3 yaş uşaqlar üçün kritik bir dövr olduğu üçün davranışlarındakı dəyişikliklər normaldır. Bu dövrdə uşağın özünü təsdiqləmə istəyi artır. Hər mühitdə,hər hadisədə var olduğunu, önəmli olduğunu hissetmək istəyir. Eyni zamanda uşağın dost çevrəsinə olan marağı da artır. 0-6 yaş aralığında uşaqlarda özgüvən duyğusu formalaşır. Əgər uşaq özünü güvənsiz hiss edərsə, lazımı qədər sosiallaşmazsa və ya sevildiyini hiss etməzsə üç yaş sindromuna girər.3 yaş sindromundakı uşaq çox inadçı olabilər. Siz nə desəniz də əksini etmək istəyər. Çünki özünü sizə və cevrəsinə isbat etməyə çalışar. Məs: yeməyi özü yemək istəyər, paltarlarını özü geymək istəyər və.s. Bunların hər biri uşağın sərbəst olmaq istəyindən irəli gəlir. Çünki artıq " MƏN” olma dövründə. Özünün maraqları və zövqləri var. Əgər ona dəyər verilmədiyini hiss edərlərsə, yada istəkləri qarşılanmazsa ağlama krizlərinə girirlər. Buna görə də 3 yaş sindromunda ağlama krizləri tez- tez görülür.3 yaş sindromunu normal keçmək üçün:- Uşağa daha çox sevgi göstərin( qucaqlayın, tez- tez səni sevirəm deyin)- Balaca da olsa ona məsuliyyətlər verin( paltarları ayırmaqda, oyuncaqları toplamaqda kömək etsin)- Ailəlikcə birlikdə yemək yemək, birlikdə gəzintiyə çıxmaq- Sosiallaşması üçün uşaq çox olan mühitlərə aparın.- Göz kontaktı quraraq danışın.- Müsbət davranışları tərifləyin ki, o davranışların davamlı olması üçün motivasiya olsun.- Əşyalarını paylaşmaq istəməzlər. Bunun üçün onu məcbur etməyin- Qatı rejim qoymaq olmaz- " YOX” deməyi də öyrənməlisiz. Lazım gələrsə kəskin şəkildə yox deyin.Amma bu zaman ata və ananın tutumu eyni olmalıdır. Eyni zamanda bir gün yox deyilənə, sabahkı gün hə demək də olmaz.3 yaş sindromu nə zaman bitər?Konkret bir zamanı yoxdur. Çünki hər uşağın bu sindromu keçmə dövrü fərqlidir. Edilməsi gərəkən sadəcə səbrli olmaq və bu dövrü travmasız,normal keçirməkdi
Cinsi istək pozuntuları iki qrupa ayrılır: Hipoaktiv cinsi istək pozğunluğu – Cinsi münasibət üçün istək və cinsi fantaziyaların yoxluğu və ya azlığı deməkdir. Cinsi istəksizlik – Bu zaman partner ilə cinsi təmasdan qaçınılır və ya münasibətə qarşı diksinti yaranır. Psixoloq.az xəbər verir ki, istək problemi yaşayan xəstələr, cinsi qorxular yaşayaraq cinsi arzularını öldürürlər. Cinsi istək yoxluğu evli cütlüklərdə sıx rastlanılan problemlər sırasında yer alır. Aparılan araşdırmalara görə isə bu problemdən isə qadınlar, kişilərə nisbətən daha çox təsir altına düşürlər. Şəhanə Quliyeva
Rutgers Universitetindən (Rutgers Universiteti) olan tədqiqatçılar pomidor suyunun tərkibində olan karotenoid piqmentinin süd vəzi xərçənginin yaranmasının qarşısını aldığını bildiriblər. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 55 yaşdan yuxarı olan 70 qadın üzərində araşdırma aparıblar. Qadınların adiponektin hormon səviyyəsi ölçülüb. Seçilən qadınlarda önəm verilən xüsusiyyətlərdən biri normadan artıq çəkisi, digəri isə irsi olaraq süd vəzi xərçənginə yoluxma riskinin yüksək olması idi. Amerikalı alimlər iddia edir ki, pomidor suyu içmək xərçəng yaradan hüceyrələrin inkişafını dayandırır. Pomidorun tərkibində pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan qəbul olunur. Antioksidant xüsusiyyəti olan bu maddə süd vəzi xərçəngi ilə yanaşı, prostat xərçəngi ilə də mübarizədə effektlidir. Bundan başqa, likopenlər bağırsaq florasındakı sağlam bakteriyaların artımına da səbəb olur. Alimlər qadınlara 10 həftə ərzində bir stəkan pomidor suyu içməyi (ketcup, tomat sousu da olar) məsləhət görüb. 10 həftədən sonra analiz nəticələri hər kəsi təəccübləndirib. Belə ki, tədqiqatın sonunda test nəticələri adiponektinin səviyyəsinin 9% artdığını göstərib. Beləliklə, alimlər aşkar ediblər ki, bu piqment hormon səviyyəsini artırır. Tədqiqatçılardan Adana Llanos deyib ki, tərəvəzlər içərisində pomidorların istifadəsi ümumi mənada orqanizmin fəaliyyətinə müsbət təsir edir: "Bu tədqiqatı qarpız, ərik, çəhrayı qreyfrutla da edə bilərdik. Onların da tərkibində pomidor tərkibində olan piqment var. Yalnız likopen maddəsinin əsas mənbəyi pomidordur". Xatırladaq ki, amerikalı tədqiqatçıların optimist ifadələrinə baxmayaraq, ingilis ekspertlər bu araşdırmanın nəticələrinə şübhə ilə yanaşdıqlarını deyiblər.
Bir çox insan ayaqlarından gələn pis iyə görə narahat olur. Xüsusən də yay aylarında ayağın tərləməsi, keyfiyyətsiz ayaqqabı və corablar səbəbindən ayaqdan gələn pis qoxu daha da artır. Psixoloq.az Ölkə.Az-a istinadən bu problemin həlli yollarını oxucuları ilə bölüşür. Soda Ən yaxşı üsullardan biridir. Bir vanna ilıq suya 2 çay qaşığı soda əlavə edin. Ayaqlarınızı 20 dəqiqə bu suda saxlayın. Bir həftə davam edin. Qoxu azalacaq və zamanla yoxa çıxacaq. Lavanda yağı Gözəl iyi olan bu yağdan 1 xörək qaşığı 1 litr suya əlavə edin. Bir həftə ərzində hər gün ayağınızı bu suya qoyub gözləyin. Gündə iki dəfə etsəniz, daha effektiv nəticə əldə edə bilərsiniz. Qara çay Qara çay ayaq tərləməsinin qarşısını alır, qoxunu azaldır. Qara çayı dəmlədikdən sonra su ilə dolu vannaya boşaldın. 20 dəqiqə ayaqlarınızı bu suda saxlayın. 10 gün təkrarlayın. Sirkə Sirkə ayaqdakı tər hüceyrələrinin işini yavaşladır və qoxunun qarşısını alır. 2 stəkan sirkəni bir litr suya əlavə edin. Ayaqlarınızı 10-15 dəqiqə bu suda saxlayın. Sonra isə ayaqlarını sabunla yuyun. Şalfey Hər dərdin dərmanıdır və ayaq qoxusunun da qarşısını alır. Vannadakı suya bir neçə yarpağını əlavə edin. 10 gün təkrarlayın. Bu üsullardan əlavə müxtəlif üsullardan da istifadə edin. Məsələn, hər gün eyni ayaqqabınıgeyinməyin. Ayaqqabı havalanmalıdır və hər gün eyni ayaqqabı geyinmək qoxunu qaçınılmaz edir. Corabınızın içinə bir az pudra tökün və ayaqlarınızın çox tərləməsinin qarşısını alın. İki gün eyni corabı geyinməyin. Hər gün dəyişdirin. Pambıq corablara üstünlük verin. Ayaqqabını geyinməyəndə içinə bir neçə ədəd mixək atın.(ölkə.az)
Cəmiyyətimizdə bəzi insanlar vücudlarında olan ani dəyişiklikləri xəstəlik olaraq adlandırır və həkimə müraciət edirlər. “Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir. Belə ki, bundan əziyyət çəkən insanlar tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər. İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər. Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir.
Valideyin və müəllimləri yalandan başqa heçnə çox əsəbləşdirmir. Böyüklər ehtiyyat edirlərki kiçik yaşından yalan danışmağa başlayan uşaqda bu xarakterə çevriləcək və onlar ömür boyu bundan əziyyət çəkəcəklər. Bəs uşaqlar nə üçün yalan danışır? 3-7yaşlı uşaqlar xəyalla gerçəyi bir-birindən ayırmağda çətinlik çəkirlər. Buna görədə öz xəyallarının məhsulunu real kimi göstərə bilərlər.Məsələm: “Mənim böyük filim var.”, “Atam mənim üçün təyyarə alıb” və s. 7yaşdan sonra, xüsusilə 11 yaşdan sonra uşaqların hansı mövzularda yalan danışdığına fikir vermək lazlmdır. Yalan - bəzən müdafiədir.Yaşı nisbətən böyük olan uşaqlar valideyinlərin qəzəb və aqressiyasından xilas olmaq üçün yalana əl atır.Yalanla müdafiə olunmaq təkcə ailədə deyil,eləcədə ondan kənardada özünü göstərir.Uşaq bilir ki,pis davranışına görə ona cəza verəcəklər.Bəs əgər yalan desə necə? Bəlkə o zaman cəzadan qaça bilər.Məktəbəqədər mərhələdə yalan danışmaq azalmalıdır.Yox əgər bu davam edirsə artlq davranış pozuntusudur. Bura alt islatma,dırnaq yemə,özünə qapanma,aqressiyada əlavə olunubsa vəziyyət çox ciddidir deməkki. Zəkası aşağı olan uşaqlar reallıqdan çox-çox fərqlənən yalanlar danışarlar,patalojı yalan danışan uşağın heç bir məqsədi yoxdur,olmayan şeylər haqqında danışıb çevrəni təəccübləndirmək onların çox xoşuna gəlir. Hələki uşaqlar balacadı doyunca yalan danışa bilərikmi onların yanında? Unutmayaq uşaqlar hər şeyi özlərinə çəkir.Əksər uşaqlar oyuncaqlarla deyil böyüklərin əşyaları ilə oynamağa üstünlük verirlər.Məsələn saatımızla oynamaq istəyən uşağın qoluna piramidanın halqasını keçirdib-Bax bu sənin saatındlr-deyirik. Yaxud” gəl yeməyini ye səni parka aparacam” halbuki bunu etmirik.Məgər yalanın təməlini özümüz qoymadıqmı? Ana və atasının yalan danışdığını görən uşaq zamanla bunun normal və qəbul edilən bir hal olduğunu düşünəcək. Belə bir eksperiment aparılmışdır:3yaşlı uşaqlara arxalarında maraqlı bir əşyanın olduğunu ancaq ona baxmamaq tapşırılmışdır.Eksperimentator otaqdan çıxan kimi bütün uşaqlar arxaya çevrilmişdir.Arxaya baxdınmı sualına hamısı -yox-cavabını veriblər.Bu eksperimentdə uşaqlar bizə göstərirlər ki,belə davranış bütün uşaqlar üçün normaldı.Axı onlara maraqlı idi. Bəs uşaqlar nə üçün yalan danışır? -Müəyyən yaşlarda yalan və gerçəyi ayıra bilmədikləri üçün -Diqqət çəkmək üçün -Uğursuzluqlarını gizlətmək üçün -Ətrafdakıların güvənini qazanmaq üçün -Valideyinlərindən,yaxud ətrafda kimdənsə nümunə götürdükləri üçün -Cəzadan xilas olmaq üçün -İntiqam almaq üçün -Kiçik problemlərindən xilas olmaq üçün -Heç kimdən asılı olmadıqlarını göstərmək üçün -Ətrafdakıların diqqətini öz üzərinə çəkmək üçün Gəlin öz uşaqlığımızı xatırlayaq. Axı bizdə yalanlar danışmışıq. Biz güclü, uşaq isə zəifdir,biz bir şeyi istədiyimiz halda uşaq başqasını istəyirsə yalan danışmaqdan başqa yol saxlamırıq onun üçün.Əksər vaxt çox valideyinlər belə düşünür ki,onlar hər şeyi bilir və her şeyin ən yaxşısını seçirlər.Bu an kiçik və olduqca vacib nüansı qaçırdırıq yerinə qərar verdiyimiz bizim uşağımız olsada, o da bir şəxsiyyətdir öz fikirləri və planları ola bilər.Artıq övladınız sərbəst qərar verməyə çalışırsa ona mane olmayın”sən hələ balacasan,sən nə bilirsən ki, mənə yolda göstərirsən” deyib onu alçaltmayın,özgüvənini qırmayınki sonradan harda səhf etdim ki,uşağım mənə yalan danışır deməyəsiniz. Əgər uşagın 7yaşı olmayıbsa o realda olanlarla xəyallarını qarışdıra bilər.Məsələn: uşaq böyük həvəslə uçan fil gördüyünü danışır.Belə fantaziyalarda pis heçnə yoxdur.Fantaziya yalandan onunla fərqlənir ki,uşaq bununla heç nə əldə etmək və sizi qıcıqlandırmaq istəmir.Əgər o fantaziyalarını real baş vermiş hadisəyə bağlayırsa,bizim buna uyğun cavabımız olmalıdır. Məs:Suyu filin dağıtdığını deyirsə-“Mənə elə gəlirki sən suyu dağıtdığın üçün təəssüflənirsən və bunu filin etməsini istərdin.-deyə cavab veririk. Yəni bunu filin əvəzinə səndə edmiş olsaydın biz onsuzda bərabər yığışdıracaqdıq.Belə hallarda qətiyyən uşağa əsəbləşməyin,tərs-tərs baxmayın ən əsası cəza verməyin.O bunu bilərəkdən etməyib,necəki bizdə tez-tez hətta ən vacib görüşlərimizdə belə təsadüfən stəkana toxuna, onu yerə sala və sındıra bilirik. Yalan mövzusunda bir çox psixoloqların araşdırmaları olsada Kaliforniya universitetinin professoru Pol Ekman bu istiqamətdə daha çox öyrənmiş və kitabıda nəşr olunmuşdur.O belə hesab edir ki,yalan-valideyinlərlə uşağın arasında inamsızlığın ilk göstəricisidir.Bu özünün gücünə və bacarığına inamsızlıqdır.Yalan onu deyir ki,ana və ata mənə lazım olan çətin anımda yanımda olmayacaqlar. Uşaqlar heç vaxd boşuna yalan danışmır.İstənilən yalanın səbəbi vardır.Uşaq üçün bu öz həyatında nəyisə dəyişmək vasitəsidir.Ona cəza vermək,qadağalar qoymaq yalanı azaltmayacaq,sadəcə övladınızın yanında olun,onu müşahidə edin və onu öyrənin. Kiçik məktəb yaşı dövründə isə uşaqlar şüurlu şəkildə yalan danışırlar.Pol Ekman bunun səbəblərini belə göstərir: -böyüklərin yanında özünü təsdiq etmək -onların təriflərini eşitmək -etdikləri səhfləri gizlətmək üçün İkinci bəndə xüsusilə diqqət etməliyik.Çox vaxt başımız işə o qədər qarışır ki ,ana yaxud ata olduğumuzu unuduruq.”sabahın xeyir”, “dərslərin necədi”,”səni çox istəyirəm”,”səninlə fəxr edirəm”,”unutma mənə hər şeyi, hə düz eşitdin hər şeyi danışa bilərsən”,”gecən xeyrə” kimi bizim üçün sadə onlar üçün sehrli olan birləşmələri deməyi belə unuduruq. Nisbətən böyük uşaqların yalan danışma səbəbləri bunlardı: -Diqqət cəlb etmək -Dostların əhatəsində müdafiə -Öz sirrini qorumaq -Pis vəziyyətlərdən qaçmaq -Özünütəsdiqetmək -Alçalmaq yaxud utanmaq hissindən azad olmaq -Öz gücünü yoxlamaq -Kollektivdəki problemlər -Valideyinlərlə sərhədlər qoymaq üçün Doqquz yaş və daha böyük uşaqların yalan danışmasını normal qəbul etməməliyik və bunun səbəbləri mütləq araşdırılmalıdır.Yeniyetmələrdə yalanın əsas səbəbi qısqanclıq,rəqabət hissi,geri çevrilmə qorxusu,qəbul edilməmə,daha çox diqqətə ehtiyac hissindən ola bilər. Əgər uşaq yalnız ana və ataya yalan danışırsa bunun səbəbi nə ola bilər? Ana və atanın reaksiyasından qorxa bilər.Bu vəziyyət mütləq ailədə işlənməlidir.Yəni ana və atadan gedən mesajlar,eləcədə valideyin kimi uşağa yanaşma işlənməlidir.Yalan ortaya çıxan kimi vurmaq,cəza vermək,döymək çıxış yolu deyil.Uşaqla söhbət etmək yalanın nə özümüzün,,nədə digər insanlar tərəfindən yaxşı qarşılanmadığını izzah etməliyik.Az nəsihət verib,çox qulaq asmalıyıq. UŞAĞIN ŞƏXSİYYƏTİ DEYİL DAVRANIŞI HƏDƏFƏ ALINMALIDIR. Hiperaktiv uşaqlarda uğursuzluqlarını gizlətmək və güvən hissi yaratmaq üçün yalan danışa bilərlər.Diqqət əksikliyi olan bir uşaq xüsusilə məktəbdə diqqətini uzun müddət cəmləyə bilməz,deyilənləri yadında saxlamaz,ev tapşırıqlarında çox çətinlik çəkər,müəllimləri və dostlarını narahat edən davranışlar nümayiş etdirə bilərlər.Bu zaman uşağı tənbəllik və uğursuzluqla günahlandırmamalıyıq.. Uşaq səhf hərəkət etdikdə hər şeyi olduğu kimi etiraf etdiyi zaman cəzalandırılsa o növbəti dəfə cəzadan xilas olmaq üçün yalana əl atacaq.Əgər dərsindən zəif qiymət aldıqda”yenə qiymətlərin pisdi nə vaxd yaxşı qiymət alacaqsan?”desək növbəti dəfə zəif qiymət alanda bizə deməyəcək ,yaxud bizdən gizlədəcək.Sosial vəziyyəti aşağı olan ailələrdə uşaq digərlərində olan əşyalara qısqanclıqla yanaşıb yalan danışa bilər.Məsələm:Velosipedi olmayan uşaq velosipedi olduğunu lakin sürmək istəmədiyini deyə bilər.Bacı-qardaş qısqanclığı varsa ana-atanı cəzalandırmaq üçün yalan danışa bilərlər.Yalan danışmaq real olmayan duyğu və düşüncələrin varmış kimi izzah edilməsidir.Hər səhfə görə verilən ağır cəzalar daha çox yalana gətirib çıxardır. Uşaqlara izzah edilməli məsələlərdən biridə nə vaxd yalan danışa bilərikdi. 1.Əgər tanımadığı adam evin ətrafında gəzirsə və artlq qapıya əl atıbsa bu zaman atam işdədi 4saatdan sonra gələcək demək təbii ki uyğun deyil.Bu zaman atam mağazaya düşüb indi qayıdacaq demək tam vəziyyətə uyğundur. 2.Əgər ad günündə ikinci adamda eyni hədiyyəni veribsə”a dünən eynən bundan əmim almışdı”demək əvəzinə neçə vaxtdır gözlədiyim hədiyyədir deməkdə olar. Öz övladlarınızla ən yaxşı dost olmağa çalışın.O sizə inanmağa və etibar etməyə başlayanda sizi özünə həmfikir,dayaq görəndə sizə yalan danışmaq üçün çox az səbəbi olacaq.Siz aranızdakı münasibətlərdə yaranan dəyişikliyi hiss edəcəksiniz.Əlbətdə bu anidən olmayacaq,zaman lazımdı amma bir gün mütləq bunu hiss edəcəksiniz.Əvvəllər sizdən gizlətdiyi,danışmağa qorxduğu yaxud utandığı mövzuları birdən-birə sizlə bölüşməsədə zamanla artıq bir çox sirlərini öyrənmiş olacaqsınız.Daim övladlarınızın yanında olun,onlara dəstək olun və bunu mütləq onlara bildirin.(düşüncə.az)
Rəqs terapiyası–bədən və hərəkətlərin vasitəsi ilə şəxsin öz hisslərini və konfliktlərini yaşamasına, tanımasına və ifadə etməsinə kömək etməsi üçün psixoterapiya metodudur. Rəqs terapiyasının inkişafına mühüm töhvəni Wilhelm Reich`in “мышечный панцирь” nəzəriyyəsi gətirib. O ilk dəfə sübut edib ki, insanın əzələ spazmı, sıxıntısı ( “мышечный панцирь”) uşaqlıqda yaranır, bu da daha çox cəzalandırılmaq qorxusu (misal:valideyn uşağını tərbiyə edərək hər hansısa qadağalar qoyur və bəzən də cəzalar verə bilər, bu zamanda uşağın əzələlərində müəyyən sıxıntılar yarana bilər), qəzəb, narahatlıq və daim insanın cinsi duyğularının basdırılmaq gərəkliyi ilə əlaqəli olur. Nəticədə komplekslər və sıxıntılar bədəndə yığılır və müxtəlif zehni və somatik xəstəliklərə yol aça bilər. Wilhelm Reich pasiyentlərin spontan bədən hərəkətləri ilə düzgün tənəffüs zamanı əzələ gərginliyini, sıxıntıları azalda bilər, hansılar ki insanın yaşamasına mane olur. Rəqs terapiyasının faydaları Rəqs terapiyası bir çox problemlərlə mübarizə aparmaq üçün istifadə edilə bilər: Emosiyaların əks etdirilməsi, emosional vəziyyətin yaxşılaşması.Fərqindəliyin artması (özünü dərk etmə), özünə inam, müstəqil və sağlam fərdiləşdirmə bacarığı,Düşüncə, duyğu və hərəkət arasındakı əlaqələrin qurulması,Adaptiv mexanizmlərin inkişafı və dəyişənlərin öhdəsindən gəlmə qabiliyyəti,Dominant, intensiv düşüncələr və hisslərlə başa çıxma (öhdəsindən gəlmək) və onları ifadə edə bilmək,Uğursuzluq qorxusu,Şəxslərarası konfliktlər,ünsiyət bacarığının olmaması, kommunikativ bacarığın çatışmaması (ünsiyyət bacarığının əksikliyi),Rəqs terapiyası daha çox problemləri haqqında birbaşa danışmağı bacarmayan, danışmaq istəməyən şəxslər üçün məsləhət görülür. Müəllif: Klinik psixoloq Nərmin Sucayeva
Yetkinlik,fərdin qarşı cinslə yaxınlaşması və bu yaxınlaşmanın nəticəsi olaraq,fiziki və hissiyyat baxımından doyuma çatması kimi adlandırılmaqdadır.Yetkinlik sadəcə fizioloji inkişafla bağlı deyil,hissi və zehni inkişafla da əlaqədardır.Uşaqlıqda başlayan yetkinlik qavramı,yeniyetməlik dövründə pik nöqtəyə çatır.13-14 yaşlarında başlayır,17-21 yaşlarında bitir. Qızlarda 11-13 yaş Oğlanlarda 13-15 yaş Yeniyetməlik dövründə böyümə və bədən dəyişikliklərinin davranış və qaydalar üzərindəki təsirləri: -Yalnızlıq istəyi -işləmək istəksizliyi -can sıxıntısı -narahatçılıq -qaydalara qarşı dirəniş -cəmiyyətlə ziddiyyət -cinsiyyətə hədsiz maraq -həssaslığın artması -özgüvənsizliklə və s. ilə özünü göstərir. Aqressiv davranış yeniyetmələr arasında geniş yayılıb və get gedə artmaqdadır.Belə yeniyetmələr cəmiyyətə olan dəyər və münasibətləri deformasiyaya uğradır.Eqoizm,ətrafdakıların hisslərinə laqeydlik,neqativ davranış belə yeniyetmələrin tipik xüsusiyyətlərindəndir.Bəzi tədqiqatçılar yeniyetmə aqressiyasının səbəblərini yeniyetməlik dövründə yaranan fizioloji dəyişiklikdə görür.Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosional reaksiyalar üstünlük təşkil etməyə başlayır. Yeniyetmənin aqressiv davranışının səbəblərini araşdırarkən,nəticə aydındır:aqressiv davranışın yaranmasında bioloji,psixoloji və sosioloji amillər mühüm rol oynayır. Yeniyetmədə aqressiyanın təzahürünə təkcə uşağın inkişafında olan problemlər deyil,həm də situativ amillərdə təsir göstərə bilər.Məsələn:bu başqalarının yeniyetmələrə verdiyi qiymət,qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu ilə bağlı meydana çıxa bilər. Yeniyetməlik dövründə aqressiya bir çox hallarda ətrafdakıların davranışına cavab reaksiyası və ya “qisas” arzusu ilə bağlı ola bilər.Əgər yeniyetmənin aqressiv hərəkətə cavab vermək imkanı olmursa,nəticədə yeniyetmədə frustrasiya halı yüksəlir,lakin aqressiv motivin səviyyəsi ləngiyir. Müasir dövrümüzün dinamikliyi zəminində yeniyetmələrin problemlərinin psixoloji istiqamətdə tədqiq olunmasında yeni cəhətlər özünü büruzə verir.Yeniyetməlik problemlərinə gender aspektindən yanaşmada mühüm əhəmiyyət kəsb edir. Yeniyetmələrin problemlərinə gender baxımından yanaşma onların şüurunun ,davranışının formalaşmasında böyük əhəmiyyət kəsb edir .Müasir dövrdə yeniyetmələr üçün ümumi cəhət,onların formalaşmasında maksulinizasiyanın ön plana çıxmasından ibarətdir.Bu mövqedən çıxış edərək,kişinin güclü ,müstəqil,aktiv,aqressiv,şəxsi mailiyyətlərə yönəlmiş və s,qadının isə zərif,dözümlü,zəif,asılı,emosional,nəzakətli,ailənin maraqlarına istiqamətlənmiş olmasına xüsusi diqqət yetirilir. Yeniyetməlik dövrünün özü yüksək risk qrupunu təmsil edir.Bu özünü bir sıra amillərdə göstərir.1-ci psixotermonal proseslərdən başlayaraq , “Mən” konsepsiyasının yenidən qurulması ilə tamamlanan,yeniyetməlik dövrünə keçmənin çətinlikləri,2-ci yeniyetmənin təqdim etdiyi sosial mövqenin qeyri-müəyyənliyi və məhdudluğu,3-cü sosial nəzarətin mexanizmlərinin yeniləşməsi ilə şərtlənmiş ziddiyyət:normalar və böyüklərə itaətkarlıqla əsaslanmış heç bir təsir gücünə malik olmayan uşaq nəzarət formaları,böyük nəzarət vasitələri isə təxmin edilən şüurlu intizam və özünə nəzarət isə ya hələ yoxdur və ya hələ möhkəmlənməyib. İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur,sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir.İnsanın inkişafında bioloji,sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir.Bu nöqteyi nəzərdən psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir.Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir.Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir. Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi münasibətlərin sınağa çəkildiyi dövrdür. Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir.Övlada qayğı ilə birgə valideynlər yeniyetmənin “Mən” konsepsiyasının,hisslərinin,həyat planlarını,təfəkkürün formalaşmasında mühüm rol oynayır.Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa,yeniyetməyə mənəvi,psixoloji cəhətdən yaxın,onun dayağı olan insanların mübahisəsi ,xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni narahat edir.Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin ,həyəcanın,aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır.Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması ,valideynlərin ona münasibəti çox vacibdir.Bəzi hallarda yeniyetmənin aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də səbəb olur.Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə,özünə,yaşıdlarına qarşı neqativ hisslər yaradır. Aqressivlik problemi ilə rastlaşan bir çox valideynlər yeniyetmələrin problemli olması ilə razılaşmaq istəmir.Bəzi valideynlər tez-tez birə bir sualla müraciət edirlər: “Niyə mənim övladım qəddardır?” ,”Qızımın mənə kobud cavab verməsinə nə səbəb ola bilər?” və s. Hörmətli valideynlər,əgər sizin ailədə aqressiv yeniyetmə varsa,əvvəlcə öz davranışınıza tənqidi yanaşmağa çalışın.Aqressiv davranış modeli barəsində ilk biliklərini də yeniyetmələr ailədə mənimsəyirlər.(dushunce.az)
Hiperkulturemiya və ya Florens sindromu incəsənətin insan üzərində təsiri nəticəsində, xüsusilə incəsənət əsəri gözəl olduqda və ya çoxsaylı incəsənət əsəri bir məkana toplanmış olduqda insanın ürək döyüntülərinin sürətlənməsi, baş gicəllənməsi, ürəkgetməsi, hətta hallüsinasiyalara səbəb ola bilən psixosomatik xəstəlik vəziyyətidir. Bu termin həmçinin digər şəraitlərdəki gözəllik bolluğunu görməyə olan reaksiyanı əks etdirə bilər. Xəstəlik 19-cu əsrdə yaşamış məşhur fransız yazıçı Stendalın(Henri Mari Beyl) ölümündən sonra belə adlandırılıb. Belə ki, yazar 1817-ci ildə Florensiyaya səyahət edir və fenomenlə qarşılaşır. Bu haqda “Neapol və Florensiya: Milandan Reccoya səyahət” kitabında qeyd edilir. Nikkolo Makiavelli, Mikelancelo Buonarroti və Qalileo Qaliley dəfn olunduğu Santa Kros Kilsəsinə səfər edir və ilk dəfə Cottonun freskalarını görür və emosiyaların əsirinə çevrilir. O yazırdı: “Mən Florensiyada olmaq fikrindən tutmuş bu möhtəşəm insanların qəbrini yaxından görməyə qədər olan vaxt ərzində qısa müddətli ekstaz (cuşagəlmə) dövrü yaşadım. Bu möhtəşəm gözəlliyə tamaşa edərkən ülvi hisslər keçirdim. Hər şey canlı-canlı ruhumla danışırdı. Kaş ki unuda bilsəm. Berlində “sinir” adlandırdıqları ürəkdöyünmələr yaşadım. Həyatım tükənirdi. Qorxurdum ki, yıxılacağam”. Florensiya incəsənətini görən bir çox adam bu baş gicəllənmələri və ürək tutmaları yaşayıb, lakin bunun sindrom kimi qəbul olunması 1979-cu ilə təsadüf edir. Bu ildə italyan psixiatrı Graziella Magherin Florensiyada səyahətdə olan yüzdən çox turisti müşahidə etmiş və onların keçirdiyi hissləri təsvir etmişdi.
İngiltərədə aparılan bir araşdırmaya görə dinlədiyiniz musiqi növü sizin daxili aləminizdən xəbər verir. Xarici mütəxəssislərin apardığı və təqdim etdiyi testi siz də yoxlayın: Klassik xoşlayanlar daha ağıllıdırlar. Caz sevənlər müsbət və məsuliyyətli eyni zamanda, digər musiqi növlərini seçənlərə nisbətən daha yoldaş canlı və romantikdirlər. Elektronik musiqi sevənlər isə bir az hirsli və tez coşan tiplər olaraq tanınır. Rok musiqi sevənlər üsyankar ruhlular arasından çıxarkən, uzun müddət rok musiqi dinləmək adamı gündəlik həyatda qarşılaşdığı çox kiçik hadisələrə qarşı belə isyankar edir. Rap musiqi sevənlər müxalif və özünə güvənən insanlar olaraq təyin olunarkən, bu kəslərin eyni zamanda digər musiqi növlərini xoşlayanlara nisbətən daha enerjili olduqları da təsbit edilib. Pop musiqi sevənlər isə siyahının ən xoşbəxtləridir. Araşdırmaya görə mahnı siyahısını pop musiqi ilə dolduranlar həm daha müsbət həm də daha xoşbəxt olurmuş. Fiziki cazibədarlığı ən az olanlar klassik musiqi dinləyərkən, ən yüksək olanlar pop musiqi dinləyir.
Psixoloq.az xəbər verir ki,tanınmış stilist, bərbər İlkin Əhmədoğlu özünün facebook sosial hesabında saçlara necə kəsim və qulluq edilməsi ilə bağlı marqlı bir yazı paylaşmışdır.Həmin yazını olduğu kimi sizlərə təqdim edirik 1) Əgər bərbər sizə deyirsə ki , sənə bu saç düzümü yaraşmır gəl bunu dəyişib sənin imicini dəyişək , o zaman bu sözə çoxda aldanmayən çünki baxış bucaqları fərqlidir . Onun zövqü sizi qane etməyə bilər və beləliklə ortada sizi qane etməyən saç düzümü ilə qalan siz olacaqsınız . Hal hazırda gənclər arasında Pampadour saç düzümünün Drop Fade , High Fade , Slow Fade birləşmələri kimi saç düzümləri dəbdədir . Bu kənardan asan görünən iş özündə bir neçə keçidləri əks etdirir . Keçid isə bunlardan ibarət ola bilər . Ülgüz + 0 + 0,5 + 1,5 + 2 . Bu saç düzümü üçün saçın üstünün çox olması şərtdir . Başın kənarları üstə doğru keçitdə ( mütləq ) hamarlaşdırılmalıdır , heç bir qəfil keçid olmamalıdır . Başın qabaq hissəsindən , başın arxasına kimi ( saçın bitdiyi yumuru dairəyə qədər olan məsafə ) kəsim çoxdan aza olmalıdı ki ( çolka ) çox görünsün . Bu cür səliqə və dəqiqliklə kəsilən saç həm nəm həm də quru halında rahat daranır və düzümə rahat yatır . 2) Kəsim Saç kəsimi hər zaman müxtəlifliyi ilə seçilib və müştərinin üz quruluşuna görə aparılmalıb . Burada müştərinin çənə sümüyü , başın ümumi forması , alnın hündürlüyü və ya alçaqlığı , qulaqlar və ən nəhayət burun nəzərə alınmalıdır . Məhs bu kimi halları üstün tutan bərbərin saç kəsimi hər zaman mükəmməl alınar və müştərisi razı qalar . 3) Fen . Fenlə saçınızı ev şəraitində qurutduğunuz zaman və yaxud saç düzümü etdiyiniz zaman mütləq Fenin istiliyini orta dərəcə qoymalı başınızdan ən azı 30 - 40 sm uzaqlıqlda saxlamalısınız . Bu halda siz saçınızı yandırmayacaqsınız , yanmış saç sizə lazım deyil təbii ki . Saçınızı ev şəraitində düzüm ( ukladka ) etmək isəyirsinizsə hökmən saçlarınızı yumaq şərtdir , çünki bu halda saçlarınızın yağlılığı olmayacaq və düzümə daha asand yatacaq + bu halda saçınız yanmayacaq . Saçlar yanarsa onlar sarımtıl rəng alacaq bunu nəzərdə saxlayın . Yanmış saç tez qırılır istər ortadan , istər dibdən , istər saç qıranlarla . 3) Saç qıran Bir çox xanımlarımızın əsas saç problemlərindən biri də bildiyiniz kimi saç qırandır . Belə olduğu halda saçınızda saç qıran varsa mütləq ondan can qurtarmağınız vacibdir , çünki o yayılır . Saç qırandan isə müxtəlif üsullarla qurtulmaq olar . Günümüzdə bir çox vasitələr var ki , saç qıranları məhv edir saçınızı hamar və parlaq saxlamaqda sizə yardımçı olur . Bu vasitələr çox zaman salonlarda olur . Həm saç qıran üçün xüsusi maşınka , həm qayçı . Özünüzün bunu etməyi MƏSLƏHƏT GÖRÜLMÜR . Həmçinin saç qırandan saçınızı yandırmaq üsulu ilə də qurtula bilərsiniz bu çox riskli bir prosedur olduğu üçün mütləq salon şəraitində professional ustalar tərəfindən aparılmalıdır . 4) Saça qulluq Dövrümüzdə bir çox şampunlar var ki bunların da bəzən məmbəyi , bəzən də effektliyi bizə şübhəli qalır . Bilirsiz niyə ? Çünki siz şampunu saçınıza uyğun seçmirsiniz ona görə də sizin saçla baölı probleminiz həll olunmur əksinə problüm daha da dərinləşir və nəticədə saç tökülməsinə gətirib çıxardır . Əslində hər bir insan geyimi , yediyi yeməyi , gəzmək istədiyi məkanı , dostlarını seçməklə yanaşı saçına şampunu da düzgün seçməlidir çünki bundan çox şey asılıdır )))) Məsələn : Əgər sizin saçınız yağlanırsa o zaman siz Normal saçlar üçün şampun alacaqsınız ? Xeyir . Sizə yağlanmağa qarşı olan şampun lazımdır . Əgər siz saçınızın tökülməsini hiss edirsinizsə o zaman saç tökülməsinə qarşı şampun alacaqsınız . Bu məsləhətlərə mütləq riyaət etdiyiniz halda saçlarınız problümi azalacadır . 5) Saç tökülməsi Bu hal həm xanımlarımızın həmdə bəylərimizin öndə olan problemlərindən biridir . Həmişə mənə sual olunur ki , mən nə edim ki saçımın tökülməsinin qarşısını alım ? Cavabım bilirsiz nə olur ? Get həkimə ))) Çünki mən bərbərəm mən sizə yalnız kəsimdə yardım edə bilərəm üzünüzə uyğun saçınızı kəsərəm . Bu mənim peşəmdir və peşəmi çox gözəl bildiyim üçün bu sahədə sizə yardıçı ola bilərəm . O ki , qaldı saç tökülməsinə bu hal bir neçə amillərə bağlıdır bunlar : Əsəb , stress , şəkər xəstəliyi , aclıq , vitamin çatışmazlığı kimi səbəblərə aiddir . Ən çox hallarda əsəb və stressdən olur . Saç tökülməsinin əsas problemini araşdırıb onu müalicə edin yəni əsəblərinizi məhs bundan sonra siz saçınızla bağlı heç bir problem yaşamayacasınız . Əgər siz daim stress və əsəb keçirəcəksinizsə nəyinki saçınız hətda əl və ayaq qırnaqlarınız belə həssaslaşacaq o cümlədən dişləriniz də problem yaşayacaq . Sinir bədəndə bir çox xəstəliklərin təməlini təşkil edir . Odur ki ilk növbədə onu müalicə edin Diqqətinizə görə təşəkkür edirəm Əgər saç və saç düzümü ilə bağlı suallarınız yaranarsa İlkin Əhmədoğluya müraciət edə bilməniz üçün əlaqə telefonu 051 414-43-35
7 yaşa qədər olan uşağın qazandığı hər bir bilik gələcəkdə 7 qat olaraq geri dönür. Məhz elə buna görə də valideynlərin övladlarına kiçik yaşlarda sərf etdikləri vaxt gələcəkdə daha çox vaxta qənaət etməyə xidmət edəcək. Nəzərə alın ki, kiçik yaşlarda kitab oxumağa alışdırılan uşaqlar gələcəkdə özlərini daha yaxşı idarə edə bilir və təhsildə daha çox uğur qazanırlar. İndi isə bu xeyirli vərdişin qazanılma yollarını nəzərdən keçirək: Uşaqlara kiçik yaşlarından yatmazdan əvvəl kitab oxumaq və bunu davamlı şəkildə etmək laızmdır. Müşahidələr göstərir ki, belə uşaqların qavrama qabiliyyəti artır və onlar təhsildə daha uğurlu olurlar. Uşağa nümunə olmaq vacibdir. Valideynin kitab oxuduğunu görən uşağın da kitab oxumağa həvəsi yaranır. Nəzərə alın ki, uşağı gözəl tərbiyə etməyin əsasında ona gözəl nümunə olmaq dayanır. Kitab mağazasında müəyyən zaman keçirərək uşağın da marağını nəzərə almaqla onun üçün ədəbiyyat seçmək lazımdır. Həftədə 1-2 dəfə ailəvi kitab oxuma saatları təyin etmək də faydalı olar. Hər bir ailə üzvünün oturub kitab oxuması həm ailə üzvləri arasında münasibətin daha mehribanlaşmasına, həm də uşaqlarda kitab oxumağa həvəsin yaranmasına kömək edir. Oxunan kitabları müzakirə etmək də uşaqlar üçün çox maraqlı ola bilər. Bundan başqa oxunan kitablar haqqında fikirləri 1 dəftərə qeyd etmək də yaxşı nəticə verir. Bunlar uşaqda öz fikrini çatdırmaq qabiliyyətini artırır. Uşaqda kitab oxumağa həvəs yaratmaq mümkün olmursa, əlavə vasitələrdən istifadə etmək də olar. Misal üçün, səsli kitablar, maarifləndirici uşaq verilişləri, DVD-lərdən də istifadə etməklə uşaqlarda kitab oxumağa maraq oyatmaq olar. Bəzən uşaqların beyni gün ərzində lazımsız informasiya ilə yükləndiyi üçün də uşaq yorulur və kitab oxumaq istəmir. Bu səbəbdən də uşaqları televizor, kompüter, mobil telefon və bu kimi vasitələrdən mümkün qədər uzaq tutmaq, bununla da beynin lazımsız informasiya ilə yüklənməsinin qarşısını almaq olar. Ən əsası uşağın eşitmə, görmə və dil qüsurunun olmadığından əmin olmaq lazımdır. Diqqət əskikliyi və hiperaktivlik problemi olan uşaqlarda da oxuma sürəti zəif ola bilər. Uşağı təqdir etmək vacibdir. Uşaqları kitab oxuduğu üçün tərifləməklə, hər oxuduğu kitaba görə kiçik hədiyyələr verməklə motivasiyasını artırmaq olar.
İnsanların demədiyini əksər zaman bədən dili söyləyir. Psixoloq.az xəbər verir ki, mütəxəssislərə görə, bəyəndiyiniz yaxud sevdiyiniz qadının oturuşundan, duruşundan, hərəkətlərindən, baxışından əsl hislərini anlaya bilərsiniz. Bəs hansı bədən dili qadını ələ verir? Başını sola əyərək dinləyir Sizi dinləyərkən, gözlərinizin içinə baxarkən, başını azca sola əyməsi, söylədiklərinizə çox bağlı olduğunun işarətidir. Hərəkətlərinizi təkrarlayır Qarşınızdakı ilə “yaxınlaşmaq” istəyənlərdə bəzən “mimetizim” deyilən bir hadisə görülür. Fərqində olmadan sizin hərəkətlərinizi təkrarlayır. Saçınızı qaşısanız, saçını qaşıyır. Ayağınızı ayağınızın üzərinə atıtsınız, oda eynini edir. Mütəxəssislər buna yamsılama deyirlər. Özünü sizə yaxın hiss etmək istədiyini göstərir. Qollarını birləşdirir Sizi diqqətlə dinləyən kimi edir, amma qollarını birləşdirir. Bu özünü içinə bağlama hərəkətidir, rahat olmadığını göstərir. Aranızda bir məsafə yaradır. Eyni şəkildə aranıza çay stəkanı, çörək səbəti kimi əlinə keçəni qoyursa da, eyni hiss edir. Amma aranızdakı əşyaları qaldırıb kənara qoyarsa, doğru yoldasınız. Yalan danışırsa, diqqətinizi dağıtmaq üçün etdiyi bəzi şüursuz hərəkətlər onu ələ verəcəkdir. Danışarkən əli ilə ağzını tutursa, burnu ilə, saçları ilə davamlı oynayırsa.. yəni üzünə və başına əli nə qədər çox aparırsa, yalan demə riski də o qədər çoxdur. Çünki yalançılar əllərini məşğul etmək istəyir. Boynunu qaşıyır Söhbət sırasında, qarşınızdakı əli ilə boynunu, yaxud qolu ilə oynayırsa, yaşadınız. Bu onun “ sizin onu tumarladığınızı xəyal etdiyini göstərir”. Yəni bu bilinc altından gələn hərkətlər boşuna, yaxud təsadüfi deyil.
Bir çox hallarda ailədə münaqişəli vəziyyət yaranır, bir-birini sevən iki insan müəyyən bir məqamda əks mövqelərdə olurlar. Bəzən bu məqamlar artmağa başlayır və nəticədə daimi xarakter alır. Bunları nə ilə izah etmək olar? Ailədə ixtilafların olması zəruridirmi? Birgə ailə həyatı zamanı fərqli ziddiyyətlər və ya problemlər yarana bilər. Bunlar iki fərqli insanların xarakterləri arasında formalaşan uyuşma üçün normal vəziyyətdir. Adətən belə hallar geyim tərzinin seçilməsində, ayrı mənzildə yaşamaq qərarında, uşağın təlim-tərbiyəsi zamanı, xanımın işə düzəlməsi istəyi ilə əlaqədar yaranır və onların həlli müəyyən ixtilaflarla bitir. Bu mənada el-oba içərisində deyirlər ki, söz- söhbətsiz ev olmaz. Məsələnin psixoloji tərəfi ixtilafın mənəvi məzmunundadır. İxtilaf ailədə ünsiyyətin təzadlı tərəfi kimi meydana çıxır. Ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək istəyi, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi qarşı tərəfin müqaviməti ilə qarşılaşdıqda ünsiyyət ixtilaf kimi görünməyə başlayır. Ailənin formalaşdığı ilk mərhələdə açıq və ya gizli ixtilafların müşahidə olunması da məhz bununla bağlıdır. Hər bir gənc aydın başa düşməlidir ki, ailə mədəniyyəti bir-birinə hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hisslərin qarşılıqlı güzəştə getməyindən, ağıllı, təmkinli yaşayışından yaranır. Ailə mədəniyyətində böyük-kiçik məsələsi yoxdur. Ailə daxili münaqişələrdə kiçik sayılan məsələni böyütmək, ciddi münaqişə səviyyəsinə çatdırmaq, ya da əksinə böyük münaqişələri səbir və təmkinlə həll etmək də mümkündür. Buna görə də cavanlar öz ailələrinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Çünki nigahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir. Əslində münaqişə ər-arvad həyatının dramasını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələblərinə əməl etmək lazımdır. Onlardan ən sadələri belədir: — Mübahisəyə başlamamışdan əvvəl ər və ya arvadın nədən narazı olduğunu, nə istədiyini, fikir ayrılığının mahiyyətini və onun aradan qaldırılması yollarını həssaslıqla və ağılla aydınlaşdırmaq. — Mövcud şəraitə, vəziyyətə diqqət etmək. Gördüklərini götür-qoy etmək, həyat yoldaşının əhvalını nəzərə almaq lazımdır. — Uşaqların yanında mübahisə açmamaq, açıq söhbət üçün münasib vaxt tapmaq, həyat yoldaşının etiraz və iradlarına diqqətlə qulaq asmaq, onun bütün “dəlil-sübutlarını” aydınlaşdırmaq, mübahisəli məsələləri ağıllı surətdə həll etmək, həmişə xeyirxah mövqe tutmaq vacibdir. Əks təqdirdə ailədə yaranan belə ixtilaflar boşanma ilə də nəticələnə bilər. Boşanma isə əsl faciədir. Çox maraqlıdır ki, boşanmanı təkcə sosioloqlar, demoqraflar, psixoloqlar, pedaqoqlar, həkimlər deyil, həmçinin boşananların özləri də sonralar bunun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu başa düşürlər. Onlar övladının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz əlləri ilə öz evlərini dağıtdıqlarını, uşaqlarını onun-bunun qapısına saldıqlarını çox vaxt özləri də etiraf edirlər.(gəncailə.az)
Xarici aksent sindromu xəstədə qəfildən digər bir dil aksentinin yaranmasıdır. Xarici aksent sindromu adətən zərbə nəticəsində, bəzənsə kəllə-beyin travması nəticəsində yarana bilər. Bunlar sindroma tutulanların ən çox göstərdiyi səbəb olsa da, miqren olan xəstələr də bu sindroma yaxalana bilərlər. Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır. Bunu da qeyd etmək lazımdır ki, xəstə birdən-birə xarici dil bilgilərinə yiyələnmir. Təsdiqlənməmiş məlumata əsasən 2010-cu ildə bir xorvatiyalı komadan çıxandan sonra almanca səlis danışmağa başlayıb, lakin bu bacarığın beyin zədəsi səbəbindən qazanılması öz təsdiqini tapmayıb. Bu sindrom elə təsir bağışlayır ki, sanki sindroma tutulanlar öz dillərində, lakin xarici aksentdə danışırlar. Məsələn, yerli amerikalı ingiliscə elə danışa bilər ki, sanki cənub-şərqi ingiltərəlidi, və Britaniyada yaşayan biri Amerika ingilisi aksenti ilə danışa bilər. Oksford universitetində aparılan tədqiqata əsasən sindroma səbəb beynin müəyyən hissələrinin zədələnməsidir ki, buraya beynin linqvistik funksiyalarını yerinə yetirən hissələrdir. Onların zədələnməsi səhv tələffüzə gətirib çıxarır. İddia edilir ki, İngiltərəli musiqiçi, ifaçı və söz yazarı Corc Miçel 2012-ci ilin iyulunda komadan ayılanda Şimali London aksenti əvəzinə qərb dairəsinin aksentilə danışmağa başlayıb. O 2011-ci ildə pnevmaniya nəticəsində komaya düşmüşdü.
Münasibətin ilk mərhələlərində partnerinizin fərqlilikləri həyəcanlı gəlsə də zaman keçdikcə bu fərqliliklər münasibətə zərər verəcək hala gələ bilər. Psixoloq.az xəbər verir ki, buna baxmayaraq iki fərqli insanın mənfi xüsusiyyətlərini azaldıb münasibəti xoşbəxt etməyin yolları vardır. Bəs həmin yollar nədir? Zidd qütblər bir-birini çəkir. Fərqliliklərin sizi ayırmasına icazə verməyin. Partnerinizi olduğu kimi qəbul edin. Sevgilinizin xarakterini dəyişdirəməyəcəyiniz gerçəyini qəbul etməlisiniz. Onu olduğu kimi sevin. Hörməti unutmayın – Bir-birinizin yaşayış tərzinə hörmət göstərin. Hər şeydən əvvəl sevgilinizin qərarlarına hörmət edin. Qayğı göstərin – Qarşınızdakı insanı daha yaxşı tanımaq üçün ona qayğı göstərin, sevin. Bu sizin üçün fürsətdi. Ortaq nöqtələrinizi tapın – Paylaşdığınız məqamları xatırlatmaq əsas məsələdir. Öncə sahib olduğunuz ortaq duyğulara diqqətinizi verin. İlk olaraq ortaq nöqtələrinizin siyahısını hazırlayın. Bu sizin üçün kifayət qədər motivasiya olacaq. Günahlandırmaqdan qaçının – Dərhal müdafiə mexanizmlərini işə salmayın. Sizi narahat edən məsələləri uyğun dillə yoldaşınıza anladın. Əsəbi zamanı mübahisədən qaçının. Əsəbləriniz sakitləşdikdən sonra mövzuya yenidən qayıda bilərsiniz. Şəhanə Quliyeva
İçindən gələn səsin nə dərəcədə doğru olduğunu bilmək istəyirsənsə testi yoxla.1. Həyat yoldaşınız axşam evə həmişəkindən gec gəlir. Niyə gecikdiyini soruşduğunda müammalı cavablar verir. Bu zaman içindən gəl səs nə deyir? A. Sənə yalan söylədiyini B. Onun yorğun və ac olduğunu deyir C. Əslində dostları ilə görüşmək istədiyini, amma görüşə bilmədiyi üçün sənə bir az əsəbi olduğunu deyir 2. Bir neçə gündür həyat yoldaşın/sevgilin səni sevdiyini həmişəkindən çox deyir. Onu bir az da fikirli görürsən. Tez-tez tərlədiyini və telefonunu əlindən yerə qoymadığını görürsən. Bu zaman içindən gələn səs sənə nə deyir?A. İşdə stressli olduğunu, rahatlıqla evdə və səndə tapırB. Bu kiçik problemlərin sevgi həyatının və bir kişi ilə bir qadın arasında sevgi münasibətlərinin ilk mesajları olduğunu deyirC. Çox diqqətli olmağını deyir3. İşdə iş yoldaşına yeni bir layihə haqqında danışırsan. O isə əllərini sıxır, qaşlarını çatır və qəribə reaksiya verir. Bu haqda içindən gələn səs nə deyir? A. Layihən onu çox həyacanlandırır və maraqlandırır B. Dediklərindən çox əsəbləşir C. Fikrini çox bəyənib və tez bir zamanda həyata keçirtmək istəyir 4. Son vaxtlar işdə hərəkətlərində qəribəlik hiss etdiyin iş yoldaşınla danışırsan. Söhbət gərginləşir və birdən uşaqlıqdakı bir hadisə yadına düşür. Əslində o hadisənin indiki söhbətlə əlaqəsi yoxdu. İçindən gələn səs bu barədə nə deyir? A. Bu xatirəni cəld şəkildə beynindən atmalısan B. Bunun mütləq bir anlamı var C. Həmin işçini işdən çıxartmalısan 5. Cümə axşamı. Bütün həftənin verdiyi yorğunluğu atmaq üçün gözəl bir vanna qəbul edirsən. Növbəti həftə səni stressli günlər gözləyir. Bu axşam xüsusilə nə edərdin? A. Bazar ertəsi təqdim edəcəyin sənədi unutmama çalışarsan B. Stressli həftənin sonunda gözəl istirahət düşünərsən C. Bir müddətlik real dünyadan uzaqlaşarsan, öz dünyana qapanarsan 6. Açıq fikirli, xoş niyyətli biri ilə münasibət qurmaq istıyirsən. Bir gün bu xüsusiyyətlərin olduğu kiçik bir şirkətin sahibi ilə tanış olursan və evində kofe içməyə dəvət edir səni. Bu zaman içindən gələn səs sənə deyir? A. Çox yaxşı biri B. Diqqətli olmalıyam, mənə uyğun biridirmi? C. Qarşısında əlim ayağım dolaşdı, nə olursa olsun 7. İşə yeni bir müdir gəlib. Bütün edəcəyin işləri təqdim etmisən, amma ondan bir cavab gəlmir. İçindən gələn səs nə deyir? A. Yəqin çox işi var, başını ağrıtmayım B. Təqdim etdiklərimi diqqətlə oxuyub və lazım olan tədbirləri aldığı üçün cavab verməyə gərəkli bilmədi C. Bir gündə insna bu qədərmi dəyişər, özümü qorumalıyam bu insandan 8. Bir dostuna bir şey danışırsan amma onun hərəkətlərində, psixologiyasında qəribəlik hiss edirsən. İçindən gələn səs nə deyir? A. Danışdığı şey onu iyrəndirdi B. Danışdığın şey ondan yazığı gəlmə hissi yaratdı C. Danışdığın şey onu üzdü Doğru cavablar: 1. A 2. B 3. C 4. B 5. C 6. B 7. C 8. C Düzgün cavablara əsasən testin nəticəsini hesablayırsan.Doğru cavablar 3-dən azdırsa, öncədən hiss etmən 0-dır Hisslərinə heç güvənmirsən. Hisslərinlə deyil, ağlınla hərəkət etməyə çalışırsan. Kiçik bir neqativ cavab alanda tez bir zamanda fikrini dəyişirsən. Məğlub olma! Bir az zaman, bir az da çalışmaqla hisslərinə güvənməyi öyrənəcəksən.4-6 arası doğru cavalar varsaİçindən gələn səs az da olsa qulaq asırsanBaşqalarının hərəkət və niyyətlərini əvvəlcədən hiss edə bilirsən. İçindən gələn səsə qulaq asırsan amma ərtafında nəsə bir hadisə baş verəndə xətlər qarışır. Bir az diqqətli olsan daha yaxşı nəticə alınar.7-8 arası doğru cavalar olandaİçindən gələn səs sənin ən yaxşı dostundurİçindən gələn səsi çox yaxşı dinləyirsən. O qədər yaxşı dinləyirsən ki, hardasa yaxın dostundur kimi gəlir səs. Onun sayəsində ətrafındakı insanlar haqqında doğru qərarlar alıb və doğru hərəkətlər edirsən.
Pozitiv psixoterapiya qısa müddətə hesablanmış psixoterapiya metodu olmaqla Nüsrət Pezeşkian tərəfindən 1968-ci ildə yaradılmışdır. Bu metod istənilən, hətta ən mürəkkəb vəziyyətlərdə pozitiv qərarların qəbul edilməsi üçün insanın daxili resurslarının səfərbər edilməsinə yönəlmişdir. Bu metod humanistik, psixodinamik və inteqrativ bir metod olmaqla effektivliyi Almaniyada klinik tədqiqatlarla sübut edilmiş və Almaniyanın ən yüksək Richard-Merten elm mükafatına layiq görülmüşdür. Metodun psixosomatika sahəsində tətbiqi ilə bağlı geniş tədqiqatlar aparılmış və onların nəticələri "Pozitiv psixoterapiya psixosomatikada" adlı kitabda toplanmışdır. Nə üçün məhz pozitiv psixoterapiya? Metodun adı latınca “positum” (gerçəkdə olan, real, mövcud) sözündən götürülmüşdür. Burada əsas ideya insanın xəstəliyi, simptomlar və ya problemlə deyil, onun aktual qabiliyyətləri ilə işdir. Aktual qabiliyyətlər şəxsiyyətin o cəhətləridir ki, insanın gündəlik həyatında müxtəlif vəziyyətlərdə həmişə özünü göstərir. Pozitiv psixoterapiyanın əsas ideyasından çıxış edərək, demək olar: sağlam o insan deyil ki, problemi yoxdur, o insandır ki, meydana çıxan çətinliklərin öhdəsindən necə gəlməyi bilir, problemli vəziyyətlərin həllində mümkün ən yaxşı həll yolunu tapmağı bacarır. Pozitiv psixoterapiya bir metoddur ki, insanın özü haqqında bilik verir, ona ətraf dünya ilə konfliktə girməyi deyil, gerçəkliyi bütün tərəfləri və rənglər qamması ilə qəbul etməyi öyrədir. Pozitiv psixoterapiyanın əsas müddəaları 1. Metodun ideyasına görə, insan haqqında pozitiv təsəvvür bu fikirdən qaynaqlanır ki, hər bir insan doğuşdan iki əsas (baza) qabiliyyətə malikdir: dərk etmək və sevmək. Anadangəlmə fiziki xüsusiyyətlərdən, ətraf mühitdən (ailə və mədəni mühit), o insanın yaşadığı dövrün spesifik cəhətlərindən asılı olaraq bu iki qabiliyyət – “bilmək” və “sevmək” bir-birindən ayrılır (differensasiya olunur) və formalaşır. Bununla da şəxsiyyətin əsas xasiyyətlərinin təkrarolunmaz kombinasiyası yaranır. Hər iki baza qabiliyyət bir-birilə sıx şəkildə əlaqədardır:bunlardan birinin inkişaf səviyyəsi digərinin inkişafını asanlaşdırır və dəstəkləyir. Pozitiv psixoterapiyada insan haqqında təsəvvür bu postulat üzərində qurulur: insan təbiəti, mahiyyəti etibarilə xeyirdir (pozitivdir) və fitrətən xeyirə can atmağa meyillidir. 2. Pozitiv psixoterapiya metodu belə bir dərin inama əsaslanır ki, hər kəsə xoşbəxt yaşamaq üçün bütün zəruri fərdi qabiliyyətlər verilmişdir. Hər bir insanın öz şəxsi inkişafı, potensialının açılması və fərdi özünüdərki üçün həyatın sonsuz imkanlarına əli çatır. İnsan belə yaradılmışdır ki, insanın ən qiymətli şeyləri onun içində gizlənmişdir və yaxud bu şeylər kiçik toxumlar şəklindədir ki, bütün həyatımız boyu inkişaf edir. İnsan qiymətli cəvahirlə dolu bir mədəndir. Əsas məsələ bu qiymətli xəzinəni tapmaq, onu insanın qəlbinin dərinliyindən çıxarmaq və qabiliyyət və istedad şəklində göstərməkdir ki, bu da son nəticədə insanın missiyasının gerçəkləşməsinə gətirib çıxarır. Şəxsi həyati missiyanın həyata keçməsi məmnuniyyət və xoşbəxtliyin əsasıdır. 3. Bu metodun mübahisəsiz üstünlüyü onun fundamentallığı, universallığı, bunlarla yanaşı, bütün sosial və yaş kateqoriyalarından olan insanların əlinin ona yetməsinin asan olmasıdır. Dilin sadəliyi, sistemli yanaşma, özünə kömək etməyin öyrədilməsi, müxtəlif peşəkar qruplardan olan getdikcə daha çox insanları cəlb edir. Sadəlik və universallıq prinsipi hər kəsə imkan verir ki, Pezeşkianın ideyalarını öz həyatında hətta elementar psixoloji təhsil olmadan belə, gündəlik həyatında tətbiq edə bilsin. 4. Bu psixoterapiya metodunun dəyəri ondadır ki, burada problemə transkultural yanaşma bucağından baxılır. Bu metod üzrə mütəxəssis dünya xalqlarının çox müxtəlif mənəvi və mədəni xüsusiyyətləri barədə xüsusi həssaslığa və qiymətli biliklərə malikdir. İnsanın doğulduğu mühitin spesifikası, mənəvi ortama önyarğı ilə baxılmır, əksinə, hörmətlə yanaşılır. Metodun transkultural yanaşması fikri, insanlığın fərqlərində deyil, oxşarlıqlarında toplamağı təklif edir. Metodun diqqət mərkəzində iki məsələ araşdırılır: • İnsanlarda ümumi olan nədir? • İnsanlar nə ilə fərqlənirlər? 5. Pozitiv psixoterapiyanın fəlsəfəsi insana onun dəyişmə (inkişaf və transformasiya) prosesində kompleks halda baxır: həm bədənin, həm də ruhun inkişafı qəbul edilir, onlar arasındakı sıx əlaqə və qarşılıqlı təsir təhlil edilir. Psixoterapiya zamanı mütəxəssisin diqqət mərkəzində şəxsiyyətin fərdi-bioloji, psixososial və mənəvi cəhətləri dayanır. Bu cür yanaşma daxili bütövlük əldə etməyə kömək edir, insan varlığının bütün cəhətləri nəzərə alınır. 6. Bu metodun prinsiplərinin tətbiqi yalnız psixoterapiya və konsultasiya ilə məhdudlaşmır, o digər tətbiqi sahələrdə də işlədilir. Metodun ideyaları təhsildə, təlimlər aparılmasında, səhiyyə profilaktikasında və biznesin idarə olunmasında səmərəli istifadə edilir. Metod, həmçinin, müasir bazarda kouçinq xidmətləri sferasında da özünü doğrultmuşdur. 7. Çoxlu psixoterapevtik məktəblər diqqəti şəxsiyyətin patoloji pozğunluqlarına, xəstəliklərə çəkirlər. Pozitiv psixoterapiyada isə psixoterapevtlə klientin qarşılıqlı əlaqəsində əsas vurğu insanın daxili imkanlarına vurulur – bu prosesdə daxili resurslar əsas və birinci dərəcəli yaxşılaşma – müalicə amilləridir. Metod şəxsiyyətin problemlərinin səbəbini insanları arasındakı ünsiyyətdə boğulmuş və inkişaf etməmiş aktual qabiliyyətlər sferalarında axtarır. Bu, konfliktlərin, həyatdakı problemlərin mənbəyinə gətirib çıxarır. 8. Metodun əsasında üç mühüm prinsip dayanır: Ümid prinsipi - bu insanın resursları üzərində fokuslanır. O, qabiliyyətləri hiss etməyə, şəxsi həyatda baş verən hər şey üçün məsuliyyəti qəbul etməyə kömək edir. Balans prinsipi – insanın həyatını və onun inkişafını dörd geniş və mühüm sfera çərçivəsində görür: - Bədən;(fiziki, bioloji funksiya, duyğular) - Nailiyyətlər (rasional) - Kontaktlar(münasibətlər) - Gələcək (fantaziya, məna, ideal) Bu prinsipin mahiyyəti - onlar arasında təbii harmoniyanın, ahəngin bərpa edilməsinə çalışmaqdır. İnsan həyatının bu dörd sferasından birində diqqət və ya inkişaf çatışmazlığı ahəngi, harmoniyanı pozur, müəyyən bir çatışmazlıq yaradır ki, bu da həyatda narazılıq, ümidsizlik, məyusluq və ya xəstəlik kimi üzə çıxır. Özünə kömək prinsipi - bu prinsip pozitiv psixoterapiya metodu daxilində 5 mərhələli metamodel şəklində təqdim edilir. O, şəxsiyyətin ətraf mühit və daxili dünyası ilə bir ahəngə düşməsi, adaptasiyası və inkişafı məqsədilə bir strategiya kimi istifadə edilir. Bu strategiyanı əvvəlcə psixoterapevt, sonra isə özünə kömək prosesində insanın özü onu tətbiq edir və ətrafındakı insanlara: ailə üzvlərinə, iş yoldaşlarına və dostlarına kömək edir. 9. Metodun mübahisəsiz üstünlüyü onun inkişafa və gələcəyə yönəlik olmasıdır. Bu metod indiki zamanın vəziyyətini qəbul edib gələcəyi formalaşdırmağı öyrədir. Həyatı üçün tam məsuliyyətin dərk və qəbul edilməsi hər kəsə kömək edir ki, öz gerçək vəziyyətini dəyişmək üçün konket addımlar atsın. Bu prinsipin mahiyyətini belə bir müdrik kəlamla ifadə etmək olar: “Əgər sən sabah heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, onda bu gün qərar qəbul edib heç vaxt etmədiyin şeyi etməlisən.” 10. Çox mühüm prinsip şəxsiyyətin unikallığıdır(bənzərsizliyidir). Həyatda standartlar yoxdur. İnsanın xoşbəxtliyinin mənbələrinin müxtəlifliyi və çoxcəhətliliyi məhz bundadır ki, “ola biləcək və ya kaş ki” olanlardan deyil, hal-hazırda “əlində olanı” istifadə etsin və məmnuniyyət hiss etsin. Bu günkü reallıqda insanı xoşbəxt edə biləcək, öz məqsədlərinə doğru irəli konkret atmaqda ona güc verəcək və ondan sevinc duyacaq şeyləri görə bilmək qabiliyyəti hər kəsi özünün “Mən”inin yaradıcısına çevirir və ona həyat müdrikliyi verir. Pozitiv psixoterapiya insanın öz həyatının balanslaşdırılması yollarından biridir, o, insana necə öz həyatının Müəllifi olmağı öyrədir. Pozitiv yanaşma dünyanı və ətraf aləmi insana tam “çəhrayı gözlüklərdən” göstərmir. Pozitiv yanaşma – hazırkı zaman anında əldə olan mövqedir, reallıq və imkandır. Pozitiv, gerçəkçi və konstruktiv olmaqdır, sadəlövh nikbinlik deyil. Pozitiv psixoterapiya bir metod kimi epoxanın gur hadisələr axınında itməmək, özünü tapmaq və belə bir fikrə inanmaqda insana kömək etmək məqsədi daşıyır ki, quş uçmaq üçün yaradıldığı kimi, insan da xoşbəxt olmaq üçün yaradılmışdır.
Nə üçün qız tanış olmaq istəmir? Cazibədar qadın kişiləri cəlb edir. Lakin “yox” sözü onun ağzından düşmür. Axı niyə? 1. Onun sevgilisi var. Həyat yoldaşına, məşuquna xəyanət etmək mümkündür, lakin sevdiyin insana heç vaxt. 2. O, kişilərə nifrət edir. Sosial bərabərsizlik, kişilərin qadınları aşağılamaları, ona heç olmasa bu yolla revanş hiss etməyə kömək edir. 3. Acı təcrübə. Onun keçmiş sevgilisi özünü alçaq kimi göstərib. Bu stereotip mexaniki olaraq sizin üzərinizə də keçir. 4. Sizin çağırışınız düzgün vaxtda edilməyib. Qadının daxili dünyası böhran vəziyyətini yaşayır. İşdə nələrsə qaydasında deyil, sadəcə özünü pis hiss edir. Bəlkə başqa vaxt o maraqlı kişi ilə məmnuniyyətlə tanış olacaqdır. 5. Sizin xarici görkəminiz. Siz ondan daha yaxşı görünməlisiniz. Ən azı eyni səviyyədə. Bir filmdəki kəlmə yadınızdadır: “Kişinn ayaqqabıları çirkli olanda xoşuma gəlmir”. Burada artıq yazılası bir şey qalmır. 6. Nazlı qadın. Onun sizə ehtiyacı yoxdur. Ona yalnız sizin xoş sözləriniz və diqqətiniz lazımdır. Lazımi dərəcədə onları aldıqdan sonra onun sizə olan marağı sönür. Özünü qiymətləndirmə dərəcəsi lazımi həddə çatdı. 7. Uğursuz roman. Bir müddət öncə əlaqələrin pozmasından sonra qadın prostrasiya vəziyyətindədir. Ona sadəcə tanış olmağı deyil, həm də kömək etməyi təklif edin. İncə qadın qəlbini anlamayan kişiləri biraz danlayın. 8. Düzgün olmayan taktika. Sənətşünasa yaxşı tanış olan bir şey bankçı üçün başa düşülməz olacaqdır. Başa düşülməyən bir şey qəbul olunmur və hara gəldi uzaqlaşdırılır. 9. Onun hekayəsinin qəhrəmanı deyil. O, təkcə onu gözləyir. Bu, dəqiq siz deyilsiniz. Qırağa çəkilin, onsuzda xeyiri olmayacaqdır. 10. İradəsiz kişi. Təbiətdə jeleyə bənzər kişiyə arxalanmaq mümkün deyil. Əvvəla özünüzdə cəsarətli olmağı tərbiyyə edin.
Şəkildə "özünüzü tapın". Sizin indiki vəziyyətinizə şəkildə olan hansı insanın vəziyyəti daha yaxındır? Əgər siz 1, 3, 6 və ya 7 nömrəli insanları seçmisinizsə, bu o deməkdir ki, siz hər zaman öz məqsədinizi bilirsiniz və heç bir maneələrdən, çətinliklərdən qorxmadan bu məqsədə doğru gedirsiniz. Siz 2, 11, 12, 18, və ya 19-cu insanı seçmisinizsə, deməli, siz çox ünsiyyətli, mehriban insansınız, yaxşı dostsunuz, dostlarınıza hər zaman kömək etməyə hazırsınız. Əgər siz 4-cü insanı seçmisinizsə, bu o deməkdir ki, siz həyatdan nə istədiyinizi yaxşı bilirsiniz, uğur qazanmaq üçün ən asan yolları seçməyə çalışırsınız, çətinliklər xoşlamırsınız.5-ci insan tez yorulur, zəif, halsız olur, depressiyalara düşür, küsür, inciyir, həyatda mübarizə etməyi bacarmır. Əgər siz 9-cu insanı seçmisinizsə, siz şən, müxtəlif əyləncələr sevən insansınız.13-cü və 21-ci insanlar ünsiyyətdə olmaq xoşlamır, onları tez-tez daxili narahatçılıq, özünə inamsızlıq narahat edir.8-ci insan öz aləmində olur, fikirləşməyi, düşünməyi xoşlayır.10-cu və 15-ci insanları seçmisinizsə, siz həyata normal uyğunlaşırsınız, həyatınız sizi tam qane edir, siz komfortlu vəziyyətdəsiniz. 14-cü insan daxili döhran yaşayır. Əgər siz 20-ci insanı seçmisinizsə, siz hakimlik etmək xoşlayırsınız, sizdə lider xüsusiyyətləri var.16-cı insan daim kimi isə himayə edir və bundan yorulub.17-ci insan kimin isə himayəsi altında olmağı xoşlayır.
CBT psixi pozuntular üzərində işləyərkən və onların səbəbini araşdıran zaman psixiatriya elminə istinad edir. Terapiya prosesində istifadə olunan söz və davranış metodları da bu elmə əsaslanır. Bu müalicə üsulunun effektivliyi elmi araşdırmalar nəticəsində sübuta yetirilmiş və yüzlərcə klinik araşdırmalarla təsdiq olunmuşdur. Digər psixoterapiya metodlarından fərqli olaraq CBTda terapiyanın strukturu müddət və məzmun şəklində qurulub. Belə ki, öncə diqqət pasiyentin aktual problemlərinə yetirilir, daha məhdud müddət daxilində daha çox problemi həll etmək hədəf kimi seçilir. CBT təkcə konkret aktual problemlərin həllinə yönəlməklə qalmır, həm də müraciət edənlərin bütün yaşamları müddətində öz problemlərini həll etməkdə kömək olacaq bir sıra vərdişlərə yiyələndirir. Bu vərdişlər "əyri" düşüncələri təmir etmək, inanclarını dəyişdirmək, ətraf aləmlə yeni əlaqələr qurmaq, və davranış dəyişiklikləridir. Hadisələri necə qəbul ediriksə, onlara hansı prizmadan baxırıqsa, həyatımız da həmin yöndə dəyişər. Bu KBT-nın əsas çıxış nöqtəsidir.. Yəni "HADİSƏLƏRİ OLDUĞU KİMİ DEYİL, OLDUĞUMUZ KİMİ GÖRÜRÜK". Məsələn, bu yazını oxuyarkən oxuduqlarımızı qiymətləndirməyə və şərh etməyə başladıq. Bu sətirləri oxuyan bir adamın "çox gözəl, tam da mənim axtardığım, ehtiyacım olan terapiya növüdür" deyə düşündüyünü fərz edək, bu adam özünü xoşbəxt, həvəsli hiss edəcək. Başqa bir adamın isə bura qədər yazılanları oxuyarkən ağılından "yaxşı kimi görünür, amma mən edə bilməm, mən də işə yaramaz" şəklində düşüncələr keçmişsə bu adam da özünü həvəssiz və istəksiz hiss edəcək. Yəni, bu sətirləri oxuyan hər bir kəs zehnində buna münasibətini,şərhini verir, qiymətləndirir. Bu fikir duyğularımıza və davranışlarımıza təsir göstərir. Yəni, insanın reaksiyası birbaşa hal-hazırda olan durum, vəziyyətdən deyil (məsələn, bu yazını oxumaq) bununla bağlı düşüncələrdən təsirlənir. İnsan ağ bir lövhə kimi doğulur, ətrafdan ona üç cür mesaj gəlir: -Özümüz haqqında məlumat -Digər insanlar haqqında məlumat -Yaşadığımız dünya haqqında məlumat Biz onlara ƏSAS VƏ YA TƏMƏL İNANCLAR deyirik. Əslində heç birimiz bunların fərqində belə deyilik.Lakin sırf bu faktorlar bizim hadisələri analiz etmək qabiliyyətimizdə və hadisələrə verdiyimiz reaksiyalarda ortaya çıxır. Məsələn, bir uşağa davamlı olaraq sən gözəlsən, ağıllısan, bacarıqlısan, dəyərlisən deyilsə uşaq həyatı boyu özünü elə təsəvvür edəcək, elə qələmə verəcək. SEANSLAR Müalicədə pasiyentlə terapist müxtəlif problemləri üzə çıxarmaq və anlamaq üçün, əməkdaşlıq edir, bir-birinə yardım göstərir və duyğu və davranışlar arasındakı münasibətləri açmağa çalışır. Bu terapiya növü ümumiyyətlə "İNDİI VƏ BURADA" prinsipinə, yəni həmin anda aktual olan problem və ya çətinliyə fokuslanır. Terapist və pasiyent birlikdə işləyirlər və qarşılarına qoyduğu məqsədə çatmaq, dəyişim yarada bilmək üçün seans zamanı aldıqları qərarları pasiyent senaslar arasında icra edir.. Seans zamanı alınan qərarların, davranışlarda təzahür etdirilməsi üçün pasiyentə ev tapşırıqları verilir. Terapist və pasiyent birlikdə pasiyentin problemi haqqında ortaq bir fikir əldə edərək problemi birlikdə anlamağa, mövcud problemin pasiyentin DÜŞÜNCƏ, DUYĞU VƏ DAVRANIŞLARINI və gün ərzində fəaliyyətinə necə təsir etdiyini tədqiq etməyə çalışırlar.. Müalicənin məqsədi pasiyentin problemlərini həll etməyində hələ də istifadə etdiyi klassik üsullarından daha faydalı ola biləcək YENİ HƏLLƏR YARADA BİLMƏSİNİ təmin etməkdir. MÜALİCƏ MÜDDƏTİ Hər hansı istisnai hallar nəzərə alınnmadıqda CBT-nın müddətinə terapist və pasiyent birlikdə qərar verir. Adətən hər bir psixoloqun 2-3 seansdan sonra ilk seansda müzakirə edilmiş məqsədlərə nə qədər müddətdə çatıla biləcəyi mövzusunda bir hipotezi yaranır. Bəzi pasiyentlər üçün 6-10 seans kimi çox qısa bir müddət kafi ola bilər. Daha ağır problemləri olan pasiyentlər aylarla hətta bir ili keçən bir müddət boyunca müalicədə qalmağı seçə bilərlər. Müliacənin əvvəlində əgər riskli bir durum yoxdursa (məsələn. intihar riski, cinayətə meyillilik və s) bu zaman seans həftədə bir dəfəyə təyin edilir. Müsbət nəticələr əldə etməyə başladıqca seanslar arasındakı zaman intervalı artmalıdır, əvvəl 15 gündə bir daha sonra üç həftədə birə doğru görüşmələr pilləli olaraq seyrəkləşdirilir. Bu hələ müalicə zamanı öyrənilən bacarıqların gündəlik həyatda tətbiq olunaraq sınanması şansını verir. Müalicə sona çatdıqdan 3, 6 və 12 ay sonra bir möhkəmləndirmə seansı keçirilir. DƏRMAN CBT ilə dərman müalicəsinin paralel getməsi mümkündür. Dərman istifadəsi məsləhət görülən hallarda terapist bunun pasiyentlə müzakirə etməli, bunun müsbət və mənfi nəticələrini öncədən qeyd etməlidir.Dərmansız, yalnız terapiya ilə müalicə oluna bilən xəstəliklər olduğu kimi, terapiyasız, sadəcə dərmanla müalicə oluna bilən psixi pozğunluqlar da ola bilər. Əgər problem hər iki cür həll oluna bilərsə bu zaman seçimi pasiyent özü etməlidir. Bəzən, hər iki müalicə növünün tətbiqi məsləhət görülür. NƏTİCƏLƏR Bir çox pasiyent əgər güvənərək və inanaraq seanslara davam edər və seans xarici zamanlarda təklif edilən texnikaları hər gün gündəlik həyatlarında istifadə etsələr 4-5 seans sonra psixopatalojiəlamətlərində bir azalma yarandığının fərqinə varacaq. Eyni zamanda pasiyent mütəmadi olaraq bir sıra psixoloji testlərdən keçirlir ki, testin nəticəsində də müalicənin effektivliyi özünü göstərir. CBT: ÇƏTİNLİK YARADAN SİMPTOLARI HƏDƏFLƏYƏN NARAHATLIĞI AZALTMAĞI DÜŞÜNCƏ TƏRZİNİ YENIDEN GÖZDƏN KEÇİRMƏYİ PROBLEMİN HƏLLİNDƏ YENİ METODLARIN, ÜSULLARIN YARADILMASINI AŞILAYAN təsirliliyi araşdırmalarla sübut olunmuş bir psixoterapiya növüdür. CBT uşaq və yeniyetmələr üzərində də mübət nəticələr verir. Ümumiyyətlə DEPRESSİYA, MÜXTƏLİF PSİXOLOJİ POZUNTULAR, DİQQƏT ƏKSİKLİYİ VƏ HİPERAKTİVLİK, ENUREZ HALLARINDA, TRAVMA VƏ TRAVMA SONRASI YARANAN STRES ilə əlaqəli simptomların müalicəsində istifadə edilir. Bu müalicə növünün təsirliliyini göstərən elmi məlumatlar mövcuddur. Bu məlumatlar KBTnınaşağıdagöstərilən və sıx müşahidə olunan psixi pozğunluqların müalicəsində təsirli olduğunu göstərmişdir: • OBSESSİV KOMPULSIV POZUNTU • PANIK ATAK • TRAVMA SONRASI STRESS POZUNTUSU • DEPRESSİYA • AİLƏ VƏ CÜTLÜK PROBLEMLƏRİ • ASILILIQLAR • QİDALANMA POZUNTULARI • SOSİAL FOBIYA • SPESİFİK FOBİYALAR • DAVRANIŞ POZUNTULARI • ŞIZOFRENIYA • BİPOLYAR POZUNTU • YUXU POZUNTULARI Aytən Eminova Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs
Tranzakt analiz ” Tranzaktio” latınca sövdələşmə,sözləşmə; “Analiz” parçalanma, ayrılma deməkdir.Erik Bern tərəfindən yaradılıb.Bernin nəzəriyyəsi şəxsiyyətin strukturunun analizin uğrunda qurulub. Məqsəd : Şəxsiyyətin dəyişilməsinə yönəlib.Tranzakt analiz 2 modelə ayrılıb : struktur və funksional model.Struktur:Valideyn eqo vəziyyətiYetkin eqo vəziyyətiUşaq eqo vəziyyətiFunksional :Valideyn – Kontrol edən valideyn,Tərbiyə edən valideynYetkin – dəyişilmirUşaq- Azad uşaq, Adaptativ uşaqValideyn eqo vəziyyəti – valideyndən götürülmüş hisslər,fikirlər,davranış; yəni hazır prinsiplərlə davranış modelini himayə edir.Yetkin eqo vəziyyəti – indi və burada prinsipinə əsaslanır, bu prinsipin əsasını fikirlər,davranış və hisslər yetkin insan kimi qərar vermək nəzərdə tutulur.Uşaq eqo vəziyyəti – uşaqlıq dövrünə aid fikirləri, davranışı uşaq kimi özünü aparmaq.Uşaqlıqda olduğumuz vəziyyətdə oluruq.TA-in əsas məqsədi şəxsiyyətin dəyişməsinə istiqamətlənir. Şəxsiyyətin problemlərinin dərk olunmasına son məqsəd kimi baxılmır.Əksinə, dərketmə şəxsiyyətin dəyişdirilməsinin əsas aləti hesab olunur.Əvvəlcə qərar qəbul olunur və daha sonra həyata keçirilir. Belə müddətdə terapiya uzun müddət aparılır.İlk dəfə ssenari nəzəriyyəsini Erik Bern tərəfindən işlənilmişdir.Daha sonra Klod Steiner bu nəzəriyyə ilə məşğul olmuşdur. O vaxtdan çox müəlliflər öz ideyalarını irəli sürmüşlər.Həyat ssenarisi TA-in əsas konsepsiyasını irəli sürür.– Ssenari bu həyatın planıdır.– Ssenari hesablaşmaya(finala aparır)– İnsan özü ssenari haqqında qərar qəbul edir– Ssenari valideynlər tərəfindən möhkəmləndirilir– Ssenari dərk olunmur– Biz ssenariyə “bəraət ” qazandıraraq reallığı təhrif edirik.Ssenari prosesi:“Hələ deyil”“Sonra”“Heç vaxt ”“Həmişə ”“Demək olar ki”“Açıq son”
Geştalt almancadan tərcümədə “bütöv obraz” deməkdir. Metodun yaradıcısı Frederik Perlz hələ Almaniyada olarkən Z.Freydlə audiensiya (şəxsi görüş) haqda düşünürdü. Onunla söhbətləşmək, öz nöqteyi-nəzərini izhar etmək, metrin bəzi nəzəri xəta və yanlışlıqlarını müzakirə etmək istəyirdi. Almaniyada siyasi vəziyyətin kəskin pisləşməsi Perlzı ölkəni tərk etməyə sövq edir. O əvvəl Hollandiyaya, sonra Cənubi Afrikaya köçür. Afrikada işləri qaydasında gedir. O burada psixoanaliz institutu yaratmağa müvəffəq olur, özünə təyyarə və bahalı rayonda dəbdəbəli malikanə alıb savadlı geştalt-terapevt kimi tanınmağa başlayır. 1936-cı ildə özü idarə etdiyi şəxsi təyyarə ilə 2000 mil yol qət edərək psixoanalizə həsr olunmuş konfransda iştirak etmək üçün Avropaya gəlir. Böyük çətinlik və şəxsi əlaqələr hesabına Freydlə görüşə nail olur. Metr qonağı uzun müddət dəhlizdə gözlətdikdən sonra nəhayət ki, pişvazına çıxır. Onların arasında mənasız dialoq baş tutur: - Mən Cənubi Afrikadan gəlmişəm ki, burada mühazirə oxuyum və sizinlə tanış olum. – deyir Perlz. Freydin cavabı gözlənilməz olur: - Çox əcəb. Nə vaxt qayıdıb gedirsiniz? Daha dörd dəqiqə havadan danışdıqdan sonra onlar həmişəlik ayrılırlar. Bu görüş Perlzı qəlbinin dərinliklərinə qədər təhqir edir.İnsident öz misalı ilə yarımçıq geştalta gözəl nümunə sayıla bilər. Bundan sonra Perlz ömür boyu Freyd ilə xəyali dialoqlar quraraq metrin zəif cəhətlərini üzünə çırpmış, yeni konsepsiyanın müxtəlif çalarlarını aşkarlamışdı. Nəticədə natamam geştalt nəzəriyyəsi təkmilləşdirilmiş, qazanan psixoanaliz olmuşdu. Qeyd edildiyi kimi geştalt – bütövlükdə qavrama deməkdir. Biz rəsm əsərinə baxanda tək-tək rəng yaxmalarını yox, ümumi tandemi görürük. Avstriya fiziki və filosofu Ernst Max göstərmişdi ki, musiqinin tonallığının dəyişdirilməsi onun tanınmasına əngəl törətmir. Çox məşhur daha bir misal var. Kembric universitetinin tədqiqatlarına əsasən sözlərdə hərf ardıcıllığı pozulsa belə, ilk və son hərflərin yerində işlədilməsi sözlərin düzgün oxunmasına rəvac verir. Çünki insan beyni tək-tək həfrrəli yox, bövütlüdkə szöü ouxuyr. Tamamlanmamış prosesləri beyin fiksə etməyə meyllidir. Bu, bir psixoloqun adı ilə Zeyqarnik effekti adlanır. Bu şəxs müşahidə etmişdi ki, kafedəki ofisiantlar yerinə yetirilməyən sifarişləri yadda saxladıqları halda icra olunmuş sifarişləri həmən unudurlar. Sonrakı tədqiqatlar onun müşahidəsinin təsdiqini verdi – icra olunmamış vəzifələr insan beynində müəyyən gərginlik yaradır. Natamam geştalt nə vaxt yaranır? 1.İllər boyu arzusunda olduğunuz bir şeyə çatmayanda. 2.Kimləsə münasibətiniz müəmmalı şəkildə qırılırsa, yaxud qəribə tərzdə sonuclanırsa. 3. Hansısa iş yarımçıq saxlanılırsa. Bir sözlə, istənilən natamam akt haqqında söhbət açdığımız kompleksin yaranmasına səbəb olur. Kompleksin yaranmasının göstəriciləri – sizi narahat edən keçmişə qayıtmaq həvəsiniz; sadalanmış mövzulara xəyalən döndüyünüzdə daxilinizdə baş qaldıran qıcıq və diskomfort hissidir. Evdə illərlə istifadə olunmayan əşyalar, çardaq və ya zirzəmidə keçən əsrdən qalma relikviya, lazım olmayan kompüter faylları, köhnə kağızlar, sənədlər, heç cür bağışlaya bilmədiyiniz insanlar, unutmaq iqtidarında olmadığınız neqativ hallar və s. və il. – bunlar hamısı yarımçıq geştalt ordusunun əsgərləridir. Frits Perlzin fikrinə görə nevrozu kultivirə edib qidalandıran əsas mənbə tamamlanmamış (açıq) geştaltdır. Natamam geştalt özbaşına bağlana bilərmi? Yox, əlbəttə. Burada ən düzgün yol onu mümkün qədər iqnor etməkdir. Əgər siz bütün emosiyalarınızla onu həyatınızda saxlayırsınızsa (dönə-dönə üzərinə qayıdır, götür-qoy edir, gecə-gündüz fikirləşir və beləliklə onu öz həyat enerjinizlə qidalandırırsızsa) o zaman əmin ola bilərsiniz: o heç zaman bağlanmayacaq. Burda V.Zelandı xatırlamaq yerinə düşür. “Reallığın transerfinqi”. Arzuladığınız bir şeyin həyata keçməsi ona verdiyiniz dəyərdən və vaciblik statusundan asılıdır. Amma limit gözlənilməlidir. “Çılğınlıqla arzulamağın kifayətdir ki, istədiyinə çatasan” – bu kəlamı unuda bilərsiz. Karmist nəzəriyyəçilərin də təməl müddəalarından biri ideallaşdırmaya aid idi, yəni heç nəyi mütləqləşdirib, konstant səviyyəsinə yüksəltmək lazım deyil. Beləliklə, siz onu bütləşdirib dinamik mövcudiyyat interaktivindən çıxarırsız, dialektik qanunauyğunluqların civarında buraxırsız və o öz müdhiş, rigid, ölü və daşlaşmış implisitliyində davam edir. Mübarizə aparmaq olar, əlbəttə, amma transparantlarsız. Arzulara aşırı dəyər vermək lazım deyil. Bu, onların həyata keçməsinə əngəl törədir. Onlara qarşı yadlıq nümayişi gərəkdir. İstənilən eyləm öz məntiqi sonluğuna yetməsə barmağa batıb toxumada irinləyən tikan kimi sürəkli problem törədərək həyatınızı zəhərləyəcək. Hər birimiz həyat boyu yüzlərlə yarımçıq geştalt qazana bilırık. Deyilməyib ürəkdə qalan söz, əziz insanla konflikt, borc imtahan kəsirləri və s. Sadə misal üzərində belə izah etmək olar: Siz monitorda çoxlu miqdarda pəncərə açmısınız və kompüter “asılıb qalıb”, hətta sönməsi də mümkündür. Təxminən analoji mexanizmlə insanın altşüuru natamam geştaltlarla zəhərlənir ki, bu da şəxsi inkişafa, məqsədə doğru irəliləməyə əngəl törədir. Şüuraltı üçün nə keçmiş, nə gələcək var. Ora ötürülmüş bütün komplekslər tək bir zamanda – İndi mövcuddur. Ona görə vaxtaşırı həyatımıza sirayət edib onun normal gedişatını poza bilir. Natamam geştalt fəsadsız ötüşmür. 1.O, insanı məmnunluq hissindən məhrum edib, xroniki həyəcan mənbəyinə çevrilir. Həyatının ən xoş məqamlarında belə insan ürək dolusu sevinə bilmir. Onu daim geriyə, qaranlığa səsləyən bir şeylər olur. 2.Yeni məqsədlərə doğru irəliləməyə mane olur, həyatı yenidən başlamaq ideyası fiaskoya uğrayır. Depressiv ovqat, halsızlıq, əzginlik, yuxusuzluq, nevroz və digər bu kimi simptomlar üçün məhz yarımçıq geştalta borcluyuq. Vaxtında ödəmədiyiniz cərimə xarici səfərə getməyinizə, yaxud borc kimi boynunuzda qalan zaçot diplom almağınıza necə mane olursa, natamam geştalt da həyatınızda təxminən belə bir ləngidici rol oynayır. Bunu insan sövqi-təbii hiss edir və imkan düşürsə geştaltı tamamlamağa can atır. Hansı yolla? Başqa şəxslərlə, oxşar situasiyalarda. Yəni başqalarını öz keçmişinin yarımçıq lövhələrində onu incidən kəslərin yerində görməklə, onlara həmin şəxslərin rolunu zorla sırımaqla. Geştalt tamamlanmamışsa, qaynaqlandığı mənbəyə oxşar situasiyalarla ard-arda həyatınızda zühur edib, bu yolla diqqətinizi problemin kökünə yönləndirməyə çalışacaq. Natamam geştalt bir yox, onlarla, yüzlərlə olur, üst-üstə qalaqlanmış vəziyyətdə, tort təbəqələri kimi. İlk növbədə üzdə olanla işləmək lazımdır. Bu yerdə inqramlardan danışmaq da olardı, amma lakoniklik xatirinə məqaləni köməkçi informasiyalarla yükləməyək. Valideynləri tərəfindən nələrdənsə məhrum edilmiş uşaqlar həmin o məğmun olduqlarının başqa yollarla iki, üç mislini qazanmağa çalışırlar. Evdə həyat yoldaşından sevgi, diqqət, qayğı görməyən şəxs dost məclisində üfüqi vəziyyət alana qədər içib keflənir ki, özünü idarə edə bilməsin və kimsə onu əlləri üstünə qaldırıb (qayğı çatışmazlığı) evə aparsın, Doğma ocağında görmədiyi sevgi və diqqəti kənarda axtarıb, ikiqat əvəzini çıxmağa çalışır insan. Yuxarıda göstərildiyi kimi valideyn/övlad münasibətində bu mövzu daha çox özünü göstərməkdədir. İnsanlar övladlarını onların istəmədiyi işlərə yönləndirməklə cavanlıq dönəmindən qalma yarımçıq geştaltlarını bu yolla bağlamağa çalışırlar. Məs.övlad öz istəyinə zidd olaraq hər hansı bir ixtisası seçməyə məcbur olur ki, atanın (ananın) vaxtında reallaşdıra bilmədiyi arzusu gözündə qalmasın. Tamamlanmamış geştaltla işləmək lazımdır. Onu özündən uzaqlaşdırıb dəf etmək üçün ona qalib gəlməlisiniz. Daxilinizə boğduğunuz emosiyalar, dərinlərə qovduğunuz kədər, içinizdə basdırdığınız anlaşılmazlıq “natamam geştalt” adlı komplekslər əjdahasını daim ayaqda saxlayacaqdır. Dərd dilə gətirilməli, çözülməli, lazımsa göz yaşlarında yuyulmalıdır, bununla onun qarsalayıcı hərarəti böyük dərəcələrlə endirilmiş olur. Perlz deyirdi: “Şüuru söndürün, hisslər qalsın”. ... və bu hisslərlə də keçmişlərə qayıdıb həyatınızdakı konflikt situasiyaların, nevroz və depressiyanın qaynağını tapmalısınız. Psixoloji blokların somatikaya nüfuz etmə kimi təhlükəli xüsusiyyəti var. Bu zəmində yaranan xəstəliklər psixosomatik mərəz adı almışdır. Bu zaman əsas əziyyət çəkən orqanlar ürək, böyrəklər, mədədir. Mərkəzi sinir sistemi, əzələlər (qıcolma) və qan dövranında da nəzərəçarpan dəyişikliklər baş verir. Geştalt fəlsəfəsinin (geştalt terapiyanın) əsas prinsipləri: a).“İndi və burada”. Keşmiş və gələcəklə yaşamaq lazım deyil. b).Böyük enerji sərfinə bais olan boş xülya və fikirləri özünüzdən uzaqlaşdırın. Düşüncələrə dalıb xoşbəxt olmağı qərara almaq yox, xoşbəxt olmaq lazımdır. v).Məsləhətlərə bacardıqca az qulaq asmağa çalışın. Heç kəs sizə lazım olanı sizin qədər dəqiq bilmir. d).Hiss, fikir və əməlləriniz üçün məsuliyyət daşımağı öyrənin. Kənarda səbəbkar /müqəssir axtarmaq yaxşı nəticə vermir. Komplekslərlə işləmək əvəzinə bəzən insan yeməyə üz tutur. Daxildə artan, böyüyən “aclıq” duyğusunu dəf etmək üçünsə problemin səbəbi araşdırılmalıdır. Kimi stress və depressiyaya yeməklə (bulimiya), kimi alkoqolla və narkomaniya ilə qalib gəlmək istəyir. Natamam geştaltın yaranmasına yol verməmək üçün başlanılan işi çalışıb sona yetirmək lazımdır. Artıq yaranıbsa, o zaman tamamlanması məsləhət görülür. Keçmişin indiyə sirayət etməsinin qarşısını almaq üçün onu silmək, birdəfəlik unutmaq ən doğru yoldur. Əgər bu mümkün deyilsə həmin insanları tapıb yarımçıq geştaltı tamamlamaq, bu da alınmırsa (onlar dünyasını dəyişmiş) o zaman keçmişin analoji modelini yaradıb, onu yaşamaq, yəni başqa insanlarla situasiyanı “oynanaq” lazımdır. Sonuncunu mütəxəssisin rəhbərliyi altında xəyali modellə də aparmaq qənaətbəxş sayılır. Bu üsullar modelləşdirmə adlanır. İstənilən halda uğurlu terapiya üçün əsas lazım olan - ilkin impulsun düzgün müəyyənləşdirilməsidir. Bir şeyi də qeyd etmək lazımdır ki, Şərq mentaliteti bu komplekslərin, psixikanı sarsıdan yavaş sürətli bombaların saxlanılması üçün dərin və zəngin zəmin verir. Ta uşaqlıqdan beyinlərə yeridilən və “camaat nə deyər?” misallı xüsusi ədəva/cövhərlə işlənilmiş “belə etmə; ora getmə; sus, danışma; döz, səbrini bas; insan zülmə tabedir; dərd çəkməkçün yaranmışıq; axirətinçün yaşa; əsl həyat öləndən sonra başlayır” kimi məsləhətlər (daha çox təlqin/imperativlər) sizi natamam geştalt burulğanının düz ortasına atır. Ona görə Şərq insanı azadlıq, müstəqillik baxımdan daha acı durumda.. , müxtəlif çeşidli həyat hadisələri qarşısında daha müti, daha idarəolunan, aciz, daha kölə...
EMDR (Göz hərəkətləriylə laqeydləşdirmə və yenidən emal) 1987-ci ildə Amerikalı psixoloq Francine Shapiro tərəfindən kəşf edilən psixoterapiya texnikasıdır.Aspirantura tezisiylə məşğul olduğu sırada, könüllü göz hərəkətləriylə birlikdə narahat edici düşüncələri düşünəndə,bu düşüncələrin yaratdığı mənfi hisslərin azaldığını görən Shapiro,bu kəşfinin fəaliyyətini araşdırmaq adına travma sonrası stress pozğunluğu olan Vyetnam veteranlarıyla,təcavüz və cinsi istismar mağdurlarıyla araşdırmalar etmişdir.Bu araşdırmalar nəticəsində göz hərəkətləriylə laqeydləşdirmə (EMDR) travmatik yaşantıların mənfi təsirlərinin mənalı dərəcədə azaltdığını görmüşdür. Araşdırmalarına davam edən Shapiro,göz hərəkətləriylə laqeydləşdirmə (EMDR) tətbiq etdiyi konsultantların və EMDR\'ni tətbiq edən digər kliniklərin verdiyi əks reaksiya çərçivəsində,müalicə sonrası xəstələrdə travmatik həyatla əlaqədar yaranan fikir və idrak dəyişiklikləri də əlavə edərək, EMDR texnikasını inkişaf etdirərək bu gün istifadə edilən şəklini vermişdir (EMDR). Shapiro EMDR\'nin işləyişini və fəaliyyətini açıqlamaq adına \"İnformasiya Generasiya Nəzəriyyəsi\" adını verdiyi bir nəzəriyyə ortaya çıxarmışdır.Bu nəzəriyyəyə görə bütün insanların fizioloji əsaslı bir məlumat emal sistemi vardır.Bu sistem,bizim təcrübələrimiz və xatirələrimizin onlara çataraq ən təsirli şəkildə fəaliyyətini təmin edir.Xatirələrimiz,zehində onlarla əlaqədar düşüncələr,şəkillər,duyğular və hisslər şəklində saxlanılır.Öyrənmə prosesi,yeni məlumatların,yaddaşımızda hal-hazırda olan köhnə məlumatlarla əlaqəyə keçə bilməsiylə olur.Çox mənfi ya da travmatik bir hadisə yaşananda,bu hadisəylə bağlı yaranan mənfi duyğular,informasiya emal prosesinə müdaxilə etməkdə və bu əməliyyatın yarıda qalmasına səbəb olmaqdadır.Beləcə travmatik anının,yaddaşın digər qisimlərində tutulan digər məlumatlarla əlaqəsi qopmuş olur. Məsələn,bir təcavüz qurbanı,yaşadığı hadisənin təcavüzcünün günahı olduğunu bilir,lakin bu məlumatla,travma sonrası yaranan özünü günahlandırma hissi ilə əlaqəyə keçə bilmədiyi üçün hücumun öz günahı olduğunu düşünməyə davam edir.Bir adam yaşadığı zədəni düşünərkən,ya da bu travmatik anı bənzər vəziyyətlərdə ya da mühitlərdə tətikləndiyini,o hadisəni təkrar yaşadığını hiss edə bilir.Travmatik hadisə zamanı ortaya çıxan güclü mənfi fiziki və emosional reaksiyaları yalnız hadisə ağlına gəldiyində belə göstərə bilir.Travma sonrası stress pozğunluğu (TSSP) simptomları olan travmayla əlaqədar məcburedici və birdən araya girən düşüncələr,romantik narahatlıq və özü ilə əlaqədar mənfi inanclar,travmatik anının düzgün bir şəkildə işlənə bilinməmsindən qaynaqlanmaqdadır. Shapiro EMDR\'nin,işlənmə müddəti yarıda qalan travmatik xatirələri sağlam bir şəkildə işləyərək,bu xatirəyə bağlı ortaya çıxan narahatlıqların aradan qaldırılmasını təmin etdiyini ifadə etmişdir. İnformasiya Generasiya prosesi,travmatik anının zehində uyğun bir şəkildə saxlanmasını təmin etməkdədir.Bu prosesin davamında travmatik təcrübə,uyğun duyğular,hisslər və fərdi inanclarla birlikdə kodlanmaqda və adamın bu anıya ətf etdiyi mənfi düşüncə və duyğuların müsbət bir şəkildə kodlanması təmin edilməkdədir. EMDR müxtəlif psixoterapiya yanaşmalarını bünyəsində saxlayan (psixodinamik,koqnitiv-bihevioral, təcrübi,bədən-mərkəzli) əhatəli və bütünləyici bir psixoterapiya texnikasıdır.EMDR\'nin qurulmuş bir protokolunun olması,müalicənin effektivliyini olduqca artırmaqdadır.Bu protokol,travmanın gətirib çıxardığı mənfi duyğu,inanc və bədən duyumlarına qarşı duyarsızlaşdıran və müsbət bir şəkildə yenidən işlənməsini təmin edən 8 addımdan meydana gəlməkdədir. Texnika əsnasında göz hərəkətləriylə,səslərlə və ya bədəndə edilən kiçik toxunuşlarla cüt tərəfli (beynin sağ və sol tərəfi) tabeçilik təmin edilir.Bu tabeçilik əsnasında pasiyent keçmiş xatirələrinə,o xatirələri tətikləyən bu gün yaşadığı hadisələrə və gələcəkdə yaşamaq istədiyi müsbət təcrübələrə gedir.Bu müddət boyunca pasiyent fikir qazanmaq,xatirələrdə dəyişmə yaşamağı,ya da yeni əlaqələr qurmağı təcrübə edə bilər. EMDR\'nin səkkiz addımı: 1)İlk addım pasiyent keçmişiylə əlaqədar məlumat almaqdır.Terapevt pasiyent EMDR üçün uyğunluğunu analiz edir,uyğun bir müalicə planı çıxarır və EMDR\'lə çalışılacaq hadisə müəyyən edilir. 2)Terapevt pasiyentə EMDR müddətini açıqlayır və pasiyentdən təsdiq alır.Terapevt pasiyentlə birlikdə,seanslar müddətində və ya sonrasında onu rahatlaşdıracaq bir \"etibarlı yer\" müəyyənləşdirir. 3)3-6 addımlarından EMDR ilə çalışılacaq anı müəyyən edilir və EMDR proseduru istifadə edilməyə başlanılır.Pasiyent çalışmaq istədiyi anını ən yaxşı izah edən rəsmi seçir və bu şəkilə baxdığında özüylə əlaqədar düşündüyü mənfi inancı təyin edir.Bu mənfi inancın yerinə o şəkilə baxanda özüylə əlaqədar nəyə inanmaq istədiyi müəyyən edilir və bu anda şəkilə baxanda özüylə əlaqədar müsbət inancın nə qədər etibarlı olduğunu 1 ilə 7 arasında qiymətləndirir O,şəkillə əlaqədar duyğuları, 0 ilə 10 arasında narahatlıq dərəcəsi və bu rəsmi düşündüyündə bədənində olan çətinlikləri təyin etdikdən sonra növbəti addım olan laqeydləşdirməyə keçir. 4)Laqeydləşdirmə mərhələsində pasiyent çalışmaq istədiyi rəsmi,bu şəkilə baxdığında özüylə əlaqədar düşündüyü mənfi inancı,duyğularını,bədənində yaşadığı çətinliyi düşünərək terapevtin etdiyi cüt tərəfli stimulyasiyanı (göz hərəkətləri, səs və ya kiçik toxunuşlara) yönəlmişdir. 5)Yerləşdirmə mərhələsində pasiyent özüylə əlaqədar təyin etdiyi müsbət inancı cüt tərəfli stimulyasiyayla yerləşdirilir. 6)Bədən axtarış mərhələsində pasiyent onu narahat edən rəsmi düşünüb bədənini arayır və bədənində hər hansı bir narahatlıq olub-olmadığını müəyyənləşdirir.Somatik narahatlıqlar cüt tərəfli stimulyasiya istifadə edərək laqeydləşdirilir və yenidən işlənərək aradan qaldırılır. 7)Bağlanma mərhələsində terapevt pasiyentə bir sonrakı seansa qədər çalışılan şəkillə əlaqədar ortaya çıxan duyğu,görünüş və ya fiziki sensasiyanı qeyd etməsini bildirir və bu kimi vəziyyətlərlə başa çıxa bilməsi üçün müxtəlif rahatlama məşqləri göstərir. 8)Bir sonrakı seans,qiymətləndirmə mərhələsiylə başlayır.Bir əvvəli seans və daha sonrasında ortaya çıxan dəyişmələr qiymətləndirilir.EMDR seanslarından sonra pasiyentlər ümumiyyətlə,çalışılan xatirəyə bağlı romantik narahatlığın ortadan qalxdığını və ya böyük bir ölçüdə azaldığını və əhəmiyyətli bir ölçüdə fikir qazandıqlarını bildirirlər. Əldə edilən bu duyğusal və koqnitiv dəyişikliklər,məsləhətləşənlərin davranışlarında və fərdi həyatlarında müsbət dəyişikliklərə gətirib çıxarmaqdadır.EMDR travma başda olmaq üzrə bir çox psixoloji çətinliklə başa çıxmada fəaliyyəti sübut edilmiş və geniş miqyasda istifadə edilən bir psixoterapiya texnikasıdır. EMDR haralarda istifadə edilir? Shapiro\'nun inkişaf etdirdiyi standart EMDR protokolu zaman içərisində müxtəlif psixoloji narahatlıqlarla çalışan kliniklər tərəfindən inkişaf etdirilmişdir. Edilən işlərdə EMDR\'nin yalnız travma sonrası stress pozğunluğu\'nun (TSSP) müalicəsində deyil,bir çox dəyişik psixoloji narahatlıqların müalicəsində fəaliyyət göstərdiyi müxtəlif işlərlə göstərilmişdir. EMDR\'nin aşağıda göstərilən psixoloji narahatlıqların müalicəsində fəaliyyəti,edilən işlərlə dəstəklənmişdir. 1) İraq,Əfqanıstan,Vyetnam,Koreya və 2.Dünya Müharibəsində döyüşmüş TSSP simptomları göstərən və müalicəyə müqavimətli əsgərlərlə edilən işlərdə EMDR seanslarından sonra məsləhətləşənlərin TSSP\'na bağlı yaşadıqları flashback\'lərin (hadisəyə geri dönmə),kabusların və digər TSSP simptomlarının itdiyi görülmüşdür. 2) Fobiya, Panik pozğunluq və geniş yayılmış itirmə Pozğunluğu yaşayan şəxslərin EMDR\'dən sonra qorxuları və simptomlarında sürətli azalma olduğunu ifadə ediblər. 3) Cinayətdən zərər çəkənlər,polislər,xilasedicilər və sahə işçiləri kimi hücuma məruz qalan və ya işlərinin təbiəti gərəyi sıx stress altında çalışan kəslərin,EMDR\'dən sonra bunlara bağlı narahatlıqlarının itdiyini ifadə etmişlər. 4) Bir yaxının itkisinə bağlı olaraq sıx kədər və yas yaşayan kəslərin EMDR seanslarından sonra yas müddətini daha rahat keçirdikləri müşahidə edilmişdir. 5) Uşaqlar və yeniyetmələrin yaşamış olduqları zədələrə bağlı inkişaf edən simptomlarda yaxşılaşma görülmüşdür. 6) Təbii fəlakət və ya insan əliylə yaradılan fəlakət qurbanları normal həyatlarını davam etdirə bilməkdədir. 7) Qəza,əməliyyat,ya da yanıqlara məruz qalan və buna bağlı olaraq duyğusal və fiziki baxımdan narahatlıq duyan kəslərin EMDR seanslarından sonra məhsuldar həyatlar yaşamağa başladıqları müşahidə edilmişdir. 8) Ailə,evlilik problemləri və cinsi problemlər yaşayan kəslərin sağlam əlaqələr qura bilməsini təmin edən təsirli bir texnika olduğu görülmüşdür. 10) Dissosiativ Pozğunluğu olan şəxslərin yaxşılaşma prosesinin EMDR ilə,ənənəvi müalicə metodlarına nəzərən,daha qısa müddətdə reallaşdığı görülmüşdür. 11) Performans qayğısı yaşayan,ya da məktəbdə,işdə,sənət və idman sahələriylə məşğul olarkən əksiklik yaşayan fərdlərin performansının artırılmasında təsirli bir şəkildə istifadə edilməkdədir. 12) Somatik və ya somatoform pozğunluq,migren ağrısı,xroniki ağrı,xroniki ekzema,mədə-bağırsaq problemləri, mənfi bədən forması yaşayan fərdlərin müalicəsində istifadə edilməkdədir. 13) Kəskin travma,travma sonrası stress pozğunluğu və travma əsaslı şəxsiyyət problemlərinin müalicəsində bilinən ən təsirli psixoterapiya texnikalarından biridir. Nərmin QuliyevaXəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi