Süni qiymət artımı ilə bağlı əhaliyə müraciət olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti əhaliyə müraciət edib. Xidmətdən  daxil olan məlumata deyilir: “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından əldə etdiyiniz biletlər vasitəsilə növbəlilik prinsipinə əməl etdiyiniz üçün və kənar şəxslərin qeyri-qanuni daşımalar üçün süni qiymət artımına gətirib çıxaran qanunsuz əməllərinə rəvac vermədiyiniz üçün təşəkkür edirik! Tezliklə BBAK-də sizin üçün daha əlverişli şəraitin yaradılması üçün bütün tədbirlər görülür. Sizdən xahiş edirik ki, hər hansı qanun pozuntusuna rast gəldiyiniz halda NRYTN-nin 1655, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406 01 58/59 nömrəli qaynar xətlərinin operatorlarına məlumat verəsiniz. Məlumat verəcəyiniz faktla bağlı avtobusun dövlət qeydiyyat nişanını dəqiq bildirməyiniz rica edilir”. Müraciətdə bildirilib ki, bilet satışı ilə bağlı indiyə qədər ən çox daxil olan şikayətlər qeyri-qanuni daşımalar həyata keçirən daşıyıcı şirkətlər tərəfindən süni şəkildə qiymətlərin qaldırılması idi: “Hazırda DANX-nin və BBAK-nin gücləndirilmiş nəzarət mexanizmi ilə sərnişinlərin gediş-gəlişinin təmin olunmasında bu kimi hallara yol verilməməsi üçün tədbirlər görülür. Reyslərin saatlarında olan mövcud bəzi problemlərin də aradan qaldırılması üçün kompleks işlərə start verilib”.(Ölkə.az)

Şimşək çaxacaq, yağış yağacaq - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 06-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bəzi şimal və qərb rayonlarında avqustun 04-06-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur. Avqustun 4-ü isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində Avqustun 04-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında Avqustun 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəsək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Avqustun 04-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Getdiyi xəstəxanada bütün orqanları oğurlandı - FOTO

Getdiyi xəstəxanada bütün orqanları oğurlanıb.  Psixoloq.az xəbər verir ki, hadisə Banlqadeşdə baş verib.  Qarın ağırısı şikayəti ilə xəstəxanaya aparılan müsəlman gəncin bütün orqanları oğurlanıb. Xəstəxanadan oğullarının cənazəsini alan ailə qarşılaşdıqları mənzərə qarşısından şoka düşüblər.  Oğullarının orqanlarının bilərəkdən oğurlandığını deyən ailə hadisəylə bağlı Birləşmiş Millətlər Təşkilatına şikayət ediblər. (moderator.az)

Ağızda yaranan acılıq dadı - Səbəbləri

Ağızda yaranan acılıq dadı bir çox insanın qarşılaşdığı problemdir. Psixoloq.az xəbər verir ki, bəzən bu, adi soyuqdəymədən qaynaqlansa da , ciddi qalıcı problemlər səbəbiylə də yarana bilər. Bəs ağızda yaranan acılıq dadının səbəbləri nə ola bilər? -Qaraciyərdə pozğunluq -Mədə-bağırsaq problemləri -Öd axarlarının tutulması -Antibiotik qəbulu -Bağırsaqlarda mikrobların çoxalması -Damaq, diş xəstəlikləri Qeyd edək ki, əgər ağızda acılıq yalnız səhərlər olursa və sağ qabırğaaltında ağrı da varsa, o zaman təcili qaraciyər müayinə edilməlidir.

Oxuduqdan sonra mütləq çay içəcəksiniz - Alimlərdən ŞOK ARAŞDIRMA

Yeni elmi tədqiqatlara əsasən, çayın tərkibində olan teanin və kafein maddələri insanların sinir sistmeni oyaq saxlaması ilə bərabər, onların diqqətini də artırır. Tədqiqatçıların iddiasına görə, çay onu içdikdən dərhal sonra zehni qabiliyyətinə təsir göstərmək gücünə malikdir. Psixoloq.az xəbər verir ki, Çinin Pekin Universitetindən olan bir qrup psixoloq aparılan tədqiqatları analiz edərək şərh verib. Onlar orta yaşları 23 olan 50 tələbənin iştirakı ilə maraqlı eksperiment aparıblar. Onlara qavrama və yaradıcılığa dair test sualları verməzdən əvvəl bu tələbələrin bir yarısına çay, digər yarısına isə adi su içirdiblər. Testin birinci mərhələsində tələbələrə kubiklərdən "cəlbedici və yaradıcı" tikili qurmaq tapşırılıb. İkinci mərhələdə isə onlardan fantastik əriştə restoranına ad qoymaq tələb edilib. Nəticələr isə eksperimentdə iştirak etməyən neytral tələbələr tərəfindən qiymətləndirilib. Orta hesabla testdən əvvəl çay içən tələbələrin yaradıclıq gücü reytinq cədbvəli üzrə 6,54 bal, su içənlərin isə 6,03 bal olaraq qeydə alınıb. Restorana ad qoymaq tapşırığına görə isə çay içənlər 4,11, su içənlər isə 3,78 bal toplayıb. Beləliklə nəticə olaraq çayın insan yaradıcılığına müsbət təsir etdiyi üzə çıxıb. Amma alimlər onu da əlavə edib ki, içilən çayın miqdarı az olduğu üçün nəticələrdə cüzi rəqəmlər rol oynayıb. (publika.az)

“Jurnalistika”ya qəbul olunmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqust ayının 6-da 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Psixoloq.az xəbər verir ki, Bu barədə Modern.az-a DİM-dən məlumat verilib. Bu imtahanda iyul ayının 29-dan avqustun 1-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq. İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 446 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 125 nəfərini oğlanlar, 321 nəfərini qızlar təşkil edir. 402 abituriyent Azərbaycan, 44 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər: - şəxsiyyəti təsdiq edən sənədin əslini; - “İmtahana buraxılış vərəqəsi"ni. İmtahanın məzmunu haqqında məlumat: Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti düşündürən problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşanı (esseni) yazarkən abituriyent: mövzunu açmalı və dolğun əhatə etməli; yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli; ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli; ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməli; fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir. İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir. “Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya işarə vurduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir. Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır: verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə materialı, əsas fakt və hadisələri bilmə; abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması; çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması; yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi; yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması. Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndiriləcəkdir. İnşa yazı (esse) 2-4 səhifə (ən azı 420 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “0” balla qiymətləndirilir. Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.

Qanvermə aksiyası keçirilib

Avqustun 2-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirilib. Psixoloq.az Modern.az-a istinadən xəbər verir ki, qanvermə aksiyasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri, gənclər və rayon sakinləri böyük coşqu ilə könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulublar. Aksiyada ümumilikdə 880 nəfər rayon vətəndaşı iştirak edib. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılır, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan 147 nəfər vətəndaşdan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Məşhurun beynində şiş tapıldı - Vəziyyəti ağırlaşıb

Məşhur türkiyəli modelyer Nur Yerlitaşın vəziyyəti ağırlaşıb. Psixoloq.az xəbər verir ki, modelyer dünən təcili xəstəxanaya yerləşdirilib. Beynində 2 şiş aşkarlanan Nur Yerlitaş əməliyyat olunacaq. Qeyd edək ki, məşhur keçən il sinəsini kiçiltmək üçün həkimə gedəndə müayinə zamanı döşündə şiş olduğu çıxmış və ona xərçəng diaqnozu qoyulmuşdu.

İnsan ömrünün uzadılması üçün daha bir addım: donuzlara…

Amerikalı biomühəndislər dünyaya yeni sensasiyalı hesabat təqdim ediblər. Belə ki, insan ömrünün uzadılması istiqamətində daha bir addım atılıb. Alimlər donuzlara süni yetişdirilmiş ağciyər köçürüblər. “Vistanews” saytının yazdığına görə, transplantasiya əməliyyatından kifayət qədər qısa müddət sonra orqanlar adaptasiya olunub. Bu vaxtadək məhz patoloji cəhətdən zədələnmiş ağciyərlər orqanizm tərəfindən qəbul edilmədiyindən mükəmməl transplantasiya üçün yararsız hesab olunurdu. Tədqiqatçılar qidalandırıcı məhlulda laboratoriya heyvanlarının bütün hüceyrələrini çıxarmaqla zülal strukturundan orqanlar yetişdirməyə nail olublar. Yerdə qalan elastik üçölçülü əsas sahə resipiyent donuzun hüceyrələri ilə doldurulub. Yetişdirmə prosesi bir aya başa çatıb. Bundan sonra orqanlar fərdi damar şəbəkəsi yaradıb. İlk uğurlara baxmayaraq, hələ alimlərin qarşısında insan orqanlarının yetişdirilməsi metodikasının hazırlanması ilə bağlı çoxlu problemlər var. Bu məsələdə resipiyentin yaşı və transplantasiya dövrünədək həyat tərzi mühüm rol oynayır. Lakin alimlər əmindirlər ki, yaxın zamanlarda eksperimentlərin müsbət nəticələrini əldə etmək mümkün olacaq. Birinci mərhələ uğurla başa çatıb. Elmi dairələr bu istiqamətdə tədqiqatların nəticələrini diqqətlə izləyirlər (Azərtac).

Günün ulduz falı: 3 avqust, 2018

Qoç – İntellektual və enerji səviyyənizin yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın. Hadisələrin ən uğursuz məcrasına hazır olun. Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin. Romantik görüşü ertələyin. Sabaha indidən hazırlaşın. Buğa – Situasiyanı sizə gərəkli istiqamətdə inkişaf etdirmək üçün stereotiplərdən qurtulun. Qarşı tərəfin əhvalını anlayın, emosiyaları hiss edin. Durum qəflətən dəyişə bilər. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün lazımi vasitələrdən istifadə edin. Günün ikinci yarısında işlərin emosiyalarla həllinə imkan verməyin. Yaxşı intuisiya diqqətə layiq məsələlərin həllində yardımçınız olacaq. Gələn informasiyalara fikir verin. Maraqlı ideyalar istisna deyil. Rasional olun. Mövqelərinizi möhkəmləndirin. Axşam saatlarında əylənin, gəzintiyə çıxın. Əkizlər – Dediklərinizi yanlış anlamamalıdırlar. Vəziyyət yönünü qəflətən dəyişir. Bir istiqamətdə hərəkəti çoxdan planlaşdırsanız da, yeni xəbərlər və gözlənilməz məlumatlar gündəmə başqa işləri gətirəcək. Ətrafınızdakı insanlarla təmaslar niyyətinizə təsir edəcək. Hadisələrə təsir imkanlarına malik insan günün ikinci yarısında sizə yardım edəcək. Təsadüfi nüanslar əhvalınıza pis təsir etməməlidir. Diqqətiniz dağınıq olmasın. Axına qarşı üzməyin. Yanınızdakı insanlara qarşı ifrat tələblərə söykənən mövqe tutmayın. Yardım istəyən insana kömək edin. Ailə üzvlərinizin qayğınıza ehtiyacı var. Səhhətinizin qeydinə qalın. Xərçəng – Emosional əlaqələri yenidən dəyərləndirin. Maliyyə münasibətlərini təftiş edin. Əlavə işlərə boyun olmayın, düşünülməmiş addımlar atmayın. İntuisiyanızı dinləyin. Riskli əməliyyatlara qatılmayın, kateqorik bəyanatlar verməyin. Günün ikinci yarısında virtual təmaslar, informasiya axtarışı, yenilik arayışları gözləntilərinizi doğruldacaq. Axşam saatlarını pəhrizə, rasionun nizamlanmasına həsr etmək olar. Harasa yollanmaq fikriniz varsa, münasibətlərdə tamahkarlıq etməyin. Eyni vaxtda bir neçə iş görmək mümkün deyil. Şir – Tələsmədən, aramla çalışın. Gərginlik səviyyəsi nə qədər artsa da, cari məsələləri nə qədər tez başa vurmaq istəsəniz də, təmkinli olun. Sizə deyilənlərə diqqətlə qulaq asın. Vəziyyəti müşahidə edin. Konkret situasiyadan asılı olaraq qarşı tərəflə əlaqələri yeniləmək mümkündür. Günün ikinci yarısında fəaliyyət müstəvisində sürətlənmə olacaq. Uğurlu şəraitdən yararlanın, ən ağır problemlərin asan və rahat həllərinin mümkünlüyünü təkzib etməyin. Qarşılıqlı fəaliyyətə xüsusi ehtiyac duyulur. Səhhətinizə fikir verin. Valideynlərinizin könlünü alın. Qız – Günün ilk yarısında problemləri həll etmək, yeni oriyentir və ya maraq dairəsi seçmək olar. Təklifləri diqqətlə qiymətləndirin, saf-çürük edin. Çətinliklərə rəğmən, irəliləməyə çalışın. Cari fəaliyyətinizin yeni, alternativ yanaşmaya ehtiyacı var. Gəlirlər və perspektiv sizi təmin etməməlidir. Mənasız ümidləri və boş xəyalları unudun, yeni layihədə, işdə, münasibətlərdə özünüzü sınayın. Axşam saatlarında sizə rəğbət bəsləyən insanı dinləyin. Hadisələri əsla tələsdirməin. Mühüm məsələlər təhlil ediləndə qarşı tərəfin də maraqlarını dərk etməyə can atın. Tərəzi – Münasibətlərin yeni mərhələsidir. Yaşamınızdakı bir neçə istiqamətdə hərəkətlərin fəallaşmağa ehtiyacı var. İşdə və şəxsi münasibətlərdə aqressiv olmayın. Etiraf və açıq danışıq gözləməyin. Yanınızdakı insanlar hansısa izahata ehtiyac duymadan çalışacaqlar. Günün ikinci yarısında situasiyanın təfərrüatlarını anlayın. Diqqət mərkəzində olacaqsınız. Tərəfdaşlar və şəriklərlə münasibətlərdə maliyyə məsələlərinə xüsusi diqqət ayırın. İndiyədək latent durumda qalan mövzular bu gün aktualdır. Qənaətcil olun. Əqrəb – İntensiv fəaliyyət, zəhmət tələb edən zamandır. Danışıqlar, planlaşdırma, işlərin bölüşdürülməsi pis alınmayacaq. Əlavə işlər cazibədar təsir bağışlasa da, onları ertələyin. Əks halda mühüm situasiya üzərində nəzarət imkanlarını itirəcək, önəmli işi yarımçıq qoymalı olacaqsınız. Günün ikinci yarısı ümumən pozitivdir. Sizi maraqlandıran xəbərləri əldə etməyə çalışın. Dəyər verdiyiniz insanların qayğısına qalın. Yardımlarınız unudulmayacaq. Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt keçirin. Təəssürat və fikir mübadiləsi ola bilər. Oxatan – Müstəqil şəkildə, kənar təsirlərə uymadan çalışmaq üçün əlverişli zamandır. Cari işlərlə məşğul olun. Geriləmə hiss olunan yerdəki çətinliyi aradan qaldırın. Münasibətlərdə ifrat emosionallığa varmayın. Günün ikinci yarısı yaxın gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi zamanıdır. Gərəkli informasiyaları toplayın, zəruri görüşlərlə bağlı vədələşin. İlkin razılaşma səbatlı deyilsə, yeni layihəyə başlamayın. Özünüzü çox yormayın. Səhhətinizə fikir verin, normal tonusda olun. Axşam saatlarında normal istirahət edin. Oğlaq – İctimai fəaliyyət üçün pis gün deyil. Ticarət və xidmət sahəsində çalışırsınızsa, irəliləyişə nail olacaqsınız. Rutin məsələlərin həllində nizam yaradın. Sənədləşdirmədə, ailə büdcəsinin həllində sayıq olmaqla yanaşı, yaxınlarınızın dediklərinə qulaq asın. Günün ikinci yarısında fəaliyyət arealını nizama salın. Ailə üzvləri sizi problemlərin həllindən yayındıra bilərlər. Məqsədə çatmağın optimal yollarını fikirləşin. İnsanların gur olduqları toplantılardan yayının. Dolça – Ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin. Gələn xəbərləri diqqətlə araşdırın. Zahiri görünüşünüzə fikir verin. Çətin problemi dostlarla birlikdə həll etmək olar. Yeniliklər zamanıdır. Cari işlərdəki sədlərlə maneələri dəf edə bilərsiniz. Günün ikinci yarısında qarşılıqlı fəaliyyətdə xeyir var. Zahiri görünüşə fikir verin. Qətiyyətli olsanız, cari işlərdə gözləntilərdən artığına nail ola bilərsiniz. Axşam saatlarına yaxın daxili gərginlikdən qurtulmaq üçün laübəli məsələlərə aydınlıq gətirin, sizi pərişan edəcək suallara cavab arayın. İrəliləmək üçün bütün vasitələrdən və imkanlardan istifadə edin. Balıqlar – Səciyyəvi çətinlikləri həddən ziyadə emosional qəbul etməyin. Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Dövlət qurumlarının nümayəndələri ilə danışanda məğlubiyyətçi mövqe tutmayın. Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz işlərinizdə sizə dəstək verəcəklər. Uzaq yerdən gəlmiş insanla sıx ünsiyyət qurmağa dəyməz. Məkrli planın, avantüranın qurbanına çevrilməyin. Milli.Az

2016-cı ilin ən seksual müğənnisi narkoloji klinikaya göndərilir

Həddindən artıq heroin qəbul edərək xəstəxanaya düşən müğənni Demi Lovato evə buraxılıb. Psixoloq.az xəbər verir ki, müğənninin yaxınları və həmkarları onu müalicə almaq üçün narkoloji klinikaya göndərmək niyyətindədirlər. Deyilənlərə görə, həddindən artıq heroin istifadə etməsi səbəbi ilə aktrisa ölüm həddinə çatıb, lakin hazırda vəziyyəti sabitdir.  Onunla birgə çalışan insanlar Lovatoya ultimatum irəli sürəcəklər: ya o klinikada müalicə alacaq, ya da onlar müğənnini tərk edəcəklər. Lovatonun narkotik qəbul edəndən sonra xəstəxanaya yerləşdirilməsi xəbərləri iyulun 25-də yayılıb. Daha öncə isə 25 yaşlı müğənni kokain asılılığı ilə mübarizə aparıb. 2016-cı ildə Amerikanın “Victoria's Secret” şirkətinin apardığı sorğu nəticəsində Lovato dünyanın ən seksual müğənnisi adına layiq görülüb.(oxu.az)

Dünyanın stressdən uzaq peşələri — SİYAHI

Stressiz peşə varmı? Bir çoxumuz təbii ki, "yox" cavabını verərik. Amma dünya üzrə aparılan araşdırmalar göstərib ki, bəzi peşə sahibləri işlərində demək olar ki, stresslə qarşılaşmırlar. İqtisadçı - Biznes dünyasındakı yenilikləri, dəyişiklikləri izləyən iqtisadçılar ən stressiz peşə sahiblərindən sayılırlar. Statistikaçı - İş həyatlarında stressə minimum səviyyədə məruz qalan peşə sahiblərdirir. Riyaziyyatçı - Əsasən iş tapmaqları çətin olsa da, iş həyatlarında hardasa stress yaşamayan bir peşə sahibləridir. Astronomlar - Səma cisimlərini incələyən, teleskop kimi alətlərlə kosmosu müşahidə edən astronomlar da stressdən uzaqdırlar. Səhiyyə sahəsində çalışan ən stressiz peşə sahibləri sayılırlar. Diyetoloq - Günümüzün ən populyar peşələrindən biridir. Problemli bir xəstə ilə qarşılaşmadıqca iş həyatları stressdən uzaqdır. Bərbər - Hər tində, hər küçədə, binanın altında gördüyümüz bərbər salonlarında işləyən insanlar da stressdən uzaqdırlar. Tibbi sonoqrafiya mütəxəssisi - Xəstəxanalarda, əsasən doğum bölməsində işləyirlər. Hamilə qadınların uşaqlarının cinsiyyətini və ana bətnindəki uşağın vəziyyətini yoxlayırlar.(ölkə.az)

Bəzi marşrutlarda gediş haqqı azaldıldı

Bəzi marşrut xətlərinin tarifində yenidən dəyişiklik edilib. Psixoloq.az Real-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, Tarif Şurasının iyulun 30-da qəbul etdiyi qərara əsasən, 501, 502, 503 saylı marşrut xətləri üzrə (Bakı-Sumqayıt) gediş haqqı 80 qəpik müəyyənləşdirilmişdi. “Sakinlərin müraciəti nəzərə alınaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıyıcılarla danışıqlar aparıldı və həmin tarifin müəyyən müddət üçün 60 qəpik qismində müəyyənləşdirilməsi təmin edildi”, - deyə qurum rəsmisi bildirib.

Psixoloqlara vacib xəbər

Dəyərli psixoloqlar portalı yaratmaqda məqsədimiz Azərbaycanda vahid psixoloq bazasını bir portalda birləşdirərək, Azərbaycanda psixoloji mariflənmənin aparılmasına, psixoloqların xidmətlərindən istifadə edə bilmələri üçün böyük oxuyucu auditoriyamıza secim imkanlarından yararlana bilmələrini sağlamaq, cəmiyyət və psixoloqlar arasında körpü qurmaq, psixoloqları narahat edən mövzuları işıqlandıraraq  cəmiyyətdə psixi informasiya konfortu yaratmaqdir. Portal ölkədə psixi xidmətlər göstərən hər bir Psixoloji Mərkəzin, Psixoloqların, Psixiatr, Loqoped və Defektoloqların diplom və sertifakisiyalarının tanınması və qeydiyyatını aparmaqla portalda yazılan press relizlərin, psixi xəstəliklər barədə marifləndirici məlumatların, peşekarlar tərəfindən yayılmasının təminatını verir. Artıq bu istiqamətdə çalışan psixoloq,psixiatr loqoped, defektoloq, yaşam koçları və eyni zamanda psixologiya sahəsində təhsil alan gənc psixoloqlar portalda qeydiyyatdan keçərək məqalə yazmaq, marifləndirmək  hüququna sahib olurlar. Bu isə ölkə insanının psixi sağlam və təhlükəsiz xəbər oxumasına səbəb olmaqla yanaşı psixologiya sahəsinin  intibah dövrünün yaşamasına yardım etmiş olur. Layihəyə qoşulmaq istəyən psixoloqlar mütəxəssis bazasına daxil olmaq üçün [email protected] elektron ünvanına qoşulma istəkləri və peşəkar məlumatlarını bizə göndərə bilərlər.Ətraflı məlumat üçün 051 853 53 20 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Dondurulmuş meyvələr faydalıdır? - Araşdırma

Aparılan son araşdırmalar göstərir ki, qısa zaman ərzində dondurulmuş meyvələr  tərkibində olan xeyirli xüsusiyyətlərini, günlərlə mağaza rəflərində qalan meyvələrdən daha çox qoruyub saxlayırlar. Psixoloq.az xəbər verir ki, məlum olub ki, dondurulmuş meyvələrin 70% - nin tərkibində vitamin və antioksidantlar təbii meyvələrdən daha çoxdur. Bu faktın təsdiqlənməsi üçün ingilis alimləri bir çox araşdırmalar aparılıb.  Tədqiqatlar təsdoq edib ki, C vitamini, polifenol, lyutein, mikroelementlər və digər xeyirli maddələr dərhal  dondurulduqda öz xeyirli xüsusiyyətlərini daha uzunmüddətli saxlaya bilirlər. Bununla bərabər bu uzun zaman ərzində bu xeyirli xüsusiyyətlər aktivliyini itirmir.

Arıqlamağın asan üsulu - Tez-tez ye, çox su iç

Müasir diyetoloqlar arıqlamağın yeni üsulunu təqdim ediblər.  Psixoloq.az xəbər verir ki, bu növ pəhriz zamanı ac qarnına su içmək əsas qaydalardan hesab edilir. Gün ərzində 2 litr maye qəbul edilməlidir. Bu pəhriz zamanı ara qidalar zərərli sayıldığı üçün icazə verilmir. Əvəzində isə meyvə yemək tövsiyə edilir. Gün ərzində tez-tez və az-az yemək əsas şərtdir. Son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır. Bu 1 stəkan kefir və ya qatıq ola bilər. Qatığa 1 çimdik darçın əlavə etmək olar. Darçın ən effektli "piy yandıran" ədviyyat sayılır və bir çox diyetoloqlar darçını öz pəhrizlərinə daxil edirlər.  

Ana südü körpədə qızdırmanı aşağı salır? – Pediatr bilinməyənləri açıqladı

Valideynləri təşvişə salan problemlərdən biri uşaqların xəstələnməsidir. Xüsusilə də körpələrdə bu halın baş verməsi daha çox problem yarada bilər. Bu zaman isə analara azyaşlılara bol süd vermələri tövsiyə edilir. Bəs həqiqətən ana südünün temperaturu aşağı salan təsiri mövcuddur? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən pediatr Xəyalə Quliyevanın sözlərinə görə,ana südünün tərkibindəki antillər uşağı qorumağa kömək edir: “Qızdırma zamanı ilk yardım bol mayenin verilməsidir. Körpə uşaqlara belə zamanlarda bol-bol ana südü verilməlidir”. Ana südünün bir çox faydası olduğunu bildirən pediatr, aparılan son araşdırmalardan bəhs edib: “Tədqiqatlar göstərib ki, ana südü ilə qidalanan uşaqlar digərlərinə nisbətən daha az leykoz xəstəliyinə tutulurlar. Həmçinin ana südü ilə qidalanan körpələrdə astma, xərçəng, orta qulaq iltihabı, piylənmə, diabet riski daha az müşahidə edilib. Süni qida, dərman vasitəsidir desək yanılmarıq. Ana südünü hər hansısa hazır qida əvəz edə bilməz”. Müəllif: Şəhanə Quliyeva

Sabaha olan hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə edilir. Azərbaycanın rayonlarında avqustun 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. 

Ölüm tarixiniz təxmin ediləcək - Xəstəxanada tətbiq olundu

ABŞ-da iki xəstəxanada istifadə edilən alqoritmlər xəstələrin sağalacağı vaxtla yanaşı, ölüm tarixlərini də təxmin edib. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, “Nature” jurnalında yayımlanan məqaləyə görə, alqoritm keçmiş xəstələr haqqında məlumatları təhlil edərək nəticələr haqqında həqiqətə uyğun bilgilər verir. Aloqritmin əldə etdiyi nəticələrdə gerçəklik payı hər gün artmaqdadır. O, xəstəlik tarixcəsi ilə yanaşı, bir çox məlumatı eyni anda təhlil edir və gələcəkdə baş verəcək nəticələr barədə müəyyən təxminlər edir. Ancaq səhiyyə sektoruna süni intellektin tətbiqi ilə bağlı narahatlıqlar da az deyil. Çoxlu sayda məlumata ehtiyac duyan sistem üçün hökümətlərin və sığorta şirkətlərin mərkəzi kompüter sistemində olan bilgilərdən istifadə edilir. Bununla da gələcəkdə səhiyyə sektorunun Gugl kimi məşhur şirkətlərin inhisarına çevrilməsi narahatlığı yaranır.

Astroloji proqnoz - 2 avqust

Qoç - günün ilk yarısı xeyli məhsuldar zamandır. Başladığınız işləri məhsuldar şəkildə yerinə yetirə bilərsiniz. Bununla belə, fəaliyyətinizdə ciddi dönüşə bel bağlamayın. Mübahisələrə qatılmayın. Dəyişə bilməyəcəyiniz situsiyalara emosiyalarınızı sərf etməyin. Günün ikinci yarısında tərəfdaşlarınız müxtəlif cəbhələrdə irəliləməyə çalışacaqlar. Fəqət, onların layihələrindən birini siz tamamlamalı olacaqsınız. İstənilən formada təzyiqə və kənar müdaxiləyə kəskin reaksiya verin. Rəqiblər sizi zəif saymasınlar.Axşam saatlarında enerjinizi faydalı məsələlərin həllinə yönəldin. Süst olmayın. Buğa - ev işləri yetərincədir. Səbrli, soyuqqanlı olun. Kəskin hərəkət etməyin, sərt danışmayın. Düşünülməmiş qərarlar verməyin. Kölgəyə çəkilmək, olayların episentrindən uzaqlaşmaq alınmayacaq. Fəaliyyət arealında qayda yaradın. İşləri nizamlayın. Alış-verişdə yalnız zəruri əşyaları alın. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Əkizlər - genişmiqyaslı layihəyə başlamaq üçün uğurlu zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür. Emosional baxımadan zəngin vaxtdır. Müxtəlif mənbələrdən yeni xəbərlər ala bilərsiniz. Müzakirələr üçün əlverişli zamandır. Günün ikinci yarısında məişət problemləri və ailə qayğılarının həlli vaxtınızı alacaq. Çətinlikləri aradan qaldırararkən rutin metodlardan, aktuallığını itirmiş taktikadan istifadə etməyin. Ümumi plan və ya maraqlarınız olan insanlarla aktiv ünsiyyətdə olun. Xərçəng - günün ilk yarısı məhsuldar olacaq. Problemlərin həllinə yaradıcı yanaşın. Yazışmalarda hisslərə qapılmayın. Proseslərin konkret kursu görünmür. Fəaliyyətinizin sonucları sizi tam razı salmayacaq. Emosiyalar çox, nəticə azdır. Münaqişə, mübahisə istisna deyil. Günün ikinci yarısında yersiz etiraflar baha başa gələ bilər. Olayların süjeti sizi təlaşa sala bilər. Bir yerdə problemi aradan qaldıran kimi digər məqamda çətinliklər formalaşmağa başlayacaq. Alış-verişdə çox pul xərcləməyin. Bədxərclik yolverilməzdir. Axşam saatlarında dostlarla birlikdə istirahət edin. Şir - xırdalıqlara fikir vermək asan olmasa da, detalları nəzərdən qaçırmayın. Qəfil xəbər və ya gələn informasiya narahatlıq, nigaranlıq yarada bilər. Ətrafınızda baş verənlərdən nəticə çıxarın. Yeni ideya və planları situasiyada maraqlı insanlarla bölüşə bilərsiniz. İşdə rəhbərliklə təmaslarda diqqətli olun. Maddi təminat və ya ödəniş olmadan əlavə tapşırıq ala bilərsiniz. Günün ikinci yarısında romantik hisslərə qapılaraq kobud səhvlərə yol verməyin. Şəxsi münasibətlərdə yaxşı zamandır. Yeni tanışlıqlarla bağlı ciddi gözləntiləriniz olmasın. Qız - retroqrad insanlardan uzaq durun. Yeni işlərə başlamaq istəyirsinizsə, onlara bel bağlamayın. Əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin. Ünsiyyət, danışıqlar, məlumat mübadiləsi, dostlara yardım, təkliflər olacaq. Sınanmış metodlardan istifadə edin. Aktiv, mütəhərrik olun. Danışıqlarda mövqelərinizi qoruyun. Günün ikinci yarısında tənqidlərə sərt reaksiya verməyin. Əks mövqeni dinləməyi bacarın. Dəyər verdiyiniz insanın diqqət izharına, pozitiv dəyərləndirməyə, tərifə ehtiyacı var. Tərəzi - önəmli istiqaməti intuitiv olaraq seçə bilərsiniz. Cari işlərə ciddi diqqət ayırın. Yeni layihəyə başlamaq, ciddi problemin həllinə start vermək üçün münasib zaman deyil. Günün ikinci yarısında əməkdaşlıq təklifini qəbul edin. Planları müzakirə etmək, məsləhətləşmələr aparmaq olar. Xəbərləri izləyin, reaksiyanızı nəzarətdə saxlayın. Şəxsi münasibətlərlə bağlı narahatlıq istisna deyil. Qəfil hadisələr, hətta vidalaşma ola bilər. Axşam saatlarında spontan yaradıcılıq həlləri mümkündür. Əqrəb - emosional olmayın, hisslərinizi cilovlayın. Narazılıq, təlaş və diskomfortun öhdəsindən gəlməyə çalışın. Hadisələr sürətlə inkişaf edir. Olaylarda müəyyən nizamsızlıq, hətta xaos ünsürləri müşahidə olunur. İstiqamətləri sürətlə müəyyənləşdirin. Dəyişikliklərin hamısı yaxşı deyil. Xoşagəlməz "kəşf"lərə qapılmayın. Günün ikinci yarısında həddən artıq aktivlik etməyin. Baş verənləri diqqətlə müşahidə edin, dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Mövqeləriniz əvvəlki dövrlərlə müqayisədə o qədər də güclü deyil. Oxatan - günün məcrası səhər saatlarında müəyyənləşəcək. Dəyər verdiyiniz insanlarla aktiv ünsiyyətdə olun. Emosiyalarınıza nəzarət edin. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Güzəştlərə meylli olun. Gərginlik hiss olunan sahələrdə nizamlama və qaydaya salma əməliyyatlarına başlayın. Situasiya sizi sürətləndirəcək. Günün ikinci yarısında yaşananları təhlil edin, bundan sonra atacaq addımlarınızı bəlirləyin. Gərəkli informasiyanı arayın. Perspektivdə gərəyiniz ola biləcək, faydalı nə isə tapa bilərsiniz. Axşam saatları səfər üçün əlverişlidir. Oğlaq - mürəkkəb, qarışıq zamandır. İşlərdə hiperaktiv olmayın. Səhər saatlarında diqqətli olun. Cari işlərlə bağlı olmayan müzakirələr və danışıqları təxirə salın. Sərt tələblər, işdə rəhbərliklə həmkarlarınızın tələbləri sizi qıcıqlandıra bilər. Şərtləri sərtləşdirməyin. Hansısa mövzunu ifrata çatdırmayın. Günün ikinci yarısı önəmli qərar qəbul etmək üçün münasibdir. Aktiv olun, hərəkət edin. Bəzi olayların perspektivləri əlverişli olmadığından bir qədər gözləyin. Təfərrüatlara fikir verin. Qəfil etiraflara, yaşamınıza daxil olan mövzulara diqqətli yanaşın. Şəxsi münasibətlərdə qısqanclıq problemlər yaratmamalıdır. Axşam saatlarında normal istirahət edin. Dolça - uzun müddətdən bəri sizi narahat edən suala cavab tapa bilərsiniz. Təşviş, əməllərinizdən bədgümanlıq, ətrafdakı insanlardan narazılıq istisna deyil. Kənar təsirlər baş verənlərin mənzərəsini dəyişə bilər. Stress olacaq. Günün ikinci yarısında hər şey o qədər də pis deyil. Aldığınız xəbərləri, yaranan problemləri təhlil edin. Hər şey o qədər də pis deyil. Nevroz insan təsiri bağışlamayın. Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyət planlarına zəruri əlavələr edin. Axşam saatlarında münasibətlərdə sərinlik yaratmayın. Balıqlar - yaxın ətrafınızdakı insanların emosional durumuna fikir verin. Yaşamınızda yeni mövzu peyda ola bilər. Yeni maraq da istisna deyil. Narahatlıq varsa, onun səbəblərini anlamağa çalışın. Enerji tonusunuz ünsiyyət və təmaslar üçün əlverişlidir. Sizi maraqlandıran suallara cavab almağa, perspektivləri dərk etməyə can atın. Günün ikinci yarısında mənafelərin toqquşduğu məkanda mübahisələr yarana bilər. Seçim edəndə emosiyaların əsirinə çevrilməyin. Sağlam məntiqlə hərəkət edin. "Bu, mənə lazımdırmı?" sualını səsləndirin (Milli.Az).

Alimlərdən dəhşətli xəbərdarlıq: “2080-ci ildə istidən ölüm halları 5 dəfə artacaq”

Avstraliyalı alimlər qlobal istilərlə bağlı yeni tədqiqatın nəticələrini açıqlayıblar. Psixoloq.az  xəbər verir ki, hesabata əsasən, 2080-ci ildə tropik və subtropik regionlarda istidən ölənlərin sayı 5 dəfə artacaq. Ən yaşıl qitədə isti hava şəraitindən ölənlərin sayı 471% artacaq. Bundan başqa Hindistan, Yunanıstan, Yaponiya və Kanada kimi ölkələrdə ölüm hallarında kifayət qədər artım müşahidə ediləcək. Alimlərin proqnozuna görə, anomal istilərin davam etməsi, iqlimin dəyişməsi daha sərt olacaq. Vəziyyət quraqlıq və yanğınlarla daha da çətinləşəcək.(ölkə.az)

Avtobus sürücülərinin planı da qaldırılıb? - RƏSMİ AÇIQLAMA

Tarif (qiymət) Şurasının qərarı ilə avqustun 1-dən metro və şəhərdaxili avtobuslarda sərnişin daşınması 1 gediş üçün 30 qəpiyə, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Son dəyişikliklə nağd ödənişlə çalışan avtobus sürücülərinin gündəlik planının da artırıldığı bildirilir. Məsələ ilə bağlı modern.az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agenliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, plan hər bir marşrut xətti üzrə fərdi olaraq daşıyıcı tərəfindən müəyyən edilib: “BNA hər zaman plan sisteminin əlehinə olub. Biz hər zaman tərəfdarı olmuşuq ki, plan sistemi ləvğ edilsin və nağdsız ödənişə keçilsin. Son qiymət tənzimlənməsi artıq bu keçidin də sürətlənməsinə imkan verir. Və daşıyıcılar artıq planın artırılması deyil, əksinə bu sistemdən azad olmanın yollarını düşünməlidirlər”. M.Ağayev qeyd edib ki, daşıyıcılar son qiymət tənzimlənməsini sərnişindaşıma fəaliyyətini daha müasir formada qurmaq üçün bir şans olaraq dəyərləndirməli,  bu sahəyə daha çox sərmayə cəlb edərək inkişafa nail olmalıdırlar.

İmtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanının nəticələrini elan edib. DİM-dən ölkə.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər bu qurumun internet saytına daxil olaraq imtahanın nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. İştirakı gözlənilən 898 abituriyentdən 31-i imtahana gəlməyib.

Azərbaycanda RİSKLİ ƏMƏLİYYAT: hamilə qadının bətnindən 3 kiloqramlıq mioma ÇIXARILDI

31 yaşda və ilk hamiləliyi olan qadının bətnində USM müayinəsi zamanı nadir rast gəlinən nəhəng mioma aşkar edilib. Səhiyyə Nazirliyindən publika.az- a verilən məlumata görə, qadın hamiləlik dövründə müşahidə edilən qarında şiddətli ağrı şikayəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib. Hamiləliyin 16-17-ci həftəsində olan qadının RMDM-in mama-ginekoloqu Aleksandr BARSUKOV tərəfindən müayinə və müalicəsi aparılıb, sonda miomanın çəkisi (3 kq-a yaxın) nəzərə alınmaqla, hamiləliyin qorunması və dölün sonrakı inkişafı təmin edilməklə miomektomiya əməliyyatının icrasına qərar verilib. İyunun 28-də kifayət qədər riskli olan əməliyyat uğurla həyata keçirilib, əməliyyat nəticəsində dölə mane olmadan nəhəng mioma bətndən xaric edilib. Qadın tam sağlam şəkildə evə yazılıb. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Hazırda hamiləlik inkişaf edir, 21-22 həftəlikdir. Dekabrında keysəriyyə üsulu ilə doğuş planlaşdırılır.