Nədir intihar ?! Sonu ölümlə nəticələnəcəyini bilərək seçilən hər hansı bir üsulun birbaşa , yaxud dolayı olaraq meydana gətirdiyi ölümə intihar deyilir. İntihar , ölmək məqsədiylə planlı və qəsdən törədilən cəhd olaraq dəyərləndirilir . Jobes, Berman və Josselsan (1987) intiharda iki əsas mərhələni qeyd etmişdir. Birincisi, intiharın insanın özünə zərər verəcək şəkildə reallaşması, ikincisi isə intihar davranışının altında şəxsin ölüm istəyinin olmasıdır. Həmçinin intiharla bağlı düşüncələrlə intiharla bağlı davranışları mütləq şəkildə fərqləndirmək lazımdır. İntiharla bağlı düşüncə ölümlə bağlı fikirləri, intihar cəhdi ilə bağlı məqamları, spesifik planları, intihar üsulunu və intihar düşüncələrinin reallaşdırılmasını ehtiva edir. İntihar davranışı isə intihar cəhdini (ölümlə nəticələnməyən intihar davranışı) və ya intiharın tamamlanması yəni ölümlə nəticələnməsini əhatə edir. İntihar, müxtəlif istiqamətlərdə uzun illərdir ki, üzərində araşdırmalar aparılan çox vacib məqam olmaqla yanaşı son 25-36 il ərzində xüsusilə yeniyetməlik dövründə intihar cəhdlərinin artması problemin miqyasını daha artırmış və bu sahədə tədqiqat işlərinin, profilaktik tədbirlərinin artmasına səbəb olmuşdur. İntihar 3 mərhələdə görülür: 1)İntihar düşüncələri olur, yaxınlarına vida məktubları yazır, sosial şəbəkələrdə intihar barəsində paylaşımlar edirlər. 2) İntihar planları olur və intihara təşəbbüs üçün lazım olan vasitələri öz üzərində gəzdirirlər. 3) Son mərhələdə isə intihar halı artıq baş vermiş olur. İntiharın əsl səbəbləri- -Psixoloji və fiziki şiddət -Bəzi ruhi pozuntular və sinir sisteminin patoloji xəstəlikləri -Zorakılıq halları -Ailəiçi təzyiqlər -Boşanma və ayrılıqlar ( xəyanət) -Bullinq, mobbinq -Narkotik ,alkoqol qəbulu -Məqsədinə çata bilməmək -Film ,serialda gördüklərinin təqlidi və s… İntiharın dinamikasını nəzarətdə saxlamaq üçün 7 intihar tipi fərqləndirilir: 1.Psixoz və ya şəxsiyyətin formalaşmaması – özünü öldürməklə bağlı audial (eşitmə) hallüsinasiyaları olur. 2.Özünə yönəlik cinayət (homosid) – bu cür intiharlar da başqa insana qarşı aqressiyadan qaynaqlanır. Bəzi səbəblərdən dolayı bu qəzəb kənara əks olunmur və insan bu hissi özünə yönəldir. Simvolik şəkildə qarşısındakı insanı oldürəcəyini düşünür. 3.Real və ya xəyali tərk oldunduğu üçün intiqam alma-imtina olunmaq və ya tərk edilməklə ətrafındakı insanları qorxudan yeniyetmə, intiharı güc simvolu olaraq istifadə edir. 4.Şantaj və ya öz mənfəətini üstün tutma – bu tip intiharda, yeniyetmə intiharı qorxutma vasitəsi olaraq istifadə edir. «Əgər mənə yaxşı davranmasan, sonra peşman olacaqsan». İntiharın tez-tez səsləndirildiyi ailələrdə bu və öncə qeyd olunan intihar növü mütəmadi qarşılaşılan üsullardır. 5.Sevilən və ya itirilən obyektlərə yenidən qovuşma vəfat edən valideyn\nənə-baba ilə yenidən birlikdə olmaq üçün vasitə kimi qəbul olunur. 6.Bağışlanmaz günahların kompensasiyası – günahkarlıq və neqativ duyğulardan xilas olmağın yeganə yolu olaraq intihar edilir. 7.Kömək üçün ağlamaq (Crying for help) – problemin əsas səbəbindən asılı olmayaraq yeniyetmə narahatlığı olduğunun fərqindədir və bu problemi aradan qaldırmaq üçün intihara üstünlük verir. İntihara verilən populyar reaksiyalar *İntihar zəiflik ,acizlik əlamətidir. *İntihar etmək günahdır *Yəqin nə etmişdisə , şantaj ediblər… və s İntihar edərkən istifadə olunan üsullar İntihar cəhdi edən insanlar üzərində aparılan tədqiqatların 70%-də hədsiz dozada dərman istifadə edərkən, intihar edənlərin 63%-nin silaha üstünlük verdiyi aşkar olunmuşdur. Özünü zəhərləmə, asma, kəsmə, yandırma, maşının önünə atma yeniyetməlik dövründə tez-tez rastlanılan üsullar arasındadır. Digər araşdırmaya əsasən qeyd olunmuşdur ki, yeniyetmələrin böyük bir qismi hündür yerdən atlama ilə intihar edir. Yeniyetmə intiharlarında risk faktorları Risk faktorlarını müəyyənləşdirmək intiharın qarşısının alınması üçün əhəmiyyətli faktorlardan ilkidir. Daha əvvəl intihar cəhdinin olması yeniyetmə intiharlarında vacib risk faktorları arasında hesab olunur. Lakin tamamlanmış intiharı olan yeniyetmələrin sadəcə 10-40%-i əvvəlcə intihar cəhdinin olması digər risk faktorlarını da dəyərləndirməyi təklif edir. Digər risk faktorları arasında psixopatoloji, ailə, bioloji və situativ faktorlar xüsusi əhəmiyyət daşıyır. Bulling nədir ? UNICEF-ə görə bullinq (ing. Bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq. Kiber– Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiber zorakılığa aid edilir. Fiziki- Fiziki bullinqə vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının oğurlanması və s. Daxildir. Şifahi — Qorxutmaq, sözlərlə alçaltmaq,adına ləkə yaxmaq şifahi bullinq sayılır. Sosial — Şəxsin hansısa qrupdan kənarlaşdırılması, sinifdən təcrid edilməsi, ona qarşı qruplaşma yaratmaq bullinqin sosial növünə aiddir. Psixoloji — Təqib etmək, qərəzli baxışlar və başqa psixoloji zorakılıqlar bu növə daxildir. İntihar və İnformasiyanın yayılması İntiharı xəbər qadağalarını aşan bir ölçüdə anlatılması ya da göstərilməsi şəxsin məhrəmiyyət (məxfilik) və şəxsi hüquqlarını pozmaqdır. İntihar xəbərlərinin veriliş tərzinə diqqət edilmədiyi zaman intihara meyilliliyin artdığını göstərən çox sayda nümunə var. Mediada detallı rəsm , görüntülərlə və şəxsin ad soyadının verildiyi xəbərlərdən sonra bənzər yöntəmlər istifadə edərək intiharların artdığı bildirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatına görə intihar xəbərləri: -İlk səhifələrdə şəkilli, rəngli və intihar yöntəmi ayrıntılı şəkildə verilməməlidir. -Hadisə romantik və fantastik bir davranış olaraq gündəmə verilməməlidir. -Necə intihar edə biləcəyini göstərən ayrıntılı intihar xəbərlərini mediaya yaymaq olmaz. -İntihar həll yolu olaraq görülməməlidir. -Xəbərlərdə şəxslərin intihar düşüncələriylə baş etmələrinə yardımcı ola biləcək qurumlar, mualicə secimləri haqda maarifləndirmə aparılmalıdır. Necə kömək edə bilərik? -Maarifləndirmə -Valideynlərə psixoloji təlimlərin verilməsi -Psixoloq dəstəyi -Ağır formada isə dərman müalicəsi Həyat gözəlliklər ilə doludur, anı yaşa və zövq al! YAZAR: Psixoloq Aysu Əliyeva
Valideynlərin əksəriyyəti təmizlik baxımından uşaqlarına qarşı çox həssas olurlar. Xüsusilə 1-3 yaşa qədər körpəsi olan analarda bunu daha çox müşahidə etmək olar.Mütəxəssislərin dediyinə görə, uşaqları ifrat dərəcədə təmiz saxlamaq əslində onların immun sisteminə xeyirdən çox ziyan vurur.Psixoloq.az sağlamolun.az a istinadla xəbər verir ki, həkim-pediatr Qoşqar İsmayılov deyib: "Bəzən 1-2 yaşında körpələr iməkləməyə başlayarkən valideynlər onların natəmizliklə üzləşməməsi üçün buna icazə vermir, onları daha çox qucaqlarında saxlamağa öyrədirlər. Uşaqların bu dərəcədə təmiz saxlanılması, əllərinin tez-tez yumağa öyrəşdirilməsi onlarda tez-tez xəstəliklər yaranmasına səbəb olur, çünki immun sistemi mikrobları uşaqlıqdan tanımır və orqanizmdə ona qarşı müqavimət yaranmır. Bu, gələcəkdə hər hansı bir mikrobla üzləşərkən onlarda müxtəlif klinik əlamətlərin və xəstəliklərin əmələ gəlməsinə səbəb olur".Hər hansı mikrobla təmas zamanı orqanizmdə onlara qarşı mübarizə reaksiyası formalaşır. Ona görə də hər şeyi steril etmək tövsiyə olunmur. Psixoloqların fikrincə, belə uşaqlar böyüyəndə özünəinam problemi ilə üzləşirlər.Psixoloq Könül Cəfərova bu barədə deyib: "Bəzi valideynlər ifrat dərəcədə təmizlik aludəçisidir. Uşaq valideyndə gördüyü əksər keyfiyyət və vərdişləri özünə aşılayır. Onun həmin vərdişlərə ifrat dərəcədə alidə olması gələcəkdə cəmiyyətdə özünə yer tutmaq, özünü təsdiq etmək və özünəinam hissinin olmasında problemlər yaradır. Belə xarakterə malik olmaq gələcəkdə onun sosial uyğunlaşmasına da təsir göstərir".Mütəxəssislər bildirirlər ki, bu məsələdə ortaq nöqtəni tapmaq əhəmiyyətlidir. Əgər uşaqlar tez-tez xəstələnirsə, onu dərin həkim müayinəsindən keçirmək tövsiyə olunur.
Psixoloq.az bildirir ki, bu barədə Humel psixologiya mərkəzinin psixoloqu Sevil Bağırova mərkəzin rəsmi səhifəsində bu barədə danışıb.Məqaləni sizlərə təqdim edirilk Zəlzələ kimi təbii fəlakətə məruz qalan insanlarda fiziki və emosional stress özünü göstərə bilər. Fiziki stressin əsas simptomları; baş gicəllənməsi, ürək döyüntüsünün artması, ürək bulanması, qusma, iştahda böyük ölçüdə azalmalar, yuxu pozuntuları, əl və ayaqlarda uyuşmalar, nəfəs darlığı şəklində özünü göstərir. Emosional stressin göstəriciləri; müəmma, donuqluq, şok və inkar halı, qorxu, narahatlıq, çarəsizlik, günahkarlıq, bədbinlik, dini inanclarda dəyişiklik, özünə və başqalarına güvənsizlik, hissiyyatsızlaşma, zəlzələni xatırladacaq hər şeydən qaçmaq, ən kiçik səslərdən diksinmə, məkan və zaman anlayışlarının itirilməsi, zəlzələyə aid görüntü və səslərin tez-tez canlanması şəklində ola bilər. Zəlzələlər, digər təbii fəlakətlər kimi şəxslərə, ailələrə və eyni zamanda bütün cəmiyyətə təsir edən ağrılı hadisələrdir. Bu hadisələrə məruz qalmaq, onları fiziki olaraq yaşayanlarda olduğu kimi “izləyici” olaraq məruz qalanlarda da oxşar təsirlər yarada bilər. Hər bir şəxs bu hadisələrə məruz qaldığı hadisənin böyüklüyünə, mədəni fərqlərinə, keçmiş təcrübələrinə, daha əvvəl belə travmatik hadisələri yaşayıb yaşamadığına, başqalarından dəstək alıb almadığına, yaşı və daha bir çox səbəbə bağlı olaraq fərqli reaksiyalar verir. Bəzi insanlarda qısa vaxt ərzində bu simptomlar aradan qalxsa da, bəzilərində zamanla posttravmatik stress pozuntusu, təşviş pozuntuları, depressiya simptomları özünü göstərə bilir. Posttravmatik stress pozuntusu uzun illər sürə bilən və şəxsin ciddi əmək qabiliyyəti itkisinə yol açan pozuntudur. Zəlzələ hadisəsindən sonra bu dövrü daha az zərər ilə keçirə bilmənizə kömək edəcək bəzi üsullar: İtkiləriniz üçün yas tutma və üzüntünüzü yaşamanıza izn vermək Günlük rutin fəaliyətləri bacardığınız qədər davam etdirmək Zərərli vərdişlərdən uzaq durmaq Ev, iş, yaşantıda bəzi dəyişiklərin ola biləcəyini bilmək və qəbul etmək Sığınacaq, yemək, yuxu kimi təməl ehtiyacları qarşıladıqdan sonra digər insanlar ilə təmas qurmağa çalışmaq Yaxınlarınızla bir arada olmaq və yaşadıqlarınızı danışmaq Yaşadığınız duyğuların zamanla azalacağının fərqində olmaq Mənfi emosiyalar içərisində olduğun anda, ayaqlarını yerə möhkəm sıxmaq və döşəməni hiss etməyə çalışmaq Nəfəs texnikalarından istifadə etmək İndiki halda bədənində nə hiss etdiyinə diqqət etmək Ətrafında olan və sənə stress yaratmayacaq şeyləri saymaq Əzələ rahatlatma texnikalarından istifadə etməkÖzünü bağlayıb güvənli hiss etdiyin bir yerdə xəyal etmək. Vaxt keçdikcə narahatlıqlarınızın azalmadığını, gündəlik həyatınıza təsir etməyə başladığını, özünüzə ya da başqa birinə zərər vermə fikirlərinizin yarandığını hiss edərsinizsə, psixolojik dəstək ala biləcəyiniz qurumlara baş vura bilərsiniz. Müəllif:Psixoloq Sevil Bağırova
İlk yetişkinlik dönemi bireyin ergenlikten yetişkinliğe dönem olarak adlandırılır ve genel bağlamda 18-25 yaşları arasını kapsar. Birey bu dönem içerisinde kimlik özelliklerini, kariyer hedeflerini araştırmakta ve ciddi dönüşüm ve kararsızları bir arada yaşamaktadır. Ergenlik ve yetişkinlik arasında bir süreç gibi tabir edilen ilk yetişkinlik dönemi yeni deneyimlerin de anahtarı olabilmektedir. Birey bu süreç içinde hayatına yeni insanlar, olaylar, kariyer planlamaları katarak ileriki yaşam süreçlerine zemin hazırlamaya çalışmaktadır. Birey bu dönemde bireysel sorumluluk alarak, kararlar vererek yetişkinlik yoluna hazırlanmaya çalışmaktadır. Fiziksel gelişim anlamında bakıldığında genç yetişkinlik; bireyin performansının zirve olduğu ve orta yetişkinliğe giden süreçte zayıflamaya başladığı bir dönemdir. Sağlık anlamında daha fiziksel bir güç ve dayanıklılıktan bahsetmek mümkündür. Cinsel birlikteliklerin de varlığı ile bu dönemde etkin bir etkileşim ağı vardır. Bilişsel süreçler açısından ilk yetişkinlik iş yaşamının gündeme gelmesiyle yaratıcılığın ve bilgiyi işleme davranışının artmasıyla açıklanabilir. Bireyler bilgiyi işleme konusunda daha kapsamlı bir çevresel ortam kurup gerçekçi bir süzgeç kullanmaktadır. Sosyoduygusal bağlamda genç yetişkin bireyler hayatına yeni bireyler katar ve bu bireylerle bazı bağlanma stillerine girer. Ve bu sayede sosyal bir etkileşime dahil olan bireyler duygusal süreçlerini diğer bireylerle paylaşmış olacaktır. Bu dönemde aşk kavramının da yaşama dahil olmasıyla birey fiziksel ve duygusal çekiciliğine de önem vermektedir. İlk yetişkinlik döneminde ergenlik dönemine kıyasla daha fazla sorumluluk alan birey daha az duygusal iniş çıkış süreçlerine de girerek çocukluk dönemine kıyasla bazen var olan mizaç özellikleri bu dönemde uyum sorunlarına yol açabilmektedir. Orta yetişkinlik süreci keskin bir yaş sınırı içermese de genellikle 40-45 yaş ile 60-65 yaş arasına dek sürer. Orta yetişkinlik genel görüş olarak fiziksel yeteneklerin azaldığı ve sorumlulukların arttığı zamandır. Orta yetişkinlik dönemi kazanç ve kayıpların birbirini dengelediği bir dönemdir. Orta yetişkinlikte biyolojik işlevlerde düşüşler olmasına karşın; eğitim ,iş veya sosyo-kültürel hayatta yüksek kazançlar olmaktadır. Bu bağlamda değinebileceğimiz bir diğer nokta ise bireylerin psikolojik, kronolojik, biyolojik ve sosyal yaşlarının da olduğu bilgisidir. Bu süreç sağlık, güvenli yaşam gibi etkenlerin sağlanmasıyla kronolojik yaşı uzatır ve bu sürecin süresi de uzayabilir. Böylece orta yetişkinlik birçok insan için kayıp ve kazancın dengelendiği tek gelişimsel dönemdir. Orta yaşın sonuna doğru kayıplar daha da artmaktadır. Bireyler bu dönemde bazı fiziksel değişimlere de uğrarlar ;boy, kilo, yaşlanmanın ilk belirtileri gibi .Görme ya da duymada zorluklar, kemiklerde problemler, bazı rahatsızlıklar ,kronik hastalıklar görülebilir. Bilişsel anlamda ise bu dönem var olan bilgi birikimin (kritalize zeka) daha yoğun kullanıldığı bir dönemdir. Bilgi işleme sürecinin hızı bu dönemde düşse de en yüksek dört zihinsel yetenek orta yaş döneminde ortaya çıkmaktadır. Sosyoduygusal olarak ise Erikson'un yaşam boyu gelişim kuramında üretkenliğe karşı verimsizlik olarak nitelendirdiği orta yaş sürecinde bireyler üretkenlik konusunda bir verimsizliğe girerler. İş, aile, sosyal ve kültürel anlamda birey bir şeyler üretip geleceğe yönelik izler bırakmak isterler. Bu dönemde bu sosyoduygusal durumlarına eğilim gösterirler. Evlilik, ebeveynlik ,büyük ebeveynlik süreçlerinin de hayata dahil olmasıyla bireyler yakın ilişki ağlarını genişletmektedir. Bu bağlamda orta yetişkinlik geç yetişkinliğe doğru giden yolda bir köprü durumunda yer almaktadır. İlk yetişkinlik ve orta yaş süreçlerini kıyaslayacak olursak; Fiziksel anlamda ;ilk yetişkinlik sürecindeki bireyler sağlık anlamında genel olarak orta yaştaki bireylere karşı daha dayanıklı olmaktadır. Orta yaştaki bireylerde görülen görme, duyma, eklem rahatsızlıklarının ilk yetişkinlikte daha az sıklıkla görülmesi de bireylerin gelişimsel dönemlerini etkilemektedir. İlk yetişkinlikteki bireylerde biyolojik veya fiziksel anlamlarda kazançlar olurken orta yaşta bu bağlamda kayıplar söz konusudur. Bilişsel anlamda ise ilk yetişkinlikte var olan yeni zihinsel süreçlerin, farklı düşünme stratejilerinin bireyde kazanç yöneliminde olması bireysel farklılıklar da göz önünde bulundurulunca dikkat çekmektedir. Orta yaş döneminde ise yeni zihinsel beceri ve var olan bilgi birikimlerinin değerlendirilip kullanılması yönünden kazançlar söz konusudur.Sosyoduygusal anlamda ilk yetişkinlik döneminde bireyler iş, eğitim dünyalarına girmekle ,yaşamlarına aşk duygusunu katmak belki de evlat sahibi olmak süreçleri ile dolu bir gelişimsel görevlere sahip olmaktadırlar. Orta yaş grubu ise iş yaşamları, ebeveynlikleri, sosyal birliktelik ağları ile bu süreç bakımından sosyoduygusal bağlamda kazançlara sahiptirler. İlk yetişkinlik döneminde var olan mizaca eklenen yeni tepkiler bazen uyumsuzluklara sebep olsa da sosyoduygusal anlamda genel olarak kazançlı bir gelişimsel dönemdir. İlk yetişkinlik dönemindeki bireylerin başlıca gelişim görevleri; duygusal bağımsızlık kazanabilme, eş seçme, bir işe başlayabilme, bedensel özelliklerini kabul edip etkili biçimde kullanabilme, meslek seçimi ,akran gruplarına girme ve uyum sağlama, somut düşünmeyi öğrenme, davranışlarının sorumluluğunu alabilme, cinsiyetine uygun rolleri benimseyebilme, somut öğrenmeyi geliştirme ,kişisel değerlerine uygun yaşam hedefleri seçme, eş seçimi yapma ve evli şekilde yaşamayı öğrenme, vatandaşlık görevlerini yerine getirme işe girme ve kariyerinde ilerleme, çocuk yetiştirme topluma uyumlu bir sosyal gruba katılma, dostluk kazanma, eş seçimi, her iki cins ile olgun ilişki kurabilme, çocuk sahibi olma, meslekte kararlılık gösterme, vatandaşlık bilincinin gelişmesi, hayat planı oluşturma, toplumla uyumlu birey haline gelme, ekonomik bağımsızlığı elde etme, anne-babadan bağımsızlaşma, kariyerinde ilerleme, içselleştirilmiş bir ahlak anlayışı geliştirme vb. Gibi başlıca görevler vardır. Bu görevler bireysel farklılıklar ile gelişebilmekte ve değişebilmektedir. Orta yaş dönemindeki bireylerin başlıca gelişim görevleri; Yetişkinlere özgü toplumsal sorumlulukları üstlenir. Daha önce seçme hakkını kazanan birey bu dönemde seçilme hakkını kazanır. Aile açısından düzenini kurar. Hayat standardını belirler. Sorumluluklarını bilir. Ergenlere rehberlik eder. Fizyolojik değişimlere uyum gösterebilir. Yeni kuşaklara rehberlik etme, fizyolojik değişiklikleri kabullenme, bazı hobiler edinmeye başlama, kendini eşiyle ve işiyle ilişkilendirme, ailenin devamını sağlama, daha iyi ekonomik standartlar elde etme, çocuklarının sorumluluğunu üstlenme, hobi edinme, yeni bir şeyler üretme, meslekte kariyer yapma, sosyal sorumluluk alma, yeni kuşaklara rehberlik etme, aileyi ve evi çekip çevirme, ekonomik bağımsızlığı devam ettirme vb. Gibi başlıca görevleri vardır. Bu kapsamda ilk yetişkinlik en temel bağlamda ergenlik yetişkinlik arası bir süreç iken; orta yaş yetişkinlikten geç yetişkinliğe doğru giden ara dönem olarak nnitelendirilebilir Kaynak Ergenlik ya da Merhaba Hüzün: Talat Parman (2000).
Daun sindromlu” uşaqlar bir-birinə oxşayır, stereotipləri eyni olur. Onlarda boy qısa olur, əqli inkişafdan geri qalırlar. Kəlləsi kiçik və yumru olur və üz nahiysində yastılaşır. Yanaqlar uzun yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur. Göz yarığı çəp, dili böyük, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Daun xəstəlik deyil sindromdur. Bu sindrom, daha çox əqli inkişafda gerilik və digər orqanlarda qüsur əmələ gətirən, anadangəlmə bir xromason anomaliyasıdır. Belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemi var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri olur. Onların immunitetləri zəif olur və bu uşaqlar qulaq, göz infeksiyasına meyillidirlər. Yetkin bir Daun sindromlunun zəkası təqribən yeddi yaşlı normal uşağın əqli inkişaf səviyyəsinə bərabər olur. Daun sindromlu uşaqlarda, öz aralarında əqli səviyyələrinə görə fərqlənirlər. Onların içərisində daha istedadlıları olur. Onlarda gəzməyi, oxumağı, yazmağı, rəqs etməyi yəni normal uşaqların bacardığı bir çox şeyləri öyrənə bilər. Bunu təmin etmək üçün isə yalnızca müəyyən olunma proqram əssasında Daun sindromlu uşaqlarla işləmək lazımdır.
Tənqidi təfəkkür: Özünüdərketmə və müasir təlimə yanaşmadır Müasir dövrdə təlimin qarşısında duran əsas məqsəd elmi texnoloji inkişafın böyüməkdə olan nəslin mürəkkəb proseslərdən məharətlə baş çıxarmaq, hadisələrə müxtəlif aspektlərdən yanaşmaq, onların mahiyyətini aydın mənimsəmək kimi qabiliyyət və bacarıqlara yiyələnməsi, inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz, bu baxımdan təlim həyata keçirilməyə başladığı andan təfəkkürdə tənqidiliyi inkişaf etdirmək vacib şərt sayılır. Ona görə ki, tənqidi ağıla sahib olan şagirdlər özlərinə aid düşüncə tərzi ilə fərqlənir, baş verən hər bir prosesi, dərk edilməsi gərəkən hər obyektin müxtəlif cəhətlərinə diqqət yetirməyə çalışır, digər cisim və proseslərlə əlaqələndirir, münasibət sistemini müəyyənləşdirir, təkcə proseslərin zəruri hissələrini öyrənməklə kifayətlənməyib, mahiyyətinin dərkinə varırlar. Tənqidi təfəkkür keyfiyyətinə malik olan insanlar duyub qavradıqları proseslər arasındakı uyğunsuzluğu asanlqıla görə bilir və bununla bağlı olaraq öz fikirlərini əsaslandıra bilirlər. Tənqidi təfəkkür öyrənənlərdə idrak obyektlərinə yanaşmaq tərzini, qarşıya qoyulmuş məsələnin həlli istiqamətində müxtəlif üsul və vasitələrin müəyyənləşdirilməsinə əsaslanır. Belə ki, tənqidi təfəkkür qarşıya çıxan məsələnin həlli istiqamətində müvafiq üsulu müəyyənləşdirmək və ona uyğun olaraq düzgün formada dəqiqləşdirilmiş surətdə həllinə nail olma bacarığında ifadə olunan əqli keyfiyyətdir. Tənqidi təfəkkür daha çox özünü məsələnin ilk başda fikri fəaliyyət zamanı başlanğıcda, yəni “əqli eksperiment” olaraq və məsələnin həllinin son mərhələsində, yəni nəticə yönümlü qərarın” prosesində təzahür edir. Belə ki, “əqli eksperiment” məsələnin həlli üçün lazım olan üsul və vasitələrin müəyyənləşdirilməsi, əsaslandırılması, fikri prosesdə sınaqdan keçirilməsi ilə özünü göstərir. Tənqidi təfəkkürdən istifadə etməklə şagirdlər təlim tapşırıqlarının daha məqsədə müvafiq və geniş şəkildə dərk edir, sahib olduqları fikirlərə tənqidi yanaşaraq şüurlarında özünə məxsus formada təhlil edir, saf-çürük edərək biliklərə yaradıcı yanaşma bacarıqlarına malik olurlar. Tənqidi təfəkkürü inkişaf etdirmək üçün eksperiment zamanı xüsusi məntiqi quruluşa və məzmuna uyğun olan mətn və şəkillər müəyyənləşdirilib, hazırlanır. Həmin tapşırıqlara vəziyyətə uyğun olaraq, qeyri-məntiqi əlaqələr, sahələr, uyğunsuzluqlar daxil edilir. Eyni zamanda müəyyənləşən tapşırıqlar şagirdlərə müxtəlif təlimatlar şəklində çatdırılır. Şagirdlərdə tənqidi təfəkkürün inkişaf istiqamətlərini aydınlaşdırmaq üçün davamlı olaraq və uzun müddətli müşahidələrlə bərabər, 3 mindən artıq eksperiment həyata keçirilmişdir. Beləliklə, qeyd edə bilərik ki, tənqidi təfəkkürün inkişaf istiqamətlərini təyin etməklə şagirdlərdə təhlil etmə, müəyyənləşdirmə, əlaqələndirmə, qarşılaşdırma, uyğunlaşdırma kimi bacarıqların inkişafına nail olmaqla bərabər, həm də təlim tapşırıqlarına müxtəlif yanaşmanı, eyni zamanda yaradıcı yanaşmanı da formalaşdırmaq mümkündür. Fatma Musayeva Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 2-ci kurs magistrantı
Uşaqları anlayan və anladan suallar Uşaqlar öz idrak imkanları ilə xarici dünyanı tanımağa və kəşf etməyə çalışır. Onlar gördükləri haqqında əsasən 2 yaşından etibarən düşünür və sual verməyə başlayırlar və bu proses insanın ömrünün sonuna qədər davam edir. Lakin məlumdur ki, uşaqların hər yaş dövrlərində özünəməxsus maraq dairələri formalaşır, nəticədə sual dolu bir aləmlə qarşılaşır və bu aləmin öyrənilməsinə ciddi səy göstərməyə başlayırlar. Bu zaman onların ən yaxşı köməkçisi, öyrədicisi və məlumat xəzinələri valideynləri olur. Valideynlər isə sanki bilgisiz uşaqlar yetişdirmək eşqi ilə suallara cavab verməkdən boyun qaçırırlar. Uşaqlar sual verdikcə, ilk növbədə özlərini kəşf etməyə çalışır və ətrafı özlərinə uyğunlaşdırmağa cəhd edirlər. Uşaqların sual verməsi onun nitq qabiliyyətlərinin və idrak qabiliyyətinin inkişafına kömək etdiyi kimi, onların düşüncə imkanlarının genişlənməsinə imkan yaradır. Ona görə də, balacaların çoxlu suallar verməsinə fürsət yaratmaq lazımdır ki, böyüyəndə düşünən və düşündürən nəsil yetişmiş olsun. Qeyd etmək lazımdır ki, uşaqlar əsasən o an yaşadıqları qorxu, sevinc, həyacan kimi duyğuları nəticəsində sual verir. Bu məqamda isə önəmli olan ona səbrlə, yaşına uyğun, qısa, doğru və dolğun cavab verməkdir. Cavab verərkən, uşağın idrak inkişaf səviyyəsi nəzərə alınmalıdır. Bu inkişaf səviyyəsinin əsas xüsusiyyətləri arasında uşağın yalnız konkret anlayışları öyrənə bilməsini, eqosentrik olmasını, yəni dünyanı öz gözü ilə qiymətləndirməsini saymaq olar. Uşaqların tez-tez istifadə etdiyi suallarda “Bu nədir? və niyə belədir? “Bu nəyə lazımdır?” Bunun nəyi qəşəngdir? kimi sualların düzgün mənalandırmaqla izahına çalışmaq lazımdır. Belə ki, kiçik məktəbəqədər yaş dövründə yaranan bu suallar uşaqlarda əşyalara və hadisələrə məna vermək, onları müəyyən formaya salmaq kimi bacarıqları formalaşdırmış olur. Niyə, nəyə, nəyi, necə bu suallar məktəbəqədər yaş dövründə öz mənasını, həllini və dəyər gücünü tapması gərəkən suallardır. Əsas məsələ odur ki, böyük həvəslə, diqqət-qayğı ilə bəzədilmiş cavablar uşaqlarda estetik baxışın və zövqün formalaşmasına zəmin yaradır. Məhz ilk olaraq, uşaqlarda estetik təsəvvürlərin düzgün formalaşmasına nəzər yetirmək lazımdır. Estetik baxışın formalaşması üçün isə sevinərək verilən suallara, sevərək cavab vermək gərəkir. Çünki uşaqlar ilk olaraq sevgini, qayğını, diqqəti ana bətnindən öyrənmiş olaraq dünyaya gəlir. Nəticə etibarilə qeyd etmək lazımdır ki, valideynlərlə uşaqlar arasında ən doğru münasibətin əsası, məhz uşaqların suallarından başlayır. Çünki, suallar valideynlə övlad arasında əlaqə, dünya ilə insan arasında körpü rolunu oynayır. Fatma Musayeva Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 2-ci kurs magistrantı
Keçmişdəki travmaların canınızda buraxdığı qorxuların fərqinə tam da həyatınızda sizi həyəcanlandıran gözəl şeylər girdiyi anda anlamış olursunuz. Həyəcanla qorxunu eyni anda yaşamağa başlayırsız. Artıq əvvəlki kimi " dandik kəpənəkləri" boş buraxmaq yox! Qanad çırpmağa çalışdığı anda beyninizin kontrol etdiyi " milçək öldürən" işə düşür, qanad açmadan o kəpənəkləri bir bir öldürməyə çalışır. Telefona baxarkən özünüzü "tupoy" təbəssümlə tutduğunuz an, özünüzə acığınız tutur və beyninizin hələ də qəlbinizdən güclü olduğunu özünüzə isbat etmək üçün telefonu kənara atır, umursamaz, maskalar taxıb, ruhunuzda qabar tutmuş yaraların yenidən qanamaması üçün tək lakin, huzurlu həyatınıza geri dönməyə özünüzü məcbur edirsiz. Çünki artıq bilirsiz, gül suyu ilə hazırlanıb, qızıl fincanda sizə təqdim olunan o bihuş edici şərbətin əslində daha sonra həsrətdən, üzüntüdən nəfəsinizi kəsəcək zəhər olduğunu. Nə qədər ağıllanmış, dərsinizi almış olsanız belə o şərbətin cazibəsi, ətri yenə də bir şəkildə sizi çəkir. Yox, bu dəfə başıma çəkməyəcəm, sadəcə uzaqdan ətrin alacam deyirsiz, biraz sonra sadəcə dodaqlarımı toxundurub çəkəcəm, içməyəcəm, biraz sonra sadəcə bir çay qaşığı içim deyirsiz. Və beləcə gün gəlir zalım şərbət yenə bir şəkildə içilir. Və keçmişdəki təcrübələrinizin acısı canınızı o qədər yandırmış ki, bu şərbətin bəlkə də bu dəfə sizi zəhərləməyəcəyi ehtimalını düşünmürsünüz. Hər şeyin fərqli ola biləcəyi şansını özünüzə vermirsiniz, özünüzü rahat buraxa bilmirsiniz. Andan zövq almağı deyil, gələcəyin bilinməz ehtimalları içində boğulmağı və hər şeyi daha da mürəkkəbləşdirməyi tərcih edirsiniz. Və sonda özünüzə sadəcə bir çıxış yolu tapırsınız. Qaçış!.. Çünki artıq həyatınız yaxşı pis öz kontrolunuz altındadır. Konfort zonanızda özünüz üçün yaratdığınız bəlli bir rejim var. Bəli ürək döyüntüləriniz mədənizdə eşidilmir, çıxıb düşmür. Lakin eyni tempdə saat kimi işləyir. Xəyallarda yox yerdə yaşayırsınız. Heç kimdən asılı deyilsiniz.
Uşaqlarda şəxsiyyətin xassələrinin formalaşması üçün əlverişli şərait yaratmaq, müasir dövrdə tərbiyə probleminin ən mühüm məsələlərindən biri sayılır. Bu dövrdə təlim prosesindən daha çox, tərbiyə prosesi ön plana çəkilir. Tərbiyənin təşkili və düzgün qurulması uşaq şəxsiyyətinin formalaşmasının əsasını müəyyən edir. Körpəlik dövründə uşaq şəxsiyyətinin inkişaf zəmini onu əhatə edən yaşlılar tərəfindən təmin edilirdisə, növbəti mərhələdə bu prosesə valideynlərlə bərabər, informasiya vasitələri də güclü təsir gücü kimi ön plana çəkilir. Məhz düzgün təşkil edilmiş təsirlər nəticəsində uşaq inkişaf edərək yeni psixoloji keyfiyyətlər və əxlaq normaları mənimsəyir, cəmiyyətin kiçik üzvünə çevrilir. Uşaq bağça yaşı dövründəki inkişaf şərtləri xeyli genişlənir: böyüklərin uşaqlara verdikləri tələblər artır; ictimai əxlaq normaları əsas tələbə çevrilir; idrak imkanlarının genişlənməsi ona xarici mühitin daha geniş sahələrinə çıxmağa imkan yaradır. İlk vaxtlarda ancaq valideynlərinin əhatəsində olub, onların xüsusiyyətlərini təqlid etməyə çalışırdısa, xarici mühitə çıxdıqca ətrafındakıları təqlid etməyə çalışır. Lakin müasir dövrdə uşaqlarda təqlidçilik formasını dəyişərək daha çox informasiya texnologiyalarının təsiri ilə formalaşır və inkişaf edir. Günümüzdə İKT-nin imkanlarından geniş geniş istifadə olunur. Bunun nəticəsidir ki, həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya uşaq şəxsiyyətinə də birbaşa sirayət etmək gücünə malikdir. Uşaq şəxsiyyətinin inkişafında iki cəhət özünü göstərir: 1) Uşaq xarici mühiti dərk etməyə başlayır və orada öz yerini müəyyənləşdirir ki, bu da əxlaqın yeni motiv tiplərini yaradır. Uşağın xarici mühiti dedikdə, sosial mühitdən, öz yaşıdlarından daha çox günümüzdə informasiya vasitələri nəzərdə tutulur. Bu vasitələr uşaqları müxtəlif mühitlərin təsirinə atmaqla, bərabər onlara müəyyən istiqamət daşıyan fikirlər də aşılaya bilir. Bu zaman uşaqlarda mənəvi təsəvvürlərin formalaşması üçün şəarait yaranır. Özünü kəşf etmə prosesi başlayır. Əxlaqi motiv onda yeni-yeni yollar tapmağa imkan verir. Uşağın özünü kəşf etmə, mənəvi təsəvvürləri formalaşdırma valideynlərlə yarı-yarıya informasiya texnologiyalarının üzərinə düşür. Belə ki, öz dövrünün adamı olma statusunu hələ məktəbəqədər yaş dövründə texnologiyadan faydalanmaqla sübuta yetirir. 2) Hisslər və iradənin inkişaf etməsi: həmin motivlərin fəallığını, əxlaqın möhkəmliyini, xarici şəraitin dəyişməsindən asılı olaraq onun dəyişməsini təmin edir. İnformasiya vasitələrində zaman və məkan anlayışı müəyyən mənada tez-tez dəyişdiyindən uşaqların müxtəlif situasiyalar keçirməsinə zəmin yaradır. Davamlı dəyişən görüntülər uşağın dəyişkən reaksiyalar verməsinə səbəb olur. Təsəvvür və hafizə - Məktəbəqədər yaşlı uşaqlar daha çox təsəvvür sürətlərinin parlaqlığı ilə xarakterizə olunurlar. Bəzən onların təsəvvür sürətləri o qədər parlaq olur ki, bunları qavrayış sürətlərindən fərqləndirə bilmirlər. İnsanlara elə gəlir ki, həmin sürətləri uşaqlar təsəvvüründə canlandırmır, sadəcə qavrayırlar. İnformasiya vasitələri uşağın şüuruna güclü təsir göstərməklə yeni çalarlara malik və inkişafa yönəlmiş təsəvvürlər əmələ gətirir. Bu təsəvvürlər ekranda göstərilən obrazlar haqqında anlayışları gücləndirir və həmin anlayışların uşaqların hafizəsində uzun zaman yaşamasına səbəb olur. Hafizə - keçmiş təcrübənin beynimizdə nöqtələndirilməsi, hifz edilməsi sahəsində sonralar onun tanıma və yada salınmasından ibarət mürəkkəb psixi prosesdir. Çox inkişaf etmiş hafizə anlayışların miqdarı və onların fərqləndirilə bilməsi ilə xarakterizə olunur. Bu da qəbul olunmuş məlumatların qavranılma dərinliyi və maraq oyada bilmə gücündən asılıdır. Ekran vasitələri bir növ qavrama prosesi üçün maksimum şərait yaradır. Bu da həyatda baş verən və verəcək proseslərə əyani baxdıqda onları təhlil etmək və müəyyən nəticələr çıxarmaqla hafizəni dərin və möhkəm biliklərlə zənginləşdirirlər. Ona görə də hafizənin möhkəmlənməsində ekran vasitələrinin gücü, digər vasitələrdən daha təsirli və effektivdir. İnformasiya vasitələri uşaqların təkcə hafizəsini bir tərəfli deyil, eyni zamanda eşitmə hafizəsini də inkişaf etdirir. Bu vasitələrlə qəbul olunmuş səslər və öyrənmə prosesində verilən biliklər eşitmə hafizəsinin möhkəmlənməsinə güclü təsir göstərir. Beləliklə demək olar ki, informasiya texnologiyaları uşaqlarda bütün hafizə tiplərini inkişaf etdirən bir vasitədir. Bu da uşaqların təlim prosesində zəngin biliklər əldə etməsinə və öyrəndikləri bilikləri uzun müddət hafizədə hifz olunmasına şəarait yaradır. Şəxsiyyətin inkişaf tələbləri inkişafın özü ilə bağlıdır ki, onları ayırmaq hətta təcrübi sürətdə mümkün deyildir. Bu gün sürətli inkişaf imkan verir ki, həm şəxsiyyət, həm də şəxsiyyətdə xüsusi ilə uşaq şəxsiyyətində mənəvi kimlik formalaşa bilsin. Ayxan Hüseynli doktorant
Borderline həqiqətən öz yaşadıqlarını anlaya bilsə və bəzən nəyi, niyə yaşadığının həqiqətən fərqinə varmış olsaydı güman ki, sosial münasibətləri olan insanlara özünü belə bir şeir ilə ifadə edərdi: Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün eşq badəsi içilmiş idi. Sən elə bir vaxtda rast gəldin mənə, Mənzilimin çoxu keçilmiş idi. Nə deyə bildim ki, ürəksən mənə, Nə deyə bildim ki, ürək deyilsən. Nə deyə bildim ki, gərəksən mənə, Nə deyə bildim ki, gərək deyilsən. Başlanğıcdakı şeir korifey şairimiz Cabir Novruzun qələminin məhsuludur, psixoanalitik terapiyalar ilə bağlı kursa belə başlamışdıq: Bu gün yaşananlar tək bu günə aid deyil. Bu sözü çox sevdim, çünki bağlanma, obyekt münasibətləri, psixikanın strukturu filan deyilirdi, lakin mən fikrimdə qətiydim, bu gün yaşananlar dünən öyrənilənlərin hər yerdə və hər zamanda özünü doğrultmayan güzgüsüdür. Dolayısı ilə bu şeiri belə də başa düşə bilərsiniz “insanlar mənə rast gəldikdə mənim artıq tərk edilmə, dəyərsizlik, sevgisizlik, layiq görmə, gücsüzlük sxemlərim aktiv idi. İndi bəzən mənim üçün tanrı, bəzən heçliksiniz, düzdür ki, kimsə kiminsə hər şeyi ola bilməz, amma ağrılarım mənə heç kimin heç kimi olmadığımı pıçıldayır.” Klassik psixoanalizi heç vaxt sevə bilmədim. Halbuki mən universitetə daxil olanda hələ Koqnitiv-bihevioral terapiyalar haqqında ölkədə çox da söhbət açılmırdı və bu yanaşma sadəcə “avtomatik düşüncələri ləğv et, qorxuların üzərinə get” kimi təqdim edilirdi, o da koqnitiv və ya biheviorist psixologiya tədris edən müəllimlər tərəfindən. Koqnitiv psixoterapiya ilə tanışlığım təhsilə bərpa edildikdən sonraya, 2018-ci ilə təsadüf edir, bu yanaşma əslində öyrənmənin ən optimal halını ortaya qoyur – rekonstruksiyanı. Buna nail olmaq üçün dünən adətən davranış təcrübəsinə üz tuturduqsa bu gün artıq emosianal tolerantlıq, defuziya, dəyərlər faktorunun müşayiəti ilə “heç nə etməmək” sənəti istiqamətində fərqindəlik qazandırmağa çalışırıq və bu gün nəfəs məşqi belə bir müddət sonra pasiyentin “silahlanmasından” çıxarılır, insan həyatının daha coşqulu, daha şiddətli emosiyası olaraq ortaya çıxan təşviş halına qarşı şəxsin heç bir silaha ehtiyacı olmadığına dair “özündə olma halı” və davranış bərkiməsi həyata keçsin deyə. Psixoanalitik nəzəriyyələr aspektindən Borderline şəxsiyyət pozuntusunun dünəni: Bağlılıq formaları – Boulbi, Eynsvort və Kernberq Bir çox inkişaf nəzəriyyəsinin ortaq cəhəti bundan ibarətdir ki, uşaqlıq dövründəki qazanılan təcrübə bizim sonrakı həyat xəritəmizi formalaşdırır. Doğru və yanlışlar, inam və ya inamsızlıq, özgüvən və ya dəyərsizlik hissinin təməlləri də məhz bu yaş dövründəki öyrənilənlərə əsasən atılmış olur. Hər birimiz dünyaya bir bağlılıq sistemi ilə gəlirik və bu sistem ətrafdakı digər insanlarla həyat boyu əlaqə qurmağımızı təmin edir. Emosional və ya fiziki bir təhlükə hiss etdikdə narahat olur və ya kədərlənirik, bu zaman bağlılıq sistemlərimiz aktiv olur. Birincili, anadangəlmə strategiyamız təhlükə hiss etdikdə bağlanma fiqurlarımıza yaxınlıq yaratmaqdır. Bu şəkildə özümüzü daha rahat hiss edirik və təhlükəsizlik hissimizi bərpa etmiş oluruq. Dostluq və romantik münasibətlər yetkinlik dövrü bağlılıq fiqurlarımızdır. Bağlanma növləri ilk dəfə Mary Ainsworth və dostları tərəfindən istifadə edilən “Yad situasiya” adlı eksperimental metodla müəyyən edilmişdir. Bu üsulla körpə anası ilə birlikdə rahat bir laboratoriya otağına aparıldı, sonra qısa müddətdə anasından ayrıldı və bir özgə ilə tək qaldı və sonra anası ilə yenidən görüşdü. Təcrübə zamanı körpələrin bağlanma davranışları 3 fərqli bağlanma növü müşahidə edilmişdir, mən bu ilin may ayında təqdim etdiyim tədqiqat işimdə 4 bağlılıq forması qeyd etsəm də, biz Ainsworth haqqında danışırıqsa yalnız 3 formanı qeyd etməliyik: • Güvənli bağlılıq/inamlı – sağlam bağlanma,uşaq anası qayıtdıqdan sonra yenidən ətraf-mühiti kəşf edir. • Təşvişli bağlılıq hansı ki, burada bir müddət sonra anası yanına qayıdan uşaq sakitləşmir, davamlı olaraq yenidən ayrılacağının qorxusu içərisindədir. • Çəkingən bağlılıq və ya laqeyd bağlılıq, burada uşaq qəribə də olsa əslində bağlılıq fiqurunun getməyi və qayıtmağı ilə bağlı çox da əhəmiyyətli dərəcədə fərqli reaksiyalar nümayiş etdirmir. Bağlılıq nəzəriyyəsi iki yöndə iddia ortaya atır: 1. Bağlılıq davranışı həyat boyu təsirli bir özəlliyə sahibdir. 2. Bağlılıq həyat boyu qurulacaq olan başqa münasibətlərin də formalaşma və inkişaf məcrasını təyin edir. IV Bağlılıq forması, Kernberq və Qarışıq bağlanma Nizamsız və ya qarışıq bağlanma zamanı ana ilə qovuşan uşaq qeyri-ardıcıl bağlılıq reaksiyaları verir, məsələn anidən sevinir, dərhal sonra qəzəblənir, anidən anaya yapışma davranışı, ardınca isə qopma və uzaqlaşma davranışı nümayiş etdirir. Bu bağlılıq forması psixoanalitik nəzəriyyələrdə sərhəd sferasındakı problemlərin baza səbəblərindən biri kimi qeyd olunur. Psixoanalitik terapiyalarda bu problemə adətən irəlisi açıq olan və konkret çərçivələnməsi mövcud olmayan proses olaraq yanaşılır. Hər halda istər analiz etmək olsun, istərsə də bacarıq qazandırma, şəxsiyyət pozuntularına müdaxilə 2 il, adətən isə daha çox davam edəcək terapiya seansları tələb edir. DSM lV aspektdən 5 psixiatrik pozuntu kateqoriyası DSM-IV 5 kateqoriyalıdır. Mən bu yazıda iki kateqoriya kənaraçıxmaları sıralayacaq və II kateqoriyada qeyd edilən pozuntunun Koqnitiv-Davranış modeli haqqında danışacam. İrəlidə Kateqoriya 1 və Kateqoriya 2 narahatlıqlar ifadəsi tərəfimdən istifadə ediləcəyi üçün bunu aydınlaşdırmağı labüd hesab edirəm ki, oxucunun zehnində sual işarəsi qalmasın. Kateqoriya I KLİNİK pozuntular. Körpəlik, Uşaqlıq və ya Yeniyetməlik dövründə ilk dəfə diaqnoz qoyulur • Maddə İstifadəsi ilə Bağlı Xəstəliklər • Şizofreniya və digər psixotik pozuntular • Əhval-ruhiyyənin pozuntuları • Təşviş pozuntuları • Somotoform pozuntular • Cinsi pozuntular • Yemək pozuntuları • Yuxu pozuntuları Kateqoriya II ŞƏXSİYYƏT POZUNTULARI və İNTELEKTUAL POZUNTULAR • Paranoid şəxsiyyət pozuntusu • Şizoid şəxsiyyət pozuntusu • Antisosial Şəxsiyyət pozuntusu • Şizotipal şəxsiyyət pozuntusu • Borderline Şəxsiyyət pozuntusu • İsterik şəxsiyyət pozuntusu • Narsisistik Şəxsiyyət pozuntusu • Çəkingən Şəxsiyyət pozuntusu • Asılı şəxsiyyət pozuntusu • Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu Əvvəllər burada Passiv-aqressiv, Depresiv tipi də təsnif edirdik, lakin mənə məlum olmayan səbəblərə görə hazırda təsnifatlarda bu iki “tərk edilən tipin” heç biri və ya Depresiv tipə rast gəlinmir. Məsələn Ertuğrul Köroğlunun “Kişilik Bozuklukları” kitabında “Passiv-aqressiv tip” mövcuddur, amma Depresiv tip yoxdur. Koqnitiv-biheviorist terapiyanın təkamülü və onun Borderline Şəxsiyyət pozuntusunda tətbiqi Koqnitiv terapiya əvvəlcə depressiyanın müalicəsi üçün ortaya çıxdı və sonra digər Kateqoriya I pozuntuların əksəriyyətini müalicə etmək üçün sürətlə genişləndi (Gillian Toll və Xristofer Fayrbürn – Yemə pozuntularının koqnitiv terapiyası, Turkington, Kingdom – Şizofreniyanın koqnitiv terapiyası, Oya Sevin Mortan – Şizofreniya və Psixotik pozuntuların koqnitiv qrup terapiyası, Klarkın təşviş modeli, Ellisin Depressiya modeli, Purdonun OKP, Şerri Predrikin Bədən dismorfik pozuntu modeli və.s bu xüsusda tədqiq ediləcək sahələrdir, təbii ki, Datillonun Koqnitiv-bihevioral ailə terapiyası və Sungurun Koqnitiv-bihevioral cinsi terapiyası da gözardı edilə bilməz) . O vaxtdan bəri, Koqnitiv-bihevioral terapiya özünü digər problemlərdə Kateqoriya II pozuntuların müalicəsinə doğru genişləndirmək üçün kifayət qədər böyük qət etmişdir. (1983 – Marşa Linehanın Dialektik-Bihevioral terapiyası, Layden və Artur Fremanın Şəxsiyyət pozuntularında Beck yönümlü koqnitiv terapiya yanaşması, 2003 – Jeffrey Young ilə Koqnitiv Şema terapiyası yanaşması və.s) Kateqoriya II pozuntuların koqnitiv modelində üç əsas element var. • Koqnitsiyalar • Çox inkişaf etmiş davranışlar • Az etmiş davranışlar Koqnitsiyalara avtomatik düşüncələr, fərziyyələr və sxemlər daxil ola bilər. Yüksək inkişaf etmiş davranışlar kompensasiya strategiyalarıdır, inkişaf etməmiş davranışlar isə çatışmayan həyat bacarıqlarıdır. Avtomatik düşüncələr düşüncənin ən səthi səviyyəsindədir. Bunlara xüsusi hallarda baş verən anlıq düşüncələr və obrazlar daxildir. Buna misal olaraq masanın üstündə görülməli olan bütün işlərə baxaraq “Bu işləri görə bilmərəm” anlayışı avtomatik düşüncə ola bilər. Fərziyyələr yaşayışın şərti qaydalarıdır. Bunlar təcrübə, ailə həyatı və sosiallaşma yolu ilə öyrənilir. Buna misal olaraq “Hər şeyi mükəmməl etmirəmsə, deməli uğursuzam ” ehkamını, fərziyyəsini göstərmək olar. Sxemlər ll kateqoriya narahatlıqların terapiyasının əsas diqqət mərkəzində olan koqnitsiyaları əhatə edir. Tez-tez travmaya səbəb olan bu koqnitsiyalar şərtsizdir, ciddi şəkildə disfunksionaldır və dəyişikliklərə son dərəcə müqavimətlidir, bu sxemlər aktivləşdikdə kəskin affekt reaksiyalarına səbəb olur. Travma həm ayrıca danışılır, həm də sxemlərin başlanğıcı olaraq nəzərə alınır, travmaya misal bədən travması (və ya cinsi istismar), emosional travma (və ya son dərəcə maladaptif valideyn davranışı) ola bilər. Sxemə misal olaraq “Mən bir fərd olaraq tamamilə qüsurluyam” düşüncəsi ola bilər. II Kateqoriya pozuntularda terapiyanın çox inkişaf etmiş davranış elementlərinə kompensasiya strategiyaları daxildir ki, bu da uşaqların düşdüyü həyat vəziyyətlərinin öhdəsindən gəlmək üçün inkişaf etdirdikləri mübarizə bacarıqlarıdır. Uşaqlar alkoqollu içkilərin aludəçiliyindən əziyyət çəkən və təcavüzkar valideynlə yaşamaq, cinsi istismara məruz qalmaq və ya uşağın əsas psixoloji sağlamlıq ehtiyaclarına mənfi təsir göstərən mübahisəsiz qaydaların olduğu bir mühitdə yaşamaq kimi qarşısıalınmaz vəziyyətlərə cəlb edilə bilər. Bunların heç biri uşaqların “nəzarət edə bildiyi” vəziyyətlər deyil, lakin uşaqlar bununla mübarizə aparmaq istəyirlər. Müəyyən bir müddət funksional və işlək kimi görünən hər hansı bir strategiya çox vaxt sonralar yenidən və ya daimi istifadə olunur. Yetkinlik dövründə bu şəxslər nisbətən məhdud sayda kompensasiya strategiyalarına etibar etməyə davam edə bilərlər, bu kompensasiya davranışları çox inkişaf etmiş bacarıqlardır adətən və beləliklə, işlək və ya qeyri-funksional olmağına baxmayaq uşaqlıqda yaşanan situasiyalara bənzər hər hansı bir situasiya şəxsin təcrübəsini stimullaşdırdıqda bu mübarizə vasitələri aktivləşir. Çox vaxt pis nəticələrin qarşısını almaq üçün hazırlanmış bu strategiyalar özləri zamanla qarşısını almalı olduqları çox pis nəticələrə gətirib çıxaran davranış nümunəsi kimi qarşımıza çıxır. İstənilən nəticəni vermədikdə, xəstələr tez-tez fərqli bir strategiyanı sınamaq əvəzinə “kifayət qədər iş görmədiklərinə qərar verirlər”. Onlar edəcəklərini “daha çətin, daha sürətli, daha əhatəli, daha ciddi” etməli olduqlarını hiss edirlər. Məsələn daha çox alkoqol qəbul etmək, gücsüzlük sxemi aktiv olduğunda silahlanma davranışı və.s. Beləliklə, nəticə verməyən davranışlardan imtina etmək əvəzinə, uğursuz olsa belə, eyni strategiyadan daha tez-tez istifadə etməyə başlayırlar. Yetkinlərdə, uşaqlıq təcrübələrini psixoloji olaraq xatırladan vəziyyətlərdə sxem inancları və kompensasiya strategiyaları aktivləşməyə davam edir. II kateqoriyalı narahatlıqların Koqnitiv-bihevioral terapiyası geniş mənada xəstənin sxeminə və kompensasiya strategiyalarına bələd olma və onların daha dəqiq və funksional inanc və davranışlar ilə əvəz etmək üçün yenidən qurulmasını əhatə edir. Bu, həm də çatışmayan həyat bacarıqlarının öyrədilməsi deməkdir. Bütün bunlar bu yeni inanc və davranışların tətbiq oluna və öyrənilə biləcəyi bir mühitdə edilir. Borderline şəxsiyyət pozuntusu tez-tez həm mütəxəssisi, həm də xəstəni çaşdırır. Bu qarışıq narahatlığın simptomları arasında; Tərk edilmə, qeyri-sabit və şiddətli emosiyalar ilə təzahür edən münasibətlər, şəxsiyyət böhranı, reaktiv özünə zərər vermə, öldürücü və özünə zərər verən davranış, əhval-ruhiyyənin qeyri-sabitliyi, boşluq hissi, irrasional qıcıqlanma, paranoid və dissosiativ simptomlar var. Borderline Şəxsiyyət pozuntusu olan benefsiarların tipik sxemləri içərisində Tərk edilmək, Güvənsizlik, Yetərsizlik, Gücsüzlük, Layiq görmə vardır. Tipik Borderline kompensasiya strategiyalarına/çox inkişaf etmiş bacarıqlara: yayınma , aqressiya, asılılıq, özünə zərər vermə, “danışmamaq, hiss etməmək” qaydaları və həddindən artıq həyəcanlılıq daxildir. Bu davranışlar Borderline Şəxsiyyət pozuntusunun əsas sxem inanclarına reaksiya olaraq ortaya çıxan davranış nümunələridir. Məsələn, bu xəstələrin hissləri və düşüncələri çox vaxt uşaqlıqda qiymətləndirilmirdi. Onlara bildirilmişdir ki, onların hiss və düşüncələrinin özləri, eyni zamanda bu hiss və düşüncələri ifadə etmək yanlış və zərərlidir. Bu da özlüyündə “danışmıram, hiss etmirəm” kompensasiyasını inkişaf etdirmiş, bu kompensasiya və ya qayda uşağın sağlam özünü tanımasını və özünə inamını inkişaf etdirməsini qeyri-mümkün etmişdir. Qısaca bu benefsiarlara uzaqdan baxdıqda həyat hekayələri belə izah oluna bilər - Onlar kim olduqlarını bilmirdilər, ehtiyaclarının nə olduğunu dərk etmədilər və ehtiyaclarını necə ödəməyi öyrənmədilər. Travma çox vaxt heç kimə etibar edilə bilməyəcəyi və ya hər kəsin bir gün gedəcəyi inancına səbəb olur. Yetkinlik vəziyyətlərində uşaqlıq inancları və davranışları təkrarlanır. Bu, “o zamanın indiki ilə qarışmasına” və böyüklərin uşaqlıq travmalarını yenidən aktivləşdirməsinə səbəb olur. Bundan əlavə, Borderline xəstələri üçün travma yalnız məzmun kimi deyil, həm də orijinal fəaliyyət növü kimi kodlaşdırılır. Yetkin bir Borderline Şəxsiyyət pozuntusundan əziyyət çəkən şəxs yalnız uşaqlıq travmasının nəticələrinə inanmır, həm də uşağa uyğun idrak strategiyaları ilə birlikdə bu sahədə məlumatları emal edir. Bu daha primitiv işləmə bacarıqları tez-tez Borderline tip şəxsiyyət pozuntusu olan benefsiarı terapevt üçün anlaşılmaz edir. Çox vaxt benefsiarlar da özlərini anlaşılmaz hesab edirlər. Sui-istifadəyə məruz qalan və disfunksional, sərt mübarizə strategiyaları inkişaf etdirən uşaqlar sağlam həyat bacarıqlarını öyrənmirlər. Bu uşaqlarda sağlam ünsiyyət bacarıqları, uzaqgörənlik, problemləri həll etmə bacarıqları, kimin etibarlı olduğuna qərar vermək, valideynlik bacarıqları, müdafiə bacarıqları, özünü tanımaq, emosiyaların tənzimlənməsi bacarıqları, özünü sakitləşdirmə bacarıqları və s. kimi sosial bacarıqlar az inkişaf etmiş və ya ümumiyyətlə inkişaf etməmiş olur. Bu Bacarıqların olmaması onların gündəlik həyatda qeyri-münasib vəziyyətlərə düşməsinə və ya qeyri-münasib şəkildə reaksiya göstərməsinə səbəb olur. Onlar tez-tez sağlam həyat bacarıqlarının olmaması səbəbindən yaranan və ya daha da pisləşən real böhran vəziyyətlərində olurlar. Aşağıdakı siyahı Borderline Şəxsiyyət pozuntusu olan şəxslərdə Koqnitiv-bihevioral terapiyaya başlamaq adına müalicə məqsədlərini göstərir. Ancaq müəyyən bir neçə addım varki müalicə boyu dəfələrlə təkrarlanacaq və digər addımlarla birləşdiriləcəkdir. Beləliklə, Koqnitiv-bihevioral terapiya aspektindən Borderline şəxsiyyət pozuntusunun məqsədləri 1. Tam və geniş bir şəxsiyyət və inkişaf ananmnezi alın. • Necə bir ailədə doğuldu? • Valideynlərini necə xatırlayır? • Onların sənə qarşı münasibətləri necə idi? • Bir-birlərinə qarşı münasibətləri necə idi? • Bacı və qardaşlarına qarşı münasibətləri necə idi? • Valideynlərinin başqalarına qarşı münasibətləri necə idi? və.s 2. Özünə zərər verən davranışları və intihar meyllərini azaldın. • Sonuncu dəfə bu təcrübəni nə vaxt yaşamısan? • Nə baş vermişdi? • Bunun səndə məna qarşılığı nə idi? Necə mənalandırdın? • Nə hiss etdin? Fuziya və Defuziya anlayışı • Davranış məşqi kimi şəxsin düşüncə və emosiyalar ilə bütünləşmək və ayrılmasını sınamaq olar. Məsələn: A. Düşüncə nədir? B. Düşüncə nə deyil? C. Düşüncə necə təsir edir? D. Düşüncə necə təsir edə bilmir? E. Emosiya nədir? F. Emosiya nə deyil? G. Emosiya necə təsir edə bilər? H. Emosiya necə təsirsizdir? Maarifləndirmə: Psixiatrik xəstəliklər içərisində Obsessiv-kompulsiv pozuntu deyə bir kateqoriya var, bu şəxsin məcburi obraz və fikirlərin müşayiəti ilə özünü rahatlatmaq davranışıdır. İntim obsessiyası olan bir ata körpə qızına hər yaxınlaşdıqda xəyalında ona qarşı cinsi istək hiss etdiyinə dair obraz ortaya çıxır. Ata 2 yaşlı qızına heç toxuna bilmir. Çünki düşüncənin gerçək olacağını düşünür, dolayısı ilə heç bir davranış olmasa belə sadəcə olaraq var olan və yox olan düşüncənin qızına zərər verəcəyini düşünür. Bir tərəfdən şəxs təşviş hissindən qaçarkən, digər tərəfdən iztirab dünyasına qapılarını açır. Halbuki düşüncəni sadəcə buluda da bənzətmək, ona görə deyil, ona rəğmən də yaşamaq olardı. Gəl səninlə bir məşq edək, məndən yaxşılar buna Bulud metaforası deyir (ardı üçüncü bənddə) 3. Özünü sakitləşdirən, mübarizə aparan və xoşagələn davranışları artırın. Bulud metaforası Bulud metaforası emosiyaların qəbul edilməli yoxsa bastırılmalı olduğu fikrini sınamağa imkan verən üçüncü dalğa koqnitiv terapiyalarda tez-tez müraciət edilən qəbul mərkəzli texnikalardandır. Hazırkı emosiyalarınızı səmada süzülən buludlar kimi müşahidə edirsiniz və dayanıb onların hərəkətinə icazə verirsinizsə - sadəcə müşahidə etdiyiniz anda situasiya sizə nə hiss etdirir? Bu şüurlu fərqindəlik məşqi şəxsə düşüncə və emosiyalara nəzarəti buraxmağa və buludların (və ya emosiyaların) bir an üçün orada mövcud olmağına rəğmən, sonra uzaqlaşa biləcəyini başa düşməyə imkan verir. Şəxs “xoşagəlməz emosiyaları” müşahidə etməklə yanaşı, həm də xoş emosiyaları süzülən buludlar kimi təsəvvür edə bilər. Şəxs deyək ki, xoşbəxtlik hissinin uzaqlaşdığını müşahidə etdikcə bu hissin bir daha geri qaytarmayacağından qorxurmu? Müdaxilə, mübarizə, üsyan olmadan sadəcə müşahidə etmək və emosiyaların buludlar bənzəri süzülməsinə izin vermək həqiqətən həmişə itki, acizlik və məğlubiyyət kimi “qazanclar” ilə nəticələnirmi? Empirik yoxlama metodu məhz şəxsə hiss etdiyinin gerçəyin inikası olmadığını yoxlamaq imkanı verir Emosiyalara qarşı tolerantlıq qazanmaq üçün başqa bir metafora Simfoniyadır. Bu metaforada siz hər bir emosiyanı ya notlar toplusu, hər notu simfoniyanın bir hissəsi kimi təsəvvür etməyə çalışın. Yavaş hərəkətlər, sürətli hərəkətlər, yüksək notlar, aşağı notlar var və ifada pauzalar. Simfoniyadakı bütün notları və onun müxtəlif komponentlərini, bütövlüyü yaradan amilləri təsəvvür etdikdə özünüzdən soruşa bilərsiniz: “Bəs simfoniyada yalnız yüksək notlar olsaydı?”. Bəs səhnələr təkcə xoş, sevincli olsaydı, olum və ölüm arasında, adına həyat deyilən bu səfərdə itirəndə üzüləcək qədər dəyər verdiyim heç kim olmasaydı, bu suallar haqqında düşünmək mənə nə hiss etdirir? 4 · Təmizləmə və.s kimi təşkilati bacarıqları inkişaf etdirəcək əsas həyat bacarıqlarını öyrədin. • Ev tapşırıqları müzakirə edilir və təyin edilir. Məsələn: Problem çözmə siyahısı Təxirə saldığınız işə nə vaxt başlamaq istədiyinizi müəyyənləşdirin. Səhifəni yarıya bölmək üçün xətt çəkin və iki sütunu “Problemlər” və “Həllər” adlandırın. Problemlər sütununda işə başlamanıza mane ola biləcək hər şeyi yazın. Sonra Həll sütununda bu problemlərin hər birini necə həll edəcəyinizi yazın. Və ya Böyük işlər üçün kiçik addımlar Böyük bir uğura, ya da məqsədə gedən yolu olduğu kimi böyük görmək hər zaman sənə ümidverici nüanslar vəd etmir və bəzən də bu böyük məqsədlərin böyüklüyü səni qorxuda, hələ hərəkətə keçmədən yora, geri çəkilməyə vadar edə bilər. Lakin böyük bir məqsədi, kiçik hissələrə böləndə əlində yol xəritəsi tutmuş kimi olursan. Məsələn: İsinmək məqsədi olan insanın kiçik addımları bunlar ola bilər. • Əvvəlcə içində olduğu otağın qapı və pəncərələrini bağlamaq • Sonra odun yığmaq • Ardınca odunları sobaya toplamaq • Odunları odlamaq. Əlavə nümunə üçün, mən hüquqşünas olmaq istəyirəm deyən abituriyentin kiçik addımlarına diqqət edək. • III blok fənləri üzərində daha çox çalışmaq • Ədəbiyyat, Tarix, İngilis dili, Riyaziyyat, Azərbaycan dilinin həftəlik mütaliə saatlarını müəyyən etmək, istirahət vaxtları təyin etmək. Həftəlik mütaliə saatını təmin etdikdə həftə sonu özünü sevdiyi, amma hazırda məşğul olduğu üçün uzaq qaldığı hər hansı bir fəaliyyət ilə mükafatlandırmaq. • Vaxtaşırı imtahan təcrübəsini inkişaf etdirmək və nisbətən zəif olduğu nöqtələri təyin etmək üçün sınaqlarda iştirak etmək. 5. Problemlərin aradan qaldırılması, ünsiyyət, valideynlik, qərar qəbul etmə, sərhədlərin qoyulması, emosiyaların tənzimlənməsi və ünsiyyət bacarıqları kimi inkişaf etməmiş həyat bacarıqlarını öyrət. David Letterman dinləmə texnikası Burada siz David Letterman və ya Cey Leno , olsun elə Bəyazit Öztürk kimi tok-şou aparıcıları bənzəri, hər kəslə və hər yerdə təsadüfi və səmimi söhbətlər etməyi öyrənirsiniz. Siz Atəşkəs Texnikası istifadə edir, Düşüncə və Emosiya Empatiyası qurur, Maraq və kompliment istifadə edərək diqqətinizi digər şəxsə yönəltməyi öyrənirsiniz. Onu özünüzə cəlb etmək əvəzinə projektor işıqların onun üzərində olmağını təmin edirsiniz. Bunu heyranlığınızı ifadə edərək və dostcasına etsəniz, qarşıdakı insan sizin haqqınızda müsbət hiss etməyə başlayacaq. Paradoksal Qəbuletmə Çatışmazlıqlarını sakit və yumor hissi ilə qəbul edirsən. Qəbul Paradoksu Buddist təliminə əsaslanır ki, özünü müdafiə etdiyin zaman özünlə bir növ müharibə yaradırsan. Öz tənqidinə qarşı özünü müdafiə etsən, özünlə mübarizə aparmalı olacaqsan. Əksinə, tənqiddə həqiqət zərrəsi tapsan, içindəki tənqidçinin şövqünün aşağı düşməsinə imkan verəcəksən. Burada tənqid edən təbii ki, özünsən və buna görə də özünlə barışırsan. Rol oyunu ilə sözlü konflikt yaşanan situasiyaların təyin edilib müzakirəsindən sonra situasiyanı səhnələşdirmək mümkündür, Məsələn: Başqa bir insanla müsbət və mənfi düşüncələrinizin rolunu alın və qarşılıqlı dialoq qurun. Mənfi fikir rolunda olan insan “Sən”lə başlayan cümlələrlə hücum etsin, müsbət fikir rolunda olan şəxs isə “mən”lə başlayan cümlələrlə özünü müdafiə etsin. Burada bir xüsusa diqqət etmək lazımdır ki, texnika faydalı olsun, benefsiar ilə bu texnikada rol alan şəxs özünün benefsiara qarşı olan emosiya və düşüncələri ilə deyil, benefsiarın özünün özünə qarşı olan düşüncələri ilə hücum etməlidir və cümlələr “Mən düşünürəm ki” deyə yox, “səndə bu qüsurlar var, bunlara görə ümid edirəm ki, utanırsan” bənzəri olmalıdır. 6. Sxem və inancları müəyyən edin. • Burada təməl inancları kəşfə yönələn müxtəlif texnikalar sizə faydalı ola bilər. Məsələn: Aşkar etmə texnikaları 1. Aşağı ox Aşağı ox texnikası sizi təşviş və depressiyaya çəkən yıxıcı kök inancları təyin etmək üçündür. Neqativ düşüncənin aşağıda ox çəkib özünüzə “Deyək ki bu düşüncə doğrudur, bu düşüncə mənə hansı səbəbdən mənfi təsir edir? Bunun mənim üçün mənası nədir?” deyə soruşuruq. Cavabdan sonra hər dəfə cavabın aşağısına ox çəkib eyni sualı təkrar edib yeni cavab alın, beləliklə neqativ düşüncəmizin altında yatan inancları öyrənmiş olacağıq. 2. “Deyək ki, bu oldu” Bu texnika da qorxuların arxasındakı ssenarimizi tapmağa kömək olur. “Bu fikir doğru olsaydı ən pis halda nə olardı?” sualını verin, sonra isə bunu hər dəfə cavab alanda yenidən o cavaba “Bu fikir doğru olsaydı ən pis halda nə olardı?” sualını ünvanlayın. Bir neçə dəfə bunu cavablayın, sonra özümüzdən soruşaq, “Bütün bunların gerçək olma ehtimalı nə qədərdir?” 7. Bu inanclara səbəb olan uşaqlıq şəraitini müəyyənləşdirin. • Əsasən yönləndirici suallar ilə hekayəni dinləyin Əli /Ayişə, bu sahib olduğun inancların nədən, hardan gəldiyi ilə bağlı bir xatirən varmı? Səncə bu inanclar hər zaman və hər məkan üçün doğruldumu? Bunların doğru inanc olduğunu hansı nümunələr ilə öyrəndin? 8. Sxem inancını insanın həqiqi səsi olmayan daxili səs kimi müəyyən edin. Mənaların fərqləndirilməsi texnikaları – Qəbul və könüllülük terapiyası Məsələn: A. Vərəqə - Mən günahkaram - yazdır. 1 dəqiqə ərzində “Mən günahkaram, mən günahkaram, mən günahkaram” - deyə təkrar etdir. B. Vərəqə - Mən günahkar olduğumu düşünürəm – yazdır. 1 dəqiqə ərzində - “Mən günahkar olduğumu düşünürəm” - deyə təkrar etdir. C. Vərəqə - Mən günahkar olduğumu düşündüyümü hiss etdim - deyə yazdır. 1 dəqiqə ərzində - Mən günahkar olduğumu düşündüyümü hiss etdim - deyə təkrar etdir. Və sonra bu mənalar arasında fərqliliyi sorğula Daha əlavə Günahkaram ifadəsini deyək ki, başqa bir dildə ifadə etməyi üçün bir vərəq təqdim edirik, Məsələn: İtalyanca – sono colpevole [sunu kalpeevoli] Albanca – Unë jam fajtor [un yam faytor] Almanca – Ich bin schuldig [iş bin şuldiq] – bunları şəxs ifadə etdikdən sonra: T. Bu sözlərin nə mənaya gəldiyini bilirsən? B. Xeyr. Nə deməkdir ki? T. Nəsə hiss etdirmədi sənə? B. Yox? T. Hamısı “günahkaram” deməkdir. Sizcə bu ifadələri demək sizə hansı səbəbdən pis hiss etdirmədi? B. Anlamadım deyə ola bilər? T. Deməli başqa cür anlasaq da fərqli hiss edə bilərik. 9. Bu fikrin kimə məxsus olduğunu müəyyənləşdirin. Bu sözləri, bu fikirləri sənin haqqında daha çox kimlər ifadə edirdi? / bu fikirləri daha çox kimdən eşitmisən? İnsanların danışdığı ifadələr və onların doğru, yanlış, həqiqət, yalanları haqqında psixoloji maarifləndirmə aparılır, alternativ düşüncənin əlavə edildiyi 7 sütunlu düşüncə qeydi formu doldurulur. Nə vaxt idi Nə oldu? Nə düşündüm? Nə hiss etdim? Nə etdim? Başqa nə düşünə bilərdim? Alternativ düşüncəni düşünsən necə hiss edərdim? Cədvəl.1. 10. Benefsiarı öz həqiqi səsini müəyyən etməyə təşviq edin. Uşaqlıq mühitinin öhdəsindən gəlmək üçün uşaqlıqda öyrənilən davranışları və bu mühitlərin yaratdığı inancları müəyyənləşdirin. Burada koqnitiv rekonstruksiya üçün düşüncə üzərində iş ən az təsirə malik texnika olacaqdır. O səbəbdən Fayda və zərər analizi ilə situasiyaya yenidən baxırıq Fayda: Öyrəndiklərimin bu vaxta qədər mənə verdiyi faydalar nələr olmuşdur? Zərər: Öyrəndiklərimin bu vaxta qədər mənə verdiyi zərərlər nələr olmuşdur? Və dahası motivasiya yaratmaq üçün alternativ davranış nümunəsini yazırıq, sonrasında vərəqi iki hissəyə ayırır, mümkün variantları təxmin edirik və sonra bunlara dair inancımızı qeyd edirik, ardınca yeni davranışı həyata keçirir və vərəqin boş hissəsində yeni davranış sonrası təəssüratlarımızı qeyd edirik. Yəni inanc və düşüncələri, fərziyyələri, ümumiyyətlə koqnitiv rekonstruksiyanı davranış təcrübələri əsasında həyata keçiririk. 11. Mövcud mühitlə indiki mühiti fərqləndirin. Mövcud mühitin hansı aspekti stimullaşdıran amil kimi çıxış edən keçmişlə oxşardır? Fərqli, lakin nəzərə çarpmayan nədir? Mövcud mühitdəki güclü tərəflərin nələrdir? Zəif tərəflərin nələrdir? Bu gün sənə nələr keçmiş mühiti xatırladır? O stimmulaşdırıcı xatirələr ilə necə mübarizə aparırsan? Koqnitiv Ekspozisiya və ya Klassik ekspozisiya+5 duyum aktivləşdirməsi Koqnitiv Ekspozisiya Bəzən qorxduğun hər hansı bir nüansa özünü məruz buraxa bilmirsən. Məsələn, əgər səndə uçmaq qorxusu varsa, qorxunun öhdəsindən gəlmək üçün təyyarəni qəzaya uğratmaq fikrində olmamağın təbiidir! Ancaq Koqnitiv Ekspozisiyadan istifadə edərək xəyalən bu qorxu ilə qarşılaşa bilərsən. Burada əsas nüans “heç nə etməmək sənətidir”, qorxulan görüntü ilə mübarizə aparmaq əvəzinə ona təslim oluruq. Real narahatlıq yaradan situasiyada isə deyək ki, nəfəs məşqləri ilə başlanğıcda qorxulan situasiya ilə 30 dəqiqə üzləşmə aparılır 13. Digər davranış formalarını araşdırın Başqa çox inkişaf etmiş/kompensasiya edici davranışları kəşf edir və dəyişdirir 14. Yeni davranış həyat bacarıqlarını tətbiq edin. Az inkişaf etmiş / sosial və həyati bacarıqları inkişaf etdirmə və formalaşdırma. 15. Davranış təcrübələrindən əldə edilən yeni həyat qaydalarını və yeni sxemləri şifahi şəkildə ifadə edin. Dərs danışır bənzəri bloknota qeyd etdiyi yeni fərziyyə və inancları danışır, bu situasiyaları yaradır və yeni bacarıqları eyni bizlər terapevtik bacarıqları tətbiq etdiyimiz bənzəri situasiyalara tətbiq edir. 16. Şəxsiyyət məsələlərini araşdırın. Xarakter əlamətlərinə çevrilmiş və tətbiq edildikcə hipokampus iştirakı ilə bərkimiş olan vərdişləri, eyni zamanda introversiya və ya ekstroversiya əlamətləri və.s. 17. Təsvirlər, qoxular, əşyalar və s. istifadə edərək yeni Sxemi dəstəkləyən situasiyalar yaradın, assosiativ yaddaşı yenidən qurun. Məsələn Həyatın nə mənaya gəldiyi sorğusu ətrafında müzakirə + Əgər onun bir forması olsaydı necə olardı? – sualı əsasında otaqda “həyat mənası formasında” fiqur Dəyərlər Onun vizual qarşılığı Onun qoxu qarşılığı Onun səth və ya əşyavi qarşılığı və.s Əsasında sxem və düşüncələrin bərkidilməsi həyata keçirilir. Ədəbiyyat siyahısı: 1. APA – DSM – IV, 1994 2. Arthur Freeman, Layden, M. A., Newman, C., Morse, S. (1993). Cognitive Therapy of Borderline Disorder, Needham, MA: Allyn & Bacon. 3. Bahattin Göktan – Psikanalitik terapiler temel eğitimi, Kuramcılar 4. David D. Burns – Panik atakda, Psikonet, 2018 5. Greenberger, Padesky – Evinizdeki terapist, Altın kitaplar 6. Jeffrey Wood - Diyalektik Davranışçı terapi, Dev Belgesel yayınları 7. Mary Layden – Sınırda kişilik bozukluğunda bilişsel terapi, Bilişsel terapi ve uygulamaları, Robert l. Leahy, litera yayın evi, 2004, səh.313-332, 8. Nəsimi Qiyasov – Bağlılıq nəzəriyyəsinin şagirdlərin psixo-sosial və psixopedaqoji sferasına təsiri, Elmi tədqiqat işi, Şəki-2021 9. Robert l. Leahy – Duygusal Şema Terapi, Altın pusula, 2018 10. Sinem Durusal – Kabul ve kararlılık terapisi, Eğitim Sunumu Psixoloq: Nəsimi Qiyasov Tarix: 05.07.2022 Azərbaycan Respublikası, Bərdə şəhəri
İnsanın ana bətnində inkişafı zamanı ilk olaraq eşitmə duyğusu formalaşır ki, aparılan araşdırmalara əsasən hamiləliyin son aylarında uşaq kənardan gələn səsləri eşidir və uyğun olaraq reaksiyalar verir. Məhz bu baxımdan hələ dünyaya gəlməzdən əvvəl, bir şeyləri öyrəmənin yolunun dinləmədən asılı olduğu müəyyənləşmiş olur. Öyrənmənin öncə dinləmə vasitəsilə həyata keçirilməsi əsas verir ki, “Dinləmədən öyrənmək olmaz” fikrini sübuta yetirmiş olsun. Xüsusi olaraq qeyd etmək lazımdır ki, mahiyyət etibarilə dinləmə və eşitmə eyni məna kəsb etmir. Belə ki, eşitmək sadəcə müxtəlif səs çalarlarına malik söz topluluğunun, səs-hərf yığımının beyində müəyyən əks-səda yaratmasından ibarətdir. Dinləmə isə fikrin, düşüncənin beynin süzgəcindən keçərək, müəyyən mənaya bürünməsi prosesi kimi baş verir. Yəni, eşitmədə nizamsızlıq, sistemsizlik kimi boşluqlar olduğu halda, dinləmədə isə bir məqsədə, ideyaya fokuslanma özünü göstərir. Dinləmə zamanı insanların bu prosesə yanaşma tərzi, dinləmədən necə istifadə olunması məsələləri və faydalanma səviyyəsinə uyğun olaraq fərqli istifadə tərəfləri aşkara çıxmış olur ki, həmin tərəfləri aşağıdakı kimi təsnifləndirmək olar: · Danışmaq üçün – dinləmək bu zaman əsas məqsəd öz fikirlərini ifadə etməyə can atmaq və fikirlərinin digər fikirlərdən daha üstün olmasına çalışmaqdır. Danışmaq üçün dinləyən insanlar daha çox özünü potensial imkanlarından yuxarı qiymətləndirirlər və kortəbii şəkildə öz fikrinin ən yaxşı fikir olduğuna inanırlar. · Haqlı tərəf olmağa çalışmaq üçün – dinləmədə, dinləyən tərəf əslində məntiqindən və yaddaş imkanlarından geniş istifadə etməklə, məqsədinə nail olmağa çalışır. Qeyd etdiyi fikirləri lazımi keçmişdəki yaşananlar hadisələrdən sitatlar gətirərək və xüsusi məntiqi bacarıqla elə əlaqələndirmə aparır ki, qeyri-ixtiyari haqlılıq payını sübut etmiş olur. · Müqayisə üçün – dinləmə bəzi insanlarda özünü davamlı kimlərləsə müqayisə etmək tələbatı yaranır ki, bu da həmin insanın mənəvi baxımdan daha çox çatışmazlığının olduğunu əks etdirir. Dinləmə zamanı fikirlər üzərindən təhlil aparmaqla, əsas diqqəti nöqsanlara yönəltməklə, bəhanə və təsəllilərə sığınır ki, özünüaldatmaqla rahatlama prosesi gerçəkləşdirilmiş olur. · İnanmaq üçün – dinləmə belə bir həqiqət var ki, insan inanmadığı birinə nə söylərsə, söyləsin inanmaz. İnam hissini qarşındakı insandan yaşanmış və yaşanacaqları dinləyərək, formalaşdırmaq mümkündür. Buna görə də, hər zaman inandığımız insanı dinləməyimiz üçün dinlədiyimiz insana inanmaqdan başlamalıyıq. · Öyrənmək üçün – dinləmə zamanı hər şeydən öncə qarşı tərəfdən asılı olmayaraq, bu məsələnin həlli beyində öz əksini tapmalıdır. Dinlədiyin insandan çox şey öyrənəcəyinə əmin olmaq duyğusu formalaşdıqdan sonra dinləmədə öyrənmə prosesi gerçəkləşə bilər. Dinləmək içində böyük mənaları gizləyən ən dəyərli əsərdir. Çünki ömür əvvəlindən sonuna kimi möhtəşəm bir simfoniyadır. Bu simfoniyada bütün hisslər yaşanaraq, öz əksini tapmış olur. Belə ki, dinlədiyin biri varsa, həyatını gözəlləşdirən biri var deməkdir. Dinlədiyin biri varsa, sevdiyin biri var deməkdir. Dinlədiyin biri varsa, ömrünə məna verən biri var deməkdir... Beləliklə, həyatı dinləmədən, ritmini tuta bilmərik, ritmini tuta bilmədiyimiz həyata istədiyimiz kimi yön verə bilmərik. Ona görə də ətrafı və insanları dinləyək, mənalandıraq, düşüncə süzgəcimizdən keçirək və birdə çıxardığımız nəticəni özümüzdən soruşaq, özümüzlə razılaşdığımız zaman ən doğru qərarı verdiyimizə inana bilərik. Ayxan Hüseynli doktorant
Posttravmatik stress pozuntusu simptomları Post-travmatik stress pozğunluğu: Klinik sindrom olaraq elmi ədəbiyyatda mühüm yer tutur. Amerika Psixiatriya Dərnəyi tərəfindən nəşr olunan Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatının (DSM-IV 1994) dördüncü nəşrində Ptsp -nin günlük təcrübələr xaricində psixoloji travmaya səbəb olan bir hadisədən sonra meydana gəldiyi ifadə edilir. PTSP sindromunun xarakterik simptomları aşağıdakılardır: 1) travmatik hadisə ilə bağlı təkrarlanan və narahatedici xatirələr, məsələn, davamlı geri dönüşlər, yuxular, kabuslar, tez-tez güclü emosional sıxıntı ilə müşayiət olunur; 2) travmaya səbəb olan müvafiq stimullardan qaçmaq və ya ümumiyyətlə cavab verməmək; 3) Həddindən artıq oyanıqlıq, həddindən artıq qorxu, nizamsız yuxu, əsəbilik kimi hiperhəssas vəziyyəti. PTSP adətən cinsi qısnama, fiziki işgəncə, müharibə, təcrid düşərgələri kimi fərdi yönümlü bir hadisədən yarandıqda daha uzun müddət davam edir. Travmanın iki tipi Ptsp-nin qiymətləndirilməsində və müalicəsində bu sindromu yaradan stressin birinci, yoxsa ikinci növ travma olduğunu bilmək vacibdir.’ Qısaca izah etmək üçün birinci növ travma kimi gözlənilməz, qısamüddətli hadisələrdir. Təcavüz, fiziki hücum, təbii fəlakət və ya istehsalat qəzası kimi təkrarlanmayan travmatik hadisə və sürətli sağalma müşahidə olunan hadisələri bura aid edirik . Müqayisə üçün qeyd edək ki, ikinci növ travma daha qalıcı xarakter daşıyır və uşaqlıqda davamlı cinsi və ya fiziki zorakılıq kimi travmatik hadisələr zəncirini tələb edir və xəstənin dünyaya, özünə neqativ yanaşmasına səbəb olur. İkinci növ travma tez-tez yüksək dozada maddə istifadəsi, yemək pozğunluqları, əhval pozğunluqları, təşviş, panik pozğunluqlar, xroniki münasibət problemləri və uzun müddətli şəxsiyyət inkişaf pozğunluqları ilə əlaqələndirilir; Onlar emosional qadağalar, özünü idarə edən davranışlar və intihar kimi digər psixiatrik vəziyyətlərlə əlaqəli daha mürəkkəb və daha xroniki PTSP -yə səbəb olurlar. PTSP koqnitiv modeli Koqnitiv proses nöqteyi-nəzərindən, PTSP travmatik hadisələrin yüksək emosional prosesindən yaranır. PTSP simptomları onlara adekvat və ya uğurlu emosional emal aparılarsa dayandırılır. PTSP sindromunu yaradan amil travmatik hadisənin özü deyil, fərdin travmatik hadisəyə yanaşması və reaksiyasıdır. Eynilə, fərdin PTSP simptomlarına reaksiyası müalicə kursunu gedişini təyin edir. Travmanı Stimmulaşdırıcı Sxemlər İkinci növ travmadan əziyyət çəkənlərdə, xüsusən də travma uşaqlıqda yaşanıbsa, PTSP simptomları tez-tez travmaya əsaslanan sxemlərlə müşayiət olunur.’ Bu sxemlər koqnitiv təhriflər kimi təfəkkürün işini tənzimləyir və qavrayışa, şərhə, ehkam və inanclara birbaşa təsir göstərir, xüsusilə sonrakı hadisələrin yaddaşa həkki və xatırlanması bu sxemlər filtrindən keçərək müşahidə olunur. Travmaya səbəb olan sxemlərin gücsüzlük, dəyərsizlik, günahkarlıq və sevilməzlik şəklində daimi mövcudluğu və aktivləşməsi hadisə bitdikdən çox sonra şəxsin qavrayışlarında daimi qurban rolu vəziyyəti yaradır və xroniki PTSP sindromlarına yol açır. İkinci növ travmadan sağ qalanlarda, xüsusən də travma ilə əlaqəli “zəiflik sxemi” onların PTSP sindromunun əsasını təşkil edir. Nəticədə, onlar tez-tez funksional iflic vəziyyəti yaşayırlar. Və böyük emosional böhran yaşamadan gündəlik həyatın ‘zərbələri’ ilə başa çıxmağı son dərəcə çətin hesab edirlər. Beləliklə, PTSP xəstəsinin gücsüzlük hissindən əziyyət çəkməsi bu qrup xəstələr üçün koqnitiv terapiyanın əsas məqsədinə çevrilir. Klinik ilk görüş Müalicədən əvvəl; Xəstənin mövcud həyat vəziyyəti, ailə tarixi, travmatik təcrübələr tarixi, mövcud psixoloji uyğunlaşma, tibbi tarix, alkoqol və narkotik istifadəsi, depressiya və PTSP simptomlarının şiddəti haqqında məlumatlar əldə edilir. İlk klinik müsahibədə xüsusilə aktual problemlər, onların gündəlik həyata təsiri, xəstənin sosial mühitinin reaksiyaları və xəstənin simptomları ilə mübarizə yolları diqqət mərkəzindədir. Narahatedici travmatik anların, dissosiativ flashbacklərin və kabusların mövcudluğu və intensivliyi ilə bağlı xüsusi suallar verilir. Xəstəni sorğu-sual edərkən onun emosional vəziyyətinə həssas olmaq vacibdir. Travma almış xəstələrdə post-travmatik stress əlamətlərinin şiddəti dəyişkən olduğundan, məsləhətçinin xəstənin bütün PTSP meyarlarına cavab verib-vermədiyini araşdırması vacib bir vəzifədir. Bu vəziyyətdə, PTSP-nin birincil və ya ikincil klinik diaqnoz olub-olmaması və ya travmadan sonra xəstənin qismən stress əlamətlərinin narahat düşüncələr və ya sindromu maneə törətməsi qərara alınır. Terapiya tətbiqi Aydın Müalicə Məqsədləri PTSP sindromundan əziyyət çəkən xəstələrdə koqnitiv terapiyanın ümumi məqsədi onların travmalarının emosional fəaliyyətinə uğurla adaptasiya etmək olsa da, konkret terapiya məqsədləri aşağıdakı kimi sıralana bilər: 1) Fizioloji oyanıqlığın azaldılması, 2) təkrarlanan fleşbeklər, təkrarlanan kabuslar kimi narahatedici travmatik xatirələri aradan qaldırmaq, 3) travma xatirələrini güclənmə şəkilləri ilə əvəz etmək, 4) travmatik obrazların hekayə dilinə çevrilməsi, 5) travmaya səbəb olan inancların və sxemlərin dəyişdirilməsi, 6) gündəlik həyatın çətinliklərinin öhdəsindən gəlmək üçün daha təsirli strategiyalar hazırlamaq, 7) xüsusilə emosional sıxıntı zamanı özünü sakitləşdirmək və rahatlatma üçün güclü qabiliyyəti inkişaf etdirmək. Terapiya məğzinin açıqlanması Müdaxilə etmək üçün xüsusi narahatedici travmatik xatirələri seçdikdən sonra xəstəyə proses haqqında aşağıdakı kimi izah vermək olar: “Bu terapiya sizə travmatik xatirələri emal etməyə və aradan qaldırmağa imkan verir, O, həmçinin həyatınızı daha çox idarə etdiyinizi hiss etməyə kömək etmək üçün nəzərdə tutulub. İşimizin böyük bir hissəsi vizualizasiyadan istifadə etməkdən ibarətdir. Bu bir flashback və ya kabusda hiss etdiyiniz travmatik görüntüləri, düşüncələri və emosiyaları yenidən yaşamaq deməkdir. Bundan sonra daha yaxşı nəticə əldə etmək üçün travmatik görüntüləri dəyişdirəcəyik. Məqsədimiz özünüzü qurban kimi deyil, hakim kimi görmək və travma qarşısında qurban kimi hiss etməkdənsə, özünüzü güclü bir fərd kimi qəbul etməkdir. Əlbəttə ki, bu, əslində travmatik hadisəni dəyişməyəcək, lakin onlara qarşı inanclarını, düşüncələrini, zehni görüntülərini və travma ilə bağlı hisslərini dəyişəcək. Başqa bir şey soruşmaq istəyirsən?” Xəstələr travmatik görüntülər xatırlandıqda yarana biləcək mümkün emosional sıxıntı və yüksək oyanma statusundan xəbərdar olmalıdır, bunları seans zamanı terapevtlə bölüşə biləcəkləri xatırladılmalıdır. Terapiya seansında travmatik yaddaşı yenidən yaşamaq xəstənin normal həyatında yaşadıqlarından çox fərqlidir. Birincisi, seans zamanı travma həqiqətən yaşanmır. Bundan əlavə, terapevtin səsi və dəstəkləyici iştirakı bütün təxəyyül seansı boyunca “terapevtik bağın” qurulmasını təmin edir. Koqnitiv Ekspozisiya Bundan sonra xəstədən travmatik yaddaşı yenidən görməsi və onu indiki zamanda ucadan söyləməsi xahiş olunur, sanki indi baş verir, burada metodika kimi daha yaxşısı, gözləri yummaqdır. Xəstə birdən çox narahatedici fleşbekin olduğunu və ya kabuslar gördüyünü bildirirsə, diqqət ən narahat edənə yönələcək. Bu müddət ərzində xəstənin ekspozisiya seansları ilə bağlı bütün sualları sakit bir şəkildə, az və düz cavablandırılmalıdır. Təxəyyül ekspozisiyalarında konsultantın rolu istiqamət verməkdən daha çox dəstəkləyici olmalıdır. Terapevtin müdaxilələri istismar, zorakılıq səhnələrinin təfərrüatlarını və ya müəyyən hisslər və düşüncələr haqqında təfərrüatları soruşmaqdan kənara çıxmamalıdır. Vizual, emosional və sensor stimullar da daxil olmaqla bütün “qorxu şəbəkəsinin” aktivləşdirilməsi koqnitiv ekspozisiyada çox vacibdir. Travmatik yaddaşın şifahi təsviri başa çatdıqda, terapevt soruşa bilər: “Travmatik yaddaşla əlaqəli başqa bir şey varmı?” Xəyali ekspozisiya, xəstənin bütün travmatik yaddaşı yenidən yaşadığına əmin olduqda başa çatır. Üstünlük emalı Xəstə koqnitiv ekspozisiya bölməsini bitirdikdən dərhal sonra terapevt üstünlük mərhələsini aşağıdakı kimi təsvir edə bilər: “Mən sizdən travmatik yaddaşın başlanğıcını yenidən təsəvvür etməyinizi və baş verənləri indi baş verirmiş kimi xəyal etməyinizi xahiş edəcəyəm. Amma bu dəfə daha yaxşı nəticə əldə etmək üçün travmatik ssenarini dəyişdirəcəyik. Başlamağa hazırsınız? Xəstənin bu nöqtədə verə biləcəyi sualları bu mərhələnin sonuna qədər təxirə salmaq daha yaxşıdır. Xəstə hazır olduğunu dedikdə, terapevt davam edə bilər: “Hazır olduqda, travmatik anı yenidən nəzərdən keçirməyə və onu ətraflı təsvir etməyə başlaya bilərsiniz.” İlkin olaraq, üstünlük emalı mərhələsi koqnitiv ekspozisiya mərhələsinə çox oxşardır. Bununla belə, travmatik ssenari kulminasiya nöqtəsinə çatdıqda, terapevt xəstədən özünü həmin səhnədə yetkin kimi görməsini xahiş edir. Fərqli bir texnika ilə xəstədən eyni səhnədə özünü travmatik hadisəyə fərqli reaksiya verdiyini təsəvvür etməsi istənilir. Terapevt bunu aşağıdakı suallarla asanlaşdıra bilər: “Hal-hazırda travma səhnəsində özünüzü yetkin bir insan kimi təsəvvür edə bilərsinizmi? Bir yetkin kimi travma səhnəsinə girəndə nə baş verir? Bir yetkin olaraq, hazırda nə etmək istərdiniz? Və sən istədiyini etdiyini görürsənmi?” Üstünlük təsvirinin xüsusi məqsədi qurban obrazını onun öhdəsindən gələ biləcək başqa bir obrazla əvəz etməkdir. Xəstələr özlərini səhnədə dominant olduqlarını təsəvvür edə bilmirlərsə, kömək üçün səhnəyə kənardan dəstək ola biləcək insanları çağıraraq “təcrübə” edə bilərlər. Təsvirin manipulyasiyası zamanı koqnitiv terapevt idarə olunan təsvirlərdən deyil, daha çox istiqamətləndirici kəşfiyyat yanaşmasından “sokratik təsvirlərdən” istifadə edir. Yenidən danışılan və dəyişdirilən ssenarinin necə dəyişdirilməsi lazım olduğunu söyləməməyə və nə baş verə biləcəyini təklif etməməyə diqqət yetirilməlidir. Terapevtin rolu ilk növbədə xəstəyə üstünlük təsviri mərhələsində hansı təsvirlərdən və mübarizə strategiyalarından istifadə edəcəyinə qərar verməkdə kömək etməkdir. Özünə şəfqət emalı Üstünlük təsvirini tamamladıqdan sonra, terapevt yetkin olaraq səhnəyə daxil olmuş şəxsi travmaya məruz qalmış şəxslə, yəni özünün travmaya məruz qalan personajı ilə özünə şəfqətli təsvirlərə təşviq edir. Terapevt və xəstə ayrı bir məna etmək üçün şəxsin travmanı yaşayan personajını “uşaq”, “yaralanmış öz” və ya hər hansı digər uyğun sözlə ifadə edə bilər. Terapevt xəstəyə aşağıdakı suallarla kömək edə bilər: “Bir yetkin olaraq travma almış “yaralı” haqqında nə deyərdin və ya nə edərdin?... Burada nə etdiyini və ya dediyini təsəvvür edə bilərsən? Və bu nöqtədə, bu görüşdə travma almış özünə necə reaksiya verirsən? Beləliklə, bu gün bir yetkin kimi özünə qarşı necə reaksiya vermək istərdin? İndiki yetkin halınla yaralı uşaq olan və travmaya uğramış mənliyinin gözlərinə baxanda nə görürsən? Öz-özünə şəfqət təsviri indiki yetkin halın travma almış vəziyyəti adekvat şəkildə qiymətləndirənə qədər davam edir. Daha aydın olması üçün youtube’dan izləyə bilərsiniz: https://youtu.be/2DjBE-yb9iM Məlumat emalı və benefsiardan məlumat almaq Bütün bu vizualizasiyalardan sonra xəstənin reaksiyaları müzakirə edilir və işlənir. Koqnitiv rekonstruksiyaya kömək etmək üçün terapevt: “Bu proses sizin üçün necə oldu? Hazırda özünüzü necə hiss edirsiniz? Gördüyümüz iş haqqında hissləriniz və düşüncələriniz necədir? Kimi suallar verə bilərsiniz Seans bitməzdən əvvəl xəstəyə duyğularını idarə etmək üçün kifayət qədər vaxt vermək vacibdir. Bundan sonra, terapevt seanslar arasında işləmək üçün özünə şəfqət üsullarını öyrədir. Xəstənin özünə zərər verən davranışı tarixçəsi varsa, təhlükəsizlik müqaviləsi bağlamaq çox vacibdir. Ev tapşırığı Benefsiara ev tapşırığını aşağıdakı kimi təyin edə bilərik: 1) Tamamlanmış koqnitiv ekspozisiya sessiyalarının səsli qeydlərini gündəlik dinləmək və dinləmədən əvvəl və sonra stress səviyyələrini qeyd etmək. 2) Subyektiv reaksiyalarınızı səsə qulaq asdıqdan dərhal sonra bloknota yazmaq. 3) Yaşadıqları ağrıya şəxsi məna verən travmatik xatirələri yenidən səhnələşdirmək(xəyali formada) 4) Xüsusilə əsəbiləşdiyi zaman özünü sakitləşdirmək və özünə şəfqət üçün göstərdiyi səylərə diqqət yetirmək. 5) Terapiya seansları arasında yaşanan fləşbeklərin intensivliyinin və tezliyinin 1 ilə 100 arasında qeyd edilməsi. 6) Travma bir şəxs tərəfindən törədilibsə və cinayət törədilibsə, ən azı həftədə bir dəfə göndərilməyəcək bir məktub yazaraq cinayətkar haqqında hiss və düşüncələrin yazılması 7) Təhlükəsizlik müqaviləsinin bağlanması. Verilən ev tapşırığı benefsiardan çox şey tələb edir kimi görünsə də, ev tapşırığına sadiq qalmaq çox yaxşı nəticələr verir və travmatik elementlərin emosional işlənmədə son dərəcə faydalı olduğu da görünür. Koqnitiv terapiya, yayınma davranışları dayandırılana və PTSP simptomları müəyyən bir azalma əldə edənə və ya yoxa çıxana qədər, uğurlu emosional emal baş verənə qədər və ya benefsiar terapiyanın köməyi olmadan qalan PTSP simptomlarının öhdəsindən gələ biləcəyinə əmin olana qədər davam edir. Bütün koqnitiv ekspozisiya və yenidən formalaşdırma seansları lentə yazılıb Qeydə alınır və üzərində işləmək üçün benefsiara verilir. Birinci növ travmalarda koqnitiv terapiya adətən beş-on seans çəkir, ikinci növ travmaların terapiyası bir az daha uzun çəkir. Psixoloq: Nəsimi Qiyasov Tarix: 17.12.2020, Azərbaycan Respublikası, Bərdə şəhəri.
Səhnə açılanda psixoloqun qarşısında bir nəfərin əyləşdiyini görürük, depresiv bir ruh halına bürünüb, biz buna sonradan ixtisasımızdakı psixologiya nüansı sıxışdırıldığı üçün çökmüş ruhi vəziyyət deyəcəyik. Rapport həyata keçirilir, psixoloq şəxsə uyğun hərəkət ilə insiativi ələ alır, ardınca kresloya söykənir və çökmüş ruhi vəziyyətdə olan şəxs bu dəfə psixoloqu təqlid edir. Uzaqlarda hələ 70-ci illərdə çökmüş ruhi vəziyyətin ən azından yüngül, orta dərəcəsi üçün şok müdaxiləsi, farmokoloji terapiya tətbiqi mifologiyası yıxılıb. Amma buralarda hələ də şəxsin emosiya və düşüncələrinə dair inanclarının deyil, beyin kimyasının mövcud vəziyyətin stimulu olduğu söylənir. Emosiya və coğrafiya Bir yerdə eynilə belə bir məsələ oxumuşdum, “Coğrafiya taledir” insan doğulduğu məmləkətə müvafiq olaraq öyrənir bir çox nüansı, sosializasiyanın mikro amili olsa belə ən çox ailədə bizlər müxtəlif hadisələrə dair düşüncələri öyrənirik. İtkini dərk etmə formamızda ona müvafiqdir, bir ailədə şəxs ölümün qıcığa reaksiyanın yox olması kimi öyrənə, digər bir ailədə isə Əzrailin amansızlığı kimi qəbul edə bilər. Bir sözlə biz doğulduğumuz məmləkətin mövcud mədəniyyətinin yeriyən kserolarıyıq. Kişilərimiz, uşaqlarımız, qadınlarımız, hamımız müxtəlif emosiyaları öyrəndiyimiz tərzdə yaşayırıq, bir yerdə yaradıcı biri ölümünə az qaldığı üçün düşünür: -İstərdim ki, bu əsəri yazıb bitirdikdən sonra vəfat edim, çünki mən düşünürəm ki, insanlar adlarını xatırlayan sonuncu insan vəfat edəndə heç yaşamamış olurlar. Bu əsər məni ölümsüz edə bilər. Digər bir yerdə isə başqa biri eyni xəbərdən sonra deyir: -Bax ha, Margaret, mən öləndən sonra evlənərsən birdən, elə bil o biri dünyada iki əlim yaxanda olar. İndi özün fikirləş, vallah ruhum hər dördüncü gün səni narahat edər, kabusun olaram, demədi demə. Gəlin bir də ABC modeli üzrə qiymətləndirmə də aparaq: Qrup yoldaşı Sənanın, Kənanın, Rəvanın yanından keçəndə salam vermədi Kənanın öyrəndiyi: Hörmətsizlik edən adamın göz yaşına baxmaram. Sənanın öyrəndiyi: İnsanlar fikirlidirsə deməli dərdləri var. Rəvanın öyrəndiyi: məni görməzdən gələn deməli görmək istəmir Adlar A(düşüncə) B(emosiya) C(davranış) Sənan Düşüncə:Bəlkə nə isə dərdi var? Emosiya:Maraq Davranış:Yaxınlaşır və soruşur “Məni gördün, amma salamlaşmadıq, yaxşısan, sənin üçün edə biləcəyim nə isə var?” Kənan: Düşüncə:Bu mənə qarşı hörmətsizlikdir. Emosiya:Qəzəb Davranış:Yaxınlaşır və deyir “Ayıb olsun sənə, bir süfrə arxasında çörək kəsmişik, məni saymırsan indi sən? Mən səni dünəndən saymıram. Rəvan Düşüncə:“Səadətlə, fərəhlə, qəmlə keçən o günlər, bir salama dəymədi?” Emosiya:Kədər Davranış:Dərin bir ah çəkir, evə gedir, yerinə uzanır, ruminasiyanın tələbinə uyğun olaraq düşüncə və emosiya təkrarlanır. Axşam bir dostunun ad günü var idi, ora da getmir, artıq heç kimə lazım olmadığı qənaətindədir. Cədvəl:1 Nədir bu emosianal sxem anlayışı? Çox sadə ifadə ilə yaşadığımız emosiyalar ilə bağlı öyrəndiklərimiz əsasında formalaşan kök inanc, aralıq inanc və ya ehkamlarımızdır. Yuxarıdakı çökmüş ruhi vəziyyətdə olan yoldaşın adını elə Rəvan edək. Rəvan: həftələrdir bu haldayam mən. Kədər içindəyəm, avtomobil qəzasında dostumu itirəndən sonra qərara gəldim ki, həyatın bir mənası yoxmuş. Kədər hissi sayəsində sağ olsun heç bir iş görə bilmirəm, ac, bütün günü çarpayıda uzanmış vəziyətdəyəm. Psixoloq: dostunuzun itkisi ilə bağlı sizi qorxudan bir nüans var? Yəni eyni hadisənin sizinlə də bağlı yaşanacağı qənaətindəsiniz? Rəvan: heç dəxli var? Mən dostumu itirdiyim üçün üzüldüyümü deyirəm. Psixoloq: dostunuzun itkisi sizin üçün nə mənaya gəlir? Rəvan: sən deyəsən əvvəlcə incəsənəti oxuyub sonra ixtisas dəyişmisən, bir insan öləndə onun daha heç vaxt olmayacağını düşünmək, onunla yenidən əvvəlki kimi danışa bilməyəcəyini düşünmək, bəzən onu axtarmaq, amma tapa bilməyəcəyini düşünməyin ən sadə ifadəsi kədərdir? Psixoloq: kədər adətən hansı hallarda ortaya çıxır sizin üçün? Rəvan: hər hansı bir itki sonrası deyim elə. Psixoloq: sizcə bunun olması bir proses olaraq təbiidir? Rəvan: əlbəttə, amma davam etməyi nüansı var. Psixoloq: səncə yasın tutulma, kədərin davam etməsinə dair hər hansı bir normativ sənədlər var? Rəvan: yox amma.. Həyat keyfiyyətinə təsir edir. Psixoloq: keyfiyyətli bir həyat dedikdə nəzərdə tutduğun nədir? Rəvan: digər insanlar kimi həyata davam etmək məsələn. Psixoloq: səncə itirdikdə kədərlənəcək qədər dəyərli bir kimsəmizin olmadıqda biz keyfiyyətli yaşamış oluruq? Rəvan: yox, sizcə davam etməyi normaldır? Psixoloq: sizcə var olmaq yaxşı olanı, yoxsa hər şeyi hiss etməkdir? Rəvan: indi deyəsən anlayıram.. Koqnitiv tolerantlıqdan kənarda və ya emosiyaların gücü. (əvvəlki yazılarıma istinadən) Qorxmaqdan qorxmaq – Mərmi şoku Shell shock müharibə şəraitində davamlı artilleriya atəşinə məruz qalan əsgərlərdə müşahidə edilən stress reaksiyalarından biridir, combat stress reaction və.s kimi adlarla adlandırılsa da özü-özlüyündə travma sonrası stress pozuntusu sinfinə daxil olur və ayrılıqda haqqında nə çox danışılıb, nə də yazılmır. Mərmi şoku və ya shell shock termini ilk dəfə 13 fevral 1915-ci ildə İngilis psixoloq Charles S. Myers tərəfindən Lancet jurnalında yazdığı bir məqalədə istifadə edilmişdir. Fransadakı İngilis birliklərindəki əsgərlərin artan və səbəbi izah edilə bilməyən şikayətlərini şəxsən müşahidə edən Myers, əsgərlərin isterik və nevrotik ruh hallarına, həddindən artıq yorğunluğa, bədənlərinin hərəkətlərini tamamilə məhdudlaşdıracaq şəkildə qıcolmalara, sabit bir nöqtəyə yönələn və saatlarla davam edən baxışlara, müvəqqəti korluq, iştahsızlıq ilə müşahidə edilən problemə mərmi şoku adını verdi. Bunu əsgərlər ətrafında partlayan bombaların və uçan güllələrin yaratdığı bir psixoz kimi izah etdi. Myersin psixoloji gərginliklərdən çox fiziki təsirlər diqqətini çəkdi: mərmi şokunun eşitmə, görmə, dad və qoxu kimi duyumları məhv etdiyini, bunun əsgərlərin yaşadıqları vəziyyətin izahı olduğunu iddia etdi. Ancaq Myers və onun köməkçiləri ilk mərhələdə görməməzlikdən gəldiyi bir məqam da var idi: Əlamətlər heç vaxt aktiv şəkildə döyüşməmiş, bomba və güllə altında özünü olmayan əsgərlər arasında da geniş yayılmışdı. Buna görə də, Myersin fiziki izahının etibarlılığı şübhə altına alınmağa başladı və zaman keçdikcə çatışmazlığı aşkar oldu; Qəlpə şokunun müalicəsi nisbətən asan bir bədən vəziyyəti olduğu düşüncəsi, müharibədə olan əsgərlərdə meydana gələn bir çox psixoloji narahatlığı təsvir etmək üçün istifadə edilən ümumi bir diaqnoz ortaya çıxdı “qorxu”.Bir müddət sonra Myers mərmi şoku yaşayan əsgərlərin vəziyyətini yaxşılaşdırmaq üçün onların bir müddət həmin silkələnmə və səslərdən uzaq qalmalı olduqlarını desə də təxmin etdiyiniz kimi ona heç kim qulaq asmadı və mövcud problemi sadəcə olaraq yayınma üsulu hesab etdilər. Əsgərlərin bir çoxu edam edildi, bəziləri isə elektro-şok və ya dilinin üzərinə siqaret basılaraq yenidən cəbhəyə göndərildi. Myers bu hadisələrə yanaşma tərzinə o qədər qəzəbləndi ki, hətta 1922-ci ildə bu cür problemlər yaşayan əsgərlərin müalicəsi üçün açılan xəstəxanaya öz araşdırmalarını verməkdən də imtina edir.Birinci dünya müharibəsi daha əvvəl yaşanan müharibələrdən fərqli olaraq bir çox texniki yeniliklərlə müşahidə edilən bir müharibə idi. Yeni mərmilər, yeni silahlar, tanış olmayan səslər o dövr əsgərlərdə insanın ən təməl instinkti olan həyatda qalmaq instinktini risk altında saxlayırdı. Bu səbəbdən yad situasiyada gərginlik, stress, təşviş, xroniki yorğunluq (nevrasteniya) kimi məqamların cəmi bu problemi ortaya çıxarmışdı. Burda bir digər və bəlkə də ən başlıca məqam gender problemi və onunla bağlı stereotiplər idi: “kişi qorxmaz”, “kişi darıxmaz”, “kişi yorulmaz”, “kişi döyüşməlidir” və.s kimi məqamlar amansız bir dilemma qarşısında qoyurdu əsgərləri. Qorxulu situasiya və ciddi təhdidi özündə birləşdirən xidməti fəaliyyət zamanı əsgərlər həm səs və yaralanmadan, ölümdən qorxur, həm də qorxduqlarını deməkdən və qorxduqlarını hiss etməkdən qorxurdular, qorxu və qorxudan qorxmaq əks qütblərini yaradan məqam insanın təməl instinkti və sosial kimliyi arasındakı dərin uçurum idi. Bu gün dünyaya insan hüquqları dərsi keçən ölkələr sonradan bu problemi yaşayan əsgərləri iki yerə ayırdılar “W” və “S” qruplarına , birinciyə yaralıları daxil edib, ikinci qrupa “xəstələr” adı verdilər. Ağır yaralı olanları müalicə edib, “s” qrupuna aid olanları taleyin ümidinə buraxdılar. Yəgin ki bu hadisələrin yaşanıb-yaşanmadığı hər biriniz üçün maraqlıdır, oxşar hal 1919-cu ildə Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən əsgərlər arasında da çox olmasa da yaşanıb, bu barədə Yücel Yanıkdağın Dr.Şükrü Hazımın qeydləri əsasında “Galiçya cəbhəsində döyüşən bir əsgərin oxşar problemlə İstanbulda Şişlidə yerləşən Lape Fransız xəstəxanasına gətirildiyi yazır. “Mərmi şoku” yalnız psixoloji bir problem deyil, daxilində gözardı edilə bilməyən müharibənin və insan təbiətinin məhsulu olan gözləntilərin, ümidlərin, məyusluqların, müharibənin içindəki acı həqiqətləri olduğu bir sosial patologiyadır. Cinsiyyət rollarının və rol gözləntilərinin yalnız qadınlar üçün deyil, kişilər üçün də son dərəcə çətin ola biləcəyinin acı bir nümayişidir. Ayrılıqdan patologiyaya – Diogen sindromu Diogen sindromu məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir, niyə desəniz, mən bu cür cavab verərdim ki, Diogen sindromunda obsessiv tərəf yoxdur və ya ifadə edilən deyil. Şəxs göstərdiyi yığma davranışına dair düşüncəsi olmur, sadəcə hiss etdiyi kədərə dair inancı olur. “Həyat yoldaşım olmadan dünya kədərlə dolu bir yerdir, kədər içində yaşamaq, kədərli olmaq dünyanın yaşamağa dəyəcək bir yer olmadığı mənasına gəlir (ehkam), kədər olan dünyada yaşamağa dəyməz (inanc) Səbəbi: Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur. Müalicə yanaşmaları: Problemin səbəbi kimi müalicəsi ilə də bağlı konkret fikirlər mövcud deyil, lakin içki və narkotik məhrumiyyətlərinin səbəb olduğu Diogen sindromu zamanı qrup psixoterapiyaları və ya sosial dəstək qruplarının önəmi vurğulanır. Şəxsin öz həyat keyfiyyətlərini norma olaraq qəbul etməsi müalicəni çətinləşdirməkdən də ziyadə mümkünsüz hala gətirə bilər, təəssüf ki, davranışlar özünə kök saldığı üçün xəstələrin sağalmasında dalğalanmalar müşahidə olunur və simptomlarda tez-tez geri dönmələr görünür. Adətən müalicə alan xəstə buraxıldıqdan bir müddət sonra yenidən problem geri qayıdır. Bulud metaforası Bulud metaforası emosiyaların qəbul edilməli yoxsa bastırılmalı olduğu fikrini sınamağa imkan verən üçüncü dalğa koqnitiv terapiyalarda tez-tez müraciət edilən qəbul mərkəzli texnikalardandır. Hazırkı emosiyalarınızı səmada süzülən buludlar kimi müşahidə edirsiniz və dayanıb onların hərəkətinə icazə verirsinizsə - sadəcə müşahidə etdiyiniz anda situasiya sizə nə hiss etdirir? Bu şüurlu fərqindəlik məşqi şəxsə düşüncə və emosiyalara nəzarəti buraxmağa və buludların (və ya emosiyaların) bir an üçün orada mövcud olmağına rəğmən, sonra uzaqlaşa biləcəyini başa düşməyə imkan verir. Şəxs “xoşagəlməz emosiyaları” müşahidə etməklə yanaşı, həm də xoş emosiyaları süzülən buludlar kimi təsəvvür edə bilər. Şəxs deyək ki, xoşbəxtlik hissinin uzaqlaşdığını müşahidə etdikcə bu hissin bir daha geri qaytarmayacağından qorxurmu? Müdaxilə, mübarizə, üsyan olmadan sadəcə müşahidə etmək və emosiyaların buludlar bənzəri süzülməsinə izin vermək həqiqətən həmişə itki, acizlik və məğlubiyyət kimi “qazanclar” ilə nəticələnirmi? Empirik yoxlama metodu məhz şəxsə hiss etdiyinin gerçəyin inikası olmadığını yoxlamaq imkanı verir. Emosiyalara qarşı tolerantlıq qazanmaq üçün başqa bir metafora Simfoniyadır. Bu metaforada siz hər bir emosiyanı ya notlar toplusu, hər notu simfoniyanın bir hissəsi kimi təsəvvür etməyə çalışın. Yavaş hərəkətlər, sürətli hərəkətlər, yüksək notlar, aşağı notlar var və ifada pauzalar. Simfoniyadakı bütün notları və onun müxtəlif komponentlərini, bütövlüyü yaradan amilləri təsəvvür etdikdə özünüzdən soruşa bilərsiniz: “Bəs simfoniyada yalnız yüksək notlar olsaydı?”. Bəs səhnələr təkcə xoş, sevincli olsaydı, olum və ölüm arasında, adına həyat deyilən bu səfərdə itirəndə üzüləcək qədər dəyər verdiyim heç kim olmasaydı, bu suallar haqqında düşünmək mənə nə hiss etdirir? Nəsimi Qiyasov Azərbaycan Respublikası, Bərdə şəhəri 17 mart, 2022
İmtahan həyəcanı nədir?İmtahan həyəcanını, əvvəlcədən öyrənilən biliklərin imtahan zamanında səmərəli istifadəsinə maneə yaradan və müvəffəqiyyətin azalmasına səbəb olan hal olaraq adlandıra bilərik. İmtahan öncəsində həyəcan çox insanda görünür. Həyəcanın müəyyən dərəcəyə qədər olması normaldır ancaq bu həyəcan daha çox artdığında imtahanda uğurlu nəticə əldə etməyə əngəl olur. Həyəcan hər hansı bir stresli vəziyyətdə yaşanan təbii bir duyğudur. Hər bir emosiya bizə bir sıra mesajlar verir. Heç bir emosiyadan qaçmamalı, bu duyğuya qulaq asmalı, onun bizə demək istədiyi mesajları anlamağa və təhlil etməyə çalışmalıyıq.İmtahan həyəcanının olub olmadığını necə bilə bilərik?İmtahan həyəcanı yetişkin insanlara nisbətən yeniyetmələrdə daha çok görünür. Bu şagirdlərin nailiyyətlərində xeyli azalma, dərslərə gecikmələr, imtahanlar və hazırlıqlar barədə danışmaqdan imtina etmək müşahidə olunur. Onlara bu mövzu ilə bağlı verilən suallardan narahat olurlar. Diqqətin yayınması, diqqətini cəmləyə bilməməsi, fiziki şikayətlərin nəzərə çarpacaq dərəcədə artması (qarın ağrısı, ürəkbulanma, tərləmə, yuxunun pozulması, iştahsızlıq və ya əksinə, həddindən artıq yemək, aşağı əhval-ruhiyyə və s.), çox oxumağa baxmayaraq aşağı nəticələr göstərmək, imtahan sırasında dərin bir boşluq yaşanması imtahan həyəcanının göstəricilərindəndir. İmtahan həyəcanın səbəbləri nələrdir?Özgüvən əksikliyi, ailənin yanlış münasibəti, əvvəlki uğursuzluqların təkrarlanmasından qorxma, mükəmməlliyətci yanaşma, zamanı düzgün istifadə edə bilməmək, planlamada sıxıntı, tapşırıq və vəzifələrin təxirə salınması, ailədən və ətraf mühitdən yüksək gözləntilər, imtahan nəticələri ilə bağlı mənfi düşüncələr imtahan həyəcanının səbəbləri arasında yer almaqdadır.İmtahan həyəcanı ilə necə mübarizə edə bilərik?1.İmtahan öncəsində planlı və doğru dərs çalışmaq uğurlu nəticə əldə etməyin ilk adımıdır. İmtahan hazırlıqını son günə buraxmamaq lazımdır. Sağlıqlı bəslənmə, yuxu rejiminə diqqət etmək çox önəmlidir. İmtahan qaydalarını öncədən öyrənmək və imtahan yerini öncədən ziyarət etmək imtahan günü o yere adaptasiya olmağa yardım edəcəkdir. 2. İmtahan günündə imtahan yerinə nə çox gec nə də tez getməməyə çalışın. Doğru nəfəs alıb vermək, mənfi düşüncələri idarə etməyə çalışmaq bu həyəcanı yenməyə yardım edəcəkdir. 3. İmtahan sonrasında nəticələrdən asılı olmayaraq özünüzü mükafatlandırın. İmtahan sırasında etdiyiniz yanlışlar üzərində durmaq, yanlışları araşdırmaq, bir sonraki imtahan üçün bunları etməməyə yardım edəcəkdir.
Ailənin təbiəti və mahiyyətinin müəyyənləşdirilməsində dünya mütəfəkkirlərinin fərqli yanaşmaları Bəşəriyyətin yarandığı ilk dövrlərdən etibarən ailə və nikah məsələləri insanları dərindən düşündürən sosial-psixoloji problemlərdən biri olmuşdur. Ailənin təbiəti və mahiyyətinin müəy¬yənləş¬dirilməsinə dünya mütəfəkkirləri ayrı-ayrı tarixi dövrlərdə fərqli mövqedən yanaşmışlar. Ailə-nikah münasibətlərinin xarakterini açmaq sahəsində ilk təşəbbüslərdən biri antik dünyanın böyük filosofu Platona (b.e.ə.427-347) məxsusdur. O, “İdeal dövlət” adlı əsərində cəmiyyətin birliyi məqsədinə nail olmaq üçün qadınların, uşaqların və mülkiyyətin ümumi olması ideyasını irəli sürmüşdür. Platon deyirdi ki, kişilər evlilikdə olmadıqları azad və ya aristokrat qadınlarla cinsi münasibətlərə daxil ola bilməzlər. O, qadınları ev qulluqçuları və uşaqlarla bir sıraya qoyur və bütün sahələr üzrə onların kişilərdən aşağıda dayandıqlarını qeyd edirdi. Patriarxal ailəni dəyişməz, “ilkin ictimai özək” adlandıran Platon belə hesab edirdi ki, dövlət ailələrin birləşməsi nəticəsində meydana gəlir. Platon qeyd edirdi ki, 30-35 yaşlar arasında olan hər bir insan evlənməlidir, evlənmədən imtina etmək cinayətdir. Qəfim Yunanistanda bu yaş dövrünü keçən hər bir yunan subaylığa görə vergi ödəməli idi. Bu ideya əslində yeni deyildir. Platondan əvvəl qədim yunan tarixçisi Herodot (b.e.ə.V əsr) özünün “Tarix” əsərində qeyd etmişdir ki, qadınların ümumi olması bir çox qəbilələrin fərqləndirici əlaməti olmuşdur. Belə məlumatlara antik dövrün filosof və mütəfək-kirlərinin çoxunun əsərlərində təsadüf olunur. Platonun İdeal dövlət” layihəsini tənqid edən Aristotel (b.e.ə. 384-322) eyni zamanda onun patriarxal ailənin cəmiyyətin baş-lanğıcı və ilkin özəyi olması haqqında ideyalarını inkişaf etdirərək ailənin kəndləri, kəndlərin isə birləşərək dövləti yaratması fikrini irəli sürmüşdür. Aristotel ailədə ərlə-arvad arasındakı münasibətlərdən bəhs edərək yazırdı: “Yaxşı və yetkin qadın gərək öz evinə yaxşı yiyəlik etməyi bacarsın. İsmətli qadın öz ərinin davranışlarından örnək götürür və onun dediklərini qanun kimi qəbul eləyir. Evlilik bağlarına və birgəyaşayışa qadın ilahi vergi kimi yanaşmalıdır. Plutarx da kişinin öz arvadı üzərində böyüklük etməli olduğunu məqbul sayaraq, qeyd edirdi ki, kişi qadını öz əmlakını yönəltdiyi kimi deyil, ruhun bədəni yönəltdiyi kimi sevgi və incəliklə etməlidir. Qədim Yunanıstan qanunlarına görə, kişinin öz arvadının sözünə baxaraq onun istədiyini yerinə yetirməsi məqbul sayılmırdı. Qadın isə öz istəyi ilə heç nə edə bilməzdi, onun özbaşına edə biləcəyi hər hansısa iş bir ovuc arpanın dəyərini aşmamalı idi. Ailəyə qeyd olunan bu nöqteyi-nəzərdən yanaşma uzun müddət davam etmişdir. Homerin yazdığına görə, əski Yunanıstanda qadınların durumu çox yaxşı, onların kişilər üzərində təsiri çox böyük olmuş, sonradan bu münasibətlər pozulmuş, vəziyyət pisləşməyə doğru yönəlmişdir. Bu dövrün bizə gəlib çatan yazılı mənbələrində qadınların ev qaravaşları yerinə qoyulduğu bəlli olur. Onların görməli olduğu tək bir iş evdə qayda-qanun yaratmaqdanb, ərinin qulluğunda durmaqdan ibarət olmuşdur. Qadının “dilsiz-ağızsız” olması onun ən zəngin bəzəyi sayılırdı. Azərbaycanda ailə-nikah münasibətlərinin inkişaf tarixi Erkən Tunc dövründə (e.ə.IV minilliyin sonu, III minilliyin əvvəli) Azərbaycan ərazisində xüsusi mülkiyyət, sinifli cəmiyyət və dövlət qrumlarının təşəkkülü haqqındakı qədim şumer kitabələrində məlumat vardır. E.ə.2104-cü ilə aid olan bir şumer kitabəsində xəbər verilir ki, Uruk şəhərinin hökmdarı Ensi Utuhenqal Kuti hökmdarı En Tirikanı hakimiyyətdən devirmək üçün onu “arvadı ərindən, övladı valideyndən ayırmaqda” ittiham edərək, əhalini ona qarşı qiyama qaldırır. Qaynağın verdiyi məlumatdan aydın olur ki, qədim Mesopotamiya və Azərbaycan ərazisində ailə cəmiyyətin mənəvi də¬yər¬lərindən biri kimi qiymətləndirilirdi. Azərbaycanın qədim soyla¬rından olan kutilər ailəni cəmiyyətin müqəddəs kiçik özəyi hesab edirmişlər. Azərbaycan ailəsi və ailə məişəti haqqında mənbələrdə, yazılı abidələrdə və qaynaqlarda, XIII əsrin böyük Azərbaycan alimi Nəsirəddin Tusinin, müxtəlif dövrlərində yaşamış Azərbaycan ədə¬biy¬yatı klassiklərinin əsərlərində, şifahi xalq ədəbiyyatı inciləri olan dastanlarda dəyərli məlumatlar vardır. Azərbaycanlıların ailə və ailə məişətinə dair maraqlı materiallar XI-XVIII əsrlərə aid mənbələrdə də öz əksini tapmışdır. Azərbaycanda ailə və ailə məişəti məsələləri həmçinin XVIII əsrin sonundan başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik səpkili rusdilli ədəbiyyatda, Avropa səyyahlarının xatirə və gündəliklərində də əks olunmuşdur. Həmin materialların müqayisəli təhlili aydın surətdə göstərir ki, Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti arasında kəskin fərqlər olmamışdır, yəni Azərbaycan xalqının ailə məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azər¬baycan xalqı ailə və ailə məişəti ilə bağlı olan adət -ənənələrini əsr¬lər boyu qoruyub saxlaya bilmiş, onları təkmilləşdirmiş, inkişaf etdirmiş və bu ənənələr tarixin sınaqlarından keçərək zəmanə¬mizə¬dək gəlib çatmışdır. Tarixən Azərbaycan ailəsi dünyanın əxlaqi cəhətdən ən təmiz və möh¬kəm ailələrindən biri olmuşdur. Ailə üçün səciyyəvi olan bu xüsu¬siyyətlərin dərin kökləri vardır. Həmin köklər Azərbaycan ailəsinin inkişaf yolu ilə bağlıdır. Dünyanın bütün xalqlarında olduğu kimi, azərbay¬calılarda da tarixi inkişaf prosesində ailənin həcmi və strukturu ilə müəyyən edilən iki forması-böyük ailə və kiçik ailə mövcud olmuşdur. Böyük ailələr ailə icması, yaxud patriarxal ailə, nəsli ailə, bölünməmiş, birləşmiş və ya mürəkkəb ailə və s. Adlarla məlumdur. Görkəmli etnoqraf alim Q.Qeybullayevin qeyd etdiyinə görə, ailə icması üç, dörd və bəzən beş nəslin nümayəndələrindən ibarət olub, ata, oğul, nəvə, nəticə və eləcə də qardaşların ailələrini bir¬ləşdirən kiçik ictimai kollektiv, təsərrüfat özəyi idi. Bu kollektivə onun ağsaqqalı başçılıq edirdi. Ailə icması üçün səciyyəvi cəhət onun üzvlərinin torpaqdan, əmək alətlərindən, ev heyvanlarından, digər mülkiyyət və əmlakdan birlikdə istifadə etməklə, birgə istehsal və birgə mənimsəmədir. Bu xüsusiyyətlər ailə icmasının təsərrüfat və ictimai mahiyyətini müəyyənləşdirməklə, onun ilkin əsasını təşkil edirdi. Ailədə tərbiyə işinin psixopedaqoji əsasları Tərbiyə sistemində başlıca yeri “valideyn–uşaq” ünsiyyəti tutur. “Valideyn–uşaq” ünsiyyətinin başlıca olaraq iki növü (modeli) özünü göstərir. Buradakı fərqlər özünün əksini yalnız tərbiyə prosesində deyil, həm də onun nəticələrində əks etdirir. Birinci model belədir: məqsəd – uşaqda bilik, bacarıq və vərdiş formalaşdırmaq, sözə baxmaq (tabeçilik) “ hər şeyi mənim kimi et!”, Ünsiyyət üslubu – izahat, qadağa, tələbkarlıq, qorxu, cəza və s. Taktika – avtoritarlıq. Bu model nə ilə nəticələnir? İlk növbədə uşağın fəallığı itir, uşaq potensial psixopatologiya daşıyıcısına çevrilir. Valideyn elə zənn edir ki, tərbiyə sistemi uğurludur. Lakin bu illuziya valideyn uşaq neqativizmi ilə qarışladıqda itməyə başlayır. Daha səmərəli model isə belə olmalıdır: “Uşağın üzərində hökm etmə, onu yanında yox, onunla birlikdə ol!” Məqsəd isə şəxsiyyət formalaşdırmaq olmalıdır. Bu isə uşağın psixoloji müdafiəsi, fərdi xüsusiyyətlənin nəzərə alınmasından keçir. Belə olduqda, bilik, bacarıq, vərdiş, məqsəd yox, inkişafda vasitə olur. Əməkdaşlığa əsaslanan ünsiyyət üslubu isə uşağın fikrinə hörmətlə yanaşmaqdan ibarət olur. Bu prosesdə uşaq həm də özü özünün tərbiyəsi ilə məşğul olur. Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları belə, uşaqların min bir tellə bağlı olduqları ailə münasibətlərinin tərbiyəvi səmərəliliyi əvəz edə bilməz. Ailə münasibətlərinin xarakteri uşaqların təlim-tərbiyəsinə də həlledici təsir göstərir. Unutmaq lazım deyil ki, uşaq özünün davranış tərzini ilk növbədə valideynlərdən əxz edir. Ailə istənilən problemi konfliktə çevirməyə adət edibsə, burada böyüyən uşaq da eyni hərəkəti edəcək. Uşaqların davranışını adekvat qiymətləndirə bilməyən və ya onları ailədaxili konfliktlərin hədəfinə çevirən valideynlər sonradan davamlı olaraq onların “gözlənilməz” və aqressiv davranışı ilə üzləşirlər. Belə uşaqlarda ifrat özünütəsdiqə olan tələbat hissi kifayət qədər böyük olur. Əgər uşaqlıqda onların qayğıya, sevgiyə və təhlükəsizliyə olan tələbatı ödənilməyibsə, belə arzuolunmaz, patoloji davranış riski kifayət qədər böyük olur. Oğru, quldur və cibgirlər məhz belə uşaqların arasından çıxır. Çünki cinayət xarakterli olub-olmamasından asılı olmayaraq istənilən davranış üsulu onlar üçün özünütəsdiqin bir formasıdır. Boşanma evli cütlüklər arasında ailə ilə bağlı qanunla nəzərdə tutlan məsuliyyətlərə son qoyulmasıdır. Boşanma qarşılıqlı sevgiyə, güvənə, xoşbəxtlik gözləmələrinə əsaslanan nikahdan narazılığın hüququ forma almış ifadəsidir. Sosiloqların fikrincə, boşanmanı şərt¬lən¬dirən əsas amillər həyat tərzinin urbanizasiyası, əhalinin miq¬rasiyası, ölkənin sənayeləşməsi, qadınların emansipasiyasıdır. Bütün bu amillər cəmiyyətdə sosial nəzarəti aşağı salır, insanların həyatını əhəmiyyətli dərəcədə avtonomlaşdırır. Bu isə öz növbəsində məsu-liyyətliliyin, cürlüklrin bir-birinə qarşı davamlı bağlılıq və qayğı hissinin itməsinə səbəb olur. Lakin bütün bunlar prioblemin ümumi fonudur. Boşanma ərlə arvadın arasında ciddi konfliktlərin geniş yayılmış həlli üsulu kimi həmişə mövcud olmuşdur. Boşanmaya münasibətin dəyişməsi bir çox cəhətdən qadınların iqtisadi vəziyyətinin yaxşılaşması ilə bağlıdır. Əgər qadının daimi iş yeri varsa, özünü və uşaqlarını asanlıqla təmin edə bilirsə, o, münaqişələrin baş alıb getdiyi ailədə yaşamaqdansa boşanmaya üstünlük verir. İttifaqın süqutu: Boşanma Son illərdə ölkəmizdə boşanmaların və nikahdankənar doğumların sayı artır ki, bu da natamam ailələrin sayının çoxalmasına səbəb olur. Demoqrafların qənaətinə görə, qeydə alınmış hər 5 nikahdan biri boşanma ilə ləğv olunur Boşanmaların 30%-i 5 ildən az nikah yaşı olan gəncc ailələrdə baş verir. Aiılə həyatı dövründə boşanma hallarınıln baş vermə riski fərqlidir. Nikahın birinci ilində bu göstərici 3,6%, 2-ci ilində 16%, 3-4-cü ilində 18%, 5-9-cu ilində 28%, 10-19-cu ilində 22%, 20-ci ilində və sonrakı dövrdə 12,4%-ə bərabər tutulur. Boşanmaların mütləq əksəriyyəti 18-35 yaşlar dövrünə təsadüf edilir. Bir çoxları üçün boşanma əzablardan, təhqir və zora¬kılıqlardan, bezikdirici həyatdan qurtuluş yolu kimi dəyərlən¬dirilsə də, onun bir sıra neqativ nəticələri də danlmaz həqiqətdir. Bu nəticələr boşanan tərəflər, uşaqlar və cəmiyyət üçün bir sıra sosial-psixoloji problemlərlə çulğalaşmış olur. Boşanma kişi üçün də, qadın üçün də ağırdır. Lakin qətiyyətlə demək olar ki, boşanmanın nəticələri qadınlardan ötrü daha dəhşətli olur. Boşanmadan kişilər əksər hallarda evdən çıxıb gedirlər. Ana isə uşaqlarla qalır. Adətən bir və ya bir neçə uşaq böyütmək ana üçün heç də asan deyil. Kişilərin 80% - dən çoxu ikinci dəfə evlənirlər. Qadınlar üçün isə ailə qurmaq ehtimalı kişilərə nisbətən 4 dəfə azdır. Övladlar varsa qadının yenidən ərə getməsi ciddi maneəyə çevrilir. Bir tərəfdən anaların çoxu övladların xatirinə ikinci dəfə ərə getməkdən imtina edirlər, digər tərəfdən kişilərin əksəriyyəti uşaqsız qadınlarla evlənməyi üstün tuturlar. Adətən boşanmadan sonra uşaqları ilə baş-başa qalan qadın çox zərbə alır. Belə halda qadınların psixi pozulmalara məruz qalma riski artır. ABŞ həkimlərinin tədqi¬qatlarına görə, boşanma qadınların immun sistemini zəiflədir. Onlar infeksiyalara qarşı dözümsüzləşir. Belə qadınlar arasında vaxtsız ölüm halları pnevmaniyadan ölənlərin sayından 6 dəfə çoxdur. Ata və ananın müharibəsinə poliqon olan uşaqların psixologiyası Ailə dağılan zaman əzab, iztirab uşaqların qismətinə düşür. Boşanma onlardan ötrü bütün həyatları boyu davam edən faciədir. Uşaqlar analı – atalı yetimlərə çevrilirlər. Onların ata – ana haqında təsəvvürləri dəyişir. Çox vaxt onlar üçün ailə əhəmiyyətini itirir. Uşaqlar, xüsusilə oğlan uşaqları özlərinin ünsiyyət tələbatlarını küçə qruplarında ödəməyə başlayırlar. “Çətin” tərbiyə olunan, cinayət xarakterli əməllərə uyan yeniyetmə və gənclərin böyük əksəriyyəti məhz natamam ailələrdə böyükdür. Adətən ailənin dağılması nəticəsində valideynlərdən birini itirən uşaqlar öz həmyaşıdlarının zorakı təzyiqləri ilə daha tez-tez üzləşirlər, bu da uşaq və yeni-yet-mələrdə nevrotik pozulmalara səbəb olan amil kimi qiymətləndirilir. Boşanmanın ilkin mərhələsində onun yaratdığı stress uşaqlarda müdafiəsizlik hissi oyadır. Onlar səbəb olan situasiyanın qarşısını almaqda aciz olduqları üçün günah hissi yaşamalı olurlar. Valideynlər arasında münasibətlərin pozulması uşaqların gələcəkdə öz ailəsini yaratmaq perspektivinə də ciddi ziyan vurur, onlar gələcək şəxsi həyatlarında bu cür ssenarinin təkrarlana biləcəyi qorxusu ilə üz-üzə qalırlar. Ailədə daima valideynlərin şiddət və zorakılıqlarına məruz qalan, münaqişələrin qurbanlarına çevrilmiş və bundan əzab çəkən uşaqlar üçün isə valideynlərinin ayrılması o qədər də faciəvi hadisə kimi qəbul edilmir. Tale xətlərinin məktəbdə təzahürü Boşanmanın acı nəticələri şagirdlərin formalaşmaqda olan mənəvi aləminə, mənəvi şüurun inkişafına, özlərinə və başqa adamlara, ilk növbədə, öz ata-anasına, yaxın qohumlarına verdikləri qiymətlərə və s. Son dərəcə mənfi təsir göstərir. Uşaqlarda əmələ gələn inamsızlıq, qorxu hissi onların başqa adamlarla qarşılıqlı münasibətlərində bilavasitə əks olunur. Elə buna görə də boşanma yeniyetməlik yaşına təsadüf edəndə tibbi-psixoloji və pedaqoji baxımdan xüsusilə ağır fəsadlı nəticələr verir. Uşaqların çoxunun məktəbdəki davranışı ilə evdəki davranışı arasında kəskin fərqlər özünü göstərir. Onların təkcə akademik (təlim) göstəriciləri aşağı düşmür, “boşanma dövründə və boşanmadan sonra öz həmyaşıdları ilə münasibətləri pisləşir”. Ayrılığı yaşadanlar Psixoloqlar təsdiq edir ki, uğursuz ailələrin övladları çox zaman bu uğursuzluğu özləri də bilmədən bir “ənənə” kimi yaşadırlar. Valideynləri ayrlmış və ya boşanmış şəxslərin uşaqlarının eyni prosesi yaşamaq riski digərləri ilə müqayisədə dəfələrlə böyükdür. Orta hesabla kişilər qadınlara nisbətən təqribən iki dəfə çox bu riskə məruz qalırlar. Hər iki tərəf müqabili uğursuz ailələrin nümayəndələridirsə, bu risk bir qədər də böyükdür. Valideynə yadlaşma sindromu Əsas anlayışlar: himayədar valideyn – hücumçu, hədəf valideyn – müdafiəçi , Yadlaşan uşaq-poliqon Valideynə yadlaşma sindromu və ya Valideynə yadlaşdırma sindromu , valideynin partnyoru ilə dərin konfliktli ayrılmasından və ya boşanmasından sonra uşağın digər valideyndən imtina etməsini təşviq etmək üçün tez-tez istifadə etdikləri strategiyalardır.” (Lorandos, et. 2013) nəticədə “Bir müddət sonra, münasibət qurmağa çəkinən, hədəf alınan valideynə nifrət edən, qorxan və rədd edən uşaqlar inkişaf edir.” (Darnell, 2010). Uşaqlar sevdikləri və qayğı göstərdikləri insanların pis insanlar olduğuna inanmaq istəmirlər. Məsələn, valideyn yadlaşdırma prosesi üçün taktika və ya strategiyalardan istifadə etsə də, uşaq ilk vaxtlar digər valideyndən imtina edə bilmir. Valideynlər uşağı keçmiş partnyorundan uzaqlaşdırmaq üçün bəzən “Anan səni sevmir”, “Atan yeni ailə qurdu və bizi tərk etdi” kimi ifadələri dönə-dönə təkrar edirlər, uşağın düşüncələri təhrifə uğrayır, bu təhriflərdən həyat hadisələri ilə bağlı ehkamlar, yəni aralıq düşüncələr, ehkamlardan isə təməl inanclar doğulur. Bu cür davranışları nümayiş etdirən valideynlər övladlarını təkcə digər valideyndən uzaqlaşdırmırlar, onun bu gününü qayğısızlıqdan, məsumluqdan, sabahını xoşbəxtlikdən uzaqlaşdırırlar. Uşaqlar bu cür yanaşmalardan ciddi şəkildə təsirləndiyi üçün mütəxəssislər uşaqların psixoloji dəstək almalı olduğunu tövsiyə edirlər. Valideynə Yadlaşma Sindromunun Spesifik Xüsusiyyətləri • “Yadlaşan” uşaqlar hədəf olaraq təyin edilmiş valideynlə keçmiş müsbət təcrübələri rədd edirlər. • Uşaqlar uzaqlaşdıqları valideyn haqqında qeyri-müəyyənlik nümayiş etdirirlər. Valideynlərdən biri mükəmməl, digəri isə tamamilə qüsurlu kimi qəbul edilir. • Valideynə yadlaşmış uşaqlar yanında olduğu valideyn tərəfindən hədsiz dərəcədə təsirə məruz qalmış kimi görünsələr də, onlar hər hansı şəkildə təsirə məruz qaldığını inkar edərək, hədəfə alınan valideyndən imtina qərarının yalnız onlara aid olduğunda təkid edirlər. • Belə hallarda hədəf kimi qəbul edilən valideyn tərəfindən verilən hədiyyələr uşaq üçün əhəmiyyətsizdir. • “Yadlaşan” uşaqlar yanında olduğu valideynin qəbul etdiyi ifadə və fikirlərdən istifadə edərək, hədəf olan valideynə qarşı ittihamlar irəli sürürlər. Onlar hədəf valideynə qarşı dəstəklənməyən, ittihamedici fikirlərdən istifadə edirlər. (Baker və Darnall, 2006) • Valideynə yadlaşma sindromunda uşaqlar hədəf valideynin digər ailə üzvlərinə qarşı nifrətini də ifadə edirlər. Əvvəllər sevdiyi nənə-baba, bibi, əmi və əmioğlu bu prosesdə uşaq tərəfindən rədd edilir. Valideynlərdən uzaqlaşdırılan uşaqlarda özünü büruzə verən xarakter əlamətləri • Uşaqlarda artan qəzəb hissi özünü göstərir. • Uşaqlar dağıdıcı davranış nümunələri sərgiləyirlər. • Uşaqların emosiyaları, davranışları və hədəf valideynlə bağlı düşüncələri dəyişdiyi üçün gələcəkdə yalan danışmağa daha çox meylli ola bilərlər. • Uşaqlar biz və başqaları anlayışı üzərindən dünyanı qiymətləndirdiyi üçün gələcəkdə başqaları ilə harmoniyada əməkdaşlıq edə bilmir. • Uşaqlarda gələcəkdə empatiya aspektindən məhrumiyyət hiss edilir. Uşaqların valideynlərindən birindən strateji olaraq ayrıldığı bu vəziyyət uşaq istismarıdır, uşaq hüquqlarının pozulmasıdır. Uzun vədədə bu addım depressiya, boşanma, narkotik maddə istifadəsi, özünə inamını itirmə və öz uşaqları ilə ünsiyyətdə problemləri yarada bilər. Nəticə Bu işi bir fərqindəlik layihəsi kimi tərtib etdim, məqsəd sevgiyə doya bilməyən kiçik dostlarımın onsuz da fəlakətlər əsrindəki bu həyatında ona nifrəti yük olaraq hazırlayan ata-anaların vicdanına toxunmaq, dəyərli kolleqalarıma bu istiqamətdə yararlana biləcəkləri bir yazı qazandırmaqdır. “Yoldaş psixoloq, nədir bunun çarəsi?” sualını duyuram sanki, unutmayaq ki, biz bizə dəyişmək üçün gələn insanlara kömək edə bilərik, bizlərə nə ədliyyə orqanları uşağı korreksiya məqsədi ilə yönəldir, nə də uşağı tüfəng bilib onu nifrət ilə dolduranlar. Maraqlarını dünyaya bəxş etdiyi körpələrin həyatından üstün tutmayan ata-analar bir gün bu işdən peşman olduqda əlbət bu problem üçün də bir korreksiya xəritəsi hazırlayarıq. Unutmayaq ki, uşaq terapiyası tək usta terapevt yox, həm də məsuliyyətli, qayğıkeş valideyn tələb edir, zira sosializasiyanın mikro, amma aparıcı amili olan ailə sizin bağladığınız yaraları yenidən qanadacağı halda o pasiyenti xilas etmək ehtimalınız sıfıra bərabər olur. İstifadə edilən ədəbiyyatlar: 1. Baker, A. J. L. & Darnall, D. (2006). Behaviors and strategies employed in parental alienation: A survey of parental experiences. Journal of Divorce & Remarriage, 45 (1/2), 97-124. 2. Çələbiyev N.Z. Ailə psixologiyası./ Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı: “Mütərcim”, 2015. 3. Əliyev R.İ. Mən. Atam-anam. Sevgilim və övladlarım. Bakı: ADPU, 2019. 4. Garber, B., (2007). “Conceptualizing Visitation Resistance and Refusal in the Context of Parental Conflict, Separation, and Divorce.” Family Court Review, 45(4), 588-599. 5. Lorandos, D. Bernett, W., & Sauber, S. R., Eds. (2013). Parental Alienation: The Handbook for Mental Health and Legal Professionals. Springfield, IL: Charles C Thomas Publisher, Ltd. 6. Nuralı Çələbiyev, Ülviyyə Əfəndiyeva – Ailə və gender Psixologiyası, səh. 415-418,ADPU mətbəəsi, Bakı 2021. Psixoloq: Nəsimi Qiyasov Azərbaycan Respublikası, Bərdə şəhəri 24.11.2021
Səbəbsiz ağrılarınız var? Həkim müayinələrindən keçmisiniz, fiziki sağlamlığınız qaydasındadır, lakin ağrılar sizi tərk etmir? Bəzən somatik ağrılarınızın səbəbinin psixoloji olduğunu bilirsinizmi? Gəlin, birlikdə baxaq. Baş ağrısı - Yaşadığımız gündəlik stress baş ağrılarına və miqrenə yol açan ən önəmli səbəblərdən biridir. Bütün işlərinizi həll etməyə çalışmaq, hər şeyə çata bilmək, səhər işə getmək, işdən gəlib ev işlərini çatdırmaq mənəvi yüklənməyə səbəb olur və nəticədə baş ağrıları ilə baş-başa qalırsınız. Boyun ağrısı - Boyun ağrınızın səbəbi içinizdə saxladığınız qırğınlıqlar və ya birilərini bağışlaya bilməməyiniz ola bilər. Çiyin ağrısı - Çətin qərarlar almaq, seçim qarşısında qalmaq və ya gündəlik basqıların, stressin uzun müddət davam etməsi çiyin ağrınıza səbəb ola bilər. Kürək ağrısı - Kürək ağrılarınızın səbəbi sevgi əskikliyi və ya təqdiredilmə ehtiyacı ola bilər. Bel ağrısı - Bel ağrılarınızın səbəbi emosional boşluq, gələcəyə dair qayğılar və bununla yanaşı, maddi sıxıntı ola bilər. Dirsək ağrısı - Dirsək ağrılarınız həyatınızda baş verən hər hansı dəyişikliyə, istər yeni iş, istər yeni münasibətə adaptasiya olunmaqda çətinlik çəkdiyinizə işarədir. Çanaq ağrısı - Həyatın gətirəcəyi dəyişikliklərdən qorxmaq, məntiq və ürək arasındakı qərarsızlıqdan dolayı çanaq ağrılarınız ola bilər. Diz ağrısı - Özünü yetərsiz hiss etmə və qəbullanma çətinliyinin diz ağrısına səbəb olduğu bildirilir. Ayaq ağrısı - Depressiya və ya təşvişin təsiri ilə ayaq ağrısı ortaya çıxa bilər. Mənbə: Dr.Sussane Babbel - "Psychology Today" (tərcümə məqalə) Psixoloq Leyla Əliyeva Əlaqə: 050 794 05 56 ( mobil / what’s App) Bakı, Azərbaycan
İnsanlar hansı yaşda olduqlarından asılı olmayaraq müxtəlif hiss və duyğular keçirirlər. Bu duyğuların bir qisminə sevinmək, gülümsəmək, əylənmək kimi pozitiv, bir qisminə isə aqressiya, nifrət, qorxu kimi neqativ duyğular daxildir. Neqativ hisləri yaşayan aqressiyalı uşaqlar istər ailələrində, istər çevrələrində problem yaradır, vurur, qışqırır, dava edir və qaydaları pozurlar.Belə uşaqlar eyni zamanda böyüklər ilə kobud rəftar edir. Bu hərəkətlərinə görə cəzalandırılsalar belə kobud hərəkətlərinə davam edirlər və hər zaman özlərinə haqq qazandırırlar. Eyni zamanda başqalarının səhvlərini bağışlamır və qarşısındakı insanlara şiddət göstərirlər.Uşaqlarda aqressiya yaranma səbəbləri uşaqlarda aqressiyanın səbəbi genetik xüsusiyyətlər və ya çevrədən öyrənilmiş davranışlar ola bilər. Belə uşaqlar digərləri ilə müqayisədə ətrafdakı hadisələrə qarşı daha həssas olur və daha çox reaksiya göstərirlər.Digər bir nüans isə ondan ibarətdir ki, uşaqlar aqressiyanı çevrədən və ailədən öyrənirlər. Çünki, uşaqların ilk çevrəsi onların ailələridir. Əgər ailədə uşağa şiddət göstərilirsə, hər etdiyi hərəkətə görə cəza verilirsə və ya ata-ana uşağın yanında münaqişə edirsə və bir-birlərinə şiddət göstərirsə bu uşağın davranışlarına təsir edə bilər. Ailələr uşaqlar üçün rol model rolunu oynayır.Valideynlərin ayrılması, yaşayış yerlərinin dəyişdirilməsi, sevdiyi bir insanı itirmək belə uşaqlarda aqressiv hərəketlərə səbəb ola bilər. Əgər uşaq vaxtının çox hissəsini TV və telefonla keçirisə, oradan mənfi xarakterləri özünə nümunə alırsa bu, onların aqressiv davranışlarını artıracaqdır. Uşaqlarda aqressiv davranışları necə korreksiya etmək olar? Əgər uşaq aqressiv davranışları mütəmadi olaraq sərgiləmirsə bu normaldır. Bəzən uşaqlar valideynləri ilə kifayət qədər vaxt keçirmədikləri üçün onları gördükləri zaman səbəbsiz ağlamaq, dişləmək, vurmaq kimi hərəkətlər edə bilərlər. Uşaqlar duyğularını rahat ifadə edə bilmədiyi zamanlarda belə hərəkətlərlə diqqət çəkməyə çalışır. Valideynlər bu hərəkıtlərlə vurmaq, qışqırmaq, cəzalandırmaq kimi reaksiya verməməlidir. Gün ərzində uşaqlar ilə vaxt keçirilməli, müsbət davranışlar göstərdikdə təqdir edilməlidir.• Böyüklər (müəllimlər, valideynler, mütəxəsislər) aqressiv olduğu zamanlarda uşaqlarla ünsiyyətə girməməlidirlər. Belə halda valideyn əvvəlcə özünü sakitləşdirməli, daha sonra uşaqla ünsiyyətə keçməlidir. Əks halda uşaqla valideyn arasında münaqişə yarana bilər ki, bu da gələcəkdə böyük travmalara səbəb olur. Uşaqlar nə qədər aqressiv davranış göstərirsə göstərsin, valideyn özünü sakit tutmağa çalışmalı və duyğularını idarə etməyi bacarmalıdır.Cəmiyyət içində uşaq hər hansı xoşagəlməz davranışlar göstərdiyi halda, ətrafdakılar narahat olmasın deyə uşağı döymək, cəzalandırmaq olmaz. Bunun əvəzinə uşaqla tək qaldıqda məsələni sakit şəkildə izah etmək lazımdır.Uşaqlara hər zaman “səni anlayıram”, “səni başa düşürəm” deyərək həqiqətən onu anladığınızı və yanında olduğunuzu hiss etdirin.Aqressiv hərəkətləri görmzədən gəlmək bu davranışların daha da artmasına səbəb olacaqdır. Bunun yerinə mütəmadi olaraq birlikdə oturub müzakirələr aparmaq lazımdır.Uşaqların ilk cəmiyyət içində olduqları yer evləridir. Hər bir fərdin cəmiyyətdə düzgün formalaşa bilməyi üçün ilk öncə ona evdə şəxsiyyət kimi davranılmalıdır.
Nədir bu təşviş? Həyat hadisələrinin fərdin özü üçün təyin etdiyi standartlarla üst-üstə düşməsi gözləntiləri, bu gözləntilərə uyğun olmayan təcrübələrə qarşı etirazlara səbəb olur. Yalnız gözləntilərin qarşılanacağı düşüncəsi ilə yüklənmə və gözləntilərə uyğun olmayan bir həyatın qəbul edilə bilməyəcəyi düşüncəsi çox məyusedici təcrübələrə gətirib çıxarır. “Bu gün yağış yağmamalıydı”, “Bu, evliliyimizdə olmamalıydı”, “Həyatımız virusla belə dəyişməməli idi” kimi bir mükəmməlliyi əks etdirən ifadələrin arxasında, həyatı qəbul etməkdə çətinliklər gözləntilərlə uyğun gəlmir və hətta mövcud reallığa etiraz etmək meyli üstünlük təşkil edir. Etiraz başa düşülən bir davranış forması olsa da, çətinliyi sağlam bir şəkildə geridə qoymaq üçün kifayət etmir. Daha da əhəmiyyətlisi, mənalı şeylər insan həyatına etiraz etmədən hərəkətsiz olduqda daxil olur. Mükəmməliyyətçi düşüncədən təmizlənmək üçün gözləntilərə uyğun olmayan hadisələrə etiraz etmək əvəzinə, gözləntiləri nəzarətsiz baş verən hadisələrə görə tənzimləyə çalışmaq lazımdır. Bu günün dünyasında qeyri-müəyyənliklərin aradan qaldırılması kimi qeyri-mümkün səylər söhbət mövzusu olmayacaq və qeyri-müəyyənliklə daha çox barış içində yaşamaq insan oğluna hüzuru vəd edən nadir fenomenlərdəndir. Qeyri-müəyyənliyə dözümsüzlük insanın bütün narahatlıq və təşvişinin anasıdır. Gözəl şeylər insanın həyatına sürətli hərəkət edərkən girməz. Sürətlə avtomobil idarə edərkən yol boyu neçə mənzərəyə valeh olmusunuz? Yağışdan qaçaraq orda rəqs edənlər kimi xoşbəxt hiss edən neçə insan tanıyırsınız? İnsan oğlu ona naməlum qalandan qorxar. Düşüncə plüralizmi və ya elastik düşüncəyə sahib olmaq böyük xoşbəxtliklər üçün qapı açmaqdır. Nə qədər sərt olsaq zərbə bizə o qədər güclü təsir edər, nə qədər üsyan etsək o qədər çox yaralanarıq, təsirin əks təsirlə münasibətini xatırlayın və üsyanın gətirdiyi qəzəblə divara möhkəm bir yumruq vurduğunuzu düşünün, divar olduğu kimi yerindədir, siz isə özünüzdən bir hissəni incitdiniz. Bu zərbənin gücü toxumaları zədələyə bilər, bu zərbənin gücündən sümüklərinizdə çat yarana və ya şiddətli ağrı ola bilər. Plandankənar həyat hadisələrinə qarşı üsyan da belədir, hər fırtına bir müddət sonra sakitləşir, hər virus bir gün insan gücü qarşısında məğlub olur, ancaq hadisələrin gedişində qəzəblə əlini zədələyən siz divara təsir edə bilmir, həyat hadisələrinin axışını dəyişdirə bilmir, əksinə bəlkə də o zaman sizdən bir şeir gözləyən çox yaxın bir insana şeir yaza bilməyəcək, yıxılan birinin əlindən tutub qaldıra bilməyəcək qədər çətin bir həyata məhkum olursunuz. Təşviş də digər bütün emosiyalar kimi funksional bir emosiyadır. Gərək duyulduğu halda özünü fiziki və zehni olaraq göstərir, bizi təhlükədən qoruyur, yaxud təhlükə altına düşmək ehtimalımız varsa bizi o istiqamətdən çəkindirir. Təşvişli insanın beyninin istehsal etdiyi düşüncə: Bir mıx nala, Bir nal bir ata, Bir at bir əsgərə, Bir əsgər, bir məktuba, Bir məktub bir savaşa, Bir savaş bir ölkəyə faciədir... Hamısı bir mıxa görə oldu! Normal və anormal təşvişi ayıran özəlliklər Normal təşviş Stressə qarşı verilən keçici coşqun reaksiya Adaptasiya ilə bağlı narahatlıq Mübarizə metodlarının işə düşdüyünün xəbərçisi Anormal təşviş Hər hansı bir stimul yoxkən ortaya çıxır Şəxsin mübarizə aparma metodlarını sıradan çıxarır Keçici yox, özünün intensivliyi ilə diqqəti cəlb edir Müdafiə mexanizmlərinə zərər verəcək qeyri-sağlam mübarizə üsulları inkişaf etdirə və ya ortaya çıxa bilir. Məsələn: Alkoqollu içki qəbulu. Qrinberq və Padeskinin təşvişli həyəcan ölçüsü. Burada maddələr 0-3 arası qiymətləndirilir. Burada qiymətləndirməni aparanda hansı rəqəmin hansı mənanı ifadə etdiyini bilmək vacibdir. Qiymətləndirmə şiddəti ölçmək üçün yox, daha çox özünə yardımı davam etdirdiyiniz müddət ərzində dəyişikliyin fərqinə varmağınıza kömək edir. 0 – heç olmur 1 – bəzən 2 – Tez-tez 3 – Çox vaxt 1.Hüzursuz və narahat hiss edirəm. 2. Nigaranlıq var. 3. Titrəmə və müvazinətsizlik duyuram. 4. Əzələ gərginliyi (sanki sizdən asılı olmadan sıxılıbmış kimi), əzələ ağrıları hiss edirəm. 5. Yerimdə qərar tuta bilmirəm. 6. Asanlıqla və tez yoruluram. 7. Təngənəfəslik olur. 8. Ürək ritmimdə sürətlənmə olur. 9. İsti olub-olmamasından asılı olmayaraq tərləyirəm 10. Ağız/damaq quruluğu olur. 11. Sərsəmləmiş kimi hiss edirəm və ya başım fırlanır. 12. İshal, ürək bulanması və ya mədə narahatlığı var. 13. Tez-tez sidik ifrazı üçün sanitar qovşağı istifadə edirəm. 14. Qəfil istilik gəlir. 15. Boğazda düyünlənmə hiss edirəm, udqunmaqda çətinlik çəkirəm. 16. Özümü indicə partlayacaq bir əl qumbarası kimi hiss edirəm. 17. Tez səksənmə/qorxma 18. Diqqəti cəmləməkdə çətinlik. 19. Yuxuya getmək və ya oyanmaqda çətinlik. 20. Əsəb gərginliyi 21. Təşviş artıracaq məqamlardan, situasiyalardan qaçış. 22. Təhlükə üzərinə fokuslanmış fikirlər /düşüncələr. 23. Özünü mübarizə aparmaq üçün aciz hesab etmək. 24. Çox pis bir şey olacaq düşüncəsi. Nəticə - ümumi balların cəmi qeyd edilir. Balları toplamaq üçün hər maddənin qarşısında tez-tez, bəzən, heç vaxt deyə qeyd etmək yerinə, daha rahat olmağı üçün məsələn birbaşa 2, 3 və ya 0 qeyd edin. Sonra balları toplayıb və əvvəlki həftə ilə müqayisədə qət etdiyiniz məsafənin fərqinə varın. Bəzən dalğalanmaların olması, yəni geriləmə baş verib düşüncəsi yaradan nəticələrin əldə edilməsi sizi ruhdan salmasın. Koqnitiv-bihevioral özü-özünə yardım bələdçisi Özünüzü hər hansı təkrarlanan davranış və ya düşüncələrin mərkəzində tapdıqda, depresiv və ya təşvişli həyəcan içərisində hiss etdiyiniz zaman ilk olaraq ağlınıza gələn düşüncələrin fərqinə varın. Bu düşüncənin sizə nə dediyini duymağa çalışın, o sizə hansı duyğuları yaşadır. Məsələn özünüzü “indicə dəhşətli bir hadisə baş verəcəyi” düşüncəsinin müşayiəti altında necə hiss edirsiniz, hansı emosiyalar sizdə özünü göstərir? Yaxud “Mən heç kimə lazım deyiləm” düşüncəsi sizdə hansı duyğuları yaradır? Bunlar ümumiyyətlə niyə baş verir? ABC modeli ilə buna nəzər yetirək. A – Situasiya B – Düşüncə və Duyğularımız C – Davranışımız A: Axşamdan boyadığınız ayaqqabınızı sabahkı görüş üçün əla bir vəziyyətə gətirmisiniz. Lakin səhər oyanıb görürsünüz ki, yağış yağıb. Hər tərəf palçıqdır B: Düşüncə - mən bilirdim ki, belə də olacaq(avtomatik fikirlər *Koqnitiv təhrif-falçılıq) , heç vaxt bəxtim gətirmir(aralıq inanc/düşüncə), uğursuzam(kök inanc) Duyğu: kədər, özünə yönəlmiş qəzəb, inciklik, ruh düşkünlüyü. C: Davranış – Şəxs özünü evə qapadır və iş üçün müsahibəyə getmir. Başqa bir nümunəyə nəzər yetirək: A: Evdəyəm, pillələri qalxanda ürək döyüntülərimin artdığını hiss etdim, nəbzimi yoxlayıram, sanki döyüntüləri daha da sürətlənib. B1. İnfarkt keçirmək astanasındayam (avtomatik fikir *Koqnitiv təhrif – Emosional fikir irəli sürülür- belə hiss edirəmsə, deməli belədir – Düşünürəm, elə isə qorxmalıyam) B2: Qorxu, təşviş, həyəcan müşahidə olunur C: Təcili yardıma zəng edilir. Müxtəlif fikirlərin, müxtəlif emosiyalar yaratmağını bu iki nümunədə yəgin ki, hiss etdiniz, içində olduğumuz situasiyada, nə düşündüyünüzü anlamaq ilə bərabər o düşüncəni hansı qəlibə yerləşdirib, hansı mübarizə texnikalarını istifadə edəcəyimiz də bir o qədər, bəlkə də daha çox vacibdir. Ona görə də ilkin olaraq koqnitiv təhriflər ilə əvvəlki bölmələrdəkindən fərqli olaraq daha yaxından tanış olmaq lazımdır. Hansı texnikalarla çalışacağıq? Koqnitiv texnikalar Aşkar Etmə Texnikaları 1. Aşağı Ox Texnikası Aşağı Ox texnikası, sizi depressiya və təşvişə sövq edərək mənfi təsir edən inancları müəyyən etməyə kömək edəcək. Mənfi düşüncənizin altına bir aşağı ox çəkin və özünüzdən soruşun: “Gəlin bu düşüncənin həqiqət olduğunu qəbul edək, niyə bu fikir mənə mənfi təsir edir? Bunun mənim üçün nə mənası nədən ibarətdir?” soruşun. Bu vəziyyətdə ağlınıza başqa bir mənfi fikir gələcək. Bunu oxun altına yazın və ikinci fikrin də altına başqa bir ox çəkin. Bunu bir neçə dəfə təkrarlayın. Mənfi düşüncələrinizə baxın və inanclarınızı müəyyənləşdirin. Şəfqətə əsaslanan Texnikalar 2. İkili Standart Texnikası Özünüzü tənqid etmək əvəzinə, əsəbi bir dostunuzla olduğu kimi özünüzlə də şəfqətli bir şəkildə danışın. Özünüzdən soruşun: “Əziz bir dostumun bənzər bir problemi olsaydı, ona qarşı bu qədər sərt davranardımmı? Ona nə deyərdim?” Reallığa əsaslanan texnikalar 3. Dəlillərə Baxış – “Sübut hardadır?” Mənfi düşüncəni həqiqət kimi qəbul etmək əvəzinə özünüzə sual verin: “Düşüncəmi dəstəkləyən hansı dəlillər var? 4. Tədqiqat metodu Mənfi düşüncənizi yoxlamaq üçün bir sorğu keçirin. Məsələn, utancaqlığınızın qəribə göründüyünü hesab edirsinizsə, digər dostlarınızdan utancaqlıq hiss edib -etmədiklərini soruşa bilərsiniz. Bu üsulla, insanların hamısının bəzən nələrəsə görə utandığının fərqinə varacaqsınız. 5. Tədqiqat metodu Mənfi düşüncənizi yoxlamaq üçün bir sorğu keçirin. Məsələn, utancaqlığınızın qəribə göründüyünü hesab edirsinizsə, digər dostlarınızdan utancaqlıq hiss edib -etmədiklərini soruşa bilərsiniz. Bu üsulla, insanların hamısının bəzən nələrəsə görə utandığının fərqinə varacaqsınız. Semantik-məna istiqamətli Texnikalar 6. Semantik Metod Semantik Metod, xüsusən, malı və məli cümlələri və etiketləmələrlə çalışmaqda təsirlidir. Burada istifadə etdiyiniz ifadələri daha az təhqir və daha az emosional olanlarla əvəz edin. Məsələn imtahanda uğursuzluq sonrası özünüzü ümumiyyətlə savadsız olaraq qiymətləndirmə də, uğur qazandıqda dahi adlandırmaq da etiketləmə anlamına gəlir. Mənalara diqqət edib, yaşanan hadisə ilə hadisəni yaşayan özünüzə yaraşdırdığınız ad arasındakı uyğunluq haqqında düşünün, “bu o mənaya gəlirmi? Bunu daha rasional necə ifadə edə bilərəm?” suallarını özünüzdən soruşun, lakin bunu yazılı formada həyata keçirin. Sonra isə daha rasional və məntiqə söykənən adlandırmalar edin, məsələn ayrılıq sonrası özünüzü bədbəxt adlandırmaq yerinə daha gerçəyə uyğun bir ifadə istifadə etmək olar, “İnsanlar görüşür, bir-birinə uyğun dünya görüşü olduğu halda birlikdə qalmağa davam edir, yollar fərqlidirsə ayrılırlar, iki insanın bir mövzuda eyni fikirdə olmamağı heç də bədbəxtlik adlandırıla bilməz. Məntiqə əsaslanan texnikalar 7. Bozun Çalarlarında Düşünmək Problemlərinizi ağ -qara həddə görmək əvəzinə, boz rəngli çalarlarda onları real qiymətləndirin. Məsələn “hal hazırda yaşadığım üzüntünü neçə faiz şiddətlə hiss edirəm? 100%? Bəs indikindən daha kədərli olduğum vaxt olubmu? O zaman neçə faiz şiddətlə hiss edirdim kədəri? 100%?” İki situasiya arasında şiddət fərqini müəyyən edin. Bundan əlavə spesifik, rigid düşüncə şiddətli duyğu yaradır, tək düşüncənin yaratdığı müvafiq duyğunun şiddəti həmişə yüksək olur. Bozun çalarları ilə düşünmək deyəndə əsasən alternativ fikirləri dəyərləndirmək nəzərdə tutulur. Plural düşüncə şəxsə xoşbəxtlik vəd edən tək fenomendir. 8. Nəticə və Proses Performansınızı nəticə deyil, proses baxımından qiymətləndirin. Hazırlığınız və işiniz sizdən asılı olsa da, nəticələr çox vaxt sizin ixtiyarınızda deyil. Bunu Markesin “İzah etdiyin qarşındakının anladığı qədər dəyərlidir.” Aforizmi ilə də ifadə edə bilərik. Motivasiya Yönümlü Texnikaları 9. Fayda-zərər təhlili Mənfi düşüncənin (“Mən faydasız biriyəm”), özünü yoran bir inancın (“həmişə mükəmməl olmağa çalışmalıyam”), duyğunun (qəzəb, günahkarlıq və ya təşviş) və ya vərdişin (spirtli içki aludəçiliyi) bütün üstünlüklərini kəşf edin, bəli yanlış oxumadınız və həm də bu düşüncə və duyğuların, eyni zamanda aludəçiliklərinizin mənfi tərəflərini sadalayın. Münasibətlərinizdəki problemlərdə başqalarını günahlandırmağın üstünlüklərini və mənfi cəhətlərini sadalaya bilərsiniz. Özünüzdən soruşun: “Bu düşüncənin, inancın, duyğunun və ya vərdişin mənim üçün üstünlükləri və mənfi cəhətləri nələrdir? Mənə necə kömək edir, mənə necə zərər verir? ” Ağlınıza gələn bütün üstünlükləri və dezavantajları yazdıqdan sonra hər birinin təsirini 0 ilə 100 arasında qiymətləndirin. Sonra özünüzə sual verin ki, üstünlüklər və ya mənfi cəhətlər masa üzərindədir, bəs bunlardan hansının təsiri daha böyükdür. 10. 5 duyum&Nəfəs kombinasiyası Təşviş, qəzəb kimi duyğuların qapınızı döydüyünü gördükdə sadəcə özünüzə aid bir guşə seçin, mütləq deyil ki, bu yer qırmızı xalça sərilmiş, gözəl mebellərin olduğu bir otaq olsun. Mümkün olduğu qədər ətrafınızda sizi narahat edə biləcək şəxslərdən ən azından indi bunu etməmələri ilə bağlı xahiş edin. Yerinizi aldınızsa başlayaq, Dialektik-Bihevioral terapiya, yəni üçüncü dalğa Koqnitiv-bihevioral terapiyalardan birinə aid olan bu kombinasiya texnika yenə diqqəti yayındırıb, sizi olduğunuz anın daxilində saxlayacaq. A. 5 saniyə ərzində nəfəsi alın, 5 saniyə ərzində nəfəsinizi saxlayıb, 5 saniyə ərzində yəni yavaş-yavaş nəfəsinizi buraxın. B. Diqqəti nəfəsinizə yönəldin, hava axınının ciyərlərinizə dolduğunu və oranı tərk etdiyini təsəvvür edin. C. Bu əsnada əlinizin biri mədənizin üzərində, digəri isə sinənizdə ola bilər. D. Bu məşğələni davam edərkən(yəni təxminən 15 dəqiqə tədbiq etdikdən sonra) diqqətin keçirilməsinə hazır olun. E. Bu dəfə mərhələli şəkildə yavaş-yavaş, aramla, heç 5-5-5 sisteminə də ehtiyac olmadan, amma eyni zamanda sürətlə nəfəs alıb qandakı oksigeni artırmadan, əllərinizi elə bayaqkı formada tutaraq sevdiyiniz 5 görüntünü, mənzərəni xatırlayın, ardından sevdiyiniz 5 səsi xatırlayın, sonra sevdiyiniz 5 qoxunu xatırlayın, həmən ardından sevdiyiniz 5 dadı, ən sonda isə toxunduqda zövq aldığınız 5 əşyanı xatırlayın. Texnikanı yerinə yetirərkən düzgün nəfəs aldığınıza diqqət edin. Rahatlama əldə edənə qədər texnikanı tədbiq edə bilərsiniz. Koqnitiv Ekspozisiya 11. Koqnitiv daşırma Bəzən özünüzü qorxduğunuz şeyə klassik formada məruz buraxa bilmirsiniz. Məsələn, təyyarədə uçmaq qorxunuz varsa, qorxunuzu aradan qaldırmaq üçün təyyarə qəzasına uğramağınıza ehtiyac yoxdur! Ancaq bu qorxu ilə zehninizdə Koqnitiv Ekspozisiya istifadə edərək üzləşə bilərsiniz. Özünüzü bir təyyarədə təsəvvür edin. Mümkün qədər təşvişli həyəcan duyğunuzu artırmağa çalışın və mümkün qədər uzun müddət təşviş ilə “baş-başa” qalın. Narahatlıqla mübarizə aparmayın. Əksinə, narahatlığınızı dözülməz hala gətirməyə çalışın. Ona təslim olun. Nəhayət, təşviş özü-özünü söndürəcək. Klassik Ekspozisiya və ya klassik üzləşmə 12. Proqressiv Ekspozisiya Proqressiv Ekspozisiya istifadə edərkən, qorxduğunuz şeyləri kiçik parçalara ayırın. Məsələn, lift fobiyanız varsa, lifti bir mərtəbəyə qaldırın və liftdən enin. Bunu bitirdikdən sonra liftə iki dəfə qalxın və tədricən liftdə keçirdiyiniz vaxtı artırın. Köpək və ya iynə fobiyası kimi hər hansı bir fobiya növü üçün, eləcə də utancaqlıq və ya obsesif-kompulsif pozğunluq kimi narahatlıq növləri üçün Proqressiv Ekspozisiya istifadə edə bilərsiniz. Bu texnikaların hər birini sıra ilə bir həftədən az olmayaraq tətbiq etməyə çalışın, çəkilən nümunələr əvəzinə öz probleminizi təyin edin. Nəticə əvəzinə İnsan var olduğu müddət ərzində ağrı, narahatlıq, kədər, qorxu kimi duyğular qaçınılmazdır, var olmağın əsas əlaməti yaxşı olanı deyil, pozitiv hiss etdirəni deyil, hər şeyi hiss etməkdir. Çünki narahatlıq, funksionallığın aradan qalxması, təşviş, qəzəb, qorxu mənzərəyə geniş prizmadan baxdıqda əvəzedilməz bir ustaddır, o bizə problemin nədən, hardan, niyə və necə gəldiyini işarə edir, müasir tibbi müdaxilələrdə ağrıya tolerantlıq göstərilir və bir çox hallarda ağrının ağrıkəsicilər vasitəsi ilə aradan qaldırılmasına icazə verilmir, bu üsul təqdir edilmir. Təşvişə də, ruh düşkünlüyünə də belə bir yanaşma əslində bizi problemin səbəbinə aparır, bizə yaşanan hadisələri yenidən qiymətləndirməyi təbliğ edir. Emosiyalar da, yaxşı və pis anlayışının üzərində, bizim övladımız kimidir, ona qulaq asmaqla nəyə ehtiyacınız olduğunu öyrənə bilərsiniz. Azərbaycan insanı hələ lap kiçik zamanlardan ailə tərbiyəsində seçim etməyə məcbur qalır, “əgər şokalad yesən, anan axşam sənin yanında yatmayacaq”, “ya dayını sevdiyini de, ya da əmini” və.s bunu böyüdükdən sonra da bizlər özümüzə qarşı tədbiq edirik, ya narahat, ya da yaxşı olmaq deyə bir seçim yoxdur, qorxa bilərsən, üzülə, kədərlənə, ağlaya bilərsən. Həyatı daha doyumlu yaşamaq üçün qorxudan, təşvişdən, kədərdən qorxmaq əvəzinə onlarla birlikdə yoluna davam et. Əgər itirdikdə ağlayacaq qədər dəyərli olan bir kimsəmiz, ya da itirmə ehtimalı bizi narahat edəcək qədər dəyərli bir kimsəmiz yoxdursa əsl məhrumiyyət onda ortaya çıxır, çünki aid olmaq və sahib olmaq insanın ehtiyacıdır, o mexaniki qurğu deyil, sosial bir varlıqdır. Ədəbiyyat siyahısı 1. Arthur Freeman – Anksiyete bozukluklarının bilişsel davranışçı tedavisi, Psikoterapi enstitüsü, İstanbul 2013] 2. David Burns – Panik atakta, Psikonet yayıncılık, 2019, s. 533 3. Greenberger&Padesky – Evinizdeki terapist, (Editor:Dr. Emel Stroup),Altın kitaplar, 2019 – s. 329 4. Jeffrey Wood – Dialektik-Bihevioral terapiya, Dev belgesel yayınları, 2013, s. 67 5. M. Z. Sungur – Korona günleri: Belirsizlikle barışmak, kaygı ve endişeyi yönetmek, 2020 6. Nəsimi Qiyasov – 3D: Koqnitiv-bihevioral özünə yardım bələdçisi, Bərdə şəhəri, 2021,s.480 Psixoloq Nəsimi Qiyasov Bərdə şəhəri – 2021
Xülasə Uşaq evlilikləri, on səkkiz yaşından əvvəl, uşaqların evlənmək və uşaq sahibi olmaq üçün fiziki və psixoloji məsuliyyət daşımağa hazır olmadan əvvəl baş verən evliliklərdir. İnkişaf etməkdə olan ölkələrdə olduqca geniş yayılmış olan uşaq evlilikləri, Azərbaycanda da əhəmiyyətli bir problem olaraq qalmağa davam edir. Bu araşdırmanın məqsədi qız uşaqlarının evlənməsinin yayılması, səbəbləri və ən əsası bunun psixoloji nəticələrini araşdırmaqdır. Erkən yaşda ailə quran qızlar bir çox fiziki və psixoloji problemlərlə üzləşirlər. Evliliyində fiziki və cinsi zorakılığa məruz qalır və onu narahat edən bir çox mövzuda fikir bildirməsinə icazə verilmir. Bu vəziyyətin qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirdiyi və qadınları baxımsızlıq və sui -istifadə halına saldığı düşünülür. Açar sözlər: Uşaq evliliyi, erkən evlilik, şiddət, psixopatologiya Abstract Any marriage that is carried out before the age of eighteen, before the child is physically, physiologically and psychologically ready to bear the responsibilities of marriage and having children. Child marriages, which are very common in developing countries, continue to be an important problem in Turkey. Aim of the present study is to point out the prevelance, causes and most importantly the psychological outcomes of child marriages. Early married girls confront with many physical and psychological problems. They expose to physical and sexual abuse and are not allowed to express their opinions on many issues that concern them. This situation reinforces the unequal position of women in society and imprisons women in the cycle of neglect and abuse. Keywords: Child marriage, early marriage, violence, psychopathology Statistika. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Statistika Komitəsi 2010-cu ilin oktyabr ayında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirmişdir. Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılmış və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunmuşdur. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olmuşlar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olmuşlar. Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olmuşlar. Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil etmişdir. [2] Nikaha daxil olmaqla bağlı Azərbaycan Respublikası qanunu Nikahın bağlanması və nikaha xitam verilməsi 3-cü fəsil Nikahın bağlanma qaydası və şərtləri Maddə 9. Nikahın bağlanma qaydası 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. 9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Maddə 10. Nikahın yaşı 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. [3] Erkən nikahın özü ilə gətirdiyi fizioloji problemlər. Qızların erkən evlənməsinin nəticələrindən biri də fiziki xəstəliklərdir. Vücudları hamiləlik və doğuş stresini idarə edəcək qədər yetkin olmayan qızlar üçün hamiləlik və doğuş həm ana, həm də körpə üçün təhlükə yaradır. Uşaq evliliklərinin, HİV, uşaqlıq boynu xərçəngi, malyariya, arzuolunmaz və yüksək riskli hamiləlik, ana və/və ya körpənin hamiləlik dövründə ölümü və doğum fistülü kimi müxtəlif xəstəliklər üçün risk faktorları olduğu ifadə edilir. Erkən evlilik həm də erkən analıq deməkdir, çünki gənc yaşda ərə gedən qızlar, evləndikdən dərhal sonra məhsuldarlığını sübut etməyə məcbur olurlar. Bundan əlavə, erkən evlilik qadınların daha çox uşaq sahibi olmasına səbəb olur. Erkən yaşda hamiləlik bir çox fiziki problem yaradır. Hamiləlikdən qaynaqlanan ölümlər dünyada 15-19 yaş arası qızların ölümünün əsas səbəbidir. Bu yaş qrupundakı qızların hamiləlik dövründə ölüm riski 20-24 yaş qrupuna nisbətən 20-200% arası daha yüksəkdir. Ölüm riskinə əlavə olaraq, erkən evlənən qadınların yetkin yaşda evlənən qadınlara nisbətən hamiləliyin ilk dövrlərində uşağın tələf olması, açılış, erkən doğum və anemiya riski daha yüksəkdir. Afrikada aparılan araşdırmalar, erkən evliliyin HİV riskini artırdığını bildirmişdir. Evli yeniyetmələrdə evlənməmiş, lakin cinsi əlaqədə olan həmyaşıdlarından 50% daha yüksək infeksiya var [5]. HİV riskinin evli qadınlarda subay qadınlara nisbətən daha yüksək olması, daha tez -tez cinsi əlaqəyə girmələri, prezervativdən istifadə nisbətinin aşağı olması və ümumiyyətlə daha yaşlı və daha təcrübəli kişilərlə olması ilə izah olunur. Erkən evlilik qadınların və körpələrinin müxtəlif sağlamlıq problemləri yaşamasına yol açır. Gənc anaların yetkin analara nisbətən ölü doğum riski daha yüksəkdir. Bu vəziyyət əsasən anaların qidalanmaması ilə əlaqədardır və yeniyetmələrin uşaq sahibi olmağa və böyütməyə hazır olmadıqlarını göstərir. Erkən yaşda doğan anaların körpələrinin yetkin yaşda doğan anaların körpələrinə nisbətən daha az doğum ağırlığına sahib olduğu ifadə edilir.[1.səh.518-538] Eynilə, aparılan bir araşdırmada, 14-18 yaş arasında hamilə olan qız uşaqlarının yetkin hamilə qadınlara nisbətən daha az çəkili uşaqlar dünyaya gətirdiyi təyin edilib. Az çəkili körpələr normal çəkili körpələrdən 5-30 dəfə çox ölüm riski altındadır. 18 yaşından kiçik anaları olan körpələrdə də qidalanma və ölüm nisbəti anaları 18 yaşdan yuxarı olan uşaqlara nisbətən daha yüksəkdir. 14-19 yaş arası hamilə qızlarla aparılan bir araşdırmada, ən çox rast gəlinən problemin erkən doğum olduğu ifadə edilir. 14-19 yaş arası hamilə qadınların 21,6% -nin prenatal təqibə malik olmadığı və ya yetərli olmadığı,% 36,5-də anemiya (anemiya) müşahidə edildiyi bildirilir, anemiyanın yetkin hamilə qadınlara nisbətən yeniyetmə hamilə qadınlarda daha yüksək olduğunu bildirmişdir. [8. Səh.43-55] Ailə-məişət zorakılığı Tarixən bütün cəmiyyətlərdə və bütün ailələrdə müxtəlif formalarda zorakılıq hallarına təsadüf olunmuşdur. Ailə zorakılıqlarının tarixi köklərinə qədim əlyazma və səlnamələrdə, nağıllarda və dastanlarda təsadüf olunur. Şifahi xalq ədəbiyyatının bir çox janrlarında insanın insana qarşı zorakılıq hallarını təqdir edən misallara heç də az təsadüf olunmur. “Döyülməyən düyüdən aş olmaz”, “Vaxtında qızını döyməyən sonradan dizini döyər” və s. Misallar da ailə-məişət zorakılığı hallarının tarixən mövcudluğu təsdiqlənir. Hər il 25 noyabr tarixi bütün dünyada “Qadın zorakılığına qarşı mübarizə günü” kimi qeyd edilir. Yaşadığımız müasir sivil cəmiyyətdə ailə-məişət zorakılığı ciddi sosial problem kimi qalmaqdadır. Ailədə zorakılığa və şiddət hallarına əsasən qadınlar və uşaqlar məruz qalırlar. Zəmanəmizdə də kişilərin qadınlara qarşı zorakılığının fiziki, psixoloji-emosional, seksual və iqtisadi formaları geniş yayılmışdır. Ailə zorakılığının ən geniş yayılmış forması fiziki zorakılıqdır. Əksər kişilər ən kiçik, cüzi səbəblərdən belə, öz qadınlarına qarşı zorakılığa əl atır, buna onları təzyiq altında saxlamağın və qadın üzərində öz gücünü nümayiş etdirməyin təsirli vasitəsi kimi baxırlar. Döymə, zorlama, bıçaq yaraları, yanıqlar və s. Kimi dəhşətli və bağışlanmaz qəddar davranışlar ailə münasibətləri ilə bir araya sığmazdır. Cəmiyyətdə zorakılığın olması həmin cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin olmadığına və gender bərabərsizliyinin hökm sürdüyünə işarədir. Ailə-məişət zorakılığından yalnız döyülən qadın və döyən kişi əziyyət çəkmir, bu cür hadisələr ailənin digər yaşlı üzvlərinə və uşaqlara da sarsıdıcı təsir göstərir, onların psixoloji travma almasına səbəb olur. Öz arvadlarını döyən bir çox kişilərin aqressiv davranışının kökündə çoxsaylı səbəblər durur. Bunlardan ən başlıcası ailə tərbiyəsi işinin mənəvi əsaslar üzərində qurulmamasıdır. Kiçik yaşlarında öz ailələrində atalarının analarına qarşı belə zorakı səhnələri ilə qarşılaşdıqlarına görə bir çox gənclər belə halı vacib və yol verilən davranış forması kimi qəbul edir və sonralar, müstəqil ailəyə sahib olduqdan sonra belə davranışı imitasiya edirlər. Onlar belə hesab edirlər ki, qadın kişinin təbii üstünlüyü faktı ilə qeyd-şərtsiz razılaşmalıdır. Qadınlara qarşı zorakılığa rəvac verən sosial təzyiqlər, xüsusən, adət-ənənələr, milli stereotiplər yaşadıqca problemin həlli qeyri-mümkündür. Qadınların əksəriyyəti ailədə ərləri tərəfindən onlara qarşı yönəlmiş ilk şiddət və zorakılığı, adətən, bağışlayır və düşünürlər ki, bu sonuncu haldır və əri bir daha belə hala yol verməyəcəkdir. Ailədə uşaqların sayı artdıqca, vəziyyət daha da mürəkkəbləşir. Zorakılıq faktına liberal münasibət bəsləyən qadınların əksəriyyəti öz taleləri ilə barışaraq buna adət edirlər (“Kişi adamı döyər də, söyər də”). Belə qadınlar üçün aşağı özünüqiymətləndirmə və yaranmış vəziyyətdən çıxılmazlıqla barışmaq xarakterikdir. Aydındır ki, ailədə yaranan münaqişə və problemlərdən çıxış yolu heç də zorakı vasitələr ola bilməz. Çıxılmaz, böhranlı həddə çatmış vəziyyətdən sivil çıxış yolu qəddar tərəfdaşla birgə yaşayış yox, boşanma ola bilər. Qadına mütəmadi olaraq əl qaldıran kişi əslində öz xanımına qarşı sevgisini itirmiş bir şəxsdir, heç vaxt öz-özünə islah olunmayacaq, onun yenidən tərbiyəsi isə mümkün deyildir. Statistikaya görə, 2010-cu ildə Azərbaycanda 109, 2011-ci ildə isə 135 nəfər qadın ailə-məişət zorakılığının qurbanı olmuşdur. Psixoloqların qənaətinə görə, zorakılığın baş verdiyi hər bir konkret fakt ayrıca təhlil edilməlidir. Zorakılıq, heç şübhəsiz, xoşa-gəlməz bir qəbahətdir və bunun baş verməsində əksər hallarda hər iki cütlük günahkardır. Zorakı münasibət modeli normal ailə üçün heç vaxt norma hesab oluna bilməz. Ailədə zorakılığın daha çox təsadüf olunan təzahür formalarından biri psixoloji–emosional zorakılıqdır. Psixoloji-emosional zorakılıq dedikdə, ailədə qadının kişi tərəfindən təcrid edilməsi və alçaldılması başa düşülür. Kişi daimi tənqid, təhqir, nifrət və alçaldıcı hərəkətləri ilə qadının sosial əlaqələrini və əhatəsini tədricən məhdudlaşdırır, ona qarşı kəskin qadağalar, öz valideynləri ilə görüşməsinə, telefonla əlaqə saxlamasına, ata-anasına baş çəkməsinə məhdudiyyətlər qoyur və ya tamamilə qadağan edir. Təcrid olunan qadın kənardan dəstək almaqdan məhrum olur və beləliklə, onun ünsiyyətə daxil olmaq məcburiyyətində qaldığı yeganə şəxs onu incidən əri olur. Kişilərin əksəriyyəti psixoloji zorakılığa aid edilən davranışlarına haqq qazandırır və bunları qadını “evə bağlamaq” vasitəsi kimi baxır, ona işləməyi qadağan edirlər. Adətən, belə kişilər anlamırlar ki, əslində onların belə qadağaları da zorakılığın bir forması, qadına qarşı qeyri-normal münasibətin təzahürüdür. Vaxtaşırı təkrarlanan zorakılıqlar nəticəsində qadın psixoloji işgəncə və sarsıntılarla üz-üzə qalır, stress və depressiyaya düşür, bəzən isə onun daha ciddi nəticələri suisid (özünəqəsd) cəhdlərinə sürükləyir. [7. Səh. 409-414] Ad dəyişir, rollar deyil. Erkən evlilik ənənəsinin ən əhəmiyyətli nəticələrindən biri, uşaqların ailələrinin həyatını təkrar yaşamağı, yoxsulluq, baxımsızlıq və sui -istifadə dövrünün davam etməsidir . Kişilərin qərar verdikləri patriarxal cəmiyyətlərdə uşaq evliliyi ənənəsi nəsildən nəslə ötürülür və erkən yaşda evlənən analar uşaqlarının eyni taleyi yaşamasına mane ola bilmir . Erkən evliliklər nəticəsində uşaqlar uşaqkən uşaq böyüdürlər və bu həm ana, həm də uşağın rifahını riskə altına salır. Uşaq böyüməkdə təcrübəsi olmayan və təhsili olmayan gənc ananın uşağı da qidalanma və sağlamlığının pis olması riskini daşıyır. 18 yaşından kiçik anaları olan körpələr, erkən uşaqlıqda yetkin anaları olan körpələrə nisbətən müxtəlif problemləri daha çox yaşaya bilir. Ananın təhsili uşağın sağlamlığına və inkişafına əhəmiyyətli təsir göstərir. Erkən yaşda evlənən uşaqların daha çox məişət zorakılığı yaşaması və özünü daha çox tənha hiss etməsi depressiyaya səbəb ola bilər və bu anaların depressiyası uşağa da təsir edir. Unutmayaq ki, dilimizdə ancaq hormonal məsələlər ilə əlaqələndirilən depressiyaya Türkiyədə, əsasən Hakan Türkçapar və Ertuğrul Köroğlu tərəfindən “Çökmüşlük” emosiyası adı verilir. Emosiyalar özünə spesifik davranışlar ilə müşahidə olunur, bu davranışları təqlid əsasında həyatı və həyat hadisələrinə emosional, davranışçı, koqnitiv mənalar yükləyən övlad öz beyin qovluqlarına kopyalayır, kök inanc və aralıq inancları özündə cəmləşdirən sxemalar məhz bu öyrənilən davranışlar əsasında yaranır. Siz Qarabağı görməyən gənclərin o torpaqlar uğrundakı canfəşanlıq ilə döyüşdüyü səhnələri, şəhid Şahgündüz Cabbarovun polkovnikə “Mənim evim burda deyil Laçında – Oğuldərə kəndindədir!” ifadəsini niyə dediyini düşünürsünüz. Mənfi və ya müsbət, şəxsiyyət sosializasiyasına təsir edən mikro qrup olan, ilkin tərbiyə mühiti olan ailədəki əhval-ruhiyyə, emosiyalar “yoluxucudur”. Ananın stress cavabları uşağın sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bətnində uşaq varkən zorakılığa məruz qalan körpələrin sağlamlığının daha pis olduğu və doğulduqda ölüm nisbətlərinin daha yüksək olduğu müşahidə edilmişdir. Erkən uşaqlıqda yaşanan problemlərə əlavə olaraq, körpələr böyüdükdə müxtəlif problemlərlə qarşılaşa bilərlər. Zorakılığa məruz qalan qadınların demək olar ki hamısı, uşaqlarının da zorakılığa məruz qaldığını və ya şahidi olduğunu bildirir. Şiddət müşayiəti ilə böyüyən uşaqlar, anaya qarşı fiziki şiddətinin şahidi olurlar ki, bu da uşağın emosional və zehni sağlamlığına və gələcək münasibətlərinə mənfi təsir göstərir. Post-travmatik stress pozuntusu, depressiya və təşvişli həyəcan pozuntuları kimi problemlərə əlavə olaraq, şiddətə şahid olan uşaqların sosial problemləri, aşağı özünə hörmət və günahkarlıq hissləri də mövcud olur. Bundan əlavə, şiddət mühitində böyüyən uşaqlar ailədə gördükləri təcavüzkar davranışları öz münasibətlərində sərgiləyir, özlərini ifadə etmək qabiliyyətləri azalır və sosial münasibətləri inkişaf etdirməkdə çətinlik çəkirlər. Erkən yaşda ailə quran qadınların yetkin yaşda evlənən qadınlara nisbətən daha çox şiddət yaşayarsa, uşaqlarının da oxşar problemlərlə qarşılaşma ehtimalı daha yüksəkdir. Sosial öyrənmə dediyimiz məsələ elə bir nəzəriyyədir ki, biz onun əsasında kimə gül, kimə güllə atacağımızla bağlı yanlış da olsa möhkəm inanclar formalaşdırırıq. Erkən nikaha daxil olan qadınların dünyaya gətirdikləri övladların həyata baxışı. Bu barədə danışmaq həqiqətən çox məsuliyyətli bir işdir, lakin güman edirəm ki, cəmiyyətin həssaslıqla yanaşdığı uşaqların həyat nümunəsi ilə bəlkə də susan hansısa vicdanı dindirmək olar. Travma təkcə şəxsin travmatik təcrübəni özünün yaşaması ilə yaranan bir problem deyil, travmatik səhnələrə şahidlik etmək də travmanın yaranma səbəbi olaraq qeyd olunur. Boş yerə deyilmir bir atanın öz övladlarına ən böyük ərmağanı onların analarına göstərdiyi sevgidir. Sevgi özü-özlüyündə bir terapiya olmasa da profilaktik bir duyğu olaraq böyük əhəmiyyət kəsb edir. Sevgi sağaltmır, çünki siz birini sevənə qədər o insan yaşadıqlarından öyrənir və bəzən sizin ona olan məhəbbətinizi də öz öyrəndikləri əsasında dəyərləndirir. “Bütün qadınlar aldadır”, “Bütün kişilər xəyanət edir” kimi genderlərə qarşı generalizə olmuş düşüncə xətaları ilə silahlanmış birinə siz istədiyiniz qədər məhəbbətinizin böyüklüyündən danışa və ya bunu əyani şəkildə nümayiş etdirə bilərsiniz, lakin sevgi bəzən eşitməyən birinə piano ifa etmək qədər yorucu və emosional yanma ilə müşahidə edilən bir proses ola bilər. Odur ki, sevgini daha çox profilaktika kimi qəbul etmək daha sağlam bir yanaşmadır fikrimcə, valideynlərin bir-birinə və övlada sevgisi övladının ən azından ailədaxili münasibətlərdə yaşanan konfliktlər fonunda inkişaf edən travmalardan qoruyur. Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil. Evdəki fiziki zorakılığın şahidi olmaq uşaqları və onların gələcəyinə ciddi şəkildə təsir edir. Təcavüz və şiddət kimi davranışlar mühitdən öyrənilir. Uşaq şiddətə məruz qaldıqda, eyni şiddəti, hətta daha çoxunu ətrafdakı insanlara tətbiq edir. Bir çox valideyn, uşağın şiddətdən təsirlənməyəcəyini və ya uşağın baş verənləri unudacağını düşünür. Lakin, uşaqlar unutmurlar. Bu da məlumdur ki, məişət zorakılığına məruz qalan uşaqlarda digər uşaqlara nisbətən daha çox emosional və davranış problemləri olur. Şiddət və təcavüz valideynləri modelləşdirərək öyrənilir. Burada keçmişdə Albert Bandura nəzəriyyəsi haqqında danışdığım məqaləmdəki “Bobo oyuncağı təcrübəsi”ni yenidən xatırlayaq:Sosial öyrənmə nəzəriyyəsi, öyrənməyə müşahidə ilə yanaşı zehni prosesləri də əlavə edərək radikal davranışçı yanaşmalardan fərqlənir. Bu baxımdan, Sosial Koqnitivizm Nəzəriyyəsi olaraq da adlandırılan bu nəzəriyyəni Bihevioral cərəyanın sonu, Koqnitiv yanaşmanın isə yüksəlişi arasındakı keçid də adlandıra bilərik. Sosial öyrənmənin empirik olaraq yoxlanması “Bobo oyuncağı eksperimenti” ilə 1961-63-cü illərdə aparılmışdı, bir şəxs oyuncağı o ki, var döymüş, sonra bunlar videoya çəkilmiş və uşaqlara izlədilmişdir. Daha sonra uşaqlar içində Bobonun da olduğu oyuncaqlarla dolu otağa gətirilmiş və davranışları izlənmişdir, uşaqların bir çoxu izlədikləri ssenari üzrə Bobonu döyməyə başlamışdılar. Münasibətlərdə şəxslərin ən yaxşı “Mən” ilə çıxış etmələrinin tərəfdarı olmağıma baxmayaraq bəzən insanlardan nələrisə tələb etməkdən çox onları anlamaq yolunda addımlar atmağın daha vacib olduğunun tərəfdarıyam. Belə ki, yarımbaşlığı da “Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil” olaraq təyin etdim. Psixoanalitik yanaşmadan qaçaraq baş verənləri hər kəsin anlayacağı formada, sosial öyrənmə nəzəriyyəsi ilə izah etməyə çalışdım. Bu nəzəriyyəyə görə biz: Mühitin təsirinə məruz qalır(Ailədə şiddət səhnələri), sonra bu hadisəni travma olaraq qavrayır, onu öyrənir və sonrakı həyatımızda tədbiq edirik. Bu təcrübə və öyrənilmişlik, rol modelinin kopyalanaması bizim sonrakı həyat yolumuzda qurduğumuz münasibətlərdə özünü biruzə verir. Uşaqlar bizim dediyimiz yox etdiklərimizi təkrar edirlər. Beləliklə zamanla tərəfi olduğu münasibətdə atasının modelinə nifrət edən övlad onun modelinin tətbiqi ilə məşğul olur əslində. Bunun fərqinə vardıqda daxili amillər öz işini görməyə başlayır. Belə ki, o özünü bu münasibətə layiq görmür və bu münasibətdən kənarda qalmaq üçün əlindən gələni edir. Uzaqlaşma cəhdləri, bəzən ailədən kənar romantik münasibətlər, şiddətdən yaranan travmatik təcrübənin yenilənməsini təmin edən yenidən şiddət, alkoqollu içkilərə bağlılıq. Bu travmatik təcrübənin yenidən yaşanmasına qorxu ilə yanaşan şəxsin əslində dayanmadan yenidən travmatik təcrübəni yaşamağı arasındakı paradoksda münasibətlərdə bütün ülvi duyğular öz yerini travmatik təcrübəni yaşayan şəxsin yaşatdığı travmalar və travmatik təcrübəni yaşayan şəxsin partnyorunun içində olduğu kor çarxa verir. [6] Nəticə Azərbaycanın hansısa bir dağ kəndində özünü nəvəsinin nazını çəkən bir baba, nənə olaraq təqdim edən yaşlıların əslində nəvələri və övladı üçün hazırladığı həyat xəritəsini sizə təqdim etdim. Heç bir cəmiyyətdə ağsaqqal sözü doğrulara gedən yol kimi görülməməli məsləhət olaraq dinlənilib, zəka süzgəcindən keçirilməlidir. Unutmayaq bir kimsənin bizdən öncə doğulması onu bizdən daha ağıllı edə bilmədiyi kimi, yaxınlarımızın sevgi haqqında düşüncələri də bizə zərərlə özünü biruzə verirsə bu o deməkdir ki, bəhsi keçən həmin sevgi sadəcə olaraq koqnitiv dissonansdan ibarətdir. Erkən nikah qadınların fiziki, zehni və emosional inkişafına və rifahına mənfi təsir göstərə biləcəyi üçün narahatlıq mənbəyi olaraq mövcud olmağa davam edir. Sosial baxımdan bu evliliklər qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirir. Qadınları iqtisadi cəhətdən kişilərdən asılı vəziyyətə həbs edərək onların həm ictimai həyatdan faydalanmasını, həm də ictimai həyata töhfə verməsini maneə törədir [4] . Yuxarıda qeyd olunan araşdırmaların nəticələrindən də başa düşüldüyü kimi, erkən evliliklər psixoloji bir təhlükə olaraq mövcud olmağa davam edir və sağlam nəsillərin yetişməsi önündə maneə olaraq qalır. Hələ uşaq ikən yaşlı bir kişinin həyat yoldaşı olmaqla ev işləri ilə bağlı məsuliyyətlər, uşaq dünyaya gətirmə təzyiqi, uşaq baxımı, bu qarışıqlıq içində hətta öz sağlamlığı sınanmağı bu işə din pərdəsi altında razılıq verənlərin din sevgisini, məhəbbət adı verənlərin hisslərinin həqiqiliyini şübhə altına salır. Çünki əsl sevgi ürəkdə fişəng partlayışı nəticəsində ortaya çıxmır və özünü gözlərdən ulduz, ürək çıxarmaq ilə göstərmir, özünə rəva görə bilmədiyin həyata sevdiyin insanı məhkum etməmək kimi elementar məsələlər ilə də sevgini nümayiş etdirmək olar. Ədəbiyyat siyahısı: 1. Aizer, A. (2011). Poverty, violence, and health the impact of domestic violence during pregnancy on newborn health. Journal of Human Resources, 46(3), 518-538. 2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi – Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair statistik müayinənin nəticələri haqqında – 05.04.2011 3. AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ - Nikaha daxil olmaqla bağlı Azərbaycan Respublikası qanunu, Nikahın bağlanması və nikaha xitam verilməsi, 3-cü fəsil, Maddə 9-10 4. Aydemir, E. (2011). Evlilik mi evcilik mi? Erken ve zorla evlilikler: Çocuk gelinler. International Strategic Research Organization (USAK). 5. Clark, S. (2004). Early marriage and HIV risks in sub-Saharan Africa. Studies in Family Planning, 35(3), 149-160. 6. Nəsimi Qiyasov – Sən, mən və travmam, Bərdə, 2021 7. Nuralı Çələbiyev, Ülviyyə Əfəndiyeva – Ailə və gender psixologiyası, Bakı – 2021,səh.409-414 8. Psikoloji Penceresinden Erken Yaşta Evlendirilen Kız Çocukları, Büşra Aslan, Erzurum Teknik Üniversitesi, Türk Psikoloji Yazıları, Haziran 2019, 22(43), 43-55 Psixoloq:Nəsimi Qiyasov Azərbaycan Respublikası, Bərdə şəhəri Tarix – 19.10.2021
Xoşbəxtlik etimoloji cəhətdən firavanlıq, müvəffəqiyyət, xoş tale kimi mənaları ifadə edir. Hər dövrdə xoşbəxtlik anlayışı məzmun etibarilə yaxşı, uğurlu və sevinc içərisində yaşamağa əsaslanmışdır. Xoşbəxtliyə minlərcə tərif, izah verilmişdir. Bu da xoşbəxtliyin nə qədər dərin və əhatəli məhfum olduğunun göstəricisidir. Mənalı ömür sürmək şüurlu həyatın ən ilkin məqsədidir. Bəşəriyyət xoşbəxtliyin, mənalı həyatın nədən ibarət olması və buna necə nail olmaq yolları haqqında fikirlərdə daim mübahisələr yaşanmış, müxtəlif yanaşmalar olsa da, lakin qəti bir nəticəyə gəlmək mümkün olmamışdır. Ona görə ki, kimisi xoşbəxtliyi fərdi həyatda, kimisi ictimai həyatda axtarmış, kimisi qismətə, taleyə bağlamış, kimisi də xoşbəxtlik deyə bir anlayışın olduğuna inanmamışdır. Xoşbəxtlik insanda mənəvi (ruhi) və maddi (bədəni) tarazlığın qorunması və ortaq bir nöqtədə birləşməsi kimi ifadə oluna bilər. Eyni zamanda mənəvi tərəflə, maddi tərəf bir-birini tamamlaya bilməli, mənəvi tərəf maddi tərəfdən məmnun olmalı, maddi tərəf, mənəvi tərəfi zənginləşdirməyi bacarmalıdır. Məhz bu prosesin gedişində insana məxsus iki özəllik xüsusi rol oynayır. Düşünə və sevgi. Bildiyimizlə öyrəndiyimizdən çıxardığımız nəticə və ya yeni fikir düşüncənin məhsulu sayılır. Bir şeyləri düşünüb və onu hiss etmək, ona sevgi bəsləmək, düşüncə ilə sevgi arasında bir bağlılıq yaradır ki, bu da insanın özünü xoşbəxt hiss etməsinə sövq edir. Çünki, sevgi öz-özünə yaranmadığı kimi öz-özünə də məhv olmur. Belə ki, düşündürən sevgidən, sevgi düşüncəsinə gedən yol xoşbəxtliyi öyrənmə və dərketmə prosesi kimi izah oluna bilər. Xoşbəxtliyə aid yazılan kitablarda obyektiv şərait nəzərə alınmadan xoşbəxtliyə çatmaq üçün hazır düsturlar, nəsihət və öyüdlərdən bəhs olunmuşdur. Müəyyən mənada bunların həqiqi xoşbəxtliyə təsiri və köməyi istəlinən səviyyədə olmamışdır. Çünki, hazır ifadələr, öyüd və nəsihətlər son dərəcə mürəkkəb olan həyat hadisələrini tam əhatə edə bilmir. Nəzəri xoşbəxtliyin hər insanın özündən asılı olan cəhətlərini bir neçə yanaşma ilə belə ifadə etmək olar: 1) Xoşbəxtliyə hədiyyə kimi deyil, fəaliyyətin, çalışmağın, cəhdin, səyin bəhrəsi kimi baxmaq lazımdır. Həyat – mübarizədir. Həyat uğrunda, hətta həyatı yaxşı yaşamaq uğrunda bezmədən yorulmadan mübarizə aparmaq lazımdır. Axı mikrobda, bitki də, hər hansı digər canlılarda yaşamaq uğrunda mübarizə aparır. İnsan isə yaşamaq, mövcud olmaq uğrunda mübarizə ilə yetinməməli, sözün ən gözəl mənasında xoşbəxt olmaq uğrunda mübarizə aparmalıdır. Görkəmli rus yazıçısı S.N.Qlinka yazmışdır: “Həyat və fəaliyyət, alov və işıq kimi bir-birləri ilə sıx əlaqəlidir. Nə alovlanırsa, o hökmən işıq saçır, kim yaşayırsa, o heç şübhəsiz fəaliyyət göstərir”. 2) Xoşbəxtliyi şərtləndirmiş olsaq, heç şübhəsiz ilkin şərti sağlamlıq olardı. Xoşbəxtlik sağlamlıq əsasında öz əksini tapa bilər. Dünyada sağlamlığın qarşılığı olan bir şey tapmaq çətindir və demək olar ki, yoxdur. Ona görə də, sağlam bədən şadlıq və sevinc mənbəyidir. Sevinc hissi insanda özünü üç formada göstərir. *Hər hansı xoş xəbərdən yaranan sevinc – Adi və ya təbii sevinc *İnsanı tərifləməklə və ya ozünü bəyənməklə yaranan sevinc – Egosal sevinc *Müəyyən işin faydalı nəticəsindən yaranan sevinc – Enerji verən sevinc Məhz enerji verən sevincin əsasını sağlamlıq təşkil edir. Sağlamlıq isə insana davamlılıq və inkişaf hissi aşılayır. Təbiətin ən mükəmməl, ən dəyərli, ən kamil əsəri sağlam adamdır. Görkəmli rus alimi yazırdı: “İnsan təbiətin ən gözəl məhsuludur. Ancaq təbiətin xəzinəsindən şadlanmaq və ləzzət almaq üçün insan sağlam, qüvvətli və ağıllı olmalıdır”. Sokrat bildirirdi ki, ruhu müalicə etmədən, bədəni müəalicə etmək olmaz. Məhz ruh düşkünlüyü həm sağlamlığın, həm də xoşbəxtliyin qənimidir. 3) Xoşbəxtlik – hər anın, hər dəqiqənin dəyərini anlayıb, xoşbəxt yaşama bacarığıdır. Təəssüf ki, bəzi insanlar ömrünün əsas hissəsini yaşamağa hazırlaşmağa sərf edir. Sonraya saxlanmış xoşbəxtliyə görə ömrünün əsas hissəsində sadəcə mövcud olmaqla kifayətlənir. Nəticədə ömrünü xoşbəxt yaşamaq yerinə, xoşbəxtliyə hazırlaşmaqla keçirir. Ömür anlardan, dəqiqələrdən, illərdən ibarətdir. Axı, anı yaşamasaq dəqiqələrin önəmi olmaz, dəqiqələri yaşamasaq, illərin dəyəri qalmaz. Ona görə də, hər andan zövq almaq, hər dəqiqəni xoşbəxt yaşamaq və bunu daxilən bacarmaq lazımdır. Böyük alman yazıçısı E.M.Remark yazmışdır: “Bizim gələcəyimiz, aldığımız növbəti nəfəsə qədərdir”. Və ya başqa bir ifadə ilə: Elə yaşa ki, sabah öləcəksən kimi, Elə düşün ki, heç vaxt ölməyəcəksən kimi. 4) Xoşbəxtlik – qorxuya qalib gəlməklə, qorxunu dəf edə bilməkdir. İnsan mənəviyyatını dağıtmağa, pozmağa malik ən güclü təsir qorxudur. Mütəfəkkirlər hətta qeyd edirlər ki, həyatda qorxunun özündən qorxulu heç nə yoxdur. Qorxunu çox zaman yoluxucu xəstəliklə müqayisə edirlər. Belə ki, xəstəliyin başlanğıc halında qarşısını almaq lazımdır. Çünki, ağla, fikrə və ürəyə hakim olmasına icazə vermək olmaz. Qorxu kölgə kimidir. Üzünü günəşdən çevirdiyin zaman qorxu ilə üz-üzə qalacaqsan, üzünü günəşə döndürən zaman xoşbəxtliyi tapacaqsan... 5) Xoşbəxtlik - əsəb gərginliyini və psixi yükü mümkün qədər azaltmaqdan ibarətdir. Müasir dövrdə informasiyanın kifayət qədər bolluğu insanın psixikasını həddindən artıq yükləmə gücünə malikdir. Bu da öz növbəsində əsəbləri gərginləşdirməyə imkan yaradır. Əsəb yorğunluğunu isə xoşbəxtliyin ciddi qənimi hesab etmək olar. Bilməliyik ki, günümüzdə əsəb gərginliyini və psixik yükü azaltmaq hər hansı bir arzu deyil, zərurətdir. Bu dövrün müəyyən mənada bizim üçün tələbidir. Günlük tələbatlarımızın – qidalanmaq, yuxu, geyim və s. qayğısına qaldığımız kimi əsəb sakitliyinin də qeydinə qalmalıyıq. Xoşbəxtlik eyni zamanda bir sənətdir. Gördüklərini duya bilmə, düşündüklərini isə hiss edəbilmə və bunlardan bəhrələnməyi bacara bilmə sənətidir. Xoşbəxtliyi dərk etmək, onun qədrini bilmək və qorumaq xoşbəxtliyin özü qədər vacibdir. Böyük ispan yazıçısı M. Servantes demişdir: “Kim xoşbəxtlik əldə etdikcə onu duyub ondan bəhrələnmirsə, xoşbəxtliyi itirdikdə onun bundan şikayətlənməyə haqqı yoxdur”. Xoşbəxtlik sabit, dəyişməz, statik vəziyyət deyildir. O insana məxsus olan daima, davam edən və yenilənən prosesdir. Ayxan Hüseynli Naxçıvan Müəllimlər İnstitutunun psixologiya müəllimi, Tələbə Gənclər Təşkilatının sədri, doktorant
Testə keçməzdən öncə gəlin başlıqda sadalanan anlayışlarla tanış olaq... "İntrovert" , "Ekstravert" və "Ambivert" anlayışlarına ilk olaraq isveçrəli psixiatr-alim Karl Qustav Yunqun "Psixoloji tiplər" kitabında rast gəlirik. Cənab Yunqun fikrincə Ekstravert psixoloji tipinə aid olan şəxslər başqa insanlarla ünsiyyətdən və yeni təəssüratlardan enerji alırlar. Onlar diqqət mərkəzində olmağı xoşlayır, ictimai çıxışlara can atır, çoxlu insanların iştirak etdiyi şənlik və mərasimlərdə özünü çox rahat hiss edirlər. Bu tip insanlar optimist olur, lətifə danışmağı,dinləməyi sevir, çox vaxt şən əhval-ruhiyyədə olurlar. İntrovertlər isə əksinə, əlaqələrini məhdudlaşdırır özlərinə qapanırlar, onların öz daxili dünyaları olur. İntrovertlərin enerjili olması üçün sakitliyə, təkliyə ehtiyacları var, onlar rahat yaşamağa, tənha qalmağa üstünlük verirlər. İntrovert daxili fikir və həyəcanlarına qapılır, yaradıcılıqla məşğul olur və ya hansısa prosesi müşahidə edir. İntrovertlər yaxşı alim, ixtiraçı, yazıçı və ya sahibkar ola bilərlər. Ekstravertə yaxşı işləmək üçün başqa insanların iştirakı vacibdirsə, introvert tək daha rahat işləyəcək. Onlar utancaq və qapalı olur, real ünsiyyətdənsə, kitab oxumağa üstünlük verirlər. İntrovertlər yad insanlarla ünsiyyətə meyilli deyillər,qərar qəbuluna həmişə ciddi yanaşır, öz hərəkətlərinə, davranışına nəzarət edirlər. Ambivertlər hadisələrdən, vəziyyətdən asılı olaraq dəyişə bilirlər. Tənhalığa qapılıb kitab oxumağı sevsələr də, ictimai çıxışlardan, insanlar arasında məntiqli söhbətdən qaçmırlar. Hesab olunur ki, ambivert tip ekstravert və introvert tipin bir növ arasında yerləşir və “qızıl orta” hesab oluna bilər. İntrovertlər həyat fəaliyyətlərini daxili aləminə istinad edərək, ekstravertlər xarici amillərin təsiri altında yaşayırlarsa, ambivertlərdə harmoniya qorunur,həm daxili, həm də xarici amillərin təsiri altında fəaliyyətlərini istiqamətləndirirlər. Qeyd edək ki, insanların əksər hissəsinin bu tipə aid olması qeyd edilir. İndi isə Testimizə Başlayaq :Aşağıda qeyd edilən 28 xüsusiyyətdən Sizə aid olduğunu düşündüklərinizi sıra nömrəsini qeyd etməklə kənarda qeyd edin 1.Eyni gündə 2 film, konsert, tamaşa və s. asanlıqla izləyə, bir neçə görüş təyin edə və onlarda asanlıqla iştirak edə bilərsiniz. 2.Dostlarınızın sayı hər ötən gün artır. 3.Əhəmiyyətli bir qərarı təxirə salmaq üçün sizə əhəmiyyətsiz bir hadisə belə kifayətdir. 4.Çox zaman ay ərzində bir dəfə qonaq getmək sizin üçün artıqlaması ilə kifayət edər. 5.Çox tez-tez xəyallara dalırsınız 6.Televizor çalışmayanda əhvalınız pisləşir. Telefonunuzdan uzaqda özünüzü tənha və dünyadan uzaq hiss edirsiniz. 7.Siz insanların simalarını,onların tərcümeyi-hallarını,hadisələri çox asanlıqla xatırlasanız da formulları,riyazi hesabları və başqalarının söylədiklərini xatırlamaqda çətinlik çəkirsiniz. 8.Dostlarınız çox deyil. İnsanlara yaxınlaşmaqdan çətinlik çəkirsiniz. 9.Yemək yeməyi sevir, öz əhatəniz ilə əylənir, tək qalmaqdan çəkinirsiniz. Şən insanlar kateqoriyasına aidsiniz, özünüzə uyğun insanlarla əlaqə axtarır,qapalı insanlardan isə çəkinirsiniz. 10.Başqalarını təqlid etməyi, zarafatlar, məzəli hekayələr danışmağı sevirsiniz. Asan xarakteriniz var. 11. Siz dəqiq və yoxlanılmış mənbələrdən olan informasiyalara üstünlük verir, digər infiromasiyaları ciddiyə almırsınız. 12. Danışmağı,tost deməyi sevir, hər zaman üzdə olmağa can atırsınız. 13. Səs-küylü məclisləri, uca səslə musiqi dinləməyi sevmirsiniz. 14.Əşyalarınızın sayı kifayət qədər azdır amma onlara böyük dəyər verirsiniz. 15. Fotoşəkil çəkdirməyi xoşlayırsınız. 16. Harda,nəyi və necə etməyi çox yaxşı bilirsiniz. 17.Siz tanımadığınız insanlarla tez əlaqə qurur və yeni bir mühitdə asanlıqla gəzirsiniz. Çətin vəziyyətlərdən isə asanlıqla çıxmağı bacarırsınız. 18. Təklikdə nahar etməyi sevir, tanımadığınız insanların olduğu mühitlərdən çəkinir,özünüzü evinizdə daha rahat hiss edirsiniz. 19. Siz prinsipial insansınız və öz prinsiplərinizə daima sadiqsiniz. 20.Tanımadığınız mühitə və insanlara çox gec uyğunlaşırsınız. 21. Tez qərar verirsiniz və risk almağı bacarırsınız, baxmayaraq ki, bu həmişə əsaslı risk olmur. İşgüzar səfərlər isə sizin üçün əyləncəlidir və siz onları sevinclə qəbul edirsiniz. 22. Yad insanlar çox tezliklə sizin üçün doğma bir insana çevrilə bilər. 23. Sağlamlığınızı diqqətlə izləyir, xəstəliyi sonradan müalicə etməkdənsə, bir dəfə də profilaktik dərman qəbul etməyin daha yaxşı olduğunu düşünürsünüz. 24. Hər bir konkret vəziyyətdə nəyi götürməyin ən yaxşı olduğunu qiymətləndirir və vəziyyətdən asılı olaraq hərəkət edirsiniz. 25. Həmişə çoxlu planlarınız, vəzifələriniz, problemləriniz və fikirləriniz var, ancaq bunların yalnız bir hissəsini həyata keçirə biləcək gücdə olduğunuzu düşünürsünüz. 26. Sizə tez-tez "bəzi şeylərə daha sadə yanaşmağa çalış" deyə məsləhət verirlər 27. Sağlamlığından daim şikayət edən insanları başa düşmür və onlara rəğbət bəsləmirsiniz. 28. Ətrafınızda olan insanlarda necə təəssürat yaratdığınızı bilmək sizin üçün çox önəmlidir. Testin Nəticəsi : Yuxarıda qeyd edilən xüsusiyyətlərdən Ekstravert psixoloji tipinə aid olan insanlara məxsus olanların sıra nömrəsi : 1 ; 2 ; 6 ; 7 ; 9 ; 10 ; 12 ; 16 ; 17 ; 21 ; 22 ; 24 ; 25 ; 27 və 28 Digər, yəni 3 ; 4 ; 5 ; 8 ; 11 ; 13 ; 14 ; 15 ; 18 ; 19 ; 20 ; 23 və 26 sıra saylı xüsusiyyətlər isə İntrovert psixoloji tipinə aid olan insanlara məxsusdur. Bununla da nəticədə sayca üstünlük təşkil edən psixoloji tip Sizin psixoloji tipinizdir. Əgər saylar bərabərdirsə ( 14-14 ) yaxud arada cüzi fərq varsa ( 13-15 ) ( 16-12 ) demək ki, Sizin psixoloji tipiniz Ambivertdir. Dəyərli zamanınızı ayırdığınız üçün Təşəkkürlər ! Hörmətlə, Sizin : Şahlar Şahlarzadə ( hüquqşünas/yazar)
Əslində "meyar" sözü özündə həm də qiymətləndirməni ehtiva etsə də,gündəlik həyatımızda "qiymətləndirmə meyarı" ifadəsinə daha sıx rast gəlirik. Meyar - hər hansı bir hadisəyə,işə,davranışa və.s qiymət vermək, yaxud onu təsnif etmək üçün əsas əlamətlər mənasını verir.Qiymət isə bir şeyin dəyəri və keyfiyyəti barədə fikir söyləmək, hökm vermək,qiymətləndirmək,dəyərləndirmək anlamında istifadə edilir.Bizlər duyğu orqanlarımız vasitəsilə (gözlər,qulaqlar,dil,burun,dəri) ətraf aləmlə əlaqə qururuq.Ünsiyyətdə olduğumuz bir insan, şahidi olduğumuz hər hansı bir hadisə,daddığımız bir yemək yaxud burnumuza gələn qoxu barədə bizlərdə müəyyən bir rəy,münasibət formalaşır. Mövzumuz "İnsanları qiymətləndirmə meyarlarımız" olduğu üçün bu münasibəti hadisəyə yaxud predmetə nəzərən deyil,şəxslərə nəzərən araşdıracağıq. İnsanlara qiymət verərəkən hansı əlamətləri rəhbər tuturuq? Təbii ki,hər kəsin yaşadığı mühitə,dünyagörüşünə,yaşam tərzinə uyğun qiymətləndirmə meyarları vardır: Kimsə şəxsin sosial vəziyyətinə,yaşına,dini inancına,cinsi oriyentasiyasına,başqa birisi isə həmin şəxsin özünə və onunla ortaq dəyərlərinə nəzərən bu meyarları müəyyənləşdirir. Qiymətləndirmə üçün meyarların konkret siyahısını tərtib etmək qeyri-mümkündür, çünki insanlar antropoloji,genetik xüsusiyyətlərə görə,hətta bürclərə görə belə bu qiymətləndirməni apara bilərlər. Biri üçün çox əhəmiyyətsiz görünən bir detal digəri üçün çox əhəmiyyətli bir qiymətləndirmə vahididir.Məsələn : X hesab edir ki, tibbi zərurət olmadan kişi cinsindən olan şəxslərin plastik cərrahiyyə əməliyyatı keçirməsi qəbuledilməzdir və bunu edən şəxslər onun nəzərində kimliyindən asılı olmayaraq pis insanlardır.Bəzi şəxslər qiymətləndirmə apararkən "X" kimi daha sərt şəkildə münasibət bildirsələr də,bəzi şəxslər daha liberal nöqteyi-nəzərdən qiymətləndirmə aparırlar. Məsələn : Cənab "Y" bildirir ki, O heç vaxt lazer-epilyasiya xidmətlərindən istifadə etməyib və etməz də.Amma bu xidmətdən istifadə edən şəxslərə tam normal münasibət bəsləyir.Yuxarıda qeyd edilənləri ümumiləşdirərək söyləyə bilərik ki, Qiymətləndirmə Meyarı - subyekt üçün prioritet təşkil edən xüsusiyyətlərə əsasən onun hər hansı bir hadisəyə,şəxsə yaxud predmetə olan münasibətidir. "Onun çəkmələrini geyinib 1 mil yerimədiyin müddətcə kimsəni mühakimə etmə"- Hindi ata sözü - Bu deyim bizlərə insanlara qiymət verərkən Empatiya qurmaq lazım olduğunu aşılayır. Empatiya - özünü başqa bir insanın və ya canlının yerində hiss etmə bacarığı,başqasının dərdinə şərik olma hissidir. Qiymətləndirməzamanı empatiya qurmağa çalışan insanların münasibətləri çox zaman müsbət yaxud neytral olur. Onlar mühakimə etməkdən daha çox anlamağa çalışırlar. Empatiyanın əksi isə Aleksitimiya adlanır.Alekitimiyaya sadə dillə duyğusal korluq adını da verə bilərik. Bu məsələyə hüquqi aspektdən də yanaşa bilərik. Belə ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cinayət-Prosessual Məcəllənin 7.0.32 və 7.0.33 - cü maddələrində müəyyən olunmuş qohumluq əlaqələri olan şəxslər ( yaxın qohumlar və qohumlar : ər-arvad,uşaqlar,valideynlər və.s ) işə baxan məhkəmənin tərkibinə daxil ola bilməzlər. Hakimin cinayət prosesinin hər hansı bir iştirakçısı ilə,habelə onların nümayəndələri ilə qohumluq əlaqəsində olması ona etiraz edilməsi üçün əsasdır. Ədalət mühakiməsini həyata keçirən hakimlər faktlara əsaslanmalı,qərəzsiz,ədalətlə və qanunlara müvafiq davranmalıdırlar. Dövlət haqlı olaraq hesab edir ki, cinayət prosesinin hər hansı bir iştirakçısı ilə hakimin qohumluq əlaqələrinin mövcudluğu onun obyektiv qiymətləndirmə meyarlarına təsir edə yaxud kölgə sala bilər. Bu eynilə bizim gündəlik,məişət həyatımızdan gətirdiyimiz misallarla eynilik təşkil edir. İnsanları qiymətləndirərkən onun bizə yaxud bizim üçün prioritet təşkil edən dəyərlərimizə münasibətin önəmi varmı ? Bu sualı cavablayarkən ilk öncə subyektin özünə daha sonra isə onun üçün önəm təşkil edən dəyərlərə münasibəti aydınlaşdırmağa çalışaq.Yuxarıda da qeyd etdiyimiz kimi obyektin - yəni qiymətləndirilən şəxsin kimliyi,bizimlə olan münasibəti xüsusi önəm daşıyır. Bizi tanıyan,bizim barədə hər hansı bir mülahizəsini öncədən bildiyimiz şəxsə qarşı münasibət də çox zaman adekvat xarakter daşıyır. Əgər Siz qonşunuzun sizə qarşı münasibətinin yaxşı olmadığını bilirsinizsə sizin də ona qarşı münasibətiniz adekvat şəkildə olacaqdır. Bu zaman "Mən" anlayışı bütün digər prioritetlərdən çəkidə daha ağır gəlir.Bu zaman adekvat qiymətləndirmə yalnızca Sizin şəxsiyyətiniz barədə söylənilən fikirlərlə məhdudlaşmır,eləcə də Sizə aid olan hər hansı bir hadisəni,halı da özündə ehtiva edir. Məsələn : "X" evinizə qonaq gəlir. Daha öncə X-lə ünsiyyətiniz olmasa da ortaq dostlarınız onun çox mehriban və dürüst birisi olduğunu söyləyirlər. Daha öncədən qonaqlarınız üçün şəxsən hazırladığınız və hazırlanmasına çox zaman və enerji sərf etdiyiniz bir təamı masaya qoyursunuz. "X" yeməkdən daddıqdan sonra duzun miqdarının artıq olduğunu, yeməyi bəyənmədiyini söyləyir.Bu zaman Sizin "X"-ə qarşı olan münasibətiniz necə olacaqdır ? Bəlkə də yemək həqiqətən də duzlu və ləzzətsizdir. Lakin evinizə qonaq gəlmiş birisinin bu həqiqəti dürüstlüklə söyləməsini nəzakətsizlik hesab edərək Sizdə ona qarşı adekvat olaraq mənfi rəy formalaşmağa başlayır. Yaxud da Sizin barənizdə " Çox səmimiyyətsizdir,onu heç bəyənmirəm" dediyini bildiyiniz bir insanın səmimi bir insan olduğunu əsla düşünməzsiniz. Demək ki, əgər biz qiymətləndirdiyimiz şəxslə bir-birimizi qarşılıqlı olaraq tanıyırıqsa,həmin şəxsin bizə yaxud bizə aid olan hər hansı bir predmetə,hadisəyə nəzərən münasibətini biliriksə çox zaman onu verdiyimiz qiymət onun bizim barəmizdə olan fikrinə,rəyinə adekvat xarakter daşıyır. Təbii ki, burada bizim üçün önəmli olan dəyərlərə, "qırmızı xəttlərimizə" olan münasibətin də önəmi danılmazdır.Lakin əksər hallarda insanlar şəxsən özlərnə olan münasibəti daha önəmli hesab edir. Bəs obyekt bizi tanımırsa necə ? Əgər tərəfimizdən qiymətləndirilən obyekt bizi tanımırsa,bizim yaxud bizə aid olan hər hansı bir şey barəsində mülahizəsi yoxdursa bu zaman avtomatik olaraq "Mən" anlayışı ortadan qalxmış olur. Artıq bizlər həmin şəxsi özümüzə qarşı münasibətdə dəyərləndirmək imkanından məhrum oluruq, çünki belə bir münasibət ümumiyyətlə mövcud olmur. Bu zaman düşünmək olar ki, artıq "Mən" yoxdursa demək ki, obyektivlik var və bizlər tam ədalətli qiymətləndirmə edəcəyik. Lakin belə olduqda da ortaya bizim üçün önəmli,prioritet təşkil edən dəyərlər ortaya çıxmış olur. Efirdə gördüyümüz,çox məlahətli səsi olan bir sənətçinin davranışlarını bəyənmirik. Yaxud tanınmış,peşəkar bir cərrahın ailəsinə xəyanət etdiyini öyrənirik və.s Bu kimi hallarda ayrı-ayrılıqda və kompleks şəkildə qiymətləndirmə meydana çıxır. Məsələn : " Cərrahın ailəsi ilə olan münasibəti mənim nəyimə lazımdır ? Önəmli olan onun öz işinin peşəkarı olmasıdır. Yaxud da Sənətçi şəxsi həyatında hər nə edirsə bu onun öz şəxsi işidir,özəlidir.Mən onun ifa etdiyi mahnıları,bəstələrini sevirəm " - ayrı-ayrılıqda" Ateist olan birisi mənim nəzərimdə xarakterindən asılı olmayaraq pis insandır. Yaxud da həyat tərzi,əxlaqı mənə uyğun olmayan bir insanın sənəti mənim nəyimə lazımdır ? " - kompleks Bəzən də dəyərlərin toqquşması baş verir. Bir insanda həm sevmədiyimiz həm də sevdiyimiz xüsusiyyətlər eyni anda mövcud olur. Bu kimi hallarda bizlər xəyali tərəzi yaradır və daha ağır olan hissəyə nəzərən qiymətləndirmə aparırıq. Hər bir halda insanlara qiymət verərkən öncə özümüz və sevdiklərimiz barədə düşünməyi unutmayaq. Dəyərli vaxtınızı ayırıb oxuduğunuz üçün minnətdaram...!
Psixoloq.az xəbər verir ki, Psixiatr Dr. Emel Sönmez, son vaxtlar Türkiyədə və eləcədə dünyada baş verən Covid-19 epidemiyası, yanğınlar və sonrakı sel fəlakətlərinin insanların narahatlığını və qorxusunu artırdığını ifadə etdi.Koronavirus epidemiyasından sonra yaşanan meşə yanğınları və sel fəlakətlərinin bir çox insanın psixoloji vəziyyətinə mənfi təsir etdiyini qeyd edən Acıbadem Bodrum Tibb Mərkəzindən Psixiatr Dr. Emel Sönmez, "Təbii fəlakətlərin pandemiyaya əlavə edilməsi narahatlığımızın və qorxularımızın artmasına və güclənməsinə səbəb oldu. Bu yaxınlarda gələn xəstələrimizdə narahatlıq pozğunluqlarını və qorxunun psixoloji təsirlərini görürük. Qorxu, Nəzarət oluna bilməyən həddindən artıq qorxu, gündəlik həyatımızı çıxılmaz vəziyyətə salaraq həm bizə, həm də ətrafımıza mənfi təsir göstərə bilər " dedi."Qorxunun mənbəyini tanı"Yanğına, selə və buna bənzər fəlakətlərə birbaşa məruz qalmasaq da, hadisə haqqında məlumatı ünsiyyət kanalları vasitəsi ilə almaq və baş verənlərə peşman olmaq təbii və zəruri bir insan reaksiyasıdır. Emel Sönmez "Başqalarının və canlıların başına gələn fəlakətlərdən hamımız təsirlənirik. Empatiya və təbii olaraq kədərlənirik. Bu insan olmağın əsas duyğularından biridir. Bu duyğular sayəsində hamımızın dəstəyə və hərəkətə ehtiyacımız var. Əziyyətləri yüngülləşdirə bilərik. "Özümüz və ətrafımızdakılar üçün narahat oluruq. Narahat olmaq həm də sağlam bir reaksiyadır. Bu şəkildə mümkün risklər üçün də tədbir görməyə çalışırıq. Ancaq narahatlıq irəliləyərək qorxuya çevrilərsə, aydın düşünmək gücümüzü itiririk. " Qorxu və narahatlığı idarə etmək mümkün olmadıqda həkimə müraciət etməyi tövsiyə etdi.Psixiatr Dr. Emel Sönmez "Əgər narahatlıqlarınız və qorxularınızın nə vaxt və hansı hadisədən sonra başladığını bilsəniz, onu daha asan idarə edə biləcəksiniz. Bu qorxuya ilk dəfə nə vaxt və hansı hadisəyə düşmüşəm? Qorxum artmaqdadırmı? Hansı faktorlar təsirlənir? ? Bu sualların cavablandırılması problemin həllində böyük əhəmiyyət kəsb edir. Necə ki, bir allergiya xəstəsi hansı faktorlara alerjisini tetiklediğini və hansı faktorların alerjisini azaltdığını bildiyi kimi, buna uyğun hərəkət edəcək və faydalanacaq. Nəzarət olunan və idarə olunan qorxularımız bizi təhlükədən qoruyur. deməkdir. " İdman, gəzinti və müxtəlif fəaliyyətlərin insan sağlamlığına mənfi təsir edən həddindən artıq narahatlıq üçün yaxşı olduğunu da qeyd etdi.Bu cür problemləri və sıxıntıları olanların həkimin tövsiyələrinə əməl etməsini və yuxu keyfiyyətini yaxşılaşdırmasını arzulayan Dr. Sönmez, insanların duyğu və düşüncələrini yaxınları ilə paylaşmasını da istəyirdi."Pis vərdişlər qorxu və narahatlıq yaradır"Alkoqol və siqaret kimi zərərli vərdişlərin qorxu və narahatlığı artırdığını ifadə edən Dr., sağlam bir həyat üçün spirt və siqaretə əlavə olaraq çay və qəhvə həddindən artıq istifadədən çəkinməyi tövsiyə edir. Emel Sönmez, insanların yaşadıqları mənfilikləri özlərinə buraxmamalarını və özlərinə güvəndikləri insanlarla bölüşmələrini tövsiyə etdi. Lev Tolstoy: "Ağrı hissi yaşamağımızın sübutudur, amma başqasının ağrısını hiss etmək insan olduğumuzun sübutudur." Sözünü xatırladan Dr. Sönmez, "Xüsusilə sosial mediada və whatsapp qruplarında, insanların həddən artıq çaxnaşmasına səbəb olan qeyri -dəqiq məlumatlar yayıla bilər. Narahatlıq və qorxuya səbəb olan hadisələr haqqında məlumat almaq üçün doğru mənbələri izləyin. Bəzi fiziki xəstəliklərdə vahid müalicə çox vacib olduğu kimi, psixoloji xəstəliklərdə narahatlıq və qorxu ilə də mübarizədə böyük fayda təmin edir. Şiddətli narahatlıq pozğunluqlarında, bütün səylərinizə baxmayaraq narahatlığınızın və qorxularınızın həyatınızı ələ keçirməsinin qarşısını ala bilmədiyiniz zaman bir mütəxəssislə məsləhətləşin və dəstək alın.
Psixoloq.az bildirir ki, kişi-qadın münasibətlərinin əksəriyyətində vəziyyət eynidir, hətta qadının kişidən daha çox danışması, elmi araşdırmanın mövzusu olmuşdur. Bir qadının ağzından gündə 23 min söz çıxsa da (bu pis bir rəqəm deyil!), Kişinin ağzı, ehtimal ki, hüquqşünas olmasa yarısı qədərdir. Yaxşı olar ki, onun seksuallığına problem kimi baxmayasınız. aranızda, ancaq kişi təbiətinin qəbul edilmiş bir hissəsi olaraq. Vaxtlar fərqlidir Yorğun halda işdən evə qayıdan bir qadın oturub gününün necə keçdiyini danışmağı yorğunluq kimi görmür. Halbuki, kişi o vaxt bir kəlmə belə deməyi böyük yük hesab edir. Başqa sözlə, kişi ilə qadın arasındakı söhbətin vaxtı fərqlidir. Eyni şey döyüşlərə də aiddir ...Qadın davanın nə vaxt və harada baş verdiyini həll etmək istəyir, düşünür ki, yeganə yol danışmaqdır. Ancaq adam bir müddət keçməsini, yəni odun külə dönməsini gözləməyi üstün tutur. Bu vəziyyətdə bir qadının edə biləcəyi ən yaxşı şey, həssaslığından istifadə edərək qarşısındakı kişiyə qarşı çıxıb onu danışmağa məcbur etmənin nə vaxt daha yaxşı olacağını və onu bir müddət nə zaman tək buraxacağını təxmin etməkdir. Sosial rollara görə Kişilərə "kişi" nin qısa danışması lazım olduğu gənc yaşlarından öyrədilir və bu bilinçaltı təlim əksər kişiləri inkişaf etmiş bir yaşda susmağa məcbur edir. Kişilərin sosial rolunda 'qan kimi danışmağa və arvad kimi gülməyə' yer yoxdur. Həmişə sakit və nəzarətli olmalı, problemlər qarşısında düşüncə tərzinə sahib olmalıdır. Bir sözlə, cinsiyyətinin sosial tərifinə uyğun hərəkət etməli olan kişilərimiz zaman keçdikcə rollarını mənimsəyir və danışmağı sevmirlər. Qadınlar heç kimlə danışmaqda üstünlüyünü əldən vermək və sözü heç kimə buraxmaq istəmirlər. Bu, qarşımızdakı kişilərin zaman zaman hisslərini və düşüncələrini ifadə etmələrinə səbəb olur, ancaq bunu etmək üçün fürsət tapmır. Tələsik hərəkət etmək qadının edə biləcəyi ən böyük səhvdir. Məsələn, yeni bir ayaqqabı aldınız və sevdiyiniz kişinin bu ayaqqabını necə tapdığını öyrənmək üçün can atırsınız. Səbirsiz olub soruşsanız, qısa bir cavabla kifayətlənməli olacaqsınız, halbuki səbirlə gözləsəniz, "ayaqqabılarınız nə qədər gözəldir, balam, təzədirmi?" soruşacaq.