“Bizim qadınların üç seksual pozuntusu var: pedofiliya, zoofiliya, mazoxizm”. Son zamanlarda nikah statistikası sosial qəzaya bənzəyir: boşanmaların sayı demək olar ki, nikahların sayına bərabərdir. Psixoloqların fikrincə, bu, insanların – ailə qurmaqdan başqa – ağıla gələn istənilən digər səbəblərdən nikaha girmələrinin nəticəsidir. Psixoloq.az Oxu.Az a istinadən xəbər verir ki, məşhur psixoterapevt və çoxsaylı kitabların müəllifi Mixail Litvak, kimin xoşbəxt ailə quracağı, kimin isə boşanmalar statistikasını artıracağı barədə danışıb. Arayış: Litvak Mixail Yefimoviç (1938-ci ildə Rostov-na-Donuda anadan olub) 40 illik təcrübəsi olan psixoloq və psixoterapevt praktiki və populyar psixologiya üzrə kitabların müəllifi. Məşhur əsərləri: “Aykido psixologiyası”, “Spermatozoid prinsipi”, “Xoşbəxt olmaq istəyirsənsə”, “Taleyini necə bilmək və dəyişmək olar?”. - Müsahibələrinizin birində xoşbəxt ailələrin olmadığını demisiz... - Var, amma azdır. Mən özüm ailələri tədqiq etmişəm. 11 min ailəyə 3 xoşbəxt ailə düşür. Amma əsası – yalnız xoşbəxt ailələr – normaldır. Qalanları patologiyadır, iki bədbəxt insanın bərabər yaşamıdır. - Bu, məhz rus xüsusiyyətidir? - Niyə ki? Patologiya bu və ya digər şəkildə hər yerdə mövcuddur. - Boşanmaların sayı niyə bu qədər çoxdur? İnsanlar həyat yoldaşı seçərkən səhvə yol verirlər? - Bu, insanların pis tərbiyə olunduqları üçün baş verir. Onlara düşünməyi, ər və ya arvadı seçməyi öyrətməyiblər. Biz sorğu keçirmişik – hansı şəkildə sevgi etirafını daha çox bəyənərdilər? - “Mən sənsiz yaşaya bilmirəm”, “Mən səni heç vaxt incitməyəcəm”, “Gəl, həyat yükünü birgə çəkək” variantları təklif edilmişdi. Beləliklə, qadınların 75%-i “Mən sənsiz yaşaya bilmirəm” ifadəsini seçmişdilər. Görmürsüz ki, bu əyyaş və ya uşaq-kişinin etirafıdır? Amma əsl sevgi etirafı olan “Gəl, həyat yükünü birgə çəkək” ifadəsi heç kimin xoşuna gəlmədi. - Ümumiyyətlə, məhəbbət nədir? - Bu, məhəbbət obyektinin həyat və inkişafında fəal maraqlanmadır. Bax, hamı deyir: seviləsi heç kim yoxdur. Bəs sevməyi bacarırsız? Bizdə nikahlar sanki zəli kimi “Mən sənsiz yaşaya bilmirəm”ə əsaslanır. - Bəs məhəbbətə nə olur, zamanla o hara qeyb olur? - Zamanla məhəbbət güclənir... Amma əvvəlcədən məhəbbət olmayıbsa, vəziyyət getdikcə pisləşir. - Qadın və kişilərin nikah anlayışının fərqi nədir? - Kişilər və qadınlar nikahı eyni görürlər. Amma kişini və ya qadını harda görmüsüz? Bizdə şalvar geyinən və ətək geyinənlər var. Belə ki, öncə kişi və ya qadın olmaq, sonra isə ailə qurmaq lazımdır. Ailə qurmağa fiziki sağlam, mənəviyyatı və maddi imkanı olanların haqqı var. Dilənçi, qeyri-peşəkarlara baş qoşmayın. - Əgər münasibətlər seksdən başlayıbsa, gələcəkdə nə olacaq? - Seks sonra baş verməlidir. Öncə ümumi dünyagörüşü olmalıdır. Məhəbbət bir-birinə deyil, eyni istiqamətə baxmaqdır. Kanada tədqiqatçıları ailəni möhkəmləndirən - dörd amil ayırıblar. Birinci – ümumi dünyagörüşü. İkinci – ümumi qastronomik zövq. Və yalnız üçüncü yerdə seksdir. Dördüncü yerdə bir-birini sığallamaqdır. Ailə seks üzərində qurularsa, bu yaxşı nəticələnməyəcək. - Kişilər çox zaman özlərini erkəklərlə müqayisə edərək, xəyanətin labüd olduğunu söyləyirlər... - Xəyanətlər insanların həyat yoldaşlarını səhv seçdikləri zaman baş verir. Əgər sən səhv etmisən və lazımi adamla evlənməmisənsə (ərə getməmisənsə), təbii ki, başqa birisi xoşuna gəlməyə başlayacaq. - Hansı qadınlara xəyanət edirlər? - Fiziki sağlam, mənəviyyatı olan və maddi azad olan qadınlara. Bizim qadınların üç seksual pozuntusu var: pedofiliya, zoofiliya və mazoxizm. Birincisi, onlar ərə getmirlər, kimi isə tərbiyələndirməyə gedirlər. İkincisi, əyyaşla yaşayırlar. Əyyaş nədir? Heyvandır. Üçüncüsü – mazoxizmdən əziyyət çəkirlər – onlara əzab verilməsini sevirlər. - Əgər qadın fiziki sağlamdırsa, maddi baxımdan müstəqildirsə, amma artıq cavan deyilsə? Onun perspektivi azdır? - O daha çox perspektivə malikdir! Bu, artıq yetişmiş bir insandır. Ona qarnir deyil, bifşteks lazımdır. 45-50 yaşlarında qadın seksdə cavanları kölgədə qoyar. - Görüşmələrin ilkin mərhələsində qarşındakı insanın sənə lazım olduğunu necə müəyyən etmək olar? - Ünsiyyətə, jestlərə və geyim üslubuna görə. Sokrat: “Mənə bir şey de, səni görmək istəyirəm” deyib. Bir neçə ifadədən sonra, qarşında kimin dayandığını, dünyagörüşlərinizin üst-üstə düşməyini müəyyən etmək mümkündür. - Tərəf müqabillərinin seksual konstitusiyaları da müvafiq olmalıdırmı? - Əlbəttə. Əgər kişi seks ilə gündə 3 dəfə 50 dəqiqə müddətində, qadın isə ayda 1 dəfə 3 dəqiqə məşğul olmaq istəyirsə, onlarda heç nə alınmayacaq. - Əgər uyğunsuzluq varsa, qadın kişiyə uyğunlaşa bilərmi və ya onu tərbiyələndirməyə cəhd edə bilərmi? - Xeyr. Hazır malı almaq lazımdır, yarımfabrikatı yox. Yetişkin insanlar evlənməlidirlər. Tərbiyələndirmək isə yalnız bir adamı olar – yalnız özünüzü. Səhv etmisən, deməli ayrılmaq lazımdır. Başqasını tapmaq lazımdır. - Harda axtarmaq lazımdır? - Yalnız işdə. İnsanı işdə müşahidə edərkən, onun necə olduğunu görürsən. Baxın, biz sizinlə bir yerdə işləyirik, siz mənim haqqımda fikirə maliksiniz... Görüşlərdə və ya gecə klublarında yalnız yalançılar yığışır. - Son zamanlarda qadınların tələbatları dəyişibmi? - Son yüz min ildə olduğu kimi qalıb və heç bir dəyişiklik yoxdur. - Bəs indiki qızların yalnız statuslu kişilərə ərə getmək istəmələri barədə nə deyərdiz? - Doğrudur. Deməli, yetişiblər. Amma özün də statuslu olmalısan. Bizdə isə təəssüf ki, qadınların çoxunda potensial fahişə psixologiyasıdır: varlı kişi tapmaq lazımdır ki, yedizdirsin. Bunun əvəzində isə təsərrüfatla məşğul olmağı və yataqda ona aid olmağı planlayırlar. Hər şeyi öz adı ilə çağırmaq lazımdı: Bu, fahişəlikdi. Amma indi potensial alfons adlandıra biləcəyimiz kişilər də çoxdur, onlar özləri inkişaf etməyə çalışmadan, hesabına yaşaya biləcəkləri qadın axtarırlar. - Amma qadının kişinin kölgəsində qalaraq, onu yalnız ilhamlandırmalı, onun üçün komfortlu şəraiti yaratmalı olduğu barədə nəzəriyyə mövcuddur... - Siz kişini şalvar geyinənlərlə səhv salırsınız. Kişini ilhamlandırmaq lazım deyil. O, öz işindən və aldığı nəticələrdən ilhamlanır. Kişi və ya qadın üçün yaşamaq olmaz. - Bəs uşaqlar üçün? - Heç olmaz... Uşaqlar nə qədər yaxşı və ya pis olsalar da onsuz da 18-20 yaşlarında səni tərk edəcəklər. Kişi və qadın bir-birinə daha yaxındırlar, uşaqlar isə müvəqqəti bir şeydirlər. Məhəbbətimizin meyvəsidir. - Boşanma nəticəsində qadınlar bu “məhəbbət meyvələri” ilə qalır, kişilər isə uşaqlı qadını almaq istəmədiklərini iddia edirlər... - Kişi üçün (şalvar geyinən üçün yox) birinci nikahdan olan uşaq problem deyil. Niyə? Çünki o, sevdiyi qadının yanında olsun deyə uşaq üçün hər şey edər. Amma qadın uşağın hər şeydən üstün olduğunu düşünürsə, o heç vaxt nikahda xoşbəxt olmayacaq. - Belə bir fikir var ki, nikah institutu məhv olur, gələcək nəsil alternativ birgə yaşama tərəfdarıdır. Belə qonaqsayağı formaya necə münasibət bəsləyirsiniz? - Qonaqsayağı nikah elə də pis hesab olunmaz. Olur axı, insanlar vətəndaş nikahında yaşayırlar – normaldır. Elə ki, qeydiyyatdan keçdilər, hər şey pisləşir. - Belə dəyişikliklərin səbəbi nədir? - İnsan azad olmaq istəyir. Rəsmi nikah onu sıxır. Pasportdakı möhür heç nəyi dəyişmir. Bu, yalnız axmaqlar üçün dəyişir. Mənbə: Oxu.az
Son günlərin əsas müzakirə mövzularından biri də erkən nikahlar və onun gələcəkdə yaradacağı faciələrdir. Əfsuslar olsun ki, hələ də bu faciələrə ciddi yanaşmayan ailələr var ki, illərdir davam edən bu dəhşətli “tendensiyanı” davam etdirməkdən çəkinmirlər. Bəs, erkən nikahlar və onun fəsadları haqqında mütəxəssislər nə düşünür? Psixoloq.az “İki sahil"ə istinadən bu mövzu ilə bağlı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə müsahibəni təqdim edir. -Təranə xanım, erkən nikahların hansı mənfi təsirləri var? -Mövzu günümüz üçün aktual olmaqla yanaşı qəzet səhifələrinə, hətta qalın-qalın kitablara sığmayacaq qədər geniş və əhatəlidir. Bizə verilən imkanlara uyğun olaraq fikrimi konkret suallar ətrafında cəmləşdirmək istəyirəm. Erkən nikah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Yeniyetmələr arasında bağlanan erkən nigahdan təsadüfi deyil ki, bir sıra ədəbiyyatlarda “Yeniyetmə nikahı” olaraq da bəhs edilir. Bu tip nigahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə sosial çevrənin də rolu böyükdür. Erkən nikah faciədir, erkən nikah acı sonluqdur. Hələ bu nikahlardan dünyaya gələn uşaqlar hansı travmaları yaşayır, bu da məsələnin ciddi sual doğuran başqa bir tərəfidir. Yəni, ailə həyatına həm maddi, həm də mənəvi-psixoloji hazırlıq olmadan uğurlu nikahdan danışmaq doğru olmaz. -Erkən nikahların yaratdığı psixoloji problemləri necə təhlil edərdiniz? – Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazımdır. Bu hallardan ən çox təsadüf edilənlər Obsessiv-Kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər. Onu da qeyd etmək olar ki, OKP iyrənmə nəticəsində də təzahür edir. Sözü gedən hallar adətən qadınlarda daha sıx müşahidə olunur. Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailə daxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya ola bilməmək, konfliktli situasiyaların yaranması, şiddət, dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında özünü biruzə verir. – Erkən nikahlar gələcəkdə hansı fəsadlara yol açır? -Bəzi hallarda azyaşlı qızlar könüllü şəkildə ailə qurmağa can atırlar. Yəni, bunu könüllülük kimi ifadə etmək də müəyyən qədər doğru olmazdı. Xüsusən bölgələrdə avtoritar ailələrin qızları ata-ana, böyük qardaş basqısı altında yaşamaqdan bezir. Yorucu və cansıxıcı həyatdan can qurtarmaq üçün nəticənin nə olacağını düşünmədən “səni sevirəm” deyən biri ilə izdivaca girir. Burada artıq “yağışdan çıxıb yağmura düşmək” faciəsi başlanır. Oğlanın ailəsi qızı evlərinə qəbul etmir, qızın valideynləri onları ayaqlayıb keçən qızlarından üz döndərirlər. Heç bir işi-gücü olmayan, hələ maddi cəhətdən valideynindən asılı olan, tüfeyli həyat sürən “ər” və üzləşdiyi vəziyyət qarşısında qalan “qadın”. Sonuc dəhşət saçır. Əli hər yerdən üzülən yeniyetmə qızın bir yolu qalır, həyatına qəsd etmək. Erkən nikahların yaratdığı faicələr barədə saysız misallar çəkə bilərik. -Bəzən valideynlər qızlarını erkən nikaha, özlərindən çox böyük şəxslərlə nikaha məcbur edirlər. Bu barədə fikirləriniz necədir? – Problemin mənəvi-psixoloji tərəfi ilə yanaşı tibbi-bioloji tərəfli də var. 13-15 yaş arası yeniyetmə qızın orqanizmi dünyaya uşaq gətirməyə, beyin analıq duyğusuna hazırdırmı? Əlbəttə ki, cavab müsbət ola bilməz. Ailə həyatına fizioloji, bioloji, mənəvi-psixoloji hazırlıq olmadığı halda mütləq şəkildə stress və travmalar yaşanacaq. Hər birimiz həyatımızda hansı yaşda olmağımızdan asılı olmayaraq stresslə üzləşirik, psixoloji- mənəvi zədələr alırıq. Yaşadığımız müasir dünyada bunlar qaçılmazdır. Belə hallarda əsas məsələ həyəcan və emosiyaları, duyğuları tənzimləyə bilmək, yəni, psixoloji dayanıqlılıqdır. Hələ yetkinlik yaşına çatmayan, ailə, övlad qayğısı çəkməyə məcbur olan yeniyetmə həyata tutunmaq, yaşama gücü tapmaq üçün buna hazırdırmı? Təbii ki, yox. Nəticədə nə baş verir? Üst-üstə yığılan gərginliklər, ailə münaqişələri, anlaşılmazlıqlar psixoloji problemlərə yol açır. Zamanında qarşısı alınmayan, dərinləşən psixoloji travmalar isə bir çox halda qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Yeniyetmə qızların hətta öz ataları yaşda olan yaşlı kişilərlə ailə qurması yaxın çevrə, cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da belə evliliklərə can atanlar var. Azyaşlı qız təbii olaraq ata-ananın basqısı ilə bu həyatı qəbul edir. Bəs, 25 yaşlı qız niyə özündən 20-25 yaş böyük insanla ailə qurur? Düşünürəm ki, hər iki halda maddiyyat öndə gəlir. Birinci halda valideyn öz qızı üçün rahat hesab etdiyi həyatı seçir. Bu rahatlıq isə təbii ki, maddi təminatla bağlıdır. Burada bir neçə məqam var. Övladı yaşında qızla evlənən kişinin düşüncəsi və kürəyini “yağlı qapı”ya söykəyəcək qız anasının düşüncəsi. Maddi çətinlik yaşayan valideyn el arasında “qız yükü, duz yükü” deyilən ağırlıqdan xilas olur. Həm də qızları yemək-içmək qayğısı çəkməyəcək. Valideyn bir növ övladı üzərində olan borcunu yerinə yetirmiş hesab edir, bundan sonra məsuliyyət daha ərin üzərindədir. Varlı kişini “gəlincik”lə evlənməyə vadar edən nədir? Burada onların özləri üçün haqlı bildikləri bir çox səbəb olur. Lakin gənc qız nə düşünür, onun həyatı necə olacaq, atası yaşında olan bir adamla necə bir yastığa baş qoyacaq, bunu fikirləşən yoxdur. Nəticə etibarilə sözügedən üçlüyün heç biri istədiyi mənəvi-psixoloji rahatlığı tapmayacaq. Valideyn də, övlad da, “yaşlı aşiq” də hər biri ayrı-ayrılıqda fərqli psixoloji travmalar alacaq. Ən çox zərər çəkən isə təbii ki, yeniyetmə olacaq. – Ailələrin övladlarının gələcək həyatında rolu nədir? -Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Yəni, öz ailələrinin nümunəsində. İlk örnək ata-ananın qarşılıqlı münasibətidir. Ailədə uşaqlar arasında cinsi ayrı-seçkilik yolverilməzdir. Oğlan uşaqlarına ailə tərəfindən göstərilən xüsusi diqqət, qız uşaqlarında mənfi emosiyalara səbəb olur. Mental dəyərləri unutmamaq şərtilə ailə içində yaşından, cinsiyyətindən asılı olmayaraq hər kəsin hüquq və bərabərlikləri nəzərə alınmalıdır. Bir çox ailələrdə qadınlara, qızlara söz haqqı verilmir, onlar hər zaman əzilən tərəf olurlar. Öz hüququnu bilməyən, haqqını müdafiə etməyən ana təbii ki, qız övladını da mütiliyə öyrədəcək. Unutmayaq ki, oğul və qızı böyüdən, tərbiyə edən ailədir. Yəni, ilkin mərhələdə bünövrə ailədə qoyulur. Sonrakı mərhələlərdə təbii ki, bağça, məktəb və cəmiyyətin rolu gəlir. Uşaqlar təhsildən uzaqlaşdırılmamalı, onların hüquq və azadlıqları əlindən alınmamalıdır. Erkən nikahları yaradan əsas amillərdən biri də savadsızlıqdan doğan nadanlıq və cəhalətdir.
Erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütəmadi maarifləndirmə işləri aparılır, lakin hələ də belə faktlara rast gəlinir. Erkən nikahlar hər kəs tərəfindən birmənalı şəkildə mənfi qarşılansa belə, nəticələr onu göstərir ki, erkən nikahların baş verməsi problem olaraq qalır. Problemə hüquqi cəhətdən baxsaq, Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. Bu, Ailə Məcəlləsinin 10-cu maddəsi ilə də təsbit edilib. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər 3 mindən 4 min manatadək cərimələnə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Bu mövzuda isə ən diqqətçəkən məqam erkən yaşda evliliyə məcbur edilən xüsusən qız uşaqlarının psixoloji və ginekoloji sağlamlığıdır. Hər zaman aktual olan bu mövzu barədə mütəxəssislərin yanaşmalarını qeyd etmək istəyirik. Mövzu ilə əlaqədar ginekoloq və psixoloqun mövqelərini məzmuna əlavə etdik. Ginekoloq Xumar İsmayılova qeyd edir ki, qızların erkən yaşda ailə qurması onların sağlamlığına olduqca ağır zərbələr vurur: “Yeniyetmə qız uşaqları ilk menstruasiyadan sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur”. Ginekoloq mövzu ilə bağlı ətraflı məlumat verərək əlavə edir: “Erkən yaşlarda hamilə qalmaq qadınlar üçün risk faktoru hesab olunur. Ailə qurmaq üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır və bədənin hormonal funksiyası tamamlanmalıdır. Hələ 17 yaşı tamam olmayan qız ərə gedən zaman orqanizmdə reproduktiv sistem və endokrin orqanlar hələ öz funksiyalarını başa çatdırmamış vəziyyətdə olurlar. Erkən yaş doğumlarında ana və uşaq ölümləri, əlil uşaq dünyaya gətirmə riski daha böyükdür. Həmçinin, qızlarda hamiləlik zamanı böyrək problemləri də ortaya çıxır. Hamiləlik vaxtı orqanizmdə dövr edən qanın həcmi təxminən iki dəfə artır. Bu da o deməkdir ki, ürək iki dəfədən də artıq işləməlidir. Ürək-damar sistemi formalaşmamış azyaşlı hamilə üçün isə bu iki və üç dəfədən artıq yük deməkdir. Əksər hallarda erkən nikaha daxil olan qızların bu yaşda ana olmağa fizioloji olaraq tam yetişməməsi, çanaq sümüyü və doğuş kanalının hələ kifayətqədər inkişaf etməməsi doğuşu çox çətinləşdirir. 15 yaşından kiçik zahılarda müxtəlif xəstəliklərin inkişaf riskini artırır. Lazımi müalicə aparılmadıqda bu problemlər qalıcı əlilliyə, sidik ve nəcisi saxlaya bilməməyə, müxtəlif yoluxucu xəstəliklərlə nəticələnir. Belə nəticələr bir qadının həyatının sonuna kimi qalır. Həmçinin azyaşlı qızların subay qızlara və 20 yaşından sonra evlənəcək qızlara nisbətən cinsi və malyariya infeksiyasına yoluxma riski yüksəkdir. Bu risk təkcə ananın deyil, həm də uşağın sağlamlığını təhlükə altında qoyur. Azyaşlı anaların uşaqlarında tez-tez immunitet çatışmazlığı olur və 18 yaşından kiçik anaların yarımçıq uşaqlar və ya kifayət qədər çəkisi olmayan uşaqlar dünyaya gətirmə riski daha yüksəkdir.” “Erkən yaşda hələ yeni formalaşmağa başlayan reproduktiv sistemin hormonal pozuntusu, erkən yaşda valideyn olmaqla bağlı yaranan sosial, mənəvi-etik problemlər, erkən hamiləlik və onunla bağlı baş verən abortlar, vaxtından əvvəl doğuşlar, ginekoloji xəstəliklər, sonsuzluqla nəticələnə bilən ağırlaşmalar risk göstəriciləridir. 20 yaşadək qadınlararasında doğum etmiş və doğuşdan sonra olmuş uşaqların sayı çoxdur. Qadınların yumurtalıq funksiyalarının ən məhsuldar yaş dövrü 20-32 yaş arasıdır. Qadınların doğuş qabiliyyətinə təsir edəcək hər hansısa bir problem olmadığı təqdirdə 35 yaşına qədər rahat bir şəkildə hamilə qala bilər”, – ginekoloq Xumar İsmayılova vurğulayıb. Ginekoloq sonda uşaqların öz uşaqlıqlarını yaşadıqdan sonra ailə qurmalarını tövsiyə edib: “Uşaq uşaqlığını yaşamadan evləndirildiyi üçün ailənin nə olduğunu dərk etməyə zamanı belə olmur, uşağın tək özü deyil, orqanizmi də böyümədiyi üçün ana ola bilmir. Bəzən isə buna görə erkən qurulan ailə elə erkən də dağılır və bir növ tez boşanmaya yol açır.” Ginekoloji problemlər qədər psixoloji problemlər də bu məsələdə vacib məqamdır. Psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov erkən nikahları insan həyatında psixoloji terror adlandırır. O qeyd edir ki, günümüzdə daha çox qız uşaqlarının erkən nikaha təhrik edilməsi cəmiyyətin mənəvi cinayətkarlığıdır. Psixoloqun fikrincə, erkən və məcburi nikaha təhrik edilmiş uşaqların həyata baxışı müstəqil və yaradıcı deyil. İnsan həyatına mənəvi terrorun edilməsi köləlik psixologiyasıdır: “Ailənin təhsilsiz olması və dırnaq arası adət-ənənə adlanan stereotiplərin mövcudluğu valideynlərin övladlarını erkən nikaha təhrik etməsinin psixoloji müşahidəsidir. Günümüzdə daha çox qız uşaqlarının erkən nikaha təhrik edilməsi isə cəmiyyətin mənəvi cinayətkarlığıdır. Yaranmış mənzərəyə psixoloji yanaşsaq, aydın görmək olur ki, erkən nikaha təhrik edilmiş qız uşaqlarının sosial xarakteri dərin depressiyaya və intihar kimi hallara gətirib çıxarır. Bəzən valideynlər bunu iqtisadi və ya sosial həyatları ilə əlaqələndirirlər. Amma, insanın iqtisadi və sosial həyatı uşaqdan asılı deyil. İstənilən halda bir insanın taleyini məhv etmək bir cəmiyyətin taleyini məhv etməkdir.” Psixoloq mövzu ilə bağlı ətraflı fikirlərini əlavə edir: “Konservativ ailələrdə qız uşaqlarına “evdə qalacaqsan”, “bəxtin bağlanıb”, “yaşın keçir”, “ailə qur və uşaq dünyaya gətir” kimi psixoloji təsir ifadələri işlədilir. Alternativ seçimləri olmayan qız uşaqları valideynlərinin qərarlarına qarşı çıxa bilmirlər. Ailə qurandan sonra da müxtəlif fikirlər psixoloji təsir kimi fərqli formada ifadə edilir. Psixoloji təzyiq öz mahiyyətini dəyişmir. Erkən nikah uşaqların uşaqlıqlarını əlindən alır, həmyaşıdlarından uzaqlaşdırır, təhsil həyatını yarımçıq saxlayır və gələcəkdə həmin uşaqlar şəxsiyyət kimi formalaşmırlar. Erkən evliliyə təhrik edilmiş qız uşaqları hər cür istismarla qarşılaşırlar. Fiziki və psixoloji hazır olmadan, evlilik həyatına başlayan xanımlar şiddət və cinsi zorakılığa məruz qalırlar. Təhsilsiz və sosial fəallığı olmayan xanımlar məruz qaldığı bütün fiziki və psixoloji şiddətlə mübarizə apara bilmirlər.” “Erkən evlilik həyatına başlamış xanımların ailə qurmaqdan əvvəl fikri öyrənilmədiyi kimi, ailə qurandan sonra da heç bir məsuliyyətli qərarların verilməsində də fikri öyrənilmir. Bütün qərarların verilməsində kişi zehniyyəti xüsusi rol oynayır. Tibbi olaraq biliklərə yiyələnməyən ailələrdə qızların istənməyən hamiləlik riskini artırır. Fiziki və psixoloji hazırlığı olmayan insanın uşaq dünyaya gətirməsi onun üçün faciəyə çevrilir. Belə olduğu halda insanda postnatal depressiya müşahidə olunur. Analıq statusunun məsuliyyətini dərk etməyən uşağın öz həyatı ilə bağlı bütün sualları cavabsız qalır. Hər şeyin əvvəlki kimi olmayacağını düşünən şəxs öz həyatında fəaliyyətsizliyi qərarlaşdırır. Bu isə həyatın növbəti mərhələlərində daha çətin psixoloji problemlərə çevrilir”, – psixoloq Rövşən Nəcəfov vurğulayıb. Psixoloq sonda cəmiyyətdəki bu problemin həlli üçün başlıca amilin təhsil, maarifləndirmə olduğunu xüsusi qeyd edir: “Erkən və məcburi nikahlara qarşı mübarizəmizin əsasını maarifləndirmə fəaliyyətləri təşkil edir. Qanunun aliliyi ilə erkən və məcburi nikahlara səbəb olan şəxslər cəzalandırılmalıdır. Cəmiyyət olaraq isə erkən və məcburi nikahlara qarşı ictimai qınaq yaratmalıyıq. Biz cəmiyyət olaraq erkən və məcburi nikahlara yox deməliyik. Övladlarımıza iqtisadi yük kimi deyil, cəmiyyətin dəyərli üzvləri kimi baxmağı öyrənməliyik. Hər bir ölkənin gələcəyi gənclərdir. Gələcəyimiz üçün övladlarımızın təhsilli, sağlam və yaradıcı olması vacibdir.” Səma Qurban AMVPRESS.AZ
Munchausen sindromu süni xəstəlik əlamətlərinin yaradılması ilə xarakterizə edilən pozuntudur. Bu xəstəlik insanın özündə və başqasında süni xəstəlik əlamətlərinin yaratması ilə iki cür ola bilər. İnsanın özü özündə süni xəstləlik yaratması Muncahusen, başqasına yükləməsi isə Munchuasn by Proxy olaraq adlandırılır. Munchausen sindromlu fərdlərin uşaqlıqda valideynləri tərəfindən tərk edildiyi, baxımsızlığa və sui-istifadəyə məruz qaldığı, diqqətdən məhrum olduqları, travmatik hadisələrə şahid və ya məruz qaldıqları müşahidə ediləndir. Bu fərdlərdə uşaqlıqda inkişaf etməyə başlayan mənlik hissi, yaşanan pis münasibət və davranışlardan mənfi təsirlənib. Süni olaraq yaratdıqları xəstəlik əlamətləri isə onların diqqət, təsdiq və sevgi ehtiyaclarını ödəmək üçün bir vasitə olaraq qəbul edilir. Munchausen xəstələrinin çox hissəsi səhiyyə işçiləri vəya bu sahə ilə bağlı məlumatlı insanlardır. Xəstəliyin əsas mənbəsi stresdir. Ailə, iş problemləri, stresli mühitlər, həddindən artıq məsuliyyətlər xəstəliyin davam etməsinə səbəb olur. Munchausen sindormunun simptomları bəzən Temaruz, Somatoform və Hipoxondriya xəstəlikləri ilə qarışdırılır. Ancaq bu xəstəliklərdən fərqləndirən bəzi xüsusiyyətlər vardır. Temaruz və Munchausen Sindromu arasındakı əsas fərq, temaruz xəstələrində əldə edəbiləcəkləri ikincil bir faydanın olmasıdır. Məsələn, istənməyən bir missiyadan və ya maddi qazancdan xilas olmaq və s. Somatoform və hipokondriaziyada simptomlar şüursuz olaraq yaranır. Başqasına yüklənən Munchausen by Proxy sindromu isə baxım verən və ya bioloji ana tərəfindən süni olaraq yaradılır. Uşaqda süni xəstəlik əlamətləri yaradan anaların çox vaxtı biyoloji və ya psixiatrik yaş problemləri vardır. Bu anaların ortalama yaş aralığı 20-25 arasında dəyişir. Munchausen by Proxy Sindromunda, anaların uşaqlıqda baxımsızlığa və istismara məruz qaldıqları, hal hazırda isə ailə problemləri yaşamaqa davam edirlər. Analar uşaqları ilə birlikdə xəstəxanaya gedəndə isə bir müddət ailə problemlərindən uzaqlaşa bilirlər. Bu onlar üçün bir rahatlıq və evliliklərinin davam etməsini uzadan bir səbəbdir. İstismara məruz qalan uşaqların çoxunun isə yaş aralığı 0-2’dir. Uşaqların həyatlarının ilk illərindən anaları ilə arasındaki güvənli sevgi zədələnir. Böyüyündə isə bu vəziyyəti anlasalar da analarına qarşı çıxa bilmirlər. Özləri də anaları ilə birlikdə öz istismarının iştirakçısı və qurbanı olur. Xəstəliyin müalicəsində isə təsdiqlənmiş bir müalicə sxemi olmasa da ailə və fərdlərin dəyərləndirilməsi və psixoterapevtik metodlarla müalicə edilməsi tövsiyə ediləndir. Müalicə uzun ve çətin yoldur. İÜ-Cerrahpaşa Üniversitetinin Doktorantı Uzman Psixoloq Elnara Maharramova
Özünü tanı Test 4. Şəkildə o biri sahilə hədiyyə üçün keçməyə can atan insan təsvir olunmuşdur. Sizin fikrinizcə o sahildə qalacaq, ya digər tərəfə keçəcək? Bu təsvir üzərinizə düşən öhdəliyinizi təyin etməyə kömək edəcəkdir.İlk olaraq nə düşündünüz? Bir körpü və ya bir qayıq xəyal etdinizsə, o zaman bu hədəflərinizdən imtina etməyə və tərk edilməyə alışmadığınızı göstərir. Hər hansı bir çətinliyin aradan qaldırıla biləcəyinizə inanırsınız. Adamın keçməyə cəhd etdiyi körpü nə qədər etibarlı olsa, iradəniz və qətiyyətiniz də bir o qədər demək güclüdür. Əgər təsəvvür edirsinizsə, körpü dirəyi kifayət qədər etibarlı deyil, o zaman aydın olur ki, siz hadisələrə həssaslıqla, şübhəylə yanaşır, fikrinizi dəyişdirmək məcburiyyətində olursunuz. Sizdə şəkildəki insanın bu sahildə qalacağı fikri yaranırsa, əngəllərdən qorxursunuz, çox vaxt hədəf sizə əlçatmaz görünür, heç bunun üçün mübarizə aparmağa cəhd də etmirsiniz, əksinə həyatın surprizlərindən də imtina edirsiniz. Bu haqda düşünün. Bir insanın o sahilə gedən yolda çaya düşəcəyini düşünürsünüzsə, bu həyatdan çirkli bir hiylə gözlədiyinizə, uğurlu nəticəyə inanmadığınıza və buna görə vacib qərarların qəbul edilməsini sonadək təxirə salmağa çalışdığınıza işarədir. Yeganə İskəndərova
Özünü tanı - TEST 3 Depressiyaya meyllisənmi? Şəklə diqqətlə baxın. Onu necə bitirmək istərdiniz? Ağac, ot, gül, qayada çatlar və adam fiqurunu görmək istədiyiniz istiqamətdə təsəvvür edin. Bu şəkil depressiyaya meylinizi müəyyənləşdirir. Şəkilə heç bir əlavə etmək lazım olmadığını düşünürsünüzsə, bu o an pis əhval - ruhiyyədə olduğunuzu göstərir. Sevinməyə dəyər, bu depressiyanın astanasındasınız - demək deyil. Dərənin divarlarının çatlarla örtülməsini düşünsəniz, bu o deməkdir ki, özünüzə çox qapılır, problemlərinizi heç kimlə bölüşmür, dərdlərlə tək olursunuz. Buna görə də zaman-zaman depressiyaya məruz qalırsız. Əgər bitgi, günəşi də bu boz mənzərəyə əlavə etmək lazımdısa, deməli siz depressiya ilə bağlı bütün çətinlikləri və meylləri asanlıqla dəf etmisiniz. Dərəni su ilə doldurmaq qərarına gəlsəniz, bu, depressiyaya meyl etdiyinizi göstərir, lakin hələ tam təzahür etməyib. Şəkilə əlavə etdiyiniz şəxs bir qayanın üstündə dayanıb aşağı baxırsa, bu, hazırda çətin vəziyyətdə olduğunuzu göstərir. Vacib bir qərar verməlisiniz, ancaq tərəddüd, şübhə edirsiniz. Bir şəxs dərəyə enirsə, bu, hər hansı bir səbəbdən özünüzü tənqid etməyə meylli olduğunuzun və özünüzə qarşı çox tələbkarlığınızın ifadəsidir, bu sizi ruhdan salır. Şəkildə insanı dərənin dibində təsəvvür edirsinizsə, ümidsizsiniz və köməyə ehtiyacınız var. Əgər insanın digər tərəfə körpü ilə etibarlı bir şəkildə keçdiyinı və ya təsvirdə qayaya dırmaşdığını düşünsəniz, sizin ruh halınız qaydasındadı, problemlərin öhdəsindən asanlıqla gələ biləcək müsbət bir insansınız. Yeganə İskəndərova
TEST 2 Şəkildə ağac təsvir olunub. Sizin fikrinizcə ağac belə sadə, adı gövdə və budaqlardan ibarət olmalıdı? Siz çəksəydiniz nələr əlavə etmək istərdiniz? Düşüncələrinizdə özünüzə qarşı səmimi olun və nəticəyə baxın. Ağac, həyat duyğularınızın əksidir. Ağacın kifayət qədər yarpağı olmadığını düşünürsünüzsə, bu, təbiətcə bir fərd olduğunuzu göstərir, kiminsə sizin həyatınıza müdaxilə etməsini sevmirsiniz. Hərəkətləriniz üçün məsuliyyəti öz üzərinizə götürməyə hazırsınız. ancaq başqalarının hərəkətlərinə cavabdehlik daşımağı istəməzsiniz. Düşünürsünüz ki, çox sayda yarpaq olmamalıdır və olanların hər biri aydın görünməlidi - bu, başqaları üçün məsuliyyət daşımağa hazır olduğunuzu göstərir, ancaq tamamilə zəruri hallarda. Bir ağacın üzərində çox sayda budağın olması fikri, bir komandada olmağı sevməməyinizdi, həyata baxışınız, arzularınız dəyişkəndi, yaxın adamlardan birinə üstünlük verirsiniz. Ağaca daha çox budaq və yarpaq əlavə etdinizsə, çox ünsiyyətcil bir insansınız və ilk növbədə digər insanların maraqlarını, sonra özünüz haqqında düşünürsünüz. Şəkildə kifayət qədər çəmənlik, ağac kökləri, torpaq olduğu görünürsə - bu sizi etibarlı, güclü və özünə güvənən bir insan kimi xarakterizə edir. Ağaca oyuq, quş otağı, quş bəsləyicisi, bir yelləncək və ya digər xarici elementlər əlavə etmək istəyirsinizsə - bu anda heç də yaxşı vəziyyətdə deyilsiniz, özünüzü artıq hiss edirsiniz, həyat sizə sevinc bəxş etmir. Bir ağacın yanına bir heyvan da əlavə etmək ağlınızdan keçirsə, "canlanmağa dəyər" olduğunu düşünürsünüz, özünəməxsus, bənzərsiz bütün dünyaya nə isə sübut etmək istəyi ilə özünü hiss edən güclü olmaq eşqilə olan birisiniz. Həyat sizi qorxutmur. İnadkarlığınız arzuları gerçəkləşdirir. Yeganə İskəndərova
10 sentyabr - Ümumdünya İntiharın qarşısının alınması günü kimi neçə illərdi qeyd olunur. İntihar hər il minlərlə gəncin həyatını təhdid etdiyindən, bütün yeniyetmələr “intiharın nə olduğunu və bununla necə mübarizə aparmaq lazım olduğunu” anlamalıdırlar. Vaxtaşırı intiharla əlaqədar internet, kütləvi informasiya vasitələrindən yazılar oxuyur, dinləyir və görürük. Bu hallar insanı sarsıdır, həyat eşqini azaldır, həssas adamları depresiyaya sürükləyir, yeni intihara cəhdə hazırlayır da demək olar. İntihar mövzusunun qorxulu olduğunu bilirik. Bu barədə valideynlər, müəllimlər və ya dostları ilə danışmaq adət deyil. Əslində intihar edənlərin çoxu həqiqətən ölmək istəmirlər. Sadəcə bir və ya daha çox problemi həll etməyə çalışırlar. İntihar edən və ya intihara cəhd edən uşaq - bir-birini istisna edən bu iki anlayış zamanın "əlamətlərindən" biridi. Çünki bu yaşlarda onlar daha həssas olduqları üçün pisi yaxşıdan, yaxşını pisdən seçə bilmirlər. Böyüklərin həyatlarına müdaxilələri, kiçik hadisələ kəskin reaksiyaları onların nəzərlərində dözülməz olur. Çıxış yolunu hər hansı bir çətinliklə üzləşən zaman problemlərini həll edə bilməyəcəklərindən və ya hər hansı bir qorxu səbəbindən intihar etməklə valideynlərinə acı yaşadaraq diqqəti özlərinə cəlb etməkdə görürlər. İntihar yolu ilə uşaq, bir yetkin kimi, vəziyyəti dəyişdirməyə çalışdığına inanır. Əsas fikri özlərinı yönəltməklə hisslərdən qurtulmaq, mərhəmət və məhəbbət oyatmaq, kömək və problemlərinə diqqət çəkmək, təkbaşına israr etmək, intiqam almaq, məsuliyyətdən qaçmağı düşünürlər. Bir gənc ümumiyyətlə çətin vəziyyətlərdən qaçmağa meyllidirsə, ən kiçik hadisələrdən təsirlənib özünə dərd edirsə, həssaslığa tam meyllidirsə, özünü tez- tez günahlandırırsa, həddindən artıq mərhəmətlidirsə, özünə dərd axtarırsa intihar ilk meyllikərdəndi. Həm də unutmaq olmaz ki, uşaq özünü bədbəxt hiss etdikdə intihara qərar verir. Gəncin fikrincə onun həyatının heç kimə maraqlı olmayan qiyməti, incidənlərindən intiqam almaq üçün bir dərs olar. Onların təsəvvürünə görə ölüm arzu olunan uzun bir yuxu, çətinliklərdən uzaq bir istirahət, başqa bir dünyaya girmək üçün bir yol, eyni zamanda yaxınlarını və ya onların problemlərinə etinasız yanaşanları cəzalandırmaq üçün bir vasitədi. Zəruri olan əsas əlamətlərini vaxtında müşahidə etməklə "uşaqlıq intiharı"nın qarşısını vaxtında almaq mümkündü. Emosional narahatlığın əlamətləri sayılan iştahsızlıq və ya hətta susuzluq, yuxusuzluq, xəstəliklərdən tez-tez şikayətlər, baş ağrısı, davamlı yorğunluq, tez-tez yuxuya getmək, davamlı tənhalıq hissi, günahkarlıq, ölüm haqqında düşünməyə dalmaq, gələcək üçün planların olmaması, zülmü əks etdirən söhbətlər, qeydlər, rəsmlər, səbəbsiz ağlama, kobudluq, şəxsi əşyaların paylanması intihara cəhd etməkdə marağı olanların iıkin əlamətləridi. Bir yeniyetmədə problemlər, sevilən biri ilə ayrılması və ya xəyanəti səbəbindən yarana bilər. Bu dövrdə yeniyetmələr ilk sevginin sonsuza qədər olduğuna və son dərəcə ciddiyə aldığına əmin olurlar. Ailədəki çətin bir psixoloji vəziyyətə görə - valideynlərlə mübahisələr, ata və ananın aralarındakı qalmaqalları, boşanmaları, təhsilindəki həddindən artıq yük və ya uğursuzluqlarına valideynlərin sərt reaksiyası internet asılılığı problemləri və bir çox başqa səbəblər uşağı intihara cəhd etməyə sürükləyə bilər. Uşağı danlamayın, ona bağırmayın, laqeydlik maskası arxasında gizlənməyin, sadəcə sizi qorxutmağa qərar verdiyini düşünməyin. Uşaq onu çox sevdiyinizi və ona dəyər verdiyinizi hiss etməlidir. Əvvəlcə uşaqla danışmaq, ona vəziyyəti barədə suallar vermək, gələcəklə bağlı söhbətlər aparmaq, planlar qurmaq lazımdır. Bu söhbətlər müsbət olmalıdır. Uşağa nikbin bir münasibət, inam aşılamaq, məqsədlərinə çatdığını göstərmək lazımdır. Uşağı "hər zaman narazı" və "kövrəklikdə" günahlandırmayın, şəxsiyyətinin müsbət tərəflərini və qaynaqlarını göstərmək daha yaxşıdır. Onu daha uğurlu, şən, xoş xasiyyətli uşaqlarla müqayisə etməyə ehtiyac yoxdur. Bu müqayisələr bir yeniyetmənin onsuz da aşağı olan özünə inamını daha da sarsıdacaqdır. Yalnız bu günün yeniyetməsini dünənki gənclə müqayisə edə və sabahkı gəncin müsbət bir görüntüsünə köklənə bilərsiniz. Mütəxəssislərdən kömək istəməyinizə əmin olun. Unutmayın ki, hələ bir intihar cəhdi ola bilər. Statistikaya görə, intiharların üçdə biri bir il ərzində cəhdlərini təkrarlayır. İntihar etməyə qərar verən gənci diqqətlə dinləyən, uşağın emosional böhranının ciddiliyini, niyyətlərini və hisslərini, dərinliyini qiymətləndirən, ən kiçik şikayətlərə belə diqqətli olan, uşağın mənəviyyatı ilə bağlı narahatlıq doğuran heç bir hadisəyə laqeyd yanaşmayın, intihar etməyi düşündüyünü birbaşa soruşmaqdan çəkinməyən, öz problemləri ilə övladını yormayan, narahatlığını vaxtında duyub köməkliyini əsirgəməyən valideynlərin belə situasiyalara düşmək risqi demək olar ki, azdır. Çox vaxt gənclər İnternetdə intihar etmək barədə məlumat tapa bilərlər. Hansı medianı oxuduqlarına, televiziyada hansı verilişlərə baxdıqlarına diqqət etmək gərəkdir. Unutmaq olmaz ki, yeniyetmələr ətraflarında gördükləri davranış modellərini internet və televiziyadan onlara təklif etdikləri şəkildə kopyalayırlar. Dünyada hər 40 saniyədə bir kimsə intihara cəhd edir və hər il təxminən 800 min insan intihar nəticəsində ölür. Həyat o qədər tez keçir ki, çox vaxt ağlımız dünyanı görmə tərzimizi dəyişənə qədər ömrümüz onsuz da bitir. Sonu olmayan, nə vaxtsa bitəcək ömrün dirənəcəyi nöqtəyə qədər olan qavrayışımızın da artıq təsirli olmur. Ruh cökür, fəaliyyət mexanizmləri itir. Bütün bunlar o qədər tez olur ki, özümüzə sual vermək üçün vaxtımız da olmur. Bunu biz duymuruq, arxada qalan əzizlərimiz bilir. Nə çəkirlər onları da təsəvvür etmək belə qorxunc olur. Gəlin sevdiklərimizi qoruyaq. Onların qayğısına hələ kiçik yaşlarından qalaq. Təkcə maddi nemətlərlə yox, mənəviyyatlarının da qayğısına da qalaq, daxili dünyalarına nəzər yetirək, maraq dairələrini öyrənək, onlardan mərhəmətimizi, sevgimizi əskiltməyək. Həyata onların nəzərləri ilə baxaq. O zamab öz dünyamızı da aydınlatmış olarıq. Unutmayın, intiharla mübarizə aparmaq üçün bir nəfər kifayətdir - o da SİZ olun. Yeganə İskəndərova
Psixikan qaydasındadırmı? Sizə 10 test təqdim olunacaq. Test 1 Həyat həyəcan və streslə doludur və çox vaxt biz rahatlığımızı, dincliyimizin balansını saxlamağı arzulayırıq. Bərabərliyi qorumaq və duyğularımızı idarə etmək həmişə çətin olub. Sadə bir ekspress test Sizə özünüzü başa düşməyə və psixikanızın nə qədər sabit olduğunu yoxlamağa kömək edəcək. Bu test vasitəsilə psixikanızın qaydasında olub olmadığını öyrənə bilərsiniz. Şəkildəki fiquru diqqətlə nəzərdən keçirin. Hərəkət görürsüz? Fiqur hansı istiqamətə doğru hərəkət edir? Sağ, sol, yuxarı, aşağı istiqamətlənir və ya hərəkət etmir? Buyurun, şəklə nəzər yetirin. Sizə fiqur hərəkətsiz görünsə, deməli bu, həyatınızda yaranan durğunluq əlamətidir. İnkişaf etməyə səy göstərmirsiniz, bütün bacarığınız özünüzdə "qorunub saxlanılır" və həyata tamamilə laqeydsiniz. Sizə fiqurun sola tərəf hərəkət etdiyi, işığın qaranlığa yaxınlaşdığı görünsə, o zaman həyatınız planlar və ümidlərlə doludur, həyat enerjiniz sürətlidir və öz gücünüzə inanırsınız. Hərəkət sağa tərəf yönlənirsə, qaranlığın işığa yaxınlaşması kimi görünürsə, bu o deməkdir ki, indi həyatınızda ən yaxşı dövr deyil, şübhələrdən əziyyət çəkirsiniz, narahatlıq hissi keçirirsiniz və nədənsəqorxursunuz. Hərəkətin yuxarıya doğru istiqaməti, sizin həyatınızda nəyisə düzəltmək istəyinizi göstərir. Aşağı istiqamətdə hərəkət müşahidə edirsinizsə, onda döyüşmək üçün tam istəksiz və laqeydsiniz. Və bu xəbərdarlıq əlamətidir. Titrəyişli, yəni hər tərəfə yellənən hərəkət görünürsə, bu ahəngdar və inkişaf etmiş bir təbiətə işarədir. Cəsarət və nikbinliklə dolu olduğundan düşünməyi üstün tutursan. Yeganə İskəndərova
Travma anlayışı, bir insanın mənəvi və fiziki varlığına xələl gətirən, incidən və yaralayan hər cür hadisəni adlandırmaq üçün istifadə oluna bilər. Həyatda yaşanması ağır olan hadisələr insanda qorxu, köməksizlik, zəiflik hisslərinə səbəb olur və bu vəziyyət travma almış insanların duyğularını, düşüncələrini və zehni vəziyyətlərini uzun müddət təsir altında saxlayır. Belə hadisələrə "travmatik vəziyyət" və ya "travma" deyilir. Orqanizmalar travmatik hadisəyə fərqli şəkillərdə reaksiya verir. Bir orqanizm travmaya oxşar reaksiya versə də başqa bir organizm fərqli reaksiya verə bilər. Ümumiyyətlə, travma anında və sonrasında stress reaksiyalarının emosional, fiziki, zehni və davranış aspektləri müşahidə olunur. Duygusal: güclü qorxu, qəzəb, günah, çarəsizlik, xəcalət, darıxdırıcılıq, kədər, pessimizm və s. duyğuları hiss etmək. Fiziki: nəfəsdə daralma, boğazda darlıq, ürək bölgəsində çarpmalar, titrəmələr, başgicəllənmə, ürək bulanması, qusma, ağız boşluğu, iştahsızlıq, həddindən artıq yorğunluq, bəzi bölgələri hiss etməmək və s. Zehni: sıx-sıx narahat edici düşüncələr, dağınıq düşüncələr, insanın özünə və xarici dünyaya qarşı mənfi düşünceleri, unutqanlıq, hadisələrin yüngülləşməsi, trans vəziyyət, tapıldığı yer və vaxtı xatırlaya bilməmək, xəyalları pozan və təkrarlayan və s. Davranış: qəfil və gözlənilməz intensiv partlayışlar qəzəb, yayındırma, həddindən artıq əsəbilik, özünə zərər verən davranış, intensiv alkoqol istifadəsi, çəkinmə davranışı və s. əlamətlər aiddir. Travma sonrasında yaranan pozuntunu müalicə etmək üçün farmakoloji terapiya və psixoterapiya metodları istifadə olunur. Semptomlar çox ağır olmadıqda, ilk növbədə psixoterapiya ağır hallarda dərman və psixoterapiya tətbiq etmək faydalıdır. Uzm.Psixolog Elnara Maharramova
Şəxsiyyət testi. Stullardan birini seç. 1. Hər hansı bir atmosferi necə optimallaşdırmağı bilən bir insansan. Dəstək verməyə, xəbərdar etməyə, inandırmağa qadirsən. Sən insanın ruh aləmini anlayan bir şəfasan - psixoloqsan. Stul 2 Məsuliyyəti anlamağa, rəhbərlik etməyə qadir olan birisən. Bəzən sərt olur, bəzən də güzəştə gedirsən. Sonunda zəruri olan qərarı verirsən. Qətiyyət göstərə və ətrafdakılara qayğı ilə yanaşırsan. Sən rəhbərlik üçün yaranmısan. Stul 3 Necə edəcəyinizi bilirsiniz: hər bir insanın istedadını anlayan və dəyər verənsiniz. Əsas hadisələrə baxır, detallara diqqət yetirirsiniz, nəzərinizdən heç nə yayınmır. Hər bir işə böyük məhəbbətlə, əzmlə yanaşırsan. Sən tərəddüd etsən də əla təşkilatçısan. Stul 4 Gözəlliyi necə görməyi bilən bir yaradıcı insansan. Hər hansı bir iş və əlaqəni optimallaşdırmağın yollarını bilirsiniz. Sağlam düşüncəniz var. Səndən yaxşı ixtiraçı, dizayner ola bilər. Stul 5 Ənənələrə hörmət etməyi bilirsiniz. Keçmişlə maraqlanırsınız. Təcrübəyə hörmət edir və müdrikliyi dəyərləndirirsiniz. Zamanların bağlantısını anlamağı bacarırsan. Sən tarixçi, salnaməçisən. Stul 6 Asanlıqla uyğunlaşırsınız, tez öyrəşirsiniz. Çevik bir ağıl və mehriban təbiətə sahibsiniz. Sən şərtlərin tələb olunduğunu edə bilən israrlı bir insansan. Potensialınız yüksəkdir. Yeganə İskəndərova
Dünyanın məruz qaldığı ağır və travmatik müddətində virusun təsiri ilə milyonlarca həyat ciddi şəkildə dəyişdi. Çətin və uzun müddətli streslə mübarizə hal hazırda davam etməktədir. Bu virusdan heç şübhəsiz daha çox təsir edən psixoloji faktorlar təsir göstərməkdədir. Bu müddətdə stres faktorları arasında: sağlığımızın təhdid altında olması, sevdiyimiz insanlardan, emosional anlardan və sosial münasibətlərdən uzaq qalmaq səbəbi ilə tənhalıq, gərginlik hislərini ifadə edə bilərik. Aparılan araşdırmalar, sosial məsafə, karantina və ya izolyasiya müddətində bunları yaşaya biləcəyiniz müşahidə edilməkdədir:Qorxu və narahatlıq: özümüz və yaxın çevrəmizin Covid-19’a tutulma riski ilə özünüzü narahat hiss edə bilərsiniz. Bəzi insanlar bu müddəti daha gərgin şəkildə keçirdə bilər; yuxu və qida rejimində pozulmalar və s. Depresiya və gərginlik: günlük həyatımızda baş verən maneələr, planlarımızın təxirə salınması qəmginlik və ruh halımızın pozulmasına səbəb ola bilər. Evdə uzun müdətli zaman keçirmək, sosial münasibətlərdən uzaqlaşmaq gərginlik və yalnızlıq duyğusuna səbəb olmaqdadır.Qəzəb və xəyal qırıqlığı: izolyasiya və karatina səbəbilə azadlığın məhdudlaşması və s.Necə tədbir almalıyıq? Nələr etməliyik? Bu çətin müddətdə zamanın düzgün idarə olunması, psixososial dəstək, ailənizin və özünüzün istər fizioloji, istərsə də psixoloji müdafiə formaları ilə bağlı ətraflı və doğru məlumat əldə etməyə çalışın.Gün boyu pandemiya haqqında istər sosial şəbəkələr, televizyalardan aldığınız xəbərlər, bizi narahat edən və get-gedə artış göstərən rəqəmlər təşviş və qorxu duyğusunda artışa səbəb olmaqdadır. Gündəlik olaraq məlumat aldığınız xəbər saytlarının güvənilir olduğuna diqqət edin.Sağlıqlı həyat tərzi qurmağa çalışın. Yuxu saatlarınıza, qida rejiminizə diqqət etməyə çalışın. Lazım olduqda, psixoterapiya üçün onlayn dəstəkdən qaçınmayın. Sinir bilim uzmanı, Psixoloq Rəna İmanova
Hər bir sindrom və xəstəlikdə Fərdi İnkişaf Planının tərtib olunması əsas şərtlərdən hesab edilir.İnkişafdan geri qalan uşaqlar güclü və zəif tərəflərinə,habelə davranış pozuntularına görə bir-birindən fərqlənir.Məhz bu səbəbdən bütün bacarıqlar qiymətləndirildikdən sonra proqram qurulur.Proqrama sosial, özünəxidmət bacarıqları da daxil edilir .Məqsəd qısa və uzunmüddətli olur.FİP valideynlərin iştirakı ilə tərtib edilir və ailənin digər üzvlərinin də məlumatı olması üçün onlara təqdim edilir .Düzgün qurulan proqram vasitəsilə uşağın fərdi inkişafında müsbət irəliləyişlər əldə edilir .Sonda onu qeyd edim ki,FİP qurulan zaman ilk növbədə yaş xüsusiyyətləri ,diaqnozun dərəcisi də nəzərə alınaraq tərtib olunmalıdır.Hər bir uşağa düzgün yanaşma düzgün inkişaf deməkdir.Psixoloq:Təhminə Islamqızı
Mütəmadi olaraq düşünən insan beyni qeyri-adi və stresli vəziyyətlərə daha asan uyğunlaşır, beyin toxumasının sıxllığı narahatlığa, gərginliyə səbəb olur. Meditasiya stress və narahatlığı aradan qaldırılır, yaradıcılığı aktivləşdirir, yeni fikirlər üçün saatlarla mübarizə aparanlara, problemlərin yeni həll yollarını daha yaxşı tapmağa, qeyri-ənənəvi təfəkkürü inkişaf etməyə, yeni məlumatların qavranılmasına yardımçı olur. Müxtəlif psixofizioloji təcrübəyə, konsentrasiyaya, iradə gücünə də əsaslan meditasiya zehni daha aydınlaşdırmağa, insanın özünüzü başa düşməyə və fikrini idarə etməyə imkan verir. Son aylar həyatımızda kökündən dəyişən ağlasığmaz dəyişikliklərə rəğmən nə qədər müvazinətimizi saxlamağa çalışsaq da bir çoxumuzda bu hal arzuolunmaz daxili gərginliyə, stressə səbəb olur. Aktiv həyat tərzindən monotonluqla mübarizədə hər kəs güclü ola bilmir. Vücudlarımız birdən-birə tənbəlləşir, şüurumuz mühitin, bolluca informasiyanın qəbulundan usanır və ya təhdidinə mübarizə reaksiyası ilə etiraz edir. Yuxu pozğunluğuna, depresiya və narahat görünüşə, qan təzyiqinin artmasına, sürətli yorğunluğa və düşüncələrin qarışıqlığına səbəb olan adrenalinin səviyyəsinin enməsinə də səbəb olur. Meditasiya geri addım atmaq, stresin yaranmasını tanımaq və ona necə cavab verəcəyinizi seçmək imkanı verir. Məsələn, adi bir istirahət təcrübəsi ola bilər ki, bu da stres vəziyyətində də ağıllı davranmağa imkan verir. Meditasiya növünü seçmənin başlanğıcı özünüzü nə qədər rahat hiss etməyinizdi. Onun köməyilə bütün bədən xəstəliklərinə müalicə etməklə güclü və möhkəm olmasına təkan verən daxili "mən" inizi də dəyişə bilərsiniz. Beləliklə... Kürəyinizi düz bir vəziyyətdə saxlamaqla əyləşin. Gözləriniz açıq və ya qapalı da ola bilər. Meditasiya etmək üçün evdə olmağınızın fərqi yoxdu, bunu hətta tıxacda durmağa məhkum olduğunuz maşınınızda da edə bilərsiniz. Beləliklə sakit bir guşədə əyləşib vicudun rahat görkəmində bir neçə dəqiqə heç nə haqqında düşünmədən, istirahət etməyə tam hazır görkəm almısınızsa yalnız ağızdan və ya burnundan nəfəs almaqla başlayın. Şüurunuzu nəfəsinizə ötürün, havanın ağciyərlərə və xaricə çəkildiyini hiss edin, rahatlaşın, fikrinizi yenidən nəfəs almağa yönəldin. Bunu 5-10 nəzən də 15 dəqiqə davam edin. Məşqinizi sakit vəziyyətdə istirahətlə tamamlayın. Düşüncələrinizdə qarmaqarışıqlıq, bir parakəndlilik varsa , nəfəs almaqda cəmləşə bilmirsinizsə, fikir axını sizi başqa cəmtə, ən çox da narahatlığınıza, həyatınızda davamlı olaraq yaranan problemlərə yönəldirsə o zaman meditasiyanızı daha maraqlı düşüncələrə yönəldin. Nəfəs alıb verməni davam etdirməklə təsəvvürünüzdə yaşadığınız iqlimi - qışdırsa yay aylarını və ya əksinə düşünərək sakitləşdirici, sizə xatirələrinizlə bir əsası , yəni çox da tanış olmayan musiqi sədaları altında təsəvvür edin. Musiqinin sakitləşdirici təsiri sürətli, bəzən hətta xaotik dünyamızda çox əhəmiyyətlidi. Onun köməyi ilə aydınlığa, daxili tarazlığa və sakitliyə nail ola bilərsiniz. Və bu iki dünya - musiqi və düşüncə bir araya gələndə, bütün həyatımız yaxşılığa doğru dəyişə bilər. "Düşüncə üçün musiqi" ifadəsi nə demək istədiyimi aydınlaşdırır. Sakitləşdirici musiqini dinləmək həm düşünməyə, həm də ümumilikdə həyatımıza müsbət təsir göstərir. Ritm və melodiyanın bu birləşməsi inanılmaz potensiala malikdir - insanların ağlına təsir edə bilər. Kəskin elementlər olmadan yavaş böyük bir melodiya dinlədikdə, sanki özümüz kimi rahatlaşırıq və sakitləşirik. Yaşdan asılı olmayaraq insan beyninə təsir edən bir melodiya dinlədikdə, rahatlaşır və sakitləşirik. Meditasiya üçün musiqi eyni sakitləşdirici üslubda yaradılmışdır, lakin bu, nəinki düşünməyə kömək edir, həm də insan həyatının sanki bütün sahələrinə müsbət təsir göstərir. Meditasiya düşüncələrinizi təmizləmək və yaşamağın yeni, müsbət yollarını tapmaq üçün bir yoldur. Mütəmadi olaraq meditasiya etsəniz və səbr etsəniz, mütləq meditasiyanın dəyişdirici gücünü yaşayacaqsınız və həyata yeni bir baxımdan baxa biləcəksiniz. Yaxşı olar ki, bu meditasiyanı psixoloq köməyi ilə də edəsiniz. Bir cismin hərəkətilə, yad səslə diqqətiniz yayınırsa əhəmiyyət verməyin, yenidən düşüncənizi həmin fikrə yönəldin. Yaradıcılığınızı aktivləşdirin , fikirlərinizi daha sonra "sevgi dolu mehribanlıq düşüncəsi", empatiya və digər insanların duyğularının emalı ilə əlaqəli sahələrə yönəldin. İnsanların həyatını meditasiya ilə dəyişməyin mütləq müsbət təsiri olacaqdı Meditasiya, zehni daha aydınlaşdırmağa, özünüzü başa düşməyə və fikrinizi idarə etməyə imkan verən müxtəlif psixofizioloji təcrübə olub, konsentrasiyaya iradə gücünə əsaslanır. Meditasiyanın köməyi ilə Sizin problemlərin yeni həll yollarını daha yaxşı tapmağa, qeyri-ənənəvi təfəkkürü inkişaf etdirməyə, yeni məlumatların qavranılması və həyata keçirməyinizə əminəm. Yeganə İskəndərova
Qapı Kokoloji test 1. Təsəvvür edin ki, şəhəri gəzirsiniz. Hava gözəldir və sən buludların içindəsən. Bir anda əvvəllər heç vaxt olmadığınız bir küçəyə dönürsən. Birbaşa yolda deyil, bir az məsafədə yerləşən gözəl fərdi bir evin yanından heyranlıqla keçərkən, evin qapısının azca açıq olduğunu görürsən. Sual yaranır: "Niyə? " 1.Evdə oğrular fəaliyyət göstərir. 2. Sahiblərdən biri qapını bağlamağı unudub. 3. Evin sahibəsi koridoru süpürür. Nəticə Əgər seçiminiz... 1.Evdə oğrular fəaliyyət göstərir. Qapılar iki məna daşıyır: keçid kimi keçilə bilən və maneə kimi xidmət göstərən. Xüsusilə ön qapı evin ilk müdafiə xəttidir. Sakinlərini hər cür sürprizlərlə dolu xarici dünyadan ayırır. Nə olursa olsun, bütün bunların yaxşı olduğunu yaxşı bilirsiniz. Xarakterinizin bu əlaməti, həqiqətən, pis bir dönüş aldıqda özünü daha aydın göstərir. Heç vaxt kritik bir vəziyyətdə əsəbləşmirsiniz, ancaq çaxnaşma sizi başdan ayağa iflic edəndə gərginliyinizi kəskin biruzə verirsiniz. Növbəti dəfə özünüzü kritik bir vəziyyətdə tapdığınız zaman başınızı itirməməyə çalışın. Bir neçə dəfə dərindən nəfəs alın və ona qədər sayın. Bundan sonra asanlıqla huşunuzu itirə də bilirsiniz. Seçiminiz. 2.Sahiblərdən biri qapını bağlamağı unudub. Şüursuz bir səviyyədə, açılmamış ön qapını özünüzə izah etdiyiniz səbəb sizin açıqlığınız və başqalarının zəif cəhətlərinizi görməyinizə imkan verdiyi anlamındadı. Bütün bunlara baxmayaraq fövqəladə vəziyyətlərdə ruhunu itirənlərdən deyilsiniz. Əksinə, o qədər rahatsınız ki, ətrafınızda dolaşan qasırğanı belə hiss edə bilməzsiniz. Səhvləriniz diqqətsizliyinizdən deyil, ətrafınızdakılara olan inam və etibarınızdan irəli gəlir. Şübhələriniz əsaslanırsa, nəticə əlverişli olur. Seçiminız 3. Evin sahiblərindən kimsə koridoru süpürür .. Adətən kilidlənmiş qapının birtəhər açıq olduğunu təsəvvür etmək həssaslıq və etibarsızlığa işarədir. Tamamilə təmiz görünüşünüzə baxmayaraq, daxilinizdə həmişə bir narahatlığınız toplanıb. Rahat bir sayıqlıq vəziyyətində qalmağınız, şübhəsiz ki, yetkin bir fərd olmağınıza imkan verərdi. Əlbəttə ki, hər hansı bir insan kimi, zəif tərəfləriniz var. Yalnız onlara xəyanət etmirsiniz. Yeganə İskəndərova
Test İlk olaraq nə gördün? Psixoloji testdə sizə təqdim olunan şəkil vasitəsilə həyatda nəyi dəyişdirməli olduğunuzu tapın. İlkin olaraq dodaqlar nəzərinizi cəlb etmişsə... Həyatınızda sabitlik və əmin-amanlıq yoxdur. Sabaha inamınız tükənmək üzrədir. Belə bir vəziyyətdə tam xoşbəxtlik və harmoniya əldə etmək mümkün deyil. Həyatınız dəyişiklik tələb edir, ancaq bu sizi qorxudur. Ola bilsin ki, gələcəkdən qorxmaqdan vaz keçərək qaçılmaz bir addım atasınız. Risk etməkdən çəkinən olmağınız monoton həyatınızı dəyişməyə qorxmağınıza işarədir. İndi olduğunuz yerdə qalmaqla zaman keçdikcə daha yaxşı nəticəyə dair bütün ümidinizi itirə bilərsiniz. Kiçik və sadə hərəkətlərdən başlayın: bir yenilik edin, özünüzə yeni geyimlər alın, tərzinizi yeniləyin, saç düzümünüzü dəyişdirin, kurslara yazılın, tədbirlərə qatılın, özünüzə xoş günlər bəxş edin. Tədricən, dəyişikliklərə uyğunlaşacaq və artıq həyat nəzərinizdə qorxunc, kədərli, ümidsiz olmayacaqdı. Çimərlikdə cütlük gördünüzsə... Həyatınızda canlı ünsiyyət, səmimi istilik çatışmazlığı var. Bəlkə də nəticəsiz həyat yoldaşı axtarmaqdan tənhalaşmısan. Və ya ailədə heç nə yaxşı getmir, sizinlə həyat yoldaşınız arasında qara bir pişik keçib. Şübhələriniz sizin sakit həyatınızı pozur, ağırlaşdırır. Bir sözlə, qəlbdəki soyuqluq, ən çox sirrinin müzakirə edilə biləcəyi bir insanın olmaması səni gərginləşdirir. Təcili olaraq bu vəziyyətdən çıxmağın vaxtı gəldi. Lazım olan dəyişiklikləri həyatınıza özünüz cəlb edin, sizi dinləyən müsbət və maraqlı insanlarla ünsiyyət qurun. Problemlərinizi özünüzə yük etməyin, diqqəti cəlb etməyə çalışın, daha çox çalışqan olun, özünüzə dəyər verin, gördüyünüz hər hansı bir işi sevərək, məsuliyyətlə yerinə yetirin . Həyatınızın yaxşılığa doğru dəyişəcəyini görəcəksiniz. Əgər nəzərinizi cəlb edən dənizdirsə ... Test, daha yaxşı bir gələcəyə inamınızın olmadığını göstərir. Ümidlə, ehtiyatla gözləyir, tez-tez fikirlərinizi keçmişlə bağlayırsınız. Sonu olmayan taktikanızı dəyişin; keçmiş keçmişdi və heç bir məqamda sizə kömək etməyəcək. Gələcək isə həqiqətən də əlinizdədi və bu yalnız səlahiyyətli hərəkətlərinizdən asılıdır. Gələcəkdən qorxmamalı, bunun üçün səy göstərməlisiniz. Xəyallarınızın gerçəkləşməsi məqamı artıq gəldiyini anlayıb səy göstərməlısınız. Testin nəticəsi, hər şeyi sonraya saxlamağa meylliliyinizi və eyni süründürücü olduğunuzu göstərir. Vaxtınızı düzgün bölüşdürməyi, uzunmüddətli hədəflər qurmağın vaxtıdı. Beləliklə, özünüz müsbət dəyişikliklərin həyatınıza necə cəlb olunduğunu da hiss edəcəksiniz. Bunu taleyin sizə lütfü olduğunu düşünün. Yeganə İskəndərova
İlk dəfə İtalyan psixiyatr Enrico Morselli tərəfindən 1886-cı ildə müəyyən edilən psixoloji bir pozunutudur. Özünü bəyənməmək, Güzgü xəstəliyi yada Bədən Dismorfik Pozuntusu olaraq da tanınır. Bu pozuntuda şəxs vücudunun bir hissəsini bəyənmir və ya görüntüsünün pis olduğunu iddia edir. Şəxsin bədəninə aid mənfi düşüncələri iki şəkildə ortaya çıxa bilər. Birincisi şəxsin öz bədəninə aid müsbət qavrayışının pozulmuş olmasıdır yəni bədəninin burun, qulaq, əl kimi bəzi bölgələrini bəyənməməsidir. İkincisi isə başqalarının onun bədənindəki bəzi bölgələri bəyənmədiyini düşünməsidir. Bəzən ikisi bir arada da görülə bilər. Hər iki vəziyyətdə bu pozuntuyla bərabər görülən başqa problemlər də vardır. Məsələn depresiya və vəsvəsə bu xəstəliyi müşayət edən xəstəliklər arasındadır. Dismorfofobiya pozuntusunda görünən real bir bədənsəl qüsur olmamasına baxmayaraq, şəxs bir pozuntusu olduğunu vəya çox çirkin olduğunu düşünərək tez-tez estetik əməliyyatlar etdirir. Bəzi vəziyyətlərdə şəxsin həqiqətən də fiziki bir problemi ola bilər və şəxs bu pozunutunu o qədər böyüdür, o qədər dərd edir ki, bir müddət sonra bu narahatçılıqdan əlavə bədəninin başqa yerlərində də problemlər olduğunu düşünməyə başlayır. Dismorfofobiyanın Güzgü xəstəliyi olaraq tanınmasının bir səbəbi də şəxsin ya güzgülərə küsməsi yada sıx-sıx güzgüyə baxaraq özünü incələmə ehtiyacı hiss etməsindən qaynaqlanır. Bu narahatçılıq ümumiyyətlə özünə qapalı,dostluq etməkdə problem yaşayan, insanların tənqidlərinə və düşüncələrinə çox önəm verən və təşviş dərəcəsi yüksək olan insanlarda daha sıx görülə bilir. Bəzi ağır vakalarda şəxs özündə var olduğuna inandığı bədənsəl qüsurlarını ətrafındakıları da inandıra bilmədiyini gördükdə həqiqi mənada özünə və problemi olduğu düşündüyü orqanına zərər verə bilər. Bədəni haqqında bu qədər çox vəsvəsəyə sahib olmaq, şəxsin bütün sosyal həyatını, sosyal münasibətlərini poza bilmək qabiliyyətindədir. Şəxs sadəcə özü və bədəni haqqında danışmaq istəyərək ətrafındakı insanların düşüncələrini öyrənməyə çalışır və eşitdiyi heç bir müsbət rəylərə inanmaz. Dismorfofobiya hər dönəmdə görülə bilən bir narahatçılıq olmaqla bərabər son illərdə daha çox artmasına səbəb cəmiyyət olaraq insanlarda estetik qavrayışının dəyişməsidir. Getdikcə daha çox insanın estetik uzmanlarına müraciət etdiyini və əsasən də sinə, ümumi üz əməliyyatları etdirdiyini görürük. Ayrıca texnologiya sahələrindəki inkişaf da estetik əməliyyatların daha çox populyarlaşmasında və qəbul olunmasında önəmli faktorlar arasındadır. Sosyal paylaşım platformalarında insanların bir biriylə olan ünsiyyət və əlaqələri ardıqca, insanların özlərinə yönəlik estetik təşvişlərində də ciddi mənada artmalar olmuşdur. Daha yaxşı və gözəl görünmək, daha yaxşı geyinmək, daha paraıltılı həyat yaşamaq kimi istəklərin artması Dismorfofobiya narahatçılığına birbaşa səbəb olmasa belə təsir edən faktorlar arasındadır.
Aqresiya əxlaqi və etik normaları pozan və başqalarına mənəvi və ya fiziki zərər verə bilən bir insanların "birdəfəlik" hərəkətidir. Aqressivliyin zaman keçdikcə vərdiş halına gəlməsi təhlükə doğura bilir. Aqressiv valideynlər demək olar ki, həmişə uşaqlarına qəzəblənirlər. Bir qayda olaraq, onların qəzəbi uşaq itaətsizliyinin nəticəsi deyil. Çox güman ki, onlar evliliklərindən, işlərindən, bütün bəşər övladlarından narazıdırlar.Bəzi uşaqlar bu münasibəti çox qeyri-adi qəbul edirlər. Düşünürlər ki, ana və ya ata öz sevgisini elə bu şəkildə də ifadə edə bilər. Belə valideynlər unudurlar ki, bu uşağı gələcəkdə nevrotik, üsyankar böyüməsinə ən kədərlisi aqressiyaları vərdiş halına keçməsinə şərait yaradırlar. Belə ailələrdə böyüyən aqressiv uşaqlar valideynlərlə yanaşı tərbiyəçilər, müəllimlər və ətraf mühit üçün də problemə çevrilmək ehtimalları böyük olur. Uşaqların aqressiv davranışı diqqəti cəlb etməyin özünəməxsus bir üsuludu. Belə bir uşaq sevgiyə və məhəbbətə, anlayışa və qəbula ehtiyacı olduğunu "işarələyir". Aqressiyasının köməyi ilə daxili narahatlıq hiss etdiyini, rədd edildiyini və unudulduğunu açıq şəkildə ortaya qoyur. Valideynlər tərəfindən laqeydlik və qəddarlıq valideyn-uşaq münasibətlərində problemləri kəskinləşdirir. Bunun nəticəsi olaraq uşaq onu sevmədiklərinə inanır. Mövcud vəziyyəti dəyişdirmək və valideynlərin sevgisini "qazanmaq" üçün uşaqlar aqressiv davranış da daxil olmaqla hər hansı bir şəkildə diqqəti cəlb etməyə çalışırlar. Digər uşaqlara elə gəlir ki, valideynləri bilərəkdən onları alçaltmaq, psixikalarını məhv etmək istəyirlər, buna görə də özlərinə qapılırlar və ya əqli qeyri-sabit olurlar. İtaətə gəlincə uşağın aqresiyasına cavab olaraq fiziki üsullardan istifadə edən valideynlərinə etiraz əlaməti olaraq uşaqlar üsyan etməyə başlayırlar. Övladlarını alçaltmağa vərdiş edən valideynlər döyülmüş və qorxmuş uşağın üsyankar etiraz hərəkətləri ilə qarşılaşanda sarsılır. Çox vaxt bu uşaqlar aqressivliyini qiymətləndirə bilmirlər, davranışın bu formasının bəzi mənfi nəticələrə səbəb olduğunu fərq etmirlər. Bəzən də İnamsız, utancaq, küskün, öz fikrini ifadə edə bilməkdə çətinlik çəkirlər, düşünürlər ki, deyəsən bütün dünya onların əleyhinədir. Uşağınıza mənfi duyğuları ifadə etməsini qadağan edə bilməzsiniz. Hər hansı bir duyğuların normal olduğunu vurğulayın. Uşaqla danışın, onu narahat edən şeyləri soruşun. Uşağın özünə hörmətini artırın, tərifləyin, ləyaqətini vurğulayın, tənqidi azaldın. Bərabər bir mövqedən ünsiyyət qurmağa çalışın. Sözlərinizin əməldən ayrılmadığından əmin olun. Cəzalar və mənfi emosiyaların ifadə olunmasına qoyulan qadağa uşağın aqressiv davranışını gücləndirə və problemlərini daha da artıra bilər. Bu davranışın səbəbini axtarın. Müxtəlif yaş mərhələlərində olan valideynlərin çoxu, gec-tez aqressiv uşaq davranışı ilə qarşılaşırlar. Və belə məqamlarda yadda saxlamaları lazım olan əsas şey - bu problemi həll etmək yalnız övladına sevgi, qayğı, hörmət sayəsində mümkündür və lazımdır. Yeganə İskəndərova
Sıx-sıx emosional vəziyyətlərdə olan insanlar bunun nəticəsi olaraq sağlam düşünə bilmirlər. Məsələn ”O qədər əsəbi idim ki, gözüm heçnəyi görmədi, düşünə bilmədim” vs kimi. Bu cür vəziyyətlərdə insanlar düşüncə xətalarını daha çox etməyə meyilli olurlar. Düşüncə şəklimizlə duyğuları biz müaəyyən edirik. Vəziyyətlə bağlı düşünmə şəklimiz düşüncələrimizə də təsir edir. Əgər doğru qərarsı ala bilmək üçün hər zaman bütün datallar əlimizdə olsa, hər zaman sakit, soyuqanlı, ağıllı, bütün bildiklərimizin fərqində olsaq, heç bir zaman peşman olmasaq, yolunda getməyən münasibətləri bitirsək, aşırı çalışmasaq, yüklənməsək çox sıx bir şəkildə emosional reaksiyalarımız olmaz və düşüncələrimizi də incələməyə ehtiyac qalmaz. Amma həyat bunlardan ibarət olduğu üçün emosional sıxıntılarımızı anlaya bilmək üçün düşüncələrimizə daha yaxından baxmaq lazımdır. Sıxlıqla insanlarda görülen ve çeşidli gruplara ayrılan düşüncə xətaları bulardır. 1. Fəlakətləşdirmə: “ Qarışqanı fil etmək” deyimi tam da bu insanlar üçün nəzərdə tutulmuşdur. Mövcud digər nəticələri hesaba qatmadan daha neqativ nəticələrə yönəlmək, kiçik bir sübutdan yola çıxaraq o sübutu da kifayət qədər dəyərləndirmədən olması gərəkən ehtimal digər nəticələri hesaba qatmadan vəziyyəti və ya hadisələri həmişə neqativ olaraq görməkdir. Məsən: “ İşi çatdıra bilmədim məni işdən qovacaqlar”, “Həyəcandan bir kəlmə danışa bilməyəcəyəm”. 2. İkili düşüncə: həmişə ya da heç şəklində. İnsanlar bəzən hadisələri həmişə və ya heç vaxt alqoritminə uyğun olaraq ağ və qara biçimdə görürlər. Bir şey ya tam olmuşdur, ya da yox dərəcəsindədir. Bu iki uc arasında yer alan nöqtələr görünməz. “Əgər mükəmməl deyiləmsə, uğursuzam”, “Məni tənqid edirsə, heç bəyənmir” vs kimi düçüncələr buna misal ola bilər. 3. Həddindən artıq ümumiləşdirmə: Aşırı ümumiləşdirmə düşüncəsində ümumi bir qaydaya inanaraq bu düşüncəni izləməkdir. Məsələn, həyat yoldaşı tərəfindən tərk edilən birinin “ Artıq mənimlə heç kəs maraqlanmayacaq və sevməyəcək” kimi bir düşüncəsi vəya sevgilisi tərəfindən aldadılan bir gənc qızda “ Bütün kişilər aldadır, ” kimi ümumi bir düşüncə qəlibi formalaşdıracaqdır. 4. Olmalı ifadələri –malı, məli düşüncə tərzi: Bu düşüncə biçimidə insanın özünün, digərlərinin necə davranması və dünyanın necə olması ilə bağlı qatı qanunları vardır. Və bu qanunları həyata keçirtdiyi zaman ola biləcək ancaq mənfi nəticələri şişirdir. Bir işi doğru etmənin tək bir doğru yolu olduğuna inanır. “ İnsanları məmnun etməliyəm”, “ İnsan öncə başqalarını düşünməlidir”, “ Uşaqlarımı düzgün tərbiyə etməliyəm” vs kimi düşüncə tərzləri misal ola bilər. Özümüzlə bağlı bu düşüncə tərzinin yaratdığı qaydalara əməl etmədikdə günahkarlıq, başqaları əməl etmədikdə isə, qəzəb və aqresivlik hiss edə bilərik. 5. Ağıl oxumaq: Digər insanların nə düşündüyünü bildiyinə və onların da bizim nə düşündüyümüzü bildikərinə inanmaqdır. Məsələn, “Soruşmağa ehtiyac yoxdur nə düşündüyünü bilirəm” kimi. Və yaxud danışarkən birisi əsnəyirsə, “Mənim danışığımdan sıxıldı, çox sıxıcı danışıram”, salam verdiyi bir dostu onu görmədiyi zaman “ Məni adam yerinə qoymur” kimi düşünmək. 6. Birbaşa nəticəyə fokuslanmaq: Əksinə sübutlar olmasına baxmayaraq bunları yox sayaraq sadəcə o şəkildə hiss etdiyi üçün bir şeyin doğru olduğuna inanma vəziyyətidir. Məsələn. “ Əgər qorxuramsa deməli təhlükəli birşey olacaq”. 7. Etiketləmək: Daha uyğun və reallığı əks etdirən dəyərləndirmə yerinə özünə vəya digərlərinə etiketlər yapışdırması. Məsələn bir işdə uğursuz olan birinin mən bu işi edə bilmədim deməsi yerinə “Mən bacarıqsızam”, oğlu dərs oxumayan bir ananın “ oğlum dərs oxumur” deməsi yerinə, “ Oğlum təmbəldir”, deyə düşünməsidir. Düşüncə xətaları bunlarla bitmir bir insanda birden çox düşüncə xətaları ola bilər. Bu növ düşüncə xətaları və ovtomatik düşüncələr psixoterapiya vasitəsiylə dəyişdirilə bilir.
Karantin rejimi bitdikdən sonra, yaşından asılı olmayaraq hər bir şəxs həyatında cəmiyyətə,işə, dərsə uyğunlaşma problemi yaşayacaqdır. İnsanlar bir -iki aydan çox evdən çıxmaq, erkən oyanmaq, işə, universitetə, məktəbə getmək vərdişlərininə daha rahat şərtlərə adàptasliya olmağa çalışacaqlar.Bu müddətdə onlayn işləyənlər işə uyğunlaşmaqda ciddi problemlərlə qarşılaşmayacaqlar. Karantin dövründə işləməyən insanlar üçün çətin olacaq. İşə uyğunlaşmanı asanlaşdıran müəyyən cəhətlər var. Əsas odur ki, işinizi sevin. Rejimin dəyişməsindən asılı olmayaraq peşəsini sevən insanlar işə daha tez uyğunlaşcaqar. İşlərini sevməyənlər üçün adaptasiya prosesi çox vaxt tələb edəcək. İşləməyə meyli olmayanlar evdə uzun müddət qaldılar deyə bütün bunlar məsələləri çətinləşdirir.Sakit bir ümidsizliyə qapılan insanlar narahatlıq, kədər və imkansızlıq hissi ilə üzləşir, həyatlarını monotonluğa sövq edir, bu vəziyyətlərini bəyənməsələr də dəyişilməyə meyl etmir, haradan, nədən başlayacaqlarını bilmirlər.hər hansı bir hərəkət, hər hansı bir hiss kimi hərəkətsizlikdən daha yaxşıdır. Çətinliklərdən keçərək həyata nikbin baxan insanlar isə ona daha çox müsbət emosiyalar - sevinc, məmnunluq, qürur, həvəsini özlərinə cəlb edirlır. Bu sevincdən bir pay götürərək müsbət təcrübəni daha yaxşı dərk etmək və onu inkişaf etdirməyi öyrənmək üçün yaymağı üstün tutar, aydın məqsədlərin sadə qurulması nəinki özünü dərk etməyi, həm də işlərin həqiqi vəziyyətini düzələ biləcəyinə inanarlar. İnamın özünü sevməyin, özünü sevməməkdən daha yaxşı olduğunu bilən insan artıq uğurlarının başlanğıcında olduğunu dərk edir. Özünü, işini sevənlər, özlərinə dəyər verənlər daha sağlam, daha əyləncəli, xoşbəxt, daha uğurlu və başqalarını necə sevməyi bilən insanlardılar. Ümumiyyətlə, hələ bu bacarıq yoxdursa, onu ən qısa müddətdə əldə etmək sizin xeyrinizə olacaqdı. İnsanın mənəvi və psixoloji münasibətləri sistemində digər insanlara sevginin həyata keçirməyin ən yüksək yolu mehribanlıq, dözümlülükdür. Hər bir insanın öz dəyərlər sistemi var, bəzilərində bu daha əhəmiyyətlidi, digərlərində isə daha az təsir bağışlayır. Məhəbbətin xeyirxahlığın, dözümlülüyün və ən əsası empatiyanın yüksək səviyyədə təzahürü olduğuna inanan insanlar həmişə olub. Həyat bütün çətinliklərinə baxmayaraq gözəldir. İstəsək bu gözəllikdə pozitivlik tapmaq olar. Əgər istəsək. Gözəl dedikdə də aramızda yarı şüurlu bir narazılıq yaradan, ətrafdakı həyatı ilə ruhdan düşən, kədərdən həyəcan keçirən, ancaq şəfa axtarmağın yolunu bilməyənlər, amma tapmaq istəyənlər var. Onlara da demək istərdim dünya hərəkət edir, hər xırda sevinci xoşbəxtlik bilib sevinənlər də, heç nədən kədərlənənənlər də onunla birlikdə hərəkət edir. Gələcəyə ümid bəsləyən optimist, pozitiv ruhlu bir insan sevgi, işıq, sevinc gətirir, dünyaya gülümsəyir və dünya daha da yaxşılaşır ona təbəssüm edir. Dünyaya gülümsəyək. Yeganə İskəndərova
Ailədə əlverişli, sakit mehriban atmosferi yaradın və qoruyun. Bir-birinizə diqqət, qayğı göstərin, tərifləyin, komplimentlər söyləyin, zarafat edin, ailənin rituallarını qorumaq üçün yenilikləri düşünün. Ailənin hər bir üzvünün tək qalması və istirahəti üçün şərait yaradın. Uşaqlarınızın və özünüzün sağlamlığınızın qayğısına qalın. Ailənizin qidasına, immunitetlərinə, kifayət qədər yuxu rejiminə diqqət yetirin və bədən tərbiyəsilə məşğul olmağa bir-birinizi ruhlandırın. Bunun üçün internetdə fitnesə aid videolar köməyinizə gələ bilər. Çətin psixoloji vəziyyətdə keyfiyyətli qidalarla düzgün maddələr mübadiləsini qorumaq lazımdı. Ailənin menyusuna daha çox meyvə və dənli bitki daxil edin. Mümkünsə, bişirməyə üstünlük verin, qida rasionunuzda yeniliklər edin, digər ailə üzvləri ilə yemək hazırlayın, uşaqları da cəlb edin. Xəbərləri izləmək üçün çox vaxt sərf edirsinizsə, bu həyəcan və narahatlığınızı artıracaq. Mövcud xəbərlərdən xəbərdar olmaq üçün, gündə 2 dəfə- səhər və axşam 1-2 etibarlı mənbəyə istinad edərək , yatmazdan 2 saat gec olmayaraq baxa bilərsiniz. Özünüzü ünsiyyətdən məhrum etməyin. Dostlar, həmkarlar ilə danışa bilərsiniz. Tanışlar qohumlarla müasir onlayn mənbələrində telefondan istifadə edərək konfrans zəngi ilə birlikdə şam yeməyi təşkil etmək mümkündür. Xoş hadisələri xatırlayıb zarafat edib mehriban şəraitdə ünsiyyət qura bilərsiniz. Yaxınlarınızla ünsiyyət güclü bir mənbə, çətin vəziyyətdə psixoloji dəstəkdir. Gününüzü həm sizin, həm də ailə üzvlərinizin rejiminə uyğun qurmağa çalışın. işinizi uzaqdan həyata keçirin, özünüzü bir iş yerini təchiz edin. Uzanmış vəziyyətdə yataqda və ya divanda deyil rahat bir geyimdə, stol arxasında arabir fasilə edərək məşgul olun. Ailə üzvlərinizə diqqət, qayğınızla yanaşı onlardan bir az təcrid olub özünüzə qulluq etməyə vaxt ayırın. Evdəqal "cəza" deyil, yeniliklər, bacarıq və istedadınızı bu yöndə göstərmək üçün bir qaynaq olduğunu düşünün. Yeganə İskəndərova
Psixoloq.az xəbər verir ki,bu barədə Uzman Psixoloq Gülnarə Muxtarova özünün youtube kanalında video paylaşım etmişdir.Həmin videosüjeti sizinlə paylaşırıq
Müasir dünyamızda biz nadir hallarda dincəlmək və zehni olaraq istirahət etmək üçün vaxt tapırıq. 24 saatlıq həyatımızın 8 saat və daha çox hissəsini işləyirik. Belə olan halda daima yüklənmiş beynimiz gərəksız məlumatlarla hər cür qovluq və proqramla dolu tıxanmış kompüter kimidi. Bir çoxumuz evdəyik, bəzilərimiz də işdən gəlir. Hər iki halda ya əlimizə telefonu alır ya televizor və ya kompüter monitoru qarşısında oluruq. Və bu vəziyyətimizi maksimum istirahət etmək metodumuz kimi düşünməklə özümüzə bəraət də vermiş oluruq. Əslində isə bütün texnikadan uzaq, hərdən düşüncənizlə tək qalmaq gözəldir! Sonrakı halımız başımızı dolduran hər cür fikirlərdən qurtulmalı və onları özümüzdən uzaqlaşdırmalıyıq. İndi isə rahat bir mövqe tapın, gözlərinizi bağlayın. Bunu etmək üçün mümkün qədər rahatlanmalısınız. Bütün problemlərinizi, narahatlıqlarınızı - iş, ev, ailəniz, sosial -iqtisadi qayğılarınızı, keçmişiniz və gələcək haqqında düşüncələrinizi unudun. Yalnız sən varsan. Gərginliyi özünüzdən uzaqlaşdırın, rahatlanın, gözləriniz yumulu halda İndi yavaş-yavaş nəfəs alın: Daha çox istirahət etməli, nəfəs almalı və dincəlməli, nəfəs alıb istirahət etməlisiniz. Bunu bir neçə dəfə edin. Özünüzü rahat və kamfortlu hiss edirsiniz. Düşüncələr başınıza girməyə çalışırsa, kənarlaşdırın, sanki bu fikirlər sizin deyil kimi onlara yan tərəfdən baxın. Beyninizə yüklənmiş sıxılan gərginliyiniz tədricən azalır, daxilinizdə bir yüngüllük duyursunuz, ayaqlarınız yerdən üzülür, ruhunuza xoş bir xəfiflik çökür. Bunu vaxtaşırı təkrarlayın. Bu cür istirahət həyatınıza yeni və şəffaf bir beyin gətirəcəkdi. İskəndərova Yeganə
Fransız kənd təsərrüfatı mühəndisi Maks Ringelmann 1883-ci ildə Grandjouan Kənd Təsərrüfatı Kollecində çox sadə görünən bir təcrübə etdi.Təcrübə bundan ibarət idi: Ən sadə insanlar sınağa cəlb olunur və onlardan ağırlıq qaldırması tələb olunur. Hər bir şəxs üçün qaldıra biləcəyi maksimum çəki təyin edilir. Bundan sonra isə insanlar qrup halında birləşdirilir və getdikcə qrupdakı insanların sayı artırılır.Gözləntilər aydın idi: əgər 1 insan şərti olaraq 100 kq yük qaldıra bilirdisə, 2 nəfər birlikdə 200, yaxud daha çox yük qaldırmalı idi. Axı belə bir anlayış mövcuddur ki, qrup işi daha çox şeyə nail olmağa kömək edir. Bu fikir hələ də qüvvədədir və fəal olaraq dəstəklənir. Lakin nəticə barədə bir daha düşünməyə dəyər. İki insan öz fərdi göstəricilərindən cəmi 93%-ini sərgiləmiş, 3 nəfər 85%-ini, 8 nəfərdən ibarət qrup isə öz gücünün yalnız 49%-indən istifadə etmişdir.Sözügedən bu təcrübəni digər eksperimentlərdə də sınaqdan keçirmişlər. Nəticələr isə yenə də eyni idi. Qrupdakı insanların sayı artırıldıqca faizlər enirdi.Səbəb isə aydındır: İnsan tək özünə arxalandıqda maksimum şəkildə güc tətbiq edir. Qrupda isə gücə qənaət etmək olar. Axı heç kim bunun fərqinə belə varmayacaq…Bu eksperiment çox uzun müddət əvvəlindən bilinirdisə də, test, elmi olaraq ilk dəfə Fransız agronom Maks Ringelmann tərəfindən sübut edilmiş və psixoloqlar bunu «Ringelmann effekti» adlandırmışlar.