Hiperkulturemiya və ya Florens sindromu incəsənətin insan üzərində təsiri nəticəsində, xüsusilə incəsənət əsəri gözəl olduqda və ya çoxsaylı incəsənət əsəri bir məkana toplanmış olduqda insanın ürək döyüntülərinin sürətlənməsi, baş gicəllənməsi, ürəkgetməsi, hətta hallüsinasiyalara səbəb ola bilən psixosomatik xəstəlik vəziyyətidir. Bu termin həmçinin digər şəraitlərdəki gözəllik bolluğunu görməyə olan reaksiyanı əks etdirə bilər. Xəstəlik 19-cu əsrdə yaşamış məşhur fransız yazıçı Stendalın(Henri Mari Beyl) ölümündən sonra belə adlandırılıb. Belə ki, yazar 1817-ci ildə Florensiyaya səyahət edir və fenomenlə qarşılaşır. Bu haqda “Neapol və Florensiya: Milandan Reccoya səyahət” kitabında qeyd edilir. Nikkolo Makiavelli, Mikelancelo Buonarroti və Qalileo Qaliley dəfn olunduğu Santa Kros Kilsəsinə səfər edir və ilk dəfə Cottonun freskalarını görür və emosiyaların əsirinə çevrilir. O yazırdı: “Mən Florensiyada olmaq fikrindən tutmuş bu möhtəşəm insanların qəbrini yaxından görməyə qədər olan vaxt ərzində qısa müddətli ekstaz (cuşagəlmə) dövrü yaşadım. Bu möhtəşəm gözəlliyə tamaşa edərkən ülvi hisslər keçirdim. Hər şey canlı-canlı ruhumla danışırdı. Kaş ki unuda bilsəm. Berlində “sinir” adlandırdıqları ürəkdöyünmələr yaşadım. Həyatım tükənirdi. Qorxurdum ki, yıxılacağam”. Florensiya incəsənətini görən bir çox adam bu baş gicəllənmələri və ürək tutmaları yaşayıb, lakin bunun sindrom kimi qəbul olunması 1979-cu ilə təsadüf edir. Bu ildə italyan psixiatrı Graziella Magherin Florensiyada səyahətdə olan yüzdən çox turisti müşahidə etmiş və onların keçirdiyi hissləri təsvir etmişdi.
Xarici aksent sindromu xəstədə qəfildən digər bir dil aksentinin yaranmasıdır. Xarici aksent sindromu adətən zərbə nəticəsində, bəzənsə kəllə-beyin travması nəticəsində yarana bilər. Bunlar sindroma tutulanların ən çox göstərdiyi səbəb olsa da, miqren olan xəstələr də bu sindroma yaxalana bilərlər. Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır. Bunu da qeyd etmək lazımdır ki, xəstə birdən-birə xarici dil bilgilərinə yiyələnmir. Təsdiqlənməmiş məlumata əsasən 2010-cu ildə bir xorvatiyalı komadan çıxandan sonra almanca səlis danışmağa başlayıb, lakin bu bacarığın beyin zədəsi səbəbindən qazanılması öz təsdiqini tapmayıb. Bu sindrom elə təsir bağışlayır ki, sanki sindroma tutulanlar öz dillərində, lakin xarici aksentdə danışırlar. Məsələn, yerli amerikalı ingiliscə elə danışa bilər ki, sanki cənub-şərqi ingiltərəlidi, və Britaniyada yaşayan biri Amerika ingilisi aksenti ilə danışa bilər. Oksford universitetində aparılan tədqiqata əsasən sindroma səbəb beynin müəyyən hissələrinin zədələnməsidir ki, buraya beynin linqvistik funksiyalarını yerinə yetirən hissələrdir. Onların zədələnməsi səhv tələffüzə gətirib çıxarır. İddia edilir ki, İngiltərəli musiqiçi, ifaçı və söz yazarı Corc Miçel 2012-ci ilin iyulunda komadan ayılanda Şimali London aksenti əvəzinə qərb dairəsinin aksentilə danışmağa başlayıb. O 2011-ci ildə pnevmaniya nəticəsində komaya düşmüşdü.
Şəxsiyyətin İndividual Xarakteristikası Konkret olaraq insanın ətraf aləmə şüalandırdığı, göndərdiyi cəmi informasiyaları, siqnalları formasına görə jest adı altında 4 kateqoriyada qruplaşdırmaq mümkündür: 1) somatik 2) psixomotor 3)koqnitiv 4)evokativ Bunlardan birincisi - insanın özünün və ya ayrı-ayrı üzvlərinin fəaliyyətində, davranışında əks olunan ideomotor hərəkət və səsləri(artikulyasiyaları), ikincisi - təfəkkürünün, buna müvafiq olaraq isə nitq və davranışının sürətini, üçüncüsü - təfəkkür proseslərinin formasını və nəhayət, dördüncü - təfəkkürün məzmununu əhatə edir. Məhz bunlar da şəxsiyyətin dinamik baxımdan oaln xarakteristikalarını təşkil edir. Bu xarakteristikalar aşağıdakılardır: Şəxsiyyətin fizioloji (vital) xarakteristikası a) Vizual parametrlər, başqa sözlə, görmə hissiyatı vasitəsilə fiksiya oluna bilən parametrlər. Məsələn, forma rəng, hərəkət, şüa və.s kimi. Konkret olaraq insanın bu kateqoriyadan ətraf dünyaya yaydığı informasiyalara aiddir: - fiziki sima-yəni fizionomiya, qüvvə, köklük, boyun uzunluğu, yaş; - zahiri görkəm-yəni paltar, saç düzümü, kosmetika; - müxtəlif ifadəli hərəkətlər-yəni mimika, pantomimika, vokal mimika: poza, manera,yeriş, duruş, gözqırpma; b) Audial (vokal) parametrlər, başqa sözlə eşitmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər; Məsələn, musiqi, göy gurultusu, çay şırıltısı. İnsanın bu kateqoriyadan ətraf dünyaya yaydığı informasiyalara aiddir: - akustik sima: səsin amplitudası, tembri, tonallığı - paralinqvistik elementlər: temp, ton, ucalıq, intonasiya, tələffüz, gərginlik, uzlaşma kimi nitq çalarları - ekstralinqvistik elementlər: pauza, nəfəsalma, ağlama, gülmə, öskürmə c) Daktil parametrlər, başqa sözlə, toxunma( lamisə hissiyyatı) vasitəsilə fiksiya oluna bilən parametrlər d) Parfümer parametrlər, başqa sözlə, iybilmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər e) Dequstral parametrlər, başqa sözlə, dadbilmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası. Bu kateqoriyaya aiddir: a) Hissi davranış: emosiyaların dayanıqlılıq tərzi, o cümlədən, emosiyalarını tez büruzə vermək (tez sevinib, tez kədərlənmək kimi) və ya daim nəzarətdə saxlaya bilmək b) İntellektin tempi: təfəkkürünün o cümlədən, onun təzahürü olan davranış və nitqinin sürəti, tempi Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası. Bu kateqoriyaya aiddir: a) Rasionalizm, o cümlədən beynin assosiativ qabiliyyəti, səbəb-nəticə arasında əlaqə görə bilmək qabiliyyəti b) Erudisiya potensialı, yəni, məlumatlılıq, kompetensiya, dünyagörüşü Şəxsiyyətin iradi (evokativ) xarakteristikası. Bu kateqoriyaya aiddir: a) məqsəd və motivləri seçə bilmək qabiliyyəti; b) psixi prosesləri yerinə yetirilən fəaliyyət növünü uyğun təşkil edə bilmək qabiliyyəti c) məqsədin əldə olunması yolunda ortaya çıxan maneələrin dəf edilməsi üçün fiziki və psixi imkanları səfərbər edə bilmək qabiliyyəti Bu 4 sfera insan ürəyinin, beyninin bir növ güzgüsü, displeyi, illüminatoru, ekranıdır. Hər bir insanın psixi portreti məhz bunların ayrı-ayrılıqda bir-biri ilə necə kombinasiya olması ilə müəyyənləşir. Müəllif: Şəbnəm Cəlilova
Alfred Adler Doğum tarixi- 7 fevral 1870 Doğum yeri- Avstriya İmperiyası, Vyana, Rudolfşeym Vəfatı-28 may 1937 Vəfat yeri-Aberdin, Şotlandiya Elm sahəsi-Nevrologiya, Psixoterapiya, Psixoanaliz Elmi dərəcəsi-Psixoterapevt Təhsili-Oftolmoloq, psixoterapiya və nevrologiya Alfred Adler 1870-ci ildə fevralın 7-də Vyanada şəhər ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dünyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Adler uşaqlıqdan tez-tez xəstələnirdi, ona görə də tərəddüdsüz həkim peşəsini seçib. 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən isə elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra o, psixiatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb. 1902-ci ildə Adler yeni psixologiya istiqamətinin yaradıcısı Ziqmund Freydin ətrafında birləşərək dərnək yaradan 4 nəfərdən biri olub. 1935-ci ildə Adler ABŞ-a gəlir və həkim-psixiatr vəzifəsində çalışıb. 1937-ci ildə Adlerin ölümündən sonra fərdi psixologiyaya maraq azalır və yalnız 50-ci illərdən yenidən diqqəti çəkir. Humanist psixologiyasının yaradılmasında Adlerin ideyalarının böyük təsiri olub. Adler nəzəriyyəsinin strukturu Şəxsiyyət psixologiyası nəzəriyyəsinin strukturunu Adler belə göstərib: • Saxta finalizm • Üstünlük qazanmağa cəhd • Dəyərsizlik hiss və onun kompensasiyası • İctimai maraq • Həyat tərzi • Yaradıcı mən
Kəkələmək, insanın damaq səsləri ilə başlayan sözləri və hecaları təkrarlanmasına, uzatmasına və ya kəsilməsinə verilən təsvirdir. Əsasən evin kiçik uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş arasında yaranır. Ortalama yaşı isə 5 yaşdır. Ən çox isə oğlan uşaqlarında rast gəlinir. Kəkələmənin tam yaranma səbəbi məlum deyil. Bəzi araşdırmalar genin və ya stressin buna yol açdığını bildirib. Kəkələmə nitq aparatı əzələsinin qıc olmasıdır. Kəkələyən insanlar, daim açıq havada gəzməli və çoxlu vanna qəbul etməlidirlər. Kəkələyən uşaqlarla iş uzunmüddətli olur. Kəkələmənin növləri: 1. Klonik 2. Tonik 3. Qarışıq Kəkələmənin ən yüngül forması klonikdir. Məsələn, uşaq kitab sözünü demək istəyir. Bu zaman həmin sözü belə tələffüz edir: ki...ki...kitab. Kəkələmənin ağır forması isə tonikdir. Tonik kəkələməni aradan qaldırmaq üçün mütləq klonik kəkələmənin tədricən azaldılmasına çalışılmalıdır. Bu zaman yüngülləşmə əmələ gələ bilər. Qarışıq kəkələmə ən ağır forma sayılır. Burada 2 eyni tonik-klonik, həm də klonik-tonik növlərinin qarışığı ola bilər. Kəkələməni xüsusiyyətlərinə görə belə qruplaşdırmaq olar: Damaq, nəfəs, qırtlaq, düşüncə kəkələməsi. Məsələn, uşaqda düşüncə kəkələməsi zamanı qəribə hal yaşanır. Belə ki, uşaq ailəsinin yanında olduqca çox kəkələyir. Kənar şəxslərin yanında isə kəkələmə az olur. Yəni, bu artıq düşüncənin kəkələməni idarə etməsi deməkdir. Nəfəs kəkələməsində sanki uşaq boğulur, nəfəsini düzgün istifadə edə bilmir və kəkələyir. Dodaq kəkələməsi zamanı isə uşaq m,p,v,b samit səslərini tələffüz edərkən daha çox kəkələyir. Əgər uşağınız kəkələyirsə, müalicə və məşğələlər ilə sağalmağa doğru gedirsə onun üstünə anidən qışqırmaq, hədə-qorxu gəlmək olmaz. Çünki yenidən kəkələmə yarana bilər. Defektoloq Gülnarə Səfərəliyeva
Xəstəliyin etiologiyası və simptomatikası Serebral iflic- dayaq hərəkət aparatının pozulmasıdır. Dayaq hərəkət aparatı pozulmuş olan uşaqlar xüsusi bir kateqoriyanı təşkil edən ümumi və xüsusi hərəkət çatışmazlıqları ilə digər qüsurlu uşaqlardan fərqlənirlər. Dayaq hərəkət aparatının işləməməsi doğuşdan sonra baş-beyin qabığının hərəkət sahələrinin fəaliyyətinin pozulması ilə bağlı meydana çıxır. Serebral iflici yaradan səbəblər isə müxtəlifdir: Bətndaxili inkişaf zamanı ananın müxtəlif somatik, viruslu xəstəliklər Toksiplazma, Uşaqla ananın qan uyğunsuzluğu, Doğuş zamanı kəllə beyin asfeksiya və beyinə qansızmalar. Dayaq hərəkət aparatının çatışmazlığının ən geniş forması uşaq serebral iflicidir. Mərkəzi sinir sisteminin xəstəliyi olub baş beyin qabığının hərəkət mərhələlərinin və hərəkətin ötürücü yolların pozulmasıdır. Uşağın vaxtından qabaq və ya gec doğulması da uşaq serebral iflicinə səbəb ola bilər. Genetik amillər, ağır keçən doğuş zamanı alınan xəsarət də səbəb ola bilər. Uşaqlarda hərəkət funksiyasının bütövlükdə ləngliyi, dəqiqlik və koordinasiyanın pozulması müşahidə olunur. Onlarda başın dik tutulması, oturma, durma yeriş vərdişləri gec formalaşır. Serebral iflicli uşaqlarda əzələ tonusunun kəskin pozulması olur. Buna da Dispraksiya deyilir. Beləliklə, hərəkət pozulmaları uşağın bütün psixi inkişafının formalaşmasına mənfi təsir göstərir. Serebral iflicli uşaqların əksəriyyəti üçün əqli iş qabiliyyətinin aşağı olması, yüksək yorğunluq xarakterikdir. Serebral iflicli uşaqların çoxu küsəyən olurlar. Qorxu hissi onların canlarındadır. Uşaqlarda kəkələmə və alaliya kimi nitq qüsurları da olur. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az
Dodaq forması ilə xarakter analizi aparmaq mümkündür. Dodaqların xarakterinizə təsiri barədə məlumatı təqdim edirik: Alt dodaq və üst dodaq bərabərdir Belə dodağı olan şəxslər problem həll edən, samballı adamlar olaraq tanınır. Tənqid olunmaqdan narahat olmazlar. İnsanların düşüncələrinə hörmətlə yanaşarlar. Onları hirsləndirmək imkansızdır desək yanılmarıq. Nazik, bir az qabarıq dodaqlar Belə dodaqları olan insanlar nazlı olurlar. Həyatdakı öncəlikləri öz rahatlıqları və duyğularıdır. Özlərinə qulluq etməsələr kiminsə onlarla maraqlanmayacağını düşünürlər. Çox sadiq və yaxşı dostdurlar. Çox nazik üst dodaq Liderlik ruhlarında var. Təsiretmə qabiliyyətində bacarıqlı, enerjili, çarə düşünən, möhtəşəm bir şəxsiyyətdir. Problemləri həll etməyin bir yolunu mütləq tapırlar. Qalın və yumşaq dodaqlar Belə dodaqları olan şəxslər mütləq bir başqasının məsuliyyətini üzərinə götürmək üçün doğulublar. Əgər dodaqlarınız belədirsə, uşaqlığınızın bir qismini küçədəki heyvanları qidalandıraraq, ya da onlara sahiblənərək keçirmiş ola bilərsiniz. Belə dodaqlı şəxslərin çox yaxşı valideyn olduğu düşünülür. Üst dodaq alt dodaqdan daha qalındır Bu növ dodaqları olan şəxslər diqqət mərkəzində olmağı daha çox sevirlər. Duyğusal, xarizmatik, eşq sevən və diqqət çəkməkdən xoşlanan şəxslərdir. Özlərini çox sevirlər. Maraq dairəsi olmağı xoşlayırlar. Alt dodaq üst dodaqdan daha qalındır Belə dodaqları olan şəxslər əylənməyin nə olduğunu həqiqətən yaxşı bilirlər. Enerjili bir yaşam, yeni dostlar, məkanlar, yeni kəşflər daim onlar üçün həyəcanverici olur. Nazik dodaqlar Nazik dodaqları olan şəxslər adətən yalnızlığı sevirlər. Özləri ilə olmağı seçirlər, tənha şəxs olaraq problemləri ilə yaxşı maraqlana bilirlər. Yalnızlığı sevmələrinə rəğmən sosial şəraitlərdə də xoşbəxt olur və narahatlıq duymazlar. İnsanlarla rahatlıqla ortaq bir dil tapıb dostluq da qura bilirlər.
Yazılanları sıra ilə oxuyub, tətbiq edin. Aşağıdakı yazıları sırası gəlmədən oxumayın. Əgər bir ad yazacaqsınızsa həmin şəxsi həqiqətən tanıdığınıza əmin olaraq yazın. Oyun 3 dəqiqənizi alacaq. Diqqətli olun və sualları hisslərinizlə cavablamağa çalışın. Bir kağız və qələm götürün. Sıra ilə oxuyaraq yazılan tapşırıqları kağızda qeyd edin. Kağıza yuxarıdan aşağıya doğru 1-dən 11-ə qədər rəqəmləri yazın. 1 ilə 2-nın qarşısına hər hansı bir rəqəm yazın 3 ilə 7-nın qarşısına fərqli adlar yazın ( qarşı cinsdən ) 4,5 və 6-nın qarşısına ailə üzvlərindən və ya dostlarından olan insanların adlarını yazın 8,9,10 və 11-in qarşısına mahnı adları qeyd edin Açıqlama: Bu testi bir neçə şəxslə paylaşın. Neçə nəfərlə paylaşmalı olduğunuz 2ci nömrənin qarşısında yazılıb. 3-cü nömrənin qarşısına yazdığınız insan çox sevdiyiniz bir insandır, 7-nin qarşısına yazdığınız insan sevdiyiniz biridir, lakin aranız düzəlmir. 5-in qarşısına yazdığınız insanı çox yaxşı tanıyırsınız, 4-ün qarşısına yazdığınız insan ayrıla bilmədiyiniz insandır, 6-cı nömrəni qarşısında adı yazılmış şəxs sizə uğur gətirən biridir. 8-in qarşısına yazdığınız mahnı 3-cü nömrədəki insana aiddir. 9-un qarşısına yazdığınız mahnı 7-ci nömrədəki insan üçündür. 10-cu nömrənin qarşısındakı mahnı sizinlə bağlıdır. 11-ci nömrədəki mahnı həyatla bağlı hisslərinizi ifadə edir.
Oliqofreniya ruhi xəstəlik deyil, pataloji haldır. Özünü normal psixi və fiziki xəstəliklərin pozulması ilə biruzə verir. O uşaqlar haqqında elmi təsəvvürlər pataloji halın təsir göstərdiyi sahələrdə- intellektual inkişafda emosional-iradi və şəxsiyyət aləmində yaratdığı pozulmaların nəticəsi ilə izah olunur. Kliniki müşahidələrdə neyrofizoloji və neyropsixoloji tədqiqatlar göstərir ki, əsəb sistemində hər hansı bir sahənin zədələnməsi nəticəsində şəxsiyyətin pozulma halları müşahidə olunur. Oliqofreniya cinsi xromosomların genetik pozulmasının çatışmazlığı nəticəsində yaranır. Yüngül formalı oliqofreniya ümumi sayın 80-85% təşkil edir. Alimlər psixi geriliyin 2 növünü ayırd edirlər. Psixi cəhətdən geri qalan uşaqlar və oliqofreniya anlayışları bir-biri ilə sıx bağlıdır. Lakin spesifik xüsusiyyətlərinə görə fərqləndirmək lazımdır. Bəzən yanlış dioqnozlaşdırma əsasında xüsusi məktəblərə Psixi ləngimələrə məruz qalmış uşaqlar da cəlb olunurlar. Onlar öz yaşıdları ilə müqayisədə psixi cəhətdən geri qalırlar. Psixi cəhətdən geri qalan uşaqlarda bu əlamətlər gec nəzərə çarpır. 6 yaşa kimi ləngimələr valideynləri ciddi narahat etmir. Oliqofrenlər üçün dərk etmə proseslərinin bütün növlərinin pozulmaları xarakterikdir: primitiv bilik ehtiyatları, diqqətin zəifliyi, hafizənin pozulması və.s Onlar üçün bilik əldə etmək xeyli çətinliklər yaradır. Ən yüksək çətinlik isə nitqdə qrammatik qaydaların gözlənilməməsidir. Onlar nağılın, hekayənin sujetli şəkillərin məzmununu ardıcıl izah etməkdə çətinlik çəkirlər. Oliqofreniya 3 ağırlıq dərəcələrinə görə təsnifləşdirilir: 1. İdiotiya 2. İnbesillik 3. Debillik I- Ən ağır formasıdır. İdiotiya olan uşaqların ətraf mühitə qarşı reaksiyaları zəif və məqsədsizdir. Nitq və təfəkkür tamamilə inkişafdan qalır. Özünə xidmət vərdişləri formalaşmır. Hətta onlarda nevroloji somatik pozulmalar çoxdur. II- Orta dərəcə. Əqli hərəkətlər imkanına malikdir. Özünə xidmət, əl əməyinə, vərdişlərə alışdırmaq mümkündür. Söz ehtiyyatı məhduddur. III- Ən yüngül dərəcə. Korreksiya zamanı belə uşaqları yeni biliklərin mənimsənilməsi, sadə əmək vərdişlərinə alışdırmaq mümkündür. Ümumtəhsil məktəblərdə onlar proqramı çətin mənimsəyirlər. Çətinlikləri getdikcə də artır. Ona görə də debillərə xüsusi proqramla iş aparılmalıdır. Defektoloq Gülnarə Səfərəliyeva
Autizm- erkən yaş dövründə başlayan ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən 2 yaşından etibarən özünü göstərməyə başlayır. Autizm özünə qapanma kimi tanınır. Hazırda autizmin yaranma səbəbləri dəqiq məlum deyil. Autizmin yaranmasına həm irsi, həm doğuşdan əvvəlki, doğuş zamanı inkişafa təsiredici faktorlar, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlər səbəb ola bilər. Ən əsası isə əsəb sisteminin patalogiyası ilə əlaqələndirilir. Autizm ümumi xarakter daşıyır: 1. Sosial münasibətlərdə pozğunluq 2. Nitq və ünsiyyətdə pozğunluq 3. Təxəyyüldə pozğunluq Autizmli uşaqlar başqalarına qarşı maraqsızdırlar. Söz təmasından qaçır, ünsiyyət qurmurlar. Digər uşaqlarla oynamır, səbəbsiz olaraq ağlayır, gülür, mənasız sözləri ardıcıl təkrarlayırlar. Tək qalmağı xoşlayırlar. Belə uşaqların göstərdiyi digər davranış tərzləri də mövcuddur. Məsələn, bəzi uşaqlar rəngləri çox dəqiqliklə seçib, mürəkkəb naxışları qura bilmədikəri halda özünə xidmət vərdişlərinin öhdəsindən gəlməkdə böyüklərin göstəriş və tapşırıqlarını yerinə yetirməkdə böyük çətinlik çəkirlər. Autistik uşaqların zəkalarına gəldikdə onların bəziləri çox üstün riyaziyyat bacarıqları və əzbərləmək kimi qabiliyyətlərə sahib ola bilər. Belə uşaqlar ilə hər gün məşğul olmaq lazımdır. Bu uşaqların müxtəlif fobiyaları olur. Onlar təhlükəni görmürlər - maşın yolunu baxmadan keçmək, isti əşyalara toxunmaq kimi. Autist uşaqlar televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır. Onlar yelləncəyi də xoşlayırlar, onlarda bu marağı həvəsləndirmək lazımdır. Siz uşağınızı onun özündən də yaxşı başa düşməyi öyrənməlisiniz. Autizm psixoloji problem olduğundan dərmanlarla müalicəsi yoxdur. Nevroloji müalicə olunmalı, məşğələlər aparılmalıdır. Psixoloq və loqopedlər bu işə cəlb olunmalıdır. Əgər 1-2 yaşında aşkarlanarsa və bu müalicə işi düzgün olarsa, 6 yaşında o, normal uşaq səviyyəsinə çatar. Valideyn normal uşağa başa saldığından 6 dəfə çox autizmli uşağa başa salmalıdır. Məsuliyyətin böyük bir hissəsi isə valideynlərin üzərinə düşür. Müəllif: Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az
Siz daima həyatdan narazısınız, yoxsa hətta xoşagəlməz vəziyyətlərdə də sevinməyə nə isə tapırsınız? Ən yaxşısı özünüzü test vasitəsilə tanıyın. Qeyd olunan cavablardan birini seçin. Suallar: 1. Sizə görə insanlar harada daha çox xoşbəxtdir? a) Həmişə günəş parlayan şimal bölgələrdə. b) İnkişaf etmiş ölkələrin böyük şəhərlərində. c) Kanada və ya Skandinaviyada, çünki orada az əhali məskunlaşıb. 2. Bu məsəllərdən hansı sizin həyat deviziniz ola bilər?a) Dəmiri isti-isti döyərlərb) Hər işdə bir xeyir varc) Hər parlayan qızıl deyil3. Tərəfdaşınız sizə hansı hədiyyəni bağışlaya bilər? a) Bəzək əşyalarıb) Xaricə səyahət c) Hər hansı məişət əşyası 4. Peşənizi dəyişmək haqqında fikirləşirsiniz? a) Bəli, tez-tez. Mən başqa peşəni öyrənmək istəyirəmb) Bəzən, işdə problemlər olanda, ya da maaşlar gecikəndə c) Yox, heç vaxt 5. Ən çox nəyə gülürsünüz? a) Dostumun başına gələn talehsizliyə b) Yaxşı zarafat və lətifələrə c) Öz ağıllsız hərəkətlərimə 6. Şəhər ətrafında gəzinti zamanı sizi nə narahat edir? a) İzdiham b) Dilənçilər c) Çirkləndirilmiş hava 7. Hansı insanlar sizin diqqətinizi cəlb edir?a) Özünə inananb) İntellektualc) Gülməli və hazırcavabTəlimatlar: Topladığınız balların miqdarını hesablayın. 1) a-2, b-1, c-3, 2) a-2, b-1, c-3, 3) a-1, b-2, c-3, 4) a-3, b-2, c-1, 5) a-3, b-2, c-1, 6) a-1, b-3, c-2, 7) a-2, b-3, c-1 Testin nəticəsi: 7-11 bal : Sizi təbrik etmək olar — siz həyatınızdan razısız və həyatı olduğu kimi qəbul edirsiz. Kiçik şeylərdən zövq ala bilirsiz və problemlərə fikir vermirsiz. 12-16 bal : Bəzən həyatınızdan narazı olursunuz və belə dünyanı necə sevə biləcəyinizi anlamırsınız. Bu sizin başqalarından özünüzə qarşı daha çox diqqət tələb etmənizdən irəli gələ bilər. 17-21 bal : Siz pessimistsiniz. Yadda saxlayın: Hər nə olursa, yaxşılığa doğru olur. Həyatsevər insanlarla daha çox vaxt keçirtməyə çalışın.
Gözlər qəlbin aynasıdır deyirlər. Bəs göz rənginin insanın xarakterini təcəssüm etdirdiyini bilirdinizmi? Qara gözlər Hadisələr qarşısında çox tez həyəcanlanan, intizamlı, qayda-qanuna riayət edən insanlardır. Duyğusal olan bu insanların istər sevgisi, istərsə də kini çox güclü olur. Onlar qarşılarındakı insanı idarə etmək istəyərlər. Yaşıl gözlər Sevdiklərini heç vaxt qırmaq istəməzlər. Çox əsəbi olsalar da, qarşısındakını heç vaxt incitməzlər. Buna görə hisslərinə həmişə hakim olmağı bacarırlar. Mavi gözlər Durmağı sevməyən, enerji dolu, həmişə pozitiv qərarlar verən, əliaçıq, dəyişikliklərdən qorxmayan biridir. Boz gözlər Pisi, yaxşını seçməyi bacaran, həssas qəlbə sahib insanlardır. Qürurlu olduqlarından qırıldığında bağışlamazlar. Qəhvəyi gözlər Başqalarının onları idarə etməsini sevməzlər. Sirlərini hər kəsə deyən insanlardır. Dünyaya bağlı gözlərlə baxarlar.
Karl Qustav Yunq Doğum tarixi- 26 iyun 1875 Doğum yeri- Kesvil Vəfat tarixi- 6 iyun 1961 Vəfat yeri- Küsnaxt Karl Qustav Yunq- İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisidir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir. 1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi “Psixoloji tiplər” adlı əsərində şüurun başlıca 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davranış modellərinin olduğunu bildirib. Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edib. O, şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima, qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırıb. Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin var olduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət olub. Əsas fəaliyyəti Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq, yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika, Arizona, New meksiko, Keniyaya gedib. Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq konfranslar verərək keçirdib. “Şərq təfəkkürü və Qərb təfəkkürünün fərqi” məqaləsi Karl Qustav Yunqun “Böyük qurtuluşun Tibet kitabına psixoloji şərhlər” əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilib.
Etiologiyası- 21-ci xromosomun patologiyası Daun xəstəliyinin simptomları - Kliniki əlamət özünü endokrondoji, somatik amillərlə göstərir. Özünəməxsus xarici görkəmlə seçilirlər. Göz yarıqları çəp buruna yaxın, göz bucağın daxilində epikant ( dəri bükümü ) olur. Gövdə qısa, qulaq seyvanı əyri, çənə kiçik, burun qısa yuxarıdan enli olur. Üst çənə zəif inkişaf edir. Dişlər böyük olduğundan ağız açıq qalır. Hipersolevasiya- ağız seliyinin axması yaranır. Əl barmaqları qısa və enli, çeçələ barmaq isə içəriyə doğru əyilmiş formada olur. Dilləri ətli, qalın olur. Beynin ümumi çəkisinin azalması müşahidə olunur. Mikrosefaliya yaranır. Daun sindromlu insanlarda yastılanmış ənsə beyin qabığında qanqliyoz hüceyrələri qeyri-bərabər inkişaf edir. Alın payı beyincikdə inkişafdan geri qalır. Belə uşaqlarda oliqofreniyanın 3 dərəcəsi də müşahidə olunur. Ən çox orta dərəcəsi imbesillik 75%-dir. Biz onları özümüzdən fərqləndirsək də, onlar bunu bilmirlər. Çox sevimli və istiqanlı olurlar. Ən əsası uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşağınız hansısa bir uşaqdan nə pis, nə də ki, yaxşıdır. O, sadecə fərqlidir. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az
Ziqmund Freud Doğum tarixi: 6 may 1856 Doğum yeri: Avstriya İmperiyası, Moraviya, Freyberq, Məhren Vəfatı: 23 sentyabr 1939 Vəfat yeri: Birləşmiş Krallıq, İngiltərə, London Elm sahələri: Nevrologiya, Psixoterapiya, Psixoanaliz Elmi dərəcəsi: Nevroloq Mükafatları: Qöte Mükafatı Ziqmund Freud dogma adı ilə Sigismund Şlomo Freyd 6may 1856- 23 sentyabr 1939-cu il tarixləri arasında yaşamış psixoanaliz elminin banisi avstriyalı nevroloqistdir. Milliyyətcə yəhudidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır. Sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma Freyd tərəfindən işlənilib. “Psixodinamik” terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və şüur arasında arasıkəsilməyən mübarizəni nəzərdə tutur. Freydin başlıca nailiyyətləri arasında üç komponentli ( “O”, “Mən” və “Super mən” ) quruluşa malik psixi model, şəxsiyyətin psixoseksual inkişafının spesifik mərhələləri, edip kompleksi, psixikada mövcud olan müdafiə mexanizmlərinin aşkarlanması, “təhtəlşüur” anlayışının psixologiyalaşdırılması, sərbəst assosiasiyalar və yuxuyozmalar kimi terapevtik metodları qeyd etmək mümkündür. Peşəkar kimi yetişməsi 1873-cü ildə Freyd Vyana universitetinin tibb fakültəsinə daxil olur. Həmin illər ərzində onunla tələbə yoldaşları arasında milli zəmində konfliktlər baş verirdi. Belə ki, həmin dövrdə Avstriyada antisemitizm meylləri güclənməkdə idi. Ziqmund anatomiya və kimya ilə maraqlanır, həmçinin məşhur fizioloq və psixoloq Ernst fon Brükkenin mühazirələrinə qulaq asmağı sevirdi. Freyd həmçinin məşhur zooloq Karl Klausun dərslərinə gedirdi. Əsərləri Yuxuların yozumu Musa və təkallahlılıq Qeyd edək ki, Ziqmund Freyd tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Köhnə adı ilə “Maniakal – depressiv psixoz” adlanan bu xəstəlik özündə 2 ayrı fazanı birləşdirir. Bu fazalardan birində pasiyentdə əhval -ruhiyyənin kəskin qalxması, enerji yüksəlməsi müşahidə olunsa da digər fazada bunun tam əksinə şəxs dərin bir kefsizlik, tez yorulma, enerjinin azalması müşahidə olunur.Həmin əhvalın yüksəldiyi dövrə “Maniya” dövrü, əksi olan kefsizlik dövrünə isə “depressiya” deyilir.Qeyd etdiyimiz bu iki dövr xəstələrdə müəyyən periodlarda tutma şəklində bir-biriniz əvəz edir və krizlərdən sonrakı dövrlərdə pasiyentlər özlərini tam sağlam hiss edirlər.Bəzi kəskin hallarda maniya dövründə xəstədə psixotik əlamətlər (özünüböyütmə sayaqlamaları) rast gəlinə bilər. Zəruri qeyd kimi bildirim ki, bütün bu əlamətlər hər hansı kənar maddənin məsələn narkotik vasitələrindən qəbulundan sonra yaranmamalıdır. Xəstəliyin gedişatı necə baş verir? Bir çox pasiyentimizdə mövsümü olaraq yaz aylarında manic dövrün kəskinləşməsi payız və qış aylarında isə depressiv dövrün yarandığını müşahidə edirik. Bipolyar affektiv pozuntu hansı formada müalicə edilir ? Maniya dövrü nədir ? Bu dövr adətən qəfildən başlayır 2 həftədən 4 aya qədər davam edə bilər. Əsas əlamətləri əhval- ruhiyyənin səbəbsiz kəskin yüksəlməsidir. Xəstələr çox tez-tez danışır, beyində fikirlər sürətlə bir -birini əvəz edir, gecə az yatmasına baxmayaraq gün boyu özlərini gümrah hiss edirlər, qətiyyən yorulmaq bilməyən bu şəxslər al -əlvan geyinməyə, çoxlu pul xərcləməyə, gərəksiz hədiyyələr almağa meyilli olurlar.İdarə etdikləri avtomobili sürətli sürmə, cinsi enerjidə artış, lüzumsuz zarafatlar etmək də manik dövrdə tez -tez rast gəlinən davranışlardır. Hipomaniya maniakal dövrdə müşahidə olunan halların daha yüngül yaşanmasına deyilir. Depressiv dövr daha uzun müddət davam edir. 6-8 ay bəzən daha uzunmüddət davam etdiyi də müşahidə olunur. Bu dövrün əsas əlamətləri halsızılıq, tez yorulma, ağlama, iş görmək istəyinin azalması, şəxsi gigiyenasına nəzarətin azalması, yuxuya ifrat meyillik, daxili sıxıntı, cinsi istəyin azalması, intihar fikirləridir. BAP zamanı yuxarıda qeyd etdiyimiz dövrlər biri birini əvəz edir. Məsələn, 1 ay davam edən maniakal dövrün ardından xəstədə 9 ay və ya 1 il davam edən depressive epizod görülə bilər.Bəzən qarışıq epizodlar dediyimiz hallar da müşahidə olunur ki, bu zaman pasientin əhvalı günlük olaraq dəyişir. Xəstəliyin müalicəsində istifadə olunan dərman qrupu əhval ruhiyyənin stabilizatorları adlanan bir qrupdur. Ən məşhur nümayəndəsi Litium olsa da bəzən digər bənzər dərmanlardan da istifadə etmək olar.Bu dərmanlar əgər pasiyent depressiv dövrdədirsə əhvalı yuxarı qaldırır, maniakal dövrdədirsə əhvalı aşağı salmağa xidmət edir. Bəzən kəskin dövrlərdə bu dərmanlarla bərabər antipsixotik dərmanlar da istifadə oluna bilər.
İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarakterdir. Adətən, insanları fərqləndirərkən onların xasiyyətini, xarakterini ön plana çəkirlər. Xarakter insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Bəs xarakterin hansı tipləri var? Onları qısa şəkildə nəzərdən keçirək: 1. Gipertim tip- bu tipə mənsub olan adamlar həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika və pantomimikaları, çox danışan, az danışan, başladıqları söhbətdən sponton şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq konflikt yaratmaları ilə fərqlənirlər. Müsbət cəhətlərinə gəldikdə bu cür adamlar, həmsöhbəti cəlb edən, optimist, təşəbbüskar olurlar. Onlar çətin işi və tənhalığı sevmirlər. 2. Distim tip- onlar üçün zəif təmas, az danışmaq, pessimist əhval-ruhiyyənin üstünlüyü xarakterik haldır. Konfliktə az girir, qapalı həyat keçirməyə meyillidirlər. Onlarla dostluq edəni sevir, ona tabe olmağa hazırdırlar. Ciddiliyi, həqiqəti sevirlər. Passivlik, lənglik, fərdiyyətçilik onlar üçün xarakterik haldır. 3. Tsikloid tip- belə tip insanlar üçün əhval-ruhiyyənin tez-tez dəyişməsi xarakterikdir, bu səbəbdən ətrafdakılarla ünsiyyət qaydaları da dəyişir, əhvalları yaxşı olduqda ünsiyyətli, pis olduqda isə qapalı olurlar. 4. Təsirlənən( qıcıqlanan ) tip- ünsiyyətdə təmasa az həvəsliliyə, mübahisələr və söyüşə meyillidirlər. 5. Ləngiyən tip- orta ünsiyyətli, öyüd-nəsihət verməyə meyillilik, azdanışan, bəzən həddən artıq özünə güvənən, qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər irəli sürəndir. 6. Pedant ( xırdaçı ) tip- münaqişəyə çox az halda girişir, mübahisələrdə passiv mövqe tutur, işdə özünü bürokrat kimi aparır. Səliqəli, ciddi, konfiliktə meyilli olurlar. 7. Həyəcanlı tip- ünsiyyəti sevmir, özünə inamsızlıq, qorxaqlıq göstərir, qəmgin əhval-ruhiyyədə olur, az hallarda münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa meyillidirlər. 8. Emativ tip- seçdiyi çox az adamla ünsiyyətdə olmağı üstün tutur, həddən artıq həssas və ağlağandır. 9. Nümayişkar tip- ünsiyyətlidir, liderliyə can atır, hakimiyyətə və tərifə çox həvəslidir. İnsanlara yüksək uyğunlaşma qabiliyyətini və bununla birlikdə xüdbinlik, ikiüzlülük, lovğalıqa meyillidirlər. 10. Ekstravert tip- ünsiyyətlidir, onların çoxlu dostları var, hər bir məlumatı müzakirə etməyi xoşlayırlar, itaət etməyi və kölgədə qalmağı üstün tuturlar, tez təsirə düşürlər. 11. İntrovert tip- az təmaslıdır, qapalıdır, xəyalpərvərdir, filosofluğa meyillidir, təkliyi sevirlər, təmkinlilik kimi cəzbedici xüsusiyyətlərə malikdirlər. 12. Qərarsız tip- əhval-ruhiyyəsi həddən artıq tez-tez, həm də daha çox gözlənilməz surətdə dəyişir. 13. Şizoid tip- əsas xüsusiyyətlərindən biri qapalılığıdır. Onların iç dünyası müxtəlif fantaziyalarla zəngindir. Hisslərini biruzə verməkdə onlar kifayət qədər təmkinlidirlər, qaradinməz, bir iş olanda özünü kənara çəkəndir. 14. Epileptoid tip- bu tip şəxslər tez-tez ağlayırlar, ətrafdakıları təngə gətirirlər, tipik xüsusiyyətləri- qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur. 15. İsteroid tip- bu tipin əsas əlamətləri eqosentrizm, şəxsən özünə daima diqqət duyğusudur, ətrafdakıların diqqətini özünə cəlb etmək və öz ünvanına ona məftun olduqlarını, təriflədiklərini eşitmək arzusu ən zəruri ehtiyaclarından birinə çevrilib.
Obsessiv-Kompulsiv Pozuntu ( OKP ) - Təşviş yaradan fikirlərin meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən hərəkətləri təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP pozuntusu olan şəxslər bəzi hərəkətlərinin mənasız olduğunun fərqində ola bilirlər, ancaq özlərini dayandıra bilməzlər. Bəs OKP əlamətləri nələrdir? Psixoloq.az məşhur obsessiv əlamətləri təqdim edir : •Çirklənməkdən və mikroblardan qorxma •Başqasına zərər verməkdən qorxma •Səhv etməkdən qorxmaq •Rüsvayçı olmaqdan və ictimai baxımdan qəbuledilməz bir şəkildə davranmaqdan qorxma •Şeytanca və günahkar düşünməkdən qorxma •Nizam, simmetriya, qüsursuzluq ehtiyacı •Həddindən artıq şübhə və davamlı güvən ehtiyacı Məşhur kompulsiv əlamətlər : (sarışan fikirlər) •Təkrar-təkrar yuyunma, çimmək və ya əllərini yumaq •Əl sıxmaq və ya qapıya toxunmağı rədd etmək •Açar, soba kimi şeylərə tez-tez nəzarət etmək •Gündəlik işləri edərkən içindən və ya yüksək səslə davamlı sayı saymaq •Tez-tez bir şeyləri müəyyən bir şəkildə tənzimləmə •Müəyyən bir qaydada yemək yemə •Ümumiyyətlə, narahat edici olan, ağıldan çıxmayan və yuxunu bölən sözlərə, görüntülərə ilişib qalma •Müəyyən cümlələri, sözləri və ya duaları təkrarlama •İşlərini müəyyən bir sayıda etmək ehtiyacı •Dəyəri olmayan şeyləri yığmaq OKP diaqnozu necə qoyulur ? OKP üçün laboratoriya testi edilməz. Həkim xəstənin bütün analizini dəyərləndirərək diaqnozu dəqiqləşdirir. OKP necə müalicə edilir ? OKP öz-özünə keçməz, buna görə də müalicə edilməsi önəmlidir. Dərman və özünəməxsus davranış terapiyası ilə təsirli şəkildə müalicə etmək olar. Ən uğurlu müalicə hər ikisinin birlikdə tətbiq olunmasıdır. Dərman müalicələrinin təsiri daha qısa müddətdə başlayarkən, terapiyanın təsiri daha effektli olur.
Yuxusuzluq bir çox insanın əziyyət çəkdiyi problemdir. Bəs yuxu pozğunluğunun səbəbləri nədir? Psixoloq.az həmin sözügedən məqamları təqdim edir: - somatik ( ağrı, astma, daxili orqanların xəstəlikləri ) - emosional ( depressiya, maniya, həyəcan ) - xarici amillər ( səs-küy, isti, ışıq ) - dərman qəbulu ( kofein, steroidlər, diuretiklər ) - düzgün olmayan vərdişlər ( yuxudan əvvəl fiziki iş, ağır yeməklər ) və.s Qeyd edək ki, yuxu pozuntularını üç qrupa bölmək olar: 1) Erkən yuxusuzluq- şəxs yata bilmir; 2) Orta yuxusuzluq- səthi yuxulama; 3) Gecikmiş yuxusuzluq- erkən oyanma. Yuxusuzluq sindromunun əksi yuxuculluq- hipersomniya adlanır. Günün əksər hissəsini yatmaqla keçirən belə adamlar çox vaxt atipik depressiyadan və ya asteniyadan əziyyət çəkirlər. Yuxu pozuntuları içərisində klinik əhəmiyyət kəsb edən formalar da mövcuddur: 1) Narkolepsiya- vaxtından asılı olmayaraq ( məsələn, gündüzlər yatmaq kimi) 2) Yuxu zamanı tənəffüsün tormozlanması ( apnoe ) xırıltılı səs çıxarmaqla təzahür edir; 3) Somnambulizm- yuxu zamanı yataqdan qalxıb huşsuz halda bir neçə dəqiqə, bəzən yarım saat gəzişmək. Yuxu pozuntusunu bərpa etmək üçün əsas səbəbi aradan qaldırmaq lazımdır ( məsələn, somatik və ya psixi xəstəliyi müalicə etmək ). Əgər bu səbəblər mövcud deyilsə çox mürəkkəb olmayan üsullardan istifadə etmək lazımdır: • Gündüz saatlarında fiziki yükü artırmaq, axşamlar isə azaltmaq; • Yatmaq vaxtlarını rejimə salmaq və ona əməl etmək; • Rahat yatmaq üçün şərait yaratmaq: səs-küyü aradan qaldırmaq, isti-soyuq, işıq problemlərini tənzimləmək; • Yatmazdan qabaq çay, kofe içməmək, yemək qəbul etməmək; • Yuxuya kömək edən, tərkibində triptofan olan bir stəkan süd içmək; • Gündüz yatmaqdan çəkinmək ( hətta keçən gecə pis yatmış olsanız belə ); • Uzun müddət yuxu dərmanlarından istifadə etməmək. Bu maddələr öyrəşmə ( asılılıq ) yara bilər; • 15-20 dəqiqə ərzində yuxunuz gəlmirsə özünüzü yatmağa məcbur etməyin. Başqa bir məşğuliyyətdən ( sakit musiqiyə qulaq asmaq, kitab oxumaq və.s ) sonra yatmağa çalışmaq; • Sadə relaksasiya ( əzələləri boşaltmaq ) üsullarından istifadə etmək ( məsələn, 5-10 dəqiqə müddətində ritmik tənəffüs etmək – nəfəs alma, nəfəs vermə və fasilə, hər biri 3 saniyə olmaqla ). Qeyd: Yuxu pozuntusu hansısa psixoloji problemlərin əlaməti ola bilər. Uzunmüddət davam edərsə, hansısa xəstəliklərin yaranmasına səbəb ola bilər.
Psixohəndəsə Amerikada idarəetmə sahəsində kadrların sosial-psixoloji hazırlığı üzrə mütəxəssis Syuzen Dellinger tərəfindən işlənilib. Test isə sizi maraqlandıran insanların şəxsiyyətini tez bir zamanda öyrənməyə imkan verir. Nə etmək lazımdır? Təlimat: Verilmiş 5 fiqura baxın. Öz formanızı hiss etməyə çalışın. Sizcə hansı fiqur daha çox sizə oxşayır ? Və ya hansı fiqura baxıb deyə bilərsiz ki, "bax bu mənəm". Əgər seçməkdə çətinlik çəkirsinizsə diqqətinizi birinci cəlb edən fiquru seçin. Seçdiyiniz fiqurları sıra nömrəsi ilə qeyd edin. Belə ki, birinci yerə seçdiyiniz fiqur sizin davranış xüsusiyyətlərinizi və üstünlük təşkil edən xarakter əlamətlərinizi öyrənməyə imkan verir. Axırıncı yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik törədən adamları bildirir. Ola bilər ki, sizin heç bir fiqurdan xoşunuz gəlməsin. Belə olan halda bir neçə fiquru seçə bilərsiz. Lakin yaxşı olar ki, bir fiqura üstünlük verəsiz. Kvadrat - əgər siz ilk növbədə kvadratı seçmisinizsə deməli siz yorulmaq bilməyən zəhmətkeşsiniz. Kvadratın əlamətləri: təşkilatçılıq, başladığı işi sona çatdırmaq, inadkarlıq, zəhmətkeşlik, çalışqanlıq. Dözümlülük, səbr, sistemlilik adətən kvadratları öz sahəsində yüksək ixtisaslı mütəxəssis olmasına imkan verir. Əgər siz qəti olaraq kvadrat fiqurunu seçmisinizsə onda sizi solyarımkürəli insanlara aid etmək olar. Dördbucaqlı şəklin xüsusiyyətini daşıyan insanlar, hər xırdalığa həddən artıq diqqətli olanlardır. Onlar vərdiş edilmiş həyat tərzini dəyişməyi xoşlamırlar. Həmişə hər yerdə səliqə-səhmanı sevirlər. Planlaşdırılmış həyat onların idealıdır. Kvadratlardan yaxşı administrator, icraçı olur, nadir hallarda sərancamçı, menecer olurlar. Emosional quruluq və soyuqluq kvadratları müxtəlif insanlarla tez bir zamanda ünsiyyət yaratmaqdan məhrum edir. Kvadratın adətləri və maraqları:1. Ciddi gün rejimi2. Planlaşdırma3. Dəqiqlik4. Yazılı nitqə maraq5. Təmizkarlıq, səliqəlilik6. Qənaətcillik7. Nigaha və valideyn vəzifəsinə ciddi münasibət8. Dostların azlığı9. Kolleksiya toplamaqBu fikirdə olan kişilər geyimdə ciddi stilə üstünlük verirlər. Tünd rəngli kostyum, ağ köynək və gözəçarpmayan qalstuk. Əgər işlədikləri yerdə uniforma geymək tələb olunursa, onlar heç vaxt bu qaydanı pozmurlar. Ayaqqabıları həmişə təmiz olur. Onlar özləri ilə burun dəsmalı və daraq götürməyi unutmurlar. Heç bir zərgərlik və ya bəzək əşyasından istifadə etmirlər. Həmişə özləri ilə hər ehtimala qarşı müəyyən qədər pul götürürlər, ancaq boş yerə xərcləmirlər. Onlar bir qayda olaraq kökəlməyə meylli deyillər.Qadın isə son dəblə geyinməkdən qaçırlar. Daha çox mavi, qəhvəyi, zoğalı, böz və qara rənglərə üstünlük veririlər. Adətən saçları qısa vurulmuş olur, əgər uzun saçları varsa səliqə ilə yığılmış olur.Kvadratlar öz fikirlərini aydın çatdıra bilirlər, halbuki onlardan heç vaxt auditoriyanı özünə cəlb etməyə qadir olan natiq ola bilməz. Analitik nitq və xırdalıqlara meyl onun nitqini ağırlaşdırır. Üçbucaq - bu forma liderlik əlamətidir. Onların başlıca xarakterik xüsusiyyəti əsas məqsəd üzərində diqqəti cəmləməkdir. Üçbucaqlar qarşılarına aydın məqsəd qoyan və ona nail olan enerjili, güclü şəxsiyyətlərdir. Onlar da kvadratlar kimi solyarımkürəli insanlara aiddirlər və situasiyanı tez analiz edə bilirlər. Lakin kvadratlarlardan fərqli olaraq üçbucaqlar diqqəti xırdalıqlara yox, əsas məqsədə yönəldirlər. Onlar özlərinə inanan və hər şeydə haqlı olmaq istəyən adamlardır. Onlar tez-tez risk edirlər. Qərar qəbulunda tərəddüd edənlərə qarşı səbrsiz olurlar. Üçbucaqlar çox çətinliklə öz səhvlərini etiraf edirlər. Demək olar ki, onlar həmişə görmək istədiklərini görürlər, ona görə də öz qərarlarını dəyişməyi xoşlamırlar və əksər hallarda öz bildikləri kimi hərəkət edirlər. Onlar şöhrətpərəstdirlər. Üçbucaqlar yüksək mövqe tutmağa çalışırlar. Hər hansı işə boyun olmazdan əvvəl özlərinə sual verirlər: "Mənim bundan qazancım nə olacaq?" Onların əsas mənfi xüsusiyyəti eqosentrizmdir. Həmişə hər şeydə haqlı olmaq istəyinə görə üçbucaqlar başqaları ilə həmişə rəqabətdə olurlar. Hər bir işdə üçbucaqların üstünlük təşkil edən ustanovkası qələbə çalmaq, müvəffəqiyyət qazanmaqdır. Onlar hər şeyi və hamını öz ətraflarında fırlanmağa məcbur edirlər. Onlarsız həyat öz kəskinliyini itirərdi. Düzbucaqlı - bu fiquru seçən insanlar hazırda keçirdikləri həyat tərzindən narazı olub, daha yaxşı həyat şəraitinin axtarışı ilə məşğuldurlar. Ümumiyyətlə bu fiqur keçid və dəyişiklik simvoludur və bu fiquru seçən adam demək olar ki, problemləri içərisində başını itirib. Düzbucağın xarakterik əlamətləri: Onlar günbəgün, hətta bir gün içərisində anidən dəyişə bilərlər. Bir qayda olaraq özünüqiymətləndirmə səviyyəsi aşağı olur, lakin hər an yaxşı olmağa çalışır, yeni iş metodları axtarırlar. Düzbucaqlının davranışındakı sürətli, ani və gözlənilməz dəyişikliklər başqa insanları çaşdırır və onlar şüurlu olaraq onlarla əlaqədən yayınırlar. Onlara başqa insanlarla ünsiyyət sadəcə olaraq zəruridir. Digər tərəfdən üçbucaqların müsbət keyfiyyətləri də var. Bu keyfiyyətlər vasitəsilə onlar ətrafdakıları özlərinə cəlb edirlər. Bu hər şeydən əvvəl hər şeylə maraqlanmaq və cəsarətdir. Onlar əvvəllər heç vaxt görmədikləri işi görməyə çalışırlar. Hazırda onlar hər cür yeniliyi asanlıqla mənimsəyirlər. Həddən artıq tez inanan, təsirlənən, sadəlövh olurlar. Lakin bu keçici bir haldır. Dairə - Bu harmoniya simvoludur. Kim ki, tam əminliklə dairə fiqurunu seçir, o, müsbət şəxsiyyətlərarası münasibətlərdə maraqlıdır. Onlar üçün insanlar, onların firavanlığı ən yüksək dəyərdir. Dairə beş forma içərisində ən xeyirxahıdır. Ən yaxşı dinləyici olduqlarına görə, dairələr beş forma içərisində ən yaxşı ünsiyyətə girməyi bacaranlardır. Başqa sözlə yaxşı kommunikatordurlar. Yüksək həssaslığa malikdirlər. Onlarda başqalarının dərdinə şərik olmaq hissi güclüdür. Başqasının sevinc və kədərini doğmalaşdırırlar. Ona görə də insanlar onlara can atırlar. Dairələr insanları çox gözəl oxuya bilirlər və o dəqiqə yalançını ifşa edirlər. Biznes sahəsində zəif menecer və rəhbərdirlər. Onlar həmişə sülhü qorumağa çalışırlar, ona görə də bəzən qəti mövqe tutmaqdan qaçırlar. Onlar üçün şəxsiyyətlərarası münasibətlərdə konfliktə girməkdən ağır bir şey yoxdur. Əgər insanlar bir-biri ilə yaxşı münasibətlərdədirsə dairələr üçün bu xoşbəxtlikdir. Ona görə də dairələrlə konflikt olanda çox ehtimal ki, dairələr güzəştə gedirlər. Onlar qətiyyətsizdirlər, siyasi oyunlarda zəifdirlər. Dairələr sağyarımkürəli insanlara aiddirlər. Onlar dünyanı bilavasitə emosional dərk edib başa düşən adamlardır. Ziqzaqlar - ziqzaq yaradıcılıq simvoludur. Adətən onlarda estetik hisslər inkişaf etmiş olur. Sağyarımkürəli düşüncə tərzinə malikdirlər, yəni onlara məntiqdən çox intuisiya xasdır. Ziqzaqlar bir-birindən tamamilə fərqli ideyalardan yeni, orijinal bir şey yaratmağı xoşlayırlar. Dairələrdən fərqli olaraq konfliktdə güzəştə getmir, əksinə konflikti kəskinləşdirirlər. Onlar dünyanı daima dəyişən görməyə meyllidirlər. Ziqzaqlar müəyyən qaydaya salınmış şəraitdə məhsuldar işləməyi bacarmırlar. Dəqiq, qəti müəyyən edilmiş vəzifə və iş üsulları onları qıcıqlandırır. Onlar üçün iş yerində müxtəlifliyin olması zəruridir. İş fəaliyyəftində heç kimdən asılı olmağı xoşlamırlar. Onlar gələcəyə yönəlmiş olurlar və daha çox reallıqla deyil, imkanla maraqlanırlar. İdeyalar aləmi onlar üçün realdır. Həyatlarının müəyyən hissəsinin elə ideyalar dünyasında keçirirlər. Ona görə də onlar qeyri real, sadəlövh və qeyri işgüzardırlar. Onlarda yeni fikir əmələ gələndə az qalırlar ki, bütün dünyaya car çəksinlər. Səbrsiz, sözü üzə deyən olurlar. Başladıqları işi sona çatdırmaqda inadlaşmırlar. Belə ki, yeniliyin itməsi onlarda ideyaya marağın ölməsinə səbəb olur.
Müasir insanlar tez-tez psixoloji gərginlik yaşayırlar. Çünki cəmiyyətdə baş verən sosial-iqtisadi problemlər və həddindən artıq informasiyanın olması əsəb-psixoloji pozulmalar gətirib çıxarır. Bununla da insanda bir çox psixosomatik xəstəliklər yaranır. Daha çox ürək-damar xəstəliklərinə, habelə orqanizmin müqavimət sistemini zəiflədərək digər xəstəliklərə şərait yaradır. Alimlər uzun zamanlar apardıqları araşdırmalar əsasında həftə ərzində insanlara müxtəlif vaxtlarda təsir edən bəzi risk amillərinin siyahısını tərtib etmişdir. Təlimat: Cədvəl həftə ərzində hər gün axşam doldurulur. Siyahıda uyğun cavabların qarşısına işarə qoyun. Hər cavab bir baldır. Həftə sonu balları toplayın: Həftənin günləri Risk amilləri Bazar ertəsi Çərşənbə axşamı Çərşənbə Cümə axşamı Cümə Şənbə Bazar 1) Çatışmayan və pis yuxu --- --- --- --- --- --- --- 2) Yolda,işdə və evdə pozulan əhval --- --- --- --- --- --- --- 3) İşdə pozulmuş əhval --- --- --- --- --- --- --- 4) Xoşagəlməz iş --- --- --- --- --- --- --- 5) Həddən artıq olan səs --- --- --- --- --- --- --- 6) 3 fincandan artıq tünd kofe qəbulu --- --- --- --- --- --- --- 7) 10-dan artıq siqaret çəkmək --- --- --- --- --- --- --- 8) Daha çox alkaqol qəbulu --- --- --- --- --- --- --- 9) Çox az olan fiziki aktivlik --- --- --- --- --- --- --- 10) Daha çox yemək --- --- --- --- --- --- --- 11) çox şirniyat qəbulu --- --- --- --- --- --- --- 12) Şəxsi problemlər --- --- --- --- --- --- --- 13) İş vaxtından artıq işləmək --- --- --- --- --- --- --- 14)Evdə əhvalın pozulması --- --- --- --- --- --- --- 15) Öz işinin keyfiyyətinə şübhə --- --- --- --- --- --- --- 16)Baş ağrıları --- --- --- --- --- --- --- 17)Ürək zəifliyi --- --- --- --- --- --- --- 18) Mədədə ağrılar --- --- --- --- --- --- --- 1-20 bal. Vəziyyət normaldır. Hər ehtimala qarşı növbəti həftə bir daha yoxlayın.Bu çox və ya az dərəcədə olan subyektiv qavrayış və özünütənqidin olmaması da ola bilər. 21-40 bal. Hələlik şərait o qədər də həyəcanlandırıcı deyil, ancaq bəzi bəndlərə diqqət etmək lazımdır. Tez bir zamanda onlar artıb ciddi təhlükə yarada bilər. 41-60 bal. Təhlükə göz qabağındadır. Əgər ən tez vaxtda həyat tərzinizlə bağlı ciddi addımlar atmasanız sizi mürəkkəb və bunlardan da artıq xoşagəlməzliklər gözləyir. 60 baldan yuxarı. Sağlamlığınız ciddi təhlükədədir. Cədvəldə vacib bəndləri təhlil edin və təcili olaraq öz sağlamlığınıza diqqət yetirin. ÇALIŞIN STRESS VƏ STRESƏ SƏBƏB OLAN SİTUASİYALARDAN UZAQ OLUN. UNUTMAYIN, SAĞLAMLIĞINIZ HƏR ŞEYDƏN VACİBDİR.
1. İctimai nəqliyyatda yüksək səslə mübahisə başlayır. Sizin reaksiyanız? a) baş qoşmuram; b) haqlı tərəfi müdafiə edərək, qısaca sözümü deyirəm; c)aktiv olaraq qatışıram 2. İclasda çıxış edərək rəhbərliyi tənqid edirsiniz? a) xeyr; b) əgər bunun üçün əsas varsa, onda hə; c) səbəb varsa nəinki rəhbərliyi, hətta onu müdafiə edənləri də tənqid edirəm 3. Dostlarınızla tez-tez mübahisə edirsiniz? a) əgər inciməsələr; b) ancaq prinsipial məsələlərə görə; c) mübahisə mənim təbiətimdir 4. Əgər kimsə növbədə sizi keçsə, sizin reaksiyanız? a) daxilən hirslənirəm ancaq susuram; b) etiraz edirəm; c) irəli keçirəm və sıraya nəzarət edirəm 5. Evdə nahar vaxtı sizə şit yemək gətirirlər, sizin reaksiyanız? a) boş şeyə görə səs-küy qaldırmaram; b) sakitcə duz qabını götürürəm; c) böyük səs-küy qaldıraraq yeməkdən imtina edə bilərəm 6. Nəqliyyatda gedərkən kimsə ayağınızı tapdalasa, sizin reaksiyanız? a) acıqlı halda ayağımı tapdayana baxıram; b) soyuqqanlılıqla fikrimi deyirəm; c) nalayiq sözlər deyirəm 7. Yaxınlarınızdan kimsə sizə xoşunuz gəlməyən nə isə alıb, sizin reaksiyanız? a) susaram; b) dodaqaltı deyinib razılaşıram; c) qalmaqal salıram 8. Lotereyada bəxtiniz gətirməyəndə, münasibətiniz necə olur? a) özümü laqeyd göstərir, ancaq bir daha oynamayacağıma söz verirəm; b) kefimi pozmuram və zarafata salıb əvəzini çıxaracağımı deyirəm; c) uduzanda uzun müddət əhvalım korlanır. Nəticələrin hesablanması: a-4 bal; b-2 bal; c-0 bal: 22-32 bal. Siz mübahisədən və konfliktdən uzaqsınız, evdə və işdə çətin şəraitdən qaçırsınız. " Platon mənim dostumdur, ancaq həqiqət daha qiymətlidir" şüarı sizlik deyil. Buna görə hərdən sizi cəsarətsizlikdə ittiham edə bilərlər. Əgər nə iləsə razı deyilsizinsə cəsarətli olun. 12-20 bal. Siz konfiliktə meyillisiniz. Bu ancaq başqa çıxış yolu olmadıqda baş verir. Siz qəti şəkildə öz fikrinizdə qalırsınız, fikirləşmirsiniz ki, xidməti mövqeyinizə və ya dostluq münasibətlərinizə xələl gələ bilər. Belə hallarda haşiyədən çıxmayın və təhqirə keçməyin. Onda sizə hörmət edəcəklər. 10 bala qədər. Mübahisəsiz və konfiliktsiz yaşaya bilmirsiniz. Əgər ünvanınıza kimsə nəsə desə, az qalır ki, həmin şəxsi "diri-diri" yeyəsiz. Sizin tənqid işin xeyrinə deyil, sadecə tənqid xatirinədir. Evdə və işdə sizin yanınızda olanlar üçün çox çətindir. Kobudluğunuz insanları sizdən uzaqlaşdırır. Bəlkə də buna görə əsl dostunuz yoxdur. Bir sözlə özünüzün davakar xarekterinizi dəyişin.
Verəcəyiniz qərarlar, atacağınız addımlar zamanı duyğularınızınmı, yoxsa məntiqinizinmi rol oynadığını bilmək istəyirsinizsə, aşağıdakı sualları cavablandırın. Cavablarınıza uyğun balları toplayın və sonda qərarlarınızı nəyə əsasən verdiyinizi öyrənin. 1. Səhər işə gələrkən yolda qəza olduğunu gördün... A) Çox kədərlənərəm, ona görə baxmadan keçərəm. (1 bal) B) Dərhal təcili yardıma zəng vurar, qəza haqqında məlumat verərəm. (2 bal) C) Əlimdən gələn ilkin yardımı edərəm. (3 bal) 2. Sevgilin sənə xəyanət etdiyi üçün ayrıldın. Amma o təkrar barışmaq istəyirsə... A) Onu hələ də çox sevirəm. Qəbul edərəm. (1 bal) B) Zamana buraxmaq ən doğrusudur. (2 bal) C) Təkrar xəyanət etməyəcəyini kim bilə bilər? Əsla olmaz. (3 bal) 3. Xoşuna gələn insanla yeni münasibətə başladın, amma dost-tanış ona çox bağlandığını söyləyir... A) Bu eşqdir! Özümü saxlaya bilmirəm. (1 bal) B) Bir az düşünər və hərəkətlərimə diqqət edərəm. (2 bal) C) Haqlı olduqlarını düşünərəm. Həyat yalnız ondan ibarət deyil. (3 bal) 4. Çox sevdiyin dostunla (rəfiqənlə) ziyafət verəcəksiniz. Amma dostun son dəqiqədə bir bəhanə gətirir... A) O mənim ən yaxşı dostumdur, yenə edərik. Qəlbini qırmağa dəyməz. (1 bal) B) Gələn qonaqlara zəng vurar, gələrkən şirniyyat almalarını söyləyərəm. (2 bal) C) Belə bir şey ola bilməz. Daha diqqətli olması lazım idi. (3 bal) 5. Xoşuna gələn insanla eyni layihədə vəzifə aldın... A) Birlikdə keçirdiyimiz bütün zamanı qiymətləndirər, layihəni unudaram. (1 bal) B) Bir az layihə ilə məşğul olduqdan sonra birlikdə vaxt keçirməyi təklif edərəm. (2 bal) C) Layihə mənim üçün çox əhəmiyyətlidir. Onu bitirməliyik. (3 bal) 6. Ən yaxın dostunun köhnə sevgilisinin səndən xoşu gəldiyini öyrəndin... A) Bu çox gözəl xəbərdir! Mənim də ona qarşı hisslərim var idi. (1 bal) B) Bu hadisə məni narahat edər. Yoldaşlarımdan kömək istəyərəm. (2 bal) C) Dostum(rəfiqəm) mənim üçün daha əhəmiyyətlidir. Xəbərim yox imiş kimi davrana bilmərəm. (3 bal) 7. Çox sevdiyin bir dostunun sevgilisinin ona xəyanət etdiyini öyrəndin... A) Bu çox pis vəziyyətdir! Dostum üçün kədərlənərəm, amma ona deyə bilmərəm. (1 bal) B) Sevgilisi ilə danışar, vəziyyəti anlamağa çalışaram. (2 bal) C) Nəticə nə olursa olsun bunu dostuma söyləməliyəm. (3 bal) 8. Sevgilin mübahisənizdə sənin xarakterində xoşuna gəlməyən davranışları söylədi... A) Çox inciyərəm . Amma sevirəm, onu itirməmək üçün bildirmərəm. (1 bal) B) Bir müddət ayrı qalsaq, dəyərimi anlayacaq. (2 bal) C) Söylədiklərini ciddi qəbul edərəm. Amma məni incitmək məqsədiylə söylədiyi üçün bir daha danışmaram. (3 bal) Duyğular öndədir (8-13 bal) Sən duyğularına əhəmiyyət verirsən. Hətta bəzən həddindən artıq əhəmiyyət verdiyin belə olur. Bir az məntiqinə üstünlük versən, çevrəndəkilərlə əlaqələrin daha yaxşı ola bilər. Çünki hər cür vəziyyətdə ən çox kədərlənən sən olursan. Məntiq (14-19 bal) Bəzən duyğuların, bəzən də məntiqin sənin üçün ön plandadır, Harada necə davranması lazım olduğunu bilən insanlardansan. Buna görə ətrafındakı insanlar sənə çox inanır. Onlarla yaxşı ünsiyyət qurmağı bacarırsan. Sırf məntiqə əsaslanırsan (20-24 bal) Sənin üçün hər zaman məntiq ön plandadır. Bu qədəri səncə də həddindən artıq deyilmi? İnsanlar sənin haqqında “aysberq” deyirlər. Ətrafa duyğusuz bir insan kimi görünməkdən çəkinməlisiniz. Çünki, sən də elə insan olmadığını çox yaxşı bilirsən.