Hər bir qadın sağlam ailəyə sahib olmaq isəyir. Çünki xoşbəxtliyin açarı da məhz düzgün qurulmuş ailədədir. Psixoloq.az xəbər verir ki, bolqar alim-psixoloqlar ailənin dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar. 1. Düşünməyin ki, sənət, karyera və ya sosial status sizə ailə və uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın həyatda hər şeyə vaxt ayırmalıdır. Həmçinin qadın xarici görünüşünə, geyiminə ümumiyyətlə qadınlıqla bağlı hər şeyə önəm verməlidir. 2. Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranmır. O, da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir. Həmçinin kişidən daha çox bu şeylər qadından tələb olunur. 3. Dava, münaqişə zamanı günahı özünüzdə də axtarın, daha sonra ərinizdə. Özgə çatışmamazlıqlar daha tez gözə dəyir, nəinki özününkü. Ərinizin hər hansı hərəkətinə nə dərəcədə əsəbi olmağınızdan asılı olmayaraq, səbir edin, gözləyin, sakitləşin və bundan sonra hərəkət edin. Dərhal əsəbinizi göstərmək heç nəyi həll etməyəcək. 4. Çalışın ərinizdə (həm daxili, həm xarici) müsbət xüsusiyyətləri qabardasınız və imkan daxilində bunları ona deyin. Öz müsbət tərəflərini eşitdikcə kişi daha yaxşı olmağa can atacaq. Həmçinin onun yanında necə xoşbəxt olduğunuzu da deməyi unutmayın. Bu, onun sizə bağlılığını daha da artıracaq. Unutmayın ki, belə sözlər ona güc verir. Birdəfəlik anlayın ki, hətta intim sferada romantik kişi arzularınıza baxmayaraq yenə də hər şey sizdən asılıdır. 5. Narazı, qaşqabaqlı olmayın. Hətta buna səbəb olduqda belə. Qəmgin, kədərli qadın kişini tez bezdirir. İnan ki, kişinin də bir çox qayğı və problemləri var. Ən yaxşısı düşünün ki, yaxın keçimşə qədər seçimdə çətinlik çəkirdiniz və siz onu minlərlə kişinin arasında seçmisinuiz, deməli, həqiqətən də bir-birinizə yaraşırsınız. 6. Əgər təsadüfən iş yoldaşınız və ya digəri ilə flirt baş verirsə, dərinləşməyə imkan verməyin. Bu əlavə əzaba və ailədə problemlərə səbəb olacaq. Yeni tapdığınız çətin ki, daha yaxşı və mükəmməl olacaq. Əgər yaxından tanış olma imkanı olsaydı yəqin ki, o kişidə də daha çox və ciddi çatışmamazlıqlar tapacaqsınız. Lakin yanınızdakına artıq öyrəşmisiniz. 7. Çalışın övladlarınızda atalarına qarşı sevgi və hörmət aşılayasınız. Onunla rəqabətə girməyin. Ürəyiaçıq olun. Uşaqları düzgün tərbiyə edin. Onun valideynlərinə hörmət edin, xüsusiyyətlərindən asılı olmayaraq. Büruzə verməsə belə, sizin səbir və xeyirxahlığınızı mütləq qiymətləndirəcək. 8. Vacib qərarları təklikdə qəbul etməyin. Əgər bu ailə və sizin həyatınızla bağlıdırsa. Hər şeyi ərinizlə müzakirə edin, əgər sonda sizin təklifiniz keçərli olsa belə. Ən azından əriniz qərar qəbulunda iştirak etdiyini biləcək və anlayacaq ki, onun fikri sizin üçün önəmlidir. Cəmiyyətdəki liderlik xüsusiyyətlərinə baxmayaraq kişilər ailədə qadınlardan daha artıq komplekslərə malikdirlər. 9.Qısaqanclığınızı boğun. Lakin biganəlik göstərmə həddinə də gəlib çatmayın. 10. Yuxarıda deyilənlər o demək deyil ki, siz ailənin quluna çevrilməlisiniz və ya şəxsi qürurunuzu tapdalamalı, hadisələrə tənqidi münasibət göstərməməlisiniz. Qəti şəkildə yox! Bunu mütləq büruzə verin və ərinizdən də bunları tələb edin.(gencaile.az)
Kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil. Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var imiş. Psixoloq.az xəbər verir ki, mütəxəssislərə görə, kitab oxumaq, insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır. Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır.İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır. Psixoloqlara görə, mütaliəli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər. Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır.
Bəzən insanlar çox rahat bir-birlərini anlayaraq ayrılırlar. Bəzən isə çox ağrılı , hətta faciəvi şəkildə. Hər bir insanın sevmək sevilmək tələbatı var, çünki ruhumuzun sevgiyə ehtiyacı var. Ayrılıq! İnsan, bu həqiqəti çox çətin qəbul edir. Həyatımız ayrılıqla başlayır, ayrılıqlada bitir. İlk olaraq ana bətnindən ayrılırıq.Son olaraq isə bu həyatdan. Ayrılıqlar qaçılmazdı. Bəzən ayrılıqlar arzuolanan, bəzən isə məcburi olur. Arzuolunan ayrılıqlar baş verəndən sonra insan həvəslə yenidən həyata atılır. Məcburi ayrılıq isə mənfi təsir göstərir.Qorxular yaradır, hətta depressiyaya gətirib çıxarır.İnsan özünü tək, atılmış hiss edir. Ən ağır ayrılıq doğmasının , yaxınının itkisi olur. Baxmayaraq ki, hər birimiz bilirik həyatda əbədi heç nə yoxdu. Belə hallarda insan öz neqativ emosiyaları ilə bacarmır. Çox vaxt valideynlər boşananda övlad stress keçirir, çünki bilir ki, valideynlərinin biri ilə ayrı düşəcək. Ayrılıqlar, itkilər, hansısa bədbəxt hadisələr qaçılmazdı. Amma belə hadisələr həyatımızın müsbət tərəflərindən üstün olmamalıdır. Ayrılıqdan sonra yaranan depressiya bir çoxlarına tanışdı. Ayrılıqdan sonra yaranan depressiya nə qədər davam edir? Bu psixoloji asılılıqdan qurtulma hər bir insanda fərdidir.Bu insanın emosional vəziyyətindən,iradəsindən, sinir sisteminin tipindən asılıdı. Bəs bu depressiyaya necə qalib gələk? İlk öncə insan olan hadisəni qəbul etməlidir, nə istədiyini anlamalıdır. Ətrafdakı insanlardan qaçmamalıdır, dostları ilə əlaqəni kəsməməlidir. Əgər yenə də dəyişiklik olmursa mütəxəssisə – psixoloqa müraciət etmək məqsədəuyğun olar. Psixoloqun professional yanaşması və pasiyentin öz istəyi? ayrılıqdan sonra yaranan depressiyanı aradan qaldırmağa səbəb olur. Aygün Ağabalayeva Harmoniya psixologiya mərkəzinin baş psixoloqu Harmoniya Psixologiya MərkəziŞamil Əzizbəyov küçəsi 179 . Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, AzərbaycanTel.: +99412 555 33 73, +99455 371 33 03
Emosional yanma sindromu. Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Ümid edirik ki, bizim məqaləmizi oxuyaraq bu prosesin öhdəsindən gəlməyi bacaracaqsınız. Yanma sindromu deyəndə insanda emosional, zehnivə fiziki yorğunluqla müşahidə olunan psixi prosesnəzərdə tutulur. Yanma sindromu hansı hallarda başverə bilər:1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər.4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.6: Gələcəyə aid perspektivlərin görünməməsi.7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s. Beləliklə , emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa bölünür: subyektiv (fərdi xüsusiyyətlər), obyektiv ( situativ faktor). Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi, fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s.. Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar. Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi. Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, “insan-insan” – peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir. Əsas üç mərhələdən ibarətdir:1: Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.2: İkinci mərhələdə insanda qıcıqlanma , acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur.3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir. Yanma sindromuyla onun birinci əlamətləri aşkar edilən kimi dərhal mübarizə aparmaq lazımdır. Mübarizə aparmadıqda vəziyyət ağırlaşır və onda psixoloqun köməyi olmadan keçinmək çətin olur. Sizə kiçik bir çalışmanı etməyi təklif edirəm: bir vərəq götürüb iki hissəyə bölün. Birinci hissədə sizə sevinc gətirən amilləri, ikincidə isə bununla bağlı keçirdiyiniz müsbət emosiyaları qeyd edin. Əgər birinci hissədə siz cəmi 3 sevinc gətirən amili yazdınızsa, onda bu sizin həyata münasibətinizin dəyişdirilməsinə işarədir. Ümidinizi itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət edin, öz həvəslərinizə vaxt ayırın. İş prosesinə isə rəngarənglik qatın. Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək əhəmiyyətlidir. Vərəq götürüb eninə və uzununa (hər tərəfdən) şəkil çəkin, bütün neqativ enerjini tökün, sonra vərəqi cırıb zibil səbətinə atın. Bu niyə lazımdır? Emosiyalar heç yerə yox olmur. Biz onları ya dərində gizlədirik, ya da bizi əhatə edənlərə sıçradırıq. Yığdığınız neqativ emosiyaları kağızda əks etdirin.Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:1: Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir.2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil.3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır.5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq.6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin. Mən sizə bütün çətinliklərə baxmayaraq, daxili harmoniyanızı qorumağı arzulayıram. İş həyatımız hər halda müvəqqəti olur. Sinir sistemimiz isə həmişəlik bizimlədir. Onu qorumağa çalışın. Aygün Ağabalayeva Harmoniya psixologiya mərkəzinin baş psixoloqu Şamil Əzizbəyov küçəsi 179 . Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, AzərbaycanTel.: +99412 555 33 73, +99455 371 33 03
Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.Qeyd edək ki, uğurlu münasibətlərin 50 faizi qadınların davranışından asılıdır. Qadınların bəzi hərəkətləri həyat yoldaşları ilə münasibətlərdə dağıdıcı rol oynayır. Əlbətdə qadınlar bu səhvləri bilmədən, düşünmədən də edə bilərlər. Bu səhv hərəkətlərin çoxu qadınların anaları tərəfindən aşılana bilər.Sən onu olduğu kimi sevirdinsə, indi nəyə görə dəyişdirmək istəyirsən?Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis vərdişlərini aradan qaldırmağa çalışırlar. Problemlər də məhz pis vərdişlər aradan qalxmayanda başlayır. Lakin belə vəziyyətdə xanımlar qərar verməyə tələsməməlidirlər. Bu məsələni zamanla həll etmək olar. Qadınlar sevdiyi insanı dəyişdirməyə cəhd etməməlidirlər. Ona görə ki, hər bir şəxsin özünəməxsus xarakteri və vərdişləri var. Bir uğursuzluq baş verən zaman bəzi qadınlar narahat olur, özlərinə bədbəxt, uğursuz insan deyirlər. Əslində isə bəzi qadınlarımızın kifayət qədər təcrübəsi olsa, zamanla bu problemləri aradan qaldırmaq mümkün olacaq. Qadınlara məsləhətlər:Sevdiyiniz insan nədən zövq alırsa, ona səmimi maraq göstərin. Bu onun işi, sevdiyi məşğuliyyəti, etdiyi idman növü də ola bilər. Sizin onun sevdiyi, zövq aldığı məşğuliyyətlərə maraq göstərməyiniz süni görünməməlidir.Bundan başqa, möhkəm və mehriban ailə üçün qadının yaxşı əhvalda olması vacibdir. Belə ki, kişilər sevdikləri qadının yaxşı əhval-ruhiyyədə olmağını xoşlayırlar. Kişi gülməli bir şey danışanda, zarafat etmək istəyəndə qadın təbəssümlə cavab verməyə, geri gələndə gülməyə çalışmalıdır. Amma kişinin hər sözünə səbəbsiz reaksiya verib həddini aşmaq da məsləhət deyil.Kişilər özlərini əvəzolunmaz, fərqli hiss etməkdən zövq alırlar. Bu səbəbdən də həyat yoldaşınıza bəyəndiyiniz xüsusiyyətlərini deyin. Həyat yoldaşınıza sizə qarşı olan hər hansı bir diqqətinə, evdə gördüyü hansısa işinə görə təşəkkür edin. Davranışını qiymətləndirdiyinizi ona hiss etdirin.Çalışın ki, həyat yoldaşınızla fikirlərinizlə bölüşəsiniz. Ona məsləhətlərinin sizin üçün nə qədər əhəmiyyətli olduğunu bildirin. Bu onun xoşuna gələcək və sizə görə məsuliyyət hiss edəcək. Gəlin, qadınların kişilərlə münasibətlərində buraxdığı əsas səhvlərinə nəzər salaq.1: Qadınlar sevdiyi kişilər üçün özlərini qurban verirlər. Onlar ümid edirlər ki, fədakarlıqları kişilər tərəfindən yüksək qiymətləndiriləcək və kişinin ona sevgisi dəfələrlə artacaq. Təəssüf ki, bu çox nadir hallarda baş verir. Çox vaxt əksinə olur. Kişinin qadına olan marağı azalır.2: Qadınlar kişilərin potensial imkanlarına aşiq olurlar.3: Qadınlar özlərini ana kimi aparır və kişilərlə uşaq kimi rəftar edirlər.4: Bəzən qadınlar özlərini hədsiz yüksəkdə tutur, bəzən isə çox zəif olduqlarını düşünürlər.5: qəbul edirlər. Elə cütlüklər var ki, münasibətləri münaqişələr üzərində qurulur. Bəziləri bu hisslərə alışır və şüuraltı münaqişəli vəziyyətlər axtarırlar (qüvvə toplamaq üçün).6: Elə qadınlar var ki, istədiklərinə nail olmaq üçün özlərini balaca şıltaq qız kimi aparırlar. Əlbəttə ki, cütlüklər arasındakı münaqişələrə səbəb olan başqa amillər də var. Bu münaqişələri düzgün həll etmək üçünsə qadınlara səbirli olmağı məsləhət görürəm. Ən əsası isə maraqlı həmsöhbət olmağa çalışın. Həm danışmaq, həm də dinləmək əhəmiyyətlidir. Bununla yanaşı özünüzə diqqət ayırmağı unutmayın. Qadın hər zaman, hər bir şəraitdə qadın olduğunu unutmamalıdır. Aygün Ağabalayeva Harmoniya psixologiya mərkəzinin baş psixoloqu Harmoniya Psixologiya Mərkəzi Şamil Əzizbəyov küçəsi 179 . Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, AzərbaycanTel.: +99412 555 33 73, +99455 371 33 03
Son dövrlərdə gündəmə gələn “bibliyoterapiya” sözü insanlarda maraq yaratmağa başladı.Lakin bu mövzu haqqında yerli araşdırmalar az olduğu üçün insanların çoxu mövzunun nə demək olduğunu düzgün anlamır.Biblioterapiya-kitab oxumaqla terapiya deməkdir.Yəni bir növ terapiya(müalicə) üsuludur.Əslində bu termin çox qədim zamanlardan istifadə olunub.Başqa sözlə desək kitabxanaçılıq elmində heç də yeni termin deyil.Qədim mənbələrə görə təxminən 1200-1300cü illərdə Qahirə şəhərində bir çox yerli xəstəxanalarda Qurani-Kərim kitabı tibbi müalicə vasitəsi rolunu oynayırdı.Yəni uzun illər kitablar insanlar üçün bir müalicə vasitəsi olub.Lakin məhz “kitab oxumaqla müalicə” ilk dəfə Amerikalı Benjamin Rush tərəfindən tövsiyyə olunmuşdur.Bu təxminən 19-cu əsrin əvvəllərinə təsadüf edir.Daha sonra 1853-cü ildə amerikalı həkim John Minson Galt, “A Lecture On İdıocy” kitabını yazaraq bibliyoterapiya elmində yeni üfüqlərə yol açmışdır.Bu kitabda ruhi xəstələr üçün oxumanın 5 faydasını qeyd etmişdir:-kitab oxuyarkən beyin məşğul olur və beləliklə xəstə xəstəliyini qısa müddət də olsa düşünmür;-Xəstə kitab oxumaqla vaxtını səmərəli keçirmiş olur;-Xəstələrə bir növ savad,təhsil qazandırır;-Verilən materialların oxunması xəstələrin xəstəxana işçilərinə,həkimlərə,yaxınlarına qarşı daha kübar davranmağına kömək olur;-Kitab oxuduqdan sonra xəstələr daha xoşbəxt,rahat və uyumlu olurlar.Bu baxımdan onları düzgün istiqamətləndirmək daha asan olur. Bibliyoterapiyanın insanlar üzərində bir çox təsiri var.Bibliyoterapiya doğru zamanda,doğru insan və doğru kitabın qarşılaşmasıdır.Yəni bibliyoterapiya üçün kitab seçərkən terapiya olunacaq şəxsin psixoloji durumu çox önəmlidir.Bibliyoterapiya hər şeydən əvvəl insana yaşadığı sıxıntının təkcə onun başına gəlmədiyi,başqa insanların da bu problemlə qarşılaşdığını xatırladır.Yəni bir növ yaşadıqlarıyla “üzləşir”.Şəxs emosional vəziyyətinə uyğun kitab oxuyarkən problemlərə daha yaradıcı yanaşmanı da öyrənir.Yəni insana başqa çıxış yollarının da olduğunu işarə edir.İnsan kitabı oxuduqca əsərdə verilən qəhramanla özünü müqayisə etməyə başlayır.Məsələn oxşar və fərqli cəhətlərini,hadisələrə yanaşma istiqamətlərini və.s fərqləndirir.Və buna uyğun olaraq qəhramanda olan bəzi xüsusiyyətləri,bacarıqları öz üzərində tədbiq etməyə başlayır.Bu isə özünü inkişafa gedən yolun başlanğıcıdır.Bibliyoterapiyanın ən önəmli faydalarından biridə kitabı oxuyan şəxsin özünü tam olaraq qəbul etməyə başlamasıdır.Həmin insanda vaxt ötdükcə özünə qarşı inam hissləri daha da artır.Ümumiyyətlə Bibliyoterapiya böyüklərdə yazı,uşaqlarda isə oyun terapiyası ilə birlikdə tədbiq edilir.Bu reabilitasiyanın sıxıcı olmaması üçündür.Bibliyoterapiya 3 mərhələdə tamamlanır.1.Uyğunlaşma və əks etdirməBu mərhələdə şəxs kitabdakı hadisələrlə tanış olur,xarakterləri qarşılaşdırır.Və hadisələri öz üzərində müqayisə edir.2.Emosianal Partlayış-Üzləşməİnsan müəyyən müddət keçəndən sonra yaşadıqlarını xatırlamağa başlayır.Bəzən bu müəyyən qədər zaman alır.Sanki keçmişdə yaşadıqlarını xatırlamaqla rahatlamış olur.3.BütünləşməBu mərhələ son mərhələdir.İnsan hadisələrə daha fərqli yöndən baxmağa çalışır.Kitabdakı hadisələrə əsasən özünü daha uyumlu vəziyyətdə görmək istəyir.Problemlərin həllində daha yaradıcı davranır.Qeyd edim ki,Amerika və Avropada təhsil sistemində bibliyoterapiyadan geniş istifadə edirlər.Bununla onlar uşaqlarda müəyyən xüsusiyyətlərin,bacarıqların bir növ inkişaf etdiyini söyləyirlər.İndi isə uşaqlar üçün bibliyoterapiyada istifadə ediləcək bəzi kitabların adlarını qeyd edirəm.Qəbullanma duyğusu üçün faydalı olanlar*Arnie and the New Kid, Nancy Carlson *Arthur's Tooth, Marc Brown*The Berenstain Bears' New Neighbors, Stan Berenstain and Jan Berenstain*The Big Orange Splot, D. Manus Pinkwater*The Brand New Kid, Katherine Couric and Marjorie PricemanÖvladlığa götürmənin izah olunması üçün*Tell Me Again About the Night I Was Born, Jamie Lee Curtis and Laura CornellQəzəb hissinin idarə olunması üçün*Alexander and the Terrible, Horrible, No Good, Very Bad Day, Judith Viorst *Arnold Gets Angry, Lawrence E. Shapiro and Steve Harpster*Franklin’s Bad Day, Paulette Bourgeois and Brenda Clark*From Mad to Worse, Jim Boulden, Joann Farness, and Brenda Brown*Teeth Are Not for Biting, Elizabeth Verdick and Marieka HeinlenBoşanma olan ailələrdəki uşaqlar üçün*Dinosaurs Divorce, Marc Brown and Laurie Krasny Brown *Ginny Morris and Mom’s House, Dad’s House, Mary Collins Gallagher and Whitney Martin*Two Homes, Claire Masurel and Kady Macdonald Denton*Was It the Chocolate Pudding?: A Story For Little Kids About Divorce, Sandra Levins and Bryan LangdoBağçaya hazırlıq dövründə olan uşaqlar üçün*Countdown to Kindergarten, Alison McGhee *First Day Jitters, Julie Danneberg*Franklin Goes to School, Paulette Bourgeois*Froggy Goes to School, Jonathan London*The Night Before Kindergarten, Natasha WingKitabların bəzilərinin türkcə tərcümələri var.Əgər ingiliscə tam başa düşmürsüzsə bu kitablara çəkilmiş cizgi filmlərini də uşaqlara izlətmək olar.Və ya bu kitabları bildiyiniz dildə əvəz edəcək digər kitablar da köməyinizə çata bilər. Müəllif: Nuray Latifzadeh
Yeniyetməlik və gəncliyin ilkin dövründə ortaya çıxan problemlər: Şəxsiyyət pozuntuları və şəxsiyyət ziddiyyətləriYeniyetməlik kriziSosial fobiya və komplekslərAnksiyete (Həyəcan) pozuntularıDepressiya, bipolyar pozuntu və digər emosional pozuntularCinsi problemlərMaddə sui-istifadəsiDavranış problemləriAdaptasiya və sosial problemlərYemə pozuntularıPosttravmatik stress
Bildiyimiz kimi xəyanət problem cəmiyyətimizdə mövcud olan ən aktual problemlərdən biridir. Əksəriyyətimiz xəyanət dedikdə fiziki (cinsi) xəyanəti nəzərdə tuturuq və bizim üçün ən ağırı fiziki xəyanətdir deyə düşünürük. Xəyanətin isə formaları var: Fiziki, psixi və sosial xəyanət…Fiziki xəyanət adından da göründüyü kimi cinsi xəyanətdi. Psixi xəyanət dedikdə isə daha geniş mənada başa düşülür. Yəni yanında biri, düşüncədə isə başqa birisi olur ki, bu da psixi xəyanəti tam mənasıyla açıqlayır. Sosial xəyanət isə ailədə bəzən kişi öz xanımına işləməyə icazə vermir. Sanki onu cəmiyyətdən uzaqlaşdırır… XƏYANƏT…Bu söz nə qədər qorxulu və arzu olunmaz olsa da Yer kürəsinin 79 %-i onunla üzləşir.Qadınlara elə gəlirki dünya qurulandan kişilər xəyanətkar doğulublar və onlar kənarda eşq yaşamasalar dözə bilməzlər.Kişilər üçünsə əksinə….Nə qədər çox qadınla tanış olsalar bir o qədər şərəflidir. Xəyanətkar- bu kişilərə yaraşmayan sözdür. Onların fikrincə xəyanətkar qadınlardır.Hər bir nigah müəyyən müddətdən sonra darıxdırıcı olur.Qadın ərində hər gün bu sözləri eşidir :Yemək hazırdır? Yatım tezdən işə getməliyəm? Nə deyim özün bilirsənki, səni çox istəyirəm? Kişi isə arvadından daha çox bu cümlələri eşidir :Sən yat mən paltarları yumalıyam? Köynəklərin hazırdı? Uşaqların əlindən bezmişəm…Bu yorğun vaxtımda sən nə istəyirsən axı ???Bu sözlər nə qədər çox işlənirsə siz bir o qədər xəyanətə yaxınlaşırsız. Və əgər ailədə xəyanət varsa bu birərəfli deyil. Yəni həm kişinin həm qadının günah payı var.Azərbaycanda qadınların evə ailəyə bağlılıqı və ətrafdan qorxusu o qədər böyükdür ki, onlar özlərini tamam soyuq hissiz ailədə belə dinib-danişmadan ömür keçirməyə məcbur edirlər.Amma kişilər zaman keçdikcə xanımı qarşısında hislər borc hissinə çevrilir: Evə bazarlıq, uşaqlara xərclik, həyat yoldaşına ayda 2 dəfə mehribanlıq…Sırf öz ölkəmizdən danışırıqsa onu da qeyd etmək məcburiyyətindəyəm ki, bizdə ailə quranda sanki hər şey bitir və xanımlar sanki özlərinə elə buna hazırlayırdılar..Təki ailə qurum…Bu düşüncənin özü belə yetər ki, ailədə xəyanət baş versin..Elə yalnışa da bax burda yol verirlər..Ailə qurulanda son yox yeni bir başlangıc yaranır..Kişi xəyanət edirsə bu, ərini belə addım atmağa sövq edən qadının səhvidir. Öz vaxtının həyatının öz istəklərini və nəhayət öz bədəninin qiymətini bilməyən qadına taleyin töhvəsi nə ola bilərki ?Statistikaya görə qadın ərinə toydan 5-7 il sonra xəyanət etməyə risk edir. Kişi isə evlənəndən cəmi 1 həftə sonra bu addımı atmağa hazırdır.Xəyanətkar qadınlardan kişilərin 70 % boşanır. Xəyanətkar kişiləri isə cəmi 30 % qadın tərk edir.Psixoloqların qənaətinə görə qadınlar kişilərə nisbətən öz gizli əməllərini ört basdır edə bilirlər.Britaniyalı alimlərin açıqlamasına görə kişi hər nə qədər savadlı, dünya görüşlü və maddi tərəfdən təminatlıdırsa bir o qədərdə çox sevgili axtarışına çıxır.Orta təhsilli kişi və qadınlar xəyanətə daha az meyl göstərirlər.Evdar – günü mətbəxdə keçən qadınlar ən çox xəyanətə məruz qalırlar.Savadlı işləyən xanımları ərləri daha çox istəyir və qiymətləndirir. Axı belə qadınları aldatmaq bir az çətindir…Sonda xəyanətə sırf psixoanaliz istiqamətindən yanaşsaq. Psixoanalizdə qeyd olunur ki bir kişi xəyanət edirsə öz anasından intiqam alır, qadın xəyanət edirsə öz atasından intiqam alır. Psixoanalizin əsasını qoyan Z.Freydin edip (oğulun öz anasına olan sevgisi) və elektro (qızın atasına olan sevgisi) kompleksinə görə qadın xəyanət edirsə, onun əsasında atası qızını yox onun anasını seçdiyinə görə gələcəkdə ondan qisas almaq istəyi durur (təbii ki şüuraltı olaraq)…Kişi xəyanət edirsə anası onu yox atasını seçdiyinə görə gələcəkdə ondan intiqam almaq istəyi onun şüuraltısında olur..Nəticə etibarilə hamı potensial xəyanətkar ola bilər.Yəni necə ki bir insanda həm sevinc, həm nifrət həm aqressiya həm kədər hissləri varsa xəyanətkarlıq da var... Amma psixoanaliz bu vəziyyəti tam açıqlayır və bizim bu prosesi öyrənməyimizə yardımçı olur.(psixotest.az)Allahverdiyeva LaləPsixoloq
Əvvəla onu qeyd edim ki, bu bir neçə mərhələli prosesdir. 1. Öncə uşaqlara fərqliliklərdən danışın. İnsanların bir-birindən fərqli olmasını nümunələrlə izah edin. Məsələn: sarı və ya qara saç, uzun və ya qısa boy, dolu və ya arıq, əsmər və ya ağbəniz, zarafatçıl və ya ciddi. Sonra bacarıqların da fərqli ola biləcəyindən. Biri rəsm çəkməyi sevirsə, digəri rəqs etməyi sevir. Biri yemək bişirməyi çox yaxşı bacarırsa digəri gözəl yazılar yazmağı və s. 2. İkinci mərhələdə mütləq hörmət etməyi aşılamalısınız. İzah etməlisiniz ki, insanlar hər necə görünürlərsə, hər nəyi bacarır və ya bacarmırlarsa onlar istəyirlər ki başqaları onları anlasın, hörmət etsin, olduğu kimi qəbul etsin. Məsələn dərslərini sənin kimi yaxşı dərk edə bilməyən bir uşaq istəməz ki, sən ona bacarıqsız deyib təhqir edəsən, ondan uzaqlaşasan. İstəyər ki yanında olasan, ona dəstək olasan. Fikrimcə sən də bunu istəyərdin. 3. Və sonunda izah edin ki bizim ətrafımızda bəzi fərqlilikləri olan insanlar var. Məsələn bir ayağı olmayan və ya danışdıqlarımızı eşitməyən, ya da gözləri görməyən. Onlar hansısa bədən orqanına görə fərqlidirlər. Biz insanlar bütün fərqliliklərimizlə gözəlik və bir-birimizə dəstək olmalıyıq. Əgər uşaqlar sizə gördüyü bir fiziki məhdudiyyəti olan insan haqqında sual versə ona qısa və sadə cümlələrlə izah verin. Əgər fiziki əngəlli şəxs tanışdırsa və özünün də icazəsi varsa şərait yaradın o özü uşağa məlumat versin. Və başqa mövzulardan da müzakirə etsinlər. Söhbət yalnız əngəllər üzərində qurulmasın. Əgər övladınızın bu mövzuda sizi narahat edən yanlış davranışları varsa ona bu mövzunu nağıl şəklində də danışa bilərsiniz. Nağıl zamanı bir gəlincikdən (hər hansısa bir hissəsi olmayan) istifadə etmək təsirli olar. Ümumiyyətlə uşaqların bir hissəsi qırılmış oyuncaqlarını (təbii ki kəsici hissəsi yoxdursa) atmağı məsləhət görmürəm. Onun digər oyuncaqlardan fərqli olduğunu və belə də onunla oynaya biləcəyini öyrədin. Pedaqoq Lalə Məhərrəmli
“Evlənməkdən qorxuram. Evləndikdən sonra evimi təmin edə bilməyəcəyimdən narahatam. Nə edə bilərəm?” Hər qorxunun arxasında qorxuya səbəb olan, onu oyandıran səbəblər var. Qorxu yaradan səbəblər əgər tapılsa, onun neqativtəsirlərindən də qurtulmaq olar. Müalicədən əvvəl xəstəliyin səbəbini araşdırmaq nə qədər önəmlidirsə, qorxunun aradan qaldırılmasında da qorxunu meydana gətirən səbəblərin, fikirlərin tapılması o qədər önəmlidir. Evlilikdəki qorxulardan bir neçəsini saymaq lazımdırsa “dolanışıq” qorxusu, “Xöşbəxt ola bilmərəm, sevilmərəm” qorxusu başda gəlir. Bir insanın evliliklə bağlı qorxuları eyni zamanda onun evliliyə baxış tərzindən də asılıdır.Məsələn deyək ki, bir insanda evliliklə bağlı dolanışıq qorxusu var. “Evlənsəm, ailəmi dolandıra bilərəmmi?“ Belə bir vəziyyətdə bu insan evlənəcəyi insanın gözləntilərinə diqqət yetirməlidir. Əgər evlənəcəyi insanın gözləntiləri çox yüksəkdirsə, məsələn, Londondan ətir gətirtdirən biridirsə təbii ki, bu qorxunun olması normaldır. Maddi gücü çox yaxşı olmayan birisinin belə bir evlilik nəticəsində dolanışıq problemi yaşayacağı açıqca görülən bir gerçəklikdir.Ərköyün böyüdülmüş, həyatın heç bir çətinliyindən xəbərdar olmayan , sanki, saraylarda yaşamış bir insanla evlənirsizsə, onun haqlı olaraq təlabatlarını, gözləntilərini düşünməlisiniz. Buna görə də evlənəcək olan insanların evlilikdən qabaq öz maddi durumlarını açıq və dürüst şəkildə çatdırmaları çox önəmlidir.KİMİNLƏ EVLƏNDİYİMİZİ BİLMƏYİMİZ EVLİLİYƏ SAĞLAM BAŞLAMAĞIN İLK ADDIMIDIR.Ancaq bunu da bildirməliyəm ki, evlilikdə maddi qayğılardan çox sevgi ön plandadırsa sevgi davam etdiyi müddətdə maddi problemlər , gözləntilər ikinci planda qalır və cütlüklərin xöşbəxtliyinə maneə olmur.Ümumilikdə isə araşdırmalarda daha çox rast gəldiyimiz evlilik qorxuları bunlardır:Ailədə ana ata arasında böyük problemlər yaşanıbsa, hələ ailə çevrəsində boşanmalar çox sıx baş vermişsə, bu vəziyyət evlənəcək olan insanlarda “Mən də evlənsəm eyni şeyləri yaşayaram” şəklində bir qorxuya səbəb olur. Bu düşüncə bir tərəfdən haqlı olaraq ortaya çıxır.Bəzi evliliklərdə qız uşaqlarının oxudulmasını zəruri sayırlar. Çünki, düşünürlər ki, əgər qız məktəb , universitet oxuyarsa , gələcəkdə bir peşəyə sahib olarsa və ailəsində problemlər yaşansa, boşanmaq məcburiyyətində qalarsa heç olmasa əlində bir sənəti olsun, öz ayaqlarının üstündə dura bilsin. Burda da evliliklə bağlı müəyyən qorxuların olduğu açıq görünür.Yenə də ailə içindəki sıxıntılar səbəbindən atasının yanlış davranışlarını görən bir qız “atam kimi bir yoldaşım olacaqsa, heç olmasın daha yaxşıdı” kimi fikirləşə bilər. Belə bir fikrin evlilik qorxusuna səbəb olacaq fikirlərdən biri olduğunu unudulmamalıdır.Bir uşaq evliliklə bağlı qorxu və qayğılar yaşayırsa, bunun ana və ata ilə bağlı bir yönünün olduğu bilinməlidir. Bu vəziyyət eyni zamanda ana və atanın uşaqlarına yaxşı bir evlilik modeli göstərmədiklərinin açıq göstəricisidir.Psixoloq Gülnar Həbibova
Qış fəsli yaxınlaşır, havalar soyuyur. Bu zaman insanlar özlərini kefsiz, ruhən aşağı hiss edə bilərlər. Bu isə qış depressiyasından xəbər verir. Qış depressiyasının əlamətləri: • Emosional sferanın pozulması — əhvalın azalması, özünü günahkar hiss etmə, özünüdəyərləndirmənin itməsi, müxtəlif məşğuliyyətlərə marağın azalması, daimi həyəcan hissinin olması, həssaslıq, oyanıqlıq və s .• Yuxu pozğunluğu, yuxusuzluq • Yaddaşın azalması, intellektual səviyyənin enməsi • İş qabiliyyətinin aşağı düşməsi • İştahanın azalması • Həzm pozğunluqları • İmmun sistemin zəifləməsi • Özünəqapanma • Sosial problemlərin yaranması və s.
Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə mövcuddur. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük. Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. Psixolinqvistika olduqca gənc elmdir. Qeyd edək ki, elm, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlib.
Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır. Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır. Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.Başqasına güvənə bilmək üçün öncə özünə güvənmək lazımdır. Güvənsiz yaşanan bir sevgi içindən çıxmaq mümkün olmayan bir çuxurdur. “Qısqanmağım mənim sevgilimə, həyat yoldaşıma, ərimə güvənmirəm demək deyil, mən ona güvənirəm, ancaq ətrafdakı qadın və kişilərə güvənmirəm". Yəqin ki, qısqanc adamlardan ən çox eşitdiyiniz cavab məhz budu.Həddən çox qısqanan insanların sədaqətsizlik göstərmə ehtimalı çox yüksəkdir. Bir insanı sevmək üçün ilk öncə özünüzə güvənməlisiniz. O sizin uşağınız, ata-ananız deyil ki, ona güvənmədən onu sevirsiniz. Qısqanc insanlar yenə də bu deyilənlərlə razı olmayıb, qısqanmalarını sevgilərinin ifadəsi kimi qəbul edib, özlərinə haqq qazandırmağa çalışırlar. Fərizə Əhmədova
Gündəlik yaşanılan streslər, hadisələr insanın əsəb sisteminə mənfi təsir göstərir. Ancaq təəssüf ki, tibbi cəhətdən psixoloji müayinələrin üzərində ciddi dayanılmır. Psixoloq.az xəbər verir ki, psixoloji check uplar həm erkən diaqnoz baxımından həm də qoruyucu psixoloji sağlamlığının daha davamedici olması baxımından əhəmiyyətlidir. Müəyyən psixoloji problemlər hərkim tərəfindən mütəmadi şəkildə nəzarətdə saxlanılmalıdır. Psixiatr və ya psixoloqlar tərəfindən tətbiq olunan check uplar ümumi psixoloji vəziyyətin xəritəsini ortaya çıxarır. Məhz bu səbəbdən xarici ölkələrdə hər bir insanın öz psixoloqu vardır. Unudulmamalıdır ki, hər şey insan beyində başlayır.
Uşaq Psixologiyasının əsası olan İnkişaf terapiyası, uşaqların 18 yaşına qədər inkişaflarını diqqət mərkəzində saxlayır və bu mərhələdə inkişaf problemlərinin terapiyasını və reabilitasiyasını əhatə edir. Uşaqların inkişafı sadəcə fiziki inkişafla məhdud olmayıb, nitqin inkişafı, sosial adaptasiya, motor bacarıqlarının inkişafı, psixoseksual və koqnitiv inkişaf kimi müxtəlif sahələrlə birgə düşünülməlidir. Son dövrlərdə inkişaf pozuntuları adı altında bir çox diaqnoz geniş yayılmağa başlamışdır. Bu pozuntuları yaşayan uşaqlar bacarıqlarını göstərməkdə çətinlik yaşayırlar. Bununla yanaşı, nevroloji və xromosom pozuntuları ilə bağlı xəstələiklər yaşayan uşaqlarda qabiliyyət itkiləri ortaya çıxır. İnkişaf terapiyası, hər iki halda uşaqların qarşılaşdıqları çətinliklərin və ləngimiş bacarıqların mümkün olan səviyyəyə qədər reabilitasiyasını hədəfləyir. İnkişaf terapiyasının tətbiq olunduğu hallar: Nitq pozuntularıKoqnitiv / Zəka problemləriAutizmin spektr pozuntularıGeniş yayılmış inkişaf pozuntularıSensomotor pozuntularDiqqət catışmazlığı və hiperaktivlik pozuntusuDavranış pozuntularıSosial fobiya (Sosial Həyəcan Pozuntusu)Görmə və eşitmə ilə bağlı problemlərMotor pozuntularıAkademik uğursuzluq (meduna.az)
Uşaqların yaşadıqları emosional və davranış problemlərinə fokuslanan uşaq terapiyası geniş dairədə psixoloji problemləri əla alan və müxtəlif metodlarla bu problemlərin terapiyasına istiqamətlənən psixoterapiya sahəsidir. Uşaqlar da ən az böyüklər qədər psixoloji problemlərlə üzləşirlər. Böyüklərdən fərqli olaraq uşaqlar problemlərini sadəcə sifahi olaraq ifadə etməzlər. Bu baxımdan uşaqlarla aparılan pxisoterapiyalar sadəcə şifahi metodlarla limitli deyil.Uşaqlarda görülən psixoloji problemlər: A. Emosional PozuntularUşaqlıq depressiyasıDipolyar pozuntuDistimiya (kronik depressiya)Anksiyete (Həyəcan) PozuntularıObsessiv kompulsif pozuntuSosial fobiya (sosial həyəcan pozuntusu)Spesifik fobiyalarPosttravmatik stress pozuntusuPanik atakYuxu ProblemleriSomatoform PozuntularYemə PozuntularıAnoreksiya nevrozaBulimiya nevrozaHəddindən artıq yemə pozuntusuCinsi Şəxsiyyət PozuntularıDiqqət Çatışmazlığı və Hiperaktivlik PozuntusuMəktəblə Bağlı ProblemlərMəktəbə getməməAyrılıq anksiyetesiAkademik problemlərAdaptasiya problemləri Digər Sosial, Emosional və Davranış Problemləri(meduna.az)
Müasir həyatın bir parçası halına gələn internetin mənfi təsirləri uşaqlardan da yan keçmir. Günümüzdə böyüklərlə yanaşı azyaşlılar da internetin aludəçisinə çevrilirlər. Araşdırmalar göstərir ki, gün keçdikcə sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram və s.) istifadə edən uşaqların sayında artım müşahidə olunur. Bəs azyaşlıların sosial şəbəkələrdən istifadə etmələri nə dərəcədə doğrudur? Onların uşaqlara hansı müsbət və mənfi təsirləri ola bilər? Uşaqların hansı yaşda sosial mediadan istifadə etməsi düzgündür? Psixoloq Sevinc Baxışova bildirdi ki, uşaqlara internetdən istifadənin təhlükəli olması kiçik yaşlarda aşılanmalıdır: “Günümüzün uşaqlarının 20-30 il qabaqkı uşaqlarla müqayisəsini aparmaq, onların düşüncə tərzinin eyni olmasını fikirləşmək düzgün olmazdı. İnsan artıq virtual aləmin sakininə çevrilir, reallığını itirir və ailə ilə təmasda ola bilmir. Artıq onun öz dünyası yaranır. Sosial biliklər vasitəsi ilə uşaqlarımız lazımsız informasiyalara sahib olurlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır, uşaqların tərbiyəsi pozulur. Günümüzdə sosial şəbəkələrin istifadəsi çox dəbdədir. Ancaq istifadə vaxtımıza və məqsədimizə diqqət etmək, uşaqların internetdən isitfadəsinə məhdudiyyət gətirmək lazımdır. Çünki 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadə etmələrinə qadağalar qoyulmalıdır. Uşaqlar (qız və ya oğlan fərq etməz) hər cür təhlükə altındadırlar. Xüsusilə kiçik yaşdakı uşaqların doğru qərar vermə mexanizmi inkişaf etməmiş olduğundan bu vəziyyət pis niyyətli insanlar tərəfindən istifadə edilə bilər. Bir çox ailə övladının həddindən artıq internet istifadə etməsindən və orada oyun oynamasından şikayətçidir. Bunun qarşısı kiçik yaşlarında alınmalıdır. Ona görə ki, yetkinlik dövründə problemi həll etmək bir az daha güclü iradə tələb edəcək. Heç bir şeyə ondan asılı olacaq qədər bağlanmayın. Çünki sağlam duyğuların ifadəsi asılılıq deyil”.(bizimyol.info)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) whatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumata münasibət bildirib. AQTA-dan ölkə.aza-a bildirilib ki, yayılan səs yazısında yer alan məlumatlar reallığı əks etdirmir və əsassızdır: "Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür. Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir. Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik". Məsələ ilə bağlı məhsullarının adı çəkilən "Azərsun" holdinqin ictimaiyyətlə əlaqələr departamenti də mövqeyini bildirib: "Son bir neçə gün ərzində ölkə ictimaiyyətində geniş əks səda yaratmış, Azərsun Holdinqin istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı çaşqınlıq yaratmağa yönəlik səs yazısı yayılmaqdadır. İctimaiyyətin narahatlığına səbəb olmuş səs yazısı ilə bağlı mövqeyimizi diqqətinizə çatdırırıq. Azərsun Holdinqin sahib olduğu ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır. Dəyərli istehlakçılarımız, Azərsun Holdinq öz istehlakçılarına öz istehsal müəssisələrində emal və istehsal olunan məhsulları təqdim etməkdədir. Məhz bu səbəbdən də məhsullarımızın keyfiyyətinin qorunması üçün bütün istehsal prosesini, təcrübəli mütəxəssisləriz ciddi və daimi nəzarət altında saxlayırlar. Hər bir istehsal dövrünə aid məhsullarımız xüsusi dəqiqliklə daxili və xarici akkreditasiya olunmuş labaratoriyalarda müxtəlif sınaqlardan keçərək yoxlanılır. Bundan başqa bütün müəssisələrimiz, satış məntəqələrimiz və anbarlarımız ölkədə qida təhlükəsizliyi və sanitar-gigiyenik normaların icrasına nəzarət edən orqanlar tərəfindən mütəmadi şəkildə yoxlanılır və müsbət rəylər alır. Son günlər ərzində, məhsullarımız haqqında yayılan səs yazısının məqsədi, şirkətimizin məhsulları haqqında heç bir əsası olmayan şaiyələr yaratmaqla istehlakçılarımız arasında çaşqınlıq cəhdidir. Əminliklə bildiririk ki, burada səslənən fikirlər təmamilə əsassızdır və bizə məlum olmayan, lakin ölkədə ərzaq təhlükəsi fikrini yaymaqla müəyyən hədəflər güdən insanların uydurmasıdır. Bu şəxs və ya şəxslərin tezliklə aşkar edilməsi və onların, qida və ərzaq təhlükəsizliyi kimi həssas məsələdən istifadə edərək ajiotaj yaratmaq üçün davranışlarına müvafiq hüquqi qiymət verilməsi üçün tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Dəyərli ictmiaiyyət, biz bir daha vurğulamaq istərdik ki, Azərsun Holdinq olaraq biz hər bir istehlakçımızın məhsulumuz haqda istənilən sualını cavablandırmağa və aydınlatmağa hazırıq. Şirkətimizin 120 qaynar xətti bütün irad, təklifləri qəbul edir və bütün müraciətlərin sahiblərinə dolğun və ətraflı cavablar təqdim olunur. Əmin olun ki, Azərsun Holdinq ailəsi öz süfrəsində yemədiyi məhsulu istehlakçılara təklif etməz. Keyfiyyət Azərsun Holdinqin müqəddəs dəyəridir". Psixoloq.az bu məlumatı psixoloji cəhətdən araşdırıb. Belə ki, psixoloqlara görə, onlar bu tip məlumatlarla insanların diqqətlərini özlərinə daha tez çəkə bilirlər. Belə məzmunlu yayılan məlumatlar ilk deyil və əksər zaman da təsdiqini tapmayıb. Amma belə fikirlər insanların şüur altına təsir göstərir və nə qədər "inanmıram" desələr də bir tərəfdən narahat olurlar. Bu baxımdan bu tip xəbərlər, insanların zəif nöqtələrindən istifadə edərək istədiklərinə nail olmaq məqsədi daşıya bilər.
Bir neçə ildir insanların aqressiyalı davranışı psixoloqların da nəzərindən qaçmayıb. Belə ki, avtobusda, yolda baş verən, adi hərəkətdən qəzəblənən vətəndaşları görmək, vəziyyətin ciddiliyindən xəbərdar edir. Bunun səbəbləri barədə isə psixoloq danışıb. Aqressiya ilk növbədə insanın özündən kənara yönəlmiş etirazı, qəzəbidir. Narazılıq yaradan faktorlar olduqca çoxdur. İndi milli mental şüur formalarımızla xaricdən gələn şüur formaları toqquşur. Amma baxın, əgər bir ailə başçısı olan kişi iş tapmırsa, ailəsini dolandıra bilmirsə, həmin zaman aqressiya onun içində toplanır və həmin şəxs nəhəng aqressiya enerjisini elə bir səmtə yönəldir ki, o, hörmətli insan olsa bele gözümüzdən düşür. Lakin onun hansı səbəbdən bu vəziyyətə düşdüyünün əsl səbəbini isə görə, həmin şəxslə empatiya yarada bilmirik. İnsanlar sanki dava etməyə hazır vəziyyətdə durublar. Çünki onlar beyinlərində yaşadıqları gərginlikləri sosial mühitə, nəqliyyat vasitəsində, yaxud küçədə rastlaşdıqları insana ötürməyə başlayırlar. Əziz insanlar, əgər siz daxilinizdə olan aqressiyaya, mübarizəyə qalib gələ bilmirsinizsə, mütəxəssislərə müraciət edin. Ruhunuzu incidən, zədələyən hisslərdən uzaq olun. Müəllif: Psixoloq Sevinc Baxışova
Qoç – Bu gün baş verən hadisələr sizi sevindirir və ruhlandırır. Qarşınızda duran məqsədlər nə qədər çətindirsə, siz bir o qədər həvəs və entuziazmla o işlərə yanaşırsınız. Qeyri-standart hərəkətləriniz, orijinallıq nümayiş etdirməyiniz bütün diqqətlərin sizə cəlb olunması ilə nəticələnir. Güclü müttəfiqlər tapmaq şanslarınız var. Bu gün başlatdığınız işgüzar münasibətlər davamlı və məhsuldar olacaq. Müxtəlif avatntüralara doğru meyllisiniz. Yeni eksperimentlərə həvəslə yanaşırsınız. Bu isə o deməkdir ki, yeni təəssüratlar cəhətdən kasadlıq olmayacaq. Buğa – İşgüzar tərəfdaşlarınızla danışıqlarınız proqreslə nəticələnəcək. Birgə fəaliyyət olduqca məhsuldar alınacaq. Sizin kimi düşünən insanlarla işləməkdən zövq alırsınız. Rəhbərliklə münasibətləriniz qaydasına düşür. Yaxınlarınızla münasibətlərdə olduqca ədəblisiniz. Bu səbəbdən məişət çətinlikləri mübahisələrə səbəb olmur. Alış-veriş etmək olar, zövqünüz sizi aldatmayacaq. Əkizlər – Qarşıda qoyulan məqsədləri doğru anlamaq və öz imkanlarınızı düzgün qiymətləndirməklə yaranmış çətinlikləri aşa biləcəksiniz. Həddən artıq emosional insanlarla qarşılaşdıqda belə sakitliyinizi və soyuqqanlılığınızı qoruyursunuz. Gün təhsil və ixtisas artırmaq üçün münasibdir. Bununla yanaşı, istirahət üçün də vaxt tapırsınız. Romantik görüşlər ümidlərinizi doğruldur. Xərçəng – Diqqətinizi işə cəmləsəniz, hər şeyi çatdıra biləcəksiniz. Özünüintizam ilə bağlı problem yaşamırsınız. Bir neçə iş görməli olsanız belə, dağınıqlıq yaranmır. Vacib imtahanlar vermək, iş görüşləri keçirmək olar. Vacib informasiya daxil olması ehtimalı da yüksəkdir. Nəzərdə tutulmayan səfərə çıxmaq ehtimalınız da var. Şir – Fikriniz bir qədər dağınıqdır, lakin bu, işləməyinizə, qarşıda duran məsələləri həll etməyinizə mane olmur. Vaxtında sakitləşə və gərginləşmiş vəziyyəti zarafatlarınızla yumşaltmağa qadirsiniz. Təsərrüfat işləri ilə, məişət problemlərinin həlli ilə məşğul olmaq olar. İş prosesində yeni ideyalarınız yaranacaq. Qız – Vəziyyəti nəzarətdə saxlamaq üçün bir qədər güc itirirsiniz. Bununla yanaşı, bu gün bir qədər sakitləşmək və axın istiqamətində üzmək olar. Hadisələr sizin üçün əlverişli olan şəkildə cərəyan edir. Sizin maraqlarınızın qeydinə qalan insanlar da var ətrafınızda. Özünəgüvən hissi artır. Başa düşürsünüz ki, həm işgüzar, həm də şəxsi məsələlərdə uğur qazana bilərsiniz. Tərəzi – Dolğun və məhsuldar bir gündür. Sizin energetik potensialınız olduqca yüksəkdir. Bu səbəbdən də, çoxsaylı işlərin olmasına baxmayaraq, özünüzdə yorğunluq hiss etmirsiniz. Hər şeyi düzgün qiymətləndirib doğru qərar verə bilirsiniz. Ekzotika və mistikaya marağınız artır. Öz gələcəyiniz barədə proqnozlar vermək istəyirsiniz. Əqrəb – Günün birinci yarısında qeyri-adi mənəvi yüksəliş hiss edirsiniz. Bu, sizin gün ərzində uğur qazanmağınız üçün mühüm rol oynayır. Qarşınızda hansı işin olmasından asılı olmayaraq, hər bir işin öhdəsindən rahatlıqla gəlirsiniz. Gün rahat və xoş ünsiyyət, yeni tanışlıqlar üçün yararlıdır. Qarşı cinsin nümayəndələri ilə ünsiyyətdə səmimi olmağa çalışın. Oxatan – Gərgin və məhsuldar danışıqlarla dolu, işgüzar anlaşılmazlıqların yoluna qoyulduğu bir gündür. Yeni müttəfiqlər qazanmaq ümidi ilə yeni layihələrə başlaya bilərsiniz. Qarşınızda maraqlı məqsədlər dayanır. İlk baxışdan bu məqsədlərə necə yanaşmaq lazım olduğunu bilməkdə çətinlik çəkəcəksiniz. Uzunmüddətli planlar qurmaq olar. Onların reallaşması şansı çoxdur. Uzaqdan xoş xəbərlər eşidəcəksiniz. Oğlaq – Bu gün çox işləmək lazım gələcək, lakin bu, sizi qorxutmayacaq. Bir neçə məsələni eyni vaxtda həll etmək imkanınız var. Düzgünlük və səmimilik danışıqlarda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün köməkçi olacaq. Yaxınlarınız sizi dəstəkləməyə hazırdırlar, bu səbəbdən hətta ən cəsur ideyalarınızı da onlarla bölüşün. Təşəbbüslər göstərmək, köhnə münasibətlərin bərpası və romantik görüşlər üçün uyğun bir gündür. Dolça – Sakit və harmonik bir gündür. Bu gün tər töküb işləmədən hadisələrin gedişini izləmək olar. Sizin səmimiliyiniz diqqətdən kənarda qalmır. Bu gün sizi dəstəkləyən insanları tapmaq çətin olmayacaq. Bu gün əyləncə, kübar məclislərinin ziyarəti və aktiv istirahət üçün münasib bir gündür. Həyat potensialınız olduqca yüksəkdir. Bahalı hədiyyələr və uğurlu alış-verişlər də ola bilər. Balıqlar – Bu gün həddən artıq uğurlu olacağı vəd olunur. Bir çox işlərin öhdəsindən gələ bilirsiniz və siz bunu gözəl başa düşürsünüz. Həyat eşqiniz və nikbinliyinizlə ətrafdakıların rəğbətini qazana bilirsiniz. Gün nüfuzlu şəxslərlə görüşlər üçün də münasibdir. Hüquqi və maliyyə məsələlərini həll etmək olar. Bununla yanaşı, şəxsi məsələlərə də vaxt ayırmaq lazımdır. Öz arzularınızı bəyan etməkdən çəkinməyin. Bu, uğura doğru ilk addımınız olacaq. Milli.Az
1. Gözlərinizi yumub bir çöllük xəyal edin. Sadə bir görünüşü olsun. Səma, qumlar və siz. İndi o çölün ortasında bir kub tapdınız. Nəyə bənzəyir? Böyüklüyü, rəngi, xüsusiyyətləri… 2. İndi isə bir at düşünün, o çöllüyün ortasında olsun. Kub kimi onun da xüsusiyyətlərini yazın. 3. Son olaraq çöldə bir nərdivan tapdınız. Necə bir nərdivan olduğunu yazın.İndi isə cavabları oxuyun. Kub:Böyük, sərt və qara bir kub sizin necə görünmək istədiyinizi göstərir. Bu kub sizin başqalarının yanında lider rolu oynamaq istədiyinizi ifadə edir. Görkəmli rəngi sizin güclü və bacarıqlı olmaq istəyinizi bildirir.Şəffaf bir kub gördünüzsə, bu, insanların görünüşünüzdən əlavə əsl sizi görməsini istəməyinizdən qaynaqlanır.Kiçik bir kub özünüzü tək hiss etdiyinizi bildirir. Sizə yaxın olan insanların ətrafınızda olmasını istəyirsiniz. At:Qəhvəyi at daim sizin yanınızda olan bir həyat yoldaşınızın olmasını istədiyinizi bildirir.Qara at təhlükə və romantikanı göstərir.Ağ at sakit və xoşbəxt bir evlilik istədiyiniz mənasına gəlir. Nərdivan:Köhnə bir nərdivan işinizdə xoşbəxt olmadığınızı göstərir.Yeni və taxta bir nərdivan işinizdə xoşbəxt olduğunuzu bildirir. İşinizi və iş yoldaşlarınızı sevirsiniz.Nərdivanı çox təzə görməyiniz səhv etməkdən qorxduğunuzu bildirir. Dəmir nərdivan isə istəyinizin daha güclü vəzifə olduğunu, irəliləmək istədiyinizi bildirir.
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
“Mədə kiçiltmə əməliyyatı oldu arıqladı”, “Mədəsinə klips taxdırdı”, “Mədə əməliyyatından sonra xəstəlik tapdı”... Psixoloq.az xəbər verir ki, bu kimi xəbərlər son aylarda artmaqdadır. Ümumi, transplant və bariatrik cərrah Bəhruz Səlimovun sözlərinə görə, artıq çəki dünyada artdıqca insanlar əlavə kilolardan qurtulmaq üçün daha tez-tez bu əməliyyata baş vurmağa başlayıblar: "Ancaq zamanla əməliyyatın risklərinin yetərincə izah edilmədiyinin və nəyə əsasən bu yöntəmin seçildiyinin başa salınmadığı ortaya çıxdı. Artıq çəki pasiyentlərinin cərrahi əməliyyata həkimləriylə bir yerdə qərar verməlidirlər. Çünki xəstənin, əməliyyat ərzində və sonrasındakı zamanlarda yaşaya biləcəyi problemlər ilə əməliyyat sonrası eləməkləri olduqları xəstə ilə açıq, detallı müzakirə olunmalıdır". Cərrah həmçinin pasiyentin keçirdiyi əməliyyatdan sonra həkim tərəfindən verilən məsləhətlərə, tövsiyələrə diqqət etməli olduğunun vacibliyini də diqqətə çatdırıb. Əlavə suallar üçün həkimlə birbaşa əlaqə saxlaya bilərsiniz: 0705798833
Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir dövrdə biməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də fəal şəkildə istifadə etməkdədirlər. Ailə və uşaq psixoloqu Olqa Kramareviç maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada asanlaşdıran lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən əşyaların qısa siyahısını təqdim edir: 1 yaşından sonra əmzik. Əmmə refleksi körpələrə və uşaqlara təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər qazana bilər. Üstəlik daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün motivasiyasını itirir. Daim ağızda olan əmzik şübhəsiz ki, danışıq qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir. Yaş yarımından sonra bez. Bədəninin funksiyalarını idarə etməyə başlamaq və onun müvafıq reaksiyasını stimullaşdırmaq üçün uşaqlar müəyyən narahatlıq halında olmalıdır. Bez daim uşağı quru saxladığından, onda yaş olaraq narahatlıq hissinin yaranmasına mane olur və uşağın tezliklə bezdən çıxıb normal tualet vərdişlərində ləngimələr müşahidə olunur. Lakin hər bir uşağın yetişmə məqamı olduğu kimi müəyyən istisnalar da mövcuddur ki, bu halda uşağı məcburən bezdən çıxarmaq üçün ciddi stress yaşatmağa ehtiyac yoxdur. Valideynlərin müəyyən qədər səbrli olmaları gərəkdir. Əyilmiş uşaq qaşığı. Sıyığa, yuyucu vasitələrə və vaxta qənaət etmək etmək istəyən valideynlər sözsüz ki, əyilmiş qaşıqlardan istifadə edə bilərlər. Lakin bu cür qaşıqlar uşağın motorikasının və məsafə hissiyyatının inkişafını əngəlləyir. Xodunok. Yenicə ayaq açmış uşaq üçün faydalı hesab edilən bu vasitə əslində onun yıxılmaq imkanını aradan qaldırmaqla normal inkişafına mane olur. Yıxılmaqla uşaq diz və dirsəkləri ilə döşəməni duyaraq daha tez ətraf mühitinə uyğunlaşacaqdır. Səsli-musiqili interaktiv oyuncaqlar. Müxtəlif sözlər deyən və suallara cavab verən elektron vasitələr əslində uşağın oyun süjetinə məhdudiyyət qoyaraq onun sözlərin mənasına varmadan mexaniki təkrar etməyinə səbəb olacaqdır. 3 yaşından sonra 3 təkərli skuterlər. Əgər valideynlər uşağın tezliklə sərbəst skuter sürməyi öyrənməsini istəyirlərsə o halda müəyyən müddətdən sonra təkərlərin sayını azaltmalıdırlar. Valideynlər unutmamalıdırlar ki, uşağın fiziki inkişafı onun intellektual inkişafı ilə bağlıdır! İstənilən yaşda televizor. Televizorun ziyanı haqda kifayət qədər məlumatlı olmaqlarına baxmayaraq valideynlər ondan yayındırıcı və başaldadıcı vasitə kimi fəal şəkildə istifadə etməkdədirlər. Televizor bütün ziyanları ilə yanaşı uşaqların təhsil və təlimində problemlərin yaranmasına səbəb olur. Məhdudiyyətsiz elektron oyunları. Əgər uşaq vaxt və şərt məhdudiyyəti qoyulmadan elektron oyunlarla oynuyursa, onda müəyyən asılılıqlar yarana bilər. Oyunlara aludə olan uşaqlarda müxtəlif növ psixoloji problemlər müşahidə edilə bilər.(milli.az)