“Qanlı Ay” tutulması hadisəsi başlayıb

Bu əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi başlayıb. Psixoloq.az xəbər verir ki, tam tutulma 23:30-da olacaq, 01:13-ə kimi davam edəcək. Ay tutulması isə 02:19-da başa çatacaq. Dünyanın müxtəlif yerlərində milyonlarla insan bu təbiət hadisəsini izləyir.

Təzyiqi yüksək olanlar gündə bir fincan çayını içsin – MÖCÜZƏVİ OT

Təbiətdəki ən faydalı otlardan biri də gicitkəndir. Gicitkən otunun bir çox xəstəliklərin müalicəsində də kömək olduğu məlumdur. Psixoloq.az bu şəfalı bitkinin faydalarını sadalayır. Allergiyanın çarəsidir Gicitkən min illərdir allergiya müalicəsində istifadə olunur. Elm adamlarının araşdırmasına əsasən, gicitkən allergiya səbəbindən yaranan iltihabı azaldır. Sümükləri inkişaf etdirir Gicitkən yaxşı bir kalsium qaynağıdır. Gicitkən otunun çayını hazırlaya bilərsiniz və ya şorbalara dad verməsi üçün təzə gicitkən yarpaqları ata bilərsiniz. Diabet müalicəsi Aparılan araşdırmalara əsasən, gicitkən diabetə bağlı simptomları azaltmağa kömək edir. Yüksək qan şəkərini aşağı salır. Həddindən çox susamanı azaldır, çəkini balanslaşdırır, insulin səviyyəsini tənzimləyir, nevropatiya ağrısını azaldır, hətta yaddaşa da faydası var. Ağrıkəsici təsirə sahibdir Bəzi araşdırmalar gicitkənin revmatizmlə əlaqədar ağrını və anti-inflamatuar dərmanların dozasını azaltmağa kömək etdiyini sübut edib. Anemiya müalicəsi alan şəxslər əlavə vasitə olaraq istifadə edə bilər. Menstruasiya dövründə rast gəlinən gərginliyi önləyir. Qasıq ağrısını azaldır. Sidik problemi yaşayan şəxslərə faydalıdır. Xərçəng xəstəliyinin qarşısını alır. Təzyiq və xolesterol problemi olan şəxslərə gündə bir fincan gicitkən çayı tövsiyə olunur. Bədəndəki şişi aradan qaldırır. Dəmir əskikliyi olan şəxslərə məsləhətdir. Həzm sisteminə fayda verir, bir çox orqanı təmizləyir. Artrit simptomlarını yüngülləşdirir, infeksiyalara qarşı müqavimət qazandırır Əmizdirən analarda südün keyfiyyətini artırır. Cinsi zəiflik yaşayan şəxslərə kömək edir. Böyrəkləri təmizləyir və qaraciyərin yenilənməsini təmin edir. Soyuqdəyməyə qarşı olduqca təsirlidir və immunitet sistemini də qüvvətləndirir. Öskürək problemi olan şəxslərə tez-tez gicitkən çayı içmək tövsiyə edilir. Yetkinlik dövründə çıxan sızanaqları yaxşılaşdırır və şişi aradan qaldırır. Qəbizliyi aradan qaldırır. Gicitkən çayı necə hazırlanır: Bir çay qaşığı nazik doğranmış gicitkən yarpağı bir stəkan qaynar su ilə dəmləyin. 5-10 dəqiqə dəmlədikdən sonra süzün. Gündə 2-4 stəkan yeni dəmlənmiş çay ac qarına və ya yemək aralarında dadlandırılmadan içilməlidir. (ailəm.az)

Elm dünyasını dəyişdirəcək kəşf — 30 min il sonra dirildilər

Rusiyanın Yakutiya bölgəsində tapılan və 30 min il əvvəl donan 2 həlqəvari soxulcan alimlər tərəfindən həyata geri qaytarılıb. Psixoloq.az xəbər verir ki, bu kəşf elm dünyasını dəyişdirəcək. Soxulcanlar isə planetin ən yaşlı heyvanları sayılır. Alimlər bildiriblər ki, soxulcanlar artıq hərəkət edir və qidalanırlar: “Məlumatlarımız çoxhüceyrəli orqanizmlərin uzun müddət təbii şərtlər altında yaşaya biləcəyini göstərir”. Məlum olub ki, Yakutiyadan gətirilən soxulcanlardan biri 42 min, o biri isə 32 min il əvvəl donub. Onlardan biri sincab yuvasında, digəri isə çay yaxınlığında tapılıb.(ölkə.az)

Sağlamlığınızda problemlər yaşayacaqsınız - Ay tutulmasının insana mənfi təsiri

Xəbər verdiyimiz kimi  27 iyul  gecə saat 22.00-24.00  arası baş tutacaq son minilliyin ən böyük tutulmasından biri olan Bütov Ay tutulması və ya " Qanlı Ay” astronomik hadisəsi baş verəcək. Bəs ay tutulmasının insanlara hansı mənfi təsirləri ola bilər? Psixoloq.az həmin narahatçılıqları təqdim edir: -Nevrotik pozulmalar, həyəcan -Qıcolmalar -Panik ataklar -Ürək çırpıntısı -Mədə bulanması, qıcqırması, öd daşması -Qarışıq və ağır qidalanmadan sonra zəhərlənməyə bənzər simptomlar -Əl-ayaqda boşalma, halsızlıq -Miqren, başağrıları

Bu gecə Ay tutulacaq - Azərbaycanda tam müşahidə olunacaq

Bu ilin ikinci Ay tutulması hadisəsi iyulun 27-dən 28-nə keçən gecə baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov Modern.az saytına bildirilib ki, Ay tutulması hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq: "Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da isə başa çatacaq. Yerin ekvatorial zonasında baş verəcək bu astronomik təbiət hadisəsi "mərkəzi tutulma” adlanır. Yəni Ay kölgənin mərkəzindən keçəcək. Lakin bu, adi təbiət hadisəsidir. Ay Yerin kölgəsinə girir, tutulur, görünməz olur, sonra kölgədən çıxır. Elə bir fövqəladə hadisə yoxdur. İnsanlara da hər hansı təsirindən söhbət gedə bilməz”. Qeyd edək ki, Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabrın 15-nə təsadüf etməsi gözlənilir. Builki yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşür. 1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq.

18 marşrutun hərəkəti dəyişdirilib

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, dəyişikliyə əsasən şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə gedən 2, 7A, 13, 14, 29, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının inzibati binasının qarşısındakı dayanacağadək hərəkət edəcəklər. Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək. 67 və 83 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar şəhər istiqamətinə gedərkən müvəqqəti olaraq Binəqədi şosesindən keçməklə hərəkət edəcəklər.

Qəhvəni belə içməyin - Çünki...

Qəhvəni  ac qarına içmək orqanizm üçün çox ziyandır. Psixoloq.az xəbər verir ki, bu araşdırmalar sonrası məlum olub. Belə ki, ac olan zaman içilən qəhvə mədənin turşu balansını dəyişir. Nəticədə qarın ağrısı yaranır və problemlər üzə çıxa bilər. Həmçinin ackən içilərsə bu insana əlavə yorğunluq da bəxş edir. Nəticədə isə gün ərzində daha əsəbi və gərgin ola bilərsiniz.

"Ekoloji problemlər həllini tapmayıb" - Rəsmi

"Azərbaycanda kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bir sıra ekoloji problemlər hələ də həllini tapmayıb”. Psixoloq.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttar-zadə bu gün keçirilən mətbuat konfransında deyib. R. Səttarzadə bildirib ki, Xəzər dənizinin sahillərində yerləşən Bakı, Sumqayıt , Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərləri və digər yaşayış məntəqələrindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab olunur. R. Səttarzadənin sözlərinə görə, nazirlik tərəfindən Xəzərin Azərbaycana məxsus ərazilərində və sahil zolağında həyata keçirilmiş ekoloji monitorinqlər zamanı dənizə tökülən 224 axar qeydə alınıb: "Bu axarlar vasitəsilə dənizə gündə 1850 min kubmetr tullantı suyu daxil olur. Sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından müxtəlif tərkibli tullantı suları təmizlənmədən Xəzərə axıdılır. Nəticədə Xəzər dənizinin və sahil zolağının ekoloji vəziyyəti pisləşir".

73 nəfərdə hepatit C virusu aşkarlanıb

"Son 4 il ərzində B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya 8936 nəfər müraciət edib". Psixoloq.az  xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib. O bildirib ki, müraciət edənlərin 57 faizi kişi, 43 faizi qadın olub: "Ümumi müraciət edənlər arasında 73 nəfərdə hepatit C virusu aşkarlanıb. 27 faiz insanda isə hepatit B olub. Müraciət edənlər arasında sağlam daşıyıcılara da rast gəlinib. Belə ki, 1042 nəfərdə virus olsa da, onlarda xəstəlik aşkarlanmayıb. Yəni, onların hələ müalicəyə ehtiyacı yoxdur. Düzgün şəkildə qidalansalar ömürlərinin sonuna qədər sağlam yaşaya bilərlər". H.Qədirova qeyd edib ki, eyni anda həm B, həm də D viruslu hepatitə yoluxan insanların sayı 160 nəfər, həm B, həm də C virusuna yoluxanların sayı isə 156 nəfərdir. 493 nəfər isə serroz olub: "1259 nəfərdə müalicəyə əks göstəriş olub. 6266 nəfərə müalicə yazılıb ki, onlardan 1153 nəfərin müalicəsi bu gün də davam edir. Bundan başqa, keçən il ərzində 59 nəfərdə hepatit A, 160 nəfərdə hepatit B, 154 nəfərdə isə hepatit C virusu artıq xroniki hal alıb".(ölkə.az)

Bakıda “plastik düyü” satıla bilər - VİDEO

"MDB ölkələrinin, xüsusən də Rusiyanın mağazalarında “Çin istehsalı plastik düyü”nün aşkarlanması bu süni məhsulun Azərbaycan bazarlarına düşmək təhlükəsi barədə danışır". Bu fikirləri oxu.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.  “Böyük ehtimal var ki, bu məhsul bizim mağazalarda da satıla bilər. Diqqətli olmaq lazımdır. Plastik düyünün Rusiya mağazalarında peyda olması olmaq lazımdır. Plastik düyünün Rusiya mağazalarında peyda olması Azərbaycanın müvafiq qurumları üçün həyəcan siqnalı olmalıdır”, - deyə müsahibimiz bildirib.  Fürsətdən istifadə edərək, o müştəriləri sayıq olmağa və yalnız sınanmış düyü almağa çağırıb.

Tez ruhdan düşür, əsəbi olurlar... - Siz hansı temperament tipinə aidsiniz?

Birimiz gülür, birimiz küsürük. Hər bir insanın müxtəlif hadisələrə reaksiyaları da fərqli olur. Bu başlıca olaraq xarakterə uyğun olaraq dəyişir. Psixoloq.az xəbər verir ki, insana məxsus olan temperamentin 4 tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. İnsanları temperamentinə görə fərqləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanın hansı tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün temperamentin özünəməxsus xassələrinə istinad edirlər. Bunlara aktivlik, reaktivlik və emosionallıq aiddir. Bəs siz hansı temperament tipinə aidsiniz? Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verərlər. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanuna əməl edən olurlar. Sürətli hərəkətə, çevik  təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Hissləri asanlıqla bir-birini əvəz edir. Düşdükləri yeni şəraitə asanlıqla alışırlar. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilirlər. Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar.  Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişirlər. Bu tip şəxslər olduqca işgüzar, dözümlü və özlərini ələ ala biləndirlər. Onları asanlıqla özlərindən çıxarmaq çətindir. Yeni adamlara çətin alışırlar. Melanxolik. Bu tip şəxslərdə həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən tez təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndirlər. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam aşağı olur. Kiçik uğursuzluq bu tip şəxslərdə ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər. Təkliyə qapılırlar. Tez ruhdan düşər, bəzən bacardığı işi belə axıra qədər yerinə yetirməzlər. Qeyd: Nəzərə almaq lazımdır ki, temperamentin bir tipinə tamamilə malik olan adam tapmaq çətindir. Hər bir insanda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər. Bununla yanaşı temperamentin bu tiplərindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri mövcuddur. Müəllif: Şəbnəm Cəlil

Dünənki imtahanın cavabları çıxdı – Buradan yoxlayın

İyulun 26-da II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib. Psixoloq.az xəbər verir ki, qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını aşağıdakı keçidlərdən əldə etmək mümkündür: Azərbaycan bölməsi – II qrup http://eservices.dim.gov.az/exam/2018/2_3_26_2018/a2_26i.htm Azərbaycan bölməsi – III qrup http://eservices.dim.gov.az/exam/2018/2_3_26_2018/a3_26i.htm Rus bölməsi – II qrup http://eservices.dim.gov.az/exam/2018/2_3_26_2018/r2_26i.htm Rus bölməsi – III qrup http://eservices.dim.gov.az/exam/2018/2_3_26_2018/r3_26i.htm (Qafqazinfo)

Şənbə gününə olan hava proqnozu

Azərbaycanda şənbə gününə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində iyulun 28-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 28-29-da Abşeron yarımadasında arabir durğun və bürkülü hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.(report.az)

Bakıda atmosferi çirkləndirən şadlıq saraylarının adları açıqlanıb - SİYAHI

"Atmosferi tullantı ilə çirkləndirən bir sıra şadlıq sarayları barədə qəti tədbirlər görüləcək". Psixoloq.az report-a istinadən xəbər verir­ ki, bunu mətbuat kon­fransında Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyinin mətbuat kat­ibi İradə İbrahimova ­deyib.  O bildirib ki, nazirlik bir müddət əvvəl ictimai i­aşə obyektləri, şadlı­q evləri, restoran sahiblərinə xəbərdarlıq etmişdi: "Xəbərdarlıqda atmosferə­ atılan tüstü axınına­ görə obyekt­ sahiblərinə müasir s­tandartlara cavab ver­ən təmizləyici qurğul­arın quraşdırılması üçün vaxt verilmişdi. Xəbərdarlığ­ın müddəti başa çatdı­ğından, yaxın günlərd­ə xəbərdarlığa əməl e­tməyən və yenə də atm­osferi çirkləndirən "X­əmsə", "Oskar", "Oazis", "M­illenium", "Sonalar son­ası", "Xan qızı", "Dan ul­duzu" və digər restor­an, şadlıq sarayları ­barəsində qəti tədbirlərin görülməsinə və ­sanksiyaların tətbiqi­nə başlanılacaq". 

Tatu və pirsinqdən istifadə hepatit B-lərin çoxalmasına təsir göstərir

Son illərdə tatu və pirsinqdən istifadə hallarının artması B viruslu hepatitlərin sayının çoxalmasına təsir göstərir. Bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə kKomissiyanın sədr müavini Həqiqət Qədirova deyib. O bildirib ki, viruslu hepatitlər insan orqanizminə yoluxandan sonra ağır fəsadların olması qaçılmazdır. H.Qədirova qeyd edib ki, hepatit A xroniki hala çox nadir hallarda keçir: "Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xroniki hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta "mülayim qatil" deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Sonra da bu virusdan əziyyət çəkən 5-15 faiz xəstə insanlarda xərçəngə səbəb olur". Həkim əlavə edib ki, B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa, bu, ömürlük olur: "Bu gün tibb elmində hələ ki tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdə keçir. İlk olaraq sanitar gigiyenik normalara düzgün riayət etmək lazımdır. B, C və D viruslarının qarşısını almaq üçün qan verən zaman sağlamlıq vəziyyəti yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfdən, cinsi yolla fərdi yanaşmanı nəzarətdə saxlamaq mütləqdir". (Trend)

Hamilə qalmamağın əsas səbəbi – Uşaqlıq yolunda yaranan polip nədir?/Müsahibə

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir.  Yaranan vəziyyətin səbəblərindən biri isə uşaqlıqda yaranan poliplər ola bilər. Mövzu ilə bağlı Psixoloq.az-ın suallarını ginekoloq Ləman Əliyeva  cavablandırıb. Həmin geniş müsahibəni təqdim edirik: -     Uşaqlıq yolunda(uşaqlıq boşluğunda) poliplərin yaranma səbəbi nədir? -     Xəstəliyin əsas yaranma səbəbi hormonal pozuntudur – Estrogenlərin çoxluğu və progestron çatışmazlığıdır. -      Hamiləlik üçün təhlükəlidirmi? -      Endometriyada (Uşaqlığın içərisində) yaranan polip hamilə qalmağa mane olur. Qanaxmalara səbəb ola bilər. Dİgər yerləşmələrdə olması isə müxtəlif problemlər meydana çıxara bilər. -      Diaqnozun USM ilə müəyyən olunması mümkündür? -      USM vasitəsilə diaqnoz bəli qoyula bilər. Bəzən diaqnostik histeroskopiya lazım ola bilər. -      Bəs xəstəliyin əlamətləri nədir? -      Menstruasiya pozğunluğu, qanaxmalar, dəmir defisitli anemiyalar, Menstruasiya arası müddətdə uşaqlıq yolundan gələn axıntı, cinsi münasibətdən sonra yaranan ağrə və ya qanlı axıntı, qarnın aşağı hissəsində ağrı, sonsuzluq, düşüklər əsas əlamətlər sırasındadır. -      Yaranan poliplərin müalicəsi hansı formada aparılır? -       Müalicəsi hormonal  terapiya (hormonal dərmanlar) və cərrahi üsulla aparılır. -  Qadınların əksəriyyəti cərrahi əməliyyatdan qorxurlar. Genişlənməyən poliplərdən xilas olmağın yolu ancaq cərrahi müdaxilə ilə olur? -      Seçim qadına görə təyin edilir. Qız uşaqlarında adətən dərman müalicəsi tətbiq olunur. Hamiləliyə mane olan və qanaxma verən poliplər histeroskopik üsulla götürülür. Müəllif: Şəhanə Quliyeva

Hadisə anasının intiharı haqqında ŞOK FAKTLAR AÇDI

“Nə həddiniz var ki, şəxsi həyatım haqqında açıqlama verirsiniz? Bu haqqı sizə kim verib?!” Psixoloq.az publika.az-a istinadən  xəbər verir ki, bu sözləri müğənni Hadisə anasının intiharından danışan modelyer Nur Yerlitaş haqqında deyib. Xəbər verdiyimiz kimi, Hadisənin anası Gülnihal Açıkgözün intihara təşəbbüs etdiyi iddia edilmişdi. Hadisə mətbuata verdiyi açıqlamada "İntihar etməyib, qida zəhərlənməsidir" deyərək bu iddianı təkzib etmişdi. Ancaq dünən acı həqiqət ortaya çıxıb. Modelyer Nur Yerlitaşa canlı yayıma qoşularaq məlumatı təsdiq edib. Müğənni Hadisə isə canlı efirdə anasının intiharı etməsi ilə bağlı danışan modelyerə od püskürüb: “Ana. Bu kəlmənin böyüklüyünü, dərinliyini, mənasını həmişə dilə gətirmişəm. Bir neçə həftə əvvəl hər zaman ən dəyərli olan anamla bağlı kədərli bir hadisə yaşadıq. Mənim şəxsi həyatımda yaşadığım problemi həyatımda bir dəfə gördüyüm insan tərəfindən magazin proqramında müzakirəyə qaldırılmasını pisləyirəm. Buna heç bir məna verə bilmirəm! Biz yaşadığımız vəziyyət qarşısında kimin hansı həkimə zəng vurduğunu bilmədən və yalnız anamızın vəziyyətini düşündüyümüz halda "Mənə təşəkkür edə bilərdiniz, sizi məzəmmət edirəm" mesajı gəldi. Mən bu adamın həkim məsələsində yardımçı olduğunu sonra öyrəndim və dərhal zəng edib təşəkkür etdim. Bir insan belə bir kədər yaşayarkən “Kimlərə təşəkkür edək” - deyə düşünməz! Əvvəl insan anasını, ailəsini düşünür, lazım olan təşəkkürlərini sonra çatdırır! İnsanlar belə bir kədər yaşayarkən "Mənə təşəkkür etməmisiniz, sizi məzəmmət edirəm" deyə mesaj atılmaz. Məhz o mesajı atdığınız, üstəlik şəxsi həyatımı bütün Türkiyə ilə bölüşdüyünüz üçün üzr istəməli olan şəxs sizsiniz. Ana məsələsində bu qədər həssasdırsa, anamın vəziyyətini niyə canlı yayıma çıxıb bütün Türkiyə ilə paylaşır? Mənim və ailəmin şəxsi həyatını proqramda danışmaq sizin nə həddinizə? Sizə şəxsi həyatım haqqında danışmaq hüququnu kim verir?! Bu yaxınlarda dediyiniz bir cümlə ilə cəmiyyətdə özünüzə qarşı yaratdığınız hiddəti anamın çətin vəziyyətindən istifadə edərək lehinizə çevirməyinizə göz yummuram. Anamdan və ailəmdən istifadə etməyə icazə vermirəm! Anamın vəziyyəti indi yaxşıdır. Və ən əsası budur. Biz bir ailə olaraq bu vəziyyətdən daha da güclənərək çıxacağıq əminəm. Bizi bu mərhələdə tək qoymayan, dəstəyini əskik etməyən hər kəsə təşəkkür edirəm".

Aygün Kazımovanı gözəl göstərən HİYLƏ: “Hər səhər yuxudan duran kimi...

Xalq artisti Aygün Kazımova gözəllik sirlərini paylaşıb. Psixoloq.az publika.az-a istinadənxəbər verir ki, 47 yaşlı sənətçi çoxlarına maraqlı olan gözəllik ayinləri haqqında suallara cavab verib. Gündən-günə gözəlləşən artist etraf edib ki, hər səhər yuxudan duran kimi acqarına bir qaşıq zeytun yağı içir, daha sonra isə bir qaşıt bal udur: “Meyvəni axşama saxlamıram, çünki tərkibində az da olsa, şəkər var. Hər bir qidanı təzə və çiy halda yedikdə təsiri və effekti daha çox olur. Duz, şəkər və spirtli içkilədən imtina etmişəm, həddən artıq qızarmış yeməklər yemirəm. Etiraf edirəm ki, əvvəllər səhhətimə, səsimə və gözəlliyimə mənfi təsir edən zərərli vərdişlərim olub. Artıq sağlamlığımın qeydinə qalıram, onları tərgitmişəm. bunun nəticəsində həm daxili orqanlarım, həm dərim, həm əhvalım mənə minnətdar olur, həm də məndən gələn enerji insanlara xoş təsir bağışlayır”. Müğənni bildirib ki, həyatında radikal dəyişiklik etməyə keçən il öz doğum günündən sonra qərar verib: “Ad günümdən sonra qarşımda böyük məqsəd var idi. Yaradıcılığımın 30 illiyini ölkəmizin ən böyük və ən çox arzuladığım səhnədə möhtəşəm konsert proqramı ilə qeyd etmək istəyirdim”. Cazibədar sənətçinin sözlərinə görə, artıq həyatını yoqa və pilatessiz təsəvvür etmir. O, sonra adi hamam kisəsinin dəri üçün faydasından danışıb: "Uşaq vaxtı anam məni kisələmək istəyəndə qışqırığım dünyanı götürürdü. Onda bilmirdim ki, düzgün kisələmək insan dərisi üçün bu qədər faydalıdır. Bu zaman dəri daha yaxşı nəfəs almağa başlayır".

Avtovağzalın qarşısındakı yolda hərəkət məhdudlaşdırılacaq

Bakıdan Sumqayıta gedən yolun bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq iyulun 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Avtomobil Yolları Dövlət Agentliyindən ölkə.az-a verilən məlumata görə, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Bu rayonlarda təbii qazın verilişində fasilələr olacaq

Bu gün saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. “Azəriqaz” İstehsalat Birliyindən ölkə.az-a verilən məlumata görə, fasilələr Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yeni çəkilmiş diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, eləcədə Binəqədi rayonu 9-cu MKR Mircəlal küçəsində istismara yararsız diametri 108 mm-lik qaz xəttinin ləğvi, həmçinin yeni çəkilmiş diametri 225 mm-lik qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır. Qeyd edilib ki, görülən zəruri təmir işlərinin Yasamal rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Uzunqulağı rəngləyib zebra əvəzinə göstərdilər - FOTO

Misirin Qahirə şəhərindəki zooparkda qəribə hadisə baş verib. Psixoloq.az xəbər verir ki, uzunqulağı zebra kimi rəngləyərək nümayiş etdiriblər. Bu işin üstünü isə 18 yaşlı tələbə Mahmud Serhani açıb. Serhani bildirib ki, “zebra”ya baxanda onun zebra yox, uzunqulaq olduğunu anlayıb. Misirli tələbənin paylaşdığı foto internetdə sürətlə yayılıb. Baş verənləri baytarlar da təsdiqləyib. Qeyd edək ki, buna oxşar hadisə 2009-cu ildə Qəzzada da baş verib. Zooparkda ölən iki zebranın yerinə 2009-cu ildə Qəzzada da baş verib. Zooparkda ölən iki zebranın yerinə iki uzunqulağı rəngləmişdilər.(ölkə.az)

“Jara” səhnəsindən görüntülər - FOTO

Ötən gün start götürən “Jara” festivalı möhtəşəm görüntülərə səhnə olub. Psixoloq.az xəbər verir ki, gecədə Xalq artisti Emin Ağalarov, müğənnilər Sultan Məşədiyev, Aysel Məmmədova, Filipp Kirkorov, Nastya Kamenskix, Artem Pivovarov, Alessandro Safina,Stiven Siqal, Yeqor Krıd, MOT, Lyubov Uspenskaya, Maks Barskix, Artik və Asti və başqaları səhnəyə çıxıb. Filip Kirkorov səhnə geyimi ilə xüsusi diqqət çəkib. Gecədən olan görüntüləri təqdim edirik:

Hacı Nuran Bakıya geri döndü

Bir müddət əvvəl ağciyərində onkoloji şiş tapıldığı üçün müalicə məqsədilə Almaniyaya yola düşən Hacı Nuran Bakıya geri dönüb. Psixoloq.az xəbər verir ki, o, ötən gün “Instagram” hesabında foto paylaşıb. “Jara” festivalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliya ilə foto çəkdirib. Qeyd edək ki, Hacı Nuran kimya terapiya almaq üçün Düsseldorf şəhərinə yollanmışdı.

Uşaqlara gülünc doğuran adlar qoymaq olar? - Komissiyadan cavab/VİDEO

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası son dövrlərdə uşaqlara Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi heç bir mənası olmayan, gülüş doğuran adların qoyulması ilə bağlı edilən müraciətlərə mənfi cavab verib.  Xezerxeber.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində uşaqlara Şeyla, Jiyan, Asenat adlarının qoyulması ilə bağlı müraciətlərə mənfi cavab verilsə də, komissiya bu adların tarixi köklərini araşdırdan sonra onların verilməsinə icazə verib. Komissiyanın məlumatına görə, hər 100 nəfərdən təxminən 60 nəfəri öz uşağına normal, gözəl ad qoyur, təxminən 20 nəfər yeni ad seçir, 20 nəfər isə mənası olmayan ad qoymaq istəyir. Sosioloq Əhməd Mansurov deyir ki, uşaqlara ad qoyarkən valideyinlər, ilk növbədə onların gələciyini nəzərə almalıdırlar.Vətəndaşlar da uşaqlara hec bir mənası olmayan, gülüş doğuran adların verilməsini düzgün hesab etmirlər.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: