Əvvəla onu qeyd edim ki, bu bir neçə mərhələli prosesdir. 1. Öncə uşaqlara fərqliliklərdən danışın. İnsanların bir-birindən fərqli olmasını nümunələrlə izah edin. Məsələn: sarı və ya qara saç, uzun və ya qısa boy, dolu və ya arıq, əsmər və ya ağbəniz, zarafatçıl və ya ciddi. Sonra bacarıqların da fərqli ola biləcəyindən. Biri rəsm çəkməyi sevirsə, digəri rəqs etməyi sevir. Biri yemək bişirməyi çox yaxşı bacarırsa digəri gözəl yazılar yazmağı və s. 2. İkinci mərhələdə mütləq hörmət etməyi aşılamalısınız. İzah etməlisiniz ki, insanlar hər necə görünürlərsə, hər nəyi bacarır və ya bacarmırlarsa onlar istəyirlər ki başqaları onları anlasın, hörmət etsin, olduğu kimi qəbul etsin. Məsələn dərslərini sənin kimi yaxşı dərk edə bilməyən bir uşaq istəməz ki, sən ona bacarıqsız deyib təhqir edəsən, ondan uzaqlaşasan. İstəyər ki yanında olasan, ona dəstək olasan. Fikrimcə sən də bunu istəyərdin. 3. Və sonunda izah edin ki bizim ətrafımızda bəzi fərqlilikləri olan insanlar var. Məsələn bir ayağı olmayan və ya danışdıqlarımızı eşitməyən, ya da gözləri görməyən. Onlar hansısa bədən orqanına görə fərqlidirlər. Biz insanlar bütün fərqliliklərimizlə gözəlik və bir-birimizə dəstək olmalıyıq. Əgər uşaqlar sizə gördüyü bir fiziki məhdudiyyəti olan insan haqqında sual versə ona qısa və sadə cümlələrlə izah verin. Əgər fiziki əngəlli şəxs tanışdırsa və özünün də icazəsi varsa şərait yaradın o özü uşağa məlumat versin. Və başqa mövzulardan da müzakirə etsinlər. Söhbət yalnız əngəllər üzərində qurulmasın. Əgər övladınızın bu mövzuda sizi narahat edən yanlış davranışları varsa ona bu mövzunu nağıl şəklində də danışa bilərsiniz. Nağıl zamanı bir gəlincikdən (hər hansısa bir hissəsi olmayan) istifadə etmək təsirli olar. Ümumiyyətlə uşaqların bir hissəsi qırılmış oyuncaqlarını (təbii ki kəsici hissəsi yoxdursa) atmağı məsləhət görmürəm. Onun digər oyuncaqlardan fərqli olduğunu və belə də onunla oynaya biləcəyini öyrədin. Pedaqoq Lalə Məhərrəmli
“Evlənməkdən qorxuram. Evləndikdən sonra evimi təmin edə bilməyəcəyimdən narahatam. Nə edə bilərəm?” Hər qorxunun arxasında qorxuya səbəb olan, onu oyandıran səbəblər var. Qorxu yaradan səbəblər əgər tapılsa, onun neqativtəsirlərindən də qurtulmaq olar. Müalicədən əvvəl xəstəliyin səbəbini araşdırmaq nə qədər önəmlidirsə, qorxunun aradan qaldırılmasında da qorxunu meydana gətirən səbəblərin, fikirlərin tapılması o qədər önəmlidir. Evlilikdəki qorxulardan bir neçəsini saymaq lazımdırsa “dolanışıq” qorxusu, “Xöşbəxt ola bilmərəm, sevilmərəm” qorxusu başda gəlir. Bir insanın evliliklə bağlı qorxuları eyni zamanda onun evliliyə baxış tərzindən də asılıdır.Məsələn deyək ki, bir insanda evliliklə bağlı dolanışıq qorxusu var. “Evlənsəm, ailəmi dolandıra bilərəmmi?“ Belə bir vəziyyətdə bu insan evlənəcəyi insanın gözləntilərinə diqqət yetirməlidir. Əgər evlənəcəyi insanın gözləntiləri çox yüksəkdirsə, məsələn, Londondan ətir gətirtdirən biridirsə təbii ki, bu qorxunun olması normaldır. Maddi gücü çox yaxşı olmayan birisinin belə bir evlilik nəticəsində dolanışıq problemi yaşayacağı açıqca görülən bir gerçəklikdir.Ərköyün böyüdülmüş, həyatın heç bir çətinliyindən xəbərdar olmayan , sanki, saraylarda yaşamış bir insanla evlənirsizsə, onun haqlı olaraq təlabatlarını, gözləntilərini düşünməlisiniz. Buna görə də evlənəcək olan insanların evlilikdən qabaq öz maddi durumlarını açıq və dürüst şəkildə çatdırmaları çox önəmlidir.KİMİNLƏ EVLƏNDİYİMİZİ BİLMƏYİMİZ EVLİLİYƏ SAĞLAM BAŞLAMAĞIN İLK ADDIMIDIR.Ancaq bunu da bildirməliyəm ki, evlilikdə maddi qayğılardan çox sevgi ön plandadırsa sevgi davam etdiyi müddətdə maddi problemlər , gözləntilər ikinci planda qalır və cütlüklərin xöşbəxtliyinə maneə olmur.Ümumilikdə isə araşdırmalarda daha çox rast gəldiyimiz evlilik qorxuları bunlardır:Ailədə ana ata arasında böyük problemlər yaşanıbsa, hələ ailə çevrəsində boşanmalar çox sıx baş vermişsə, bu vəziyyət evlənəcək olan insanlarda “Mən də evlənsəm eyni şeyləri yaşayaram” şəklində bir qorxuya səbəb olur. Bu düşüncə bir tərəfdən haqlı olaraq ortaya çıxır.Bəzi evliliklərdə qız uşaqlarının oxudulmasını zəruri sayırlar. Çünki, düşünürlər ki, əgər qız məktəb , universitet oxuyarsa , gələcəkdə bir peşəyə sahib olarsa və ailəsində problemlər yaşansa, boşanmaq məcburiyyətində qalarsa heç olmasa əlində bir sənəti olsun, öz ayaqlarının üstündə dura bilsin. Burda da evliliklə bağlı müəyyən qorxuların olduğu açıq görünür.Yenə də ailə içindəki sıxıntılar səbəbindən atasının yanlış davranışlarını görən bir qız “atam kimi bir yoldaşım olacaqsa, heç olmasın daha yaxşıdı” kimi fikirləşə bilər. Belə bir fikrin evlilik qorxusuna səbəb olacaq fikirlərdən biri olduğunu unudulmamalıdır.Bir uşaq evliliklə bağlı qorxu və qayğılar yaşayırsa, bunun ana və ata ilə bağlı bir yönünün olduğu bilinməlidir. Bu vəziyyət eyni zamanda ana və atanın uşaqlarına yaxşı bir evlilik modeli göstərmədiklərinin açıq göstəricisidir.Psixoloq Gülnar Həbibova
ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin fikrincə, yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular, stress, depressiya kimi ağır fəsadlarla qarşılaşmaq mümkündür. Psixoloq.az xəbər verir ki, alimlər bu qənaətə 50 yaşdan yuxarı 200 könüllünün üzərində aparılan tədqiqatların nəticəsində gəliblər. Alimlər iştirakçıların yuxu rejimini və davamiyyətini müşahidə ediblər. Mütəxəssislərin sözlərinə görə adətən bu istiqamətdə aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib. Məlum olub ki, eyni saatda yatıb-durmaq sağlamlıq baxımından mühüm rol oynayır. Normadan artıq yatmaq və ya az yuxu qəbulu bir sıra psixoloji problemlərə yol aça bilər. Gündəlik həyat vərdişlərinin dəyişdirilməsi beyin funksiyalarına mənfi təsir göstərir. Bu da nəticədə ağrı və sıxıntılara yol aça bilər.
Fastfood və digər sağlam olmayan qidalarla qidalanmaq depressiyaya səbəb olur. Bu İspaniya, Britaniya və Avstraliya alimlərinin birgə araşdırması nəticəsində müəyyən edilib. Ən xeyirli və eyni zamanda psixi sağlamlıq üçün faydalı olan pəhriz isə balıq, tərəvəz, meyvə və fındığın daxil olduğu pəhriz hesab edilib. Psixoloq.az bildirir ki, alimlər depressiya ilə qidalanma rasionunun əlaqəsinə həsr edilmiş 41 elmi iş üzərində araşdırma aparıblar. Müəyyən edilib ki, qidalanma insanın psixi vəziyyətinə təsir edir. Tərkibində yağ və şəkər olan yarımfabrikatlar təkcə mədədə deyil, eyni zamanda bütün orqanizmdə xroniki iltihablaşma prosesinin yaranmasına səbəb olur. Fastfood siqaret çəkmə, fiziki hərəkətin olmaması, piylənmə və çirkli ətraf mühit qədər təhlükəli hesab edilir. İltihablaşma öz növbəsində insanın psixiki vəziyyətinə də təsir edə bilir. İltihablaşma molekulları beyinə düşür və insanın əhvalını tənzimləyən neyromediatorların iş prinsipini pozur. "Bağırsağın kimyası beynin kimyasına bənzəyir. Buna görə də, bağırsağa təsir edən hər şey beyinə də təsir edir" - deyə doktor Kosmo Hollstrom deyib.(Sputnik Azərbaycan)
Qoç - çox mürəkkəb, ağır gündür. Sizə birbaşa dəxli olmayan münaqişəli situasiya yaranacaq. Məğlub tərəfi dəstəkləsəniz, itkilər verə bilərsiniz. Maliyyə maraqlarınızı müdafiə edin. Şübhəli layihələrə, avantüralara qatılmayın. Pulla və ya əmlakla risk etməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla mübahisələr adi günlərlə müqayisədə daha çox olacaq. Neqativ emosiyaların təsiri altına düşməyin. Sadəlövh insanların təkliflərinə aldanmayın. Axşam saatlarında normal istirahət edin. Buğa - asan olmayan, qarışıq və laübəli gündür. Məqsədə aparan yolda ciddi problemlər və çətinliklərlə qarşlaşmağınız istisna deyil. İradəli və qətiyyətli olmaqla bahəm, inadkar olun. Tərəfdaşlarla müttəfiqlər sizi dilə tutaraq optimal variant təklif etsələr də, məqbul bildiyiniz yolu seçin. Maraqlarınız və sizə bel bağlayan insanların istəkləri arasında seçim məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında qərarlarınızla əməlləriniz yaxın ətrafınızdakı insanlara qəribə təsir bağışlaya bilər. Axşam saatlarında aktiv olun. Əkizlər - gün maraqlı görüşlər vəd edir. Sizi tez anlayacaq, hisslərinizi dərk edəcək insanla qarşılaşa bilərsiniz. Bu gün başlayacaq romantik münasibətlər harmonik inkişaf edə bilər. Bunun üçün hadisələrə süni təkan verməyin, təzyiq və ya pressinqə əl atmayın. Günün ikinci yarısında enerjiniz dağıdıcı səciyyə daşımamalıdır. Texnika və ya avadanlıq sıradan çıxa bilər. Sükan arxasında çox vaxt keçirməyə dəyməz. Axşam saatlarında gəzintiyə çıxın. Xərçəng - diqqətli, sayıq, sərvaxt olun. Xırdalıqlara və ilk baxışdan önəmsiz təsir bağışlayan detallara fikir verin. Yaxın gələcəklə bağlı qayğılar, təlaş sizdə narahatlıq yarada bilər. Bütün diqqəti mühüm, aktual işlərə yönəldin. Maraqlı təkliflər alsanız da, tələsməyin. Tələsik qərar ziyanlıdır. Amma süst və astagəl də olmayın. Geciksəniz, bədxah və ya rəqiblərdən biri sizi mütləq şəkildə qabaqlayacaq. Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Problemlərin həllində orijinal olun. Yardım istəməkdən çəkinməyin. Şir - sənədlərlə iş və ya hesablamalarla müqayisədə ünsiyyət, təmaslar daha xoş keçəcək. Dəqiq və səliqəli olun. Sayıq davranmağınız gərəkən yerdə düşünülməmiş addımlar atsanız, çox ağır fəsadlarla qarşılaşa bilərsiniz. Yaradıcı yanaşma tələb edən işlərdə isə irəliləyişlər ola bilər. İntuisiya sizə dürüst yolu göstərəcək. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Günün ikinci yarısında səfər və ya səyahətə çıxmaq fikriniz varsa, bunun düşündüyünüzdən artıq vaxt aparacağına hazır olun. Şəxsi münasibətlərdə yaranmış problemin həlli ilə bağlı mühüm xəbər ala bilərsiniz. Ehtiyatlı olun, düşünülməmiş addım atmayın. Qız - həyatınızda köklü dəyişikliklərə nail olmaq istəyirsiniz? Bu gün işə başlayın. Situasiyanı dərindən hiss etməyə çalışın. Mövqeyinizi məntiqi arqumentlərlə dəstəkləyə bilməsəniz də, irəliləyin, aktiv olun. Boş dayanmayın. İntuisiyanız güclüdür. Az sonra baş verə biləcək hadisələri qismən də olsa, təxminləməyə çalışın. Günün ikinci yarısında orijinal ideyaları, maraqlı təklifləri olan insanlar sizə müraciət edəcəklər. Səfər və səyahətlər üçün əlverişli zamandır. Yolda xoş təəssüratlarla qarşılaşa bilərsiniz. Tərəzi - yaxşı çalışa bilərsiniz. Peşəkar məsələlərin öhdəsindən gəlmək üçün var gücünüzlə çalışın. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri azdır. Sevdiyiniz insanla təmaslarda ciddi fikir ayrılığı və ya ixtilaf yarana bilər. Güzəşt əldə etmək, ortaq məxrəcə gəlmək çətinləşir. Günün ikinci yarısında hadisələrə süni təkan verməyin. Az sonra yeni şərtlər yaranacaq, yeni məlumat əldə edəcəksiniz. Sövdələşmə və ya razılaşmaya nail olmaq mümkündür. Alış-veriş üçün münasib vaxtdır. Bədxərclik etməyin, pullarınızı ağılla xərcləyin. Uzaq perspektivlə bağlı planlar qurmaq olar. Situasiyanı ciddi təhlil edin, durumun mənfi və müsbət yönlərini dəyərləndirin. Əqrəb - şəxsi münasibətlərdə pozitiv dəyişikliklər ola bilər. Yaxınlarınızla təmaslarda harmoniyaya can atın. Sevdiyiniz insanları anlamağa, onları dinləməyə çalışın. İşlərinizdə ertələmə və ya təxirəsalmalara yol verməyin. Ev işləri, yaşam arealında yenilikliklər üçün əlverişli zamandır. Kulinar eksperimentlər uğurlu olacaq. Günün ikinci yarısında fəaliyyətinizdə ciddi irəliləyişlər olmayacaq. Hətta ən kiçik uğurlarınız belə yaxın ətrafınızdakı insanlardan birində hədsiz paxıllığa səbəb olacaq. İşdə rəhbərliklə mübahisə etməyin. Oxatan - ehtiyatlı olun. Travmalar, zədələr riski var. İtkilər, xoşagəlməz hadisələr istisna deyil. Təkbaşına çalışmaqdan, şübhəli işlərə, aşkar avantüralara qoşulmaq ideyasından çəkinin. Məhkəmə çəkişmələri, hüquqşünaslarla məsləhətləşmə, əmlak məsələlərinin həlli üçün əlverişsiz zamandır. Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edə bilərsiniz. Şəxsi münasibətlərdəki problemi həll etmək üçün özünüzə kənardan baxın, davranışınızda dəyişikliklər edin. Axşam saatlarında aktiv istirahəti seçin. Oğlaq - başqalarının problemlərini həll etmək üçün izafi səylər göstərməyin. Öz çətinliklərinizin aradan qaldırılmasının yollarını düşünün. Çoxdan bəri sizə qarşı məkrli planlar quran bədxahlardan birinin öhdəsindən gələ bilərsiniz. Sürəkli mübarizə apardığınız insanı tərksilah edin. Aktiv, enerjili, iradəli olun. Günün ikinci yarısında rəqiblərinizi üstələməyin variantlarını hesablayın. Dəvət olunduğunuz yerə qatılmaq üçün pis vaxt deyil. Maraqlı tanışlıq və yaddaqalan görüş sizi gözləyir. Dolça - yaşamınızı çətinləşdirməyin, həyatınızda əlavə problemlər yaratmayın. Dəqiq və sərrast qərarlar göz qarşısındadır. Çətinliklərin həlli üçün baş sındırmayın. Sadəcə, istədiyiniz variant seçin. Qeyri-formal şəraitdə həmkarlarla görüş və müzakirə üçün münasib zamandır. Şaiyə və iddialardan faydalı məlumat əldə etmək olar. Dəyər verdiyiniz insandan günün ikinci yarısında maraqlı xəbər alacaqsınız. Qəfil dəvət ola bilər. Sadə, səmimi, təvazökar davranın. Belədə ətrafınızdakı insanların diqqətini cəlb edə bilərsiniz. Balıqlar - mürəkkəb, ziddiyyətli, qarışıq və gərgin gündür. Əhvalınız tez-tez dəyişəcək. Hər şeyə rəğmən nikbin davranın, özünüzə əmin olun. Bədbinliyə qapılmayın, ruhdan düşməyin. Maraqlana biləcəyiniz işi tapmaq asan deyil. Günün ikinci yarısında macəra, yaddaqalan istirahət istəyi yarana bilər. Fəqət bu arzular çin olmayacaq. Axşam saatlarında gəzintiyə çıxın. Bir qədər fiziki iş pis olmaz. Milli.Az
Azərbaycanda sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütununu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 28-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Qış fəsli yaxınlaşır, havalar soyuyur. Bu zaman insanlar özlərini kefsiz, ruhən aşağı hiss edə bilərlər. Bu isə qış depressiyasından xəbər verir. Qış depressiyasının əlamətləri: • Emosional sferanın pozulması — əhvalın azalması, özünü günahkar hiss etmə, özünüdəyərləndirmənin itməsi, müxtəlif məşğuliyyətlərə marağın azalması, daimi həyəcan hissinin olması, həssaslıq, oyanıqlıq və s .• Yuxu pozğunluğu, yuxusuzluq • Yaddaşın azalması, intellektual səviyyənin enməsi • İş qabiliyyətinin aşağı düşməsi • İştahanın azalması • Həzm pozğunluqları • İmmun sistemin zəifləməsi • Özünəqapanma • Sosial problemlərin yaranması və s.
1. Biri ilə danışanda sözünü kəsirsinizmi? a) Heç vaxt. b) Bəzən. c) Bəli. 2. Biri ilə danışanda üzünə baxırsınızmı? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 3. Biri sizinlə danışanda qulaq asdığınızı ona hiss etdirirsinizmi?a) Bəli.b) Bəzən.c) Heç vaxt. 4. Yeni tanış olduğunuz insanların adını öyrənməyə çalışırsınızmı? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 5. Yeni tanış olduğunuz insanlarla rahat danışa bilirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 6. Biri ilə danışanda sözlərdən düzgün istifadə edib-etmədiyinizə diqqət yetirirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 7. Biri sizinlə danışanda dediklərini dinləyirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 8. Biri ilə danışanda təbəssüm edirsinizmi? a) Bəli. b) Bəzən. c) Xeyr. 9. Biri ilə danışanda bədən dilindən istifadə edirsinizmi? a) Bəli. b) Bəzən. c) Xeyr. 10. “Sabahınız xeyir”, “Axşamınız xeyir”, “Salam”, “Sağ ol” və s… kimi sözlərdən istifadə edirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. Və nəticə…“a” bəndi çoxluq təşkil edənlər:Ünsiyyət qabiliyyətinizin yüksək olduğunu və insanlarla həm rahat, həm də “keyfiyyətli” ünsiyyət qurduğunuzu deyə bilərik. Böyük ehtimal ki, bu qabiliyyətinizə görə ətrafınızda da həm çox sevilir, həm də çox sayılırsınız. “b” bəndi çoxluq təşkil edənlər:İnsanlarla ünsiyyət qurarkən nəyə (və ya nələrə) diqqət yetirməli olduğunuzu bilir, ancaq diqqət yetirməkdə çətinlik çəkirsiniz. Ancaq geridə qaldığınız sahələrdə daha çox səy göstərə və bu “çətinliyi” aradan qaldıra bilərsiniz. “c” bəndi çoxluq təşkil edənlər:İnsanlarla düzgün ünsiyyət qurmaq təkcə bizim qarşı tərəfə sözümüzü (yəni fikrimizi) düzgün ifadə etməyə imkan vermir, həm də özümüzü düzgün ifadə etməyə imkan verir. Əgər başqaları tərəfindən diqqət görmək istəyiriksə, insanlarla ünsiyyətimizə diqqət yetirməliyik. Yerində danışmaq, yerində susmaq, danışarkən özümüzü düzgün ifadə etmək, qısa danışmaq, konkret danışmaq və s… bütün bunlar ünsiyyətin əsas xüsusiyyətləridir. Özümüzü ifadə edərkən “çətinliyə” düşməmək üçün isə ünsiyyət qabiliyyətimizi inkişaf etdirməliyik.
Psixologiyanın vəzifələrinə bunlar daxildir: Psixi hadisələrin inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək, insan davranışlarını araşdıraraq ümumi qanun və qanunauyğunluqlar əldə etmək.Hər bir yaş dövrünün psixi inkişafda yaş mərhələlərini müəyyənləşdirmək.Hər bir yaş mərhələsində üzə çıxan fərdi psixoloji fərqləri müəyyənləşdirmək.Psixi hadisələri və onların qanunauyğunluqlarını öyrənməklə yanaşı, bu psixi hadisələrin idarə olunma yollarını müəyyənləşdirmək.Cəmiyyətin hər bir üzvünün hərtərəfli inkişafını təmin etmək, insana sosial mühitə uyğunlaşmaqda yardımçı olmaq.Müasir dövrdə psixoloji araşdırmaların nəticələrindən bir çox sahələrdə- təhsil, tibb, sənaye, iqtisadiyyat və s. kimi sahələrdə yararlanılmasmı təmin etmək.
Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə mövcuddur. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük. Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. Psixolinqvistika olduqca gənc elmdir. Qeyd edək ki, elm, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlib.
Psixologiya termini iki yunan sözünün “psiyuxe”-ruh, ruhi aləm “loqos” elm, öyrənmək bilik səzlərinin birləşməsindən əmələ gəlir. Psixologiya – psixika haqqında elmdir. Psixologiyanı bilmək üçün ilk öncə onun predmetini təşkil edən anlayışları öyrənmək lazımdır. Psixikaya daxil olan anlayışlar psixi hadisələr adlanır. Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər. 1.Psixi proseslər 2.Psixi hallar (vəya psixi halətlər, vəziyyətlər). 3.Psixi xassələr (və ya xüsusiyyətlər).Psixi proses – termini psixi faktın dinamikasını nəzərə çapdırır. Məs. əlimə tikan batdı. Ağrı duyğusu əmələ gəldi, davam .etdi (10 san) sonra keçdi. Psixi halət – termini psixi faktın nisbi davamlılığını bildirir. Məs. Utancaqlıq, nədənsə utanmaq hissi bir neçə gün davam edə bilər. Psixi xassə - termini psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Məs. Iki şagirddən biri sakitdir, digəri, coşğundur, biri ünsiyyətlidir, digəri isə qaradinməzdir.
Hər bir insan müəyyən zamandan sonra həyatdan yorulur. Bu zaman isə müəyyən tədbirlər görülməlidir, əks alda depressiyaya düşmək ehtimalı yüksəlir. Psixoloq.az xəbər verir ki, psixoloqlar aşağıdakı vasitələrin insan həyatını yaxşılaşdırmasında müsbət rol oynayacağını düşünürlər. 1. Daha çox ev bitkisi alın Ev bitkisinin bahalı olması mütləq deyil. Bir budağı dostlarınızdan götürüb əkə bilərsinizMüəyyən edilib ki, evdəki bitkilər stress səviyyəsini azaldır və insanı xoşbəxt olmağa məcbur edir. Necə?Bitkilər hər şeydən əvvəl karbonu udub oksigeni ifraz etməklə bizim yaxşı nəfəs almağımıza köməklik edir. Bəzi bitkilər hətta havanı gündəlik həyatda məişətdə istifadə etdiyimiz kimyəvi maddələrdən də təmizləmək bacarığına sahibdir.Parlaq yarpaqlar və rənglər ən azından insanın əhval-ruhiyyəsini qaldırır. Heç bir şeyi gözləmədən özünüzə Spathiphyllum bitkisini alın.2. Bədəndəki nəmliyin səviyyəsini qoruyunGün ərzində çoxlu su içmək sağlamlığın təminatıdırSu insan orqanizminin başlıca komponentidir. Qadınlarda bu, təqribən ümumu kütlənin 55%-ni, kişilərdə isə 60%-ni təşkil edir.Bədənin normal işləməsi üçün su əhəmiyyətlidir. Ona görə də bizim həyat enejimizin səviyyəsinin, konsentrasiya bacarığımızın və ümumilikdə sağlamlığımızın nə qədər su içməyimizdən asılı olması təəccüblü deyil.Əgər sizə sadə suyu içmək çətindirsə, o zaman suya bir limon, xiyar dilimi və ya zəncəfil kökü ata bilərsiniz. Əgər siz mütəmadi su içməyi unudursunuzsa, günümüzdə "su içmək zamanıdr" deyərək bunu sizə xatırladacaq müxtəlif tətbiqlərdən istifadə edə bilərsiniz.3. Evdə dəyişikliklər edinÇarpayının altındakı və şkafdakı lazımsız əşyalardan xilas olun.Belə bir nəzəriyyə mövcudddur ki, evdəki ab-hava bizim əhval-ruhiyyəmizə, yuxunun keyfiyyətinə və fəallıq səviyyəmizə təsir göstərir.Buna əmin olmaq istəyirsinizsə yataq otağından başlayın. Pəncərəni açıq saxlayın, otağa daha çox təmiz hava və təbii işığın daxil olmasına şərait yaradın. Çarpayının altındakı və şkafdakı lazımsız əşyalardan xilas olun.Əgər siz başqa səviyyəyə keçməyə hazırsınızsa o zaman siz fenşuy Çin (təbiətdə olan enerjini yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi) kitabını oxumalısınız. Bu qədim ənənədir, hansı ki adı "külək-su" kimi tərcümə olunur.Onun mahiyyəti fiziki sağlamlığın Tsi enerjisinin - həyat qüvvəsinin insanın yaşadığı ərazidə necə hərəkət etməsindən asılı olmasından ibarətdir.Əgər siz hətta mebeli fenşuya uyğun yerləşdirərək Tsi enerjisini hiss etməsəniz belə ev onsuz da təmiz və rahat olacaq.4. Evin divarlarını boyayınEvdəki divarların rəngi də əhval-ruhiyyəyə təsir göstərir. Məsələn, yaşıl rəng təbiətin təcəssümüdür, harmoniya tapmağa və rahatlanmaga kömək edir.Mavi - sakitləşdirir və hətta yatızdırır. Bu rəng yataq otağı üçün çox uyğundur, yuxunun keyfiyyətini yaxşılaşdırır.Qırmızı rəng arzuolunan deyil. O, bizi tez-tez nəfəs almağa məcbur edir və bu da ürək döyünütüsünü artırır və təzyiqi yüksəldir.5. Quşların nəğməsini dinləyinQuşların nəğməsini lent yazısında da dinləmək olar - effekt eynidirBu, qəribə səslənə bilər. Lakin King`s College London-un alimləri müəyyən ediblər ki, quşaların nəğməsi bizim psixi vəziyyətimizi ən azı 4 saatlığa yaxşılaşdırmağa qadirdir. Könüllülərdən müxtəlif tətbiqlərin köməyilə bir günlük şəhər həyatındakı vəziyyətlərini və əhval-ruhiyyələrini qeyd etmələri xahiş olunub.Nəticələr göstərib ki, kim ki, ağacın altında oturub quşların nəğməsini dinləyib və ya sadəcə buludları müşahidə edib, günün sonunda onlar özlərini digərlərindən yaxşı hiss ediblər.Alimlər günün bir parçasını təbiətdə keçirmək imkanı olmayanlara belə bir məsləhət veriblər: quşların nəğməsini telefonunuza yükləyin, qulaqcıqları taxın, gözlərinizi yumun və bir-birinə tərəf axan təpələri təsvir edin.6. Pişik saxlayınBelə bir pişik sözün əsl mənasında həyatınızı xilas edə bilərAraşdırmalar göstərib ki, pişiyi sığallamaq müalicəvi effekt verir.Minnesota Universiterinin nəzdində olan İfliclərin Öyrənilməsi İnstitutunun alimləri 10 il ərzində 4 min könüllünü müşahidə ediblər. Məlum olub ki, pişik sahiblərinin infarkt və iflic xəstəliyindən ölmə riski digərlərinə nisbətən 30% aşağıdır.Əgər sizin pişiyiniz yoxdursa, dostlarınızdan birindən arada onların pişiyini ziyarət etməsinə icazə vermələrini xahiş edin. Bundan başqa, sahibləri uzaqda olan pişiklərə və itlərə baxmaq xidmətinə tələbat çoxdur. Bu, ev heyvanı saxlamadan onlarla ünsiyyət qurmaq üçün yaxşı imkandır.7. Tez-tez gülünVaxtınızı sizə əyləncəli olan dostlarınızla keçirinGülüş əzələlərdəki gərginliyi aradan qaldırır, qan dövranını yaxşılaşdırır və qana azot oksidinin daxil olmasına şərait yaradır. Bu, bizim immun sistemimizi fəallaşdırır.Bundan başqa, gülüş stress hormonlarının zəifləməsinə və bizim vəziyyətimizi yaxşılaşdıran və təbii ağrıkəsici rolunu oynayan kimyəvi komponenti - endorfini ifraz edir.Və bu belədir - gülüş can dərmanıdır.Vaxtınızı sizə əyləncəli olan dostlarınızla keçirin, komediyaya baxmağa gedin. Əgər insanlar arasına çıxmaq istəmirsinizsə, özünüzə bir içki süzün və sevimli videolarınıza baxın.8. İşə skandinavlar kimi yanaşınKim qəhvə ilə kökədən imtina edər? Xüsusilə də işin qızğın vaxtındaSkandinaviya ölkələri - İsveç, Finlandiya və Norveç sakinləri dünyanın ən xoşbəxt insanları hesab olunur. Bəzi vərdişlərin sayəsində onlar hətta iş zamanı belə xoşbəxt və sağlamdırlar.İsveçlilər, məsələn "fika" (işdə fasilə etmək ənənəsi) adlı ənənəni təcrübədən keçirirlər. Hər gün həmkarlar bir yerə toplanır, qəhvə içir və qənnadı məmulatı (evdə bişən arzuolunandır) yeyirlər. Bu cür fasilələr nəinki rəhbərlik tərəfindən dəstəklənir və həm də məcburi hesab olunur.Sizi işlə təmin edəndən soruşun, bəlkə o da belə bir ənənə yaratmaq istəyir? Beləliklə, xoşbəxt iş mühiti məhsuldarlığın təminatıdır.9. Çox yatınİstirahət bizim psixoloji vəziyyətimiz üçün pəhriz və idman kimi çox vacibdir. Yorğunluq immunitetin zəifləməsinə, stress hormonlarının yüksəlməsinə, narahatlığa və depressiyaya gətirib çıxarır.Axı məhz yuxu zamanı bizim orqanizm bərpa olunur və narahatlıqları aradan qaldırır. Var gücünüzlə yuxunuzu yaxşılaşdırmağa cəhd göstərin: yataq otağı gözəl və sakit olmalıdır, gecə yemək yeməyin və bütün cihazları söndürün.Telefonun işığı sizin yuxuya getməyinizə mane olacaq. Və günün ikinci yarısında istehlak etdiyiniz kofeinin miqdarını azaldın.(milli.az)
Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar. İclasda Əli Əhmədov bildirib ki, Azərbaycanın dərman bazarının bol çeşidli preparatlarla zənginləşməsi, ölkə vətəndaşlarının keyfiyyətli dərmanlarla təmin olunması, dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlar bir sıra yeni təkliflərlə çıxış ediblər. “Ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir”, - deyən Baş nazirin müavini bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb. Əli Əhmədov Azərbaycanda hər növdən olan dərman vasitələrinin əlçatanlığının səhiyyəmizin inkişafına təkan verəcəyini qeyd edib. “Hesab edirəm ki, dərman bazarında əlçatanlıq təmin olunmalıdır. Digər tərəfdən, dərman preparatlarının idxalı əsasən Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi dərmanlara istinad edilməsi meyarlarına əsaslanmalı, bütün idxal proseduru ciddi şəkildə sadələşdirilməlidir. Bunun üçün də Dövlət Gömrük Komitəsi dünya təcrübəsinə əsaslanaraq yeni təkliflərlə çıxış etməlidir. Eyni zamanda, dərmanların keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən gücləndirilməlidir. Lazım gəlsə, normativ hüquqi aktlarda dəyişiklik edilə bilər. Əminəm ki, bu təkliflərin əsasında qanunvericilikdə edilən dəyişikliklər vətəndaşlarımızın həm rahatlığına, həm də sağlamlıqlarının qorunmasına xidmət edəcək”, - deyə Əli Əhmədov vurğulayıb. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, səhiyyə naziri Oqtay Şirəliyev və digər aidiyyəti qurumların rəhbərləri bu sahədə dünya təcrübəsindən yararlanaraq tez bir zamanda yeni təkliflərlə çıxış edəcəklərini bildiriblər. İclasda dərman vasitələrinin qeydiyyata alınması, ölkəyə gətirilməsi və gömrük məntəqələrində rəsmiləşdirilməsi qaydalarının qısa vaxt ərzində əsaslı şəkildə sadələşdirilməsi barədə tapşırıq verilib.
Qoç - günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır. Günün ikinci yarısında eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun. Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın. Buğa - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın. Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın. Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın. Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur. Əkizlər - faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin. Günün ikinci yarısında uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun. Vicdanınızla sövdələşməyə çalışmayın. Xərçəng - işlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın. Günün ikinci yarısında təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin. Axşam saatlarında gəzintiyə çıxın. Şir - yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla yeni layihəyə başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin. Axşam saatlarını ailə üzvlərinə ayırın. Qız - faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin. Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq bilin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər. Axşam saatlarında normal istirahət edin. Tərəzi - tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız, situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun, amma aradabir yaradıcılıq axtarışlarına çıxın. Hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist, təşəxxüslü olmayın. İstəklərinizi pərdələməyin. Niyyət və arzularınızı dilə gətirin. Əqrəb - danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək. Günün ikinci yarısında ilkin razılaşdırmalar olmadan yeni layihəyə başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın. Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır. Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar etdiyi sirri yaymayın. Oxatan - məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və ehtiyaclarını nəzərə alın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan ağır fəsadlara səbəb ola bilər. Perspektiv əlaqələrə üstünlük verin. Oğlaq - məqsədləri konkretləşdirin, hədəfləri təftişə uğradın. Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi informatik səviyyənin yüksəldilməsi - bütün bunlar aktualdır. İş yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna deyil. Günün ikinci yarısında layihəni genişləndirin. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır. Dolça - bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın. Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar. Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq, elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət göstərənlər üçün əlverişli zamandır. Günün ikinci yarısında indiyədək əldə etdiyiniz təcrübədən və baza materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin. Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz. Tərəfdaş və şəriklərlə təmaslarda ədalətli, vicdanlı davranışın ən yaxşı siyasət olduğunu unutmayın. Balıqlar - intizamlı olmasanız, görəcəyiniz işlə bağlı yetərincə məlumatlar əldə etməsəniz, gün pis başlayacaq. Uğursuzluğa düçar olmamaq üçün diqqətli və sayıq davranın. Hər şey ani qaydada əldə olunmur. Sizdən tələb olunanları anlayın və yaranmış durumdakı şərtləri çək-çevirsiz qəbul edin. Günün ikinci yarısında intuisiya işlək deyil. Qaydalara, situativ modellərə, təlimatlara əməl edin. Ağır və çətin şəraitdə ifrat dərəcə müstəqil olmağa can atmayın. Mütəxəssisdən yardım istəməkdə qəbahət yoxdur. Dövlət qurumlarına baş çəkməyi ertələməyin. Bu minvalla çoxsaylı suallara cavab tapmaqla yanaşı, səhvlərdən də sığortalana bilərsiniz. Milli.Az
Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır. Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır. Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.Başqasına güvənə bilmək üçün öncə özünə güvənmək lazımdır. Güvənsiz yaşanan bir sevgi içindən çıxmaq mümkün olmayan bir çuxurdur. “Qısqanmağım mənim sevgilimə, həyat yoldaşıma, ərimə güvənmirəm demək deyil, mən ona güvənirəm, ancaq ətrafdakı qadın və kişilərə güvənmirəm". Yəqin ki, qısqanc adamlardan ən çox eşitdiyiniz cavab məhz budu.Həddən çox qısqanan insanların sədaqətsizlik göstərmə ehtimalı çox yüksəkdir. Bir insanı sevmək üçün ilk öncə özünüzə güvənməlisiniz. O sizin uşağınız, ata-ananız deyil ki, ona güvənmədən onu sevirsiniz. Qısqanc insanlar yenə də bu deyilənlərlə razı olmayıb, qısqanmalarını sevgilərinin ifadəsi kimi qəbul edib, özlərinə haqq qazandırmağa çalışırlar. Fərizə Əhmədova
Gündəlik yaşanılan streslər, hadisələr insanın əsəb sisteminə mənfi təsir göstərir. Ancaq təəssüf ki, tibbi cəhətdən psixoloji müayinələrin üzərində ciddi dayanılmır. Psixoloq.az xəbər verir ki, psixoloji check uplar həm erkən diaqnoz baxımından həm də qoruyucu psixoloji sağlamlığının daha davamedici olması baxımından əhəmiyyətlidir. Müəyyən psixoloji problemlər hərkim tərəfindən mütəmadi şəkildə nəzarətdə saxlanılmalıdır. Psixiatr və ya psixoloqlar tərəfindən tətbiq olunan check uplar ümumi psixoloji vəziyyətin xəritəsini ortaya çıxarır. Məhz bu səbəbdən xarici ölkələrdə hər bir insanın öz psixoloqu vardır. Unudulmamalıdır ki, hər şey insan beyində başlayır.
Ötən gün sosial şəbəkələrdə şirkət rəhbərinin işə düzəlmək üçün müraciət edən xanıma qarşı seksual xarakterli mesajlar yazması müzakirəyə səbəb olub. Cəmiyyətdə şirkət rəhbərinin bu davranışı birmənalı qarşılanmayıb. Son zamanlar yaşlı kişilərin bu cür hərəkət etməsi barədə xəbərlər yayılır. Bu cür davranışlar nədən qaynaqlanır. Yaşlı kişiləri buna nə vadar edir? Bunun qanunvericilikdə hər hansı cəzası varmı? Məsələ barədə peşəkarların mövqeyini soruşduq. Psixoloq Vəfa Rəşidova oxu.az-a açıqlamasında bildirib ki, hər bir insan seksual xarakterli hərəkətlər etməyə meyilli olur: “İnsanlar bu meylini açıq şəkildə büruzə vermirsə, deməli, o, cəmiyyətdəki statusunu qorumaq üçün müəyyən bir formada özünü korreksiya edir. Təəssüf ki, hər adam bu cür addım ata bilmir. Seksual xarakterli hərəkət edən insan travmalı olur. Orta yaşlı şəxsin bu addımı atması onun psixoloji problemlərinin olmasından xəbər verir. Çünki o, yeniyetmə oğlan kimi davranır. Bu, onun emosional yaşının aşağı olmasından xəbər verir. Yəni 40-65 yaş arası adam bunu edirsə, 13-14 yaşlı yeniyetmə davranışı sərgiləyir. Əxlaqsızlıqdan əvvəl, psixoloji problemləri var və kifayət qədər sevgi görmür”. Psixoloq bildirib ki, bu cür davranan adamın güvənsizlik problemi də var: “Bütün psixoloji problemlərin kökündə güvənsizlik dayanır. Belə insanların düşüncəsində qadın zəif obrazdır. Öz aləmində, özünü qəhrəman kimi hiss etməyə çalışır. Bu yaşda bu cür hərəkət edən insanlar cinsi zəiflik yaşayırlar. Onlar monitor arxasında bir qadına qarşı bu cür hərəkət edən zaman özünü tamamlanmış hiss edir. Biz onunla söhbət etsək, o anlayacaq ki, ciddi problemləri var”. Vəfa Rəşidova qeyd edib ki, xanımlar iş üçün müraciət edən zaman şirkətləri araşdırmalıdır: “Cəmiyyətdə psixoloji pozğunluğu olan insanlar çoxdur. Diqqətli olmaq lazımdır. Ciddi bir şirkət rəhbəri işçisi ilə yazışmaz. İşə qəbul olmaq istəyən xanımın mesajla özü haqda məlumat verməsi, yazışması yanlışdır. Çünki o zaman burada ciddilikdən söhbət gedə bilməz”. Vəkil Xəyal Bəşirov isə bildirib ki, qanunvericiliyin tələblərinə görə, bir şəxs kiməsə münasibət təklif edir və həmin şəxs buna etiraz edirsə, burada cinayət məsuliyyətindən söhbət getmir: “Yetkinlik yaşına çatan şəxsə münasibət təklif olunub. O da qəbul etmirsə, cinayət işi açılmır. Burada, sadəcə, əxlaq normalarına zidd hərəkətlər var. Qanunvericiliyə görə, seksual xarakterli hərəkətlərə məcbur etmə, əmlakın məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər dediyiniz məsələdə məcburetmə olsaydı, yəni əlaqədə olmağa məcburetmə olsaydı, bu maddə olacaqdı”. Vəkil qeyd edib ki, xanım işə götürüləndən sonra ona qarşı sekual xarakterli hərəkətlər edilibsə, bu zaman cinayət işi açıla bilər:“Qadın məhkəməyə müraciət edə, məhkəmə bununla bağlı qərar verə bilər. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək. Azərbaycanın rayonlarında sentyabrın 28-dək qeyri-sabit hava şəraiti davam edəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
Uşaq Psixologiyasının əsası olan İnkişaf terapiyası, uşaqların 18 yaşına qədər inkişaflarını diqqət mərkəzində saxlayır və bu mərhələdə inkişaf problemlərinin terapiyasını və reabilitasiyasını əhatə edir. Uşaqların inkişafı sadəcə fiziki inkişafla məhdud olmayıb, nitqin inkişafı, sosial adaptasiya, motor bacarıqlarının inkişafı, psixoseksual və koqnitiv inkişaf kimi müxtəlif sahələrlə birgə düşünülməlidir. Son dövrlərdə inkişaf pozuntuları adı altında bir çox diaqnoz geniş yayılmağa başlamışdır. Bu pozuntuları yaşayan uşaqlar bacarıqlarını göstərməkdə çətinlik yaşayırlar. Bununla yanaşı, nevroloji və xromosom pozuntuları ilə bağlı xəstələiklər yaşayan uşaqlarda qabiliyyət itkiləri ortaya çıxır. İnkişaf terapiyası, hər iki halda uşaqların qarşılaşdıqları çətinliklərin və ləngimiş bacarıqların mümkün olan səviyyəyə qədər reabilitasiyasını hədəfləyir. İnkişaf terapiyasının tətbiq olunduğu hallar: Nitq pozuntularıKoqnitiv / Zəka problemləriAutizmin spektr pozuntularıGeniş yayılmış inkişaf pozuntularıSensomotor pozuntularDiqqət catışmazlığı və hiperaktivlik pozuntusuDavranış pozuntularıSosial fobiya (Sosial Həyəcan Pozuntusu)Görmə və eşitmə ilə bağlı problemlərMotor pozuntularıAkademik uğursuzluq (meduna.az)
Uşaqların yaşadıqları emosional və davranış problemlərinə fokuslanan uşaq terapiyası geniş dairədə psixoloji problemləri əla alan və müxtəlif metodlarla bu problemlərin terapiyasına istiqamətlənən psixoterapiya sahəsidir. Uşaqlar da ən az böyüklər qədər psixoloji problemlərlə üzləşirlər. Böyüklərdən fərqli olaraq uşaqlar problemlərini sadəcə sifahi olaraq ifadə etməzlər. Bu baxımdan uşaqlarla aparılan pxisoterapiyalar sadəcə şifahi metodlarla limitli deyil.Uşaqlarda görülən psixoloji problemlər: A. Emosional PozuntularUşaqlıq depressiyasıDipolyar pozuntuDistimiya (kronik depressiya)Anksiyete (Həyəcan) PozuntularıObsessiv kompulsif pozuntuSosial fobiya (sosial həyəcan pozuntusu)Spesifik fobiyalarPosttravmatik stress pozuntusuPanik atakYuxu ProblemleriSomatoform PozuntularYemə PozuntularıAnoreksiya nevrozaBulimiya nevrozaHəddindən artıq yemə pozuntusuCinsi Şəxsiyyət PozuntularıDiqqət Çatışmazlığı və Hiperaktivlik PozuntusuMəktəblə Bağlı ProblemlərMəktəbə getməməAyrılıq anksiyetesiAkademik problemlərAdaptasiya problemləri Digər Sosial, Emosional və Davranış Problemləri(meduna.az)
Müasir həyatın bir parçası halına gələn internetin mənfi təsirləri uşaqlardan da yan keçmir. Günümüzdə böyüklərlə yanaşı azyaşlılar da internetin aludəçisinə çevrilirlər. Araşdırmalar göstərir ki, gün keçdikcə sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram və s.) istifadə edən uşaqların sayında artım müşahidə olunur. Bəs azyaşlıların sosial şəbəkələrdən istifadə etmələri nə dərəcədə doğrudur? Onların uşaqlara hansı müsbət və mənfi təsirləri ola bilər? Uşaqların hansı yaşda sosial mediadan istifadə etməsi düzgündür? Psixoloq Sevinc Baxışova bildirdi ki, uşaqlara internetdən istifadənin təhlükəli olması kiçik yaşlarda aşılanmalıdır: “Günümüzün uşaqlarının 20-30 il qabaqkı uşaqlarla müqayisəsini aparmaq, onların düşüncə tərzinin eyni olmasını fikirləşmək düzgün olmazdı. İnsan artıq virtual aləmin sakininə çevrilir, reallığını itirir və ailə ilə təmasda ola bilmir. Artıq onun öz dünyası yaranır. Sosial biliklər vasitəsi ilə uşaqlarımız lazımsız informasiyalara sahib olurlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır, uşaqların tərbiyəsi pozulur. Günümüzdə sosial şəbəkələrin istifadəsi çox dəbdədir. Ancaq istifadə vaxtımıza və məqsədimizə diqqət etmək, uşaqların internetdən isitfadəsinə məhdudiyyət gətirmək lazımdır. Çünki 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadə etmələrinə qadağalar qoyulmalıdır. Uşaqlar (qız və ya oğlan fərq etməz) hər cür təhlükə altındadırlar. Xüsusilə kiçik yaşdakı uşaqların doğru qərar vermə mexanizmi inkişaf etməmiş olduğundan bu vəziyyət pis niyyətli insanlar tərəfindən istifadə edilə bilər. Bir çox ailə övladının həddindən artıq internet istifadə etməsindən və orada oyun oynamasından şikayətçidir. Bunun qarşısı kiçik yaşlarında alınmalıdır. Ona görə ki, yetkinlik dövründə problemi həll etmək bir az daha güclü iradə tələb edəcək. Heç bir şeyə ondan asılı olacaq qədər bağlanmayın. Çünki sağlam duyğuların ifadəsi asılılıq deyil”.(bizimyol.info)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) whatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumata münasibət bildirib. AQTA-dan ölkə.aza-a bildirilib ki, yayılan səs yazısında yer alan məlumatlar reallığı əks etdirmir və əsassızdır: "Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür. Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir. Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik". Məsələ ilə bağlı məhsullarının adı çəkilən "Azərsun" holdinqin ictimaiyyətlə əlaqələr departamenti də mövqeyini bildirib: "Son bir neçə gün ərzində ölkə ictimaiyyətində geniş əks səda yaratmış, Azərsun Holdinqin istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı çaşqınlıq yaratmağa yönəlik səs yazısı yayılmaqdadır. İctimaiyyətin narahatlığına səbəb olmuş səs yazısı ilə bağlı mövqeyimizi diqqətinizə çatdırırıq. Azərsun Holdinqin sahib olduğu ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır. Dəyərli istehlakçılarımız, Azərsun Holdinq öz istehlakçılarına öz istehsal müəssisələrində emal və istehsal olunan məhsulları təqdim etməkdədir. Məhz bu səbəbdən də məhsullarımızın keyfiyyətinin qorunması üçün bütün istehsal prosesini, təcrübəli mütəxəssisləriz ciddi və daimi nəzarət altında saxlayırlar. Hər bir istehsal dövrünə aid məhsullarımız xüsusi dəqiqliklə daxili və xarici akkreditasiya olunmuş labaratoriyalarda müxtəlif sınaqlardan keçərək yoxlanılır. Bundan başqa bütün müəssisələrimiz, satış məntəqələrimiz və anbarlarımız ölkədə qida təhlükəsizliyi və sanitar-gigiyenik normaların icrasına nəzarət edən orqanlar tərəfindən mütəmadi şəkildə yoxlanılır və müsbət rəylər alır. Son günlər ərzində, məhsullarımız haqqında yayılan səs yazısının məqsədi, şirkətimizin məhsulları haqqında heç bir əsası olmayan şaiyələr yaratmaqla istehlakçılarımız arasında çaşqınlıq cəhdidir. Əminliklə bildiririk ki, burada səslənən fikirlər təmamilə əsassızdır və bizə məlum olmayan, lakin ölkədə ərzaq təhlükəsi fikrini yaymaqla müəyyən hədəflər güdən insanların uydurmasıdır. Bu şəxs və ya şəxslərin tezliklə aşkar edilməsi və onların, qida və ərzaq təhlükəsizliyi kimi həssas məsələdən istifadə edərək ajiotaj yaratmaq üçün davranışlarına müvafiq hüquqi qiymət verilməsi üçün tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Dəyərli ictmiaiyyət, biz bir daha vurğulamaq istərdik ki, Azərsun Holdinq olaraq biz hər bir istehlakçımızın məhsulumuz haqda istənilən sualını cavablandırmağa və aydınlatmağa hazırıq. Şirkətimizin 120 qaynar xətti bütün irad, təklifləri qəbul edir və bütün müraciətlərin sahiblərinə dolğun və ətraflı cavablar təqdim olunur. Əmin olun ki, Azərsun Holdinq ailəsi öz süfrəsində yemədiyi məhsulu istehlakçılara təklif etməz. Keyfiyyət Azərsun Holdinqin müqəddəs dəyəridir". Psixoloq.az bu məlumatı psixoloji cəhətdən araşdırıb. Belə ki, psixoloqlara görə, onlar bu tip məlumatlarla insanların diqqətlərini özlərinə daha tez çəkə bilirlər. Belə məzmunlu yayılan məlumatlar ilk deyil və əksər zaman da təsdiqini tapmayıb. Amma belə fikirlər insanların şüur altına təsir göstərir və nə qədər "inanmıram" desələr də bir tərəfdən narahat olurlar. Bu baxımdan bu tip xəbərlər, insanların zəif nöqtələrindən istifadə edərək istədiklərinə nail olmaq məqsədi daşıya bilər.
Bir neçə ildir insanların aqressiyalı davranışı psixoloqların da nəzərindən qaçmayıb. Belə ki, avtobusda, yolda baş verən, adi hərəkətdən qəzəblənən vətəndaşları görmək, vəziyyətin ciddiliyindən xəbərdar edir. Bunun səbəbləri barədə isə psixoloq danışıb. Aqressiya ilk növbədə insanın özündən kənara yönəlmiş etirazı, qəzəbidir. Narazılıq yaradan faktorlar olduqca çoxdur. İndi milli mental şüur formalarımızla xaricdən gələn şüur formaları toqquşur. Amma baxın, əgər bir ailə başçısı olan kişi iş tapmırsa, ailəsini dolandıra bilmirsə, həmin zaman aqressiya onun içində toplanır və həmin şəxs nəhəng aqressiya enerjisini elə bir səmtə yönəldir ki, o, hörmətli insan olsa bele gözümüzdən düşür. Lakin onun hansı səbəbdən bu vəziyyətə düşdüyünün əsl səbəbini isə görə, həmin şəxslə empatiya yarada bilmirik. İnsanlar sanki dava etməyə hazır vəziyyətdə durublar. Çünki onlar beyinlərində yaşadıqları gərginlikləri sosial mühitə, nəqliyyat vasitəsində, yaxud küçədə rastlaşdıqları insana ötürməyə başlayırlar. Əziz insanlar, əgər siz daxilinizdə olan aqressiyaya, mübarizəyə qalib gələ bilmirsinizsə, mütəxəssislərə müraciət edin. Ruhunuzu incidən, zədələyən hisslərdən uzaq olun. Müəllif: Psixoloq Sevinc Baxışova
Qoç – Bu gün baş verən hadisələr sizi sevindirir və ruhlandırır. Qarşınızda duran məqsədlər nə qədər çətindirsə, siz bir o qədər həvəs və entuziazmla o işlərə yanaşırsınız. Qeyri-standart hərəkətləriniz, orijinallıq nümayiş etdirməyiniz bütün diqqətlərin sizə cəlb olunması ilə nəticələnir. Güclü müttəfiqlər tapmaq şanslarınız var. Bu gün başlatdığınız işgüzar münasibətlər davamlı və məhsuldar olacaq. Müxtəlif avatntüralara doğru meyllisiniz. Yeni eksperimentlərə həvəslə yanaşırsınız. Bu isə o deməkdir ki, yeni təəssüratlar cəhətdən kasadlıq olmayacaq. Buğa – İşgüzar tərəfdaşlarınızla danışıqlarınız proqreslə nəticələnəcək. Birgə fəaliyyət olduqca məhsuldar alınacaq. Sizin kimi düşünən insanlarla işləməkdən zövq alırsınız. Rəhbərliklə münasibətləriniz qaydasına düşür. Yaxınlarınızla münasibətlərdə olduqca ədəblisiniz. Bu səbəbdən məişət çətinlikləri mübahisələrə səbəb olmur. Alış-veriş etmək olar, zövqünüz sizi aldatmayacaq. Əkizlər – Qarşıda qoyulan məqsədləri doğru anlamaq və öz imkanlarınızı düzgün qiymətləndirməklə yaranmış çətinlikləri aşa biləcəksiniz. Həddən artıq emosional insanlarla qarşılaşdıqda belə sakitliyinizi və soyuqqanlılığınızı qoruyursunuz. Gün təhsil və ixtisas artırmaq üçün münasibdir. Bununla yanaşı, istirahət üçün də vaxt tapırsınız. Romantik görüşlər ümidlərinizi doğruldur. Xərçəng – Diqqətinizi işə cəmləsəniz, hər şeyi çatdıra biləcəksiniz. Özünüintizam ilə bağlı problem yaşamırsınız. Bir neçə iş görməli olsanız belə, dağınıqlıq yaranmır. Vacib imtahanlar vermək, iş görüşləri keçirmək olar. Vacib informasiya daxil olması ehtimalı da yüksəkdir. Nəzərdə tutulmayan səfərə çıxmaq ehtimalınız da var. Şir – Fikriniz bir qədər dağınıqdır, lakin bu, işləməyinizə, qarşıda duran məsələləri həll etməyinizə mane olmur. Vaxtında sakitləşə və gərginləşmiş vəziyyəti zarafatlarınızla yumşaltmağa qadirsiniz. Təsərrüfat işləri ilə, məişət problemlərinin həlli ilə məşğul olmaq olar. İş prosesində yeni ideyalarınız yaranacaq. Qız – Vəziyyəti nəzarətdə saxlamaq üçün bir qədər güc itirirsiniz. Bununla yanaşı, bu gün bir qədər sakitləşmək və axın istiqamətində üzmək olar. Hadisələr sizin üçün əlverişli olan şəkildə cərəyan edir. Sizin maraqlarınızın qeydinə qalan insanlar da var ətrafınızda. Özünəgüvən hissi artır. Başa düşürsünüz ki, həm işgüzar, həm də şəxsi məsələlərdə uğur qazana bilərsiniz. Tərəzi – Dolğun və məhsuldar bir gündür. Sizin energetik potensialınız olduqca yüksəkdir. Bu səbəbdən də, çoxsaylı işlərin olmasına baxmayaraq, özünüzdə yorğunluq hiss etmirsiniz. Hər şeyi düzgün qiymətləndirib doğru qərar verə bilirsiniz. Ekzotika və mistikaya marağınız artır. Öz gələcəyiniz barədə proqnozlar vermək istəyirsiniz. Əqrəb – Günün birinci yarısında qeyri-adi mənəvi yüksəliş hiss edirsiniz. Bu, sizin gün ərzində uğur qazanmağınız üçün mühüm rol oynayır. Qarşınızda hansı işin olmasından asılı olmayaraq, hər bir işin öhdəsindən rahatlıqla gəlirsiniz. Gün rahat və xoş ünsiyyət, yeni tanışlıqlar üçün yararlıdır. Qarşı cinsin nümayəndələri ilə ünsiyyətdə səmimi olmağa çalışın. Oxatan – Gərgin və məhsuldar danışıqlarla dolu, işgüzar anlaşılmazlıqların yoluna qoyulduğu bir gündür. Yeni müttəfiqlər qazanmaq ümidi ilə yeni layihələrə başlaya bilərsiniz. Qarşınızda maraqlı məqsədlər dayanır. İlk baxışdan bu məqsədlərə necə yanaşmaq lazım olduğunu bilməkdə çətinlik çəkəcəksiniz. Uzunmüddətli planlar qurmaq olar. Onların reallaşması şansı çoxdur. Uzaqdan xoş xəbərlər eşidəcəksiniz. Oğlaq – Bu gün çox işləmək lazım gələcək, lakin bu, sizi qorxutmayacaq. Bir neçə məsələni eyni vaxtda həll etmək imkanınız var. Düzgünlük və səmimilik danışıqlarda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün köməkçi olacaq. Yaxınlarınız sizi dəstəkləməyə hazırdırlar, bu səbəbdən hətta ən cəsur ideyalarınızı da onlarla bölüşün. Təşəbbüslər göstərmək, köhnə münasibətlərin bərpası və romantik görüşlər üçün uyğun bir gündür. Dolça – Sakit və harmonik bir gündür. Bu gün tər töküb işləmədən hadisələrin gedişini izləmək olar. Sizin səmimiliyiniz diqqətdən kənarda qalmır. Bu gün sizi dəstəkləyən insanları tapmaq çətin olmayacaq. Bu gün əyləncə, kübar məclislərinin ziyarəti və aktiv istirahət üçün münasib bir gündür. Həyat potensialınız olduqca yüksəkdir. Bahalı hədiyyələr və uğurlu alış-verişlər də ola bilər. Balıqlar – Bu gün həddən artıq uğurlu olacağı vəd olunur. Bir çox işlərin öhdəsindən gələ bilirsiniz və siz bunu gözəl başa düşürsünüz. Həyat eşqiniz və nikbinliyinizlə ətrafdakıların rəğbətini qazana bilirsiniz. Gün nüfuzlu şəxslərlə görüşlər üçün də münasibdir. Hüquqi və maliyyə məsələlərini həll etmək olar. Bununla yanaşı, şəxsi məsələlərə də vaxt ayırmaq lazımdır. Öz arzularınızı bəyan etməkdən çəkinməyin. Bu, uğura doğru ilk addımınız olacaq. Milli.Az