Psixoanaliz- psixoloqiyanın XIX əsrin axırlarında Avsriyali psixiatr və psixoloq Ziqmund Freyd tərəfindən yaradılmış mühüm bir istiqamətidir. Öncə psixoanaliz isterik nevrozların öyrənilməsi və müalicəsi metodu kimi yaranmışdır. Psixoterapevtik praktikanın nəticələrinin, həmçinin normal psixi həyatın müxtəlif hadisələri- yuxugörmənin, dil çaşmalarının, yanlış hərəkətlərin, zarafatların analizi- Freyd tərəfindən ümumi psixoloji mexanizmlərin fəaliyyətinin nəticəsi kimi şərh edilmişdir.Psixoanaliz nəzəriyyəsinin əsas müddəalarından biri psixikanı şüurlu və şüursuz hissələrə ayirmasıdır. İnsanın bildiyi, bu dəgigə dərk etdiyi hər bir şey şuurlu hesab olunur. Unutduğu, tam dərk etmədiyi və ya dərk etmək sərf etmədiyi üçün şuurundan kənarda qalan bütün başqa şeylər isə onun şuursuz sferasını təşkil edir.İnsanın təfəkkürünü, hislərini və davranışını-- kökü uşaqlıq dövrünün psixotravmatik təəssüratlarına gedən və ya cəmiyyətdə mövcud olan əxlaq və mədəni normalarla toqquşan şüuraltı istəklər təyin edir. Beləliklə daxili psixoloji konfliktlər yaranır. Bu konfliktlərin həll edilməsi şüurdan pis, lakin təbii instinktlərin və arzuların kənarlaşdırılması ilə yerinə yetirilir. Şüurdan kənarlaşdırılmış bu istək və arzular izsiz keçmir. Onlar insan psixikasının dərinliyinə keçir, əvvəl-axır gərginlik yaradaraq özünü hər hansı bir formada biruzə verir. Psixoanaliz nədir?Birinci növbədə psixoanaliz -müalicə metodudur, indiki dövrdə demək olar ki, bütün psixoanalitiklər-həkimlərdir. Psixoanalitik çalışır ki, xəstənin simptomlarını aradan qaldırsın- onu lazımsız şübhələrdən, əsassız günah hissindən, öz-özünü günahlandırmaq kimi əzabverici emosiyalardan, yanlış mülahizələrdən və səbəbsiz həyəcanlanmalardan azad etsin. Bundan başqa pcixoanalitik öz qarşısına məqsəd qoymalıdır ki, xəstəni sakitləşdirməklə yanaşı, onun şəxsiyyətini təhlil etsin. Psixoanalitik terapiyanın əsas məqsədlərdən biri də insanın özünü tam dərk etməsidir. İnsan yalnöz nə istədiyini, nədən qorxduğunu, nəyə qarşı biganə olduğunu biləndən, yəni özü-özü ilə tam səmimi olmağı öyrəndikdən sonra xoşbəxt ola bilər. Məhz buna psixoalitik terapiya nail olmağa çalışır. Lakin psixoanalitik -yalnız rəhbər və müşahidəçidir, sonda bütün prosesin nəticəsinə cavabdeh pasientdir. İkinci-psixoanaliz ümumiyyətlə insanın, xüsusən istəklərin, impulsların, motivlərin, yuxugörmələrin, fantaziyaların, şəxsiyyətin erkən inkişafının, emosional dəyişikliklərinin elmi müşahidəsi və tədqiqi metodudur. Psixoanaliz necə aparılır? Psixoanaliz prosesi şəxsiyyətin öyrənilməsi, tətqiqi və yenidən qurulmasından ibarətdir: bu ona görə edilir ki, fərd öz gərginliyini onu çıxartmaq vaxtı gələnə qədər çətinlik çəkmədən saxlaya bilsin. Gərginliyə səbəb olan şüuraltı fikri şüurlu etmək və lazımsız gərginliyi nəzarət altına almaq vacibdir. Psixoanaliz uzun müddət bəzən illərlə davam edən bir prosesdir. Psixoanalitik ilə pasient həftədə 2-3 dəfə, 1saat davam edən seanslarda görüşür. Ənənəvi psixoanaliz seansı zamanı xəstə kuşetkada uzandırılır, analitik isə görmə sahəsində olmamaq üçün onun baş tərəfində oturur. Bu zaman xəstənin psixikası yayınmadan işləyə bilir. Bu metod həkimi də artıq gərginlikdən azad edir, həkim xəstənin danışıqları üzərində fikrini daha yaxşı cəmləşdirə bilir. Analitikin əsas vəzifəsi pasienti diqqətlə dinləmək, lazım olanda onu istiqamətləndirmək, problemləri müzakirə etmək, yaranmış suallara cavab verməkdi. Psixoanalizdin bir metodu da sərbəst assosiasiya metodudur. Bu o deməkdir ki, fikirlər, ideyalar cərbəst, qarşısı alınmadan senzurasız ifadə olunur. Pasient ağlına gələn hər bir şeyi düşünmədən, utanmadan danışmalıdır. Sərbəst asossasiya (şüurda ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə) vəziyyətində xəstənin psixikası adətən arzularla, hislərlə, xatirələrlə, fantaziyalarla, mülahizələrlə və yeni baxış nöqtələri ilə dolur, bütün bunlar ilk baxışda tam qarışıq şəkildə olur. Lakin qarışıqlığa və dalğınlığa baxmayaraq, hər bir fikrin və hər bir jestin müəyyən gərginliklə əlaqəli mənası var. Saatlar və günlər keçdikcə qarışıq hörümçək toruna bənzər fikirlərdən məna və əlaqə yaranmağa başlayır. Uzun müddət ərzində tədricən bəzi mərkəzi mövzular yaranır. Bunlar xəstənin şəxsiyyətinin əsas strukturunu təşkil edən və onun bütün simptomlarının, assossasiyasının mənbəyi olan, çoxdan şüuraltında saxlanılmış və şəxs tərəfindən dərk oluna dilməyən, erkən uşaqlıq dövründən təmin olunmamış qalan tələbatlar və hisslərə aid olan mövzulardır. Psixoanalitik terapiya davam etdikcə bir müddətdən sonra axtarım- transfer fenomeni meydana çıxır. Bu nə deməkdir? Pasient kökü erkən uşaqlıq dövrünə aid olan, öz həll olunmamış emosianal problemlərini analitikin şəxsiyyətinə yönəldir. Bu zaman pasientdə analitikə qarşı sevgi, nifrət və s. bu kimi güclü hisslər yarana bilər. Analitik bu hisslərin transfer olduğunu pasientə izah etməli, və birgə müzakirə etməklə suursuz sferadan informasiyaların suura keçməsinəvə beləliklə daxili konfliktlərin həll olmasına şətait yaratmalıdır.Analitikin xəstəyə münasibəti ciddi şəkildə tam neytral olmalıdır. Analitikin əsas işi xəstə özünü hər dəfə aldatdıqda ona bunu söyləməkdir. Ona görə həkim həmişə özünətənqidi mövqeyini qorumalıdır, xəstəyə qarşı olan rəğbət və ya qəzəb kimi hisslərini aşkarlamamağa çalışmalıdır. Çünkü bunlar xəstəyə, həkimi və özünü aldatmaq imkanı verə bilər. Analitikdə xəstəyə qarşı arzuolunmayan emosional münasibətlərin yaranmasına qarşıaxtarım (kontrtransfer) deyilir. Lakin psixoanalitik nəzəriyyə inkişaf etdikcə kontrtransferdən də istifadə olunmağa başlandı. Yəni psixoanalitik özündə pasientə qarşi yaranmış emosiyalarını analiz edərək həm pasienti daha yaxşı anlayır, onun əhatəsində olan insanlarla münasıbətini daha yaxşı dərk edir, və bütün bunları pasientlə müzakirə etmək imkanı əldə edir.Bəzən belə sual yaranır. Psixoanaliz kiməsə zərər verə bilərmi? Ən böyük təhlükə -psixozun sərhəddində olan xəstənin, onun həqiqi vəziyyəti haqqında məlumatı olmayan analitik tərəfindən müalicəsidir. Analitik həmçinin nevrozları beynin digər xəstəliklərindən və hormonal dəyişikliklərdən fərqləndirilməsində ehtiyyatlı olmalıdır.Üçüncü-psixoanaliz elmi psixologiyanın bir sistemidir, yəni insan davranışı və evlilik, valideynlərlə uşaqlar arasındakı əlaqələr kimi insani münasibətlərin nəticəsini proqnozlaşdırmaqda psixoanalizdən istifadə etmək olar.
Psixoloq.az xəbər verir ki,bu gün Azərbaycanı Saxalin vilayətində təmsil edən diaspor rəhbəri Nazir Hətəmov Yenigundem.az xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlu,Şəhid Pəncəli Teymurovun məzarını və ailəsini ziyarət etmiş, əhidin ailə üzviləri ilə birlikdə şəhid məzarını ziyarət edərək önünə gül dəstələri qoymuşdular. Dİaspor rəhbəri.Nazir Hətəmov mütamadi olaraq bütün şəhidlərimizi Bakıda və bölgələrdə ziyarət edir və ailələrinə baş sağlığı verir.Onuda qeyd edək ki,bu gün şəhid Pəncəli Teymurovun toy günüdür Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenic yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyattçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: ” Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”
Azərbaycanlı cütlük təzminat tələb edir “Biz Qazaxıstanda yaşadığımız dəhşətləri heç bir zaman unutmayacağıq, biz qardaş və dost ölkədə hüquqlarımızın bu cür pozulmasını gözləməzdik”.Psixoloq.az xəbər verir ki ,bunu REAL-a Qazaxıstanın Aktau şəhərində qanunsuz olaraq həbsdə yeddi ay saxlanılan azərbaycanlı iş adamı Azər Quliyevin xanımı Emiliya Quliyeva deyib. Azər Quliyev isə Aktauya qaytmağa qərar verir, əsil dəhşətlər isə elə onda başlayır. Qanunsuz həbs, işgəncələr, təhdidlər və şantaj. Azərbaycanlı ailə Qazaxıstan hüquq muhafizə orqanlarının qanunsuzluqlarına görə Bakıdakı ev və maşınlarını satmaq məcburiyyətində qalır.Emiliya Quliyeva həm də bildirir ki, Qazaxstan Milli Təhlükəsizlik orqanlarının nümayəndləri onlarda işin asanlaşması üçün rüşvət də tələb edib. Yeddi aydan sonra isə Azər Quliyevin günahsız olduğu məhkəmədə subut olunub, amma bununla cütlüyün başına gələn oyunlar bitməyib.İndi ailə bu müddət ərzində itirdiyi maddi və mənəvi zərəri geri almaq üçün cəhdlər edir.
Qədim zamanlarda Transilvaniyada evli insanlara ayrılmamaq üçün tətbiq edilən üsullar eşidənlərin təəccübünə səbəb olur.Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu üsullar qorxunc səslənsə də, insanların evliliklərini xilas etməsi üçün işə yarayıb.Ruminyada yerləşən Transilvaniya bölgəsində UNESCO-nun Dünya Mirası siyahısına salınan, saksonlara aid yeddi kənd mövcuddur. Biertan kəndi də bunlardan biridir. Burada yerləşən kilsənin həyətində 300 il yaşı olduğu iddia edilən bir otaq var. Keçmişdə keşişlər bu otağı qəribə məqsədlə istifadə edirmiş.Belə ki, bir-birilə yola getməyən evli cütlüklər 6 həftə boyunca bu otaqda qalırmış. Bu üsulla boşanmaq istəyən cütlüklər qərarlarından vaz keçirmiş. İddialara görə, otağın 300 illik istifadə müddəti ərzində sadəcə bir boşanma hadisəsi qeydə alınıb.Hazırda muzey kimi istifadəyə verilən otaqdakı əşyalar bir nəfəlik yataq, masa və kiçik bir sandıqdan ibarətdir.Transilvaniyada məskunlaşan saksonların dini inancı Lüterçi Protestant Xristianlığı olub. Bu din bəlli şərtlər çərçivəsində boşanmağa icazə versə də, cütlüklərin boşanmasının qarşısını almağı daha üstün tutub. Kilsənin həyətində yerləşən bu otaq da həmin cütlüklərin barışması üçün nəzərdə tutulub.Biertan kilsəsinin hazırki keşişi ənənə haqqında bunları deyib:“Çox güman ki, keçmişdə evlənən insanlar bir-birilərinə sevgi ilə bağlanmırdılar. Onların tək məqsədi işləmək və həyatda qalmaq mübarizəsi olub. Cütlüklərin 6 həftə müddətində bu otaqda kilidlənməsi bir il sonrası üçün qida toplamasına imkan verməyib. Bu səbəbdən boşanmaq istəyən cütlüklər bir an öncə barışıb öz normal həyatlarına geri qayıdıblar.Modern ailələrdə insanlar bir-birilərinə çox az vaxt ayırırlar. Yəni, biz bu laqeydliyi nəsillərimizdən miras almışıq. Buna görə bizim üçün nəyin yaxşı olduğuna qərar vermək və bizi bir arada saxlayan şeyləri bilmək üçün daha çox dialoqa girməyə ehtiyacımız var”.
Boşanmaların sayının artmasına səbəb artıq ailədə dəyərlər sisteminin çat verməsidir. Bunu oxu.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, boşanmaların səbəbləri çoxdur: “İlk növbədə odur ki, bəzi insanlar ailəni köhnə qayda ilə idarə edirlər. Təbii ki, bununla razılaşmayanlar olur və münasibətlərdə problem yaranır. Nəticədə isə cütlüklər boşanır. Eyni zamanda, erkən nikah qurmağa məcbur edilənlər, yaşı keçdiyinə görə məcburi ərə verilənlər, işsizlik, xəyanət də rol oynayır. Elə qadınlar var ki, öz azadlıqlarının zorla məhdudalaşdırılmasını istəmirlər”. Mehriban Zeynalova bidirib ki, boşanmaların qarşısını almaq mümkün deyil: “Dəyərlər sistemi çat verib. Hansısa formada boşanmaların qarşısını almaq mümkün deyil. Proses özü tənzimlənəcək. Şüurlu ailə qurma prosesi olana kimi bü cür davam edəcək”. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubovbildirib ki, hazırda Azrbaycanda ən böyük problem milli-mənəvi dəyərlərin aşınmasıdır: “İnternet, sosial şəbəkələr, insanlar arasında qəddarlığın yüksəlməsi bu dəyərlərin aşınmasına gətirib-çıxarır. Əvəllər dolanışıq yaxşı olmasa da, insanlar bir-biri ilə yola gedir, anlaşırdılar. İndi heç nədən problemlər yaranır, böyüyür, bir-birini qəbul etmirlər və boşanırlar. Araşdırdıqda isə məlum olur ki, cütlüklər arasında olan problem boşanmaq üçün səbəb deyil”. Nizami Əyyubov bildirib ki, son 10 ildə boşanmaların sayı 70-80 faizə qədər artıb: “Müstəqillik illərindən əvvəlki və indiki dövrü müqayisə etsək, hazırda boşanma sayı daha kəskindir. Ölkədə təbii artım azalıb və düşməkdə davam edir. Təbii artım hər 1000 nəfərə 19-20-dən doqquza düşüb. Dövlət tərəfindən demoqrafiya problemlərinin həlli üçün proqramlar qəbul olunub. Amma hazırda da təbii artım azalmaya doğru gedir. Səbəb isə cütlüklərin boşanması və doğulanların kəskin azalmasıdır. Boşanan adam uşaq istəyərmi? Təbii ki, yox”. Şöbə müdiri qeyd edib ki, ölkədə təbii azalma prosesi bir müddət davam edəcək: “Hazırda Azərbaycanda əhalinin sayı həm təbii artım hesabına, həm də ölkəyə gələnlərin sayına görə artmaqdadır. Əvvəllər də miqrasiya balansı mənfi idi. Eyni zamanda, təbii artımın bir hissəsi ölkədən kənara çıxırdı. İndi isə belə deyil. Ermənistanda isə təbii artım və əhalinin sayı bizdən üç dəfə azdır. Artımın çox hissəsi kənara gedir. Həm də miqrasiya və demoqrafiq artımı aşağıdır. Ermənistanla müqayisə edəndə, bizdə vəziyyət çox yaxşıdır. Amma ölkədə milli-mənəvi dəyərlərin aşınmasının qarşısı mütləq alınmalıdır”. Qeyd edək ki, 2018-ci ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah, 7219 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub. Ötən ilin müvafiq dövründə isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 40256 nikah və 9787 boşanma halları qeydə alınıb. Hər 1000 nəfərə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. Nəticəyə əsasən, deyə bilərik ki, nikah və boşanmaların sayı azalıb.
Hamımız maddi şeylərin insanları xoşbəxt edə bilmədiyini eşitmişik. Lakin insanların bir qismi yenə də etdikləri alış-verişin özlərini xoşbəxt edəcəyini düşünür və daha çox pul xərcləyərək xoşbəxt olacaqlarını güman edirlər. Bu tip insanlara baxanda, qarderoblarının geyinilməmiş paltarlar və ayaqqabılarla dolu olduğunu görərsiniz. Həyat yoldaşlarından və digər sevdiklərindən həmişə bir hədiyyə gözləyirlər, lakin aldıqları hədiyyə nə olursa olsun, həyatlarında bir fərq yaratmır. Yazının başlığının əksinə deyirəm ki, xoşbəxtlik pul ilə alına biləcək bir şey deyil. Özümüz üçün xərclədiyimiz pul yalnız həyat standartlarının daha yaxşı olmasına yardımçı olmağa yarayır. İndi görək pul həqiqətən xoşbəxtlik gətirir, yoxsa xoşbəxtlik başqa şeylərdə gizlidir? Təcrübələr Bundan bir il öncə ananızın sizə aldığı hədiyyə sizi bu gün xoşbəxt etməyəndə, onunla yaşamış olduğunuz gözəl bir təcrübə, şirin bir xatirə, xoşbəxt bir an sizi bu gün yenidən güldürüb sevincli edə bilər. Bu səbəbdən xüsusilə həyat yoldaşınıza hədiyyə alarkən bahalı köynək, brilliant bir boyunbağı kimi gəlib keçici şeylər əvəzinə, fərqli və gözəl təcrübə yaşadacaq hədiyyələr seçilməlidir. Övladınıza aldığınız son model bir mobil telefonu onu müvəqqəti olaraq həyəcanlandırırsa və xoşbəxt etsə də, birlikdə tutduğu komandanın oyununa getməyiniz qədər xoşbəxt edə bilməz. Çünki telefon köhnələcək, yeni modelləri çıxacaq. Amma yaşadığınız o gözəl xatirə hər xatırlayanda oğlunuzu xoşbəxt etməyə yetəcək. Bu səbəblə çox bahalı hədiyyələrin insanları xoşbəxt etmədiyini, əksinə, doyumsuzlaşdırıb məyus olacağına səbəb olduğunu qeyd etməliyəm. Amma yaşadığınız gözəl təcrübə və xatirələr həm sizi həm qarşınızdakını uzun bir zaman xoşbəxt edəcəkdir. Xobbi Bu gün çox bahalı xobbilərə malik insanların varlığını bilirik. Amma bu xoşbəxtliyi gətirəcəyi mənasını daşımaz. Halbuki tikiş tikmə kimi bir xobbisi olduğunu bildiyiniz qız qardaşınız üçün alacağınız tikiş maşını onu uzun müddət xoşbəxt edəcəkdir. Ya da gitaraya maraqlı övladınıza aldığınız bir gitara və yazdığınız gitara kursu, onu bir kompüter oyunundan çox daha xoşbəxt edə bilər. Sevdiklərinizin xobbilərini bilib onlara, xobbilərinə qarşı hədiyyələr almaq xoşbəxt olmalarını təmin edəcəkdir. Unutmayın birinin xoşbəxt olmasına vəsilə olmaq sizi də ən az onun qədər xoşbəxt edəcəkdir. Çünki xoşbəxtlik yoluxucudur. Praktik Ehtiyaclar Sevdiklərinizin gündəlik işlərinə yardımçı olacaq praktik ehtiyaclarını təmin etməyiniz, onları xoşbəxt etməyiniz üçün bir vasitədir. Ananızın artıq köhnələn və iş görməz hala gələn elektrikli süpürgəni dəyişməyiniz onu xoşbəxt edəcəkdir. Ya da həyat yoldaşınıza, ev işlərində yardımçı olacaq bir kiçik ev alətləri hədiyyə etməyiniz onun xoşbəxt olmasına səbəb ola bilər. Eyni zamanda həyat yoldaşınızın gündəlik həyatını asanlaşdırmaq nəticəsində sizə və uşaqlarınıza daha çox vaxt ayırması ilə bu xoşbəxtliyin çoxalması mənasını da daşıyır. Bu üzdən istədiklərimizin həyatını asanlaşdıracaq hədiyyələr onları lazımsız və bahalı hədiyyələrdən daha çox xoşbəxt edəcəkdir. İl ərzində hədiyyələşmək Hədiyyələşmək dinimizcə sünnidir. Hədiyyələşməyi bayram, ad günü, tanışlıq ildönümü, ya da evlilik ildönümü kimi yalnız xüsusi günlərlə məhdud tutulmamalıdır. Kiçik amma sevdiklərimizi xoşbəxt edəcək hədiyyələri il ərzində, sevdiklərimizə təqdim edə bilərik. Bəzən bir çiçək dəstəsi, bəzən öz əlimizlə qurduğumuz bir jaket, bir şal istədiklərimizi xoşbəxt etməyə yetəcəkdir. Xeyriyyə işlərində iştirak etmək İndi yazının başlığını burada təkrar edirəm. Xoşbəxtliyi pul ilə satın almaq mümkündür. Amma bu işin bir sirri var. O da əvəzsiz şəkildə yaxşılıq etməkdir. Xeyir iş görmək insanı xoşbəxt edən ən böyük nemətdir. İnsan sadəcə yaxşılıq edərək xoşbəxt ola bilər. Pulunuzu qarşılıqsız, heç bir gözlənti içinə girmədən verməyiniz sizi çox xoşbəxt edəcəkdir. Xoşbəxtliyi pul ilə satın almaq ancaq bu şəkildə mümkün ola bilər. Yaxşılıq etməyin ləzzətinə varanları bu işdən imtina etdirmək isə qeyri-mümkündür. Əlbəttə, bunda da yenə bir ölçü vardır. Bu da yaxşı əməlinizi bir siz biləcəksiniz bir də Allah. Yəni dinimizin əmr etdiyi şəkildə sağ əlin verdiyini sol əl bilməzsə xoşbəxt olarsınız. Yoxsa reklam üçün və ya mənfəət məqsədi ilə vermək sizi nəinki xoşbəxt etməyi, peşman da edə bilər. Verdiyiniz bir şokoladı alarkən, tanımadığınız o balaca əllərin sahibinin o utancaq xoşbəxtliyini görmək, insanı xoşbəxt etməyə və bütün dünya dərdlərini unutdurmağa yetəcək. İnsan verərək, bölərək, bölüşərək xoşbəxt ola bilər. Babək Bayramov
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Qurban bayramı ilə əlaqədar 22-23 avqust tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən ölkə.az-a bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda, birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində, Regional Qaz İstismar İdarələrində və xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Qurban bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.
Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür. (Frensis Bekon) İnsanı digər canlılardan fərqləndirən əsas xüsuslardan biri də nitqdir. Nitq isə sözlərdən ibarətdir. Ünsiyyət zamanı bir və ya bir neçə mənası olan sözlərdən istifadə edirik. Kəlmələr insan beyninə, xarakterinə və davranışlarına təsir edir. Neyroloq A. Nyuberq və nitq mütəxəssisi M. Robert “Sözlər beyninizi dəyişə bilər” kitabında yazırlar: “Bircə söz belə fiziki və emosional stressi tənzimləyən genlərə təsir edir.” Sevgi, xoşbəxtlik, sevinc kimi pozitiv kəlmələrdən istifadə şüurlu düşüncəni artırır və frontal lobdakı mərkəzləri gücləndirərək beyinin işləməsinə müsbət təsir edir. Müsbət sözlərdən çox istifadə etmək beyinin motivasiya şöbələrini hərəkətə gətirir. Mənfi kəlmələrdən istifadə isə stressə nəzarət edən bəzi neyrokimyəvi qanunauyğunluqları pozur. Mənfi söz və ifadələrin beyinə girməsinə icazə verəndə beyindəki qorxu mərkəzi (amiqdala) aktivləşir və stress hormonları ifraz olunur. Bu hormonlar da məntiqi düşüncənin funksiyasını pozur və “bloklayır”. Mənfi sözlər beyinə xəbərdarlıq siqnalları göndərir. Frontal loblardakı məntiqi düşünmə nahiyələrinin işini ləngidir. İnsan müsbət və xoş kəlmə fikirləşəndə frontal lob aktivləşir. Bu nahiyədə insanın hərəkətə keçməsinə səbəb olan motor kortekslə birbaşa əlaqəli dil mərkəzləri yerləşir. Diqqəti pozitiv kəlmələrə yönəltmək beyinin digər bölgələrinə də təsir edir. Təpə payının (parietal lob) funksiyasında da dəyişikliklər başlayır. Bu da ünsiyyətdə olduğumuz insanlar haqqındakı qənaətimizi dəyişir, həmsöhbətlərimizin yaxşı yönlərini görməyə başlayırıq. Bunun əksi olanda isə insanlara şübhə və qərəzlə yanaşır, onların daha çox mənfi tərəflərini görürük. Əsəbiləşəndə də sonradan peşmançılıq gətirən sözlərdən istifadə edirik. Bunun səbəbi gərginlik zamanı beyinin ön lobundakı məntiqi düşünmə nahiyəsinin “dekativ” olmasıdır. Pozitiv kəlmələrdən istifadə edərək ön lobu inkişaf etdirmək mümkündür. Beləcə əsəbi olanda belə özümüzü ələ almağı bacararıq. Kəlmə, düşüncə və hislər tədricən talamusa da təsir edir. Talamusdakı dəyişikliklər həyatı anlama şəklində də birbaşa özünü göstərir. Bir araşdırmada hər gün dəftərə üç müsbət və “güclü” söz yazmağın talamusa yaxşı təsir etdiyi göstərilmişdir. Əgər həyatınızda nə isə qaydasında getmirsə, demək mənfi sözlərdən çox istifadə edirsiniz. Bunu müəyyənləşdirmək üçün işlətdiyiniz mənfi kəlmələri yazmaq üçün bir dəftər ayıra bilərsiniz. Və ya bir dəftərə hər gün sizi xoşbəxt edən üç söz yazaraq özünüzü daha sevincli və hərəkətli hiss edə bilərsiniz. Həmçinin diqqətinizi müsbət kəlmələrə yönəldərək sağlamlığınızın qeydinə qala və beyninizin fəaliyyətini artıra bilərsiniz. Mənfi söz və düşüncələrdən qurtulmaq üçün işlətdiyiniz kəlmələrə diqqət edin. Kəlmələrinizi dəyişin həyatınız dəyişsin! Tahir Kamiloğlu
Affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur. Əvvəllər affekt halının səbəbi bilinməyən emosiya pozğunluğu olduğu düşünülsə də, sonradan bu halın da kökündə qorxunun durduğu məlum oldu. Affekt elə bir emosiya pozğunluğudur ki, emosiyalar, yaşanılan hislər insanın üzünə vurur. Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü biruzə verir. Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə biruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur. Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal 10 dəqiqədən 1 saata qədər sürə bilər. Affekt xəstələrin heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar. Affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotika istifadəçiləri, alkoqol istifadəçilərində özünü daha çox biruzə verir.Fiziolji affekt iki səbəbdən yaranır. Birinci səbəb insana qarşı zorakılıqdır( qanunazid zorakılıqdır). İnsanın həyatı üçün real təhlükə olduqca və bu təhlükə cəhdləri gözlənilmədən yarandıqda bəzi hallarda insan istər-istəməz son dərəcədə həyəcanlanır, yəni affekt vəziyyətinə düşür. Fizioloji affektin ikinci səbəbi ətrafdakı insanların hərəkət və davranışından irəli gəlir: ətrafdakıların insanın şəxsiyyətinə, ləyaqətinə toxunan, onu alçaldan, ağır təhqir edən hərəkət və sözləri fizioloji affektin yaranmasına səbəb olur
Dünyada hər şey asandır, amma bircə şey çətindir. O şey - evlənmək. Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir. Aziatski, yәni, oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir. O iş at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib töylәdә bağlayırsan.Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana, ya bacına deyirsәn ki, “Get, mәnim üçün bir qız al”. Anan, ya bacın çarşabını başına salıb gedir, oranı axtarır, buranı axtarır, axırda öz xoşuna gәlәn bir qız seçir. Sәn dә o qızı alırsan. Qız olur sәnin arvadın vә oturub evdә saqqız çeynәyir. İndi bu gün sәn durub, [….] yә gedәsәn vә ya pulunu qumara uduzasan vә ya piyaniskә olasan vә ya matişkә saxlayasan, sәnin arvadın heç vaxt demәz ki, “Ey mәnim sahibim, nә üçün mәn burada dura-dura, sәn pis-pis işlәr görürsәn?” Arvad bu sözü demәz. Amma oxumamış arvadın evinә gedәrsәn, otaq sәliqәsiz, zir-zibil, çirk, toz-torpaq… Süpürәn yox, sünürtdürәn yox. Balış üzü, keçinәcәk, әrin tuman köynәyi sap-sarı…. Yuyan yox, yudurtduran yox. Uşağın üzünü it yalasa doyar… Tәmizlәyәn yox, tәmizlәtdirәn yox. Ona görә bizim elm oxumuş vә kamal qazanmış cavanlarımız aziyatski arvad almaq istәmirlәr. Onlar axtarıb yevropeyskisini tapırlar. Qıraxmal taxan cavanlarımız da ki, — onların bir çoxu sövdәgәr oğlanlarıdırlar vә özlәri dә türk dilini matişkәlәrdәn öyrәniblәr — elmli cavanlarımızın bu işini görüb hәvәsә düşürlәr vә deyirlәr ki, “Kәrbәlayı Novruzun oğlu hәrçәnd kurs qurtarıbdır, amma onun heç dövlәti yoxdur, bununla belә gedib bir oxumuş müsәlman qızı aldı. Mәn hәrçәnd kurs qurtarmışam, amma pulum çoxdur, gәrәk mәn dә oxumuş qız alam." Qıraxmal taxan cavan bu hәvәsә düşüb, özünü verir oxumuşlar cәrgәsinә; deyir, danışır, gülür, cibindәki puldan söhbәt salır, barmağındakı brilyant üzüyü göstәrir vә elmü-kәmalını bildirmәk üçün deyir: “On kәrә Mәskovuya getmişәm, iki kәrә Fitilbörkә, bir kәrә dә istәdim Parijә gedim, amma tәk sәbir gәldi”. Qәrәz, bir növlә oxumuş qız alır. Alandan sonra hәvәsi yatır. Axşam durur bir yerә getmәyә, arvad soruşur ki, hara gedirsәn? Deyir:– Heç, yoldaşlarımgilә gedirәm.Arvad deyir:– Mәn dә gedәcәyәm.Bu razı olmur ki, orada qumar oynanılacaqdır, şәrab içilәcәkdir. Arvad deyir:– Elә isә, mәn sәni o cürә yerә qoymaram.– Qoymazsan?– Bәli, qoymaram. Qıraxmal taxan görür ki, xeyr, bu oxumuş arvad xatalı şeydir. Bunun әl-ayağını bağlayacaqdır. Deyir, “vaxsey, mәn özümü әcәb işә saldım….” Fikir edir vә deyir ki, yaxşı, әlbәt, bir gün olar, özümü salaram Mәskovuya. O gün olur. Cavan gedir Moskvaya vә şәhәrә çatan kimi özünü ölü kimi salır kafe-şantana. Matişkәlәr düzülür bunun dörd әtrafına. Arvad-filan yaddan çıxır. Kef nә kef!… Pul xәzәl kimi sәpәlәnir. Hәr gecә belә, hәr gecә belә….Amma heyf, iş belә gәtirir ki, bunun oxumuş arvadının student qardaşı vә ya bir qohumu Moskvada olub, cavanın bu hәrәkәtini görür vә deyir ki, filankәs, bu, yaxşı iş deyildir ki, sәn edirsәn. İndiyә qәdәr kef çәkirdin, çünki subay idin. Amma indi sәn evli adamsan, arvadın da oxumuşdur. Belә şeylәri eşidib bilsә, sәndәn inciyәr vә razı olmaz ki, azarlı matişkәlәrdәn sonra gedib onu da azarladasan. Qıraxmal taxan cavan görür ki, evlәnmәk onun üçün böyük әngәl oldu. Deyir: “Yox, gәrәk, evә qayıdan kimi arvadı çadralayam. Çünki çadrası olsa, danışmaz”. Amma arvad çadraya girmәk istәmir; dava düşür, qalmaqal çıxır, sәs-küy qalxır, axırda baş yarılır. Qәrәz, pis-pis işlәr әmәlә gәlir vә qıraxmal taxan cavan deyir: “O günә bir daş düşәydi ki, mәn oxumuş arvad almaq fikrinә düşdüm. Baisin evi yıxılsın….” Bәs bundan mәlum olur ki, elm vә kamalı bir qıraxmal taxıb, düşbәrә papaq geymәkdәn ibarәt bilәn cavanlardan ötәri oxumuş arvad almaq “xәtadır”. Mәsәl var ki, zәr qәdrini zәrgәr bilәr
Bu anlayışın mahiyyəti ondan ibarətdir ki, bir icmanın 5%-i eyni anda eyni fəaliyyəti göstərirsə, qalan 95% onların etdiyini təkrar etməyə başlayır. Əgər bir sürüyə daxil olan 5% atı qorxudub onları sakit halda dayanmış digər dəstənin içərisinə buraxdıqda digər atlarda ürkəcək və qaçmağa başlayacaq. Bu bir çox heyvanlar üzərində də sınaqdan keçirilib və eyni nəticəni verib. İngiltərədə bununla bağlı bir eksperiment həyata keçirmişlər. Geniş bir zala insanları dəvət edirlər və özlərinə rahat şəkildə yerləşmək tapşırığı verirlər. Bir qrup insana isə müəyyən edilmiş bir vaxtda hərəkət etmək əmri verilir. Beləliklə eksperiment sübut edir ki, bir qrup içərisində hərəkət edən 5% insan bütün zalı hərəkət etməyə vadar edir.Bu eksperimenti arzusunda olan hər kəs həyata keçirə bilər. Bir qrup dostunuz ilə konsertə gəlmək və konsertin istənilən zamanında, ürəyinizin istədiyi bir vaxtda əl çalmağınız kifayətdir. Bu an bütün zal sizinlə birgə əl çalmağa başlayacaq.Bu eksperimentdən bir çox nəticələr çıxarmaq mümkündür: kollektivləri 20 insandan artıq etmək lazım deyil. 20 insan – / 100% * 5% = 1 – bu bir vahiddir və lider var. İnsanların sayını artırmaq idarə etməni itirməyə səbəb olacaq. 30-40 insandan ibarət auditoriyada tonu qoruyub saxlamaq və qrupu daim diqqətdə saxlamaq mümkün deyil. Bu qanunu digər situasiyalarda da sınaqdan keçirmək olar. Yoxlayın, lakin bütünlüklə ona arxalanmaq lazım deyil. Heç nə tamamilə doğru deyildir.Bu prosesi yalnız insanların öz fəaliyyətlərinin, məqsədlərinin və səbəblərinin fərqində olmadıqları bir zamanda həyata keçirmək mümkündür. Bu o zamandır ki, insanın şəxsi intizamı, şüurluluğu, özünü idarəsi aşağı səviyyədə olur.Marketinq sahəsində bu prosesdən anlayışı olan insanlar kütləni az da olsa idarə etməyə çalışır. Məsələn, hər hansısa bir məhsulun bir neçə gündən sonra artıq tükənəcəyini, uzun müddət olmayacağı barədə şayiə yaradılır. Bu şayiəyə uyan 5% insan arxasıyca 95%-də sürükləyə bilir. 5% təxribatçı sülh şəraitində olan bir mitinqi əsl inqilaba çevirə bilər.
İndiki dövrdə boşanmaların artdığını hamımız yaxşı bilirik. Bəs bu boşanmalar niyə durmadan artır? Bəzi insanlar kişili, qadınlı deyirlər ki, münasibətlərimiz soyumuşdu. Artıq əvvəlki həyəcan qalmamışdı. Amma bu bir səbəb deyil. Çünki ailə asan qurula bilər bəlkə, amma asan dağılmır. İndiki cavan nəsil evliliyi uşaq oyuncağına çeviriblər deyən, yaşlı nəslin nümayəndələri də az deyil. Böyük problemlər olduqda boşanmaq olar bəlkə, amma bunu da 100 ölçüb, bir biçməlisiniz. Həyatınızda aşağıda yazdığımız kimi kişi varsa, onu itirməyin. Hətta belə kişi varsa, onun üçün əlinizdən gələni edin ki, həyatınızda qalmağa davam etsin. Çünki indiki dövrdə belə kişi tapmaq çətindir. Buyurun oxuyun. Səbəbsiz yerə sizi qucaqlayırsa, Xəstə olanda sizə baxırsa, Ailəniz onu sevir və hörmət edirsə, Ailəniz və yaxınlarınızla dil tapa bilirsə, Yorğun-arğın işdən gəldikdən sonra yataqda sizi qucaqlamaq üçün oyaq qalırsa, Makiyajsız daha gözəl olduğunuzu deyirsə, Ən sevdiyiniz şeyləri bilirsə və onları sizin üçün edirsə, Dava etdiyiniz zaman həmin gün sizinlə barışırsa, Heç bir ev işi üçün "Bu qadın işidir" demir və sizə kömək edirsə, Sizə qarşı qıcıq yaradan insanlara nifrət edirsə, O biri otaqdan sizə heyranlıqla baxırsa, Gecə bir səs eşitdiyiniz vaxt qorxduğunuzu anlayıb, evə baxırsa, Sizi anası ilə qarşılaşdırmırsa, Yata bilmədiyiniz zaman sizinlə birlikdə oyaq qalırsa (nə qədər yorğun olursa, olsun), Ona aldığınız hədiyyələri istifadə edirsə, Sizə toxunduğu an sizdə şok dalğaları yarada bilirsə, Sizi sevdiyini hər gün qulağınıza fısıldayırsa, Sizə hörmət edib, fikirlərinizə hörmətlə yanaşırsa, Yanında olmağınızın doğru olduğunu hiss edirsə, Yaxşı ata və yaxşı həyat yoldaşı ola bilirsə. Belələrini itirməyin xanımlar. Bu da həyat yoldaşınızdan ayrılmamağınız üçün səbəblər. Əlbəttə, hər bir yazılan hər kişiyə uyğun gəlməyə bilər amma əgər bu yazdıqlarımızın çox hissəsi o insanda varsa, ondan ayrılmayın.
Mobil telefon, internet ya da yuxu kimi vərdişlərin seksdən üstün tutulduğunu bilirdinizmi? Sekslə bağlı aparılan bir araşdırmanın nəticələri sizi çox təəccübləndirəcək. İnsanların seksdən daha çox üstünlük verdiyi 6 şey nədir? Yuxu. Yorğun olduğunuz gecələrdə seksimi, yoxsa bir an əvvəl yatmağımı seçərdiniz? Araşdırma zamanı insanların 12 faizinin gecələr seks yerinə, yatmağa üstünlük verdiyi ortaya çıxıb. Ağıllı telefonlar. Ağıllı telefonların həyatımızdan çıxmadığı bir an belə yoxdur. Araşdırmalar zamanı insanların mobil telefonlarına seksdən daha çox bağlı olduqları müəyyən edilib. Tərif. Gözəl bir tərif eşitmək hamının xoşuna gələr. Müasir dövrdə kişilər sevişmək yerinə eqolarını razı salmağa, təriflər eşitməyə daha çox üstünlük verirlər. Bunu araşdırmalar müəyyən edib. Yemək. Araşdırmanın nəticəsinə görə, subay qadınların əksəriyyəti 1 il ərzində sevdikləri yeməkdən uzaq qalmaq əvəzinə, sekslə məşğul olmamağı seçiblər. İnternet. Araşdırma zamanı qadınların 46, kişilərin isə 30 faizinin seksdənsə, internetdə vaxt keçirməyə üstünlük verdiyi ortaya çıxıb. Gənclik. Kosmetik məhsullar markasının apardığı bir araşdırma zamanı seksmi, gənclikmi, sualına cavab verən qadınların əksəriyyəti 1 il boyunca seks yerinə, yavaş-yavaş qocalmağı seçiblər.
Asperger sindromu psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf edir. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur. Bu sindrom bir xəstəlik deyil, müalicəsi də mümkün deyil. Mövcud hal ömür boyu davam edər. Sindromun yaranma səbəbi məlum deyil. Beyin inkişafının geriləməsi ilə bağlı olaraq yarana bilər. Bəs Asperger sindromu hansı əlamətlərlə üzə çıxır? Hər orqanizmdə müxtəlif əlamətlərlə üzə çıxa bilər. Əlamətlərdən ən diqqət çəkəni isə insanlarla münasibətdə çəkilən çətinliklərdir. Danışmaqda çətinlik çəkə bilərlər. Qarşısındakı insanın demək istədiyini, zarafatlarını anlamaqda çətinlik yarana bilər. Danışan zaman az miqdarda göz təması edərlər. Bir hərəkəti dəfələrlə təkrarlaya bilərlər. Bəs müalicəsi necə olunur? Bir xəstəlik olmadığından bu halı ortadan qaldıran müalicə üsulu da yoxdur. Müəyyən mütəxəssislərlə çalışmaq, gündəlik işlərə adaptasiyanı asanlaşdıracaq. Qeyd edək ki, müalicə üsulu, danışıq terapiyası ilə də aparılır. Bunlarla yanaşı dərman müalicəsindən də istifadə edilir. Şəhanə Quliyeva Psixoloq.az
Kişilər bir deyil, atam balası”. Ramiz Rövşənin bu misrasını kim bilmir ki? Amma eyni məntiq qadınlarla bağlı məsələdə də doğrudur. Hərçənd bu, kişiləri az maraqlandırır. Amma mövzumuz bu deyil. Bu dəfə sizə zərif cinsin nümayəndələrinin kişilərdə maraq doğuran bir sıra xüsusiyyətlərindən danışacağıq . Başqa sözlə, bu suala cavab tapmağa çalışacağıq: Kişinin ağlını başından necə almaq olar?.. Əslində, bu çox asandır. Zəriflik, səmimilik, qayğıkeşlik, minnətdarlıq kimi xüsusiyyətlər yetər. Detallara gəlincə, materialın davamını oxuyun. Beləliklə də, kişiləri cəlb edən qadın xasiyyətlərinin siyahısını təqdim edir: Səmimilik Çox zaman kişilərin qarşısına olduğumuz kimi çıxmaqdan ehtiyat edirik. Sanki, qüsurları və çatışmayan xüsusiyyətlərimizi tərəf müqabilimizdən gizlətməyə çalışırıq. Məsələn, qadınlar kişilərin xoşuna gəlmək üçün futbolla maraqlanır, final matçlarını izləyib kişilərlə müzakirə aparırılar. Lakin illər sonra qadın futboldan “iyrənir” və matçları izləmək əvəzinə həmin vaxtı alış-verişə sərf edir. Kişi isə nə baş verdiyini başa düşmür. Bəzənsə, heç dəyişikliyin fərqində də olmur. Elə buna görə də, nəyin xoşunuza gəlib-gəlmədiyini ona əvvəldən deyin. Kişilər bəyənilmək üçün edilən saxta hərəkətləri yox, səmimiliyi sevirlər. Bundan əlavə, səmimi olmaq sizin özünüzə dəyər verməyinizdən xəbər verir. Zəriflik Qızların qadın nəvazişi kişiləri maqnit kimi cəlb edir. Yəqin, bu ana sevgisinə və ya güclü cinsin nümayəndələrinin özlərində olmayan zərifliyə ehtiyacından irəli gəlir. Hər nədirsə, nəticə dəyişmir: qadın nəvazişi kişiləri dəli edir. Bundan əlavə, zərif qızın yanında kişilər özünü daha güclü hesab edirlər. Minnətdarlıq Kişilərin etdiyi hər bir yaxşılıq və diqqətin əvəzində “çox sağ ol” deməyiniz sizi onların qarşısında daha da qiymətli edir. Buna görə də, sevgiliniz sizə gül dəstəsi verəndə və ya evin zibilini atanda hər dəfə ona minnətdarlıq etməyi unutmayın. Kişilərin dediyinə görə, onlar təşəkkürünü bildirən qadına 100 dəfədən də artıq yaxşılıq etmək istəyirlər. Qayğıkeşlik Kişi işdən yorğun-arğın gəlibsə, onunla münasibətləri aydınlaşdırmağa çalışmayın. Bu halda o, istəməsə belə, kobudluq göstərə bilər. Kişilərin dediyinə görə, qadınlarda anlayışın olmaması ucundan tez-tez boş yerə qalmaqal yaranır. Onların fikrincə, ideal tərəf müqabili hansı məqamda ciddi söhbətlərin, hansı yerdə isə susmağın lazım olduğunu bilməlidir. Əlbəttə, qayğıkeşlik özündə həm də başqa keyfiyyətləri əks etdirir. Məsələn, kişi xəstəlibsə, işə getməzdən əvvəl onun cibinə dərman qoyun. Gülərüzlülük Sözsüz ki, hər zaman gülərüz olmaq mümkün deyil. Lakin kişilərə daim pozitiv və onları hər şeyin yaxşı olacağına əmin edən qadın lazımdır. Ağlayan, daim həyatından şikayət edən, hətta iri gül buketi alarkən yalnız onun qiyməti ilə maraqlanan qadın hər bir kişini qorxudur. Elə çox vaxt da münasibətlər belə şeylərə görə korlanır. Kişi qadınına baxanda ondan ruh yüksəkliyi almaq istəyir. Dinləmə qabiliyyəti Kişilər danışarkən qadının ona maraqla baxmasını istəyir. Onun sözünü kəsən, əsnəyən, söhbəti dəyişən qadın kişilərdə qıcıq yaradır. İnanmaq bacarığı Kişi əgər bir dəfə sizi məyus edibsə, bunu ona hər dəfə xatırlatmaq və ya yaşanmış situasiyanı şişirdib hadisələri gərginləşdirmək lazım deyil. Kişilər etmədiyi şeyə görə özünü təmizə çıxarmağı sevmir. Bundan əlavə, inamsızlıq göstərib hər 15 dəqiqədən bir zəng etməyiniz də onu özündən çıxara bilər.
İnsanı orqanizm, fərd və şəxsiyyət səviyyəsində xarakterizə etmək olar. Bu anlayışlar bir- birilə qarşılıqlı əlaqədədir, lakin onlardan hər birinin özünəməxsus, eviristik mənası var. Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı sosial elmlər kontekstində formalaşır. Psixologiya insanı orqanzim kimi deyil, fərd və şəxsiyyət kimi öyrənir. Hər bir insan bir tərəfdən bioloji, digər tərəfdən sosial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini şəxsiyyət termini ehtiva edir. İnsanın həyat fəaliyyətində bu iki cəhət bir -birilə elə uzlaşır ki, biz çox vaxt nəinki onları aydın şəkildə fərqləndirir, hətta bu haqda fikirləşmirik. Halbuki insanın fərd və şəxsiyyət kimi xarakteristikası vəhdət təşkil etsə də, onları eyniləşdirmək olmaz. Şəxsiyyət pozuntuları uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir. Şəxsiyyət pozuntularının aşkarlanması və təsnif edilməsi çoxpilləli və çətin prosesdir. Pozuntuların mənbəyi filogenetik inkişaf prosesi tərkibində - genetik və ya ontogenetik inkişaf çərçivəsində formalaşa bilir. Bəzi hallarda isə həm irsi, həm də ontogenetik mənbəyə sahib ola bilər. Şəxsiyyət pozuntularının aşkara çıxarılmasında fərdin tərkibində formalaşdığı mədəni və sosial mühit ən əsas faktordur. Bir vəziyyətə şəxsiyyət pozuntusu kimi diaqnoz qoyulması üçün insanın şəxsi və sosial həyatında çox ciddi surətdə bir problemə yol açan deviant davranış silsiləsi mövcud olmalıdır. Şəxsiyyət pozuntuları fərdin aid olduğu mədəni normaların xaricində olan davranış tərzi və daxili təcrübələrdir. Bu cür davranış tərzləri elastiklikdən uzaq və qarşıqoyulmazolur. Yeniyetməlikdə və ya gənclik dövründə üzə çıxır və fərdin həyatında ciddi problem və zədəyə yol açır. Tədqiqatçılar hələ də şəxsiyyət pozuntularının səbəbləri barədə dəqiq məlumata malik deyil. Bəziləri bu növ pozuntuların mənbəyində keçmişdən qalmış travmaların olduğuna inanmasına baxmayaraq bəziləri isə bu cür pozuntuların mənbəyində fərdin normal davranış və düşüncə qəliblərini formalaşdırmasının qarşısını alan, vaxtından əvvəl yaşanmış “yersiz təcrübələrin” olduğunu düşünməkdədirlər. Bir şəxsiyyət pozuntusunu diaqnozunun qoyulması: Psixoloqlar şəxsiyyət pozuntusunun diaqnozunu qoyduqda mental pozuntuların diaqnozu və statistik əl kitabında qeyd olunan kriteriyalara istinad edirlər. Buna görə bir insana şəxsiyyət pozuntusu diaqnozu qoymaq üçün onda izlənilməsi mütləq olan əlamətlər bunlardır: • bu davranış növləri fərdin həyatının intim münasibətlər, iş həyatı və sosial həyat kimi fərqli istiqamətlərinə təsir göstərməlidir • bu davranış növləri uzunömürlü və sıx təkrarlanan olmalıdır • simptomlar aşağıdakılardan iki və ya daha çoxuna təsir göstərməlidir: duyğular, düşüncələr, qıcıqların idarə edilə bilmə qabiliyyəti və insanlarla olan əlaqələr • davranış növləri yeniyetməlik və ya erkən yetkinlik dönəmində başlamalıdır • davranış növləri müəyyən zaman ərzində dəyişikliyə uğramamalıdır bu simptomlar başqa klinik vəziyyətlərin, psixi narahatlıqların ya da narkotik maddə aludəçiliyinin bir nəticəsi olmamalıdır. Bizim bildiyimiz kimi şəxsiyyət pozuntuları öz daxilində 3 əsas kateqoriya üzrə təsnif olunur: • A qrupu kateqoriyası: bu kateqoriyaya mənsub şəxsiyyət pozuntularının əsas əlamətləri qeyri-adi və qəribə davranışlarla özlərini büruzə vermələridir. Bunlar aşağıdakılardır: 1. Paranoid şəxsiyyət pozuntusu 2. Şizoid şəxsiyyət pozuntusu 3. Şizotipal şəxsiyyət pozuntusu Paranoid şəxsiyyət pozuntusu digər insanların hər kəsi alçaldıcı və təhdidedici olaraq qavrama meyilləri ilə seçilirlər. Paranoyalar sağlam insanlarda da vaxtaşırı şübhəçi yanaşmalardan yaranaraq sahib ola biləcəyi düşüncə qəlibləridir. Paranoid şəxsiyyət pozuntusu olan fərdlər isə paranoyaları gündəlik həyatın fəaliyyətini və keyfiyyətini pozacaq dərəcədə yaşamaqdadırlar. Şizoid şəxsiyyət pozuntusu sosial münasibətlərə meyil azlığı, emosional soyuqluq, yüksək dərəcədə introvert həyat tərzi ilə xarakterizə olunur. Şizoidlər yüksək dərəcədə emosionallıq götərməz, sosiallıqdan uzaq olurlar, dostluq münasibətlərini qurmaqda normal insanlara nisbətən daha istəksiz davranırlar: özlərini cəmiyyətdən təcrid ediblər. Şizoid şəxsiyyət ümumi olaraq tənqid və tərifə qarşı heç bir reaksiya vermirlər. Emosiyaları monoton olub, heç bir dəyişikliyə məruz qalmır. Şizotipal şəxsiyyət pozuntusuna malik insanlar düşüncə və ya qavrayış çərçivəsində həqiqəti təhrif etmələri ilə və normadan kənar davranışlarla özlərini sosial deprivasiyaya məruz qoymaları ilə xarakterizə olunur. • B qrupu kateqoriyası: bu kateqoriyaya mənsub şəxsiyyət pozuntularının əsas əlamətləri müvazinətsiz və dramatik davranışlarla özlərini büruzə vermələridir. Bunlar aşağıdakılardır: 1. Anti-sosial şəxsiyyət pozuntusu 2. Borderline şəxsiyyət pozuntusu 3. İsterik şəxsiyyət pozuntusu 4. Narsistik şəxsiyyət pozuntusu Antisosial şəxsiyyət pozuntusu və ya sosiopatlıq psixopatiya ilə əlaqəli bir pozuntudur. Bir sosiopatı bir psixopatdan ayıran ən əsas faktor patalogiyadır, yəni simptom fərqliliyidir. Psixopatiya sosiopatiyaya görə daha ağır bir pozuntu olub, sosiopatiyada rast gəlinən simptomlara əlavə, əxlaqa zidd davranışları özündə ehtiva edir. Sosiopatiyanın yaranmasına səbəb sosial mühit olduğu düşünülür. Boderline şəxsiyyət pozuntusu emosional stabilliyin aradan qalxması ilə formalaşır. Şəxs ya ağın, ya da qaranın mövcud olduğunu düşünür. Boderline şəxsiyyət pozuntusu yaşayan şəxs bu halda başqa hər hansı bir alternativin mövcud olacağını düşünməz, qəbul etməz, buna görə də təlatümlü münasibət yaşayar. İsterik şəxsiyyət pozuntusu yetkinliyin ilkin mərhələlərində başlayan yüksək emosionallıq və diqqət çəkmək, ətraf tərəfindən “təsdiq” ehtiyacının yüksəkliyi ilə özünü büruzə verən şəxsiyyət pozuntusudur. Narsistdən fəqrli olaraq ətrafı ilə münasibətinin hər anına diqqət yetirir. Diqqət mərkəzində olduqları müddət ərzində canlı, enerjili, sevinc dolu və ehtiraslıdırlar. Kommunikativ və interaktiv münasibətin mərkəzi olduqları müddət ərzində ətrafdakılarla əlaqələri olduqca qüvvətli və sarsılmazdır. Cinsi nöqteyi nəzərdən uyğunsuz, provokativ davranış nümayiş etdirə bilir, emosiyalarını valehedici tərzdə əks etdirirlər. Bununla yanaşı olaraq eqosentrizm, özünəvurğunluq, daimi təsdiq arzusu və tələbatlarını ödəmək üçün psixoloji manipulyasiya vasitələrindən istifadə edirlər. Narsistik şəxsiyyət pozuntusu mütəmadi davam edən qrandiozidd(böyüklük və əhəmiyyətlilik) meyli(fantaziya və ya davranış səviyyəsində), empatiya əskikliyi, güc və uğur, xəyallar qurma, tənqidlərə qarşı həssaslıq və reaksiya şəklində erkək yeniyetməlikdən etibarən üzə çıxan şəxsiyyət pozuntusudur. • C qrupu kateqoriyası: bu kateqoriyaya mənsub şəxsiyyət pozuntularının əsas əlamətləri qorxu və təlaş əsaslı duyğu və davranışları özlərində ehtiva etmələridir. Bunlar aşağıdakılardır: 1. Utancaq şəxsiyyət pozuntusu 2. Asılı şəxsiyyət pozuntusu 3. Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu(OCPD) Utancaq şəxsiyyət pozuntusu digər adı ilə aviodant olaraq təsnif olunan bir şəxsiyyət pozuntusudur. İlk dəfə 1969-cu ildə Teodora Vilson tərəfindən müəyyənləşmişdir. Natamamlıq hissi, özünün aşağı qiymətləndirmə, sosial təcrid meyilləri, tənqidə qarşı yüksək həssaslıq, səmimiyyətsizlik, peşə problemləri və bu kimi əlamətləri özündə ehtiva edir. Depressiya və təşviş pozuntularına meyillidirlər. Asılı şəxsiyyət pozuntusuna sahib şəxslər başqalarına qarşı yüksək inamsızlıq, xroniki şübhəçi bir davranış nümayiş etdirirlər. Bu şəxslərin itaətkar olma səbəbi təhtəlşüurda mövcud olan “mən bacarmaram” fikridir. Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu(OCPD) olan şəxslər tamamilə nəzarət altında olmayan hər mövzuda çarəsizlik hiss etmək, daima nizam-intizam, “qayda-qanunlar”, maksimalist, məqsədinə çatmaq üçün mübarizə aparan, dəyişikliyə qarşı ciddi müqavimət göstərirlər. Bu şəxsiyyət pozuntusu OKP(obsessiv-kompulsiv pozuntu) nevrozu ilə qarışdırılsa da əslində bir - birindən tamamilə fərqlənir. Fərd, gündəlik həyatında mədəniyyətin ona təqdim etdiyi normalar xaricində davranış nümayiş etdirərsə, bu nümayişlərin şəxsiyyət üzərində dramatik təsirləri ola bilər. Psixoloqlar yuxarıda sadalanan şəxsiyyət pozuntularını anlayır və fərqli kateqoriyalara bölür, bu problemlərdən əziyyət çəkən insanlara kömək etməyi bacarırlar.
Əmək məhsuldarlığı, əsasən qarşıya qoyulan məqsəd və vəzifələrin düzgün şəkildə həyata keçirilməsindən asılıdır.Lakin insanın üzərinə düşən vəzifələrin həddindən artıq olduğu bir dövrdə bütün diqqəti işə yönəltmək olduqca çətindir.Hər hansı bir işin icrası zamanı siz bütün gücünüzü zamana qarşı mübarizəyə istiqamətləndirirsiniz.Bu zaman icra etməli olduğunuz işi daha qısa müddət ərzində bitirməyə çalışırsınız. Hətta çox xırda bir problem də insanın əmək məhsuldarlığı səviyyəsinə mənfi təsir göstərə və onun gündəlik rejimini poza bilər. Əgər bu problem ətrafda deyil, sizin beyninizdə, xüsusilə fikirlərinizdə yaranıbsa, o zaman işi əvvəlki templə davam etdirməyiniz qeyri-mümkündür. Əmək məhsuldarlığı səviyyəsini sıfra yaxınlaşdıran fikirlərlə tanış olaq.-Mən bu işin öhdəsindən gələ bilmərəm.Əksər insanlar gün ərzində bir çox işlər görsələr də, günün sonunda həmin gün üçün nəzərdə tutduqları işlərin heç birini icra etmədiklərini dərk edirlər. Bu insanlar əsas işləri əhəmiyyətsiz işlərlə əvəz edənlərdir. Sözügedən insanlar əsas işlərin icrası üçün kifayət qədər gücə, zamana və bacarığa malik olmadıqlarını düşünən insanlardır.-Bütün işləri eyni anda görə bilərəm.Təəssüf ki, heç birimiz Yuli Sezara məxsus “eyni anda bir neçə işi görmək” bacarığına sahib deyilik. Bir neçə işi eyni anda icra edərkən siz bir çox səhvlərə yol verə, bir çox detalı gözdən qaçıra və əhəmiyyətsiz işlərə həddindən artıq çox zaman sərf edə bilərsiniz.-İstirahət etmədən çalışmaq.İstirahət etmədən çalışmaq mümkündür. Lakin bu zaman sizin diqqətiniz zəifləyə, gücünüz tükənə və gözləriniz yorula bilər. Sadəcə unutmamaq lazımdır ki, istirahət - boşa keçən zaman deyil, böyük şövqlə fəaliyyətinizi davam etdirmək üçün gücüzün bərpasını təmin edən zaman kəsiyidir.-Gün ərzində görəcəyim işləri nizama salmaq üçün işləri təsnifatlaşdırmağa ehtiyac yoxdu.Bəzi insanlar düşünür ki, gün ərzində görəcəkləri işlərin siyahısını hazırlamaq onları buna bənzər vasitələrdən (cədvəl, siyahı və s.) asılı hala sala bilər. Əksinə, işləri bu formada təsnifatlaşdırmaqla, unutduğunuz vacib işi bu siyahı vasitəsilə xatırlaya bilərsiniz.-Yalnız bir dəfə internetə baxmaq fikri ilə sosial şəbəkələrə daxil olub saatlarla kompyuter qarşısında əyləşmək.Bu yalanı demək olar ki, hamımıza tanışdır:"Yalnız bir neçə dəqiqəlik internetə daxil olub,sonra işimi davam etdirəcəm”. Nəticədə isə saatlarla kompyuter qarşısında əyləşərək gün ərzində nəzərdə tutduğumuz planları icra edə bilməmişik.Əgər həqiqətən də bütün işlərinizi zamanında yerinə yetirmək istəyirsinizsə, o zaman bütün diqqətinizi yalnız bu məsələyə yönəldin.İş zamanı telefonunuzun səsini alın, sosial şəbəkələrdən uzaqlaşın və yalnızca işlərinizlə məşğul olun.-Bütün vacib işləri bügün, vacib olmayan işləri isə sabah görəcəm.Unutmayın ki, siz günün bütün saatlarında maksimum dərəcədə diqqətli ola bilməzsiniz. Bəzi insanlar səhər, bəziləri isə axşam saatlarında özlərini enerjili və həvəsli hiss edirlər. Bu səbəbdən enerjili və işə istəkli olduğunuz vaxtlarda vacib işlərinizi, günün digər hissəsində isə daha az əhəmiyyət kəsb edən işlərinizi görün.-Bütün işlərimi yolda olarkən görə bilərəm.Bu fikrə sahib insanlar görəcəyi işləri vacib və əhəmiyyətsiz işlərə ayırmadan istənilən işin icrasına başlayırlar. Sözügedən insanlar hər bir işin ən vacib hissəsini gözdən qaçırır, görüşlərə vaxtında gəlməyi unudur, sənədləri səhv salır və digər işlərdə səhvlərə yol verirlər.-Problem deyil. Mən bütün işlərin öhdəsindən gələrəm."Yox" deməyi öyrənin. Əks təqdirdə icrasını gözləyən işlərinizin sayı-hesabı olmaz. Təsəvvür edin ki, şirkətdə bir çox işçi var, lakin siz heç kimə yox deyə bilmədiyiniz üçün sizin işiniz onlardan daha çoxdur. Bunun nəticəsində siz nəinki istirahətə, hətta yuxuya da vaxt tapmaya bilərsiniz. Buna görə də insanların təkliflərinə etiraz etməyi öyrənin. Sizin də istirahətə ehtiyac duyduğunuzu və öz məqsədlərinizin, eləcə də öz həyatınızın olduğunu unutmayın
Mütəxəssislərə görə, hər kişinin birlikdə olmaq istəyəcəyi bir qadın ola biləcəyinizin sirri, bədən dilində gizlənir! Müəllifi Tracey Cox olan "Necə Biri Olmaq olar, Necə biri əldə edilir" (How To Be One, How To Get One) adlı kitab kişilərin bədən dilindən istifadə edərək təsir etmə yollarını izah edir. Daily Mail qəzeti üçün də yeni bir xəbər olan kitab, qadınları sağlam bir əlaqə üçün istiqamətləndirir: ƏMIN ADDIMLAR ATIN * Xoşbəxt, ehtiraslı insanlar hədəflərinə doğru sürətli gedər. Məqsədləri olmayanlar isə ayaqlarını sürüyür. Qarşınızdakı kişidə müsbət bir təsir buraxmaq üçün başınızı dik tutun və canlı addımlar atın. * Əlinizi yumruq halına gətirməməyə diqqət edin; Buraxın təbii halları qalsınlar. * Naz edin! Yeriyərkən ombalarınızı nə qədər çox sallasanız, qadına məxsus görünüşünüz o qədər artar! * Düz bir xətt üstündə yeriyin. Hər addımı atdığınızda , addımınızın tam qarşınıza gəlməsinə diqqət edin. * Gözlərinizi yerə dikməyin . Gələcəyi görürmüş kimi dimdik qarşınıza baxın. * Əlinizi cibinizə salmayın. Əllərin cibdə olması, gizlənməyə ehtiyacınızın olduğu mesajını verir. * Ayağınızı sürüməyin. Addımlarınız nə qədər yüngül olarsa, qəlbiniz də o qədər yüngülləşər. Xoşbəxt insanlar sanki uçacaq kimi görünən addımlar atır. Hazırladı : Aytən İslamzadə
Hər birimiz gündəlik həyatımızda bir çox xoş təəssüratlarla qarşılaşırıq. Sevdiklərinizi qucaqlamaq və onlar tərəfindən qucaqlanmaq təbii ki, hər birimizə müsbət təsir göstərir. Bunun isə yalnız xoş təəssüratlar deyil, həmçinin xeyirli olduğunu təəssüf ki, çoxları bilmir. Alimlərin araşdırmaları sübüt edir ki, qucaqlaşma bildiyimizdən daha xeyirli bir prosesdir. Onlar gündəlik qucaqlaşmanın, orqanizmin infeksiyalarla mübarizə aparmasına təsir göstərdiyini və ürək-damar xəstəlikləri təhlükəsinin azalmasına təsir etdiyini bildirirlər. Araşdırmalara əsasən, 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan "oksitosinin" azalmasına gətirir. Bunun isə müasir dövrdə nə qədər önəmli olduğunu hamımız bilirik.Yapon alimləri ağlayan körpəni qucaqlayıb yüngülcə yelləmənin onun sağlamlığı üçün daha çox faydalı olduğunu elmi olaraq sübut ediblər. Paytaxt Tokionun şimalındakı Saitamadaki Beyin Elm İnstitutunun alimlərinin apardığı araşdırmalara görə, körpə ağladığında qucaqlayan zaman özünü daha rahat hiss edir. Doktor Kumi Kuroda "Körpələr anaları tərəfindən qucaqlandığı zaman özünü daha rahat hiss edir" deyib. Yaponiyalı mütəxəssislər ağladığında qucağa alınan körpənin ürək döyüntülərinin normala döndüyünü təyin ediblər. Professor Kuroda ağlayan körpələrin ailəsi üzərində nəzarət etməyə çalışdığına dair nəzəriyyələrin bu şəkildə səhv olduğunu da göstərdiklərini vurğulayıb. Qucaqlaşmağın faydaları Bu kimyəvi reaksiya həmçinin qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə aparır və depressiya simptomlarını azlatma gücünə malikdir. Eyni zamanda, karbohidratların mübadiləsini nizama salan "kortizol" hormonunun səviyysini azaldır. Bu isə sevdiyiniz insanla qucaqlaşmanızın çəkiyə müsbət təsirindən xəbər verir. Həmçinin xəbərdar olun ki, orqanizm qucaqalaşma zamanı sevinc hormonu olan "endorfini" istehsal edir. Qucaqlaşdıqda insan özünü yaxşı hiss edir, damarlarda qan daha tez dövr edərərək , ürək döyünməsini və nəfəsi tənzimləyir. Bundan əlavə, proses zamanı beyində həzz mərkəzləri aktiv olaraq, həm kişi həm də qadın orqanizmində hemoqlobin səviyyəsini artırır, bu isə immun sistemə müsbət təsir göstərmiş olur.
Sevdiyiniz kişini özünüzə aşiq etmək və bağlamaq istəyirsinizsə, bunun sadə üsulları var. Kişini əldə etməyin sadə taktikalarını təqdim edirik. Yaxşı bu taktikalar nələrdir? Buyurun birlikdə öyrənək… I mərhələ: Söhbətə başlayın. Gülümsəyin: Bir kişinin diqqətini çəkə bilməyin ən yaxşı yolu ona baxıb şirin şirin-şirin gülümsəməkdir. Onunla qarşılaşdığınızda sizə baxdığından əmin olduqdan sonra yüngülcə gülümsəyin, amma şitini çıxartmayın. Daha sonra da “hər vaxtınız xeyir” deyib söhbət etməyə çalışın! Rahat olun: “Hər vaxtınız xeyir” dedikdən sonra söyləməyə söz tapa bilməyəcək qədər özünüzü gərgin hiss edirsinizsə, dərhal toplayın! Bəyəndiyiniz kişinin yanında maraqlı mövzular tapmaq bir az çətin görünə bilər, amma bu mərhələni hər vaxt olduğu kimi davranaraq rahatca sovuşdura bilərsiniz. Kiçik komplimentlər yaxşıdır: Ona gözəl sözlər söyləmək üçün zaman və məkanın çox əhəmiyyətli olduğunu bilməlisiniz. Söhbətinizin əvvəlindən ona yaltaqlıq etməyə başlasanız, özünüzü pis vəziyyətə sala bilərsiniz. Söhbət qızışdıqca araya kiçik təriflər deyərək yanınızda özünü rahat hiss etməsini təmin edə bilərsiniz. II mərhələ : Söhbəti artırın. Onunla söhbət etməyi bacardınız, brazo! Yaxşı, indi nə olacaq? Maraqlı olun: Özündən bəhs etməsini təmin edin. Əgər sizinlə söhbət etmək üçün çox istəkli görünür və yanınızda çox danışırsa, narahat olmağa heç bir əsas yoxdur. Bundan sonra gözlərinin içinə baxıb onu diqqətlə dinləyib mövzu ilə əlaqədar suallar soruşun. Ortaq cəhətlərinizi öyrənin: Bütün söhbətlərin sonunda tək bir ortaq nöqtə belə tapa bilmirsinizsə, bir-biriniz üçün yaradılmadığınızı düşünməyə başlaya bilərsiniz. Amma durun, dərhal önyarqılı olmayın! Sevdiyiniz kitabları sevməyə, izlədiyiniz filmlərdən zövq almaya bilər, ancaq bu, sizin razılaşa bilmədiyinizi göstərməz. Bir az səbirli olun, onun zövqlərinə hörmət edin, siz də özünüzünkülərdən bəhs edin. III mərhələ: Şifrəni həll edin! Sizinlə görüşməyə, söhbət etməyə hələ çox istəkli görünür. Yaxşı bu, sizdən həqiqətən xoşuna gəlməsi mənasına gəlirmi? Gözlərinə diqqət edin: Siz danışarkən öz ayaqlarına baxırsa, bu, utancaq olduğunun göstəricisi ola bilər. Yox, əgər ətrafa və xüsusilə gözəl qızlara baxırsa, duyğularından şübhə etməlisiniz. Onu bəyəndiyinizə dair işarələr göndərməlisiniz ki, duyğularınızdan xəbərdar ola bilsin. Onunla danışarkən, dırnaq yemək, saçlarını qurdalamaq və ya qıçını yelləmək kimi narahat olduğunun göstəricisi olan hərəkətlərə diqqət edin və mümkün qədər rahat görünməyə çalışıb gözlərinin içinə baxın! Beləcə yanında rahat olduğunuzu fərq edəcək və ona qarşı necə duyğular bəslədiyinizi asanca anlayacaqsınız!
Övladınızla hər gün söhbət etmək üçün mütləq zaman ayırın. Sizə başa salmaq istədiyi bir şey olanda təxirə salmayın, onu diqqətlə dinləyin. Onu dinləyərkən başqa işlərlə məşğul olmayın. Danışarkən gözlərinin içinə baxın, yumşaq və anlayışlı münasibət göstərin. Danışarkən deməyə çəkindiyi, gizlətdiyi hissləri olub olmadığını anlamağa çalışın. Bədən dili mesajlarına diqqət edin. Fəal dinləyici olun. Bir mövzunu qoyub başqa mövzuya keçməyin, sözünü kəsməyin, mövzunu dəyişdirməyin. Daha çox onun danışmasına səy göstərin, siz yaxşı bir dinləyici olmağa çalışın. Uşağınızın danışdıqlarına hörmət göstərin, onu tənqid etməyin, onunla istehza etməyin. Ünsiyyət maneələrindən uzaq durun. Uşağınızın duyğu və düşüncələrini sərbəst və qorxmadan ifadə etməsini təmin edin. Soruşduğu suallara aydın və dəqiq cavablar verin. Cavablarınızın onun yaşına uyğun olmasına diqqət edin, amma əsla yalan və ya yanlış məlumatlar verməyin. Bilmədiyiniz bir məsələdə dürüstcə bilmədiyinizi söyləməkdən çəkinməyin. Amma bu barədə məlumat toplaya biləcəyinizi qeyd edin, hətta bunu birlikdə edin. Bütün bunlara diqqət etməyiniz, övladınızın özünün və fikirlərinin önəmli olduğunu hiss etməsini və ona qiymət verdiyinizi anlamasını təmin edəcəkdir. Beləliklə, aranızda möhkəm dostluq qurulacaq və yetkinlik çağında ehtiyac duyacağınız yoldaşlıq əlaqəsinin də əsasları atılacaqdır
Orta əsrlərdə isteriyalı xəstələr cin vurmuş hesab edilir və kilsə xadimləri onları qəddarcasına cəzalandırırdı. Xəstəliyin elmi əsasları XVIII əsrdə Şarko tərəfindən öyrənilməyə başlanılmışdır. Araşdırmalar xəstəliyin baş verməsində, irsi amillərin rolunu önə çəkmişdir. İsterik nevroz tipinə görə 2 növə ayrılır:- emosional - affektiv- funksional - nevroloji İsteriya infantil konstitusional tip fonunda emosional-effektiv xəstələr zərif bədən quruluşu, yaxşı inkişaf etmiş ikincili cinsi əlamətlərlə, plastik zəriflik və qeyri-dəqiq hərəkətlərlə xarakterizə olunur. İsteriyalı xəstələrin davranışında ən mühüm cəhət ətrafdakıları müxtəlif vasitələrlə özünə cəlb etmək meylidir.Xəstələrdə daha çox emosional pozulmalar müşahidə edilir. Utancaqlıq, məsuliyyət, ədəb, insanpərvərlik kimi sırf insani keyfiyyətlərin zəifləməsi və kifayət qədər inkişaf etməməsi nəzərə çarpır. Eqoizm ,özünə vurğunluq, cinsi həvəsin artması, qarınqululuq və digər xoşagəlməz xasiyyətlər ön plana keçir.Belə xəstələrdə əhval ruhiyyə tez-tez dəyişir. İsterik nevrozun ağırlaşmalarında aşağıdakı nevroloji pozulmalar mühüm yer tutur:- hərəki pozğunluqlar (iflic, parezlər, oriyentasiyanın pozulması, hiperkinezlər)- nitq pozulmaları (afoniya, mutizm, pəltəklik)Həyəcan zamanı səsin xırıldaması, eşitmənin və görmənin qəfil pisləşməsi isterik nevrozlara xas olan xüsusiyyətlərdir. Xəstəlik zamanı isterik yuxululuq xarakterik hesab edilir. Xəstələr bir neçə saat və ya gün ərzində yuxulu olurlar. DİAQNOZ: Xəstəliyin əlamətlərinə, gedişatına toplanan anamnezə əsasən qoyulur. MÜALİCƏSİ: Müalicəsi zamanı psixoterapiya, ümumi möhkəmləndirici müalicə üsullarından- trankvilizatorlardan istifadə edilir. Xəstədə yuxusuzluq əlamətləri varsa yuxugətiricilər təyin edilir.
2005-ci ildə Baki Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini uğurla bitirmişdi.Bir sıra beynəlxalq konfrans,simpozium,seminar və təlimlərdə iştirak etmişdir, beynəlxalq sertifikatlara layiq görülmüşdür.2005-2010-cu illər ərzində Rusiya Federativ Respublikasının Saratov şəhərində dövlət məktəbində psixoloq vəzifəsində çalışmışdır.2011-2012- ci illərdə Bakı şəhərində Amercan Academy şirkətində menedjer vəzifəsində çalışmışdır.2012-cari ilədək Bakı Modern Təhsil Kompleksində- baş psixoloq vəzifəsində çalışmaqdadır. Nailiyyətləri: University of California Los Angeles-Curriculum Development&Classroom management &Psychology's course -ixtisasartırma proqramlarını uğurla başa vurmuş və beynəlxalq diploma layiq görülmüşdür.Sinif idarəetməsində uşaqlar və yetkinlər ilə iş zamanı baş verəcək gözlənilməz hadisələrdə ilkin tibbi yardım kursunu keçmiş və vəsiqə ilə British Council tərəfindən təltif olunmuşdur. Psychology and Consulting Center tərəfindən keçirilən -Ümumi Psixoterapiya kursunu uğurla bitirmişdir. 2013-cü ildə Təhsil Nazirliyi tərəfində keçirilən fənn kurikulumlarının tətbiqi ilə əlaqədar keçirilmiş "Öyrədənlərin öyrədəni"kursunu 1-ci dərəcə ilə bitirmişdir. 2013-ci ilin noyabr ayında Təhsilin İnnovativ İnkişaf Mərkəzi tərəfindən "Həyat bilgisi" fənni üzrə təlimçi statusunu qazanmışdır. 2013-ci ildə Eastern Mediterranean University-İnteractive Teaching Tools ELT Curriculum Development & Psychologys course. 2015-ci ildə İnternational Psychology Conference in Azerbaaijan 2016-ci ildə İnternational Psychology Conference in Azerbaaijan 2016-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən kecirilən Koqnitiv Davranış Terapiyası treninqi 2017-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən "Azerbaycan yuvenal ədliyyə islahatı məqsədi ilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi" lahiyəsində iştirak etmişdi.Uşaqların və yeniyetmələrin psixi sağlamlığı və yuvenal ədliyyə sistemlərinin dəstəklənməsi treninqi The International Association of Professional Development (IAPD)-"Humanistisches Psychodrama"treninqi The International Association of Professional Development (IAPD)-" Dyslexia -Ronald Davis method" treninqi The International Association of Professional Development (IAPD)-"Schema Therapy" treninqi Hal hazırda Sankt-Peterburq şəhərində V.M. Bexterev adına Elmi Tədqiqatlar Klinik Psixologiya və Psixoterapiya İnstitutunda –Kliniki psixologiya fakultəsində təhsil alır.
Həkim Radioloq Aytən Hidayətova direktor vəzifəsinə təyin edilib. Bu barədə portalının sözçüsü Psixoloq.az a açıqlamasında bildirib.Portal sözçüsü qeyd edib ki, dünən idarə heyətinin iclasında təsisçi qərarı ilə Aytən Hidayətova portalın direktoru vəzifəsinə təyin edilmişdir.