Pandemiya psixologiyası-Psixologiya kafedrasının dosenti Ceyhun Aliyev

Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar. Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti Ceyhun Aliyevin “Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar” yazısını təqdim edirik. Pandemiya sözü qədim yunan dilində olan pan (bütün, hamı) və demos (xalq) sözlərindən yaradılmışdır. Bəşər tarixinin müxtəlif dövrlərində koronavirus kimi pandemiya halında yayılmış olan müxtəlif yoluxucu xəstəliklər olmuşdur. Misal olaraq “qara vəba”, “xolera”, “ispan qripi”, “Honq Konq qripi”, “donuz qripi”, “HİV/AİDS” kimi pandemiyaları nümunə göstərə bilərik. 11 fevral 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı bir il öncə Çinin Uhan şəhərində qeydə alınmış koronavirus adı altında yayılmış xəstəliyin rəsmi adını açıqladı. Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasının COVİD-19 adlanması ingilis dilindən “corona” (tac), “virus” və “deases” (xəstəlik) sözlərinin baş hərflərinin birləşdirilməsindən alınmışdır. 19 rəqəmi isə xəstəliyin qeydə alındığı 2019 - cu ili bildirir. Apardığımız müşahidələr, eləcə də, kütləvi informasiya vasitələrinin təqdim etdiyi materiallar göstərir ki, xəstəlikdən uzaq olmaq üçün insanların bir qrupu qoruyucu davranışlara əməl etdiyi halda digər qrupu buna əməl etmir, nə qoruyucu vasitələrdən istifadə edir, nə də fəaliyyət və gündəlik həyat tərzində heç bir məhdudiyyətə məhəl qoymurlar. Bəzi adamlar günlərlərlə evdən çölə çıxmadıqları halda, digərləri dostları ilə görüşür, ailə və qohumları ilə bir yerə yığışaraq məclislər keçirir, əylənirlər. Sual olaraq qoyduğumuz məsələ belədir; niyə bəzi insanlar pandemiya zamanı qoruyucu davranışlara uyğun hərəkət edir, digərləri isə buna əməl etmirlər? Bu yazıda qısa da olsa pandemiya ilə bağlı qoruyucu davranışların fərdi-psixoloji və sosial-psixoloji təhlilini verməyə çalışacağıq. Yoluxucu xəstəliklərdən qorunmaq üçün tətbiq edilən qoruyucu, yaxud profilaktik davranışlar təxminən eyni olmuşdur. Buraya əlləri tez-tez yumaq və ya dezinfeksiya etmək, tibbi maska taxmaq, ev əşyalarını və paltarları dezinfeksiya etmək, yataq ağlarını tez-tez dəyişdirmək, öskürüb-asqırarkən ağız-burunu dəsmalla tutmaq, yerə tüpürməmək, ünsiyyətdə olarkən bir-birinə yaxın getməmək,əl-ələ görüşməkdən, yaxud öpüşməkdən uzaq olmaq, siqaretdən və ya spirtli içkilərdən imtina etmək, izdihamlı yerlərdən uzaq olmaq, zəruri ehtiyac olmadan evi tərk etməmək, evin havasını tez-tez dəyişmək, sağlam və ya təbii qidalanma, sağlamlaşdırıcı idmanla məşğul olmaq və s. Pandemiya zamanı insanları sağlam davranışa yönləndirən səbəblər arasında aşağıdakıların daha çox müşahidə olunduğu qənaətindəyik: Yaş faktoru. Müşahidələr göstərir ki, yaşlılar gənclərlə müqayisədə daha çox ehtiyatlı hərəkət edir və qoruyucu davranışlara əməl edirlər. Yaşlıların pandemiyanı ciddiyə alma səbəbləri KİV- də yaşlı insanların immun sistemlərinin zəifliyi nəticəsində virusa qarşı müqavimətlərinin zəif olmaları haqqında edilən xəbərdarlıq, cavanlara nisbətən XX əsrdə baş verən bəlalardan (pandemiyalardan) və nəticələrindən daha çox xəbərdar olmaları, onlarda can sevgisinin güclü olması, daha böyük həyat təcrübəsinə malik olmalarıdır.Dini inanc faktoru. Bu məsələdə dini inanc öz təsirini göstərir. İnanclı insanlar heç bir şeyin Allahın iradəsindən kənarda baş vermədiyinə inandıqları səbəbindən ölümü əcəl kimi qavrayır və onun Allahın hökmü ilə gerçəkləşdiyini qəbul etdikləri üçün qoruyucu davranışlara o qədər də əməl etmirlər. Belə yanaşma tərzi müxləlif yaş həddində olan inanclı insanlar arasında heç də birmənalı qəbul olunmur.Cins fərqi. Qadınlar kişilərə nisbətən qoruyucu davranışlara daha çox meyillidirlər və başqalarının da bu cür qoruyucu davranışlara riayət etmələrini təkidlə israr edirlər. Bu meyil daha çox cinsi mənsubiyyətdən, qadın fəhmindən və analıq hissindən qaynaqlanır. Qadınların emosional, həssas və həyata daha çox bağlı olmaları ən əsası isə onlarda evi, ailəni və övladı qorumaq onların sağ və salamat qalmasını təmin etmə qayğısının daha yüksək olması ilə əlaqəlidir. Ailəcanlılığı ilə seçilən azərbaycanlı beyni ailə qayğıları ilə bağlı fasiləsiz olaraq, ətraf aləmdən informasiyanı alır və təhlil edir. Ona görə də yolxucu xəstəliklər olduğu halda, qadınlar arasında qoruyucu davranışa əməl etmə daha çox müşahidə olunur.4. Savadlı olmaq. Bilənlə bilməyən eyni anlamda olmaz! Daha çox savadlı, daim mütaliə edən, çox saylı müşahidələr nəticəsində zəngin həyat təcrübəsinə malik olan və səhiyyə mədəniyyəti yuxarı olan insanların pandemiya zamanı qoruyucu davranışlara meyil etmələri daha yüksəkdir. 5. Xarakter fərqi. Həyəcanlı insanlar pandemiya zamanı qoruyucu davranışlara daha çox əməl edir, verilən tövsiyə və qadağalara uyğun hərəkət edirlər. 6. Rəsmi dairələrə güvənmək və etibar etmək. Rəsmiyyətə, yəni, idarəetmə strukturlarına, eləcə də, səhiyyə sisteminə, o cümlədən həkimlərə güvənən, onlara inanan və etibar edən insanlar digərləri ilə müqayisədə verilən tövsiyələrə və məsləhətlərə riayət edərək qoruyucu davranışlara daha çox əməl edirlər. 7. Xəstəliyin nə dərəcədə ciddi olduğuna inanmaq. Yayılmış olan yoluxucu xəstəliklə bağlı bildiklərimiz bilmədiklərimizdən çox azdır. Bu baxımdan bəzi insanlar korona virusun törədəcəyi fəsadları ciddiyyətə almadıqları üçün qoruyucu davranışlara da əməl etmirlər. Amma bunun əksinə xəstəliyə həssaslıq göstərən və xəstəliyi tam ciddiyyəti ilə qəbul edən insanların, həqiqətən, qoruyucu davranışlara riayət etdikləri diqqəti cəlb edir. 8. Sağlamlıq inancına malik olmaq və qoruyucu davranışın faydalarına inanmaq. Inanclar insanın davranış, fikir və hissini hərəkətə gətirən psixoloji qüvvədir. Sağlamlıq inancı ilə yaşayan insanlar qoruyucu davranışların faydalı olduğuna inandıqları üçün onları həyata keçirməkdə maraqlı olurlar. 9. Profilaktikanın müalicədən daha cox səmərəli və daha az xərc tələb etdiyinə inananlar. Bu fikir hamı tərəfindən qəbul edilir ki, həqiqətən, xəstəliyin profilaktikasına çəkilən xərc onun müalicəsinə ayrılan xərcdən çox az olur. Bu fikirlə razılaşan və ona inanan şəxslər qoruyucu davranışlara daha ciddi əməl edirlər. Digər tərəfdən iynədən, dərmandan çəkinən şəxslər də qoruyucu vasitələrdən çox istifadə edir və adekvat davranışlara daha çox əməl edirlər. Maddi təminatın zəif olması da insanları daha ehtiyatlı olmağa və qoruyucu davranışlara əməl etməyə sövq edir. 10. Qoruyucu davranışa keçid. Pandemiyanın çoxalması xəbərinin yayılması ilə qoruyucu davranışa keçən adamların sayının artması arasında bir müsbət korrelyasiya müşahidə olunur. Bir qayda olaraq insanlar potensial simptomlarla qarşılaşdıqda qoruyucu davranışa dərhal başlayırlar. Amma bəzən bu gec ola bilər. “Daldan atılan daş topuğa dəyər” misalında olduğu kimi. COVID-19 ilə qoruyucu davranışa (yəni mümkün simptomların yaşanması) başlamaq çox gec ola bilər. Bunu nəzərə alaraq, insanları qoruyucu davranışlara təşviq etmək üçün KİV müvafiq işləri görməli, preventiv tədbirlərə əməl etmədikdə insanların COVID -19-a yoluxa biləcəkləri vurğulanmalıdır. Bu pandemiyanın həm də fərqli sosial-psixoloji tərəfləri var. Onun tüğyan etdiyi ərəfədə insanların evdən çölə çıxmaması tövsiyə olunur. Belə olduğu halda -ailədə və ya evdə şəxsiyyətlərarası münasibətlərin düzgün tənzim olunması, bir-birinə qarşı daha həssas olması tələbatı yaranır. Xüsusilə, nəzərə aldıqda ki, pandemiya faktının özü dərk olunan və dərk olunmayan səviyyədə insanların əhvalına, fikir, hiss və hərəkətlərinə öz təsirini göstərəcək. Ona görə də əlavə gərginliyin qarşısını almaq üçün şəxsiyyətlərarası münasibətlərə diqqət yetirmək, onun tənzimlənməsinə çalışmaq lazımdır. Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər elə qurulmalıdır ki, onlar insanın sağlamlığına müsbət təsir göstərsin. Bu düzgün qurulmadıqda insanların sağlamlığı, o cümlədən psixi və psixoloji sağlamlığı ciddi zərər görür. Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor, ilk növbədə, xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir. İnsanlar birmənalı şəkildə qəbul etməlidirlər ki, sağlamlıq və xəstəlik insanın davranış və düşüncəsi ilə əlaqəli olan məsələdir. Beləliklə, COVİD – 19 pandemiyası ilə bağlı yaradılan operativ qərargah, eləcə də, bütün dövlət rəsmiləri, KİV sosial siyasətdə dürüstlük, şəffaflıq və qayğıkeşlik kimi psixoloji xüsusiyyətlər hesabına özlərinə etimad, güvən və inam hissini daha da dərinləşdirməlidirlər. Bir məsələni də KİV–in nəzərinə çatdırmaq lazımdır ki, bu problemlə bağlı əhalini panikadan uzaq tutmaq üçün hər bir ölkə üzrə həmin xəstəlikdən ölən və xəstələnənlərin sayını dedikdə həmin ölkədə yaşayan əhalinin ümumi sayı da təqdim olunsun. Bizcə bir statistika insanlara müqayisə etmək imkanı verir. Bu da əsassız olaraq insanların panikaya düşməsinin qarşısını alır. Əks təqdirdə əhali sayı az olan ölkə vətəndaşlarının ölüm və xəstələnmə sayını ifadə edən rəqəmin əhalinin ümumi sayından təcrid olunmuş şəkildə eşitmələri açıq şəkildə panikaya yol aça bilər. Yuxarıda qeyd etdiyimiz qoruyucu davranışların - pandemiya ilə bağlı narahatlıqdan qurtulmağın rasional yolu olması əhaliyə çatdırılmalıdır. İnanclı insanlara isə “Allaha təvəkkül et”, amma “qul” tədbiri olaraq qoruyucu davranışa əməl etmək tövsiyəsi verilməlidir. COVID-19 –a pandemiya kimi yox, bir sınaq dövrü kimi baxın. Pandemiya ərəfəsində valideynlərin çəkməli olduğu qayğılardan biri uşaqların psixi sağlamlığını qorumaqda onlara kömək etməklə bərabər, onları inkişaf içində tuta bilməkdir. Ümid edirik ki, məqalə əhalimizin pandemiyadan qorunmaqla bağlı hazırlıq səviyyəsinin yüksəlməsinə müəyyən qədər də olsa faydalı olacaqdır.

Təhsil psixoloqu valideynlərə nə etməli olduqlarını açıqladı

Bildiyimiz kimi ölkəmizdə mövcud olan vəziyyət- valideynlərin gündəlik həyat tərzini gərginləşdirib.Lakin hər bir neqativ və çətin vəziyyətdə bir xeyir var.Biz həyat rutinimizdə,həyat qayğılarımızda övladlarımıza yetərincə zaman ayıra bilməməyimizdən şikayətlənirdik.Məlum vəziyyət isə doğmalarımıza ,uşaqlarımıza- vaxt ayırıb onların maraq dairəsin genişləndirməyə bizlərə şərait yaratdı.Ən tez tez verilən sual-bütün günü uşaqları necə ev şəraitində saxlayaraq?bu mümkündürmi? İlk öncə time managment(vaxtı idarəetməsinə diqqət yetirməliyik)-saat neçədə oyanıb nə etməyimizə.İlk öncə uşaqlarda gigiyenik vərdişləri yarada  bilməyən valideynlərə üzümü tutub söyləyirəm ki,indi əsl zamanıdır:səhər diş firçalamağı sevməyən,dərsə tələsməyini vəya gecikməyini bəhanə gətirən uşaqlar-indi bunu valideynləri ilə birlikdə heçbir yerə tələsmədən əyləncəli şəkildə edə bilərlər.Sonra təbii ki dərslərə qatılmağımız mütləqdir(dünya praktikasında distant online dərslər çoxdan tətbiq olunur)lakin doğma Vətənimizdə bu praktika artıq öz bəhrəsin verir.Dərsə öz sinif yoldaşları ilə  birlikdə qatılaraq-onlar ilə həm ünsiyyət qurub həmdə bu yeni bir dərs rejiminə də adaptasiya olurlar. Övladlarımızın psixoloji və fizioloji sağlamlığı çox vacibdir-bunun üçün dərslərə ara verən zaman idman hərəkətləri,əzələ relaksasiyası da həmçinin önəmlidir.İdman alətləri,hər hansı idman ləvazimatları bir çox ailələrdə var-onların vasitələri ilə də oturaq həyat tərzimizi(az hərəkətliliyizi-gipodinamiyanı ),aradan qaldıra bilərik.Musiqili idman hərəkətləri əhval ruhiyyəmizi yüksəldərək,movcud xoşbəxtlik hormonlarımızı artıraraq gündəlik həyatımıza rəng qatacaq. Bu karantin vaxtı vaxtımızı səmərəli keçirərək:kitab oxumaq(uşaqlarımız üçün bir çox audiokitablar yaradılıb),virtual akvarium,zoopark,muzeyləridə seyr edə bilərik.Ailəlikcə stolüstü oyunlar(loto,domino,cenqa,monopoliya və s.)strolüstü bir çox müasir oyunlar ilə vaxtımızı keçirə bilərik.Keçmiş illərdə bir sıra yaddaş, diqqət ,məntiq zəifləməsinin qarşısın almaq məqsədi ilə-nənə babalaramız  -krossvord,çaynvord,sudoku və s.kimi oyunları oynayaraq asudə vaxtların zənginləşdirirdilər. Uşaqlar ilə menu düşünün-və bunları əyləncəli şəkildə  birlikdə edin.Birlikdə xəmir xörəklərdən məsələn:düşbərə,pizza,pirojki kimi yeməkləri hazırlayın. Toxuma,tikmə,kinetik qum,plastilin ilə məşğələlər təşkil edin.Hətta nağıl qəhrəmanları albomda çəkib,rəngləyərək onları qalın bir kartona yapışdırıb-ailəvi nağılterapiyasıda etmək olar. Bir sözlə vəziyyəti düzgün və sizin ailə prinsiplərinizə uyğun dəyərləndirin.Sağlam və nikbin olun. Psixoloq Nigar Cəbrayıl 

Səhv bir söz desəm rüsvay olacağam-CBT köməyinizə gələcək

“CBT- özünü daha yaxşı hiss etmək istəyən insanlara yardımcı olmaq üçün möhtəşəm bir müalicə metodudur” ( British Medical Journal, 2000). CBT nin əsası 1960-cı ildə Amerikan Psixiatrı Aaron T. Beck tərəfindən qoyulmuş və bu günə qədər geniş istifadə edilməktədir. Avropada son 10-20 il ərzində heç bir dərman istifadəsi tələb olunmadığı üçün və qısa müddətdə çox yaxşı nəticələr verdiyi üçün geniş istifadə olunur. Koqnitiv Bihevioral Terapiya bir psixoterapiya növüdür. İnsanın davranış və duyğularını araşdıran psixoloji modellərdən istifadə edilərək hazırlanmışdır. CBT-duyğusal və davranış çətinliklərinin yaşandığı vəziyyətlərdə düşüncə duyğu və davranış arasındakı əlaqənin bəzi yalnış inanclara yol açdığını və fərdin bu istiqamətdə şərtlənməsinə səbəb olduğunu bildirir. Bu zaman fərd bu inanclara görə sevilmədiyini, dəyərləndirilmədiyini və uğursuz olduğunu düşünə bilər. Bu şəkildə düşünən bir şəxs emosional olaraq daha çox xoşagəlməz hisslər keçirə bilər və özünə qapana bilər. Bu yöndə CBT mənfi inkişaf edən vəziyyəti və əlaqəli inanc sistemini kəşf edərək bu inanc sisteminin emosiyalara və davranışlara necə əks oldunduğunu göstərmək məqsədi daşımaqdadır. Koqnitiv Bihevioral Terapiyanin İstifadəsi Hazırda Koqnitiv terapiya ən çox istifadə olunan psixoterapiya növüdür. Terapiya zamanı psixoloq/ psixiyatr ve pasient aktiv şəkildə işləyir. Bir grup halında çalışaraq yaşanan çətinliklərin təfərrüatları öyrənilir. Məsələn; insanlar arasında danışarkən səs tonunu tənzimləməkdə çətinlik çəkən, insanlarla ünsiyyət qurmaqdan utanan zaman ağlına müəyyən fikirlər gəlir: “ Heç kəs məni eşətməyəcək, yenə səsim çıxmayacaq, səhv bir söz desəm rüsvay olacağam, mənim təqdimatımı heş kəs bəyənməyəcək və s”. Bu şəkildə düşüncələr güclü narahatlıq hissi ilə müşayət oluna bilər. Bu narahatlıq hissi tez-tez özünü ağız quruması, tərləmə, ürək döyüntüsü, sürətli nəfəs kimi fizioloji simptomlarla da göstərməktədir. Bu zaman Koqnitiv Bihevioral Terapiya bildirir ki, prosesi tətikləyən şey düşüncə tərzidir. Fərdin ağlından keçən fikirlər onun duyğularına və nəticədə davranışlarına da təsir edir. Dəsfunksional düşüncələri hadisə-düşüncə-emosiya– davranış ilə əlaqələndirərək daha real olanlarla əvəz etmək Koqnitiv Terapiyanin əsas məqsədlərindəndir. Terapiya prosesində əsas hədəf şəxsin funsionallığını pozan qəlibləşmiş düşüncə tərzini tanımağa yönəlir. Bu inancların necə formalaşdığı və necə dəyişdirilə biləcəyi müzakirə olunur. Yalnış vəya disfunsiyalı düşüncə tərzindən qurtulmaq üçün müxtəlif tapşırıqlar verilir. Pasientdən köhnə disfunsiyalı düşüncə və davranış tərzini funsiyonal davranış nümunələri ilə əvəz etməsi nəzərdə tutulur.   CBT Hansı Psixoloji Problemlərin Həllində İşə Yarayır? Koqnitiv Bihevioral Terapiyanın uşaq və yenəyetmələrdə istifadəsi olduqca effektiv nəticələr verməkdədir. Ümumilikdə; 1.      Obsesif-Kompulsif Pozuntu 2.      Panik Atak 3.      Post Travmatik Stress Pozuntusu 4.      Depressiya 5.      Şəxsiyyət Pozuntuları 6.      Yuxu və Yemək Pozuntuları 7.      Bipolyar Pozuntu 8.      Fobiyalar 9.      Davranış Pozuntuları 10.   Şiddət və Aqressiy kimi psixoloji problemlərin də müaləcəsində olduqca yaxşı nəticələr verdiyi təsdiqlənmişdir. CBT’ də Terapiya Müddəti Nə Qədərdir? Fərdin müraciətinin səbəbi, simptomların intensivliyi, psixopotologiyanın növü, meydana gəlmə səbəbi, davam edən stress faktorları, fərdin anlayışı, problemini dərk etməsi kimi faktorlar müddəti  müəyyən edə bilir. Ortalama 8-10 seansda gözlə görülə biləcək dərəcədə simptomlar ciddi bir şəkildə yumuşala vəya ortadan qalxa bilər. Ancaq terapiyanı bitirmək terapiyanı başlamaq kimi həm psixoloqun həm də pasientin razılığı ilə həyata keçirildikdə daha müsbət nəticə əldə edilir. Psixoterapiyanın əsas məqsədi simptomların yox olmasıyla birlikdə, fərdin daimi davranış dəyişikliyi qazanması və inanc sistemi ilə əlaqəli düşüncə tərzinin fərqində olmasıdır. Müəllif:Uzman Psixoloq Gülnarə Muxtarova

Uzman Psixoloq Gülnarə Muxtarova

Uzman Psixoloq Gülnarə Muxtarova. 2013-2017-ci illərdə Bakı Dövlət Üniversitetinin Sosial Elmlər və Psixologiya fakültəsi bakalavr təhsilini bitirmiştir. 2017-2020-ci illərdə Türkiyə Respublikasının Bursa Uludağ Universitetində uzmanlıq dərəcəsini almışdır. 2019-cu ildə Türkiyə Respublikasının Antalya şəhərində təşkil olunan 21-ci Beynəlxalq Psixoloji Danışmanlıq ve Rehberlik Konfransında "Lise Öğrencilərinin Kendini Gizleme Davranışı ile İnternet Kimliği ve Kaygısı Arasındaki İlişkinin İncelenmesi" mövzusunda uğurlu şəkildə təqdimat etmişdir.  2019-cu ildə Türkiyə Respublikasının Edirnə Şəhərində Trakya Üniversitesində təşkil olunan 5-ci Beynəlxalq Yabancı Uyruklu Öğrenci Sempozyumunda "Türkiyede Eğitim Alan Yabancı Uyruklu Öğrencilerin Karşılaştığı ve Yaşadıkları Psikolojik Sorunlar" mövzusu ilə uğurlu tədqiqat işi aparmışdır.  2020- ci ildə CBT tətbiqini İstanbulda alaraq psixoterapevt dərəcəsini almıştır. 2020-ci ildə Oyun terapiyası eyni zamanda Kısa Süreli Çözüm Odaklı terapiya metodu təhsilini almışdır. 2017-2020-ci illərdə Türkiyədə 3 fərqli özəl təhsil mərkəzlərində psixoloq olaraq fealiyyət göstərmişdir. Hal-hazırda indevidual olaraq pasient qəbul edir.

Üzünə, sifətinə, ağzına, burnuna TOXUNMA-Reanimatoloq Şahin Məmmədov xəbərdarlıq etdi

Psixoloq.az xəbər verir ki tanlnmış həkim reanimatoloq Şahin Məmmədov koronovirusdan qorunmaq üçün diqqət yetirməli olduğumuz məqamlarla bağlı özünün sosial hesabında paylaşım etmişdir.Həmin yazını oxuyucularımıza olduğu kimi təqdim edirik. Əl ilə üzə toxunmaq virusa yoluxmamaq üçün etdiyiniz bütün tədbirləri məhv edir.Amma demək olar ki bütün insanlarda vərdiş var. Mütləq gündə 50-60 dəfə üzümüzə toxunuruq. Özümüzdən asılı olmadan. Bəzi insanlarda isə xususi tiklər var, məsələn lazımsız yerə danişdıqca qaşına, toxunur, gözünü sanki silir, bəziləri isə yanağını qaşıyır ya dirnağını yeyir və s.Bəzi məsləhətlər verim, bunları etsəniz əl ilə üzünüzə toxunmaq ehtimalınız azalacaq. 1. Nəyə görə və üzün hansı nahiyəsinə toxunursuzsa əvvəlcə bunu müəyyənləşdirin. Qaşınmaniz varmi? Ya gözlərinizdən yaş axırmi? Burun axirmı və s. Bunları dedim ki bəlkə toxunmaga məcbursuz. Əgər belədirsə üzə kağız salfet ya təmiz qulaq çöpləri ilə toxunun. 2. Sizdə sadəcə vərdişdirsə evdə və işdə bütün divarlara, stolların üzərınə ÜZÜNƏ TOXUNMA! yazıb yapışdırın.İş yoldaşlarınızdan və ailə üzvlərindən xahiş edin sizə bunu tez tez xatırlatsınlar.Divanda oturarkən əllərinizin üzərində oturun. Əgər səbəbsiz yerə əliniz mütləq üzünüzə gedirsə həmin vaxt qolunuza toxunmaqla, qolunuzu sığallamaqla özünüzü "sakitləşdirin".Telefonda müxtəlif xatırlatma proqramları var. Onu yükləyin və elə quraşdırın ki hər saat sizə bildiriş gəlsin: Üzünə, sifətinə, ağzına, burnuna TOXUNMAAA!!)Telefon demişkən onu da üzünüzə toxundurmayın. Danışmaq üçün qulaqcıqlardan istifadə edin.

Psixoloq Rəna İmanova

Sinir elmləri uzmanı, 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin psixologiya ixtisası üzrə bakalavr , 2016-2018-ci illərdə isə Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetində Neyroelm ixtisası üzrə uzmanlıq təhsilini  almışdır. 2017-2018-ci illərdə Türkiyə Respublikasının Samsun şəhərində təşkil olunan 5-ci və 6-cı Dağınıq Skleroz düşərgəsində psixoloq olaraq fəaliyyət göstərmişdir. 2017-2019-cu illərdəTürkiyə Republikası Ondokuz Mayıs Xəstəxanasında  psixoloq olaraq fəalliyyət göstərmişdir. Türkiyədə keçirilən 17-ci Beynəlxalq Sinir Elmləri Konfransında "Dağınıq Sklerozda klinik göstəricilərin xəstə yaxını baxım yükü üzərində təsiri" mövzusunda uğurlu şəkildə təqdimat aparmışdır. Bir çox beynəlxalq təlimlərdə iştirak etmişdir . 2019-cu ildə Türkiyə Respublikası Istanbul şəhərində Tomatis metodunun tətbiqi barədə uzmanlıq təhsili almışdır. 2019-cu ildə Türkiyə Respublikası Samsun şəhərində Türk Psixoloqlar Birliyi tərəfindən Wisc-IV testinin tədbiqi səlahiyyəti qazanmışdır. 27-29 Fevral 2020 tarixlərində Florida şəhərində Actrims Forum 2020 Kongresinde "Caregiver Burden In MS" mövzusunda təqdimatı olmuşdur və müfakata layiq görülmüşdür. Ölkəmizdə bir neçə psixoloji mərkəzdə fəaliyyət göstərmişdir. Hal-hazırda Oratio Psixoloji və Nitq İnkişaf Mərkəzində psixoloq olaraq fəaliyyət göstərir.

Ringelman effekti -Belə duşünməniz bu effektə səbəb ola bilər və siz ...

Ringelman effekti ( Sosial tənbəllik) Psixoloq.az bildirir ki ,ümumiyyətlə, insanlar çox insandan ibarət olan böyük qrupların daha çox iş bacardığını düşünürlər. Bu əksər məsələlərdə belə olsa da, ancaq Ringelman effekti bunun əksinə, daha çox insan olduqda insanların daha çox tənbəllik etdiyini söyləyir. Buna səbəb olacaq məsələlərdən biri də daha çox insanın içərisində onun işinin qiymətləndirilməsinin çətin olmasıdır. Ən sadə səbəblərindən biri isə insanların "Başqaları işi görür, mənim işləməyimə nə ehtiyac var? " deyə düşünməsidir.Bu haqda ilk dəfə 1913-cü ildə Max Rigelman araşdırmışdır. O,insanlarda belə qəribə hal müşahidə etmişdir ki, qrupda insanların sayı artdıqca onlar öz güclərindən daha az istifadə edirlər.Bu fikri müxtəlif eksperimentlər keçirərək təsdiq etmişdir. Bu eksperimentlərdən biri də belə olmuşdur: Ən adi insanları götürür, onlara müəyyən bir çəkidə ağırlıq qaldırmalarını tapşırırdılar.Məsələn, bir adama qaldıra biləcəyi maksimal çəkini tapşırırdılar. Sonra bu insanları qrup halında toplayırdılar: əvvəl iki nəfər, sonra üç, dörd və s.İlkin gözlənti belə idi ki, əgər bir adam 100 kq. çəkini qaldıra bilərdisə, iki nəfər 200 kq. və ya daha artıq qaldırmalı idi. Ancaq iki insan öz individual göstəricilərinin yalnız 93 faizini qaldırdı. Səkkiz nəfər isə 49 faizini.Sosial tənbəlliyin daha bir maraqlı tərəfi isə hər cəmiyyətdə fərqli dərəcədə görülməyidir. 1985 ci ildə Tayvanlı və Amerikalı tələbələrim tək başına və qrup halında işdəki performanslarını ölçdükdə, qrup halında işləyərkən Amerikalı təlbələrin tənbəllik etdiklərini görmüşlər, Tayvanlı tələbələrin isə qrup halında işləyərkən daha yüksək performans göstərdikləri məlum olmuşdur. Aybəniz Rəsullu 

"Xoxanlar"filmi məhkəməyə veriləcək-Rejissor Samir Kərimoğlu

Psixoloq.az xəbər verir ki,tanınmış rejissor Samir Kərimoğlu özünün sosial hesabında paylaşım edərək ideya müəllifi olduğu və hər kəs tərəfindən sevilən "Xoxan" filminin,bu gün premyerası olan Xoxanlar filmi ilə heç bir əlaqəsi olmadığının eləcədə obrazları və  adlarını istifadə etməklə "lar" şəkilçisi artırmaqla orijinal adın dəyişməsinə dəlalət etmədiyini bildirib.Rejissor müəllif hüquqlarını pozan "Xoxanlar" filmini«Müəllif hüququ və Əlaqəli Hüquqlar haqqında »Azərbaycan respublikasının qanunu əsasında müəlliflik hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət olunacağını bildirib. Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik Bu günCasian Creative iab' istehsali'Xoxan'lar filminin primerası idi Bu filmin- 2014 ci ildə Azərbaycan kinoməkanında kommersiya filmlərinin ilki olan,tamaşıcılar arasında boyük ajiotaja səbəb olaraq ən cox gəlir gətirən,yaradıcı insanlarda güvən yaradaraq kommersiya filmlərin istehsalına stimul verən ,prodüserləri Zaur Mirzəzadə və Orxan Mərdan (müəllif grupuna daxil olan quruluşcu operator Soltan Abdullayev,quruluşcu rəssam Səbuhi Atababayev) Quruluşcu rejissoru və ən əsası ideya müəllifi mən olan 'Xoxan filmi ilə ,eyni obrazları (və obrazların adlarını) istifadə etməklə və filmə eyni adı qoymaqla (lar şəkilçisi orjinal adın deyişməsinə dəlalət etmir) müəlliflik hüququmuzu pozan 'Xoxan'lar filminin hec bir əlaqəsi yoxdu. Bununla bağlı«MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR HAQQINDA»AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUəsasında müəlliflik hüquqlarını qoruma məgsədi ilə məhkəməyə müraciət olunacaq.Mənbə:Psixoloq.az Xəbərə istinad etməniz xahiş olunur 

İnsanlar niyə pis bir münasibəti davam etdirir?

Yəqin ki hamı ətrafında yaxşı getməyən bir münasibəti israrla davam etdirən dost, qohum, yaxın bir insan görmüş və ya özünü heç cür bitirə bilmədiyi bir münasibətin içində tapmışdır. Kənardan baxıldığında zərərli bir münasibəti niyə davam etdirdiyi üçün bəlkə o insanlara hətta hirslənmisiz də. Qınamağı bir kənara qoyub zərərli bir münasibətdə qalmaqda davam edən insanları anlamaq üçün bunun psixoloji səbəblərinə baxmaqda fayda var. Bu səbəblərə nəzər salaq: 1. Qorxu və ya təşvişdən qaçmaq – artıq bir münasibətin içində olan şəxs bu münasibət bitdikdən sonra həyatı ilə nə edəcəyini, onu nələr gözlədiyini bilmir və bu qorxu ilə üzləşmək istəmir. Gələcək təşvişi, bitirmək qərarı almağa mane olur. 2. Depressiya və üzüntüdən qaçmaq – münasibət nə qədər pis olsa da sevgi hissi asanlıqla bitmir və şəxs tək qalacağı zaman mövcud partnyoru üçün darıxacağını düşünür, tək olarsa bunun öhdəsindən necə gələcəyini bilmir və münasibəti davam etdirməyi seçir. 3. Utanc – bəzən yaxşı bir münasibətə sahib olmaq, cəmiyyət üçün özünü təstiq etmə mənası daşıyır və alınmayan, pozulan münasibəti yaxınlara, dostlara demək şəxsə utanc hissi verir, onlara xəyal qırıqlığı yaşadacağını düşünür və bu səbəbdən düzəlməyən problemlərə baxmayaraq münasibət davam etdirilir. 4. Günahkarlıq və borclu hiss etmək – bu hissləri keçirən şəxs ona qayğı, sevgi göstərən insana qarşı borclu hiss edir və onu tərk etmək düşüncəsi günahkarlıq duyğusu yaradır. Bir növ uşaqlıqda ona qayğı göstərən valideynlərinə olan borcunu ödəmək fantaziyasını daşıyır. Bir başqa deyişlə şəxs əsl borclu olduğu insanlarla üzləşmək yerinə partnyoruna bu hissləri köçürür. 5. Asılılıq – öhdəlikləri öz üzərinə götürən, nəyin doğru nəyin yanlış olduğuna həmişə qərar verən, məsuliyyəti alan bir partnyoru itirməklə bərabər şəxs öz həyatının məsuliyyətini almaq məcburiyyətində qalmaqdan, yəni böyüməkdən qorxur. 6. Aşağı olan özgüvən – şəxs, mövcud partnyordan daha yaxşısını tapa bilməyəcəyini, çünki buna layiq olmadığını düşünür. 7. Bezginlik – düşüncələrin içində itmiş şəxs sağlam düşünə bilmir və problem həll etmə bacarıqları azalır. Bu şəkildə o artıq problem ilə bağlı düşünməməyə başlayır, ancaq, düşüncələri eşitməzdən gəlsə də hissi səviyyədə buna nail olmaq mümkün olmur. 8. Partnyoru dəyişmək ümidi – baxmayaraq ki təcrübələr çox vaxt əksini göstərir, pis bir münasibətdə olan şəxs partnyorun dəyişəcəyi və hər şeyin yaxşı olacağı fantaziyasını qorumağa çalışır və bu fantaziyadan qurtulub münasibəti bitirmək üçün addım ata bilmir. Unudulmamalıdır ki bu sadəcə bir fantaziyadır. Nəzərə alaq ki, cütlük terapiyasında həmişə məqsəd münasibəti düzəltmək deyil, bəzən bitən bir münasibət terapiyayanın uğurlu olduğunu göstərir.  Uzman Psixoloq Cəmilə Rəhimli

Zeyqarnik effekti nədir?

Zeyqarnik effekti ilk dəfə Rus psixoloqu Bluma Zeyqarnik tərəfindən kəşf edilib və yarımçıq, tamamlanmamış hadisələrin daha asanlıqla xatırlandığını ifadə edir. Bu effekt bizə tamamlanmamış məhəbbət macəralarımızı unutmamağımızın, yarımçıq qalan işlərimizi tez-tez xatırlamağımızın səbəbini aydın şəkildə izah edir. Eyni zamanda, “Davam edəcək” yazısı ilə ən maraqlı hissəsində dayandırılan seriallar da bu psixoloji təsirin nümunəsidir.Bir dəfə psixoloq, tədqiqatçılar Levin ve Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir.Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır. Zeyqarnik müəyyən edir ki, insan natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8 dəfə daha yaxşı yadda saxlayır.Bu metodikadan mütəmadi olaraq həm də kinematoqraflar və televiziyaçılar istifadə edir: məsələn, tamaşaçını daim intizarda saxlamaq üçün hər bir seriyanı ən maraqlı hissəsində bitirmək, yəni qəhramanların fəaliyyətini yarımçıq saxlamaq kifayətdir.Aybəniz Rəsullu

Antidepressantlar narkotik tərkibli deyil-Neyropsixoloq Günel Əhmədova

Psixoloq.az xəbər verir ki,bir çox insanlar antidepresantları narkotik tərkibli hesab etdiyindən çox hallarda müalicədən imtina edir və ya həkimdən bitkilərlə müalicə tələb edirlər. Bununla bağlı tanınmış Neyropsixoloq Günel Əhmədova özünün sosial hesabında antidepresantların narkotik tərkibli dərmanlar olmaması barədə paylaşım etmişdir.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik.Doktor, o narkotik tərkibli dərmanlardan yazma, təbii şeylərdən yazCavab 1. Doktorun bir möhürü ilə heç bir narkotik tərkibli dərman verilmir.Cavab 2. Ali təhsilli diplomu olan doktor dövlət tərəfindən təsdiqlənmiş protokollarda yer alan və tövsiyə edilən dərmanları yaza bilər. Təbii şeyləri loğmanlar yazır. Ona görə də doktora çek açmamışdan əvvəl düşünmək lazımdır: həkiməmi gedəcəm, loğmanamı? Əgər cavab həkimə gedəcəmdirsə, artıq ilk cümlədəki müraciəti etmək nə qədər məntiqlidi, siz deyinCavab 3. Adətən bu sözləri "əsəb" şikayətləri ilə müraciət edən xəstələr deyir. Çünki ağrı səbəbilə gələn xəstə deyir, nə istəyirsən elə, bircə bu ağrıdan canım qurtarsın. Xroniki sinir ağrıları həqiqətən insanı çox üzür. Allah hamıya kömək olsun.Amma yazımı "əsəb" şikayəti edən pasientlərlə davam etmək istəyirəm. Narkotik tərkibli deyilən dərman olaraq əsasən antidepressantlar və neyroleptiklər nəzərdə tutulur. Biz nevroloqlar antidepressant daha çox yazdığımız üçün, onlara yer ayırmaq istəyirəm.Antidepressantlar - narkotik tərkibli deyil. Sadəcə insan beynində bəzi maddələr var ki, onlar əhvala, gümrahlığa, motivasiyaya və digər insanı həyata bağlayan hiss və emosiyalara təsir edir. İnsanın uzunmüddətli stress, depressiya halında isə bu maddələr azalır. Antidepressantlar beyində bu maddənin miqdarına təsir göstərir və normal səviyyəsini təmin edir. Müasir preparatlar öyrəşmə yaratmır, yan təsirləri yetrincə azdır. Ən vacibi odur ki, özbaşına təyinat olmasın, mütləq həkim nəzarəti altında qəbul edilsin.

Mükəmməlliyətçilik və yuxusuzluq

Mükəmməlliyətçilər gecə yatarkən yuxu rahatlığının mükəmməl olmadığını fərq edə bilərlər. Tədqiqatlar mükəmməllik və yuxusuzluq arasındakı əlaqəni, habelə bu əlaqənin niyə mövcudluğunu vurğulayır. Keçən il bir yuxu laboratoriyasında gecələyən 334 insanın bir araşdırması, daha yüksək mükəmməlliyətçiliyi olanların gecə saatlarında daha tez oyandıqlarını və yuxu keyfiyyətinin azaldığını müəyyən etdi. Bu tapıntılar araşdırma müəlliflərini "mükəmməlliyin yüksək səviyyədə olması kəskin stres amilləri fonunda yuxu pozğunluğuna məruz qalan insanları həssas edə bilər" qənaətinə gəldi, lakin mükəmməlliyin və yuxusuzluğun niyə əlaqəli ola biləcəyi sualına qapını açıq buraxdı. Bunun mümkün səbəblərindən biri mükəmməl olan insanların daha çox stres altında olmasıdır. Emosiyaların tənzimlənməsindəki stres və çətinliklər, mükəmməllik səviyyəsinin daha yüksək olduğu insanlar arasında yuxu pozğunluğunu nəzərə ala bilər. Digər tədqiqatlar narahatlığın mükəmməllik meylləri ilə yuxusuz gecələr arasında itirilmiş bir əlaqə olduğunu irəli sürdü. Psixologiyada Frontiers-də yayımlanan bir araşdırma, perfeksionizmin yuxuya təsir göstərə biləcəyi ilə bağlı daha konkret ipuçlarını təqdim etdi. İsveçrədəki tədqiqatçılar, "Düşməyin çox Qüsursuz" adlı bir məqaləsində, mükəmməllik mütəxəssislərinin xüsusilə "nə olursa olsun" düşüncəsinə sahib olduqlarını və buna görə yuxuya getdiklərini söylədi. Başqa sözlə; Mükəmməl mütəxəssislər əvvəl etdikləri hər hansı bir davranışdan peşman olduqlarını, günah etdiyini və ya utandığını dinc bir gecənin qapılarını bağlayırlar. Bu fərziyyəni sınayan tədqiqatçılar, mükəmməlliyin iki tərəfi, xüsusən yuxusuzluqla sıx əlaqəli olduqlarını müəyyən etdilər. Keçmiş səhvlərlə məşğul olmaq və kiminsə hərəkətlərindən şübhələnmək. Bu işdə həqiqətən maraqlı olan odur ki, perfeksionizm stres səbəbiylə yuxusuzluqla əlaqəli olmaqdansa, perfeksionizmi yuxusuzluqla əlaqələndirən mümkün bir mexanizmə daha aydın bir işıq salır. Başqa bir aydın başa düşülən vəziyyət, mükəmməl olmağa çalışmağın nəticələri, xüsusən yuxuda, qüsursuz olmağın nəticələrindən daha pis ola bilər.

Uşaqlara tualet vərdişlərinin öyrədilməsi

Körpəmiz bir uşaqdır. Bəlkə də ən çətin analar üçün tualet vərdişlərinin öyrədilməsi  prosesidir, amma səbirli analar bunun öhdəsindən gələcəklər. Tualet vərdişlərinin öyrədilməsi uşaqlar üçün həyəcanverici və vacib bir inkişaf addımdır. Bu bəzən çətin dövrdə ailələri müvəffəqiyyətə aparacaq ən vacib davranış həmişə diqqətli və diqqətli bir müşahidəçi olmaqdır! Tualet  vərdişlərinin öyrədilməsi üçün ən uyğun dövr 24-36 ay arasındadır. Daha əvvəl başlamaq və həddindən artıq təzyiq göstərməklə uşağı ən qısa müddətdə təmiz saxlamağa çalışmaq həm fizioloji cəhətdən edə bilmədiyi bir şey etməsini istəmək və gələcəkdə bəzi zehni problemlərin yaranmasına səbəb olmaq deməkdir. Eynilə, heç bir təhsil verməməyə çalışmaq, vaxtının gəldiyini özünə bildirmək, uşağın tualet tərbiyəsinin gecikməsinə və zehni problemlərə səbəb olacaqdır. Bu dövrün həm uşaqlar, həm də valideynlər üçün asanlıqla aradan qaldırılmasına imkan verəcək təklifləri sadalaya bilərik. Psixoloq.az olaraq uşaqların bu prosesi emosional və ya fizioloji olaraq heç bir zərər vermədən keçməsinə imkan verən addımları sizə təqdim edirik 1- Ehtiyaclarını biruzə verən işarələrini axtarın 2- Düzgün vaxtı müəyyənləşdirin 3- Tualetlə tanış olmaq 4- Uşağın tualet tezliyini izləyin və tualetə aparın. 5- Təşəkkür ilə mükafatlandır 6- Qərarlı  olun 7 - səbirli olun Psixoloq Firdevs KAYA

Qrammatik Xırdaçılıq Sindromu

Qrammatik Xırdaçılıq Sindromu və ya Grammatical Pedantry Syndrome (GPS) “-da, -də” iştirak ədatı olaraq istifadə edildiyində birləşik yazılması sizi narahat edir? ” Məndə Bakı da yaşıyıram” cümləsini oxuduğunuzda ürəyiniz sıxılır, əlləriniz tərləyir və təcili olaraq bu səhvi bildirməli, düzəltməli olduğunuzu hiss edirsiz? Bu kimi yazı və danışıqda yol verilən bütün səhvləri düzəltməkdən özünüzü ala bilmirsizsə, dostlarınız, ətrafınız sizin bezdiricidi olduğunuzu düşünürsə, niyyətiniz onlara üstünlük göstərmək deyil, sadəcə qrammatik səhvlərə qarşı dözümsüzlüyünüz varsa, Obsessiv Kompulsiv Pozuntu‘ya sahib olma ehtimalınız mümkündür. Araşdırmalar yazıda və ya nitqdə qrammatik səhvlər buraxılmasını qeyri ixtiyarı şəkildə düzəltmə ehtiyacının Obsessiv Kompulsiv Pozuntu (OKP) növü ola biləcəyini bildirir. Belə ki, L. Malevich və H. Lo tərəfindən aparılan fMRI (Functional magnetic resonance imaging) görüntülərində Obsessiv Kompulsiv Pozuntu görüntülərinə bənzər nəticələr əldə edilmişdir. Obsessiv Kompulsiv Pozuntudan əziyyət çəkən insanlar, onları narahat edən və ya təşviş adı altında özünü göstərən düşüncələrə sahibdirlər. Nəticədə, yaşadıqları digər güclü duyğularla yanaşı, narahatlığı aradan qaldırmağa kömək etdiyini düşündükləri bəzi ritualları inkişaf etdirirlər. Qrammatik Xırdaçılıq Sindromundan əziyyət çəkən insanlar da bənzər hislər yaşayır: gördükləri hər qrammatika və ya yazılış səhvlərini düzəltmək üçün güclü bir impulsları vardır. Bu səhvləri gördükdən sonra narahat, əsəbi və hətta huzursuz hiss edə bilirlər. Buna görə, Qrammatik Xırdaçılıq Sindromu hələ də həkimlər tərəfindən təsdiqlənmiş bir diaqnoz olmasa da, təsdiqlənmiş bir diaqnoz olan Obsessiv Kompulsiv Pozuntunun əlaməti sayıla bilər. Əlbəttə, bu sindroma sahib olub olmamağınız səhvləri düzəldərkən hiss etdiklərinizlə müəyyənləşdirilə bilər.  Müəllif :Uzman Psixoloq Cəmilə Rəhimli  cemilerahimli .com 

Erotikləşdirilmiş transferans

Bəzən pasiyentlər terapiya seanslarını, uşaqsı eşqlərinin ifadəsi və aşiq olunan terapevtlə birlikdə olmanın gətirdiyi həzz üçün istifadə edirlər və terapevtlərini onların eşqlərinə cavab vermələri üçün zorlayırlar. Terapevtləri isə onların gözləntilərinə riayət etmədikdə isə qəzəblərini açıq şəkildə göstərirlər. Həddindən artıq bir doyum arzusuna çatan və terapiya prosesinə mənfi yöndə təsir edən bu çox xüsusi və “ehtiraslı” tranferans vəziyyətinə “erotikləşdirilmiş transferans” adı verilir. Bu hal, terapevtlə əlaqədar canlı, sıx, məntiqsiz , qeyri münasib, inadçı, qarmaqarışıq, coşğun, ehtiraslı, təcili doyum istəyən və egosintonik kimi görünən erotik obsessiyalarla özünü göstərir. Pasiyent terapevtinə seksuallıq yüklü bir eşq vermək və almaq istəyərkən, gerçəkdə təhtəlşüur səviyyəsində terapevtində bir ana-ata tapa biləcəyinə inanır və keçmişin təkrarlamağa arzusunda olduğunun da fərqində deyil. Hətta bəzən həddindən artıq sevgi və eşq duyğuları və obsessiyaları, bir müdafiə mexanizmi kimi, terapevti öz təhtəlşüur təcavüzkar duyğularından qoruma və ya depresiv duyğuların ortaya çıxışına manə olmaq məqsədi da daşıya bilər. Uzman Psixoloq Psixoterapevt Cəmilə Rəhimli cemilerahimli com 

Uzman Psixoloq Cəmilə Rəhimli

Türkiyənin səhiyyə sahəsində ən qabaqcıl üniversiteti sayılan Hacettepe Universitetində Psixoloji Konsultasiya ixtisası üzrə uzmanlıq, Bakı Dövlət Universitetində isə Psixologiya ixtisası üzrə ali ixtisas təhsili almıştır. Uzun müddət Türkiyə və bir sıra Avropa ölkələrində psixoloq və akademik araştırmacı kimi fəaliyyəti göstərmiş, halhazırda Xəzər Universitetində, Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin Psixologiya kafedrasında Psixologiya dərsini tədris etməkdədir. Vizyon:Seçiləcək terapevtik yanaşma metodu pasiyentin emosianal vəziyyət və diaqnozundan asılı olaraq dəyişə bilər. Bununla bir yerdə mən terapiyada Koqnitiv-Davranışçı, Psixoanaliz və Psixodinamik, Gestalt, və Ekzistensial terapiya metodlarından bir və ya bir neçəsindən istifadə edirəm. Psixoterapiyanın demək olar ki bütün növləri terapevtik münasibəti inkişaf etdirərək problemli düşüncələri və ya davranışları aradan qaldırmağı hədəfləyir. Əlaqə tel: +99455 453-99-21 Ünvan:Cefer Cabbarlı 44 www.cemilerahimli. com 

Daxili harmoniyanın sirri-Psixoloq Nigar Jəbrayıl

Daxili  harmoniyanın sirri     Bu gün mən sizinlə bizim üçün çox vacib və zəruri olan mövzu - daxili harmoniya haqqında danışmaq istəyirəm. Əslində bu hamıya şamil oluna  bilər. Lakin qadınlar kişilərə nisbətən  buna  daha çox ehtiyac duyur. Axı, qadınlar üçün bu çox vacibdir...........Bəzən gündəlik həyatımızın qayğıları bizi ondan uzaq sala bilər..... Bir qadın üçün daxili harmoniya  nə deməkdir?  Mənim fikrimcə, bir qadının daxili harmoniyası  onun  həyata sevgisidir, özünü necə varsa, qəbul etməsidir, təbiətlə, ətrafdakı məkanla birləşməsidir. Xarici amillərdən və şərtlərdən asılı olmayan bir daxili xoşbəxtlik duyğusudur ... Bu daxili harmoniyanı necə tapmaq, necə qoruyub saxlamaq və ya tamamlamaq mümkündür?           İlk öncə ətrafınıza baxın. Sizi məmnun edən nələr var? Əzizləriniz, valideynləriniz, iş yoldaşlarınız, sevimli peşəniz, maraqlı hobbiniz və s. Bunların hər biri  sizə rahatlıq verirmi? Əgər sadaladıqlarımda nələrsə sizi narahat edirsə-bunun üzərində mütləq işləmək lazımdır.Gəlin özümüzü təhlil etmək bacarığına yiyələnək. Əgər siz tez- tez qıcıqlanırısınızsa, qəzəblənirsiniz  və ya kiməsə həsəd aparırsinizsa bu məsləhətlər sizin üçündür. Daxili harmoniyaya necə nail olmaq olar Bu kifayət qədər sadədir, sadəcə bunu üçün   istək və səbr lazımdır. Təbiətdə daha çox olun - şəhərdən çıxın, parkda gəzin, təmiz havadan zövq alın. Təbiətin səslərinə qulaq asın, bu dünyanın bir hissəsini hiss etməyə, ağaclara, otlara və yerə toxunun. Bu sizi müsbət emosiyalar və daxili dincliklə dolduracaqdır. Evinizi lazımsız zibildən təmizləyin. Həyat üçün həqiqətən ehtiyac duyduğunuz və gündəlik görünüşü ilə sizi sevindirəcək bir şeyləri buraxın. TV, radio və zehninizi lazımsız məlumatlarla yükləməyə biləcək hər şeydən yaxa qurtarmaq tövsiyə olunur. Hər gün televizora baxmaq əvəzinə, yaradıcılıq ilə məşğul olmağınız tövsiyyə olunur. Şübhəsiz ki, uzun müddət hər hansı bir şey haqqında xəyal edirsiniz, lakin özünüzə etiraf etməkdən  çəkinirsiniz. Qorxularınızı kənara qoyun və arzularınıza gecikməyin. Arzularınızı və uşaqlıq xəyallarınızı xatırlayın və onları gerçəkləşdirməyə başlayın. İndi zamanıdır! İnsanlarla səbirli olun. Çox tələbkar olmayın, heç kim bizə borclu deyil. Əslində heç kim bizi sevməyə belə məcbur deyil, lakin buna baxmayaraq bizi sevirlər. Bunu mütləq dəyərləndirin.Əhv etməyi (bağışlamağı) öyrənməyiniz daha gözəl olardı. Əgər başınıza hər hansı xoşa gəlməyən iş gəlibsə-bu məsələdə  müsbət tərəfləri tapın . İndiki zamanda yaşamağa çalışın. İndi və Burada prinsipi ilə yaşayın,  çünki "sabah" nələrsə olmaya da bilər. Bütün həyatın bizə bəxş elədiyi  gözəllikləri hiss edin və hər gündən zövq alın. Hər bir məsələdə müsbət məqamları axtarın və özünüzü qurban hesab etməkdən çəkinin. Pioritetlərinizin  siyahısını  yaradın. Həyatda sizin üçün ən vacib olan nədir: sağlam həyat tərzi, sağlam qida, idman, sevgi, maliyyə sabitliyi, azadlıq, uğur, tanınma... Sizin üçün ən vacib olan 5 dəyərin siyahısını yaradın və əhəmiyyətini artırmaq üçün sıralayın. Hər gün siyahıya baxın, ona uyğun yaşadığınızı yoxlayın, bunları necə həyata keçirə biləcəyinizi düşünün. Prioritetlərinizə əməl edərək özünüzə və ehtiyaclarınıza uyğun yaşadığınızdan əmin ola bilərsiniz. Özünüzü sevin, siz hamının xoşuna gəlmək məcburiyyətində deyilsiniz. Hər gün sizi qane edən və zövq verən  şeyləri etməyə vaxt tapın. Fərqi yoxdur bu bulmaca işləmək, karaokedə  mahnı ifa etmək, sudoku həll etmək də ola bilər.....Yetərki bunu özünüzdə müşahidə edin və hərəkət edin! Optimist olun. Stereotiplər və kimlərinsə xoşa gəlməyən təcrübəsindən ruhunuzdakı harmoniyanı məhv etməyin. Həyatınızı idarə etmək və dinclik hiss etmək üçün həyatda baş verən yaxşı məqamlara  diqqətizi yönəldin. Bu sizin həyatınızdır. Hisslərinizi danışa biləcəyiniz bir mütəxəssislə əlaqə qurmağı düşünün, psixoloq, psixoterapevtə də müraciət etmək olar. Əgər bunu etməkdən çəkinirsinizsə, sizi narahat edənləri yaxın dostunuza danışın, lakin o sizin qəlbinizi qırmasın deyə məsləhətlərində  obyektiv olmaya da bilər. Özünüzdən başqa heç kimdən təşəkkür gözləməyin. Sizə neqativ emosiyalar  yaşadan  insanlarda uzaq durun. Özünüzə  dəyərli bir insan olduğunuzu xatırladın. Özünüzəməxsus şəkildə  cazibədar və gözəl olun. Hər hansı bir  vəziyyətə düşməyinizdən asılı olmayaraq əvvəlcə sakitləşin, sonra məntiqlə düşünüb qərar verin. Həyatızı necə varsa qəbul edin.Hər gün minnətdar olmağı, şükr etməyi ən vacib amillərdən həsab edin. Klinik psixoloq,psixoterapevt  Nigar Cəbrayıl psixoloq.az

Bu sizi sevindirəcək-2 mart qoroskop

Qoç Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günorta həyəcanlanasınız, təşvişə düşəsiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitiklik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək. Buğa Xoş gündür. Yaxşı ideyalarınızı reallaşdırmaqla isə həyatınızı yaxşılığa doğru dyişdirəcəksiniz. Romantik səpgili xoş görüş olacağı da istisna deyil. Nikah bağlamaqla bağlı təklif alacağınız da gözlənilir. Bir sozlə, bu gün həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək. Əkizlər Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edin. Qarderobunuzu dəyişin. Bürcün nümayəndələri macəra axtarışındadırlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə baş gicəlləndirən imkana qovuşacaqsınız. Xərçəng Gün sürprizlərsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Siz isə hələ buna hazır deyilsiniz. Şir Bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək. Qız Uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Ehtiyatlı olun, bu gün hansısa ailə sirrinizin ictimailəşmək ehtimalı da istisna deyil. Tərəzi Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq problem yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi sevindirəcək. Əqrəb Düzgün təyin olunmuş məqsəd vacib şərtdir. Sizdən tələb olunan isə təhriflərin qurbanı olmamaqdır. Ehtiyatlı olun. Düşmənləriniz sizin enerji və gücünüzdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Oxatan Gün sizdə maraq oyadan istənilən işlə məşğul olmaq üçün əlverişlidir. Yaradıcılıqda uğur qazanmaq ehtimalı da var. Həyata baxışlarınızla ətrafdakıların diqqətini cəlb edəcəksiniz. Ailəli “Oxatan”lar üçün məhsuldar gündür. Oğlaq Xüsusi əlaqələrinizdə sevdiyiniz adamla paylaşmalarınız arta bilər, birlikdə plan qura bilərsiniz. Son zamanlar hər növ mövzunu çoxlarıyla müzakirə edirsiniz. Şübhələrinizi kənara ataraq hərəkətə keçmək zamanıdır. Dolça Fəal bir gün keçirəcəksiniz. Əhəmiyyətli razılaşmalar və təkliflər gündəmdə olacaq. Birdən çox təklif qarşısında qərar verməkdə çətinlik çəkəcəksiniz. Balıqlar Bu gün evinizdə istirahət etmək və ya vaxt keçirmək ən böyük arzunuz olacaq. Işdən yığdığınız yorğunluğu çıxarmaq, sabit və sakit həyat yaşamaq hissi sizi xəyallara dalmağa vadar edəcək.

İnsanlar günün hansı saatı daha xoşbəxt olur?

İnsanlar günün hansı saatında daha xoşbəxt olur? Aparılan maraqlı bir araşdırma maraqlı bir nəticə üzə çıxardı.  Saat 15:00-16:00 arasında xoşbəxtlik hormonu olan endorfin ən yüksək həddə çatır. Bu, idmanla məşğul olmaq üçün də ən yaxşı saatdır. Çünki bu saatda təyziq və qan dövranı yaxşı işləyir. 05:00 günə hazırlaşmaq saatıdır. Bədəndə kortizon səviyyəsi getdikcə artmağa başlayır. 06:00-07:00 saatlarındakı səhər yeməyindən sonra bədən oyanmağa başlayır. Orqanizm 60 faiz işə hazırdır. Həzm sistemi səhər saatlarında çox yaxşı çalışır. 08:00-09:00-da nəbz və təzyiq artmağa başlayır. Saat 10:00-11:00 arasında insanın dinamikliyi, fəallığı artır. 12:00-da orqanizm istirahətə ehtiyac duyur. Nahar vaxtı - saat 13:00-da insanın iş qabiliyyəti 20 faiz azalır. Saat 17:00-dən sonra adrenalin ən yüksək həddə çatır. Axşam yeməyi üçün ideal vaxt 18:00-dur. Bu saatda mədəaltı vəz, qaraciyər yaxşı işləyir. Saat 19:00-dan sonra isə orqanizm tənbəlləşməyə başlayır. Saat 20:00-dan sonra orqanizm qəbul etdiyi yağları toplamağa başlayır. Artıq 21:00-dan sonra istirahət zamanıdır. Bu saatdan sonra yemək yemək məsləhət deyil. Çünki qəbul edilən qidalar həzm edilmir və səhərə kimi mədədə qalır. Saat 23:00-dan sonra yuxu saatıdır. Professorun sözlərinə görə, gecə saatlarında işləyənlər daha çox xəta edirlər. diqqət son dərəcə azalır. Gecə saatlarında stress hormonu sürətlə artmağa başlayır.

Qidaların psixologiyamıza QƏRİBƏ TƏSİRİ

Sağlam qidalanma hər gün daha çox dəbə düşür. Mağazadan məhsul seçərkən tərkibini diqqətlə oxuyur, bədənimizə hansı faydası olduğunu və hansıların daha çox zərər verəcəyini anlamağa çalışırıq. Ancaq elm sübut edir ki, bəzən məhsulların faydaları və zərərləri ilə bağlı sualları birmənalı şəkildə cavablandırmaq asan deyil, çünki onlar bir çox müxtəlif maddələrdən ibarətdir.Psixoloq.az Publika.az a istinadən  bu yazıda oxuyucuları qidaların insan psixologiyasına təsiri ilə tanış edib. 1. Düyü Üyüdülmüş düyü qlükoza malekularının qana sürətlə daxil olmasını təmin edən sürətli karbohidratlar ehtiva edir. Odur ki, qanda şəkərin miqdarı qəfi yüksələ bilər, bu isə beyin və sinir sağlamlığına ziyandır. 2. Qızardılmış qardağıdalı Qızardılmış qarğıdalı sinir sisteminin normal çalışması üçün lazım olan protein, fosfor, dəmir, maqnezium ilə zəngindir. B vitamini isə depressiya və stresslə mübarizədə təsirlidir. 3. Tuna balığı Tuna balığında civə yüksəkdir, amma orqanizmdə civənin həddən artıq bolluğu yaddaşın pozulmasına gətirib çıxara bilər. Bundan başqa, tuna balığında poliklorinli bifenil adlanan sintetik maddə var ki, bu da hormonal fonu və əsəb sisteminin işini pozur. 4. Donuz piyi Donuz piyi nadir rastlanan arakidon turşusu ehtiva edir. Bədənin toxumalarının bir hissəsidir və beynin normal işləməsi üçün vacibdir. Alzheymer xəstəliyinə qarşı mübarizə də kömək edir. 5. Taxıllar Taxıl bitkiləri boy inkişafı üçün lazımdır, amma qlüten bizim üçün faydalı maddələri məhv edə bilər. Bu maddələrin olmaması isə isteriya hücumlarına və depressiyaya gətirib çıxarır. 6. Qara şokolad Qara şokoladda beyin hüceyrələrini aktivləşdirən flavonoidlər var. Bu məhsul qan damarlarını genişləndirir, zehni fəaliyyəti stimullaşdırır və beynə oksigen axınını artırır. 7. Pendir Pendir protein parçalanması nəticəsində meydana gələn tiramin ehtiva edir. Tiramin qan təzyiqini əhəmiyyətli dərəcədə artırır və miqrenə səbəb ola bilər. 8. Bişmiş kartof Bişmiş kartof oksigenin beyinə daxil olmasına kömək edən kaliumla zəngindir. Həmçinin tərkibindəki qlükoza, B vitamini və amin turşuları beynə qan dövranını stimullaşdırır və performansını artırır. 9. Paxla Paxla tanin ehtiva edir. Taninin çox olması bədəndə dəmir kimi elementlərin sovrulmasına mane olur. Bu, beyin qan dövranını poza və anemiya səbəb ola bilər. 10. Sarıkök Sarıkökdə olan kurkumin adlı maddə çox güclü antioksidandır və beynin yaşlanmasını maneə törədir. Bu maddələr adətən yaşla əlaqədar olaraq pisləşən koqnitiv funksiyaları dəstəkləyir. 11. Zəfəran Zəfəran B və C vitamini kimi bir çox elementlər ehtiva edir. Beyin funksiyasını yaxşılaşdırır, həmçinin bəzi psixoloji pozuntulara kömək edir. 12. Darçın Darçın iki əhəmiyyətli maddənin tərkibi sayəsində beyni aktivləşdirir. Əgər diqqət pozğunluğu və fikir dağınıqlığından əziyyət çəkirsinizsə, onda darçın bu problemlərin həllinə kömək edəcək. Bu, xüsusilə sürücülər üçün faydalıdır. Məsələ ondadır ki, darçın qoxusu tənəffüsü sakitləşdirir və fikri toplamağa kömək edir. Bunu amerikalı tədqiqatçılar araşdırıb. Onlar həmçinin əlavə ediblər ki, darçın qoxusu insanlarda reaksiya tezliyini yaxşılaşdırıb. Aytən Məftun 

Zigmund Freydə görə siz- Psixoloji test

Testi cavablandırarkən hisslərinizi və beyninizə gələn ilk cavabı əsas götürün. Əgər müxtəlif suallara sizin eyni cavabınız olsa narahat olmayın. Sıraları bir – bir oxuyun və kağıza qeyd edin.  1. Sən dənizə baxırsan (nə hiss etdiyini yaz, daha yaxşı hiss etmək üçün gözlərini bağlaya bilərsən). 2. Sən meşə ilə gedirsən və yerə baxırsan (nə hiss etdiyini yaz, 30 - 40 saniyədən artıq düşünmürük). 3. Qağayıların uçuşuna baxırsan (nə hiss etdiyini yaz, cavab hazırdırsa davam edirik). 4. At sürüsü ( nə hiss etdiyini yaz, çox düşünmə). 5. Səhrada çıxıntısı olan bir divar var, bu divarın arxasında oazis var. (burada hiss etmək lazım deyil, necə hərəkət edəcəyini yaz). 6. Səhrada yorğun halda su ilə dolu bir səhəng görürsən (necə hərəkət edəcəyini yaz). 7. Meşədə azmısan, qaranlıq düşüb, ev görürsən,işığı yanır (necə hərəkət edəcəyini yaz). 8. Sən dumanlıqdasan (necə hərəkət edəcəyini yaz). İndi isə Ziqmund Freydə görə testinin nəticələrini yoxlayaq: 1. Sənin həyata münasibətin, emosiyalarındır. 2. Sənin ailədə özünü necə hiss etməyindir. 3. Sənin qadınlara olan münasibətindir. 4. Sənin kişilərə olan münasibətindir. 5. Sənin əsas strategiyandır, həyat pozisiyandır, öz problemlərini necə həll etməyini göstərir. 6. Sənin seksual seçimindir, partnyor seçimini göstərir. 7. Sənin evliliyə nə dərəcədə hazır olduğunu göstərir. 8. Sənin ölümə münasibətini göstərir... Psixoloq.az

Kəskin hava dəyişmələri uşaqlarda infeksiyaların yayılmasına səbəb olur.

Psixoloq.az xəbər verir ki, tanınmış pediatr-parazitoloq dr.Sevinc Əliyeva yaz aylarında havaların kəskin dəyişməsi nəticəsində uşaqlar arasında kəskin visprator infeksiyaların geniş yayılması ilə bağlı valideynləri diqqətli olmağı tövsiyyə edir. Bu virus infeksiyaların növündən asılı olmayaraq uşaqlarda çox yüksək hərarətin olması, baş ağrıları, boğaz ağrıları, halsızlıq, iştahsızlıq, qarın ağrısı, qusma, oyümə kimi əlamətlərlə özünü biruzə verir. Dr.Sevinc Əliyeva bu müddət ərzində virusun gedişinin izlənilməsi üçün 3 gün müddətində uşaqlara bol maye içirtməyi, vitamin C tərkibli qidalar, sular və şirələrin qəbulu və dərman vasitələrindən az istifadə olunmasını tövsiyyə edir. Bundan əlavə Dr.Sevinc Əliyeva qeyd edib ki  bu viruslarda hərarətin 39-40 dərəcədə olması valideynləri narahat etməməlidir. Çünki bədən immun sistemini virusa qarşı gücləndirir deyə müasir tibbdə tempraturun bir müddət 38.5 dərəcəyə qədər qalması məsləhət görülür deyə vurğulayıb  Psixoloq.az

Gec-tez istəyinizə çatacaqsınız-1 mart qoroskop

Qoç Səhər saatlarında yaranan problemi günün ikinci yarısında həll edəcəksiniz. Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə edərək suallara cavab tapacaqsınız. Zədə və travma riski olduğundan fiziki işdən imtina edin. Buğa Qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Əsas məsələ hisslərinizi nəzarətdə saxlamaqdır. Yeni tanışlıqlar üçün əlverişli gündür. Ciddi, planlaşdırılmamış məsrəflər ola bilər. Əkizlər Hansısa addımı atmazdan əvvəl dərindən düşünün. Şəxsi münasibətlərdə tələsməyin. Tələsik və düşünülməmiş qərarlar pis nəticə verə bilər. Şərikli maliyyə məsələlərində münaqişə də istisna deyil. Günün ikinci yarısında səhhətinizə fikir verin. Xərçəng Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin. Sözünüzün üstündə durun. Sövdələşmə və gəlir əldə etməyə yönəlmiş işlər üçün uğurlu gündür. Əks cinsin nümayəndələri ilə münasibətlər yaxşı alınacaq. Şir Əhval-ruhiyyəniz sabit qalmayacaq. Yaxın adamlarla fikir ayrılığı yaranacaq. Yaxşı olar ki, münaqişəyə yol verməyəsiniz. Maliyyə və əmlak məsələlərini həll edin. Işgüzar danışıqlar üçün uğurlu gündür. Qız Fiziki işdən həzz alacaqsınız. Gəzinti, aktiv istirahət, idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər. Münaqişələrə yol verməyin, yaxın ətrafınızdakı insanların mövqelərini və hisslərini nəzərə alın. Tərəzi Problemləriniz ola bilər, amma buna görə ruhdan düşməyin. Gec-tez istəyinizə çatacaqsınız. Həmin uğurlu günün nə zaman olacağı yalnız sizin səyinizdən asılıdır. Ailədə hüzur sizdən asılıdır. Səmimiyyətiniz minnətdarlıqla qarşılanacaq. Əqrəb Yaxın ətrafınızdakıların tənqidlərinə çox sərt reaksiya verməyin. Incikliyin real səbəbini bilmədən reaksiyanızı nümayiş etdirməyin. Sonradan peşman ola bilərsiniz. Uzaq səfərlərə yollanmaq məsləhət deyil. Axşam saatlarında ehtiyatlı olun. Oxatan Bu gün əhvalınız yaxşı olacaq. Yaxın ətrafınızdakı insanlar da sizə baxaraq əhvalları yüksələcək. Gözlənilməz görüşlər istisna deyil. Onlardan biri yeni münasibətlərin əsasını qoyacaq. Ailə işlərinin həlli üçün əlverişli gündür. Oğlaq Bu günə qəfil təkliflər istisna deyil. Yeni tanışlıqlar gözlənilir. Gəzinti üçün əlverişli gündür. Günün ikinci yarısında səhhətdə problemlər yarana bilər. Xroniki problemin fəsadlarının üzə çıxması istisna deyil. Dolça Buraxdığınız səhvlərin nəticələrini aradan qaldırmaq çətindir. Bu gün qərar qəbul etmək asan olmayacaq. Ulduzların fikrincə, günün ikinci yarısı daha uğurlu olacaq. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Dostlar və qohumlarla ünsiyyət üçün əlverişli gündür. Balıqlar Yeni işə və ya layihəyə başlamaq olar. Yetər ki, buna səy göstərəsiniz. Ağır fiziki iş istisna deyil. Təmir və ya tikintiyə başlamaq olar. Maraqlı tanışlıqlar istisna deyil. Amma yaxşı tanımadığınız insana etibar etməyin.

Nazirlər Kabineti məktəblərdə psixoloqların sayı ilə bağlı qərar verib

Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib. Psixoloq.az Reyting.az a istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib: - şagird sayı 1 000-dək olduqda, 1 vahid; - şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid; - şagird sayı 3 000-dən çox olduqda, 3 vahid. Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur. psixoloq.az