Psixoterapevtlər psixiatriya, psixologiya, psixoloji konsultasiya və rəhbərlik, sosial iş kimi müxtəlif psixoloji sağlamlıq ixtisaslarından məzun olun olmuş və psixoterapiya sahəsində lazım olan nəzəri məlumatı, stajı, müşahidəsi və digər kafilik proqramlarını tamamlamış mütəxəssislərdir. Bu psixoloji sağlamlıq mütəxəssislərindən psixiatr həkimlərdən başqa heç birinin dərman yazma səlahiyyəti olmamaqla bərabər tətbiq etdikləri terapiya baxımından hamısı eyni elmi və əxlaqi qaydalara riayət etməyə məcburdurlar.Geniş yayılmış inanışın əksinə psixoterapevtlər bizim əvəzimizə qərar verməz, bizə öz inanclarını zorla yeritməz və psixoterapevt olmaqlarının səbəbi həyatda bizdən daha ağıllı və təcrübəli olmaqları deyil. Psixoterapevtlər insanın emosiya, düşüncə, davranış və koqnitiv proseslərini ilə əlaqədar təhsil aldıqları üçün kömək zamanı bu bilikləri əsas götürürlər və bunu edərkən müəyyən standardlara əməl edərlər. Psixoterapevtlər pasiyentləri düzgün düşünməyə istiqamətləndirərək məsləhətli qərar verməyə yardımcı olur.
Günümüzdə ən çox yayılan problemlərdən biri də özgüvən əksikliyidir. Bu da insanların özləri ilə barışıq olmamalarından, digər ailədə olan davranışlardan irəli gəlir. Bunun üçün də öncəliklə özünüzə sağlam şəkildə hörmət etməlisiniz. Bu, qürurlu ya da doğuşdan digər insanlardan daha yaxşı olduğunuz mənasını deyil, özünüzü hörmətə dəyər və qiymətli hiss mənasını verər. Özünüzə istiqamətli hörmətinizi artırmaq üçün bu ipuclarına diqqət yetirməyiniz lazımdır …Gerçəkçi olun: Özünüzü digər insanlarla qarşılaşdırmayın, əlinizdən gələnin ən yaxşısını etməyə fokuslanın.Ugurlarınıza fokuslanın: Hər günün sonunda nələr edəbildiyinizi gözdən keçirin. Özünüzü təqdir edin. Daimi olaraq sağlam risklər almaq özsaygınızın artmasını dəstəkləyir.Xarici yaşamlar yerinə içinizə fokuslanın: Dünyanın ən bahalı evinə ya da avtomobilinə sahib olacağınıza inanmaq kimi maddiyyata söykənən, xarici şərtlərin şəkil verdiyi xəyallardan uzaq durun. Özünüzü sahib olduqlarınızla tamamlayın. Bunun yerinə, öz daxili səsinizin yön verdiyi hədəfinizi təyin edin. Gerçəkdə sizin üçün nə vacibdir? Bunlara uyğun yaşamağa çalışmaq özsaygınızı artıracaq.Həyata aktiv olaraq qatılın: Özünüzə hədəflər təyin edin və hədəflərinizi reallaşdırmaq üçün nizamlı olaraq addım atın. Qrup çalışması güclü bir sinerji yaradır, ancaq əsla birinin bütün vəzifəsi boynuna götürməsini gözləməyin. Strateji düşünün və gücünüzün çatacağı şeyləri edin.Özünüzə qulluğa zaman ayırın: Siz, özünüzü sevəcək və nazıyla oynayacaq qədər qiymətlisiniz. İlk olaraq buna inanın. İkincisi, sağlamlığınıza diqqət edin, sağlam qidalanın, kifayət qədər yatın, nizamlı olaraq məşq edin və istirahət üçün zaman ayırın. Ehtiyaclarınızı sağlam şəkildə tələbata uyğun qarşılayın. İlk olaraq nəyə ehtiyacınız olduğunu təyin edin, sonra da bu ehtiyacınızı qarşılamaq üçün mövcud olan variantları araşdırın. Hər ehtiyacınız olanı əldə edə bilməsək belə, özsaygınızı artıracaq şəkildə hərəkət etmiş olacaqsınız. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Qoç - Cari işlərlə məşğul olun, rutin məsələləri çözün. Faydalı biliklər və bacarıqlar əldə edin. Çətinlikləri kimsədən yardım gözləmədən özünüz aradan qaldırın. Hadisələrin standart axarından kənara çıxan məqamlarda səbrli olun. Günün ikinci yarısında fəaliyyətiniz üçün real stimul olacaq. İşlər uğurlu olacaq. Sizi tələsdirsələr də, tələyə düşməyin. İşlədiyiniz kollektivdəki yeni intriqa və şayiələrin ömrü uzun olmayacaq. Aktivlərinizə fikir verin. Etibarlı gəlir mənbəyi əldə edin. Buğa - Maraqlandığınız işləri yarımçıq qoymayın. Qətiyyətli olun, ən cüzi səhvdən və kiçik problemdən sonra geri çəkilməyin. Gərəkli proseslərə təkan verə bilərsiniz. Tələsmədən, ahəstə şəkildə çalışın. Şanslarınızdan yararlanın. Günün ikinci yarısında işdə rəhbərliklə müzakirələrdə irəliləyişə nail olun. Ağır fiziki işdən qaçmayın. Bilik və bacarıqlarınızı real qiymətləndirin. Qarşı tərəfin imkanlarını heç bir halda aşağılamayın. Axşam saatlarında normal istirahət edin. Əkizlər - Yaşam arealını qaydaya salın. Fəaliyyət müstəvisindəki problemləri tədricən həll etməyə aludə olmayın. Çətinlikləri ən qısa zamanda aradan qaldırmağa can atın. Maliyyə vəsaitlərinin uzunmüddətli saxlanması və ya qorunması ilə bağlı məsələlər aktuallaşır. Günün ikinci yarısında hədəflərlə məqsədlərdən asılı olmayaraq mövqelərinizi səbatlı edin. Maliyyə və daşınmaz əmlakla bağlı məsələlərin çözülməsi üçün əlverişli zamandır. Ailə üzvləri ilə münasibətləri gərməyin. İşgüzar tərəfdaşlıqda qarşılıqlı anlaşma xüsusi əhəmiyyət kəsb edəcək. Birgə səylərin əhəmiyyəti artır. Nəticələr pis olmayacaq. Xərçəng - Valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümkündür. Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar. Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür. Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Ehtiyatlı olun, tanış olduğunuz insan sizinlə səmimi olmaya bilər. Şir - Təsərrüfat işləri ilə məşğul olmaq mümkündür. Pullarınızın qədrini bilin. Maliyyə vəsaitinizi yalnız real zərurətlərə, praqmat ehtiyaclara ödəyin. Önəmli saydığınız məsələ ilə bağlı qərar verməzdən əvvəl vəziyyəti araşdırın, imkanları götür-qoy edin. Borclarınızı qaytarmağa başlayın. Kredit götürməyə tələsməyin. Günün ikinci yarısında yeni layihəyə başlamaq olar. Tərəfdaşları aldatmayın. Etimadı doğruldun. Sizdən sui-istifadə etmək istəyənlərə aldanmayın. Qız - Günün ilk yarısı xoş, münasib zamandır. Səhvlər etsəniz də, onların fəsadları ağır olmayacaq. Yanlışlıqları müstəqil şəkildə aradan qaldırın. Kimsədən yardım gözləməyin. Seçimdə başqalarının məsləhətlərini aprior həqiqət saymayın. Günün ikinci yarısında gəlirin artması və ya maliyyə yardımı istisna deyil. Əks cinsin mənsubu ilə mükalimələrdə diqqətli olun. Ünsiyyət zamanı sərt və qaba davranmayın. Ziddiyyətləri danışıqlar, müzakirələr vasitəsilə həll etmək olar. Tərəzi - Gün ciddi problemlərin təhlili, mürəkkəb məsələlərin həlli ilə bağlıdır. Sadə olmayan analitik işlə məşğul olaraq mürəkkəb durumu çözə bilərsiniz. Yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın. Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər. İnadkar olmayın, gərəksiz mübahisələr etməyin. Əqrəb - Məqsədə doğru aramla, amma yolunuzdan əsla sapmadan hərəkət edin. Situasiya sizdən bəzi xam xəyallardan və illüziyalardan qurtulmağı tələb edir. Ayıq olun. Nə qədər çevik davransanız, bir o qədər yaxşıdır. Maliyyə imkanlarınızı realist qiymətiləndirin. Ani hisslərə qapılmayın. Günün ikinci yarısında birgə fəaliyyətinizdə tərəfdaşların və şəriklərin rolları ilə yerlərini dəqiqləşdirin. Konkretlik vəziyyətin tələbidir. Axşam saatlarına yaxın şəxsi problemlərinizin həllini başa vurun. Sevdiyiniz insanlarla münasibətləri qorumaq istəyirsinizsə, güzəştə getməyi bacarmalısınız. Oxatan - Peşəkar bacarıqlarınızı artırın, tutduğunuz mövqeləri möhkəmləndirməyə çalışın. İş yerində rəhbərlik və həmkarlarla münasibətləri kəskinləşdirməyin. Gərgin, əsəblərin tarıma çəkiləcəyi situasiyalarda səbrli davranın. Məqsədə çatmaq üçün ilk baxışdan kiçik, önəmsiz təsir bağışlayan problemləri sürətlə həll etməkdən çəkinməyin. Günün ikinci yarısında aldığınız sifarişlər və ya tapşırıqları vaxtında yerinə yetirin. Tərəfdaşın fərdi yox, işgüzar məziyyətlərini önə çəkin. İşlərinizdə inadkar, qətiyyətli olun. Oğlaq - Az danışın, çox iş görün. Bəzi hallarda ifrata vararaq tələskənlik etməyin. Müvəqqəti passiv gözləntidə fayda var. Vaxtınızdan səmərəli istifadə edin. Alış-verişdə bədxərclik etməyin. Atacağınız addımları əvvəlcədən təhlil edərək hazırlayın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Maraqlandığınız nəsnə ilə bağlı mümkün qədər çox informasiya əldə etməyə çalışın. Hadisələrə təsir imkanlarına malik insanlarla təmasları fəallaşdırın. Yaşananlara ayıq münasibət bəsləyin. İllüziyalara qapılmasanız, uzunmüddətli, möhkəm, qarşılıqlı faydalı əməkdaşlıq mümkündür. Dolça - Xırdalıqlara və mənasız olaylara həddən artıq diqqət yetirməyin. Sizi sinirləndirəcək, qıcıqlandıracaq məqamlar olacaq. Gördüyünüz işə verilən qiymətdən, habelə yeni tapşırıqdan narazı qala bilərsiniz. Konkret işə köklənin. Çətinliklərdən qorxmayın, problemlərdən yan keçməyin. Günün ikinci yarısında fəaliyyət və yaşam arealındakı maneələri aşkarlayın. Daşınmaz əmlak, torpaq, mənzil və ya istehsalat məkanları ilə bağlı məsələlərlə məşğul olmaq üçün əlverişli zamandır. Axşam saatlarını qiymətli saydığınız insanlarla keçirin. Balıqlar - Günün ilk yarısında kollektiv fəaliyyət üçün tərəfdaşı diqqətlə seçin. İşgüzar münasibətlərə fərdi əlaqələr və emosiyalar müdaxilə etməməlidir. Qarşı tərəfi tam anlamaq üçün sayıq olun, sərvaxt davranın. Dəyər verdiyiniz insanın kiçik nöqsanlarına, cüzi səhvlərinə göz yummaq da olar. Günün ikinci yarısında rəqibləri üstələməyə çalışın. Ciddi rəqabət olacaq. Barrikadaların müxtəlif tərəflərindəki insanların asanlıqla dil tapa biləcəyini düşünməyin. Səbrli, təmkinli olun. Axşam saatlarında normal istirahət etməyə çalışın. Milli.Az
Neyroanatomiyada beyində bir - biri ilə rəqabət halında olan sistemlər dedikdə niyəsə həmişə məntiqlə emosionallıq misal olaraq göstərilir. Hətta qadınlarda və kişilərdə hansının güclü olduğunu göstərmək üçün mübahisələrə girilir. Bu haqda çox danışıldığından mən bu məqaləmdə bu mövzuya toxunmayacam. Niyyətim məqalə boyunca beynimizin başdan - başa rəqiblər kompleksindən ibarət olduğunu gözlər önünə sərməkdi. Bununla bağlı ilk bariz örnək hamımıza yaxşı məlum olan beyin yarımkürələri ilə bağlıdır. Yarımkürələr " korpus kallosum " adlanan sinir lifləri ilə bir - birinə bağlanmışdır. Bu sinir liflərinin rolu ilə bağlı uzun müddət sabit fikir olmuşdu. Beləki, 1950- ci ilə qədər kimdənsə bu sinir liflərinin funksiyasını soruşsaydınız sizə deyəcəkdi ki, iki beyin yarımkürəsi arasında rabitə rolunu oynayır. Amma Roger Sperry və Ronald Meyers adlı iki neyrobioloq etdikləri bir əməliyyatla hər kəsi ağzı açıq buraxdılar. Bu iki alim meymunların və pişiklərin korpus kallosumlarını kəsdilər. Bilirsiniz nə oldu? Heç bir şey olmadı. Heyvanlar, tamamilə normal davrandılar, sanki bu sinir liflərinin heç bir önəmi yoxdur. Bu təcrübədən sonra split brain adı verilən əməliyyatlar aparılmağa başladı. 1961- ci ildən etibarən epilepsiya xəstələrinin beyin yarımkürələrini bir - birinə bağlayan bu sinir liflərini əməliyyat vasitəsilə kəsməyə başladılar. Çünki tutmanın bir yarımkürədən digərinə keçməsini əngəlləyən bu əməliyyat epileptiklərin son ümidi idi. Bu əməliyyatdan sonra onlar tamamilə normal bir həyat sürürlər. Baxmayaraq ki, beyinlərinin yarısı digər yarısından ayrılmışdı, amma yenə də nəyisə xatırlaya öyrənə, sevə, gülümsəyə, rəqs edə bilə və əylənə bilirdilər. Amma çox qəribə də bir şey olurdu. Öyrənmə prosesində bir yarımkürə nəyisə öyrənsə də, digəri bundan hələ də xəbərsiz olaraq qalırdı. Və ən əsası, bu insanlar eyni anda iki fərqli işi görə bilirdilər. Bu normal bir beyinin əsla izn verməyəcəyi bir şeydi. Beyin yarımkürələri bir - birindən ayrılmış insanlar eyni anda hər iki əlləri ilə müxtəlif yazıları yaza bilir, müxtəlif şəkilləri çəkə bilirlər. Bilirik ki, sağ əlimiz sol beyin yarımkürəmizdən, sol əlimiz isə sağ beyin yarımkürəmizdən əmr alır. Beyin yarımkürələri bir - biri ilə əlaqədar olan insanlar sağ əlləri ilə üçbucaq çəkərkən, sol əlləri ilə də kvadrat çəkə bilməzlər. Amma split - brain əməliyyatından keçmiş insanlar bunu asanlıqla edirlər. Çünki onların beyin yarımkürələri bir birindən asılı olmadan öz həyatlarını yaşayırlar. Beyin yarımkürələri hər biri eyni problemi həll edən, amma həll yolları bir az fərqli olan iki rəqib komanda kimidir. Bu kəşfinə görə Roger Sperry Nobel mükafatı almışdır. Məsələ burasındadır ki, beyin yarımkürələrini iki fərqli siyasi partiya kimi düşünmək lazımdır. Eyni məsələ üzərində baş sındırmalarına baxmayaraq həll yollarını müxtəlif istiqamətlərdə görürlər. Əgər bu partiyalardan biri süquta uğrayıb dağılsa bir şey dəyişməyəcək. Ölkənin işləri yenə öz axını ilə gedəcək. Sadəcə ölkəni idarə etmək üçün istifadə olunan üsullar fərqli olacaq. Eyni şey beyin yarımkürələri üçün də keçərlidir. Bir yarımkürəni əməliyyatla kəsib götürsələr belə digər yarımkürə bütün işləri öz öhdəliyinə götürərək bizi vəziyyətdən çıxara biləcək. Rasmussen ensefalitindən qaynaqlanan epilepsiya xəstəliyinin müalicəsində istifadə olunan bu əməliyyat 8 yaşına qədər olan uşaqların üstündə aparılır. Və uşaq həyatının geri qalan hissəsini normal şəkildə yaşayır. Bu əməliyyata hemisferektomi adı verilib və kifayət qədər uğurlu üsuldur. Çünki beyin yarımkürələri anatomik cəhətdən demək olar ki, eynidir. Beyinin rəqiblər sistemi bununla da bitmir. Yaddaş bizim həyatımızın özəyini təşkil edir. Günlük yaşantılarımız hipokampus və temporal lob adlanan beyin bölgələrində toplanarkən, travma xarakterli xatirələrimiz amiqdalada toplanır. Postravmatik Stress Pozuntularında flashback kimi ani göz önünə gələn acı xatirələr məhz amiqdalada toplanır. Amiqdalada toplanan xatirələri silmək və unutmaq çətindir. Təcavüz qurbanlarının və müharibə iştirakçılarında olduğu kimi flash kimi yanıb - sönən anılar amigdalanın işidir. Göründüyü kimi 19- cu əsrdə hökm sürən frenoloji ideyası tamamilə iflasa uğrayıb. Çünki biz indi bilirik ki, beyində frenolojinin iddia etdiyi kimi bir işdən bir bölgə məsuliyyət daşımır. Əksinə, bir işi bir çox beyin bölgəsi fərqli üsullarla yerinə yetirir. Çünki biologiya tək bir həll yolu ilə nadirən kifayətlənir. Əksərən, təbiət yeni üsullar icad etməyə çalışır. Çünki təbiətin laboratoriyasındakı işlər bizim laboratoriyalardakı kimi getmir. Süni intellekt hazırlamağa çalışan alim məsələn, enerji qaynağı problemini həll etdikdən sonra növbəti mərhələyə keçir. Amma canlılarda milyonlarla mutasiyalar olduğu üçün təbiət yeni varyasiyalar icad edərək problemi yaradıcı bir şəkildə həll edir. Eyni iş üzərində daima çalışdığından daha təkmil sistemlər yaranır. Beynimizdəki eyni işdən məsuliyyət daşıyan müxtəlif bölgələr təkamül nəticəsində müəyyən ardıcıllıqla yaranmış və hər biri özündən əvvəlkindən daha üstündür. Amerikada aparılan bir təcrübə nəticəsində məlum olmuşdur ki, Alzheimer xəstəliyi olan bir çox insanlar həyatları boyu bunun fərqinə varmırlar. Bu insanlar intellektual işlərlə məşğul olduqları üçün xəstəlik nəticəsində beyinlərinin bir hissəsi məhv olsa belə digər hissələr məhv olan hüceyrələrin işini öz öhdəsinə götürüb. Buna neyropsixologiyada koqnitiv rezerv deyilir. Çantasında bir çox alət olan usta çəkicini itirsə belə digər alətlərdən çəkic kimi istifadə edə bilər. Məsələn mismarı baltanın küt tərəfi ilə də vurmaq mümkündür. Beyin də eynən bu şəkildə işləyir. Birincili görmə korteksinin bir hissəsi zədələnən zaman insan görmə sahəsinin bir qismini itirmiş olur. Məsələn gözünün ancaq sağ tərəfində olanları görən bir xəstəni götürək. Onun gözünün sol tərəfində bir üçbucaq tutub əlimizdə hansı fiquru tutduğumuzu soruşaq. O görə bilmədiyini desə də, onu bezdirənə qədər əlimizdə nə olduğunu təxmin etməsini istəyək. O ən sonunda bezib ağlına gələn ilk təxmini edəcək. " Üçbucaq görürəm ". Bəli, bəli düz tapacaq. Çünki gözü görməsə belə gözünün qarşısında duran obyekt subkortikal zonanı qıcıqlandırıcaq. Kor görüşü adlanan bu hadisə görmə qabiliyyəti itsə belə korteks altı bölgələrin işi səhnə arxasından aparmalarını sübut edir. Bu neyroanatomik cəhətdən heç də təəccüblü deyil. Çünki ilanlar da korteksə sahib olmasalar da görürlər. Düzdür bizim qədər yaxşı görmürlər, amma görürlər. Bütün bunlardan çıxan nəticəni Marvin Minskynin sözləri ilə ifadə etmək istəyərdim. " Biz bir bütün olaraq əslində xırda çoxluqların toplamıyıq. Bu xırda çoxluqlar bir - birinə zidd olan, rəqabət aparan və bəzən bir - birilərinin işinə kömək edən hissələrdi." Hansı ki, kəllə qutumuzun içərisində, qaranlıq otağında gizlənən kainatın kəşf edilmiş ən möhtəşəm nəsnəsini əmələ gətirir. Psixoloq Fuad Əsədov
1- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı gücdür.Sadə, qayğısız insansınız. Dünyaya günahsız uşaq baxışları ilə baxırsınız. Ünsiyyət rahat qurursunuz, harmoniyanı dəyərləndirirsiniz. Sevginiz sərhədsizdir və ətrafınızı da sevgiyə sövq edirsiniz. Həyatda dönüşlər sizi tez ruhdan salır. Optimistliyiniz adamların xoşuna gəlir. Həyata münasibətinizlə cəlb edirsiniz. 2- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı xəsislikdir.Siz dərin, düşüncəli, maddi-fikirli insansınız. Xarici şeylərə çox diqqət etmirsiniz. Dayazfikirliliklə heç vaxt mühakimə etmirsiniz. İnsanları başa düşmək, öyrənmək üçün sizə vaxt lazım olur. Hərdən reallıqdan uzaqlqşıb öz dünyanıza düşürsünüz və heç nəyin fərqinə varmırsınız. Ağıllılığınız insanların xoşuna gəlir. Müdrikliyiniz cəlb edir. 3-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı xəsislikdir.Təbii və səmimi insansınız. Göründüyünüz kimisiniz. Artislik etmirsiniz. Komplekssizsiniz. Boş şeyəlrçün narahat olmursunuz. Yaradıcılıqla məşğul olsanız azad hiss edirsiniz. Var-dövlətə ,varlı həyata can atırsınız. Canlı xarakteriniz insanlarin xosuna gəlir. Təbii parlaqlığınız cəlb edir. 4- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı kədərdir.Siz ətrafınızdakı kütlədən seçilirnisiz,hətta seçilmək istəməsəniz belə. Xasiyytəcə və davranışca dürüst insansınız. Özünüzü başgası kimi göstərmək lazım olmadığını başa düşürsünüz. Depressiyaya tez düşürsünüz. Unikallığınızla cəlb ediriniz. Adamlar sizin vecsizliyinizi bəyənmirlər. 5- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı dilxorçuluq.Realist və idealistsiniz. Həyatı olduğu kimi görürsünüz. İnandığınızdan heç vaxt imtina etmirsiniz. Həmişə daha çoxunu arzu edirsiniz. Bəzən xəyalarla çox məşğul olursunuz. Planlarınız böyükdür. Qətiyyətliliyinizi sevirlər. Döyüşçüsünüz bu da insanları cəlb edir. 6-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı gərginlikdir. Enerjili, həyat dolu insansınız. Həyat ətrafınızda hay-küy salır. Uzaqdan nəzərə çarpırsıız. Liderlik qabiliyyətiniz var.Yaşlanmağa YOX deyirsiniz. Onu "otaqda qapamısınız". Alovlu təbiətiniz insanların xoşuna gəlir. Təbiiliyinizlə cəlb edirsiniz. 7-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı hissiyyatdır.Açıq, çox sevən insansınız. Almaqdan çox bəxş etməyi sevirsiniz. Dünyanın daha gözəl olmasını istəyirsiniz. Malik olduqlarınıza sevinirsiniz. Razısınız həyatınızdakılarla. Çox hissiyatlısınız, bu sizin silahınızdır.Səxavətliliyiniz adamların xoşuna gəlir. Sizi sevmək asandır-bununla da cəlb edirsiniz. 8- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı melanxoliyadır.Taraz insansınız. Həyatınızın bütün sferaları balanslaşıb. Həmişə seçim qarşısında qalanda ortanı seçməyə üstünlük verirsiniz,kompromisslərə getməyi yararlı sayırsınz. Gün ərzində əhvalınız bir neçə dəfə dəyişir. Sizinlə rahat ünsiyyət gururlar,bu da adamların xoşuna gəlir. Siz öz "özün yaşa,başgasına da mane olma" prinsipinizlə cəlb edirsiniz. 9- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı qürürdur.Etdiyiniz hər şeydə entuziazmla dolusunuz. Həyata dərin maragla yanaşırsınız. Öyrənməyi sevirsiniz. Adamları ittiham etmək yerinə yaxşı başa düşürsünüz. Hərdən lovğalanırsınız. Avantyuristliyiniz insanların xoşuna gəlir. Hər situasiyaya uyğun hərəkət etmə gabiliyyətiniz insanları cəlb edir.
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbə Bakıda konsert verəcək. Psixoloq.az xəbər verir ki, tədbir 13 oktyabr, Bakı Konqres Mərkəzində baş tutacaq. Çizgim Event-Noya Yapımın Bakıdakı səlahiyyətçisi Türkay Kıztaşın məlumatına görə, şənbə günü təşkil olunacaq konsertə indidən böyük maraq var: "3400 nəfərlik tutuma malik Bakı Konqres Mərkəzində konsert keçirəcək Yıldız Tilbe ilk dəfə Azərbaycan mahnılarını səsləndirəcəyi üçün olduqca həyəcanlıdır". Verilən məlumatda qeyd edilir ki, konsertə eyni zamanda sponsor firmaların rəhbərləri və bir çox iş, incəsənət, idman, film, media və qabaqcıl türk firmalarının rəhbərləri, Türk Baş konsulluğu, Türkiyə Mədəniyyət və Təqdimat Müşavirliyindən də qonaqlar olaraq dəvət ediliblər. Qeyd edək ki, biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az -dan əldə edə bilərsiniz.Əlaqə üçün :051 330 5262
Televizor faydalı olduğu kimi çox zərərli bir şeyə də çevrilə bilər. Xüsusən uşaqlar üçün televizorun çox təhlükəli nəticələr yaratması mümkündür. Çünki televizorda yayımlanan film və proqramlar uşaqlar üçün hazırlanmış şeylər deyil. Vəziyyət belə olduqda, televizor uşaqlar üçün çox təhlükəli ola bilir. Televizora baxarkən böyüklərdən birinin uşaqla birgə izləməsi, onun yaşına uyğun şərhlər verməsi həm uşağın biliklərini artırar, həm də qavraya bilmədiyi şeyləri səhv anlamasının qarşısını alar. Elə psixoloq Vəfa Əkbər də açıqlamasında valideynlərin nələrə diqqət etməli olduqlarını qabardıb: “Əslində ailələrin ən böyük problemi evlərində məktəbə gedən uşaqların və hətta məktəbə yaşı düşməyən uşaqların qarşısında əyləşib saatlarla seriallara baxmasıdır. Mövzunu o qədər qabarıq şirin formada danışırlar ki, bu da uşaqları cəlb edir. Azyaşlı uşaqların fəaliyyəti dərs maraqları, oynamaq olmalıdır. Onlar isə, fikirlərini daha çox seriallara, serialda baş vermiş hadisələrə və sujeti xatırlayaraq onu qabarıq yaşamağa can atırlar. Belə olduğu təqdirdə, uşaqlar daha çox bayağı həyatı, real olmayan həyatı yaşamaq istəyirlər. Çalışmaq, əziyyət çəkmək, nəyəsə nail olmaq istəyi, bu tip uşaqlarda o qədərdə güclü olmur. Əslində burda tərbiyə mühüm rol oynayır. Həm atanın, həm də ananın üzərinə böyük məsuliyyət düşür. İki obraz bir araya gəldikdə uşaqlar bayağı seriallardan uzaq duracaqlar. Öz yaşıdlarının tələb etdiyi fəaliyyətlə məşğul olmuş olacaqlar”.(Moderator.az)
Məlum olduğu üzrə xüsusilə də son zamanlar psixoloq adı altında işləyən qeyri-peşəkarların sayı artıb. Bəzi fırıldaqçılar biznesləri üçün insan əməyindən, pulundan istifadə edirlər. Bundan əlavə bəzi saytlara da yüksək məbləğlərdə pullar verərək reklamlarını edirlər ki bu zaman da insanlar onların “peşəkarlığına” daha çox inanırlar. Bununla da fırıldaqçıların məşhurluğu ikiqat artır. Psixoloq.az portalı isə onların yalan üzərində qurulan bizneslərini dağıtmağa və professional olaraq psixoloqları vahid mərkəzdə tutmaq məqsədini daşıyır. Saytın direktoru Aytən Hidayətovanın sözlərinə görə, istənilən psixoloq, savadını, peşəkarlığını portal vasitəsilə nümayiş etdirə bilər: “Digər saytlar, kanalllar bunun üçün yüksək məbləğ tələb etdiyi halda bu bizdə tam olaraq pulsuzdur. Biz istəyirik ki bütün mərkəzlər, psixoloqlar vahid mərkəzdə birləşsinlər. Bəziləri elə bilir ki biz də mərkəzik. Xeyr. Biz sadəcə insanlara, savadlı psixoloq, psixoloji mərkəz tapmaqda körpü rolunu oynayırıq. İnsanlar üçün şəffaf şərait yaradırıq ki, onlar psixoloqların savadının nə yerdə olduğunu, təhsili barədə tam olaraq məlumatlana bilsinlər. Zəhmət çəkən hər bir psixoloqa tanınması üçün şərait yaradırıq”. Portalın redaktoru Şəhanə Quliyeva, son zamanlar insanların saytlarda axtardığı açar sözün məhz psixoloqlar olduğunu diqqətə çatdırıb. “Loqopedlər, defektoloqlar, psixoloq və s. barədə bütün məlumatları da insanlar bizim sayt vasitəsilə əldə edə bilərlər. Biz hər psixoloqa eyni şəraiti yaradırıq. Saytımızda psixoloqlarla yanaşı gənc tələbələrimiz də özləri barədə məlumatları yerləşdirə bilərlər. Bununla yanaşı məqalələr yazmaqla həm insanları maarifləndirə, həm də özlərini tanıtdırmaqları mümkündür. Psixologiya elminin daha çox tanınması üçün bu sahənin insanları daha çox əziyyət sərf etməlidirlər. Biz də bu sahəyə portal olaraq dəstəyik. Bir çox mütəxəssislər var ki tək seminarlar edir ki, bu da onları insanlara tam olaraq tanıtdırmır. Bizim sayt onlar üçün əla fürsət yeridir”,-deyə Quliyeva vurğulayıb.
Sentyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 22-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 22-23-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir. ETSN xəbərdarlıq edir ki, sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Xoşbəxt evlilik yaşamağa həvəsləndirirsə, bədbəxt evlilik stress yaradır. Bəs, evlilikdə xoşbəxtliyi necə qorumaq olar? İnsanlar arasında aparılan sorğunun nəticələrini təqdim edirik: Mütləq həftədə bir dəfə özünüzə vaxt ayırın və birlikdə nəsə edin. Məsələn, evdən çıxın və birlikdə şam edin. Yaxud kinoya baxmağa gedin. Bu, baş-başa qalmağınız üçün bir fürsətdir. Tez-tez yeni bir şeylər kəşf edin. Məsələn, həftə sonları və ya tətildə eyni yerə getməyin. Daha əvvəl getməyiniz yerə gedin və ya etmədiyiniz bir şeyi edin. Bununla birlikdə stressi atmış olarsınız və yeni nəsə öyrənərsiniz. Həyat yoldaşınızın dostları ilə, iş yoldaşları ilə tanış olun. Axşam birlikdə olanda gün ərzində nə yaşadığınızı, xoşbəxtliyinizi, problemləri paylaşın. Uşaqlarınızın varsa, onların da tərbiyəsi ilə birlikdə məşğul olun. Bu şəkildə həyatınızdakı stress azalmış olar. Bir-birinizlə zafatlar edin. Həyatdan və bir-birinizdən zövq alın. Problemlərin həyatınıza daxil olmasına yol verməyin.
Xoşbəxtlik və qorxu – bir-birinin əksi olan bu iki söz birləşib sanki bir ahəng yaradıb. Görəsən biz qorxu hissi olmadan sadəcə xoşbəxt ola bilmərikmi? Xoşbəxtlik – pozitiv və xoş emosiyalar ilə xarakterizə olunan zehni bir vəziyyətdir. Xoşbəxtlik –bəşəriyyətdəki bütün insanların çatmaq istədiyi son nöqtədir, o nöqtə ki, insan özünü sanki buludların üzərində hiss edir. Bu zaman ortaya qorxu sözü daxil olur və sanki insan buludların üstündən bir anda yerə düşür. Ona görə də çox vaxt insan xoşbəxt olduğu zaman sanki bu xoşbəxtlikdən qorxur və hətta ətrafındakılar da onun bu qorxusunu dəstəkləyir “çox sevinmə”, “bugünün sabahı var” kimi sözlərlə insanın ümidlərini daha da qırırlar. Hətta bəzi mədəniyyətlərdə insanlar işləri yaxşı getdiyində, özlərini xoşbəxt hiss etdiklərində çox qorxurlar, onlar xoşbəxtliyi günah hissi, abırsızlıq və mənəvi tənəzzül kimi anlayışlarla əlaqələndirirlər. Bəzi insanlar düşünə bilər ki, onlar qorxmur sadəcə xoşbəxtdirlər və bu hissə sahiblənmək istəyirlər. Amma bilmirlər ki, əslində var olanların içində ən dəyərlisi sahib ola bilmədiklərimizdir. Xoşbəxtliyə sahib ola bilmərik, sadəcə o qapımızı döydüyü zaman onu qəbul edib, hər gələn qonaq kimi onu da yola salmağı bacarmalıyıq. Biz pis hadisələrlə qarşılaşdıqda, pis insanlarla üzləşdikdə və ya sevdiyimiz birini itirdikdə daim həyatı pisləyirik. Xoşbəxt olmadığımız zamanda yenə günahı həyatın üzərinə atırıq. Axı həyat oğrudur, bizim xoşbəxtlik hissimizi əlimizdən alır. İnsanlar bu cür düşüncələrlə xoşbəxtlik hissini özləri də bilmədən uzaqlaşdırırlar. Çünki insan daim nəyisə fikirləşirsə sanki kainat o düşüncəni insanın həyatına əks etdirir. Əgər bir xoşbəxtliyin içində qorxu varsa, onu xoşbəxtlik adlandıra bilmərik, çünki biz ya xoşbəxt ola bilərik, ya da qorxa bilərik. Buna misallarla belə aydınlıq gətirmək olar: Xoşbəxt olmaq daima kimisə xoşbəxt etməyə çalışmaq, daima basqalarını düşünmək, qazandığın maaşın son qəpiyini də kimin üçünsə xərcləmək deyil, bu xoşbəxtlikdən qorxmaqdır.Xoşbəxt olmaq daima səni incidən insanlara hörmət əlaməti olaraq heç bir söz deməmək, susub sakitcə dayanmaq deyil, bu xoşbəxtlikdən qorxmaqdır.Başqalarına zərər verməmək üçün sakitcə öz həyatını yaşamaqla xoşbəxt olduğunu düşünürsənsə yanılırsan, bu xoşbəxt olmaqdan qorxmaq deməkdir. Öz haqqlarını qoruya bilmirsənsə, başım dinc olsun devizinə sığınırsansa sən xoşbəxt deyilsən, xoşbəxtlikdən qorxursan. Çünki yeri gəldiyində insanların qarşısına çıxıb öz haqqlarını qorumalısan, sən bu cur xoşbəxt olduğunu göstərməlisən. Əslində bizim problemimiz xoşbəxtliyin nə olduğunu bilməməyimizdir. Biz sadəcə onun arxasıyca qaçırıq, ona sahiblənmək istəyirik və onu tapdığımızı sanıb itirməkdən qorxuruq. Xoşbəxtlik sadəcə bir andır, olur və bitir. Ona görə də çalışmalıyıq o anın nəbzini tutaq. Nə olursa olsun, hətta ən pis günümüzdə belə, gülümsəməyə bir səbəb tapaq. Çünki bu həyat bizə yalnız bir dəfə verilir, ikinci şansımız yoxdur… Xədicə Aşurova
Ailə terapiyasi problemlərə, ailə üzvlərinin fərdi problemləri olaraq deyil, ailə sisteminin bir problemi olaraq baxar. Terapiyaya ailənin tək bir üzvü gətirilərsə terapiyanın mərkəz nöqtəsi ailə sistemidir. Terapiyanın hədəfi, ailə içindəki tək bir fərdin dəyişimi deyil, daha çox ailənin quruluşu və ailə daxilindəki fərdlərin bir-birləriylə ünsiyyət formalarının dəyişdirilməsidir. Hər ailənin problemi başa düşmə şəkli ayrıdır. Bir ailə üçün problem olaraq görünən bir vəziyyət digər bir ailə üçün problem təşkil etmeyə bilər. Hər ailənin sakit bir yaşam üçün ehtiyac duyduğu şeylər bir-birindən fərqlidir. Ailə terapiyasında nələr olur? Terapevt və ya psixoloq, ilk seansda terapiyanın məqsədini ailə üzvlərilə birlikdə ortaya qoyar. Ana, ata və lazım gələrsə uşaqlar məsuliyyətlərini bildirir. Ailə şüuru üzərində dayanılaraq, ailə üzvlərindən bir-birlərinin ehtiyacları üzərində dayanılmağının vacibliyi vurğulanır. Ailə üzvləri açıq və dürüst bir qarşılıqlı içində tapılaraq, günahlandırılmalardan qaçan, ilk öncə bir-birini başa düşməyə yönelik bir tərz mənimsənilməyə yönləndirilir. Terapiyada gizlilik əsasdır.Başqa cür desək, terapevt ailə üzvlərindən biri ilə edəcəyi görüşməni o üzvün icazəsi olmadıqca bir başqası ilə paylaşmaz. Terapiyanın məqsədi ailə üzvlərinin davranışlarını daha müsbət etmək ,üzvləri arasındakı qarşlıqlı inkişaf elətdirmək ve problemlərə qalıcı və daimi həll yolları tapmaq olduğu üçün, terapevt bəzi texnikalar istifadə edir. Terapiya müddətində ailə üzvlərinin bir çox ev tapşırıqları olacaqdır. Hər hansi bir seans sonunda terapevt tərəfindən üzvlərə bir sonrakı seansa qədər edilməli olacaq ev tapşırıqları verilə bilər. Terapevtin ən önəmli funksiyalarından biri də, emosional partlayışı təmin etməsi və üzvlər arasındakı bitməmiş işlərə konsentrasiya olub, üzvlərin bir-birləri haqqındakı mənfi münasibət və duyğularını ifadə etmələri, bir-birlərinə qarşı anlayış inkişaf etdirmələrinə komək etməsidir. Ailə üzvləri arasında daha çox yaxınlaşma, işbirliyi və duyğusal paylaşım təin olunmuşsa terapiya məqsədinə çatmış sayılır. Ailə terapiyasının məqsədi; insanlararası münasibəti işığında narahatlıq və konfliktlərin aradan qaldırılması, dərkin, özgüvənin artırılması və digər duyğusal gərginliklər üçün ailə üzvlərilə işbirliyi qurulması, daxili və xarici krizlərə qarşı ailənin dözümlülüyünün artırılması, nesillər arası münasibətlərin artırılması, düzəldilməsi, ailəni sağlam münasibət qurmağa yönəltməkdir. Ailə terapiyası nə zaman vacibdir? Ailənin təməl ehtiyaclarının ödənmirsə ehtiyacları ödənməz ve güvənli,xoşbəxt bir ailə mühiti yaradılmırsa,deməli ailədəki balanslar pozulur. Ailənin əsas ehtiyacları nələrdir? 1. Dəyərli olmaq duyğsu: Ailədə fikirləri önəmsənilən, sevildiyi hissetdirilən fərdlər mən dəyərliyəm duyğusu yaşayar və özünü təsdiqləmək üçün artıq davranışlar etməzlər. 2. Güvəniləcək Mühit: Ailədəki fərdlər kənardan gələcək təhlükələrə qarşı təhlükəsiz olduqlarını hissetməlidirlər. 3.Yaxınlıq və həmrəklik duyğusu: Güvən duyğusunu bir-birlərinə hissetdirəbilən ailə üzvlərinin varlığı insanları xarici dünyanın çətinlik və qayğılarından qurtarır. Ailə daxilində yaxınlıq və həmrəylik təmin edən bir sistemə aid ailə üzvləri, ətrafıyla de yaxın əlaqələr qura bilər. 4. Məsuliyyət duyğusu: Bütün ailə fərdləri muəyyən yaşlarda müəyyən məsuliyyətlərə sahibdir.Uşaqlara gender ayrı-seçkiliyinə görə deyil, inkişaf səviyyəsinə görə vəzifələr verilməlidir. 5. Çətinliklərin öhdəsindən gəlmək : Hər fərdin öz-özünə və ya ailə üzvlərindən dəstək alaraq həll edə biləcəyi problemləri ola bilər. Uşaqlar da çətinliklərin öhdəsindən tək başına gəlməyi öyrənməlidirlər. 6. Xoşbəxtlik və özünü reallaşdırma mühiti: bu mərhələdə fərdlər qiymətli olduqları duyğusunu yaşayarlar və etdikləri fəaliyyətlərdən doyum təmin edərlər. 7. Mənəvi həyatın təməllərini meydana gətirmə: Qatı qaydaların, cezalandırıcılığın olmadığı ailə mühitlərində fərdlər öz daxili dünyalarını araşdırıb kəşf imkanı taparlar. Bu vəziyyət, ailə içində özüylə barışıq , qüvvətli və hörmətli fərdlər yetişməsinə köməkçi olar. Ailə terapiyası simptom göstərən fərdin hər probleminə cavab verməz. Lazımlı olduğu vəziyyətlər ; müalicə üçün gələn fərd bir ailə sistemi içində iştirak edirsə və ya ailə ilə əlaqələri davam edirsə, var olan Ya da ortaya çıxan problemlər ailə sistemini təsir edirsə ailə terapiyasına müraciət edilə bilər. Ibrahimova Aydan
İnsanlar sosiallaşsa da, real həyatda münasibət qurmaq, o münasibəti davam etdirmək gənclərin aktual probleminə çevrilib. "Nəsə olur və mən nə olduğunu bilmirəm, lakin münasibətim bitir”, "Münasibətə başlaya bilmirəm”, "Bəzən hər şey yolunda gedir, lakin anidən baxıram ki, münasibətimin altı üstünə gəlib və bitib” kimi suallarla psixoloqlara müraciət edənlərin sayı getdikcə artır. Bəziləri uçun bu vəziyyət kəskin ruh düşkünlüyinə, depressiyaya yol açır. Bir qisim insanlar isə bu ruh halını qeyri-real qüvvələrə bağlayır, özləninin arzulamadığı duruma düşmələrini, istəmədiyi addımları atmalarını "cinlərim gəlmişdi” ifadəsi ilə izah etməyə çalışırlar. Bəs bu halın, gənclərin "cin”lərinin tibbi adı nədir? Türkiyənin uzman psixoloqu Özləm Ataoğlu bununla bağlı maraqlı yazı ilə çıxış edib. Psixoloq.az həmin yazını təqdim edir: Həmin ruh halı gəldikdə yaşadığımız ilk hiss rəddedilmə qorxusu olur. Bu, əlbəttə quracağımız münasibətləri kasadlaşdıran, bizi hərəkətə keçməyə qoymayan, rədd edildikdə daxildən bizi cəzalandıracaq bir səs eşidilməsindən qaynaqlanan qorxudur ki, həm də irəli getməyimizə mane olur. "Yox cavabı alıb, özünü biabır edəcəyinə, otur oturduğun yerdə” deyən bu səs bizim bəlkə də həyatımızın fürsətlərini qaçırmağımıza səbəb olub. Bu, həm də özüylə sonrakı peşmançılıq hissini də gətirir. Digər səbəb isə hövsələsiz davranmağımızdır. Bu, adətən şübhə duyğusu ilə müşayiət olunur. Qarşımızdakı şəxslə münasibətlərin dərinliyi yaşamaq yerinə, onun niyyətini anlamağa çalışırıq, nişan alıb hər an tətiyi çəkməyə hazır vəziyyətdə yaşayırıq. Onun düşüncələri gözləntilərimiz və istəklərimizlə uyğun gəlmirsə, bəri başdan söyləməsini istəyirik, vəziyyət də budursa münasibətə başlamamağı seçirik. Halbuki münasibət müddətində qarşı tərəfin fikirləri, düşüncələri dəyişə bilər. Bu vəziyyətdə səbirsizlik qorxuyla paralel olur – rədd edilməkdən, tərk edilməkdən, yaxud münasibətin bitməsindən qorxuruq. Belə olduqda insan münasibəti planlı yaşamağa başlayır. Onu nə qədər istədiyimizi gizlətmək, o zəng etmədən ona zəng etməmək, görüşə kimi özümüzü ələ verməmək... Bunların hamısı "münasibət kodları”na görə bizim əleyhimizə işləyir. Halbuki dürüst rəftar bizim həqiqi və gözəl bir münasibət qurmağımıza kömək edə bilər. Münasibətlərin təməlində bir şey dayanır: hər şeyi qəlizləşdirməmək, duyğularımızın məsuliyyətini dərk edib kontrol hissini boş buraxmaq, yaşanacaq hər cür ssenarinin mümkünlüyünü və qəbul etməyin o qədər də çətin olmadığını dərk etmək, bu məsələdə qarşı tərəflə həmfikir olmaq və anı yaşamaq. Ancaq və ancaq bunun sayəsində düzgün münasibət qura və onu davam etdirə bilərsiniz.(medicina.az)
Qoç - yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy və natamam təsir bağışlaya bilər. Məhsuldarlığın, gördüyünüz işin effektinin azalmaması üçün diqqətli davranın. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır. Günün ikinci yarısında şansı əldən verməyin. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər. Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın. Buğa - günün ilk yarısı problemlər situasiyanın gərginləşməsini vəd edir. Maneələri dəf etmək üçün maksimum səviyyədə çalışmağa hazır olun. Xərcləriniz nəzərdə tutduğunuzdan artıq ola bilər. Bədxərclik etməyin. Günün ikinci yarısında hadisələrin nəzərdə tutduğunuz ssenari üzrə inkişaf etməməsi sizi pərişan etməməlidir. Önəm verdiyiniz insanın sevincini paylaşmağı unutmayın. Hisslərinizi aşkarlamayın, izhar etməyin. Axşam saatlarında yetərincə istirahət etməlisiniz. Əkizlər - günün ilk yarısında fəaliyyət tempini qorumaq üçün aktiv çalışın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək üçün bütün vasitələrdən yararlanmağa can atmayın. Qaydaları pozmayın. Məntiqli olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri sərinləşdirməyin. Emosiyalara qapılmayın. Dəyər verdiyiniz insanların maraqlarını mütləq şəkildə nəzərə alın. Əks təqdirdə axşam saatlarına yaxın, ümümiyyətlə, tək qala bilərsiniz. Xərçəng - birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir. Problemləriniz və çətinliklərinizlə bağlı inandığınız insana, tərəfdaşa xəbər verə bilərsiniz. Mənasız söhbətlərə qatılmayın. İlk baxışda yaranan təəssürat sizi yanıltmasın. Günün ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin. Qeyri-ciddi insanlarla mükalimələrdən effekt gözləməyin. Axşam saatlarında normal istirahət edin. Şir - formada olmağa can atın. Planlaşdırılmamış görüşlər, spontan təmaslar istisna deyil. Danışıqlar və müzakirələr nəzərdə tutduğunuz müddətdən artıq çəkə bilər. Yeni işə başlamazdan əvvəl maliyyə resurslarınız və imkanlarınızın gərəkli səviyyədə olduğunu yoxlayın. Günün ikinci yarısında ehtiyatlı, sayıq olun. Düşünülməmiş addımlar atmayın. Yaxın ətrafınızdakı insanları vədlərinə və şirnikləndirici təkliflərinə çox aldanmayın. Sizi aldatmağa, tələyə salmağa can atanlar var. Axşam saatlarında gəzintiyə çıxın. Qız - avantüralara aldanmayın, riskli işlərə başlamayın. Tərəfdaş və şəriklərlərlə yeni laiyhələrə başlamaq olar. Emosiyaların təsiri altına düşərək düşünülməmiş addımlar atmayın. Soyuqqanlı və məntiqli davranın. Günün ikinci yarısında səlis davranın, başqalarının hərəkətlərinə diqqət yetirin. Tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Axşam saatlarını evdən kənarda keçirməyə hazır olun. Xərclər arta bilər. Əyləncə və istirahət zamanı deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv çalışın. Tərəzi - günün ilk yarısında insanların gur olduqları məkanlara yollanmayın. Sevdiyiniz, daha doğrusu, yaxşı bacardığınız işlərlə məşğul olun. Əyləncə və istirahət planlarınızı bir qədər təxirə salın. Günün ikinci yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün effektiv vasitələrə əl atın. Köhnə metodlardan yararlanmaq istəyiniz gözlənlən effekti verməyəcək. Axşam saatlarına yaxın normal istirahət etməyə çalışın. Maliyyə imkanlarınızı dəqiq qiymətləndirin. Real resurslardan yararlanın. Əqrəb - günün ilk yarısında vəziyyət stabillik və sakitlikdən çox uzaqdır. Əlavə işlər, qəfil tapşırıqlar olacaq. Səlahiyyət dairənizə bilavasitə daxil olmayan işləri həvalə etsələr, yaxşıca düşünün. Birgə çalışacağınız insanları yoxlayın, təftiş edin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl situasiyanı təhlil edin, təklifi araşdırın. Günün ikinci yarısında yeni layihəni ertələyin. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək. Əsəblərin gərilməsi yuxusuzluq yarada bilər. Oxatan - günün ilk yarısında hisslərə qapılmayın. Adi günlərdən fərqli davranış nümayiş etdirməyin. Özünüzə qapanmayın. Cari məsələlərin həlli, rutin işlərin görülməsi ilə məşğul olun. Yaxın ətrafınızdakı insanlardan birinin dediklərii xətrinizə dəyə bilər. Günün ikinci yarısında ani çətinliklərə hədən artıq önəm verməyin. Yaxın ətrafınızdakı insanlarla qısamüddətli anlaşılmazlıq yarana bilər. Bilin ki, istənilən maneəni dəf edə bilərsiniz. Sədləri dəf edin. Əzmli və qətiyyətli olun. Oğlaq - günün ilk yarısı genişmiqyaslı laiyhələrin həyata keçirilməsi üçün əlverişli deyil. Bəzi məsələləri təxirə salmaq gərəkdir. Cari məsələlərin həlli ilə məşğul olun. Məqsəd və hədəfləri təftiş etmək olar. Günün ikinci yarısında dostlarla təmaslarda səmimi, amma diqqətli davranın. Onların hisslərini, istəklərini anlamağa çalışın. Yeni qüvvə, enerji istisna deyil. Maraqlandığınız məsələnin reallaşdırılmasına başlaya bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Dolça - çoxdan bəri yığılan işlər, hisslər və emosiyalarda güclü irəliləyiş olacaq. Hissləriniz dayanıqlı deyil.Kənar təsir planlarınızı alt-üst edə bilər. Qəfil addım, etiraf, yaxın insanla mühüm söhbət ola bilər. Ətrafınızdakı insanların qayğısına qalın.Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın. İkinci dərəcəli işləri təxirə salın.Gözlənilməz hadisə, emosiyaların partlayışı gərginliyin kritik həddə çatdığını göstərir.İşlərin intensivliyini bir qədər azaldın. Təhlükəli dönəmdə diqqətli davranın. Balıqlar - günün ilk yarısından etibarən fəaliyyətinizə kənar təsirlər olacaq. Bir sıra amilləri mütləq şəkildə nəzərə almalısınız. Mütəhərrik olun, çevik davranın. Eyni vaxtda bir neçə işlə məşğul olmalısınız. Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Sənədləşdirmədə kobud səhvlərə yol verməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın. Kənardan təzyiqlərə boyun əyməyin. Milli.Az
Xüsusilə son illər gənc oğlanların özlərindən yaşca çox böyük qadınlarla evlənməsi halları artıb. Amma cəmiyyətin bu cür hallara münasibəti birmənalı deyil. Əksəriyyət belə münasibəti hələ də qəbul edə bilmir. Çoxlarının fikrincə, kişi evlənəcəyi xanımdan yaşca böyük olmalıdır. Bəs əslində doğru hal hansıdır? Niyə oğlanlar özlərindən yaşca böyük qadınlarla ailə qururlar? Daha çox hansı xasiyyətli oğlanlar bu cür addım atır? Psixoloq Səbinə Bayramova açıqlamasında məsələnin psixoloji məqamlarına aydınlıq gətirib. Bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür Psixoloqun sözlərinə görə, ümumiyyətlə, cəmiyyətdə yayılmış bir fikir var ki, kişi qadından bir neçə yaş böyük olmalıdır. Əslində isə evlilik psixologiyasında daha çox psixoloji yaş önəmlidir: “Bəzi cütlüklər arasında bir neçə yaş, bəzilərində isə 8-10 yaşa qədər olur. Əslində isə evlilik psixologiyasında, daha çox psixoloji yaşın önəmindən söhbət aça bilərik. Çünki bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür. Evlənəcək şəxslərin psixoloji özəlliklərini müəyyənləşdirən isə bioloji yaş deyil. Onların yetişmə tərzi, təhsil vəziyyəti, yetişdiyi ailə, ortamdır”. “Böyümək” psixoloji yetkinlik demək deyil Mütəxəssis deyir ki, evlilikdə şəxslərin bioloji yaşı yox, psixoloji yaşı əsas rol oynayır: “Məsələn, eyni yaşda olan cütlüklərin birinin uşaq xarakterli, digərinin daha yetkin şəxsiyyətə sahib olduğunu tez-tez görürük. Bu da əlbəttə, münasibətin, evliliyin hüzurlu davam etməsinə mane ola biləcək özəlliklərdəndir. Cəmiyyətimizin gəldiyi bir qənaət var ki, insan yaşa dolduqca bu yaşlılıq onun yetkinliyinin göstəricisidir. Amma bu yanaşma heç də doğru hesab olunmur. Çünki “böyümək” heç də psixoloji yetkinliyi öz bərabərində gətirmir”. Bu tip oğlanlar anasız qərar verə bilmirlər S.Babayeva qeyd edir ki, oğlanların özlərindən yaşca böyük qadınla evlənmək istəmələri şüuraltı olaraq oğlanın anasının göstərdiyi qayğını həmin qadında axtarması ilə bağlıdır: “Bəzən analar fəxr ilə deyirlər ki, oğlu anasından asılıdır, anasız qərar vermir. Amma bu, heç də fəxr olunası bir durum deyil. Hazırda mütəxəssislər, psixoloqlar 15 yaşlı yeniyetmə oğlanın anasından hədsiz dərəcədə asılı olmasını yaxşı hal kimi dəyərləndirmirlər. Bu, ana üçün qürur, fəxr, xoşbəxtlik sayılmamalıdır. Çünki həmin oğul 20-30 yaşa çatanda 40 yaşlı qadını sevməyə maraq göstərə bilər. Yaxud azyaşlı uşaq orta məktəbdə müəlliməsini sevməyə başlaya bilər. Bu da platonik məhəbbət hesab olunur. Çünki bizim cəmiyyətdə sosial, ictimai qınaq olduğuna görə, xanımlar özlərindən yaşca kiçik oğlanlarla sevgi yaşamaqdan qaçırlar, istəsələr də yaşamırlar bunu. Buna görə də elə həmin oğlanların özü də bundan məyus ola bilərlər. Bunu analar nəzərə almalıdır. Son zamanlar özlərindən yaşca böyük qadınlarla evlənən oğlanların sayı az deyil və əvvəlki illərə nisbətən artır. Bu hal dediyim kimi, daha çox analarla bağlıdır. Bu tip oğlanların ürəyində ana sevgisi hədsiz olur. O sevgi nə qədər güclüdürsə, özündən böyük qadınlara da meyl o qədər artır. Bir ana oğlunu həddindən artıq özündən asılı edirsə, o, anasına düşkün olur. Həmin oğlan sevdiyi insana da bu cür bağlanmağa başlayır. Adətən də yaşı yuxarı qadınlara maraq göstərməyə başlayırlar”. Evlənəcəkləri qadının yaşlı və zəngin olmasını istəyirlər Psixoloq məlumat verir ki, ərköyün böyüdülən, daha çox rahatlığa alışan oğlan övladlarında da bu hala çox rast gəlinir: “Valideynlərinin hesabına həyat tərzi keçirən oğlanlarda problemlər olur və tələblərdən dolayı gələcəkdə pul qazanmaqda əziyyət çəkirlər. Belə oğlanlar düşünür ki, evlənəcəyi qadının yaşlı, kifayət qədər də zəngin biri olması onlar üçün sanki ata-ana rolunu əvəz edə, maddi problemlərini həll edə bilər. Bunları ətraflı düşünüb qərar verəndə məhz belə bir xanım seçirlər”. Kişi qadından 4-5 yaş böyük olmalıdır “Evlilikdə oğlanların qızlardan böyük olması mütləqdirmi?” sualını cavablandıran mütəxəssis deyir ki, bunu qanun kimi qəbul etmək doğru deyil: “Mütləq oğlanlar qızlardan böyük olmalıdır, qızlar kiçik olmalıdır deyə bir qanun yoxdur. Amma çox zaman bu, tövsiyə olunur. Bu da qadınlarda 35 yaşdan sonra klimaksın baş verdiyini, kişilərdən daha tez yetişdiyini, yəni bioloji yaşını nəzərə alaraq tövsiyə edilir. Qadının bioloji baxımdan kişidən tez inkişaf etdiyini nəzərə alsaq, evlilik məqamında qadının kişidən yaşca az olması daha məqsədəuyğundur. İdeal yaş fərqi isə kişinin qadından 4-5 yaş böyük olmasıdır. Amma psixoloji yaşla intellekt üst-üstə düşürsə, qadının kişidən böyük olmasında ciddi problem olmaz”. Evlilikdə 10 il sonranı belə düşünərək addım atılmalıdır “Bəzən olur ki, özündən yaşlı qadınla ailə quran cütlüyün müəyyən problemləri ortaya çıxır. Bir-birini sevə, aşiq ola bilərlər, amma məsələ ciddiyyətə gələndə evlənəndən sonra qadın da kişidən hansısa diqqəti, qayğını, nəzakəti istəyər. Lakin oğlan daha ərköyün, kiçik olduğu üçün qayğını, sevgini yetəri qədər göstərməyə bilər. Bu da qadının üsyan etməsinə gətirib çıxarar. Evlilik çox ciddi bir dönəmdir. Bu zaman hətta 10 il sonranı belə, düşünərək addım atılmalıdır. Ən əsası isə evlilikdə yaşın və həyatın gətirdiklərinə birlikdə sinə gərə bilməkdir. Belə bir situasiyanın içində fikirləri qarışıq olan biriləri varsa, mütləq mütəxəssisə, psixoloqa müraciət edərək bir-birlərinə uyğun olub-olmamalarını, xarakterlərini psixoloji testlər vasitəsilə aydınlaşdıra bilərlər”, -deyə S.Babayeva diqqətə çatdırdı.(ailəm.az)
Son zamanlar qadınlar iş həyatında aktiv şəkildə yer almaqdadırlar. Əgər qadın evlidirsə və uşağı varsa, iş həyatı ilə birlikdə ortaya bir sıra problemlər çıxır. Bu problemlərdən biri ananın evdə olmadığı vaxtlarda uşağa qayğı göstərmək imkanının olmaması, işdən evə yorğun və gərgin halda gələndə uşağı ilə kifayət qədər vaxt keçirməməsi və sağlam ünsiyyət qura bilməməsidir. Bağça yaşına qədərki dövrdə istər uşaq, istərsə də ana üçün bu period daha da çətin keçə bilir. Bağlanmanın çox əhəmiyyətli olduğu bu inkişaf pilləsində uşaq-valideyn münasibətinin zəif olması gələcəkdə uşağın sosial yaşamında bir sıra neqativ hallarla qarşılaşa biləcəyini unutmaq olmaz. Xüsusilə ilk illərdə baxıcının tez-tez dəyişdirilməməsi və uşağın öz evində olması həm güvən, həm də evə sahiblənmə duyğusunu inkişaf etdirəcək. İş həyatından ayrıla bilməyən və ya ayrılmaq istəməyən analar bağçayaqədərki dövrdə uşağa qayğını ya maaşlı baxıcı ilə, yada yaxınlıqda olan qohumlar, qonşular vasitəsilə təmin edirlər. İşləyən anaların öz uşaqlarını rahat şəkildə əmanət edəbiləcəkləri ilk seçimlərdən biri ana və qayınanadır. Uşağın olması ilə nənə və baba statusu avtomatik ortaya çıxır. Bizim cəmiyyətdə ananın işləyib-işləməməsindən asılı olmayaraq uşaq olduqdan sonra hər iki nənənin uşaq üzərində söz haqqına sahiblənməsi müşahidə olunur. Nənə və babanın nəvəyə baxması onların vaxtının səmərəli keçməsi və nəticədə yaşamağa olan həvəslərinin, həyat sevincinin artmasına səbəb olur. Eyni zamanda nəvələr üçün də nənə və babanın var olmasının bir sıra faydaları var. Belə ki, nənə və baba nəvəyə sevgi, qayğı, şəfqət, yaxınlıq, əxlaqı dəyərlər, sosial dəstək kimi bir sıra faydalar verir. Valideynlər üçün də nənə-babanın olması valideynlik təcrübələrindən faydalanmaq baxımından əhəmiyyətlidir. İlk uşağı olan və uşaq böyütməklə əlaqəli təcrübəsi olmayan ailələr üçün nənə-baba əhəmiyyətli mənbədir. Ənənəvi cəmiyyətlərdə nənə və babanın öz uşaqlarına qarşı daha avtoritar, nəvələrinə qarşı isə daha icazəverici tərzdə davrandıqları müşahidə olunur. Valideynlərin qərarlı və intimazlı davranışları uşaqlar tərəfindən istənilməyən hala çevrilir. Bu zaman əgər nənə və baba uşağın bütün istəklərini qarşılayarsa, valideynlə uşaq arasında anlaşılmazlıqlar yaşana bilər. Nənələr ilə anaların təlim və dissiplinində fərqliliklər ortaya çıxarsa, mübahisədə uşaq özünə rahat olan tərəfi seçir, bununla da bəzən ana istəmədiyi təlim formasına razı olmaq məcburiyyətində qalır. Nənə və baba uşağın tərbiyəsində o zaman məhsuldar olurlar ki, onlar ailədə valideynlərdən üstün təsirə malik olmasın, ana və atanın tərbiyə formasına zidd davranmasınlar. Nənənin uşağa baxarkən o evdə qalması bəzən ananın məsuliyyət duyğusunun azalmasına, uşaq üzərində təsirini itirməsinə səbəb olur. Uşağa nənənin baxması zamanı ortaya çıxan digər bir mənfi hal nənənin valideynlərlə olan münasibətini uşağa ötürməsidir. Bu dövr uşaqların görərək öyrəndikləri ilk illər olduğu üçün nənənin davranış şəkli, ifadə tərzi, reaksiya forması ona keçə bilər. Valideynlər bu halda narahat ola bilərlər. Amma unudulmamalıdır ki, bu hal keçici haldır. Əgər valideynlər bu davranışlara həddindən artıq reaksiya bildirməslər və bununla onu möhkəmləndirməsələr, bağça və məktəb illərindən yeni davranışlar ortaya çıxacaq. Nəticə olaraq istər işləyən, istərsə də işləməyən analara kömək edən nənələr ailə bütünlüyünə, ailə sərhədlərinə diqqət etməlidirlər.(yeniavaz) Maarif Məmmədov, psixoloji konsultant
- Ana, mənə gəlincik al… 5-6 yaşlarında bir oğlan uşağı deyirdi bu sözləri. Ana isə oğlunun bu “kiçik” istəyini tez yerinə yetirib, onu sevindirməyə tələsirdi... Bu hadisəyə bir oyuncaq mağazasında şahid oldum və marağımı boğa bilməyib, həmin valideyndən oğluna nə üçün maşın deyil, gəlincik aldığını soruşdum. O isə “kukla da oyuncaqdı. Oğlum onunla oynamaq istəyirsə, burada qəribə nə var ki?”, - deyə gülərək uzaqlaşdı… Uşağın oğlan, yoxsa qız olmasını təyin etmək olmur... İctimaiyyət arasında bu kimi hallara vaxtaşırı rast gəlirik. Müşahidə edirsən ki, bəzi valideynlər azyaşlı oğlan uşaqları ilə qəribə rəftar edir, onun saçlarını qız kimi uzadır, elə geyindirirlər ki, həmin uşağın oğlan olduğunu qəti şəkildə müəyyən etmək mümkün olmur. Elə ailələr var ki, oğlan övladı yox, qız istəyirlər. Əgər arzularının əksinə, oğlan övladları doğulursa, onunla qız kimi rəftar edir, saçlarını uzadır, qız kimi geyindirirlər. Bəzi valideynlər üçün isə bu kimi davranışlar tamamilə əyləncə xarakteri daşıyır. Yəni bunu zarafat xatirinə edirlər və uşaqları ilə əylənirlər. Belə hallar isə ictimaiyyət arasında birmənalı qarşılanmır. Maraqlıdır ki, fikrini dinlədiyimiz yaşlı insanlar məsələyə tamamilə mənfi, nisbətən gənc yaşda olanlar isə bir az loyal yanaşır, bu cür davranışların uşaqların psixologiyasına heç bir mənfi təsiri olmayacağını düşünürlər. Birinci qrupun fikrincə, ailədə oğlan uşaqlarının təlim-tərbiyəsinə ciddi diqqət yetirilməlidir. Hələ bir də müharibə şəraitində olan bir ölkədə yaşayırıqsa, oğlan uşaqlarımıza qız kimi bəzənmək deyil, kişi kimi vuruşmağı öyrənmək yaraşır. Düşünür ki, bu, ananın əyləncəsidir Mövzu ilə bağlı danışan psixoloq Vəfa Əkbər ailələrimizdə rast gəlinən bu cür davranışların psixoloji məqamlarına aydınlıq gətirdi. Bildirdi ki, uşaqların tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hər bir şeyin təməli, məhz uşaqlıqdan qoyulur: “Ümumiyyətlə, bütün valideynləri bu sual narahat edir - biz övladımıza necə yanaşaq ki, gələcəkdə cinsiyyət seçimi qarşısında qalmasın və sağlam bir həyat sürsün? Məsələ burasındadır ki, oyuncaq seçimi və ya uşağın rəng seçimi onun daha sosial, daha sevincli böyüməsinə sadəcə təkan verir. Hansı oyuncaqla oynaması isə onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər. Bəzən valideynlər çox narahat olur ki, oğlanlar anasının kosmetik əşyalarından istifadə etməyə meyl edirlər. Tutaq ki, evdə balaca qız uşağı varsa, onun gəlinciyindən, yoxdursa, getdikləri mağazalarda gəlinciklə oynamağa meyl edir. Əslində uşaq başa düşmür ki, kosmetik vasitələr, gəlincik nə üçündür. Düşünür ki, bu, ananın əyləncəsidir, ananın oyuncağıdır. Bu zaman uşağı sadəcə başa salmaq lazımdır. Qadağa qoymaq lazım deyil. Nəyisə başa saldıqda isə demək lazımdır ki, bu, bəzək əşyasıdır, bundan qadınlar istifadə edir. Kişilər isə saat, qalstuk aksessuarlar taxır. Deyir ki, sən də böyüyəndə atan kimi bu aksessuarlardan istifadə edəcəksən”.
1980-ci illərin məşhur uşaq proqramı “Susam küçəsi”nin yazarı Mark Saltzmen ekran işindəki Bört və Örni obrazlarının homoseksual olduğunu açıqlayıb. Yazar bu barədə “New York Times” nəşrinə danışıb. “Bört və Örni homoseksual cütlük, bir-birini sevən iki kişidir. Onları bağlamağın başqa bir yolu yox idi”, - deyə Mark bildirib. 1984-cü ildən etibarən “Susam küçəsi”nin yazarlığını edən Saltzmen kukla obrazları yazarkən, özünün Arnold Qlasmanla olan uzun sevgi münasibətlərindən bəhrələndiyini bildirib. “Mən Bört və Örnini homoseksual obraz olaraq yazırdım. Arnold və məni tanıyanlar bu obrazları bizə bənzədirdi”, - deyə yazar fikirlərini ifadə edib. Qeyd edək ki, obrazları yaratmağa kömək edən kukla ustası Frenk Oz isə Bört və Örninin homoseksual olmasını təkzib edib. Obrazların yaradıcısı Susam Vörkşop da kuklaların homoseksual olmadığını qeyd edib.(oxu.az) Psixoloq.az xəbər verir ki, bu barədə münasibət bildirən uşaq psixoloqları valideynləri diqqətli olmağa səsləyiblər. Belə ki, psixoloqlar, uşaqların baxdığı hər cizgi filmlərin onların şüur altına təsir etdiyini qeyd ediblər. Nəzərə alsaq ki uşaqların yaddaşı daha güclüdür, bu səbəbdən ən xırda nüansı belə onlar unutmayaraq, bir müddət sonra da olsa həyatlarında tətbiq edirlər. Xüsusilə də genetika, əxlaqa mənfi təsir göstərən klip, cizgi filmlər, mahnılardan uşaqlar uzaq tutulmalıdır.
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Sabah bölgələrdə dəgün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti təşkil edəcək. Sentyabrın 22-23-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir. Sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Əmək terapiyası fiziki qüsuru olan insanları sosial həyata qaytarmaq, ünsiyyət problemini aradan qaldırmaq, əqlin ləngiməsi zamanı və insanlarla münasibətləri tənzimləmək üçün yerinə yetirilən bir terapiya formasıdır. Qeyd edək ki, əmək terapiyası 1900-cü ildən tətbiq olunmağa başlayıb. Bu terapiya İkinci Dünya Müharibəsindən sonra daha geniş istifadə olunub. Bunun səbəbi isə İkinci Dünya Müharibəsindən sonra insanların çoxunda həm fiziki, həm də əqli cəhətdən ləngimə və qüsurların meydana gəlməsi olub. Hazırda dünyanın bir çox ölkələrində, xüsusilə Amerika, Almaniya, Çin, Yaponiya, Rusiya, Türkiyə və digər ölkələrdə əmək terapiyası təhsil sisteminin ayrılmaz bir hissəsinə çevrilib. Psixiatr Samirə Həmidovanın sözlərinə görə, əmək terapiyası itirilmiş fiziki bacarıqların bərpa olunması, fiziki qüsurların qismən aradan qaldırılması və ya mövcud əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün tətbiq olunur: "Bu terapiyanın tətbiqi əmək qabiliyyətini itirmiş və ya əlilliyi olan insaların işə qəbulu zamanı çox vacibdir. Əmək terapiyası psixiatriya, nevrologiya və travmatologiyada geniş tətbiq olunur. İş qabiliyyətinin artırılması isə yanaşı əmək terapiyası somatik xəstəliklər zamanı da tətbiq olunur. Əmək terapiyası psixi xəstələrin əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün çox mühum üsuldur. Belə ki, əmək terapiyası psixi qüsurların azalmasına, konpensasiyasına, bəzi xəstələrin hərəkətsiz olması ilə əlaqədar olaraq əmək qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir. Psixi xəstəliklərin müxtəlif mərhələlərində əmək terapiyasının fərqli növləri tətbiq olunur". S.Həmidova bildirib ki, ilk növbədə məşğuliyyət xəstəni maraqlandırmalıdır: "Məşğuliyyət xəstənin vəziyyətinə uyğun mürəkkəb olmalı və yerinə yetirilməsi üçün xəstədən müəyyən əmək sərf etməsini, çalışmasını tələb etməlidir. Əmək terapiyası zamanı təklif olunan məşğuliyyətlərinin mürəkkəbliyi xəstənin vəziyyətinə uyğun seçilir. Çox sadə tapşırıqlar xəstənin terapiyaya marağının itməsinə, özünü gücsüz və zəif hiss etməsinə səbəb olacaq. Belə ki, tapşırıqlar xəstənin vəziyyətinə uyğun seçilmədikdə, xəstə ətrafdakıların onun bacarıqsız olduğunu sanmasını düşünür. İkincisi, əmək terapiyası zamanı xəstəyə verilən tapşırıqlar xəstənin bacarıqları inkişaf etdikcə tədricən çətinləşməlidir. Üçüncüsü, əmək terapiyası qrup şəklində tətbiq olunsa, daha səmərəli olar". Həmsöhbətimiz qeyd edib ki, inkişafında ləngimə, fiziki və ya əqli cəhətdən qüsurları olan uşaqların əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün də əmək terapiyası əvəzsizdir. Əllərin hərəkətinin inkişafı intellektin inkişafı ilə bağlıdır. Hətta sadə belə işlərin əllə görülməsi uşağın diqqətini inkişaf etdirir və düşünməyə vadar edir. Mürəkkəb işlərin görülməsi isə beynin daha da inkişaf etməsinə kömək edir. Əmək terapiyası məktəblərdə tədris olunan əmək dərslərindən tamamilə fərqlənir. Çünki əmək terapiyasının məqsədi uşaqların yaşadığı fiziki narahatlıqları müəyyən qədər aradan qaldırıb korreksiya etməkdir. Əmək terapiyası keçən uşaqlar müəyyən zamana bir sıra sosial bacarıqlara yiyələnir. Uşaqlar yazma, kəsmə, qavrama, tutma kimi kiçik motorik bacarıqlara, özünə xidmət əməyinə yiyələnir. Əmək terapiyasında ən önəmlisi göz kontaktının inkişaf etdirilməsidir. Ümumiyyətlə, əmək terapiyasını nəinki əqli geri, autik, daun, serebral iflic, asperger, hətta normal uşaqlara belə tətbiq etmək olar. Çünki əmək terapiyası nəticəsində uşaqların təxəyyülü inkişaf edir və dünyaya fərqli baxırlar. Əmək terapiyasından istifadə etmiş uşaqlar hec nəyə adi gözlə baxmırlar. Məsələn, əvvəl kağız onlar üçün adi idisə, artıq istehsal və düşüncə mənbəyidir. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırmaq, plastilin və gil işi, səhnələşdirilmiş oyunlar, terapevtik rəsm, kulinar bacarıqlar, tikinti materialları ilə iş, quraşdırma, qum terapiyası, sosial bacarıqlar və özünəxidmət əməyi kimi növləri var. Psixoloq qeyd edib ki, uşağın narahatlığına uyğun olaraq bu terapiyalardan müvafiqi seçilib tətbiq olunur: "Məsələn, bəzi uşaqlar üçün sapı iynəyə keçirmək çox fayda verərsə, bəziləri üçün plastilin və gil işi daha çox effekt verər. Uşaq üçün bu məşğuliyyət növlərini seçərkən onun marağını da nəzərə almaq lazımdır. Belə ki, seçilən əmək növü uşağın diqqətini cəlb etməlidir. Öz zəhməti ilə nəsə düzəltmək uşaqlara təhlil etmək bacarığını, tapşırıqları yerinə yetirərkən hərəkətlərini planlaşdırmağı öyrədir. Tədricən uşaqlar özləri müxtəlif əl işlərinə maraq göstərir, onları nəzərdən keçirib necə düzəldiyini anlamağa çalışırlar. Onlar düzəlmə qaydasını təhlil etdikləri əl işlərinə baxdıqda: "Bunu başqa materialdan, parçadan hazırlasam, daha gözəl görünər", "Bu rənglərdən istifadə etsəm, parlaq alınar", "Əl işinə uyğun olaraq, başqa maraqlı bir əl işi düzəldə bilərəm" düşünürlər. Bu da uşaqlarda təxəyyül gücünü inkişaf etdirir". Qeyd edək ki, əmək terapiyası insanın psixi vəziyyətinə təsir edir, insanın özünə güvən hissini artırır, xəstənin fikirlərini əməyin yerinə yetirilməsinə yönəldir və narahatlıqlarını qismən də olsa unutdurur. Xəstə həm də faydalı bir işdə iştirak etdiyi üçün də özünü məmnun hiss edir. (ekspress.az)
"Təəssüf ki, valideynlər uşaqları televizorun qabağına qoyur və yalnız uşaq 5 yaşa çatanda anlayır ki, uşaq danışmır, deməli, autizmlidir. 3 yaşı tamam olmamış uşaqlara autizm diaqnozu qoymaq olmaz. Autizm daha çox oğlan uşaqlarında ortaya çıxır. Yüksək funksiyalı autizmdə 1,5-2 yaşa qədər uşaq normal inkişaf edir, heç bir gerilik müşahidə olunmur. Valideyn autizmli uşaqla sərt davranarsa, uşaqda da aqressivləşmə olur. Nəinki autizmli, hətta normal uşaqları da 3 yaşına qədər texnologiyadan uzaq tutmaq lazımdır. Təəssüf ki, bəzən valideynlər autizmli uşaqdan imtina edirlər, onları yaxın qohumları bizə gətirirlər. Autizmlilərdə yuxarı ətrafların daha çox hərəkət etdirilməsi nitqin formalaşmasına təsir edir. Autizmli uşaqlar 75 faiz hallarda ağrıya qarşı həssas olmurlar, buna görə də özlərinə və ətrafdakılara zərər verə bilərlər... Hamiləlik dövründə ananın alkoqollu içkilərdən, siqaretdən istifadə etməsi uşaqda autizmin yaranmasına təkan verir"... Psixoloq.az xəbər verir ki, bu sözləri psixoloq Aygül Məlikova deyib. Psixoloq autizmlə bağlı maariflənməyə diqqət yetirildiyini deyib: "Gün ərzində təxminən 10-dan çox valideyn normal uşağının autizmli olması şübhəsi ilə bizə müraciət edir. Bizdə autizmlə bağlı maarifləndirmə işləri çox aparılır, amma autizmlilərlə necə davranmaq barədə məlumat azdır. Maarifləndirmə daha çox problemin aşkara çıxarılması ilə bağlıdır. Bizə müraciət edən valideynlərin əksəriyyətinin uşağı 5, 7,10 yaşdan böyük olur. Təəssüf ki, valideynlər uşaqları televizorun qabağına qoyur və yalnız uşaq 5 yaşa çatanda anlayır ki, uşaq danışmır, deməli, autizmlidir. Amma nitq ləngiməsi problemindən şübhələnmir. 3 yaşı tamam olmamış uşaqlara autizm diaqnozu qoymaq olmaz. Sadəcə, daha erkən yaşda müraciət edəndə problemi həll etmək daha rahat olur. 3 yaşına qədər uşağın qızıl dövrüdür. Bu müddətdə autizmin ayrı-ayrı əlamətlərini aradan qaldırmaq mümkündür". Aygül Məlikova autizmin yaranma səbəblərindən də danışıb: "90 faiz hallarda autizm genetik yolla keçir. Bu zaman son üç nəsil nəzərdə tutulur. Autizm daha çox oğlan uşaqlarında ortaya çıxır. Hamiləlik zamanı ananın qəbul etdiyi dərman preparatları da buna təsir edir. Autizm beyin ensefaloqramında aşkar edilmir. Beyində heç bir əlamət olmasa da, davranışlarda müşahidə etmək olur. Amma ümumiyyətlə, autizmin səbəbi tam bilinmir". Autizmin növləri və formaları barədə məlumat verən qonaq erkən müdaxilənin əhəmiyyətini xüsusi qeyd edib: "Klassik autizm, yəni tipik forma autizmin ən əğır növdür və gələcəyinə heç bir ümid yoxdur. Yüksək funksiyalı autizmlilər iş həyatı, ailə həyatı qura bilirlər. Autizmin Asperger növünə Eynşteyni misal göstərmək olar. Rett sindromu da autizmin ağır növüdür və 98 faiz hallarda qızlarda ortaya çıxır. Yüksək funksiyalı autizmdə 1,5-2 yaşa qədər uşaq normal inkişaf edir, heç bir gerilik müşahidə olunmur. Lakin bu yaşdan sonra söz bazası artmır. Bu zaman valideyn elə bilir ki, uşaq qızdırmadan, qorxudan, yıxılmaqdan sonra belə olur. Rett sindromunda qızılcadan sonra bəzi xromosomlar dəyişdiyi zaman əlamətlər özünü göstərir. Autizmi digər xəstəliklərlə, məsələn dezinteqrativ pozuntularla qarışdırırlar. Bu da müəyyən xəstəlikdən sonra ortaya çıxır. Lakin bu zaman autizmdən fərqli olaraq öyrədilənlər yaddan tez çıxır. Erkən diaqnoz və vaxtında müdaxilə müalicənin nəticəsinə yaxşı təsir edir. Autizmlilərə sosial bacarıqlar aşılanır. 3 yaşında reabilitasiyaya gələn uşağı stulda oturtmaq mümkündür, amma 5 yaşında artıq onları oturtmaq çətindir, stulu aşırırlar, müəlliməyə vururlar". Aygül Məlikova bəzən autizmli uşaqlarla valideynlərin yanlış davrandığını da qeyd edib: "Autistik uşaqlar çox həssasdırlar. Onlara toxunaraq, qucaqlayaraq sakitləşdirmək olur. Ancaq əgər onlarla aqressiv davranılarsa, nəinki sakitləşdirmək, öz aləmlərinə qaytarmaq mümkün olmayacaq. Autizmlilərin özlərinə xas xəyal dünyası var, özlərinə xas nitqlə danışırlar. Bu zaman valideyn onunla sərt davranarsa, uşaqda da aqressivləşmə olur. Valideynlər autistik uşaqları, həmçinin normal uşaqları da texnoloji avadanlıqlardan - televizor, kompüter, planşet və sairdən 3 yaşına qədər uzaq tutmalıdır. Bəzən valideynlər autizmli uşaqlardan imtina edirlər, nənə-baba və ya xala, dayı onları gətirib bizə müraciət edirlər. Bəzən atalar autistik uşaq doğulanda ailəni tərk edir". Psixoloq daha çox genetik faktorla əlaqəsi olan autizmin hamiləlik zamanı xüsusi testlərlə müəyyənləşdirilməsinin mümkün olduğunu deyib: "Elə ailələr var ki, 3 uşaq da autistikdir. Bu isə genetik faktorun təsirini gücləndirir. Bəzən isə ailədə bir autizmli uşaq doğulanda artıq ikinci uşağı istəmirlər. Lakin bu heç də o demək deyil ki, ikinci uşaq da mütləq autizmli doğulacaq. Hamiləliyin 12-ci həftəsində ikili test analiz olunur, 16-cı həftədə isə dördlü test analizi olunur. Əgər uşaqda əqli problem olarsa, bu analizdə özünü göstərir". Aygül Məlikova autizmlilərin cəmiyyət tərəfindən qəbul edilmədiyini deyib: "Autizmli uşağı olan valideynlər ictimai nəqliyyatdan rahat istifadə edə bilmirlər, ətrafdakılar onları qınayır. Cəmiyyət onları qəbul etmir, buna görə də valideyn onları cəmiyyət içərisinə çıxara bilmir. Digər tərəfdən də, autistik uşaqlar nəqliyyatdakı səsləri, siqnal səsini, metronun səsini qəbul edə bilmir. Təəssüflər olsun ki, bizdə küçə nəqliyyatında olduqca aqressiv davranış var. Bu lazımsız səs-küy autizmli uşaqların cəmiyyətdə sosiallaşmasına mane olur". Qonaq autizmin müalicəsində tətbiq olunan yeni metodlar barədə məlumat verib: "Hazırda 3D texnologiyası ilə müalicə ilə autizmliləri öz xəyal dünyasından ayırmaq mümkündür. Davranış terapiyası ilə onlara sosial bacarıqlar aşılanır. Bunlara özbaxım aiddir. Özbaxım deyərkən, paltarını geymək, yeməyini yemək və s. nəzərdə tutulur. Bu davranışlar orqanizmin kiçik motor aparatını hərəkətə keçirir. Kiçik motor aparatı nə qədər çox inkişaf etsə, onların nitqinə daha yaxşı təsir edəcək. Normal şəxsin barmaqlarının ucunda sinir ucluqları var. Amma autistik uşaqlarda nitq yoxdursa, onların barmaqlarında sinir ucluqları da inkişaf etmir. Autizmli uşaqların 75 faiz hallarda ağrıya qarşı həssaslığı olmur. Onlar yıxılanda, əziləndə hiss etmirlər. Amerikada autizmin müalicəsi üçün hipoterapiyadan, yəni atlarla terapiyadan istifadə olunur. Bu çox gözəl effekt verir. Təəssüf ki, bizdə mərkəzlərdə belə şərait yoxdur. Hipoterapiyada təmas, at üzərində oturma və at hərəkət edərkən özünü saxlamaq vərdişləri yaranır. Bu zaman onların həm kiçik, həm də böyük motor aparatı işləməyə başlayır. Autizmlilər ağrı bilmədiklərindən özlərinə də xəsarət yetirə bilərlər, məsələn, bıçağı götürüb əlini, ayağını kəsə bilərlər, başqasını zədələyə bilərlər. Onlarda duyğuları, ağrı hissini formalaşdırmaq üçün sensor otaqlardan istifadə olunur. Bu otaqlarda analizatorlar var. Musiqi terapiyasından, aromaterapiyadan istifadə edirik". Psixoloq autizmli uşaqların xüsusi pəhrizlə qidalanmasını vacib hesab edir: "Autizmli uşaqlara hər şeyi yedirmək olmaz. Onlara xüsusi pəhrizlər təyin olunur. Hər səhər mütləq bir yumurta yeməlidirlər. Tefal tavalarda qızartmalar olmaz, qızartmalarda zeytun yağından istifadə olunmalıdır. Çeynəmə zəif olduğundan ət yeməklərini sevmirlər, yalnız çəkilmiş əti yeyə bilirlər. Lakin valideyn hər dəfə ona blenderdən çəkilmiş yemək verməməlidir. Çünki terapiya görən uşaqlarla loqoped işləyir və artikulyar aparat inkişaf etdirilir". Aygül Məlikova valideynlərin autizmin qarşısın almaq və övladları ilə məşğul olması üçün məsləhətlərini verib: "Ananın hamiləlik dövründə alkoqollu içkilərdən, siqaretdən istifadə etməsi uşaqda autizmin olmasına təkan verir. Reabilitasiya ilə yanaşı, valideyn çox səbirli olmalıdır. Seanslar ləngiyirsə, gətirməyə imkan yoxdursa, uşaqla işləməyi saxlamaq olmaz. Valideyn özü də uşaqla işləməlidir, onlar öz-özünə düzəlmir. Aqressiv davranılarsa, heç bir nəticə əldə olunmayacaq. Ətrafdakı insanların fikirlərinə çox əhəmiyyət verməsinlər, buna görə uşaqları evdə saxlamasınlar".
Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir. Psixoloq.az azərtac-a istinadən bildirir ki, bu sözləri Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən uşaq reabilitasiya şöbəsinin psixoloqu Leyla Abbasova bildirib. L.Abbasova deyib: "Autizmin müxtəlif əlamətləri var. Bu xəstəlikdən əziyyət çəkən uşaqların göz kontaktı demək olar ki, olmur və yaxud çox zəif olur. Onları çağırdıqda, adlarını çəkdikdə heç bir reaksiya vermirlər. Bəzən valideynlər bunu karlıqla əlaqələndirirlər. Belə uşaqların öz dünyaları var. Onlar beyinlərində qurduqları dünyada yaşayırlar. Bu səbəbdən onlar bizə reaksiya verməyə bilərlər. Bunun eşitmə ilə heç bir əlaqəsi yoxdur. Bu uşaqlarda fırlanan əşyalara qarşı çox böyük maraq olur. Onlar saatlarla paltaryuyan maşının fırlanan hissəsini izləyə bilərlər. Bundan əlavə belə uşaqlar oyuncaqlarla mənasına görə oynamırlar. Onlar gəlinciyi maşın kimi sürə və yaxud oyuncaq maşının yalnız təkərlərini saatlarla fırlada bilərlər. Başqa uşaqlarla oynamağı qətiyyən sevmirlər. Onlar təkliyə üstünlük verirlər. Autizmdən əziyyət çəkən uşaqlar söz birləşmələrini qavramaqda çətinlik çəkir və ya qətiyyən başa düşmürlər. Onlar deyiləni anlamır, istifadə olunan sözlərin hər birinin ayrı-ayrılıqda hərfi mənasını başa düşməyə çalışırlar. Bundan əlavə bu xəstəlikdən əziyyət çəkən uşaqlarda müəyyən exolaliyalar olur. Exolaliya - verilən sual və yaxud deyilən cümlənin eyniliklə təkrarlanmasıdır. Belə uşaqlar bir sözü gün ərzində minlərlə dəfə təkrarlaya bilərlər. Bu da onların nitqi düzgün anlamaması ilə bağlıdır. Bizim istifadə etdiyimiz cümlələr onlara hərif və ya işarə yığını kimi görünür. Onlar verilən sualı başa düşmədiklərinə görə eyniliklə dəfələrlə təkrar edirlər. Autizmli uşağın bir cümləni düzgün qavraması üçün onu mərhələli şəkildə öyrənməsi lazımdır. Başlanğıc olaraq qısa, ən çox iki sözdən ibarət söz birləşməsi ilə başa salmağa çalışmaq lazımdır. Bu onların qavramasına kömək edir. Misal üçün autizmdən əziyyət çəkən bir uşağın "Get mətbəxdən qırmızı qələmi gətir" cümləsini anlaması mümkün deyil. Burada ilk öncə rəng öyrədilməli, sonra qələmin nə olduğu başa salınmalıdır. Artıq sonra rənglə qələmi bir araya gətirərək bunun nə olduğunu anlamasına kömək etmək lazımdır. Uşaq "qırmızı qələm"in nə olduğunu tam başa düşdükdən sonra ondan qırmızı qələmi gətirməsini xahiş edə bilərik. Bütün bunlardan sonra artıq məkan barəsində danışmaq olar. Belə uşaqlarla işləmək hövsələ və çox böyük diqqət tələb edir. Lakin bunu bacardıqda çox yaxşı nəticələr əldə etmək mümkündür. Bəzi autizmli uşaqlar çox aqressiv olurlar. Onların öz istəklərini ifadə edə bilməməsi aqressiya ilə nəticələnir. Bu zaman dərman terapiyası tələb olunur və bu uşaqlarla artıq psixoloq deyil, psixiatrlar məşğul olurlar. Əsasən sakitləşdirici və beyin fəaliyyətini yaxşılaşdıran preparatlar təyin olunur ki, bu da bizim işimizə çox böyük köməklik göstərir. Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar. Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir. Asperger sindromu olan uşaqların intellekt səviyyələri həddindən artıq yüksək olur, bu uşaqlarda nitq və qavrama inkişafının ləngiməsi və dayanması olmur. Onlar adi uşaqlardan intellekt baxımından çox irəlidə olurlar. Belə uşaqlar riyaziyyat, məntiq, informatika kimi fənlərdə həddindən artıq yüksək nəticələr göstərirlər. Sadəcə olaraq, onlara insanlarla ünsiyyət qurmaq çətin olur, maraq və məşğuliyyətlərinin məhdud olması, qrup şəklində işləməkdən qaçmaq, çətin adaptasiya olmaq onları digər uşaqlardan fərqləndirir. Bu sindromlu uşaqlara vaxtında müdaxilə edildikdə onlar həmyaşıdlarından seçilmir, hamı kimi 6 yaşında məktəbə gedə bilirlər. Atipik autizm olan uşaqlar üç yaşa kimi normal inkişafda olurlar. Hətta cümlələr belə qurmağa başlayırlar. Lakin 3 yaşdan sonra uşaqda geriləmələr müşahidə olunmağa başlayır, demək olar ki, beynində olan hər bir şey silinir. Hətta bu uşaqların nitq qabiliyyətlərini itirmələri belə mümkündür. Bunun nədən baş verdiyini anlatmaq çətindir. Autizmin bu növü başlama yaşına görə digər növlərindən fərqləndirilir, digər bütün əlamətlər eyni olaraq qalır. Ümumiyyətlə, autizmin yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Bu xəstəliyin irsilik dərəcəsi də çox azdır. Nəsildə autizmdən əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır. Onu qeyd etmək istərdim ki, bu xəstəliyin müalicəsində ən vacib faktor vaxtında olunan müdaxilə və başlanılan müalicədir".
Asperger sindromu və ya Asperger pozulması cəmiyyətdə stereotipik münasibətlərlə tanınan bir autistik spektrum pozuqluğudur (ASP). Dil və zehni inkişafda olan ümumi gecikmələr sindromun standart əlamətləri arasında verilməsə də, bu problem zamanı motorikanın inkişaf qüsuru və atipik danışığa tez-tez rast gəlinir. Psixoloq.az istinadən bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova Asperger sindromunun psixoloji hallar spektrumu olan autistik spektr və ya yayılmış inkişaf pozulmalarından biri olduğunu söyləyib: "Digər inkişaf pozulmaları kimi xəstəlik körpəlik və uşaqlıqdan başlayaraq müəyyən vaxtda təkrarlana bilər və onun autizmə bənzər xüsusiyyətləri var. Aspergerli uşaqlar tünlük yerləri sevmir və əsasən tək qalmağı üstün tuturlar. Onlara əlil və şikəst kimi baxmaq düzgün deyil. Bu uşaqların cəmiyyətə inteqrasiyasına çalışmaq lazımdır. Həmin uşaqlarda diaqnostik əhəmiyyəti olmayan, lakin özlərinə və ailələrinə ciddi təsir göstərən əlamətlərə rast gəlmək mümkündür. Həmin sindromlu uşaqlar digər çoxfunksional autistik xəstələrdən fərqli olaraq görmə yaddaşı və eşitmə analizi sahəsində daha zəif olurlar. Asperger sindromlu uşaqlarda diaqnostik baxımdan əhəmiyyətsiz, lakin ailəyə və özünə təsir edən mühüm simptomlarla yanaşı motor bacarıqlarında, yuxuda və ya emosiyalarda müəyyən problemlər ola bilər. Onlar ətrafdakı kiçik dəyişiklikləri çox tez görə bilirlər. Bundan fərqli olaraq autizmi olan Asperger sindromlu fərdlərdə görmə, eşitmə və hafizə bacarığında çatışmazlıqların olması da mümkündür. Onlar səs, işıq, qoxu, ağrı, təmas, toxunuş və digər hisslərə qarşı adi reaksiya verə bilərlər. Asperger sindromlu uşaqlar bir çox şeyə nail ola biləcəklərini düşünür, kiçik dəyişiklikləri sevir və daha çox nəticə əldə etmək arzusunda olurlar. Onlar velosiped minmək və ya qazan qapağını açmaq kimi elementar işlərdə bacarıq qazanmaqda gecikə bilirlər. Koordinasiyaları zəif olur, qəribə və hoppanaraq yeriyirlər, yazını pis yazırlar və ümumən vizual-motor bacarıqlarda çətinlik çəkirlər. Asperger sindromlu uşaqların yuxuya getmək problemi var. Onlar gecələr tez-tez oyanır və səhər erkən durmağa meyilli olurlar. Həmin uşaqların öz duyğularını büruzə verə bilməmək halı aleksitimiya ilə əlaqədardır. Keyfiyyətsiz yuxu və aleksitimiya arasında sıx bağlılıq olmasına baxmayaraq onlar səbəb-nəticə əlaqəsini bilmirlər". Psixoloq onların danışıq qabiliyyəti barədə bunları deyib: "Asperger sindromlu uşaqlar ünsiyyət və sevgiyə qarşı diqqətli olmasalar da, danışıqdan istifadə etmək bacarığı qazanırlar. Onların ünsiyyət, informasiyanı əldə etmə və istifadə bacarıqları çox zaman atipikdir. Bu cür uşaqlarda söz qarışıqlığı, sözləri düzgün mənada şərh etməmək və bəzi nüansları səhv başa düşmək halları da olur. Asperger sindromlu uşaqların danışığı anlaşılmasa da, dediklərinin aydın eşidilməsi üçün bəzən yüksək tonla danışmağa çalışırlar. Xəstəliyin autizmə oxşarlığı olduğu kimi, fərqliliyi də var. Danışıq sahəsində həmin uşaqlarla loqopedlər məşğul olurlar. Asperger sindromlu uşaqlarda yaşlarına görə danışıqlarında da çətinliklər yaranır, söz və kəlmələri çox vaxt məcazi mənada işlədirlər. Onlar dostluq münasibəti qurmaqda bacarıqsız olur, ətrafdakılarla ünsiyyətdən zövq almır, sosial və emosional qarşılıq gözləmir, göz təması, üz ifadəsi, duruş, əl hərəkətləri kimi davranışlarda çatışmazlıqlar nəzərə çarpır. Bu uşaqlar soyuqqanlı olur, ətrafdakılardan tez ayrılmaq istəyir və özlərinə qapanırlar". Belə uşaqların müalicəsi barədə psixoloq bunları qeyd edib: "Asperger sindromlu uşaqların müalicəsi yaşa uyğun sosial və peşə bacarıqları öyrətmək, əsas əlamətlərə əsaslanan müalicələrdir. Lakin ən yaxşı müalicə üsulu kimi qəbul olunan bir üsul yoxdur, sadəcə olaraq klassik tibbi fikri rəhbər tutmaq lazımdır: müalicə nə qədər erkən olarsa, normaya doğru inkişaf da bir o qədər sürətli gedər. Müalicə digər yüksək funksiyalı Asperger sindromu nəticələrinə bənzəsə də, onlardan fərqli olaraq dil bacarıqlarına, şifahi çatdırmanın güclü tərəflərinə və sözlə ifadə olunmayan ünsiyyətin zəif tərəflərinə daha çox diqqət yetirilir. Asperger sindromlu uşaqlarda müalicə proqramının tipik məzmunu fərdlərarası təsirli qarşılıqlı ünsiyyət üçün sosial bacarıq təhsili, depressiya və həyəcan kimi problemlər üçün dərman müalicəsi, motor koordinasiya üçün peşə və ya fiziki müalicə, xüsusilə evdə istifadə ediləcək davranış texnikalarının valideynlər tərəfindən öyrədilməsi və dəstəklənməsindən ibarətdir. Hazırda bir çox araşdırmalar sindromun irsiyyətlə bağlı olduğunu üzə çıxarsa da, onun dəqiq səbəbi öyrənilməyib. Asperger sindromunun müalicəsi birtərəfli aparılmamalı və xəstəliyin müalicəsində əsas aparıcı hissəni davranış terapiyası təşkil etməlidir, çünki həmin sindromlu uşaqların diqqət və mənəvi dəstəyə çox böyük ehtiyacı var".(azərtac)
Boşanma mərhələsi həm yetkin insanlar, həm də uşaqlar üçün asan deyil. Streslə dolu olan boşanma cütlüklərin həyatında yeni bir yol çəkməsi ilə yanaşı, uşaqların da sosial və mənəvi həyatında vacib rola malikdir. Psixoloq.az bildirir ki, bəs uşaqlar yeniyetməlik dövründədirsə? İlkin yeniyetməlik dövründə, yəni 9-12 yaş aralığında uşaqlar bir çox yeni sosial və zehni qabiliyyətlər qazanır. Bu dövrdə həyatdakı ən vacib insanlar həmcinsləri olur. Qarşı cinsə maraq hələ yeni başlayır. Dəyişən bədən formasının da təsiri ilə güzgü qarşısında uzun vaxt keçirir, özləri ilə bağlı xəyal və düşüncələrə sahib olurlar. Yeniyetməlik dövrünün xüsusiyyətləri uşaqların ana atalarının boşanma qərarına verdiyi reaksiyanı əslində bir qədər yüngülləşdirir. Çünki bu dövrdə onlar üçün maraqlı olan şey özləri və həmyaşıdlarıdır. Bəs boşanma qərarını necə açıqlamalı? - Xüsusilə bu yaşlarda uşaqların imtahan dövrü başlayır. Buna görə də evdə psixoloji gərginliyin olmaması vacindir. Boşanma ilə bağlı açıqlamalar məktəb qurtardıqdan sonra, yay aylarında edilməlidir. - Həyat yoldaşınız ilə ortaq bir danışıq tərzi müəyyənləşdirməli və vəziyyəti övladınıza açıqlamalısınız. - Boşanma qərarı ən sadə sözlər ilə və konkret misallarla açıqlanmalıdır. Onun böyüdüyünü düşünərək çox xırdalıqlara getməməlisiniz. - Söhbət əsnasında ata ilə ana eyni qədər danışmalıdır. Əks halda uşaq onlardan birinin tərk edildiyini düşünə bilər. - Onunla bağlı qərarların yenə ata-ana olaraq sizin tərəfinizdən alınacağını ona bildirməlisiniz. - Bu söhbətdən ən çox 1-2 həftə sonra evlərin ayırılması idealdır. Bu müddətdə uşaq cavab axtardığı suallarını da sizə vermək fürsəti tapa bilər. - Yaşlarına görə çox reaksiyasız ola və ya həddindən artıq reaksiya verə bilərlər. - Sizin üçün çətin olsa da yorğun, melanxolik olmamağa, ağlamamağa və həyat yoldaşınız haqqında mənfi danışmamağa çalışın.(gencaile.az)