Ergənlik dövrü — insan həyatında psixoloji, emosional və fiziki baxımdan ən həssas mərhələlərdən biridir. Bu dövr gəncin həm özünü, həm də cəmiyyət içindəki yerini kəşf etməyə çalışdığı, eyni zamanda daxili konfliktlərin, qavrayış dəyişikliklərinin və davranış dalğalanmalarının ən sıx yaşandığı zamandır. Məhz bu mövzuya toxunan “Adolescence” serialı, bir çox ailənin və gəncin gündəlik həyatında yaşadığı problemləri real və toxunula biləcək şəkildə ekranlaşdırır. "Adolescence" serialı, bir gəncin özünü tapmaq, ailə içində və cəmiyyətlə olan münasibətlərini anlamlandırmaq səylərini təsvir edir. Psixoloji təhlil baxımından, bu serialda özünəinam əskikliyi, məhəbbət ehtiyacı, sosial qəbul olunma istəyi və bəzən də travmatik təcrübələrin gənc psixikasına təsiri aydın şəkildə təqdim olunur. Hekayənin dramatik xətti, izləyicidə həm empati, həm də düşüncə yaratmağa kömək edir. Bu, sadəcə bir əyləncə məhsulu deyil – bu, cəmiyyətə güzgü tutan bir dərsdir. Serialın gənclərə verdiyi ən böyük təsir — onların öz hisslərini, qarşılaşdığı daxili çətinlikləri normal qəbul etməyə başlamasıdır. Bir çox uşaq və yeniyetmə, hiss etdikləri depressiyanı və ya sosial təcridi "qəribə" və ya "anormal" hesab etdiyi üçün paylaşmaqdan çəkinir. “Adolescence” kimi ekran əsərləri bu məsələləri görünən və danışılan hala gətirərək, uşaqlara "Sən tək deyilsən" mesajını verir Lakin, burada bir psixoloq olaraq vacib bir qeyd etməliyəm: bu cür serialların izlənməsi valideyn nəzarəti və psixoloji müşahidə ilə aparılmalıdır. Çünki bəzi səhnələr gənc izləyicilərdə yanlış identifikasiya və ya zərərli davranış modellərini təqlid etməyə yol aça bilər. Buna görə də, valideynlər və müəllimlər bu seriallar ətrafında uşaqlarla dialoq qurmalı, onların duyğularını düzgün yönləndirməlidirlər. Bu kimi seriallar yalnız fərdi şüur səviyyəsində deyil, ictimai şüurun da inkişafına töhfə verir. Yeniyetmələrin yaşadığı problemlər barədə geniş auditoriyaya məlumat verməklə yanaşı, bu mövzunun ciddiliyini gündəmə gətirir. Ailə daxilində daha açıq və empatik ünsiyyətin qurulmasına, məktəblərdə psixoloji dəstək sistemlərinin gücləndirilməsinə təkan verir.Çıxış yolu olaraq aşağıda qeyd olunanları önə çəkmək olar: 1. Psixoloji maarifləndirmə: Məktəblərdə və cəmiyyət mərkəzlərində ergenlik dövrü ilə bağlı seminar və təlimlər keçirilməli, valideynlər bu mərhələnin xüsusiyyətləri haqqında bilgiləndirilməlidir. 2. Empatik ünsiyyət: Ailələr uşaqları ilə daha çox dinləyici mövqedə olmalı, onları tənqid etmədən hisslərini ifadə etməyə təşviq etməlidirlər. 3. Peşəkar dəstək: Uşaqların yaşadığı daxili çətinliklərə qarşı məktəblərdə psixoloqların mövcudluğu artırılmalı və gənclərin bu dəstəyə əlçatanlığı təmin edilməlidir. 4. Sosial dəstək layihələri: Gənclərin özlərini ifadə edə biləcəyi, yaradıcı fəaliyyətlər və qrup proqramları ilə onların sosial inteqrasiyası gücləndirilməlidir. “Adolescence” kimi ekran əsərləri, psixoloji və sosial yönləri ilə yalnız bir serial deyil, bir çağırışdır. Gənclərə dəstək olmaq, onları anlamağa çalışmaq və cəmiyyətin gələcəyini sağlam ruhlarla formalaşdırmaq hamımızın vəzifəsidir. Unutmayaq ki, bugünkü yeniyetmə sabahın valideyni, müəllimi, rəhbəridir. Klinik psixoloq Nigar Cəbrayıl
Narsisizm — özlərinin "xüsusi" və ya"seçilmiş" olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, başqalarının uğurlarını qısqanan, empatiyası olmayan davranış tipidir.Özlərinin "xüsusi " və ya "seçilmiş" olduqlarını düşünürlər, öz maraqları üçün başqalarını istifadə edirlər, başqalarının uğurlarını qısqanırlar, empati olmur, başqalarının hisslərinə və ehtiyaclarına qarşı biganədirlər, çox bəyənilmək istəyirlər, həmişə özlərini haqlı, başqalarını günahkar sayırlar, daim hər şeyi idarə(manupilyasiya) etməyə çalışırlar, özlərinin qüsursuz olduğunu düşünürlər, qüsurlarını qəbul etdirmək mümkün deyil.Xəstəliyin tam səbəbi məlum olmasa da, ətraf mühit, sosial, genetik, neyrobioloji faktorların təsir etdiyi ehtimal edilir. Əsas müalicə üsulu psixiatriya ilə olsa da, az adam müalicə üçün müraciət edir. Çünki narsistlər hərəkətlərini normal olduğunu hesab edirlər və xəstə olduqlarına inanmırlar. Bəzən isə başqa xəstəliklərə(maddə istifadəsi bağımlılığı, bipolar, depressiya və s.) görə həkimə müraciət edirlər. Narsisistik şəxsiyyət pozğunluğunun ən fərqli xüsusiyyətlərindən biri də problem yaradan davranışları qəbul edib dəyişməyə çox dirənmələri, günahı başqalarında axtarmaqda peşəkar olmaları, ən kiçik tənqidi belə münaqişəyə, münaqişəyə və hətta aqressivliyə çevirmələridir. Bundan əlavə, ümumi narsistik şəxsiyyət pozuntusu əlamətləri olaraq: manipulyasiya;İnsanları öz mənfəətləri və mənafeləri üçün istifadə etmək;Eyni statuslu dostluqlarda belə irəlidə olmaq istəyi, rəqabətdə olmaq;Öz qabiliyyətlərini və nailiyyətlərini şişirtmək və həddindən artıq qiymətləndirmək;Əsaslandırılacağı mühitlər yaradaraq təsdiqlənmək arzusu,Özünü ən yaxşı, ən gözəl, ən uğurlu və ən ağıllı görmək,Cəmiyyətin zirvəsində olduğunu iddia edən,Daim tərif gözləmək və bunun üçün təzyiq mühiti qurmaq,Göründüklərinin əksinə, özlərinə inam baxımından kövrəkdirlər və bu onların ən böyük QORXUSUDUR. Psixoloq Durna Həmidli
Lalə ailəsinin ikinci qızı, uşaqların ortancılı idi. Geniş bir ailədə doğulub, böyümüşdü. Baba, nənə və əmisinin ailəsi ilə birlikdə böyük həyət evində qalırdılar. Babası sovet dövründə içində olduğu zamana mədhiyyələr yazan, İkinci Dünya Müharibəsi dövründə yaşının kiçik olduğu səbəbi ilə cəbhəyə gedə bilməyən, amma sovetlər birliyi dağılana qədər Hitlerə qalib gəlməyin və ya o yolda ölməyin ən böyük arzusu olduğunu qeyd edən lopa bığlı, saçları tökülmüş, bəstəboy, qırmızı sifətli bir kişi idi. Qonşuda elə baba ilə tay-tuş olan, Böyük Vətən Müharibəsi veteranı İkram kişi isə deyirdi ki, Lalənin babası ondan iki Novruz bayramı qabaq doğulub, ona da rəhmətlik anası deyibmiş bunu. Babanın o dövr bu patriot arzusu kimi, patriarx bir hüznü də var idi, oğlan babası olmaq. Baba nə X xromosomundan xəbərdar idi, nə də Y xromosomundan. Babanın bildiyi və əmin olduğu şey o idi ki, oğlu əgər o vaxt onun sözünə baxsa, Lalənin anası ilə yox, İkramın ortancıl qızı ilə evlənsə idi bax o qız ona oğlan nəvə doğardı. Təkamüldə üç vacib komponentdən bəhs edəcəm, fərqlilik, seçicilik və qalıcılıqdan. Lalənin anası insaflı qadın idi, lakin bu insaf deyilən buketi təşkil edən fərqli gülləri Lalə üçün seçə bilmirdi, çünki belə vaxtlarda onun bu reaksiyaları yaşadığı kiçik sosial qrup, yəni ailəsi tərəfindən ikrahlı nəzərlər və tənəli sözlərlə cəzalandırılır, Laləyə qarşı törəmə instinkti və sevgi hissinin stimullaşdırdığı bütün qayğı mənşəli davranışlar aradan qalxır və sevgi davranışa tökülmədikcə bir hiss kimi sönürdü. Nə mənim, nə də sizin bu cümlələri oxuyarkən şübhəmiz yoxdur ki, anası Laləni sevirmiş, lakin məsələ ondadır ki, sevmək də insaf kimi bir buketdir və onu təşkil edən çiçəklər də davranışlardır, baş sığallamaq, yanağına öpüş qondurmaq və ya sadəcə “afərin qızıma” demək kimi davranışlar. Tamam fərqli, əks bir davranış insan həyatına iki dramatik toxunuş edirdi: köhnə bağı qoparmaq, yeni bağ yaratmaq. Lalənin anası da bir qadın idi və onun da atası çox qənd qabını yerə çırpıb qıraraq oğul atası olmamağın heyfini şüşədən çıxmışdı, axırda evə alüminium qənd qabı və alüminium kül qabı alınmışdı, ana da dözməyi o qənd qabı və kül qabından öyrənmişdi. Təkamül deyirdim axı, insan varlığını davam etdirmək üçün savaşmaq, qaçmaq, donmaq kimi fərqli reaksiyalar sərgiləyir və ən faydalıları seçib qalıcı olaraq yaddaşına həkk edirdi. Comərd insan oğlu gələcək nəsilləri qorumaq adına bunu sözlü köçürmə və ya dolayı köçürmə ilə özündən törəyənlərə öyrədirdi. Atalar qızlarını bəy evinə yola salarkən xalçanın kənarını ayağı ilə qaldırır, qızım dilini burada qoyub get deyirdilər bəzən. Lalənin anası daha öncə etdiyi nə üçünsə mükafat almamışdı, gücü çatandan çoxunu edərək qarşılığında cəza görməyəndə zehnində “yorulana qədər işləmək, hətta yorulduqdan sonra da işləmək bərabərdir cəzalanmamaq, cəzasız olmaq bərabərdir varlığını davam etdirmək” formasında bir bağ qurmuşdu. Lalə 4 yaşında olanda anası onu döyərkən sosial qrupu tərəfdən qəribə bir mükafat almışdı, qayınatasının onun bu davranışına görə dodağı qaçmışdı və o gün ana özünü ilk dəfə bir evə mənsub hiss etmiş, o gün ana saxta təsdiq texnikası ilə qəbul edilmək arasında bir əlaqə tapmış və uşaqlıqda cəza görməmək ilə bağlı zehnində qurduğu bağa bu dəfə isə mükafat və təsdiq ilə əlaqədar dəhşətli bir bağ əlaqəsi əlavə etmişdi “Laləni cəzalandırmaq bərabərdir özümü bir evə aid hiss etmək”. Ana düşdüyü yeni təbiətdə var ola bilməyin yolunu tapmış və təkamüldə qalıcı olmalı olanın nə olduğunu müəyyən etmişdi: aid olmaq uğrunda sahib olduğunu incitmək. Ana mənim qəbuluma gətiriləndə ailə üzvləri onun sayıqlamaları və qarabasmalarının ortaya çıxmış olduğunu deyirdi. Anaya adını soruşduqda cavab vermir, neologizmlərdən və qafiyəli danışıqdan istifadə edirdi, bəzən 10 sual əvvəlki sualıma cavab verirdi, vəziyyətin məni aşdığını, şəxsin həkim-psixiatrın qəbulunda olmalı olduğunu ailəyə bildirdim. O an ağlımdan nə keçdi bilmirəm, sonradan adının Lalə olduğunu öyrəndiyim yeniyetmə qızı göstərərək anaya müraciət etdim: - Onu tanıyırsan?... Kimdir o? - Külqabı... Təzə, alüminium külqabı – deyərək cavab verdi ana. Nəsimi Qiyasov Bərdə, 17.01.2024
Uşaqlarda psixoloji inkişafın ləngiməsi müxtəlif səbəblərdən baş verə bilər. Onların arasında:Genetik faktorlar: Uşağın intellekt səviyyəsinin, dil bacarıqlarının və digər qabiliyyətlərinin ləngiməsinə səbəb ola bilər.Ətraf mühitə təsirlər: Yaxşı dəstək şəbəkəsi olmayan uşaqlar psixoloji inkişafda ləngiyə bilər. Əlverişsiz ətraf mühit şəraiti uşağın emosional və idrak inkişafına mənfi təsir göstərə bilər.Sağlamlıq Problemləri: Bəzi sağlamlıq problemləri, xüsusilə erkən yaşda müalicə olunmazsa, uşaqların inkişafına təsir göstərə bilər. Məsələn, eşitmə və ya görmə problemləri dil və s. Psixoloji inkişaf geriliyi olan bir uşağın göstərə biləcəyi simptomlar aşağıdakıları əhatə edə bilər:Dil inkişafında gecikməSosial qarşılıqlı əlaqədə çətinliklərEmosional problemlər və ya nəzarətsiz davranışZehni gerilik və ya öyrənmə əlilliyiDiqqət çatışmazlığı və hiperaktivlik Psixoloq Durna Həmidli
Rəqəmsal detoksun psixoloji sağlamlığa təsiri Müasir texnologiyalar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Gündəlik fəaliyyətlərimizin əksəriyyəti smartfonlar, kompüterlər və sosial media vasitəsilə həyata keçirilir. Lakin texnologiyadan həddindən artıq istifadə insan sağlamlığı, xüsusilə psixoloji sağlamlıq üzərində mənfi təsirlər yarada bilər. Bu mənfi təsirlərin qarşısını almaq üçün tətbiq olunan "rəqəmsal detoks" anlayışı son illərdə diqqət mərkəzinə çevrilmişdir. Rəqəmsal detoks texnoloji cihazlardan və onlayn platformalardan müəyyən müddətlik uzaqlaşmaqla insanların zehni və emosional balansını bərpa etməsinə xidmət edir. Bu məqalədə rəqəmsal detoksun psixoloji sağlamlığa təsirləri araşdırılacaq. Texnologiyadan Həddindən Artıq İstifadənin Təsirləri 1. Stress və Təzyiq: Sosial media və rəqəmsal vasitələrdən çox istifadə edən insanlar daha çox stressə məruz qalır. Davamlı bildirişlər, mesajlar və xəbər axını beyində həddən artıq informasiya yükü yaradır. 2. Tənhalıq Hissi: Əksinə gözləntilərə baxmayaraq, texnologiya tənhalıq hissini artırır. Sosial mediada "mükəmməl" həyat tərzləri ilə müqayisələr özünəinamsızlıq və narahatlıq yaradır. 3. Diqqət Dağınıqlığı: Davamlı texnologiya istifadəsi insanların diqqətini cəmləməkdə çətinlik çəkməsinə səbəb olur. Bu da həm iş, həm də şəxsi həyat keyfiyyətinə mənfi təsir göstərir. Rəqəmsal Detoksun Faydaları 1. Stressin Azaldılması: Rəqəmsal detoks zamanı insanlar texnoloji təsirlərdən uzaqlaşaraq daha sakit və rahat bir həyat tərzi keçirə bilirlər. Bu, psixoloji gərginliyi əhəmiyyətli dərəcədə azaldır. 2. Daha Dərin Yuxu: Ekranlardan gələn mavi işıq yuxu keyfiyyətini pozur. Rəqəmsal detoks bu təsiri aradan qaldıraraq yuxunun bərpasını təmin edir. 3. Daha Yaxşı Diqqət və Məhsuldarlıq: Texnologiyadan uzaqlaşmaq diqqət dağınıqlığını azaldır və insanların iş və şəxsi həyatında daha məhsuldar olmasına kömək edir. 4. Real Münasibətlərin Güclənməsi: Texnoloji fasilə insanlar arasında üz-üzə ünsiyyətin artmasına şərait yaradır ki, bu da münasibətlərin möhkəmlənməsinə kömək edir. Necə Rəqəmsal Detoks Etmək Olar? 1. Planlı Fasilələr: Hər gün müəyyən saatlar ərzində texnologiyadan uzaq durmağa çalışın. 2. Bildirişləri Söndürmək: Sosial media və tətbiqlərin bildirişlərini məhdudlaşdırmaq diqqətinizin texnologiyadan uzaqlaşmasına kömək edə bilər. 3. Alternativ Fəaliyyətlər: Texnologiyadan uzaq qalmaq üçün idman, kitab oxumaq və ya təbiətdə gəzinti kimi fəaliyyətlərə üstünlük verin. 4. Texnologiyasız Zonalar: Evdə və ya işdə texnologiyasız məkanlar yaratmaq effektiv üsuldur. Rəqəmsal detoks texnologiyadan, xüsusən də rəqəmsal cihazlardan (smartfonlar, kompüterlər, planşetlər) və sosial media platformalarından müəyyən müddətlik uzaqlaşma prosesini ifadə edir. Bu, insanların texnoloji asılılıqdan xilas olaraq zehni və emosional balanslarını bərpa etmələrinə kömək edir. Rəqəmsal detoksun əsas məqsədləri: 1. Texnologiyadan Asılılığın Azaldılması: Rəqəmsal cihazlardan davamlı istifadə insanların onlardan asılı hala gəlməsinə səbəb olur. Detoks bu asılılığı aradan qaldırmaq üçün bir vasitədir. 2. Zehni Rahatlama: Davamlı məlumat axını və rəqəmsal stimullar beynin həddindən artıq yüklənməsinə səbəb olur. Rəqəmsal detoks beyin üçün bir fasilə və yenilənmə imkanı yaradır. 3. Əlaqələrin Gücləndirilməsi: Texnologiya insanların birbaşa ünsiyyətini azalda bilər. Detoks, real münasibətləri ön plana çıxararaq sosial bağları gücləndirir. 4. Diqqət və Konsentrasiyanın Artırılması: Texnologiya diqqət dağınıqlığını artırır. Rəqəmsal detoks bu problemin həllində mühüm rol oynayır. Niyə Rəqəmsal Detoksa Ehtiyac Var? Həddindən Artıq Ekran Vaxtı: İnsanlar gündəlik həyatlarının böyük bir hissəsini ekran qarşısında keçirirlər. Bu, həm fiziki, həm də psixoloji problemlərə səbəb olur. Sosial Medianın Təsiri: Sosial media platformaları insanlarda narahatlıq, qısqanclıq və özünə inamsızlıq hissi yarada bilər. Təbii Ritmlərin Pozulması: Elektron cihazların mavi işığı yuxu ritmini pozur və yorğunluğa səbəb olur. Rəqəmsal Detoks Nələri Əhatə Edir? Texnologiya Fasilələri: Məsələn, müəyyən saatlarda telefon və ya sosial media istifadəsini tamamilə dayandırmaq. Cihazların İstifadəsinin Məhdudlaşdırılması: Gün ərzində texnoloji cihazlardan istifadə müddətini azaltmaq. Sosial Mediasız Günlər: Həftədə bir və ya bir neçə gün sosial media hesablarını bağlamaq və ya istifadəni tamamilə dayandırmaq. "Offline" Fəaliyyətlər: Rəqəmsal cihazlar olmadan kitab oxumaq, idmanla məşğul olmaq, təbiətə çıxmaq kimi fəaliyyətlərə üstünlük vermək. Rəqəmsal detoksun fərqli formaları vardır: Qısamüddətli Detoks: Bir neçə saatlıq və ya bir günlük fasilələr. Uzunmüddətli Detoks: Bir həftə və ya daha uzun müddət texnologiyadan uzaqlaşma. Tam Detoks: Bütün rəqəmsal cihazlardan və platformalardan müəyyən müddət tamamilə uzaq durma. Rəqəmsal Detoks və Texnologiya Balansı: Rəqəmsal detoks, texnologiyadan tamamilə uzaqlaşmağı deyil, onun həyatımızda balanslı şəkildə istifadəsini təşviq edir. Bu anlayış insanların texnologiyadan sağlam şəkildə faydalanmalarına, həm də öz şəxsi həyatlarına daha çox diqqət ayırmalarına imkan verir Rəqəmsal Detoks Zamanı İnsanların Məlumatlandırılması: Rəqəmsal detoksun effektivliyini artırmaq və insanların bu prosesi uğurla həyata keçirməsinə kömək etmək üçün məlumatlandırma böyük əhəmiyyət daşıyır. Detoksun məqsədlərini və faydalarını dərk edən insanlar bu prosesə daha şüurlu yanaşır və texnologiyadan uzaqlaşma zamanı qarşılaşdıqları çətinlikləri daha asan dəf edə bilirlər. Məlumatlandırmanın Əsas Məqsədləri 1. Şüurlu İstifadənin Təminatı: İnsanlara rəqəmsal cihazların həyatlarına təsirini başa salmaq və balanslı istifadənin əhəmiyyətini çatdırmaq. 2. Psixoloji Hazırlıq: Detoks müddətində yaranacaq narahatlıq və texnologiyaya bağlılıq hissinin təbii olduğunu izah etmək
Günümüzdə, yeniyetmələrin emosional rifahı cəmiyyətin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, bu dövr gənclərin şəxsiyyətinin formalaşması, sosial bacarıqlarının inkişafı və gələcək həyatda qarşılaşacaqları çətinliklərə uyğunlaşmalarını təmin edən bir mərhələ kimi qəbul edilir. Lakin, müasir dövrün xüsusiyyətləri, xüsusilə sürətlə inkişaf edən texnologiya, sosial medianın təsiri və dəyişən ailə strukturları, yeniyetmələrin emosional sağlamlığını ciddi şəkildə təhdid edir. Bu problemin aktuallığı, sosial medianın getdikcə daha böyük bir hissəsini tutan gənclər arasında depressiya, anksiyete və sosial izolyasiya kimi problemlərin yayılması ilə daha da artmaqdadır. Sosial dəstək şəbəkələrinin zəifləməsi, akademik təzyiqlərin artması və onlayn zorakılıq kimi yeni təhlükələr, yeniyetmələrin emosional rifahını mənfi şəkildə təsir edir. Bu mənada, yeniyetmələrin emosional rifahı ilə bağlı tədqiqatlar, həm psixoloji müdaxilə üsullarını, həm də cəmiyyətin kollektiv olaraq bu məsələyə yanaşmalarını anlamağa kömək edir. Müasir çağırışlar ifadəsi, bu günün dünyasında qarşılaşılan və insanların, cəmiyyətlərin və ya fərdlərin üzləşdiyi yeni və mürəkkəb problemləri və çətinlikləri ifadə edir. Bu çağırışlar, texnoloji inkişaf, sosial dəyişikliklər, qlobal böhranlar, iqtisadi çətinliklər və digər müasir problemlərlə bağlı ola bilər. Yeniyetmələr üçün müasir çağırışlar, məsələn, sosial medianın təsiri, məktəb təzyiqləri, emosional rifah məsələləri və rəqəmsal dünyada təhlükəsizlik kimi mövzuları əhatə edir. Bu məqalənin əsas məqsədi, yeniyetmələrin emosional rifahına təsir edən amilləri araşdırmaq və onların bu vəziyyətdəki inkişaflarını dəstəkləmək üçün müxtəlif həll yolları təqdim etməkdir. Məqsəd həmçinin, təhlil edilən faktorların qarşısının alınması və emosional rifahın artırılması istiqamətində nəzəri və praktiki tövsiyələr verməkdir. Yeniyetmələrin emosional rifahına dair tədqiqatlar, son onilliklərdə psixologiya və sosial elmlər sahəsində əhəmiyyətli irəliləyişlərə səbəb olubYeniyetməlikdə emosional sağlamlıq, gənclərin duyğularını başa düşmək, idarə etmək və düzgün şəkildə ifadə etmək qabiliyyətini ifadə edir. Bu dövr, uşaqlıqdan yetkinliyə keçiş mərhələsidir və emosional sağlamlıq burada çox vacib bir rol oynayır. Yeniyetmələrin emosional sağlamlığı, onların sosial və şəxsi inkişafını təsir edən əsas amillərdən biridir. Yeniyetməlikdə emosional sağlamlığın əsas aspektləri: 1. Duyğusal özünə nəzarət: Yeniyetmələrin öz duyğularını tanımaq və idarə etmək bacarığı, onların emosional sağlamlığının əsas tərkib hissəsidir. Bu, xüsusilə stress, qəzəb, qorxu və kədər kimi güclü emosiyalarla başa çıxmaqda mühümdür. 2. Özünə hörmət: Emosional sağlamlığa sahib olan yeniyetmələr özlərini dəyərli və güvənli hiss edirlər. Onlar özlərinin və başqalarının hisslərinə hörmət edərək sosial əlaqələr qururlar. Özünə hörmət, gənclərin özlərinə qarşı müsbət bir baxış açısına sahib olmalarını və həyatla əlaqədar müsbət bir baxış inkişaf etdirmələrini təmin edir. 3. Münasibətlərin idarə edilməsi: Yeniyetmələrin sosial əlaqələrini düzgün şəkildə idarə edə bilməsi, emosional sağlamlıqlarının vacib bir aspektidir. Yaxşı dostluqlar və ailə əlaqələri, yeniyetmələrə emosional dəstək verir, müsbət özünə qiymət hissi yaradır və onların emosional rifahını artırır. 4. Qərar qəbuletmə və stresslə başa çıxma: Yeniyetmələr, həyatlarında qarşılarına çıxan çətinliklərlə müsbət şəkildə mübarizə apara bilməlidirlər. Bu, onların emosional sağlamlığını qorumağa kömək edir. Stres və təzyiqlərə qarşı düzgün reaksiya verə bilmək, özünü qorumaq və çətin vəziyyətlərlə başa çıxmaq bacarığı, sağlam inkişaf üçün vacibdir. 5. Empati və sosial bacarıqlar: Emosional sağlamlığa sahib olan yeniyetmələr, başqalarının hisslərini başa düşmək və onlara empati göstərmək bacarığına sahibdirlər. Bu, onların münasibətlərini gücləndirir və sosial mühitlərdə uyğunlaşmalarına kömək edir. 6. Pozitiv emosiyalar və motivasiya: Emosional sağlamlıq, pozitiv duyğuların, məmnuniyyətin və həyatın mənasının qəbul edilməsi ilə əlaqəlidir. Yeniyetmələr bu dövrdə öz maraqlarını tapmalı və həyatlarını daha anlamlı etmək üçün müxtəlif fəaliyyətlərlə məşğul olmalıdırlar. Bu, həm də onların akademik və şəxsi uğurlarına müsbət təsir göstərir. Yeniyetməlikdə emosional sağlamlığın qorunması: Yeniyetmələrin emosional sağlamlığını qorumaq üçün, həm ailə, həm məktəb, həm də cəmiyyət onların dəstəkçisi olmalıdır. Ailə, yeniyetmələrə sevgi, qayğı və dəstək verərək, onların öz emosiyalarını düzgün ifadə etmələrinə imkan yaratmalıdır. Məktəblər və cəmiyyətlər isə, yeniyetmələrə psixoloji dəstək xidmətləri təklif edərək və sosial bacarıqlarını inkişaf etdirərək, onların emosional rifahını dəstəkləyə bilər. Emosional sağlamlıq, yeniyetmələrin gələcəkdə sağlam, uğurlu və balanslı böyümələrini təmin etmək üçün vacib bir əsasdır. Bu dövrdə düzgün müdaxilələr və dəstək, onların psixoloji və emosional rifahını gücləndirir və onların sağlam inkişaflarını dəstəkləyir. Mühüm nəzəriyyələrdən biri Erik Eriksonun psixososial inkişaf nəzəriyyəsidir. Erikson, gənclik dövrünü "kimlik və rol qarışıqlığı" mərhələsi olaraq təsvir edir və bu dövrün, şəxsiyyətin formalaşmasında vacib bir mərhələ olduğunu vurğulayır. Onun nəzəriyyəsi, yeniyetmələrin öz kimliklərini tapmaq və həyatın məqsədlərini müəyyənləşdirmək üçün hansı çətinliklərlə qarşılaşdıqlarını anlamağa imkan verir. Emosional zəka nəzəriyyəsini təqdim edən Daniel Goleman da bu sahədə mühüm tədqiqatlar aparmışdır. Goleman’ın konsepsiyasına görə, emosional zəka insanların öz duyğularını başa düşmələri, idarə etmələri, həmçinin başqalarının emosiyalarını tanımaları və onlarla effektiv əlaqə qurma bacarıqlarıdır. Bu bacarıqların inkişafı, yeniyetmələrin emosional rifahını və sosial bacarıqlarını artırmağa kömək edir. Bundan başqa, sosial dəstək nəzəriyyəsi, sosial əlaqələrin yeniyetmələrin emosional rifahı üzərindəki təsirini açıqlayır. Tədqiqatlar göstərir ki, sosial dəstək (ailə, dostlar, məktəb) gənclərin psixoloji sağlamlığını qorumağa və stresslə mübarizə aparmağa kömək edir. Lakin, sosial dəstəyin yoxluğu və ya zəifliyi, emosional rifahı mənfi təsir edə bilər. Sosial media və rəqəmsal texnologiyalar sahəsində də son illərdə bir çox tədqiqat aparılmışdır. Yeniyetmələrin onlayn dünyada sərf etdikləri zaman, özünə inamlarını və emosional sağlamlıqlarını əhəmiyyətli şəkildə təsir edə bilər. Sosial şəbəkələrdəki təzyiqlər, şərhlər, bəyənmələr və rəylər, gənclərin öz kimliklərini formalaşdırmalarında, eyni zamanda emosional rifahlarına ciddi təsir göstərə bilər. Yeniyetmələrin Emosional Rifahına Təsir Edən Amillər Ailə və Sosial Dəstək: Ailənin yeniyetmələrin emosional rifahı üzərindəki rolu tədqiqatların göstərdiyinə görə, çox mühüm əhəmiyyət kəsb edir. Ailə, gənclərin psixoloji inkişafında birinci dərəcəli təsir edən amildir. Ailənin emosional dəstəyi, gənclərin həyatlarının müxtəlif dövrlərində qarşılaşdıqları çətinliklərlə başa çıxmalarına kömək edir. Tədqiqatlar göstərir ki, güclü ailə əlaqələri olan yeniyetmələr, psixoloji çətinliklərlə daha asan mübarizə aparır və streslə daha yaxşı başa çıxırlar. Lakin, ailə üzvləri arasında davamlı münaqişələr və ya emosional dəstəyin olmaması, gənclərin psixoloji sağlamlığını pisləşdirə bilər. Sosial dəstəyin digər vacib hissəsi, dostlar və məktəb mühitidir. Yeniyetmələrin sosial şəbəkələri və etibarlı dost əlaqələri, onlara təhlükəsiz və güvənli bir mühit təklif edərək, emosional rifahlarını artırır. Bununla yanaşı, məktəb mühiti və müəllimlərin dəstəyi, gənclərin sosial bacarıqlarını və özünə inamlarını gücləndirən vacib amillərdən biridir. Akademik Təzyiqlər: Akademik mühitdəki təzyiqlər, yeniyetmələrin üzləşdiyi ən böyük stress mənbələrindən biridir. Müasir cəmiyyətin akademik müvəffəqiyyətə verdiyi yüksək dəyər, gənclərin məktəb həyatlarında daha çox təzyiqlə üzləşmələrinə səbəb olur. Yüksək qiymətlər, gələcək karyera uğuru, universitetə qəbul və s. məsələlər gənclərin psixoloji sağlamlığını təhlükə altına ala bilər. Gənclər, akademik müvəffəqiyyət uğrunda həyatlarını çox vaxt balanssızlaşdıraraq psixoloji narahatlıq və stress yaşayırlar. Bu təzyiqlər, həmçinin, depressiya, anksiyete və digər psixoloji problemlərə səbəb ola bilər. Sosial Media və Rəqəmsal Texnologiyalar: Bugünkü dövrün ən böyük təsir amillərindən biri olan sosial media, yeniyetmələrin emosional rifahını ciddi şəkildə təsir edir. Sosial şəbəkələr, gənclərin bir-biri ilə əlaqə qurma metodlarını dəyişdirərək, onların özlərini qiymətləndirmə və sosial təzyiqlərlə mübarizə aparma şəraitini dəyişdirmişdir. İnternetdəki "like"lar, şərhlər və bəyənmələr, yeniyetmələrin özünə inamlarını artırmaq və ya əksinə, mənfi təsir göstərmək üçün əsas faktorlardır. Əlavə olaraq, sosial media vasitəsilə yayılan bədən imici təzyiqləri və ya məşhurların həyat tərzinin gənclər üzərindəki təzyiqləri, onların kimlik inkişafını və emosional vəziyyətlərini mənfi təsir edə bilər. Onlayn şantaj, zorakılıq və təhqirlər də sosial media vasitəsilə gənclərin psixoloji sağlamlığını təhlükə altına alır. Yeniyetmələr arasında depressiya və anksiyetenin artması müasir dövrün ən ciddi psixoloji problemlərindən birinə çevrilmişdir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, gənc əhalinin əhəmiyyətli bir hissəsi emosional narahatlıqlar və psixoloji çətinliklərlə qarşılaşır. Bu artışın səbəbləri müxtəlifdir və hər birinin özünəməxsus təsirləri vardır. Sosial təzyiqlər, akademik və ailəvi problemlər, gələcək narahatlıqları və sosial medianın mənfi təsirləri, depressiya və anksiyetenin yaranmasında əsas amillərdir. Bununla yanaşı, yeniyetmələr arasında psixoloji narahatlıqların artması, onların akademik və sosial uğurlarına da təsir edir. Depressiya və anksiyete halları, gənclərin özünə inamını zəiflədir, motivasiyalarını azaldır və sosial əlaqələrində çətinliklərə səbəb olur. Bir çox gənc, özlərini cəmiyyətə və ya ailələrinə uyğunlaşdırmaqda çətinlik çəkir və nəticədə daxili narahatlıq və psixoloji problemlərlə qarşılaşır. Yeniyetmələrdə depresiyanın əlamətləri, yuxusuzluq, tənhalıq hissi, intihar düşüncələri və özünə zərər vermək kimi təhlükəli hallarla özünü göstərə bilər. Bu səbəbdən, depressiya və anksiyetenin vaxtında aşkar edilməsi və müvafiq müalicənin başlanması çox önəmlidir. Kiber zorakılıq, son illərdə internetin və sosial medianın geniş yayılması ilə daha da artmışdır. Yeniyetmələr, onlayn dünyada müxtəlif təcavüzkar davranışlarla qarşılaşa bilirlər. Bu cür zorakılıqlar arasında təhqir, şantaj, qərəzli şərhlər və cinsi təcavüz hallarına qədər bir çox müxtəlif nümunələr mövcuddur. Kiber zorakılıq, yeniyetmələrin emosional rifahına ciddi şəkildə təsir edə bilər və onların özünə inamını zəiflədir, sosial əlaqələrini poza bilər və hətta intihara qədər aparan psixoloji problemlərə yol aça bilər. Onlayn zorakılıq, bəzən fizioloji zorakılıqdan daha ciddi nəticələrə yol açır, çünki gənclər bu cür təhdidləri tez-tez gizli şəkildə yaşayır və buna görə də ətraflarından yardım almaq çətin olur. Sosial şəbəkələrdə yayılan yalan məlumatlar, şantaj mesajları və təhqirlər, gəncləri daha çox tək qoyur və onların psixoloji sağlamlığını zərərli təsirlərlə üzləşdirir. Yeniyetmələr üçün ən böyük təhlükə, onlayn zorakılığın və kiberbulinqin sosial həyatda və məktəbdə daha da təcrid olmalarına səbəb olmasıdır. Bu təcrid, onları daha da zəiflədir və psixososial inkişaflarını məhdudlaşdırır. Sosial izolasiya, xüsusilə pandemiya dövründə, yeniyetmələrin emosional rifahına ciddi təsir göstərmişdir. Uzaqdan təhsil və sosial fəaliyyətlərin məhdudlaşdırılması, gənclərin sosial bacarıqlarının inkişafını və emosional dəstəyi əldə etmələrini çətinləşdirmişdir. İzlədikləri onlayn dərslər və digər fəaliyyətlər, onları real sosial əlaqələrdən ayırmış və tənhalıq hissini artırmışdır. Sosial izolasiya, gənclərin tək başlarına hiss etmələrinə və dünyadan uzaqlaşmalarına səbəb olur. Sosial təcrid həmçinin depressiya və anksiyetənin artmasına səbəb olur, çünki gənclər özlərini daha çox tənha hiss edirlər və problemlərini heç kimlə bölüşməyin çətin olduğunu düşünürlər. Bu vəziyyətin davam etməsi, onların psixoloji vəziyyətini daha da pisləşdirə bilər. Pandemiya dövrü göstərdi ki, sosial əlaqələrin olmaması, yeniyetmələrin özünə hörmətini və emosional balansını ciddi şəkildə pozur. Təcrübələrə əsaslanaraq, sosial əlaqələrin gücləndirilməsi və yeniyetmələrə müvafiq dəstək verilməsi çox vacibdir.Yeniyetmələrin emosional rifahını dəstəkləmək üçün psixoloji dəstək mühüm əhəmiyyət kəsb edir. Psixoloji dəstək, yeniyetmələrə öz duyğularını başa düşmək, onlarla başa çıxmaq və sosial vəziyyətlərdə daha yaxşı uyğunlaşmaq bacarıqlarını öyrədir. Psixoloq və terapevtlərin verdiyi dəstək, yeniyetmələrin stresslə mübarizə aparmaq üçün uyğun metodları öyrənmələrinə kömək edir. Bundan əlavə, emosional zəka təhsili, gənclərin öz emosiyalarını idarə etmə bacarıqlarını inkişaf etdirə bilər. Emosional zəka, özünə inamı artırır, sosial bacarıqları gücləndirir və streslə başa çıxma bacarıqlarını artırır. Yeniyetmələrin müsbət və mənfi emosiyalarını tanımaq, başqalarının emosiyalarına empati göstərmək, və qarşılıqlı əlaqələrdə daha uğurlu olmaq üçün bu sahədə təhsil almaq çox vacibdir. Sosial medianın düzgün istifadəsi, yeniyetmələrin psixoloji sağlamlığını qorumaq üçün vacib bir amildir. Rəqəmsal savadlılıq, gənclərin onlayn dünyada təhlükəsizlik qaydalarını bilmələrini və sosial şəbəkələrdə sərhəd qoymalarını təmin edir. Yeniyetmələrə onlayn şəbəkələrdə qarşılaşdıqları təcavüzkarlara və ya təhdidlərə necə reaksiya verməli olduqlarını öyrətmək, onların psixoloji rifahını artırmaq üçün çox faydalıdır. Sosial medianın yeniyetmələrə təsiri müasir dövrün ən aktual məsələlərindən biridir. Sosial media platformaları, yeniyetmələrin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib və bu platformalarda keçirilən zaman onların emosional, sosial və psixoloji rifahına böyük təsir göstərir. 1. Sosial əlaqələrin inkişafı və zəifləməsi: Sosial media, yeniyetmələrə uzaq məsafələrdəki dostlarla əlaqə saxlamağa və yeni insanlar ilə tanış olmağa imkan verir. Bu, onların sosial əlaqələrini genişləndirə bilər və daha geniş sosial dairələr qurmağa kömək edir. Lakin, eyni zamanda, sosial media çox vaxt real həyatda qarşılıqlı əlaqələri azaldır. Yeniyetmələr, onlayn dünyada başqaları ilə ünsiyyət qurarkən, əsl sosial bacarıqlarını inkişaf etdirməmək riski ilə üzləşirlər. Real həyatda empati qurmaq və üzbəüz ünsiyyət bacarıqlarını əldə etmək də vacibdir. 2. Özünə inam və bədən təsviri: Sosial media, xüsusilə vizual platformalar yeniyetmələrin bədənlərinə, görünüşlərinə və sosial statuslarına dair təzyiqlərini artıra bilər. Bu platformalarda "ideal" bədən ölçüləri, gözəllik standartları və həyat tərzləri təqdim edilir. Nəticə olaraq, yeniyetmələr özlərini digərləri ilə müqayisə edə bilər və bu da bədən dismorfikası, özünə inamsızlıq və emosional narahatlıqlara səbəb ola bilər. 3. sosial media təzyiqləri: Yeniyetmələr, sosial şəbəkələrdə başqalarının "mükəmməl" həyatını gördükcə, öz həyatlarını kifayət qədər yaxşı və maraqlı görməmək hissinə düşə bilərlər. Bu, depressiya və anksiyetənin artmasına səbəb ola bilər, çünki gənclər sosial media vasitəsilə daha çox təzyiq və gözləntilərlə üzləşirlər. 4. Onlayn zorakılıq: Sosial medianın bir başqa mənfi tərəfi də onlayn zorakılıq və internet üzərindən zorakılıq hallarının artmasıdır. Yeniyetmələr, sosial şəbəkələrdə təhqirə, şantaja və ya onlayn zorakılığa məruz qala bilərlər. Bu, onların psixoloji sağlamlığını ciddi şəkildə zədələyir, özünə hörmətlərini aşağı salır və sosial izolyasiyaya səbəb ola bilər. 5. Bilik və məlumat əldə etmə: Sosial media, yeniyetmələr üçün həm də bir məlumat mənbəyi rolunu oynayır. Müxtəlif sahələrdəki yeni məlumatlar, maraq sahələri və təhsillə bağlı resurslar, sosial mediada asanlıqla əldə oluna bilər. Həmçinin, sosial media, gənclərin müəyyən mövzularda fikir mübadiləsi etmələrinə və fərqli perspektivlərdən öyrənmələrinə imkan yaradır. Bu, onların dünyagörüşünü genişləndirə və sosial məsələlərə qarşı daha həssas olmağa təkan verə bilər. 6. Emosional rifah və stres:Bəzi araşdırmalar, sosial media istifadəsinin artmasının yeniyetmələr arasında stresin, depressiyanın və anksiyetenin daha çox yayılmasına səbəb olduğunu göstərir. Sosial şəbəkələrdə keçirdikləri zaman, xüsusilə mənfi şərhlər, tənqidlərlə qarşılaşan yeniyetmələrdə emosional pozğunluqların meydana gəlməsi mümkündür. Digər tərəfdən, sosial media platformaları, yeniyetmələrə həm də sosial dəstək və müsbət əlaqələr qurmaqda kömək edə bilər, amma bu, müsbət tərəflərin bəzən mənfi təsirlərdən üstələməsini təmin etmək üçün düzgün idarə edilməlidir. Ümumiyyətlə, sosial medianın yeniyetmələrə təsiri həm müsbət, həm də mənfi ola bilər. Onun həyatlarında təsirli və faydalı olabilməsi üçün doğru istifadə edilməli, onlayn davranışlar və şəbəkə etikası barədə maarifləndirmə aparılmalıdır. Əlavə olaraq, sosial medianın istifadəsinin məqsədyönlü şəkildə idarə edilməsi, yeniyetmələrin sosial təzyiqlərdən qorunmasına və emosional sağlıqlarının qorunmasına kömək edə bilər. Ailə və Cəmiyyətin Rolu: Ailələr, yeniyetmələrin emosional rifahını dəstəkləməkdə əsas rol oynayır. Ailə üzvləri, gənclərə sevgi və qayğı göstərməklə onların psixoloji sağlamlığını qorumağa kömək edirlər. Güclü ailə əlaqələri, yeniyetmələrə özlərini təhlükəsiz və sevilmiş hiss etmələrinə kömək edir. Cəmiyyət də yeniyetmələrin inkişafında mühüm rol oynayır. Ailə və məktəb mühiti ilə yanaşı, cəmiyyətin dəstəyi və empati, yeniyetmələrin emosional rifahını artırmaq üçün çox vacibdir. Cəmiyyətin müxtəlif təbəqələri, gənclərə daha sağlam və dəstəkləyici bir mühit yaratmaqda əhəmiyyətli rol oynaya bilər.Məqalənin sonunda, yeniyetmələrin emosional rifahı ilə bağlı ətraflı tədqiqatlar və mövcud problemlər müzakirə edildi. Yeniyetmələrin emosional rifahını dəstəkləmək üçün müxtəlif həll yolları təklif edilib. Psixoloji dəstək, emosional zəka təhsili və sosial medianın düzgün istifadəsi, gənclərin psixoloji sağlamlığını qorumaq və inkişaf etdirmək üçün vacib vasitələrdir. Həmçinin, ailə və cəmiyyətin dəstəyi, gənclərə sağlam bir emosional mühit təqdim etmək üçün çox əhəmiyyətlidir. Gələcəkdə, məktəblər və cəmiyyətlər tərəfindən daha çox diqqət göstərilməsi, yeniyetmələrin psixoloji sağlamlıqlarını qorumağa kömək edəcək və onların müsbət inkişaflarını təmin edəcəkdir.
İmtahan – insanın psixoloji davamlılığının, psixoloji hazırlıq və bacarığının biliklər vasitəsilə yoxlanılması prosesidir. Yəni, insanda özünüqiymətləndirmənin səviyyəsi, özünəinamın gücü, özünütanımanın mahiyyəti müəyyən mənada imtahan şəraitində aşkar oluna bilər. Bu səbəbdən, imtahanın insanda yaratdığı xüsusi kəşfetmə aurası, stress kimi özünü büruzə verir. Özünüqiymətləndirmə, özünəinam, özünütanıma kimi meyarlar həm psixoloji, həm də fizioloji cəhətdən xarakterizə oluna bilər. Məhz, uyğun olaraq, imtahan stressi də iki istiqamətdə təhlil oluna bilər. Bu istiqamətlərin təhlili zamanı psixoloji parametrlərin fizioloji əlamətlər yaratdığı ortaya çıxır. Fizioloji təsirlərin psixoloji faktlardan qaynaqlandığını nəzərə alaraq, imtahan stresinin daxili psixoloji situasiya olduğunu qeyd etmək mümkündür. İmtahanın stresinin mənbəyi zamandır: İmtahan stresi ilk növbədə zamanla bağlı yaranır. Belə ki, imtahan vaxtının əvvəlcədən, müəyyən tarixdə olmasının bilinməsi, bəzən müsbət, bəzən də mənfi təsir aşılamağa başlayır. Bəziləri üçün nəticədən asılı olmayaraq, imtahanın tez gəlib-keçməsi əsas qayə hesab olunur. Bəziləri üçün isə, imtahan yaxınlaşdıqca, imtahan xofu onları narahat etməyə başlayır. Nəticədə, hər kəs üçün ortaq nöqtə stressdir. Zamana bağlı yaranan stresdə orqanizmdə uzunmüddətli mənəvi əziyyətin hökm sürməsi ilə bədənin işləmə mexanizmi pozulur. Bu zaman, bədəndə nizamlamanın təmin edilməsi məqsədilə, qlükokortikoid hormonu ifraz olunmağa başlayır. Qlükokortikoid hormonunun ifrazı bədənin tənzimlənməsini təmin edir, lakin, stresin davamlı olması, həmin hormonun ifrazı prosesinin də pozulmasına gətirib çıxarır. Beləliklə, qlükokortikoid hormonunun ifrazında miqdarın düzgün yerinə yetirilməməsi, beyin hüceyrələrinin fəaliyyətinə birbaşa təsir göstərir. Yəni, beynin enerji gücünün zəifləməsinə gətirib çıxarır. Ona görə, stressin uzunmüddətli davam etməsi, beyin fəaliyyətinin ləngiməsinə səbəb olur. Həll yolları: Zamana bağlı stressin aradan qaldırılması üçün ilk olaraq, “imtahanı gözləmək” düşüncəsindən azad olmaq lazımdır. Gözləmək anlayışı elə tək başına xüsusi işgəncə metodu sayıla bilər. Digər tərəfdən, imtahan tarixini tez-tez xatırlamaqdan qaçmaq lazımdır. Beynin sərhədsiz, limitsiz özəlliyə malik olduğunu mənimsəyib, “ən yaxşısına” nail olmaq, düşüncəsinə yiyələnmək lazımdır. Əsas diqqət yetirilməsi gərəkən nüanslardan biri də, insanın özünəməxsus, fərdi keyfiyyətlərinə uyğun “rejim”, “sistem” müəyyənləşdirməsidir. Zamanın aldıqlarını düşünmək yerinə, hər daim zamandan ala biləcəklərinizi düşünün... Ayxan Hüseynli AYB-nin üzvü Psixoloq
1. Başqalarını xoşbəxt etmək səyi- Uşaqlıqda sevgi qazanmaq üçün səy göstərməli olan fərdlər, yetkinlik dövründə daima başqalarının istəklərini üstün tuturlar. 2. Boşluq hissi-Travmanın səbəb olduğu emosional uzaqlaşma, yetkinlik dövründə məqsədsizlik və ya heç nədən həzz almamaq kimi özünü göstərə bilər. 3. Müvəffəqiyyət qorxusu -Uğurlu olsalar, bunun onlardan alınacağını və ya buna layiq olmadıqlarını hiss edərək, özlərini sabote edirlər. 4. "Hiss edə bilməmə" vəziyyəti- Həddindən artıq stress nəticəsində həm müsbət, həm də mənfi emosiyaları tam yaşaya bilməmək baş verə bilər. 5. Həddindən artıq ehtiyac və ya müstəqillik vəsvəsəsi- Onlar ya daima dəstək axtararaq arxayınlıq axtarırlar, ya da heç kimə güvənməmək üçün hər şeydən uzaq durmağa meyllidirlər. 6. Emosional yaddaş itkisi -Uşaqlıq xatirələrini travmaya görə xatırlaya bilməmək şüuraltı unutma mexanizminin işə düşməsi ilə əlaqədardır. 7. Davamlı özünü tənqid etmək- Uşaqlıqda tənqid olunmaq və ya kifayət qədər bəyənilməmək insanın özünü daim sərt şəkildə mühakimə etməsinə səbəb olur. 8. Həddindən artıq iş və istirahətin olmaması- Dəyərini "bacardıqları" ilə ölçən fərdlər davamlı olaraq məhsuldarlıq və ya iş ardınca gedirlər, lakin dinclik tapa bilmirlər. 9. Fiziki Sağlamlıq Problemləri -Travmanın uzunmüddətli stress təsiri; Migren, həzm problemləri və xroniki ağrı kimi fiziki simptomlara çevrilə bilər. Bu təsirlər tez-tez nəzərə çarpmasa da, onlardan xəbərdar olduqda sağalma prosesinə başlamaq mümkündür. Psixoloq Aysu Əliyeva
Normal zəka düzəyində olmasına rəğmən dil, oxuma və yazma bacarıqlarında problemlər yaşanmasına səbəb olan özəl öyrənmə pozuntusudur. Hərfi mənası «dis « çətinlik, yoxluq; leksiya « dil deməkdir Oxuma çətinliyi ilə bərabər gələn özəl öyrənmə çətinliyidir. Disleksiya- edilən müdaxilələrə baxmayaraq uşağın öyrənməsində olan çətinlikdir. Diskalkuliya – hesablama , riyazi əməllərlə bağlı çətinlik, pozuntu Disqrafiya – yazı ilə bağlı pozuntu Dispraksiya- motor və hərəkət koordinasiyası pozğunluğu Diskalkuliyanın əlamətləri Rəqəmləri yalnış qavrayır Rəqəmlərin yerini səhv yazır Durğu işarələrini səhv qoyur ( disqrafiya) Riyazi əməllərdə çətinlik çəkir Ölçü qavramlarinda çətinlik çəkir Müqayisə etməkdə çətinlik çəkir ( böyük – kiçik işarəsi) Çox çalışmasına rəğmən hərf, rəqəmləri yadında saxlaya bilməmək Hərf və rəqəmləri oxşar/ fərqli səslənməsinə görə qarışdırmaq Səsli oxumaqdan imtina Başqası oxuyanda anlama, lakin öz oxuduğunu anlamama Çox ləng oxuma Oxuyan zaman çox həyəcanlanma Ürəkbulanma ,qarın ağrısı ( oxuyan zaman ) Cümlələri intonasiya ilə deyil , tək- tək sözlərlə oxumaq Sözü tərsinə oxumaq Sağ / solu qarışdırır Vizual qavramada zəiflik Oxuyarkən sözün sonuna heca əlavə etmək və ya son hecani oxumamaq Zaman , məkan qavramlarini qarışdırır . Dislektik uşaqlar çox erkən yaşlarda tanına bilər ,amma məktəb dövrünün başlaması ilə daha qabarıq şəkildə ortaya çıxır . Çünki oxu yükü artır . Uşaqların 7-10% də disleksiya əlamətləri müşahidə olunur. Disleksiyanin səbəbi məlum deyil. Disleksiya oxuma prosesində olan bioloji problemin nəticəsidir. Hər 5 uşaqdan birində disleksiya görülür . Disleksiyanın 37 əlamətini müəyyən ediblər. Disleksiyanin ən böyük səbəblərindən biri genetik faktordur. Ata və yaxud anada varsa , uşaqda da görülə bilər . Disleksiya özü ilə bərabər özgüvən əksikliyi və 50% diqqət əksikliyi gətirir. Necə kömək etməli? 1.Valideyn səbrli olmalı 2.Digər uşaqlarla muqayisə etmək olmaz 3.Danlamaq, mühakimə etmək, tələsdirmək olmaz . 4.Həyəcanlanan zaman üzərinə getməmək 5.Onları tənbəl adlandırmamaq 6.Arxa partada otuzdurmamaq 7.Daha çox diqqət ayrılmalı 8.Onlara daha sadə çalışmalar verilməli
Toksik insanlar kimlərdir? Toksik insanlar. Bu termin çox vaxt zərərli və ya mənfi təsir göstərən şəxslər üçün istifadə olunur. Bu yazıda toksik insanların xarakterik xüsusiyyətləri, onların ətraf mühitə təsiri və onlarla necə başa çıxmaq lazım olduğunu araşdıracağıq. Toksik insanların xarakteristik xüsusiyyətləri Özünü düşünmək Toksik insanlar adətən özlərini düşünür və başqalarının hisslərinə biganə qalırlar. Bu insanlar əsasən öz maraqlarını nəzərdə tutur, başqalarının ehtiyaclarını və hisslərini nəzərə almırlar. Onlar üçün ən əsası öz məqsədləri və arzularıdır. Özünü düşünmək bu tip insanların əsas xüsusiyyətlərindən biridir və bu xüsusiyyət onların ətrafdakı insanlarla münasibətlərinə də təsir göstərir. Manipulyasiya Bu insanlar başqalarını öz maraqları üçün manipulyasiya etməkdə usta olurlar. Onlar insanları aldatmaq və istismar etmək üçün müxtəlif taktikalar istifadə edirlər. Manipulyasiya toksik insanların ən təhlükəli davranışlarından biridir. Onlar başqalarını öz iradələrinə tabe etmək və mənafelərini təmin etmək üçün yalan danışmaqdan, məlumatları səhv şəkildə yaymaqdan və hətta qorxu yaratmaqdan çəkinmirlər. Bu tip davranışlar onların ətrafındakı insanlara mənəvi və psixoloji ziyan vura bilir. Neqativ enerji Toksik insanlar tez-tez neqativ enerji yayırlar. Onlarla ünsiyyət qurmaq çətin olur və adətən onlar ətrafdakılara mənfi hisslər bəxş edirlər. Onların mənfi enerjisi ətrafdakı insanların ruh halına, motivasiyasına və hətta sağlamlığına mənfi təsir edə bilir. Bu insanlarla münasibətdə olanlar tez-tez özlərini yorğun və məyus hiss edirlər. Qərəzli davranışlar Onlar başqalarına qarşı qərəzli və haqsız davranışlar sərgiləyə bilirlər. Bu, ətrafdakı insanlara ziyan vura bilər. Toksik insanlar öz mənafelərini təmin etmək üçün ədalətsiz və qeyri-etik yolları seçməkdən çəkinmirlər. Onların qərəzli davranışları ətrafındakı insanların inamını və etibarını sarsıdır, münaqişə və anlaşılmazlıqlara səbəb olur. Toksik insanlarla necə başa çıxmalı Həddini bilmək Toksik insanlarla ünsiyyətdə həddini bilmək çox vacibdir. Onlarla münasibətlərdə öz hüdudlarınızı qorumağı bacarmalısınız. Öz hüdudlarınızı müəyyən etmək və bu hüdudları qorumaq toksik insanların mənfi təsirlərindən qorunmağın ən yaxşı yoludur. Bu hüdudlar, fiziki məsafədən tutmuş, emosional və psixoloji məsafəyə qədər ola bilər. Özünüzü qorumaq üçün lazım gələrsə, bu insanlarla olan əlaqələrinizi məhdudlaşdıra və ya tamamilə kəsə də bilərsiniz. Pozitiv münasibət Pozitiv və sağlam münasibətlər qurmaq toksik insanların təsirindən qorunmağın ən yaxşı yoludur. Pozitiv insanlarla ətrafınızı əhatə etmək vacibdir. Bu, sizə mənfi enerjilərdən qorunmaq və özünüzü daha yaxşı hiss etmək üçün lazımi dəstəyi verəcək. Pozitiv insanlarla münasibət qurmaq, həm şəxsi, həm də peşəkar həyatınızda müsbət təsirlər yaradır. Bu insanlar sizə güc verir, özünüzü daha yaxşı ifadə etməyə və öz hədəflərinizə doğru irəliləməyə kömək edirlər. İntiqamdan uzaq durmaq Toksik insanlarla münasibətlərdə intiqam hissindən uzaq durmaq lazımdır. Bu cür hisslər sizi də mənfi təsirlərə məruz qoya bilər. İntiqam almaq istəyi vəziyyəti daha da pisləşdirə və özünüzə daha çox zərər verə bilər. Onun əvəzinə, məsələləri həll etməyə və irəliyə baxmağa diqqət yetirin. Mənfi hisslərdən uzaq durmaq və öz ruh halınızı qorumaq üçün müsbət fəaliyyətlərə və düşüncələrə yönəlməyiniz yaxşı olar. Dəstək axtarmaq Bu cür insanlarla ünsiyyətdə çətinlik çəkirsinizsə, dostlar və ya peşəkar məsləhətçilərdən dəstək almaq faydalı ola bilər. Dəstək qrupları, terapevtlər və ya etibarlı dostlar sizə məsləhət və dəstək verə bilərlər. Onlarla danışmaq və öz təcrübələrinizi bölüşmək, hisslərinizi ifadə etməyə və vəziyyəti daha yaxşı anlamağa kömək edə bilər. Toksik insanlarla ünsiyyətin təsirinə qarşı strateji yanaşmalar Münasibətlərdə sağlamlığın əhəmiyyəti Sağlam münasibətlər qurmaq həm şəxsi, həm də peşəkar həyatda vacibdir. Toksik insanlarla ünsiyyət qurmaqdan qaçmaq və sağlam münasibətlərə üstünlük vermək həyat keyfiyyətinizi yaxşılaşdıracaq. Münasibətlərinizdə sağlamlığa və müsbət qarşılıqlı təsirə diqqət yetirmək isə, sizə daha sağlam və mənalı həyat təcrübələri təqdim edəcək. Toksik insanlarla ünsiyyətdən çıxış yolları Bəzən toksik insanlarla tamamilə ünsiyyəti kəsmək lazım ola bilər. Bu, öz sağlamlığınızı və rifahınızı qorumaq üçün vacib bir addım ola bilər. Bu, xüsusən də bu insanların davranışları sizin öz sağlamlığınız və rifahınız üçün təhlükə yaratdıqda vacibdir. Bu münasibətlərdən uzaqlaşmaq çətin bir qərar ola bilər, amma bəzən ən sağlam seçim budur. Özünüzü toksik münasibətlərdən xilas etmək, sizdə yeni bir güc və azadlıq hissi yarada bilər. Şəxsi sərhədlərin müəyyənləşdirilməsi Şəxsi sərhədlərin müəyyənləşdirilməsi toksik insanlarla başa çıxmaqda mühüm bir addımdır. Bu sərhədlər, sizin nəyi qəbul edəcəyinizi və nəyi etməyəcəyinizi aydın şəkildə müəyyənləşdirir. Bu sərhədləri qurmaq və onlara sadiq qalmaq, özünüzü mənfi təsirlərdən qorumağa və özünüzü daha güclü hiss etməyə kömək edəcək. Emosional sağlamlıq və özünəqayğı Toksik insanlarla münasibətlərdə öz emosional sağlamlığınıza diqqət yetirmək vacibdir. Özünəqayğı praktikaları, meditasiya, idman, yaxşı qidalanma və kifayət qədər yuxu, bu məsələlərlə mübarizə aparmaqda sizə kömək edə bilər. Emosional sağlamlığınızı qorumaq, toksik insanların mənfi təsirlərinə qarşı dayanıqlı olmağınıza kömək edəcək. Nəticə Son olaraq qeyd edək ki, toksik insanlarla necə başa çıxmaq barədə düşünmək, onların mənfi təsirlərindən qorunmaq üçün ilk addımdır. Özünüzə inam və müsbət münasibətlər qurmaqla, həyatınızdakı bu cür zərərli təsirlərdən uzaqlaşa bilərsiniz. Hər kəsin öz ruh sağlamlığını qorumaq üçün lazımi addımları atması vacibdir. Özünüzəqayğı göstərmək və öz sağlamlığınızı üstün tutmaq, toksik insanlarla başa çıxmağın əsas hissəsidir. Özünüzü və öz rifahınızı qorumaq üçün lazımi addımları atmaqdan çəkinməyin. Müəllif: Klinik -Psixoloq Nigar Cəbrayıl
Psixoloq.az xəbər verir ki,13 oktyabr 20024 il tarixdə Bakı Gənclər Evində "Ahəng Psixologiya" mərkəzinin təşkilatçılığı ilə keçirilən İlk Qadınlar Forumu-Bakı Zirvəsini uğurla başa catdırmışdır.Forumda bütün sahələrdə qadınların ictimai- siyasi,elm- təhsil,ailə,sahibkarlıq,Psixologiya sahələrindəki vacib rolundan,karyera inkişafından və uğurlarından danışılmaqla yanaşı ailədə və cəmiyyətdə Ana rolunun əhəmiyyətindən və aliliyindən bəhs edildi. Forum protokola əsasən ilk Azərbaycan Respublikasının himni səsləndi və Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Daha sonra Ahəng Pm- in təsisçi və rəhbəri Psixoloq Vüsalə Əmiraslanova çıxışı ilə toplumda və bütün sahələrdə eləcədə Psixologiya sahəsində qadınların həmrəy olması və psixoloji biliklərə yiyələnməklə istər cəmiyyətdə istərsədə ailədə bü biliklərin tətbiqinin vacibliyini vurğuladı.Tədbirdə br çox ziyalılar,media nümayəndələri,Şəhid anası və qaziləri iştirakı xüsusi diqqət mərkəzində saxlanıldı.Millət Vəkili Pərvin Kərimzadə nin Azərbaycan qadını ilə bağlı çıxışı böyük alqışlara səbəb oldu.Daha sonra bütün panel iştirakçılarının çıxışı dinlənildi.Sonda Forum iştirakçılarına iştirak sertifikatları təqdim edildi xatirə şəkilləri çəkildi.Forum qadınlara" Birlikdə daha güclü "mesajı verərək forumun işini başa çatdırd https://www.facebook.com/100002743537628/videos/910021590995926/
Psixoloq.az xəbər verir ki, "Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin" rəhbəri Psixoloq Vüsalə Əmiraslanovanın təşkilatçılığı ilə *13 oktyabr 2024-cü il tarixdə "QADIN HƏMRƏYLİYİ FORUMU - BAKI ZİRVƏSİ"* keçiriləcəkdir. Forumda spikerlər panel müzakirə şəklində öz fikirlərini iştirakçılarla bölüşəcəkdir. Forumun mövzusu: - Sahibkarlıqda qadınlar - Təhsildə qadınlar - Mediada qadınlar - Tibbdə və psixologiyada qadınlar Forumda panel müzakirələri yer alacaq. Forumun spikerləri: Vüsalə Əmiraslanova - Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin təsisçi direktoru, ailə uşaq psixoloqu Pərvin Kərimzadə - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Ələsgərova - Kiçik və Orta Biznes Subyektləri və Klublarının idarə heyətinin sədri Sevda Əlizadə - Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru Aytən Hüseynova - İDA təsisçi direktoru Elnarə Dərziyeva- əməkdar jurnalist Nailə Mirzəyeva - PR menecer Günay Kazımova- Blink media şirkətinin təsisçisi Aysel Arastunqızı - təhsil eksperti , pedaqoq Leyla Həsənova - USM həkim Aytac Məmmədova - mentor kouç, sahibkar Nilufər Qara - Lunchef catering şirkətinin təsisçisi Nigar Cəbrayılova - Klinik psixoloq Proqram: 10:30-11:00 - qeydiyyat 11:00 açılış və panel müzakirə (I hissə) 12:30 - 13:00coffee-break 13:00- 14:00 panel müzakirə (II hissə) 14:00 sertifikatların təqdimatı. Ödəniş : 30 azn +994 70 206 05 91 Ünvan : Bakı Gənclər evi (Bakıxanov) 2024-10-1310:30Bakı Gənclər Evi (Bakıxanov)
Son zamanlar Azərbaycanda estetik əməliyyat etdirənlərin, sayı artıb. Bəs bunun səbəbləri nələrdir, niyə kütləvi hal alıb? Psixoloq.az xəbər verir ki,mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, insanlar xüsusilə də qadınlar tibbin inkişaf etdiyi bir vaxtda sınaqdan keçirilmiş əməliyyata ehtibar edir, özlərinə olan güvəni bu yolla artırırlar: "Bu gün insan özünü qəbul etmək, görünüşünü qəbul etmək əvəzinə cərrahlara müraciət edir. Məsələ bundadır ki, tibb çox inkişaf etdiyindən onlar görünüşlərində olan "problemləri" bu yolla aradan qaldırmağı daha asan üsul hesab edirlər. Bunun səbəbi isə insanlarda olan iradə zəifliyidir. Məsələyə daha real yanaşsaq insanların estetikə meyil etməsi əslində ta qədimdən mövcuddur. Yəni dəyişiklik etmək insanın xilqətindədir desək yanılmarıq. Bu gün insanların, xüsusilə də xanımların estetik cərrahiyəyə üz tutmasının səbəbi tibbin bu sahədə qazandığı nailiyyətlərdir. Əgər min il əvvəl də tibb bu qədər inkişaf etsəydi, yenə də insanlar bundan yararlanacaqlardı. Çünki hər zaman, insan var olduğu müddətdə özünə güvənməyən, idarəsiz və özünü dəyişdirməyə ehtiyac duyan, qocalmağa qalib gəlmək istəyən insanlar var. Bu gün da var, sabah da olacaq.
Borderline şəxsiyyət pozuntusu tez-tez və hədsiz dəyişkən əhval, zədələnmiş mənlik şüuru, davranışlarında tutarsızlıq və qərarsızlıqla özünü göstərən ruhi pozuntudur. Simptomları: 1.Həqiqi və ya xəyali tərk edilməkdən qurtulmaq üçün hədsiz səy göstərmək 2.Qarşısındakini gözündə hədsiz böyüdüb, göylərə qaldırmaq və eyni anda alçaltmaq kimi çox dəyər /dəyərsizlik vermək ilə baş tutan uyğunsuz münasibətlər. 3.Biri ilə çox tez bağ qurmaq ya da özündən uzaqlaşacağını düşündüyü şəxs ilə dərhal əlaqəsini kəsmək kimi tərk edilməkdən qaçınan davranışlar sərgiləmək. 4. Əhval ruhiyyənin 2 qütb arasında anidən dəyişməsi ( məsələn, şəxs sevincli olduğu halda anidən təşvişli hiss etməsi, ağlaması və s.). Səbəbləri: Ruhi xəstəliklər əsasən bir neçə faktora bağlı olaraq yaranır. Tək bir səbəb xəstəliyin yaranmasını açıqlamağımız üçün yetərsizdir. Genetik, bioloji və sosial faktorlar xəstəliyin inkişafında rolu ola biləcək amillər olsa da, dəqiq səbəbi göstərmək mümkün deyil. Müalicəsi: Borderline şəxsiyyət pozuntusunun müalicəsi əsasən şəxsdə görülən simptomların kontrol edilməsi və yaşayış keyfiyyətinin artırılması üzrə aparılır. Müalicədə ən çox istifadə olunan metod psixoterapiyadır. Gərəkdiyi təqdirdə psixoterapiya ilə paralel dərman müalicəsi də tətbiq edilir.Şəxsin özünə zərər verməsi,suisidal hallar baş verdiyi və simptomların artdığı təqdirdə stasionar müalicə mütləqdir. Psixoloq Aysu Əliyeva
Yazını yazarkən gözümün önündən Türkiyədəki zəlzələ və atanın qızının əlindən tutduğu foto bir an olsun getməmişdi, yazının çap olunma məqsədi ilə bağlı problem aradan qalxdığı üçün, yəni bu yazı artıq çap olunmağı gözləmədiyi üçün müəllif və ya “xülasəçi” olaraq mən mətni paylaşmaq istəyirəm. Bəzən facebookda dolaşarkən qarşıma müxtəlif kinolar ilə bağlı “alternativ final"lar çıxır, bu belə yetərincə kədərliykən biraz əvvəl yazımı paylaşmaq üçün yenidən həmin, yuxarıda haqqında bəhs etdiyim fotonu axtarırdım. O məşhur şəkil orda idi, orda idi, amma mən deyəsən bir alternativ sonun şəklini axtarırdım, bir portret çıxdı qarşıma, ata Məsud və qızı Irmak Leylanın əl-ələ olduğu bir portret, Irmak Leylanın Kürəyində qanadları vardı və bu bir alternativ son deyildi. Təsəllinin həqiqətdən ağrıdıcı olduğunu gördüyüm nadir səhnələrdən idi bu deyəsən. Etika psixoloji yardımı hədəf alan hər növ müdaxilənin özəyini təşkil edir. Bu prinsiplərə sədaqət həm mütəxəssisi, həm də yardım alan və axtarışında olan şəxsləri uyğun olmayan müdaxilələrdən qoruyur. Üstəlik nəzərə alsaq ki, mən bu yazını yazarkən cəmiyyətin daha həssas qrupları olan böhran qurbanlarına dəstək olanları məlumatlandırma məqsədi güdürəm, bu məsuliyyəti ikiqat artırır. Bu hissədə BMT inkişaf proqramı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin təkliflərinə, Psixoloji konsultasiyada baza etik nüanslara, bundan başqa etik dilemmalara diqqət edəcəyik. Yazını yazarkən gözümün önündə Türkiyədəki zəlzələ və atanın qızının əlindən tutduğu foto bir BMT İnkişaf Proqramı çərçivəsində Böhrana yanaşmaq 1. Yerli resursları səfərbər etmək Fəlakətin və ya böhranın həcmindən asılı olaraq ilkin mərhələdə Birləşmiş Millətlər Təşkilatının bu proqramı beynəlxalq müdaxilənin xaos yaratma riskini nəzərə alaraq yerli resursların səfərbər edilməsini təklif edir. Təbii ki, ehtiyac olduğu halda beynəlxalq kanallar işə salınır, profilaktik tədbir məqsədi ilə mümkün ssenarilər üzrə müdaxilə proqramları və ehtiyac siyahılarının mövcudluğunun səmərəli olacağını qeyd edir. 2. Xüsusi qrupların həssaslıq və ehtiyaclarından xəbərdarlıq Burada məhdud imkanlı şəxslər, uşaq, qadın, uşaqların, eləcə də qaçqın və məcburi köçkünlərin, aşağı iqtisadi imkanlara və məhdud təhsilə sahib insanların, etnik, gender və.s kimi azlıqların ehtiyaclarından xəbərdarlıq və onların dəstəyə əlçatanlığını göz önündə tutmaqdan bəhs edilir. 3. İnsan hüququ və ləyaqətinə həssaslıq Böhrana uğramış şəxslərə yardım din, dil, irq, gender, siyasi-ideoloji baxış fərqi ayırd etmədən göstərilməlidir. 4. Media menecmenti Böhran və böhrana müdaxilə, böhranın təsirlərinin aradan qaldırılmasında ictimaiyyətə məlumat vermək ilə bağlı media nümayəndələrinin fədakarlıqları danılmazdır. Lakin bəzən informasiya verilməsi zamanı sensasion başlıqlar, zərər çəkmiş şəxslərin ağrılı səhnələrinin fotolarından istifadə ictimaiyyətdə dərin sarsıntıya, inamsızlığa səbəb olduğu kimi böhrana məruz qalan şəxslərin də özlərində qurban rolunu yarada, yaranmış olanı möhkəmləndirə bilər. Media meneceri işin başlanğıcında bu sualı verə bilər: Mən olsam, ən böyük travmalarımdan birini yaşayarkən fotomun çəkilib, manşetlərdə yer almasını istərdim? Beynəlxaq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin hazırladığı etik prinsiplər 1. Humanizm. Humanizm burada insan varlığının keşiyində ən üst səviyyədə xidməti səfərbər etməyi ehtiva edir. 2. Ayrıseçkilikdən yayınma 3. Bitərəflik 4. Azadlıq 2, 3 və 4 – cü bənd BMT proqramının açıqlamasında da qeyd etdiyimiz kimi insanları milli, etnik, gender, dil, irq kimliyinə ayırmadan, təhsili, iqtisadi vəziyyəti, sosial təbəqəsi, ideologiya və siyasi baxışlarından asılı olmayaraq tək bir sinif olaraq görməkdir “Böhrandan əziyyət çəkənlər” sinifi və bir amal dəyişməz qalmalıdır, yardım əlçatanlığını hamı üçün təmin etmək. 5. Həmrəylik Xaosun profilaktikası və vahid amala xidmət etmək məqsədi ilə vahid koordinasiya mərkəzi ilə mütəmadi fikir mübadiləsi və mükalimədə olmaq. 6. Könüllülük. İnsanları dağıntı və ya böhran sahəsinə gətirən şeyin insanpərvərlik olması. 7. Qloballıq. İnsana faydalı olmaq adına beynəlxalq təcrübədən faydalanmaq. Sahədə psixoloji yardımın zamanı baza etik prinsipləri 1. Zərər vurmamaq və ya Zərər vurmaqdan yayınmaq Bu hər hansı bir zərər vurmaq formasını özündə ehtiva edən geniş bir anlayışdır. Xüsusilə dağıntı sahələrində, Türkiyədə rast gəlinən problemləri misal olaraq çəkib, yetərsiz bilgiyə qədər bir neçə nümunəyə baxaq. A. Danışmaq istəməyəni sual atəşinə tutmaq. B. Soruşulmadığı halda yersiz simptom maarifləndirməsi aparmaq. C. Məqsədi, yeri, zamanı, əks təsirini bilmədən texnikalar tətbiq etmək. D. Detallı məlumatımız olmayan metodları tətbiq etmək. E. Xəstəlik keçmişi ilə tanış olmadığımız şəxslərlə çalışmaq. 2. İndividuallıq (İndividuallığa inam) A. Psixi sağlamlıq mütəxəssislərinin diaqnoz ilə birləşmək halı. XBT – 10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10 – cu baxış), DSM V (Amerika Psixiatrlar Assosiasiyasının 2013 nəşri olan Psixi pozuntularının diaqnostik və statik kitabının 5 – ci baxışı) kimi diaqnostik ədəbiyyatların bizə psixi sağlamlıq problemlərini simptom fokslu təqdim etdiyini unutmayaq. Biz isə narahatlıq qədər narahat olanı da anlamalı olan mütəxəsislər olmalıyıq. Məhz buna görə psixoloji yardım belə vəziyyətlərdə buz üstündə rəqs etmək kimi olmalıdır, yaradıcı, elastik və ehtiyatlı. B. Tibbi müdaxilədə olduğu kimi psixososial dəstəkdə də amiranə dil deyil, dəvət dili istifadə etmək. Bizim rasional hesab etdiyimiz yardım etmək istədiyimiz şəxs üçün rasional olmaya bilər. Ona görə də insanları həyatda qalmaq instinkti, nəsil artırmaq, həzz almaq instinkti üzərindən çərçivəyə salmadan əvvəl onların ağrıya dair ifadələrini can qulağı ilə dinləyin. İnstinktlər bizi primat kimi həyata bağlayır, insan etmir. Bu üsul uğurlu olsa idi psixoanalizin özündə də nə Fairburn, nə Masterson, nə Xorni, nə Adler, nə də Erik From yetişməzdi. 3. Faydalılıq Zərəri və ağrını azaltmaqdan ziyadə, rifahı və bərpanı təmin etmək istiqamətində bilik və bacarıqları səfərbər etmək. 4. Sədaqət Xidmətin iş əxlaqı prinsiplərinə vəfanı, pasiyentlərə qarşı dürüstlük və etibarlılığı özündə birləşdirən prinsipdir. 5. Hörmət və Konfidensiallıq Benefsiarın ona nə edəcəyimizə dair məlumatlı olması və danışılan hekayədə cinayət tərkibi olmadığı halda məxfiliyin təminatını vermək. 6. Ədalətlilik BQXK və BMT təkliflərində də əks olunduğu kimi insanlara insanpərvərliyi əldə rəhbər tutaraq kömək etməyi özündə ehtiva edən prinsipdir. Bəzən isə bu prinsip özünü insan ləyaqətinin keşiyində durmaqla göstərir, məsələn zorakılığın hər hansı bir növünə məruz qalmış uşağın (18 yaşa qədər şəxsi) yaşadığı şiddət və sıxışdırma ilə, eləcə də başqa istismar halları ilə bağlı aidiyyəti qurumlara məlumat verməyə ehtiyac duyula bilər. Bəlkə də biz psixoloq kimi şəxsi bir daha dinləmək imkanını itirmiş ola bilərik, lakin şəxsin layiq olmadığı həyatdan uzaqlaşması istiqamətində öhdəmizə düşəni etmiş olarıq. 7. Səriştəlilik və Uyğunluq Sahədə olan Psixi sağlamlıq mütəxəssisləri (beynəlxalq təcrübədə belə deyəndə psixoloqlar, konsultantlar, sosial işçilər və həkimlər (həm mütəxəssis Psixiatrlar, həm də Ümumi Terapevtlər) nəzərdə tutulur) baza psixoloji konsultasiya bacarıqlarını bilməli və ehtiyac üzrə yönləndirməyi bacarmalıdırlar. Məsələn: Borderline şəxsiyyət pozuntusundan əziyyət çəkən biri ilə məruz buraxmanı həyata keçirməzdən əvvəl onu birincili və bizə məlum diaqnozu üzrə psixiatr yardımına yönləndirməli, sonra isə razılığı olacağı təqdirdə psixi sağlamlıq xidmətlərini daha uzun müddətə (təxminən 2 il) təqdim etmək iqtidarında olan bir mütəxəssisə yönləndirmə həyata keçirməyi dəyərləndirmək lazımdır. Daxili səs, 2 – 7 yaşda, əməliyyata qədərki mərhələdə şəxsin həyatda qalmaq üçün inkişaf etdirdiyi primitiv və disfunksional davranışlar, inkişaf etməmiş adaptasiya yönümlü davranışlar və uşaqlıq dövründən özü, başqaları, dünya və gələcəyə yönəlik irrasional inanclar böhran sahəsində dəyərləndirilməsi və müdaxiləsi mümkün olan məqamlar deyillər. 8. Şəffaflıq və Tolerantlıq Bu fərqli baxış və başqalarından gələn həll üsullarına maraq göstərmək və funksionallığına inanıldığı, zərərin olmadığı və ya mövcud üsullardan aşağı olduğu halda təklifləri qəbul etməkdir. Şəffaflıq prinsipi isə: Edə bilmədiyinə söz verməmək, söz verdiyini mütləq etməkdir. 9. Məsuliyyətlilik Böhran nəticələrinin aradan qaldırılmasından cavabdeh vahid koordinasiya qrupunun təlimatlarına əməl etmək və özünü, başqalarını, ən nəhayətində isə mübarizənin məqsədlərini riskə atmamağı özündə birləşdirir. 10. Həmrəylik. Şəxsi maraqlardan əvvəl mübarizənin amalı və məqsədlərini göz önündə tutmağı və özünü bu vahid məqsədləri əhatə edən zəncirin bir halqası olaraq görməyi özündə ehtiva edir. 11. Elastiklik Bizim bildiyimiz texniki baxışların çoxu özəl ofislərdə, əsasən ambulator müalicə həyata keçirilən tədqiqat institutları və xəstəxanalarda tətbiq edilib. Elastiklik ilə bağlı qeyd etmək istədiyimiz nüans mövcud vasitələri mövcud təcrübəyə adaptasiya etməkdir. Etik dilemma Bu psixi sağlamlıq xidmətlərinin ayrılmaz və ayrılmayacaq bir parçasıdır bəzən iki etik prinsip sanki bir-birinə zidd gedir kimi görünə bilər, bu çox normaldır. Etik dilemma ilə bağlı nəzərdə saxlanmalı olan məqamlar bunlardır: • Bir prinsipin təmin olunmaması başqa bir etik prinsipi təmin etmək olmalıdır. Məsələn: Məxfilik pozulur ona görə ki, Zərərdən yayınmağa ehtiyac var və Ədalətlilik təmin olunmalıdır. • Faydalılıq varmı sualı verilməlidir. • Zərər minimum səviyyədədirmi araşdırılmalıdır • Məqsəd kimi qarşıya qoyulana nail olmaq ehtimalı yüksək olmalıdır • Qərar (etik prinsipin hansısa birindən azad davranmaq) tərəfsiz olmalıdır. Gəlin 3 vəziyyətdə etik məsələlərə nəzər salaq. Vəziyyət 1. Faydalılıq və Şəffaflıq toqquşması Cənab D. 37 yaşında kişidir, illər əvvəl hərbi xidmətdə olduğu döyüş mövqeyinə basqın edilir, şəxs mövqedə sağ qalanlardan biri olur. Bir müddət sonra şəxsdə sinə sıxılmaları, yadlaşma (özünə yadlaşma və ətrafa yadlaşma), tez-tez kabus yuxular, təşviş və vahimə hissi müşahidə olunur, şəxs bəzən hadisəyə dair çox şeyi xatırlamadığını deyir, lakin eyni zamanda mütəmadi olaraq hadisəyə dair səhnələrin yenidən zehnində canlandığını deyir, xüsusilə döyüş postundakı bəzi ərazilərdə olmaqdan yayınır. Şəxsə hələ o dövr Post-travmatik Stress Pozuntusu diaqnozu qoyulur. Ordudan tərxis olduqdan sonra D müalicəyə davam etmir, uzun illərdir mütəmadi olaraq alkoqollu içki qəbul edir. Faydalılıq burada psixoterapiya bildiklərimizə müvafiq müdaxiləni tələb edir və ola bilsin ki, Səriştəlilik və Uyğunluq da təmin edilir, lakin burada əsas məqam ondan ibarətdir ki, Post-travmatik Stress Pozuntusunda ilk müdaxilə işlənməmiş olan travmatik təcrübəyə olmalıdır və bu ən azından 4-8 seansı əhatə edəcək, bu səbəbdən şəxsin təxliyə edildiyi xəstəxanada yardım alması daha dürüst bir yanaşma ola bilər, çünki böhran sahəsində həftəlik və nizamlı müdaxilə heç də hər zaman mümkün deyil və bəzən Həmrəylik prinsipi bizi başqa təlimatları icra etməyə sövq edə bilər. Vəziyyət 2. Həmrəylik və Səriştəlilik Cənab K. 28 yaşında gizirdir, sonuncu antiterror əməliyyatları zamanı yaralanaraq xəstəxanaya təxliyə edilib, xəstəxananın psixoloqu baş həkimdən prosesə daxil olmaq və qazilər, o cümlədən cənab K ilə görüşmək barədə təlimat alıb. Şəxsdə ön planda olan emosiya “Dostlarını xilas edə bilməmək” inancı ilə özünü göstərən xəcalət və günahkarlıq hissidir. Bundan başqa şəxsin zərərsizləşdirdiyi düşmən hərbçisi ölmədən əvvəl ona əslində təslim olmaq istədiyini və övladları olduğunu deyib, şəxs bu kadrı xatırlayanda peşmanlıq hissinə bürünür, xəstəxananın psixoloqu əsasən qorxu ailəsinə aid emosiyaları işləməkdə effektiv olan Uzunmüddətli Məruz Qoyma Terapiyası üzrə treninq keçib. Lakin o fərqindədir ki, belə situasiyalarda daha uğurlu yol Koqnitiv İşlənmə Terapiyasıdır. Belə olan halda Həmrəylik prinsipinə qarşı Zərərdən yayınma, Uyğunluq və Səriştəlilik prinsiplərini əldə əsas tutan mütəxəssis yönləndirmə həyata keçirilməsini rəhbərlikdən istəməlidir. Vəziyyət 3. Məxfilik və Ədalətlilik Xanım A. 20 yaşında qadındır, zəlzələdən xilas edildikdən sonra Post-travmatik Stress Pozuntusu simptomları ilə səhra tibb məntəqəsinə müraciət edib. Şəxsə Kəskin Stress Pozuntusu diaqnozu təyin olunub və psixoloqa yönləndirmə həyata keçiriləcəyi deyilib. Böhran sahəsindən təxliyədən sonra A xəstəxananın mütəxəssisi ilə görüşüb, burada əslində ardıcıllıq izlənsin deyə şəxsin detallı anamnezi alınır və bu əsnada müəyyən olunur ki, A qonşuluğunda yaşayan Y tərəfindən 15 yaşında cinsi zorakılığa məruz qalıb. Y sağdır və həyatına davam edir, A evlidir və Y-nı görmək qorxusu səbəbi ilə ata, anasının evinə nadir hallarda gedir. Məxfilik bizə deyir ki, hekayəni gizli saxlamaq lazımdır. Amma biz bir ölkənin vətəndaşıyıq və hər kəs kimi qanun qarşısında məsuliyyət daşıyırıq. Azərbaycan Respublikası prezidentinin 22 oktyabr 2019 – cu il təsdiqinə əsasən 2007 – ci ilin 25 oktyabrında Lansarotedə imzalanan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunması haqqında” Avropa Şurasının Konvensiyasına əməl etmək ilə mükəlləfik. Həmin konvensiya psixi sağlamlıq mütəxəssisləri kimi səhiyyə və təhsil işçilərini də başlıca olaraq bu hüquqları müdafiə etməkdə səfərbər olmağa çağırır. Bu səbəbdən belə hallarda qanun və beynəlxalq hüquq qarşısındakı mükəlləfiyyəti yerinə yetirmək daha çox ön planda durur. Unutmaq lazım deyil ki, ədalət mülkün təməlidir və onun öz yerini tapmasına xidmət hamımızın vəzifə öhdəliyidir. Mənim 2 aya yaza bildiyim və böyük ehtimalla bir neçə dəqiqəyə oxunula bilən bu mətndə də öz işimizi nizamlayan prinsiplərdən danışdım, dönə-dönə xatırlatmaqda fayda vardır, bu prinsiplərə bağlılıq Mütəxəsis və benefsiarı qoruyur, prosesin hüquqi, struktur və münasibət ilə bağlı sərhədlərini nizamlayır, nizamın olmadığı yerdə təəssüf ki, göz yaşı hakim olur. Nəsimi Qiyasov Bərdə, 20.11.2023
Müasir dövrümüzdə sosial şəbəkələr "paralel dövlət" adlandırılır. Yəni 21-ci əsrdə sosial şəbəkələr vasitəsi ilə kütlələrə çox ciddi şəkildə təsir etmək olur. Günümüzdə dezinformasiyalar əksəriyyət etibarı ilə ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları tərəfindən düşünülərək hazırlanır. Yanlış informasiya bəzən "dezinformasiya", bəzən isə "manipulyasiya" adlandırılır. Müsir dövrümüzdə adətən dezinformasiyalar kütlə üzərində panika, aqressiya və qorxu yaymaq üçün istifadə olunur.Müharibə vaxtı isə dövlətlər adətən dezinformasiya yaymaqla qarşı tərəfin ordusunun əzmini qırmağa və ruh düşgünlüyü yaratmağa çalışır. Dezinformasiyalar nəticəsində cəmiyyətdə insanlar depressiyaya və panikaya düşə bilər. Həmçinin dezinformasiyalar nəticəsində təşkilatlanmamış cəmiyyətlər öz ölkələrini bilmədən çıxılmaz xaosa və ya vətəndaş müharibəsinə də soxa bilər. Məsələn: 2011-ci ildə Tunisdə sosial şəbəkələr vasitəsi ilə başladılan dırnaqarası "Ərəb bahar" adlandırılan qanlı inqilablar bir sıra Ərəb dövlətinin dövlət kimi məhv olmasına səbəb oldu. Bütün bu inqilabların pərdə arxasına baxsaq görərik ki, bu inqilabların bu cür şəkildə faciə ilə nəticələnməsinə səbəb təşkilatlanmamış xalqın kor-koranə sosial şəbəkələr üzərindən özləri də bilmədən xarici xüsusi xidmət orqanları tərəfindən dezinformasiyalar nəticəsində öz milli hökumətlərinə qarşı üsyan etməsi olmuşdur. Qeyd etmək lazımdır ki, zaman-zaman Azərbaycanı istəməyən bəzi xarici qüvvələr də Azərbaycan xalqının psixologiyasını bilərək qəsdlə və məqsədli şəkildə dezinformasiyalar yaymağa çalışıblar. Lakin Azərbaycan dövlətinin hüquq-mühafizə və kəşfiyyat orqanlarının ayıqlığı nəticəsində bu dezinformasiyalar vaxtında aşkarlanmış, adekvat tədbirlər görülmüş, cəmiyyətin psixologiyasına mənfi təsir göstərməyə çalışan faktlar dərhal aradan qaldırılmışdır.
Parentifikasiya uşaqların və valideynlərin, sanki bir birilərinin yerlərini dəyişməsi deməkdir. Uşaq özüdə bunu istəmədən və anlamadan böyüklərin mövqeyini tutur və yaşına görə qeyri-adi problemləri həll etmək məcburiyyətində qalır.Bununla belə, valideynlik sadəcə valideynin öz rolunu yerinə yetirməməsi səbəbindən baş verə bilər. Deyək ki, o, duyğularını necə ifadə edib edəcəyini bilmir onları uşağa yansıtır.Sonra o, məcbur olur ki, əvvəlcə böyüklərin sakitləşməsinə kömək etsin, sonra isə özünə qulluq etsin. İstər ana, istərsə də ata uşaqla bərabər əsasda hər şeyi müzakirə edir və ondan məsləhət istəyir. Baxmayaraq ki, övladı, yaşına görə bu barədə düşünə bilməz və düşünməməlidir. Bir qayda olaraq, böyüklər ailə rollarında çaşqınlıq yaradır, psixoloji travmalarını, zehni və ya fiziki çatışmazlıqlarını kompensasiya etməyə çalışırlar. Uşaq məmnuniyyətlə dəyər verdiyi və sevdiyi rolu oynamağa başlayır, çünki şüuraltı olaraq onun üçün yaşamaq məsələsidir - anasının gözləntilərini qarşılamaq. Parentifikasiya hər zaman çox travmatikdir. Uşaqda həddindən artıq məsuliyyət səbəbindən narahatlıq,təşviş pozuntusu və depressiya yarana bilər. Uşaqlıqdakı sakitlikdən həzz almaq, dünyanı araşdırmaq, istəklərini həyata keçirməyi öyrənmək əvəzinə, uşaq böyük bir məsuliyyət yükü daşımaq məcburiyyətində qalır.Daim digər ailə üzvlərinin ehtiyaclarını birinci yerə qoyan və böyüklərin problemlərini həll edən uşaq uşaqlığın bütün üstünlüklərini itirir. Böyüdükcə həyatdan həzz almaq, özünü dərk etmək qabiliyyətini - istəklərini, duyğularını, ehtiyaclarını itirir.Valdeyn ifantil vəziyyətdə qalmaqla öz şəxsi problemlərinin öhdəsindən gəlməyi öyrənmir. Beləliklə,onda hər hansı bir böhran vəziyyəti yarandıqda psixi problemlərin inkişafına səbəb olan ağır stress ilə üzləşir. Bu vəziyyətdə olan övlad nə etməli?Bu halda övlad öz uşaqlıq illlərini doya-doya yaşaya bilmir.Valideynlərin mübahisələrini şahidi və hətta mediator rolunu oynamaqdadır.Gələcəkdə bu tip uşaqlar da böyüdükdə özgüvən problemləri və şəxsi problemlər yarana bilərƏvvəla, valideynlik travmasının böyüklər həyatınıza hansı nəticələri gətirdiyini başa düşmək vacibdir. Daim öz arzularınızı və ehtiyaclarınızı boğaraq ana və atanızı sevindirməyə davam etdiyinizdən danışırıqsa, o zaman şəxsi sərhədlərinizi gücləndirmək üzərində işləməli, yox deməyi öyrənməli və günahkarlıq hissini buraxmalısınız. Bu məsələləri fərdi psixoterapiyada müzakirə etmək daha yaxşı olardı. Psixoloq sizə valideynləriniz ilə necə ünsiyyət qurmağı,şəxsi sərhədlərinizi necə nizamlamağı və onlar ilə necə davranmalı olmağınız barədə söhbətə hazırlaşmağa kömək edəcək. Müəllif: Psixoloq Nigar Cəbrayıl
Müasir dövrümüzdə uşaqlarda çox rast gəlinir. Hansı ki bu problem daha çox valideynləri narahat edir və təşvişə salır. Hiperaktivlik əlamətləri: Y Aqressivlik Y Narahatlıq Y Boş- boşuna vurnuxma Y Diqqət əksikliyi Y Tez-tez əşyalarını itirmə Y impulsivlik Normal olaraq , beynimizdə bu sual canlanır.Bu qədər sıxlıqla müşahidə edilən hiperaktivliyin səbəbləri nələrdir? Araşdırmalara əsasən, hiperaktiv övladı olan anaların çoxu hamiləlik dönəmində toksikozdan, yüksək təzyiqdən əziyyət çəkirlər. Uşaqlarda bu cür yüksək aktivlik ən çox 3 yaşından başlayır. Əgər bu cür uşaqlarda əvvəlcədən mütəxəssis yardımı alınmazsa ,yeniyetməlik çağlarında qaydalara tabe olmaq istəməməsi və digər zərərli vərdişlər rast gəlinə bilər. Hiperaktiv uşaqlar əksərən parıldayan nəsnələrə daha maraqlı olurlar. Onlar eyni vaxtda hər şeylə məşğul olmaq istəyir, qayda- qanunlara tabe olmur, dəcəlliklər və diqqət əksikliyi də müşahidə olunur. Hiperaktiv uşaqlar bir sıra müsbət xüsusiyyətlərə də malikdirlər. Ünsiyyətə meyilli olurlar və hər hansı bir şeydən dərhal ilhamlana bilirlər, yardımsevər xarakterə malik olurlar. Bunlara baxmayaraq , onlar özlərini ifadə edə bilməkdə və dost qazanmaqda çətinlik yaşayırlar.Bu çətinlik məktəbdə konsentrasiya problemi olaraq özünü göstərir. Hiperaktivliyi müəyyən etmək üşün xüsusi test yoxdur . Valideynlər bir neçə qaydalara riayət etməklə əlamətləri müəyyən dərəcədə korreksiya edə bilərlər. Lakin psixoloq yardımı mütləqdir. Valideynlərə məsləhət 1) Uşağınızın uğurlarını vurğulayın, faydalı davranışlarına görə onları tərifləyin. 2) Uşağa icazə verin ki, öz enerjisini faydalı və səmərəli işlərə sərf etsin.Məsələn: idman hərkətləri, təmiz havada gəzinti və s. 3) Evdə gündəlik işlərin planını tutun. Ev işləri, qida qəbulu, yatmaq, təmiz havada gəzinti bu cədvələ uyğun olsun 4) Övladınız oyun oynadığı zaman onun oyun yoldaşı olsun və ən əsası narahat,səs-küylü , dalaşqan uşaqlardan qaçsın. 5) Yox, olmaz sözlərini bacardıqca təkrar etməyin. 6) Uşağınız hər nə qədər dəcəl, hiperaktiv olsa belə, onlarla sakit , təmkinlə danışın. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi məhz biz öz əldə etdiyimiz nəticələrlə dəyişə bilərik. Uşaqlar xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı, gələcəyimiz və ilahi əmanətdir.. Yazar : Psixoloq Aysu Əliyeva
Stimula nəzarət metodikası Stimula nəzarət Botzin tərəfindən 1972-ci ildə, İnsomnia üçün inkişaf etdirilən terapevtik texnikadır. Bu strukturlaşmış yanaşmanın əsas hədəflərindən biri yataq otağı, yataq və yuxu arasında qopan əlaqələri bərpa etməkdirsə, digər hədəfi isə yataq otağı, yataq və oyaqlıq arasındakı mövcud bağı qoparmaqdır. Bu yazını 2024 – cü ildə yazıram və 1 il öncə çap olunan ədəbiyyatların da dəstəyini alaraq deyə bilərəm ki, haqqında bəhs etdiyim müdaxilə metodikası inkişaf etdirilməsindən 52 il keçməyinə rəğmən hələ də həm yuxuya getmə çətinliyi, həm də yuxuda qala bilmə ilə bağlı çətinliklərə müdaxilə üçün birinci seçim yanaşmadır. Bir digər tərəfdən mən yuxusuzluq ilə bağlı yuxu məhdudlaşdırılması proqramı barədə də danışmaq istəmişdim əslində, sadəcə bu protokolu dərindən araşdırmaq məni qorxutmuşdu. Çünki o protokol Post-travmatik stress pozuntusu, panik pozuntu, bipolar affektiv pozuntu kimi diaqnozlardan birini almış şəxslər üçün tədbiqi zərərli ola biləcək bir metoddan bəhs edir. Müdaxilə addımları bundan ibarətdir: A. Yatmaq məqsədi ilə və yalnız yatmaq üzrəykən yataq otağına keçmək və çarpayıya uzanmaq lazımdır. Xüsusilə bəzi şəxslərdə yatmaq üçün göstərici yuxululuq hissi deyil, saatdır. Yəni onlar sanki bir standart müəyyən edirlər ki, filan saatda artıq yataqda olmalıdırlar, əks halda isə sabah yorğun və halsız olacaqlar. Belə hal yuxu və yuxusuzluq barədə nigaranlıq fikirləri, yuxuya gedə bilməmək və zəif performans ilə bağlı fikirlər isə təşvişi ortaya çıxara bilir, təşvişin somatik simptomları gərginliyi və oyanıqlığı aktiv saxladıqca isə yuxuya getmək mümkün olmur. B. Yataq və ya yataq otağından cinsi əlaqə və yuxudan başqa heç bir fəaliyyət üçün istifadə etməyin, yəni televizor izləmək, dərdləşmək, oyun oynamaq, mesajlaşmaq, kitab oxumaq üçün divan, kreslo, masa arxasında oturmaq olar. Amma yataq otağı və yataq bunun üçün deyil. C. Yataqda olduğunuz halda 15-20 dəqiqə ərzində yuxuya gedə bilməmisinizsə qalxın və yataq otağını tərk edin, yataq otağına növbəti dəfə yuxunuz gələndə yenidən qayıdın, yox əgər yenidən 15 – 20 dəqiqə ərzində yata bilməsəniz yenidən yatağı və yataq otağını tərk edin. Bunu yuxuya gedənə və ya sonrakı bəndlərdə bəhs edəcəyimiz kimi oyaümumiyyətlə yaxşı olar ki, yatağınızı Azərbaycan televiziya tamaşasında qeyd edildiyi kimi ayrı yaşamağınızın mümkün olmadığı biri ilə paylaşınma vaxtınıza qədər təkrar edə bilərsiniz. D. Televizor qarşısında, mənim etdiyim kimi soba kənarında, divan və ya kresloda yatmayın. Hörmətli oxucular, seriallardakı aktyor və aktrisaları rol-model alaraq partnyorunuz ilə küsəndə tərəflərin birinin yorğan və yastığını götürüb divan və ya kresloda yatmağını da istəməyin. Yataqdan kənarda keçən vaxtı oyaq olmağa aid işlərlə keçirin. E. Həftənin hər günü, şənbə və bazar, bayram günləri, məzuniyyət və tətillər daxil eyni saatda oyanmağa çalışın. Bu bioloji zəngli saat əhəmiyyəti daşıyır. F. Yuxarıda deyək ki, bir saat qeyd etdiniz, məsələn 07:00, əgər gecə boyu, deyək ki, 5-ə qədər yuxuya gedə bilmədiniz eyni zamanda, günə erkən başlamağa çalışmayın, ən azından 06:00 – a qədər olan vaxtı C bəndində qeyd ediləni təkrarlamağa çalışın. Unutmaq lazım deyil ki, 30-40 dəqiqəlik yuxu belə bizim üçün gün ərzində daha enerjili olmaq deməkdir. G. Deyək ki, gəldi səhər 7 oldu və o saata qədər 1 saat belə yuxuda ola bilmədiniz. Belə olan halda gün içində, hansısa fürsətdə, yuxunuz çox gəlsə belə yatmamağa çalışın. Niyə? Çünki əks halda sizə axşam lazım olacaq yuxu istəyini söndürə, azalda və gecə yuxuya getmək ilə bağlı çətinlik yaşaya bilərsiniz. Ən pisi isə bu davranış “gecə yatmasam belə gündüz mügüləyib gözümün yorğunluğunu ala bilərəm” kimisindən bir inancı möhkəmlədə bilər. Nəsimi Qiyasov Bərdə, 2024
Qorxu yaşamın təbii bir hissəsi olub,qəzəb,sevinc və ya məyusluq kimi bir duyğudur. Qorxu insanların görünən və görünməyən təhlükələr qarşısında verdiyi reaksiya şəklidir. Əslində hər qorxu özümüzümüdafiə mexanizmamızı işə salır və təhlükəli durum qarşısında özümüzü qorumağımıza yardım edir. Uşaqların qorxuları yaş dövrlərinə görə fərqlənir. Daha azyaşlı dönəmdə qorxuların səbəbi yüksək səs olduğu halda,uşaqların yaşı artdıqca mücərrəd varlıqlardan qorxmağa başlayırlar. Uşaqlar nədən qorxar? 2 yaş: Ən çox səslərlə əlaqəli qorxular üstünlük təşkil edir.Xüsusilə qatar,kamaz,şimşək səsi,tozsoranın,hava feninin səsi...Qaranlıq,böyük əşyalardan da qorxu halları bu yaşda görülə bilər. 2,5 yaş: Oyuncağın və ya çarpayının yerinin dəyişdirilməsi,uşaq yuxuya keçdikdən sonra anasının yanından ayrılması,uşağın vərdişlərindən fərqli edilən davranışlar uşağı qorxuda bilər. 3 yaş:Ən çox vizual qorxular;qaranlıq,heyvan,polis,ana və atanın gecə küçəyə çıxması və s. 4 yaş: Səslərlə əlaqəli qorxular; xüsusilə motor gurultusu. Eyni zamanda vəhşi heyvanlar, ananın evdən getməsi,qaranlıqdan qorxma halları da müşahidə edilir. 5 yaş: Çox da qorxulu bir yaş deyil. Daha çox görsəl qorxular görülür. Əlavə olaraq ,yıxılmaq,zədələnməkdən qorxmaq halları da müşahidə edə bilərik. 6 yaş:Ruh,cadı kimi mücərrəd gözlə görünməsi mümkün olmayan varlıqlardan qorxmağa başlayarlar.Və bu qorxular uşaqda çarpayının altında həmin varlıqların gizləndiyi düşüncəsini yaradır. 7 yaş:Qaranlıq,zirzəmi qorxusu...Kölgələri ruh,cadı kimi qavramaq halları görülür.Uşaq oxuduqlarından,televizorda gördüklərindən hədsiz təsirlənib təşviş keçirə bilir. 8-9 yaş:Təşviş və qorxular daha azdır. Daha çox sosial status və kimliyi ilə bağlı narahatlıqlar görə bilərik. Məsələn: bir işi edə bilməmək,məktəbdə uğursuzluq yaşamaq, insanlar içərisində pərt olmaq kimi. Övladlarımızın qorxuları ilə mübarizə apara bilməsi üçün yollar: 1) Qorxunu rədd etməyin,qəbul edin. Uşağınızın qorxusu haqqında nə düşünürsünüz düşünün,bu duyğu onlar üçün gerçıkdir və sizin də onları anladığınızı bilmək istəyərlər.Onlara mövzu haqqında danışmaq fürsəti verin,həqiqətən anladığınızı göstərin . Yardım edə bilməyiniz üçün ilkin mərhələ övladınızın qorxusunun olduğunu qəbul etməkdir. 2)Öz qorxularınızı onlara ötürməyin. Çox ailələrdə görülən davranışlardan biri də uşağın ana,atanı model aldığı üçün onun qorxu və duyğularının təsiri altına düşməkdir.Belə hallarda qorxularınız haqqında onlarla danışın,sizin də insan olduğunuzu və sizin də hamı kimi qorxularınızın ola biləcəyini izah edin.Qorxu ilə necə mübarizə apardığınızı,üstəsindən gəlmək üçün onlara istiqamət verin. 3) Hansısa qorxuya qalib gəldikləri pozitiv xatirələri danışın. Övladınıza əvvəlcə sınamaqdan qorxduğu, amma sonra etməkdən zövq aldığı situasiyanı xatırlamaq , öz bacarıqları haqqında özgüvənin qalxmasına səbəb olacaqdır. 4) Onları başqaları ilə müqayisə etməkdən uzaq durun. Müqayisə edilmək uşaqda yetərsizlik duyğusuna səbəb olacaqdır. Eyni zamanda müqayisə olunana qarşı nifrət,qəzəb və kinin yaranması ilə nəticələnəcək. 5)Qorxularına qalib gəlməsi üçün nağıl terapiyasndan-uşaq hekayələrindən istifadə edin. Xüsusilə övladınızın qorxusu ilə eyni qorxudan əziyyət çəkən personaj və bənzər sujet xətli hekayə seçin.Belə ki. uşaq qorxusuna qalib gələn personajla özünü eyniləşdirir və qorxusuna qalib gəlmək üçün cəsarətlənir. 6)Bir qorxu ilə üzləşmənin necə kiçik addımlarla edilə biləcəyini göstərin. Kiçik etaplarla qorxunun üzərinə gedərək qalib ola biləcəyini öyrədin. 7) Relaksasiya texnikalarından istifadə edin. Rahatladıcı musiqi, nəfəs texnikaları uşaqdaki gərginliyi aradan qaldıracaqdır. 8)Tək olmadıqlarını davamlı xatırladın. Nə olursa olsun,hər zaman onların yanında olacağınızı bildikləri üçün özlərini güvəndə hiss edəcəklər. Unutmamalı ki, qorxu duyğusunu uşaq fərqində olmadan yaşayır və bu dönəmdə önəmli olan ona göstərilən anlayış,sevgi və qayğıdır. Psixoloq Aysu Əliyeva
Müəllim şəxsiyyəti uşağın hiss və iradəsinin inkişafına,onun həyatına əsaslı təsir göstərir. Müəllimin şəxsiyyəti təkcə dərs dediyi müddətdə də bəzən həmin şagirdlərin şəxsiyyətinə müsbət təsir göstərir, ona təkan verir. Müəllim təvazökar və özünə qarşı tələbkar olmalıdır. Müəllim şagirdlərini həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları ilə tanış olmalıdır. Təhsil müəssisəsində müəllim uşaqların psixi və somatik sağlamlığına təsir göstərən əsas fiqurlardan biri, bəlkə də birincisidir. Təhsildə sağlam mühitin yaradılmasında müəllimin həm dərs zamanı, həm də dərsdən əlavə fəaliyyət zamanı şagirdləri ilə konstruktiv qarşılıqlı əlaqələr qurmaq bacarığı əsas rol oynayır. Uşaq məktəb dönəmində ailəsindən daha çox müəllimini görür. Müəllimini sevməyən bir uşağın məktəbi sevməsi qeyri-mümkündür. Burada müəllimlərin üzərinə böyük bir məsuliyyət düşür. Hər bir uşaqla fərdi şəkildə məşğul olmalı, hər birinin probleminə fərqli yanaşmağı bacarmalı və həll yolları taparaq heç bir şagirdi özündən uzaqlaşdırmamalıdır. Bu səbəbdən şagirdlə müəllim arasındakı münasibətlər uşaqlarda hərtərəfli inkişafa və dəyişikliklərə gətirib çıxarır.O müəllimlər ki,uşaqları valideynlərininə görə qiymətləndirir və uşağın özünü şəxsiyyət olaraq qəbul etmir,ayrıca bir fərd kimi yanaşmır,valideynlərinin sasial statusuna və yaxud valideynlərinin təhsilinə görə qiymətləndirir bu uşaqlarda uğursuzluq hissi yarada bilir.Müəllimin etdiyi haqsızlıqlarda uşaqlarda uğursuzluq hissini yarada bilər, yəni özünün daha yaxşı cavab verdiyi halda onu qiymətləndirmədən və ya dərs soruşmadan başqası daha zəif cavab verdiyi halda onu tərifləməsi,o qədərdə mükəmməl öyrənməyə gərək yoxdu duyğusu yarada bilər buda uğursuzluğa gətirib çıxara bilər. Məktəb emosional və sosial inkişafa və xarakterin formalaşmasına nail olmaq üçün unikal bir mühitdir. Öz müəllimlərinin rəhbərliyi altında olan uşaqlar ədalətli olmağı, fərdi fərqlərə hörmət etməyi, dostları ilə münasibətlər zamanı dürüst olmağı öyrənirlər. Qeyd edə bilərik ki, effektiv bir müəllim uşaqlarda vicdan hissini inkişaf etdirərək, bununla da cəmiyyətə xeyirxah insanlar bəxş etmiş olur. Müəllim təkidli olmalıdır. Təkidlilik təkcə müəllimin şagirdlərə qarşı tələbkar olması, ona nəzarət etməsi üçün deyildir. Bu keyfiyyət eyni zamanda müəllimin öz pedaqoji fəaliyyətini icra edərkən qarşıya çıxan ciddi çətinlik və maneələri aradan qaldırması, fasiləsiz olaraq öz üzərində işləməsi, öz ixtisasının artırması üçün də zəruridir. Təhsil müəssisələrində müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının müxtəlif formalarına rast gəlinir. Məsələn: şagirdə hədsiz tələblər qoymaq, yaşa uyğun olmayan münasibət göstərmək, şagirdi təhqir etmək və ləyaqətini alçaltmaq, açıq-aşkar mənfi münasibət göstərmək, şagirdin varlığını və dəyərini qəbuletməmək, şəxsin faydasız olduğunu sözlə bildirmək, onun duyğularını və düşüncələrini dəyərsiz saymaq, ələ salmaq, ad qoymaq, təqlid edərək ələ salmaq kimi insanın şəxsiyyətini, etibarını və dəyərini ləkələyəcək davranışlara yol vermək, qorxu yaratmaq və s. Müəllimin şagirdə qarşı etdiyi kinayə, istehza, rişxənd, şəxsiyyətin alçaldılması kimi psixoloji zorakılıq şagirdin səhhətində funksional dəyişikliklərə və məktəbdən uzaqlaşmasına səbəb olur. Çoxsaylı alimlərin araşdırmaları göstərib ki, müəllimlərin zorakılıq hərəkətlərinə məruz qalan ibtidai sinif şagirdləri bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı olur. Belə zorakılıq uşaqlarda çoxlu problemlər yaradır: aqressiya, natamamlıq kompleksi, qeyri-qənaətbəxş olma hissi, stress və s. Zorakılığın mənbəyini sevmək, sahiblənmək, qorumağın "Sənin yaxşılığını istədiyim üçün bunu edirəm", "Səni sevirəm ona görə" əksinə olaraq, güc və nəzarət etmə istəyi təşkil edir. Zorakılıq edən insanın yeganə məqsədi qarşısındakına nəzarət etməklə özünü "güclü" hiss etməkdir. Nəzarət etdiyi şəxs onun üçün sadəcə bir "obyekt"dir. Psixoloji zorakılıq insanın "mənlik şüuru"nu, özünə olan hörmətini və sevgisini, özünü düzgün qavramasını ciddi şəkildə təxribata məruz qoyur. Zorakılıq edilən şəxs özünü dəyərsiz və ümidsiz hiss edir. Qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur. Psixoloji zorakılıq uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Bu vəziyyət isə zehni qabiliyyət və məktəb uğurunun azalmasına səbəb olur. Müəllim tərəfindən psixoloji zorakılığa məruz qalan şagirdin bu vəziyyəti yaxınları ilə bölüşməməsi və ya həyatın reallığı kimi qəbul etməsi bu məsələ ilə bağlı problemlərin mühüm bir hissəsini təşkil edir. Psixoloji zorakılıq nəticəsində zorakılığa məruz qalan uşaq özünə qapanır və depressiyaya meyillilik artır. Psixoloji zorakılıq edən müəllim çox vaxt problemə məhəl qoymur və belə hesab edir ki, uşağa fiziki zorakılıq psixoloji zorakılıqdan daha çox zərər vurur. Faktlar onu göstərir ki, tez-tez təkrarlanan psixoloji zorakılıq formaları yetkinlik yaşına çatmayan şəxsin psixikasını tədricən zəiflədir. Müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının azaldılması üçün məktəbdə psixoloji işin düzgün təşkil olunması və psixoloqun müəllimlərlə işləməsi vacibdir. Məktəb psixoloqu "psixoloji zorakılıq" mövzusunda müəllim və şagirdləri məlumatlandırmalıdır. Əgər uşaq müəllimin ona qarşı qərəzli münasibətinin olduğunu bildirirsə, ona dəstək olmaq və situasiyadan çıxmaq üçün ona kömək etmək lazımdır. "Müəllim həmişə haqlıdır" fikri yersizdir. Müəllim dərs müddətində şagirdlərə fiziki fəallıq üçün şərait yaratmalıdır. Bu, zehni yorğunluğu aradan qaldırır, diqqətin yenidən dərsə mərkəzləşməsinə kömək edir və nəticədə müəllimin şagirdi intizama dəvət etməsinə ehtiyac qalmır. 6-12 yaş zamanı şagird kənar şeylərdən uzaqlaşaraq lazımı məsələlərə yönəlməyi öyrənir. Öz diqqət və qavrayışını idarə etməyi bacarır. 6-12 yaş aralığında olan uşaqlar ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayır. Uşaq çevrəsi tərəfindən dəstəklənirsə, özünə güvən artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir. Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlar üçün böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlıdır. Rəqabət və iş birliyi qurmaqdan xoşları gəlir.Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər. Müəllimin şagirddə müsbət tərəflərini göstərəndə,mənfi cəhətlərinidə göstərməlidir.O uşaq uğursuz olur ki,müəllim onun sehv etdiyini ona daha asan dildə anlatmır.Səhvin normal olduğunu ona anlatmalıdır.Onun səhvlərini anormal qarşılamamalı,heçkimlə də müqayisəyə çekməməlidir.Əslində səhv eləyə bilməkdə bir hüquqdur bir haqqdır.Səhvi normal qəbul edə bilməsi üçün,normal olduğunu qəbul etməsini aşılamalıdır.(Uşaq isə:Bəli mən düz yazmağı çalışmalıyam ama səhv elədim nə olsun gələn dəfə düz yazacam) deməyi bacarmalıdır.Şagirdə səhv edə bilər,gec yaza bilər,ama öyrənməyə gəlib,öyrənməlidir.Bunu müəllim aşılamalıdı uşaqlara.Hərkəsi öz ampulasında öyrədə bilməlidir,uşağdan bacarmadığının artığını tələb edən də uğursuzluğa yol aça bilir.Müəllim ilk növbədə şagirdin potensialını görə bilməlidir və onun potensialındakıları ona etdirməli, etdikdən sonra ona “afərin” deyib addımlamalıdır.Bir şagird bir tapşırığı edibsə digər şagirddə etməlidir deməməlidir. Elə bir sistem yaratmalıdır ki,uşaqlar arasında fərq yaratmamalıdır.Bir şagirdin yaxşı etdiyi tapşırığı digər şagird zəif esibsə,yaxşı olanın qiymətini yazıb,digərini motivasiya etməyi bacarmalı,nəzarətdə saxlamalıdır.O andaca qiymətini yazıb ötürməməlidir.Ona hərkəsin potensialının fərqli olduğunu,lakin uğur qazanmaq üçün cəhd etməli olduğnu ,lakin hansı sürətdə cəhd etməli olduğnu deyil,arası kəsilmədən cəht etməyin lazım gəldiyinu anlatmalıdır.Əyər belə olmasa fərq qoysa bu uşaqları uğursuzluğa apara bilər.Şagirdin diqqətini müəllim həyata, işə pozitiv münasibəti, peşəkarlığı ilə cəlb edə bilməzsə bu, şagirddə müəllimə, fənnə qarşı laqeydlik yarada bilər və şagird müəllimi, onun fənnini sevməz. Belə halların olmaması üçün həmin şagirdlə müəllim arasında saziş bağlanması kimi iş üsulundan istifadə edir və bu, təcrübədə yaxşı nəticə verir. Bu sazişdə şagirdin dərslə, davranışla bağlı öhdəlikləri öz əksin tapır. Burada habelə hər hansı bir davranış pozuntusu ilə bağlı şagirdə veriləcək "cəza" da müəyyənləşdirilir. Sazişi şagird və müəllim imzalayırlar. "Saziş də şagird söz verir ki, dərslərə gecikməyəcək, dərsdə yoldaşlarının fikrini yayındırmağa cəhd etməyəcək, kobudluğa yol verməyəcək və s.Müəllim hərkəsdə mənfi cəhət ola bilməsi anlayışını qəbul etdirməli,hər kəsə ayrı-ayrılıqda bir fərd kimi anlamalı,bir- birilərinidə fərd kimi yanaşmağı öyrətməlidir.Əslində uğur ozaman yaranır. Uşağın uğura və ya uğursuzluğa getməsi müəllimdən asılı olduğu qədər valideyndən də asılıdır. Uğur anlayışı uşaqda yetişdirilən möhkəm və özgüvənli şəxsiyyət sayəsindədir. Yetişməkdə olan şəxsiyyətin kəşf olunması, onu uğura aparan,kəşf olunaraq ona onu göstərməsi, onun fərqinə varılması həmin şəxsiyyəti uğura aparan ən önəmli yoldur. Ailə tərəfindən dəstəyi olan və özgüvənli yetişən fərdi heç bir müəllim uğursuzluğa sövq edə bilməz, lakin ailə tərəfindən dəstəyi olmayan, özgüvənsiz uşaqları uğurlu edə bilmək müəllimlərin əlindədir
Uşaqlar 3 yaşından etibarən öz bədənini kəşf etməyə başlayır. Xüsusilə də öz cinsinin fərqinə varır. Qız və yaxud oğlan olduğunu qavramağa başlayır. Özünü tanıması ilə paralel ətrafı müşahidə edir. Fizioloji və görünüş olaraq fərqi duymağa başlayır. Və bu öyrənmə prosesi uşağın cinsəl inkişafında da özünü göstərir. Belə ki, uşaq cinsəl orqanına toxunduqda, pampersi dəyişdirildikdə, yaxud tualet ehtiyacı ödənildikdən sonra təmizləndiyində o toxunma prosesində fərqli duyğular yaşayır. Həzz duyğusunu ilk dəfə yaşayan bəzi uşaqlar bu duyğunu yenidən yaşamaq istəyə bilər. Cinsəl orqanı ilə oynayaraq özünü rahatlatmağa başlayar. Yaxud oyuncaq, yastıq və digər əşyalar vasitəsilə sürtünmə prosesində rahatlamağa çalışar. Bu kimi hallar daha çox tez- tez yalnız və tək qalan, ailə diqqətindən kənarda qalan uşaqlarda görülür. 2-3 yaşlarında tamamən fizioloji proses sayılan bu hadisə yaş artdıqca davam edərsə ciddi problem var deməkdir. Uşaqlıq dönəmində saatlarca vaxt alan, uşağın yemək və yatmaq kimi günlük rutininə əngəl olacaq tezlikdə masturbasiyalara rast gəlinə bilər. Bu tip uşaqlar hər boş vaxt olan kimi otağa qapanır və masturbasiya etməyə davam edərlər. Uşaq bu davranışı etməkdən özünü dayandıra bilmir, etmədiyində isə narahatlıq və gərginlik hissi keçirir. Uşağın cinsəl orqanında qaşıntılı yara olması da bu hala səbəb ola bilər. Həmçinin cinsəl istismara məruz qalmış uşaqlarda hədsiz dərəcədə davamlı masturbasiya görülür. Eyni zamanda yeniyetməlik dönəmində də bu durum kəskin və davamlı hal ala bilər. Bu halda ailənin uşağa günahkar və hədələyici davranış , reaksiyalardan qaçınılması gərəklidir. Əks halda uşaqda depressiya,okp əlamətləri görülə bilər. Ana və atalar uşaqlarında masturbasiyasiyaya bənzər davranışlar gördüyü zaman bu situasiyaya cinsəl məna yüklədikləri üçün əsəb və gərginlik keçirirlər. Utanc hissi səbəbilə uşaqlarına təyziq göstərir , hərşeyi kontrol altına almağa çalışır və davamlı etməməsi gərəkdiyini bildirir , çox vaxt isə ağır cəzalar verir, şiddət göstərirlər. Halbuki bu cür yanaşma uşaqda durumu daha da alovlandırır. Uşaq daha çox meyl edir. Olmaz və qadağa edilən hərşey uşaqda maraq , həvəs yaradır. Mütləq halda uşaq və yeniyetmə psixoloquna müraciət edilməlidir. Valideynlər isə belə halla qarşılaşdığı zaman elədiyini uşağın üzünə çırpmaq əvəzinə, diqqətini yayındırmalı və uşağın marağını fərqli yönlərə yönəltməlidir. Psixoloq Aysu Əliyeva
Məktəblərdə yeni tədris ilinin başlamasına az qalır. Kiçik məktəblilərdə tədris ilinin başlaması ilə əlaqədar yaranan psixoloji vəziyyət onlarda məktəb qorxusu kimi xarakterizə olunur. Eyni zamanda, dərslər başlamazdan əvvəl uşaqlar üzərində tələblərin qoyulması, tapşırıqların yerinə yetirilməsində ciddi səy göstərilməsinin istənilməsi, şagirdlərdə xüsusilə, kiçik məktəblilərdə məktəbə adaptasiya olunmalarında müəyyən çətinliklər yaradır. Adaptasiya problemi yaşayan uşaqların bir qismində elə bir vəziyyət yaranır ki, fərdi məsuliyyət hissi qorxuya çevrilir. Beləcə, məsuliyyət qorxusu, məktəb qorxusu olaraq, genişlənməyə başlayır. Məktəb qorxusu isə uşağın psixoloji halına sirayət edərək, məktəblə əlaqəli işlərin “həll olmaz”, “yerinə yetirilməsi mümkünsüz” düşüncə tərzi formalaşdırmağa başlayır. Məktəb qorxusu özünü göstərən zaman, uşaqlarda çəkingənlik, mənfi təsirli utancaqlıq, özünəqapanma, ünsiyyətdən qaçmaq kimi xüsusiyyətləri əks etdirir. Hətta hər şeyə qarşı etinasız yanaşmağa, bezdirici reaksiyalar sərgiləməyə meyl edir. Digər tərəfdən, valideynlər uşaqlara qorxu içində qorxu yaşatmaqla, həmin problemin aradan qaldırılmasına cəhd göstərirlər. Nəticədə, uşaqlar, məktəbə getməkdən imtina edir. əsəbi davranışlar sərgiləyir və ağlayırlar. Bu zaman daha fərqli vəziyyətlər də yaranır ki, bu da halsızlıq, ürəkbulanma, baş ağrısı və qarın ağrısı əlamətləri kimi özünü göstərir. Məktəbin açılması yaxınlaşdıqca, bu hal maksimum səviyyəyə çatır. Məktəb qorxusunun yaranma səbəblərini aşağıdakı kimi səciyyələndirmək olar: · Çətinlik çəkdiyi fənn ilə əlaqədar olaraq yaranan qorxulardır ki, bu zaman tapşırığı yerinə yetirə bilməməsi, aşağı qiymət alması, müəllimin onu həmin fənn üzrə davamlı məzəmmət etməsi və səhvetmə qorxusu və s. · Məktəb prosesində zamana uyğun nizamlama olduğu üçün uşaqlarda rejimə uyğunlaşmama qorxusu yaranır. Belə ki, səhər erkəndən oyanmaq, dərsə gecikmək, dərsin başlama və bitmə vaxtına əməl etmək və s. · Sistemli fəaliyyətə yenidən qoşulmaq, uşaqlarda öz istədiyini edə bilməmək, müəllim və valideynlərin danlaması, cəzalandırılmaq, rahatlığının əlindən alınması kimi qorxular formalaşdırmış olur. Qeyd olunan səbəblər, eyni zamanda valideynlər və müəllimlər tərəfindən həll olunması tələb olunan problemlər olaraq qeyd olunur. V alideynlərin övladlarını evdə düzgün yönləndirməsi, mənəvi dəstək olması, müəllimlərin isə məktəbdə ən azı 30-45 gün müddətində şagirdlərə qarşı daha həssas və humanist yanaşması, bu prosesin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Çünki, yeni tədris ilinə böyük həvəs və inamla başlayan hər bir şagird, tədris ilinin sonunu uğurla nəticələrlə yekunlaşdırmış olacaqdır. Ayxan Hüseynli AYB-nin üzvü psixoloq
"Uşaqlarda ən sıx görülən davranış problemləri " 1)Uşaqlarda dırnaq yemə , dodaq dişləmək, dəri və yaxud saç yolma kimi problemli davranışlar görülə bilər. Bunlardan ən çox rast gəlinən dırnaq yemə davranışıdır. Bu davranışdan nəinki uşaqlar, yeniyetmə və yetişkinlər də əziyyət çəkir. Dırnaq yemə bəzi uşaqlarda gərginliyin ifadəsi ola bilər. Əsasən stress yaradan situasiyalarda ortaya çıxır. Məsələn, sakit halda televizor izləyən uşaq qorxulu səhnə gördüyündə və yaxud ailənin uşaqdakı dərs uğursuzluqları barədə danışmağa başlaması ilə dırnağını yeməyə başlayarlar. Davranışı edə bilməyəndə sıxıntı, hüzursuzluq və əndişə duyar. Dırnaq yemə əksərən uşaqlıq dönəmində başlayır, yeniyetməlik dönəminə artır. Lakin yaş artdıqca azalması gözlənilir. Fəqət hər yaş artan şəxsdə dırnaq yemə azaldığı görülmür , bəzən daha da şiddətlənə bilər. Uşağın dırnağını yeməsi ana və atanı olduqca narahat edir. Bu durumu uşağı tənqid edərək , danlayaraq, qəzəblənərək və cəzalandıraraq düzəldəcəklərini düşünürlər. Lakin uşaq bütün bu əngəllərə rəğmən dırnaq yemə davranışını davam etdirir. Şəxsin ailəsi dırnaq yeməyi əngəlləmək və qarşısını almaq üçün bir neçə tədbir görür. Bunlara aiddir; dırnağa lak vurmaq, acı bibər sürtmək, əlcək geyindirmək və s. Lakin unutmamaq lazımdır ki, bu əngəllər geri qalxan kimi yemə alışqanlığı da geri dönür. Dırnaq yemə vərdiş halıdır. Şəxs etməməsi gərəkdiyini bildiyi, hətta canını incitdiyi halda bu davranışı tərgitməkdə çətinlik çəkir. Hətta ən pik nöqtədə uşağın əli yara içində qalır. Bu vəziyyətdə uşağın dərisində infeksiya və xəstəliklərin yaranma riski çox yüksəkdir . Təbii ki, bu durum uşağın sosial həyatına təsirsiz ötüşmür. Uşaq dostları, sosial çevrəsi tərəfindən təklənir, oyunlara qəbul edilmir və ələ salınır. Dırnaq yemənin müalicəsində ilk və ən vacib addım , uşaqda bu duruma səbəb ola biləcək gərginliyi aradan qaldırmaqdır. Hər növ cəzanın verilməsi, uşağa davamlı sərt reaksiyanın verilməsi problemi çözmək əvəzinə daha da qabardır. 2) Barmaq əmmək- Həyatın ilk illərində görülən davranışdır. Uşaq əmzik əmdiyində əldə etdiyi doyumu yaş artdıqca barmaq əmməklə təmin etməyə çalışır. Bu davranış , uşağın narahatlıq və gərginliklərini azaltma çabası olaraq da görülə bilir. Ana südündən tez kəsilən, əmzik istifadə etməmiş və yaxud çətinliklə əmzikdən ayrılan uşaqlarda daha çox rast gəlinən durumdur. Valideynlər bu davranışı əngəlləmək üçün bir neçə yola əl atır. Məsələn; uşağın əlini bağlamaq, ələ acı bibər sürtmək , əlinə xətkeşlə vurmaq və s . Lakin bu tipli cəzalandırıcı davranışlar problemi azaltmaq əvəzinə daha da artırır. 3-4 yaşlarda uşaqlardakı barmaq əmmə davranışının öz-özünə yox olub getməsi gözlənilir. Əgər davam edərsə , uşaq psixiatrından dəstək alınmalıdır. 3) Saç yolma- Önəmli dərəcədə saç itkisi ilə nəticələnəcək dərəcədə , şəxsin təkrarlayan formada öz saçını yolmasına " Trikotilomaniya " deyilir. Uşaqların ən çox tük yolduğu bölgələr: ən çox saç , qaş və kirpik. Saç yolma davranışının sonunda bir rahatlama, həzz alma və zövq , doyum hissi yaşanır. Müalicəsi zamanı dərmanlar və psixoterapiyadan istifadə edilir. Psixoloq Aysu Əliyeva