Uşağınızda bu əlamətlər varsa... Autizm xəstəliyi nədir?

Autizm- erkən yaş dövründə başlayan ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən 2 yaşından etibarən özünü göstərməyə başlayır. Autizm özünə qapanma kimi tanınır. Hazırda autizmin yaranma səbəbləri dəqiq məlum deyil. Autizmin yaranmasına həm irsi, həm doğuşdan əvvəlki, doğuş zamanı inkişafa təsiredici  faktorlar, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlər səbəb ola bilər. Ən əsası isə əsəb sisteminin patalogiyası ilə əlaqələndirilir. Autizm ümumi xarakter daşıyır: 1. Sosial münasibətlərdə pozğunluq 2. Nitq və ünsiyyətdə pozğunluq 3. Təxəyyüldə pozğunluq Autizmli uşaqlar başqalarına qarşı maraqsızdırlar. Söz təmasından qaçır, ünsiyyət qurmurlar. Digər uşaqlarla oynamır, səbəbsiz olaraq ağlayır, gülür, mənasız sözləri ardıcıl təkrarlayırlar. Tək qalmağı xoşlayırlar.  Belə uşaqların göstərdiyi digər davranış tərzləri də mövcuddur. Məsələn, bəzi uşaqlar rəngləri çox dəqiqliklə seçib, mürəkkəb naxışları qura bilmədikəri halda özünə xidmət vərdişlərinin öhdəsindən gəlməkdə böyüklərin göstəriş və tapşırıqlarını yerinə yetirməkdə böyük çətinlik çəkirlər. Autistik uşaqların zəkalarına gəldikdə onların bəziləri çox üstün riyaziyyat bacarıqları və əzbərləmək kimi qabiliyyətlərə sahib ola bilər. Belə uşaqlar ilə hər gün məşğul olmaq lazımdır. Bu uşaqların müxtəlif fobiyaları olur. Onlar təhlükəni görmürlər - maşın yolunu baxmadan keçmək, isti əşyalara toxunmaq kimi. Autist uşaqlar televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır. Onlar yelləncəyi də xoşlayırlar, onlarda bu marağı həvəsləndirmək lazımdır. Siz uşağınızı onun özündən də yaxşı başa düşməyi öyrənməlisiniz. Autizm psixoloji problem olduğundan dərmanlarla müalicəsi yoxdur. Nevroloji müalicə olunmalı, məşğələlər aparılmalıdır. Psixoloq və loqopedlər bu işə cəlb olunmalıdır. Əgər 1-2 yaşında aşkarlanarsa və bu müalicə işi düzgün olarsa, 6 yaşında o, normal uşaq səviyyəsinə çatar. Valideyn normal uşağa başa saldığından 6 dəfə çox autizmli uşağa başa salmalıdır. Məsuliyyətin böyük bir hissəsi isə valideynlərin üzərinə düşür. Müəllif: Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az

Boğulma hissi, əllərin əsməsi...Panik atak nədir?

Panik atak insanların həyatında heç olmasa bir dəfə də olsa baş vermiş bir haldır. Normal panika yaradacaq hadisələrə qarşı olan panik atak normal haldır, ancaq səbəbsiz yerə olan və daimi təkrarlanan panik ataklar artıq patalogiyadır və insanların həyat tərzinə, gündəlik işlərinə nəzarətedici təsir göstərir və insanlar planlarını, gündəlik işlərini, qorxularına, panik ataklara görə tənzimləyirlər. Tək harasa gedə bilmirlər, lift , metrodan istifadə edə bilmir, çox insan olan yerlərdə ola bilmir ,daimi atak, ölüm qorxusu fikirləri bu insanların həyatlarını sözün əsl mənasında cəhənnəmə çevirir. Panik pozuntu diaqnozu qoymaq üçün panik atak əlamətlərindən ən azı 4-ü , bir ay müddətində səbəbsiz yerə meydana çıxması mütləqdir. Bunlar hansılardır? *Səbəbsiz yerə ürək döyünmə *Tənginəfəslik, boğulma hissi *Qolların uyuşması, başda sıxılma hissi *Baş gicəllənməsi, yıxılacağı qorxusu *Əllərin əsməsi(tremor),tərləmə,bədəndə titrəmə, istilik hissi *Ətrafa və özünə qarşı yadlaşma hissi *Döş qəfəsində sıxılma,ağrı hissi *Atak zamanı gəyirmə, qusma hissi *Ağır xəstəliyi olduğunu fikirləşmə, dəli olma və ağlını itirmə qorxusu Bu xəstəlikdən əziyyət çəkən insanlar hər atak zamanı ölümlə üz-üzə gəlirlər,ölüm anını yaşayırlar və ilk vaxtlar  özlərində hər hansı ağır xəstəlik olduğunu fikirləşib çox həkimlərə müraciət edirlər(Psixiatrdan başqa) və nəticə olaraqda hər hansı  somatik xəstəlik aşkar olunmur, çünki bu xəstəlik sırf psixoloji problemlərlə əlaqəli yaranan bir xəstəlikdir. Həmçinin bioloji olaraq beyində olan neyrotransmitter serotonin adlı("xoşbəxtlik hormonu") maddənin miqdarında azalma olmasıyla əlaqədar meydana çıxan bir xəstəlikdir. Bu xəstəliyin müalicəsiylə PSİXİATR məşğul olur,vaxtında psixiatra müraciət etməklə həm vaxtınıza,həm pulunuza qənaət etmiş ,həmçinin bu xəstəlikdən tez bir zamanda xilas olarsınız. Həkimlə əlaqə:+99455-282-84-21

Azərbaycanda RİSKLİ ƏMƏLİYYAT: hamilə qadının bətnindən 3 kiloqramlıq mioma ÇIXARILDI

31 yaşda və ilk hamiləliyi olan qadının bətnində USM müayinəsi zamanı nadir rast gəlinən nəhəng mioma aşkar edilib. Səhiyyə Nazirliyindən publika.az- a verilən məlumata görə, qadın hamiləlik dövründə müşahidə edilən qarında şiddətli ağrı şikayəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib. Hamiləliyin 16-17-ci həftəsində olan qadının RMDM-in mama-ginekoloqu Aleksandr BARSUKOV tərəfindən müayinə və müalicəsi aparılıb, sonda miomanın çəkisi (3 kq-a yaxın) nəzərə alınmaqla, hamiləliyin qorunması və dölün sonrakı inkişafı təmin edilməklə miomektomiya əməliyyatının icrasına qərar verilib. İyunun 28-də kifayət qədər riskli olan əməliyyat uğurla həyata keçirilib, əməliyyat nəticəsində dölə mane olmadan nəhəng mioma bətndən xaric edilib. Qadın tam sağlam şəkildə evə yazılıb. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Hazırda hamiləlik inkişaf edir, 21-22 həftəlikdir. Dekabrında keysəriyyə üsulu ilə doğuş planlaşdırılır.

Üzgüçülük bir sıra xəstəliklərin qarşısını alır

Üzgüçülük uşaqların inkişafı üçün faydalı idman növlərindən biridir. Əvvəllər səhhətində problem olan uşaqlar əsasən həkim məsləhəti əsasında həmin idman növü ilə məşğul olardılar. Lakin son zamanlar üzgüçülüyə maraq xüsusilə artıb. Psixoloq.az azərtac-a istinadən xəbər verir ki, Qərb ölkələrinin bir çoxunun təhsil sistemində üzgüçülük məcburidir və ayrıca fənn kimi tədris olunur. Üzmək sağlamlıq, düzgün nəfəs almaq, pis vərdişlərdən uzaq olmaqla yanaşı psixoloji cəhətdən mübarizlik əzminin möhkəmlənməsinə də kömək edir. İdmanın bu növü ilə məşğul olmaq sağlamlıqla yanaşı azyaşlılarda xasiyyətin formalaşmasına, o cümlədən məsuliyyət hissinin inkişafına da kömək edir. Bundan əlavə üzgüçülük immun sistemini möhkəmləndirərək orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir, eləcə də qan dövranına, sinir sisteminə və ağciyərlərə müsbət təsir göstərir. Əzələ sistemini inkişaf etdirir, piylənmənin, şəkər xəstəliyinin və skoliozun qarşısını alır. Erkən yaşlarda həmin idman növü ilə məşğul olmaq gələcəkdə yarana biləcək su qorxusunu aradan qaldırır. Bəzi alimlərin fikrincə, uşaq yeriməzdən əvvəl mütləq üzməlidir. Belə ki, üzgüçülüklə məşğul olan uşaqlarda özünəinam və qalibiyyət hissi çox güclü olur. Mütəxəssislərin fikrinə görə, artıq iki aylığından etibarən körpəni suya alışdırmaq lazımdır. Bunun üçün başlanğıc olaraq böyük bir vanna hovuzu əvəz edə bilər. 3-4 yaşlı uşağı artıq suya buraxmaq olar. Onu da demək lazımdır ki, nə ac, nə də tox vəziyyətdə suya girmək olmaz. Yeməkdən 2-3 saat sonra üzmək daha məsləhətdir. Hovuzda suyun temperaturu 37 dərəcə olmalıdır. Həftədə 2-3 dəfə olmaqla 5-6 yaşlarındakı uşaqlara yarım saat, 6 yaşdan yuxarı olanlara isə 45 dəqiqə və ya 1 saat məşq etmək məsləhət görülür. Üzgüçülük müxtəlif xəstəliklərin müalicəsində də tətbiq edilir. Müalicə müddəti xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Onurğa əyriliyi olan uşaqlarda bu müalicə illər boyu davam edir. Onu da qeyd etmək lazımdır ki, açıq yaralar, göz patologiyaları, infeksion və mərkəzi sinir sistemi xəstəlikləri zamanı üzgüçülük əks göstəriş olaraq qəbul olunur.

Təhlükəli viruslara yoluxma halları qeydə alınıb

Kubanın bir neçə əyalətində denge xəstəliyi və Zika virusu ilə yoluxma halları qeydə alınıb. Bu barədə Kubanın Səhiyyə Nazirliyi xəbər verib. Bu xəstəliklərə yoluxanların sayı barədə dəqiq məlumat yoxdur. Qeyd olunur ki, 2017-ci ildə denge xəstəliyinə yoluxma halları əvvəlki illərə nisbətən 68 faiz azalmışdı. Bununla belə, ölkənin iki əyalətində bu xəstəlik aşkar edilib. Son bir neçə həftə ərzində azı 10 nəfərin dengedən həyatını itirdiyi bildirilib. (xezerxeber)

Rusiyadan gətirilən toyuq ətinə QADAĞA - Xəstəlik yayır

Rusiyanın bəzi regionlarından Azərbaycana heyvan və quş ətinin gətirilməsinə qadağa qoyulub. Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Məsələ ilə əlaqədar Azərbaycan tərəfi adları çəkilən bölgələrdən ölkəyə diri quş və quşçuluq məhsullarının idxalını müvəqqəti məhdudlaşdırır. QTA-dan həmçinin onuda bildiriblər ki, Rusiyanın Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyi qeydə alındığı üçün bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə almalıdırlar.

Güclü külək əsəcək - Hava proqnozu

Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 29-34, Bakıda gecə 25-27, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq. Azərbaycanın rayonlarında avqustun 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 2-3-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir. Avqustun 2-si gündüzdən avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Psixiatr Bəxtiyar Mustafayev

Bəxtiyar Mustafayev 2008-2014 cü illərdə Azərbaycan Tibb universiteti pediatriya fakultəsində təhsil alıb 2014-2016-cı illərdə 1saylı Respublika Psixiatriya Xəstəxanasında həkim psixiatr vəzifəsində çalışıb,eyni zamanda bu illərdə psixi sağlamlıq mərkəzi,2 saylı psixiatriya xəstəxanası və sabunçu xəstəxanası psixosomatika şöbəsində ixtisas artırma kurslarında olub 2015-2016-cı illərdə Funda tibb mərkəzi və Xətai estetik klinikasında həkim psixiatr vəzifəsindədə çalışıb 2016-2017-ci ildə Şəki rayonlararası psixiatriya xəstəxanası və Şəki rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində həkim psixiatr vəzifəsində çalışıb 2014 Baku international Medical congress for students and young doctors 2015 mart 16-17 Global mental health& Neurodevelopmental Disorders across the lifespan international symposium 2015 Baku international Medical congress for students and young doctors 2018 Koqnitiv davranış psixoterapiyaları konfransında iştirak etmişdir 2018 yanvar-fevral- mart-aprel aylarında psixi sağlamlıq mərkəzində Professor Fuad İsmayılovun rəhbərliyiylə keçirilmiş koqnitiv davranış psixoterapiya kursunda iştirak etmişdir Hazırda Medikus klinikasında psixiatr/psixoterapevt vəzifəsində çalışır Müalicə etdiyi xəstəliklər: *Depressiya *Panik atak *Obsessiv-kompulsiv pozuntu *Fobiyalar *Travma sonrası stress pozuntusu *Yuxu pozuntuları *Yaddaş pozuntuları *Bipolyar affektiv pozuntu *Şizofreniya *Autizm *Hiperaktivlik və diqqət çatışmazlığı *Tiklər *Enurez və s.

"Hansısa sertifikatla özlərini psixoloq zənn edirlər" - Psixoloq yalançı mütəxəssisləri tənqid etdi

Psixoloq məsləhəti almaq...Əslində dərin və mənalı düşüncədir və çətinlik zamanı ilk ağla bu gəlməlidir. Ancaq təəssüf ki, cəmiyyətimizdə bu fikir bir az başqa istiqamətdə formalaşıb. Bəs psixoloq yanına getməyə həqiqətən ehtiyac varmı? “Psixoloqun psixoloqa ehtiyacı olmaz” fikri həqiqətdirmi? Bu və bununla bağlı bir çox məqamlardan psixoloq İlkin Kazımlı, Psixoloq.az-a verdiyi geniş müsahibəsində bəhs etdi.  - İlkin bəy, probleminiz yaranan zaman özünüzə psixoloq kimi yanaşa bilirsiniz?  -Əslində bu çox çətin sualdır. Onu qeyd edim ki, psixoloq insanlara ana resurs kimi yox, köməkçi resurs kimi yanaşmalıdır. Bildirim ki, hər hansı bir problem olan əksər insanlar əslində öz probleminin fərqindədir , lakin onu özləri həll edə bilmirlər. Çünki öz problemlərinə kənardan baxmağı bacarmırlar və problemin haradan qaynaqlandığını analiz etməyi bacarmmırlar. Bizim bir fərqimiz ondadır ki, biz öz  problemimizin haradan qaynaqlandığını bilirik  və bunu analiz etməyi bacarırıq. Bir də düşünürəm ki bu problemin dərəcəsindən asılıdır. - Psixoloq və psixiatr... Nə fərqləri var? - Fərqi ondadır ki, psixooq olan şəxs müvafiq universitetin “Ümumi psixologiya” ixtisasını 4 il ərzində bitirib, sonra istəsə 2 illik magistratura (şərt deyil) üzrə oxuyur.(TSPX xaric). Psixiatr isə Azərbaycan Tibb universitetinin psixiatriya sahəsi üzrə təhsil alır və psixoloqun dərman yazma hüququ yoxdur, lakin psixiatrın var.  - Azərbaycanda psixoterapiya nə üçün az inkişaf edib?  - Azərbaycanda psixologiyanın daha yaxşı inkişaf etməməyinin əsas səbəbi xalqımızın düşüncəsidir. Avropada belədir ki, əgər sən kimdənsə məsləhət almaq istəsən, sənə “İşim var get dərdini psixoloqa danış” deyəcəklər. Lakin bizim xalqımız çox emosional xalq olduğuna görə, əksər insanın dostu-tanışı var və çox insan dərdini yaxınlarına danışır. Təbii ki, bu danışmaq sağalmaq üsulu deyil. Psixoloq isə terapiya ilə məşğuldur. Bizim bəzi insanlarımız psixologiya anlayışını hələ də “falçılıq” kimi anlayırlar. Mən düşünürəm ki, maarifləndirmə düzgün olsa həmvətənlərimiz psixologiya elminin hansı gücə malik olduğunu dərk edərlər.  - Psixoloq olaraq psixoloq yanına getmisiniz?  - Hər bir psixoloq işinə başlamamışdan qabaq öz psixoloji terapiyasını keçməlidir. Çünki psixoloqun hansısa psixoloji problemi varsa, o digər insanlara kömək edə bilməyəcəkdir. O səbəbdən bəli getmişəm.  - Deyirlər psixoloqun psixoloji problemləri olmaz. Sizcə bu belədir? - Bu çox yanlış düşüncədir. Psixoloq da bir insandır. Onun da düşüncələri, hissləri var o da bir vərəndaşdır. Hər bir psixoloqun problemi olması mümkündür.  - İndiki psixoloqlardakı əsas problem nədir?  - İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s. - Bu sahədə əsas boşluq nədir?  -Sağlam təhsilli kadrlara qiymətin kifayət qədər verilməməsidir.  - Universiteti bitirən gənc psixoloqlar ilk olaraq haradan necə başlamalıdırlar?  - İlk öncə müvafiq mərkəzlərdə volunteer kimi işləməyə başlamalıdır. Bu onlar üçün həm perspektiv, həm də praktika olar. Müəllif:Şəhanə Quliyeva

Gündüzlər yuxulu olmaq bu xəstəliyin simptomudur

Altsheymer xəstəliyinin ilkin simptomlarından orqanizmin normal sutkalıq ritminin pozulmasıdır.Xəstəliyin əsl səbəbi indiyədək məlum olmasa da, “amiloid” fərziyyəsinə görə, xəstəliyin əsasında baş-beyin toxumalarında beta-amiloidin həddən artıq toplanması dayanır. Bu maddənin miqdarı orqanizmin sutkalıq ritminə uyğun olaraq dəyişir – insan yuxuda olarkən azalır, oyaq vəziyyətdə, habelə yuxusuzluq zamanı çoxalır. Altsheymer​ xəstəliyindən əziyyət çəkənlərdə yuxu tsikli pozulmuş olur. Lakin alimlər ilk dəfə olaraq müəyyənləşdiriblər ki, bioloji saat dəyişikliyi xəstəliyin çox erkən mərhələsində - intellekt pozulmasından əvvəl baş verir. Psixoloq.az xəbər verir ki, alimlər orta yaşı 66 olan 189 adamın sutkalıq ritmini müşahidə ediblər. Onların heç birində yaddaş, düşünmə, fikri cəmləməklə bağlı problemlər olmayıb. Pasiyentlərin hamısı ya baş-beyin toxumalarında amiloidin miqdarına, ya onurğa beynində amiloid zülalının miqdarına, ya da hər ikisi ilə bağlı müayinədən keçiblər. Bir-iki həftə ərzində onlar yuxu və oyaq qalmaq vaxtlarının əvəzləndiyini müşahidə edən xüsusi bilərzik taxıblar, hər səhər isə axşamı necə keçirdiklərini gündəlikdə ətraflı yazıblar. Pasiyentlərin 50 nəfərində Altsheymer xəstəliyinin başlanğıcından xəbər verən xüsusiyyətlər müşahidə edilib. Bu adamların hamısında sutkalıq ritmlərin aşkar pozulduğu müşahidə edilib – onlar yuxu çatışmazlığı hiss edib, gecələr yuxudan tez-tez ayılıb, gündüzlər yuxulu olmaqdan əziyyət çəkiblər.(Publika.az)

Günün ulduz falı: 1 avqust, 2018

Qoç – günün ilk yarısında iradəsiz davranmayın. Bu və digər qərarı qəbul edəndə çox düşünməyin. Şanslarınızı əldən verməyin. Vaxt itkisinin fəsadları kritik ola bilər. Həddən ziyadə fəallıq və ifrat təkidlər üçün əlverişli zaman deyil. Günün ikinci yarısında həmkarlarınız və ya tərəfdaşlarınız arasında bir şəxsin davranışı sizdə narahatlıq yarada bilər. Problemləri birgə fəaliyyət nəticəsində aradan qaldırmaq olar. İşlərin ən əhəmiyyətli hissəsini özünüz görün. Önəmli məsəlləəri başqalarına həvalə etməyin. Buğa – məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir. Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil. Aramla davranın, yüz ölçüb bir biçin. Sizə yaxın insanlarla ünsiyyətdə probelmlər yarana bilər. Onlar sizi avantüralardan qorumağa çalışacaq, yardıma tələsəcəklər. Soyuqqanlı olun, düşünülməmiş addımlar atmayın. Tənqidi ifrat aqressivliklə qarşılamayın. Əkizlər – günün ilk yarısında yaxşı tanımadığınız insanlarla birgə fəaliyyət barədə ideyaları ertələyin. Sınanmış insanla adət etdiyiniz şəraitdə çalışın Fəaliyyətinizlə bağlı müntəzəm fiziki yükə məruz qalırsınızsa, bir qədər dincəlin. Qüvvə və enerjinizi bərpa edin. Əks halda mənəvi, psixoloji və fiziki yorğunluq hiss edəcəksiniz. Günün ikinci yarısında işdə rəhbərlik sizə çeşidli tapşırıqlar verəcək. İşin öhdəsindən layiqincə gəlməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyə çalışmayın. Tələsmədən, aramla işləyin. Axşam saatlarında normal istirahət edin. Xərçəng – əvvəlcədən hazırlanmış planlara günün ilk yarısnıda nəzərdə tutulmamış əlavələr və yenilənmələr ola bilər. İşlərinizi təkbaşına görməyə çalışın. Müsbət emosiyalar irəliyə doğru hərəkətinizi daha da sürətləndirə bilər. Günün ikinci yarısında alacağınız bütün təklifləri nəzərdən keçirməyə can atmayın. Seçdiyiniz istiqamətlə hərəkət edin. Axşam saatlarına yaxın yeni tanışlıqlar və ünsiyyət istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini qulaqardına vurmayın. Şir – yaradıcılıq, planların reallaşdırılması və müzakirələr üçün münasib zamandır. Ağır və rutin işdən qaçmayın. Gəlir əldə etmək üçün ən kiçik şansları dəyərləndirin. Günün ikinci yarısında xarici görkəminizə fikir verin. Axşam saatlarında ciddi danışıqlarda mövqeyinizdən geri çəkilməyin. Kimlərinsə ani istəklərinə görə illər sərf etdiyiniz zəhmətinizi qurban verməyin. İradəli, hətta zərurət yaranarsa sərt olun. Qız – yaxın ətrafınızdakı insanların xoşuna gəlməyə çalışmayın. Müstəqil olun, diqqətli davranın. Heç nədə ifrata varmayın. Davranış və xahiri görünüşünüzdə kardinal dəyişikliklər zamanı deyil. Belə yenilikliklər xeyirdən çox zərər vəd edir. Günün ikinci yarısında işgüzar təmaslarda birmənalı olmayan sözlərə diqqətlə qulaq asın. Şirnikləndirici vədlərə inanmayın. Tərəfdaşların və ya şəriklərin fəaliyyətində qüsurlar varsa, bu barədə açıq danışın. Örtülü bazarın dostluğu pozduğunu unutmayın. Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi – günün ilkin yarısında planlarınızı təftiş edin, qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanların suallarının hamısını cavablamaq məcburiyyətində deyilsiniz. Bununla yanaşı, qeydləri və iradları qulaqardına vurmayın. Günün ikinci yarısı yarımçıq işləri tamamlamaq üçün əla zamandır. Dostlar və müttəfiqlərin yeni planını diqqətlə dinləyin. İnanılmış, etibarlı insanlarla çalışmağa üstünlük verin. Əgər kimsə sizə sirrini etibar edisə, heç bir halda o məlumatları aşkarlamayın, orada-burada danışmayın. İşdə rəhbərlik sizdən ciddi məsələ ilə bağlı yardım istəyəcək. Sakit çalışın. Əqrəb – dəvət olunmuş yerə yollanmaq üçün yaxşı gündür. Səhər saatlarından etibarən yorulmadan, usanmadan, bezmədən çalışın. Nə qədər çox çalışsanız, maddi durumunuz bir o qədər yaxşı olar. Yaşanan anlardan həzz alın. Unutmayın ki, həyat bəzəkli lenti olmasa da, hədiyyədir. Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz. Bəzi adamlar bu gün sizi sınağa çəkə bilərlər. Ailədə anlaşılmazlıqlarla qarşılaşacaqsınız. Oxatan – günün ilk yarısında sual doğuran məsələlər çox olacaq. Fəaliyyətinizdə önəmli məqamı nəzərdən qaçırmayın. Situasiyanı izləyin. Son xəbərlər və məlumatlardan xəbəriniz olsun. Çalışdığınız yerdəki dəyişiklikləri diqqətlə izləyin. Günün ikinci yarısında qəfil hadisə baş verəcək. Təmkinli olun, hadisələrin axarına fikir verin. Qohumlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Dostla görüş üçün pis zaman deyil. Oğlaq – günün ilk yarısının emosional fonu gərgindir. Sizə yaxın insanlardan biri həll edə bilmədiyi problem, çözməkdə çətinlik çəkdiyi məsələ ilə üzləşib. Qayğıkeş olun, yardım edin. Peşəkar bilik və bacarıqlarınızı artırın. Günün ikinci yarısında mütəxəssis, yaxud da təcrübəli insanın məsləhətindən imtina etməyin. Qorxular, şübhələr və tərəddüdlərin əsiri olmayın. İşini bilənlərə inanın, onlara etibar edin. Daxilinizdəki neqativdən qurtulun. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Dolça – şəxsi məsələlərdə və fəaliyyət müstəvisində düşünülməmiş təşəbbüslər, mənasız aktivlik yalnız ziyan vura bilrə. Çalışdığınız kollektivdə münasibətlər nə qədər harmonik olarsa, bir o qədər yaxşıdır. Günün ikinci yarısında istənilən ağırlıqdakı problemi məntiqli yanaşma ilə həll etmək olar. Çevik və fəndgir olun. Dəyər verdiyiniz insanların qayğıya ehtiyacı var. Axşam saatlarını özünüzə həsr edin. Balıqlar – bu gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Yeni köməkçilər və işə yardımçı ola biləcək adamları arayın. İndiyədək birlikdə çalışdığınız insanlar bugünkü gərgin iş qrafikindən şikayətlənə bilərlər. Ona görə də enerji, əzm və qətiyyətlə işləyin. İşi yarımçıq qoymayın. Maliyyə məsələlərində bu gün problemlər olmayacaq. Eynən şəxsi həyatda olduğu kimi. Milli.Az

İnsanların qarışdırdığı problem – Diş həssaslığı ya diş iltihabı?

Diş həssaslığı bir çox insanın əziyyət çəkdiyi problemdir. Mütəmadi olaraq istifadə edilən isti-soyuq qidalar, içkilər, dişdə həssaslığın yaranmasına gətirib çıxara bilir. Ancaq bəzən adi sanılan həssaslıq böyük bir problemin başlanğıcı ola bilər. Psixoloq.az xəbər verir ki, stomotoloq Ramil Yusubovun sözlərinə görə, pasiyentlər əksər zaman diş həssaslığı ilə diş iltihabını bir birindən fərqləndirməkdə çətinlik çəkirlər: “Qeyd edim ki, diş həssaslığı zamanı ağrı ancaq şirin, isti -soyuq qidalar qəbul etdiyimiz zaman yaranır.Diş iltihabında isə ağrılar uzunmüddətli və qarşısı alınmaz şəkildə olur”. Müəllif: Şəhanə Quliyeva

Daha bir yol bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) avqustun 1-dən avqustun 2-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BakuPost-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək. Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə

III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən publika.az-a verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər bu gün saat 23:59-dək http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcəkdir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

“Toppuş bacı”nın əri: Xahiş edirəm, tez qayıt

Xəbər verdiyimiz kimi, Əməkdar artisti Tünzalə Əliyeva (Toppuş bacı)xərçəng xəstəliyinə görə əməliyyat olunub. Psixoloq.az xəbər verir ki, ötən gün keçirilən əməliyyat uğurla başa çatıb, aktrisa hazırda reanimasiyadadır. Bildirilir ki, sənətçidə olan xərçəng xəstəliyi uşaqlıq boynunda olan kiçik eroziyadan başlayıb. Mədə kiçiltmə əməliyyatından sonra isə Tünzalə arıqlamaq üçün yeməyi azaldıb. İmmun sisteminin zəifləməsi xəstəliyi sürətləndirib. Tünzalə Əliyevanın həyat yoldaşı Röyal isə məsələ ilə bağlı sosial mediada paylaşım edib. O, türkiyəli müğənni Mahsun Kırmızıgülün “Belalım” mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına görə pis olduğunu dilə gətirib: “Bəzən həyat çox amansız olur. Bəzən isə çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan. Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!”. Qeyd edək ki, Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Cütlüyün bir qızı var.

“Toppuş bacı”da xərçəng xəstəliyi aşkarlandı

Əməkdar artist Tünzalə Əliyevada (Toppuş bacı) xərçəng xəstəliyi aşkarlanıb. Psixoloq.az xəbər verir ki, bu barədə Hacı Nuran məlumat verib. Bildirib ki, aktrisa hazırda Milli Onkologiya Mərkəzində ağır xərçəng xəstəliyi ilə mübarizə aparır. Tünzalə Əliyeva  əməliyyat olunub. Qeyd edək ki, sənətçinin 45 yaşı var. O, “Çal-çağır” telelayihəsindəki “Toppuş bacı” obrazı ilə məşhurlaşıb.

Baş ağrısını necə azaltmaq olar? - Üsullar

Baş ağrıs bir çoxlarının əziyyət çəkdiyi problemdir. Bəs necə azaltmalı? Psixoloq.az həmin üsulları təqdim edir: Qulaqlarınızı massaj edin Əllərinizlə qulaqlarınızın arxasına 1-2 dəqiqə ərzində yüngül massaj edin. Aromaterapiyadan istifadə edin Nanə, şokolad, portağal, qızılgül və bir çox digər qoxular baş ağrısını azaldır. İlıq duş qəbul edin. Su bədəni rahatlaşdırdığı üçün ağrıların şiddətini azalda bilər. Qeyd edək ki, həkim tövsiyəsi olmadan ağrıkəsici içmək məsləhət görülmür.

Həyatsevərsinizmi?

Siz daima həyatdan narazısınız, yoxsa hətta xoşagəlməz vəziyyətlərdə də sevinməyə nə isə tapırsınız? Ən yaxşısı özünüzü test vasitəsilə tanıyın. Qeyd olunan cavablardan birini seçin.  Suallar:  1. Sizə görə insanlar harada daha çox xoşbəxtdir? a) Həmişə günəş parlayan şimal bölgələrdə. b) İnkişaf etmiş ölkələrin böyük şəhərlərində. c) Kanada və ya Skandinaviyada, çünki orada az əhali məskunlaşıb. 2. Bu məsəllərdən hansı sizin həyat deviziniz ola bilər?a) Dəmiri isti-isti döyərlərb) Hər işdə bir xeyir varc) Hər parlayan qızıl deyil3. Tərəfdaşınız sizə hansı hədiyyəni bağışlaya bilər? a) Bəzək əşyalarıb) Xaricə səyahət c) Hər hansı məişət əşyası 4. Peşənizi dəyişmək haqqında fikirləşirsiniz? a) Bəli, tez-tez. Mən başqa peşəni öyrənmək istəyirəmb) Bəzən, işdə problemlər olanda, ya da maaşlar gecikəndə c) Yox, heç vaxt 5. Ən çox nəyə gülürsünüz? a) Dostumun başına gələn talehsizliyə b) Yaxşı zarafat və lətifələrə c) Öz ağıllsız hərəkətlərimə 6. Şəhər ətrafında gəzinti zamanı sizi nə narahat edir? a) İzdiham b) Dilənçilər c) Çirkləndirilmiş hava 7. Hansı insanlar sizin diqqətinizi cəlb edir?a) Özünə inananb) İntellektualc) Gülməli və hazırcavabTəlimatlar: Topladığınız balların miqdarını hesablayın. 1) a-2, b-1, c-3, 2) a-2, b-1, c-3, 3) a-1, b-2, c-3, 4) a-3, b-2, c-1, 5) a-3, b-2, c-1, 6) a-1, b-3, c-2, 7) a-2, b-3, c-1 Testin nəticəsi: 7-11 bal : Sizi təbrik etmək olar — siz həyatınızdan razısız və həyatı olduğu kimi qəbul edirsiz. Kiçik şeylərdən zövq ala bilirsiz və problemlərə fikir vermirsiz. 12-16 bal : Bəzən həyatınızdan narazı olursunuz və belə dünyanı necə sevə biləcəyinizi anlamırsınız. Bu sizin başqalarından özünüzə qarşı daha çox diqqət tələb etmənizdən irəli gələ bilər. 17-21 bal : Siz pessimistsiniz. Yadda saxlayın: Hər nə olursa, yaxşılığa doğru olur. Həyatsevər insanlarla daha çox vaxt keçirtməyə çalışın.

Göz rənginə görə xarakterinizi öyrənin

Gözlər qəlbin aynasıdır deyirlər. Bəs göz rənginin insanın xarakterini təcəssüm etdirdiyini bilirdinizmi? Qara gözlər Hadisələr qarşısında çox tez həyəcanlanan, intizamlı, qayda-qanuna riayət edən insanlardır. Duyğusal olan bu insanların istər sevgisi, istərsə də kini çox güclü olur. Onlar qarşılarındakı insanı idarə etmək istəyərlər. Yaşıl gözlər Sevdiklərini heç vaxt qırmaq istəməzlər. Çox əsəbi olsalar da, qarşısındakını heç vaxt incitməzlər. Buna görə hisslərinə həmişə hakim olmağı bacarırlar. Mavi gözlər Durmağı sevməyən, enerji dolu, həmişə pozitiv qərarlar verən, əliaçıq, dəyişikliklərdən qorxmayan biridir. Boz gözlər Pisi, yaxşını seçməyi bacaran, həssas qəlbə sahib insanlardır. Qürurlu olduqlarından qırıldığında bağışlamazlar. Qəhvəyi gözlər Başqalarının onları idarə etməsini sevməzlər. Sirlərini hər kəsə deyən insanlardır. Dünyaya bağlı gözlərlə baxarlar.

Dərin psixologiyanın banisi - Karl Qustav Yunq kimdir?

Karl Qustav Yunq Doğum tarixi- 26 iyun 1875 Doğum yeri- Kesvil Vəfat tarixi- 6 iyun 1961 Vəfat yeri- Küsnaxt Karl Qustav Yunq- İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisidir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir. 1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi “Psixoloji tiplər” adlı əsərində şüurun başlıca 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davranış modellərinin olduğunu bildirib. Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edib. O, şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima, qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırıb. Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin var olduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət olub. Əsas fəaliyyəti Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq, yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika, Arizona, New meksiko, Keniyaya gedib. Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq konfranslar verərək keçirdib. “Şərq təfəkkürü və Qərb təfəkkürünün fərqi” məqaləsi Karl Qustav Yunqun “Böyük qurtuluşun Tibet kitabına psixoloji şərhlər” əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilib.

Daun sindromu nədir?

Etiologiyası- 21-ci xromosomun patologiyası Daun xəstəliyinin simptomları - Kliniki əlamət özünü endokrondoji, somatik amillərlə göstərir. Özünəməxsus xarici görkəmlə seçilirlər. Göz yarıqları çəp buruna yaxın, göz bucağın daxilində epikant ( dəri bükümü ) olur. Gövdə qısa, qulaq seyvanı əyri, çənə kiçik, burun qısa yuxarıdan enli olur. Üst çənə zəif inkişaf edir. Dişlər böyük olduğundan ağız açıq qalır. Hipersolevasiya- ağız seliyinin axması yaranır. Əl barmaqları qısa və enli, çeçələ barmaq isə içəriyə doğru əyilmiş formada olur. Dilləri ətli, qalın olur. Beynin ümumi çəkisinin azalması müşahidə olunur. Mikrosefaliya yaranır. Daun sindromlu insanlarda yastılanmış ənsə beyin qabığında qanqliyoz hüceyrələri qeyri-bərabər inkişaf edir. Alın payı beyincikdə inkişafdan geri qalır. Belə uşaqlarda oliqofreniyanın 3 dərəcəsi də müşahidə olunur. Ən çox orta dərəcəsi imbesillik 75%-dir. Biz onları özümüzdən fərqləndirsək də, onlar bunu bilmirlər. Çox sevimli və istiqanlı olurlar. Ən əsası uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşağınız hansısa bir uşaqdan nə pis, nə də ki, yaxşıdır. O, sadecə fərqlidir. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az

Havanın temperaturu aşağı enəcək, yağış yağacaq — SABAHIN HAVASI

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 1-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq ki, bu da çimərliklərdə əlverişli şərait yaradacaq. Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, avqustun 1-də Abşeron yarımadasında bəzi saatlarda rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. (Ölkə.az)

Bu xəstəlikdən əziyyət çəkənlər balqabaq yeməlidir

Şübhəsiz ki, balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qıdalı liflər və s. vacib maddələr var. Balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir. Psixoloq.az xəbər verir ki, qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir. - Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır. - Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir. - Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur. - Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir. - Balqabaq orqanizmi çox yaxşı təmizləyir və cavanlaşdırır. - Balqabaq sidikqovucu xüsusiyyətlərə malikdir ki, bu da onu sidik kisəsi, sidik yolları və böyrəklərimiz üçün çox faydalı edir. - Balqabaq hipertoniyadan əziyyət çəkənlərə fayda verir. Bu tərəvəz təzyiqi aşağı salmağa kömək edir. - Artıq çəki və piylənmədən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq azkalorili məhsuldur və həmçinin insanı uzun müddət ərzində tox saxlayır. - Sinklə zəngin olan balqabaq və xüsusilə balqabaq tumları kişi sağlamlığı üçün çox faydalıdır - spermanın tərkibini yaxşılaşdırır, potensiyanı artırır, kişi cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır. - Balqabaq immun sistemini möhkəmləndirir, dəriyə çox müsbət təsir edir, dərini cavanlaşdırır.(Sağlamolun.az)

Öd daşı əməliyyatı nə zaman gərəklidir? - Cərrahla müsahibə

Müasir zamanda bir çox insan öd ağrılarından şikayətçidirlər. Əksər pasiyent isə düzgün məqamda həkimə müraciət etmir, nəticədə isə bir sıra problemlər yaranır. Ümumi və transplant cərrah Bəhruz Səlimovun öd daşı patalogiyası və əməliyyatı ilə bağlı Psixoloq.az-a verdiyi geniş müsahibəni təqdim edirik: - Öd daşlarının yaranma səbəbi nədir? -Öddə hər hansı bir səbəbdən meydana gələn qatılaşma bu daşları yarada bilər. Həmçinin az su içmək, öd yollarını sıxan hansısa bir şiş, çox az miqdarda düzgün qidalanmamaq, anadangəlmə olaraq öd boynunda yaranan əyrilik, iltihabi proseslərdə də qatılaşma ilə daşların yaranması mümkündür. - Öd yolundakı çöküntüləri təbii üsulla yox etmək mümkündür? - İlk olaraq bol su içmək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. Qum, az miqdarda çöküntü varsa su vasitəsilə bu problem aradan qaldırıla bilər. Daşlar böyüdükdən sonra onları əritmək mümkün olsa da məsləhət deyil. Çünki öd yollarına düşərək tıxanıqlığa səbəb ola bilər. Nəticədə ağır patalogiyaya səbəb ola bilər. Bu səbəbdən böyümüş daşları əritmək düzgün deyil. Bəzi dərmanlar vasitəsilə əritmək mümkündür, ancaq bu növ həbləri həkim göstərişi olmadan istifadə doğru deyil. - Öddə daşın olması hansı əlamətlərlə üzə çıxa bilər? - İlk növbədə həzm prosesində pozğunluq əmələ gəlir, qarında ağrılar yarana bilir. Ağrılar adətən sağ qabırğaaltı nahiyyədə yaranır. Həzmdə yaranan problemlər isə yeməkdən sonra yaranan köp, ağrı ilə müşahidə edilə bilər. Bəzən yağlı yeməklərdən sonra öd daşı öd yollarına düşür. Bu da kəskin öd tutmalarına səbəb ola bilər. Bu zaman təcili həkimə müraciət etmək lazımdır. - Hansı məqamda əməliyyata qərar verilir? - Öd daşı varsa və buna bağlı şikayətlər meydana çıxarsa bu, əməliyyata göstəriş deməkdir. Bəzən öd daşının olması təsadüfi müayinə əsnasında aşkara çıxır. Həmçinin pasiyentdə heç bir şikayət olmursa buna lal öd daşı deyilir ki, bu da əməliyyat üçün göstəriş deyil. - Qadınlarda ya kişilərdə daha çox rastlanır? - Daha çox qadınlarda rastlanır. Kişilərdə bu göstərici azdır. - Öd daşı əməliyyatı keçirdikdən sonra yenidən daşların yaranma ehtimalı varmı? - Öd daşlarının əməliyyatdan sonra yaranma riski demək olar ki yoxdur. Ancaq bəzi hallarda öd daşı yarana bilər. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz Tel:070 -579-88 -33 Müəllif: Şəhanə Quliyeva