, uşaqda düşüncə kəkələməsi zamanı qəribə hal yaşanır. Belə ki, uşaq ailəsinin yanında olduqca çox kəkələyir. Kənar şəxslərin yanında isə kəkələmə az olur. Yəni, bu artıq düşüncənin kəkələməni idarə etməsi deməkdir. Nəfəs kəkələməsində sanki uşaq boğulur, nəfəsini düzgün istifadə edə bilmir və kəkələyir. Dodaq kəkələməsi zamanı isə uşaq m,p,v,b samit səslərini tələffüz edərkən daha çox kəkələyir. Əgər uşağınız kəkələyirsə, müalicə və məşğələlər ilə sağalmağa doğru gedirsə onun üstünə anidən qışqırmaq, hədə-qorxu gəlmək olmaz. Çünki yenidən kəkələmə yarana bilər. Defektoloq Gülnarə Səfərəliyeva

Axmaqlıq keçici xəstəlikdir?

Havalar soyuyanda ofis əməkdaşlarının çoxu çalışır ki, ona qripə yoluxmuş iş yoldaşından virus keçməsin.Alimlər iddia edirlər ki, ofisdə respirator xəstəliklərdən başqa keçici xəstəliklər ola bilər. Söhbət ən adi insan axmaqlığından gedir.Axmaqlıq da hava-damcı yolu ilə keçə bilər. Nyu-Hempşir Universitetinin alimlərinin son araşdırmaları göstərir ki, iş yerində axmaq olmaq çox asandır. Bunun üçün axmaq bir müdirin rəhbərliyi altında işləmək kifayət edir. Əgər ofisin rəhbəri axmaqdırsa, ofis işçilərinin 25 faizinin bu mənfi keyfiyyəti mənimsəmə ehtimalı yüksəkdir. Bunun üçün müdirə xoş təsir bağışlamağa çalışmaq kifayət edir.

Diafraqmal yırtıq haqqında bilmədikləriniz - Ümumi Cərrah Bəhruz Səlimov/VİDEO

Diaqrafmal yırtıq (dy), xronik, residivverən (tez-tez qayıdan) xəstəlikdir. Diafraqma deşiyindən yemək borusunun qarın hissəsinin, mədənin və hətta bəzi hallarda bağırsağın döş boşluğuna keçməsi baş verir. Normal halda döş və qarın boşluğu diafraqma adlanan zarlı-membranoz-əzələvi arakəsmə ilə bib-birindən ayrılılır. Qarın boşluğunda təzyiq döş boşluğundan çoxdur. Xəstəlik 50% halda klinik əlamətsiz keçir. Problemin aktuallığı nədir? Ürək və ağciyərdə, yemək borusunun özündə, mədədə ağırlaşmalar verə bilər. Uzunmüddət davam edib müalicə olunmadıqda isə yemək borusunun xərçənginə səbəb ola bilər. Belə ki, əgər bu xəstəliyin mövcud olduğu 5 – 12 il ərzində heç bir müalicə aparılmırsa, yemək borusunun xərçənginin başvermə riski 5 ildən sonra 2-3 dəfə, 12 ildən sonra isə 4-5 dəfə artır. Səbəbləri: ·Birləşdirici toxuma zəifliyi (60 yaşdan yuxarı, fiziki zəif, asteniklər) - diafraqmal deşik xeyli böyüyə bilər. ·Qarın boşluğunda təzyiqin artması (köp, hamiləlik, arasıkəsilməz qusma, ağciyərlərin xronik obstruktiv xəstəlikləri (50 %-də DY olur) davamlı öskürək, assit, güclü kökəlmə) ·Yeməkborusunun xəstəlikləri və diskineziyasında yemək borusunun yuxarı dartılması. DY ilk vaxtlar "sürüşkən” olur –özbaşına geri qayıdır. Yemək borusunun qarın hisəsinin döş boşluğuna keçməsi yemək borusunun aşağı sfinkterinin zəifləməsinə, bu isə refluks- özefaqitə (mədənin turş sirəsinin geriyə, yemək borusuna atılmasına və yemək borusunu zədələməsinə) səbəb olur. Əlamətlər: ·30-35 % halda aritmiyalar(ürəkdöyünmə, ürək ritminin pozulması), ürək nahiyəsində ağrılar ola bilər. ·Ağrı (əsasən yeməkdən, xüsusən çox yeməkdən sonra, fiziki gərginlik, ağırlıq qaldırma, öskürək, köp, uzanıqlı vəziyyətdə artır, önə əyiləndə artır) – döş sümüyünün arxasında yerləşməsir, ürək nahiyəsinə, boynun yan tərəflərinə yayılır. ·Reflüks özefaqitlə bağlı əlamətlər: qıcqırma, gəyirmə, yeməyin geri qayıtması; duru yeməyin keçməsinin çətinləşməsi və çox isti və çox soyuq su içərkən udmanın ağrılı olması, bir neçə saat, hətta bəzən bir neçə gün davam edən hıçqıraq, dilin yanması və göynəməsi, traxeit. Bronxit, astma, aspirasion pnevmoniya baş verə bilər. ·Qan azlığı Xəstəliyin diaqnozu Rentgen, Fibroezofaqoskopiya vasitəsilə qoyulur. Ağırlaşmalar: Xr. qastrit və mədə yarası, qanaxma və anemiya,yırtğın boğulması (ciddi ağırlaşmadır), reflüks ezofaqit Nə etməli? • Tütünü tərgitməli • Az yeməli, yeyən kimi uzanmamalı, axşam çox gec saatlarda yeməməli • Yatağın baş tərəfinin 15 dərəcə qaldırılması • Sıx paltar, kəmər, korset geyməməli. Müalicə: Konservativ(dərman), cərrahi, Manual terapiya. Manual terapiya effektlidir.