Yanıqları müalicə edir, sinirlər üçün effektlidir - Xınanın bilmədiyiniz faydaları

Xına ta qədimdən bu günədək qadınların gözəllik seçimlərindən olub. Saçlara paqlaqlıq verərək, köklərini gücləndirib. Psixoloq.az xəbər verir ki, xınanın bilinməyən faydalı xüsusiyyətləri də mövcuddur. Xına saç kəpəyi, saç tökülməsi, göbələk xəstəlikləri, sinir və oynaq ağrılara qarşı istifadə edilir. Xına xüsusilə oynaq və revmatizm qaynaqlı ağrılarda təsirlidir. Bunun üçün xına bir pambıq parçaya çəkilir və ağrıyan yerə kompres şəklində qoyulur. Həmçinin xına yanıqların müalicəsində də istifadə edilir, dərinin bərpasını tezləşdirir. Xınanın sinir ağrıları üçün təsirli ola biləcəyi deyilir. Bel, boyun nahiyəsində sinirlərin sıxılması ilə bağlı olan ağrılardan əziyyət çəkən xəstələrə xına sürtmələri məsləhət görülür.

Məleykə Abbaszadədən xəbərdarlıq: Seçimləri...

"Bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq. Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edi Psixoloq.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. M.Abbaszadə bildirib ki, ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək. “Həmin şəxslərdən bəziləri V ixtisas qrupuna sənəd verənlərdir və onlar I və IV qrupa imtahan verməyib. Onlar buraxılış imtahanları nəticəsi əsasında ixtisas seçiminə buraxılıblar. Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. Bu imtahanlar üçün 8277 nəfər qeydiyyatdan keçib. 14 015 nəfər komissiyada iştirak edəcək. 2378 nəfər isə kollecə ixtisas seçimi edəcək". M.Abbaszadə iştirakçılara seçimlərini dəqiq etmələri ilə bağlı xəbərdarlıq edib: “Bir ixtisas kodu dəyişirsə yerləşdirmədə müəyyən problemlər ortaya çıxır. Kodların seçilməsi prosesi başlayandan az sonra bizə müraciət edirlər ki, seçimi ləğv edin və yenilərini seçəcəyik. Burdan müraciət edərək bildirirəm ki, seçimləri dəqiq edin". M.Abbaszadə keçid ballarından da danışıb. O bildirib ki, ixtisas seçimində hər kəs balını bilib buna uyğun seçim etməlidir. “İxtisas qruplarında keçid balları müxtəlifdir Təəssüf ki, ixtisas seçimi zamanı abituriyent və onun valideyni kiməsə müraciət edir. Bunun da nəticəsində abituriyent istəmədiyi ixtisasa və şəhərə qəbul olur. Ona görə də ərizəni təsdiq edən abituriyentin özü olmalıdır. Birinci və ya axırıncı ərizənin təsdiq edilməsi heç bir əhəmiyyət kəsb etmir. Çünki seçim abituriyentin topladığı bala əsasən aparılır. Məsləhət görərdim ki, üç dəfə ərizə dəyişməkdənsə dəqiq seçim edilsin. İxtisas seçimininin rahat olması üçün Dövlət İmtahan Mərkəzinin xidmətləri fəaliyyət göstərir.Valideynlər də bu xidmətlərdən yararlana bilərlər".(publika.az)

Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı - İxtisas qrupları üzrə keçid balları

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. DİM-dən publika.az-a verilən məlumata görə, ixtisas seçimi iyulun 30-dan avqustun 13-dək internet vasitəsilə aparılır. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-dək ixtisas kodunu qeyd edə bilərlər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər. Həmçinin, I-IV ixtisas qruplarından iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Eyni ixtisas qrupu (I-IV qruplardan biri) üzrə iki dəfə imtahan verən abituriyentlər isə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini seçməlidirlər. Qeyd edək ki, V ixtisas qrupu üzrə ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər iştirak edə bilərlər. "Riyaziyyat", "Fizika", “Kompüter elmləri”, "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", “Geologiya”, "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə ümumi balı 250-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) "Kompüter elmləri" ixtisası üzrə isə ümumi balı 300-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqromühəndislik”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, “Şərabçılıq”, "Torpaqşünaslıq və aqrokimya" ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər iştirak edə bilərlər. III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər iştirak edə bilərlər. Bakı İslam Universitetinin və “Naxçıvan” Universitetinin “Dinşünaslıq” ixtisası müsabiqəyə ümumi balı 100-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur). IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər”, “Ekologiya”, “Əczaçılıq”, “Bitki mühafizəsi”, “Bağçılıq və tərəvəzçilik” ixtisaslarının, Naxçıvan Dövlət Universitetinin “Baytarlıq” ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). Bundan əlavə bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər də iştirak edə bilərlər. Həmin ixtisasların və ali təhsil müəssisələrinin siyahısı ilə “Abituriyent” jurnalının 4 saylı buraxılışında tanış ola bilərsiniz.

Ölü hüceyrələri bərpa edir, qırışları aparır - Badam yağını göz ətrafına çəksək...

Badam yağının bir sıra faydaları mövcuddur. Xüsusilə də hamilə qadınlar daha çox bu yağdan istifadə edirlər. Buna səbəb isə yarana biləcək çatların qarşısını alır.  Bəs badam yağını göz ətrafımızda çəksək nə baş verər? Psixoloq.az həmin sözügedən faydaları təqdim edir: -Quru və aşınmış dərini bərpa edir - Göz altındakı qara halqaların yaranmasını önləyir - Dəri hüceyrələrini yeniləyərək, yaşlanmanın qarşısını alır - Dəridəki ölü hüceyrələri aparır və daha parlaq bir dəriyə sahib olmasını təmin edir - Qırışları aparır və incə cizgilərin yaranmasının qarşısını alır - Sədəf xəstəliyini sağaldır - Günəş yanıqlarının aparılmasında təsirlidir - Əl və ayaq kremi olaraq da istifadə edilə bilər - Çatlamış dodaqları sağaldır

Diqqətli olun - Bu tarixdə özünüzü narahat hiss edə bilərsiniz

Avqustun 20-də Yer kürəsində G1 sinfinə aid geomaqnit qasırğası gözlənilir. Psixoloq.az-ın məlumatına görə, 17 və 21 avqustda isə geomaqnit həyəcanlaşması olacaq. Bu ilin ən güclü qasırğası aprelin 20-də qeydə alınıb.

Oynaq ağrılarını sağaldır - Fındığı bu cür yedikdə...

Fındıq həm yorğunluğu, həm də cinsi zəifliyi aradan qaldırır. Ancaq  fındığı kəsmik və çörəklə yeyəndə isə oynaq ağrılarını və revmatizmi sağaldır. Psixoloq.az xəbər verir ki, bu, araşdırmalar sonra məlum olub. Fındığın tərkibində çoxlu liflər var. Bu liflər qan şəkərinin nizamlanmasına kömək edir. Bir sözlə fındıq diabet xəstəliyinə tutulma riskini azaldır.

Hərbi liseylərə qəbul imtahanı başladı

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək. DİM-dən ölkə.az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 2 binada təşkil olunacaq. İmtahanda 898 abituriyentin (Bakı şəhərində 566 nəfər, Naxçıvan şəhərində 332 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 136 nəfər Hərbi Tibb Məktəbinə, 762 nəfər isə hərbi liseylərə imtahan verəcək. İmtahanın idarə olunmasına 7 imtahan rəhbəri, 76 nəzarətçi-müəllim cəlb edilib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək. İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əslini;"İmtahana buraxılış vərəqəsi"ni.Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Bu yağ turşusu stress səviyyəsini azaldır, yaddaşı gücləndirir - Araşdırma

Omeqa-3 doymamış yağ turşularından istifadə stress səviyyəsini xeyli azaldır. Psixoloq.az xəbər verir ki, bu barədə Massaçusets-Louell universitetinin alimləri araşdırma aparıblar.Belə ki, bu vitamin uzun müddət güclü sakitləşdirici effektə malikdir. Məlumatda bu turşunun beyin fəaliyyətini yaxşılaşdırmağa imkan verdiyi və illər boyu itirilmiş diqqəti və yaddaşı bərpa etməyə kömək etdiyi bilidirilib. Qeyd edilib ki, omeqa-3-ün ən yaxşı mənbələrindən biri də dəniz məhsulları və günəbaxan tumlarıdır. Bu səbəbdən bu vitamini təbii olaraq vücuda qazandırmaq tövsiyə edilir. Bundan başqa, tədqiqatlar zamanı omeqa-3 turşusunun başqa mühüm xüsusiyyəti də aşkar olunub. Məlum olub ki, bu turşu beyin fəaliyyətini yaxşılaşdırmağa imkan verir və illər boyu itirilmiş diqqəti və yaddaşı bərpa etməyə kömək edir. Qeyd edilir ki, omeqa-3-ün ən yaxşı mənbələrindən biri də dəniz məhsulları və günəbaxan tumlarıdır. Xatırladaq ki, İlinois ştatı Universitetinin alimləri iyulda müəyyən ediblər ki, omeqa-3 yağ turşuları xərçəngin əmələ gəlməsinin, inkişafının və şaxələnməsinin qarşısını alır.

Belə kolbasalardan uzaq durun – Rəsmi xəbərdarlıq

Qida Təhlükəsizliyi Agentliyi kolbasalarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə edilən məhsullar alınmamalıdır: "Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur. Lakin ət və ət məhsullarında bundan istifadə yolverilməzdir".

Problemlərin sayı artacaq - Günün ulduz falı, 30 iyul, 2018

Qoç – çox şey vəd edən uzunmüddətli investisiyalar yatırmaq şansınız var. Riskə getmək baxımından çox uğurlu gündür. Təkcə gəlirlərinizi artırmaq və faydalı sövdələşmələr əldə etmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz. Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər. Buğa – seçdiyiniz istiqamətdə hərəkəti davam etdirin, mövqelərinizi möhkəmləndirin. Yolunuzda çətinliklər yaranarsa, təslim olmayın. Bu gün nümayiş etdirdiyiniz inadkarlığa görə ulduzlar yaxın vaxtlarda sizi mükafatlandıracaqlar. Tezliklə qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür. Şəxsi həyatınızı köklü şəkildə dəyişdirməyə tələsməyin. Hətta hazırkı vəziyyət sizi qane etməsə belə, ehtiyatla, zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır. Həddən artıq səy göstərməklə, boş bir problemi fəlakət həddinə qədər böyüdə bilərsiniz. Əkizlər – ətrafınızdakı baş verənlərə obyektiv reaksiya verin. Adekvat olun. Bu və digər səbəblərdən işgüzar mühitdə gərginlik yarana bilər. Həmkarlarınızı bədxah, rəhbərliyi aqressiv saymayın. Səbəbləri özünüzdə arayın. Günün ikinci yarısında başqalarının dediklərinə çox inanmayın. Nikbin olun. Həyatın ağ və qara zolaqlardan ibarət olduğunu unutmayın. Onu da bilin ki, ən zülmət qaranlıq dan yeri sökülməzdən əvvəl olur. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. İstənilən formada düşünülməmiş addımlardan uzaq olun. Azacıq şübhə yaradan məsələnin çözümü zamanı aramla davranın, tələsməyin. Daxili laübələr və təbəddülatların əsiri olmayın. Xərçəng – günün ilk yarısı intuisiyanızı işə salın. Fəaliyyətiniz planlaşdırılmış işlərlə bağlıdırsa, diqqətli və sayıq olun. Çevik, şüurlu, hiyləgər insan təsiri bağışlayın. Axşam saatlarını sevdiyiniz insanlara həsr edin. Şir – günün ilk yarısında fikirləriniz səlis olsun. Yeniliklər və dəyişikliklər olacaq. Onların nə dərəcədə uğurlu olacağı bilavasitə sizdən, cəhdləriniz və səylərinizdən asılıdır. Qətiyyətli davranın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışına diqqətlə fikir verin. Bəzi məqamlarda soyuqqanlı, bəzi situasiyalarda isə tam əksinə, aktiv davranmaq gərəkdir. Yaxşı tanımadığınız insanlarla təmaslarda ehtiyatlı davranın. Yeni texnika və avadanlıqla çalışmazdan əvvəl onları yaxşıca sınayın. Nasazlıqları dərhal aradan qaldırın. Qız – diplomatcasına hərəkət edin, naqolay vəziyyətə düşməmək üçün səhih davranın. Həmkarlar və şəriklərlə birgə fəaliyyətdə yaranan anlaşılmazlığı müzakirələrlə, danışıqlarla aradan qaldırmaq olar. Günün ikinci yarısında ani təsadüflər qarşılıqlı anlaşmanı pozmamalıdır. Xoşagəlməz situasiyaların yaranmasını önləmək üçün bir qədər sayıq olmaq yetər. Yaxın ətrafınıza diqqətlə baxın. Sizə bilərəkdən mane olan, işlərinizə pəl vuranlar var. Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi – gün bütün mənalarda əlverişlidir. Əsas məsələ yenilik və qeyri-ənənəvilikdən qorxmamaqdır. Bütün kəşflər yaxşı, bütün eksperimentlər uğurlu, bütün ideyalar heyranlığa layiqdir. Diqqət mərkəzində olsanız da, uğurlarınız həsəd yaratmayacaq. Hamı başa düşəcək ki, həm qələbəyə, həm də mükafata layiqsiniz. Sevgililər üçün əla gündür. Onlar vaxtlarını birlikdə keçirə və bir-birilərinə ən məhrəm şeylərdən danışa bilərlər. Sevgi etirafı üçün ideal gündür. Bu gün etiraflar razılıqla qarşılanacaq. Əqrəb – daha diqqətli olun, ətrafınızda baş verən hadisələrin mahiyyətindən bixəbər olmayın. Yeni avadanlıq və ya texnika ilə işin ilkin mərhələsində səhvlər, yanlışlıqlar yarana bilər. Nə isə dərhal alınmasa, ruhdan düşməyin. Günün ikinci yarısında passivliyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədlərə doğru inamla addımlayın. Aqressiv yox, sərt olun. Mövqelərinizi kimsəyə güzəştə getməyin. Səhhətinizə fikir verin. Dəyər verdiyiniz insanın sağlıq durumunda problem yaranarsa, dərhal həkim çağırın. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Oxatan – məqsədə çatmaq üçün bilik, bacarıq və təcrübənizdən mümkün qədər çox istifadə etməli olacaqsınız. İlk baxışdan xırda, önəmsiz təsir bağışlayan məqamların kölgədə qalan mənasını, problemlərin məzmununu anlamadan irəliləmək mümkün deyil. Günün ikinci yarısında maliyyə məsələlərində sayıq olun. Vəsaitinizin qədrini bilin. İnsanların gur olduğu yerdə fikirlərinizi aşkar bildirməkdən çəkinin. Yaxşı tanımadığınız insana borc verməyin. Axşam saatları anlaşma və müqavilələr, yeni iş yerində fəaliyyətə başlamaq üçün münasib zaman deyil. Oğlaq – hər şeyi mümkün qədər qısa müddətə bitirmək istəyi heç yaxşı məziyyət deyil. Maksimum sürətdən sonra uzunmüddətli istirahətə ehtiyac duyulduğundan fəaliyyət tempini dəqiq müəyyənləşdirin. Bütün işlərdə aktiv olmayın. Bəzi istiqamətlərdə yön dəyişmək olar. Günün ikinci yarısında hədəf və ya məqsədi yeniləmək olar. Özünütənqidə qapılmayın. Situasiyanı təftiş edin. Yeni layihəyə başlamaq, biznesə start vermək, iş yerini dəyişmək üçün münasib gün deyil. Cərrahiyyə əməliyyatı planlaşdırılıbsa, onu ertələyin. Sevdiyiniz insana axşam saatlarında xoş hisslər, hədiyyə bəxş edin. Dolça – hadisələrin gedişatına kənar müdaxilələrə imkan verməyin. Emosiyalarınıza məğlub olsanız, önəmli anda işlərinizdə ləngimə və ya təxirəsalmalar yarana bilər. Diqqətsizlik səhv riskini artırır. Özünüzü ələ alın, soyuqqanlı olun. Başladığınız işi maksimal dərəcədə keyfiyyətlə görməyə can atın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların yardımlarından bəhrələnməyiniz pis olmaz. İşdə rəhbərliklə mübahisə etməyin. Dostların, dəyər verdiyiniz insanların davranışlarında qəribə məqamlar seziləcək. Huşyar olun. Belə dəyişikliklərin səbəblərini anlamağa cəhd göstərin. Balıqlar – çalışdığınız kollektivin qeyri-formal lideri olmağa can atmayın. Potensial rəqiblərin davranışlarını diqqətlə izləyin, onların planlarını qabaqlamağa çalışın. Əvvəlcədən seçdiyiniz kursun uğurlu olması ehtimalı azdır. Problemlərin sayı artacaq. Günün ikinci yarısında yanlış əməl və ya səhv qərar hesablarda çətinliklər yarada bilər. Ona görə də ən xırda detallara, təfərrüatlara belə, fikir verin. Köç, yeni layihəyə və ya biznesə başlamaq, alqı-satqı üçün yaxşı zaman deyil. Axşam saatlarında biliklərinizi və informasiyanı artırın. Milli.Az

Dənizdə çimmək hansı xəstəlikləri müalicə edir?

Dənizdə çimmək insan vücudunu rahatlaşdırmaqla yanaşı sağlamlığı üçün də vacibdir. Psixoloq.az xəbər verir ki, Fransalı bioloq Rene Kenton sübut edib ki, dəniz suyu tərkibinə görə qanın plazmasına (qanın ağ hissəsi) bənzəyir. Dərinin məsamələrindən orqanizmə daxil olaraq dəniz suyu hüceyrələrin yenilənməsi proseslərini sürətləndirir, orqanizmi vacib minerallarla (kalium, kalsium, yod, kükürd, brom və s.) zənginləşdirir.   Bəs dəniz suyu hansı xəstəliklərə faydalıdır? - Nəfəsalma sistemi xəstəlikləri (bronxit, haymorit, xroniki rinit). Dəniz suyu iltihabəleyhinə xüsusiyyətlərə malikdir.  - Dəri xəstəlikləri (psoriaz, ekzema, neyrodermit, xroniki dermatoz). Dəniz suyu antiseptik və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, dərini qurudur, səpgilərin azalmasına kömək edir. - Sinir sistemi xəstəlikləri (nevrozlar və s.). - Zob xəstəlikləri (hipotireoz - qalxanvari vəzinin fəaliyyətinin ləngiməsi ilə bağlı olan xəstəlik). Yodla zəngin olan dəniz suyu zobdan əziyyət çəkənlər üçün çox faydalıdır. - Piylənmə. Dəniz suyu mübadilə proseslərini sürətləndirir və arıqlamağa kömk edir. - Ürək-damar sistemi xəstəlikləri. Dəniz suyu qan dövranını yaxşılaşdırır, damar və ürəyi yaxşı məşq etdirir. Həmçinin kaliumla zəngin olduğundan dəniz suyu ürək əzələsini möhkəmləndirir. Bununla yanaşı dəniz suyu immun sistemini möhkəmləndirir.

Çimərliyə getmək istəyənlərin nəzərinə...Həftənin ilk gününün HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26°, gündüz 32-37° isti, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.

Aptekdə xəstə uşağa özbaşına müalicə təyin etdilər – Əczaçının buna səlahiyyəti varmı?/FOTO

Azərbaycanlı həkim, onkoloq Arif Nuri əczaçıların,pasiyentin xəstəlik əlamətlərini,analizlərini bilmədən həkim kimi müalicə təyin etmələrini kəskin şəkildə tənqid edib. Psixoloq.az xəbər verir ki, o bu barədə  facebook səhifəsində məlumat paylaşıb. Həkim, aptekə gələn valideynin, əczaçıya  uşağın vəziyyətinin pis olduğundan bəhs etdiyini, əczaçının isə “müalicə sxemi” təklif etdiyinin şahidi olduğunu bildirib: “Aptekdə işləyən işçiyə yaxınlaşan qadın 2 yaşlı uşağının simptomlarını sadalamağa başladı: “2-3 gündür uşaq ayaqyoluna su kimi çıxır, özünü pis hiss edir, hərarəti yüksəlir, arabir qusur”. Aptekdə işləyən xanım da ona bir neçə "müalicə sxemi" təklif etdi. İkilikdə cibinə uyğun bir "sxemi" seçib bir neçə dərman aldı və tələsik aptekdən aralanmağa başladı. Heç olmasa, əvvəl pediatra müraciət edin, deməyə vaxt tapsam da, mənə vahiməli, qəzəbli baxışlarla baxıb uzaqlaşdı... Ciddi xəstə olan uşağı bu cür "müalicə etməyə" nə adı vermək olar, bilmirəm. Aptekdə işləyənlərin əksəriyyətinin tibbi biliyi dərman instruksiyası səviyyəsindədir. Bəzilərinin tibbi biliyi olsa da, praktiki terapevtik biliyi, pediatriya sahəsində biliyi yoxdur”. Arif Nuri, bir valideynin xəstə övladını bu növ müalicə etməsini, ona qarşı məsuliyyətsizlik kimi adlandırıb. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən tibb üzrə ekspert  Adil Qeybulla dərman bazarında, aptek şəbəkələrindəki vəziyyətin heç də ürəkaçan olmadığını bildirib: "Aptekdə bir əczaçı oturmalıdır. Dünyanın hər yerində belədir. O, dərmanlar haqqında ətraflı məlumata sahib olmalıdır. Orta təhsilli əczaçı da olur ki, o da satışla məşğul olur. Azərbaycanda təəssüf ki, orta məktəbi bitirən, müxtəlif ixtisas  sahibləri aptekdə işləyirlər ki, bu da yol verilməzdir. Səhiyyə Nazirliyinin təlimatına əsasən aptek əczaçının adına rəsmiləşməlidir. Əczaçılıq prosesinə həkim başçılıq etməlidir. Hazırda kim nə istəsə alır. Reseptsiz dərmanlar buraxılır. Antibiotiklər reseptsiz satılır. Bunlar tamamilə yanlış addımdır.  Satıcılar özlərinə "səlahiyyət” götürüb alıcılara səhv dərman da satırlar”. Həmçinin A.Qeybulla aptekdə işləyən şəxslərin xəstələrə hansısa dərmanı tövsiyə etmək, vermək kimi səlahiyyətlərinin də olmadığını vurğulayıb.

Həyatda xoşbəxt olmaq üçün bu sözlərdən istifdə etməyin

Bir çox insan həyatda xoşbəxt yaşamağın yollarını axtarır. Əslində isə bəzi düşüncə tərzini dəyişməklə bunu təmin etmək mümkündür. Psixoloqlar bəzi sözləri həyatımızdan çıxararaq xoşbəxt olmağın mümkün olduğunu  bildirib. Bəs bu sözlər hansılardır? Səndən nifrət edirəm – Nifrət sözünü lüğətinizdən tamamilə çıxarın. Əgər birisi sizi narahat edirsə, duyğularınızı fərqli şəkildə dilə gətirə bilərsiniz. Ölmək istəyirəm – Zarafat üçün olsa belə bu sözdən istifadə etməyiniz doğru deyil. Əgər depressiyadasınızsa və ölmək istəyirsinizsə bunun üçün psixoloq dəstəyi almalısınız. İntihar heç nəyin çarəsi deyil. Edə bilmərəm – Həyatınızda hər şeyi edəcəyinizi  düşünün. Bu tamamilə baxış tərzindən asılıdır. İstedadınıza güvənməlisiniz. Həyat mənasızdır – Əslində isə həyatı mənalı etmək sizin əlinizdədir. Müvəffəqiyyət qazanacağınıza inanmalısınız. Kefinizi aşağı salmayın.Sizi sevən insanların da olduğunu unutmayın. Çirkinəm – Düşünün ki hər kəsin gözəllik anlayışı fərqlidir. Sizin çəkici başqa xüsusiyyəti vardır. Görüşünüz haqqında narahat olmayın.(hekimtap.az)

Qazlı içkilərdən uzaqlaşın - Bu xəstəliyi yaradır

Qazlı içkilər diabet və altsheymer xəstəliyi riskini artırır. Psixoloq.az xəbər verir ki, bu, alimlərin apardığı araşdırmalardan sonra məlum olub. ABŞ-ın Kolumbiya universitetinin alimlərinin tədqiqatı nəticəsində məlum olub ki, “Altsheymer” xəstəliyi ilə şəkərli, xüsusilə də kola kimi qazlı içkilər arasında əlaqə var. Alimlər 7 il ərzində 2.226 yaşlı şəxsin iştirakı ilə çalışma aparıblar. 7 il ərzində bu şəxslərin qəbul etdiyi şəkər əlavə edilmiş qidalar, yüngül içkilər və meyvə suları qeydə alınıb. İştirakçıların 429-u altsheymer xəstəliyinə yoluxub. Tədqiqatın sonunda gündə 30 qram şəkər əlavə edilmiş qida qəbul edənlərlə 6 qram şəkər əlavə edilmiş qida qəbul edənlər arasında xəstəliyə yoluxma riskinin 33% çox olduğu üzə çıxıb.

Çürük dişlər bu xəstəlik riskini artırır

Ağız boşluğu gigiyenası, xarab dişlərin vaxtında müalicəsi insan sağlamlığında böyük rol oynayır. Xarab dişlər orqanizmdə xroniki iltihab ocağı yaradır ki, bu da immun sistemini zəiflədir. Xarab dişlərdə olan çoxsaylı patogen mikroblar müxtəlif orqan və sistemlərinə yayıla bilər. Sübut olunub ki, kariesli dişlər mədə-bağırsaq, ürək-damar sistemi xəstəliklərinin riskini artırır. Psixoloq.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, xarab dişlər həmçinin şəkərli diabet xəstəliyinin riskini də artırır. Araşdırma zamanı 10 000 yaxın insanın sağlamlıq haqqında məlumatları təhlil olunub.   Beləliklə, ağız boşluğunun gigiyenası və kariesin vaxtı-vaxtında müalicəsi insanı bir çox ciddi xəstəliklərdən qoruya bilər. Mütəxəssislər ildə 2 dəfə stomatoloqların profilaktik müayinələrindən keçməyi tövsiyə edirlər.(Saglamolun.az)

3 mindən çox namizəd müəllim olmaq üçün yarışır

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir. Təhsil Nazirliyindən publika.az-a verilən məlumata görə,bu gün keçiriləcək fizika və texnologiya üzrə test imtahanlarında 3468 namizədin iştirakı gözlənilir. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq. İyulun 27-də tarix və kimya üzrə imtahanlarda 2977 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq hər iki fənn üzrə 59 bal qeydə alınıb. Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

İstirahət gününün hava proqnozu

Azərbaycanda bazar gününə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah, iyulun 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 31-35° isti, Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.

Uşaqları çox qorumaq onlara zərər verir - Araşdırma

Əgər analar uşaqları ilə sadəcə onlara nəzarət etmək üçün oyun oynayır və dağılan oyuncaqlarını özün toplayırsa, belə uşaqlar 5 yaşına qədər duyğularına nəzarət etməkdə çətinlik çəkirlər. Psixoloq.az  xəbər verir ki, bu, İngiltərədə 422 uşaq üzərində aparılan, Minnesota, Zürix universiteti  tərəfindən aparılan araşdırmadan sonra məlum olub. Məlumatda qeyd edilir ki, uşaqlar 10 yaşına qədər duyğusal problemlər yaşayaraq məktəbdə çətinlik yaşaya bilərlər. Tədqiqat zamanı uşaqlar 8 il əzində 2,5 və 10 yaşlı uşaqlara nəzarət edilib.  Bu araşdırmada xüsusilə, anaların uşaqları ilə oyun oynadıqları zamana, ev ortamına, valideynlərlə dialoqlara nəzarət edilib. Tədqiqatın keçirilməsində məqsəd isə 2 yaşındakı uşaqların duyğu kontrolunu, 5 yaşındakı uşaqların ani reaksiyalarını, 10 yaşlı uşaqların isə duyğusal və məktəb problemlərini araşdırmaq olub. Psixoloqlar, azyaşlı uşaqların yeni oyunlar kəşf etmələrinin və bu zaman yaranan problemləri həll etmələrinin inkişaflarına müsbət təsir etdiyini bildiriblər. Həmçinin psixoloqlar valeynlərə uşaqların öz problemlərini həll etmək üçün onlara zaman və azadlıq vermələrini tövsiyə ediblər. Əks halda yaranan hər problem zamanı uşaq köməyi valideyndən gözləyərək, həll olmadığı zaman isə gunahı yenə onlara atacaqlarını vurğulayıblar. Müəllif: Şəhanə Quliyeva

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarına əməl edilməsi ilə bağlı sürücülərə müraciət edib. Psixoloq.az xəbər verir ki, agentlikdən xezerxeber.az-a daxil olan müraciətdə deyilir ki, vətəndaşa xidmət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində önəm verdiyi ən mühüm məqamlardandır. Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı da bu məqam əsas götürüləcək. Daha sonra müraciətdə bildirilir: "Səlahiyyətlərin icrasına başlamazdan əvvəl zəruri olan prosedurlar icra edilməkdədir. Məsələ ilə bağlı bir məqamı xüsusi ilə vurğulamaq istərdik. Məqsədimiz heç də ilk başdan sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Düşünürük ki, maarifləndirmə işini düzgün qurmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq. Bu işdə ictimaiyyətin də dəstəyinə ehtiyacımız olacaq. Məhz ictimaiyyətin dəstəyi və ictimai qınaq sayəsində nəqliyyat sistemində mövcud olan bir çox problemlərin həllinə nail olmuşuq. Bakı Nəqliyyat Agentliyi, eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir birimizə qarşı anlayışlı olmağa səsləyir. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkət etmək daha rahat, maneəsiz və təhlükəsiz olacaq”.

Azərbaycanda dəhşətli YANĞIN BAŞLADI - Sürətlə ətrafa yayılır

Fövqəladə Hallar Nazirliyi Ağsu rayonunda meşə ətrafı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən publika.az-a verilən məlumatda bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Qırlar kəndi yaxınlığında meşə ətrafı ərazidə yanğın olması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur. Əlavə məlumat veriləcək

İnfarkt riskini azaldır, qəbizliyi aradan qaldırır - Gavalının faydaları

Mütəxəssislər hər meyvənin vaxtında yeyilməsinin mühüm olduğunu açıqlayırlar. Yay fəslində yeyiləcək, bol vitaminli meyvələrdən biri isə gavalıdır. Bəs gavalının insan orqanizmi üçün hansı müsbət təsirləri mövcuddur? Psixoloq.az həmin sözügedən faydaları təqdim edir: Təzə gavalının tərkibinə qurusundan, ya da şirəsindən daha çox C vitamini daxildir. Gündəlik A vitamini ehtiyacının da 8 faizini qarşılayır. A vitamini gözlərin görmə qabiliyyətini yaxşılaşdırır və sümük inkişafını dəstəkləyir. Gavalı qurusu qəbizlik və həzm problemlərini aradan qaldırır. Ürəyi qoruyur, infarkt riskini azaldır. Araşdırmalar göstərir ki, qara gavalı döş xərçəngi hüceyrələrini məhv edir. Beynin yaddaş qabiliyyətini inkişaf etdirir. Antioksidantlarla dolu olması sayəsində Alzheimer inkişafını ləngidir. Böyrək daşı müalicəsində effektivdir.

Mövqeyinizdə əhəmiyyətli dəyişikliklər etməyin - Günün ulduz falı

Qoç – uğurlu, sakit, əlverişli gündür. Mühüm məsələlərin həllini təxirə salmayın. Astagəl və süst olmayın. İkinci dərəcəli işlərə həddən ziyadə önəm verməyin. Belədə əlverişli anı və şansı əldən verə bilərsiniz.Günün ikinci yarısı yarımçıq işlərin tamamlanması, şəxsi münasibətlərdə və karyerada yeni imkanların aranması üçün münasib zamandır. Dəyər verdiyiniz insanla təmaslarda səmimi olun. Onu anlamağa çalışın.Kobudluq münasibətləri korlaya bilər. Buğa – yarımçıq işləri bitirməyincə yeni işlərə başlamayın. Əvvəlki günlərdə fərqli olaraq qarışıq, laübəli zamandır. İşdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlar təşəbbüskar olmağınıza adət ediblər.Çətin situasiyada lider olun.Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə işlər artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər istisna deyil. Əkizlər – kollektiv fəaliyyətin daha çox nəticə verəcəyi zamandır. Təkbaşına işləmək və ətrafdan könüllü təcrid olmaq fəaliyyətin intensivliyini aşağı salacaq. Təcrübəli insanın məsləhətlərindən yararlanın.Günün ikinci yarısında mövqeyinizdə əhəmiyyətli dəyişikliklər etməyin. İşdə tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Sevdiyiniz insanla qaba davranmayın. Kiçik anlaşılmazlıqlar müvəqqətidir.Axşam saatlarında gəzintiyə çıxın. Xərçəng – gərgin, mürəkkəb gündür. Səbr kasanız asanlıqla daşmasın. Ən xırda məsələlərə qıcıqlansanız, bədxahlarınız bundan istifadə edəcəklər. Şübhəli insanlara inanmayın, onların sizinlə manipulyasiya etməsinə imkan verməyin.Günün ikinci yarısında düşünülməmiş, tələsik qəbul ediləcək qərarlar işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə bilər.Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində saxlayın. Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski var. Adi günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq məcburiyyətindəsiniz. Şir – səhər saatlarından etibarən əhvalınız pis olmayacaq. Potensialınıza və qüvvənizə güvənin. Görəcəyiniz işin incəliklərini anlayın, detallarını ayırd edin.Günün ikinci yarısında potensialınızın anlaşılması problemləri sürətlə həll etməyə imkan verəcək. Fərdi potensialınızı göstərin. Məişət qayğıları artacaq. Problemlərin sayı artır.Axşam saatlarında stressdən qurtulun. Ağır fiziki işi təxirə salın. Qız – problemlərin sayı artır. Təcili görülməsi gərəkən işlər də az deyil. Yaxınlarınızın verəcəyi dəstək fəaliyyətinizdə yaxşı motivasiya rolunu oynayacaq. Ambisiya və istəklərinizdə reallıq hissini itirməyin.Günün ikinci yarısında rəqiblərinizi diqqətlə, amma ustalıqla, onları duyuq salmadan müşahidə edin. Tərəfdaşı həddən artıq ideallaşdırmayın. Onun nöqsanlarını və çatışmayan cəhətlərini görməyi bacarın.Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi – daha enerjili, aktiv olun. Süstlüyə qapılmayın, rəqiblərin sizi üstələməsinə imkan verməyin. Özünüzə qapansanız, gərəkli nəticələr əldə edə bilməyəcəksiniz. Tənhalıqda özünüzü çox yaxşı hiss edəcəyinizi düşünməyin.Günün ikinci yarısında maraqlı ideya və fikirləri unutmayın. Belə ideyalardan biri yaxın gələcəkdə əhəmiyyətli gəlir verə bilər.Axşam saatlarını sevdiyiniz insanlara, dəyər verdiyiniz şəxslərə həsr edin. Əqrəb – çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, istəyinizi reallaşdırmaq üçün əlverişli zamandır. Şərtlər lehinizədir. Perspektiv layihəyə başlamaq olar. Özünüzdən bədgüman olmayın ki, qarşınızda duran öhdəlik və tapşırıqları gerçəkləşdirə biləsiniz.Günün ikinci yarısında yaranan qarışıq situasiyada çaş-baş qalmayın. Təcrübəli insandan məsləhət almaq olar. Eksperimentlərə aludə olmayın. Sınanmış metodlar və işlək vasitələr daha effektivdir.Axşam saatlarında normal istirahət edin. Oxatan – pis gün deyil, amma ehtiyatı əldən verməyin. Dünən başlamış hadisələr davam edəcək. Fəsadları aradan qaldırın, yanlışlıqları çözün. Neqativ fikirlərə qapılmayın.Günün ikinci yarısında fəaliyyətinizin maliyyə məqamlarına xüsusi fikir verin. Hesablamalarda yanılmayın. Xərcləriniz gəlirlərinizdən artıq olmamalıdır.Axşam saatlarında səhhətinizə fikir verin. Oğlaq – maraqlı, hadisələrlə zəngin gündür. Risklərə, avantüralara meylli olmayın. Səbrli və təmkinli davransanız, məqsədə doğru əhəmiyyətli irəliləyişə nail olacaqsınız.Günün ikinci yarısında vəzifənin artması, maaşınızın məbləğinin yüksəldilməsi ilə bağlı danışıqlar aparmaq olar. Sərfəli təkliflər istisna deyil. Həmkarlarınızı sonadək dinləyin. Gəlir mənbələrini daha çeşidli edin.Axşam saatlarına yaxın yalnız bəxtə belə bağlayıb qərar verməyin. Ailənizə daha çox vaxt ayırın. Dolça – günün ilk yarısı pozitiv emosiyalar vəd edir. Rutin işləri maraqlı məşğuliyyət əvəzləyəcək. Situasiyanın əlverişli olması gərəkli insanlarla əlaqələri asanlıqla yaratmağa imkan verəcək. Cari problemlərin həllində hövsələli olun.Günün ikinci yarısında sayıq olun. Yeni tanışlara inanmayın, şirin vədlərə aldanmayın.Qarşı tərəfin fikir və istəklərini qulaqardına vurmayın. Balıqlar – günün ilk yarısından etibarən kreativ ideyaları reallaşdırmağa başlayın. Diqqətli olsanız, işlərinizdə ciddi uğur qazanacaqsınız. Qüvvənizə və potensialınıza şübhə etməyin.Günün ikinci yarısında cari işlərin öhdəsindən sürətlə gələ bilərsiniz. Yeni layihəyə başlasanız, rəhbərlik bunu müsbət qiymətləndirəcək. Yaxınlarınızın tənqidinə sərt reaksiya verməyin. Yaşananlara obyektiv baxın. Uğurlarınızı və imkanlarınızı real dəyərləndirin.(milli.az)

Universitet seçimində nəzərə alınmalı məqamlar

İmtahanların başa çatması ilə bütün abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayır. Universiteti və ixtisas seçimi gələcək həyatınızı istiqamətləndirəcək çox vacib məqamdır. Bütün bunları nəzərə almaqla, uğurlu ixtisas seçiminizə kömək edəcək vacib məqamları sizin üçün seçdik. Psixoloq.az universitet seçimində nəzərə alınması vacib olan yeddi məqamı təqdim edir. Tətbiqi təhsilin əhəmiyyəti Nəzəri dərslər oxuyacağınız ixtisas və peşə haqqında geniş məlumat verir. Lakin məzun olduqdan sonra sizi iş dünyasına hazırlayan əsas mərhələ tətbiqi, yəni praktiki təhsildir. Praktika sizi iş dünyasına aparan yolun əsasını təşkil edir. Keyfiyyətli tətbiqi təhsil almaq üçün seçəcəyiniz universitetin imkanlarına baxın. Görün, seçəcəyiniz universitetin intensiv şəkildə istifadə etdiyi laboratoriya və ya universitetin sənaye müəssisələri ilə əməkdaşlığı mövcuddurmu?! Xüsusilə, sənaye dünyası ilə geniş əlaqələri olan universitetlərin seçilməsi vacibdir. Çünki belə universitetlər tələbələri yiyələnəcəkləri peşəyə uyğun hazırlaya bilirlər.  Təhsil alarkən iş dünyası ilə əlaqə qurabilmə imkanı Tətbiqi təhsilin vacib məqamlarından biri də biznes mühitini “görə bilmək” – praktika keçməkdir. Peşənizə uyğun sektorla nə qədər tez təmasa keçsəniz, işləmə şansı əldə etsəniz, karyera baxımından gələcəyinizi o qədər uğurlu formalaşdıra bilərsiniz. Seçəcəyiniz universitet əməkdaşlıq etdiyi şirkətlər vasitəsilə bu məsələdə sizin işinizi asanlaşdıra bilər. Universitet sizə praktika imkanı təklif edirsə, bunu mütləq dəyərləndirin! Müasir düşüncəli və təcrübəli müəllim heyəti Ali təhsili necə aldığınız qədər, kimdən aldığınız da böyük əhəmiyyət kəsb edir. Öz sahəsində mütəxəssis, müasir metodikanı mənimsəmiş, eyni zamanda, böyük təcrübəyə malik müəllim heyəti təhsil aldığınız müddətdə sizə böyük dəstək olacaq. Müəllim heyətini incələyərkən onların həm milli, həm də beynəlxalq uğurları ilə yanaşı, müəllif layihələrinə sahib olub-olmadıqlarına və bu layihələrə tələbələri cəlb edib-etmədiklərinə baxın.  İnnovativ, elmi və texnoloji imkanlara sahib universitetləri seçin Ali təhsilin əsas üstünlüyü innovativ, elmi və texnoloji imkanları tələbələrin ixtiyarına verməsidir. Tələbə dövrün tələbinə uyğun, yeni texnologiyalarla təchiz olunmuş mühitdə təhsil almalıdır. Universitetdənkənar texnoparklarda, elmi araşdırma laboratoriyalarında dərs keçmə imkanı təklif edən ali təhsil müəssisəsi seçəcəyiniz universitetlər arasında ilk sıralara qoyulmalıdır. Sosial-mədəni imkanlar Tələbələrin universitet həyatı sadəcə təlim-tərbiyədən ibarət olmamalıdır. Universitetlər tələbələrinə sosial və mədəni imkanlar təmin etməklə, onların tam formalaşmasına kömək göstərməlidir. İxtisas və universitet seçərkən universitetlərin bu sahədə hansı fəaliyyətlərlə məşğul olduqları, hansı imkanlara sahib olduqları mütləq araşdırılmalıdır.  Təqaüd imkanı Xüsusilə özəl universitet seçəcək abituriyentlər təqaüd imkanını mütləq araşdırmalıdır. Təqaüdün miqdarı və müddəti xüsusilə nəzərə alınmalıdır. Müasir kampuslar  Seçəcəyiniz ixtisasın balı iki universitetdə də eynidirsə, sizin üçün universitetin yeri seçiminizdə mühüm rol oynayır. Bu halda hansı universitetin yerləşdiyi yer sizə uyğundursa, onu seçə bilərsiniz. Eyni zamanda, metroya yaxınlıq, ictimai nəqliyyatla rahat gedə bilmə imkanı seçiminizə təsir göstərən amillərdəndir. Bununla yanaşı, müxtəlif yerlərdən gəlmiş, Bakıda kirayədə qalacaq tələbələr üçün o yerin sakit və təhlükəsiz olması böyük əhəmiyyət kəsb edir. Bu məsələdə universitetin imkanları da araşdırılmalıdır. Yataqxanasının olub-olmaması və yaxud ətrafındakı kirayə verilən mənzillərin mövcud vəziyyəti, qiymətləri diqqət yetirilməli məqamlardandır.(Oxu.az)