Gündüzlər yuxulu olmaq bu xəstəliyin simptomudur

Altsheymer xəstəliyinin ilkin simptomlarından orqanizmin normal sutkalıq ritminin pozulmasıdır.Xəstəliyin əsl səbəbi indiyədək məlum olmasa da, “amiloid” fərziyyəsinə görə, xəstəliyin əsasında baş-beyin toxumalarında beta-amiloidin həddən artıq toplanması dayanır. Bu maddənin miqdarı orqanizmin sutkalıq ritminə uyğun olaraq dəyişir – insan yuxuda olarkən azalır, oyaq vəziyyətdə, habelə yuxusuzluq zamanı çoxalır. Altsheymer​ xəstəliyindən əziyyət çəkənlərdə yuxu tsikli pozulmuş olur. Lakin alimlər ilk dəfə olaraq müəyyənləşdiriblər ki, bioloji saat dəyişikliyi xəstəliyin çox erkən mərhələsində - intellekt pozulmasından əvvəl baş verir. Psixoloq.az xəbər verir ki, alimlər orta yaşı 66 olan 189 adamın sutkalıq ritmini müşahidə ediblər. Onların heç birində yaddaş, düşünmə, fikri cəmləməklə bağlı problemlər olmayıb. Pasiyentlərin hamısı ya baş-beyin toxumalarında amiloidin miqdarına, ya onurğa beynində amiloid zülalının miqdarına, ya da hər ikisi ilə bağlı müayinədən keçiblər. Bir-iki həftə ərzində onlar yuxu və oyaq qalmaq vaxtlarının əvəzləndiyini müşahidə edən xüsusi bilərzik taxıblar, hər səhər isə axşamı necə keçirdiklərini gündəlikdə ətraflı yazıblar. Pasiyentlərin 50 nəfərində Altsheymer xəstəliyinin başlanğıcından xəbər verən xüsusiyyətlər müşahidə edilib. Bu adamların hamısında sutkalıq ritmlərin aşkar pozulduğu müşahidə edilib – onlar yuxu çatışmazlığı hiss edib, gecələr yuxudan tez-tez ayılıb, gündüzlər yuxulu olmaqdan əziyyət çəkiblər.(Publika.az)

Günün ulduz falı: 1 avqust, 2018

Qoç – günün ilk yarısında iradəsiz davranmayın. Bu və digər qərarı qəbul edəndə çox düşünməyin. Şanslarınızı əldən verməyin. Vaxt itkisinin fəsadları kritik ola bilər. Həddən ziyadə fəallıq və ifrat təkidlər üçün əlverişli zaman deyil. Günün ikinci yarısında həmkarlarınız və ya tərəfdaşlarınız arasında bir şəxsin davranışı sizdə narahatlıq yarada bilər. Problemləri birgə fəaliyyət nəticəsində aradan qaldırmaq olar. İşlərin ən əhəmiyyətli hissəsini özünüz görün. Önəmli məsəlləəri başqalarına həvalə etməyin. Buğa – məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir. Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil. Aramla davranın, yüz ölçüb bir biçin. Sizə yaxın insanlarla ünsiyyətdə probelmlər yarana bilər. Onlar sizi avantüralardan qorumağa çalışacaq, yardıma tələsəcəklər. Soyuqqanlı olun, düşünülməmiş addımlar atmayın. Tənqidi ifrat aqressivliklə qarşılamayın. Əkizlər – günün ilk yarısında yaxşı tanımadığınız insanlarla birgə fəaliyyət barədə ideyaları ertələyin. Sınanmış insanla adət etdiyiniz şəraitdə çalışın Fəaliyyətinizlə bağlı müntəzəm fiziki yükə məruz qalırsınızsa, bir qədər dincəlin. Qüvvə və enerjinizi bərpa edin. Əks halda mənəvi, psixoloji və fiziki yorğunluq hiss edəcəksiniz. Günün ikinci yarısında işdə rəhbərlik sizə çeşidli tapşırıqlar verəcək. İşin öhdəsindən layiqincə gəlməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyə çalışmayın. Tələsmədən, aramla işləyin. Axşam saatlarında normal istirahət edin. Xərçəng – əvvəlcədən hazırlanmış planlara günün ilk yarısnıda nəzərdə tutulmamış əlavələr və yenilənmələr ola bilər. İşlərinizi təkbaşına görməyə çalışın. Müsbət emosiyalar irəliyə doğru hərəkətinizi daha da sürətləndirə bilər. Günün ikinci yarısında alacağınız bütün təklifləri nəzərdən keçirməyə can atmayın. Seçdiyiniz istiqamətlə hərəkət edin. Axşam saatlarına yaxın yeni tanışlıqlar və ünsiyyət istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini qulaqardına vurmayın. Şir – yaradıcılıq, planların reallaşdırılması və müzakirələr üçün münasib zamandır. Ağır və rutin işdən qaçmayın. Gəlir əldə etmək üçün ən kiçik şansları dəyərləndirin. Günün ikinci yarısında xarici görkəminizə fikir verin. Axşam saatlarında ciddi danışıqlarda mövqeyinizdən geri çəkilməyin. Kimlərinsə ani istəklərinə görə illər sərf etdiyiniz zəhmətinizi qurban verməyin. İradəli, hətta zərurət yaranarsa sərt olun. Qız – yaxın ətrafınızdakı insanların xoşuna gəlməyə çalışmayın. Müstəqil olun, diqqətli davranın. Heç nədə ifrata varmayın. Davranış və xahiri görünüşünüzdə kardinal dəyişikliklər zamanı deyil. Belə yenilikliklər xeyirdən çox zərər vəd edir. Günün ikinci yarısında işgüzar təmaslarda birmənalı olmayan sözlərə diqqətlə qulaq asın. Şirnikləndirici vədlərə inanmayın. Tərəfdaşların və ya şəriklərin fəaliyyətində qüsurlar varsa, bu barədə açıq danışın. Örtülü bazarın dostluğu pozduğunu unutmayın. Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi – günün ilkin yarısında planlarınızı təftiş edin, qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanların suallarının hamısını cavablamaq məcburiyyətində deyilsiniz. Bununla yanaşı, qeydləri və iradları qulaqardına vurmayın. Günün ikinci yarısı yarımçıq işləri tamamlamaq üçün əla zamandır. Dostlar və müttəfiqlərin yeni planını diqqətlə dinləyin. İnanılmış, etibarlı insanlarla çalışmağa üstünlük verin. Əgər kimsə sizə sirrini etibar edisə, heç bir halda o məlumatları aşkarlamayın, orada-burada danışmayın. İşdə rəhbərlik sizdən ciddi məsələ ilə bağlı yardım istəyəcək. Sakit çalışın. Əqrəb – dəvət olunmuş yerə yollanmaq üçün yaxşı gündür. Səhər saatlarından etibarən yorulmadan, usanmadan, bezmədən çalışın. Nə qədər çox çalışsanız, maddi durumunuz bir o qədər yaxşı olar. Yaşanan anlardan həzz alın. Unutmayın ki, həyat bəzəkli lenti olmasa da, hədiyyədir. Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz. Bəzi adamlar bu gün sizi sınağa çəkə bilərlər. Ailədə anlaşılmazlıqlarla qarşılaşacaqsınız. Oxatan – günün ilk yarısında sual doğuran məsələlər çox olacaq. Fəaliyyətinizdə önəmli məqamı nəzərdən qaçırmayın. Situasiyanı izləyin. Son xəbərlər və məlumatlardan xəbəriniz olsun. Çalışdığınız yerdəki dəyişiklikləri diqqətlə izləyin. Günün ikinci yarısında qəfil hadisə baş verəcək. Təmkinli olun, hadisələrin axarına fikir verin. Qohumlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Dostla görüş üçün pis zaman deyil. Oğlaq – günün ilk yarısının emosional fonu gərgindir. Sizə yaxın insanlardan biri həll edə bilmədiyi problem, çözməkdə çətinlik çəkdiyi məsələ ilə üzləşib. Qayğıkeş olun, yardım edin. Peşəkar bilik və bacarıqlarınızı artırın. Günün ikinci yarısında mütəxəssis, yaxud da təcrübəli insanın məsləhətindən imtina etməyin. Qorxular, şübhələr və tərəddüdlərin əsiri olmayın. İşini bilənlərə inanın, onlara etibar edin. Daxilinizdəki neqativdən qurtulun. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Dolça – şəxsi məsələlərdə və fəaliyyət müstəvisində düşünülməmiş təşəbbüslər, mənasız aktivlik yalnız ziyan vura bilrə. Çalışdığınız kollektivdə münasibətlər nə qədər harmonik olarsa, bir o qədər yaxşıdır. Günün ikinci yarısında istənilən ağırlıqdakı problemi məntiqli yanaşma ilə həll etmək olar. Çevik və fəndgir olun. Dəyər verdiyiniz insanların qayğıya ehtiyacı var. Axşam saatlarını özünüzə həsr edin. Balıqlar – bu gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Yeni köməkçilər və işə yardımçı ola biləcək adamları arayın. İndiyədək birlikdə çalışdığınız insanlar bugünkü gərgin iş qrafikindən şikayətlənə bilərlər. Ona görə də enerji, əzm və qətiyyətlə işləyin. İşi yarımçıq qoymayın. Maliyyə məsələlərində bu gün problemlər olmayacaq. Eynən şəxsi həyatda olduğu kimi. Milli.Az

İnsanların qarışdırdığı problem – Diş həssaslığı ya diş iltihabı?

Diş həssaslığı bir çox insanın əziyyət çəkdiyi problemdir. Mütəmadi olaraq istifadə edilən isti-soyuq qidalar, içkilər, dişdə həssaslığın yaranmasına gətirib çıxara bilir. Ancaq bəzən adi sanılan həssaslıq böyük bir problemin başlanğıcı ola bilər. Psixoloq.az xəbər verir ki, stomotoloq Ramil Yusubovun sözlərinə görə, pasiyentlər əksər zaman diş həssaslığı ilə diş iltihabını bir birindən fərqləndirməkdə çətinlik çəkirlər: “Qeyd edim ki, diş həssaslığı zamanı ağrı ancaq şirin, isti -soyuq qidalar qəbul etdiyimiz zaman yaranır.Diş iltihabında isə ağrılar uzunmüddətli və qarşısı alınmaz şəkildə olur”. Müəllif: Şəhanə Quliyeva

Daha bir yol bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) avqustun 1-dən avqustun 2-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BakuPost-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək. Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə

III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən publika.az-a verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər bu gün saat 23:59-dək http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcəkdir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

“Toppuş bacı”nın əri: Xahiş edirəm, tez qayıt

Xəbər verdiyimiz kimi, Əməkdar artisti Tünzalə Əliyeva (Toppuş bacı)xərçəng xəstəliyinə görə əməliyyat olunub. Psixoloq.az xəbər verir ki, ötən gün keçirilən əməliyyat uğurla başa çatıb, aktrisa hazırda reanimasiyadadır. Bildirilir ki, sənətçidə olan xərçəng xəstəliyi uşaqlıq boynunda olan kiçik eroziyadan başlayıb. Mədə kiçiltmə əməliyyatından sonra isə Tünzalə arıqlamaq üçün yeməyi azaldıb. İmmun sisteminin zəifləməsi xəstəliyi sürətləndirib. Tünzalə Əliyevanın həyat yoldaşı Röyal isə məsələ ilə bağlı sosial mediada paylaşım edib. O, türkiyəli müğənni Mahsun Kırmızıgülün “Belalım” mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına görə pis olduğunu dilə gətirib: “Bəzən həyat çox amansız olur. Bəzən isə çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan. Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!”. Qeyd edək ki, Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Cütlüyün bir qızı var.

“Toppuş bacı”da xərçəng xəstəliyi aşkarlandı

Əməkdar artist Tünzalə Əliyevada (Toppuş bacı) xərçəng xəstəliyi aşkarlanıb. Psixoloq.az xəbər verir ki, bu barədə Hacı Nuran məlumat verib. Bildirib ki, aktrisa hazırda Milli Onkologiya Mərkəzində ağır xərçəng xəstəliyi ilə mübarizə aparır. Tünzalə Əliyeva  əməliyyat olunub. Qeyd edək ki, sənətçinin 45 yaşı var. O, “Çal-çağır” telelayihəsindəki “Toppuş bacı” obrazı ilə məşhurlaşıb.

Baş ağrısını necə azaltmaq olar? - Üsullar

Baş ağrıs bir çoxlarının əziyyət çəkdiyi problemdir. Bəs necə azaltmalı? Psixoloq.az həmin üsulları təqdim edir: Qulaqlarınızı massaj edin Əllərinizlə qulaqlarınızın arxasına 1-2 dəqiqə ərzində yüngül massaj edin. Aromaterapiyadan istifadə edin Nanə, şokolad, portağal, qızılgül və bir çox digər qoxular baş ağrısını azaldır. İlıq duş qəbul edin. Su bədəni rahatlaşdırdığı üçün ağrıların şiddətini azalda bilər. Qeyd edək ki, həkim tövsiyəsi olmadan ağrıkəsici içmək məsləhət görülmür.

Həyatsevərsinizmi?

Siz daima həyatdan narazısınız, yoxsa hətta xoşagəlməz vəziyyətlərdə də sevinməyə nə isə tapırsınız? Ən yaxşısı özünüzü test vasitəsilə tanıyın. Qeyd olunan cavablardan birini seçin.  Suallar:  1. Sizə görə insanlar harada daha çox xoşbəxtdir? a) Həmişə günəş parlayan şimal bölgələrdə. b) İnkişaf etmiş ölkələrin böyük şəhərlərində. c) Kanada və ya Skandinaviyada, çünki orada az əhali məskunlaşıb. 2. Bu məsəllərdən hansı sizin həyat deviziniz ola bilər?a) Dəmiri isti-isti döyərlərb) Hər işdə bir xeyir varc) Hər parlayan qızıl deyil3. Tərəfdaşınız sizə hansı hədiyyəni bağışlaya bilər? a) Bəzək əşyalarıb) Xaricə səyahət c) Hər hansı məişət əşyası 4. Peşənizi dəyişmək haqqında fikirləşirsiniz? a) Bəli, tez-tez. Mən başqa peşəni öyrənmək istəyirəmb) Bəzən, işdə problemlər olanda, ya da maaşlar gecikəndə c) Yox, heç vaxt 5. Ən çox nəyə gülürsünüz? a) Dostumun başına gələn talehsizliyə b) Yaxşı zarafat və lətifələrə c) Öz ağıllsız hərəkətlərimə 6. Şəhər ətrafında gəzinti zamanı sizi nə narahat edir? a) İzdiham b) Dilənçilər c) Çirkləndirilmiş hava 7. Hansı insanlar sizin diqqətinizi cəlb edir?a) Özünə inananb) İntellektualc) Gülməli və hazırcavabTəlimatlar: Topladığınız balların miqdarını hesablayın. 1) a-2, b-1, c-3, 2) a-2, b-1, c-3, 3) a-1, b-2, c-3, 4) a-3, b-2, c-1, 5) a-3, b-2, c-1, 6) a-1, b-3, c-2, 7) a-2, b-3, c-1 Testin nəticəsi: 7-11 bal : Sizi təbrik etmək olar — siz həyatınızdan razısız və həyatı olduğu kimi qəbul edirsiz. Kiçik şeylərdən zövq ala bilirsiz və problemlərə fikir vermirsiz. 12-16 bal : Bəzən həyatınızdan narazı olursunuz və belə dünyanı necə sevə biləcəyinizi anlamırsınız. Bu sizin başqalarından özünüzə qarşı daha çox diqqət tələb etmənizdən irəli gələ bilər. 17-21 bal : Siz pessimistsiniz. Yadda saxlayın: Hər nə olursa, yaxşılığa doğru olur. Həyatsevər insanlarla daha çox vaxt keçirtməyə çalışın.

Göz rənginə görə xarakterinizi öyrənin

Gözlər qəlbin aynasıdır deyirlər. Bəs göz rənginin insanın xarakterini təcəssüm etdirdiyini bilirdinizmi? Qara gözlər Hadisələr qarşısında çox tez həyəcanlanan, intizamlı, qayda-qanuna riayət edən insanlardır. Duyğusal olan bu insanların istər sevgisi, istərsə də kini çox güclü olur. Onlar qarşılarındakı insanı idarə etmək istəyərlər. Yaşıl gözlər Sevdiklərini heç vaxt qırmaq istəməzlər. Çox əsəbi olsalar da, qarşısındakını heç vaxt incitməzlər. Buna görə hisslərinə həmişə hakim olmağı bacarırlar. Mavi gözlər Durmağı sevməyən, enerji dolu, həmişə pozitiv qərarlar verən, əliaçıq, dəyişikliklərdən qorxmayan biridir. Boz gözlər Pisi, yaxşını seçməyi bacaran, həssas qəlbə sahib insanlardır. Qürurlu olduqlarından qırıldığında bağışlamazlar. Qəhvəyi gözlər Başqalarının onları idarə etməsini sevməzlər. Sirlərini hər kəsə deyən insanlardır. Dünyaya bağlı gözlərlə baxarlar.

Dərin psixologiyanın banisi - Karl Qustav Yunq kimdir?

Karl Qustav Yunq Doğum tarixi- 26 iyun 1875 Doğum yeri- Kesvil Vəfat tarixi- 6 iyun 1961 Vəfat yeri- Küsnaxt Karl Qustav Yunq- İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisidir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir. 1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi “Psixoloji tiplər” adlı əsərində şüurun başlıca 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davranış modellərinin olduğunu bildirib. Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edib. O, şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima, qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırıb. Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin var olduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət olub. Əsas fəaliyyəti Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq, yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika, Arizona, New meksiko, Keniyaya gedib. Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq konfranslar verərək keçirdib. “Şərq təfəkkürü və Qərb təfəkkürünün fərqi” məqaləsi Karl Qustav Yunqun “Böyük qurtuluşun Tibet kitabına psixoloji şərhlər” əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilib.

Daun sindromu nədir?

Etiologiyası- 21-ci xromosomun patologiyası Daun xəstəliyinin simptomları - Kliniki əlamət özünü endokrondoji, somatik amillərlə göstərir. Özünəməxsus xarici görkəmlə seçilirlər. Göz yarıqları çəp buruna yaxın, göz bucağın daxilində epikant ( dəri bükümü ) olur. Gövdə qısa, qulaq seyvanı əyri, çənə kiçik, burun qısa yuxarıdan enli olur. Üst çənə zəif inkişaf edir. Dişlər böyük olduğundan ağız açıq qalır. Hipersolevasiya- ağız seliyinin axması yaranır. Əl barmaqları qısa və enli, çeçələ barmaq isə içəriyə doğru əyilmiş formada olur. Dilləri ətli, qalın olur. Beynin ümumi çəkisinin azalması müşahidə olunur. Mikrosefaliya yaranır. Daun sindromlu insanlarda yastılanmış ənsə beyin qabığında qanqliyoz hüceyrələri qeyri-bərabər inkişaf edir. Alın payı beyincikdə inkişafdan geri qalır. Belə uşaqlarda oliqofreniyanın 3 dərəcəsi də müşahidə olunur. Ən çox orta dərəcəsi imbesillik 75%-dir. Biz onları özümüzdən fərqləndirsək də, onlar bunu bilmirlər. Çox sevimli və istiqanlı olurlar. Ən əsası uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşağınız hansısa bir uşaqdan nə pis, nə də ki, yaxşıdır. O, sadecə fərqlidir. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az

Havanın temperaturu aşağı enəcək, yağış yağacaq — SABAHIN HAVASI

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 1-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq ki, bu da çimərliklərdə əlverişli şərait yaradacaq. Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, avqustun 1-də Abşeron yarımadasında bəzi saatlarda rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. (Ölkə.az)

Bu xəstəlikdən əziyyət çəkənlər balqabaq yeməlidir

Şübhəsiz ki, balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qıdalı liflər və s. vacib maddələr var. Balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir. Psixoloq.az xəbər verir ki, qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir. - Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır. - Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir. - Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur. - Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir. - Balqabaq orqanizmi çox yaxşı təmizləyir və cavanlaşdırır. - Balqabaq sidikqovucu xüsusiyyətlərə malikdir ki, bu da onu sidik kisəsi, sidik yolları və böyrəklərimiz üçün çox faydalı edir. - Balqabaq hipertoniyadan əziyyət çəkənlərə fayda verir. Bu tərəvəz təzyiqi aşağı salmağa kömək edir. - Artıq çəki və piylənmədən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq azkalorili məhsuldur və həmçinin insanı uzun müddət ərzində tox saxlayır. - Sinklə zəngin olan balqabaq və xüsusilə balqabaq tumları kişi sağlamlığı üçün çox faydalıdır - spermanın tərkibini yaxşılaşdırır, potensiyanı artırır, kişi cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır. - Balqabaq immun sistemini möhkəmləndirir, dəriyə çox müsbət təsir edir, dərini cavanlaşdırır.(Sağlamolun.az)

Öd daşı əməliyyatı nə zaman gərəklidir? - Cərrahla müsahibə

Müasir zamanda bir çox insan öd ağrılarından şikayətçidirlər. Əksər pasiyent isə düzgün məqamda həkimə müraciət etmir, nəticədə isə bir sıra problemlər yaranır. Ümumi və transplant cərrah Bəhruz Səlimovun öd daşı patalogiyası və əməliyyatı ilə bağlı Psixoloq.az-a verdiyi geniş müsahibəni təqdim edirik: - Öd daşlarının yaranma səbəbi nədir? -Öddə hər hansı bir səbəbdən meydana gələn qatılaşma bu daşları yarada bilər. Həmçinin az su içmək, öd yollarını sıxan hansısa bir şiş, çox az miqdarda düzgün qidalanmamaq, anadangəlmə olaraq öd boynunda yaranan əyrilik, iltihabi proseslərdə də qatılaşma ilə daşların yaranması mümkündür. - Öd yolundakı çöküntüləri təbii üsulla yox etmək mümkündür? - İlk olaraq bol su içmək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. Qum, az miqdarda çöküntü varsa su vasitəsilə bu problem aradan qaldırıla bilər. Daşlar böyüdükdən sonra onları əritmək mümkün olsa da məsləhət deyil. Çünki öd yollarına düşərək tıxanıqlığa səbəb ola bilər. Nəticədə ağır patalogiyaya səbəb ola bilər. Bu səbəbdən böyümüş daşları əritmək düzgün deyil. Bəzi dərmanlar vasitəsilə əritmək mümkündür, ancaq bu növ həbləri həkim göstərişi olmadan istifadə doğru deyil. - Öddə daşın olması hansı əlamətlərlə üzə çıxa bilər? - İlk növbədə həzm prosesində pozğunluq əmələ gəlir, qarında ağrılar yarana bilir. Ağrılar adətən sağ qabırğaaltı nahiyyədə yaranır. Həzmdə yaranan problemlər isə yeməkdən sonra yaranan köp, ağrı ilə müşahidə edilə bilər. Bəzən yağlı yeməklərdən sonra öd daşı öd yollarına düşür. Bu da kəskin öd tutmalarına səbəb ola bilər. Bu zaman təcili həkimə müraciət etmək lazımdır. - Hansı məqamda əməliyyata qərar verilir? - Öd daşı varsa və buna bağlı şikayətlər meydana çıxarsa bu, əməliyyata göstəriş deməkdir. Bəzən öd daşının olması təsadüfi müayinə əsnasında aşkara çıxır. Həmçinin pasiyentdə heç bir şikayət olmursa buna lal öd daşı deyilir ki, bu da əməliyyat üçün göstəriş deyil. - Qadınlarda ya kişilərdə daha çox rastlanır? - Daha çox qadınlarda rastlanır. Kişilərdə bu göstərici azdır. - Öd daşı əməliyyatı keçirdikdən sonra yenidən daşların yaranma ehtimalı varmı? - Öd daşlarının əməliyyatdan sonra yaranma riski demək olar ki yoxdur. Ancaq bəzi hallarda öd daşı yarana bilər. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz Tel:070 -579-88 -33 Müəllif: Şəhanə Quliyeva

İnkişafda ləngimə... - "Anormal (qeyri -tipik) uşaq" anlayışı nədir?

Normal uşaqlarla yanaşı, inkişafında ləngimə və ya çatışmazlıq olan uşaqlar da var. Belə uşaqlar "anomal uşaqlar" adlanır. Yunanca “Anomalas” normadan kənar, düzgün olmayan mənalarını verib, ümumi inkişafı fiziki və ya əqli çatışmazlıqlar səbəbindən pozulmuş uşaqları müəyyən edir. Hər hansı bir qüsur həmişə inkişaf çatışmazlığına gətirib çıxarmır. Məsələn: İnsanın bir qulağının digərindən balaca olması, gözünün bir qədər zəif olması, ayağının bir qədər qısa olması kimi çatışmazlıqlar bir şəxsin ümumi inkişafının pozulmasına səbəb olmur. Çünki eşitmə və görmə ilə informasiyanı qəbul edir. Qeyri-tipik uşaqlarda isə bu imkanın məhdudluğu onların kütləvi məktəblərdə təlim-tərbiyə almasına imkan vermir. "Anomal uşaqlar"ın tərbiyəsi dedikdə uşaq anadan olduğu gündən ta həddi buluğa çatana qədər psixoloji üsul və vasitələrlə onun tərbiyə edilməsi, inkişaf qüsurlarının uşağın psixi inkişafına təsir göstərməməsi üçün təşkil edilən xüsusi tədbirlər sisteminin təşkili həyata keçirilir. Tipik uşaqda tərbiyə işi “Korreksiya tərbiyə işi” adlanır. Həm qüsurların korreksiyası, həm də onun korreksiya prosesində tərbiyə işi başa düşülür. "Anomal uşaqlar"ın korreksiyası - Latınca “karreksio” sözündən olub düzəliş etmək mənasını verib, tibbi-pedaqoji vasitələrdən istifadə etməklə qüsurun zəiflədilməsi və ya tamamilə aradan qaldırılması prosesi başa düşülür. Korreksiya prosesi zamanı nəinki inkişaf qüsurları, həmçinin şəxsiyyət çatışmazlıqları da ya tam, ya da qismən aradan qaldırılır. Korreksiya 2 yerə ayrılır: tibbi və pedaqoji Qüsurların tibbi yolla aradan qaldırılması Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən uşaq poliklinikası, dispanser və sanatoriyalar tərəfindən təşkil cdilir. Pedaqoji korreksiya isə Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər, məktəb, yardımçı sinif, qrup, internat məktəb tərəfindən təşkil edilir. "Anomal uşaqlar"ın sosial adaptasiyası nədir? Latınca uyğunlaşma demekdir. Fərdi və qrup şəklində ictimai dəyərlərə yiyələnmək və sosial mühitə uyğunlaşmaqdır. Anomal uşaq özünü qeyri-adekvat, aqressiv aparır. Bu da münaqişəyə səbəb olur. Bu defektologiyada əsas anlayışlardandır. Belə uşaqlar birinci ailədə təlim-tərbiyə alır, bilik bacarığa yiyələnir, sonar isə qüsurun aradan qaldırılması istiqamətində korreksiya, kompensasiya mühüm götürülür və uşaq cəmiyyətə uyğunlaşdırılır. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az

Bakının bu rayonunda su olmayacaq

Paytaxtın Xətai rayonu istiqamətində içməli suyun verilişində fasilələr yaranacaq.Paytaxtın Xətai rayonu istiqamətində içməli suyun verilişində fasilələr yaranacaq. "Azərsu" ASC-dən verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar bu gün ərzində Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.(publika.az)

Hadisələrlə gəngin, aktiv, parlaq gündür - Günün astrloji proqnozu

Qoç - günün ilk yarısı intensiv dialoq, son məlumatların və informasiyaların mübadiləsi üçün əlverişlidir. İşgüzar səfər, ezamiyyət istisna deyil.Çalışdığınız kollektivdə rəhbərliklə açıq danışın.Günün ikinci yarısında fəaliyyət şəraitinizin yaxşılaşdırılması üçün konkret addımlar atmaq olar. Yeni biliklər əxz edin, təcrübənizi artırın.Sevdiyiniz adam maraqlarınızı bölüşəcək. Mübahisə etməyin. Buğa - yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyacınız var. Maraqlı ideyalar və kreativ fikirləriniz az deyil. Onlar sizə gəlir və mənəvi rahatlıq vəd edir. Həmin ideyaları həyata keçirməyin, rifahınızı yüksəltməyin yollarını düşünün.Günün ikinci yarısında mübhəm xəbəri paylaşmasın. Bələd olmadığınız insanlara sirr verməyin. Maliyyə məsələlərində diqqətli olun. Alış-verişdə çox pul xərcləməyin.Ailə büdcəsinin qayğısına qalın. Əkizlər - cari hadisələrin çərçivəsində darıxa bilərsiniz. Gərginlik və narazılıq qəti addımlar atılmasını tələb edir.Mahiyyət etibarilə sizə indi, sadəcə, "tətiyin çəkilməsi", qəfil etiraf, informasiya gərəkdir. Bundan sonra dəyişiklikərin zəncirvari reaksiyası başlanacaq.Olduğunuz mövqelərin laxlamasının qarşısını alın.Yaxınlarınızla söhbətlər və müzakirələrin önəmi artır. Dəstəyə nail olmaq üçün səbrli və müdrik olun. Xərçəng - önəmli qərarlar qəbul etməzdən əvvəl nüfuzlu insanların mövqelərini araşdırın. Onların məsləhətlərini qulaqardına vurmayın. Dostlar və tanışlarla qayğıkeş davranın. Maddi rifahınızın inkişafında maraqlı insanları özünüzdən kənarlaşdırmayın.Günün ikinci yarısında büdcənizə zərər vurmayın. Bədxərclik etməyin. İnternet vasitəsilə nə isə ala bilərsiniz.Yaxınlarınızın qayğılarından, problemlərindən hali olun.Laqeyd insan təsiri bağışlamayın. Şir - konstruktiv dialoq sayəsində məqsədlərə çata bilərisniz. Uğurlar sizi gözləyir. Ən müxtəlif insanlarla ünsiyyətdə radikal olmayın. Mövqelərinizi möhkəmlətmək üçün bütün addımları atın.Günün ikinci yarısında bütün işlərin öhdəsindən müstəqil gəlməyə can atmayın. Kollektiv fəaliyyətdə xeyir var. Bəzi məsələlərdə fikir müxtəlifliyi ilə barışın.Sevdiyiniz insanın qəfil sualları sizi naqolay vəziyyətdə qoymamalıdır. Açıq söhbətə hazır olun. Qız - tapşırıqları qulaqardına vurmayın, səlisliyə can atın. Əsas diqqəti bilavasitə səlahiyyətlərin yerinə yetirilməsinə yönəldin. Hadisələrlə gəngin, aktiv, parlaq gündür. Passiv olmayın, yeniliklərə can atın.Günün ikinci yarısında inzibati işlərdə səhvlərə yol verməyin. İntensiv ünsiyyət zamanıdır. Dostlar arasında mübahisədə sizdən şahidlik etmək istəniləcək. Situasiyadan səbr və təmkinlə hali olun.Axşam saatlarında dəvət aldığınız yerə yollanın. Tərəzi - aktiv, mütəhərrik, çevik olun. Görduyünüz işə laqeyd yanaşmayın. İşdə rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında yerinə yetirin.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda subordinasiyanı pozmayın. Həddən ziyadə səmimiyyət problemlər vəd edə bilər.Ailə üzvlərinizin həyatında aktiv iştirak edin. Mühüm məsələləri nəzərdən qaçırmayın. Əqrəb - özünüzü sərbəst hiss etsəniz, məqsədə doğru daha sürətlə irəliləyə bilərsiniz. Ünsiyyətə açıq olun, yeni tanışlıq imkanlarından yararlanın. Xidməti yazışma məhsuldar olacaq. Maraqlandığınız insanla təkbətək danışın.Günün ikinci yarısında prinsiplərinizin bəzisinin təftişə və təhlilə ehtiyacı var. Düzəlişlər qaçılmazdır. Yaşamla bağlı mühafizəkar baxışlarınız, ənənələrə və köhnə qaydalara sədaqətiniz qarşı tərəfin xoşuna gəlməyə bilər. Həmin insan eksperimentlərə və yeniliyə meyllidir. Oxatan - gün ərzində yaşanacaq hadisələr sizdən aktiv olmağı tələb edir. Həyatınızda bundan sonra da əvvəlki təki qalmasının mümkünsüz olduğu nəsnələrə dəyişikliklər etmək gərəkdir.Vidalaşmaq gərəkdiyi nəsnə və ya insanları intuitiv ayırd edin. Başqa mühüm işlə məşğul olmaq üçün vaxt tapın.Bu, çətin, amma vacib məsələdir.Sizi narahat edən məsələlərə praktik müstəvidən baxın.Sizin üçün mühüm insanlarla münasibətlərdlə böhran yaşana bilər. Oğlaq - pulunuzun qədrini bilin, bədxərclik etməyin. Maliyyə vəsaitinizlə mənasız risklər etməyin. Xərclər artsa da, gəlirlər dəyişmir. Borcları vaxtında qaytarın, kredit ödənişlərini gecikdirməyin. Maliyyə öhdəliklərinə unutqan yanaşmayın.Günün ikinci yarısında danışıqlarda, hesabatların tərtibatında ehtiyatlı olun.Pul məsələsi dostlar və qohumlarla münasibətlərinizi səngidə bilər.Axşam saatlarında gəzintiyə çıxın. Dolça - uğurlu, yaxşı gündür. Kommunikasiyaların effektiv olmasına çalışın. İnsan naturasının incəliklərinə bələd olmağa can atın. Danışıqlarda və müzakirələrdə qarşı tərəfi haqlı olduğunuza inandırın.Günün ikinci yarısında yalanlara aldanmayın, vədləri reallıq qismində qəbul etməyin. Sevdiyiniz insanla münasibətlərdə köhnə mübahisə yenidən alovlana bilər. Mövqeyini anlatmaq üçün arqumentləri normal qaydada seçin. Zəif yerlərə zərbə endirməyin.Axşam saatlarında normal istirahət edin. Balıqlar - dəyərlər və hisslərdə konkretləşdirməyə nail olmaq üçnü önəmli görüş, ya da müzakirəyə ehtiyac var. Kənar hadisələrlə yad təsirlərin gücü artır.Çətin gündür. Özünüzlə bağlı xoşagəlməz etiraf, habelə kiminsə rahatlığınızı və işlərinizi pozmağa çalışması istisna deyil.Günün ikinci yarısında xoş hadisələr istisna deyil. Borcun qaytarılması, önəmli məsələ ilə bağlı təlaş və ya narahatlığın əbəs olmasına dəlalət edən, çoxdan gözlənilən məlumatın alınması mümkündür (Milli.Az).

Bakı-Sumqayıt yolu yenə bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) iyulun 31-dən avqustun 1-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ölkə.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək. Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Diqqətli olun - Bu tarixdə özünüzü narahat hiss edə bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, iyulun 31-də Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü fonunda havada rütubətliyin normadan bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Gözəlləşmək üçün arıqladı - Ölümcül xəstəliyə tutuldu/VİDEO

22 yaşlı ingilis qız Emeli Lyuis sevgilisi olmadığı üçün özünü kök və eybəcər saymağa başladığı üçün anoreksiya xəstəliyinə düçar olmuşdu. Psixoloq.az xəbər verir ki, arıqlıqdan ölümlə üz-üzə qalan qız yenidən həyata dönüb. Emeli modellərə bənzəmək üçün həddən artıq arıqlamışdı və bu isə onu anoreksiya xəstəliyinə mübtəla etmişdi. Məktəbdə dostları ona həmişə lağ ediblər. Emeli deyir ki, fotolarını sosial şəbəkəyə yerləşdirirən qızların ondan arıq və gözəl olduğunu düşünürmüş. Özünü çox kök sayan qız ciddi pəhrizə başlayır və ölümlə burun-buruna gəlir. Bu səbəbdən qız bir müddət xəstəxanada müalicə alır. Xəstəxanadan çıxdıqdan sonra isə tamam fərqli həyat tərzi seçir. Emeli başına gələnləri belə xatırlayır: “Gündə 10 saat idmanla məşğul olurdum, yediyimi həmən qusurdum. Ətrafda hamı mənə qorxa-qorxa baxırdı. Amma mən özümü normal görürdüm. Bir gün səhər itimi gəzməyə apardım və titrəyə-titrəyə geri qayıtdım. Həddən artıq arıq olduğum üçün isinə bilmirdim. Özümü pis hiss etdim. Xəstəxanaya apardlar, uzun müddət müalicə aldım”. Xəstəxanada aylarla müalicə olunan qız yeni həyat qurmağa söz verib. Xəstəxanadan çıxdıqdan sonra isə müntəzəm olaraq həkimlərə baş çəkib. İdmanla məşğul olub və sağlamlığına qovuşub.(ölkə.az)

Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə,  havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. İyulun 31-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq və şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq. Azərbaycanın rayonlarında iyulun 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Psixoloq Taryel Faziloğlu

Vəliyev Taryel Fazil oğlu 1981 ci il 21 may tarixində Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində doğulub. Orta təhsilini  A.S.Makarenko adına Hümanitar Fənlər Ginnaziyasında bitirib. Tarix, psixologiya üzrə bakalavr, tarix, beynəlxalq münasibətlər.  Ankara Universitetində " Ailə psixologiyası ” üzrə magistr təhsili alıb. Bədən dili, Psixoloji savaş, Hipnoz, Biznes danışmanlığı üzrə beynəlxalq proqramlarda iştirak etmiş və uzman dərəcəsi  alan Azərbaycanda tək mütəxəsisidir.. 1997 ci ildən 2014 cü ilədək ictimai təşkilatlarda rəhbər vəzifələrdə çalışıb, onlarla yerli, bir neçə beynəlxalq layihədə rəhbər və ya icraçı olaraq iştirak edib. 120 - dən çox təlim və seminarlarda iştirak edib. Özünün psixologiya, fərdi inkişaf, biznes psixologiyası üzrə verdiyi seminarlarda 36 mindən çox dinləyicisi olub. 2015 ci ildə Humel Psixologiya Mərkəzini təsis edib.

Psixoloq Təranə Məmmədova

Psixologiya üzrə  fəlsəfə doktoru “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəridir  Beynəlxalq Ailə Akademiyasının, Avropa Psixoloqlar Liqasının, Dünya Pozitiv Psixoterapiya Assosiasiyasının üzvüdür.   1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. TƏHSİL   1998-2002 –ci illərdə Azərbaycan  Dövlət  İqtisad  Universitetinin maliyyə-kredit fakultəsində bakalavr təhsili alıb.   2002-2004-cü illərdə həmin universitetdə magister təhsilini tamamlamışdır.   2014-cü ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitenin Psixologiya fakultəsini bitirib.   Hal –hazırda  V.M. Bexterev adına Sankt-Peterburq Klinik Psixologiya və Psixoterapiya  İnstitutuda –Klinik psixologiya üzrə təhsil alır İŞTİRAK  ETDİYİ  TƏLİMLƏR VƏ LAYİHƏLƏR Türkiyə, Rusiya və digər ölkələrdə psixologiya üzrə kurslarda iştirak etmiş, sertifikatlar almışdır.  2014-cü ildə  “Azərbaycan  Bayrağı  Diplomuna” layiq görülüb  2015-ci ildə “Yeni şans” və “Azərbaycan əsgəri” qazetləri tərəfinən keçirilən rəy sorğusu əsasında “İlin vətənpərvər xanımı” adına layiq görülüb Fəxri Diplomla təltif olunub.  15.04.2015-ci ildə Azər KİVİHİ-ı tərəfindən “İlin ən yaxşısı” naminasiyasına  layiq görülərək “Loqos” Psixoloji və Nitq İnkişaf  Mərkəzi Fəxri Diplomla təltif olunub   06.05.2015-ci ildə Psixoterapiya və Psixologiya üzrə Elmi Tədqiqatlar İnstitutu tərəfindən keçirilən Qrup terapiyası üsulu ilə  psixoterapevtik seminarda iştirak edib sertifikatla teltif olunub  16.12.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya şöbəsində uşaqlar arasında keçirilən tədbirlərə və  göstərdikləri psixoloji dəstəyə görə Mərkəz tərəfindən “Loqos” PNİM-nin əməkdaşlarına və xüsusilə rəhbərə təşəkkür məktubu ünvanlanmışdır.  18.12.2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin Rəyasət Heyəti (AzərKİV) “İntervyu” jurnalı və “İntervyu xəbər” qazeti tərəfindən keçirilən ictimai sorğu nəticəsində “Loqos” PNİM-i  “İlin Psixoloji və Nitq Mərkəzi” Fəxri Media Mükafatına  layiq görülüb  18.12.2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin  (AzərKİV),  “İntervyu” jurnalı və “İntervyu xəbər” qazetinin Rəyasət Heyəti tərəfindən Heydər Əliyev adına  Fəxri Media Mükafatı Diplomuna layiq görülüb   2016-cı ildə “Qaynarxett.biz” saytı tərəfindən keçirilən sorğu nəticəsində Səhiyyə sahəsində əvəziz xidmətlərinə və Dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə Fəxri Diplomla təltif edilib 2016-cı il “İqdisad.org” xəbər portalı tərəfindən keçirilən sorğu əsasında Fəxri Diploma layiq görülüb   2016-2017-ci il Uluslararası Ankara Sanat Festivali-Türk kültürü, sanatı və eğitim çerçevesinde iştirakına görə  “Hizmet Şeref Ödülü”-nə layiq görülüb.   16.03.2017-ci ildə  Hökumətlərarası Ali Elmi Şura və  “Oxford”  təhsil şəbəkəsi tərəfindən "21-ci əsrin psixologiyası" beynəlxalq  müsabiqədə  "Psixologiya-İnsanlar üçün" nominasiyasında  psixi sağlamlıq sahəsində insanlara görsətdiyi xüsusi xidmətə görə 1-ci dərəcəli diplom alıb.   14.04.2017-ci ildə  Fundamental Təhsil Beynəlxalq Universiteti, Beynəlxalq Ali Akademik şurası və  Oksford təhsil şəbəkəsi tərəfindən  Psixologiya  üzrə  fəlsəfə doktoru  adına layiq görülüb. Psixologiya və pedaqogika fakültəsini bitirərək.  Evlilik və Ailə terapiyası,  üzrə konsultant  adını qazanıb    30 İyun 2017-ci ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitenin psixologiya ürzə bakalavr dərəcəsi diplomunu alıb   Ege Orman Fakvı-dan  “Doğa Dostu” Sertifikatı alıb ELMİ  NƏALİYYƏTLƏR    2017-ci il Fundamental Təhsil  Beynəlxalq Universiteti Sankt-Peterburq şəhəri-  “Loqos” psixoloji mərkəzin nümunəsində  Azərbaycan xalqının milli ailə ənənələri sahəsinə uyğun olaraq ailə psixoloji məsləhətləşmənin innovativ metodologiyası mövzusunda dissertasiya işi  MÜKAFATLAR   2017-ci ildə Hökumətlərarası Ali Elmi Şura tərəfindən “Səhiyyə sahəsində görsətdiyi uzun illik əməyə görə” V.M. Bexterev adına medalla təltif edilib