Su olmayacaq - Xəbərdarlıq

Bu gün Yasamal rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər yaranacaq. Psixoloq.az xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avqustun 6-da yenidənqurma işləri ilə əlaqədar Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bir çoxlarının nitqində rast gəlinən problem - Kəkələmə nədir?

Kəkələmək, insanın damaq səsləri ilə başlayan sözləri və hecaları təkrarlanmasına, uzatmasına və ya kəsilməsinə verilən təsvirdir. Əsasən evin kiçik uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş arasında yaranır. Ortalama yaşı isə 5 yaşdır. Ən çox isə oğlan uşaqlarında rast gəlinir. Kəkələmənin tam yaranma səbəbi məlum deyil. Bəzi araşdırmalar genin və ya stressin buna yol açdığını bildirib. Kəkələmə nitq aparatı əzələsinin qıc olmasıdır. Kəkələyən insanlar, daim açıq havada gəzməli və çoxlu vanna qəbul etməlidirlər. Kəkələyən uşaqlarla iş uzunmüddətli olur. Kəkələmənin növləri: 1. Klonik 2. Tonik 3. Qarışıq Kəkələmənin ən yüngül forması klonikdir. Məsələn, uşaq kitab sözünü demək istəyir. Bu zaman həmin sözü belə tələffüz edir: ki...ki...kitab. Kəkələmənin ağır forması isə tonikdir. Tonik kəkələməni aradan qaldırmaq üçün mütləq klonik kəkələmənin tədricən azaldılmasına çalışılmalıdır. Bu zaman yüngülləşmə əmələ gələ bilər. Qarışıq kəkələmə ən ağır forma sayılır. Burada 2 eyni tonik-klonik, həm də klonik-tonik növlərinin qarışığı ola bilər. Kəkələməni xüsusiyyətlərinə görə belə qruplaşdırmaq olar: Damaq, nəfəs, qırtlaq, düşüncə kəkələməsi. Məsələn, uşaqda düşüncə kəkələməsi zamanı qəribə hal yaşanır. Belə ki, uşaq ailəsinin yanında olduqca çox kəkələyir. Kənar şəxslərin yanında isə kəkələmə az olur. Yəni, bu artıq düşüncənin kəkələməni idarə etməsi deməkdir. Nəfəs kəkələməsində sanki uşaq boğulur, nəfəsini düzgün istifadə edə bilmir və kəkələyir. Dodaq kəkələməsi zamanı isə uşaq m,p,v,b samit səslərini tələffüz edərkən daha çox kəkələyir. Əgər uşağınız kəkələyirsə, müalicə və məşğələlər ilə sağalmağa doğru gedirsə onun üstünə anidən qışqırmaq, hədə-qorxu gəlmək olmaz. Çünki yenidən kəkələmə yarana bilər. Defektoloq Gülnarə Səfərəliyeva

Axmaqlıq keçici xəstəlikdir?

Havalar soyuyanda ofis əməkdaşlarının çoxu çalışır ki, ona qripə yoluxmuş iş yoldaşından virus keçməsin.Alimlər iddia edirlər ki, ofisdə respirator xəstəliklərdən başqa keçici xəstəliklər ola bilər. Söhbət ən adi insan axmaqlığından gedir.Axmaqlıq da hava-damcı yolu ilə keçə bilər. Nyu-Hempşir Universitetinin alimlərinin son araşdırmaları göstərir ki, iş yerində axmaq olmaq çox asandır. Bunun üçün axmaq bir müdirin rəhbərliyi altında işləmək kifayət edir. Əgər ofisin rəhbəri axmaqdırsa, ofis işçilərinin 25 faizinin bu mənfi keyfiyyəti mənimsəmə ehtimalı yüksəkdir. Bunun üçün müdirə xoş təsir bağışlamağa çalışmaq kifayət edir.

Diafraqmal yırtıq haqqında bilmədikləriniz - Ümumi Cərrah Bəhruz Səlimov/VİDEO

Diaqrafmal yırtıq (dy), xronik, residivverən (tez-tez qayıdan) xəstəlikdir. Diafraqma deşiyindən yemək borusunun qarın hissəsinin, mədənin və hətta bəzi hallarda bağırsağın döş boşluğuna keçməsi baş verir. Normal halda döş və qarın boşluğu diafraqma adlanan zarlı-membranoz-əzələvi arakəsmə ilə bib-birindən ayrılılır. Qarın boşluğunda təzyiq döş boşluğundan çoxdur. Xəstəlik 50% halda klinik əlamətsiz keçir. Problemin aktuallığı nədir? Ürək və ağciyərdə, yemək borusunun özündə, mədədə ağırlaşmalar verə bilər. Uzunmüddət davam edib müalicə olunmadıqda isə yemək borusunun xərçənginə səbəb ola bilər. Belə ki, əgər bu xəstəliyin mövcud olduğu 5 – 12 il ərzində heç bir müalicə aparılmırsa, yemək borusunun xərçənginin başvermə riski 5 ildən sonra 2-3 dəfə, 12 ildən sonra isə 4-5 dəfə artır. Səbəbləri: ·Birləşdirici toxuma zəifliyi (60 yaşdan yuxarı, fiziki zəif, asteniklər) - diafraqmal deşik xeyli böyüyə bilər. ·Qarın boşluğunda təzyiqin artması (köp, hamiləlik, arasıkəsilməz qusma, ağciyərlərin xronik obstruktiv xəstəlikləri (50 %-də DY olur) davamlı öskürək, assit, güclü kökəlmə) ·Yeməkborusunun xəstəlikləri və diskineziyasında yemək borusunun yuxarı dartılması. DY ilk vaxtlar "sürüşkən” olur –özbaşına geri qayıdır. Yemək borusunun qarın hisəsinin döş boşluğuna keçməsi yemək borusunun aşağı sfinkterinin zəifləməsinə, bu isə refluks- özefaqitə (mədənin turş sirəsinin geriyə, yemək borusuna atılmasına və yemək borusunu zədələməsinə) səbəb olur. Əlamətlər: ·30-35 % halda aritmiyalar(ürəkdöyünmə, ürək ritminin pozulması), ürək nahiyəsində ağrılar ola bilər. ·Ağrı (əsasən yeməkdən, xüsusən çox yeməkdən sonra, fiziki gərginlik, ağırlıq qaldırma, öskürək, köp, uzanıqlı vəziyyətdə artır, önə əyiləndə artır) – döş sümüyünün arxasında yerləşməsir, ürək nahiyəsinə, boynun yan tərəflərinə yayılır. ·Reflüks özefaqitlə bağlı əlamətlər: qıcqırma, gəyirmə, yeməyin geri qayıtması; duru yeməyin keçməsinin çətinləşməsi və çox isti və çox soyuq su içərkən udmanın ağrılı olması, bir neçə saat, hətta bəzən bir neçə gün davam edən hıçqıraq, dilin yanması və göynəməsi, traxeit. Bronxit, astma, aspirasion pnevmoniya baş verə bilər. ·Qan azlığı Xəstəliyin diaqnozu Rentgen, Fibroezofaqoskopiya vasitəsilə qoyulur. Ağırlaşmalar: Xr. qastrit və mədə yarası, qanaxma və anemiya,yırtğın boğulması (ciddi ağırlaşmadır), reflüks ezofaqit Nə etməli? • Tütünü tərgitməli • Az yeməli, yeyən kimi uzanmamalı, axşam çox gec saatlarda yeməməli • Yatağın baş tərəfinin 15 dərəcə qaldırılması • Sıx paltar, kəmər, korset geyməməli. Müalicə: Konservativ(dərman), cərrahi, Manual terapiya. Manual terapiya effektlidir.

Siz məqalənizi yazın - Biz sizi tanıdaq

Artıq psixoloq, psixiatr, loqoped, defektoloq, yaşam koçları habelə bu sahələr üzrə təhsil alan gənc mütəxəssislər portalda qeydiyyatdan keçərək sahələri üzrə məqalələr yazaraq portalda yerləşdirə biləcəklər. Psixoloq.az xəbər verir ki, portalınn sözçüsü  bildirib ki, məqalələr sayt redaktoru tərəfindən redaktə edildikdən sonra oxucu auditoriyasına çatdırılacaq: "Bunu etməkdə məqsədimiz, ölkədə psixoloqların mediaya çıxışını təmin etməklə cəmiyyətə psixi sağlam xəbər oxutmaqdır". Bu səbəblə portal tərəfindən "Məqalə yaz" videosu hazırlanıb. Həmin videonu sizə təqdim edirik.

Psixodramanın yaradıcısı Hanss Werner Gessman və xüsusi təhsil mütəxəssisi Markus Jozef Farber yenidən Bakıda

Psixoloq.az bildirir ki, Psixodramanın yaradıcısı Hanss Werner Gessman və xüsusi təhsil mütəxəssisi Köln universitetində çalışan  Markus Jozef Farber yenidən İAPD ın təşkilatçılığı ilə Bakıya dəvət almışdılar.Bu barədə İAPD rəhbəri Məltəm Kərimova İAPAD ın rəsmi facebook səhifəsində yenidən məlumat paylaşmışdır.Məlumatda bildirilir ki adı çəkilən mütəxəssislər oktyabr ayında Oratio Nitq İnkişafı Mərkəzində 4 günlük təlim keçəcəklər.Psixoloq.az portalının sözçüsü Aysun Karagobekli ilk tədbirdə informasiya dəstəyi olduğu kimi bu tədbirdədə informasiya dəstəyi olaraq portaldan oxuyuculara geniş məlumat veriləcəyini bildirmişdir. Psixologiya,Təhsil və Səhiyyə sahəsi mütəxəssislərinin NƏZƏRİNƏ!The İnternational Association of Professional Development İAPD-nin təşkilatçılığı və Almaniya Federativ Respublikasının Bergerhauzen Psixoterapiya İnstitutunun əməkdaşlığı sayəsində həyata keçirilən " BEYNƏLXALQ ALMANİYA TƏCRÜBƏSİ " adlı layihəsinin iki (2) günlük Master-Class təlim kursuna qeydiyyat başladı.Layihənin məqsədi Azərbaycanda Təhsil, Səhiyyə və Psixologiya sahəsi mütəxəssislərinin Peşəkarlıq səviyyələrinin yüksəldilməsi və praktiki biliklərinin artırılmasını təmin etməkdən ibarətdir. Təlim zamanı verilən praktiki biliklər yerli mütəxəssislərin beynəlxalq standartlar çərçivəsində inkişaf etməsinə yardımçı olacaq! Təlim zamanı yalnız praktik biliklər, konkret metodikalar, texnikalar tədris ediləcək! BU TƏLİM YÜKSƏKİXTİSASARTIRMA TƏLİMİDİR VƏ SİZİ TƏLİMÇİ SERTİFİKATI ALMAĞA 14 AKADEMİK SAAT DAHA YAXIN EDƏCƏK!Təlimçilər :1 .Almaniya Federativ Respublikasından dəvət olunmuş Beynəlxalq Kliniki Psixologiya və Psixoterapiya Mərkəzinin rəhbəri,Humanistik Psixodrama-nin yaradıcısı,beynəlxalq dərəcəli Təlimçi və 1973-cü ildə yaradılan Bergerxauzen Psixoterapiya İnstitutunun yaradıcısı və rəhbəri - Prof. Dr. Hans-Werner Gessman2. Almaniya Federativ Respublikasından dəvət olunmuş Köln Universitetində tədris edən Xüsusi təhsil mütəxəssisi - Markus Josef Farber* PROGRAM : ** Humanistik Psixodrama- Kvalifikasiyanın yüksəldilməsi üzrə təlim -** 1-ci modulda siz " PSİXODRAMA KÖMƏKÇİSİ (ASİSTENTİ)" pilləsi üzrə ixtisasartırma dərslərini keçəcəksiz.Təlim qapalı terapevtik qrup şəklində aparılır.Təlim kursu "Psixodrama köməkçisi" Humanistik Psixodramada bir giriş kursudur. Bu, psixodramatistlərin təlimində ilk addımdır.Bu qrupda psixodramanın spesifik diaqnostik və müalicəvi metodları ilə necə işləməyi öyrənirlər.Onlar psixodramanın metodlarını həyat təcrübəsi kontekstində tətbiq edə bilməyi, terapevtik işi qrupa və hər bir qrup üzvünə yönəltməyi və onların biliklərinə uyğun olaraq onlara verilmiş sərhədləri görməyi öyrənəcəklər."Psixodrama köməkçisi" sertifikatını alıb psixodramatik terapevtik sessiyalarda terapevt kimi işləyə, özünütanıma qruplarına rəhbərlik edə bilərsiniz. Qruplar ilə işləmək üçün müstəqil təlim təcrübəsində psixodramanın metodlarından istifadə etməyə rəsmi şəkildə icazə verəcək.Kvalifikasiyanın yüksəldilməsi üzrə təlim aşağıdakıları etməyi tədris edəcək:*Psixodrama terapevti köməkçisi kimi qrupda işləmək;*Özünübilmək (tanımaq) qruplarına rəhbərlik etmək;*· Öz sosial təcrübələrinə əsaslanaraq mübahisəli qarşıdurmaları yoluna qoymağı, davranışları öyrənmək və zərurət yarandıqda öz baxışlarını dəyişdirməyi bacarmaq:*Psixodramanın diaqnostik və müalicəvi metodlarına yiyələnmək;*Psixodrama üçün vacib olan psixoloji diaqnostika, qrup inkişafı psixologiyası və ayrıca fərdin psixologiyası biliklərinə yiyələnmək,onları psixodramatik təcrübədə istifadə etmək bacarıqlarını inkişaf etdirmək:*Psixodramatik metodları necə istifadə etmək haqda təsəvvürün yaradılması*Dinləyicilərə psixodramanın əsas üsullarını öyrətmək*Dinləyicilərə qrup və fərdlərlə iş zamanı müxtəlif psixodramatik metodları tətbiq etməyi öyrətmək*İştirakçılara müxtəlif problemlərin həllində şəxsi psixoterapevtik təcrübələrinin istifadəsini təmin etmək*İştirakçılara şəxsi təcrübələriylə qrup məşğələsi və fərdi konsultasiyası etməyi tədris etmək*Psixodramada bir səhnə yaratmaq (Praktik dərslər)*İsinmə metodları*Psixodramanın əsas üsulları (dupling, roldəyişdirmə)*Sosial bir atomun qurulması və onun müxtəlif psixoloji təcrübələrdə tətbiq edilməsi."Psixodrama köməkçisi" kursu üzrə nəzəri seminarların mümkün mövzusu-- Qrup psixoterapiyası və psixodramasının tarixi və inkişafı;- Psixodramatik iş üzrə təlimatlar- Psixodramatik metodun vəsaitləri (səhnə, qəhrəman, rejissor, əlavə "Mən", auditoriya)- Psixodramatik sessiya tipik bir sxemdir- Psixodrama prosesinin üç mərhələsi (isitmə, hərəkət, paylaşma).- Ya.L.Moreno-nun Şəxsiyyət nəzəriyyəsi - Metodların kiçik qruplarda praktiki dərsdə tətbiq edilməsi- Ailə problemlərinin həllində Psixodrama (praktik dərslər)- Ailə problemləri ilə işləyən zaman psixodramanın texnika və texnologiyaları.- Genosocendra (ailələrin keçmişləri ilə iş), ikili mesajlarla işləmək.- Müxtəlif travmalarla iş zamanı Psixodramanın özəllikləri- Zorakılıq və şiddət qurbanları ilə iş zamanı psixodramanın xüsusiyyətləri.- Zorakılıq və şiddət qurbanları ilə işin xüsusiyyətləri.- Sosiodramanın qurulması üsulları- Humanistik Psixodramanın struktur və metodik əsasları;- Psixodramanın fəlsəfi və psixoloji əsasları;- Sosiometriya və qrup prosesləri;( praktik dərslər)- Genosociogram ilə yaratma və iş təcrübəsi- Qarşılıqlı əlaqə və ünsiyyət konsepsiyası;- Humanistik Psixodramada rolların inkişaf nəzəriyyəsi.Konfransda iştirak edə bilərlər : tibbi, psixoloji, sosial, məktəb-pedaqoji və teoloji peşə sahibləri, eləcə də insanlara qayğı ( qulluq) ilə məşğul olan peşə sahibləri.Bundan əlavə, motivasiya xüsusilə vacibdir. Təlim qrupu formalaşdırılan zaman böyük əhəmiyyətə malik olur və istisna hallarda həlledici rol oynayır.Konfransın dili : Alman dilindən azərbaycan dilinə tərcümə olunacaq.Təlimin vaxtı : Cəmi 5 qrup yığılacaq və hər qrupda maksimum 16 nəfər iştirakçı olacaq.Hər qrup 2 gün ( 4 sessiya) dərs keçəcək. 15i və 16.10.2018 ilk qrup, 17si və 18.10.2018 - 2ci qrup, 19u və 20.10.2018 - 3cü qrup, 21i və 22.10.2018 - 4cü qrup, 23ü və 24.10.2018 - 5ci son qrup dərs keçəcəklər. Təlimin davamiyyəti hər gün saat 10.00-18.00,nahar və çay fasiləsi təşkil olunur.Konfrans başa çatdıqdan sonra hər bir iştirakçı yüksəkixtisaslaşma üzrə BERGERHAUSEN PSIXOTERAPIYA INSTITUTUNUN 14 akademik saat qazandıran BEYNƏLXALQ DƏRƏCƏLİ SERTİFİKATI ile təmin ediləcəkdir !İştirakçılara nəzəri dərs materialı veriləcək!DİQQƏT!!! Master-class-da iştirak haqqı : 150 AZN ( ödənişlər sentyabr ayında toplanılacaq)Qeydiyyatdan keçmək və ətraflı məlumat üçün 050 687 96 58 və ya [email protected] müraciət edə bilərsiz.Yerlər məhdud olduğundan qeydiyyatı son tarixə saxlamaq tövsiyə olunmu

Psixoloqların mediaya çıxışı bərpa edildi

Psixoloq.az bildirir ki, 2015 ci ildən yaradılmış psixoloq.az portalı insanlarla cəmiyyət arasında körpü qurmaq habelə psixoloqların cəmiyyətdə marifləndirmə işini apara bilmələri üçün psixoloqları müəllif bloqları ilə təmin edərək psixoloji məqalələri və ölkədə baş verən hadisələrə psxioloqlar tərəfindən münasibət bildirilməsini təmin etmişdir.Layihə 2017 ci il ərzində texniki şərtlərdə yenidən işlənərək istifadəçilərin ixtiyarına verilmişdir.Hazırda bütün psixoloqlar, psixiatrlar, loqoped və  defektoloqlar  psxioloji məqalələrini portalın üst hissəsində qeydiyyatdan keçərək məqalə yaz bölümündə yerləşdirərək  oxuyucularımızı marifləndirə bilərlər.

Günün qoroskopu: tamahkarlıq etməyin

Qoç – Heç də pis gün deyil. Hadisələrin nisbətən ləng axarından narahat olmayın, qıcıqlanmayın. Yaxın ətrafınızdakı insanları tələsdirməyin və olaylara süni təkan verməyin. Yaşamın aram ritminə uyğunlaşın. Bu minvalla anlayacaqsınız ki, qüvvələrinizə qənaət edə bilirsiniz. Səbrli, dözümlü olun, emosiyaların tələsinə düşməyin. Çətin məsələlərin həlli və müzakirəsi üçün yaxşı gündür. Mühüm görüşü günorta saatlarında keçirin. Məhz bu zaman həmsöhbətlə asanlıqla dil tapa bilərsiniz. Axşam saatlarında yaxşı istirahət edin. Buğa – Yeni perspektivlər və cazibədar imkanların yarandığı gündür. Vədlər verən və nələrdənsə bəhs edən insanlara asanlıqla inanmayın. İndi arxasınca getməyə hazır olduğunuz, inandığınız insandan əslində mümkün qədər uzaq durmalısınız. Maliyyənizlə risk etməyin. Səfərə yollanmaq fikrinə düşsəniz, ailə üzvlərinizi də unutmayın. Tənha iş və təkbaşına fəaliyyət üçün uğursuz gündür. Axşam saatlarında şəxsi münasibətlərlə bağlı əhəmiyyətli qərar qəbul etməyin. Əkizlər – Qarışıq, laübalı, mürəkkəb gündür. Hədsiz dərəcədə kəmhövsələ olmayın. Aqressiv davranmayın. Diqqətli, sayıq, həssas olun. Soyuqqanlı olsanız, bədxahlarınız pərişan qala bilər. Konstruktiv ideya hasil edərək onu gerçəkləşdirməyə çalışın. Ən maraqlı imkanlarla üzləşə bilərsiniz. Uğurlu olun, işgüzar əlaqələr və şəxsi münasibətlər sahələrində qayda yaradın. Günün ikinci yarısında alacağınız təklifi rədd etməyin.Gəlir istisna deyil. Çəkinməyin, risk edin. Xərçəng – Sakit gündür. Qüvvələrinizi toplayın, səylərinizi cəmləşdirin, yaşam arealı və işlərinizdə qayda yaradın.Sizdən xaruqələr tələb olunmur. Məsuliyyətli və yaxın perspektivdə işlərinizə ciddi təsir edəcək qərarlar qəbul etməyin. Cari işlərin öhdəsindən gəlin, gələcək barədə düşünün. Gərəkli insanlarla görüş, istənilən formalı ilkin razılaşmaların əldə edilməsi üçün yaxşı gündür.Alış-verişdə bədxərclik etməyin. Pullarla bu gün asanlıqla vidalaşsanız da, sonradan belə hərəkətlərinizə görə peşman ola bilərsiniz. Səfər və ya səyahət planlaşdırıbsınızsa, təşkilati məsələlərin həlli üçün vaxta qənaət etməyin. Ləngimə və təxirəsalmalar sizi təbdən çıxarmasın. Axşam saatlarında stressdən qurtulun. Şir – Diqqətli olun. Kiçik və ilk baxışdan önəmsiz təsir bağışlayan məsələlərə diqqətlə yanaşın. Yalnız belədə yalan və səhvlərin qarışığını aydın görə bilərsiniz. Sizə bəlli, hamının agah olduğu faktlar kimi təqdim olunan məsələlər əslində müəmmalı ünsürlər ola bilər. Bədxahların sizə qurduqları tələyə düşməmək üçün soyuqqanlı davranın. Yaşlı, təcrübəli dost və qohumların biliklərindən istifadə edin. Bu minvalla öz səhvləriniz bahasına təcrübə qazanmaq məcburiyyətindən qurtula bilərsiniz. Maliyyə itkiləri istisna deyil. Planlaşdırılmamış alış-verişdən, şübhəli layihələrə sərmayə yatırmaqdan qurtulun. Qız – Bu gün nüfuzlu şəxsdən dəstək almaq, ciddi uğura nail olmaq şanslarınız var.Mövqelərinizi möhkəmləndirin. İrəliyə doğru hərəkətə mane olan daxili sədləri dəf edin. Qətiyyət və enerjili davranış bir sıra problemlərin öhdəsindən gəlməyə yardım edə bilər. Şəxsi münasibətlərdə təşəbbüskar olun.Lakin bu gün bütün işlərin asanlıqla alınacağını düşünməyin. Müqavimət və ya dəf olunmayacaq güclə qarşılaşmaq şansınız az deyil. Günün ikinci yarısında diqqətli, sayıq olun. Xoşagəlməz hadisələri, proseslərin uğursuz axarını hiss edin. Tərəzi – Əlverişli, uğur vəd edən gündür. Enerjili və aktiv olun. Belədə çox işlərin öhdəsindən gələ bilərsiniz. Ən müxtəlif məsələləri həll edin, qətiyyətli olun. Çətinlik yaranarsa, köhnə dostlar və ya yaxşı tanışlardan birindən yardım istəyə bilərsiniz. Onlar yardımlarını əsirgəməyəcəklər.İstənilən mürəkkəb işin çözülməsi üçün günün ikinci yarısı daha əlverişlidir. Çətinliklər sizi qorxutmamalıdır.Ünsiyyətdə qəfil problemlər yarana bilər. Həddən ziyadə sərt, aqressiv olmayın. Gərəkdiyindən artıq təzyiqə əl atmayın. Əks cins mənsubuna inana bilərsiniz.Alış-veriş üçün uğurlu gündür. Tikintiyə, təmirə, köçə başlamaq olar. Əqrəb – Rutin, yeknəsəq gündür. Darıxa bilərsiniz. Yeni perspektivlər və imkanlar yaranmasa da, ötənlərdə yol verdiyiniz səhvləri xatırlayaraq onları saf-çürük edin.Yeni yanlışlıqlara yol verməmək üçün optimal davranış modelini seçin. Lakin bu işlə çox məşğul olaraq vaxtınızı təhlilə sərf etməyin. Yeni təəssüratların yoxluğundan depressiyaya qapılmayın. Yaxınlarınızla dil tapın, fikir ayrılıqlarını aradan qaldırın, mübahisələrə son qoyun. Sevdiyiniz insana xoş sürpriz edin. Axşam saatlarında romantik görüş ola bilər. Oxatan – Gün yeni üfüqlər, yeni imkanlar vəd edir. Gərəkli və faydalı işlər görməyə çalışın. İntuisiyanız o qədər güclənəcək ki, ehtimallarınızın dəqiqliyinə təəccüblənəcəksiniz. Ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın. Ezoterika, mistikaya marağınız arta bilər. Amma ifrata varmayın, təsadüflərə olduğundan artıq dəyər verməyin uğursuzluğu müxtəlif ehtimallarla izah etməyin. Aktiv, enerjili, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun. Planlarınızın asılı olduğu insanla münaqişəyə başlamayın. Oğlaq – Sakit təhlil və uzunmüddətli planlaşdırma üçün əlverişli, pis olmayan zamandır. Dəqiqlik, səliqə, səbir tələb edən işlərlə məşğul olmaq mümkündür.Yaradıcılıq məsələlərinin çözümündə böhran var. Müstəqil düşünün, qeyri-standart qərarlar verin. Başqalarına bənzəməyə çalışmayın. Xeyli vaxtdan bu yana diqqətinizi və birbaşa müdaxilənizi tələb edən ailə problemini çözün. Təşkilatçılıq bacarıqlarınızdan bəhrələnin. İştirakınız və maliyyə məsrəfləri olmadan həlli alınmayan işləri çözün.Axşam saatları günün stressindən qurtulun. Dolça – İşlə bağlı problemlərin öhdəsindən gələcəksiniz. Lakin ciddi və əhəmiyyətli uğur barədə düşünün. Kiçik nəticələrlə kifayətlənsəniz, rəqib və bədxahlar daha böyük nailiyyətlər əldə edəcəklər. Danışıqlar və sövdələşmələrdə ehtiyatlı olun. Sonradan yerinə yetirilməsi çətin vədlər verməyin. Günün ilk yarısında yaşam potensialı yüksək olmasa da, saatlar keçdikcə durum normaya düşəcək. Günün ikinci yarısında az qidalanın, tamahkarlıq etməyin. Yarımçıq qalmış işləri tamamlayın. Məntiqi nəticə hasil edin. Balıqlar – Günün əsas problemi davranışınızdır. Əvvəlcə addım atıb, sonra düşünməyin. Düşünülməmiş və planlaşdırılmamış əməlləriniz qəribə, ekstravaqant olmaqla yanaşı, çox pis fəsadlara səbəb ola bilər. Nüfuzlu və güclü düşmən qazana bilərsiniz. Sizə ən yaxın insanlarla münasibətlərdə də hər şey normal deyil. Yalnız istək və prioritetlərinizi düşünməyin. Ətrafınızdakı insanlar belə davranışdan inciyə bilərlər. Ailədə problemlərin yaranmasının qarşısını almaq üçün mülayim, həssas olun. Qaba davranmayın.Axşam saatlarında günün sonuclarını götür-qoy edin.(bizimyol.info)

Yayda “Fast food”lara DİQQƏT - Fəsadları ağır ola bilər/VİDEO

Mütəxəssislər xüsusən yay mövsümündə şaurma, dönər kimi qidaların hazırlanmasında istifadə olunan məhsulların düzgün saxlanılmalı olduğunu deyir. Psixoloq.az ARB TV-yə istinadən xəbər verir ki, bu yeməklərin hazırlanmasına istifadə olunan məhsulların vaxtı keçərsə və ya düzgün saxlanılmazsa fəsadları ağır ola bilər. Şəhər həyatının ayrılmaz hissəsi olan ayaqüstü yeməklər yay aylarında təhlükə mənbəyidir. Tərkibində mayonezin də istifadə olunduğu şaurma, dönər və bu kimi təamlar düzgün hazırlanmadıqda və uzun müddən saxlanıldıqda zəhərlənməyə səbəb ola bilər.  Mehman Məmmədov – Dönərçi: “Soyuducuda saxlamalıyıq, təmizliyinə fikir verməliyik. İstidə çox qalmalı deyil. İşlənəcək qədər soyuducudan götürülməlidir”. Həkimlər deyirlər ki, tərkibi sirkə, yumurta və bitki yağından olan mayonez tez xarab olur. İsti şəraitda isə təhlükə qaçılmazdır. Dönərxanalarda isə mayonez isti dönər qurğusunun yaxınında olur. Amma bu hal müştəriləri heç də narahat eləmir.  Dilarə Nəcəfova – Sakin: “Vallah, mən neçə dəfə yemişəm, məndə heç bir problem yaratmayıb. Ailəmizdə heç kim zəhərlənməyib”. Ərzaqların istifadə müddəti bəzi hallarda saxlanma şəraitindən asılı olaraq dəyişə bilir. Belə ki, 3 ay müddəti olan hər hansı məhsul temperatur uyğun olmadıqca 3 həftə müddətinə də xarab ola bilər. Bəs zəhərlənmə əlamətlərini necə müəyyən etmək olar? Həbibə Mirzəyeva – Pediatr: “Ürək bulanır, göz qaralır, qarında kəskin sancı və tərləmələr. Bunlar hamısı zəhərlənmə əlamətləridir. Hazırki dövrdə qablaşdırılmış məhsullar düzgün, qaydasında saxlanılmadıqda zəhərlənmə verə bilər”. Həkimlər yay aylarında mümkün qədər tərkibi şübhəli olan yeməklərdən uzaq durmağı məsləhət görür. Bunun əvəzinə mövsümü meyvələr və tərəvəz yeməklərinə üstünlük vermək tövsiyə olunur.

Anar Nağılbaz ölümündən 1 gün öncə nələr yazıb? - FOTO

Bir neçə saat öncə dünyasını dəyişən reper Anar Nağılbazın ölümü ilə bağlı suallar səngimir.  Psixoloq.az xəbər verir ki, hazırda sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr gedir. Dostları, yaxınları onun son zamanlar ciddi stresslər yaşadığını yazırlar. A.Nağılbaz son 24 saat ərzində sosial şəbəkədəki statuslarında hər şeyin daha yaxşı olacağı ilə bağlı fikirlər, şeirlər paylaşıb. Amma eyni zamanda daxilən nələrdəsə özünü ittiham etdiyi hiss olunur. Əsasən rus dilində paylaşdığı şeirlərin məzmunu isə aşağıdakı kimidir: “Hər şey gerçəkdən də axmaqdır. Ola bilər ki, insanın öz axmaqlığından. Amma mənimkilər həqiqi axmaqlıqdır. Yaxşısı budur, onların hamısı barədə susum”. Daha bir statusunda isə o, optimizmini itirmədiyini yazıb. Hər şeyin öz yerində oturacağına işarə edib və hər kəsə xeyir arzulayıb. Mərhum reper son 24 saatda paylaşdığı statuslardan birini isə həyat yoldaşı Aytənə həsr edib: “Aytəni sevirəm. O, mənimdir. Hər şey Ok olacaq. Sadəcə, dəstəkləyin. And içirəm, dünyanı parçalayaram. O, mənimdir. Please, məni dəstəkləyin”. Bu statusun altında gedən müzakirələrdə bəzi dostları xanımı Aytənin onu tərk etdiyini yazıblar. Amma buna qarşı çıxanlar da olub və xanımı xəstə olduğu üçün Anarın belə əhvalda olduğunu bildiriblər. Son illərdə isə A.Nağılbazın şəxsi həyatı qalmaqallarla zəngin olub. Keçmiş həyat yoldaşı ilə yaşadığı söz davası, mətbuat vasitəsilə bir-birlərinin ünvanına dedikləri ittihamlar, daha sonra reperin özəl görüntülərinin mətbuata yayılmasını bu qəbildən saymaq olar. Bir neçə il öncə isə A.Nağılbaz Çexiyanın paytaxtı Praqada mühacir həyatı yaşayıb. Amma o, daha sonra Azərbaycana geri qayıdıb. Bu barədə onun keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da danışmışdı: “Bəli, o, ölkəni birdəfəlik tərk edib getmişdi. Lakin mənim boşanmaq istədiyimi bilincə geri döndü”. Qalmaqallı şəxsi həyatının sonunda, bu ilin 30 iyununda A.Nağılbaz gizli şəkildə evlənib. Özündən yaşca kiçik olan Aytən adlı xanımla ailə quran Nağılbaz onunla birgə Masazırdakı ata evində yaşayırdı. Yanvar ayından birlikdə olan cütlük toy etməmişdi.(musavat.com)

Ağciyər xərçəngindən ölüm halları arta bilər

Dünya Səhiyyə Təşkilatı (DST) 52 ölkədə ölüm hallarına aid məlumatlar əsasında bir sıra tədqiqatlar aparıb. Psixoloq.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə 2030-cu ilə qədər qadınlar arasında ağciyər xərçəngi səbəbindən baş vermiş ölüm hallarının 43 faiz artacağı ehtimal edilir. Tədqiqatın nəticələrinə əsasən, yüksək gəlir qrupuna aid olan ölkələrdə ağciyər xərçəngi ilə əlaqədar ölüm hallarının aşağı gəlirli ölkələrə nisbətən daha yüksək olacağı gözlənilir. DST 2015-ci ildə ağciyər xərçəngi səbəbindən təxminən 1,7 milyon nəfərin vəfat etdiyini açıqlayıb. Tədqiqatçılar, səhiyyə mütəxəssisləri və siyasətçilərin ağciyər xərçənginin sağlamlığa və iqtisadiyyata mənfi təsirlərini azaltmaq məqsədilə bu sahəyə aid qlobal strategiyaları inkişaf etdirəcəklərini bildiriblər. Mütəxəssislər tədqiqatın getdikcə geniş vüsət alan ağciyər xərçəngi haqqında maariflənmənin artması baxımından da əhəmiyyətli olduğunu qeyd ediblər.(azərtac)

"Anarın ölüm xəbərini uşaqlara necə deyəcəyimi bilmirəm"- Nağılbazın keçmiş arvadı

Azərbaycanlı reper Anar Nağılbaz gözlənilmədən vəfat edib. Psixoloq.az yenicag.az-a istinadən bildirir ki, reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Nağılbazın dünyasını dəyişdiyini təsdiqləyib: "Bəli, Anarın vəfat etdiyi doğrudur. Qaraciyəri fəaliyyətini dayandırıb. Onda bu problem çoxdan var idi. Mənə qızlar zəng edib dedi. Mən də keçmiş qayınatamla danışdım. O da təsdiqlədi. Uşaqlara hələ deməmişəm. Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm". Qeyd edək ki, Anarla Anjelika iki il əvvəl ayrılıb. Bu izdivacdan onların iki azyaşlı övladı dünyaya gəlib.

Anar Nağılbazın atası: Belim qırıldı... - VİDEO

Bu gün dünyasını dəyişən reper Anar Nağılbazın atası, keçmiş millət vəkili Rizvan Cəbiyev real-a açıqlama verib. Psixoloq.az-ın məlumatına görə, o, bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib. Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: “Qara ciyəri iflas etmişdi”.

Anar Nağılbaz vəfat edib - Ölüm xəbəri təsdiqləndi

Tanınmış reper Anar Nağılbaz vəfat edib. Psixoloq.az xəbər verir ki, bu barədə bakupost-a reperə yaxın şəxslər məlumat verib. Faktı dəqiqləşdirmək üçün Anar Nağılbazın atası ilə əlaqə saxlanılıb. Rizvan Cəbiyevin telefonuna cavab verən xanım adının açıqlanmasını istəməsə də, onun ölümünü təsdiqləyib. Bildirib ki, o, stressdən vəfat edib. Əlavə edib ki, Nağılbaz bir neçə gün imiş özünü pis hiss edirmiş.

Ağciyərləri təbii üsulla təmizləyin - RESEPT

Ağciyər xərçəngi ölümlərə səbəb olan xərçəng xəstəlikləri arasında 1-ci sırada yer alır. Qeyri-sağlam qidalanma, siqaret istifadəsi, stress, infeksiya xəstəlikləri, spirt və qeyri-normal gigiyena xərçəngin əmələ gəlməsinə səbəb olan başlıca amillərdir. Psixoloq.az xəbər verir ki, türkiyəli dietoloq Ayşe Tuğba Şengel ağciyər xərçənginin yaranmasının qarşısını alan resepti açıqlayıb. Mütəxəssis hesab edir ki, bu reseptlə xərçəng xəstəliyindən qorunmaq mümkündür. İnqrediyentlər: Qoz böyüklüyündə zəncəfil Yarım dəstə tərə 1 diş sarımsaq 1 fincanı qaynadılmış keçibuynuzu suyu Hazırlanması: Bütün inqrediyentləri 1 stəkan qaynadılmış keçibuynuzu suyu ilə birlikdə blenderdən keçirib için. Həftədə 1 dəfə hazırlamaq kifayətdir.(publika.az)

Vücudda yaranan qırmızı nöqtələr - Hansı xəstəliyin əlamətidir?

Dəridə yaranan qırmızı nöqtələrlə bir çoxları qarşılaşıb. Psixoloq.az xəbər verir ki,dəridə çox yaranan qırmızı ləkələrin isə bir çox səbəbləri ola bilər. Bəs bunlar nədir? - Orqanizmdə C və K vitamini çatışmazlığı kapilyarların partlamasına səbəb olur - Revmatik xəstəliklər - Mədəaltı vəzi xəstəlikləri - Qaraciyər xəstəlikləri - Allergiyalar və s. Müalicə növünü isə dermatoloq, müayinə etdikdən sonra bildirə bilər. Çünki ilkin olaraq yaranma səbəbi aşkar edilməlidir.

Sızanaqlara diş məcunu sürtsəniz...

Diş məcunu ilə sızanaqları qurutmaq son zamanlarda geniş yayılmış üsullardan biridir. Ancaq bu təbii üsulu sınaqdan keçirməzdən əvvəl dəri tipini nəzərə almaq olduqca mühüm əhəmiyyət kəsb edir. Publika.az bu yazıda oxucuları diş məcununun sızanaqlara təsiri ilə tanış edib. Diş məcununun tərkibi dəri üçün həm faydalı, həm də ona zərər verə biləcək kimyəvi maddələrdən ibarətdir. Hidrogen peroksid, qabartma tozu və spirt kimi kimyəvi maddələr dərini dərindən təmizləyərək məsamələri örtür. Bu səbəbdən də diqqətli olmaqda fayda var. Diş məcununun tərkibindəki bu komponentlər dərini qurudur və qırışların yaranmasına gətirib çıxarır. Həmçinin diş məcununun tərkibindəki metanol dərinin iltihablanmasın səbəb ola və sızanaqları daha da ağırlaşdıra bilər. Odur ki, diş məcunu sızanaqları aradan qaldırmaq üçün əlverişli vasitə deyil. İdman edin İdman edən şəxslərin dərisi daha təmiz olur. Qaraciyərdə əmələ gələn piylənmənin ən böyük səbəblərindən biri də hərəkətsiz həyat tərzidir. Qaraciyərdə əmələ gələn piylənmə cildinizdə sızanaq və qara nöqtə əmələ gəlməsinə birbaşa səbəb olur. Sızanaqları diş məcunu ilə qurutmaq əvəzinə hərəkətli və sağlam həyat tərzinə üstünlük verin. Beləliklə həm dəriniz sağlam olacaq, həm də bədəniniz. Sızanaqların qarşısını alan üsullar Yastıq üzlərini davamlı olaraq dəyişdirin. Bu, cildinizdə meydana gələ biləcək hər hansı bir sızanaq probleminin qarşısını alacaq. Yastıqda yığılan toz və çirk dəri məsamələrini dolmasına gətirib çıxarır. Gözəllik yuxusu Gözəllik yuxusu həqiqətdir və birbaşa dəri sağlamlığına təsir edir. Yxuda olarkən bədən toxumaları bərpa olunur və ümumi sağlamlığı yaxşılaşdırır. Yuxu çatışmazlığı dərini solğun göstərir. Orqanizmin özünü təmir edə bilmədiyi zaman kollagen istehsalı ləngiyir, dəri sallanır, ləkələr əmələ gəlir və üzünüz çox yorğun görünür. Odur ki, hər gün 8 saat yatmağa çalışın.(publika.az)

Türkiyəli məşhur xəstəliyə tutuldu— Ekranlardan uzaqlaşır

Məşhur türk ulduzu Burak Özçivit şöhrət xəstəliyi kimi tanınan “tükənmişlik sindromu”na mübtəla olub. Psixoloq.az xəbər verir ki, aktyor bir müddət ekranlardan uzaq qalmağa qərar verib. Uzun illərdir fasiləsiz işləyən Burak bu xəstəliyinə görə psixoloqa da müraciət edib. Həkimə ürəyini açan aktyor deyib: “Həyatda istədiyim hər şeyi əldə etdim. Qəhvə içmək üçün Parisə uçmuşam. Gəzmək üçün Şərqə getdim. Amma heç nədən zövq ala bilmirəm”. Bu xəstəliyinə görə müalicə olunan Buraka xanımı Fəxriyyə Evcən də dəstə çıxıb.(ölkə.az)

Daha bir azərbaycanlı məşhur bu xəstəlikdən əziyyət çəkir

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova miqren xəstəliyindən əziyyət çəkir. Psixoloq.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə paylaşım edib. O, görüntüyə "Miqren, xeyirdimi?" şərhini əlavə edib. Qeyd edək ki, miqren geniş yayılmış xəstəlikdir. Başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. 

Dəyanət Rzayevin oğlu: “Atamın sayəsində çörək tapan psixoloqlar bizimlə maraqlanmadılar”

Dəyanət Rzayev  hadisələrə savadlı, səmimi və obyektiv yanaşmasına görə ən tələb olunan psixoloqlardan biri idi. Yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi. 3 avqust  onun doğum günü idi. Dəyanət Rzayevin ilk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olub. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaradıb. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi.  Dəyanət Rzayevin cəsədi 2017-ci il yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. Anası Şəfiqə Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb.  Rəsmi versiyada D.Rzayevin intihar etdiyi bildirilir. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib. Psixoloq.az xəbər verir ki, modern.az saytı  mərhum psixoloqu yada salmaq üçün oğlu Dilqəm Rzayev ilə həmsöhbət olub. - Dilqəm bəy, artıq 1 ildən çoxdur ki, Dəyanət Rzayev aramızda yoxdu.  Atanızla bağlı heç unutmadığınız xatirəniz varmı? Onun yeri ən çox nə zaman görünür? - Düşünürəm ki, yaxşı atanı heç bir övlad  unutmaz. Mən də unutmuram. Çünki o, hər kəsin sözlərinə sığdırmadığı qədər yaxşı insan olmaqla yanaşı, həm də yaxşı ata idi. Əlbəttə ki, onunla bağlı çox xatirəm var. O mənim üçün hər an yaşayır və yanımdadır. Sağ olduğum müddətdə də mənimlə bərabər yaşayacaq. Ən çox birlikdə etdiyimiz zarafatlarımız yadıma düşür. Məsələn, saçlarıma lağlağı edərək, mənə" kirpi" deməsi indi də üzümü güldürən xatirələrdəndir. Dediyim kimi, övlad üçün yaxşı atanın yeri hər zaman var. Mənim də həyatımda, hər anımda, hər dəqiqəmdə onun yeri görünür. Həmişə də görünəcək. - Dəyanət müəllim, necə bir valideyn, ailə başçısı idi? - O varkən mən çox xoşbəxt idim. İndiki ilə müqayisəyə gəlməyəcək qədər xoşbəxt. Darıxıram onlu günlərim üçün. Əgər bir övlad bir ata üçün darıxır, onunla yaşadığı həyatda xoşbəxt olubsa demək ki, o yaxşı ata olub. Mənim atam da çox yaxşı ata idi. Sevgi dolu idi. Sevgisini paylaşmağı sevirdi. Həm mənimlə, həm başqa insanlarla. Əgər nə zamansa ata olsam, onun kimi ata olmağı çox istərdim. - Dəyanət Rzayevin ölümü həqiqətən də gözlənilməz idi.  Əslində bu haqda çox söz-söhbətlər oldu. Hər halda sizin fikriniz də önəmlidir. Atanızı  ölümə aparan səbəb nə ola bilərdi? - Atamı ölümə aparan tək səbəb yaxşılıq etdiyi, sevdiyi, qayğı göstərdiyi insanların nankorcasına yırtıcılaşması idi. O belə bir cəmiyyətdən çox yorğun idi. Doğrudur, psixoloq idi. Amma hər şeydən əvvəl insan idi və insanların bütün çirkinliklərini görürdü. Düşünün, bu gün psixoloq kimi tanınan bir çox şəxslər belə onun yaxşılığını fürsətçiliyə çevirdilər. Onun sayəsində əli çörəyə çatan bu dırnaqarası insanlar, psixoloqlar ondan sonra ailəsi ilə heç maraqlanmadılar. Təkcə dostu, psixoloq Elmir Əkbərdən başqa.. - Sizə hansısa arzularından  danışıbmı? Ya da nədənsə şikayətləndiyi zaman olubmu? - Onun tək arzusu yaradılmış olan hər kəsə sevgi və qayğı göstərmək idi. İnsanlarla yanaşı, sahibsiz heyvanlara da sahiblənirdi. Qismət olarsa, bu yolu onun üçün davam etdirəcəm. O, şikayət etməyi sevməzdi. Heç şikayət etməzdi. Mən bütün bunları ondan sonra anladım. Təəssüf...

“Porno ulduzlarını özlərinə model seçirlər” – Psixoloq seksual razılıq yaşından danışdı

Belçikada qızlar erkən yaşda cinsi münasibətdə ola biləcəklər.  Psixoloq.az xəbər verir ki, bununla bağlı ölkə qanununda dəyişiklik edilib.  1900-cü ilə qəbul edilən qanunda yaş həddi 16 göstərilirdisə, indi bu, 14-ə endirilib.  Seksual razılıq yaşı konkret şəxsin qarşı tərəflə heç bir məhdudiyyət olmadan intim əlaqədə olmaq üçün müəyyən edilən yaş həddidir. Avropa ölkələrində bu yaş həddi 14 -18 il arasında dəyişir. Bütün Avropa ölkələrinin qanunvericiliyi həm oğlan, həm də qızlara, o cümlədən heteroseksual və homoseksuallara eyni seksual razılıq yaşı müəyyən edib. Azərbaycanda isə seksual razılıq yaşı 16 hesab edilir. 16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə daxil olmaq isə cinayət işinin açılmasına səbəb olur. Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirləndirilən şəxsin 3 il müddətində azadlıqdan məhrum edilməsi nəzərdə tutulur. Bəs cinsi münasibətə daxil olmaq yaşı hansı göstəricilərə əsasən verilir? Həqiqətən də bu yaşda olan azyaşlı mövzunun dərinliyini qavrayırmı? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Xudaverdi Məmmədovun sözlərinə görə, cinsi inkişaf qızlarda oğlanlara nisbətən daha tez tamamlanır: “18 yaşına çatmış qız uşağını həddi buluğa çatmış hesab edə bilərik.  O səbəbdən də cinsi əlaqə qavrayışının formalaşmasını gözləyirik.”. Mütəxəssis, yaşdan çox fərdin bu barədə nə qədər məlumatlı olmasının vacib olduğunu bildirib: “Cinsi əlaqədə doyum və doğru əlaqə baxımından fərdin cinsi maariflənməsi əsas şərtdir”. Xudaverdi bəy, bəzilərinin porno ulduzlarına baxaraq onları özlərinə model aldıqlarından da bəhs edib. “Bir də görürük ki, partnerlər porno ulduzlarına baxaraq onları model alır və öz real cinsi həyatlarında da o cür əlaqəni tətbiq etmək istəyirlər. Bu da bir müddət sonra alınmayanda onlarda cinsi həyatdan soyuma və nəhayətində fərqli partnyorlar axtarmağa gətirib çıxarır. Nəticədə həddi buluğ yaşı cinsi əlaqə üçün vacib olsa da əsas bu mövzuda nə qədər doğru məlumatlara sahib olduqlarıdır”,-deyə psixoloq vurğulayıb. Müəllif: Şəhanə Quliyeva

Bakıda bu marşurutun hərəkət sxemi dəyişdi

125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunur ki, dəyişikliyə əsasən 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə yeni mənzillərin verildiyi yaşayış binasınadək hərəkət edirlər.(publika.az)

İstirahət gününə olan hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 24-26°, gündüz 28-33° isti, Bakıda gecə 24-26°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək . Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Abşeronun cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə olunur. Azərbaycanın əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti təşkil edəcək.

Səhiyyə Nazirliyində yoxlama: Anbarlarda artıq dərman qalıb...

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2016-cı il fevralın 1-dən bu il yanvarın 1-dək olan dövrdə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib. Palatanın mətbuat xidmətindən  verilən məlumata görə, auditlə əhatə olunan dövrdə hər ilin sonuna mərkəzin anbarında olan böyük məbləğdə dərman qalığı proqnozlaşma zamanı nəzərə alınmayıb, mərkəzləşdirilmiş qaydada alınmış dərman vasitələrinin bölgüsü zamanı mütənasiblik gözlənilməyib, bəzi hallarda dərman preparatlarının və tibbi ləvazimatların yararlılıq müddəti nəzərdə tutulduğundan aşağı olub. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarət həyata keçirilib, bununla yanaşı 2016-cı və 2017-ci illərdə alınmış bir qisim dərmanların qiyməti tənzimlənməyib. Dövlət Proqramları üzrə nəzərdə tutulan tədbirlər əsasən icra edilib, lakin şəkərli diabet xəstəlikləri üzrə bəzi tədbirlərin icrası tam və müəyyən olunmuş müddətdə təmin olunmayıb, dövlət proqramları və tədbirləri üzrə həyata keçiriləcək tədbirlərin aralıq və son nəticələrinin qiymətləndirilməsi üçün kəmiyyət və keyfiyyət göstəriciləri, eləcə də monitorinqlərin aparılması mexanizmi müəyyən edilməyib. Hesablama Palatasının kollegiyası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Səhiyyə Nazirliyinin innovasiya və Təchizat Mərkəzinə, eyni zamanda, auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilib. Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib. Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.(xezerxeber)