Hereketli oyuncaqlar uşaqların inkişafında ve hereketlerinin doğru isdiqametlendirilmesine olduqca böyük öneme malikdir.Amma bir şertle ki,bu cür oyuncaqlar uşağa zamanında verilsin.Körpe,imeklesin ve ya yerisin,daha sonra ona hereket eden oyuncaqlar verilsin.Körpeler üçün imeklemeye ve yerimeye başlamaq azadlıqlarına qovuşmanın ilk addımıdır.Hereket qabiliyyeti artdıqca,gördükleri her hereketli obyekti tutmaq ve araşdırmaq üçün heveslidirler.İmeklemeye başlayan uşaq hereket eden oyuncağının arxasınca imekleye-imekleye hereket etmiş olur ve fiziki cehetden daha yaxşı inkişaf edir. Eger körpe hele yerimir ve ya imeklemirse,ona hereket eden oyuncağı vermek düzgün deyil,çünki oyuncağının arxasınca gede bilmeyende körpe sinirlenir,esebi hal alır. NUPM psixoloqu Çinare Muradova.
Bir zamanlar çox gözəl və maraqlı uşaqlıq illərimiz var idi. Kompüterlərdən, uşaq əyləncə mərkəzlərindən və qorxulu filmlərindən uzaqda olan uşaqlıq dövrümüz idi. İndiki dövrdən fərqli olaraq psixikamıza çox gözəl təsir bağışlayan bir neçə sevdiyimiz oyunlar oynayırdıq.Bu yaxınlarda uşaqlıq illərimdən bəri görmədiyim bir qonşuma rast gəldim, hansıki məni bu məqaləni yazmağa vadar etdi. Bilirsinizimi onlar hansı oyunlardır?Bunlardan biri qızların asudə vaxtlarını səmərəli keçirmək üçün (adi geyimlərdə istifadə olan rezinləri birləşdirərərək) oynadığı oyun, hansıki bir çox qabilliyyətimizi üzə çıxaran və inkişafetdirici təsirə malik olan bu oyun bizim koordinasiya, vestibulyar apparatımıza müsbət təsir edər, diqqətlilik, qələbə qazanmaq, qürurla məğlub olmaq, hamıdan üstün olmaq və rəqib olduqları halda belə qızlarla dost olmağı öyrədir. Bu zaman həm fiziki, həm verbal aqressiydan da uzaq olmaımıza kömək olurdu.İkinci klassik olaraq hamının oynadığı - asfaltda təbaşir ilə çəkilən damalar, sadə daş ilə damaların xanalarının üzərinə ataraq əyləncəli oyundur. Bu oyunda qalib gələrkən özümüzü necə xoşbəxt hiss edirdiksə-gördüyümüz bütün insanlarla o sevinc hissimizi bölüşmək istəuirdik. Diqqət, dəqiqlik və konsentrə olmaq bacarıqlarımızı inkişaf etdirirdi. Sevdiyimiz daha bir oyun - “Bəli və ya xeyr demək olmaz oyunu”dur. İllər sonra psixoloq olaraq oyunun nə gözəl təsirə malik olduğunu anlayıram. İstənilən suala elə cavablar verməli idin ki, o cavabda “bəli” vəya “xeyr” sözünün əvəzinə digər köməkçi sözlər və ya sinonimlər olmalı idi. Qalib gələn uşağın elə zəngin söz lüğəti olmalı idi ki, istənilən bir suala sıxılmadan səhvsiz cavablar versin. Özünü ələ almaq qabilliyətini inkişaf etdirən bu tapşırıq bizə həm də hazırcavab olmağı öyrədirdi, istənilən vəziyyətdən diqqətli olub çıxış yolu tapmaq qabilliyətini inkişaf etdirirdi.Əslində bu siyahını çox uzatmaq olardı, lakin oxucularımı yormaq istəməzdim. Çox xoşbəxt uşaqlıq illərimiz olub, bunu öz şagirdlərimizə və övladlarımıza yaşatmaq imkanı verək, onlarla daha çox ünsiyyət quraq, onlara güzəştə getməyi öyrədək, onların fikirləri ilə maraqlanaq və ən başlıcası onlara zaman ayıraq.
Ormanda sıxlıq olan sahədə torpaqdan cücərib boy atmağa başlayan ağacla bağçada əkilən və qulluq olunan ağac arasında fərq çox böyükdür. Sıxlıqda bitən ağac böyüdükcə ətrafında olan böyük ağac və kolların budaqları həmişə ona mane olur, günəş işığının üzərinə düşməsinin qarşısını alır, üzərinə aylarla toz-torpaq düşür, amma küləyin o tozu üstündən təmizləməyə gücü yetmir. Hələ bir də yaşlı, ömrünü sona verən çürük bir ağac üstünə yıxılsa qabığını zədələyər, qol-budağını sındırar, böyüməsinə mane olar. Gənc agac məcburdur ki, müəyyən istiqamətə əyilsin, maneəni dəf edib boy artımına davam etsin. Ona görə də heç vaxt o dik dayana bilməz. Bağçadakı agac bu prosesləri yaşamır, rahat və sərbəst boy atıb böyüyür. Təsəvvür edək ki, bu gənc ağaclar fərqli iki ailədə böyüyən uşaqlardır. Ailədəki münasib olmayan mühit uşağı sıxıntıya salır, dedi-qodu, yersiz münaqişə və mübahisələr, valideyn və övladların bir-birilərinə qarşı olan soyuq münasibətləri, evdəki rahatsızlıq, iman və səmimiyyətin olmaması günəş işığından məhrum olmağa bənzəyir. Bütün bunlar uşağı üzür, düşüncəsi mənfi fikirlərlə yüklənir, üstünə toz qonmuş yarpağa dönür sanki, illər lazım gəlir o çirkab toz təmizlənsin. Uşağa diqqətsizlik, problemlərinin vaxtında aşkarlanıb yoluna qoyulmaması üstünə ağac düşmüş mənzərəni xatırladır. Belə mühitdə böyüyən uşaq cəmiyyətdə özünü tapa bilmir, cəmiyyətin də belə uşağı formalaşdırması uzun illərə söykənir, o da yenə onun düşdüyü mühitə bağlıdır . Bir anlıq da olsa gözünüzün önündə bu hadisələri canlandırın və düşünün ...
Körpənin həyatında ilk 2 ay ən əziyyətli vaxt hesab olunur.Gecə ağlamaları yuxudan tez-tez oyanma,narahatçılıqlar ilk 2 ayda daha çox rast gəlinən haldır. 4 ayından körpəniz üzünüzə gülməyə başlayacaq.Hətta ətrafa səsli gülüşlər saçaraq sizə bu əziyyətinizi unutduracaq. 6 ayına qədər körpələrin gecə yuxusu dərin olmur.Gecə bir neçə dəfə oyanmaları normal haldır.6 ayından sonra gecə oyanmaları azalır,yuxu bir az dərinləşir. Körpələr 5-6 ayından etibarən dəstəklə otura bilirler.Lakin dəstəksiz oturma 7-9 ayından mümkün olur. Adətən 9 ayından iməkleməyə başlayırlar.Ancaq unutmayaq ki,iməkləmək körpənin həyatında mütləq baş verə biləcək bir hal deyil.Bəzi körpələr iməkləmədən də yeriməyə başlaya bilirlər. 11-12 ayından etibarən körpələr ayağa qalxa bilir,kömək vasitəsilə addım ata bilirlər.Addım atmaq körpənin həyatında ən vacib inkişaf mərhələsindən biri sayılır.Əksər hallarda 12-13 ayından etibarən ilk addım atılır,körpə yeriməyə başlayır. NUPM psixoloqu Çinarə Muradova
Son zamanlar emosional intellekt barəsində çox müzakirə aparılır. Emosional intellektinin inkişaf etməsi insan üçün çox faydalıdır. Hər bir insanın ağıl, zəka və intellekt bacarıqları ilə yanaşı, həm də emosional intellekti də inkişaf etməlidir. Təbii ki zəkalı insanların emosional intellekti daha yüksəkdir, onlar reallığı ve gerçək həyatı daha rahat qəbul edib qarşılıqlı əlaqə qura bilirlər. Bu həm fərdlərarası münasibətlərə, həm insanın subyektiv düşüncələrinə, həm də onun cəmiyyətə uyğunlaşmasına və bütün kommunikasiya vasitələrinə köməkdir. Beləliklə, emosional intellekt- effektiv ünsiyyət, idarəetmənin ve effektiv biznes qurmanın ən vacib detallarından biridir. Hər hansı bir məlumatın qəbul edilməsi -sensor sistemlər vasitəsilə baş verir. Eynizamanda beynin əsas sahələri əvvəlcə hərəkətedir, sonra avtonom sinir sistemi (veqetativ), əzələ və digər sistemlərin reaksiyaları davam edir. Hər hansı bir informasiya ilə, insanın özü iləvə ətraf aləmlə əlaqə əsas sürətləndiriciamillərdən (drayverlerden) asılıdır:özünüdərketmə, özünüqiymətləndirmə,motivasiya, adaptasiya səviyyəsindən asılıdır. Bu sürətləndirici amillər (drayverler) aşağıdakılardır:1. Özünüdərketmə bacarığı -fikir və duyğularınızı,emosialarınızı, bədəninizi vədavranışınızı şüurlu şəkildə anlamanız; 2. Özunüqiymətləndirmə bacarığı- qətiyyətlilik, özünə hörmət, qəbul və asıllılıq (bir insanın xarici təsirlər və qiymətləndirmələrdənasılı olmayaraq, öz davranışını müstəqil tənzimləmə və bunun üçün məsuliyyət daşımaqabiliyyəti); 3. Motivasiya bacarığı-özünü aktuallaşdırmavə qətiyyət arzusu ilə yanaşı motivasiya, həmçinin yeni, güclü hədəflərə istiqamətləndirilmək və uğursuzluqların obyektiv təcrübəsinin açıq şəkildə qəbul edilməsi; 4. Adaptasiya bacarığı -istənilən bir insan ilə empatiyanın qurulması, stress müqaviməti, qərar qəbuletmə bacarığı və fərdlər arasında ünsiyyətqurma bacarığı; Bütün bu bacarıqları inkişaf etdirmək çətin olsa da, mümkündür. Buna görə də fərd öz üzərində hər gün işləyərək müsbət bir nəticə əldə olunana qədər çalışmalıdır.
Psixoloq.az xəbər verir ki, tanınmış psixoloq Elnur Rüstəmov özünə məxsus facebook sosial hesabında motivasiya edici post paylaşmışdır.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik. “Sənin kimi biri bunun öhdəsindən rahatlıqla gələ bilər”, “Özünə daha çox güvənməlisən”, “Daha əvvəl nələri həll etdin, bunumu bacarmayacaqsan” şəklində cümlələri əminəm ki, hamınız eşitmisiniz. Çevrənizdəki insanların sizə olan inamın yarısına sahib olsaydınız, indiyə kimi ertələdiyiniz bir çox vəziyyətin üzərinə gedib, bir çoxunu həll etmişdiniz. Deməli insanlar sizi nə qədər güclü görürlərsə görsünlər, önəmli olan sizin özünüzü nə qədər güclü hiss etdiyinizdir. Necə olur ki, insanların bizə güvəndiyi qədər özümüzə güvənə bilmirik? Gəlin özgüvənimizi yenidən gözdən keçirək. Bəli, Özgüvən həyatın bir parçasıdır. Dolayı yolla özünə dəyər, hörmətlə bağlı bir vəziyyətdir. Özünüzü necə göründüyünüz, özünüz haqqında düşüncələriniz, nə qədər dəyərli hiss etməyiniz sizin özgüvəninizi formalaşdırar və bu həyatda aldığınız qərarlara, etdiyiniz seçimlərə, özünüzü doğrultma müddətinizə təsir edər. Yəni özgüvənli olmaq üçün öncə özünüzlə barışıb, özünüzü sevməlisiniz. Sonra isə istəklərinizi gerçəkləşdirmək üçün risk almağa istəkli olmalı, gələcəyin gözəl olacağına inanmalısınız. Ümumiyyətlə, özgüvənsiz olduğunuzu düşünürsünüzsə, bacarmaq və hədəfinizə çatmaq mövzusunda neqativ düşüncələrdə ola bilərsiniz. “Onsuz da bacarmayacağam”, “hər şeyi korlayacam”, “o qədər yaradıcı deyiləm ki”, “insanlar başqaları ola-ola nə üçün məni sevməlidir ki” kimi düşüncələr sizi daha da hərəkətsiz və passiv edəcəkdir. Zehninizdə bu kimi düşüncələr üçün də özünüzü günahlandırmayın. Çünki bu kimi düşüncələrinizin səbəbi genetik və çevrənizlə bağlı ola bilər. Eric Berne’ün dediyi kimi şahzadələr kimi doğulduq, amma sosiallaşma müddətimiz bizi qurbağa döndərdi. Bəs daxilimizdəki şahzadəni necə oyandıra bilərik?1) Sizi önəmsəyən insanlarla zaman keçirin. Ola bilər siz onların sevgisinə özünüzü layiq görmədiyiniz üçün araya məsafə qoymuş olasınız, ancaq bu kimi düşüncələri xaric tutaraq, sadəcə bu insanlarla zaman keçirin.2) Özünüzə məşğuliyyət tapın. İndiyə kimi etmək istədiyiniz bir işə başlayın.
Hiperaktivliyin 3 əsas əlaməti var: 1)Çoxhərəkətlilik 2)impulsivlik 3)Diqqət əksikliyi Çoxhərəkətlilik-həddindən artıq hərəkətlidirlər,bir yerdə dayana bilmirlər,ev içində qaçırlar,harasa dırmaşırlar.Sakitlik isdəyen fəaliyyəti sevmirlər.Hiperaktiv uşaqlarda zaman ve məkan fərqi olmur,onlar hər zaman hər yerdə aktivdirlər. İmpulsivlik-öz hisslərini gizlədə bilmirlər,öz hərəkətləri barədə düşünmür,mənfi və müsbət cəhətləri müqayisə etmirler.Düşünmədən hərəkət edirlər ki,bu da bir sıra təhlükələrə yol aça bilər.Çox hündür olan ağaca çıxa bilər,ətrafa baxmadan yolu keçə bilər və s.Tələskəndirlər,digərlərinin sözünü kəsər,hər şeyə qarışar,sıra gözləməyi sevməzlər. Diqqət əksikliyi-diqqəti bir nöqtəyə toplaya bilmirlər,dərsləri etməkdə çətinlik çəkirlər,fikirleri asanlıqla yayınır,əşyalarını tez-tez itirirlər. Qarşısındakını dinləməmə,mövzudan yayınma kimi hallar baş verir.İşləri plansız olur. NUPM psixoloqu Çinarə Muradova
1 oktyabr 2018-ci il tarixində Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Ağcabədi rayon E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbin informatika müəllimi Fərzəliyev Dəyanətin "Gələcəyimizi qoruyaq" adlı layihəsinin II mərhələsinin icrasına başlanılıb. Layihənin ikinci mərhələsi çərçivəsində məktəb psixoloqları üçün Qarabağ Autizm Reabilitasiya Mərkəzinin psixoloqları tərəfindən təlimlərin keçirilməsinə başlanılıb. "Gələcəyimizi qoruyaq" layihəsinin əsas məqsədi Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən 51 nəfər məktəb psixoloqlarının işinə dəstək verməkdir. 24 sentyabr 2018-ci il tarixində Ağcabədi Rayon Təhsil şöbəsinin AKT zalında layihənin açılış mərasimi olmuşdur. Tədbirdə Ağcabədi Rayon Təhsil şöbəsinin müdiri, psixoloqu və digər əməkdaşları, Rayon məktəb direktorları, şəhər məktəblərinin psixoloqları, Qarabağ autizm reabilitasiya mərkəzinin psixoloqları və digər qonaqlar iştrak etmişdirlər. Açılışda layihənin məqsədi və qarşıda duran vəzifələr haqqında iştrakçılara ətraflı məlumat verilmişdir. Tədbir zamanı iştrakçılar tərəfindən verilən suallar cavablandırılmış, təklif və rəylər nəzərə alınmışdır. Layihənin icra müddəti 3 aydır. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib. Mənbə:arti.edu.az
Milli Psixologiya Forumu Azərbaycanın qabaqcıl psixoloq, psixoterapevt, Nevroloq və psixiatrlarını bir araya toplayaraq müasir dövrdə bu sahələrdə olan problemlərin və çətinliklərin aradan qaldırımlası yollarının müzakirəsinə istiqamətlənmişdir.Qeydiyyatdan keçin:https://bit.ly/2NuphTFQeyd: Forumun sonunda 8 EKSPERTİN imzası ilə SERTİFİKAT təqdim olunacaq.Milli Psixologiya Forumunda psixokonsultasiya, psixodiaqnostika, psixoterapiya sahələrində olan problemlərin aradan qaldırılması və prosesin təşkili texnikaları haqqında məlumat veriləcəkdir. Forumda iştirak etməklə siz milli ekspertlər tərəfindən psixoterapiya, psixosomatika, psixopotologiya, klinik psixologiya sahələri üzrə geniş məlumatlar əldə edəcəksiniz. Kimlər iştirak edə bilər:Psixoloqlar, Psixoterapevtlər, Psixiatrlar, Pedaqoqlar, Həkimlər, Defektoloqlar və Psixologiya ilə maraqlanan hər kəs iştirak edə bilər. Forumda 8 milli ekspertimiz çıxış edəcək. Hər spikerə 30 dəqiqə çıxış və 10 dəqiqə suallara cavablamaq üçün vaxt veriləcək.Layihə 1 gün nəzərdə tutulubKeçirilmə yeri: Bakı Musiqi Akademiyasının tədbir zalıBaşlanma tarixi: 28.10.2018 saat 09:30-18:00Ödəniş: 20 Azn (Bilet çatdırılma mümkündür)Qeyd: Forumun sonunda 8 EKSPERTİN imzası ilə SERTİFİKAT təqdim olunacaq.Qeydiyyatdan keçin:https://bit.ly/2NuphTFTel: (+994 12) 505 47 46Mobil: (+994 55) 374 80 63Ünvan: Caspian Plaza, korpus 1, mərtəbə 5, Nizami M/S yaxınlığı. Təşkilatçı: CİBS
Psixoloq.az xəbər verir ki,tanınmış uşaq psixonevroloqu dr.Təranə Quliyeva özünə məxsus sosial hesabında Enurezlə bağlı maraqlı animasiya tanıtım çarxını izləyicilərinə təqdim etmişdir. Dr Təranə Quliyeva Enurez haqqında bəhs edən videoanimasiyada uşaqlarda bu halın bir çox hallarda qorxudan,şüuraltı hansısa narahatçılıqdan,ailə münasibətlərində yaranan hər hansı bir konfliktdən və ya qorxulardan yarana bildiyini vurğulayıb.Mütəxəssis valideynlərə uşaqlarında Enurez hallarınn müşahidəsi zamanı uşağı danlamamağı,tənqid edərək şəxsiyyətini əzməməyi və bu durumun yaranma səbəblərini araşdırmaq və müalicə etmək üçün acilən Uşaq Nevroloquna müraciət etmələrinin zəruri olduğunu bildirib.Həmin Video animasiyanı sizlərə təqdim edirik. Psixoloq.az
1920-ci illərdə qadınlar siqaret çəkə bilməzdi. Çəkən qadınlar isə sərt şəkildə tənqid olunurdu. Bu sarsılmaz bir tabu idi. İnsanlar, məktəbdən məzun olmaq və ya Parlamentə seçilmək kimi, qadınların siqaret çəkməsi məsələsini də kişilərə həvalə etmələrinin gərəkli olduğuna inanırdılar. Bu vəziyyət tütün sənayesi üçün problem idi. Əhalinin 50 faizinin siqaret çəkməməsinin səbəbi siqaretlərin dəbdən düşməsi və kobud görünməsindən başqa bir şey deyildi. Amerika Tütün Şirkətinin rəhbəri Corc Vaşinqton Hillin o vaxtlar da dediyi kimi “Bu ön bağçamızda bir qızıl mədəni” idi və vəziyyət belə davam edə bilməzdi. Sektor bir neçə dəfə siqareti qadınlar üçün satışa çıxarmağa çalışdı, amma heç bir üsul işə yaramadı. Kök salmış mədəni önyarğı çox dərin idi və bu satışa əngəl törədirdi. Çox keçmədən, 1928-ci ildə Amerika Tütün Şirkəti çılğın fikirləri və daha çılğın satış kampaniyaları olan gənc və bacarıqlı satış nümayəndəsi Edvard Berneysi işə götürdü. Berneysin satış taktikaları o günlərdə sektordakı heç kimin taktikalarına bənzəmirdi. XX əsrin əvvəllərində satış, bəsitcə məhsulun gözlə görünən, həqiqi faydalarının ən sadə halı ilə qısa və təməl ifadəsi olaraq başa düşülürdü. O dönəmdə insanların xüsusiyyətlərə və məlumatlandırmaya görə alış-veriş etdiklərinə inanılırdı. Bir nəfər pendir almaq istəyirsə, ona pendirin digərlərindən üstün olduğunu göstərən xüsusiyyətlərini danışmağınız kifayət edirdi ( “Ən təzə fransız keçi südündən hazırlanmış, 12 gün mayalanmış, soyuducuda daşınmışdır!”). İnsan, rasional alış-veriş qərarları verən rasional aktorlar olaraq görülürdülər. Amma Berneys bir az qeyri-adi idi. O, insanların çox zaman rasional qərarlar vermədiyinə inanırdı. Hətta insanların təməldə olduqca irrasional olduğunu və bu səbəbdən onlara emosional və şüurdan kənar səviyyədə təsir etmək məcburiyyətində olduqlarına inanırdı. Tütün sektoru, xüsusi olaraq qadınları siqaret almağa və çəkməyə inandırmaq mövzusuna fokuslanmışkən; Berneys bunu emosional və mədəni bir məsələ olaraq görürdü. Berneys qadınların siqaret çkməsini istəyirsə, öncəliklə siqaret çəkmənin mədəni qavrayışını yenidən formalaşdıraraq, qadınlar üçün siqaret çəkməyi duyğusal olaraq pozitiv təcrübə halına çevirmək məcburiyyətində idi.Bunun üçün Berneys bir qrup qadını Nyu Yorkdakı pasxa bayramı nümayişində iştirak etmək üçün kirayələdi. Bu gün divanda televizorun qarşısında deyinərək mürgüləmək kimi adi şeylər etdiyiniz böyük tətil günlərindən biridir. Lakin o gün həyata keçirilən nümayişlər, Amerika futbol çempionatının final müsabiqəsi kimi böyük bir hadisə idi. Berneysin planı belə idi: Uyğun bir zamanda hər şey dayanacaq və nümayişdəki qadınların hamısı eyni anda siqaretlərini yandıracaqdı. Sonra, Berneysin kirayələdiyi fotoqraflar bu gözqamaşdırıcı dəqiqəni çəkdilər və bu fotolar böyük milli qəzetlərə göndərildi. Bunu şərh edərkən Berneys müxbirlərə “bu qadınların təkcə siqaretlərini deyil, onların öz azadlıqlarını ortaya qoyma tutumlarını və qadınlığın özlərinə aid olduğunu göstərən “azadlıq məşəlləri” ni yandırdıqlarını” dedi. Təbii ki, bunların hamısı saxta idi. Amma Berneys bunu siyasi bir protest olaraq təşkil etdi, çünki ölkə səviyyəsində qadınların sahibolma duyğularını hərəkətə keçirdiyini bilirdi. Feministlər qadınlara səs vermə haqqını on il əvvəl qazandırmışdılar. Yarışan paltarları və qısa saçları ilə özlərini təsdiqləmişdilər. Bu dönəmin qadınları eyni zamanda özlərini kişilərdən asılı görməyən bir nəsil idi. Bir çoxu bunu çox güclü formada hiss edirdi. Berneys “siqaret çəkmək=azadlıq” eyniləşdirməsi ilə qadın azadlıq hərəkatına bir mesaj göndərdi, beləcə tütün satışlarını iki qatına çıxararaq zəngin adama çevrildi.Bu taktika işə yaramışdı. Qadınlar siqaret çəkməyə və həyat yoldaşları qədər onlar da ağciyər xərçəngindən "zövq almağa" başladılar. Bütün bunlarla bərabər, Berneys 1920, 1930 və 1940-cı illər bu növ mədəni zərbələr ortaya qoymağa davam etdi. O, satış sektorunda tam mənası ilə inqilab yaratdı və bu müddət ərzində toplumla əlaqələr sahəsini kəşf etdi. İstifadə etdiyiniz məhsul üçün məşhurlara pul ödəmək Berneysin fikri idi. Saxta xəbər mətnləri yaratmaq əslində məhsulların üstü bağlı reklamını etmək idi və bu da onun fikri idi. Müştərilərin biri üçün belə olsa mənfi şöhrət qazanmaq uğruna diqqət çəkmək məqsədi ilə mübahisəli ictimai olaylar səhnəyə qoymaq da onun fikri idi. Bu gün bizlərin qarşılaşdığı satış üslublarının və təqdimatın hardasa bütün növləri Berneysin adı ilə bağlıdr. Lakin Berneys ilə bağlı başqa bir sürpriz daha var: O, Ziqmund Freydin qardaşı oğlu idi. Freydin nəzəriyyələri, bir çox insanın qərar alma müddətlərini əsasən şüursuz və irrasional olduğunu ilk müzakirəyə qoyan nəzəriyyələrdir. Freyd insanların özünə inamsızlıq duyğusunun onları şişirtməyə və həddindən artıq reaksiyaya məruz qoyduğunu başa düşən tək insan idi. Berneys bu fikirləri məhsulların satılması üçün tətbiq etdi və beləcə zəngin oldu. Berneys və reklam: İnamsızlıq duyğumuz necə alınıb satılır?Berneys “Siggy Dayı”nın fikirlərindən istifadə edərək bir reklam imperatorluğu qurdu. Bundan başqa Freydin məşhur ABŞ dərgilərində yayımlanmış məqalələrindən də istifadə etdi. Freyd sayəsində Berneys sektorda daha əvvəl heç kəsin anlamadığı bir şeyi anladı: Əgər insanların emosional inamsızlığından faydalana bilsəniz - əgər onların ən dərin duyğularına və natamamlıq hissinə toxuna bilsəniz - dediyiniz hər lazımsız şeyi alacaqlar. Bu növ satış gələcəkdəki bütün reklamçıların təlimat kitabçası halına gəldi. Yük maşınları kişilər üçün güc və dayanıqlılığın sübutu olaraq satıldı. Makyaj, qadınlar üçün aşiq olmağın və daha çox diqqət çəkməyin yolu olaraq satıldı. Pivə əylənmənin və şənliklərin diqqət mərkəzi olmağın yolu olaraq satıldı. Demək istədiyim, ilahi, heç bir məntiqi olmasa da, Burger King bazar hamburgerləri üçün “necə istəyirsən elə olsun” ifadəsini istifadə etdi. Nəticə olaraq, bir qadın maqazin jurnalı, 150 səhifə boyunca gözəllikdən pul qazanan nisbət olaraq əhalinin 0.01 faizi olan saçı boyanmış qadın rəsmləri sərgiləyərək, bu qadınlardan başqalarına gözəllik məhsulu satışını başqa nəcə edilə bilərdi ki? Ya da pivə reklamları səs-küylü şənliklərlə dostlar, qızlar, sport maşınlar, Vegas, dostlar, daha çox qız, daha çox pivə, qızlar, qızlar, qızlar, yığıncaqlar, rəqs, maşınlar, dostlar, qızlar göstərərək! –Budweiser iç...Bunların hamısı bu gün satış 101. satış oxumağa ilk başladığımda, ilk işimə başladığı zaman mənə insanların “ağrılı nöqtələrini” tapmağımı və sonra daha pis hiss etmələrini təmin etməyimi istədilər. Mən münasibət tövsiyəsi satırdım, mənim vəziyyətimə görə fikir, insanlara sonsuza qədər tək qalacaqlarını, onları heç kəsin sevməyəcəyini və bir şeyin səhv olduğunu deməli idim. Təbii ki, elə etmədim, bu mənə bərbad hiss etdirdi. Səbəbini anlamağım illərimi aldı. Bu gün mədəniyyətimizdə, satış ümumi olaraq bir mesajdır. Bilgimizin böyük hissəsi məruz qaldığımız satış üslublarından qaynaqlıdır. Satış davamlı bizə özümüzü pis hiss etdirərək bir şeylər satın almağımız üçün səy göstərirsə, bunun səbəbi içində olduğumuz mədəniyyətin bizə özümüzü pis hiss etdirmək üzərə formalaşmış olması və bunu aşmaq üçün bir yol axtarmağımızdır. Uzun illər boyunca müşahidə etdiyim bir şey var; mənə tövsiyə və ya istənilən bir şey üçün elektron məktub göndərən minlərlə insanın böyük əksəriyyəti təyin olunması mümkün bir problemə sahib görünmür. Əksinə, özləri üçün yaratdıqları qəribə və qeyri-adi meyarlara sarılırlar. Hovuz şənlikləri və bikini geyən qadınlar olacağı düşüncəsi ilə kollecə gedən bir oğlan kimi xəyal qırıqlığına uğrayır və özlərini sosial olaraq kifayətsiz hiss edir, uyğunlaşmaqda çətinlik çəkirlər. Çünki məktəbə getmək, dərslərə daha çox çalışmaq, yeni dostluqlar qazanmaq məcburiyyətində idilər və davamlı özlərinə güvənsizdilər, çünki heç vaxt əvvəlki mənliklərini yaşamayacaqlar. İkinci təcrübə olduqca normal, amma elə ya da belə hər həftəsonu özlərini heyvan sığınacağına gedərmiş kimi universitetə atdılar. Bu cür şeylər hər kəsin başına gəlir. Özümdən bilirəm, mənim də gənckən romantizm və münasibət anlayışım təsadüfi bir “Friends” seriyası ilə Hugh Grant filmi arasında bir şey idi. Söyləməyə gərək yoxdur, uzun illərimi tükənmiş hiss edərək və məndə anadangəlmə bir qəribəlik var deyə düşünərək xərclədim. Berneys əslində bütün bunları başa düşürdü. Lakin Berneysin siyasi fikirləri bir növ zəiflədilmiş faşizm kimi idi - zəifliklərin, güclü media və təbliğat yolu ilə istismarının həm qaçınılmaz, həm də insanların xeyrinə olduğuna inanırdı. Buna “görünməz hökumət” adını vermişdi və ümumi olaraq kütlələrin axmaq olduğunu və ağıllı insanların onları inandırmağa haqqı olduğunu düşünürdü. Toplumumuz tarix boyunca təkmilləşib maraqlı bir nöqtəyə gəldi. Kapitalizm, nəzəri olaraq, hər kəsin ehtiyac və tələblərini ödəmək üçün mümkün olan ən təsirli yola qaynaqların bölüşdürülməsi üçün çalışır. Lakin bəlkə də kapitalizm təkcə toplumun fiziki ehtiyaclarını aradan qaldırmaq üçün ən təsirli yoldur - yemək, geyim, sığınacaq kimi ehtiyacları. Çünki kapitalist sistem, iqtisadiyyat yolu ilə insanların inamsızlıqlarını və uğursuzluqlarını dəstəkləyən bir forma aldı. Mənfəət yönümlü yeni və həqiqətdən kənar meyarlar əldə edərək, müqayisə etmə və alçaltma mədəniyyətini yaratdı. Çünki özünü aşağı hiss edən, özünəinamsız insanlar ən yaxşı müştərilərdir. Nəticə olaraq insanlar bir problemi həll etmək üçün bir şeylər satın almalarının vacib olduğuna inanırdılar. Bu səbəbdən, daha çox satış həyata keçirmək istəyirsinizsə, olmayan problemlər varmış kimi insanları inandırmaq məcburiyyətindəsiniz. Bu kapitalizmə hücum etmək deyil. Satışa hücum də deyil. Ortada “qoyun”ları əldə tutmaq üçün tərtib olunmuş böyük və əhatəedici bir sui-qəsd olduğunu düşünmürəm. Məncə sistem medianı yönləndirərək müəyyən təşviqlər yaradır; bunun üzərinə mediada davamlı olaraq bir şeylər əldə etmək cəhdinə əsaslanan, laqeyd və səthi bir mədəniyyət formalaşdırır. Ümumi mənada sistemimiz bunu bacardı, hələ də davam edir. Mən bunun, insan mədəniyyətini qaydaya salmaq üçün “ən az pis” həll yolu olduğunu düşünürəm. Ölçüsüz kapitalizm, özünü dərk və uyğunlaşmağı öyrədən bir “mədəni yük” gətirir. Ümumiyyətlə bizim iqtisadiyyatımızda satış, özümüzə inamsızlığımızı düzəltməkdə kömək etmir, əksinə daha çox qazanc əldə etmək üçün qəsdən kifayətsizlik hissimizin və asılılıqlarımızın aktiv qalmasına kömək edir.Bəziləri bunların dövlət tərəfindən hazırlanıb, idarə edilməsinin gərəkliliyini müdafiə edir. Bu bəlkə bir az kömək edə bilər amma mənə yaxşı və uzunmüddətli həll yolu kimi görünmür.Tək həqiqət uzunmüddətli həll; insanların, kütlə rabitə vasitələrinin zəiflikləri və həssaslıqları üsyankarlaşdırdığını anlamaq və bunlar qarşısında qorxuları ilə üzləşərək şüurlu qərarlar almaq istiqamətində daha diqqətli olmalıdırlar. Azad bazarın uğuru, bizə seçmə azadlığımızı tətbiqetmə məsuliyyəti verməsidir və bu məsuliyyət biz diqqətli olduğumuz zaman çox daha ağırdır.
Qoç -bu gün köhnə dostlar və tanışlar sizə problemlərin öhdəsindən gəlməyə kömək edəcəklər. Səmimi olun, təlaş və hisslərinizi gizlətməyin. Yardımını gözlədiyiniz adamlarla nə qədər səmimi olsanız, alacağınız dəstək vaxtında və effektiv olacaq.Əks cinsin mənsubu sizə yardım üçün üz tutacaq.Bu gün problemlər yaransa, onların səbəbi izafi nikbinliyiniz və imkanlarınızı olduğundan artıq dəyərləndirməyiniz olacaq.Yaşanan hadisələri, ətrafdakı şəraiti real dəyərləndirin. Belə olarsa, pərişan qalmaz, təəssüflənməzsiniz. Buğa - tərəfdaşlarınız, şərikləriniz, iş yoldaşlarınız və ya tanışlarınızın maliyyə, habelə daşınmaz əmlak sahəsindəki işləri sizin maliyyə durumunuza təsir edəcək. Ehtiyatı iki dəfə artırın, qənaətcil olun. Dəyişikliklər labüd və qanunidir, sizin nüfuzunuza zərbə vurmur. Üstəlik, dəyişiliklərin bəziləri arzuolunandır. Baş verənlərin nəticələrini axşam saatlarında görəcəksiniz. Uğur sizin olacaq. Bunu görməsəniz, ailə üzvləri deyəcəklər. Əkizlər - tələsmək məsləhət deyil, güc toplayın. Rəhbərliklə fikir ayrılığınız olacaq, sizdən çox şey tələb edirlər. Şəxsi münasibətləriniz isə ürəkaçandır. Yeni dostlar qazanacaqsınız. Romantik meylləriniz ciddi olmayacaq, əvəzinə bu gün dostlaşdığınız insanlar sizi heç vaxt məyus etməyəcəklər. Xərçəng - sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin. Şir - hamı bu gün sizdən kömək gözləyir. Amma sizin bir probleminiz ortaya çıxanda onların hamısı gözdən itir. Kefinizi pozmayın. Heç kimin sizə kömək etməyəcəyini nə qədər tez anlasanız, bir o qədər yaxşıdır. Təklikdə hər şeyin öhdəsindən daha yaxşı gəlirsiniz. Dünyagörüşünüzü genişləndirəcək məşğuliyyətlərdən yapışın - teatra, kinoya, konsertə gedin. Uzaqdan gələn qohum və ya dostlarınız sizi sevindirəcəklər. Qız - xeyli təlaş və narahatlıq olacaq - bəzən boş şeylər, bəzən isə tam ciddi səbəblər üzündən. Dərd orasındadır ki, nəyin, həqiqətən, vacib, nəyin vacib olmadığını heç cür təyin edə bilməyəcəksiniz. Məsləhət üçün yaşlı qohumlarınıza müraciət etməyə dəyər. Onlar vəziyyətdən baş çıxarmaqda sizə yardım edəcəklər. Tərəzi - görüşlər keçirmək, toplantılara qatlımaq olar. Maraqlarınızın reallaşması prosesinə kimisə cəlb etmək istəyirsinizsə, çevik və sürətli hərəkət edin. İşlərinizin alınması üçün inandırıcı danışın, yalana əl atmayın, bacarıqlarınızdan bəhs edin.Uzaqdan xəbər alınması istisna deyil.Yaxın perspektivlə bağlı plan və məqsədləri təhlil edin, cari situasiya ilə məhdudlaşmayın.Gözlənilməz, xoş alqılar ola bilər. Əqrəb - ilkin təəssürat yalan olacaq, hadisələr ləng və əvvəlcədən ehtimalı çətin məcrada inkişaf edəcək. Ətrafınızda yetərincə intriqa var. Münasibətlərdə qəfil dəyişkənliklər istisna deyil. Danışıqlar, vədlər, sövdələşmələr pozula, sizə verilən söz unudula bilər.Başqasının oyununa düşməyin, kiminsə məkrli oyunlarının və tamahının qurbanı olmayın. Ev işlərinə, yaxınlarla münasibətlərə daha çox diqqət ayırın. Evdə, işdə yeniliklər üçün əlverişli zamandır. Oxatan - yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın. Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna fikir verin, gərəksiz inadkarlıq etməyin.Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək. Arzuladığınız rahatlığın olmaması, fikirlərinizlə yaxın insanın maraqlanmaması sizdə narahatlıq, hətta naqolaylıq hissi yarana bilər. Fəqət, emosiyalara aldanmayın. Oğlaq - müəyyən şərtlər və ya insanlar sizi seçim qarşısında qoya bilərlər. Həmin seçim, bəlkə də, sizə gərək deyil və ona ehtiyacınız da yoxdur.Amma tələsməyin, fikrinizi dəyişin, perspektivlərinizi bir daha dəyərləndirin. Çirkli və qərəzli "oyun"dan çıxmağa çalışın, sizi intriqaya cəlb edə biləcək hadisələrin məcrasını tərk edin. Planlaşdırımadığınız işə qatılmayın. Qəza və travma riskinin böyük olduğu gündür. Fəqət işə yaradıcı yanaşsanız və ya intellektual işə üstünlük versəniz, yaxşı nəticələr əldə edə bilərsiniz.Şəxsi münasibətlər müstəvisində təmaslarınızın möhkəm olmadığı insanla görüşü təxirə salın. Dolça - gərgin fəaliyyət günüdür. İdeyalar fabrikinə çevrilməyin, cari və rutin işləri yerinə yetirin. Yaxşı bacardığınız işlə məşğul olun, tanıdığınız insanlarla ünsiyyətə üstünlük verin. Aktiv xəyalları praktiki işlə əvəzləyin. Maliyyə itkilərinə təəccüblənməyin, çünki energetik baxımdan xaotik dövr yaşayırsınız.Şəxsi münasibətlər müstəvisində də dəyişikliklərə hazır olun.Olaylar ilk baxışdan gözəgörünməz, yaxud da kiçik məsələlər təsiri bağışlasa belə, onların gerçək məna və mahiyyətini az sonra anlayacaqsınız. Balıqlar - gün paradoks, çoxdan bəri cavab tapmağa çalışdığınız sualın açmasını və ya xəbərdarlıq vəd edir. İntuisiyanızı dinləyin. Harasa getmək və ya tam əksinə, o yerdən imtina etmək hissi yarana bilər. Sizin üçün mühüm olan insanla münasibətlərdə ənənəvi davranış stilini dəyişin. Yenilikləri reallaşdırın, işə başlamaqdan çəkinməyin. Romantik münasibətlərdə maneələr, sədlər yarana bilər. Gərginliyə səbəb ola biləcək çətinliklər istisna deyil. Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır. Sevdiyiniz insan sizə sürpriz vəd edir.Alış-veriş üçün əlverişli gündür.
Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək. www.harmoniya,az Harmoniya psixologiya mərkəzinin Baş psixoloqu Aygün Ağabalayeva
Qoç - aktiv, enerjili olun. Baş verən hadisələrin laqeyd müşahidəçisinə çevrilməyin. Zahiri görkəminiz, imiciniz rəsmi və işgüzar olmalıdır. Aktual məsələnin həllində, inzibati məqamların müzakirəsində mənafelərinizi başqalarının istəklərinə qurban verməyin.Günün ikinci yarısında önəmli toplantı, cari layihənin nəzərdən keçirilməsi ola bilər. Axşam saatlarında ailə üzvləri və yaxınlarınızla izafi sərt olmayın. Səmimiyyət bağlı qapıları açır.Buğa - səhər saatları genişmiqyaslı işə başlamaq, yeni layihəyə start vermək üçün münasib zamandır. Müqavilə, anlaşma və sözləşmələrdə yalnız sizə sərfəli olan məqamların ön plana çəkilməsinə çalışın.Yeni yerdə işləyirsinizsə, faydalı əlaqələr qurmağa meylli olun. Günün ikinci yarısında ikinci dərəcəli işlər diqqətinizi mühüm məsələlərdən ayırmamalıdır. Aldığınız məlumatları mütləq şəkildə yoxlayın.Dövlət qurumlarından birinə baş çəkməli olacaqsınız.Sevdiyiniz insanın qayğısına qalın.Əkizlər - mümkün qədər ciddi, sayıq olun. Başladığınız işlərə məsuliyyətlə yanaşın. Zahirən əhəmiyyətsiz təsir bağışlayan detallar, kiçik təfərrüatlar önəm kəsb edəcək. Günün ikinci yarısında xırdalıqların işinizə mənfi təsir etməsinə imkan verməyin. Danışanda üstüörtülü kəlmələrdən, ibarələrdən istifadə etməyin. Sözlərinizi yanlış qələmə verə bilərlər.Axşam saatlarında əyləncəni təxirə salın.Xərçəng - səhər saatlarından etibarən diplomatik olun. Mübhəm məqamları aşkarlamağa tələsməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda soyuqqanlı, təmkinli olun.Günün ikinci yarısında tərəfdaş və şəriklərlə iş konstruktoivlik tələb edir. Əhvalınız proseslərə ciddi təsir etməməlidir. Qarşı tərəflə ümumi fikrə, ortaq məxrəcə gəlmək niyyətiniz varsa, danışa sayğı göstərin.Yaxınlarınız və qohumlarınızla danışanda iradlara kəskin cavab verməyin.Şir - sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək.Qız - mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qızlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir.Tərəzi - prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəklik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır.Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.Əqrəb - səhər saatlarından etibarən yaradıcılıq və planlarla bağlı yeni perspektivlər yaranacaq. İşlər rəvandır, təlaşlanmayın. Ətrafınızdakı situasiya saatlar keçdikcə dəyişəcək.Günün ikinci yarısında intuisiyanıza güvənin. Təhtəlşurunuz, daxili səs sizi aldatmayacaq. Sənədlərlə işdə, habelə tərəfdaşlarla təmaslarda müəyyən çətinliklər olacaq.Axşam saatlarında yaxınlarınız və əzizlərinizlə birlikdə istirahət edin.Oxatan - günün ilk yarısında həssas, sayıq olun. Rəqiblərinizin sizə qarşı hazırladıqları məkrli planların reallaşmasına əsla imkan verməyin. Sənədlərlə iş zamanı kobud səhvlərin qarşısını almaq üçün fikrinizi dağıtmayın.Tərəfdaşlar və yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nəzakətli insan təsiri bağışlayın.Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Bəzi qərarlar üçün önəmli zamandır. Ailə bödcəsinə ağır zərbə vurmayın.Axşam saatlarında aktiv istirahəti seçməyin.Oğlaq - səhər saatlarından etibarən gərginlik artacaq. Sözlərinizə və əməllərinizə fikir verin. Tələskənlik, sadəcə, ziyanınızadır. Qərarlarınız bundan sonrakı fəalliyyətinizə ciddi təsiri edəcək.Günün ikinci yarısında müzakirələr və görüşlər işlərin mövcud vəziyyətini dəyişə bilər. Tərəfdaşlar, şəriklər, habelə yaxın ətrafınızdakı insanlarla təmaslarda maraqlarınızı ani hisslərə qurban verməyin.İradlar və tənqidlərə sərt reaksiya verməyin.Dolça - yaxınlarınızla təmaslarda güzəştə meylli olun. Aldığınız məlumatları tələsmədən, ehtiyatla dəyərləndirin. Rəqəmləri, faktları, kimlərinsə arqumentlərini diqqətlə təhlil edin.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin sözlərinə və ya mövqelərinə istinad edərək davranmayın. Problemləri aradan qaldırmaq üçün ətrafınıza diqqətlə baxın. Axşam saatlarını sakit şəraitdə, kənar qıcıqlandırıcı amillər olmadan keçirin.Balıqlar - yaranmış situasiyanı obyektiv dəyərləndirin. Durumla bağlı yanlış qərarlar verməmək üçün yetərincə informasiyaya malik olmalısınız. Peşəkar fəaliyyət sahəsində səslənən tələbləri qulaqardına vurmayın. İşgüzar reqlamenti pozmayın.Günün ikinci yarısında hüquqlarınızı və səlahiyyətlərinizi dəqiqləşdirin. Belədə naqolay vəziyyətə düşməzsiniz. İşlərinizi başqalarına həvalə etməyin. Əks təqdirdə sonuc sizi təəssüfləndirəcək.
Hidroterapiya adından da göründüyü kimi Su(Hidro) ilə terapiya növüdür.Buna bəzən “hovuz terapiyası” da deyirlər. Hidroterapiya fiziki,ruhi və əqli problemlər zamanı istifadə olunan reabilitasiya üsuludur.Bu üsul uzun illərdi ki,dünya təcrübəsində istifadə olunur.Son illər hidroterapiya “Halliwick” texnikası ilə birgə tədbiq olunur.Bu texnikanın əsas məqsədi ondan ibarətdir ki,terapiya zamanı əsas diqqət fərdin çatışmazlıqlarına və ya pozulmalara yönəlmir.Əsas diqqət fərdin suda göstərdiyi və göstərə bildiyi bacarıqlara yönəlir.Bu metodun tədbiqi zamanı heç bir əlavə köməkçi vasitələrdən istifadə olunmur.Suda terepevt və pasientdən başqa heç kim olmur. Hidroterapiya serebral iflic,daun sindromu spina bifida zamanı effektiv üsul hesab olunur.Su əzələlər və sümüklər üzərində olan ağırlığı,ağrını qaldırmaq gücünə malikdir.Cazibə qüvvəsi ağırlığı azaltdığı üçün əlilliyi olan uşaq suda daha rahat hərəkət edir.Bu cür uşaqlarda hidroterapiya təkcə hərəkət funksiyalarının bərpası məqsədilə deyil,həm də immunitet sisteminin gücləndirilməsi,həzm və metobalizmin aktiv fəaliyyəti,tənəffüs sisteminin stimullaşdırılması məqsədilə də keçirilir.Suyun içində olan reziztans serebral iflicli uşaqlarda hiperkeniz kimi qeyri-iradi,istənilməyən hərəkətlərin azalmasına səbəb olur.Suyun ilıqlığı əzələ tonusunun azalmasına,yumşaq əzələlərin elastikliyinin artmasına səbəb olur. Autizm,daun sindromlu uşaqlarda sensor hissiyat nisbətən zəif olur.Suyun birbaşa üzə,bədən üzvlərinə təmas etməsi onlarda sensor aktivliyi artıra bilər.Xüsusilə autizmli uşaqlarda oyun fəaliyyəti çox zəifdir.Hidroterapiya zamanı hovuza atılan müxtəlif rəngli oyuncaqlar,toplar onların marağına səbəb olur,buda gələcəkdə onlarda oyunla bağlı bacarıqlarının daha da artmasına səbəb olur. Su içində qazanılan funksional bacarıqların sudan kənarda nə dərəcədə effektli olacağı isə uşaqdan və proqramdan asılıdır. Suda üzərkən bütün bədən əzələləri hərəkət də olduğu üçün uşaqlarda motor gerilik də azalmağa başlayır.Bundan başqa suda olarkən koordinasiya,bələdləşmə funksiyaları da inkişaf edir.Göz təması,diqqət kimi faktorlar da böyük irəliləyişlər nəzərə çarpır. Hidroterapiya mərhələli şəkildə tədbiq edilir. 1-ci mərhələdə suyun(hovuzun)kənarında oturmaq,hovuza necə girmək lazım olduğu öyrədilir.Həmçinin bu mərhələdə uşağı bir növ su ilə tanış edirlər.Yəni suya ilk toxunuşlar,1 neçə dəqiqə əlini yada ayağını suda saxlama və.s 2-ci mərhələdə nəfəs alıb vermək,tənəffüs vərdişləri,suyun üzərində sağa,sola,irəli geri çevrilmə öyrədilir.Suda olarkən bir formadan digərinə keçmək,yəni üzü üstə olarkən tərsinə çevrilmə,ayaqüstə olarkən çevrilmə və.s öyrədilir. 3-cü mərhələdə isə qüsurun ağırlık dərəcəsindən asılı olaraq uşağa müxtəlif bacarıqlar öyrədilir.Bu bacarıqlar hər uşaq üçün indivudualdır. Qeyd edək ki,hidroterapiyanın təkcə fizioloji faydaları yoxdur.O uşaqların psixoloji vəziyyətinə,emosional statusuna da təsir edir.Beləki sudan kənarda edə bilmədiyi hərəkətləri suda etdiyi üçün uşaqlarda özgüvən hissi yaranır.Bu uşaqlar üçün bir növ əyləncə formasıdır.Eyni zamanda suya atılan müxtəlif rəngli oyuncaqlar,toplar uşaqlara əlavə həvəs və motivasiya bəxş edir.Sağlamlıq imkanları məhdud olan uşaqlar qüsurları ilə əlaqadar daim stress altında olurlar.Bəzi uşaqlar uzun müddət ağır dərman müalicələrindən istifadə edirlər.Hidroterapiya isə heç bir ağrı,əlavə stress olmadan tədbiq edildiyi üçün uşaqlar özlərini daha rahat hiss edirlər,ağır proseslərin əvəzinə sadə və əyləncəli məşğələ keçmiş olurlar.Qüsurlu uşaqlar suda normal həmyaşıdları ilə birgə üzdükdə isə onlarda sosiallaşma prosesi baş verir.Elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki,su səsi Mərkəzi Sinir Sisteminə impulslar ötürür.Bu impulslar isə uşaqlarda rahatlayıcı effekt yaradır. Azərbaycanda Hidroterapiya tədbiq edən çox az mərkəz var.Bu mərkəzlərin bəziləri isə orta təbəqə bir ailənin büdcəsinə çox zaman uyğun gəlmir.Buna görə valideynlər ev şəraitində də hovuz abu-havasını yarada bilərlər.Məsələn kiçik ölçülü şişirtmə hovuzlar ala,yaxud kiçik vannalara su dolduraraq hidroterapiya keçirə bilərlər.Ümumiyyətlə su insan bədəninə yaxşı təsir etdiyi üçün sağlamlıq imkanları məhdud uşaqları daha çox su ilə təmasda saxlamaq məsləhət görülür.
İstedadı, musiqi duyumu, səs tembri ilə bir çox Azərbaycanlı müğənnini qısqandıran milyonların sevimlisi Yıldız Tilbənin Azərbaycan şou-biznesi tərəfindən sevilmədiyi son günlər müzakirə mövzusudur. Hətta xüsusi səs və vizual effektlərlə tamaşaçı zövqü korlamaqla məşğul olan bir neçə müğənninin türk pop starı Yıldız Tilbəyə qarşı el şənliklərində əks- təbliğat apardığı haqda söhbətlər dolaşır. “Yenigundem” e Xüsusi mənbələrdən verilən məlumata görə, türk müğənninin Bakıda konsertinin baş tutmaması üçün hətta batil inanclara müraciət edən məşhurlarımız da var. Belə ki, yaxın günlərdə müğənninin Bakıda baş tutacaq konsertinə mane olmaq üçün yerli müğənnilərimizdən birinin cadu etdirdiyi deyilir.Bütün səylərə baxmayaraq, Yıldız Tilbə Azərbaycana gəlməkdə israrlı olduğunu, Azərbaycanı və Azərbaycandakı pərəstişkarlarını çox sevdiyini bildirir. Onun azərbaycanlı pərəstişkarları qarşısında konsert verməsinə mane olmağa çalışan həmkarının adını tədbirdə açıqlanacağı bildirilir. Qeyd edək ki, sevilən müğənninin gözlənilən konsertinə biletlər şəhərimizin kassalarında və iticket.azsaytından onlayn satılır. Türkiyənin Çizgim Event-Noya Yapım şirkətinin təşkilatçılığı ilə 13 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq konsertə Bakıda da böyük maraq var. İlk dəfə Azərbaycana gələn müğənni Bakı Kongres Mərkəzində təşkil olunacaq konsertdə ifası üçün xüsusən həyəcanlıdır. Təbriz Məhərrəmoğlu
Rəna xanım, neçə ildir ki, bu işlə məşğulsunuz və işiniz nədən ibarətdir?- Mən artıq 22 ildir ki, fizeoterapevt olaraq fəaliyyət göstərirəm. Eyni zamanda bədənin istənilən yerinini korreksiyası ilə məşğulam. Yəni ki, istənilən bədən üzvünü müxtəlif aparatlar vasitəsilə həm arıqlada, həm də kökəldə bilirəm. - Sizə daha çox bəylər müraciət edir, yoxsa xanımlar?- Daha çox xanımlar müraciət edirlər, amma bəylərin də müraciəti ilə tez-tez rastlaşıram. - Bəzən insanlar arıqlamaq üçün mədə kiçiltmə əməliyyatına müraciət edirlər. Amma siz isə fərqli üsulla insanları arıqlada bilirsiniz. Cərrahların narazılığına səbəb olmursunuz ki?- Qətiyyən, onlar özləri mənimlə işləməkdə zövq alırlar. Çünki əməliyyatdan sonra müəyyən izlər qalır ki, mən müasir aparatlarla o izləri aradan qaldırıram və tikiş zamanı vurulan sapları yumşaldıram. Bərkiməyə qoymuram. Bir də ki, elə pasientlər olur ki, mən özüm onlara məsləhət görürəm ki, bu mənlik deyil, plastik cərrahiyəlikdir. - Sizin üsulunulza bir aya nə qədər kilo verə bilir pasientlər?- Hansısa bir üzvü kiçiltmək çəkiyə baxmır. Çəki onsuz da azalır. Amma mənim əsas məqsədqim ölçünü kiçiltəm, ya da böyütmək olur. Bir sözlə, mən uşaqlıdan yığılıb qalan piyləri əridirəm. Loru dildə desək, insanları “rəndələyirəm”. - Bəs etdiyiniz prosedur zamanı hansısa bir pəhrizi məsləhət görürsünüzmü?- Xüsusi pəhriz olmur. Lakin hər prosedurdan iki saat qabaq və iki saat sonra yeməmək əsas şərtdir. - Dediniz ki, müxtəlif aparatlarla işləyirsiniz. Bu aparatların funksiyaları nədən ibarətdir?- Aparatlarımın hamısı müasir aparatlardır. Kompleks şəkildə işləyirəm. Hər aparatın özünün funksiyası var və onlar biri-birini tamamlayır.- Sizin prosedurlarınızdan sonra narazı qalan pasientlər olurmu?- İndiyə qədər belə halla rastlaşmamışam. İnsanların güvənini qazanmışam. - Bəs bu prosedurların sonradan bir fəsadı ola bilərmi?- Qətiyyən. Əksinə, nəticələr getdikcə daha da ürəkaçan olur. - Ən uzun çəkən prosedur hansıdır?- Gün ərzində bir prosedura bir-iki saat vaxt gedir. Amma elə prosedurlar var ki, beş-altı saat vaxt tələb edir. - Son olaraq, nə demək istəyirsiniz?- Demək istəyirəm ki, insanlar öz sağlamlıqlarına fikir versinlər və həmişə gözəl görünsünlər.Əlaqə nömrəsi: 055 658 07 58Real Hospital
Günümüzün aktual problemlərindən biri də sağlamlıq imkanları məhdud şəxslərin təhsil məsələsidir..Bəzən valideynlər “xüsusi təhsil”dən xəbərsiz olduqları üçün övladlarını təhsildən kənarlaşdırırlar.Xüsusu Təhsil nədir?,O əhaliyə necə xidmət göstərir?,Hansı formaları var? və digər bu tip suallara aydınlıq gətirməyə çalışacam. Xüsusi təhsil-sağlamlıq imkanları məhdud şəxslərə göstərilən təhsil formasıdır.Azərbaycanda əhaliyə defektoloji xidmətinin göstərilməsi 3 nazirlik tərəfindən həyata keçirilir: Azərbaycan Respublikası Təhsil Nazirliyi,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu. Əhaliyə göstərilən xüsusi pedaqoji xidmət isə Təhsil Nazirliyi tərəfindən idarə olunur. Şagirdlərin uyğun təhsil formasına seçilməsi üçün xüsusi tibbi-psixoloji-pedaqoji komissiya yaradılıb. Bəs xüsusi təhsilin hansı formaları var? -inkluziv təhsil -inteqrativ təhsil -evdə təhsil Bundan başqa Yardımçı məktəblər də fəaliyyət göstərir.Yardımçı məktəb ümumtəhsil uşaq müəssələrinə daxildir,yalnız öz vəzifələrinə görə kütləvi ümumtəhsil məktəblərindən fərqlənir. İndi isə xüsusi təhsilin növləri ilə daha yaxından tanış olaq. İnkluziv Təhsil-ümumiyyətlə dünya təhsil sistemində sağlamlıq imkanları məhdud uşaqların ayrıca,xüsusi təhsil almaları vacib hesab olunmur.Çünki bu cür yanaşma uşaqların cəmiyyətə adaptasiyasına,sosiallaşmasına mənfi təsir edir.Halbuki Xüsusi Təhsilin(Special Education) əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin yenidən cəmiyyətə bağışlanması,özü və cəmiyyət üçün lazımlı şəxs olmasıdır.Məhz bu cür problemlərə görə 1 çox yeni təhsil proqramları işlənib-hazırlanmışdır.Onlardan biri də “ İnkluziv Təhsil”dir.İnkluziv Təhsil haqqında qanun Azərbaycanda 2004-cu ildən etibarən qüvvəyə minib.2005-ci ildən etibarən isə tədbiqi davam edir.İnkluziv təhsil dedikdə sağlamlıq imkanları məhdud uşaqların ,öz sağlam həmyaşıdları ilə birlikdə eyni sinifdə təhsil alması nəzərdə tutulur.İnkluziv sinif üçün uşaqların sayı sinifdəki uşaqların ümumi sayına əsasən qiymətləndirilir.Yəni bir sinifdə maksimum 4-5 sağlamlıq imkanları məhdud uşaq təhsil ala bilər.Bu zaman həmin uşaqlara “köməkçi müəllim” təyin olunur.Bu dərslərin daha səmərəli keçməsi üçündür. İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır. İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur. İnteqrativ təhsil dedikdə əlilliyi olan uşaqların ümumtəhsil məktəbə getmələrinə icazə verilməsi,lakin özlərinin tipik həmyaşıdları ilə eyni sinifdə dərs keçməmələri nəzərdə tutulur.Onlar ayrıca sinif otaqları və müəllimlər ilə təmin olunurlar.Hansısa bi növ əlilliyi olan uşaqlar ümumi məktəb kurikulumu əsasında təhsil alırlar.Sadəcə olaraq onların dərs proqramı bir qədər yüngülləşdirilmiş şəkildə olur.İnteqrativ təhsil əsasən Bakı şəhərindəki məktəblərdə tədbiq olunur. Evdə təhsil-təhsil qanunu və ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsinin müddəalarına uyğun olaraq uzunmüddətli xəstə olan,səhhətinə görə məşğələlərdə iştirak edə bilməyən uşaqların evdə fərdi təhsili təşkil olunur.Evdə fərdi qaydada təhsil alan şagirdlər həmin təhsil müəssəsinə xəstəxanaların,dispanserlərin,polikliniklərin göndərişi ilə rayon(şəhər) tibbi-pedaqoji-psixoloji komissiyaların qərarına əsasən qəbul olunur.Evdə fərdi məşğul olan şagirdlərin dərslərinə sinif rəhbəri,proqram materiallarının yerinə yetirilməsinə və həmin prosesdə tədbiq edilən metodik işə təlim-tərbiyə işi üzrə direktor müavini məsuliyyət daşıyır.Şagirdlərin biliyi sinif jurnalında qeyd olunur.Sinifdən-sinifə keçirilməsi,məktəbi bitirməsi də müvafiq qaydada jurnallarda öz əksini tapır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən xüsusi təhsil müəssələri aşağıdakılardır: 1.Dayaq-hərəkət aparatı pozulmaları olan uşaqlar üçün məktəbəqədər müəssələr/məktəblər 2.İntelektual çatışmazlığı olan uşaqlar üçün məktəbəqədər müəssələr 3.Görmə qüsurlu uşaqlar üçün məktəbəqədər müəssələr/məktəblər 4.Ağır nitq qüsurları olan uşaqlar üçün məktəblər 5.Yardımçı məktəblər 6.Ümumtəhsil məktəbləri nəzdində loqopedik məntəqə və ya kabinetlər. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,bu cür xüsusi təhsil növləri yalnız məktəbəqədər və orta təhsil pillələri üzrə nəzərdə tutulub.Əllilliyi olan gənclərin növbəti təhsil pillələrində(bakalavr,magistr və.s) hansı şərtlər və qaydalar əsasında təhsil almalarına dair heç bir xüsusi qanun qüvvədə deyil. Bəzi məlumatlar “Xüsusi Pedaqogika-N.Hüseynona,L.Rüstəmova” kitabından götürülmüşdür.
Qoç – Təəssüf ki, ixtiyarınızda olan bu tarixdə hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da günün birinci yarısında. Amma naşükürlük etməyin, yeni həftəyə böyük ümidlər bəsləyən.Buğa – Gözlədiyiniz xoş məqamların vaxtı yetişməkdədir. Bu səbəbdən evdə oturmaqdan vaz keçin. Sizə daha çox ünsiyyət lazımdır, hətta yaxın ünvanlara səfər də olar. Hamı bu gün sizi anlayacaq.Əkizlər – Uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən çəkinin. Bu iki amildən başqa bütün sahələrdə müvəffəqiyyət sizinlə olacaq. Gecəni öz evinizdə keçirin. Sevgisiz qalmayın.Xərçəng – Ətrafınızı dəyişməkdənsə, özünüzü dəyişməyiniz daha asan olar. Gün ərzində özünüzü gümrah aparın, hər kəslə dil tapmağa çalışın. Əmin olun ki, bunu bacarsanız, axşama fərqli bir insan olacaqsınız.Şir – Günün ilk yarısında səhhətinizlə bağlı problemlərin həlli ilə məşğul olun. Sonrakı müddətdə isə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. İmkan varsa, ailə üzvlərinizə sürprizlər edin.Qız – Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın. Yaxın on gündə görəcəyiniz sənəd işlərini dəqiqləşdirin. Saat 16-dan sonra sizə ehtiyac duyanlara baş çəkin.Tərəzi – Bu gün gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək. Belə görüşlərdə və qonşuluq münasibətlərində gərginliyə yol verməyin. Özünüzü soyuqdəymədən qoruyun.Əqrəb – Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma prosesinizdir və gərək Tanrıya xoş getməyən addımlardan yayınasınız.Oxatan – Saat 15-17 arası sizin üçün təhlükəli vaxtdır. Bu səbəbdən də həmin vaxt daha çox neytrallıq nümayiş etdirməyiniz lazım gələcək. Günün qalan hissəsində isə iş və maliyyə məsələlərində uğurlar olacaq.Oğlaq - Qurulan yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın qayğısına qalmalısınız. Bu gün səfərə çıxmayın.Dolça – Ümumi mənzərəyə görə yaxşı gün demək olar. Əqidə və ideyalarınızdakı doğruluğu, saflığı qorusanız, belə də olacaq. Sevgidə təşəbbüskar və mərhəmətli olun. Keçmişinizdən hər zaman dərs götürün ki, uduzmayasınız.Balıqlar – Daha çox istirahət edin. İndi konfliktlərə girişməkdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir. Onsuz da sidq-ürəklə "dost!" deyib çağırdığınız adamlar kifayət qədər deyil.
- “Mama.. - Qonaq gəlmişik olmaz, sakit ol!.. “ Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur….“quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb “anladığı dildən” izah edib geri gətirir. Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi… Dəfələrlə qarşılaşdığım bu kimi durumlara zaman keçdikcə məna verməyə çalışmışam. Gedilən evdə hələ qapını döyməmiş uşağa bir-bir kimə nə demək lazım olduğunu əzbərlədən valideynlər… Çox gümanki uşağın bu cür böyük kimi, yaşına uyğun olmayan şəkildə salamlaşması, hal- əhval soruşması heç də təbii və isti münasibət olmur. Əslində uşaq dediklərinin çoxunun mənasını belə bilməyə bilər. Bunların bir neçəsiylə qarşılaşmış bir uşaqlığım olub, eləcə də çoxumuzun, və bunun nə dərəcədə düzgün olub-olmadığını anlaya biləcək qədər məlumatımız vardır. Məncə, belə yanlış rəftarların yerinə evdə uşaqla keçirilən vaxtı düzgün qiymətləndirmək olar, məsələn: “evcik-evcik” deyə bildiyimiz oyun, qız-oğlan fərq etməz, çoxumuzun uşaqlıqda ən sevimli oyunlarından biri olub, kimi ata, kimi ana, kimi isə körpə və s. rolunda olurdu. Valideyn bu oyunlar vasitəsilə uşaqlarına qonaqlıq, qonaq gələndə, qonaq gedərkən rəftar davranışlarını düzgün mənimsədə bilər. Eləcə də evə qonaq gələrkən uşaqla bərabər vaxt keçirtmək, süfrəni birgə hazırlamaq, yığışdırmaq, oyunda rollar yaradaraq öz oyuncaqlarını və otağını qonaq gələn uşaq ilə paylaşmaq və s. kimi məşğuliyyətlərlə daha yaxşı anlatmaq olar. Tam tərsi gedilən evə çatana kimi yolda uşağa qayda-qanun dərsi vermək yerinə, onun düzgün davranışları özü tərəfindən başa düşülməsini həyata keçirtmək lazımdı. Əlbətdə ki, maskalamaq uşağı tərbiyəli etmək mənasına gəlməz. Normal olaraq hər bir uşaq getdiyi yerdə acıya da bilər, susaya da bilər, yata da bilər, yaşıdı yoxdursa, evdən apardığı gəlinciyi və ya maşını ilə vaxtını keçirdə bilər. Bunun əvəzinə böyüklərin böyük söhbətlərinə qulaq asmaq məcburiyyətində olmamalıdır. Ancaq bəzən valideynlər qonaq getdikləri yerlərdə və ya evlərinə qonaq gəldikləri zaman onların yanında pis vəziyyətdə qalmamaq üçün uşağın hər istədiyini edirlər, bu da getdikcə uşağın daha çox istəklərinin yaranmasına gətirib çıxarır. Belə ki onlar artıq qonaqdan sui-istifadə edə bilərlər. Bu cür valideynlərin əksər hallarda şikayətlənərək işlətdiyi söz… ”uşağımız evdə bir cür, qonaq gələndə ya gedəndə başqa cür olur…” Təbii ki, cəmiyyətimiz tərəfindən kobud şəkildə “ipini qırmış” deyə adlandırılan hiperaktiv xarakterli və ya tamhiperaktiv uşaqlar var. Getdikləri yerlərdə və ya öz evlərində hərəkətləri ilə daim diqqət çəkə bilərlər. Yenə də bu onların günahı deyil. Valideyn yetərincə düzgün tərbiyə, nəzarət etmək bacarığına malik deyilsə, döymək-danlamaqla heçnə əldə edə bilmədikləri halda belə buna davam edirlər. Bunun yerinə uşaq rəftarı ilə bağlı düzgün biliklərə malik insanlara müraciət etmək lazımdır, onlar uzaqda deyil. Hal-hazırda cəmiyyətimizdə ən çox tələbatlardan biri olan uşaq psixoloqlarına müraciət etmək həm uşaq, həm də valideyn üçün daha düzgün bir addımdır. Tez-tez rast gəlinən hallardan biri də, yaşıdları olan evdən qayıdarkən uşaqda ona aid olmayan əşyalar ola bilməsidir. Bu zaman valideyn inanmadığını bildirib araşdırmalıdır, uşağa isə “bilirəm bunlar sənin deyil, ona görə məndə qalacaq” deyib, almaq lazımdır. Yetərli bir müddət edildiyində uşaq bu xasiyyətindən uzaqlaşacaq. Evə qonaq gələrkən, bəzən valideynlərdən əlavə uşaqları da narahat edən bir durum ortaya çıxır. Hazırlıqlar etməyə başı qarışmış ana-ata uşağa “indi işim var, otağına get oyuncağınla oyna!” deyərək ona mane olan bir şəxs kimi rəftar etməməlidir. Belə bir rəftar uşağı qonaqlara qarşı soyuda bilər. Qonağı, anasını ondan ayıran insan kimi görməyə başlayar. Halbuki daha əvvəl də qeyd etdiyim kimi, süfrənin hazırlanmasında, başqa yüngül işlərin icrasında uşağın da köməyindən istifadə edilərsə, həm valideyn, həm də uşaq üçün cansıxıcı bir durum meydana gəlməz. Eləcə də öyrənmənin bir hissəsi həyata keçirilər. Mən, Aytən Cavadzadə 4-cü kurs Psixologiya ixtisası tələbəsi olaraq və Uşaq Psixoloqu olmaq məqsədli araşdırmalarımda, müşahidə etdiyim durumlarda diqqətimi çəkən önəmli saydığım bir mövzuya toxunmaq istədim, bu məqaləmin uşaqlara münasibətlə bağlı daha az bilgilərə, hətta yanlış bilgilərə malik olan valideynləri qismən də olsa doğru istiqamətləndirəcəyinə ümid edirəm… J Aytən Cavadzadə
Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və narahat uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər. Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi, sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır. Təşviş pozuntusu olan uşaqlarda yuxu və diqqət pozuntusu, baş ağrıları, qarın ağrısı kimi müxtəlif fiziki şikayətlər də tez-tez görünür. Təşviş pozuntusu olan uşaqlar həmçinin ailədaxili və ictimai əlaqələrdə, gündəlik həyatda əhəmiyyətli çətinliklər yaşayırlar. Təşviş pozuntuları olan uşaqların demək olar ki, hamısının valideynlərində və ya yaxın qohumlarında bənzər təşviş pozuntuları və şəxsiyyıt xüsusiyyətləri vardır. Valideynlərin təşviş pozuntuları uşaqlara müxtəlif cəhətdən təsir edir. Genetik cəhətdən narahat şəxsiyyət xüsusiyyətləri uşaqlara gen vasitəsilə ötürülməklə, bu cür psixiatrik problemlərə bioloji cəhətdən uyğun olaraq dünyaya gəlməsinə şərait yaradır. Digər tərəfdən narahat valideyn tərəfindən yetişdirilmək uşaqlarda təşviş pozuntularının ortaya çıxmasını asanlaşdırır. Məsələn, uşağının özündən ayrı uzaqlaşmasına və ya ayrı qalmasına icazə verməyən, bu cür vəziyyətlərdə davamlı olaraq həddindən artıq bir qayğı göstərən ananın uşağına verdiyi mesaj, ətraf mühitin etibarsız və təhlükəli olmasıdır. Belə bir uşaqda kökündə ayrılıq qorxusu dayanan təşviş pozuntularının inkişaf riski daha yüksəkdir. Firuzə Qənizadə
Bəzən sağlam insan xəstə olması ilə bağlı özündə şübhələr formalaşdırır. Bu cür insan bədəninin hansısa bir nayihəsi ağrıdığı zaman sağalmaz bir xəstəliyə yoluxduğunu düşünür. Bu səbəblə tez-tez həkimə gedib müayinələrdən keçir. Nəticələrin müsbət olması belə onun şübhələrinə son qoya bilmir. Psixiatr Orxan Fərəcli açıqlamasında bildirib ki, bu hallar bir çox xəstələrdə, xüsusən də nevroz adamlarda tez-tez görünür: "Xəstəliyin adı ipoxondriya adlandırılır. Bu insanlar bədənlərində yaranan hər hansı bir ağrıya pis bir xəstəliyin səbəb olduğunu düşünürlər. Bəzən baş ağrısından əziyyət çəkən adam başında şiş olduğunu fikirləşir və internetdə araşdırmağa başlayır. Çox vaxt internetdəki məlumata görə xəstə özünə "Xərçəng” diaqnozunu qoyur. Bəzi insanlar fikirləşdiyi üçün həmin xəstəliyin yarandığını düşünürlər. Amma əslində elə olmur. Düşünüldüyü üçün hansısa xəstəliyin bədəndə yaranması tamamilə təsadüfdür. Bu cür fikirləşən insanlarda çox vaxt heç bir xəstəlik aşkarlanmır. Onun xüsusi bir elmi əsası yoxdur. Bu, nevroz xəstələrdə hədsiz çox rast gəlinir. Həmin xəstələr bizim yanımıza gələnə kimi çoxlu həkim və xəstəxana gəzirlər. Həmin adam elə fikirləşir ki, özündə hansısa bir xəstəlik var, lakin həkimər aşkarlaya bilmirlər. Bu düşüncə insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. İnsan "Xərçəng” olmasa belə "Xərçəng” xəstəsi qədər əziyyət çəkir”. Nevropatoloq Pərvanə Orucova bununla bağlı Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu, sinir sisteminin həssas olması ilə bağlıdır: "Bu, insanın sinir sisteminin zəifliyi nəticəsində yaranır. İnsan çox həssasdırsa, onun sinir sistemində zəiflik varsa, özündə xəstəlik axtara bilər. Bu özü ipoxaodrik nevrozdur (xəstəlikdən qorxmaq). Fobiyası olan xəstələrə aiddir”. Psixoloq Murad İsayev isə əlavə edib ki, bu kimi hallar daha çox fəsil dəyişən zaman müşahidə olunur: "Nevrozun belə bir forması var - sayrışan hallar nevrozu. Sayrışan hallar nevrozunda insan çox həssas olur. Gün ərzində hansısa bir bir xəstəlik haqqında aldığı məlumat həmin insanda narahatıq yaradır. Məsələn, ürək xəstəliyindən əziyyət çəkdiyini zənn edən insan həkimə müraciət edir. Heç bir xəstəliyin aşkarlanmaması həmin şəxsi müvəqqəti olaraq sakitləşdirir. Bir müddətdən sonra bu proses yenidən başlayır. Aylar, illər ərzində bu hallar davam edir. Həmin insanlar çox həssas olur. Hansısa bir fikir, duyğudan müxtəlif hallara düşə bilərlər. Belə hallar insanda daha çox fəsillər dəyişən zaman aktivləşir. Mart, aprel aylarında belə insanlarda aktivlik müşahidə edirik. Bunun üzərində həm nevroloji, həm də psixoloji terapiya formaları keçmək lazımdır ki, insanın özünə inamı formalaşsın”.(mətbuat.az)
Psixoloq.az xəbər verir ki, tanınmış Psixonevroloq həkim Leyla Şahbazova özünə məxsus sosial hesablarında maraqlı layihə başladaraq sosial mesaj verməklə, musiqi zövqünün korreksiyası üçün diqqətləri opera musiqisinə çəkmişdir.Belə ki,"Dinlədiyiniz musiqi sizdən danışır" adlı hazırlanmış video paylaşımında dahi bəstəkar Fikrət Əmirovun Sevil Operasından Dilbərin Ariyası səslənmişdir.Paylaşım sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdır.Layihə ilə bağlı Psixoloq.az a açıqlama verən Dr.Leyla Şahbazova son zamanlarda gündəmi zəbt edən bayağı musiqilərin və eləcədə dinləyiciyə çatdırılan bu musiqilərin zamanla insan zövqünü korlamaqla yanaşı psixikaya mənfi təsirlərinin çoxluğundan danışıb.Həkim , insanların dinlədikləri musiqinin onların intelekt səviyyəsinin , hansı səviyyədə olduğunu göstərdiyini qeyd edib.Psixonevroloq klassik və opera musiqisinin insan psixikasında psixoterapevtik əhəmiyyətə malik olduğunu vurğulayıb Həmin video paylaşımı sizlərə təqdim edirik. Psixoloq.az
Bataqlıq gördəvəri Comarum palustre Bataqlıq moruğu, bataqlıq qızılgülü, at sarımsağı, dekop, bataqlıq çiyələyi, dovşanqulağı və s. Bunlar hamısı bir bitkinin – gördəvərin müxtəlif adlarıdır. Bu bitkinin başqa bir adı da var – rus jenşeni. Jenşen kimi bir çox xəstəliklərin müalicəsində tətbiq edildiyinə görə gördəvərə belə ad verilmişdir. Gördəvər dərman bitkisi kimi qədim zamanlardan məlumdur. Hətta onun müalicəvi xüsusiyyətləri haqqında XVII əsr yazılı mənbələrində də məlumat mövcuddur. Laplandlar şaxtalı qütb gecələrində öz güclərini yenidən bərpa etmək üçün gördəvər çayı içirdilər. Çünki bu bitki biostimulyatorlara aiddir. Bəzi mənbələrə görə hətta I Pyotr onun köklərindən hazırlanmış məlhəmdən müalicə məqsədilə istifadə etmişdir. Botaniki təsviri. Bataqlıq gördəvəri çoxillik yarımkol bitkisi olub rütubətli yerlərdə bitir. Rosaceae – qızılgülçiçəklilər fəsiləsinə daxildir. Kökləri uzun, sürünən və oduncaqlıdır. Həm də kök sistemi həddən artıq güclü olduğuna görə qışlaya bilir. Gövdəsi 1 metr hündürlüyə qədər qalxır. Yarpaqları tək lələkvaridir, kənarları dişlidir. Çiçəkləri qırmızı rənglidir. Kimyəvi tərkibi. Bitkinin tərkibində flavonoidlər, efir yağları, keratin, üzvi və fenolkarbon turşuları, vitamin C və s. mövcuddur. Yayılması. Bu bitkini boş yerə bataqlıq gördəvəri adlandırmırlar, çünki o, əsasən bataqlıq, rütubət olan yerlərdə, gölətrafı meşələrdə bitir. Ona Rusiyanın bütün tundra ərazisində rast gəlmək olar. Yığılması. Gördəvərin yerüstü hissəsini bitki çiçəkləyən zaman, yəni yay fəslinin ortalarında toplayırlar. Bu zaman bitkinin tərkibindəki şirələr kökü vasitəsilə qalxaraq onun yerüstü hissəsində toplanır. Lakin onun kökləri bitki çiçəkləyənə qədər yıöılmalarıdır, yəni payızda və may ayında. Bu zaman kök sistemi onun yerüstü hissəsini qidalandırmır. Bir nüansı da qeyd edək ki, kökləri ay batan zaman toplamaq lazımdır. Tibdə tətbiqi. Gördəvər bir çox xəstəliklərin müalicəsində istifadə edilir: artroz, artrit, allergiya, revmatizm, tromboflebit, osteoxondroz, ishal, qrip, qaraciyər xəstəlikləri və s. Hətta bəzi hallarda gördəvər bitkisi onkoloji xəstəliklərin gedişini yüngülləşdirə də bilər. Reseptlər. Gördəvərdən preparatlar yay aylarının ortasında hazırlanır. Çünki bu zaman onun gövdə və yarpaqlarında daha çox şirə toplanır. Diqqət! Dərman preparatı hazırlayarkən gördəvərin kökündən deyil, kökümsovundan istifadə edilir. Spirtli çıxarışın hazırlanması. Gördəvərin xırdalanmış kökümsovları 1 litrlik bankanın 1/3-ə qədər doldurulur. Bundan sonra onun üzərinə 0,5 litr araq əlavə edilib qaranlıq sərin yerdə 3 həftə saxlanır. Alınmış çıxarışdan 1 xörək qaşığı götürülüb suda həll edilir və 3 həftə müddətinə daxilə qəbul edilir. Əgər xəstəlik kəskin formada olarsa, onda çıxarışı suda həll etməyə ehtiyac yoxdur. Oynaq ağrıları zamanı spirtli çıxarış ağrı nahiyələrinə yaxılır.Gördəvərin kökləri 1 sm ölçüsündə doğranaraq 1 litrlik bankanın 1/3-ə qədər doldurulur. Bundan sonra bunun üzərinə 0,5 l 40%-li spirt əlavə edilib ağzı polietilen qapaqla kip bağlanır. 21 gün qaranlıq yerdə saxlanır. Sonra süzülüb 1 xörək qaşığı cövhər 50 ml su ilə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 20 gün müddətinə daxilə qəbul edilir.Mədə üçün dəmləmənin hazırlanması. 1 xörək qaşığı qurudulmuş gördəvər bitkisinin üzərinə 1 stəkan qaynar su əlavə edilib termosda dəmlənir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl 1/3 stəkan içilir.Gördəvərdən məlhəmin hazırlanması. 1 tubik lanolin məlhəmi (qədimdə bunun yerinə qaz piyindən istifadə edilirdi), 1 xörək qaşığı gördəvər cövhəri, 1 çay qaşığı qırmızı bibər cövhəri, 3 damcı vitamin E və 1 xörək qaşığı bal farfor və ya şüşə qabda qarışdırılır. Alınmış məlhəmlə ağrı olan nahiyələr masaj edilir. Məlhəm soyuducuda saxlanmalıdır. Məhz I Pyotr bu məlhəmdən ümumi halsızlıq, gecə assambleyalarından sonrakı baş, əzələ və oynaq ağrıları zamanı istifadə edərmiş.Təzə yığılmış gördəvər irinli yaraların üzərinə qoyulduqda irinin sorulmasını sürətləndirir.Gördəvərin ən güclü preparatı ondan hazırlanan spirtli çıxarışdır. Bu mədə xərçəngi və leykozdan başqa bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Spirtli çıxarışın xaricə istifadəsi çox vaxt diş ağrıları və diş əti yumşalmaları zamanı tətbiq edilir. Əks göstərişləri. Hamilə və südverən qadınlara, o cümlədən körpə uşaqlara bu bitkidən istifadə etmək məsləhət görülmür. Müəllif: Fitoterapevt Elnur Rəhimov