Ağciyər xərçəngindən ölüm halları arta bilər

Dünya Səhiyyə Təşkilatı (DST) 52 ölkədə ölüm hallarına aid məlumatlar əsasında bir sıra tədqiqatlar aparıb. Psixoloq.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə 2030-cu ilə qədər qadınlar arasında ağciyər xərçəngi səbəbindən baş vermiş ölüm hallarının 43 faiz artacağı ehtimal edilir. Tədqiqatın nəticələrinə əsasən, yüksək gəlir qrupuna aid olan ölkələrdə ağciyər xərçəngi ilə əlaqədar ölüm hallarının aşağı gəlirli ölkələrə nisbətən daha yüksək olacağı gözlənilir. DST 2015-ci ildə ağciyər xərçəngi səbəbindən təxminən 1,7 milyon nəfərin vəfat etdiyini açıqlayıb. Tədqiqatçılar, səhiyyə mütəxəssisləri və siyasətçilərin ağciyər xərçənginin sağlamlığa və iqtisadiyyata mənfi təsirlərini azaltmaq məqsədilə bu sahəyə aid qlobal strategiyaları inkişaf etdirəcəklərini bildiriblər. Mütəxəssislər tədqiqatın getdikcə geniş vüsət alan ağciyər xərçəngi haqqında maariflənmənin artması baxımından da əhəmiyyətli olduğunu qeyd ediblər.(azərtac)

"Anarın ölüm xəbərini uşaqlara necə deyəcəyimi bilmirəm"- Nağılbazın keçmiş arvadı

Azərbaycanlı reper Anar Nağılbaz gözlənilmədən vəfat edib. Psixoloq.az yenicag.az-a istinadən bildirir ki, reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Nağılbazın dünyasını dəyişdiyini təsdiqləyib: "Bəli, Anarın vəfat etdiyi doğrudur. Qaraciyəri fəaliyyətini dayandırıb. Onda bu problem çoxdan var idi. Mənə qızlar zəng edib dedi. Mən də keçmiş qayınatamla danışdım. O da təsdiqlədi. Uşaqlara hələ deməmişəm. Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm". Qeyd edək ki, Anarla Anjelika iki il əvvəl ayrılıb. Bu izdivacdan onların iki azyaşlı övladı dünyaya gəlib.

Anar Nağılbazın atası: Belim qırıldı... - VİDEO

Bu gün dünyasını dəyişən reper Anar Nağılbazın atası, keçmiş millət vəkili Rizvan Cəbiyev real-a açıqlama verib. Psixoloq.az-ın məlumatına görə, o, bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib. Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: “Qara ciyəri iflas etmişdi”.

Anar Nağılbaz vəfat edib - Ölüm xəbəri təsdiqləndi

Tanınmış reper Anar Nağılbaz vəfat edib. Psixoloq.az xəbər verir ki, bu barədə bakupost-a reperə yaxın şəxslər məlumat verib. Faktı dəqiqləşdirmək üçün Anar Nağılbazın atası ilə əlaqə saxlanılıb. Rizvan Cəbiyevin telefonuna cavab verən xanım adının açıqlanmasını istəməsə də, onun ölümünü təsdiqləyib. Bildirib ki, o, stressdən vəfat edib. Əlavə edib ki, Nağılbaz bir neçə gün imiş özünü pis hiss edirmiş.

Ağciyərləri təbii üsulla təmizləyin - RESEPT

Ağciyər xərçəngi ölümlərə səbəb olan xərçəng xəstəlikləri arasında 1-ci sırada yer alır. Qeyri-sağlam qidalanma, siqaret istifadəsi, stress, infeksiya xəstəlikləri, spirt və qeyri-normal gigiyena xərçəngin əmələ gəlməsinə səbəb olan başlıca amillərdir. Psixoloq.az xəbər verir ki, türkiyəli dietoloq Ayşe Tuğba Şengel ağciyər xərçənginin yaranmasının qarşısını alan resepti açıqlayıb. Mütəxəssis hesab edir ki, bu reseptlə xərçəng xəstəliyindən qorunmaq mümkündür. İnqrediyentlər: Qoz böyüklüyündə zəncəfil Yarım dəstə tərə 1 diş sarımsaq 1 fincanı qaynadılmış keçibuynuzu suyu Hazırlanması: Bütün inqrediyentləri 1 stəkan qaynadılmış keçibuynuzu suyu ilə birlikdə blenderdən keçirib için. Həftədə 1 dəfə hazırlamaq kifayətdir.(publika.az)

Vücudda yaranan qırmızı nöqtələr - Hansı xəstəliyin əlamətidir?

Dəridə yaranan qırmızı nöqtələrlə bir çoxları qarşılaşıb. Psixoloq.az xəbər verir ki,dəridə çox yaranan qırmızı ləkələrin isə bir çox səbəbləri ola bilər. Bəs bunlar nədir? - Orqanizmdə C və K vitamini çatışmazlığı kapilyarların partlamasına səbəb olur - Revmatik xəstəliklər - Mədəaltı vəzi xəstəlikləri - Qaraciyər xəstəlikləri - Allergiyalar və s. Müalicə növünü isə dermatoloq, müayinə etdikdən sonra bildirə bilər. Çünki ilkin olaraq yaranma səbəbi aşkar edilməlidir.

Sızanaqlara diş məcunu sürtsəniz...

Diş məcunu ilə sızanaqları qurutmaq son zamanlarda geniş yayılmış üsullardan biridir. Ancaq bu təbii üsulu sınaqdan keçirməzdən əvvəl dəri tipini nəzərə almaq olduqca mühüm əhəmiyyət kəsb edir. Publika.az bu yazıda oxucuları diş məcununun sızanaqlara təsiri ilə tanış edib. Diş məcununun tərkibi dəri üçün həm faydalı, həm də ona zərər verə biləcək kimyəvi maddələrdən ibarətdir. Hidrogen peroksid, qabartma tozu və spirt kimi kimyəvi maddələr dərini dərindən təmizləyərək məsamələri örtür. Bu səbəbdən də diqqətli olmaqda fayda var. Diş məcununun tərkibindəki bu komponentlər dərini qurudur və qırışların yaranmasına gətirib çıxarır. Həmçinin diş məcununun tərkibindəki metanol dərinin iltihablanmasın səbəb ola və sızanaqları daha da ağırlaşdıra bilər. Odur ki, diş məcunu sızanaqları aradan qaldırmaq üçün əlverişli vasitə deyil. İdman edin İdman edən şəxslərin dərisi daha təmiz olur. Qaraciyərdə əmələ gələn piylənmənin ən böyük səbəblərindən biri də hərəkətsiz həyat tərzidir. Qaraciyərdə əmələ gələn piylənmə cildinizdə sızanaq və qara nöqtə əmələ gəlməsinə birbaşa səbəb olur. Sızanaqları diş məcunu ilə qurutmaq əvəzinə hərəkətli və sağlam həyat tərzinə üstünlük verin. Beləliklə həm dəriniz sağlam olacaq, həm də bədəniniz. Sızanaqların qarşısını alan üsullar Yastıq üzlərini davamlı olaraq dəyişdirin. Bu, cildinizdə meydana gələ biləcək hər hansı bir sızanaq probleminin qarşısını alacaq. Yastıqda yığılan toz və çirk dəri məsamələrini dolmasına gətirib çıxarır. Gözəllik yuxusu Gözəllik yuxusu həqiqətdir və birbaşa dəri sağlamlığına təsir edir. Yxuda olarkən bədən toxumaları bərpa olunur və ümumi sağlamlığı yaxşılaşdırır. Yuxu çatışmazlığı dərini solğun göstərir. Orqanizmin özünü təmir edə bilmədiyi zaman kollagen istehsalı ləngiyir, dəri sallanır, ləkələr əmələ gəlir və üzünüz çox yorğun görünür. Odur ki, hər gün 8 saat yatmağa çalışın.(publika.az)

Türkiyəli məşhur xəstəliyə tutuldu— Ekranlardan uzaqlaşır

Məşhur türk ulduzu Burak Özçivit şöhrət xəstəliyi kimi tanınan “tükənmişlik sindromu”na mübtəla olub. Psixoloq.az xəbər verir ki, aktyor bir müddət ekranlardan uzaq qalmağa qərar verib. Uzun illərdir fasiləsiz işləyən Burak bu xəstəliyinə görə psixoloqa da müraciət edib. Həkimə ürəyini açan aktyor deyib: “Həyatda istədiyim hər şeyi əldə etdim. Qəhvə içmək üçün Parisə uçmuşam. Gəzmək üçün Şərqə getdim. Amma heç nədən zövq ala bilmirəm”. Bu xəstəliyinə görə müalicə olunan Buraka xanımı Fəxriyyə Evcən də dəstə çıxıb.(ölkə.az)

Daha bir azərbaycanlı məşhur bu xəstəlikdən əziyyət çəkir

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova miqren xəstəliyindən əziyyət çəkir. Psixoloq.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə paylaşım edib. O, görüntüyə "Miqren, xeyirdimi?" şərhini əlavə edib. Qeyd edək ki, miqren geniş yayılmış xəstəlikdir. Başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. 

Dəyanət Rzayevin oğlu: “Atamın sayəsində çörək tapan psixoloqlar bizimlə maraqlanmadılar”

Dəyanət Rzayev  hadisələrə savadlı, səmimi və obyektiv yanaşmasına görə ən tələb olunan psixoloqlardan biri idi. Yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi. 3 avqust  onun doğum günü idi. Dəyanət Rzayevin ilk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olub. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaradıb. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi.  Dəyanət Rzayevin cəsədi 2017-ci il yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. Anası Şəfiqə Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb.  Rəsmi versiyada D.Rzayevin intihar etdiyi bildirilir. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib. Psixoloq.az xəbər verir ki, modern.az saytı  mərhum psixoloqu yada salmaq üçün oğlu Dilqəm Rzayev ilə həmsöhbət olub. - Dilqəm bəy, artıq 1 ildən çoxdur ki, Dəyanət Rzayev aramızda yoxdu.  Atanızla bağlı heç unutmadığınız xatirəniz varmı? Onun yeri ən çox nə zaman görünür? - Düşünürəm ki, yaxşı atanı heç bir övlad  unutmaz. Mən də unutmuram. Çünki o, hər kəsin sözlərinə sığdırmadığı qədər yaxşı insan olmaqla yanaşı, həm də yaxşı ata idi. Əlbəttə ki, onunla bağlı çox xatirəm var. O mənim üçün hər an yaşayır və yanımdadır. Sağ olduğum müddətdə də mənimlə bərabər yaşayacaq. Ən çox birlikdə etdiyimiz zarafatlarımız yadıma düşür. Məsələn, saçlarıma lağlağı edərək, mənə" kirpi" deməsi indi də üzümü güldürən xatirələrdəndir. Dediyim kimi, övlad üçün yaxşı atanın yeri hər zaman var. Mənim də həyatımda, hər anımda, hər dəqiqəmdə onun yeri görünür. Həmişə də görünəcək. - Dəyanət müəllim, necə bir valideyn, ailə başçısı idi? - O varkən mən çox xoşbəxt idim. İndiki ilə müqayisəyə gəlməyəcək qədər xoşbəxt. Darıxıram onlu günlərim üçün. Əgər bir övlad bir ata üçün darıxır, onunla yaşadığı həyatda xoşbəxt olubsa demək ki, o yaxşı ata olub. Mənim atam da çox yaxşı ata idi. Sevgi dolu idi. Sevgisini paylaşmağı sevirdi. Həm mənimlə, həm başqa insanlarla. Əgər nə zamansa ata olsam, onun kimi ata olmağı çox istərdim. - Dəyanət Rzayevin ölümü həqiqətən də gözlənilməz idi.  Əslində bu haqda çox söz-söhbətlər oldu. Hər halda sizin fikriniz də önəmlidir. Atanızı  ölümə aparan səbəb nə ola bilərdi? - Atamı ölümə aparan tək səbəb yaxşılıq etdiyi, sevdiyi, qayğı göstərdiyi insanların nankorcasına yırtıcılaşması idi. O belə bir cəmiyyətdən çox yorğun idi. Doğrudur, psixoloq idi. Amma hər şeydən əvvəl insan idi və insanların bütün çirkinliklərini görürdü. Düşünün, bu gün psixoloq kimi tanınan bir çox şəxslər belə onun yaxşılığını fürsətçiliyə çevirdilər. Onun sayəsində əli çörəyə çatan bu dırnaqarası insanlar, psixoloqlar ondan sonra ailəsi ilə heç maraqlanmadılar. Təkcə dostu, psixoloq Elmir Əkbərdən başqa.. - Sizə hansısa arzularından  danışıbmı? Ya da nədənsə şikayətləndiyi zaman olubmu? - Onun tək arzusu yaradılmış olan hər kəsə sevgi və qayğı göstərmək idi. İnsanlarla yanaşı, sahibsiz heyvanlara da sahiblənirdi. Qismət olarsa, bu yolu onun üçün davam etdirəcəm. O, şikayət etməyi sevməzdi. Heç şikayət etməzdi. Mən bütün bunları ondan sonra anladım. Təəssüf...

“Porno ulduzlarını özlərinə model seçirlər” – Psixoloq seksual razılıq yaşından danışdı

Belçikada qızlar erkən yaşda cinsi münasibətdə ola biləcəklər.  Psixoloq.az xəbər verir ki, bununla bağlı ölkə qanununda dəyişiklik edilib.  1900-cü ilə qəbul edilən qanunda yaş həddi 16 göstərilirdisə, indi bu, 14-ə endirilib.  Seksual razılıq yaşı konkret şəxsin qarşı tərəflə heç bir məhdudiyyət olmadan intim əlaqədə olmaq üçün müəyyən edilən yaş həddidir. Avropa ölkələrində bu yaş həddi 14 -18 il arasında dəyişir. Bütün Avropa ölkələrinin qanunvericiliyi həm oğlan, həm də qızlara, o cümlədən heteroseksual və homoseksuallara eyni seksual razılıq yaşı müəyyən edib. Azərbaycanda isə seksual razılıq yaşı 16 hesab edilir. 16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə daxil olmaq isə cinayət işinin açılmasına səbəb olur. Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirləndirilən şəxsin 3 il müddətində azadlıqdan məhrum edilməsi nəzərdə tutulur. Bəs cinsi münasibətə daxil olmaq yaşı hansı göstəricilərə əsasən verilir? Həqiqətən də bu yaşda olan azyaşlı mövzunun dərinliyini qavrayırmı? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Xudaverdi Məmmədovun sözlərinə görə, cinsi inkişaf qızlarda oğlanlara nisbətən daha tez tamamlanır: “18 yaşına çatmış qız uşağını həddi buluğa çatmış hesab edə bilərik.  O səbəbdən də cinsi əlaqə qavrayışının formalaşmasını gözləyirik.”. Mütəxəssis, yaşdan çox fərdin bu barədə nə qədər məlumatlı olmasının vacib olduğunu bildirib: “Cinsi əlaqədə doyum və doğru əlaqə baxımından fərdin cinsi maariflənməsi əsas şərtdir”. Xudaverdi bəy, bəzilərinin porno ulduzlarına baxaraq onları özlərinə model aldıqlarından da bəhs edib. “Bir də görürük ki, partnerlər porno ulduzlarına baxaraq onları model alır və öz real cinsi həyatlarında da o cür əlaqəni tətbiq etmək istəyirlər. Bu da bir müddət sonra alınmayanda onlarda cinsi həyatdan soyuma və nəhayətində fərqli partnyorlar axtarmağa gətirib çıxarır. Nəticədə həddi buluğ yaşı cinsi əlaqə üçün vacib olsa da əsas bu mövzuda nə qədər doğru məlumatlara sahib olduqlarıdır”,-deyə psixoloq vurğulayıb. Müəllif: Şəhanə Quliyeva

Bakıda bu marşurutun hərəkət sxemi dəyişdi

125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunur ki, dəyişikliyə əsasən 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə yeni mənzillərin verildiyi yaşayış binasınadək hərəkət edirlər.(publika.az)

İstirahət gününə olan hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 24-26°, gündüz 28-33° isti, Bakıda gecə 24-26°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək . Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Abşeronun cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə olunur. Azərbaycanın əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti təşkil edəcək.

Səhiyyə Nazirliyində yoxlama: Anbarlarda artıq dərman qalıb...

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2016-cı il fevralın 1-dən bu il yanvarın 1-dək olan dövrdə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib. Palatanın mətbuat xidmətindən  verilən məlumata görə, auditlə əhatə olunan dövrdə hər ilin sonuna mərkəzin anbarında olan böyük məbləğdə dərman qalığı proqnozlaşma zamanı nəzərə alınmayıb, mərkəzləşdirilmiş qaydada alınmış dərman vasitələrinin bölgüsü zamanı mütənasiblik gözlənilməyib, bəzi hallarda dərman preparatlarının və tibbi ləvazimatların yararlılıq müddəti nəzərdə tutulduğundan aşağı olub. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarət həyata keçirilib, bununla yanaşı 2016-cı və 2017-ci illərdə alınmış bir qisim dərmanların qiyməti tənzimlənməyib. Dövlət Proqramları üzrə nəzərdə tutulan tədbirlər əsasən icra edilib, lakin şəkərli diabet xəstəlikləri üzrə bəzi tədbirlərin icrası tam və müəyyən olunmuş müddətdə təmin olunmayıb, dövlət proqramları və tədbirləri üzrə həyata keçiriləcək tədbirlərin aralıq və son nəticələrinin qiymətləndirilməsi üçün kəmiyyət və keyfiyyət göstəriciləri, eləcə də monitorinqlərin aparılması mexanizmi müəyyən edilməyib. Hesablama Palatasının kollegiyası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Səhiyyə Nazirliyinin innovasiya və Təchizat Mərkəzinə, eyni zamanda, auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilib. Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib. Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.(xezerxeber)

Qəlyan çəkmək ürək xəstəlikəri yaradır - Araşdırma

Qəlyandan istifadə siqarət çəkilməsi qədər insan sağlamlığına zərərlidir. Psixoloq.az xəbər verir ki, bu barədə ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər. Alimlər 48 könüllü üzərində araşdırma apararaq, onlardan 30 dəqiqə müddətində qəlyan çəkilməsini istəyiblər. Mütəxəssislər qəlyandan əvvəl və sonra ürək döyüntüsünü, arterial təzyiqini, qanda nikotinin miqdarını ölçərək, müqayisə ediblər.  Nəticədə alimlər müəyyən ediblər ki, qəlyanın çəkilməsi ürək döyüntülərinin dəqiqədə 16 dəfə azaldılmasına, arterial təzyiqin artmasına səbəb olur. Bu isə insanda ürək-damar xəstəliklərinin yaranması riskini artırır. 

Tibb dünyası ŞOKDA: Yuyulmamış meyvədən uşağın beyninə qurd düşdü

Səkkiz yaşlı qızın beyninə qurd düşüb. Psixoloq.az yenicag.az-a istinadən xəbər verir ki, buna səbəb çoxlu yuyulmamış meyvə, tərəvəz yeməsi olduğu bildirilib.Belə ki, qızın 6 ay güclü başağrıları, epilpeptik tutmaları olub və sonradan yerimə qabiliyyətini də itirib.Qurqaon xəstəxanasına yerləşdirilən qızın başı Komputer Tomoqrafiyası eidldikdə beynində soliter yumurtalar aşkarlanıb. Bildirilir ki, bağırsaqlardan qan vasitəsilə beyinə çıxan qurdlar orda yumurtlayıb.Təcili olaraq parazit əleyhinə müalicə başladılıb. 2 ay sonra uşaq sağalmağa doğru gedib.

2030-cu ilə qədər bu xəstəlikdən ölən qadınların sayı 42 faiz artacaq - ARAŞDIRMA

2030-cu ilə qədər dünyada ağciyər xərçəngindən ölən qadınların sayı 42 faiz artacaq. Psixoloq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Təşkilat bu məlumatı hazırlayarkən 2008-2014-cü illər ərzində 52 ölkədə ölüm göstəricilərini dəyərləndirib. Araşdırmanı aparan qrupun üzvü Juan Karlos Martines-Sançez bu istiqamətdə səhiyyə mütəxəssisləri və siyasətçilərin ağciyər xərçənginin səhiyyə və iqtisadiyyat üzərindəki mənfi təsirlərini azaltmaq istiqamətində həyata keçirə biləcəyi strategiyalara diqqət çəkib. Massaçuest Xəstəxanasının tibbi onkologiya üzrə mütəxəssisi Lecia Sequist bu araşdırmanın ağciyər xərçəngi ilə mübarizədə önəmli bir addım olduğunu bildirib. Araşdırmada yüksək gəlirli ölkələrdə ağciyər xərçəngi ilə bağlı ölümlərin aşağı gəlirli ölkələrə nisbətən daha yüksək olacağı təxmin edilir. Ümumdünya Səhiyyə Təşkilatı ağciyər xərçəngi ilə əlaqədar 2015-ci ildə təxminən 1.7 milyon nəfərin öldüyünü açıqlayıb.(publika.az)

Energetik içkilərlə bağlı XƏBƏRDARLIQ - 1 qutudan artıq...

Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir. Bu barədə  agentlikdən bildirilib. Agentlikdən qeyd edilib ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır: "Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir". Energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Eyni zamanda, energetik içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. 

Maliyyə məsələlərində çətinliklər yarana bilər - Astroloji Proqnoz

Qoç – çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər alacaq.Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız. Buğa – yaxınlarınızla bahəm, həmkarlar və tərəfdaşlarla təmaslarda etibara, stabilliyə xüsusi fikir verin. Cari məsələlərin çözülməsində aktiv olun, süst davranmayın. Olaylar spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq.Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər.Ruhdan düşməyin. Çətinliklər sizi qorxutmasın. İstənilən situasiyada müsbət məqamları görməyə can atın.Peşəkar biliklərinizi və təcrübənizi artırın. Əkizlər – situasiyanı olduğundan artıq çətinləşdirməyin. Sayıq davranın, qəfil təkliflərə ehtiyatla yanaşın. Hadisələrin məcrasını süni şəkildə dəyişməyə çalışmayın. Yaxın ətrafınızdakı insanları təsiriniz altına salmağa cəhd göstərməyin. Realist olun, prosesləri praqmatcasına dəyərləndirin.Günün ikinci yarısında uzunmüddətli təşəbbüslərlə çıxış etməzdən əvvəl hadisələri yaxşıca təhlil edin. Əsassız ideyalar narahatlığa, gərginliyə səbəb olacaq.Axşam saatlarında normal istirahət edin. Fikir ayrılıqları qarşılıqlı anlaşmanın pozulmasına səbəb ola bilər. Xərçəng – hisslərin əsiri olmayın. Ünvanınıza söylənən kəlmələrə diqqətlə qulaq asın. Dəyər verdiyiniz insanların qayğısına qalın, onları düşünün. Soyuqqanlı və laqeyd davranış münasibətlərdə ciddi anlaşılmazlıqlara, umu-küsüyə səbəb ola bilər.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Təmasları inkişaf etdirmək üçün qarşı tərəfin istək və niyyətlərindən xəbərdar olun.Alış-veriş, eksperimentlər, imic dəyişiklikləri üçün əlverişli zaman deyil.Yaşayış yerinin dəyişdirilməsi və ya köçlə bağlı planları təxirə salın. Şir – hər şeyə rəğmən nikbin olun. Çətinliklər müvəqqətidir. Ruhdan düşməyin. Yaşananları növbəti sınaq kimi qəbul edin. Situasiyanı dərindən araşdırın ki, problemlərin həll yollarını ifrat çətinlik çəkmədən tapa biləsiniz.Günün ikinci yarısında məqsədə aparan yolda nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar yarana bilər. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan detallara xüsusi fikir verin. Önəmsiz işləri təxirə də salmaq olar. Amma zahirən mənasız, əslində ciddi məqamı nəzərdən qaçırsanız, bu nüans sonradan işlərinizdə əhəmiyyətli əngəllər yaradacaq.Axşam saatlarında diqqətli olun. Qız – planlaşdırdığınızdan daha az iş görüb çatdıra bilirsiniz. Çünki bir çox məslələlər qəfil meydana çıxır və onları tez həll etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz çoxdur. Çifayda, heç biri təşəbbüs göstərmir və yalnız sizin əmr və göstərişlərinizi gözləyirlər.Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin, bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz. Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız yaxınlarınızla söhbətlə kifayətlənin. Tərəzi – şəxsi həyatınızdakı problemləri fəaliyyətinizdəki çətinliklərlə qarışdırmayın. Fəaliyyət istiqamətində sürətlə irəliləmək üçün konkret plana zərurət var. Yaxın ətrafınızdakı insanlarla kəskin mübahisələr etməyin. Yeni müttəfiqlər əvəzinə yeni rəqiblər qazanmağa tələsməyin.Dəyərli saydığınız insanlarla münasibətləri günün ikinci yarısında korlamamaq üçün bir qədər mülayim, güzəştlərə meylli olun. Təmaslarda harmoniyanın yaranmasına çalışın. Kobudluq və sərtlik etməyin. Əks təqdirdə ehtiyatsız davranışınıza görə az sonra peşman olacaqsınız. Əqrəb – səhər saatlarından etibarən gərgin dönəm başlanacaq. Önəmli işləri sürətlə həll edin. Enerji və qüvvənizdən yararlanın. Süst, ətalətli olmayın. Axşam saatlarına yaxın məhsuldarlıq səviyyəniz xeyli aşağı düşəcəyindən vaxtınızın qədrini bilin.Günün ikinci yarısında dostlar və ya ünsiyyəti sizə xoş təsir bağışlayan insanla əməkdaşlığı intensivləşdirmək olar. Bəzi işlərdə çətinliklər yaranacaq. Ruhdan düşməyin, geri çəkilməyin.Dövlət qurumlarına yollanmaq məsləhət deyil. Bürokratik əngəl, təxirəsalma, maneələrlə qarşılaşacaqsınız. Oxatan – günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Fəaliyyətinizlə bağlı önəmli məsələləri vaxtında həll edin. Layihələri yarımçıq qoymayın. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Maliyyə məsələlərində çətinliklər yarana bilər.Günün ikinci yarısında yaxınlarınızla əzizlərinizin problemlərindən hali olun. Təmkinli, diplomatik, səbrli olun. Yaşananları müşahidə edin.Ailə üzvlərindən biri sizi sevindirəcək. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Oğlaq – günün ilk yarısında uğurlar mühüm işlərə ayıra biləcəyiniz diqqətdən asılıdır. Detallara və təfərrüatlara fikir verin. İntizam, qaydalara riayət nə qədər yüksək səviyyədə olarsa, məqsədə bir o qədər tez çatacaqsınız. Tapşırıq və öhdəlikləri vaxtında yerinə yetirin.Günün ikinci yarısında metodlarla vasitələri diqqətlə seçin. Saatlar keçdikcə fiziki travma və məişət zəminində münaqişə riskləri artacaq.Axşam saatları təmir, habelə elektrotexniki işlərin aparılması üçün münasib deyil. Dolça – xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur. Amma əgər möhtəşəm ideyalarınız varsa, onları bir kənara qoyun. İş görüşləri sizin təxmin etdiyiniz kimi keçəcək, başgicəlləndirici təkliflər heç gözləməyin, amma qarşılıqlı sərfəli sövdələşmələr mümkündür.Dostlarınız və ailə üzvlərinizlə ünsiyyət, əyləncəli tədbirlərdə iştirak əhvalınızı yüksəldəcək. Həm özünüzün, həm də başqalarının qayğısına qalırsınız. Köhnə tanışlarınız sizi hədiyyə ilə sevindirəcəklər. Balıqlar – təslim olmaq fikrində deyilsiniz, bir cəngavər kimi mənfi tendensiyalarla savaşırsınız. İnadınız təqdirəlayiqdir. Amma bir düşünün, qüvvənizi nəyə sərf edirsiniz? Bu, o qədər vacibdir? Hələ ki, gec deyil, özünüzə gəlin.Əvalınız da sevindirmir. Yaxşı olar ki, ağır işdən çəkinəsiniz. Kompüter qarşısında çox oturmayın, alkoqol və yağlı yeməkdən uzaq durun. Amma eyni zamanda, bütün diqqəti sağlamlığa yönəltmək olmaz. Məsələn, bu gün arıqlamaq üçün ac qalmaq heç məsləhət deyil. Milli.Az

"İstəmirəm ki, qızım məni belə halda görsün" - "Toppuş bacı" kövrəltdi

“Müalicəm davam edir, xəstəxananın həkimləri və tibb bacıları qayğıma qalır. Yaxşıyam, özümü evimdəki kimi rahat hiss edirəm. İnşallah bir neçə gündən sonra xəstəxanadan evə buraxılmalıyam. Daha sonra müalicəm analizlərin nəticəsinə uyğun olaraq davam edəcək”. Psixoloq.az publika.az-a istinadənxəbər verir ki, bu sözləri bir neçə gün əvvəl uşaqlıq yolunda bədxassəli şiş aşkar olunan və xərçəngdən əməliyyat olunan aktrisa Tünzalə Əliyeva deyib. "Toppuş bacı” kimi tanınan Əməkdar artist sözlərinə onu da əlavə edib ki, həyat yoldaşı daim qayğısına qalır: “Xəstəxananın öz qanunları var, saat 5-dən 8-ə qədər yanıma gəlməyə icazə verirlər. Bu müddətdə həyat yoldaşım yanıma gəlir, məni tək qoymur. Lakin bir həftəyə yaxındır ki, övladımla görüşmürəm, çünki xəstəxanaya uşaq gətirməyə icazə vermirlər. Heç özüm də istəmirəm ki, qızım məni belə halda görsün. İnşallah tezliklə görüşəcəyik”. Qeyd edək ki, Röyal adlı şəxslə evli olan artistin nikahında 2 yaşlı bir qızı var.

Qarın piylərini bir günə əridən UNİKAL RESEPT

Günümüzdə “Qarın piylərini necə əridim?” sualı həm qadınları, həm də kişiləri narahat edən məsələlərdən biridir. Bu barədə çox araşdırmalar aparılıb və məlum olub ki, ən effektiv vasitə zəncəfil cövhəridir. Psixoloq.az publika.az-a istinadənxəbər verir ki, zəncəfil cövhəri bədəni bir gündə toksinlərdən təmizləyir, metabolizmi sürətləndirirərək artıq piyləri əridir. Lakin dietoloqlar ilk növbədə çoxlu hərəkət etməyi və sağlam qidalanmaya başlamağı məsləhət görür. Onda kokteyl, smuzi və bitki çayları daha tez nəticə verəcək. İnqrediyentlər: 1 xörək qaşığı zəncəfil tozu 1 çay qaşığı darçın 1 ədəd limon 1 çay qaşığı sirkə 500 ml. su Bir ovuc cəfəri Hazırlanması: Hər şeyi blenderə atıb maye halına gətirin. Hər axşam yatmazdan qabaq bu qarışığı için. Cövhərin əsas üstünlükləri bunlardır: Xərçəngin profilaktikası üçün istifadə olunur. Sidik kisəsi və böyrək infeksiyalarını aradan qaldırmaq üçün faydalıdır. Güclü antioksidant effekti ilə tanınır. Resept ağızdan xoşagəlməz qoxunu aradan qaldırılması üçün istifadə olunur. Bu təbii detoks suyu ödəmi yox edir. Cövhər stresslə mübarizə üçün təsirlidir. İltihab önləyici xüsusiyyətlərə malik olan qarışıq qanı təmizləyir.

Gözəlləşmək uğrunda həyatlarından oldular - Ən təhlükəli əməliyyat növü açıqlanıb/FOTO

Dünya üzrə aparılan plastik əməliyyatlar sırasında ən dəbdə olanı omba  əməliyyatı hesab edilib. Psixoloq.az xəbər verir ki, bu əməliyyatı həmçinin "braziliya omba liftingi" adlandırırlar. Bir çoxları bu əməliyyatı təhlükəsiz hesab edir. Lakin statistika göstərir ki, məhz bu əməliyyat nəticəsində ölüm halları digər əməliyyatlarla müqayisədə daha çoxdur. Braziliya omba liftingi əməliyyatı zamanı həkim pasiyentin qarın və ya digər nahiyyələrindən piyləri götürür, onları xüsusi üsullarla təmizləyir və daha sonra omba nahiyəsinə yeridir. Bu məqamda isə bir sıra istənilməyən nəticələr ortaya çıxa bilər. Qeyd edək ki, statistikaya əsasən braziliya omba liftingi əməliyyatından keçən hər 3000 nəfərdən biri emboliya nəticəsində həyatını itirir.    

Çiy qida yedi... Vücuduna ət yeyən bakteriya düşdü - FOTO

Çiy dəniz məhsulu yeyən adamın həyatı cəhənnəmə döndü. Psixoloq.az xəbər verir ki, ABŞ-ın Nyu Jersey əyalətində yaşayan adam ölümdən dönüb. Belə ki, adının açıqlanmasını istəməyən şəxs dəniz məhsulu yedikdən 12 saat sonra əlində ağrı hiss edib. 2-ci tip diabet və yüksək təzyiq xəstəsi olan adam ağrıları artdığı üçün xəstəxanaya müraciət edib. Diaqnoz isə onu şoka salıb. Belə ki, vücudunda ət yeyən bakteriya aşkar edilib. Qısa zaman ərzində vəziyyəti pisləşən adamın əlini kəsməli olublar. Həkimi Karen Vong, çiy dəniz məhsullarının belə qorxulu bakteriyaları yaratdığını və həmçinin bir çox dəri problemlərinə yol aça biləcəyini qeyd edib: “Xroniki qaraciyər xəstəliyi və xərçəng də daxil olmaq üzrə immunitet çatışmazlığı olan xəstələrdə infeksiya riski daha yüksəkdir”. Şəhanə Quliyeva

İş təcrübəsi olmayan gənclərə ŞAD XƏBƏR - YENİ ADDIM

İş təcrübəsi olmayan və əmək bazarına daxil olmaqda çətinlik çəkən gənclərin məşğulluğuna yönələn yeni Pilot Proqrama başlanılır. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, proqram 50-yə yaxın gəncin subsidiyalı əsaslarla məşğulluğunun təmin edilməsini nəzərdə tutur. Məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Gənclərin əmək haqlarının maliyyələşdirilməsi Pilot Proqramının təşkili Tələbləri” hazırlanaraq nazirliyin müvafiq Əmri ilə təsdiq edilib. Pilot Proqram Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası çərçivəsində həyata keçiriləcək. Məqsəd ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış, ali, orta-ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrini bitirmiş, iş təcrübəsi olmayan və əmək bazarına daxil olmaqda çətinlik çəkən 18-29 yaşlı gənclərə məşğulluq imkanlarının yaradılmasıdır. Tələblərə əsasən, iştirakçıların seçilməsi üçün Komisiya yaradılacaq. Komissiya tərəfindən Bakı şəhərinin hər rayonu üzrə gender bərabərliyi əsasında 12 namizəd təqdim edilməklə, ümumilikdə 144 gənc arasından ilkin müsahibədə 96 nəfər, işəgötürənlərin iştirakı ilə keçiriləcək ikinci müsahibədə isə 96 nəfərdən 48 nəfər (hər rayon üzrə 4 nəfər) seçilməklə proqrama cəlb olunacaq. İştirakçıların seçimi üçün qiymətləndirmə motivasiya (əmək bazarına daxil olmağa, peşə və karyeraya marağın olması), işə qəbul olunduqları vəzifəyə dair baza bilikləri, şəxsi keyfiyyətlər (kollektivdə işləmək, ünsiyyət, qərarvermə bacarıqları və s.) əsasında aparılacaq. Layihə iştirakçılarının sayı (48 nəfər) proqramın texniki şərtlərində müəyyən edilmiş maliyyə vəsaitinə uyğun olaraq müəyyən edilib. Qiymətləndirmə nəticəsində müəyyən olunmuş iştirakçılar qeyri-neft sektoru üzrə kiçik və orta sahibkarlıq subyektləri arasından seçilmiş işəgötürənlər tərəfindən işə qəbul olunacaqlar. İşlə təmin edilmiş gənclərin vəzifə üzrə əmək haqlarının 12 ay ərzində 50 faizi BƏT tərəfindən müvafiq işəgötürənə ödəniləcək. Əmək haqqının qalan hissəsi, habelə əmək haqqına əlavələr, mükafatlar və digər ödənclər isə işəgötürənin özü tərəfindən ödəniləcək. Tələblər işə qəbul olunacaq gənclərlə əmək müqaviləsinin ən azı 24 aylıq (3 ay sınaq müddəti müəyyən edilməklə) müddətə bağlanılmasını nəzərdə tutur.